Bakı Dövlət Universiteti Hüquq fakültəsi




Yüklə 83.05 Kb.
tarix30.04.2016
ölçüsü83.05 Kb.

Bakı Dövlət Universiteti Hüquq fakültəsi


1340-cı qrup tələbəsi Orucov Samir Zakir oğlunun

Hüquq psixologiyası fənnindən “Müstəntiqin peşə


fəaliyyətinin strukturu” mövzusunda hazırladığı

RЕ f Е R А T

Kafedra müdiri:B.Əliyev

Müəllim :



Plan

Giriş_____________________________________________________2


§1.Müstəntiqin fəaliyyəti və cinayətin rekonstruksiyası____________3

a)cinayətin araşdırılması prosesinin psixoloji analizi sxemi

§2.Hadisə yerinə baxış keçirilməsinin psixologiyası_______________8

§3.Axtarışın aparılmasının psixologiyası_______________________11

§4.Üzləşdirmənin psixologiyası______________________________13

Nəticə___________________________________________________15


Ədəbiyyat siyahısı_________________________________________16

Giriş

Ədalət mühakiməsinə xidmət... digərlərindən

yalnız öz ağırlığı və çox az maddi əvəzi ilə fərqlənir.

A.F.Koni

Cinayətkarlıqla mübarizə prosesini qanunla tənzimənən məqbul davranışlar sistemini təşkil edən funksional fəaliyyət kimi təsəvvür etmək olar. Fəaliyyətin hər bir növü digərindən qarşısında duran məqsədə görə fərqlənir.Cinayət-prosessual qanunvericiliyi analiz etsək cinayətkarlıqla mübarizə fəaliyyətinin qarşısında duran məqsədləri görəsbilərik:birincisi,cinayətlərinxtezcvəctamcaçılması;ikincisi,cinayətkarların məsuliyyətə cəlb olunması və onların ədalət mühakiməsinə cəlb olunmasına şərait yaratmaq; üçüncüsü, cinayət törətmiş şəxslərin axtarışı; dördüncüsü,hüquqazidd hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsi;beşincisi,scinayətinstörədilməsininssəbəblərinin aydınlaşdırılması və onların aradan qaldırılması;altıncısı, vətəndaşlarda qanunlara əməl etmək ruhunu aşılamaq.

Bu məqsədləri həyata keçirmək üçün istintaq və ibtidai istintaq orqanlarına sübut əldə etmək üçün istintaq və əməliyyat-axtarış tədbirlərini həyata keçirmək; prosessual qərarlar qəbul etmək— cinayət işi açmaq və ya imtina etmək, əmlaka həbs qoymaq, öhdəlikdən azad etmək, cinayət işini dayandırmaq vəya xitam etmək hüquqları verilir . Onların üzərinə bu hüquqları həyata keçirərkən vətəndaş hüquq və azadlıqlarını pozmamaq öhdəliyi qanunla,CPM ilə qoyulmuşdur.

Müstəntiqin fəaliyyətinin öyrənilməsinin mühüm əhəmiyyəti vardır.Bu özlərinə peşə seçən gənc nəslə daha düzgün seçim etməyə də kömək edir.Çünki müstəntiqin fəaliyyəti çox gərgin və şəxsdə xüsusi bacarıq və keyfiyyətlər tələb edən bir işdir. Müstəntiq fəaliyyəti bu cəhətlərlə xarakterizə olunur:


♦ ciddi hüquqi reqlamentləşmə;

♦ hakimiyyət səlahiyyətlərinin mövcudluğu;

♦ maraqlı şəxslər tərəfindən əks təsir;

♦ həll olunmalı əqli məsələlərin çoxluğu və yaradıcılıq xxx xarakterli olması;

♦ xidməti sirri saxlamağın vacibliyi;

♦ vaxt azlığı və daimi psixoloji yüklənmə;

♦ mənfi emosiyaların və kənar qıcıqlandırıcıların olması.
Müstəntiqin fəaliyyəti bir neçə mərhələdən ibarətdir.Ardıcıl olaraq bu mərhələlərin psixologiyası haqda danışacağıq:


  • Hadisənin rekonstruksiyası

  • Hadisə yerinə baxış keçirilməsi

  • Axtarışın aparılması

  • Üzləşdirmə

  • Dindirmə

§1.Müstəntiqin fəaliyyəti və cinayətin rekonstruksiyası.
Giriş hissəsində müstəntiq fəaliyyətinin bir sıra xüsusiyyətlərini qeyd etdik.İndi isə müstəntiq fəaliyyətinin psixoloji quruluşunu təhlil etmək istərdik:


  1. Idrak fəaliyyəti

  2. Konstruktiv fəaliyyət

  3. Tərbiyəedici fəaliyyət

  4. Kommunikativ fəaliyyət

  5. Təşkilatçılıq fəaliyyəti

  6. Təsdiqedici fəaliyyət

Müstəntiqin idrak fəaliyyəti keçmişdə və indiki zamanda baş vermiş hadisənin aydınlaşdırılmasına yönəlir.Bəzən də onlar əsasında fikrən gələcəyin modeli yaradılır.Həmin hadisələr müstəntiq tərəfindən həm bilavasitə,həm də dolayı yolla,yəni başqa şəxslərin məlumatı vasitəsi ilə xüsusi şəraitdə-vaxt azlığı,həqiqətin gizlədilməsinə maraqlı olan şəxslərin əks təsiri,mənfi emosional halətlər doğuran cisim və hadisələrin olması şəraitində dərk olunur.Bundan asılı olaraq müstəntiqin qavrayışı diqqəti,hafizəsində,təfəkkürü və təxəyyülündə özünəməxsus cəhətlər meydana çıxır.

Müstəntiqin konstruktiv fəaliyyətinin 3 əsas cəhəti ayırd edilir:proqnozlaşdırma,planlaşdırma,qərar qəbul etmə.

Proqnozlaşdırma artıq baş vermiş hadisənin inkişaf dinamikasının öyrənilməsi yolu ilə baş verə biləcək hadisələrin abaqcadan müəyyənləşdirilməsinə,ümumi və xüsusi versiyaların irəli sürülməsinə yönəlir.onun xüsusi forması antisipasiya adlanır ki,bu zaman proqnozlaşdırma hər hansı bir konkret faktdan daha çox təcrübəyə istinad edir.

Planlaşdırma konstruktiv fəaliyyətin mühüm cəhəti kimi meydana çıxır.Bu zaman:


  1. Cinayət işi üzrə faktların ssssmüəyyənləşdirilməsi,yoxlanılması,analiz və sintez edilməsi;

  2. Qətimkan tədbirləri;

  3. Irəli sürülmüş versiyaların yoxlanılması;

  4. Ayrı-ayrı istintaq hərəkətləri;

  5. Istintaqın gedişində başqa səxslərin hərəkətlərinin sistemi xxxxvə.s.

planlaşdırılır.

Qərarın qəbul edilməsi çox mühüm iradi aktdır.Bu zaman mövcud informasiya təhlil olunur.Konkret situasiya,eləcə də cinayət-prosessual və cinayət-hüquqi tələbləri nəzərə almaq şərti ilə qərarın məqsədi müəyyən edilir,qərarın bütün mühüm variantları aydınlaşdırılır,onlardan ən düzgünü seçilir və prosessual baxımda nizama salınır,qərarın icrası planlaşdırılır.

Müstəntiqin konstruktiv fəaliyyəti nəticəsində həm də müqəssirin hərəkətləri tövsif olunur.



Tərbiyəedici fəaliyyət hər şeydən əvvəl,konkret şəxsiyyətə-cinayət törətmiş şəxsə təsir göstərməyin sisteminin müəyyənləşdirilməsində və həyata keçrilməsində ifadə olunur.Müqəssirdə özünütərbiyə cəhdinin yaradılması tərbiyə fəaliyyətinin çox mühüm tərkib hissəsidir.

Müstəntiq öz fəaliyyəti prosesində müxtəlif şəxslərlə-zərərdidə ilə,şahidlə,müqəssirlə,şübhəli şəxslə ünsiyyətə girir ki,bu da onun fəaliyyətinin kommunikativ cəhətini təşkil edir.

Müstəntiqin təşkilatçılıq fəaliyyəti istintaq fəaliyyətinin bütün digər növlərinin həyata keçirilməsi üçün optimal şəraitin yaradılmasına yönəlir.Onun iki səviyyəsini ayırd etmək olar:


  1. Müstəntiqin öz fəaliyyətinin təşkili;

  2. Istintaq prosesi iştirakçılarının fəaliyyətinin təşkili.

Müstəntiqin idrak və konstruktiv fəaliyyəti zəruri olaraq təsdiqedici funksiyanın icrası ilə müşayiət olunur.İş üzrə aydınlaşdırılmış şəraitin və istintaqın özünün gedişinin təsdiq edilməsi müstəntiqin vəzifəsinə daxildir.1

Ibtidai istintaq-məqsədi keçmişdə baş vermiş cinayət hadisəsinin hazırda müstəntiq tərəfindən tapılmış izlərinə görə rekonstruksiya (bərpası) olunmasına yönəlmiş məqsədyönlü prosesdir.

Rekonstruksiyanın 2 istiqaməti var:




  1. Cinayət hadisəsinin özünün və ona səbəb olan obyektiv şərtlərin rekonstruksiyası.bu rekonstruksiyanın məqsədi cinayət tərkibinin obyektini və obyektiv cəhətlərini araşdırmaqdır.

  2. Cinayətkarın şəxsiyyəti ilə cinayətkar məqsədin,niyyətin yaranma mexanizminin inkişafda öyrənilməsi.bu rekonstruksiyanın məqsədi

cinayətin subyekt və subyektiv tərəfi haqda geniş məlumat cccccccccəldə etməkdir.
Müstəntiqin əldə etdiyi sübutlar da 2 yerə bölünür:


  1. Maddi sübutlar.cinayət hadisəsi və cinayətkar haqqında sssobyektiv məlumat verir ki,bunlar da elmi üsullarla araşdırıla sssbilər.(barmaq izi,qan,ayaq izləri)

  2. Ideal sübutlar:cinayət və cinayətkar haqqında canlı insanlar sss tərəfindən qavranılan və dindirmə zamanı yenidən çatdırıla sss biləcək informasiyadı.Məhkəmə psixologiyası isə məhz ideal sss sübutları araşdırır.



Rekonstruksiya öz proqramına malik olan və xüsusi əlamətlərinə görə insan fəaliyyətinin digər növlərindən fərqlənən məqsədyönlü müstəntiq fəaliyyəti nəticəsində meydana gəlir.(bax:sxem1)Bu əlamətlərdən əsaslarını sayaq:





  1. Müstəntiqin cinayət hadisəsinin rekonstruksiyasına yönəlmiş fəaliyyəti dəqiq prosessual qanunvericiliklə tənzim olunur.

  2. Cinayət hadisəsini açmaq üçün prosessual qanunvericiliyi bilmək kifayət etmir.Müstəntiqin psixologiya,tibb,pedaqoqika və digər sahələrdə də biliyi olmalıdır.

  3. Müstəntiq fəaliyyəti üçün xarakterik cəhətlərdən biri onun düzgün aparılmamasında maraqlı şəxslərin olmasıdır.Bəlkə də insan fəaliyyətinin ikinci belə növü yoxdur ki,onun uğurlu aparılmamasında maraqlı olan şəxs və ya şəxslər qrupunun belə aktiv əks müqaviməti ilə rastlaşsın.Qeyd etmək lazımdır ki,cinayətin təhqiqinə və açılmasına yönəlmiş müstəntiq fəaliyyətinə qarşı təqsirli şəxslərin mütəşəkkil müqaviməti cinayət hadisəsinin açılmasını xeyli çətinləşdirə bilər.

  4. Istintaq üçün təkcə mübarizə xarakterik deyil.Müasir müstəntiq fəaliyyəti üçün ən xarakterik xüsusiyyətlərdən biri də dindirilən şəxsə incə psixoloji təsir üsullarının tətbiqində özünü göstərir.

  5. Müstəntiq informasiya qıtlığı şəraitində işləyir.Yüksək psixoloji gərginlik və tətbiq olunacaq metodların qanunla sərhədlənməsi çətinliyi daha da artırır.2

Bəzi alimlər rekonstruksiya fəaliyyəti zamanı müstəntiqin həyata keçirdiyi davranışlar sistemini bir neçə mərhələdə sistemləşdirirlər.Birincisi,müstəntiqin hissi idrakını işə salması mərhələsidir.Bu zaman müstəntiq araşdırma predmeti haqda bilavasitə,hissi qavrama orqanları vasitəsilə məlumat alır.Maddi sübutlar cinayətin sxemini araşdırmağa kömək edir.Məsələn,meyitin ciblərinin astarı çıxmış şəkildə olması cinayətin çox güman ki,tamah məqsədi ilə törədilməsini müəyyən edir. Bütün maddi sübutlar gözdən keçirildikdən sonra müstəntiq fəaliyyətin ikinci mərhələsinə keçir.Bu ünsiyyət fəaliyyətidir.Ünsiyyət prosesinin üç struktur aspekti ayırd edilir:komunikasiya,interaksiya,persepsiya.Komunikasiya-ünsiyyətdə olan şəxslər arasında spesifik informasiya mübadiləsidir.İnteraksiya-insanlar arasında qarşılıqlı təsirin təşkil olunmasıdır.Persepsiya –ünsiyyətə girən tərəflərin bir-birini qarşılıqlı olaraq anlaması və qavraması prosesidir.Bu bölgü nisbi xarakter daşıyır.Əslində ünsiyyət-kommunikasiya,interaksiya və persepsiyanın ayrılmaz birliyindən təşkil olunmuş strukturdur.

Araşdırma zamanı müstəntiq bilavasitə törədilmiş cinayət hadisəsini deyil,onun proyeksiyasını-yəni keçmişdə törədilmiş cinayət hadisəsinin izlərini özündə ehtiva edən əksini qavrayır,dərk edir.Bu da araşdırma zamanı yol veriləcək riskin ehtimalını artırır.Bütün ədalət mühakiməsinin yükünü çəkən müstəntiqin peşə fəaliyyətinin nə qədər çətin və gərgin olduğu buradan bəlli olur.Ona görə də gənclər bu ixtisası seçərkən müstəntiqlik peşəsinin psixoloji və fiziki yükünü nəzərə almalıdırlar.

§2.Hadisə yerinə baxış keçirilməsinin psixologiyası

Hadisə yerinə baxış keçirilməsi-cinayətin izlərinin,digər əşyayi dəlillərin tapılmasına,hadisənin baş verməsi şəraitinin və iş üçün əhəmiyyəti olan digər şərtlərin aydınlaşdırılmasına yönələn,müstəqil istintaq hərəkətidir.Bununla yanaşı hadisə yerinə baxış digər istintaq hərəkətlərinin tərkib hissəsi də ola bilər:tutma,axtarış, istintaq eksperimenti və.s.

Hadisə yerinə baxış keçirilməsi əvəzedilməz bir istintaq hətəkətidir,çünki digər hərəkətlərlə belə əhəmiyyətli məlumatlar əldə etmək olmur.Məsələn,cinayətkarın ayaq və barmaq izlərini yalnız bu yolla tapmaq olur.Müstəntiq bilavasitə hadisə yerindəki obyektləri öyrənmə prosesində cinayət hadisəsinin həqiqi xarakterini aydınlaşdirmağa kömək edən faktların və hadisələrin müəyyən edilməsi üçün idrakın müxtəlif forma və metodlarından istifadə edir.

Hadisə yerindəki şəraitin qavranılması müstəntiqə hadisəni təsəvvür etməyə imkan verir, vesiyaların irəli sürülməsi və digər istintaq hərəkətlərinin edilməsi üçün baza rolunu oynayr.Əlbəttə heçbir sənədin,protokolun,sxem və şəkillərin analizi gözlə bilavasitə qavramanı əvəz edə bilməz. Məhz buna görə üstü açılmamış cinayət işlərinin yenidən aparılması zamanı hadisə yeri xeyli dəyişikliyə uğrasa belə müstəntiqə orada yenidən olmaq məqsədəuyğundur.

Çox zaman hadisə yerinə baxış keçirilməsi naməlum istintaq situasiyalarında həyata keçirilir ki,bu da istintaqın ilkin mərhələsi üçün daha çox xarakterik olur.Bu zaman müstəntiq qarşısında bu suallar durur:Nə baş verib: cinayət, bədbəxt hadisə, uydurma? Əgər cinayət baş veribsə, hansı növ cinayətdir? Kim bunu törədə bilərdi?

Hadisə yerinə baxış keçirilməsinin digər istintaq tədbirlərindən fərqləndirən əsas cəhətlərindən biri onun təxrəsalınmazlığıdır. Hadisə yerinə baxış keçirilməsi təcili olaraq həyata keçirilməlidir.Hər bir gecikmə dəlil və ya izlərin itməsinə,şahidlər tərəfindən hadisənin unudulmasına,hadisə yerindəki şəraitin dəyişməsinə səbəb ola bilər.Müstəntiqin baxış keçirməyə hazırlaşmağa,kimdənsə məsləhət almağa vaxtı olmur.O cəld işləməlidir,lakin unutmamalıdır ki,onun kiçik bir səhvi bərpaedilməz sübutların itməsinə səbəb ola bilər.Buna görə də müstəntiq məsuliyyətli olmalıdır.Hər şeydən əvvəl isə müstəntiqin təşkilati fəaliyyəti olmalıdır(operativ qrupun yığılması,elmi-texniki vasitələrin hazırlanması və yoxlanası və.s).Operativ qrupun tərkibinin nisbi sabitliyi mühüm əhəmiyyət kəsb edir.Qrupda peşə,həyat və psixoloji təcrübəli şəxslərin olması vacibdir.

Hadisə yerinə baxış keçirilməsi ictimaiyyətin gözü qarşısında həyata keçirilən istintaq hərəkəti olduğundan müstəntiqin kütlə qarşısında özünü itirməmək,diqqəti yayınmamaq kimi şəxsi keyfiyyətləri olmalıdır.

Hadisə yerinə baxış keçirilməsi-istintaq orqanları əməkdaşları,müstəntiq,mütəxəssislərin hərəkətlərindən ibarət mürəkkəb kompleks davranış növüdür.Müstəntiq fəaliyyəti əməliyyatların məcmusundan ibarət olub, idraki, axtarış, təşkilati, təsdiqedici elementlərdə özünü göstərir.3

Bir çox müstəntiqlər hadisə yerinə baxış keçirilməsi zamanı hadisə yerini onun əhatə etdiyi sahə ilə məhdudlaşdırırlar.(baxış keçirilən otağın döşəməsi,nəqliyyatın iz qoyduğu asfalt örtüyü).Bu isə düz deyil.Məsələn,qiymətli eksponatlar oğurlanan ölkəşünaslıq müzeyinə baxış keçirərkən müstəntiq muzeyin qapı və şüşələrində iz axtarır.Amma nə qapı,nə də pəncərələrdə iz yox idi və heç birində qırılma əlaməti görünmürdü.O,muzeyin işçilərindən şübhələnir.Müqəssir tapılmır.İş sonradan digər müstəntiqin öhdəsinə buraxılır.O,muzeyin günbəzinə qalxır və orada çərçivədən çıxmış şüşə və çərçivəyə bağlı kəndir qırığı tapır.Məlum olur ki,muzeyin yanındakı hündür ağacdan günbəzə çıxan cinayətkar kəndirlə muzeyə enib,kəndirlə də ordan çıxıb qaçmışdır.Buna əsasən cinayətkarın hipotetik portreti yaradılmış və bu istintaqın uğurlu nəticələnməsinə səbəb olmuşdur.Əlbəttə müqəssir cəsur,idman vərdişinə malik bir şəxs olmalı idi.İstintaq gedişində bu təsdiqləndi.4

Çox vaxt hadisə yerinə baxış keçirilməsi zamanı tək cinayətin törədilməsi haqda deyil,cinayətkarın şəxsiyyəti haqda da məlumat əldə etmək olur.Məsələn,törədilən cinayətin subyektinin cins əlaməti daha asan bilinir.Bir qrup cinayətlər vardır ki,onlar əsasən “kişi cinayətləri”di(zorlama,zorlayaraq öldürmə və.s.).Eynilə bir qrup cinayətlər isə “qadın cinayətləri”sayılır(yeni doğulmuş uşağı öldürmə,bəzi fırıldaqçılıq cinayətləri və.s).Cinayətin törədilmə üsulu da cins əlamətini müəyyən edə bilər.Məsələn,seyf yarılması,qapının qırılması qüvvə tələb etdiyindən qadının belə cinayəti törətməsi az ehtimallıdır.

Hadisə yerinə baxış keçirilməsi zamanı yaş əlamətini də müəyyən etmək olur.Məsələn,psixoloqlar sübut edib ki,yaşlı oğruların diqqətini qiymətli əşyalar-pul,zinət,bahalı xalçalar cəlb edirsə,yetkinlik yaşına çatmayanları ərzaq,spirtli içki,saatlar və.s. cəlb edir. Hadisə yerində qalan izlərə görə də bunları müəyyən etmək olar(ayaq və əl izlərinin böyük və ya kiçik olması,ərzaqda qalan diş izləri və.s.).5

A.R.Ratinov qeyd edir ki:”Bəzi cinayətkarlar hadisə yerinin hadisə və iştirakçıları haqda məlumat mənbəyi olduğunu bilir və buna görə də istintaq praktikasında hadisə yerində uydurma səhnələrin xeyli şahidi oluruq.Hadisəni təhrif edərək,dəlilləri saxtalaşdıraraq cinayətkar istintaqın istiqamətini “səhv yola”yönəltmək istəyir.”6

Bu səbəbdən də müstəntiq tək hissi idrakını deyil,həm də məntiqi idrakı işə salmalı,cinayətkarın onu aldatmasına yol verməməlidir.

§3.Axtarışın aparılmasının psixologiyası

Axtarış olduqca mürəkkəb və məsuliyyətli istintaq əməliyyatıdır.


Axtarış zamanı müstəntiqin qarşısında duran əsas vəzifə gizlədilmiş obyekti tapmaqdan ibarətdir.Amma axtarılan obyektlər çox zaman şüurlu olaraq,planlı şəkildə gizlədilir.Bu isə obyektlərin tapılmasını çətinləşdirir.

Axtarış aparan müstəntiq öz məqsədini aydın dərk edir.Lakin buna baxmayaraq,o,axtarılan obyektin yerini hansı yolla müəyyənləşdirmək haqda tam təsəvvürə malik olmur.Psixoloji cəhətdən maraqlı cəhət budur ki,hər iki tərəf,yəni həm gizləyən,həm də axataran həllə ehtiyacı olan məsələ ilə qarşılaşır.Hər iki tərəf məsələ həll edir.Lakin bu məsələ mürəkkəbliyinə görə gizlədən və axtaran üçün fərqlənir:gizlədən tərəf yalnız bir şeyi-axtarışın necə aparılacağını bilmir.O,gizlədilməsi lazım olan obyektlərin xassə və xarakterini,onları gizlətmək üçün seçilən sahənin xüsusiyyətlərini və.s. yaxşı bilir.Deməli,gizlədən şəxs birməchullu,müstəntiq isə ikiməchullu məsələ həll etməli olur,həm də onun vaxtı və imkanı məhduddur.

Obyektin gizlədilməsinə insanın konkret,fərdi psixi xüsusiyyətləri də böyük təsir göstərir.Beləki,qadın qadınlara xas olan işlərə meyl göstərdiyi halda,kişilər kişi işləri ilə daha həvəslə məşğul olurlar.Məsələn,eyni bir şeyi qadın və kişi müxtəlif üsullarla gizlətməyə çalışır:qadın onu paltarının müəyyən bir yerinə tikib gizlətməyə çalışdığı halda ,həmin şeyi gizlətmək üçün kişi iynə yox,çəkic və ya kəlbətindən istifadə edir.İnsanın psixoloji xüsusiyyətləri böyük diaqnostik əhəmiyyətə malikdir.A.R.Ratinov yazır ki,xəsis və adamlara inamı olmayan şəxs qiymətli şeyləri yaxında gizlədir ki,gözü qabağında olsun.Qorxaq və vasvası adamlar onu ifşa edə biləcək şeyləri uzaqda,kənarda gizlədir.Səliqəli,ehtiyatlı adam şeyləri gizlədərkən hər şeyi ölçüb-biçir,işi təmiz görməyə çalışır.Huşsuz adam isə kobud səhvlər buraxır.Tənbəl adam özünü işə vermir,etibarlı saxlanc yeri tapmaq üçün zəhmətli işə qatlaşmır.Axtarış aparan müstəntiq axtarılan şəxsin zövq və adətlərinə bələd olmalıdır.Bu,ona gizlədilən obyektlərin xarakterini müəyyənləşdirməyə imkan verir.Belə ki,talançılar qeyri-qanuni yolla qazandıqları pulları daş-qaş və ya metal şəklində saxlamağı üstün tuturlar.Onlar xalis qızıl və qızıl pulları yığır,antikvar şeyləri toplayırlar.Gizli saxlanc yerinin düzəldilməsində insanın ümumtəhsil və mədəni səviyyəsi,eləcə də xüsusi hazırlıq dərəcəsi müəyyən rol oynayır.Saxlanc yerinin düzəldilməsi üçün tələb olunan bəzi vərdişlər istirahət zamanı görülən məşğələlər zamanı da qazanıla bilər.Məsələn,bal arısı həvəskarı axtarılan şeyləri arı budkasında,quşbaz quş damında gizləməyə meyl göstərir.

A.V.Dulovun fikrincə,axtarış zamanı müstəntiqin aşağıdakı suallara aid məlumatı olmalıdır:



  1. Axtarılan adamın sənət və məşğuliyyəti

  2. Istirahət zamanı məşğul olduğu işlər

  3. Həyat tərzi,ailə daxilində onun gündəlik rejimi

  4. Ailənin tərkibi,ailə üzvlərinə və qonşulara münasibəti

  5. Iş yerində və işdənkənar yerlərdə davranış xüsusiyyətləri

  6. Əlaqə və tanışları

Ağıllı cinayətkarlar axtarılan əşyanı yaxın,lakin diqqəti cəlb etməyən yerə qoyurlar.Amerikan yazıçısı E.Ponun “oğurlanmış məktub”əsəri buna misal ola bilər.Əsərin qəhrəmanları var gücləri ilə axtardıqları sənədi sonda gözləri qabağındakı vizit kartlar üçün çantadan tapır.7
§4.Üzləşdirmənin psixologiyası

Üzləşdirmə müstəntiq tərəfindən əsasən izahatlarında ziddiyyətlər olan şəxslər arasında aparılır,öz dərin konfliktli situasiyası və güclü emosional gərginliyi ilə xarakterikdir.Üzləşdirmənin nəticəsinə iki qrup faktorlar təsir edir.Birinci qrup faktorlar üzləşdirmə zamanı daxili aləmin təsiri ilə izahatlarda ziddiyyətin yaranması ilə xarakterizə olunur:



    • Şəxs və ya şəxslər qrupunun yanılması

    • Üzləşdirmədəki tərəflərin birinin və ya ikisinin də yalan izahat verməsi

    • Dindirilənin keçmiş cinayət təcrübəsi

    • Tərəflər arasında ədavət olması

    • Bu və ya digər dindirilənin temperamenti və vəziyyəti

İkinci qrup da izahatlardakı ziddiyyətlərlə əlaqəlidir,lakin burda xarici amillərin təsiri var. Bura ilk növbədə üzləşdirmənin təşkilatçısı kimi müstəntiqin özünün hərəkətləri aiddir:

  • Vaxtın seçilməsi. Üzləşdirməyə tələsmək və ya ümidsiz olaraq gecikmək olar. Bir çox hallarda üzləşdirmənin uğurlu olmasını onun keçirildiyi vaxt müəyyən edir;

  • Üzləşdirməyə hazırlıq səviyyəsi;

  • Müstəntiq tərəfindən öz şəxsi vəziyyətinə nəzarət;

  • Üzləşdirmənin planlaşdırılması.

Üzləşdirmə sözü rusca-“очная ставка”adlanır ki,bu da qədim rus dilində göz-gözə gəlmək deməkdir.(очи на очи)8.Məhz üzləşdirmənin effekti də dindirilənlərin üz-üzə gəlməsi,bu zaman onların keçirdiyi psixi hallarda özünü göstərir.Üzləşdirmə müddətində müstəntiq hər bir iştirakçıya fərdi yanaşaraq,onların şəxsiyyətini dərin analiz etməlidir. Üzləşdirmənin iki cinayətkar arasında aparılması cinayətkarlar tərəfindən istintaqın gedişinin dolaşdırılması və zidiyyətlərin dərinləşməsi riskini artırır.Bu risk müstəntiqin üzləşdirməyə hərtərəfli hazırlığı onun aparılmasındakı aktiv rolu nəticəsində azaldıla bilər.Müstəntiq üçün xüsusi çətinlik və məsuliyyət yaradan yalan ifadə verən iki cinayətkarın üzləşdirilməsidir.Lakin bu səbəblərə görə üzləşdirmənin aparılmasından imtina etmək düzgün deyil,çünki onsuz da cinayətkarlar gec tez görüşəcəklər və müstəntiqsiz danışacaqlar(cinayət işi ilə tanış olarkən,məhkəməyə gedən yolda,yaxud məhkəmə zalında və.s.) 9 zzzzzÜzləşdirmə,ifadəsində həqiqətin qəsdən təhrif olunmasına rast gəlinən şəxslərə böyük təsir gücünə malikdir.Bu onların istintaqdakı gələcək davranışında kuliminasiya və dönüş nöqtəsi rolunu oynayır. Üzləşdirmənin ifşaedici təsiri onun bir iştirakçısının digəri üçün yaratdığı bilavasitə təəssüratda ifadə olunur.İfşa edilənin bilavasitə iştirakı ilə verilən ifadələr müstəntiqin oxuduğu ifadədən daha effektli olur. Bundan başqa üzləşdirmədə canlı nitq adətən ona həyati gerçəklik və əminlik verən detal və nüanslarla,intonasiya və ifadə çalarları ilə tamamlanır.Lakin canlı nitqin ifadəsi onun ardıcıllığı və məntiqiliyi,onu ifadə edən şəxsin əminliyində əks olunur. xxxxxÜzləşdirməyə hazırlaşarkən təqsirləndirilən şəxsin əlaqələri,münasibətləri,onunla daha çox ünsiyyətdə olan şəxsləri xarakterizə edən psixoloji cəhətlərini öyrənmək məqsədəuyğun olardı. Məsələn,cinayətkarın aqressiv olması,onun liderliyə və hökm verməyə can atması məlumdursa,onun üzləşdirmənin digər iştirakçılarına təsir cəhdlərini gözdən qaçırmamaq lazımdır.Ona görə təqsirləndirilən şəxsin ailədə,işdə,dostları arasındakı şəxsiyyətlərarası münasibətlərdə hansı mövqeyi tutmasının,onun üzləşdirmənin digər içtirakçısı ilə keçmiş münasibətlərinin xarakterinin,təqsirləndirilənin ondan mənəvi asılılığın olub-olmamasının aydınlaşdırılması vacib əhəmiyyətə malikdir.



Nəticə
Müstəntiqin peşə fəaliyyəti maraqlı olduğu qədər də ağırdır.İlk öncə müstəntiqin kimliyinə hüquqi anlayış verək.Azərbaycan Respublikası CPM-in 85.1 maddəsində müstəntiqin hüquq və vəzifələri sadalanır və deyilir ki,müstəntiq cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutaraq,ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq,zəruri prosessual qərarlar qəbul edən,istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxsdir.

Bütün ədalət mühakiməsinin ağırlığını çəkən müstəntiq daim gərgin əsəbi vəziyyətdə olur.Mən bu referatın sonunda müstəntiqin şərəfli peşəsini həyata keçirməyə mane olan amilləri nəzərə çatdırmaq istərdim.

“İstintaq”kinosunda belə bir məqam diqqətimi cəlb edir ki,təqsirləndirilən şəxs,daha doğrusu təqsiri öz boynuna götürən şəxs müstəntiqlərin rüşvətxor olduğunu,bahalı maşında gəzib,bahalı siqaretlər çəkdiyini deyir.Əslində isə müstəntiqin peşəkarlığı tamaşaçının gözü qabağında olur.Müstəntiqə fəaliyyətini həyata keçirməyə mane olan səbəblərdən biri vətəndaşlarda ədalət mühakiməsinə inamsızlıqdır.Məhz bu səbəbdən də əhalini ədalət mühakiməsinə,dövlətin onların həyatına zəmanət verməsinə və dövlətin hər cür cinayətkar qruplardan güclü olmasına inandırmaq lazımdır.Peşə fəaliyyətində rüşvətxoluğa və digər ciddi hüquq pozuntusuna yol verən hüquq mühafizə orqanları əməkdaşları,xüsusilə də müstəntiqlər ciddi cəzalanmalı və bu da əhalidə hüquq mühafizə və ədalət mühakimə fəaliyyətinin düzgünlüyünə inam yaratmalıdır.Lakin bu çatışmamazlıqların hamısında mülki vətəndaşların da günahı az deyil.Mülki vətəndaşlar onların hüquqlarının keşiyində duran hüquq mühafizəçilərinə fəal kömək etməli,onlara ehtiram bəsləməlidir.Məsələn,mən inanmıram ki,Azərbaycanda vətəndaş yolla keçərkən bir şəxsin digər şəxsi döyməsinə ciddi reaksiya versin və bu zaman döyülən tərəf əvəzindən zəruri müdafiə hərəkətlərini həyata keçirsin.Biz bunu hüquq mühafizəçilərinin öhdəsinə buraxmağı daha çox sevirik.Bunun üçün “bu millət düzələn deyil”ifadəsini kənara qoyub ilk növbədə özümüzü düzəltməliyik ki,nəticədə millət də düzəlsin.Vətəndaşlara körpəlikdən ictimaiyyətçilik ruhu aşılamaq hər birimizin borcudur.

Mən inanıram ki,hazırda yetişən azadfikirli gənc hüquqşünaslar nəsli sələflərindən daha irəli gedəcəklər.Onlar daha səlis qanunlar yaradacaq,qanunu daha çox sevəcək və vətəndaşlara sevdirəcəklər.Bu ölkəmizin azadlıq yollarında irəliləməsi,Avropaya inteqrasiyası və digər amillərlə əlaqədardır.



Ədəbiyyat siyahısı


  1. Васильев В. Л. «Юридическая психология». М., 1991

  2. M.Cəfərquliyev “Cinayət prosesi”.Qanun-2005

  3. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin Kommentariyası”.Digesta-2003

  4. Ю.В. Чуфаровский «Юридическая психология» Юриспруденция, М., 2000

  5. М.В. Костицкий «Введение в юридическую психологию: методологические и теоретические проблемы» Киев, 1990

  6. Р.С. Белкин «Курс советской криминалистики» М., 1977

  7. Ə.S.Bayramov,İ.Ə.Seyidov,Ə.Ə.Əlizadə «Məhkəmə psixologiyası»

Bakı-1975

  1. В.В.Романов «Юридическая психология»М.,2001

  2. Ратинов А.Р. Судебная психология для следователей. М., 1967

  3. Р. С. Белкин Профессия – следователь. М., 1998.



1 Ə.S.Bayramov,İ.Ə.Seyidov,Ə.Ə.Əlizadə «Məhkəmə psixologiyası»

2 Л.В.Васильев «Юридическая психология»М.,1991,cmp330-331

3 Ю.В. Чуфаровский Юридическая психология, Юриспруденция, М., 2000,cmp,153

4 Р.С. Белкин Курс советской криминалистики, М., 1977,cmp 302-304

5 М.В. Костицкий Введение в юридическую психологию: методологические и теоретические проблемы, Киев, 1990

6 Ратинов А.Р. Судебная психология для следователей. М., 1967. С. 250.

7 В.В.Романов «Юридическая психология»М.,2001.cmp 359.

8 Р. С. Белкин Профессия – следователь. М., 1998. С. 78

9 Васильев В.Л. Юридическая психология. - С. 499-503





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə