Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə9/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

Açar sözlər: islam, islamçılıq, «panislamizm», türkçülük, «pantürkizm», mühafizəkarlıq, tərəq­qiçilər, müasirləşmək və s.
İstifadə olunmuş ədəbiyyat
1. Azərbaycan Kommunist Partiyasının oçerkləri. 2 cilddə. I cild. Bakı, Azərnəşr, 1986, 503 s.

2. Azərbaycan publisistikası antologiyası. Bakı, «Şərq-Qərb», 2007, 688 s.

3. Akçuraoğlu Y. Türkçülüyün tarixi. Bakı, Qanun, 2010, 272 s.

4. Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2007, 392 s.

5. Ağaoğlu Ə. İslama görə və islamda qadın. «Mədəniyyət dünyası» - elmi-nəzəri məcmuə, 12-ci buraxılış. Bakı, 2006, 452 s.

6. Rüstəmov Y.İ. Siyasi-hüquqi təlimlər tarixi (mühazirə kursu). Bakı, «Azərbaycan Universiteti», 2000, 318 s.

7. Azərbaycan mətbuat tarixi antologiyası. (2 cilddə I cild). Bakı, «Elm və təhsil», 2010, 440 s.

8. Hüseynov Ş. Mətbu irsimizdən səhifələr. Bakı, «Çənlibel», 2007, 484 s.

9. Ağaoğlu Ə. Materializmin təntənəsi və əsassızlığı. Bakı, «Kaspi» qəz., №3, 4 yanvar 1908-ci i­l.

10. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992, 276 s.

11. Məmmədquluzadə C. Əsərləri. IV cilddə, II cild. Bakı, 2004, 584 s.

12. Şahtaxtlı M.A. Seçilmiş əsərləri. Bakı, «Çaşıoğlu», 2006, 432 s.

13. Nemanzadə Ö.F. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb», 2006, 352 s.
Фаик АЛЕКПЕРОВ
Философско-идеологическое понимание теории

«Исламского национализма» в мировоззрении

Ахмед бека Агаоглу
Резюме
Статья посвящена исламизму – одному из важных течений в формировании азербайджанской национальной идеологии в начале ХХ века и теории «исламского национализма», известного азербайджанского тюркского мыслителя Ахмед бека Агаоглу, который являлся видным представителем этого течения того периода.

Автор отмечает, что на основе теории «исламского национализма» А.Б.Агаоглу создается синтез тюркско-исламской идеологии. В этой теории на первый план как основную идею он выдвигает «исламское единство» и по меньшей мере борется за духовно-культурное единство на основе ислама.

В то же время Агаоглу не забывает о тюркизме и видит его как составную часть «исламского национализма». В этом смысле автор стремится дать широкое толкование теории «исламского национализма», которая основана на тюркско-исламском синтезе Агаоглу.
Ключевые слова: ислам, исламизм, панисламизм, тюркизм, пантюркизм, консерватизм, прогрессисты, осовременивание.

Faik ALEKPEROV
Philosophical-ideological comprehension of a theory

of «Islamic nationalism» in the world outlook of

Ahmed bey Aghaoglu
Summary
The article is dedicated to Islamism   one of the important trends in the formation of Azerbaijani national ideology at the beginning of the XX th century and the theory of «Islamic nationalism» of the well-known Azerbaijan Turkic thinker Ahmed Bey Aghaoglu, who was an eminent representative of this trend at that period.

The author notes that on the basis of the theory of «Islamic nationalism» of A.B.Aghaoglu the synthesis of Turkic-Islamic ideology was created. In this theory he puts in the forefront rather «Islamic unity» as a basic idea, he fights for moral-cultural unity on the basis of Islam at least.

At the same time Aghaoglu keeps in mind Turkism also and sees it rather as a component of Islamic nationalism. In this sense the author tries to give a broad comment on a theory of «Islamic nationalism» which is based on Turkic-Islamic synthesis of A.B.Aghaoglu.
Keywords: Islam, Islamism, pan-Islamism, Turkism, pan-Turkism, conservatism, the progress-minded, modernizing.

UOT 17:001.12
Çingiz Nəbиyev

AMEA FSHİ, dissertant
Ölüm faktı və tanatalojи duyum
Ölüm problemini fəlsəfi tədqiqatın obyekti kimi göstərməyin səbəbi, şübhəsiz ki, hər kəsdə yaranan ölüm qorxusudur. Alman filosofu Artur Şopenhauer təsdiq edir ki, “fəlakətlərdən ən böyüyü, insanı hər şeydən daha çox qorxuda biləcək amil – ölümdür; ən güclü qorxu – ölüm qorxusudur”. O, bu qorxudan qurtuluşu isə fəlsəfədə axtarır və təbii ki ölümün fəlsəfi problem olması fikrini də təsdiqləyirdi: “Ölüm – fəlsəfənin həqiqi ilhamlandırıcısı və ya ilham mənbəyidir... Hətta ölümsüz fəlsəfənin mövcud ola bilməsinə az ehtimal var. Ona görə də tamamilə təbiidir ki, mən ölümün xüsusi tədqiqini özümün axırıncı, ən ciddi və əhəmiyyətli əsərimdə birinci yerə qoymuşam” (1, s. 120, 142-143).

Ölüm haqqında təsəvvürlərə Nitsşenin əlavəsi "Tanrının ölümü" ideyası ilə bağlıdır. "Tanrının ölümü" ideyası Nitsşedə yeni dünya anlayışını yaratdı və bu anlayışa uyğun olaraq dünya nə başlanğıclara, nə də məqsədlərə malik deyildir. Xristian ənənələrində əxlaq və həqiqət Tanrıya köklənmişdir. Beləliklə, əgər Tanrı ölüdürsə, onda etikanın və həqiqətin əsası da yoxdur. Heç nə "həqiqi" deyildir və "hər bir şeyə icazə verilir!" Nitsşenin nəzərində xristianlıq "xalq üçün platonizmdir", Qərb metafizikasının vülqar nəşridir. Qərbin həyatı təkzib edən dünya anlamı həm xristianlıqda, həm də metafizikada aşkar edilir: hissi, dünyəvi olan ideyaların (və ya Tanrının) işığında, "səmavi", "əsl" və "həqiqi" dünyanın işığında şərh olunur. Dünyəvi olan "qeyri-real", "yalançı", "məvəqqəti" kimi dəyərsiz­ləş­dirilir. Nitsşenin bütün təfəkkürü mövcud olmağa, bu nöqteyi-nəzəri 180 dərəcə çevirməyə yönəlmişdir. Elə buna görə də o öz təfəkkürünü "çevrilmiş" platonizm kimi və ya bütün dəyərlərin yenidən qiymətləndirilməsi kimi şərh edir. Bunun da nəticəsi "Tanrının ölümüdür".



Tanrıdan iqtibas gətirərkən Nitsşe hansısa dini qüvvəni deyil, hər şeydən öncə dəyərlərin müstəqil olan obyektivliyini nəzərdə tutur; yəni onu nəzərdə tutur ki, dəyərlər ən yüksək nemət kimi Tanrıda müəyyən əsasa malikdirlər. Din, etika və fəlsəfə insani özgələşdirmənin simptomlarıdır. Anlayışın bu formalarının darmadağın edilməsi bizə insanı onun demək olar ki, iki min il səcdə və dua etdiyinin yaradıcısı kimi şərh etmək imkanını verir. Nitsşe üçün "Tanrının ölümü" dəyərlərin transsendental xarakterinin bütün formalarının ləğv edilməsi və dəyərlərin insani yaradıcılıq kimi yenidən kəşf olunması deməkdir (2, s. 113).

Ölümün daha bir orijinal izahını Ziqmund Freyd verir. Freyd ölümü hər şeydən öncə yuxugörmənin izahı kontekstində əsaslandırmağa çalışır. O təsdiq edir ki, yuxugörmənin gizli fikirləri senzuraya məruz qalır. Sadələşdirilmiş şəkildə demək olar ki, sıxışdırılmış və qadağan olunmuş arzular şüurda meydana çıxmaq üçün "senzuradan" keçməlidir. Senzuradan keçmək üçün yuxugörmənin işi yuxugörmənin gizli fikirlərini yuxugörmənin məzmununa transformasiya edir. Yuxugörmə, biz onu xatırladığımız kimi bizim şüurumuza kontrabanda yolu ilə qəbul olunan gizli, kodlaşdırılmış məlumatı özünə ehtiva edir. Biz yuxugörmənin aşkar məzmununa sirri tapılmalı olan müəmma kimi baxa bilərik. Yalnız psixoanalitik kodu tapdığı zaman yuxugörmə yeni məna alır. Bu gizli məna nədən ibarətdir? Freyd qeyd edir ki, yaşlıların yuxugörmələri çox vaxt seksual bələdləşdirilmiş olur və şahvanə arzuları ifadə edir. (Sonrakı Freyd aqressiyanın və ya ölümün unikal instinkti barədə təsəvvürü daxil etdiyi zaman bu nəticə xüsusən problematik olur. Son əsərlərində Freyd həyat instinkti ilə (Eros) ölüm instinkti (Tanatos) arasındakı fərqi göstərir. O, vurğulayır ki, bu iki əsas instinkt bir ideya olaraq artıq yunan fəlsəfəsində məlum idi. Freydin xüsusi ölüm instinkti barədə ideyası psixoanalitik dairələrin güclü müqaviməti ilə rastlaşdı və kifayət qədər mübahisəli olaraq qalır. Freyd ölüm instinktini daxil edərək təcavüz və müharibə kimi hadisələri izah etmək istəyirdi. Amma o, həmçinin vurğulayırdı ki, seksual təcavüz elementinin həddindən artıq olması məşuqu onun ehtiras predmetinin qatilinə çevirə bilər. Təcavüz həm beynəlləşdirici, həm də dağıdıcı ola bilər. Bütün erotik enerjini Freyd libido adlandırır. Libido obyektdən obyektə ötürülə və ya müəyyən obyektlərdə təsbit edilə bilər. Biz görürük ki, Freyd Erosa əlavə olaraq ölüm instinktinə (Tanatosa) də müraciət edir. Ölüm instinkti canlı orqanizmə pozğunluq salır və onu ilkin, qeyri-üzvi vəziyyətə qaytarır. Bu instinktin necə fəaliyyət göstərdiyini anlamaq o qədər də asan deyildir. Freyd belə hesab edir ki, bu instinkt qismən xarici dünyanın əleyhinə yönəlir və özünü aqressiv və dağıdıcı əməllərdə aşkar edir. Xaricə yönələn (ekstravertiv) aqressiyanın məhdud­laşdırılması fərddə həmişə mövcud olan və özünə doğru istiqamətlənən dağıdıcı fəaliyyəti gücləndirir. Tanatos həmçinin Erosla "qarışa" da bilər ki, bunun da nümunəsi sadizmdir. Eyni zamanda daxilə yönələn (introvertiv) dağıdıcı instinktlərlə seksuallıq arasındakı qarşılıqlı əlaqəni mazoxizm də illüstrasiya edir. Freyd belə hesab edirdi ki, insan "zülmün", aqressiyanın və sərtliyin anadangəlmə tələbatına malikdir. Təcavüz - bütün insanlara xas olan anadangəlmə, müstəqil instinktdir. Lakin mədəniyyətə Eros kömək edir. Onun məqsədi insanı ailəyə, tayfaya, millətə və, son nəticədə, ən böyük birliyə – bəşəriyyətə - assimilyasiya etməkdir. Freydə görə, Eros tərəfindən reallaşdırılan fəaliyyət proqramı ölüm instinkti ilə konflikdədir. Mədəniyyətin bu proqramına aqressivliyin təbii instinkti, hamının hamıya münasibətdə düşmənçiliyi qarşı durur. Beləliklə, mədəniyyətin inkişafı Erosun və Tanatosun, həyat qüvvəsinin və ölüm instin­ktinin döyüşünü nümayiş etdirir. Elə buna görə də, mədəni inkişafı "bəşəriyyətin həyat uğrunda mübarizəsi" adlandırmaq olar. Freyd zəkanı tənqid edir. Bizim öncə davranışın və yönəltmələrin rasional izahı hesab etdiyimizi Freyd "rasionalizasiya" olaraq, dərk olunmayan və təhrifə uğrayan reallıq kimi ifşa edir. Azad və rasional fərd ideyası öz yersizliyini aşkar edir. Biz öz gizli tələbatlarımızın və arzularımızın qaranlıq okeanı ilə yalqız, tənha qalmış oluruq. Maarifçilik və bilik - sadəcə olaraq xarici və etibarsız örtükdür və ona etibar etmək həddindən artıq təhlükəli illüziya olardı. Bütün sivilizasiya intizama öyrədir və buna görə də onunla bağlı olan "diskomfort", son nəticədə, qarşısıalınmaz şəkil alır. Biz daimi dünyaya utopik bir tərzdə ümid etmədən, öz ölüm instinktimizin əleyhinə mübarizədə öz destruktivliyimizi məhdudlaşdırmağa səy edə bilərik. Beləliklə, ekzistensialist fəlsəfənin əsas xüsusiyyəti belə bir müddəadan ibarətdir ki, hər bir fərd öz şəxsi həyatının sərhədlərini dərk etməlidir (və buna görə məsuliyyət daşımalıdır). Belə bir ekzistensial təfəkkür üsulunun köməyi ilə - hər bir kəsin öz ölümünün qaçılmazlığını şəxsən dərk etməsi ilə - insanlar oyanmağa yönəmli siqnal alırlar, demək olar ki, təzədən doğulurlar, amma artıq daha dərinliklərə nüfuz edən şüur ilə (2, s. 112).

Ölümü fəlsəfi refleksiyaya məruz qoyan ekzistensialistlərlə yanaşı, onu və onun xüsusi təzahürlərini sosioloji analizə məruz qoyan digər alimlərin, xüsusən sosioloqların baxışları da maraq kəsb edir.

Fransız sosioloqu Dürkheymin intihar nəzəriyyəsi bu nöqteyi-nəzərdən çox maraqlıdır. İntiharı o, insanlar arasında həmrəyliyin zəifləməsi ilə izah edirdi.

Dürkheym elə hesab edirdi ki, ona müasir olan Fransa zəifləmiş həmrəyliyə malik olan, yəni xəstə olan cəmiyyətdir. O, belə bir təsəvvürü rədd edirdi ki, sosiologiya elə sosial anlayışlardan istifadə etməlidir ki, cəmiyyət üzvləri öz xüsusi sosial qarşılıqlı təsirlərini başa düşmək üçün onlardan istifadə edirlər. Dürkheymə görə, sosiologiya digər və daha yaxşı anlayışları tapmalıdır. O, bu müddəanı intihar anlayışının köməyi ilə illüstrasiya edir. Gündəlik dildən və adi həyatdan uzaqlaşaraq, Dürkheym intiharın elə bir konsepsiyasını işləyib hazırlamağa səy edir ki, intiharların tezliyi ilə müxtəlif sosial şəraitlər, yəni psixoloji xarakterə malik olmayan şəraitlər arasındakı əlaqəni müəyyənləşdirərək, onu statistik cəhətdən emal etmək mümkün olsun. İntiharın müxtəlif emosional və fərdi aspektlərindən – insanların intiharla bağlı olaraq hiss etdiklərindən və düşün­düklərindən - mücərrədləşərək, Dürkheym bir sosioloq olaraq psixologiyadan uzaqlaşır. O, intiharların tezliyində cinsindən, yaşından, ailə vəziyyətindən, dinindən, milliyyətindən, sosial sinfindən və i.a. asılı olaraq statistik dəyişiklikləri tapmağa səy edir. Toplanmış statistik məlumatlar Dürkheymin bir sosioloq olaraq nəzəri fəaliyyətinin əsasını təşkil edirlər. Amma o, statistikada dayanmır. Onlara istinad edərək, Dürkheym cəmiyyət nəzəriyyəsini, yəni ictimai həmrəylik nəzəriyyəsini ifadə edir. Bu nəzəriyyəyə görə intiharların yüksək tezliyi zəifləmiş həmrəylik hissinin göstəricisidir. İntiharlara dair statistik materiallara əsaslanmaqla Dürkheym güman etmişdir ki, o, sosial həmrəyliyi izah etməyi və onun zəifləməsinin səbəblərini göstərməyi bacarmışdır. O, sosial həmrəyliyin bu zəifləməsini anomiya (yunanca, a-nomi - qanunun, normanın yoxluğu), yəni "normasızlıq" adlandırır. Qısaca olaraq belə demək olar ki, anomiya vəziyyəti – elə bir vəziyyətdir ki, burada insanları birləşdirən əlaqələr zəifləmiş olur. Anomiya vəziyyətində fərdlər çətinliklərə daha az dözümlü olurlar və bu da intiharların tezliyinin artmasına aparıb çıxarır. Dürkheym belə hesab edirdi ki, statistik məlumatlara əsaslanaraq təsdiq etmək olar ki, anomiya evlilər arasında subaylar arasında olduğuna nisbətən, uşaqlı ailələrdə uşaqsız ailələrə nisbətən, katoliklərdə protestantlara nisbətən, kiçik icmalarda böyük şəhər adamlarına nisbətən daha azdır. Nikah, ailə və din həyatın sosial formaları olaraq cəmiyyəti möhkəmləndirən amillərdir. Sosial həmrəylik nə qədər güclüdürsə, intihar imkanı bir o qədər azdır (2, s. 118).

İnsan yeganə canlıdır ki, öz ölümünü dərk edir və onu fikirlərinin əsas təyinedicisi hesab edir. Bu, onun nadirliyidir. Bununla belə insan dərk edir ki, o ömür boyu mövcud olub. Üstəlik də insan özünün ölümsüzlüyünə qəlbinin dərinliklərində inanır. Bu zaman onun fiziki ölümü nəzərdə tutulmur. Həmçinin insanın maddi cəhətdən yüksək təminatı onu gündəlik qayğılardan azad edir. Buna görə də o, kəskin formada gözlənilən ölüm haqqında fikirləşir (3, s. 4).

Əsasən ölüm problemi haqqında yox, ölümsüzlük problemi haqqında danışmaq adət halını almışdır. İstər qədim və Orta əsr filosofları, istərsə də müasir filosoflar üçün ölümsüzlük ideyası həmişə böyük əhəmiyyətə malik olmuşdur. Ölümsüzlük ideyası hətta Allah ideyasından daha mühüm rol oynamışdır. Uilyam Ceyms yazırdı: “Həqiqətən, ağ irqin adamlarının böyük əksəriyyəti üçün din hər şeydən əvvəl ölümsüzlük deməkdir və bəlkə də başqa heç nə. Allah ölümsüzlüyün yaradıcısıdır”. Amerika filosofu Korliss Lamont “Ölumsüzlük xülyası” kitabından belə bir iqtibas gətirir: “Kişilərin və qadınların əksəriyyəti hər şeydən daha çox özlərinə daimi həyat təmin etmək istərdilər. Əgər daimi həyatın üstünlüyü satış predmeti olsaydı, o insanlara təklif olunan malların hamısından daha baha qiymətə satılardı. Hesab etmək olar ki, o Allahdan da daha çox qiymətləndirilərdi” (4, s. 16).

Ölüm qarşısında müasir fəlsəfənin bir çox cərəyanları üçün səciyyəvi olan məhkumluq və ümidsizlik ideyalarının (bununla yanaşı insanın məsuliyyətsizliyinin) tam şəkildə aradan qaldırılması yalnız istər ölümün elmi dərkini və istərsə də onun mənəvi cəhətdən qiymətləndirilməsini öz məzmununa daxil edən həqiqi humanist dünyagörüşü əsasında mümkündür. Bu cür dünyagörüşü nəinki insan həyatı və şəxsiyyətinin təkraredilməzliyindən, onların müstəqil dəyərindən, eyni zamanda insan davranışının onların iradəsindən gələcəkdə də asılı olmasının başa düşülməsi mövqeyindən çıxış edir.

İnsan təbiətinin ziddiyyətli mahiyyəti, onun məhvini və özünü saxlamaq cəhdini birləşdirir. Onun təbii olaraq ölümü qəbul etməməsi, öz varlığını davam etdirmək arzusu ölümsüzlükdən məhrum həyatın boş və mənasız olduğunu sübut etmək üçün dindən istifadə edilir. Ancaq İnsanın ölümsüzlüyü haqqındakı fikrin özü mənasızdır. Ölümsüz insanın həyatının mənası haqqında, onun xeyir və şər əməlləri haqqında və mənəvi borcu haqqında danışmaq olarmı? Onu nalayiq hərəkətlərə və boş vaxt keçirməsinə görə danlamağa dəyərmi? Həyatın mənası haqqında yalnız o zaman danışmaq olar ki, həyat müəyyən bir müddətlə məhdudlaşmış olsun, insan düşünəndə ki, ona ayrılmış bu qısa vaxtdan necə etsin ki, daha yaxşı isitifadə etsin (5, s. 119)

İnsanlara ölümdən qorxmağı öyrətməkdənsə, onları ölümün gözünə dik baxmağa, ölümün də təbiətin bir qanunu olduğunu öyrətmək daha düzgün olardı.Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Vivekananda zəiflik ölümdür deyirdi (6, s. 109).

Elə bir insan yoxdur ki, ada kimi tək-tənha dayanıb dursun: hər insan Qitənin bir parçası, Qurunun bir parçasıdır; Dalğalar sahildə dikələn qayanı qoparıb dənizə aparsa, sahilin bir guşəsini qoynuna alsa, sənin, ya sənin dostunun Qəsrini uçurub dağıtsa, Avropa kiçilər; hər insanın ölümü də eləcə, mənim ömrümü qısaldır, çünki mən Bəşəriyyətlə vəhdətdəyəm, ona görə kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən!” (Con Donn) (7, s. 10).

Müəllif həyatın başlıca prinsipi olaraq reallığın ideala yüksəldilməsini qəbul etdiyindən, ölümün mənasını da reallığı ideala doğru yüksəldən daxili meyilin tükənməsində görür və elə bu əsasdan da çıxış edərək həm də mənəvi ölümün də səciyyəsini verir. O qeyd edir ki, mənəvi ölüm həyati məqsədin gerçəkləşdirilməsinə yönəlməyən həyatı ifadə edir. müəllif burada mənəvi ölümü tədrici ölümün bir forması olaraq nəzərdən keçirir.
Açar sözlər: ölüm faktı, tanatoloji duyum, ölümsüzlük problemi həyatın mənası, ekzistensialist fəlsəfə.
İstifadə olunmuş ədəbiyyat
1. Мечников И.И. Этюды о природе человека. М., 1961.

2 Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi: Müasir dünyanın fəlsəfi qaynaqlarına bir baxış. B., 2007.

3. Ахундова С. Идея бессмертия души человека. Автореферат, Баку, 1998.

4. Корлисс Л. Иллюзия бессмертия. М., 1984.

5. Əlizadə H. İnsan fəlsəfəsi. Bakı, Nurlan, 2003.

6. Мир философии. М., Изд. политической литературы. 1991.

7. Heminquey E. Əcəl zəngi. Bakı, Yazıçı, 1986.

Чингиз Набиев
Факт смерти и чувство смерти
Резюме
Поскольку один из основных принципов жизни направлен на возвышение реальности до идеала, смысл смерти заключается во внутреннем стремлении к возвышению до реальности. Этим характеризуется моральная смерть человека. Моральная смерть означает жизнь, не направленную на реализацию жизненных целей.

Люди вправе знать, живут ли, могут ли жить их сознание и душа вне тела. Если, исходя от не зависящих от нас объективных законов, душа человека, находящегося в состоянии клинической смерти, продолжает существовать, то и лечить его нужно с учетом этого обстоятельства. В противном случае лечение должно проводиться с учетом последних достижений науки.



Ключевые слова: факт смерти, чувство танатологии, проблема бессмертия, смысл жизни, философия экзистенциализма.
Chingiz NabiYev
The fact of death and sense of death
Summary
As one of main principles of life is directed at an eminence of a reality to an ideal, the sense of death consists in internal aspiration to an eminence to a reality. It characterizes moral death of a person. The moral death reflects the life which has been not directed at realization of the vital purpose. People have a right to know whether they and whether their consciousness and soul can live out of a body. If proceeding from the objective laws not dependent on us, the person been in a state of enduring clinical death, continues to exist, it is necessary to treat him with regard for this circumstance. Otherwise, treatment should be carried out taking into account the recent achievements of a science.
Keywords: the fact of death, feeling of thanatology, problem of immortality, sense of life, philosophy of existentialism.

UOT 1 (092)
Adilə Nəzərova

AMEA Dilçilik İnstitutu, dissertant
Azərbaycan dиlиndə fəlsəfə termиnlərиnиn

leksиk-semantиk xüsusиyyətlərи
Fəlsəfə terminologiyası spesifik xüsusiyyətlərinə görə xüsusi leksik lay təşkil edir. Fəlsəfə terminləri paradiqmatik xarakter daşıyır və elmin terminosisteminin alt hissəsini təşkil edir. Eyni zamanda fəlsəfə terminologiyası sintaqmatik xarakter daşıyır və bu onun funksional tərəfləri ilə bağlıdır.

Dilçilik elmində sahə nəzəriyyəsinə daxil olan yaruslardan biri də leksik-semantik sahədir. Bu sahədə söz, termin başlıca nüvə kimi çıxış edir. “Söz, ümumiyyətlə, dil sisteminin əsas, müstəqil və ayrıca işarə vahididir. Mənalandırılma və işarələndirilmə vəzifələrini daşıyan bu mərkəzi dil vahidi səslənmənin, mənanın və real varlığa münasibətin üzvi surətdə bir-birinə bağlılığı nəticəsində meydana çıxır. “Məna” xəttinin inkişafı, “mənadan gerçəkliyə doğru” istiqamət sözün, terminin əsasını təşkil edir (1, s.103-129).

Terminlərə xas olan əlamətlərdən biri də leksik-semantik xüsusiyyətlərdir. Fəlsəfədə leksik-semantik əlamətlər iki məna istiqamətində nəzərdən keçirilir: ümumi, əsas fəlsəfi mənalar; ikinci dərəcəli fəlsəfi mənalar.

Öncə fəlsəfə terminlərinin ümumi mənalarını müəyyənləşdirmək lazımdır. “Ümumi məna” özü əsas və yardımcı mənalara bölünür. Məsələn, fəlsəfədə başlıca terminlərdən sayılan “varlıq” terminini götürək. Varlıq – var olma, mövcud olma (ümumi məna); “can”, “vücud”, “insan”, “canlı orqanizm”, “həyat” və s.   yardımçı mənalardır.

“Materiya” – insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv varlıq-terminin ümumi mənasıdır. Digər mənalar “maddə”, “cisim” terminləri ətrafında birləşir və üzə çıxır. Burada leksik-semantik qanunauyğunluq gözlənilir.

“Mahiyyət” – daxili məzmun, xüsusiyyət, məsələnin mahiyyəti (ümumi məna); əsil, məğz, əsas, məna, mətləb terminləri kimi yardımçı mənaların ətrafında mərkəzləşir.

Terminlərin leksik-semantik əlamətlərini aydınlaşdırmaq üçün bir sıra izahedici üsullar müəyyən­ləşdirilmişdir. Bu üsulla terminlərin mənalarının aydınlaşdırılması həm də elmi əsərlərin yayılmasına imkan yaradır. A.Əlizadə aşağıdakı izahedici vasitələrin terminlərin leksik-semantik cəhətlərinin müəyyən­ləşdirilməsində əsas rol oynadığını göstərir. Birincisi, terminlərə tərif verilmə yolu ilə mənaların aydınlaşdırılması; ikincisi, müəyyən sahələr üzrə terminlərin mənalarının müəyyənləşdirilməsi (3, s.55-56).

Termin adi sözlər kimi söz mühiti ilə (kontekstlə) deyil, anlayışlar sistemi – müəyyən bir terminoloji sahə ilə əlaqədardır. Terminlərdən tələb olunan əsas cəhət təkmənalılıqdır, yəni termin aid olduğu sahədə yalnız bir mənada işlənməlidir. Onsuz termini və ümumiyyətlə, elmi dilin dəqiqliyini təmin etmək mümkün deyildir (4, s.268).

Azərbaycan dilində fəlsəfə terminlərini leksik-semantik yöndə təhlil etmək üçün ilk növbədə ona aid olan leksik-semantik təsnifatı nəzərə almaq lazım gəlir. Bu əlamətləri aşağıdakı kimi qruplaşdırmaq məq­­sədəmüvafiqdir:

1. ümumfəlsəfi anlayışlarla əlaqədar terminlər: materiya, ideal, mənəviyyat, dünyagörüşü, kate­qoriya, qanun, hərəkət, məkan və zaman və s.

2. idrak nəzəriyyəsi, prosesi ilə bağlı terminlər: idrak, idrak vasitələri, struktura, idrakın subyekti, idrakın obyekti, idrakın formaları, dərketmə, dərketmə prosesi, qanunları dərk etmək, idrak nəzəriyyəsi, qnoseologiya, məntiqi idrak və s.

“İdrak” termininin fəlsəfi mənası belə müəyyənləşdirilmişdir: İdrak obyektiv aləmin, onun qanun və qanunauyğunluqlarının insan beynində müəyyən məqsədə yönələn fəal inikasıdır.

İdrak nəzəriyyəsinə aid terminlərdən biri “duyğu” adlanır. Həmin sözün terminoloji mənası: “Materiyanın bizim hiss orqanlarımıza təsiri nəticəsində “xarici qıcıqlandırma energiyasının şüur faktına çevrilməsidir”. Maddi aləm bizim duyğularımızın mənbəyidir. “Duyğu obyektiv aləmin subyektiv obrazıdır”. Duyğu xarici aləmin obrazı, surətidir. Duyğular   bizi əhatə edən xarici aləm haqqında bütün biliklərimizin mənbəyidir. Hisslərimiz, duyğularımız sahəsində biz xarici aləmlə əlaqəyə giririk. Onu dərk edirik və onun vasitəsilə davranışımızı nizamlayırıq. Lakin duyğu - dərketmə prosesinin ancaq birinci pilləsidir. Duyğu fəlsəfə elmində hissi idrakın əsas forması sayılır. Təfəkkür - dərketmənin ən yüksək pilləsi, duyğuların verdiyi şeyləri təsəvvürlərə, anlayışlara, qanunlara və s. çevirir ki, bunlar da obyektiv aləmi daha dərin bir surətdə əks etdirir və bunların düzgünlüyü praktika ilə yoxlanılır (8, s.62).

Məntiqi idrak idrakın inkişafında keyfiyyətcə yeni, ən yüksək mərhələdir. Onun rolu predmetin əsas xassələrini və əlamətlərini aşkara çıxarmaqdan ibarətdir.

İdrakın formalarına aşağıdakı terminlər aiddir: duyğu, qavrayış, təsəvvür, məntiqi idrak, anlayış, mühakimə, hipotez, empirizm, rasionalizm, ontologiya, qnoseologiya və s.

İdrakın metod və vasitələrini əks etdirən terminlər bunlardır: müşahidə, metodologiya, eksperiment, modelləşdirmə, təhlil, sintez, aksiom, induksiya, deduksiya və s.

3. Fəlsəfənin tərkib hissələrini və fəlsəfə elmini ifadə edən terminlər: meta-fizika (varlıq), fəlsəfə, fəlsəfi baxışdan insan, fəlsəfi bilik, fəlsəfi dünyagörüşü və s.

4. Fəlsəfi istiqamətləri, cərəyan və məktəbləri ifadə edən terminlər: fəlsəfi isti-qamətlər, fəlsəfi təlim, fəlsəfi məktəblər, sxolastika, sxolastik fikir, fəlsəfi ideal və s.

“Fəlsəfi istiqamətlər” fəlsəfi cərəyanların (eləcə də təlim və məktəblərin) toplusudur. Bir qayda olaraq fəlsəfi istiqamətlər uzun tarixi dövr ərzində formalaşır. Fəlsəfi istiqamətləri əhatə edən terminlər bunlardır: materializm, idealizm, empirizm, rasionalizm, irrasionalizm, nepozitivizm, personalizm və s.

“Fəlsəfi məktəblər” termininin məzmunu əsas ideya prinsipləri bazasında birləşən fəlsəfi təlimlərin toplusu ilə birbaşa əlaqədardır. Bu istiqamət adlarının əsas quruluş tipi dildə izm şəkilçisi ilə yaranmışdır. Məsələn: determinizm, neorealizm və s.

5. Fəlsəfi istiqamətlərin, cərəyanların, məktəblərin kimə məxsus, kimə aid olduğunu ifadə edən terminlər: Kant fəlsəfəsi, Volf fəlsəfəsi, Platon fəlsəfəsi, Hegel fəlsəfəsi və s.

Fəlsəfə terminlərinin quruluşu coğrafi istiqamətlərə görə də qruplaşır. Məsələn, Qərb fəlsəfəsi, Şərq fəlsəfəsi, klassik fəlsəfə və s.

İkinci tərəfi “filosof” sözündən ibarət olanlar: marksist filosoflar, idealist filosoflar və s.

“Fəlsəfi istiqamətlər, cərəyan və məktəblər özünəməxsus terminləri doğurur” (5, s.36)

Filosoflar tərəfindən yaradılan və elmə gətirilən terminləri də leksik-semantik bölgünün tərkibinə daxil etmək olar. Məsələn, bəllidir ki, “metafizika” termini Aristotelin davamçılarından biri olan Andronik Rodoslu tərəfindən filosofun təbiətin dərk edilməsinə aid olmayan və elmi-təbii axtarışlardan kənara çıxan fikirlərini ifadə etmək üçün irəli sürülmüşdür (7, s.24).

Fəlsəfənin yeni sahələri gücləndikcə təbii olaraq yeni terminlər də əmələ gəlir. Belə terminoloji vahidlərin əksəriyyəti məhz müxtəlif istiqamətli, müxtəlif əqidəli fəlsəfə məktəbləri ilə bağlı olur.

Eyni fəlsəfi prosesi adlandıran termin variantlarına da mövcudluq haqqı olma baxımından yanaşmaq doğrudur. Həmin paralellərin bir tərəfi adətən alınmalardan ibarətdir, bunlar qarşılıq təşkil edirlər: adek­vat-eyniyyət, yarus-qat-səviyyə, antinomiya - əkslik və s. Alınma terminlərin əvvəlcədən dildə olma­yan qarşılığı da ani yaranmır; buradakı paralellər sabitləşməyə qədərki yolun təbii mənzərəsini inikas etdirir. Terminlərin istifadə olunmasında fəlsəfi cərəyanların onlara verdiyi status da nəzərdə tutulmalıdır.

Fəlsəfi cərayanlara aid olan terminlərdən biri “fenomenologiya” adlanır. Fenomenologiya yunanca “phainomen” - təzahür edən və “logos” - söz, təlim” deməkdir. Bu elə fəlsəfi cərəyandır ki, fəlsəfi şüuru, subyekt və obyekti kəskin şəkildə bir-birindən ayıran naturalist fikirlərdən azad etməyə, idrakın, insanın mövcudluğunun və mədəniyyətin ilkin əsasını tapıb üzə çıxarmağa səy göstərir. Əgər klassik fəlsəfədə fenomenologiya məntiq və metafizika sistemlərinə aid olmuşsa, XX əsr Avropa fəlsəfəsində o “təmiz şüur”un və insanın mövcudluğunun aprior strukturunun təhlili metodu kimi çıxış edir (6, s.59-60).

Leksik-semantik cəhətdən başqa termin qrupunu fəlsəfi cərəyan terminləri təşkil edir. Məsələn, skeptisizm, epikurçuluq, stoisizm və s.

Fəlsəfi məktəblər terminlərin birinci tərəfini şəhər adından götürərək özünəməxsus terminlərini ortaya qoymuşdur: Yunan fəlsəfi məktəbi, Milet məktəbi, Eleya məktəbi, Sofistlər məktəbi, etik məktəblər, Stoya (Afina) fəlsəfi məktəbi, Pifaqor məktəbi. Onlar ən çox aşağıdakı fəlsəfə terminlərindən istifadə etmişlər: apoqonik sübut (yunanca: aradode-nəticə) - dolayı, vasitəli sübut; eklektizm-bir-birinə zidd olan fikir və nəzəriyyələrin mexaniki olaraq birləşdirilməsi; sofizm   formal olaraq düzgün görünən, bir-birilə yanlış çıxarılmış əqli nəticə. Sofizm   anlayışların ikimənalılığına əsaslanır. Hadisələrin ayrı-ayrı tərəflərinə üstünlük verilir.

Eleya şəhərinin adı ilə bağlı olan Eleya məktəbinə daxil olan terminlər bunlar idi: ruh, atom, varlıq, qeyri-varlıq və s.

“Sofist” termini   intellektual fokusçu, fırıldaqçı, dələduz anlamındadır. Qədim yunanlarda “sofist” “müdrik” sözünün ifadəsi kimi işlədilirdi. Sonrakı dövrlərdə “sofist” termini “natiqlik” termininin mahiy­yəti kimi istifadə olundu.

“Ellin fəlsəfəsi” İskəndərin yürüşündən sonra Asiyada yunan dilində yaranmış fəlsəfə idi. Ellin mədəniyyətinin, elm və fəlsəfəsinin yaranmasında təkcə yunanlar deyil, Kiçik və Ön Asiyanın bir çox xalqlarının nümayəndələri iştirak etmişlər.

6. Tarixi fəlsəfi terminlər: fəlsəfi təlim, fəlsəfə tarixi, Qədim Şərq ölkələrində fəlsəfi fikir, qədim Hindistanda fəlsəfi fikir, Qədim Çində fəlsəfi fikir, Qədim Yunanıstanda fəlsəfi fikir, Qədim Misirdə fəlsəfi fikir və s.

Tarixi fəlsəfi proseslərin ilkin çıxış vahidi bu və ya başqa təfəkkür sahiblərinin əmələ gətirdiyi fəlsəfi təlimdir. Həmin anlayış - termin müəyyən, bir-birilə məntiqi ardıcıllıqla sıralanan dünyagörüşlər sistemidir. Bu təlimlər sinonim terminlər cərgəsini yarada bilmişdir. Həmin terminlər biri digərinin əlavəsi kimi də işlədilə bilər. Məsələn, Platonun ardıcılları - platoniklər, Avqustinin ardıcılları - avqustinçilər, Marksın ardıcılları - marksistlər və s.

Bu tip tarixi fəlsəfi terminlər linqvistik baxımdan tərkib etibarilə onomastik vahidlərdən ibarət olur. Ölkə adları bu baxımdan istisna təşkil etmir.

Həmin tip fəlsəfə terminlərinin bir qismi dövrləşmə mərhələləri ilə əlaqədar olur: antik fəlsəfə, II-XIV əsrlərdə Qədim Avropada fəlsəfə, Orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində fəlsəfə, Orta əsrlərdə Azərbaycan fəlsəfəsi, Avropada İntibah dövrü fəlsəfəsi, XVII-XVIII əsrlərdə Avropa fəlsəfəsi, XVIII əsrdə fransız fəlsəfəsi, XVIII əsrdə alman klassik fəlsəfəsi, XIX əsrdə Azərbaycan fəlsəfəsi və s.

Paralelizm tarixi fəlsəfə terminləri üçün xarakterikdir: politeizm- çoxallahlıq, kahinlər varnası - brəhmənlər, hərbi aristokratiya varnası - kşatrilər, əkinçilər, sənətkarlar, tacirlər varnası - vayşilər, aşağı varna-şudralar, ved - bilik və s.

7. Məntiqi anlayışları ifadə edən terminlər: məntiqi, məntiqilik, məntiqi yanaşma və s.

Bir çox terminlər təkcə dar elmi çərçivədə deyil, müxtəlif elm sahələrində də istifadə olunur. Məsələn, «presuprozisiya» terminini götürək: bu termin-anlayış XX yüzilliyin 50-ci illərində P.Stroson tərəfindən irəli sürülmüşdür. İlkin şəkildə presuppozisiya obyektlərin varlığı və vahidliyini inikas etdirən bütün konstruksiyalara aid edilirdi (2, s.23). Bu anlayış-termin ilk dəfə fəlsəfi məntiqdə əmələ gəlmişdir və hökmün semantik komponentini ifadə edir. Kontekstdə hökmün doğru və ya yalan olması üçün presuppozisiya obyektiv olmalıdır. Hökmdə həqiqi mənada presuppozisiya olmadıqda hökm konkret mətndə ya yersiz, ya da ümumiyyətlə, semantik cəhətdən mənasız olur.

Fəlsəfədə presuppozisiyanın 3 növündən bəhs olunur: 1) faktik presuppozisiya. Məsələn, “Müəllim bilir ki, Ləman zəif şagirddir”, “Müəllim bilmir ki, Ləman zəif şagirddir”; 2) kateqorial presuppozisiya. Semantik baxımdan belə ehtimallar və fərziyyələrdə uyuşmazlıq hiss edilir. Məsələn, Dağlar, dərələr də bilir onun sirrini (Ş.İsmayıl). Dağlar, dərələr cansız olduğu üçün hər hansı bir sirri qavramaq, bilmək gücünə malik deyil, amma ifadədəki obrazlılığı metaforikləşmə (troplaşma) hadisəsi yaratmışdır; 3) presuppozisiyanın ekzistensiallığı. Həmin növ fəlsəfi presuppozisiya konkret-referent ad qrupuna aid olan mənanın varlığını və birtipliliyini ifadə edir. Məsələn, “Kosmosu kəşf edən şəxs” ifadəsi belə bir presup­pozisiyanın mövcudluğunu əsaslandırır. Elə bir alim var ki, (və ya olmuşdur ki) o, kosmosu kəşf etmişdir. Əgər bu presuppozisiya olmasaydı, “kosmosu kəşf edən şəxs” ifadəsi asemantik bir varlığa çevrilərdi.

Beləliklə, sözügedən bu termin həm fəlsəfə, məntiq elmlərində, həm də dilçilik elmində öz məntiqi anlamını tapır. Məntiq elmində bu termin mühakimələrin təhlili gedişində, hökmlərin düzgün və səhv olmasının müəyyən edilməsində istifadə edilirsə, linqvistikada onun rolu başqa istiqamətdədir. Linqvistikada “presuppozisiya” termin-anlayışı təbii dildəki söyləmlərin linqvistik təhlil vasitəsi vəzifəsini kəsb edir. Əslində, məntiqi-fəlsəfi problemlərin məna ilə bağlı aspektlərində presuppozisiya istifadə olunur ki, bu da onun linqvistika ilə təmas nöqtələrində baş verir.

8. Təbiəti əks etdirən terminlər: təbiət, mifoloji baxışlar, qədim mifologiya, antropomorflaşma, “ana-təbiət”, təbiət- “yaşayış məskəni”, biosfer, ellinizm, ekoloji gərginlik, ekoloji situasiya, ekoloji böhran və s.

“Biosfer” terminini ilk dəfə olaraq J.B.Lamark işlətmişdir. Avstriya alimi E.Zyese XIX yüzilliyin sonlarında bu termini geoloji mənada istifadə etmişdir.

“Ekoloji böhran” terminoloji birləşməsinin mənası belədir: təbiətin ona nadan, yırtıcı münasibətinə qarşı intiqam.

Ekoloji tərbiyəyə dair bir sıra terminlərdən istifadə olunur: ekoloji siyasət, ekoloji iqtisadiyyat, ekoloji etika və s.

Ekoloji aspektin doğurduğu terminlər: demoqrafik, urbanistik, urbanizasiya və s.

9. Sosial fəlsəfəni əks etdirən terminlər. Sosial həyatın qarşılıqlı təsirdə və əlaqədə olan bütün tərəfləri ilə vəhdətdə bütöv bir proses kimi sosial fəlsəfə nəzərdən keçirərək öyrənir. Cəmiyyət həyatında baş verən dəyişikliklər, ictimai hadisələr arasındakı üzvi əlaqələr; eləcə də əlaqəsi olmayan hadisələr və s. bir sıra fəlsəfə terminləri yaratmış və həmin terminoloji vahidlər cəmiyyət və insan fəlsəfəsi leksik-semantik nüvəsində toplanmışdır. Bunlara aşağıdakıları aid etmək olar: sülh fəlsəfəsi, keçid dövrünün fəlsəfəsi, milli həmrəylik fəlsəfəsi; ictimai şüur, məhsuldar qüvvələr, ictimai varlıq, sosial birlik, sosial determinizm, futurologiya, proqnoz, proqnozlaşdırmaq, tarixin fəlsəfəsi və s.

“İctimai varlıq” termin-anlayışının leksik-semantik nüvəsi: 1) ictimai varlıq ictimai qanuna­uy­ğunluqla eyniyyət təşkil edir; 2) ictimai varlıq iqtisadi bazisdir; 3) ictimai varlıq maddi nemətlərin istehsal üsuludur; 4) ictimai varlıq insan cəmiyyəti həyatının bütün maddi şəraiti və münasibətləridir (7, s.332).

Futurologiya” - latınca “futurum” sözündən götürülüb - gələcək, “loqos” isə yunanca söz, təlim anlamlarında istifadə olunur. Bu terminin leksik-semantik nüvəsində hərfi anlamda gələcək haqqında təlim; geniş anlamda futurologiya vəziyyətin gələcəyi barədə təsəvvürlər toplusudur, məhdud mənada isə sosial proseslərin gələcəyini əhatə edən elmi bilik sahəsidir. “Futurologiya” “proqnozlaşdırma” termininin sinonimi kimi də istifadə olunur.

Tarixin fəlsəfəsi»” terminoloji vahidi fransız maarifçisi Volterə məxsus olsa da, tarixi inkişafın ümumi qanunları haqqında məsələni ilk dəfə alman maarifçisi İohan Qotfrid Herder “Bəşəriyyətin tarix fəlsəfəsi ideyasına dair” (1784) kitabında irəli sürmüşdür.

“Tarix” termininin leksik-semantik nüvəsində 1) ümumiyyətlə, keçmiş; 2) keçmişin yazılı şəkildə təsviri; 3) keçmişin öyrənilməsi ilə bilavasitə əlaqədə olan peşəkar akademik fənn nəzərdə tutulur.

Fəlsəfədə cəmiyyət inkişafının müvafiq mərhələləri də bir sıra terminləri meydana gətirmişdir: aqrar mərhələ, industrial mərhələ, postindustrial mərhələ, informasion cəmiyyət və s.

Bu terminoloji vahidlərin bir-birindən fərqli leksik-semantik xüsusiyyəti vardır.

Azərbaycan dilində fəlsəfə terminlərinin leksik arsenalı və semantik diapozonu genişlənmişdir. Fəlsəfi anlayışlar leksik arsenala (leksik ehtiyat) görə müəyyənləşir. Semantik sistem isə əsas fəlsəfi kateqoriyalar üzrə müəyyən edilir. Leksik arsenal bəzən eyni məna ətrafında bir çox terminoloji vahidlərin işlənmə tempi ilə seçilir. Məsələn, abstrakt təsəvvür - mücərrəd təsəvvür, absraksiya; ziddiyyət-aidlik-təzad və s.

Digər leksik-semantik sistemlərdən fərqlənən terminoloji vahidlər emosional-ekspressiv, metaforik, polisemantik keyfiyyətlərə çox meyillidir. Həmin semasioloji keyfiyyətlər ən çox da sosial-siyasi, fəlsəfi anlayışları, hadisələri inikas etdirən terminlərə aiddir. Beləki, tarixi proseslərin dəyişməsi və cəmiyyətin inkişafı ilə əlaqədar olaraq fəlsəfə terminlərinin də enantiosemiyası da dəyişkənliyə məruz qalır, yeni semantik çalarlar formalaşır.

Terminlərin leksik-semantik cəhətdən polisemantikliyə meyilliliyi, hər şeydən öncə, həmin vahidlərin funksionallaşan tətbiq sahələrinin artıb çoxalması, genişlənməsi ilə əlaqədardır. Bu əlamət fəlsəfə terminlərinə də aiddir.

1   ...   5   6   7   8   9   10   11   12   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə