Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə6/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36

Ключевые слова: ответственность, свобода, социальная сущность человека, общественный интерес, личная свобода и личная ответственность, правовая свобода и юридическая ответственность.
Garib Allahverdiyev
Integrity of responsibility and freedom
Summary
The article is dedicated to the analysis of unity of responsibility with freedom. Here is stated that the tight relation of freedom of a social subject with the interests of other people stands for the basis of the integrity of these two phenomena. In this aspect there are criticized the positions of voluntarism and fatalism. Further it is emphasized that if a man makes a free choice in his activity and behaviour, he shouldnt only bear responsibility for his conscience's sake, but bear responsibility before the society for the results of his choice.

In the article clearing up interaction and unity of different kinds of responsibility and freedom takes a considerable place and with this the increasing role of responsibility in internal freedom is emphasized.


Keywords: responsibility, freedom, social essence of human being, public interest, personal freedom and personal responsibility, legal freedom and legal responsibility.

UOT 17
Xatirə Qulиyeva

AMEA FSHİ, a.e.i., filologiya ü.f.d.
MAARİFÇİLİK DÖVRÜ FƏLSƏFİ FİKRİNDƏ ETİKA MƏSƏLƏLƏRİ
Məlumdur ki, dünya ictimai-siyasi tarixinə yeni bir sivilizasiya kimi daxil olmuş Maarifçilik dövrü özünün fəlsəfi etika və estetikasını da, eyni zamanda ədəbiyyat və sənəti də yaradıb formalaşdırmışdır.

Başında Volter, Didro, Russo, Şiller, Lessinq kimi görkəmli mütəfəkkirlər dayanan dünya ədəbi-estetik fikri dövrün mənəvi dəyərlərinin dəyişməsi, İnsan probleminin həlli, daha konkret desək gənc adam və müsbət qəhrəmanın yaranması üçün öz fəlsəfi düşüncələrini irəli sürür və bu düşüncələrdən bütün dünya maarifçilərinin faydalanmasına zəmin yaradır.

Əvvəla qeyd edək ki, maarifçiliyin həyati tələb olaraq meydana çıxdığı dövrdə məhz insanlar arasında münasibətlərin vəziyyəti bütün dəyər keyfiyyətlərin sıradan çıxdığını, çox sarsıldığını ifadə edirdi. Həm də yeni İnsan problemi ümumbəşəri xarakter daşıdığından bütün dünyanı əhatə edən milli mədəniyyət proqramı, həmçinin də əxlaqi sərvətlər nəzəriyyəsinin yaranmasına şərait yaratmışdı.

Çox təbii və xarakterik haldır ki, böyük alman filosofu İ.Kantın “moralizm” nəzəriyyəsindən, onun davamçıları olan fəlsəfə tarixinə neokantçılar kimi daxil olmuş Freyburq (Baden) fəlsəfi məktəbi nümayəndələrinin adı ilə tanınan dəyərlər  əxlaqi sərvətlər nəzəriyyəsindən bəhrələnən dünya maarifçiləri bütün fəaliyyətərində Əxlaq – Yeni Əxlaq düşüncəsindən çıxış edirdilər.

Dəyərlər nəzəriyyəsinə görə İnsanın daxil olduğu və onu əhatə edən bütün obyektiv aləm maddi və mənəvi dəyərlərdən ibarətdir. Lakin bu dəyərlərdən mənəvi olanlar   əxlaqi sərvətlət insana daha çox aiddir və kütlə, yaxud da kütlədən ayrilmış fərdlər – xalq, vətəndaşlar maddi olan dəyərlərdən daha artıq dərəcədə mənəvi olan dəyərlərə maraqda birləşirlər.

Bu dəyərlər üç əsas qrupa ayrılır: 1. Din; 2. Əxlaq, 3. Mədəniyyət.

Göründüyü kimi Əxlaqi sərvətlərin mənəvi dəyərlərinə bütün bəşər övladını maraqlandıran,onun həyatının məzmununu təşkil edən Din, Əxlaq, Mədəniyyət kimi geniş mahiyyət kəsb edən mənəvi-hissi şüur hadisələri daxildir.

Bu 3 qrupun daxilində də fəlsəfi mahiyyət daşıyan bölgülər diqqəti cəlb edir. 1.Həqiqət, 2.Xeyir, 3.Gözəllik.

Əgər biz bu sonuncu 3 kateqoriyanın daxilində müəyyən fikir bölgüsü aparsaq, onların oxşar və əks mənalarını nəzərdən keçirsək, o zaman İnsanın doğulandan ölənə kimi bütün həyatı boyu yaşadığı hisslərin, məsələn, Xeyir-Şər, həqiqət, ədalət, məhəbbət, nifrət, ülvilik, həzz, zövq, habelə dini-mənəvi hisslər, dini tərbiyə və s. kimi dolğun mənzərəsi ilə qarşılaşarıq.

Bu keyfiyyətlər, əlbəttə ki, bütün xalqların özünəməxsus Yeni İnsanı üçün xarakterik olmuşdur. Başqa sözlə, hər yeni sivilizasiya – özündən əvvəlki tarixi mərhələnin çatışmayan yaxud da zəifləmiş bu Mənəvi dəyərlərini bərpa etməklə mahiyyətcə maarifçilik missiyasını həyata keçirərək öz sözünü demişdir.

XVIII əsrin ilk onilliyində yaranıb XIX əsrin iyirminci illərində bütün dünyaya yayılmış, tarixə konkret olaraq Maarifçilik dövrü kimi daxil olmuş sivilizasiya isə tarixi məqsəd olaraq bilavasitə deyil, bilavasitə olaraq əxlaqi dəyərləri irəli sürmüşdür.

Bu Əxlaqi dəyərlər ilk növbədə köhnə Əxlaq qaydalarının kökündən tənqidlə islahını tələb edirdi.

Fran­sız dra­ma­tur­qu Fran­sua Ma­ri Arue de Vol­te­rin 1715-ci il­də – XIV Lü­do­vik əs­ri­nin bit­di­yi dövr­də yaz­dı­ğı (qeyd edək ki, məhz bu dövr­də Fran­sua Ma­ri Arue "de Vol­ter" fa­mi­li­ya­sı­nı qə­bul edir və bu vaxt­dan son­ra­nı fran­sız­lar "Vol­ter əs­ri" ad­lan­dı­rır­lar – X.Q.), 1718-ci il­də isə Pa­ris­də mü­vəf­fə­qiy­yət­lə oy­na­nı­lan "Edip" fa­ciə­si buna yax­şı mi­sal­dır. Bu əsərində Volter kralı bütün insanların büründükləri örtüyə bürümüş, bununla hakimin bir insan olaraq fərqlənmədiyi düşüncəsini Əxlaqi fəlsəfənin Ədalət və Xeyirxahlıq prinsiplərindən çıxış edərək ifadə etmişdir.

”Edip” əsərinin qəhrəman­larından birinin “mənim aldığım xeyirxahlıq dərslərini çıxmaqla mən de­mək olar ki, kral oğluyam. Yalnız sadə prinsəm” fikri Volterin yeni İnsan, yeni cəmiyyət, yeni Əxlaq maarifçi arzu və məqsədlərini yaxşı ifadə edir. Volterin insanları XIV Henrixi öz qardaşları kimi qəbul etməyə çağırması da bu ideyadan qaynaqlanır.

Eti­k tər­bi­yə işin­də maa­rif­çi­lər bir qay­da ola­raq teatr-səh­nə sənə­ti­nin əhəmiy­yə­ti­ni xü­su­si qeyd edir, hət­ta bu es­te­tik fəa­liy­yət sa­hə­si­ni öz es­te­tik tərbiyə funk­si­ya­sı­na gö­rə di­gər in­cə­sə­nət növlə­rin­dən daha yük­sək qiymətləndirir­di­lər.

İn­gi­lis maa­rif­çi­lə­ri "eti­ka elm­lə­rin el­mi­dir" nə­zə­ri konsepsiya­sı­nı əsaslan­dı­rır və bu nöq­te­yi-nə­zər­dən də cə­miy­yə­tin bü­tün ma­hiy­yət və məz­mun mə­sə­lə­si­ni "tər­bi­yə" ilə bağ­la­yır­dı­lar.

Al­man və ümu­miy­yət­lə, dün­ya maa­rif­çi­li­yi­nin gör­kəm­li simaların­dan bi­ri   kant­çı, həm də tri­bu­na şai­ri ad­la­nan Frid­rix Şil­ler də in­gi­lis maa­rif­çi­lə­ri­nin öz ölkə­lə­rin­də, hət­ta döv­lət quruculuğunda əsas­lan­mış ol­du­ğu "mo­ral" – mənə­viy­yat hadisəsini­n ali­li­yi prin­si­pi­nə bağ­lı olduğunu göstərir.

O, Kan­tın "mo­ral­izm" kon­sep­si­ya­sı­nı öz bə­dii ya­ra­dı­cı­lı­ğın­da, ha­be­lə fəlsəfə­sin­də da­vam və in­ki­şaf et­dir­miş, ey­ni za­man­da maa­rif­çi este­ti­ka­nı əhəmiyyətli fi­kir­lə­ri ilə zən­gin­ləş­di­r­miş­dir.

Məsələn, al­man maa­rif­çi ya­zı­çı­sı Şil­ler be­lə he­sab edirdi ki, "in­san­lığın xi­la­sı – in­cə­sə­nə­tin kateqoriyaları ilə düşünmək yo­lu ilə müm­kündür" (12).

F.Şil­le­rin 1793-1794-cü il­lər­də yaz­dı­ğı "İn­sa­nın es­te­tik tərbiyəsi haq­qın­da" mə­qa­lə­si onun maa­rif­çi es­te­ti­ka­sı­nı ət­raf­lı şəkil­də işıqla­n­dı­ran ən ma­raq­lı əsərlərin­dən­dir. Şil­ler bu əsə­rin­də əxlaq, ümu­mi­lik­də mənə­viy­yat mə­sə­lə­si­ni tarixi kon­teks­tdə təh­lil edir, in­sa­nın öz azad­lı­ğı uğ­run­da mü­ba­ri­zə­yə qalx­ma­sı­nı əsaslandı­ra­raq es­te­tik tər­bi­yə­ni si­ya­si prob­lem həd­di­nə çatdı­rır. Onun qə­naəti­nə gö­rə"... in­san­lı­ğın xi­la­sı–in­cə­sə­nə­tin kateqoriyala­rı ilə dü­şün­mək yo­lu ilə mümkün­dür. ... Bu, incəsənətin kö­mə­yi, tər­bi­yə­lən­mə va­si­tə­silə hə­ya­ta ke­çə bilər"(12,s.169-170).

Al­man maa­rif­çi­si­ Şil­ler Fran­sa in­qi­la­bı­nın təsi­ri al­tın­da öz xal­qı­nın gələ­cə­yi­ni dü­şü­nür,hətta köh­nə siyasi qu­ru­lu­şu yıx­maq yol­la­rı­nı incəsə­nət­dən is­ti­fa­də va­si­tə­si ilə müm­kün­lü­yü­nü plan­laş­dı­rır­dı. Onun fik­rin­cə, in­san bö­yük mü­ba­ri­zə gü­cü­nə ma­likdir və layiq olduğu ta­ri­xi səviyyədən çox-çox aşa­ğıdadır. İnsanın si­ya­si tələblər irə­li sür­mə­yə mənə­vi im­kan­la­rı yol ver­mir. De­mə­li, si­ya­si azad­lıq ar­zu­su­na çat­mış İn­sa­nın bu məq­səd­i dərk et­mə­si, ona çalış­ma­sı üçün, ilk növ­bə­də, O – İn­san tərbiyələnməlidir.

F.Şil­ler "İn­sa­nın es­te­tik tər­bi­yə­si haq­qın­da" əsərinin iyir­mi üçüncü ­mək­tu­bun­da da etika,əxlaq-mənəviyyat məsələsi ilə bağlı fi­kir­lə­ri­ni geniş şərh et­miş­dir: "Estetik və­ziy­yət­dən mən­ti­qi və mənə­vi ola­na (gö­zəl­lik­dən həqiqətə və bor­ca) ad­dım at­maq, söz­süz­ ki, asandır, nəin­ki fi­zi­ki və­ziy­yət­dən es­te­tik ola­na (yəni sa­də kor hə­yat­dan formaya)... Es­te­tik tə­rəf­dən qu­rul­muş, ha­zır­lan­mış in­san ümuməhəmiyyət­li mühakimələr irəli sürəcək, is­tə­yə­cə­yi təq­dir­də ümu­mə­hə­miy­yət­li iş­lər­də iş­ti­rak edə­cək­dir. Tə­biət onun ko­bud mate­ri­ya­dan gö­zəl­li­yə doğ­ru ad­dımla­rı­nı yüngülləş­dir­mə­li­dir. “...mənə­viy­yat mə­sə­lə­si­nin in­ki­şa­fı fi­zi­ki olan va­si­tə­si­lə deyil, yal­nız es­te­tik­lik va­si­tə­si ilə mümkün ola bilər"(12, s.268-269).

Ümu­miy­yət­lə Şil­ler "his­si in­sa­nın ağıl­lı ol­ma­sı­nı yal­nız onun əv­vəl este­tik edilməsi" yo­lu­ ilə müm­kün­lü­yü fik­ri­ni irə­li sürüb mü­da­fiə edir­di (12).

Estetikaya belə yük­sək mü­na­si­bət bil­di­rən, onu ağıl, mənəviyyat nəzə­riy­yə­sin­də va­cib kom­po­nent he­sab edən Şil­ler, təsa­dü­fi de­yil ki, (es­te­tik­li­yin zən­gin ifa­də for­ma­sı – X.Q.) teat­ra bö­yük ümid­lər bəs­lə­yir­di: "... teatr təc­rü­bi məna­da müd­rik­lik mək­tə­bi­dir. O, və­tən­daş hə­ya­tı­nın is­ti­qa­mət­lən­di­ri­ci­si­dir, insan qəl­bi­nə sir­li yo­lun hə­ya­ti aça­rı­dır" (12, s.19).

Digər bir mi­sal da Şil­le­rin maa­rif­çi dünyagörüşündə Maarifçilik dövründə etikanın əhə­miy­yə­ti­ni ifa­də edən fi­kir­lə­ri­ni işıq­lan­dı­rır: "Mənə­vi tərbiyənlən­dir­mə işin­də teat­rın əhəmiy­yə­ti nə­həng və çoxmənalıdır. Onun əhə­miy­yə­ti əq­li maa­rif­lən­dir­mə sa­hə­si ilə müqayisədə heç də az de­yil­dir. Məhz bu­ra­da - bu yük­sək səviyyədə əsl vətənpər­vər bö­yük ağıl qa­za­na bi­lər" (12,s. 21).

Teat­rı maa­rif­çi­lik ida­rə­si ad­lan­dı­ran F.Şil­ler mənəvi tərbiyə mə­sə­lə­si ilə bağlı onu da qeyd edir­di ki, "küt­lə (xalq məna­sın­da – X.Q.) öz teat­rı üçün maa­rif­lən­mə­li­dir. Əgər be­lə olmazsa, teatr öz kütləsi­ni maa­rif­lən­di­rə bil­məz" (12, s. 7).

Əl­bət­tə, Şil­ler maa­rif­lən­mə­li­dir, – de­yən­də təm­sil et­di­yi alman maarifçilərinin mənə­vi tər­bi­yə kon­sep­si­ya­sın­dan çı­xış edirdi.

Al­man maa­rif­çi-es­te­ti­ki Q.E.Les­sinq də Maarifçilik dövrünün ən gör­kəm­li fikir sahiblərin­dən bi­ri he­sab olu­nur. Les­sin­qin 1766-1769-cu illər­də yazdığı "Lao­koon" və "Ham­burq drama­tur­gi­ya­sı" əsər­lə­ri alman maarifçiliyinin dün­ya es­te­tik fikrinə, o cüm­lə­dən maa­rif­çi es­te­ti­ka ta­ri­xi­nə bəxş et­di­yi ən qiymət­li el­mi əsər­lər­dir.

Bu əsər­lər­ köh­nə es­te­tik və eyni zamanda etik tə­səv­vür­lə­rə tən­qi­di münasibət­lə, ye­ni sə­nət sə­viy­yə­si­nin mey­da­na çıx­ma­sı­na zə­ru­ri eh­ti­yac ya­ran­dı­ğı mənti­qi ide­ya­sı­nı əsas­lan­dı­rırdı.

Həmçinin də Les­sin­qin bu nəzəriyyəsi maa­rif­çilik ideyalarının, daha də­qiq desək, dün­ya xalq­la­rı mə­də­niy­yə­ti ta­ri­xi­nin öy­rə­ni­lib də­yər­lən­di­ril­mə­si tə­lə­bi­nə ca­vab ve­rir­di. Les­sinq öz konsepsiyasını iş­lər­kən Avropa mə­də­niy­yə­tinin be­şi­yi, kö­kü sayılan yunan in­cə­sə­nə­ti­nə, ümu­miy­yət­lə yunan sə­nət təsəvvürləri­nə üz tutur, hər şe­yi ye­ni­dən baş­lamaq, estetik zöv­qün özü­nü il­kin mahiyyətinə qay­ta­rıb sə­nə­ti "xi­las etmək", bu­nun­la da bədii es­te­ti­ka­nı in­ki­şaf etdir­mək ide­ya­sın­dan çı­xış edir­di.

Böyük alman maarifçisinin il­kin mə­də­niy­yət abi­də­si sayılan yunan in­cə­sə­nə­ti­nə əsaslanma­sı­nın digər bir sə­bə­bi də hə­min dövr­də es­te­ti­ka­nın ülvilik ka­te­qo­ri­ya­sın­dan bö­yük siyasi azad­lıq ide­ya­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­sində istifadə edilməsi ha­di­sə­si ilə bağ­lı idi. Les­sinq yunan­la­rın azad­lıq tə­rən­nüm edən zən­gin bə­dii ir­sin­də ye­ni dövrün xa­rak­te­rik ka­non­la­rı­na və İnsan probleminin həlli məsələsində uyğunluq gö­rür­dü.

Ta­nın­mış rus ədə­biy­yat­şü­na­sı V.R.Qrib Les­sin­q es­te­ti­ka­sı­nın qiy­mət­li cə­hət­lə­ri­ni, dəyər və əhəmiy­yə­ti­ni izah edər­kən gös­tər­miş­dir: "Əgər Les­sinq ic­ti­mai fəaliyyətdə fran­sız maa­rif­çi­lə­ri ilə bə­ra­bər ad­dım­la­yır­dı­sa, es­te­tik mə­sə­lə­lər səviyyəsin­də on­lar­dan irə­li­də ge­dir­di. Did­ro, Vol­ter deyil, məhz Les­sinq XVIII əsr­də rea­list sə­nə­tin mü­da­fiə­si­ni da­vam et­dir­miş­di. Fran­sız maa­rif­çi­lə­ri klas­sisiz­min es­te­tik nü­fu­zun­dan xi­las ola bilmədik­lə­ri üçün on­lar­dan heç bi­ri Şeks­piri qiy­mət­lən­di­rə bilməmiş­dir" (6,s.70).

Bundan başqa dün­ya maa­rif­çilə­ri öz əsərlərində bi­rin­ci və­zi­fə ola­raq döv­rün dəyərlər nə­zə­riy­yə­si­nə, mədəniy­yət proqramına ca­vab ve­rən mə­sə­lə­lə­ri işıq­lan­dı­rır, "bi­lik­siz­lik­dən bi­li­yə, az bi­lik­dən tə­rəq­qi­yə, inkişa­fa" şüa­rı ilə çı­xış edir və ən başlıcası be­lə he­sab edir­di­lər ki, yalnız el­mi tərəqqi­nin sa­yə­si­n­də ye­ni ic­ti­mai-iq­ti­sa­di, mə­də­ni in­qi­lab pillə­si­nə qalx­maq mümkündür. Təsadüfi deyil ki, Volter maarifçilik dövründə İngiltərəni "ağıl ada­sı" adlan­dır­mış­dır.

Maarif­çi­lə­rin həm­rəy ol­duq­la­rı ümumbəşəri ide­ya­lar ara­sın­da ta­ri­xi so­sial real­lıq­lar zə­minində ye­ti­şən bur­jua cə­miy­yə­tin­də milli mə­də­niy­yə­ti­n in­ki­şa­fı­nı təmin et­mək, güc­lü ağıl­la mil­li şüur konsep­si­ya­sı­nı hə­ya­ta ke­çir­mək, xalq ziyalıla­rı­nın fəa­liy­yə­ti­ni bədii ya­ra­dı­cı­lıq­da əks et­dir­mək və bun­dan ümuminqilab işin­də fay­da­lan­maq, ha­be­lə şəx­siy­yət mey­da­na çı­xar­maq, mil­lə­tin mil­lət ki­mi for­ma­laş­ma­sı və­zi­fə­lə­ri var idi ki, bun­lar bu zümrə­ni sürət­lə dün­ya xalq­la­rı­nın qa­ba­q­cıl dü­şün­cə­lə­ri­nə ya­xın­laş­dı­rır, müx­tə­lif yer­lər­də maa­rif­çi­lik hə­rə­ka­tı­nın, bu­nun nə­ti­cə­sin­də yeni dövrün maa­rif­çi etika və estetika­sının ya­ran­ma­sı­na gətirib çı­xa­rır­dı. Dün­ya maa­rif­çi­li­yi­nin "tən­qid" prin­si­pi də qlobal xarakter daşıyırdı.

Maarifçilər köhnəliyin bütün sosial atributlarını, hətta köklərini tənqidlə sıradan çıxarmaq məqsədi ilə çıxış edirdilər.

Bu ba­xım­dan dün­ya maa­rif­çi­lər nəs­li­nin İnsan məsələsinin, onun etik düşüncəsinin həllində güc­lü hissi-mənə­vi baza olan di­nə tən­qi­di mü­na­si­bət­lə­ri, din da­şı­yı­cı­la­rı­nın möv­hu­mat cəb­hə­si­ni məhv etmələri, ümu­mi­lik­də di­ni dün­ya­gö­rü­şə qar­şı müba­ri­zə for­ma­la­rı xü­su­si­lə diq­qəti cəlb edir.

Vol­terin ətrafında toplanan və di­nə qar­şı mü­ba­ri­zə apa­ran Fran­sa maarif­çi­lə­ri Pa­ris kü­çə­lə­rin­də kral və kil­sə hökmranlığı ü­zə­rin­də ümum­xalq qələbəsini bay­ram etmiş­lər.

Bu qə­lə­bə­nin ma­hiy­yə­ti maa­rif­çi­li­yin in­ki­şa­fı üçün nə dərəcədə əhəmiyyətli­dir­sə, fik­ri­miz­cə maa­rif­çi eti­ka­nın özü­nün təsdi­qin­də də o qə­dər fəal təsir­li he­sab olun­ma­lı­dır. Be­lə ki, Volter ilk növbə­də ic­ti­mai-si­ya­si ideya­dan da­ha ar­tıq es­te­ti­k ideala ma­lik sə­nət­kar, dra­ma­turq idi. Onun fəaliy­yə­ti bə­dii ya­ra­dı­cı­lı­ğın is­ti­qa­mə­ti­ni müəy­yən­ləş­dir­mək­də, es­te­tik fikrə xid­mət­də heç şək­siz­dir ki, də­yər və əhə­miy­yət kəsb edir.

Les­sinq də köh­nə­li­yin kö­kün­dən və bü­tün at­ri­but­la­rı ilə bə­ra­bər tən­qi­di xarakte­ri­ni da­şı­yan ye­ni tə­rəq­qi-ağıl döv­rü­nü təm­sil edə­rək dinə və din xadimləri­nə mü­na­si­bət bil­di­rir, xü­su­si­lə bə­dii yaradıcı­lıq­da bu tə­si­rin əley­hi­nə çıxır­dı. "Hamburq dramaturgiyası" əsə­ri­ndən aşağıdakı mi­sal­lar bu­nu təsdiqləyir. Les­sinq səh­nə sə­nə­ti ya­ra­dı­cı­la­rı­na özü­nün ta­ri­xi və müasir həya­tın tələblə­ri­nə uy­ğun olan töv­si­yə­si­ni bil­di­rə­rək ya­zır: "Mə­nim si­zə məsləhətim belədir: bu vax­ta qə­dər mə­lum olan xristian fa­ciə­lə­rin­dən bi­ri­ni də səh­nə­yə qoyma­yın" (13,s.11).

Hə­min mə­qa­lə­nin baş­qa bir ye­rin­də Les­sinq ye­ni­dən bu məsələ üzə­ri­nə qayı­dar­kən qeyd edir ki, "din xa­dim­lə­ri ya­lan­dan ol­du­ğu ki­mi hə­qi­qə­tən də məkrli iş­lər gö­rür­lər. Əl­bət­tə, on­lar bunu məhz din xadimləri ­olduqlarına gö­rə etmirdir­lər. Din xadimləri təbiə­tən ax­maq adam­lar­dır və bu­na gö­rə də özlərinin çirkin ehtiras­la­rı­nın xey­ri­nə bü­tün baş­qa fərdlə­rin hü­qu­qu­na toxunurlar" (13.)

Les­sinq bu fi­kir­lə­ri­ni din xa­dim­lə­ri­nin teat­rı "Düz cə­hən­nə­mə apa­ran böyük yol" ad­lan­dır­ma­la­rı ilə əla­qə­dar söy­lə­yər­kən teat­rın əxlaqi tər­bi­yə­vi əhə­miy­yə­ti mə­sə­lə­si üzə­rin­də cid­di da­ya­nır və döv­rün bu es­te­tik fəa­liy­yət sa­hə­si­nə "cəmiyyət" ki­mi bax­maq, onu mək­təb ma­hiy­yə­tin­də qiy­mət­lən­dir­mək es­te­tik müna­si­bə­tin­dən çı­xış edirdi.

İn­gil­tə­rə­də də etik bü­növ­rə­yə əsas­la­nan maa­rif­çi­lər di­ni xurafatı şəxsiyyətin for­ma­laş­ma­sın­da cid­di ma­neə ki­mi gö­rür və ona qar­şı ateist möv­qe­də da­ya­nır­dı­lar.

Av­ro­pa maa­rif­çi­lə­ri vahid platformada bu və ya di­gər də­rə­cə­də di­ni tən­qid etmiş, bu məsə­lədə eyni prinsipial mövqeni təm­sil et­miş­lər. Bü­tün feo­dal qu­ru­lu­şu­na qar­şı çıxan maa­rif­çi­lər üçün di­ni sxo­las­ti­ka­nın kökündən if­şa­sı ədə­biy­ya­tın va­si­tə­si ilə özünün yük­sək səviyyəsinə çat­mış­dır.

İn­san, onun cə­miy­yət­də ye­ri və ro­lu ba­rə­də maa­rif­çi­lə­rin gəldik­lə­ri ümu­mi qə­naət be­lə idi: “əsl xe­yir­xah odur ki, hə­ya­tı­nı öz xal­qı­na həsr etsin” (7.s.17).

Ümu­miy­yət­lə, so­sial şərai­tin, bu mü­hi­tin ye­tiş­dir­di­yi şəxsiyyətin özü­nün də­yiş­mə­si maa­rif­çi­lə­rin etik-fəlsəfi idea­lı­nın ifadəsi ola­raq diq­qəti cəlb edir. On­lar in­sa­nı, bu in­sa­nın xarakterini in­ki­şaf­da gö­tü­rür və onu cə­miy­yə­tin in­ki­şa­fı ilə əlaqədə, ey­ni za­man­da ta­ri­xi təkamül meya­rı ilə qiymətləndirirdilər.

Mə­sə­lən, Av­ro­pa ədə­biy­ya­tı təd­qi­qat­çı­la­rın­dan V.R.Qrib qeyd e­dir­di ki, "Maa­rif­çi­lə­rin icti­mai idea­lı mər­kə­zin­də özü­nü ümu­mi mə­na­fe­yə qeyd-şərt­siz, sö­zsüz ola­raq, bü­tün­lük­lə həsr etmə­yi qanu­nauy­ğun he­sab edən azad, bü­töv in­san da­ya­nır­dı" (6, s.54).

Lessinqin"qəh­rə­man   in­san ol­ma­lı­dır, in­san, qəh­rə­man" düşüncəsi bu baxımdan dövrün İnsan – şəxsiyyət meyarını dolgun əks etdirir (14,s.313).

Bu düşüncə və qənaətlər isə, əlbəttə ki, yeni dövrün əxlaqi simasını, etik əsaslarını ifadə edirdi. Maarifçilərə görə yeni əxlaq dini-xurafata-mövhumata uymayan agıllı, təhsilli, azad, müstəqil, mübariz, eyni zamanda xeyirxah,ədalətli, ləyaqətli, vicdanlı və s. müsbət keyfiyyətlərlə dolğun şəxsiyyətdə cəmlənmişdir və məhz bu şəxsiyyət cəmiyyəti irəli aparmağa qadirdir. Ədəbiyyat və sənət isə yeni əxlaqı təmsil edən qüvvəni müsbət qəhrəman kimi tərənnüm etməlidir.

Bələliklə deyə bilərik ki, Maarifçilik dövrünün klassikləri etik dəyərləri cəmiyyətin inkişafı, yeni İnsanın yaranması, formalaşması üçün birmənalı şəkildə əsas problem hesab edir, eyni zamanda meydana çıxan ədəbi-esteik fikirdən bu keyfiyyətlərə cavab verən əsərlər tələb edirdilər.

Heç də təsadüfi deyil ki, XVIII əsrdə meydana çıxmış və XX əsrin əvvəllərinə kimi bütün dünyanı əhatəsinə almış Maarifçilik dövrü ədəbiyyat və sənəti öz dövrünün bu və bu kimi mütərəqqi fəlsəfi düşüncəsindən faydalanaraq bəşər fikrinə əbədi iz salmış nəhəng əsərlərini yaratmışdır.


Açar sözlər: maarifçilik, mədəniyyət, əxlaq, fəlsəfə, etika, insan problemi, insan.
İstifadə olunmuş ədəbiyyat
1. Айзенштейн Н.А. К вопросу о просветительстве в Турции. В сб. Просветительство в литературах Востока. М., Наука, 1973. 319 с.

2. Брагинский И., Комиссаров Д. Персидская литература. Б., Наука, 1963, 377 с.

3. Век просвещения. М-Л., Наука, 1970, 243 с.

4. Виноградова А.Б. Гомхольд Эффаум Лессинг и страсть к истине. СПб., «Алтарь», 2002, 475 с.

5. Гилберт К., Кун Г. История эстетики. М., Изд.иностр.лит., 1960, 684 с.

6. Гриб В. Избранные работы. Статьи и лекции по зарубежной литературе. М.: Гослитиздат, 1956, 416 с.

7. Quliyeva X. Azərbaycanda maarifçi estetika. Bakı, Elm, 2000, 212 s.

8. Quliyeva X. Aksiologiya və siyasət. Xəbərlər, № 4, Baki, Elm, 2004, 295 s.

9. Quliyeva X. Maarifçilik dövrünün ədəbi-estetik prinsipləri aksioloji nəzəriyyə kontekstində. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, № 6. Bakı, Mütərcim, 2009, s.136-139.

10. Quliyeva X. Dünya maarifçi ədəbi-estetik fikrinin əsas prinsipləri // «Azərbaycan» jurnalı, 2009, №11.

11. Quliyeva X.Azərbaycan maarifçilərinn dünyagorüşü. EA Xəbərlər. jurnalı, 2010, № 2.

12. Шиллер Ф. Статьи по эстетике. М.-Л.: 1935. 671 с.

13. Лессинг Г.Э. Гамбургская драматургия. М.-Л.: Academia, 1936. 455 с.

14. Просветительство в литературах Востока. Сб.статей. М., Наука, 1973, 319 с.


Хатира КУЛИЕВА
этические вопросы философской

мысли в эпоху просвещения
Резюме
В статье рассматриваются этические проблемы эпохи Просвещения, зародившейся во Франции в XVIII в., и оказавшей серьезное влияние на общественно-политическую, философскую, литературно-эстетическую мысль многих народов.

Автор исходит из того, что нравственно-этические проблемы предполагают осмысление философских воззрений И.Канта, Вольтера и др. классиков просвещения в контексте современного человековедения и аксиологии и делает попытку определить значение этого наследия для современной философии.


Ключевые слова: Просвещение, философия, этика, культура, проблема человека, воспитание, нравственность, мораль, человек.
Khatira kuliyeva
ethical issues of philosophical thought

in the age of the enlightenment
Summary
The article considers the ethical problems of the Age of Enlightenment, arisen in France in the XVIII c. and exerted a serious influence on socio-political, philosophical, literary-ethical thought of many peoples.

The author proceeds from that the ethical-moral problems assume comprehension of the philosophical views of I.Kant, Voltaire and other classics of the enlightenment in the context of modern human study and axiology and made an attempt of determining the significance of this legacy for modern philosophy.


Keywords: Enlightenment, philosophy, ethics, culture, human problem, education, morally, man.

UOT 101.1
Vüsal Zülfüqarov

AMEA Rəyasət Heyəti,

elmi-təşkilat şöbəsinin əməkdaşı
Elmиn tarиxи иnkиşaf dиnamиkasının fəlsəfи

təhlиlи (orta əsrlər)
Elmin inkişaf tarixinə dərindən nüfuz etdikcə dünya mədəniyyətinə İslam elminin verdiyi töhfənin nə qədər böyük olduğunu anlamaq çətin olmur. İslam dini meydana gəldiyi gündən etibarən ümumdünyəvi səciyyə daşıyan müsəlman ideologiyasını formalaşdırmağa və onu işğal etdiyi ərazilərdə yaymağa cəhd etmişdir. Bu böyük işin öhdəsindən gəlmək üçün isə, zənnimizcə, İslam ideoloqları daha üstün mədəniyyətə və dünyagörüşünə sahib çıxmağa müvəffəq olmalı idilər. Bu həm də, o zərurətdən irəli gəlirdi ki, zəbt edilən əksər ərazilərdə mövcud olan mədəniyyətin səviyyəsi (məsələn, İran, Misir, Orta Asiya) ərəblərin dəyərlərindən daha üstün durumda idi. Belə bir nəhəng missiyanın yerinə yetirilməsi isə dini və fəlsəfi biliklərlə yanaşı, elmi təfəkkürün də inkişaf etdirilməsini zəruri şəkildə gündəmə gətirirdi. Yəqin ki, bu səbəbdən xəlifələrin bəziləri elmi biliklərin inkişafına xüsusi diqqət və qayğı göstərmişlər. Eyni zamanda bir mühüm faktı da yaddan çıxarmaq olmaz ki, Məhəmməd peyğəmbərin özü də elmlərə və xüsusən alim əməyinə həmişə yüksək qiymət və önəm vermişdir.

Elmə göstərilən qayğı xüsusən Abbasi sülaləsindən olan xəlifələrin dövründə daha da qüvvətləndi. Şübhəsiz ki, elmin inkişafı həm də xilafətin iqtisadi qüdrətinin artmasından, mərkəzləşdirilmiş böyük bir imperiyanın əldə etdiyi geniş imkanlardan (iqtisadi, sosial, mənəvi və s.) irəli gəlirdi. C.Bernalın fikirlərindən məlum olur ki, İslam mədəniyyətində elmə göstərilən diqqət o qədər yüksək idi ki, xəlifələr, sultanlar və əmirlərlə yanaşı hətta tanınmış tacirlər və iş adamları belə elmə qayğı göstərməkdən çəkin­mirdilər (4, s.162). C.Bernalın da qeyd etdiyi kimi, məhz bu dəstəyin hesabına müsəlman Şərqində dünyəvi elm inkişaf edə bilir, müsəlman alimləri, həkimləri və astronomları müxtəlif təcrübələr aparmağa müvəffəq olurdular (4, s.162). Hesab edirik ki, ərəbdilli alimlərin xüsusən tibb və kimya sahələrində apardığı təcrübələrin xarakteri Qərb tarixçiləri tərəfindən İntibah və xüsusən də Yeni Dövrün nailiyyəti kimi dəyərləndirilən eksperiment metodunun tətbiqi üsulundan köklü surətdə fərqlənmirdi. Əslində elə müasir elmin əsaslarının yaradılması məhz ərəbdilli İslam elminin nailiyyətləri hesabına mümkün olmuşdur. Ona görə ki, nəzəriyyə ilə eksperimentin birgə tətbiqi artıq Оrta əsr müsəlman elmindən etibarən özünü biruzə verməyə başlamışdır. S.A.Lebedevin gəldiyi qənaətə görə, əsl elmi ortaya çıxaran əsas şərt nəzəri və empirik fəaliyyətin birgə təzahürüdür (8, s.59).

Dünya şöhrətli alim Əbdüs-Səlam müasir elmin meydana gəlməsini belə izah edir: «Elm» adlan­dırdığımız hadisə Avropaya ərəblər tərəfindən gətirilən təcrübə, müşahidə və ölçmə metodları nəticəsində doğmuşdur. (Müasir) elm, İslam mədəniyyətinin dünyaya ən qiymətli hədiyyəsidir...” (1, s.31).

Amma bir qisim tədqiqatçıların İslam elminin nailiyyətlərinə nə dərəcədə biganə olduqları açıq-aşkar hiss edilir və təəssüf doğurur. Məsələn, professor S.A.Lebedevin redaktəsi ilə nəşr edilən dərslikdə elmin tarixinə həsr edilmiş bölmədə Оrta əsrlərə dair mühakimələrlə bağlı bir cümlə də olsun ərəbdilli islam elmi haqqında söhbət aparılmır 8, s.38-50. Konkret olaraq, bu dərsliyin müəllifləri hesab edirlər ki, Оrta əsr­lərdə elm tamamilə dinin təsiri altında olmuşdur 8, s.41-42. Fikrimizcə, ilk baxışdan düzgün əsas­landırılmış bu mövqe Оrta əsrlər xristian elminin vəziyyətini düzgün xarakterizə etdiyi halda, İslam elminə birmənalı şəkildə şamil edilə bilməz. Xristianlıq yarandığı vaxtdan azadfikirliliyin və elmi tədqiqatın əleyhinə olmuşdur 3, s.145. İslam isə yarandığı vaxtdan nəinki elmə qadağa qoymamış, hətta insanları elmi fəaliyyətə sövq etmişdir. İslam dini öz təsir dairəsini də daha konkret müəyyənləşdirmiş, insanların ancaq mənəvi aləmi və həyat tərzini müəyyən etməklə, onların peşə və ixtisas fəaliyyətinə bilavasitə nüfuz etmə­məyə çalışmışdır 3, s.145. Məlumdur ki, ərəbdilli elmin bir çox böyük nümayəndələri (əl-Xorezmi, İbn-Sina, əl-Biruni, İbn-Rüşd, Ömər Xəyyam və b.) dinin ortodoksal müddəalarına uyğun gəlməyən fikirlər söyləmiş və bir qayda olaraq, azad fikirli mövqeləri ilə fərqlənmişlər. Bu cür vəziyyət Avropa elmində yalnız İntibah dövründən etibarən özünü büruzə vermişdir (yəni 5 əsr sonra).

Ərəbdilli elmə qərəzli münasibəti ifşa edən Qərb islamşünası U.Montqomeri öz tədqiqatında 9 konkret faktlarla əsaslandırır ki, belə mövqe heç də təsadüfi olmamış və dini-siyasi motivlərdən irəli gəlmişdir. Belə ki, mədəniyyətin bütün sahələrində İslamın əldə etdiyi nəticələrdən əhəmiyyətli dərəcədə geri qalan X-XI əsrlər xristian Qərbində müsəlmanların hər bir fəaliyyət istiqamətindəki (xüsusən hərbi və elmi-texniki) uğurları həm qorxu, həm də qısqanclıq hissi ilə qarşılanırdı. Xüsusən müsəlman siviliza­siya­sının yüksək mədəniyyəti avropalılarda “natamamlıq” kompleksinin formalaşmasına səbəb olmuşdu ki, bunu aradan qaldırmaq üçün Qərbin xristian ideoloqları İslam dinini şər qüvvəsi kimi təqdim etməyə çalışmış və tədricən məkrli niyyətlərini reallaşdırmağa nail ola bilmişlər. Şübhəsiz ki, səlib yürüşlərinin meydana gəlməsi faktı da məhz bu ideologiyadan qaynaqlanmışdır. Həmin səbəbdən, avropalılar ərəbdilli elmin nəticələrindən valeh olsalar da və onları mənimsəməyi özləri üçün həyati əhəmiyyət daşıyan vacib mə­sələ hesab etsələr də, özlərini sistematik şəkildə yunanların və romalıların davamçıları kimi qələmə ver­məyə çalışmış, öz uğurlarını yalnız antik elmin irsinə sahib çıxmaları və onu daha da inkişaf etdirmələri faktı kimi qələmə verməyə cəhd göstərmiş və son nəticə etibarilə öz niyyətlərini gerçəkləşdirməyi bacar­mışlar.

U.Montqomerinin fikirlərindən 9 bir daha məlum olur ki, qərbi avropalılar ərəb elmi və mədə­niyyətinə İspaniyada və Cənubi İtaliyada (Siciliyada) məskunlaşmış və sivillilik baxımından onlardan qat-qat üstün səviyyədə dayanan müsəlmanlarla ünsiyyət hesabına sahib çıxa bilmişlər. Ərəbdilli alimlərin əsərlərinin latın dilinə tərcüməsi (XI-XIII əsrlər arası), daha sonra bu biliklərin dərindən və sistematik şəkil­də mənimsənilməsi prosesi də əsasən həmin bölgələrdə həyata keçirilmiş və buradan da Qərb ölkələrinin digər elmi mərkəzlərinə yayılmışdır.

Deyilənlərlə yanaşı daha bir sualın cavablandırılması zəruri şəkildə ortaya çıxır – nə üçün müsəlmanların özləri əldə etdikləri uğurları daha da inkişaf etdirə bilmədilər? Etiraf edək ki, bu sualın birmənalı şəkildə cavablandırılması kifayət qədər çətindir, lakin müəyyən mülahizələrin ifadə edilməsi mümkündür. İlk növbədə mühüm bir məqamı vurğulayaq ki, elmdə köklü dəyişikliklərin baş verməsi fəlsəfi təfəkkürdə baş qaldıran fərqli dünyagörüşlə bilavasitə əlaqədardır. Bu baxımdan biz qeyd edə bilərik ki, ərəbdilli elm yunan fəlsəfəsinin kainat haqqındakı məhdud dünyagörüşündən kənara çıxa bilməmişdir. Gəlin C.Bernal tərəfindən ərəbdilli elmin böyük dühası olan Biruninin dünyagörüşü haqqında onun öz sözləri ilə xüsusi olaraq önə çəkilən bir məqama diqqət yetirək: «Biz qədim alimlərin əldə etdikləri ilə kifayətlənməli və təkmilləşdiriləsi nə varsa, onu təkmilləşdirməliyik» 4, s.163. Demək olar ki, şərhə ehtiyac qalmır. C.Bernal qeyd edir ki, ərəblərin əldə etdikləri uğurlar yunan fəlsəfəsinin daxilindən kənara çıxmamışdır. Zənnimizcə, Platon və Aristotel fəlsəfinə olan aludəçilik ərəbdilli alimləri yeni elmi dünyagörüşə aparan həlledici addımdan məhrum etmişdir.

Gəlin optik cihazların inkişaf dinamikasına diqqət yetirməklə dediklərimizi əyani şəkildə şərh edək. Məlumdur ki, əl-Heysam linzaların müxtəlif növlərini tədqiq etmiş və onun geniş istehsalına şərait yaratmışdır 6, s.263. O da məlumdur ki, teleskopun strukturu ən sadə halda iki linzanın bir-birinin ardınca düzülüşündən başqa bir şey deyildir. Bu quruluş nə qədər sadə olsa da, ilk teleskopun kəşfi yalnız Avropada mümkün olur və XV əsrdə bu cihazı Q.Qaliley düzəldir. Sual olunur: əgər bu iş deyilən qədər sadə idisə, nə üçün onu ərəbdilli alimlər özləri etməmişlər? Cavab çox sadədir – çünki buna ehtiyac olmamışdır! Aristotelin Kosmos haqqındakı baxışları ortodoksal dini dünyagörüşün iyerarxik strukturlu dünya haqqındakı təsəvvürlərinə tam cavab verirdi. Həmin səbəbdən ərəbdilli elmin də heç bir ehiyacı yox idi ki, göy qütbündən sonra nəyin yerləşdiyini təcrübi yollarla müəyyən etsin.

Digər tərəfdən qərbyönlü tədqiqatçılar Şərqdə azad təfəkkürün olmaması, patriarxal dövlət strukturunun, inzibati-amirlik sisteminin bərqərar olması, fərdi təşəbbüsün olmaması barədə fikirlər söyləmiş və bu amillər əsasında da İslam dünyasında elmin inkişafı üçün sosiomədəni mühitin olmamasını əsas dəlil kimi önə çəkmişlər. Biz isə ən azı belə bir tarixi faktı vurğulaya bilərik ki, hələ Abbasilər dövründə mötəzililərin İslamın əsas müddəalarına uyğun gəlməyən radikal baxışları xilafətin dini ideologiyasının əsaslarını təşkil etmişdir. Hamıya yaxşı məlumdur ki, mötəzililərin fikirləri İslam dininin aparıcı müddəaları ilə ciddi ziddiyyət təşkil etmişdir. Onların baxışları sözün tam mənasında azad fikirlilik xüsusiyyəti ilə səciyyələnmişdir. Abbasilərin dövründə mötəzilizm ən mükəmməl ilahiyyat sistemi kimi dövlət dini elan edilmişdir 2, 296. Lakin, bu dini baxışlar sülalənin süqutu ilə öz təsir dairəsini tamamilə itirmiş və ortodoksal din yenidən fikirlərə tam hakim kəsilmişdir. Mötəzililik yenidən «küfr» elan еdilmişdir 2, 296. Eyni zamanda o da məlumdur ki, ərəbdilli mütəfəkkirlərin, xüsusən peripatetik yönlü alimlərin əksəriyyəti azadfikirli insanlar olmuş və dinin müddəalarına uyğun gəlməyən müxtəlif baxışlar irəli sürmüşlər (məsələn, əl-Fərabinin materiyanın əbədi mövcud olması haqqındakı müddəası). Lakin bu baxışlar əsasən elmi mühitin təsir dairəsindən kənara çıxmamışdır. Həm də İslam dünyasında azadfikirliliyi ilə səciyyələnən müxtəlif təriqətlər (sufizm, hürufizm və s.) mövcud idi ki, bu təlimlərin də aparıcı şəxsləri əsasən azad təfəkkürə malik insanlar olmuşlar. Lakin həmin təlimlər daha çox tərki-dünya həyat tərzinə üstünlük vermiş və yəqin bu səbəbdən də geniş sosial təbəqələrin ideologiyasına çevrilə bilməmişdir. Bir sözlə, Avropadan ən azı hələ dörd əsr əvvəl Şərqdə azadfikirlilik mövcud olmuş və dünyanın obyektiv əsaslarda öyrənilməsi məsələsi adlarını çəkdiyimiz bir çox görkəmli alimlərin tədqiqatlarında özünə yer tapmışdır. Qətiyyətlə söyləmək olar ki, müasir elmin formalaşması üçün Şərqdə elmin həm nəzəri, həm də praktik funksiyaları reallaşdırılmış, tədqiqat üsulları sırasında təcrübələrdən və eksperimentdən bir metod kimi istifadə edilmişdir. Məhz bu böyük işin sayəsində ərəbdilli alimlərin yaradıcılığına tədricən yiyələnməyi bacaran xristian dünyası Avropada İntibah dövrünün baş qaldırması üçün həm nəzəri, həm də praktik elmi bazaya malik olmuşdur. Xristian Qərbində, məlum olduğu kimi əsasən astronomiya, optika, kimya və riyaziyyat elmlərinin, yəni ərəbdilli alimlər tərəfindən yüksək səviyyədə işlənilmiş elm sahələrinin daha da inkişaf etdirilməsinə cəhd göstərilmiş və bu məqsəd ardıcıl şəkildə həyata keçirilmişdir. Lakin hansı əsas determinantın hesabına? Söylədiyimiz mühakimələrdən belə qərara gəlmək mümkündür ki, fəlsəfi dünyagörüşdə baş verən inqilabi dəyişikliyin hesabına, hansını ki, böyük mütəfəkkir Nikolay Kuzanlı ilk dəfə olaraq həyata keçirə bilmişdir 7.

Şübhəsiz ki, Avropada yeni fəlsəfi dünyagörüşün meydana gəlməsi (XIV əsrdə) hələ insanların təfəkküründə inqilabi dəyişikliklərin baş verməsi demək deyildi. Sadəcə, başlayan bu prosesin özəlliyi ondan ibarət idi ki, əgər Şərqdə yeni fikirlərin daşıyıcıları (məsələn, mötəzililər) özlərinə geniş sosial baza yarada bilmədilərsə və Abbasilər sülaləsinin süquta uğraması ilə tezliklə ortodoksal din tərəfdarları tərəfindən aparıcı qüvvə kimi sosial mühitdən sıxışdırıldılarsa, Avropada yaranan Reformasiya hərəkatı, əksinə, katolik kilsənin təzyiqlərinə davam gətirdi və genişlənərək böyük xalq kütlələrini öz ideologiyası arxasınca apara bildi. Bu fikirlə biz onu da demək istəyirik ki, klassik elmin meydana gəlməsində həm internalist, həm də eksternalist determinantların böyük rolu olmuşdur. Lakin bir daha hesab edirik ki, aparıcı determinant məhz yeni fəlsəfi dünyagörüşün meydana gəlməsi ilə bağlı olmuşdur. Məsələ burasındadır ki, Avropada böyük alimlərin və mütəfəkkirlərin demək olar ki, hamısı eyni zamanda katolik kilsənin görkəmli nümayəndələri olmuşlar. Bu baxımdan Avropada cərəyan edən proseslərin özəlliyi həm də ondan ibarət idi ki, Reformasiya hərəkatının önündə gedən aparıcı din xadimləri (M.Lyuter, J.Kalvin və b.) fəlsəfədə və elmdə baş verən inqilabi dəyişikliklərdən (N.Kuzanlı, N.Kopernik, C.Bruno və б.) 7 xəbərdar idilər və ən əsası isə o idi ki, onlar bu yeniliklərin geniş xalq kütlələrinin beynində və həyat tərzində əks etdirilməsinə nail ola bildilər. Dolayısı ilə belə bir fikir irəli sürmək mümkündür ki, Avropada yeni iqtisadi münasibətlərin yaranması, yəni feodalizm sistemindəki iqtisadi münasibətlərin yeni yaranan burjua münasibətləri ilə əvəzlənməsi prosesinin əsasında reformatorların apardığı güclü ideoloji işin bəhrəsi dayanır. Belə bir sual maraq doğurur: nə üçün burjua münasibətləri ilk öncə Hollandiyada, İngiltərədə və daha sonra isə Almaniyada formalaşdı? Ona görə ki, Reformasiya hərəkatı məhz bu bölgələrdə baş qaldırdı və tezliklə genişləndi. Belə ki, onun liderləri protestantizm ideologiyasının Avropanın şimal bölgələrində bərqərar edilməsi istiqamətində katolik kilsə ilə amansız mübarizəyə qalxdılar, burada məskunlaşmış xalq kütlələrini öz arxasınca apara bildilər və son nəticə etibarilə bu böyük mücadiləni müvəffəqiyyətlə başa çatdırdılar. Əslində M.Veberin əsəri 5, s.44-344 verdiyimiz cavabın düzgün olmasına heç bir şübhə yeri qoymur. Bəli, məhz protestant etikasının hesabına, yəni fərdi əməyi, işgüzarlığı, şəxsi təşəbbüskarlığı və bu kimi digər dəyərləri özündə ehtiva edən yeni yaranmış protestantizmin təsiri nəticəsində insanların dünyagörüşündə və praktik fəaliyyətində yeni iqtisadi münasibətlərin qurulması üçün mənəvi zəmin formalaşdırıldı. Dünyanın mexaniki mənzərəsinin ictimai şüurda yer alması məsələsi də bilavasitə protestantizmin yaratdığı sosiomədəni mühitin hesabına mümkün olmuşdur.

1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə