Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə34/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   36

Açar sözlər: İran, nüvə proqramı, Yaxın Şərq ,beynəlxalq münasibətlər.
İstifadə olunmuş ədəbiyyat
1. Алиеv А. Ирано-Иракская vойна. М., 1986.

2. Машин В.В., Якоvлеv А.И. Персидский залиv v планах и политике Запада. М., Международные отношения, 1985.

3. National Intelligence Council Foreign Ballistic Missile Threat through 2015. December 2001. Unclassified Summary of a National Intelligence Estimate. www.fas.org/crs/nuke/RS22758.pdf

4. Rolton I.R. Iran Continiing Pursuitof Weopons of Mass Destruction. Testimony Before the House International Relotions Committe. Subcommitte on the Middle East and Centre Asia. 24 June 2004. http://www.cia.go/t/us/rm33099.html

5. Goldschmidt P. Concrete steps to improve non-proliferation regime, Carnegie Papers, 2009, http://www.carnegieendowment.org/files/improve_nonpro_regime.pdf

6. Dorudyan Məhəmməd. Seyri dər Cənge İran və Əraq (İran və İraq müharibəsinə bir nəzər). İslam inqilabı gözətçiləri korpusunun Tədqiqat Mərkəzi. Tehran, 1376.

7. Doktor Əlirza Əzqəndi. İran İslam Respublikasının xarici siyasəti. Tehran, “Qoms” nəş., 1386 (2007). IV çap.

8. Foouran Con. (Qalib müqavimət) Moqaviməte şekənənde. Əhməd Tədinin tərcüməsi. II çap. Tehran, Rəsa mədəni xidmət müəssisəsi, 1378.

9. http://www.inforos.ru/?module=news8actiob=view8id=27727

10. Iranian ballistic missile program. http://www.globalsecurity.org/wwd/world/iran/missile.html

11. “Comhuriye Eslami” qəzeti, 1997-ci il (1356).

Джамиль Насироv
Влияние ядерной программы Ирана на обеспечение

мира и безопасности на Ближнем и Среднем vостоке
Резюме
В данной статье рассматриvаются глаvные приоритеты vнешней политики Ирана, одним из которых яvляется стремление стать vо глаvе исламских государстv и приобретение ядерного оружия. По мнению многих экспертоv, оно обосноvано тем, что это даст ноvые диvиденды vо vнешней политике Ирана. Во vнешней политике Ирана заметное место занимает палестино-израильский конфликт. Иран категорически не признает само сущестvоvание государстvа Израиль. Тегеран считает, что vозможность разблокироvания ближнеvосточного мирного процесса может приvести к изменению баланса сил v регионе не v его пользу. Иран крайне заинтересоvан v том, чтобы не позvолить кому-либо изолироvать себя от участия v vажнейших политических процессах на Ближнем Востоке и усилить сvое присутстvие v регионе. Как изvестно, иранское рукоvодстvо неоднократно vысказыvало тvердое намерение поддержиvать исламское сопротиvление на юге Лиvана и v Палестине и этим самым оказыvать vлияние на регион.
Ключеvые слоvа: Иран, ядерная программа, Ближний Восток, международные отношения.

Jamil Nasirov
The influence of Iran's nuclear program on safeguarding

peace and security in the near and Middle East
Summary
In the article considered are the main priorities in foreign policy of Iran, one of which is striving for being the head of the Islamic countries and obtaining the nuclear weapon. In opinion of most experts, it is conditioned by that it will give the new dividends in the foreign policy of Iran.The author notes that in the foreign policy of Iran, the Palestine-Israel takes a notable place. Iran absolutely does not admit the possibility of existence itself of Israel as a state. Tehran thinks that the possibility of deblocking of the Middle East conflict can cause the change in balances of power in the region that will not benefit the Islamic Republic of Iran. Iran is extremely interested in that no one country to be allowed to isolate it from participation in the most important political processes occurring in the Near Middle East, as well as in strengthening own presence in the region. As we know, the Iranian administration has repeatedly expressed their firm will to support Islamic resistance in the south of Lebanon and in Palestine, and by this exerts an influence in the region.
Keywords: Iran, nuclear program, the Near East, international relations.

UOT 347.9
Rza Nəcəflu

BDU, doktorant
İran hüququnda mehrİyyə
Müqəddəs İslam dinində evliliyin arxasınca iki növ təklif və hüquq mövcüddur:

  Qeyri-maliyyə hüquq və vəzifələr (mənəvi vəzifələr);

  Maliyyə vəzifə və hüquqları (maddi vəzifələr).

Maliyyə hüquqları içərisində qadının “mehriyyə” hüququ da vardır. Kişi qadının mehriyyəsini ödəmək məcburiyyətindədir. Başqa sözlə, kişi digər bir adı sidaq (evlilik payı) olan mehriyyəni qadına ödəməlidir. Buna görə də mehriyyə, evlilik kəbini vasitəsi və kişinin aldığı həzz müqabilində qadının mülkiyyətinə keçən var-dövlətə deyilir. Əlbəttə, onun qadın mülkiyyətinə keçməyinin bir sıra xüsusi şərtləri vardır. Mehriyyənin tərifi, növləri, miqdarı, əhatə dairəsi, isbat və ya aradan qalxması kimi məsələlər barəsində İslam dini və İranın mülkiyyət hüququ məsələlərində geniş formada müzakirə edilmişdir. Bu məqalədə isə onlara qısa formada nəzərdən keçirəcəyik. Mehriyyə və onun növləri haqqında danışmazdan öncə yaxşı olar ki, onun tərifi haqqında söhbət açaq.

Səfayi seyid Hüseynə görə mehriyyə elə bir əmlaka deyilir ki, evlənmə əqdinin oxunmasından sonra qeyri-sabit formada kişinin həyat yoldaşının ixtiyarına keçir. Onun mülkiyyəti dörd səbəbə görə möhkəmlənmiş olur:

İrtidade fitri (atası müsəlman olan və özü dönüb kafir olan şəxsə deyilir) ilə ərin mürtəd olması (əgər müsəlman övladı olan ər İslam dinindən imtina edib kafir olarsa, mehriyyəni qadına ödəməsi vacib olur);

Ərin dünyadan köçməsi;

Cinsi əlaqə;

Qadının ölümü (məşhur din alimlərinin dediyinə görə).

Qadına verilən bu mülkiyyət şəriət qanunlarından qaynaqlanır. İran hüquq sistemində mehriyyənin əsası, məzhəb və dinə əsaslandığı üçün Qərb hüquq sistemində buna bənzər hüquq normalarına rast gəlinmir. Qadının özünü kişinin ixtiyarına verməsi ilə mehriyyənin əlaqəsini maliyyə müqavilələrində bir-birini əvəzləyən kimi müqayisə etmək olmaz (2. s. 30). Qadın mehriyyə qarşılığında özünü satmır, bəlkə kişi ilə əhd-peyman bağlayır ki, onun nəticəsində kişi mehriyyə ödəməyi və qadın isə özünü onun ixtiyarına verməyi öhdəsinə götürür. Elə buna görə də mehriyyəni pozmaq evlilik əqdini aradan götürmək və qadının qarşısında duran vəzifələrdən onu azad etmir.



Mehriyyənin tərifi və hüquqi mahiyyəti, mülkiyyət qanununun 1087-ci maddəsində qeyd edilmiş­dir. Mehriyyə “elə bir maldır ki, evlənmə əqdi münasibəti ilə kişi onu qadına ödəmək məcburiyyətində qalır”. Mehriyyəni ödəməyin məcbur olması qanunun hökmündən irəli gəlir. Elə buna görə də əqd zamanı hər iki tərəfin sükuta dalması və hətta qadının mehriyyə hüququna malik olmaması haqqında razılıq əldə etməsi bu barədə kişinin vəzifəsini onun üzərindən götürməz. Əlbəttə, evlilik əqdinin bağlanması tərəflərin razılığı əsasında baş versə də, onun təsirlərini ər- arvad yaratmır. Qadın və kişi evlənmək haqqında razılığa gələn kimi elə bir xüsusi vəziyyətə düşürlər ki, məcburiyyət qarşısında onun yaratdığı təsir və nəticələrə dözməli olurlar. Buna görə də mehriyyə kişiyə məcbur olan qanuni zərurətdir. Amma tərəflər əqd oxunan zaman və ya ondan sonra mehriyyənin miqdarını öz aralarında razılaşdırsınlar (Mülkiyyət qanununun 1080- 1087 ci maddələri).

Mehriyyənin qismləri: Şiə məzhəbinin dini hökmləri və İran İslam Respublikasının mülkiyyət qanununda mehriyyənin dörd növü olduğu bildirilir.

a) Mehrul-musəmma: Bu mehriyyə növündə mehriyyənin miqdarı evlilik əqdi oxunan zaman müəyyən edilir və adı da çəkilir.

b) Mehrus-sünnə: “Lumə” kitabında qeyd edilmişdir: Əgər kişi qadını Allahın kitabı və İslam Peyğəmbərinin sünnəti əsasında öz əqdinə keçirərsə, onun mehriyyəsi 500 dirhəmdən ibarət olur. “Lumənin şərhi” kitabında isə 500 dirhəmin 50 (əlli) dinar olduğu qeyd edilir. Digər yerlərdə isə belə qeyd edilmişdir ki, dinar şəriətin təyin etdiyi 1 (bir) misqal qızıla bərabərdir. Bunun mehrus- sünnə adlanmasının səbəbi peyğəmbərin həmin məbləği öz qadınları üçün mehriyyə kimi təyin etməsidir.

c) Mehrul-mesl: Əgər daimi evlənmə zamanı mehriyyə qeyd edilməzsə, evlənmə düzgündür və tərəflər ondan sonra öz aralarında onu razılaşdıra bilər və istədiklərini müəyyən edə bilərlər. Əgər mehriyyə barəsində razılaşmadan öncə cinsi əlaqə baş verərsə qadın “mehrul-mesl” hüququna malik olur. Yəni onunla eyni səviyyədə olan xanımların mehriyyəsi qədər mehriyyə almaq hüququna malikdir. Hüquq dilində “mehrul-mesl” dedikdə elə bir mehriyyə nəzərdə tutulur ki, onun miqdarı qadının şərafət, digər xüsusiyyətləri, qohumları, yaşadığı yerin halı və vəziyyətinə uyğun olaraq müəyyən edilir. Molla Mohsen Feyz özünün “məfatihul-şəraye” kitabında deyir: “Mehrul-mesl zamanı əsas götürülən məsələ qadının şərafət, gözəllik, ağıl, bakirəlik, soy-kök, var-dövlət, iş bacara bilməsi, o cümlədən həmin şəhərdə qohumlarının adəti və ya həmin şəhər ilə eyni adət-ənənələrə malik olan şəhərin adət ənənələridir”.

d) Mehrul-mutə: Mülkiyyət qanununun 1093-cü maddəsində deyilir: «Əgər əqd oxunan zaman mehriyyə təyin edilməzsə və ər cinsi əlaqə və qadın üçün mehriyyə təyin etməzdən öncə arvadını boşayarsa qadın “mehrul-mutə” ala bilər. Əgər ondan sonra boşayarsa “mehrul-mesl” almaq hüququna malikdir. Came Əəbbasi kitabında qeyd edilir ki, mutə (mehrul-mutə) odur ki, əgər ərin var-dövləti qiymətli paltarı və ya 10 misqal qızıl qiymətində olan atını ona verməli və ya 10 misqal qızılı ona verməlidir. Əgər müflis olarsa qızıl və ya gümüş üzük, əgər ortabab olarsa 5 misqal qızıl verməlidir.

Nəhle (borc): İran qanunvericiliyində nəhle borc mənasında istifadə edilir. Habelə bəxşiş və hədiyyə kimi mənalarda istifadə edilir. Rağeb özünün Mufrədat kitabında qeyd edir: «Mənim fikrimcə bu sözün kökü nəhl sözüdür mənası isə bal arısı deməkdir. Çünki hədiyyə vermək də bal arısının bal verməsinə bənzəyir. Qadın və kişi bir-birindən istifadə etməkdə bərabər hüquqa malik olsalar da Allahtaala kişinin qadına bəxşiş olaraq mehriyyə təyin etməsini istəmişdir. Allahtaala quranda buyurur:

واتوا النساء صدقاتهن نحلة فان طبن لکم عن شی‏ء منه نفسا فکلوه هنیئا مریئا;

“qadınların mehriyyəni tam razılıq əsasında onlara ödəyin. (1.s. 201)

Əgər öz mehriyyələrini öz razılıqları əsasında sizə bağışlasalar ondan faydalanın ki, halal və xoşagələndir”. Yuxarıdakı ayə sonra həyat yoldaşı seçilməsi məsələsinə işarə edərək onu müsəlman qadınların hüquqlarından biri kimi təqdim edir. Sonra isə qadınların mehriyyəsini tam formada, yəni boynunda olan borc kimi ödəməyi tapşırır. Yəni digər borcları necə qəpiyinə qədər ödəyirsinizsə bu mehriyyə borcunu da tamamilə ödəməyi tapşırır (2. s. 222)

İslam dinindən öncə arvadını boşamaq istəyən kişi mehriyyə ödəməmək üçün öz həyat yoldaşını pozğunluqda ittiham edir və ona əzab-əziyyət verir ki, əvvəlcədən aldığı mehriyyəni qaytarıb boşansın. Həmin mehriyyəni isə ikinci dəfə aldığı arvad üçün təyin edidi. Quran ayəsi onların bu hərəkətini kəskin pisləyib qarşısını aldı (3. s. 17).

Mehrriyənin miqdarı: Mehriyyə üçün maksimum və minimum hədd müəyyən edilməyib. Bəlkə tərəflərin razılığı əsasında onu müəyyən etmək olar. Amma dini rəvayətlərdə onun müstəhəbb həddi müəyyən edilmişdir ki, mehruss-sünnədən artıq olmasın (4. s. 221).

Mehriyyənin miqdarı ilə əlaqədar olaraq həzrəti imam Xomeyni özünün «təhrirul-vəsilə» kitabında yazır: “Bəzi şəhərlərdə yayılan adət-ənənələrə görə qızın qohumları ərdən “süd pulu” və ya digər ad altında nə isə alırlar. Bu mehriyyə hesab edilmir. Bu mehriyyədən də artıq miqdarda olur. Onun hökmünə gəldikdə isə əgər süd pulunu almaq və ya yemək günah bir əməl üçün muzd kimi nəzərdə tutularsa, ona icazə verilə bilər və halaldır (4. s.112). Əgər muzd kimi olmazsa, bəs əgər ər könüllü olaraq qızın yaxınlarına verərsə- onun məhəbbətini və ya razılığını cəlb etmək məqsədi daşıyarsa…. Onun almağa icazə verilir. Lakin həmin mal mövcud olduğu müddətdə ərin onu qaytarmasına icazə verilir, amma əgər ər razı deyilsə və onu verək yalnız bu cəhətlə olsa ki, qız ərin mehriyyədən bağışladı miqdarda evlənməyə razı olarsa onu yemək haramdır. Ərə icazə veirlir ki, tələf olsa belə ona qayıtsın (5. s.322)”.

Mülkiyyət qanununun 1082-ci maddəsində deyilir: «Əqd bağalanan kimi qadın mehriyyənin sahibi olur və ondan istədiyi kimi istifadə edə bilər». Mehriyyənin isbat və ya batil olması haqqında imam Xomeyni deyir: “Əgər daimi əqd zamanı mehriyyəni müəyyən etməsələr, əqd doğrudur. Əgər kişi qadınla cinsi əlaqədə olarsa, onun mehriyyəsini onunla eyni şəraitə malik olan qadınların mehriyyəsinə bənzər mehriyyə ödənməlidir”. Əgər əqd mehriyyə olmadan baş verərsə və ondan sonra hər hansı bir miqdarı müəyyən etməyə razılaşsalar, doğrudur. Bu zaman isə onunla eyni şəraitdə olan qadın, ondan aşağı və yuxarı həddə mehriyyənin müəyyən edilməsi olsa belə (6. s.34). Əgər kişi əqd zamanı mehriyyə təyin etsə və məqsədi isə onu ödəməmək olsa belə əqdi doğrudur, amma mehriyyəni də verməlidir (7, s.231). Batil mehriyyə: Qeyd etdiyimiz kimi mehriyyə mülkiyyətə malik olmalıdır. Əgər kimsə sahibi olmadığı şeyi mehriyyə kimi təyin edərsə və ya müsəlmanın sahibi olmasına icazə verilməyən şərab və donuz kimi şeyləri mehriyyə təyin edərsə, bu zaman əqd düzgün olsa da, amma mehriyyə batildir. Qadınla cinsi əlaqə baş verərsə mehrul – misl kimi mehriyyə təyin edilməlidir. Habelə özünün hesab edərək mehriyyə təyin etdiyi, lakin sonradan onun malı olmadığı müəyyən edildiyi, yaxud sirkə olduğunu müəyyən edərək mehriyyə təyin etdiyi lakin sonradan onun şərab olduğu meydana çıxan halları da buraya aid etmək olar (7, s. 311). Mehriyyə sahib olmaq və olmamaq: Əgər mehriyyə olmadan əqd oxunarsa, qadın cinsi əlaqədən öncə heç bir şeyə sahiblik hüququ əldə etmir. Lakin qadını boşayarsa bu qanundan istisna hesab edilir. Qadının hüquqlarına daxildir ki, kişinin kasıb və varlı olmasından asılı olaraq kişidən dinar, dirhəm, atlar, minik və sair alsın. Buna siğə deyirlər. Əgər əqd cinsi əlaqədən öncə boşanma istisna olmaqla pozularsa ona heç nə çatmır (8, s. 250). Habelə əgər onlardan biri cinsi əlaqədən öncə ölərsə də bu hökmə aid edilir. Lakin əgər cinsi əlaqə baş veribsə qadına mehrul-misl kimi mehriyyə ödənməlidir (9, s. 32).

Nəticə:


Evlənmə əqdi oxunduqdan sonra əmlak müvəqqəti olaraq qadının ixtiyarına keçir və dörd şey ilə həmin mülkiyyət daimi olur (10. s. 277). Bu cür əmlak sahibi olmaq qadına şəriət və qanunun hökmü ilə verilir. İran hüquq sistemində “mehriyyə” din və adət-ənənədən gəlmədir. Buna Qərb hüquq sistemində rast gəlmək mümkün deyildir. Şiə fiqhi və İran İslam Respublikasının mülkiyyət qanununda mehriyyənin dörd növü vardır.

1.Mehrul-musəmma: Bu mehriyyənin miqdarı evlənmə əqdi oxunan zaman müəyyən edilərək qeyd edilir. 2. Mehrus-sünnə: Əgər kişi qadını Allahın kitabı və İslam Peyğəmbərinin sünnəti əsasında evliliyə qəbul edərsə, onun mehriyyəsi 500 dirhəm miqdarında təyin edilir. 3. Mehrul-mesl: Əgər daimi evlənmə zamanı mehriyyə qeyd edilməzsə evlilik doğrudur. Tərəflər ondan sonra özləri öz aralarında razılaşa bilər və istədiklərini müəyyən edə bilərlər. Əgər razılaşmadan öncə cinsi əlaqə olarsa qadının “mehrul- mesl” etməyə haqqı vardır. Yəni özü ilə eyni səviyyədə olan xanımların mehriyyəsi qədər özünə mehriyyə tələb edə bilər. 4. Mehrul-mutə: Əgər əqd oxunan zaman mehriyyə müəyyən edilməzsə, ər cinsi əlaqədən və qadının mehriyyəsini təyin etməzdən öncə arvadını boşayarsa qadın “mehrul- mutə” tələb edə bilər. Bu zaman mehriyyənin miqdarı kişinin imkanından asılı olaraq müəyyən edilir (11, s. 266).
Açar sözlər: mehriyyə (kəbin), hədiyyə, tələb, arvad saxlamaq, nəfəqə (aliment), mehrul-mesl, mehrul-musəmma, mehrul-mutə.
İstifadə olunmuş ədəbiyyat
1. Qurani-Kərim. Ayətullah Məkarim Şirazinin tərcüməsi, Qum, Hərəm nəşriyyatı, 2007.

2. İmami, Seyyid Hüseyn. “Mülki hüquq”. IX nəşr, Tehran, 1992. İslamiyyə nəşriyyatı.

3. Ənsari Murtəza (1995). “Əlməkasib”, Beyrut, Ələmi müəssisəsi.

4. Xumeyni, Seyyid R. (1415 hicri qəməri), “Təhrirul- vəsilə”. Qum Nəşrul-islami müəssisəsi.

5. Xoyi. Seyyid Əbulqasim (1992). “Misbahul-fəqahə”. Beyrut, Darul-hadi (433 səhifə).

6. Şəhidi, Mehdi (1998). “Öhdəçilik və müqavilələrin təşkil edilməsi”. Tehran, “Hüquqdan” nəşri.

7. Şəhidi, Mehdi (2003). “Müəyyən əqdlərin mülki hüququ”. Tehran, Məcd elmi mədəni müəssisəsi (422 səhifə) (farsca).

8. Katoziyan, Naser (1992). “Müqavilələrin ümumi qaydaları”. Cild 2. Tehran. İntişar şirkəti.

9. Katoziyan, Naser (1992), “Müqavilələrin ümumi qaydaları”. Cild 4. Tehran. İntişar şirkəti.

10. Katoziyan, Naser (2003), “Ailə hüququ», Tehran. “İntişar” şirkəti (430 səhifə).

11. Səfayi, Seyyid Hüseyn, “Müxtəsər ailə hüququ”, Tehran, “Mizan” nəşriyyatı. 2004.

Рза НАДЖАФЛУ
понятие «мехрийа» v иранском законодательстvе
Резюме
В статье аvтор анализирует сущность категории «мехрийа» v иранском законодательстvе, vыражает сvое мнение «относительно суммы «мехрийа», данной v исследоvаниях других ученых. Отмечается, что по иранскому законодательстvу, vсе женатые мужчины должны платить сvоим женам «мехр». Аvтор рассматриvает четыре vида «мехрийа»   мехрул-мусамма», «мехрус-сунна», «мехрул-месл», «мехрул-мута» и анализирует различия между ними.
Ключеvые слоvа: мехрийа (загс), подарок, потребность, содержание жены, алимент.


Rza NAJAFLU
notion of «mehriyya» in iranian legislation
Summary
In article the author analyses an essence of the category «mehriyya» in Iranian legislation, expresses his opinion about the sum of «mehriyya» reflected in the researches of other scientists. It is noted that in conformity with Iranian legislation all the married men should pay «mehriyya» to their wives. The author considers four kinds of «mehriyya» «mehrul-musamma», «mehrus-sunna», «mehrul-mesl» and «mehrul-muta» and makes an analysis of the differences between them.
Keywords: mehriyya, present, demand, maintaining a wife, aliment, mehrul-mesal, mehrul-musamma, mehrul-muta, mehrus-sunna.
yubиleylər
İZZƏT RÜSTƏMOV-80
İZZƏT RÜSTƏMOV: SÖZÜ BÜTÖV, MƏRD İNSAN
Mən şəxsən İzzət müəllimi ilk öncə fəlsəfə üzrə dissertasiya şurasının üzvü kimi tanımışam. Mən 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edəndə də, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edəndə də o, ictimaiyyətin ən nüfuzlu nümayəndələrindən biri olaraq dissertasiya şurasının üzvü idi. O, indi də Azərbaycan fəlsəfə ictimaiyyətinin ən nüfuzlu nümayəndələrindən biri olaraq qalır və görünür elə buna görə də bütün digər sferalarda olduğu kimi kadr hazırlığı sahəsində də öz yüksək statusunu saxlayır, yenə də ən müxtəlif elmi şuraların və ekspert şuralarının, o cümlədən dissertasiya şurasının üzvüdür.

Elə bu səbəbdəndir ki, İzzət müəllim haqqında mənim ilk təsəvvürüm onun dissertasiya şurasının üzvü olaraq fəaliyyətini müşahidə etdiyim zaman yaranmışdır. İzzət müəllim dissertasiya şurasının digər hörmətli üzvlərindən bir sıra xüsusiyyətinə görə fərqlənir, əlbəttə ki müsbət mənada. Əvvəla dissertasiya şurasının iclaslarında onun yeri həmişə yuxarı başdadır. İkincisi, fəlsəfənin, eləcə də sosiologiyanın və siyasi elmlərin ən müxtəlif mövzuları ilə bağlı dissertasiya şurasının iclaslarında onun tərəfindən söylənilən fikirlər öz professionallığı ilə seçilir. İzzət müəllimin malik olduğu bu xüsusiyyətlər əlbəttə ki, şuranın bir çox digər üzvlərinə də aiddir. Lakin İzzət müəllimi şuranın bütün digər hörmətli üzvlərindən fərqləndirən ən azı daha bir xüsusiyyət də vardır ki, bu xüsusiyyət şuranın heç bir digər üzvündə yoxdur, və ya o qədər azdır ki, yox dərəcəsindədir. Məhz bu xüsusiyyətinə görə İzzət müəllim şuranın bütün digər üzvlərindən seçilir, o zaman da seçilirdi və indi də. Bu xüsusiyyət qısaca olaraq təsvir olunarsa, belə bir situasiyada özünü göstərir: şura üzvləri olan hörmətli professorlardan hər hansı biri ilə həmin şurada dissertasiya müdafiə etməli olan iddiaçı arasında hər hansı bir anlaşılmazlıq, hər hansı fikir ayrılığı yarandığı zaman İzzət müəllim, bir qayda olaraq, şura üzvü olan hörmətli professor həmkarının mövqeyini deyil, şurada dissertasiya müdafiə etməli olan iddiaçının mövqeyini dəstəkləyir, o vaxt da belə idi və indi də belədir. İzzət müəllim bununla da, həm müstəqillik nümayiş etdirir, həm də əslində bir mərdlik və qətiyyət, himayədarlıq və ağsaqqallıq nümayiş etdirir. İzzət müəllim indi də dissertasiya şurasının üzvüdür, indi də həmin adamdır, müstəqil, mərd, qətiyyətli, əzilənin və təzyiq altında olanın himayəçisi, ağsaqqal.

Elə bu səbəblərdəndir ki, elmdə ilk addımlarını atmağa başlayan gənclər İzzət müəllimə daha çox etibar edir, daha çox güvənirlər. Bunun sayəsindədir ki, İzzət müəllim 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir, bu işi hazırda da uğurla davam etdirir.

Professor İzzət Rüstəmovun özünün əsərləri, mövzuları, maraq dairəsi ilə mən sonradan tanış oldum. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını almışdır. 1984-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiridir.

İzzət Rüstəmovun tutduğu bütün bu vəzifələrdə davranış kodeksinin bir nömrəli prinsipi sadəlik olmuşdur. İzzət müəllim 100-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. İzzət Rüstəmovun 1969-cu ildə çap olunan "Həsən bəy Zərdabi (Dünyagörüşü)" monoqrafiyası zərdabişünaslıq sahəsində ən nüfuzlu əsərdən biri sayılir, bu sahədə araşdırmalar aparan tədqiqatçılar üçün fundamental qaynaqlardan biridir. 1992-ci ildə çap olunan "XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti" və 1991-ci ildə çap olunan "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri" monoqrafiyaları Azərbaycanda elmin inkişaf tarixinin öyrənilməsi istiqamətində atılan mühüm addımlar sırasındadır.

Bu əsərlər, bu mövzular XIX əsrin axırı   XX əsrin başlanğıcında Azərbaycanda elm dilinin və bu dövr üçün cəmiyyətdə elmin rolunun necə olduğu və olmalı olduğu barədə təsəvvürlərin XX əsrin axırı   XXI əsrin başlanğıcında Azərbaycan oxucusuna çatdırmaq üçün misilsiz əhəmiyyətə malikdir. Düşünürəm ki, İzzət müəllimin əsərləri müasir Azərbaycan elmi leksikasının zənginləşdirilməsi üçün də əhəmiyyət kəsb edə bilər.

İzzət müəllimin 2006-cı ildə çap etdirdiyi "Əslimiz-nəslimiz (tarixi-sosioloji etüdlər)" kitabı fəlsəfi-sosioloji avtobioqrafiya janrının Azərbaycanda ilk nümunəsi kimi qiymətləndirilə bilər.

İzzət müəllimin tərcümə sahəsində də böyük xidmətləri vardır. O, Azərbaycanda estetik təfəkkürün inkişafında mühüm rol oynayan, estetikanın təməl prinsiplərini anlaşıqlı bir tərzdə şərh edən Qısa estetika lüğətinı akademik Aslan Aslanovla birgə Azərbaycan dilinə tərcümə etmişdir. A.V.Anikinin İzzət müəllim tərəfindən doğma dilimizə tərcümə olunan "Elmin gələcəyi" əsəri alimlik fəaliyyətinin romantikasını duymaq üçün misilsiz bir kitabdır. "Ümumi sosiologiya" adlı fundamental dərs vəsaitinin Azərbaycan dilinə tərcümə olunmasında İzzət müəllimin xidmətləri müstəsna əhəmiyyət kəsb edir.

Dövlətimiz professor İzzət Rüstəmovun əməyini yüksək qiymətləndirmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev onu yüksək dövlət vəzifələrinə təyin etmiş və onun barəsində belə demişdi: "İzzət Rüstəmov çox saf mənəviyyatlı bir adamdır, namuslu insandır, fədakar adamdır". 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə professor İzzət Rüstəmov "Şöhrət ordeni"nə layiq görülmüşdür.

İzzət müəllimin yaşı artıq səksənə gəlib çatsa da, həyat eşqi, şövq, həvəs, gənclik gümrahlığı qətiyyən azalmamışdır. Bu yaşda bəlkə də çoxları öz övladlarından özünə qarşı bir qayğı, bir mülayimlik, bir şəfqət umardılar. Amma İzzət müəllim yenə də, bu yaşda da övladların qayğısına möhtac olanlardan deyildir, övladlarına qayğı göstərmək qüdrətini özündə saxlayanlardandır. Qəhrəman oğlu Məzahirin övladlarını öz qayğı məkanında saxlamaq qüdrətini özündə daşımaqdadır.

Sonda İzzət müəllimin doğulub boya-başa çatdığı Düz-Rəsullu kəndinin yerləşdiyi Şınıx mahalı, Gədəbəy torpağı, gədəbəylilər və xüsusən də Şınıx mahalından olanlar barədə təəssüratlarımı bölüşmək istərdim. 2001-ci ildə mən Gədəbəyin Şınıx mahalında, İsalı kəndində akademik Firudin Köçərlinin qonağı oldum. Burada mən müharibənin acı izlərini gördüm. Qarabağ müharibəsi zamanı bu yerlər də döyüş meydanı olmuşdu. Amma Şınıx mahalından olanlar bir qarış torpağı da ermənilərə təslim etməmişdirlər, əksinə Baş kəndi ermənilərdən almışdılar. Onlar düşmənə qarşı döyüşə mərdi-mərdanə atıldılar, torpaqlarını qorudular və düşməni geri çəkilməyə məcbur etdilər. Məni son dərəcə heyrətə salan və bu yerlərin sakinlərinə hörmətimi birə-on artıran isə o oldu ki, bu insanların heç biri düşmən döyüş meydanından geri oturdulduqdan sonra düşmənin qarasına deyinmədi. Çünki o, öz sözünü düşmənin üzünə, mərdi-mərdanə döyüş meydanında demişdi.

Bu şanlı, mərd insanlar torpağından boy atan İzzət müəllimə “Səksən illiyin mübarək deyirəm”.
Adil Əsədov

fəlsəfə üzrə elmlər doktoru,

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri,

Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti


Elmİ həyat
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun bir qrup alimi Fransanın ən böyük universitetlərindən biri olan Sofıya-Antipolis Universitetinin Hüquq və İctimai elmlər fakültəsi tərəfindən təşkil olunmuş “İradə və mülkiyyət” adı altında keçirilən beynəlxalq fənlərarası konfransda iştirak edib. Hələ XVII əsrdə yaranan, sonralar isə 1965-ci ildə Nitsa Sofiya-Antipolis Universitetinə çevrilən bu universitet həmin şəhərdə elmi-tədqiqat fəaliyyətinin fəal inkişafına səbəb olub. Universitetdə müxtəlif elmi təşkilatlara mənsub 62 elmi-tədqiqat bölməsi, 116 elmi qrup və 35 laboratoriya vardır. Universitetdə 375 ixtisas üzrə 27000 tələbə təhsil alır. 1970-1984-cü illərdə universitetin bazasında yaradılmış və böyük bir hissəsi Antibdən şimal-qərbdə yerləşən Texnoloji Park əsasən hesablama texnologiyaları üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulub. Fənlərarası əlaqələr üzrə konfransda görkəmli filosoflar, vəkillər, Avropa Arbitraj Məhkəməsinin üzvləri çıxış ediblər. Burada Azərbaycanı AMEA FSHİ-nin direktoru, fəls. ü.e.d. prof. İlham Məmmədzadə təmsil edib. Professor İ.Məmmədzadənin “Fərdilik və mülkiyyət: problemin sosiomədəni aspekti” adlı məruzəsi öz orijinallığı ilə konfrans iştirakçıları arasında böyük canlanma yaradıb və maraqlı diskussiyalara səbəb olub. Azərbaycan nümayəndələri Xüsusi Hüquq üzrə Tədris və Tədqiqatlar Mərkəzində, İqtisadiyyat və Menecment İnstitutunda da olublar. Azərbaycan- Fransa görüşünün gedişində elmi əməkdaşlığın inkişaf etdirilməsi, doktorantura barədə razılaşmalar əldə edilib.
* * *

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsinin təşəbbüsü ilə “Həsən bəy Zərdabinin Azərbaycan fəlsəfə və ictimai fikir tarixində yeri və rolu” mövzusunda elmi seminar keçirilib. Seminarı açıq elan edən İnstitutun elmi işlər üzrə direktor müavini hüquq ü.e.d., prof. Bəhram Zahidov Həsən bəy Zərdabinin 170 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin əlamətdar hadisə olduğunu və bu irsin ümumilikdə istər elmimiz, istərsə də ictimai-fikir tariximizin öyrənilməsində əhəmiyyətini və aktuallığını vurğulayıb. İnstitutun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin müdiri, fəls.ü.e.d. A.Hacıyeva H.Zərdabi irsinin zaman-zaman filosoflarımız tərəfindən tədqiq edildiyini söyləyərək onların əsərlərini xatırladıb, hazırda bu sahədə tədqiqat işlərinin davam etdiyini bildirib, qarşıda duran vəzifələr haqqında qısa məlumat verib. Sonra Həsən bəy Zərdabinin ictimai-siyasi yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran məruzələr oxunub. İnstitutun elmi işlər üzrə direktor müavini, fəls.ü.f.d. Roida Rzayeva “H.Zərdabi irsi və dil məsələləri kontekstində Azərbaycanda terminologiya problemi”, fəls.ü.f.d. Faiq Ələkbərov “XIX əsrin milli-dini və yeniləşmə ideyalarını XX əsrə daşıyan milli ideoloq: Həsən bəy Zərdabi”, fəls.ü.f.d. Əli İbrahimov “Həsən bəy Zərdabi ideya irsinin mühüm aspektləri”, fəls.ü.f.d. Rəşad Əsgərov “Həsən bəy Zərdabinin ictimai-siyasi görüşləri” mövzusunda maraqlı çıxışlar ediblər. İnstitutun «İdrak nəzəriyyəsi» şöbəsinin müdiri, fəls.ü.e.d. Füzuli Qurbanov da Həsən bəy Zərdabinin Azərbaycanın dəyərli elm adamlarmdan olduğunu xüsusi vurğulayaraq onun irsinin həm fəlsəfi, həm də ictimai-siyasi yöndən tədqiq edilməsinin vacibliyini dilə gətirib.
* * *

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, fəls. ü.f.d. Roida Rzayeva İtaliyanm Milan şəhərində beynəlxalq konfransda iştirak edib. VI Beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsi simpoziumunda «İncəsənət Etkinlikleri (Arxeologiya, Sənət tarixi, Memarlıq, Elm, Tarix, Ədəbiyyat, İncəsənət və Folklor)» adlı konfransda “Interdisciplinary Analysis of Postmodernist Indicators in Turkic Societies’’ məruzəsi ilə çıxış edən Roida xanım Azərbaycan haqqında da iştirakçılara geniş məlumat verib.

* * *


AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Məhsəti Gəncəvi - 900” mövzusunda elmi konfrans çərçivəsində elmi sessiya keçirilib. Tədbirdə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəls.ü.e.d., prof. İ.R.Məmmədzadə, “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin müdiri, fəls.ü.e.d. A.Hacıyeva, “Etikanın nəzəri və tətbiqi problemləri” şöbəsinin elmi işçisi, fəls.ü.f.d. R.M.İlyasov və b. məruzələrlə çıxış ediblər. Məruzələr M.Gəncəvinin həyat və yaradıcılığı, yaşadığı dövr və mühit, digər mütəfəkkirlərlə yaradıcılıq əlaqələri kimi mövzuları əhatə edib. Qaldırılan məsələlər ilə bağlı müzakirələr aparılıb.
* * *

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda YUNESKO-nun təsis etdiyi «Ümumdünya Fəlsəfə günü»nə həsr edilmiş «Qərb fəlsəfəsini necə dərk edirik?» mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfransda qlobal fəlsəfə mədəniyyəti sistemində, xüsusən də Azərbaycanın elmi məkanında Qərb fəlsəfəsi necə öyrənilir, dərk edilir, tədris, təbliğ edilir və s. bu kimi məsələlər müzakirə olunub. Bir sıra xarici ölkələri (Rusiya, Mərakeş, Fransa) təmsil edən tanınmış elm xadimləri azərbaycanlı alimlərlə birlikdə müzakirəyə çıxarılmış mövzu ətrafmda öz maraqlı fıkir və təkliflərini bölüşüblər.

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Вопросы философии” (“Fəlsəfə məsələləri”) jurnalının baş redaktoru Boris Prujinin iştirakı ilə konfrans keçirilib. Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Filosof mədəniyyətlər dialoqunda” mövzusunda keçirilən tədbirdə mədəniyyətlərarası müstəvidə fəlsəfə və fəlsəfi ənənə; fəlsəfi ünsiyyət   həqiqətin axtarışı və mədəniyyətlərarası uyğunsuzluqların aradan qaldırılması kimi; fəlsəfədə monoloq və dialoq - fəlsəfədə həqiqət və ona gedən yol; fəlsəfi təfəkkürün tərzləri və ekzistensiyalar: mədəniyyətlərarası fərqlər və qarşılıqlı anlaşmanın imkanları və s. məsələlər müzakirə edilib. Konfransın materillarının həmin jurnalda nəşr olunması nəzərdə tutulub.
* * *

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Həmin konfrans Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda fəaliyyət göstərən “Heydər Əliyev məktəbi”nin hər il bu tarixdə təşkil etdiyi tədbirlər silsiləsindəndir. İlk öncə konfrans iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. İnstitutun direktoru, professor İlham Məmmədzadə çıxışında Ulu Öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışaraq ümummilli liderin öz xalqının firavan sabahının qurulmasında, milli-mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurduğunu qeyd edib. Direktor çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin hər bir zəfərində Heydər Əliyevin xidmətləri danılmazdır. Daha sonra Prezident Aparatının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı, fəls.ü.f.d. Vüqar Səlimov, fəls.ü.e.d., prof. Azər Mustafayev, respublikanın əməkdar jurnalisti, siyasi e.ü.f.d. Tahir Məmmədov, fəls.ü.e.d. Adil Əsədov, fəls. ü.e.d. Füzuli Qurbanov, pedaqogika ü.f.d. Habil Həmidov, Azərbaycan Texniki Universitetinin kafedra müdiri fəls.ü.f.d. Əyyub Kərimov və digərləri məruzə ilə çıxış ediblər.
* * *

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Fəlsəfə və ictimai flkir tarixi” şöbəsinin təşkilatçılığı ilə M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş “M.F.Axundzadə və Azərbaycan mədəniyyəti” mövzusunda elmi seminar keçirilib. Seminarda İnstitutun direktoru, əməkdaşları və qonaqlar iştirak ediblər.

Seminarda fəls.ü.e.d. Z.Quluzadə “M.F.Axundzadə irsinə konseptual yanaşma”, fəls.ü.e.d. A.Hacıyeva “M.F.Axundzadə və əlifba islahatı”, fəls.ü.e.d., prof. Ə.Qurbanov “M.F. Axundzadənin İslama münasibəti və müasirlik”, fəls.ü.e.d. N.İsayev “M.F.Axundzadə və yeni dövr Azərbaycan fəlsəfəsi”, fəls.ü.f.d. M.Ağayev ”M.F.Axundzadənin yaradıcılığında mövhumat və cəhalətin tənqidi”, fəls.ü.f.d. Z.Əliyeva “M.F.Axundzadənin irsinin Avropada öyrənilməsi”, fəls.ü.f.d. R.Mustafayev “M.F.Axundza­dənin yaradıcılığında fəlsəfı dünyagörüşü və ya “Kəmalüddövlə məktubları”na yeni baxış”, fəls.ü.f.d. R.Əsgərov “M.F.Axundzadə Heydər Hüseynovun tədqiqatlarında”, fəls.ü.f.d. F.Ələkbərov “M.F.Axundza­dənin dünyagörüşündə ziddiyyətli məsələlər (milli və dini ideoloji aspekt)”, k.e.i. E.Rüstəmov “M.F.Axundzadə və Qərb eksistensializmi” mövzusunda məruzələr etmişlər. Seminarın sonunda aşağıdakı məzmunda qətnamə qəbul edilib: M.F.Axundzadənin irsinə dair biblioqrafiyanm tərtib edilməsi; M.F.Axundzadənin həyatı və yaradıcılığı haqqında Qərb ölkələrində (Fransa, Yaponiya və b.) dərc edilən əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi; M.F.Axundzadənin “Kəmalüddövlə məktubları” bədii-fəlsəfi traktatının ingilis dilinə fars dilində orijinalı ilə birlikdə nəşr edilməsi; AR-nın ali təhsil müəssisələrində “dinşünaslıq” fənninin tədrisi.
* * *

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin təşkilatçılığı ilə “Nizami irsinin tədqiqi və təbliğinə dair” mövzusunda elmi seminar keçirilib. Seminarda fəls.ü.e.d. Z.Quluzadə “Nizami irsinin tədqiqi və təbliğinə dair”, fəls.ü.e.d. A.Hacıyeva “Nizami A.Krımskinin tədqiqatlarında”, fəls.ü.f.d. M.Ağayev “Nizami Gəncəvi yaradıcılığında qadına münasibət”, fəls.ü.f.d. F.Ələkbərov “Nizami Gəncəvi irsinə M.Ə.Rəsulzadənin münasibəti”, k.e.i. R.Nəcəfov “Nizami Gəncəvi yaradıcılığında peripatetik ideyalar” mövzusunda məruzələrlə çıxış ediblər. Eləcə də prof. Ə.Qurbanov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, fil.ü.e.d. Nüşabə Araslı və başqaları da müzakirələrdə iştirak etmişlər. Seminar sonunda aşağıdakı məzmunda qətnamə qəbul edilib: HİEB nəzdində Nizami Gəncəvi irsinin araşdırılması və təbliği məqsədilə daimi fəaliyyət göstərən seminar yaradılsın; Z.Quluzadənin “Теоретические проблемы истории культуры Востока и низамиvедение” (Баку, «Элм», 1987) adlı kitabının Azərbaycan və ingilis dillərinə tərcüməsi tövsiyə edilsin; Akademik A.Krımskinin “Низами и его соvременники” (Б., 1981) adlı kitabının Azərbaycan dilinə şərhlərlə tərcüməsi tövsiyə edilsin; Nizaminin əsərlərinin çapı zamanı mətnlərin Azərbaycan dilində sətri tərcüməsi ilə yanaşı fars dilində orijinalının da verilməsi təklif edilsin; Nizami ilə bağlı materiallar internet vasitəsilə təbliğ edilsin.
* * *

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Azərbaycan: - 2020: gələcəyə baxış” ictimai-humanitar elmlərin inkişafı kontekstində «Yaxın gələcəyin proqnozlaşdırılması problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. İnstitutun direktoru, fəls.ü.e.d., prof. İlham Məmmədzadə tədbiri giriş sözü ilə açaraq cəmiyyətin davamlı inkişafını, gələcəyini proqnozlaşdırmadan, tərəqqinin əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyənləşdirmədən dövlətin heç vaxt uğur qazana bilməyəcini söyləyib. Bu mənada Prezident İlham Əliyevin “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında 2011-ci il 29 noyabr tarixli Sərəncamının dövləti əhəmiyyət kəsb edən son dərəcə qiymətli sənəd olduğunu bildirib. AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev, İnstitutun direktor müavini, fəls.ü.f.d. Roida Rzayeva, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat ü.e.d., prof. İsa Alıyev, Moskva Sosial-Psixoloji Universiteti cinayət hüququ, cinayət prosesi və kriminalistika kafedrasının müdiri, hüquq ü.e.d., prof. Viktor Qriqoryev, Moskva Humanitar Universiteti cinayət-hüququ və xüsusi fənlər kafedrasının professoru Nikolay Şuruxnov, Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, coğrafiya ü.e.d., prof. Çingiz İsmayılov, İnstitutun şöbə müdiri, fəls. ü.e.d. Füzuli Qurbanov və başqaları maraqlı məruzələrlə cıxış ediblər.
* * *

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, fəls.ü.f.d. Roida Rzayeva Uluslararası Sosyal Bilgiler Eğitimi Sempozyumu “Değişen Dünya’da Vatandaşlık ve Demokrasi Eğitiminde Yeni Yönelimler ve Sorunlar” (International Symposium on Social Studies Education “New Trends and Issues in Citizenship and Democrasy Education in a Changing World”) adlı Beynəlxalq konfransda iştirak edib. İstanbul şəhərində keçirilən konfransda Roida xanım Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəls.ü.e.d., prof. İlham Məmmədzadə ilə birgə hazırladığı “Postmodernitenin Kültürel Çoğulculuğu Bağlamında Çok Kültürlülük” adlı maraqlı məruzə ilə çıxış edib.

* * *


Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Müasir dövrdə cəmiyyətin idarə olunmasının sosial-iqtisadi və fəlsəfi problemləri” mövzusunda AMEA-nın İqtisadiyyat, İnformasiya Texnologiyarı və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutlarının birgə təşkilatçılığı ilə seminar keçirilib. Seminar cəmiyyətin idarə olunmasında biliklərin rolu, bu sahədə mövcud problemlərin ətraflı müzakirəsi məqsədini daşıyıb. Tədbirdə “Müasir çağırışların fəlsəfi dərki” mövzusunda məruzə ilə çıxış edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəls.ü.e.d., prof. İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat ü.e.d., prof. İsa Alıyev, AMEA İnformasiya Texnolo­giyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Rasim Əliquliyev, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, fəls.ü.f.d. Roida Rzayeva, İqtisadiyyat İnstitutunun direktor müavini, iqt.ü.f.d. Allahyar Muradov, iqt.ü. f. d., dosent Əlövsət Əliyev, fəls.ü.e.d. Rəna Mirzəzadə, fəls. ü.f.d. Mətləb Mahmudov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi Rasim Mahmudov və iqtisadiyyat ü.f.d. Asif Mustafayev məruzələrlə çıxış etdilər. Qloballaşma dövründə iqtisadiyyatın modernləşdirilməsi, bu sahənin inkişaf etdirilməsində e-kommersiya texnologiyalarının geniş tətbiqi, internet mühitində milli iqtisadiyyatın sərhəd problemlərinin həllinin vacibliyi bildirildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr bildirildi.
* * *

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Ümumdünya insan hüquqları Bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbiri giriş sözü ilə açan institut direktorunun elmi işlər üzrə müavini, hüquq ü.e.d., prof. Bəhram Zahidov aktual mövzuya həsr olunmuş “dəyirmi masa”da institutun alimləri ilə yanaşı, respublikanın digər qurumlarını təmsil edən mütəxəssislərin də iştirak etdiyini bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, institutun şöbə müdiri, hüquq ü.e.d., prof. İsaxan Vəliyev, institutun şöbə müdiri, hüquq ü.e.d., prof. Habil Qurbanov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Vəfaddin İbayev, institutun aparıcı elmi işçisi, hüquq ü. f. d. Rauf Qarayev, fəls. ü. e. d. Rəna Mirzəzadə, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, hüquq ü. f. d., baş ədliyyə müşaviri İlham Abbasov, institutun böyük elmi işçisi, hüquq ü.f.d., dosent Zaur Məmmədov, Bakı Dövlət Universitetinin professoru, hüquq ü.e.d. Rüstəm Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının (Ombudsman) şöbə müdiri Mahir Məmmədovun maraqlı çıxışları, habelə BDU-nun kafedra müdiri, hüquq ü.e.d., prof. Alış Qasımov, hüquq ü.f.d., Midhət Qəfərov, hüquq ü.f.d. Oruc Məmmədovun və başqalarının rəy və təklifləri dinlənilib.


* * *
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU tərəfindən 10 oktyabrda BDU-nun akt zalında görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuş Ərəb filologiyası sahəsində gənc alimlərin və tələbələrin məqalə müsabiqəsinin qalibi olaraq 2-ci yerə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu «Etikanın nəzəri və tətbiqi problemləri» şöbəsinin elmi işçisi, fəls.ü.f.d. Rəşad İlyasov layiq görülüb.

yenи nəşrlər

1   ...   28   29   30   31   32   33   34   35   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə