Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə7/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   36

Açar sözlər: elm, İslam, eksperiment, İntibah, Reformasiya.
İstifadə olunmuş ədəbiyyat
1. Elm adamları elm haqqında (professor Səlahəddin Xəlilovun təqdimatında). Bakı, Çaşıoğlu, 2010, 312 s.

2. Fəlsəfə ensiklopedik lüğəti. Bakı, Azərbaycan Ensiklopediyası NPB, 1997, 520 s.

3. Xəlilov S. Şərq və Qərb: ümumbəşəri ideala doğru. Bakı, “Azərbaycan Universiteti”, 2004, 624 s.

4. Бернал Дж. Наука в истории общества. М., Иностранная литература, 1956, 735 с.

5. Вебер М. Избранные произведения. М., Прогресс, 1990, 808 с.

6. Виргинский В.С., Хотеенков В.Ф. Очерки истории науки и техники с древнейших времен до середины ХV века. М., Просвещение, 1993, 290 с.

7. Гайденко П.П. Эволюция понятия науки (XVII-XVIII). М., Наука, 1987, 448 с.

8. История и философия науки (учебное пособие для ВУЗ-ов. Под ред. Лебедева С.А.). М., Академический проект, 2007, 607 с.

9. Монтгомери У. Влияние ислама на средневековую Европу. http://www.portal-credo.ru
Вусал Зульфугаров
философский анализ динамики

исторического развития науки
Резюме
В статье проводится философский анализ динамики развития науки в период средне­ве­ковья. Выявляется значительная роль исламской науки в развитии мировой науки. Автор научно обосновывает, что основы современной науки были заложены арабскими учеными именно в Исламском Востоке. В работе подвергаются критике европоцентристские позиции западных и русскоязычных ученых. В то же время с философской точки зрения выявляются причины сни­жения, отставания развития науки в мусульманском мире.

В статье также рассматривается социально-культурная среда, оказывающая воздействие на развитие науки в Новой Европе, указываются философские аспекты влияния Реформации на развитие западной науки. Исследуется непосредственное влияние революционных изменений, происходящих в философском мировоззрении относительно динамики развития науки.


Ключевые слова: наука, Ислам, эксперимент, Ренессанс, Реформация.
Vusal Zulfugarov
philosophical analysis of dynamics

of historical development of science
Summary
In the article a philosophical analysis is made of the dynamics of the science development in the Middle Ages. The significant role of Islamic science in the development of world science is revealed. The author scientifically substantiates that the foundations of modern science were established precisely in the Islamic East by the Arabian scholars. In the work the Eurocentric positions of the Western and Russian-speaking scholars are criticized as well. At the same time the reasons for the deterioration, backlog and development of science in the Muslim world were analyzed from the philosophical point of view.

In the paper the socio-cultural surrounding influencing on the development of science in the New Europe is also considered, the philosophical aspects of the influence of the Reformation on the development of Western science are exposed. The direct impact of the revolutionary changes taking place in the philosophical outlook on the dynamics of the development of science was studied.


Keywords: science, Islam, experiment, the Renaissance, Reformation.

UOT 001.8
Füzuli Qurbanov

AMEA FSHİ, fəlsəfə ü.e.d., şöbə müdiri
Elmlərиn konvergensиyası fənlərarası yanaşmanın иşığında
Müasir elmlər ciddi bir qnoseoloji və metodoloji çətinliklə üz-üzədir. Bu çətinlik klassik elmin formalaşdırdığı dünyagörüşündən qaynaqlanır. Bir neçə əsrdir ki, elm parçalanmış – fənlərə bölünmüş formada mövcuddur. Kartezian yanaşması onu bir-birindən kəskin fərqlənən qütblərə ayırdı. Elmin çoxlu sayda qolları zaman getdikcə bir-birindən aralanan nəhəng mənbəyə bənzərdi. Onu adətən “ağac” meta­forası ilə təqdim edirlər. Yəni mənbə eynidir, təkamül trayektoriyaları isə fərqli. Ola bilər. Lakin bu fərq­liliyin dünyanın özünün mahiyyətcə bir-birindən fərqlənən qollarını ifadə etməsi haqqındakı təsəvvürün möhkəmlənməsi artıq tarixi səhv idi. Çünki bu cür elmi yanaşma dünyanı bir-birindən fərqlənən fraq­mentlərə ayırmağa və onların hansının daha əhəmiyyətli olduğu barədə insanın “mütləq hakimlik rolu” oynamasına rəvac verdi. İnsan dünyanın vəhdətini hər an özündə təsdiqləyən fraqment olaraq, həmin vəhdəti kökündən inkar edən mövqe tutmuş oldu. Bununla insan hər şeydən öncə özündə ziddiyyət yaratdı və bütöv varlıq kimi parçalandı.

Beləliklə, elmi idrak əsrlərdir ki, bir-birindən uzaqlaşdırdığı dünya fraqmentlərini birləşdirməli, on­ları vəhdət halına gətirməlidir. Bu, prinsipcə mümkündürmü? Mümkündürsə, konkret yolu nədən ibarətdir? Əvvəlcə, Qərb fəlsəfi və elmi fikrində yer almış bir ideyaya nəzər salaq.



Marşall Makyüen “Hutenberq qalaktikası” kitabında antropoloq Edvard Hollun aşağıdakı fikrini verib. E.Holl “Səssiz nitq” kitabında yazıb: “Hazırkı dövrdə insan əvvəllər öz bədəni vasitəsi ilə etdikləri hər bir şey üçün texniki genişlənmə yaradıb. Silahın təkamülü dişlər və yumruqlardan başlayır, atom bombası ilə qurtarır. Geyim və binalar temperatur nəzarətinin bioloji mexanizmlərinin genişləndirilməsini ifadə edirlər. Bardaş qurub oturmamaq və ya torpaq üzərində əyləşməmək üçün mebel meydana gəldi. Elektrik avadanlıqları, televizorlar, telefonlar və kitablar insan səsinin məkan və zamanı qət etməsi (və ya aşması – F.Q.) vasitələri kimi, maddi genişlənmə nümunələridir. Pul əməyin saxlanması və genişlənməsi üsulundan başqa bir şey deyil. Müasir nəqliyyat vasitələri isə bir zamanlar ayaq və belin işlədiyi yerlərdə çalışırlar. Doğurdan da, insan tərəfindən istehsal edilən bütün maddi əşyalara insanın bir vaxtlar öz bədəni və ya onun hansısa üzvünün yerinə yetirdiklərinin genişlənməsi kimi baxıla bilər” (1, s.79). Antropoloqun fikrinə görə, insanın elmi-texnoloji sahədə yaratdığı hər bir şeyin əslində onun daxili aləmi ilə əlaqəsi var. İnsanın əlinin gördüyü işi çəkicin yerinə yetirməsi bu mənada əlin orqan olaraq funksiyalarının texniki üsulla genişləndirilməsidir. Lakin bu proses insanın daxili ruhi və emosional dünyası ilə sıx bağlıdır. Onda faktiki olaraq texnikanı yaratmaq prosesi insanın daxili aləminin xarici proyeksiyasını həyata keçirməkdən ibarətdir. Amerika etnoloq və antropoloqu Lesli Uayt bu barədə daha konkret fikir yürüdür. O, “Mədəniyyət haqqında elm” kitabında qeyd edir ki, hisslərin ifadəsi və təzahürləşdirilməsi və ya dil, nitq (seçim bizimdir – F.Q.) özlüyündə “insana asan ötürməyi və maksimal səmərəli istifadə etmək şansı yaradan təcrübə və bilik toplamağa imkan verən bir vasitədir” (2, s.240). M.Maklyüen bunu belə ifadə edir ki, “dil nəinki təcrübəni saxlayan, hətta təcrübəni bir formadan digərinə çevirən metaforadır” (3, s.9). Həm də bu keyfiyyət ümumiyyətlə bizim rasionallıq qabiliyyətimzidən, yəni təbiətimizdən qaynaqlanır. Biz hər an hissləri bir formadan digərinə çeviririk. Lakin bu texnoloji vasitələr ucbatından (məsələn, əlifba və ya radio) böyük miqyasda genişlənən hisslərimiz qapalı sistemlər yaradırlar (3, s.9). Nəticədə insan faəliyyəti bir-birindən nisbi təcrid olunmuş nəhəng qapalı dairələrdən ibarət olur. İndi isə “bizim çox genişlənmiş qabiliyyət və hisslərimiz kollektiv dərk edilməsi tələb olunan vahid təcrübə sahəsini konstruksiya edir”(3, s.10). Bu da həmin qapalı dairələr arasında qarşılıqlı əlaqələri tapmağı gündəmə gətirir. Başqa sözlə, M.Maklyüen insanın daxili aləminin vəhdətinə uyğun olaraq texnologiyaların da bütövlüyünün təmin edilməsi məsələsini qaldırır. Ani olaraq görüntü, səs və hərəkətin dünyanın istənilən yerinə ötürülməsi gerçəkliyi, bunların mənbəyində duran insanın mənəvi, əxlaqi, hissi və ruhani dünyasının bütövlüyünü texnolojilərin bütövlüyünə “çevirən metafora” tapmağı meydana gətirir. Görüntü, səs və hərəkətin vəhdəti uyğun ideal konstruksiyada əksini tapa bilər. Yəni söhbət elə bir elmi yanaşma formalaşdırmaqdan ibarətdir ki, insanın qabiliyyət və hisslərinin vəhdəti ilə onların genişlənməsini ifadə edən texnolojilərin bütövlüyü təmin edilsin. Burada təbii olaraq insanın daxili aləmi ilə texnolojilərin vəhdəti məsələsi də həllini tapmalıdır.

Beləliklə, yuxarıda qoyduğumuz sualın cavabı məsələsinə qayıdaq. Qərb elmi idrakının təkamülü elm sahələrini bir-birindən ayırıb. Elmin fənlərə bölünməsi idrakın müxtəlif fərqli trayektoriyalarını əmələ gətirib. Ancaq bununla Kainatın quruluş qaydası dəyişməyib. Başqa sözlə, elm sahələri “azad mövcudolma” (O.Şpenqler) səviyyəsində bir-birindən fərqlənirlər. Mahiyyətdə isə vahid dünyanın müxtəlif aspektlərini əks etdirirlər. Dünya fraktaldır, insan da onun fraqmenti kimi fraktaldır. Onun hər bir fəaliyyəti dünyanın vəhdətindən kənara çıxa bilməz. İnsanın idraki fəaliyyəti daxili özünəoxşarlığı ətraf mühitə “köçürmək”dən ibarətdirsə, bununla vəhdəti də xaricə transfer etmiş olur. Onda ayrı-ayrı fənlər yalnız dil və terminlər səviyyəsində bir-birindən təcrid olunmuş vəziyyətdədirlər. Onların öz sahəsi çərçivəsində məzmunu da bir-birindən fərqlənir. Bu fərqlər mahiyyətə aid deyillər. Onlar eyni bir mahiyyətin müxtəlif təzahürləri olaraq qəbul edilməlidirlər. Deməli, elmlərin qarşılıqlı əlaqəsi əsasən dil və ifadə üsulu arasında münasibətlərin qurulması məsələsi ilə sıx bağlıdır. Burada “dil və ifadə üsulu” deyimində nələri nəzərdə tutduğumuzu izah etməyə ehtiyac var. Elmi dilin formalaşması tədqiqat sahəsinin özəllikləri ilə birbaşa əlaqəlidir. Hər bir fənnin konseptual aparatı həm biliyin məzmununu müəyyənləşdirir. Məsələ yalnız işlənən terminlərin semantik olaraq bir-birindən fərqlənməsindən ibarət deyil. Əgər idrak prosesini insan varoluşunun təməl şərti kimi qəbul etsək (biz bu mövqedəyik), onda söz (anlayış, termin) klassik elmi idrakda qəbul edildiyindən daha dərin və geniş statusa sahib olur. Yəni dil faktiki olaraq insanın mövcudluq sahəsidir. Elm sahələrinin konseptual aparatı da konkret fənnin mövcudluq sahəsidir. Bir sözlə, elm dildə mövcuddur. Əgər müxtəlif elm sahələrində fərqli terminlər formalaşırsa və buna görə həmin sahələrin adamları bir-birlərini başa düşməkdə çətinlik çəkirlərsə, elmlərarası əlaqə məsələsi ortaq dil probleminə gəlib çıxır.

Digər tərəfdən, hər bir elmi anlayışın və ya terminin yaranma tarixçəsi vardır. Problemin bu aspekti fəlsəfə tarixində çox fərqli ideyaların meydana gəlməsi ilə xarakterizə olunur. Polyak mikrobioloqu, həkimi və filosofu Lüdvik Flek həmin aspektdə maraqlı bir elmi yanaşma işləmişdi (4). Onda L.Flekin elmi faktların yaranması və inkişaf etməsi haqqında fikirləri yaxşı qəbul edilmədi. Faktların belə təkamül etməsini klassik elmi düşüncə çətin qəbul edirdi. L.Flek özü isə “təfəkkür üsulu” və “mütəfəkkirlər kollektivi” anlayışlarını daxil edərək elmi fəaliyyətdə onların fundamental rolunu qeyd edirdi (4, s.148-167). L.Flekə görə hər bir tarixi dövrün fərqli düşüncə tərzi, təfəkkür üsulu olur. Bu, elmi ideyaları seç­mə­yə və onlardan hansılarına üstünlük verilməsi lazım gəldiyini müəyyən etməyə imkan verir.

Müasir dövr üçün əsas idraki məqamın insanın, cəmiyyətin, bəşəriyyətin və Kainatın bütövlüyünün eyni şərtlərdən qaynaqlandığını fəlsəfi və elmi sübut etməkdən ibarət olduğunu deyə bilərik. Elmlərarası əlaqələr bəşəriyyətin yeni inkişaf səviyyəsinə keçidi prizmasında hansı məqamları önə çıxarır?

Özlüyündə müasir elmlərarası əlaqələr mürəkkəb mexanizmə malikdir. Konkret olaraq, fənlərarası yanaşma işığında elmlərin inteqrasiyası və konvergensiyası prosesi arasında sıx əlaqə olduğu görünür. “İnteqrasiya” anlayışı “integratio” latın sözündəndir və “bərpa etmək”, “tamamlamaq”, “bütövləmək” məna­sını verir. “İnteger” bütöv deməkdir. Müasir fənlərarası yanaşmada inteqrasiya anlayışı sistemin his­sələri və funksiyalarının bütöv əmələ gətirən əlaqələrini ifadə edir. Eyni zamanda o bütövləşməyə doğ­ru aparan prosesi əks etdirir. Yəni inteqrasiya elə bir prosesdir ki, onun nəticəsi birləşmə, bütövlüyün təmin edilməsidir. Həm də inkişafın müxtəlif tərəf və elementlərini bütövdə birləşdirən aspektidir (5, s.181 və 6, s.210). R.Vulf və V.Drayden inteqrasiyanı eklektikadan fərqləndirərək birincinin nəzəri olduğunu yazırlar. İnteqrasiya konvergentdir, tərkib hissələrinin cəmindən çox olana nail olmaqdır. Eklektika isə texnikidir, yığmaqdır, seçimdir, mövcud olanı tətbiq etməkdir. Bu mənada eklektika hissələrin cəmlənməsidir, empirizm­dir (7, s. 261).

Hazırda inkar edilməsi mümkün olmayan bir proses gedir – müxtəlif elm sahələri arasında əlaqələr genişlənir və dərinləşir. Onun konkret situasiyalarda fərqli məzmun və forması ola bilər. İndi alimlər nanotexnologiya, nanobiologiya, nanokimya və s. yeni sahələr arasındakı konvergensiyadan perspektivli tendensiya qismində yazırlar. Özü də elm tarixi sübut edir ki, elmlərarası əlaqələrdə konkret problemlərin tədqiqi inteqrasiya prosesinin əsasını qoya bilər. Klassik nəzəriyyələr arasında inteqrasiya bir sahənin metodunun digər sahəyə tətbiqi üzrə baş verirdisə, qeyri-klassik nəzəriyyələrdə bu proses daxili sahədə yaranmış problemlərin həllindən qaynaqlanır. Burada bir məqamı qeyd etmək lazımdır.

Müxtəlif elm sahələrinə aid olan problemlərin həllindən sonra yaranmış vəziyyət inteqrasiya məsələsini aktuallaşdırıb. Fərz edək ki, lazerin yaranması mexanizmi ilə kimyəvi saatların işləməsi mexa­nizmi arasında oxşarlıq hər iki məsələni eyni riyazi formula ilə ifadə etmək ideyasını formalaşdırdı. Fizika və kimyaya aid olan metodlar burada yardımçı rolu oynadılar. Özlüyündə həmin metodlar universal məz­mun kəsb etmirlər. Daha çox riyazi metodlar müxtəlif elm sahələri üçün ortaq olan problemlərin həllində yararlı olurlar. Ancaq bunun üçün konkret elm sahəsində problemin tədqiqi aparılmalıdır. Buradan görünür ki, elmlərarası metodlar yalnız elmlərarası problemin formalaşmasından sonra formalaşa bilər. Bu isə keyfiyyətcə yeni səviyyədə tədqiqatların aparılması və metodologiyanın işlənməsi deməkdir. Onda söhbət mövcud nəzəriyyələrin inteqrasiyasından getməməlidir. Nəzəriyyələrin öztəkamül gedişində hər biri üçün ortaq sayıla bilən problemlərin həlli zamanı sintetik yanaşma və ya metod formalaşdırmasından danışmaq olar. Əgər bi istiqamətdə kifayət qədər nəzəri və praktiki nəticələr alınırsa, yeni elmi-tədqiqat isti­qaməti meydana çıxa bilər. Sinergetika, avtopyezis, mürəkkəb sistemlər nəzəriyyəsi, özünütəşkil edən böh­ran­lıq nəzəriy­yəsi və XX əsrin ikinci yarısında meydana gələn digər istiqamətlər bu mexanizm üzrə for­ma­laşdı. H.Haken özünütəşkil proseslərinin fiziki, kimyəvi, bioloji, kosmoloji və s. sahələrdə eyni mexanizmlə getməsini riyazi ifadə edə bilən elmi istiqamət yaratdı. Əgər müxtəlif sahələrə aid olan proseslər üçün ortaq ifadə, metodologiya və prinsiplər formalaşdırmaq mümkün olmasaydı, yeni elmi istiqamətdən danışmaq yersizdi. Hətta indi də sinergetikanın özünü elmi istiqamət kimi qəbul etməyənlər var.

Digər tərəfdən elm o sürətlə təkamül edir ki, “yeni sintetik elmi istiqamət” ifadəsi nisbi məzmun kəsb edir. Deyək ki, artıq sinergetikanı “yeni elm” adlandırmaq çətindir. Əlbbətə, həmin çərçivədə hələ çox tədqiqatlar aparılmalıdır. İndi “sinergetika 2” və “endosinergetika” kimi anlayışlara da rast gəlirik. Həmin anlayışlar sinergetik tədqiqatların daha geniş və fərqli sahələrə nüfuz etməsi ilə yanaşı, elmi idrakın özündə keyfiyyət dəyişikliyinə səbəb olmasından qaynaqlanırlar. Bu, elmlərarası əlaqələrdə prinsipcə yeni bir idra­ki situasiyanın yarandığını göstərir. XXI əsrin başlanğıcında həmin fenomeni elmi idrakın əsas təkamül əlaməti hesab edirik. Yəni “kreativlik təşəbbüsü” klassik elm sahələrinin əlindən çıxıb. İndi fizika yox, bio­fizika, fiziki kimya, endofizika və başqa yeni istiqamətlər elmi inkişafın “start meydanı” rolunu oyna­yırlar. Eyni ilə nanofizika, nanokimya, nanobiologiya, nanotibb, sinergetika, avtopyezis, mürəkkəb sistem­lər nəzəriyysi, böhranlı özünütəşkil nəzəriyyəsi və s. yeni inteqrasiya formalarının “sifarişçiləri” və daşı­yıcı­larıdırlar.

Belə nəticə çıxara bilərik ki, elm tarixində inteqrativ prosesləri iki mərhələyə ayırmaq olar. Birinci mərhələ klassik elm sahələrinin formalaşmasından başlayır və yeni sintetik elmi istiqamətlərin yaranması ilə sonuclanır. İkinci mərhələ sintetikelmi istiqamətlərin qarşılıqlı təsirləri nəticəsində özünü göstərən ineqrativ proseslərlə başlayır və hələ başa çatmayıb.

Bu proses elmi idrakı bütövləşdirə bilərmi? Və yaxud elm sahələri vahid bir elm əmələ gətirə bilərmi? Başqa sözlə, “inteqrasiya” termininin semantikasında olan “tamlıq”, “birlik”, “bütövlük”, “vəhdət” ideyaları konkret elmi təsdiqini tapa bilərmi? Bu suallara cavab vermək üçün “konvergensiya” terminini də izah edək. Bu termin latınca “convergo”dan olub “yaxınlaşmaq”, “bir nöqtəyə vurmaq” mənasını verir. Elmi tətbiqdə konvergensiya bir-birinə yaxınlaşan sahələrin eyni əlamətlərinin meydana gəlməsini ifadə edir.

Elmlərin konvergensiyası sahəsində ciddi tədqiqatlar aparmış alimə müraciət edək. Rusiya alimi M.V.Kovalçuk elmlərin konvergensiyasına həsr etdiyi məqalədə yazır: “Bu məqalə elmin necə trans­formasiya etdiyinə, sivilizasiyanın inkişafına uyğun olaraq onun paradiqmasının dəyişməsinə və yeni elmi-texnoloji situasiyanın XXI əsrdə bəşəriyyətin sıçrayışlı inkişafını necə təmin etməli olduğuna həsr edilib. Söhbət konvergensiyadan – elm və texnologiyaların birləşməsindən, qarşılıqlı nüfuz etməsindən gedəcək. Bu yeni elmi-texnoloji sahə NBİK-texnologiyalara əsaslanır. Burada N – nanodur, B – biodur, İ – infor­masiya texnologiyalarıdır, K – şüurun, canlı varlıqların və ilk növbədə insanın öyrənilməsinə əsaslanan koqnitiv texnologiyadır”(8, s.13). Yəni M.V.Kovalçuk elmlərin konvergensiyasına nano­texnologiya, biotexnologiya, informasiya texnologiyaları və koqnitiv texnologiyaların sintezi prizmasında baxır. Onları ümumi sahə kimi NBİK olaraq adlandırır. Faktiki olaraq konvergensiya konkret seçilmiş istiqamət üzrə nəzərdən keçirilir. Lakin NBİK-in kreativ-qnoseoloji əhatəsi çox genişdir. M.V.Kovalçuk da məqaləsində qeyd edir ki, bu üsulla “biz “aşağıdan”, atom səviyyəsindən başlayırıq, onlardan kubiklərdən olduğu kimi material və sistemlər düzəldirik” (8, s.16). Sonra alim qeyd edir ki, söhbət faktiki olaraq istənilən materialın atom-molekulyar konstruksiyasından gedir. Buradan aydındır ki, konvergensiya elə unuversal metodların hazırlanmasını nəzərdə tutur ki, atmo-molekulyar səviyyəsində müxtəlif təbiətli sistemlər düzəltmək mümkün olsun. Təbii ki, bunun üçün fənlərarası yanaşma lazımdır. Başqa sözlə, elmi idrak sahəsində canlı və cansız təbiətin yaxınlaşdırılması gərəkdir. Ona görə də M.V.Kovalçuk yazır ki, “atomlarla mani­pu­lyasiya edən, onlardan yeni maddələr düzəldən alim özünü fizik, kimyaçı və ya bioloq adlandıra bilməz. Bu alim 300 il bundan öncə Nyuton kimi təbiətşünasdır, ancaq keyfiyyətcə yeni...“bilik səviyyəsində” təbiət­şünasdır” (8, s.16).

Deməli, M.V.Kovalçukun təqdimatında elmlərin konvergensiyası ilə inteqrasiyası arasında məzmun səviyyəsində elə bir fərq yoxdur. Konvergensiya müxtəlif elm sahəsinə aid olan alimlərin birgə fəaliyyətini nəzərdə tutur. Nano, bio, kimya, info, koqni sahələri üçün ortaq olan metod əsasında atomar səviyyədə bütün növ maddələr və ya sistemlər (canlı və cansız) hazırlamaq bu elmi strategiyanın başlıca məqsədidir. Bu aspektdə V.İ.Arşinovun bir fikrini vurğulamaq yerinə düşərdi: “İndi “şüur-beyin-materiya” çoxpilləli prob­leminin bütün cəbhəsi boyu postqeyri-klassik fənlərarası (hətta transfənn xarakterli) yanaşma zəruridir. Bu yanaşma artıq uğurla formalaşır. Onun ən yaxın illərdə aktiv olaraq lazımlığının təsdiq olacağına tam əsas vardır. Həmin yanaşmanın konvergensiya texnologiyaları adlanan sahədəki tədqiqatlar və araşdır­ma­larla stimullaşacağına inanıram. Mən nanotexnologiyaların, biotexnologiyaların, informasiya texnolo­giyalarının, koqnitiv və sosio-humanitar elmlərin sinergetik konvergensiyasını nəzərdə tuturam...” (9, s.60).

V.İ.Arşinovun elmlərin sinergetik konvergensiyasının fənlərarası yanaşmanın formalaşamasını stimullaşdıracağı fikrini irəli sürməsi əsassız deyil. Bu mənada elmlərin “bir nöqtədə uzlaşması” ortaq təd­qiqat sahəsinin formalaşması deməkdir. Atomar səviyyədə müxtəlif elm sahəsinin təmsilçilərinin vahid təd­qiqat proqramı ətrafında birləşməsi bu baxımdan konkret nümunədir. Məsələ ondan ibarətdir ki, müxtəlif səviy­yələrdə elmlərin inteqrasiyasından danışılır, lakin konkret kompleks tədqiqat proqramlarının reallaş­masında ciddi dil çətinlikləri meydana çıxır. Ona görə də nano səviyyədə tədqiqatçı və alimlərin birgə işlə­məyin konkret nümunəsini göstərə bilmələri elmlərarası əlaqələrdə ciddi irəliləyişin təsdiqidir.

Beləliklə, fənlərarası yanaşma çərçivəsində inteqrasiya və konvergensiya bir çox aspektlərdə eyni prosesi ifadə edirlər. Fəlsəfi səviyyədə inteqrasiya son məqsədin məzmunu etibarı ilə konvergensiyadan fərqlənir. Konkret elmi problemin təhlili səviyyəsində işçi anlayış statusunda isə bu terminlər arasında fərq yoxdur. Elmi idrakın hazırkı təkamül səviyyəsində konvergensiya lokal sahələrdə inteqrativ proseslərin əya­ni təsdiqi kimi çıxış edir. O cümlədən nano-, bio-, info-, koqni- və ximo - texnologiyaların sintezi ato­mar miqyasda çox perspektivli nəticələrə gətirib çıxara bilər və yeni elmi istiqamət meydana çıxar.

Nanotexnologiyaların vüsət alması ilə bu proses yeni səviyyəyə qalxıb. M.V.Kovalçukun yuxarıda xatırlatdığımız məqaləsində informasiya texnologiyaları ilə nanotexnologiyaların sintezi elmlərin konver­gensiyasının ana xətti kimi təqdim edilir. O yazır: “...İnformasiya texnologiyaları bütün elm və texnologiyaları birləşdirən “üzükdür”. İnformasiya texnologiyaları metodoloji nöqteyi-nəzərdən prinsipial olaraq yeni oldular – onlar mövcud olan fənlərin növbəti zənciri olmadılar, ancaq ümumi metodoloji baza olmaqla onları birləşdirdilər” (8, s.14).

Yuxarıdakı təhlillər elmlərarası əlaqələrdə inteqrasiya tendensiyasının üstünlük təşkil etdiyini təsdiqləyir. Eyni zamanda inteqrasiya və ya konvergensiya prosesi avtomatik olaraq fənlərarası yanaşma hadisəsini önə çıxarır. Yəni elmlərin inteqrasiyası adlanan proses birbaşa fənlərarası yanaşma məsələsinə bağ­lıdır. Bunlardan hansı digərini şərtləndirir – inteqrasiya fənlərarası yanaşma formalaşdırır, yoxsa fənlərarası yanaşma inteqrasiya prosesini təmin edir? Bunların hər biri həm səbəbdir, həm də nəticə. Onlar bir-birilərini şərtləndirirlər. Prosesin başlanğıcı isə konkret elm sahələrində (daha çox fizika və biologiyada) müəyyən problemlərin həllindən sonra materiyanın müxtəlif səviyyələrindəki sistemlərin oxşar mexanizm­lərə malik olmasının aydınlaşmasından qaynaqlanır. Sonrakı mərhələdə həmin prosesləri bir mövqedən öyrənməyə imkan verən metodlar hazırlandı. Artıq həmin mərhələdən sonra inteqrasiya və fənlərarası yanaşma bir-birini “dövri” (“dairəvi”) formada stimullaşdırdı. Bütün bunlar fənlərarası yanaşmanın müasir elmi idrakda böyük əhəmiyyət kəsb etdiyini göstərir. Elmlərin inteqrasiyası və konver­gensiyası bu yanaşmanın formalaşması dərəcəsindən asılıdır.


Açar sözlər: konvergensiya, elmlərin inteqrasiyası, fənlərarası yanaşma, sinergetika, endosi­ner­getika, kreativlik.

İstifadə olunmuş ədəbiyyat
1. Edward T.Hall. The Silent Language. New York: Doubleday and Company, 1959, 240 p.

2. White L. The Science of Culture. A Study of Man and Civilization. NY., 1969, 444 p.

3. Мак-Люэн М. Галактика Гутенберга: Сотворение человека печатной культуры. Киев: Ника-Центр, 2003, 432 с.

4. Флек Л. Возникновение и развитие научного факта. Введение в теорию стиля мышления и мыслительного коллектива. Состав. предисл., перевод с англ., нем., польск. яз., общая ред. Поруса В.Н. М., Идея-Пресс, Дом интеллектуальной книги, 1999, 220 с.

5. Философский энциклопедический словарь /Губский Е.Ф., Кораблева Г.В., Лутченко В. А. М., Инфра-М, 1997, 576 с.

6. Философский энциклопедический словарь. Гл. ред. Ильичев Л.Ф., Федосеев П.Н. и др. М., Советская энциклопедия, 1983, 840 с.

7. Ray Woolfe, Windy Dryden. Handbook of counselling psychology. Sage Publications, 1996, p. 662.

8. Ковальчук М.И. Конвергенция наук и технологий – прорыв в будущее /Журн."Российские нанотехнологии", т.6, № 1-2, 2011.

9. Аршинов В.И. Синергетика встречается со сложностью /Синергетическая парадигма: синергетика инновационной сложности. К 70-летию В.И.Аршинова. Сборник / отв. ред. В.И.Арши­нов. М., Прогресс-Традиция, 2011.

Физули Гурбанов
Конвергенция наук в свете междисциплинарного подхода
Резюме
В статье конвергенция наук как процесс анализируется в свете междисциплинарного подхода. Проводится сравнительный анализ между интеграцией и конвергенцией наук. Автор выдвигает тезис о том, что только в рамках междисциплинарного подхода возможно обоснованное исследование методологических проблем конвергенций наук. В этом аспекте перспективными представляются методологические разработки, которые ведутся в рамках нанотехнологий. Вместе с тем автор не сомневается в необходимости развития синергетического подхода. Именно этот подход имеет широкие когнитивные возможности в исследовании сложных систем разной природы.
Ключевые слова: конвергенция, интеграция наук, междисциплинарный подход, синер­гетика, эндосинергетика, креативность.
Fuzuli Gurbanov

Convergence of sciences in the light of

interdisciplinary approach
Summary
In the article convergence of sciences as a process is being analysed in the light of interdisciplinary approach. The comparative analysis is made between integration and convergence of sciences. The author puts forward the thesis on that only within the bounds of interdisciplinary approach theoretically substantiated research into methodological problems of convercence of sciences is possible. In this aspect the methodological elaborations, which are carried out within the frames of nanotechnologices, represent the perspective ones. At the same time the author makes no doubt of necessity to develop synergetic approach. This very approach posseses ample opportunities for investigation of the complicated systems of different nature.
Keywords: convergence, integration of sciences, interdiscilpinary approach, synergetics, endosy­nergetics, creativity.
UOT 101.1
Əyyub Kərиmov

AzTU, fəlsəfə ü.f.d., dosent
Qloballaşma və demokratиya qarşılıqlı təsиr prиzmasında
Müasir dövrdə qloballaşma, yəni müxtəlif ölkələrin və xalqların vahid axında birləşməsi prosesi gedir: bəşəriyyətin inkişafının hazırkı mərhələsi vahid sivilizasiyanın formalaşmasına, həyatın bütün sahələrini əhatə edən vahid sistemın bərqərar olmasına istiqamətlənmişdir.

Ümumiyyətlə, qloballaşma probleminin formalaşma tarixi XVI-XVII əsrlərə təsadüf etsə də, son 20 ildə daha qabarıq formada nəzərə çarpmağa başlamışdır. Bu baxımdan Avropa və Amerikada, o cümlədən Rusiyada artıq bu problemə dair çoxlu sayda məqalələr və kitablar dərc olunmuşdur. Azərbaycanda isə etiraf etmək lazımdır ki, bəzi istisnalarla bu problemə zəruri bir tədqiqat sahəsi kimi o qədər də diqqət yetirilməmişdir. Odur ki, ölkəmizdə bu mövzunun tədqiqinə böyük ehtiyac vardır. Təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev 7 sentyabr 2000-ci ildə Nyu-York şəhərində Minilliyin Zirvə görüşündə çıxış edərkən demişdir: “Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli – qlobal­laş­madır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olun­ma­sına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yük­səl­dilməsinə kömək etməlidir”.

“Açıq cəmiyyət” ideyasının bir növ yüksək əsasda davamı olan qloballaşma özünün həm müsbət, həm də mənfi elementləri ilə inkişaf edir və eyni zamanda cəmiyyətlərarası inteqrasiyanı getdikcə daha da gücləndirir. Bu proses isə öz növbəsində qloballaşmanı doğrudan da zəmanəmizin ən vacib və aktual problemlərindən birinə çevirməkdədir. Bütün bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, adətən qloballaşma milli iqtisadiyyatların vahid ümumdünya sistemi kimi başa düşülsə də, əslində o insan həyatının nəinki iqtisadi, siyasi, həm də mənəvi və mədəni aspektlərini də əhatə edir. Deməli, qlobal­laş­manın təsir etmədiyi elə bir sahə, ölkə yaxud dövlət tapmaq qeyri-mümkündür.

Bildiyimiz kimi, SSRİ dağıldıqdan sonra müstəqil dövlətlər yaranmağa başladı. Gənc milli dövlətlər beynəlxalq iqtisadi qurumlara daxil olaraq öz iqtisadiyyatlarını qloballaşma proseslərinə cəlb etmək istiqamətində qurmağa başladılar. Bu mənada respublikamız da qloballaşma prosesinin tələbləri əsasında öz milli iqtisadiyyatını yenidən formalaşdırmağa başladı. Düzdür, ölkəmiz bu baxımdan bir sıra çətin­liklərlə üzləşsə də, xüsusilə iqtisadi qloballaşma sahəsində mühüm addımlar atmışdır.

XX əsrin sonu   XXI əsrin əvvəlləri aşağıdakı üç böyük nailiyyətlərlə tarixə düşmüşdür:

1) bir-biri ilə qarşılıqlı asılılıqda olan xalqların və ölkələrin vahid dünyada birləşməsini əks etdirən qloballaşma;

2) yeni texnologiyalar vasitəsilə informasiya cəmiyyətinə keçid;

3) “Açıq cəmiyyət” ideyasının reallaşması imkanının qarşısıalınmazlığı.

Qloballaşma beynəlmiləlləşmə olmasa da, onunla aşağıdakı ümumi cəhətlərə malikdir:

- təsərrüfat əlaqələrinin ümumdünya xarakteri və onlara adekvat olan nəqliyyat və kommunikasiya sis­temlərinin meydana çıxması;

- “informasiya inqilabı” adlanan proses ümumplanetar ünsiyyəti mümkün edir, bu ünsiyyət isə öz növbəsində məkan və zaman çərçivəsinə sığışmır;

- bazar əlaqələrinin ümumi liberallaşması: ticarət sahəsində bəzi məhdudlaşdırılmalar istisna olmaqla kapitalın azad hərəkəti sahəsində maneəsizlik;

- ekoloji böhranın ümumbəşəri, planetar problem kimi dərk edilməsi.

Qloballaşmanın inkar edilməsi, daha dəqiq desək ölkələrin iqtisadiyyatda, siyasətdə və mədəniyyət məsələlələrində qarşılıqlı asılılığı məsələsinin mübahisə və ya müzakirə obyekti kimi seçilməsi o qədər də konstruktiv hesab oluna bilməz. Qloballaşma XXI əsrin reallığıdır. Ona görə də söhbət qloballaşma ilə sosial ədalət arasında tarazlığın axtarışından getməlidir. Həyatın əsas sahələrinin beynəlmiləlləşməsi dünyamızdakı qeyri-bərabərliyin nisbətən aradan qalxmasına, ümumdünya mədəniyyətinin çiçəklənməsinə aparıb çıxara bilər. Qloballaşmanı eyni zamanda dünyanın Avropa dəyərlər sisteminə transformasiyasının bir mərhələsi də hesab edirlər. Əslində cəmiyyətlərin dəyərlər sisteminin təkamülünün qloballaşmaya gətirib çıxardığı heç kimdə şübhə doğurmamalıdır. Lakin Avropa xristian dəyərlərinin yeganə dəyər kimi təqdim olunaraq yayılması əksər hallarda haqlı reaksiyaya səbəb olur. Azərbaycan xalqının mentalitetinə yad olan komponentlərin qəzet, radio, televiziya vasitəsi ilə yayılmasına rəvac verilməsi çox böyük mənfi nəticələrə gətirib çıxara bilər.

Dünya ictimai-siyasi fikrində qloballaşmaya dair bir sıra nəzəriyyə və fikirlər mövcuddur:

- qloballaşmanın radikal tərəfdarlarına görə, sənayeləşmənin formalaşdırdığı sistem olan milli dövlətlər yeni çağda öz əhəmiyyətini itirir. Tələb-təklif prinsipi ilə işləyən sərbəst bazar hökumətlərdən daha rasional, daha operativ hərəkət etməklə dövlətin bu sahədə rolunu azaldır. Bu qəbildən olan qlobal­laşma tərəfdarları bazar münasibətlərini siyasətdən daha ön plana çıxarır, siyasətçilərin insanların həyatına təsirlərinin getdikcə azaldığını düşünürlər. Siyasət və siyasətçilər məhəlli və milli ərazilərdə təsir imkan­larını hələlik qorumağı bacarsalar da, qlobal iqtisadiyyata müdaxilə edəcək güclərini itirirlər. Giddensə görə, bir çox ölkələrdə vətəndaşların siyasətə marağının və siyasətçilərə ümidlərinin azalmasının əsas səbəbləri yuxarıda qeyd olunanlardır. Başqa sözlə, «bazar dövlətdən güclüdür» tezisi radikal qlobalistlər üçün əsas dəlildir. Ancaq bu prinsip belə, qloballaşmanın radikal tərəfdarlarını tam şəkildə öz ətrafında cəmləyə bilmir. Məsələn, neoliberallar bazarın və fərdlərin dövlətin fövqünə qalxmasından sevindikləri halda, neomarksistlər qloballaşmanı çağdaş kapitalizmin təzyiqi hesab edərək məyusluq hissi keçirirlər. Bu cür ideoloji ziddiyyətlər müstəvisində onları birləşdirən yer üzünün vahid iqtisadi məkana çevrilməsi rəyidir.

- skeptiklər, başqa sözlə qloballaşmanın əleyhdarları, Giddensin çox sərrast ifadə etdiyi kimi, bütün istiqamətlərdə prosesin uğurlarını şübhə altına alanlardır. Onlar dünyada yeni heç bir prosesin getmədiyini və nəticə olaraq heç nəyin dəyişmədiyini iddia edirlər. Skeptiklər XIX yüzillikdəki sərmayə qoyuluşlarını və o zaman insanların pasportdan istifadə etmədiklərini yada salırlar. Onların düşüncəsinə görə, qlobal­laşma insanları irəliyə aparmaq yox, geriyə qaytarmaq cəhdidir. «Qloballaşma» terminini bəsit adlandıran skeptiklər ona göstərilən böyük marağı ideologiyaların hazırkı durumu ilə izah edirlər. Skeptiklərin məşhur nümayəndələrindən Gerbiyer qloballaşmanı «geoiqtisadi imperializm», Çomski isə «totalitar qurumların tiranlığı» kimi təqdim edir.

- yuxarıda adını çəkdiyimiz Giddensin də sıralarında olduğu transformasiyaçılar isə qloballaşmanı çağdaş cəmiyyətləri və dünya sistemini ərsəyə gətirən güclü iqtisadi, sosial və siyasi faktor olaraq qəbul edirlər. Onlar nəinki ötən əsrdən, hətta 15-20 il öncə olduğundan daha fərqli bazar münasibətlərinin formalaşdığını vurğulayır, mal mübadiləsinin əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə artdığına diqqət çəkirlər. Daha vacibi isə budur ki, iqtisadiyyat xidmət sektoruna getdikcə daha çox bağlanır, informasiya, kommunikasiya, əyləncə, elektron və maliyyə xidmətləri bu sahədə ön plana çıxır. Kom­munikasiyanın inkişafı nəticəsində köhnə vərdişlər unudulmağa, mədəniyyətlər inteqrasiya etməyə, qarşı­lıqlı təsirlər güclənməyə başlayıb. Transformasiyaçılar qloballaşmanın milli dövlətlərdə hökumətlərin funk­si­ya­larına ciddi təsir göstərdiyini düşünür, lakin «milli dövlətlərin sonudur», «dünyada heç nə dəyiş­mir» kimi rəylərlə razılaşmırlar. Bununla belə, transformasiyaçılar mövqe etibarı ilə skeptiklərə deyil, radikallara yaxın sayılırlar.

- rus akademiki, professor Y.Yakovets qloballaşmanın iki modeli olduğunu qeyd edir. Onun fikrincə, bu modellər qloballaşmanın iki fərqli inkişaf yolu, magistralıdır. Yakovets bu modellərin birini «texnoloji», digərini «humanist» adlandırır; onların hər birinin çoxşaxəli olduğunu, digər adlar altında tanınmasının mümkünlüyünü söyləyir. Texnoloji modelin əsas xüsusiyyətləri aşağıdakılardır:

1. XX yüzilliyin sonlarında kapitalizmin əsas alternativi olan sosializm sıradan çıxıb; azad bazar iqtisadiyyatı, demokratiya və insan haqları kimi Qərb dəyərlər sistemi inkişafın yeganə konsepsiyasına çevrilib. F.Fukuyama qeyd edilən prosesi «tarixin sonu» adlandırır. Bu, dünyanın inkişaf dinamikasının əsas fonudur.

2. Bu fonda prosesin avanqardları, qloballaşmanın liderləri meydana çıxır. Bu liderlər mütləq güclü iqtisadiyyata və demokratik cəmiyyətlərə malik olan, son illər sırasına Yaponiyanın da əlavə edildiyi ABŞ, İngiltərə, Fransa, Almaniya kimi dövlətlər ola bilər.

3. Neoliberalizm post-industrial dövrdə sivilizasiyanın əsas forması olan informasiya cəmiyyətini formalaşdırır. Buna görə də, informasiya cəmiyyəti qloballaşmaya təkan verən əsas faktorlardan biridir və öz növbəsində toplumların iqtisadi potensialına arxalanır. Çünki statistika göstərir ki, gəlir səviyyəsi yüksək olan təbəqələr internetdən daha çox istifadə edirlər.

4. Neoliberal modelin gerçəkləşməsi dünyanın yenidən düzənlənməsini şərtləndirir. Bu ortamda ABŞ-ın hegemonluğu ortaya çıxır və burada F.Fukuyamanın «qloballaşma – amerikanlaşmanın başqa bir adıdır» mülahizəsini xatırlatmaq yerinə düşər.

5. Qloballaşmanın sosiomədəni nüvəsini Qərb dəyərlər sistemi təşkil edir. Bu dəyərlər internet, telekommunikasiya şəbəkələri, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar vasitəsilə bütün dünyaya yayılır; insanların tələbatları, həyat tərzləri, idealları eyniləşir, davranışları modifikasiya edilir. Bu zaman qloballaşmanın əleyhdarları meydana çıxır, ancaq bu etirazlar prosesin qarşısını alacaq gücdə deyil.

Son nəticədə qloballaşmanın başqa   humanist modelinə ehtiyac yaranır. Bu modelin başlıca cəhət­ləri hansılardır?

- o, hər şeydən öncə maşınlara yox, insanlara istinad edir; fərdlərin və toplumların inkişafına, «istismarçı insan»la «cəzalandırılan təbiət» arasında harmoniyaya nail olmağa can atır.

- qloballaşmanın bu modelində sivilizasiyaların və mədəniyyətlərin müxtəlifliyi özünü qorumaq şansına malikdir. BMT və Yunesko kimi təşkilatlar sivilizasiyaların, mədəniyyətlərin qorunmasına çalışmaqla yanaşı, onlar arasında dialoqun genişlənməsinə cəhd göstərirlər.

- bu model dünyanın çoxqütblü olmasına tərəfdar çıxır, inhisarın uzun sürə bilməyəcəyinə inanır; Fələstin-İsrail savaşının timsalında maraqların təmin olunması üçün silahın fayda vermədiyini və sivilizasiyanın inkişafı üçün tolerantlığın güclənməsinin vacibliyini təbliğ edir.

- sosiomədəni baxımdan bu model «dəyərlər mübadiləsi»nə tərəfdar çıxır. Bu modelə görə, dəyərlər mübadiləsi sivilizasiyanın inkişafı üçün yeni imkanlar aça, dünyada barışı gücləndirə bilər. Belə bir nəticə üçün turizmin və sivilizasiyalar arasında dialoqun genişlənməsi əsas şərtdir.

Sirr deyil ki, qloballaşma prosesində öndə gedən, liderlik edən dövlətlər buna həm də haradasa elmin və təhsilin inkişafı sayəsində nail olmuşdur. Kadrların yüksək ixtisas və savadı, istehsalın texniki-iqtisadi və sosial aspektlərinin ciddi tədqiqi, geniş informasiya şəbəkəsinin yaradılması, elmi tədqiqatların səviyyə və nəticəsinin yüksəldilməsi, kompyüterləşmə, ən yeni texnologiyalar   bütün bunlar qloballaşma pro­sesində Qərbin üstünlüyünü, hətta dünyanın “qərbləşmə”sindən söhbət getdiyini günün reallığına çevir­miş­dir. Belə bir şəraitdə Azərbaycanda da elm və təhsilin qlobal inteqrasiyası çox aktual problem olmuş­dur.

XXI əsrin birinci yarısında dünya birliyinin inkişafı əvvəlki yüzilliklərdə olduğu kimi, Qərbin bir lider olaraq ona iqtisadi, elmi güc göstəriciləri baxımından çatmağa çalışan yerdə qalan regionlarla qarşı­durması davam edəcəkdir. Müasir tendensiyaların mövcudluğu şəraitində Qərbin minimum bir neçə on il avanqard rolunda çıxış etmək potensialı saxlanacaqdır. Qərb həmin dövrdə dünyanın elmi labora­toriyası, planetar universiteti, humanitar və texniki biliklərin mənbəyi, yüksək mürəkkəb sistemli texnoloji istehsalın avanqardı, təkrarolunmaz xidmət mədəniyyəti, dünya investoru, hərbi qüdrətin mərkəzləşdiyi yer və sair kimi nüfuzunu saxlaya biləcəkdir. Qloballaşma Qərbin təkmilləşdirilmiş istehsalına və firavanlıqdan tənbəlləşməyə doğru gedən xalqlarına böyük imkanlar versə də, eyni zamanda o Şərqin oyanmış zəhmətkeş əhalisinə də mühüm şanslar yaradacaqdır. Qərbin canfəşanlığına baxmayaraq, Şərqə sadiq qalıb həmişə oradan doğan günəş və bütövlükdə bəşəriyyət vaxtilə Şərqdən Qərbə köçmüş “mütləq ruhun” yenidən Şərqə qayıdışının şahidi olacaqdır.

Lakin qloballaşmanı hamı eyni cür, yəni təkcə mütərəqqi hadisə kimi qəbul etmir. Məsələn, alman tədqiqatçıları Q.Martin və X.Şumanın “Qloballaşma tələsi” adlı kitabında 10 müxtəlif yol qeyd olunur [4, s.315-318].

Hələ 1999-cu ildə ABŞ-ın yüksək hazırlıqlı mütəxəssisləşmiş fəhlələri Sietl küçələrinə çıxaraq qloballaşmağın səbatsızlığına öz etirazlarını bildirmişlər. Bu cür hadisə Avropanın da bir sıra ölkə və şəhərlərində baş vermişdi. Eyni zamanda nəhəng regionlar da, məsələn, Afrika da qloballaşmanın qurbanına çevrilir, bəlkə də artıq çevrilmişdir, desək daha doğru olardı. Yerdə qalan ölkələrin isə qarşısında dayanan əsas vəzifə informatika və idarəçilik sahəsindəki tərəqqidən istifadə edərək yüksək inkişafa nail olmaqdır. Lakin bu sahədəki tərəqqi milli elitanın hazırlığı və fəaliyyətindən çox asılı olacaqdır.

Ümumiyyətlə, uzunmüddətli planlarda beynəlxalq rəqabətin nəticəsi bilavasitə iqtisadi qarşıdurma ilə müəyyən edilmir, onun həm neqativ, həm də pozitiv nəticələrinə cəmiyyətin reaksiyası ilə müəyyən olunur. Tarixdə bu baxımdan kifayət qədər paradoksal hadisələr olmuşdur ki, iqtisadi iflas milləti birləşdirərək ona inkişaf üçün yeni impulslar vermiş, əksinə iqtisadiyyatın çiçəklənməsi və cari təsərrüfat problemlərinin uğurla həll edilməsi fundamental ziddiyyətlərin kəskinləşməsi və katastrofik tənəzzülə səbəb olmuşdur.

Ona görə də ölkənin uzunmüddətli sabitliyinin təmin edilməsinin strateji şərti ictimai identikliyə nail olunması və saxlanılmasıdır. Qloballaşma prosesinə başçılıq edən ABŞ-ın hələ bir müddət bu mövqeyi öz əlində saxlayacağına inam mövcuddur. Lakin bu inamın saxlanması üçün Zbiqnev Bjezinskinin dediyi kimi, ”Amerika siyasətinin son məqsədi xoşməramlı və ali olmalıdır” [3, s.7].

Dünya ölkələrinin, Latın Amerikasından tutmuş Asiya, Şərqi Avropa ölkələrinədək demokratiyaya keçidin qanunauyğunluqlarını, xüsusiyyətlərini nəzərdən keçirdikdə, xüsusən də “ərəb baharı” inqilablarını və bu gün dünyada baş verənləri təhlil etdikdə belə bir məntiqi nəticə alınır ki, qloballaşma ilə demokratikləşmə bir-biri ilə qarşılıqlı təsirdə olan proseslərdir. Onlar nəinki bir-birini inkar etmir, əksinə bir-birinə stimul verir, imkan və şərait yaradır. Belə ki, XIX əsrdən başlayaraq dünya tarixində demokratiya dalğaları daim baş vermiş, gah səngiyib geriləmiş, gah da güclənib hücum çəkmişdur. Getdikcə bu dalğalar daha güclü olur, daha çox əraziləri əhatə edir və onların arasında zaman məsafəsi daralır. İndi artıq dünya siyasi elmində fikir daha çox ona köklənir ki, demokratiya ümumbəşəri anlayışdır. Yəni harada yaşama­sından, hansı dinə aid olmasından asılı olmayaraq hər bir xalq üçün bu, qloballaşan dünyada ən optimal, hamını qane edən, inkişafı təmin edən bir sistemdir. Bunun kökündə dayanan dünyanın inkişafı, qloballaşma prosesi və onun nəticələridir. Bu çərçivədə qloballaşma insan haqlarına hörməti dövlətlərin daxili problemi olmaqdan çıxarmış və qlobal toplumun maraq dairəsinə almışdır. Bu isə, ənənəvi hegemon­luq anlayışının və hüquqa baxışın böyük ölçüdə dəyişməsi mənasını verir. Millət - dövlətlər artıq sadəcə insan haqları ilə bağlı beynəlxalq sənədlərə imza atdıqları üçün deyil, dünyada nüfuz və hörmətlərini saxlamaq, legitim siyasi qurum olaraq rəftar görə bilmələri üçün də ölkələrində yaşayan insanların təməl haqlarına hörmətlə yanaşmaq məcburiyyətindədirlər. İnsan haqlarının qorunması və demokratiya qlobal əxlaqın baş standartı halına gəlmişdir. Artıq heç bir dövlət öz vətəndaşlarına istədiyi kimi rəftar edə bilməyəcəkdir. Qlobal qurumların BMT vasitəsi ilə millət - dövlətlərin daxili işlərinə müdaxiləsi reallıqdır. Bu çərçivədə hegemonluğun heç bir dövlətə insani yardımı rədd etmə səlahiyyəti vermədiyi, insani məqsədlərlə müdaxilənin mümkünlüyü qəbul edilməkdədir. İnsani müdaxilə mövzusunda beynəlxalq toplumun hər hansı bir dəvət olmadan hərəkətə keçməkdəki istəkliliyi, beynəlxalq sistemin ənənəvi təməli olan daxili işlərə qarışmama qaydasının dəyərini azaltmaqdadır. Dövlətin hegemonluğunu azaldan başqa bir cəhət dövlətə qarşı işlənmiş olsa belə, cinayət işlətdiyi iddia olunan insanları mühakimə etmək üzrə beynəlxalq məhkəmələrin qurulmasıdır.

Reallıqdır ki, demokratiya olmayan ölkələrdə korrupsiya baş alıb gedir, insan haqları pozulur, ölkə normal inkişaf edə bilmir. Hər bir xalq xoşbəxt, firavan yaşamasını, övladlarının taleyinə, onların yaxşı təhsil, işlə təmin olunacağına dövlətin zəmanət verməsini istəyir. Bu, bütün xalqların arzusudur. Hər bir ölkənin öz siyasi təcrübəsi, siyasi mədəniyyəti olmasına baxmayaraq qloballaşma bu sərhədləri vurub dağıdır, ümumdünya şəbəkələri və sistemləri formalaşdırır. İnternet, müasir kommunikasiyanın digər növləri imkan verir ki, hər bir azərbaycanlı, ya rus, ingilis və ya digər millətlər eyni vaxtda, eyni prosesləri izləyə bilsinlər. İndi dünya daha çox bir ailə, bir millət kimi yaşamağa başlayır.

Fikrimi akademik R.Mehdiyevin aşağıdakı sözləri ilə bitirmək istərdim:

«Dünyanın maliyyə-iqtisadi xəritəsinin bu cür rekonfiqurasiyası böyük dövlətlərin və beynəlxalq dağıdıcı qüvvələrin geosiyasi maraqları sistemində olan kiçik ölkələr üçün ciddi sınağa çevrilir. Bu gün özünü qoruyub saxlamaq üçün zəruri resurslara, zamanın sərt çağırışlarına dözüb dayanmaq qabiliyyətinə malik olmaqla yanaşı, cəmiyyətin salamat qalmasını, ölkənin rəqabət qabiliyyətini təmin edən tamamilə yeni ideyalar və qeyri-standart qərarlar lazımdır» 1.
Açar sözlər: qloballaşma, demokratiya, açıq cəmiyyət, neoliberalizm, texnoloji model.
İstifadə olunmuş ədəbiyyat
1. Mehdiyev R. XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində. «Azərbaycan» qəz., 28 iyun 2012-ci il.

2. Bjezinski Z. Böyük şahmat taxtası. Bakı, «Qanun», 2011.

3. Şükürov A.M. Fəlsəfə və qloballaşma. Bakı, 2002.

4. Мартин Г.П., Шуманн Х. «Западная глобализация». Атака на процветание и демократию. М., Алпина, 2001.

5. Маклюен М. С появлением спутника. М., «Кентавр», 1994, Н-1.

6. Сорос Дж. Тезисы о глобализации. Вестник Европы, Т.2. 2001.


Эййуб КЕРИМОВ
Глобализация и демократия в призме взаимодействия
Резюме
В современную эпоху идет процесс глобализации, направленный на формирование единой цивилизации, охватывающей все сферы жизни.

Рассматривая закономерности и особенности перехода к демократии различных стран мира, анализируя революции «Арабской весны», можно прийти к заключению, что глобализация и демократия – это взаимодействующие процессы, которые не только не отрицают друг друга, а наоборот, стимулируют, создают возможности и условия для их осуществления.

Сейчас в политической науке укрепилось мнение, что демократия – понятие универсальное. Независимо от места проживания и веры исповедания для каждой нации в мире глобализации демократия является самой оптимальной, удовлетворительной системой, способной обеспечить развитие.
Ключевые слова: глобализация, демократия, открытое общество, неолиберализм, техноло­гическая модель.
Eyyub KERIMOV
Globalization and democracy in terms

of the reciprocal impact
Summary
In the modern epoch globalization process directed at the formation of the united civilization, embracing all the spheres of life goes on.

Considering the regularities and the pecularities of transition to democracy by different countries, analyzing the revolutions of «the Arabian Spring» we may conclude that globalization and democracy are the interacting processes which not only neglect each other, on the contrary, stimulate create opportunities and conditions for their realization.

At present, in political science the opinion that democracy is a universal notion has taken root. In the world of globalization democracy represents the most optimum, satisfactory system able to provide progress for every nation irrespective of the place of residence and faith.
Keywords: globalization, democracy, open society, neoliberalism, technological model.


UOT 101.1
Afaq Rüstəmova

AMEA FSHİ, a.e.i., fəlsəfə ü.e.d.
Sosиomədənи modernləşmə və kommunиkasиya proseslərи
Modernləşmə dedikdə, ilk növbədə fikrimizə Qərb ölkələri gəlir. Qərb ölkələri modernləşmə inkişaf yolunu tutduqdan, bunun sayəsində sürətlə inkişaf yoluna qədəm qoyduqdan sonra digər ölkələr də bu yolu seçdilər və nümunə olaraq Qərb ölkələrini götürdülər. Lakin Qərb ölkələri ilə fərqlər hər zaman özünü göstərir və təcrübələr belə bir qənaətə rəvac verir ki, modernləşmə proseslərinin həyata keçirilməsində hər bir ölkənin özünəməxsusluqları nəzərə alınmalı, kontekstə müvafiq olaraq inkişaf istiqamətləri müəyyən­ləş­dirilməlidir. Bu o qədər də asan məsələ deyil. Lakin gün kimi aydındır ki, kor-koranə təqlid müsbət nə­ticə­lər vermir. Qərbin təcrübələri ilə digər ölkələrin təcrübələrinin birə-bir üst-üstə düşməsi mümkün deyil və bu da qanunauyğun olaraq bir çox məsələlərdə mənfi nəticələrə səbəb olur.

Tədqiqatçıları modernləşmə baş verən cəmiyyətlərin bir-birinə oxşaması məsələsi düşündürür. Konvergensiya nəzəriyyəsinə görə (“konvergensiya” çoxmənalı anlayışdır, lakin bu gün bu termin daha çox inteqrasiyanı əks etdirən proseslərin izahında işlədilir. Bəşəri inteqrasion inkişafın mahiyyətində ümumi sosial-iqtisadi, elmi-texnilki tendensiyalar və imperativlər mövcuddur. Onlar konvergensiyanı, yəni oxşarlığı, yaxınlaşmanı təmin edirlər.) sənayeləşmə mərhələsini yeni keçən cəmiyyətlər bir-birilərindən köklü surətdə fərqlənirlər və bu proses əsasən iki cəhətdən izah olunur. Birinci cəhət ondan ibarətdir ki, cəmiyyətlər müxtəlif ənənələrin təsiri altında formalaşmışlar. Digər cəhət isə, hər bir cəmiyyətdə elita nümayəndələrinin təhsil səviyyələrinin, sahibkarlıq fəaliyyətində təcrübələrinin və sosial-iqtisadi status­ların fərqli olmasını nəzərdə tutur. Lakin sənayeləşmə mərhələsində istər-istəməz müxtəlif səpkili iqtisadi və texniki amillərin təsiri nəticəsində oxşarlıq artır. Bununla belə bir məsələ mütləq qeyd olunmalıdır ki, hər bir cəmiyyət üçün bu prosesin müsbət və mənfi tərəflərinin nəzərə alınması məsələnin mühüm məqam­larındandır.

Müşahidələr onu göstərir ki, modernləşmə əldə edilmiş təcrübə, inkişaf səviyyəsi və tarixən forma­laşmış, oturuşmuş mədəniyyət üzərində qurulmalıdır. Başqa sözlə, milli modernləşmə modelini inkişaf etdirərkən hər bir cəmiyyət ona lazım olan modernləşmə tipini müəyyənləşdirməlidir. Buna bariz nümunə Çin, Yaponiya modernləşmə istiqamətidir. Bu xalqlar, xüsusilə yaponlar dilə, ədəbiyyata, tarixə, ənənəyə, vahid yönəliklik sisteminə və etiqada malik etnik bütövlükdür. Bu ölkədə müxtəlif sahələrdə fəaliyyət gös­tərən insanlarda qrup dəyərlərinə üstünlük vermək, fərdin maraqlarını qrupun maraqları ilə eyni­ləşdirmək, ziddiyyətli konfliktlərin həllində harmoniya və qarşılıqlı güzəşt prinsiplərinə riayət etmək, bacarıq və qabiliyyəti inkişaf etdirmək, böyüklərə ehtiram göstərmək, son dərəcə əməksevərlik kimi xüsusiyyətlər for­ma­laşmışdır. Məhz bu cəhətlərə istinad edərək yaponlar uğurlu modernləşmə siyasətini həyata keçirə bil­miş­lər və bu gün də bunu davam etdirirlər.

Azərbaycanın tarixinə nəzər yetirdikdə burada yaşayan xalqların bütün dövrlərdə inkişafa, tərəqqiyə can atdıqlarının şahidi oluruq. Xalqımız hər zaman elmə, maarifə böyük qiymət vermişdir, zamanın tələ­binə müvafiq olaraq övladlarını yetgin, savadlı görmək istəmişdir. Lakin tarixi tale belə gətirib ki, xalqımız uzun illər müəyyən imperiyaların təsiri altında olub. Bununla belə bütün dövrlərdə öz dinini, dilini, milli “Mən”ini qoruyub saxlayıb və inkişaf etdirməyə çalışıb. Sovet İttifaqının tərkibində olduğu illərdə Azər­baycanda (bu ittifaqın tərkibində olan bütün respublikalar kimi) həyatın bütün sahələrinin inkişafı Rusiyadan asılı idi. Lakin bunu da qeyd etmək lazımdır ki, məhz bu illərdə sosiomədəni sahədə pozitiv dəyişikliklər də həyata keçirilmişdir. Bu sırada elm sahəsini xüsusilə qeyd etmək istərdik. Məhz keçən əsrin 30-50-ci illərindən elmin bütün sahələri sürətlə inkişaf etməyə başlamışdır. Təbii ki, bu sahənin inkişafı insan fəaliyyətini əhatə edən digər istiqamətlərin modernləşməsinə də öz müsbət təsirini göstərmişdir.

Azərbaycanda intelligensiya XIX əsrdə formlaşmağa başlamışdır. Və artıq özünün ilk inkişaf mərhələlərində parlaq ağıla və qeyri-adi bədii təfəkkürə malik Mirzə Fətəli Axundzadə kimi mütəfəkkir meydana gəlmişdir. Yazılarında M.F.Axundzadə o dövrdə Azərbaycanın modernləşməsinə dair arzu və istəklərini ifadə edirdi. Bu sırada ilk yerdə duran və mühüm sayılan təhsilin inkişaf etdirilməsi idi. XIX əsrdə modernləşmə tərəfdarlarının ümdə məqsədi maarifçilik ideyalarının təbliğ edilməsi idi. Hədəf olaraq isə, İslam dini inkar edilmədən sekulyarizm (dünyaviləşmə) konsepsiyası nəzərdə tutulurdu. İntelligensi­ya­nın əsas fəaliyyət sahələrindən biri də Azərbaycan ədəbiyyatının intibahı, oyanışı istiqaməti idi. Çünki ədəbi intibah mümkün qədər çox sayda insanlar arasında onların anladığı dildə maarifçilik ideyalarının yayıl­masını nəzərdə tuturdu.

XIX əsrin 70-ci illərində intelligensiyanın ikinci nəslinin yaranması ilə ədəbi intibah öz yetkinlik mərhələsinə qədəm qoydu. Qeyd edək ki, artıq ziyalı insanlar təcrid olunmuş şəkildə deyil, bir-biri ilə sıx əlaqəli fəaliyyətə malik idilər. İnsanların əsas məqsədi kommunikasiya əlaqələrinin genişləndirilməsi idi. Əsas niyyət isə ənənələrlə buxovlanmış cəmiyyətdə yeni ideyalar yaymaq idi. Yeni kommunikasiya növlərinin, yəni teatrın, mətbuatın yaranması da məhz bu məqsədlərin həyata keçirilməsini nəzərdə tuturdu. M.F.Axundzadə əmin idi ki, dramaturgiyanın hədəfi xalqın şüurunun, yaşam tərzinin inkişaf etdirilməsidir və əha­lisinin çox hissəsinin savadsızlardan ibarət olduğu bir ölkədə teatr yeni ideyaların yayılmasında çox böyük imkanlara malik bir vasitədir. Məlumdur ki, onun əsərləri ömrünün axırına yaxın Bakı gimnazi­ya­sının müəllimi Həsən bəy Zərdabinin səyi nəticəsində səhnəyə qoyuldu.

Təqribən teatrın yaranması ilə eyni zamanda Həsən bəy Zərdabinin cəhdləri nəticəsində Azərbaycan mətbuatı da yaranmağa başladı. 1875-ci ildə o, Bakıda “Əkinçi” qəzetinin ilk nömrəsini nəşr etdirdi. O dövrün durumuna müvafiq olaraq dil məsələsi mübahisə obyektinə çevrildi. Zərdabi yazıların nəşrini Azərbaycan dilində məqbul sayırdı, lakin bir çoxları bu dili çap üçün yararlı olmadığını iddia edirdilər. Hər bir xalqın öz ana dilində qəzetə sahib olması çox böyük hadisədir. Lakin çarizm milli mətbuatın bünöv­rəsini qoymağa çalışan maarifçilərin hər vəchlə bütün təşəbbüslərinin qarşısını almağa çalışırdı. Bu da səbəbsiz deyildi. Çünki mətbuat çox güclü kommuniksiya imkanlarına malikdir. İstər keçmişlə əlaqələr, istər mövcud problemlərin önə çıxarılması, istərsə də xalqın gələcəyə düzgün yönəlikliyini təmin etmək baxımından bu hadisə (yəni milli mətbuatın yaranması) o dövrün mühüm hadisələrindən sayılır. Qəzetin ictimai və mədəni tərəqqidə rolu əvəzsizdir. Təsadüfi deyil ki, M.F.Axundzadə Mirzə Şəfi ilə birlikdə Azərbaycan mətbəəsi açmaq istədikdə hökumətdən yardım əvəzinə sərt təpki almışdı. O dövrün bir çox mütəfəkkirlərinin, o cümlədən Axundzadənin, Bakıxanovun Azərbaycan dilində qəzet nəşr etdirmək arzusunu həyata keçirmək Zərdabiyə qismət olmuşdur.

“Əkinçi” qəzeti geniş xalq kütləsinə təmənnasız xidmətin, ictimai və milli zülmə qarşı mübarizənin, doğma ana dilinin təbliğinin bariz nümunəsidir. “Əkinçi”nin gördüyü ən böyük işlərdən biri ondan ibarət olmuşdur ki, qəzet bağlanandan çox illər sonra belə Azərbaycan ədəbiyyatının və mətbuatının qabaqcıl nümayəndələri onun əhəmiyyətini itirməyən maarifçilik ideyalarından bəhrələnmişlər. Buna ən bariz nümunə “Molla Nəsrəddin” jurnalının nəşr olunmasıdır. Jurnalın birinci sayı 1906-cı il aprel ayının 7-də Tiflisdə nəşr edilib və fasilələrlə 25 il çap olunub. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. Jurnal Azərbaycanın mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Əsas məqsədi isə xalqı yeniliyə, tərəqqiyə, müasirliyə istiqamətləndirmək idi. Bütövlükdə ölkənin modernləşməsini, gerilikdən, cəhalətdən xilas olmasını təbliğ edən jurnalın səhifələrində işıqlandırılan məsələlər dünən də aktual idi, bu gün də aktualdır, yəqin ki, sabah da aktual olacaq. Çünki mövzuların məna tutumunda Azərbaycanda milli təfək­kü­rün inkişafı, xalqın maariflənməsi məsələləri aparıcı mövqeyə malik idi. Jurnalın Azərbaycan türkcə­sində, xalqa yaxın, onun başa düşə biləciyi bir dildə çap olunması isə məsələnin tamamilə başqa bir mühüm cəhətini özündə ehtiva edir. Jurnalın ilk nömrəsindən başlayaraq Azərbaycan dilinin varlığının və təmizliyinin qorunub saxlanması mövzusu ön plana çəkilib. Məhz o dövrlərdə Azərbaycan ziyalıları arasında Azərbaycan dilinin inkişaf perspektivləri istiqamətində çоx güclü mübahisələr aparılırdı və mövqelərdə mühüm ziddiyyətlər mövcud idi. C.Məmmədquluzadə və bir sıra başqa Azərbaycan ziyalıları dilin inkişafını məhz xalq dili zəminində görürdülər və bu gün biz bu seçimin, bu ideyanın çox düzgün olduğunun şahidiyik.


1   2   3   4   5   6   7   8   9   10   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə