Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə33/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   36

Açar sözlər: qadın cinayətkarlığı, cinayətkarlığın quruluşu, cinayətkarlığın səbəbləri, cinayətkarın şəxsiyyəti.
İstifadə olunmuş ədəbiyyat
1. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin arxivi. Cinayət işi № A - 0606/2005.

2. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin arxivi. Cinayət işi № A - 0900/2006.

3. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin arxivi. Cinayət işi № A-0050/2007.

4. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin arxivi. Cinayət işi № 2Cİ - 897/2005.

5. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin arxivi. Cinayət işi № 2 Cİ - 1500/2006.

6. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin arxivi. Cinayət işi № 2 Cİ – 258/2007.

7. Аджиева Л.З. Криминологическая характеристика женской преступности и проблемы ее профилактики (по материалам Республики Дагестан): Дисс. … канд. юрид. наук. Махачкала, 2004.

8. Буряк М.Ю. Торговля людьми и борьба с ней (криминологические и уголовно-правовые аспекты). Автореф. дисс. ... канд. юрид. наук. Владивосток, 2005.

9. Волкова Т.Н. Криминологические и правовые проблемы женской преступности в современной России. Дисс. … докт. юрид. наук. 2001.

10. Кадников Ф.М. Криминологическая характеристика и предупреждение преступлений, связанных с торговлей людьми. Автореф. дисс. … канд. юрид. наук. М., 2007.

11. Мусаев С.Г. Женская преступность (криминологический анализ по материалам Республики Дагестан): Дисс. … канд. юрид. наук. Махачкала, 2004.

12. Попова С.А. Современная женская преступность: виды, причины, предупреждение. Следователь, № 1, 2004.

13. Узда К. Преступность и криминология в Японии. М., Прогресс, 1989.
Айгюн Гумбатова
Основные тенденции развития женской

преступности в Азербайджане

(на основании материалов судебной практики)
Резюме
На основании материалов судебной практики в статье определяются основные тенденции развития женской преступности. Отмечается, что исследование женской преступности в стране на современном этапе развития общества даст возможность определить основные тенденции и направления ее развития, а также разработать программу успешной борьбы с ней.
Ключевые слова: женская преступность, структура преступности, причины преступности, личность преступника.

Aygun Humbatova

Main development tendencies of female

criminality in Azerbaijan

(based on the material of judicial practice)
Summary
In the article the main development tendencies of female criminality on the basis of judicial records are established. It is noted in that the study of female crime in the country at the modern development stage of a society will permit to identify the main tendencies and development directions of female criminality and to prepare programs for successful struggle against it.

Keywords: female criminality, structure of criminality, crime reasons, criminal personality.


UOT 341
Lalə Səfərəlİ

AMEA İnsan Hüquqları

İnstitutu, dissertant
TRANSMİLLİ KORPORASİYALARLA NEFT HASİL EDƏN

DÖVLƏTLƏRİN QARŞILIQLI MÜNASİBƏTLƏRİNİN FORMALARI
Təbii ehtiyatlara malik dövlət əhalisinin sağlam və sabit həyat şəraitini, eləcə də gələcək nəsillərin tələblərini təmin etmək üçün zəruri maliyyə imkanlarına malik olmalıdır. Bu olmadıqda isə dövlət maliyyə çatışmazlığını xarici kapital hesabına aradan qaldırmaq məcburiyyətində qalır. Xarici kapitalın cəlb olunması təbii ehtiyatların istifadəsinin hüquqi rejimində köklü dəyişikliklərin edilməsi ilə müşayiət olunur. Bu zaman dövlətdaxili qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasının və təbii ehtiyatlardan istifadə sferasında düzgün tənzimetmə formasının tətbiqinin təmin olunması mühüm rol oynayır. Təbii ehtiyatların istifadəsi sferasında hüquqi tənzimetmə kompleks xarakter daşıyır. Təbii ehtiyatların istifadəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, xarici kapitalın cəlb edilməsi və səmərəli müdafiəsi təbii ehtiyatlar üzərində dövlətin suverenliyinin qorunması mühüm əhəmiyyət kəsb edir (4, s.9-18).

Müasir qloballaşma və elmi-texniki tərəqqi şəraitində beynəlxalq münasibətlər sistemində transmilli münasibətlərin inkişaf etməsi, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji böhranın qarşısının alınması tələbləri və s. hüquqi tənzimetmədə dövlətin rolunun müəyyən olunmasına yeni yanaşmanın olmasını və hüquqi tənzimetmə sistemində xüsusi tənzimetmə forma və metodlarının meydana gəlməsini zəruri edir.

Xarici investisiyaların cəlb edilmə formasının qanunvericilik qaydasında təsbit edilməsi dövlətin xarici sərmayə qoyuluşu ilə bağlı siyasətini müəyyən edir. Bir qayda olaraq transmilli korporasiyaların (TMK) sərmayə qoyuluşunun forma və növləri də bu siyasətdən asılı olur. Daha ciddi, lisenziya (icazə) sistemi xarici sərmayə qoyuluşunu ləngidirsə və ya onun həcmini azaldırsa, azad daxilolma və ya normativ-bəyanetmə, əksinə, sərmayə qoyuluşunun genişlənməsinə gətirib çıxarır. Azad daxilolma əsasən iqtisadi potensialı güclü olan inkişaf etmiş dövlətlərdən ABŞ-da meydana gəlib. Təsadüfi deyil ki, bu gün də dünynın ən iri maliyyə həcminə malik olan TMK-lar da ABŞ-a aiddir. Məsələn, yüz aparıcı TMK-nın içərisində Ceneral Elektrik, Şevron və s. kimi ABŞ şirkətləri ilk yerlərdə dayanırlar. ABŞ özü də açıq sistemə malik olduğu üçün uzun müddətdə ən böyük sərmayə alıcısı kimi çıxış etməkdədir (5, s.65-66).

ABŞ-da iri sərmayə potensialının formalaşması və TMK-lar vasitəsilə onun ixracı ilk dəfə yaxın qonşularında – Kanadada, Meksikada ABŞ kapitalını tənzimləmək məqsədilə lisenziya-icazə sistemi formalaşmışdı. Kanadadan fərqli olaraq Meksika bu gün də neft sektorunda ABŞ şirkətlərinə icazəli sistemi tətbiq etməkdədir. Baxmayaraq ki, bu dövlətlər Şimali Azad Ticarət Zonasının (NAFTA) üzvləridirlər (1, s.348). Belə bir qaydanın ayrı-seçkiliyin olmasını Meksikanın inkişaf etməkdə olan ölkələr kateqoriyasına aid edilməsilə izah etmək olar.

Qanunvericilikdə bu və ya digər sistemin tətbiqi dövlətin sosial-iqtisadi prioritetlərindən asılı olaraq çevik, fərdi və mühafizəkar tənzimetməni nəzərdə tuta bilər. Çevik tənzimetmə halında TMK ilə dövlət arasında kontrakt münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə iqtisadi və bazar resurslarının inkişafından asılı olaraq müstəqil qaydada (qanunvericilikdən asılı olmadan) dəyişdirilə bilir. Fərdi tənzimetmə mexanizmi TMK dövlət münasibətlərində kontrakt qaydaları hökumət tərəfindən deyil, yalnız ali qanunverici orqan tərəfindən təshihə məruz qala bilər.

Təbii ehtiyatlardan istifadənin forması nisbidir və hər bir forma bir-birindən təcrid edilmiş deyildir. Təsadüfi deyil ki, lisenziya sistemində müqavilə formasının, müqavilə formasında icazə sisteminin elementləri mövcuddur. İcazə sistemində hər hansı müqavilə elementlərindən istifadə olunması lisenziyanın tələblərinə, müqavilə formasında icazə sisteminin elementlərindən istifadə isə müqavilənin tələblərinə tabe etdirilir. Hər iki istifadə formasında dövlət özünün bu sferada ümumi (publik) qaydasının qorunmasını təmin edir.

Lisenziya təbii ehtiyatlardan istifadənin elə bir sistemidir ki, burada təbii ehtiyatların kəşfiyyatı və işlənməsinə hüquq qanunvericilikdə müəyyən edilmiş qaydada, səlahiyyətli dövlət orqanının xüsusi razılığı əsasında konkret müddət üçün və istifadəyə görə müəyyən ödəmələr müqabilində verilir. Xüsusi razılıq sistemi yerin təkindən istifadəyə dair materialların informasiya, elmi-analitik, iqtisadi və hüquqi cəhətdən hazırlanıb rəsmiləşdirilməsini əhatə edən xüsusi icazənin verilməsinin vahid qaydasıdır. Razılıq sisteminin vəzifəsi, razılıq sahibinə lazımi təminatların verilməsini və yerin təkindən istifadədə onların hüquqlarının müdafiəsini, bazar münasibətlərinin inkişafını vətəndaşların sosial, iqtisadi, ekoloji və digər mənafelərinin nəzərə alınmasını və razılıq almaq istəyən hüquqi və fiziki şəxslərə bərabər imkanların yaradılmasını təmin etməkdir.

Lisenziya sistemi TMK-nın hüquqlarına hörmət edilməsilə bərabər dövlətin milli maraqlarının təmin edilməsinin hüquqi formasıdır. Sabit iqtisadiyyata, və inkişaf etmiş qanunvericilik sisteminə, səmərəli vergi siyasətinə malik olan dövlətlərdə lisenziya sistemi məqbul istifadə forması kimi qəbul edilir. Məsələn, Kanada, Norveç, İngiltərə və s. təkmil kontrakt hüquq sistemi olan dövlətlər də lisenziya sistemindən geniş istifadə edir (3, s.39).

AR-in təbii ehtiyatlarla bağlı qanunvericiliyində təbii ehtiyatlardan istifadənin müxtəlif formaları nəzərdə tutulur. Belə ki, «Ətraf mühitin mühafizəsi haqqında» 1999-cu il Qanununun 15-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulduğu hallarda təbii ehtiyatlardan istifadə, istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanan müqavilə (kontrakt) əsasında həyata keçirilir. Bu məzmunlu müddəalar Meşə Məcəlləsində (m. 15), Su Məcəlləsində (m. 30; m. 40), Torpaq Məcəlləsində (m. 50) və s. qanunvericilik aktlarında da nəzərdə tutulur. Yerin təki haqqında qanunvericilik isə yer təkindən istifadənin müqavilə əsasında həyata keçirilməsini istisna edir və istifadənin xüsusi razılıq formasına üstünlük verir. AR-in təbii ehtiyatlarla bağlı qanunvericiliyini təhlil edərkən belə bir nəticəyə gəlmək olar ki, qanunvericilik ümumi formada təbii ehtiyatlardan istifadə sferasında münasibətlərin müqavilə ilə tənzimlənməsini də nəzərdə tutur. Su Məcəlləsinə görə, sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir (m. 30). Eyni zamanda qanunvericilik müqavilə formasını xüsusi icazə formasından asılı edir. Belə ki, «Ətraf mühitin mühafizəsi haqqında» Qanuna görə, xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir (m. 11). Buna görə də ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə xüsusi icazə tələb olunur (m. 14). Xüsusi icazə tələb olunduğu halda, istifadəçinin belə icazəsi olmadıqda təbii ehtiyatlardan istifadə müqaviləsi etibarsızdır. Xüsusi icazə ilə ziddiyyət təşkil edən müqavilənin şərtləri etibarsızdır, xüsusi icazə geri alınarsa isə müqavilə etibarsız hesab olunur (m. 15, b. 2). Qanunvericiliyin bu qaydası imperativ xarakter kəsb edir. TMK ilə bağlanan kontrakt münasibətləri üçün də prioritet əhəmiyyət kəsb edir.

«Xarici investisiyaların qorunması haqqında» 1992-ci il Qanununda qeyd edilir ki, faydalı qazıntıların axtarışı, kəşfiyyatı və işlənməsi, digər təbii ehtiyatların mənimsənilməsi hüququnun xarici investorlara verilməsi, onlarla AR-in Nazirlər Kabineti arasında bağlanan konsessiya müqavilələri əsasında həyata keçirilir. Bu müqavilələr AR-in Milli Məclisi tərəfindən təsdiq olunur və müqavilədə razılaşdırılmadığı halda konsessiya müqavilələrinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir (m. 40).

Bu haldan məlum olur ki, təbii ehtiyatlardan istifadənin müqavilə formasına münasibətdə AR-in qanunvericiliyinin mövqeyi qeyri-müəyyənlik yaradır. Qanunverici müqavilə tənzimetmə formasından istifadəyə yol versə də düzgün olaraq təbii ehtiyatlarla bağlı qanunvericilikdə ekoloji aspektə daha çox üstünlük verilir. Qanunvericilik təbii ehtiyatlardan istifadədə ekoloji və iqtisadi aspektləri bərabər səviy­yədə nəzərə almağa çalışıb, qanunvericilikdə təbii ehtiyatlardan müqavilə əsasında istifadənin yalnız ümumi formada konsessiya forması qeyd olunur. AR-in kontrakt təcrübəsində dövlət-TMK münasibət­lərinin müqavilə forması kimi Hasilatın Bölgüsü Sazişlərində (HBS) icazə sistemi kontrakt qaydasından asılı edilir. Belə təəssürat yaranır ki, «Əsrin Müqaviləsi»ndə yerin təkindən istifadəyə müstəsna hüquq kontrakt müddəası qaydasında ifadə edilir. Buna görə də lisenziya hüquqmüəyyənedici deyil, qeydiyyat xarakteri daşıyır. «Əsrin Müqaviləsi»ndə deyilir ki, sazişin XV maddəsinin şərtlərinə uyğun olaraq bu Saziş üzrə ARDNŞ tərəfindən Podratçılara… müstəsna hüquqlar verir (m.2.1). Lakin burada söhbət yalnız kommersiya xarakterli məsələlərin tənzimlənməsindən gedir. Ətraf mühit, sosial inkişaf siyasəti və d. ümumi hüquq məsələlərinə kontrakt müddəası kimi baxıla bilməz.

Daxili gəlirləri təbii ehtiyatlarından asılı olan bir çox ölkələrdə (məsələn, Qazaxıstan, Rusiya, Ukrayna və s.) təbii ehtiyatlardan istifadə üzərində ciddi nəzarətin həyata keçirilməsi məqsədilə lisenziya sistemindən istifadə olunur. Lakin bu icazəli sistem mütləq xarakter daşımır. MDB ölkələrində normativ-daxilolma sistemi fəaliyyət göstərir (2, s.118). Daha doğrusu qanunvericilik bu sistemlərin birini digərindən təcrid etmir. Ümumi tendensiya ondan ibarətdir ki, lisenziya qanunvericiliyinin ümumi qaydası kimi diqqəti cəlb edir. Məsələn, Qazaxıstanın 1998-ci ildə yer təkindən istifadəçilərin işlərinin kontrakt əsasına keçirilməsinin sürətləndirilməsi üzrə tədbirlər haqqında hökumət qərarında qeyd edilir ki, yerin təkindən istifadə lisenziyada nəzərdə tutulan müddətdə kontraktların bağlanması təmin edilsin (6, s.320).

AR-də yer təkindən istifadə sahəsində tətbiq olunan lisenziya sistemi yerin təki haqqında 1998-ci il Qanununa əsaslanır. Qanuna əsasən, AR-də yerin təki hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən AR-a mənsubdur (m. 4). Yerin təki alqı-satqı, bağışlama, girov və s. predmeti ola bilməz və ya hər hansı formada özgəninkiləşdirilə bilməz. Yalnız yer təkindən istifadə hüququ (kurs – müəll.) özgəninkiləşdirilə və ya başqa şəxslərə keçə bilər.

Qanunun 13-cü maddəsinə görə, yerin təki istifadəyə xüsusi razılıq əsasında qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Xüsusi razılıq əsasında istifadə də, təbii ehtiyatlardan istifadə qaydaları, şərtləri, müddəti lisenziya ilə müəyyən olunur. Yer təkindən istifadəçilərin hüquq və vəzifələri yer təkindən istifadəyə xüsusi razılıq alındığı andan yaranır (m. 8).

Lisenziya sistemi əsasında həyata keçirilmə AR-in ətraf mühit və təbii ehtiyatlarla bağlı digər qanunvericilik aktlarında da, o cümlədən AR-in Torpaq Məcəlləsinin 55-ci, Su Məcəlləsinin 40-cı maddəsində istifadənin xüsusi razılıq və ya müvafiq icra orqanının qərarı və istifadə müqaviləsi əsasında həyata keçirilməsi nəzərdə tutulur. Ətraf mühitin mühafizəsi haqqında 1999-cu il Qanununa görə (m.11) təbiətdən istifadə (kurs – müəll.) sahəsində sahibkarlıq fəaliyyəti müvafiq icra orqanları tərəfindən verilən xüsusi icazə (kurs – müəll.) əsasında həyata keçirilir. Bu halda xüsusi icazə təbiətdən istifadə sferasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir. Həmin Qanunun 15-ci maddəsində təbiətdən istifadənin qanunvericilikdə nəzərdə tutulduğu hallarda və müəyyən edilmiş qaydada təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanan müqavilə (kontrakt) əsasında həyata keçirilməsi nəzərdə tutulsa da (m. 15.1), sonrakı bəndlərdə təbii ehtiyatlardan istifadə üçün xüsusi icazə tələb olunduğu halda (nəzərə alaq ki, təbii ehtiyatların istifadəsi üzrə təsərrüfat fəaliyyəti ekoloji cəhətdən təhlükəli olduğu üçün bütün halda xüsusi icazə alınmalıdır (m.14)) təbiətdən istifadəçinin belə icazəsi olmadıqda, təbii resurslar­dan istifadə müqaviləsi xüsusi icazə ilə ziddiyyət təşkil etdikdə həmin müqavilə etibarsız hesab olunur. Lisenziya sisteminin həm müsbət, həm də mənfi xüsusiyyətləri mövcuddur. Nisbətən geniş tətbiq təcrübəsinin olması və nəticə etibarı ilə lisenziyalaşdırma qaydalarını tənzimləyən normaların çoxisti­qamətli olması; təbii ehtiyatlardan istifadə üzərində dövlət nəzarətinin ciddiliyi lisenziya sisteminin müsbət xüsusiyyəti kimi qeyd edilir. Eləcə də, ekoloji, texniki-təhlükəsizlik standartlarına, o cümlədən yerli əmək resurslarından istifadə tələblərinə riayət olunmasını, əsas sənaye sahələrinin dövlət nəzarətində olmasını və xarici investisiyaların istiqamətlərinin daha çevik müəyyən olunmasını təmin etməklə qəbul edən dövlətin maraqlarının təminatına şərait yaradır. Digər müsbət xüsusiyyət kimi kontrak qanunvericilik təcrübəsinin genişlənməsilə lisenziya sistemindən müqavilə sisteminə keçid imkanın mümkün olması qeyd edilməlidir.

Lisenziya sisteminin bir sıra mənfi xüsusiyyətləri də mövcuddur. Belə xüsusiyyətlərdən aşağıdakıları göstərmək olar:

1) istifadə münasibətlərinin səlahiyyətli dövlət orqanları tərəfindən bir tərəfli qaydada pozulması imkanın geniş olması;

2) investor tərəfindən istifadə hüququnun digər şəxslərə verməsinin qeyri-mümkünlüyü;

3) tənzimetmənin yalnız dövlətin milli qanunvericiliyi əsasında həyata keçirilməsi;

4)mübahisələrin əsasən qəbul edən dövlətin yurisdiksiyası çərçivəsində həll edilməsi;

5) tənzimetmənin inzibati metodlara əsaslanması və nəticə etibarı ilə dövlət orqanlarının səlahiyyətlərindən sui-istifadə etməsi imkanının geniş olması və s. Bu amillər isə xarici kapital qoyuluşunun idxalını ləngidir və ya onu tamamilə məhdudlaşdıran fakt kimi çıxış edir.

Buna baxmayaraq öncə də qeyd etdik ki, inkişaf etmiş dövlətlərdə lisenziya sistemi özü-özlüyündə neqativ xarakterli istifadə forması sayılmır. Lisenziya sisteminin səmərəliliyi onun fəaliyyət göstərdiyi hüquqi mühitdən asılıdır. Bir çox inkişaf etmiş dövlətlərdə lisenziya sistemi çoxdan fəaliyyət göstərir. Bu dövlətlərdə hüquqi dövlət, bazar iqtisadiyyatının möhkəm əsaslara malik olması, mülkiyyət hüququnun, sahibkarlıq, digər mülki və sosial-iqtisadi hüquqların qorunması, hüquq qaydası ənənələrinin olması, lisenziya sisteminin inzibati metodlarının dövlət idarəetmə orqanlarının bürokratik özbaşnalığına keçməsinə imkan vermir (7, s.7).

Lakin inkişafda olan dövlətlərdə, sosial və hüquqi mühitin əsaslarının zəifliyi siyasi və iqtisadi qeyri-sabitlik, siyasi risklərin üstünlük təşkil etməsi (8, s.206) enerji resurslarının hasilatı və investisiya cəlb edilməsi forması kimi lisenziya sisteminin səmərəliliyini azaldır.

Sosial, iqtisadi və hüquqi mühiti sabit olmayan dövlətlərdə investisiyaların və TMK-nın tənzimlənməsi lisenziya sistemi əsasında səmərəli deyil. Bu baxımdan həmin dövlətlərdə investorla münasibətlərin müqavilə (kontrakt) əsasında tənzimlənməsi daha məqbul sayılmalıdır. Lakin bu müqavilə (kontrakt) tənzimetməsi dövlət-TMK münasibətlərində yalnız əmlak sərmayə məsələlərinin hasilatı və bölgüsü ilə bitir. Sosial-iqtisadi məsələlər, məşğulluq, ətraf mühitin mühafizəsi icazəli tənzimetmə sferasının fəaliyyətində qalmalı və ya bu aspektdə ona baxılmalıdır. Başqa sözlə, qanunvericiliyin lisenziya sistemi ümumi qaydasının predmetini formalaşdıran məsələlər üzrə tətbiq edilməlidir.


Açar sözlər: transmilli korporasiyalar, qloballaşma, neft hasil edən ölkələr.
İstifadə olunmuş ədəbiyyat
1. Sadıqov Ə.İ. Beynəlxalq iqtisadi hüquq: Dərslik. Bakı, Bakı Universiteti nəşriyyatı, 2008. 396 s.

2. Богуслаvский М.М. Иностранные инvестиции: праvоvое регулироvание. М., Издательстvо «БЕК», 1996.

3. Джонстон Д. Международный нефтяной бизнес: налогоvые системы и соглашения о разделе продукции /Переv. с англ. М., ЗАО «Олимп-Бизнес», 2000.

4. Доронина Н.Г. Национальное законодательстvо и многостороннее международное сотрудничестvо v области иностранных инvестиций. Законодательстvо и экономика, 1994, №12.

5. Мозиас П. Прямые иностранные инvестиции: соvременные тенденции. МЭиМО, 2002, №1.

6. Нефтяное законодательстvо Республики Казахстан. Сб. норматиvных праvоvых актоv. Сост. К.С.Мауленоv. Алматы: Гылым, 1999.

7. Сосна С.А. Комментарий к Федеральному закону «О соглашениях, о разделе продукции». М., Юрист, 1997.

8. Hasan Zakariya. Political risk insurance in petroleum Investment. Petroleum investment Policies in Developing Countries. Edited by Nicky Beredjick and T.Walde. L., 1988.


Лала Сафарали
Формы vзаимоотношений между ТНК и

нефтедобыvающими государстvами
Резюме
Статья посvящена гармонизации vнутреннего государстvенного законодательстvа с международными праvоvыми нормами и vопросам применения праvильной формы упраvления v сфере использоvания природных ресурсоv. В этой сvязи отмечается опыт разvитых стран   США, Канады, Мексики, где успешно дейстvует система лицензироvания. Особое vнимание аvтор уделяет Законодательстvу Азербайджанской Республики, отмечает неопределенность позиции по отношению к форме догоvора об использоvании природных ресурсоv. В заключение даются сvязанные с этими vопросами соvеты, осноvанные на международном опыте.
Ключеvые слоvа: транснациональные корпорации, глобализация, нефтедобыvающие страны.
Lala Safaraly
The forms of the reciprocal relations between the

transnational oil corporations and oil producing countries
Summary
The article states on harmonization of the internal legislation with the international norms and application of right regulation norms in the sphere of applying the natural resources. In this connection the practice of the developed countries like the USA, Canada, Mexico, where the license system successfully functions is noted and the attention to the legislation of the Azerbaijan Republic connected with these questions is paid. There is noted the indefiniteness as regards the treaty form on using the natural resources. In the conclusion the advices connected with these problems based on international practice are offered.
Keywords: transnational corporation, globalization, oil producing countries.

UOT 341.29
Cəmil Nəsİrov

AMEA FSHİ, dissertant
İranın nüvə proqramının Yaxın və Orta Şərq regİonunda

sülh və təhlükəsİzlİyİn təmİn olunmasına təsİrİ
Qloballaşmanın hansı xüsusiyyətlərə malik olması nəinki qlobal siyasətin, eyni zamanda regional siyasətin formalaşmasında mühüm rol oynayır. Çünki ölkələrin qarşılıqlı iqtisadi-siyasi inteqrasiyası, yeni texnologiyaların əxz edilməsi hər bir konkret ölkənin, regionun və eyni zamanda beynəlxalq aləmdə sülh və təhlükəsizliyin təmin olunmasına bilavasitə təsiri böyükdür. Qloballaşmanın isə bu proseslərə təsiri çox güclüdür. Məlumdur ki, qloballaşma yeni bir super təsiredici gücə malik olmaqla yanaşı mənfi və müsbət tərəflərə də malikdir, inkişaf etməkdə olan ölkələrə isə müxtəlif cür təsir göstərir.

Aparılmış tədqiqatlara əsasən qloballaşma bəzi inkişaf etmiş ölkələrdə geriliyin aradan qaldırıl­masına, iqtisadi-siyasi, mədəni geriliyin azalmasına müsbət təsir göstərsə də, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun və iqtisadi geriliyin daha da dərinləşməsinə səbəb olmuşdur (1). Dünyada qloballaşma prosesi inkişaf etmiş ölkələrdə təkamül xarakteri daşısa da və planlı şəkildə getsə də, Yaxın və Orta Şərq ölkələri arasında bu proses çox rəngarəng və müxtəlif tərzdə baş verir. Bu da həmin ölkələrin bugünkü iqtisadi-siyasi inkişafı və qədimdə zəngin sivilizasiyaya malik olması ilə əlaqədardır.

Yaxın və Orta Şərq ölkələri içərisində İran İslam Respublikası həm öz coğrafi-strateji mövqeyinə, həm də iqtisadi-siyasi potensialına və eyni zamanda əhali potensialına görə xüsusi mövqeyə malikdir (5).

Məlum olduğu kimi, Yaxın və Orta Şərq ölkələri öz zənginliyi ilə yanaşı, konfliktlərin çoxluğu ilə də seçilir. Qərb və ABŞ-ın fikrincə, beynəlxalq miqyasda fəaliyyət göstərən dünya üçün ən təhlükəli terror təşkilatları məhz Yaxın və Orta Şərq ölkələrində yerləşir, burada maliyyələşdirilir. Terror təşkilatları da bu ölkələrdə azad şəkildə fəaliyyət göstərirlər. Ona görə də Qərb dünyası tərəfindən heç bir vəchlə qəbul edilməyən İran İslam Respublikasının XX əsrin sonunda İraqla 8 illik müharibədən sonra sürətli inkişafa qədəm qoyması Qərb dünyasını və həmçinin Yaxın və Orta Şərq ölkələrini qorxuya salır. Problemlə bağlı nüvə enerjisindən danışarkən qısa da olsa onun səciyyəvi xüsusiyyətləri qeyd olunmalıdır. Qeyd etmək lazımdır ki, nüvə enerjisi qəzalar istisna olunmaqla ekoloji cəhətdən təmiz və iqtisadi cəhətdən çox səmərəli olduğundan bəşəriyyət üçün böyük faydalı potensiala malikdir. Lakin onun hərbi məqsədlər üçün istifadə olunması ölkənin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynasa da, başqa region ölkələri üçün böyük təhlükə mənbəyi sayılır. Tarixdən məlumdur ki, dünyada ilk nüvə silahına malik olan ölkə   Amerika Birləşmiş Ştatları olmuşdur. Ondan sonra 1949-cu ildə keçmiş SSRİ, 1952-ci ildə İngiltərə, 1960-cı ildə Fransa, 1964-cü ildə Çin Xalq Respublikası, XX əsrin sonlarından etibarən isə Pakistan və Hindistan da artıq nüvə silahına saib idilər. İran başqa dövlətlərə nisbətən böyük iqtisadi-siyasi potensialına baxmayaraq texnologiya cəhətdən geri qalır və öz qarşısına Hindistan və Pakistandan əvvəl nüvə texnologiyasına malik olmağı məqsəd qoysa da, hələ də nəinki bu məqsədə nail olmamış, eyni zamanda nüvə enerjisindən istifadə edə bilmir. Bunun da əsas iki səbəbi vardır: birincisi, daxili səbəblər, ikincisi xarici səbəblər.

İranın nüvə texnologiyasında geriliyinin daxili səbəbləri aydındır və bu barədə bütün İran tədqiqatçıları yekdildirlər. 1979-cu ilin fevral ayında İranda şah rejiminin devrilməsi və İslam İnqilabının qələbə çalması ilə ölkənin iqtisadi-siyasi strukturunda əsaslı dəyişikliklər baş verdi və ölkənin dünya siyasətinə və iqtisadiyyatına inteqrasiyası tamamilə kəsildi. Ölkənin iqtisadi inkişafı üçün zəmin yaradan bütün qərardad və müqavilələr də ləğv olundu. İraqla 1980-ci il sentyabr ayının 1-dən başlayan və 8 il davam edən İrana təhmil olunmuş müharibə nəinki İranın nüvə texnologiyasını mənimsəməsini ləngitdi, eyni zamanda ölkənin iqtisadi və siyasi geriliyinə səbəb oldu (6).

1988-ci ildə İranla İraq arasında müharibənin qurtarması haqqında sülh müqaviləsinin imzalanması ilə İran dinc quruculuq dövrünə başladı və ölkədə nüvə texnologiyasının mənimsənilməsi üçün imkan yarandı.

Məlum olduğu kimi, İran İslam Respublikası Yaxın və Orta Şərqdə, eyni zamanda Fars körfəzi regionunda böyük gücə malikdir və region ölkələri ilə   Livan və Türkiyəni çıxmaq şərti ilə qalan ərəb ölkələri ilə o qədər də səmimi münasibətlərə malik deyildir (2). Digər bir tərəfdən Fars körfəzi sahili boyunca yerləşən ərəb ölkələri ilə bu körfəzdə yerləşən təqribən 100 ada ilə bağlı müəyyən ərazi münaqişələri mövcuddur. Bu isə ABŞ başda olmaqla, Qərb ölkələrinin İrana qarşı qısqanclığını daha da artırmış, onun qabaqcıl texnologiyaya, xüsusilə də nüvə texnologiyasına sahib olmasına maneələr yaratmasına səbəb olmuşdur.

İranın nüvə texnologiyasına malik olmasında ən başlıca amil məhz xarici faktordur. Odur ki, Qərb ölkələrinin İrana qarşı apardıqları bu mübarizə səngimək bilmir və Qərb ölkələri hər vəchlə buna mane olmağa çalışırlar.

Əvvəldə qeyd etdiyimiz kimi İran-İraq müharibəsi qurtardıqdan sonra İranın rəsmi dairələri ölkənin iqtisadi-siyasi gücünü daha da artırmaq və nüvə texnologiyasını mənimsəməklə region ölkələri içərisində öz mövqe və nüfuzunu artırmağı və «özü-özünü» təmin etməyi bir məqsəd kimi qarşıya qoyan İran dövləti müəyyən mənada buna nail olmuşdur. Qərb dünyası tərəfindən həm iqtisadi, həm də siyasi mühasirədə yerləşməsinə baxmayaraq İran müharibənin bütün ağır nəticələrinə davam gətirərək iqtisadiyyatını inkişaf etdirməyə başladı. Bununla yanaşı ölkənin hərbi qüdrətinin gücləndirilməsi əsas vəzifə kimi İran dövlətinin qarşısında dururdu. Bunun da bir çox səbəbləri vardı. Onları aşağıdakı şəkildə xülasə etmək olar:

1. ABŞ-ın Fars körfəzinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bu regiona çoxlu sayda hərbi güc toplaması, sonralar isə Əfqanıstana və İraqa hücum edərək bu ölkələri işğal etməsi;

2. Misir başda olmaqla və Livan istisna olunmaqla bir çox ərəb dünyası ölkələrinin şiə ideologiyasına malik olan İrana qarşı düşmən mövqe tutması;

3. İran-İsrail qarşıdurması, Fələstin problemi (11).

Məlum olduğu kimi, İran hələ şahənşah rejimi hakimiyyətdə olarkən 1968-ci il iyul ayının 1-də Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamışdı, elə həmin ildə müqavilə İranın parlamenti tərəfindən ratifikasiya olunmuş və qanuni qüvvəsinə minmişdi. Lakin XX əsrin sonunda SSRİ-nin süqutu və İranda 1979-cu il fevral ayında İslam İnqilabının qələbə çalması ilə həm dünyanın, həm də regionun siyasi xəritəsində böyük dəyişikliklər baş verdi.

Birincisi, İranda İslam İnqilabının qələbə çalması ilə İran öz anti-Amerika və anti-İsrail siyasətində SSRİ ilə eyni mövqedən çıxış edirdi. Lakin SSRİ-nin süqutundan sonra İran anti-Amerika və anti-İsrail siyasətində təkləndi.



SSRİ-nin süqutundan sonra birqütblü dünya sisteminin yaranması və ABŞ başda olmaqla Qərb ölkələrinin dünya miqyasında mütləq hökmranlığı İran İslam Respublikasını analoqu olmayan bir ölkə kimi İslam ölkələrini birləşdirə biləcək bir ideologiyanı yaratmağa və həyata keçirməyə sövq etdi. Teokratik bir ölkə kimi İranın irəli sürəcəyi belə bir ideologiya şəriətə əsaslanaraq İslam və qeyri-İslami ölkələrdə (İslam dininin yayılmadığı ölkələrdə) əsas əhkamlar üzərində yaranmalı idi. Odur ki, bu ideologiya beynəlxalq münasibətlərin   xüsusilə İslam ölkələri arasında münasibətlərin formalaşmasında pozitiv rol oynamalı idi. Odur ki, İran İslam Respublikası öz xarici siyasətində İslam ölkələrinin yeni beynəlxalq münasibətlərini formalaşdıran «Umm-əl-qəra» (ölkələr anası) doktrinasını irəli sürdü.

«Umm-əl-qəra» doktrinası nədir və nə kimi mahiyyət daşıyır? İran-İraq mü­ha­ribəsi 1988-ci ildə başa çatdıqdan sonra Haşimi Rəfsəncaninin prezidentliyi döv­rün­də xarici siyasətdə yeni bir istiqamətin qəbul edilməsi zərurəti yarandı və bü­tün İslam ölkələrini, xüsusilə də Yaxın və Orta Şərq ölkələrini vahid cəbhədə bir­ləş­dirmək üçün İran İslam Respublikasının xarici siyasətində bu doktrina qəbul olun­du və formal şəkildə də özünü İslam ölkələri anası kimi göstərməyə başladı. Hə­qiqətdə isə bu doktrinanın əsas mahiyyəti İran İslam Respublikasının həmişə bey­nəlxalq münasibətlərdə mənfi imic qazanmış İslam fundamentalizminin - İslam təməlçiliyinin yeni forması kimi özünü büruzə verdi. Osmanlı imperiyasında ol­duğu kimi İran İslam Respublikası da «Umm-əl-qəra» doktrinasını həyata ke­çirməklə Tehran tərəfindən İslam dünyasını daha da genişləndirmək və onu öz nəzarəti altında saxlamaq idi (7). Çünki İslam İnqilabının lideri Ayətullah Ruhullah Musəvi İmam Xomeyninin vəfatından (1988-ci il) və Haşimi Rəfsəncani prezident seçildikdən sonra İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının üzvləri arasında belə bir fikir formalaşmışdı ki, İslam İnqilabı öz sərhədləri hüdudundan kənara çıxmasa, yaşamağa qadir olmayacaqdır. Bu ideologiyanın tərəfdarları bunu 1917-ci ildə Rusiyada baş verən Sosialist İnqilabının qələbəsindən sonra İ.V.Stalinlə Trotski arasında yaranan fikir ayrılığına bənzədir və İslam İnqilabının həyat qabiliyyətli olmasını, onun başqa ölkələrə yayılmasını təbliğ və təşviq edirdilər. Ona görə də «Umm-əl-qəra» doktrinasını İranın xarici siyasətində qəbul edən liderlər İranı «İslam ölkələrinin anası» təsəvvür edirdilər və belə düşünürdülər ki, İran İslam fundamentalizmi - İslam təməlçiliyi hərəkatının bazası və mərkəzi ola bilər və İran İslam Respublikasının maddi-mənəvi köməyi olmadan İslam fundamentalizmi hərəkatı öz ölkələrində hakimiyyəti ələ ala bilməz. Bu hərəkat yalnız İran İslam Respublikasına arxalana bilər. Amma bir faktı da qeyd etmək lazımdır ki, İran-İraq müharibəsi hər iki ölkədə iqtisadiyyatın məhv olmasına və böyük dağıntılara səbəb olmasına baxmayaraq bu dövrdə İran İslam Respublikasının xarici siyasətində Kərbəlanın azadlığı, Qüdsün - Beytül müqəddəsin azadlığı və bu gün də İranın xarici siyasətində davam etdirilən İsrailin məhvi kimi şüarları Yaxın və Orta Şərqdə radikalizmin, islamçılığın və İslam dininə arxalanmaq dalğasının güclənməsinə böyük təsiri oldu. Təbii ki, yuxarıda qeyd olunan bu amillər Yaxın və Orta Şərqdə, o cümlədən beynəlxalq miqyasda İranın xarici beynəlxalq münasibətlərinə təsir etməyə bilməzdi. Heç də təsadüfi deyil ki, bunun nəticəsində İran İslam Respublikası Yaxın və Orta Şərqdə, xüsusilə şiəlik güclü olan ölkələrdə İslam fundamentalizmini - təməlçiliyini istiqamətləndirən bir mərkəzə çevrildi. Onun Fələstində, Livanda nüfuzunu daha da artırdı. Bu isə Fars körfəzi mühafizəkar ərəb dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının İrana qarşı vahid cəbhədə birləşməsinin güclənməsi ilə nəticələndi. Belə bir beynəlxalq şəraitdə İran İslam Respublikası qeyri-bərabər qarşıdurmaya məruz qaldı. Odur ki, İran İslam Respublikasının xarici işlər nazirinin sabiq müavini Məhəmməd Cavad Laricani 1368-ci ilin (1999-cu ilin iyul ayı) yayında «Umm-əl-qəra» doktrinası ilə bağlı demişdir: «Birinci məsələ bizim İslam dünyasında mövqeyimizdir. Yəni İran coğrafi sərhədlərlə məhdud olmamalıdır. Biz başqalarının torpaqlarını tutmaq fikrində deyilik. Bizim İslam dünyasında mövqeyimiz coğrafi sərhədlərlə müəyyən olunmur. Biz diplomatiyamızı və siyasətimizi elə qurmalıyıq ki, bizim İslam dünyasındakı mövqeyimizə uyğun olsun. Biz İslam dünyasında böyük mövqeyə malikik və İrandan başqa heç bir ölkə İslam dünyasına rəhbərlik edə bilməz. Bu böyük tarixi bir mövqedir...».

İran İslam Respublikası üç həyati məqsədi həyata keçirməlidir:

1. İslam dünyasında İslamın mahiyyətini və onun mövqeyini qoruyub saxlamaq.

2. Ölkənin təhlükəsizliyini müdafiə etmək.

3. İslam Respublikasını genişləndirmək.

Həqiqətdə «Umm-əl-qəra» doktrinasına əsasən əgər İslam ölkələri arasında bir ölkə «Umm-əl-qəra»yi İslami - İslam ölkələrinin anası olarsa, onun məğlubiyyəti İslam ölkələrinin məğlubiyyəti, qələ­bəsi   İslam ölkələrinin qələbəsi olacaqdır. Belə olan bir şəraitdə «Umm-əl-qəra»nın (ölkələr anasının) qorunub saxlanılması üstünlük təşkil edəcəkdir». Beləliklə, Yaxın və Orta Şərq regionunda mövcud olacaq yeni beynəlxalq münasibətlər sistemində dialektik əlaqələr yaranacaqdır. «Umm-əl-qəra» (öl­kə­lər anası) doktrinasına rəhbər olan ölkə İslam dünyası ölkələri təhlükə altına düş­dük­də tez reaksiya verəcək və «Umm-əl-qəra» təhlükə altına düşdükdə İslam dünyası öl­kə­ləri hərəkətə gələcək - bir-birinin mövcud­luğunu qoruyub saxlayacaqdır.

İran-İraq müharibəsi sübut etdi ki, dünya beynəlxalq siyasi sistemi BMT-nin Nizamna­məsinə əsasən ölkələrin istiqlaliyyətini, ərazi bütövlüyünü tanısa da, mövcud olan hakimiyyətin qorunub saxlanılması, iqtisadi-siyasi təhlükəsizliyinin təmin olunması üçün Silahlı Qüvvələrinin və onun müasir silahlarla güclənməsi mühüm rol oynayır. Odur ki, İran İslam Respublikasının xarici siyasətində bu doktrinanın həyata keçirilməsi gərginliklə dolu Yaxın və Orta Şərq region ölkələri içərisində hərbi üstünlüyə malik olması zərurətini yaradırdı. Bunu xüsusilə hələ də barıt iyisi getməyən İraqla 8 illik müharibə bir daha sübuta yetirirdi.

İran İslam Respublikası nüvə texnologiyasından yalnız dinc məqsədlər üçün istifadə etmək fikrində olduğunu bildirmiş və siyasi debatlar zamanı daim bu fikrini vurğulamışdır. Sadəcə olaraq nüvə texnologiyasının mənimsənilməsi, uranın zənginləşdirilməsi, zənginləşdirilmiş uran, ağır və yüngül su istehsal etmək üçün istehsalat-sənaye kompleksinin olması hələ nüvə silahı əldə etmək demək deyildir. Bunun üçün ölkədə nüvə silahını, başqa sözlə desək nüvə başlıqlarını lazım olan hədəfə çatdırmaq üçün müvafiq texnologiya, idarə mexanizmi və başqa sənaye və hərbi sənayenin inkişaf etdirilməsi tələb olunur. İranda raket sənayesinin inkişafından bəhs etməzdən əvvəl qeyd etmək lazımdır ki, hələ İslam İnqilabından əvvəl şah rejimi zamanı İranın Silahlı Qüvvələri regionun Türkiyədən sonra ən müntəzəm ordusu hesab olunur və Fars körfəzi jandarmı rolunu oynayırdı. İslam İnqilabının qələbəsindən dərhal sonra inqilaba vəfalı olan İslam İnqilabı Gözətçiləri Korpusu (Qvardiyası) yaradıldı. İİGK o zaman şah zamanı mövcud olan müntəzəm ordu qarşısında əks bir qüvvə kimi yaradılsa da, sonralar bu korpus İranın Silahlı Qüvvələri içərisində özünəməxsus müntəzəm orduya çevrildi.

1985-ci ildə isə İslam İnqilabının lideri Ayətullah Ruhullah Musəvi Xo­mey­ni­nin göstərişi ilə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Donanması və Raket Ordusu yaradıldı. Bu isə İİGK-nın bazasının daha da möhkəmlənməsinə və döyüş qa­biliyyətinin güclənməsinə səbəb oldu. (8) Həqiqətdə isə İİG İranın Silahlı Qüv­və­lə­rinin içərisində müstəqil orduya çevrilərək rejimin siyasiləşdirilmiş hərbi dayağına çevrildi. Dediklərimizi bu fakt sübut edir ki, 500 min nəfər şəxsi heyətə malik olan İran ordusunun 350 min nəfərini İİGK-nın şəxsi heyəti təşkil edir. Lakin Bi­rinci və İkinci Körfəz müharibəsi, həmçinin Əfqanıstanın və İraqın işğalı zamanı hərbi əməliyyatlar sübut etdi ki, İran region ölkələri içərisində güclü müntəzəm orduya malik olmasına baxmayaraq, Qərb ölkələrinin birləşmiş ordusunun modern silahları qarşısında acizdir. Odur ki, İran öz siyasi-hərbi təhlükəsizliyini təmin etmək üçün Silahlı Qüvvələrinin raket arsenalını modern­ləş­dir­mək və küt­lə­vi qırğın silahları, ballastik raketlər yaratmaq qərarına gəldi. Bundan əlavə İran Fars körfəzində Hərbi Də­niz Flotunu gücləndirmək məqsədi ilə üzərində bal­las­tik raketlər yerləşdirilməsi müm­kün olan üç ədəd «Kilo» tipli sualtı qayıq, Çin Xalq Respublikasından «C-802» tip­li gəmi əleyhinə raketlər, «Sahil-gəmi» tipli 100 ədəd raket almışdır ki, bu si­lah­lar­la düşmənin hücumunu dəf etmək mümkündür (9). Buna görə də İran İslam Res­pub­li­ka­sı­nın nə­yin bahasına olursa-olsun ballastik raketləri istehsal etmək niyyəti gün­də­lik­dən düş­mür. İranın rəsmi dairələrinin, o cümlədən prezident Mahmud Əh­mə­di­ne­ja­dın Amerika Bir­ləşmiş Ştatlarına, İsrailə qarşı ünvanlanmış populist çıxışlarında on­lara hədə-qorxu gəlməsi onun ballastik raketlər istehsal etmək ərəfəsində olduğunu göstərir.

Əldə olunan məlumatlara əsasən İran raket sənayesini inkişaf etdirməyə keçən əs­rin sonlarından başlamışdır. Belə ki, 1980-ci illərin əvvəllərində İraq tərəfindən kim­yəvi silahlar hücumuna məruz qalan İran İslam Respublikası Suriyadan, Li­vi­ya­dan, Şimali Koreya və Çindən ballastik raketlər almaq təşəbbüsündə bulundu və İran-İraq müharibəsinin ilk illərində buna nail oldu. 1985-ci ildən etibarən Liviyadan və 1987-ci ildən isə Şimali Koreyadan «SCUD-B» tipli raketlər almağa başladı (3).

Ümumiyyətlə hərbi planlar, xüsusilə ballastik raketlər istehsalı ciddi hərbi sirr kimi saxlanılmasına baxmayaraq müxtəlif vasitələrlə əldə edilən məlumatlara əsasən, ABŞ diplomatı Con Boltonun dediklərinə görə, İran Rusiya, Şimali Koreya, Çin rəsmi dövlət strukturları və kommersiya strukturları vasitəsi ilə ballastik raketlər texnologiyasını xeyli inkişaf etdirmiş, Yaxın və Orta Şərq ölkələri içərisində güclü silahlara malikdir. Rusiya mütəxəssislərinin İranın «Şəhid Bageri», «Şəhid Hemmət» raket istehsal obyektlərinə baş çəkməsi bu sahədə Rusiya mütəxəssislərinin əməkdaşlığına əsas verir. Qeyd etmək lazımdır ki, 1998-ci ilədək İran Çin, Liviya və Şimali Koreyadan taktiki raketlər alırdı və onların maksimum uçuş trayektoriyaları 300-500 km təşkil edirdi. Lakin İranın özünün istehsal etməyə başladığı «Şahab-1», «Şahab-2» və «Şahab-3» tipli raketləri kimyəvi və bioloji başlıqlar daşıma gücünə malik olsalar da, onların maksimum uçuş trayektoriyası 800 km. təşkil edirdi.

1998-ci ildən etibarən isə İran «Şahab-4» uçuş trayektoriyası maksimum 1240 mil və «Şahab-5» tipli raketlər istehsal etməyi planlaşdırmışdır.(10) Son «Şahab-5» tipli raketlərin uçuş trayektoriyası maksimum 2800 mil təşkil edir ki, bu raketlər nəinki Yaxın və Orta Şərq öl­kələrinin, habelə Paris və London şəhərlərini hədəf altına ala bilər. Bütün yuxarıda qeyd olunanlar və İranın nüvə proqramının uğurlu inkişafı sübut edir ki, artıq o atom və bioloji silahlar yaratmaq astanasındadır. Bu bir tərəfdən regionda sülh və stabilliyə xidmət edə bilərsə, gərginlik ocağı olan Yaxın və Orta Şərqdə qeyri-stabillik amili də ola bilər.

Yaxın və Orta Şərq regionu dünyanın qaynar və gərgin regionlarından biridir. Re­gion ölkələrinin enerji mənbəyinə malik olması burada stabil, ədalətli beynəlxalq mü­nasibətlərin yaradılmasını tələb edir. Region ölkələrinin hər hansı birinin bey­nəl­xalq siyasi dividentə malik olması, digərinin məhdud çərçivədə fəaliyyət göstərməsi, siyasi, iqtisadi mühasirəyə alınması, təhlükəsizliyinə təhdidlərin yaranması (İran İslam Respublikasının timsalında) kütləvi qırğın silahlarına meyli gücləndirəcəkdir.

İran İslam Respublikası nüvə enerjisi texnologiyasını mənimsəməyi yalnız dinc məqsədlə həyata keçirdiyini iddia edir və nüvə silahının istehsal olunmasının onun İslam dini nöqteyi-nəzərindən qəbul edilməz olduğunu iddia edir. Lakin region ölkələrindən Hindistan, Pakistan və İsrail nüvə silahına malik olarlarsa və nüvə klubu ölkələri sırasına qəbul olunarlarsa, təbii ki, İran İslam Respublikası da ən azı beynəlxalq münasibətlər sistemində siyasi divident əldə etmək üçün nüvə silahı əldə etməyə sövq olunacaqdır.

Bir əsas məsələni də qeyd etmək yerinə düşərdi. Yaxın və Orta Şərq re­gi­onun­da nü­və silahının yayılmaması rejimini qorumaq üçün İranın nüvə proqramını məh­dud­laş­dırmaq yox, paralel olaraq regionda mövcud olan bir çox həssas siyasi-ideoloji prob­lemlərlə yanaşı İsrail-ərəb qarşıdurmasının ədalətli həllinə nail olmaq lazımdır.

1   ...   28   29   30   31   32   33   34   35   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə