Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə32/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   36

Açar sözlər: cinayət prosesi, şahid, immunitet, hüquqi tənzimlənmə, qərarın təkmilləşməsi.
İstifadə olunmuş ədəbiyyat
1. Арабули Д.Т. Сvидетель v уголоvном процессе. Вестник ОГУ, № 3, 2006.

2. Кузнецоv В.М. Отказ сvидетеля или потерпеvшего от дачи показаний и сvидетельский иммунитет. Труды юридического факультета СГУ, vып. 2, 2003.

3. Курочкин Д. Адvокат при допросе сvидетеля. Законность, № 6, 2003.

4. Сергееv В.И. Сvидетелю нужен адvокат. Адvокатская практика, № 3, 2002.

5. Труноv И.Л. Адvокат сvидетеля. Адvокат, № 3, 2001.
Ильгар Эйюбоv
Суждения о соvершенстvоvании статьи 95 УПК АР
Резюме
В работе анализируются отдельные положения Статьи 95 Уголоvно-процессуального кодекса Азербайджанской Республики. Аvтор предлагает конкретные пути решения некоторых проблем v праvоvом регулироvании института сvидетельстvоvания v уголоvном процессе.

Также рассматриvаются vопросы сvидетельского иммунитета.


Ключеvые слоvа: уголоvный процесс, сvидетель, иммунитет, праvоvое регулироvание, соvершенстvоvание закона.

Ilgar Eyubov
Judgements about perfection of article 95 of CPC АR
Summary
In the work the separate provisions of Article 95 of the Criminal-Procedure Code of the Azerbaijan Republic are analysed. The author offers the concrete ways of solving some problems in legal regulation of witness institute in criminal trial.

As well the questions of witness immunity are considered.


Кeywords: criminal trial, witness, immunity, legal regulation, law perfection.

UOT 343.1
Məhəmməd Paşazadə

BDU, dissertant
Azərbaycan Respublиkasının cиnayət

prosesиndə prosessual forma haqqında
Müasir cinayət-prosessual hüquq nəzəriyyəsi və qanunvericiliyi cinayət mühakimə icraatının müasir optimal forma və metodlarının hazırlanmasını tələb edir. Dünya hüquq ictimaiyyəti cinayət prosesinin qarşısında duran vəzifələri elə üsul və vasitələrlə həll edilməsini tələb edir ki, həm cinayətlərin açılması – cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, həm də cinayətdən zərər çəkmiş şəxslərin dövlət tərəfindən hüquqi müdafiəsi, eləcə də cinayət mühakimə icraatına cəlb edilmiş hər bir şəxsin qanuni mənafeləri təmin edilmiş olsun. Məhz bu vəzifələrin vəhdətdə və qarşılıqlı əlaqədə – sistemli şəkildə yerinə yetirilməsi cinayət prosessual formanın nə dərəcədə dəqiq müəyyənləşdirilməsi və tənzimlənməsindən çox asılıdır.

Prosessual forma dedikdə nə başa düşülür? Onun əhəmiyyəti və rolu nədən ibarətdir? Bu gün AR cinayət mühakimə icraatının prosessual formasının problemləri nədən ibarətdir? Cinayət-prosessual formanın optimal variantları barədə nə təkliflər etmək olar? Göründüyü kimi, bu çoxsaylı suallar bir məqalə çərçivəsində həll edilə bilməz. Odur ki, bu məqalədə əsas suala – cinayət-prosessual formanın anlayışına diqqət yetirməyi, elmi-nəzəri ədəbiyyatlarda mövcud yanaşma və fikirləri təhlil etməyi məqsədəuyğun hesab etmişik.

"Prosessual forma" sahələrarası və sahəvi əhəmiyyətə malik olan anla­yışdır. Cinayət-prosessual hüquq cinayətlərin ibtidai araşdırıl­ması və cinayət işlərinin həll edilməsi üzrə dövlət orqanlarının fəaliyyətini tənzimləməklə yanaşı, həmin fəaliyyətin hə­yata keçirilməsinin prosessual qaydasını və prosessual formasını da tənzim edir. "Prosessual forma" anlayışının tərifinin müəyyən edilməsi prosessual hüquq elmində bir neçə illər ərzində kəskin mübahisələrə səbəb olmuş, nəhayət, prosessualist alimlərin böyük əksəriyyətinin yekdil fikri nəticəsində haqqında söhbət gedən anlayışın tərifi müəyyən edilmişdir. Prof. C.H.Mövsümov yazır ki, prosessual forma cinayət işinin başlanmasından hökmün icra olunmasına və ya icraya yönəldilməsinə kimi cinayət prosesinin hər bir mərhələsinin, həmçinin ayrı-ayrı istintaq və məhkəmə hərəkətlərinin həyata keçirilməsinin şərtlərini, qaydasını və ardıcıllığını müəyyən edir (1, s. 12).

Ədəbiyyatda bir qrup müəllif prosessual formanı "hüquqi proses" anlayışı ilə müqayisə edir, onları eyniləşdirirdilər (2, s. 67; 5, s. 54; 11, s. 21). Keçən əsrin 70-ci illərindən başlayaraq tədqiqatlar sahəvi "prosessual forma" terminindən istifadə edilməklə aparılır (3, s. 81). Buna görə də V.N.Protasovun fikri ilə razılaşmaq lazımdır. Müəllif qeyd edir ki, "prosessual forma" kateqoriyası proses nəzəriyyəsinin və bütövlükdə onun prosedurunun dünənki günüdür. Həmin kateqoriyadan hansısa mənada ümumən istifadə edilməsi o vaxt özünü doğruldurdu ki, həmin dövrdə bütün prosessual sahələr üçün hələ ümumi qanunauyğunluqlar, prosessual-hüquqi mexanizmlər haqqında məsələ işlənib hazırlanmamışdı (7, s. 141). Bunula belə ədəbiyyatda "prosessual forma" anlayışından istifadə olunur.

Müəllifin bu mövqeyi ilə tam şəkildə razılaşmaq çətindir. Prosessual formaya hüquqi kateqoriya kimi baxmaqdansa, ona daha çox məna və məzmun aspektindən baxmaq əhəmiyyətlidir. Bu yanaşma həm nəzəriyyə, həm də qanunvericilik üçün vacibdir. Cəmiyyətin ictimai-siyasi həyatında baş verən dəyişikliklər cəmiyyət üzvlərinin dünya görüşünə, hüquq düşüncəsinə təsir etməyə bilməz. Cəmiyyət daima inkişafdadır, odur ki, zaman keçdikcə qanunlarda boşluq və ziddiyyətlərin meydana çıxacağı labüddür. Bu anlamda daha stabil hüquq normaları olan prinsiplər əsasında qurulmuş prosessual forma həmin ziddiyyətlərin həll olunmasında optimal variantların axtarılıb tapılmasına xidmət edən yeganə və mühüm vasitə olaraq qalacaqdır.

M.S.Stroqoviç göstərirdi ki, istintaq orqanları, prokurorluq və məhkəmə tərəfindən müvafiq hərəkətlərin həyata keçirilməsi üçün cinayət-prosessual qanunla müəyyən edilmiş şərtlərin məcmusu cinayət prosesində prosessual forma adlandırılır. Bu orqanlar öz funksiyalarını istintaq və cinayət işlərinin həll edilməsi sahəsində həyata keçirir, eləcə də cinayət mühakimə icraatında iştirak edən vətəndaşların müəyyən hərəkətləri yerinə yetirməsinə, öz hüquq və vəzifələrini realizə etməsinə kömək edirlər (8, s. 51).

K.F.Quçenko cinayət prosesində prosessual forma dedikdə, prosessual hərəkətlərin icraat qaydasını (məsələn, axtarış, dindirmə, ekspertizaların aparılması, cinayət işi başlama və ya cinayət işinə xitam vermə, işi məhkəməyə göndərmə, məhkəmə iclasının təyin edilməsi və s.) nəzərdə tutur. Müəllifin fikrincə, prosessual formaya əməl edilməsi cinayət prosesində cinayət işləri üzrə icraatın qanuniliyinin şərtlərindən biridir (9, s. 21).

Prosessual forma anlayışının tərifi ilə bağlı nisbətən fərqli nöqteyi-nəzərə İ.B.Mixaylovskayanın mülahizələrində təsadüf olunur. Müəllif yazır: "Prosessual forma anlayışının bütövlükdə cinayət-prosessual qanunvericiliklə eyniləşdirilməsi mahiyyətlərin düzgün olmayan ikiləşdirilməsinə aparıb çıxarır. Yəni bu zaman eyni obyekt müxtəlif terminlərlə adlandırılır... Prosessual formanı mühakimə icraatı növlərinin müasir təsnifatına daxil etməyə imkan verən bu formanın struktur elementləri cinayət prosesinin məqsədindən, onun iştirakçıları arasında funksiyaların bölüşdürülməsindən və cinayət prosesinin konkret institutlarının düzümünü müəyyən edən prinsiplərdən ibarətdir" (6, s. 13-14).

Belə təsəvvür yaranır ki, prosessual formanın təyinatı mühakimə icraatını onun bu və ya digər növünə aid edilməsilə bitmir. Prosessual forma anlayışının ənənəvi tərifi verilərkən "mahiyyətlərin ikiləşdirilməsində" təəcüblü heç nə baş vermir. Belə anlayış prosessual formada ehtiva olunan ayrı-ayrı elementləri daha dərindən nəzərdən keçirməyə və onların differensiyalaşdırılmasına imkan verir. Cinayət mühakimə icraatının məqsədlərinə gəldikdə isə müəlliflərin bir qisminin cinayət-prosessual qanunvericiliyin müvafiq maddəsinə istinad etdiyi halda, İ.B.Mixaylovskaya göstərir ki, "şəxsiyyətlə dövlət hakimiyyəti arasında münaqişələrin həll edilməsi cəmiyyət üçün daha az mənfi nəticələrdən ibarətdir" (6, s. 33-34). Bunlar prosessual formanın yalnız müəyyən bir hissəsini təşkil edir və onların bütün elementləri prosessual formanın tərkibinə daxil olsalar da, onun məzmununu tamamlamırlar.

Yuxarıda göstərilən bütün təriflərin əsasını təşkil edən konseptual ideya (sahələrarası və sahəvi) ümumi bir mahiyyət daşıyır: prosessual forma həmişə cinayət prosesi iştirakçılarının fəaliyyətinin hüquqi məzmunu ilə bağlıdır. Prosessual forma təşkilati, taktiki və ya psixoloji xarakter daşımır. O, yalnız cinayət prosesinin iştirakçıları ilə qarşılıqlı əlaqədə olur. Həmin ideya məhz son dərəcə aydın və sadə olması sayəsində hamılıqla qəbul olunmuşdur. Prosessual forma anlayışının tərifinə taktiki-təşkilati kompo­nentlərin (məsələn, ibtidai istintaqın ayrı-ayrı kateqoriya cinayətlər üzrə xüsusi icraatı kimi forması) daxil edilməsinə göstərilən ayrı-ayrı cəhdlər nəzəri cəhətdən özünü doğrultmamışdır.

Prosessual forma anlayışının tərifi ilə bağlı ayrı-ayrı mübahisəli məqamlar bəzən "prosessual forma" və "icraat qaydası" anlayışlarının qarşılıqlı əlaqəsinə aid olmaqla qeyd edilir (4, s. 8). Eyni zamanda yuxarıda göstərilən anlayışlar "cinayət-prosessual icraat" anlayışının tərifi ilə eyniləşdirilir (12, s. 7). Lakin belə mübahisələr bir qayda olaraq prinsipial xarakter daşımır və buna görə də onlar daha çox cinayət-prosessual hüquq elminin terminologiya aparatının dəqiqləşdirilməsi sahəsinə aiddir.

"Prosessual forma" anlayışının yuxarıda istinad edilmiş nəzəri tərifləri əsasında onun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilən məzmununa aşağıdakılar daxildir:

1) cinayət prosesi mərhələlərinin ardıcıllığı;

2) cinayət prosesinin bir mərhələsindən digərinə keçidin şərtləri;

3) prosessual fəaliyyətin ardıcıllığı və cinayət prosesinin konkret mərhələsində icraatı xarakterizə edən şərtlər;

4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş istintaq hərəkətlərinin, prosessual hərəkətlərin və sair məhkəmə hərəkətlərinin icraatının əsasları, şərtləri və qaydası;

5) cinayət prosesinin ayrı-ayrı mərhələlərində qəbul edilməli olan və edilə bilən qərarların məzmunu və forması.

Prosessual formanın anlayışı və məzmunu eyni zamanda da onun cinayət mühakimə icraatındakı əhəmiyyətini müəyyən edir. Belə əhəmiyyət cinayət işinin hallarının lazımi qaydada tədqiq edildiyi zaman daha parlaq şəkildə təzahür edir. Məhz bunun nəticəsində cinayət işləri üzrə qanuni və əsaslandırılmış müvafiq qərarlar qəbul olunur, həm də şəxsiyyətin hüquq və azadlıqları təmin edilir və nəhayət, ədalət mühakiməsinin qarşısında duran məqsədlərə nail olunur.

Cinayət prosesində prosessual formaya ciddi əməl edilməsi cinayət işi üzrə icraatın prosessual qaydasının təmin olunmasının mühüm şərtidir. Prosessual formaya əməl edilməsi cinayət prosesində şəxsiyyətin hüquqlarını maksimum dərəcədə təmin edir. Hüquq ədəbiyyatında qeyd edildiyi kimi, bütün cinayət-prosessual hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinə və əsaslı olmasına ciddi təminat yaradır (10, s. 49-50).

Qəti olaraq demək mümkündür ki, prosessual formaya əməl olunmaması, onun mənasının başa düşülməməsi cinayət mühakimə icraatının qarşısında duran vəzifələrin icrasına əngəllər törədir, bəzən isə ciddi və hətta faciəvi nəticələrə gətirib çıxarır.

Prosessual forma cinayət prosesi elminin ən təməlli kateqoriyalarından biridir. Prosessual forma anlayışının tərifinin dürüstlüyü bir sıra mühüm nəzəri problemlərin tədqiq edilməsindən asılıdır. Prosessual formanın mahiyyətinin və hüquqi əhəmiyyətinin tədqiq edilməsi (eyni zamanda da cinayət-prosessual təminatların nəzərdən keçirilməsi) böyük sosial-siyasi əhəmiyyətə malik olan çoxsaylı praktiki vəzifələrin həlli ilə bağlıdır.
Açar sözlər: cinayət prosesi, icraat, prosessual qaydalar, prosessual forma, differensiasiya.
İstifadə olunmuş ədəbiyyat
1. Mövsümov C.H. Sovet cinayət prosesi. Dərslik. Bakı, Maarif, 1989.

2. Баландин В.Н., Паvлушина А.А. Проблема соотношения "материального" и "процессуального" v праvе и ее значение для определения понятия "юридический процесс" // Российское праvо, 2002, № 6.

3. Боброv В.К. Конституционное исследоvание процессуальной формы v уголоvном процессе //Праvоvедение, 1974, № 2.

4. Великий Д.П. Единстvо и дифференциация уголоvно-процессуальной формы: история, соvременность и перспектиvы. Аvтореф. дисс. ...канд. юрид. наук. М., МГЮА, 2001.

5. Горшенеv В.М. Процессуальная форма и ее назначение v соvетском праvе // Соvетское государстvо и праvо, 1973, № 12.

6. Михайлоvская И.Б. Цели, функции и принципы Российского уголоvного судопроизvодстvа (уголоvно-процессуальная форма). М., 2003.

7. Протасоv В.Н. Осноvы общепраvоvой процессуальной теории. М., 1991.

8. Строгоvич М.С. Курс соvетского уголоvного процесса. Т.1. Осноvные положения науки соvетского уголоvного процесса. М., Наука, 1968.

9. Уголоvный процесс / Под ред. К.Ф.Гуценко. М., Зерцало, 1997.

10. Уголоvно-процессуальное праvо Российской Федерации /Под ред. П.А.Лупинской. М., 2004.

11. Юридическая процессуальная форма: Теория и практика /Под ред. П.Е.Недбайло и В.М.Горшенеvа. М., 1976.

12. Якимоvич Ю.К. Уголоvно-процессуальные произvодстvа. Дисс. ... докт. юрид. наук. М., ВНИИГП, 1992.


Мухаммед Пашазаде
О процессуальной форме v уголоvном процессе

Азербайджанской Республики
Резюме
Категория процессуальной формы яvляется одной из осноvных v теории уголоvно-процессуального праvа. Процессуальные формы тех или иных институтоv vо многом определяют типологию самого уголоvного процесса. Тем не менее, v теории vопрос о понятия процессуальной формы остается дискуссионным. Аvтор анализирует позиции v теории и излагает сvое vидение vопроса.

Процессуальная форма vыполняет несколько функций v соvременном уголоvном судопроизvодстvе. Несомненно, одно из ее осноvных назначений – это гарантия праv участникоv уголоvного процесса. Но самое глаvное значение процессуальной формы заключается v том, что она vыступает v качестvе осноvного критерия оценки законности произvодстvа.


Ключеvые слоvа: уголоvный процесс, произvодстvо, процессуальные праvила, процессуаль­ная форма, дифференциация.
Muhammad Pashazade
About procedural form of criminal

trial of the Azerbaijan Republic
Summary
The category of a procedural form is one of the main in the criminal procedural law theory. Procedural forms of these or other institutes in many respects define typology of the most criminal trial. Nevertheless, in the theory the question of concept of a procedural form remains debatable. The author tried to analyze positions in the theory and to state own vision of a question. The procedural form carries out some functions in modern criminal legal proceedings. Undoubtedly, one of its basic purposes is a guarantee of the rights of criminal trial participants. But the most important value of a procedural form is that it represents itself as the main criteria of an assessment of production legality.
Keywords: criminal procedure, manufacturing, procedure rules, procedure form, differentiation.

UOT 343.91
Aygün Hümbətova

AMEA FSHİ, dissertant
Azərbaycanda qadın cиnayətkarlığının əsas

иnkиşaf meyиllərи (məhkəmə təcrübəsиnиn

materиalları əsasında)
Müasir dövrdə dünyanın əksər ölkələrində cinayətkarlığın, o cümlədən qadın cinayətkarlığının dinamikasında get-gedə surətin artması müşahidə edilir. Eyni proses ölkəmizdən də yan keçməmişdir. Bu mənada qadın cinayətkarlığının əsas inkişaf meyillərinin müəyyən edilməsinin təkcə nəzəri cəhətdən deyil, həmçinin praktiki cəhətdən də əhəmiyyəti vardır. Həmin meyillərin müəyyən edilməsi ölkədə bu növ cinayətkarlığın inkişafını proqnozlaşdırmağa, cinayətkarlığın qarşısının alınması və onunla uğurlu mübarizəni təmin edən tövsiyə və tədbirlərin vaxtında işlənib hazırlanmasına və həyata keçirilməsinə imkan verir. Fikrimizcə, S.Q.Musayev düzgün olaraq göstərmişdir ki, müasir qadın cinayətkarlığı bu günün neqativ gerçəkliklərinin təsirinə məruz qalan, spesifikliyinə görə cəmiyyətə, onun institut və birliklərinə, xüsusilə ailəyə və bütövlükdə mənəvi-psixoloji atmosferə kəskin mənfi təsir göstərən mürəkkəb və dəyişkən hadisədir. Bu səbəbdən də qadın cinayətkarlığının, onun mənbə və səbəblərinin, müasir meyillərinin öyrənilməsinə böyük ehtiyac vardır (11, s. 12). Biz də bu mövqe ilə razıyıq və hesab edirik ki, cəmiyyətimizin müasir inkişaf mərhələsində ölkədə qadın cinayətkarlığının tədqiqi onun əsas meyil və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə, cinayətkarlıqla uğurlu mübarizə proqramlarının işlənib hazırlanmasına imkan verəcəkdir.

Qadın cinayətkarlığı ümumi cinayətkarlığın strukturunda nisbətən sabit səviyyəyə malik olmaqla, təxminən 10 faiz təşkil edir. Eyni zamanda Azərbaycan cəmiyyəti üçün cinayətkarlığın gizli xüsusiy­yətlərini də nəzərə almaq lazımdır. Məsələn, qadınların daha çox iş yerləri olan əhaliyə xidmət sahələri, ticarət müəssisələrində istehlakçıların aldadılması iqtisadi fəaliyyət sahəsində törədilən cinayət əməllərindən olsa da, demək olar ki, qeydə alınmır. Evli kişilərlə intim münasibətlərdə olan qadınların həmin kişiyə və ya onun ailəsinə məxsus əşyaların oğurlaması ilə bağlı faktların ailələri qarşısında ifşa olunmasından qorxan kişilər bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermirlər. Burada vətəndaş cəmiyyətinin ümumi passivliyini, milli mentalitetdə qohumluq, dostluq əlaqələrinə üstünlük verilməsini də nəzərə almaq lazımdır. Fikrimizcə, Azərbaycan cəmiyyətinə xas olan xüsusiyyətlərlə respublikamızda qadın cinayətkarlığının strukturu arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Bununla belə, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri müasir qadın cinayətkarlığının kəmiyyət və keyfiyyət göstəricilərinə təsir edən əsas faktorlar kimi qəbul etmək lazımdır. Cəmiyyətdə və dövlət həyatında qadınların sosial fəallığının artması ilə onların cinayətkarlığının səviyyəsi arasında korrelyasiya əlaqəsi mövcuddur.

Qadınların törətmiş olduqları cinayət növləri üzrə səciyyələndirilməsinə gəldikdə isə deyə bilərik ki, hazırda ölkəmizdə qadınlar tərəfindən törədilən cinayətlər arasında mülkiyyət əleyhinə cinayətlər ənənəvi olaraq ön sıradadır. Məlum olduğu kimi son illərdə cinayətkarlığın strukturunda dələduzluq xüsusi yer tutur. Kişilər arasında olduğu kimi qadınlar arasında da bu cinayətin yayılma tempi sürətli olmuşdur. L.Z.Adjiyeva qeyd edir ki, təbiət qadınlara bu «bizneslə» məşğul olmaq üçün lazım olan bir sıra keyfiyyətlər bəxş etmişdir, məsələn, insanlarda özlərinə qarşı rəğbət qazandırmaq, onları əmin etmək bacarığı, artistlik, cazibədarlıq, diribaşlıq, qeyri-adi düşünmə qabiliyyəti və s. göstərmək olar (7, s. 29-30).

Məsələn, Sabunçu rayon məhkəməsinin 26 aprel 2005-ci il tarixli hökmü ilə Kərimova Ofelya Abdulsəməd qızı Azərbaycan Respublikası CM-nin 178.2.4.-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmişdir. Çünki o, dələduzluq edərək özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə vətəndaş Məmmədov Feyruz Qədir oğluna Bakı şəhəri, Yeni Ramana qəsəbəsində hasara alınmış 200 kv.m. torpaq sahəsinin onun özünəməxsus olduğuna inandıraraq sənədləşdirməyi vəd etmişdir. 09 noyabr 2004-cü il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsində 2500 ABŞ dollarını və 12 noyabr 2004-cü il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsində 1000 ABŞ dollarını ələ keçirmişdir. Belə hökmdən apellyasiya şikayəti verilsə də, qərar dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (4).

Gizli oğurluq və dələduzluq əməlləri ilə müqayisədə az sayda olsa da, qadınlar tərəfindən mənimsəmə və ya israf etmə cinayətlərinin törədlməsinə də rast gəlinir. Məsələn, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 1 iyun 2005-ci il tarixli hökmü ilə Mustafayeva Yavər Cavad qızı Azərbaycan Respublikası CM-nin 179.2.2., 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir, 2 fevral 1999-cu ildən Birləşmiş Universal Səhmdar Bankının Kəpəz Filialında nəzarətçi-operator kimi pensiyaçılara pul vermək üçün həmin filialın xəzinəsindən qəbul etdiyi pul vəsaitini P-2 və P-M formalı ödəniş tapşırıqları üzrə pensiyaçılara ödəyərkən qulluq mövqeyindən istifadə edərək 1999-cu ilin fevral ayından 2005-ci ilin fevral ayına kimi olan dövrdə ayrı-ayrı pensiyaçılara hər ay ödəməli olduğu pul vəsaitinin müəyyən məbləğini onlara verməyib, ona etibar edilmiş 7.292.396 manat məbləğində özgə əmlakını vətəndaşlara xeyli ziyan vurmaqla mənimsəmişdir (5).

Qeyd etmək lazımdır ki, mülkiyyət əleyhinə müxtəlif cinayətlər törədən subyektlər adətən bir-birlərindən fərqli xarakterizə olunurlar. Oğurluq əməlini törədənlər cinayət yolu ilə əldə etdikləri vəsaitləri adətən gündəlik ərzaq məhsullarını almağa və ya spirtli içkilərin, habelə narkotik vasitələrin alınmasına xərcləyirlərsə, mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini törədən qadınların sosial statusu, təhsil səviyyələri bir qayda olaraq birincilər ilə müqayisədə yüksək olduğundan əldə etdikləri vəsaitləri daha yaxşı yaşamalarına, geyimlərinə, bahalı əşyaların, zinyət şeylərinin alınmasına, artıq gəlir əldə etmələrinə sərf edirlər.

Ölkəmiz üçün qadınlar tərəfindən özgə əmlakının zorakı yolla, quldur basqını və ya qarət yolu ilə ələ keçirilməsi bir qayda olaraq xarakterik deyildir. Qadınlar tərəfindən bu növ cinayətlər adətən kişilərlə birlikdə, qrup halında törədilir və bu zaman onlar cinayətdə daha çox köməkçi qismində iştirak edirlər. Qadınlar bu növ cinayətlərin obyektiv cəhətini icra etdikləri, yəni cinayətin icraçısı olduqları hallarda çox vaxt həmin cinayətin təşkilatçısının və ya təhrikçisinin kişi olduğu məlum olur.

Qadınlara qarşı zorakılığın artması, ailədə buna bənzər halların çoxalması məişət zorakılığı formasını almışdır. Əksər qadınlar bu vəziyyətlə barışır, evdə baş verən nəlayiq davranış və ya zorakı hərəkətlər barədə nəinki hüquq-mühafizə orqanlarına məlumat verməkdən, bəzən yaxın qohumlarına belə söyləməkdən çəkinirlər. Hüquq-mühafizə orqanlarına şikayət edildikdə isə çox vaxt cinayət törətmiş kişilər zərər çəkmiş qadınları yalançı vədlərlə razı salır və barışıq ərizəsi əsasında cinayət məsuliyyətindən kə­narda qalırlar. Lakin bu müvəqqəti sakitlik uzun çəkmir, eyni proseslər yenidən təkrarlanır və sonda bə­zən ağır cinayətlərin (qəsdən adam öldürmə, sağlamlığa ağır zərər vurma və s.) törədilməsi ilə nəticələnir.

Yaponiyada ailədaxili zorakılığın geniş yayılması ailəsini tərk etmiş, döyülmüş qadınlar üçün xüsusiləşdirilmiş profilaktiki məskənlərin – evlərin yaradılmasına, Ali Məhkəmə yanında ailə kriminologiyasının problemlərini işləyib hazırlayan elmi-tədqiqat kurslarının təşkilinə səbəb olmuşdur (13, s. 57). Amerika kriminoloqlarının məlumatlarına görə hər il ABŞ-da ailə üzvləri arasında 10 mindən çox qətl törədilir. Zorakılığın daha «yüngül» formalarının qurbanlarının sayı isə 3 – 5 milyon insanla hesablanır (9, s. 56). Rusiyada qadınlar tərəfindən törədilən hər beş cinayətdən biri ya qətl, yaxud da ölümlə nəticələnən cinayətdir (7, s. 37). Qadınlar bu növ cinayətləri adətən ya ərlərinə, ya da birgə yaşadıqları kişilərə qarşı törədirlər. Başqa sözlə, bu cinayətlərin əsas qurbanları adətən onlarla birlikdə yaşayan insanlar olur. Qadınların qənaətbəxş sayılmayan sosial durumu müxtəlif səbəblər üzündən, o cümlədən sərxoşluq və narkomaniyanın artması zəminində ailə məişət mübahisələrinin çoxalması qadınlar tərəfindən şəxsiyyətə qarşı törədilən cinayətlərin sayının artmasına səbəb olur. Özgə əmlakının zorakı yolla, quldur basqını və qarət yolu ilə ələ keçirmə cinayətlərindən fərqli olaraq, qətl və ya sağlamlığa qəsdən ağır zərər vurma cinayətlərində qadınlar üçün adətən iştirakçılığın bütün funksiyaları xarakterik olur.

Elə cinayətlər də vardır ki, onların subyekti yalnız qadınlar ola bilər. Belə cinayətlərdən ananın yeni doğduğu uşağını qəsdən öldürməsini buna misal göstərmək olar (CM-nin 121-ci maddəsi). Bu cinayət ənənəvi olaraq qadın cinayəti sayılır. Lakin son dövrlərin təcrübəsi deməyə əsas verir ki, artıq təkcə yeni doğulmuş uşaqlar deyil, həm də müəyyən qədər böyüyüb boya-başa çatmış, yaşa dolmuş uşaqlar da valideynlərinin qəsdinə məruz qalırlar. Bu zaman bir-birlərinə rəqib olan qadınların, ərin keçmiş arvadının uşaqları daha tez-tez belə halların qurbanı olurlar. Bu növ cinayəti törədən qadınların şəxsiyyəti qəddarlıq, laqeydlik, emosional məhdudluq kimi keyfiyyətlər ilə seçilir. Cinayətin törədilmə üsulu da xeyli rəngarəngdir: əvvəllər yeni doğulmuş uşağı daha çox hansısa evin, baxçanın, uşaq evinin qarşısına atıb gedirdilərsə, hazırda bu cinayət daha çox qəddar hərəkətlərlə (adamların olmadığı, meşə və s. bu kimi yerlərə atma) həyata keçirilir.

Müasir dövrdə kütləvi informasiya vasitələrində bu növ cinayətlərin başlıca səbəbi kimi daha çox psixi xəstəliklər qeyd olunur. Tədqiqatçılardan T.Volkova haqlı olaraq ananın yeni doğulmuş uşağına qarşı bu cür patoloji qəddarlığının səbəbini onların psixi sağlamlıqlarının ciddi pozuntularından daha çox, şəxsiyyətlərinin dərin əxlaqi-psixoloji dəyişikliklərində axtarılmalı olmasını göstərmişdir. Müəllifə görə kişilərdən fərqli olaraq qadınların üzərinə uşağın doğulması və tərbiyəsi kimi əlavə yük də qoyulmuşdur. Eyni zamanda qadınların təfəkküründə, psixologiyasında və davranışında müasir obyektiv sosial amillər də amansızlıq üçün rəvac verir (9, s. 61).

Ölkəmizdə qadınlar tərəfindən şəxsiyyət əleyhinə törədilən cinayətlər arasında əsas yerlərdən birini hazırda dekriminallaşdırılmış döymə cinayəti tutmuşdur. Bu cinayətlər daha çox ailə-məişət münaqişələri zəminində, ailə üzvləri, qohumlar, tanışlar, qonşular arasında törədilmişdir. Qadınlar tərəfindən şəxsiyyət əleyhinə ehtiyatsızlıqdan cinayətlərin törədilməsi nisbətən üstünlük təşkil edir.

Ölkəmizdə az sayda olsa da, qadınların kişilərlə birlikdə adam oğurluğu cinayətlərində iştirak etmələri faktlarına da rast gəlinir. Məsələn, keçmiş Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü ilə Quliyeva Nailə Hüseynovna Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.10, 120.2.11, 29, 144.2.3, 29, 144.2.4, 29, 144.2.5, 29, 144.2.6, 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 217.2, 218.2 və s. maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, o, 1995-ci ilin may ayından 2005-ci ilin mart ayınadək olan müddət ərzində qeyriləri ilə birlikdə Hacı Teymur oğlu Məmmədovun təşkil etdiyi cinayətkar birlikdə (təşkilatda) iştirak edərək imkanlı adamların oğurlanması, oğurlanmadan sonra saxlanılmalarının təmin edilməsi və s. cinayət fəaliyyəti ilə məşğul olmuşdur (3).

Müasir qadın cinayətkarlığını xarakterizə edən digər əsas meyil fahişəlik sayılır. Erkən yaşlarından (bəzən azyaşlı vaxtından) bu qədim peşə ilə məşğul olan qadınlar yaşa dolduqca bu sahə üçün lazımsız fiqura çevrilirlər. Normal həyatdan, cəmiyyətdən və onun dəyərlərindən uzaq olan bu qadınlar kişilərin əlində alətə çevrilirlər. Kişilər müxtəlif cinayətlərin törədilməsində onlardan istifadə edirlər. Keçmiş SSRİ dövlətinin dağılması, sərhədlərin açılması, dəyərlərin dəyişməsi ölkəmizdə yeni bir mənfi fenomenin – insan alveri cinayətinin yaranmasını şərtləndirmişdir. Hazırda insan alveri cinayətləri ilə mübarizə dünya birliyi qarşısında duran ən aktual problemlərdən biri sayılır.

Son illərin məlumatları göstərir ki, dünyada il ərzində təxminən dörd milyon nəfərə qədər kişi, qadın və uşaq köləliyə bənzər şəraitdə iradələrinin əksinə olaraq saxlanılır, satılır, daşınır, ümumiyyətlə, əmtəə predmeti kimi onlardan istifadə edilir. Getdikcə genişlənən və inkişaf edən bu fenomen gətirdiyi gəlirlərin həcminə görə kriminal biznes sahəsində ön sıralarda gedir, transmilli mütəşəkkil xarakter alır və qloballaşır. Beynəlxalq təşkilatların mə­lumatlarına görə son illər insan alverçilərinin gəlirləri il ərzində on iki milyard ABŞ dollarını keçir. Miqyas və gəlir baxımından bu kriminal fəaliyyət yalnız silah alverindən və narkobiznesdən geri qalır. YUNİSEF proqnozlaşdırır ki, təsirli tədbirlər görülməsə yaxın illərdə insan alveri kriminal biznes kimi daha da genişlənəcəkdir (8, s. 5). Hər il insan alveri qurbanlarının təxminən 80%-ni qadınlar, 15%-ni isə yetkinlik yaşına çatmamış şəxslər təşkil edir. Bu kateqoriya şəxslər əsasən seksual istismara məruz qalırlar (10, s. 4).

Məsələn, keçmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 dekabr 2006-cı il tarixli hökmü ilə Səfərova Gülbəniz Mirəddin qızı və Denisova Zahirə Abbas qızı Azərbaycan Respublikası CM-nin 29, 144-1.2.1 və 29, 144-1.2.5-ci maddələri ilə təqsirli bilinmişlər. G.M.Səfərova ögey bacıları Səfərova Almaz Mirəddin qızı və Səfərova Aybəniz Mirəddin qızı ilə qadınları cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. G.Səfərova bacıları Almaz Səfərova və Aybəniz Səfərovanın tapşırığı ilə 2006-cı ilin iyun ayında Bakı şəhərində Yusifova Aysel Əli qızı ilə tanış olaraq A.Yusifovaya Pakistan İslam Respublikasının Karaçi şəhərində fahişəliklə məşğul olmağı təklif etmiş, A.Yusifova onun təklifinə razılıq verməklə G.Səfərova tərəfindən fahişəliyə cəlb edilmişdir. Bundan əlavə, Gülbəniz Səfərova 2006-cı ilin iyul ayında bacıları Almaz Səfərova və Aybəniz Səfərovanın Pakistan İslam Respublikasında fahişəliklə məşğul olmaq üçün qadın tapmaq barədə tapşırıqlarına əsasən Mingəçevir şəhər sakini Denisova Zahirə Abbas qızı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Z.Denisova G.Səfərovanın tapşırığı ilə yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 49, mənzil 5-də tanışı Ağayeva Gülnar Elşən qızına Pakistan dövlətinin Karaçi şəhərində fahişəliklə məşğul olmağı təklif etmiş, G.Ağayeva onun təklifinə razılıq verməklə Z.Denisova tərəfindən fahişəliyə cəlb edilmişdir. Z.Denisova G.Ağayevanı yaşadığı evdə G.Səfərova ilə tanış etmiş və G.Ağayevanı Pakistan dövlətinə gedib fahişəliklə məşğul olmağa cəlb etməsinə görə G.Səfərovadan 400 ABŞ dolları məbləğində pul almışdır.

G.Səfərova A.Yusifova və G.Ağayeva üçün qabaqcadan əlbir olduğu şəxsiyyətləri istintaqa məlum olmayan tanışlarının vasitəsilə DİN-nin Pasport, Qeydiyyat İdarəsindən ümumvətəndaş pasportların alınmasında və onların Pakistan İslam Respublikasına getmələri üçün turist viza açılmasını təşkil etmiş, bundan sonra insan alveri cinayətinin qurbanları A.Yusifova və G.Ağayevanı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H. Əliyev küçəsi, ev 114, mənzil 15-ə aparmış, 14 avqust 2006-cı il tarixdə onların adına 16 avqust 2006-cı il tarixinə Bakı-Dubay-Karaçi təyyarə reysinə bilətlər almışdır. 16 avqust 2006-cı il tarixdə G.Səfərova A.Yusifova və G.Ağayevanı cinsi istismar məqsədilə Pakistan İslam Respublikasına aparıb fahişəliyə cəlb etmək üçün Heydər Əliyev adına Beynəlxalq hava limanına aparmış, Hava limanında G.Səfərova Azərbaycan Respublikası DİN İAQMİ-nin əməkdaşlarının onun insan alveri ilə məşğul olması barədə aldıqları məlumatla əlaqədar keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanmışdır. Beləliklə, G.Səfərova və Z.Denisova özlərindən asılı olmayan səbəblərə görə yuxarıda göstərilən cinayəti başa çatdıra bilməmişlər (6).

Ərəb ölkələrində, o cümlədən müsəlmanların yaşadığı bəzi dövlətlərdə terrorçuluq cinayətini törədənlər arasında qadınların (kamikadze qadınların) sayı az deyildir. 2002-ci ilin oktyabrında Moskvada Dubrovkada teatr mərkəzində tamaşaçıları və aktyorları girov götürən terrorçular arasında 18 nəfər qadın var idi. Bellərinə partlayıcı qurğu bağlayan bu qadınlar məqsədləri naminə ölmək üçün oraya getmişdilər. Hindistanda baş nazir Raciv Qandini qadın-kamikadze qətlə yetirmişdi. Terrorçuluğun psixologiyasını öyrənən tədqiqatçıların fikrinə görə bu cinayətin icraçısı kimi qadın çox təhlükəlidir, çünki o, öz qərarını xarici amillərin təsiri altında nadir hallarda dəyişir, kişidən daha inadkar və fəal olur. Təsadüfi deyil ki, İnterpol antiterror bölmələrə atəşi əvvəlcə bütün şübhəli qadınlara, sonra isə kişilərə açmağı məsləhət görür (12, s. 43). Azərbaycan qadınları üçün isə terrorçuluq cinayətinin törədilməsi xarakterik deyildir. Bu, tarixən belə olmuşdur, çünki Azərbaycan qadını heç bir zaman günahsız insanların qanının tökülməsinin səbəbkarı olmaq istəməmişdir.

Respublikamızda cinayətkarlığa, xüsusən qadın cinayətkarlığına xas olan əsas meyillərdən biri narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən cinayətlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu meyil təkcə ölkəmiz üçün deyil, keçmiş sovet məkanı, xüsusən Rusiya üçün də xarakterikdir. Məsələn, I instansiya məhkəməsinin 23 iyun 2005-ci il tarixli hökmü ilə Sədaqət Dadaş qızı Qurbanova Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Çünki 2005-ci ilin fevral ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edərək 18.02.2005-ci il tarixədək saxlamış və həmin gün saat 23.30 radələrində narkotik vasitəni satmaq üçün Bakı şəhəri Ukrayna dairəsi yaxınlığına gedərkən Bakı şəhəri, Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərinə baxış keçirildikdə əynində olan dəri gödəkçəsində 1,151 qram heroin aşkar edilərək götürülmüşdür (1).

Ədəbiyyatda göstərilmişdir ki, qadınların bu sahədə törədilən cinayətlərin çəkisində paylarının artmasına şərait yaradan amillərdən biri də tibb müəssisələrində çalışan qadınların sayının çox olmasıdır (7, s. 42). Biz bu mövqe ilə qismən razıyıq. Hesab edirik ki, əksəriyyətini qadınlar təşkil edən tibb müəssisələrinin bəzi qadın əməkdaşlarının narkotik xassəli dərman preparatlarının qanunsuz satışı ilə məşğul olmaları istisna edilmir. Lakin zənn edirik ki, bu sahədə əsas payı kişi narkoişbazların bu cinayətlərin törədilməsində qadınlardan bir vasitə kimi istifadə etmələri təşkil edir.

Məsələn, keçmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 noyabr 2006-ci il tarixli hökmü ilə Güləliyev Azər Vaqif oğlu Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5, 234.2, 234.4.1, 234.4.2, 234.4.3 maddələri ilə, Məmmədov Mehman Qəşəm oğlu Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5, 234.2, 234.4.1, 234.4.3 maddələri ilə, Cəfərova Qəmər Səlimxan qızı Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1, 234.4.2, 234.4.3 maddələri ilə təqsirli bilinmişlər. Məhkəmənin hökmünə əsasən Qəmər Səlimxan qızı Cəfərova əvvəllər Abşeron rayon məhkəməsinin 13 noyabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə məhkum olunmasına baxmayaraq islah olunmamış, təkrarən 2006-cı ilin mart ayının 3-də satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 510 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı A.V.Güləliyevə və M.Q.Məmmədova 1.000.000 AZM manata satmışdır. Bundan əlavə 2006-cı ilin iyun ayının 8-də təxminən saat 12 radələrində yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Mübariz Abbasov küçəsi 9/10 saylı evində axtarış aparılarkən evin 1-ci mərtəbəsində yerləşən mətbəxin kanalizasiya üçün nəzərdə tutulan boru keçidindən istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 12 bükümdə ümumi çəkisi 5,625 qram miqdarda narkotik vasitə olan heroin, evin həyətində olan hamamdakı qaz peçinin içərisindən 8 ədəd kibrit qutusunda eyni məqsədlə əldə edib saxladığı 11,22 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür (2).

Uğursuz ailə nikahlarından dünyaya gəlmiş uşaqların, o cümlədən qızların tərbiyə prosesi çox çətin olur. Adətən özbaşına böyüyən bu uşaqların vaxtlarının düzgün təşkil olunmaması, uzun müddət faydalı heç bir işlə məşğul olmamaları onları qanunsuz hərəkətlərin törədilməsinə vadar edir. Orta məktəbdə oxuyan bəzi qızlar spirtli içkilər, narkotik vasitələr və psixotrop maddələr qəbul edir, antisosial qruplaşmalara, bəzən cinsi münasibətlərə daxil olur. Belə hallar son nəticədə ağır cinayətlərin törədilməsinə gətirib çıxarır.

Qadınlar təqsirin ehtiyatsızlıq forması ilə bir qayda olaraq az sayda cinayət törədirlər. Fikrimizcə, bunun əsas səbəbi onların bu növ cinayətlərin daha çox törədildiyi sahələrdə kişilərlə müqayisədə fəaliyyətlərinin az olması ilə izah olunmalıdır (məsələn, nəqliyyat vasitələrini idarə edənlərin arasında qadınların sayı kişilərin cüzi hissəsini təşkil edir).

Qeyd edilənlərə əsasən ölkəmizdə qadın cinayətkarlığının əsas inkişaf meyillərini aşağıdakı şəkildə ümumiləşdirə bilərik:

1. Mənfi sosial dəyişikliklərin nəticəsi olaraq qadın cinayətkarlığında tamah, zorakılığa meyillilik, qəddarlıq artır, cinayət törətmiş qadınların mənəvi pozğunluq xüsusiyyətləri ilə ağırlaşması baş verir.

2. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri müasir qadın cinayətkarlığının kəmiyyət və keyfiyyət göstəricilərinə təsir edən əsas amillər kimi qəbul etmək lazımdır. Cəmiyyət və dövlət həyatında qadınların sosial fəallığının artması ilə onların cinayətkarlığının səviyyəsi arasında korrelyasiya əlaqəsi mövcuddur.

3. Qadın cinayətkarlığını doğuran hallar ölkədə mövcud olan cinayətkarlığın ümumi səbəblərinin bir hissəsini təşkil etsə də, onların əksəriyyəti qadınların kriminal davranışının yaranmasına və ya kriminal aktivliyinin inkişafına səbəb olan spesifik amillər kimi çıxış edir.

4. Ənənəvi olaraq qadınların törətdiyi cinayətlərin strukturunda mülkiyyət əleyhinə olan cinayətlər ön sırada olur. Lakin əvvəlki dövrlərdən fərqli olaraq müasir dövrdə qadınlar tərəfindən özgə əmlakının zorakı yolla ələ keçirilmə əməllərinin dinamikasında get-gedə artım tempinin olduğu müşahidə edilir.

5. Qadın cinayətkarlığında peşəkarlığın və mütəşəkkilliyin səviyyəsinin artması ilə yanaşı, strukturunda növ müxtəlifliklərinin çoxalması, əhatə dairəsinin genişlənməsi müşahidə edilir.

6. Qadın cinayətkarlığını yaradan subyektlərin get-gedə cavanlaşması prosesi gedir.

1   ...   28   29   30   31   32   33   34   35   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə