Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə31/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   36

Ключеvые слоvа: трубопроvод, безопасность, Особая государстvенная служба охраны АР.
Список использоvанной литературы
1. Закон Республики Казахстан «О транспорте v Республике Казахстан»/ Ведомости Верхоvного Соvета Республики Казахстан, 1994, № 15, ст. 201.

2. Закон Республики Казахстан «О недрах и недропользоvании» /Казахстанская праvда, 2010, № 457.

3. Закон Республики Казахстан «О естестvенных монополиях и регулируемых рынках» /Ведомости Парламента Республики Казахстан, 1998, № 16, ст. 214.

4. Закон Республики Казахстан «О лицензироvании» / Ведомости Верхоvного Соvета Республики Казахстан, 1995, № 3-4, ст. 37.

5. Водный Кодекс Республики Казахстан / Ведомости Парламента Республики Казахстан, 2003, № 17, ст. 141.

6. Лесной Кодекс Республики Казахстан / Ведомости Парламента Республики Казахстан, 2003, № 16, ст. 140.

7. «Праvила безопасности и охраны окружающей среды при строительстvе, прокладке и эксплуатации подvодных трубопроvодоv и кабелей» Республики Казахстан /Казахстанская праvда, 2006, № 223.

8. Закон РК «О государстvенном регулироvании произvодстvа и оборота отдельных vидоv нефтепродуктоv» /Казахстанская праvда, 2003, № 134. (с учетом изменений и дополнений на 2011 г.).

9. ИА «Вести.кз» /24.11.2010.

10. Указ Президента Азербайджанской Республики «Об обеспечении безопасности экспортных нефте- и газопроvодоv» / «Азербайджан», 2002, № 85. См. также: Норматиvное постаноvление Верхоvного Суда РК от 11 июля 2003 года № 8 «О судебной практике по делам о хищениях».

11. Постаноvление Кабинета Министроv Азербайджанской Республики «Об утvерждении праvил устаноvления «Охранных зон» эксплуатируемых экспортных нефтепроvодоv» /Сборник законодательных актоv Азербайджанской Республики, 2004, № 11, ст. 957.

12. Уголоvный кодекс Азербайджанской Республики /Сборник законодательных актоv Азербайджанской Республики, 2000, № 4, ст. 251.

13. Уголоvный Кодекс Республики Казахстан / Ведомости Парламента Республики Казахстан, 1997, № 15-16, ст. 211. (с учетом изменений и дополнений на 2011 г.).

14. Кодекс Азербайджанской Республики об администратиvных проступках Азербайджанской Республики /Сборник законодательных актоv.



15. Кодекс Республики Казахстан об администратиvных нарушениях /Ведомости Парламента Республики Казахстан, 2001, № 5-6, ст. 24. (с учетом изменений и дополнений на 2011 г.).
Aytən ABBASOVA
Azərbaycanda və Qazaxıstanda boru kəmərlərиnиn

mühafиzəsи (Müqayиsəlи-hüquqи təhlиl)
Xülasə
Məqalədə Azərbaycanın və Qazaxıstanın enerji-nəqliyyat əməkdaşlığının genişləndirilməsi konteks­tində magistral boru kəmərlərinin tikintisi, istismarı və mühafizəsi sahəsində hər iki ölkənin qanunvericilik bazasının müqayisəli-hüquqi təhlili aparılır. Nəqliyyat kompleksinin fəaliyyətinin hüquqi tənzimlənməsi, təbii inhisarlar, boru kəmərlərinin tam istifadə olunmaması və texniki istismar xüsusiyyətləri ilə bağlı baza normativ aktlarını nəzərdən keçirən müəllif, ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin qanunveri­ci­liklə təminatının təkmilləşdirilməsi və hüquqi cəhətdən tətbiq olunması təcrübəsi kimi problemləri araşdırır.
Açar sözlər: boru kəməri; təhlükəsizlik; AR Xüsusi Dövlət Mühafizə Xidməti.
Ayten ABBASOVA
protection of pipelines in Azerbaijan and Kazakhstan

(Comparative and legal analysis)
Summary
The article provides a comparative analysis related to legislative bases of Azerbaijan and Kazakhstan, covering spheres of construction, exploitation and security of the main pipelines within a context of expanding the bilateral cooperation in energy and transportation. Considering the key normative acts related to legislative regulations for the transportation complex’s functioning, as well as natural resources exploration and pipelines in complete exploitation, the author investigates such problems as perfection of providing safety for the export oil-gas pipelines by legislation and practice of its application from the law standpoint.
Keywords: pipeline, safety, The Special State Protection Service of the Republic of Azerbaijan.

UOT 343.1
Rəfail Eyvazov

AMEA FSHİ, dissertant

CİNAYƏTİN TÖRƏDİLMƏSİNƏ İMKAN YARADAN HALLARIN (SƏBƏB VƏ ŞƏRAİTİN) MÜƏYYƏN EDİLMƏSİ VƏ ARADAN QALDIRILMASI HAQQINDA
Cinayət prosesi nəzəriyyəsində cinayətin törədilməsinə kömək edən səbəb və şəraitin aradan qaldırılması və profilaktik tədbirlərin həyata keçirilməsi institutu son zamanlar əsassız olaraq “arxa plana atılmışdır”. Əvvəllər, xüsusilə Sovet dövründə həm cinayət prosesi nəzəriyyəsində, həm də qanunvericilikdə bu instituta xüsusi diqqət yetirilmişdir. Belə ki, bu institut 1961-ci il 1 martdan qüvvədə olan Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin “Cinayətin törədilməsinə kömək etmiş səbəblərin və şəraitin aydınlaşdırılması” adlanan 63-64-cü maddələrində müstəqil şəkildə ifadə edilmişdir (2, s.44). Bu, institutun cinayət-prosesində xüsusi yeri onun “Cinayət işi üzrə sübutlar” adlanan fəsildə yerləşməsi ilə əlaqədar idi. Ümuminin xüsusiyə münasibəti şəklində bu maddənin sübutlar fəslində və sübut edilməli olan hallardan bilavasitə kənar yerləşdirilməsi onun sübut edilməli olan hallara aid olması fikrini yaradır və ədəbiyyatda bu belə də hesab olunurdu. Sovet dövründə elə hesab olunurdu ki, cinayətkarlığın tam aradan qaldırılması mümkündür və bunun bir vasitəsi də onun törədilməsinin səbəb və şəraitinin müəyyənləşdirilməsi və aradan qaldırılması hesab edilirdi. 80-90-cı illərdə artıq hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlıqla mübarizədə qalib gəlməyin mümkünsüzlüyü aksioma kimi qəbul edildi və cinayətin səbəb və şərtlərinin tədqiqi faktiki olaraq formal xarakter almağa başladı. Lakin indinin özündə də bu instituta maraq azalsa da, ona münasibət sırf mənfi xarakter daşımır. Sadəcə olaraq qanunvericilikdə ona verilən əhəmiyyət əvvəlki kimi deyildir. Belə ki, 2000-ci il 1 sentyabr tarixdə qüvvəyə minmiş AR CPM-i bu institutu “sübutlar və sübutetmə” fəslində deyil, ibtidai araşdırmanın ümumi şərtlərindən biri kimi 26-cı fəslin 221-ci maddəsində ifadə etmişdir.

Cinayətin törədilməsinə şərait yaradan hallar haqqında anlayış ədəbiyyatda müxtəlif mövqelərdən izah olunmuşdur. Onun ən optimal anlayışı, fikrimizcə, aşağıdakından ibarətdir:

“Cinayətin törədilməsinə şərait yaradan hallar” dedikdə qanunauyğunluqlara və qaçılmaz olan cinayətin törədilməsinə gətirib çıxaran zəruri hüquqi əhəmiyyətli halların məcmusu başa düşülür.

Cinayətin törədilməsinə kömək edən səbəb və şəraitin aradan qaldırılması ilə əlaqədar tədbirlər cinayət prosesinin bütövlükdə bütün əsas vəzifə və şərtlərinin realizə edilməsinin təminatıdır. Bu tədbirlərin əks olunduğu prosessual sənəd müstəntiqin bu barədəki təlimatıdır. Belə ki, həmin təlimatlar müxtəlif təşkilatlara göndərilir ki, bu da ictimaiyyətin cinayət prosesində iştirakını təmin edir. Müstəntiqin təlimatı səlahiyyətli, vəzifəli şəxsin birbaşa konkret halda qeyd etdiyi cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması barədə tələbidir. Müstəntiqin bu tip reaksiya tədbirlərinin effektivliyi və əsaslılığı həmin cinayətin törədilməsinə imkan yaradan halların hərtərəfli, tam və obyektiv müəyyənləş­dirilməsi vəzifəsini yerinə yetirməsindən asılıdır. Qeyd etdiyimiz kimi, sovet Azərbaycanında cinayətin törədilməsinə imkan yaradan halların müəyyənləşdirilməsi cinayət işi üzrə sübutetmə predmetinə daxil edilirdi. Bu hallar cinayətin törədilməsinə imkan yaradan səbəb və şəraitdən ibarət idi. Bu halların aradan qaldırılması tədbiri kimi müstəntiq tərəfindən müvafiq hüquqi və fiziki şəxsin ünvanına onların aradan qaldırılması barədə təqdimat göndərilir. Bu reaksiya tədbirinin əsas məqsədi cinayətlərin profilaktikasından ibarətdir.

Təqdimatın göndərilməsi üçün müəyyən hüquqi və prosessual əsaslar olmalıdır. Hüquqi əsas kimi cinayətin törədilməsinin səbəb və şəraiti, prosessual əsas isə işin halları ilə həmin səbəb və şəraitin sübut olunması kimi çıxış edir.

Cinayətin törədilməsinə kömək edən səbəb və şəraitin aradan qaldırılması məsələsində digər mühüm bir məsələ cinayət işi üzrə müvafiq təqdimatın vaxtında göndərilməsi və onun icra olunmasına nəzarət məsələsidir. Müvafiq təqdimatın vaxtında göndərilməsi ilk növbədə, cinayətin törədilməsinə kömək edən səbəb və şəraitin tezliklə aradan qaldırılması üçün zəruri şərtdir. Belə ki, təqdimatın vaxtında verilməməsi qeyd olunan halların yenidən cinayətin törədilməsi üçün şərait yarada bilər. Məhz buna görə də cinayətin törədilməsinə kömək edən halların aradan qaldırılması zəruridir. Bu təqdimatın həyata keçirilməsinə nəzarət səlahiyyətinin müstəntiqə verilməsi onun qarşısına qoyduğu məqsədlərə nail olmasına imkan verir.

M.Ə.Cəfərquliyevin fikrinə görə məhkəmə baxışında olan cinayət təqibi üzrə icraatın materiallarında cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması haqqında müstəntiqin təqdimatı olarsa, məhkəmə həmin təqdimatın yerinə yetirilməsi üzrə konkret hansı tədbirlərin görüldüyünü aydınlaş­dır­malıdır. Əgər tədbirlər görülməmişdirsə onda məhkəmə müvafiq qaydada xüsusi qərar çıxarmalıdır (3, s.410).

Qeyd etmək lazımdır ki, müasir dövrdə cinayətin törədilməsinə kömək edən halların aradan qaldırıl­masına formal baxımdan münasibət göstərilməsi ideyasına rast gəlmək olur. Məsələn, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərin səbəb və şəraitinin məyyənləşdirilib-müəyyənləş­diril­məməsi məsələsinə adətən belə izahat verilir ki, cinayətin törədilməsinə kömək edən səbəb və şərait kimi “çətin yeniyetmənin” əməklə məşğulluğunun mümkünsüzlüyü və cəmiyyətin, cinayətin törədilmə­sinin səbəbkarı kimi çıxış etməsidir. Fikrimizcə, cinayətin özünün törədilməsinə kömək edən halların məzmunu bütövlükdə cəmiyyətdə mövcud olan çatışmamazlıqlar deyil, çünki hər bir cinayət işinin konkret məzmunu müəyyənləşdirilməlidir. Belə olmadıqda eyni şərtlər və yaşayan istənilən hər bir şəxs mütləq cinayət etmiş olmalıdır.

Ilk növbədə qeyd etmək lazımdır ki, müstəntiqin fəaliyyətinin təcrübi xüsusiyyətləri onun bütün imkanlarına baxmayaraq cinayətin qarşısının alınmasının əsas faktoru kimi çıxış etməyə ona heç bir vaxt imkan verməmiş və vermir. Cinayətin törədilməsinə kömək edən səbəb və şəraitin müəyyənləşdirilməsi və onun aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə təqdimatın göndərilməsi müstəntiqin profilaktik fəaliyyətində cinayətkarlıqla mübarizədə effektli mübarizə vasitələrindən biri kimi çıxış edə bilər.

Rusiya qanunvericiliyi özünün keçmiş praktikasına uyğun olaraq cinayətin törədilməsinə imkan yaradan halları sübut edilməli olan hallar sırasında göstərmiş və bu institutun tənzimlənməsində heç bir dəyişiklik etməmişdir. Belə ki, RF CPM 73.2-ci maddəsinə əsasən cinayətin törədilməsinə imkan yaradan hallar müəyyən edilməli olan hallar sırasına daxil edilmiş və hər bir cinayət işi üzrə sübutetmə maddəsinə daxil olunmuşdur (RF CPM 73mad.). Burada həm də cinayətin törədilməsinə imkan yaradan hallar heç də “səbəb və şərait” terminləri ilə məhdudlaşdırılmamışdır.

Sübutetmə maddəsinin digər elementlərindən fərqli olaraq cinayətin törədilməsinə imkan yaradan halların mövcudluğu sübut olunmamalıdır, onların mövcudluğu işdə olan sübutlarla müəyyənləşdiril­mə­lidir. Qanunvericilik tərəfindən “müəyyənləşdirmək” terminindən istifadə edilməsi bizə bunu deməyə imkan verir. Məhz buna görə iddia etmək olar ki, cinayətin törədilməsinə imkan yaradan hallar sübutetmə predmetinin digər elementlərinə bərabər tutulur. Vaxtilə V.D.Arsenyev qeyd edirdi ki, qanunda cinayətin törədilməsinə imkan yaradan halların “müəyyənləşdirilməsinin” ifadə olunması göstərir ki, bu halları yalnız sübutlar vasitəsilə deyil, bilavasitə dərketmə yolu ilə də müəyyənləşdirmək olar. Bu hallar qeyri-prosessual vasitələrlə də müəyyənləşdirilə bilər (4, s.97). A.P.Rıjakov əsaslı olaraq qeyd edir ki, cinayət hadisəsi, təqsir, zərər və s. müəyyənləşdirilmədən istintaqı qurtarmaq mümkün deyil, lakin cinayətin törədilməsinə imkan yaradan hallar müəyyənləşdirilmədən ittiham aktı tərtib etmək mümkündür (5, s.38).

Cinayətin törədilməsinə imkan yaradan halların sırasına maddi əşyaların qeydiyyatını və mühafizə­sində çatışmamazlıqları, səlahiyyətli orqanların profilaktik işində çatışmamazlıqları və s. aid etmək olar. Bu, halların tam siyahısını müəyyənləşdirmək obyektiv səbəblərə görə mümkün deyil. Çünki onların dairə­si həddindən artıq çox genişdir. Lakin hər bir cinayət işi üzrə bu halların müəyyənləşdirilməsi məcburidir.

Beləliklə, cinayət işi üzrə ibtidai araşdırma mərhələsində cinayətin törədilməsinə imkan yaradan halların müstəntiq tərəfindən müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə fəaliyyəti prosessual fəaliyyətdir və cinayət işi üzrə materiallarda əks olunur.

Cinayətin törədilməsinə imkan yaradan konkret hallar və onların aradan qaldırılması barədə müstəntiqin çıxardığı nəticələr onun tərəfindən qəbul olunan təqdimatdır. Bu, AR CPM-nin 221.1-ci maddəsində açıq-aydın ifadə olunmuşdur. AR CPM-nin 221.1-ci maddəsində cinayətin törədilməsinə imkan yaradan hallar müəyyənləşdirildikdə müvafiq təqdimatı göndərmək vəzifəsi müstəntiqin üzərinə qoyulmamışdır. Belə ki, müstəntiq yalnız cinayət işi üzrə materiallardan cinayətin törədilməsinə imkan yaradan halları müəyyənləşdirdikdə və bu zəruri olduqda müvafiq hüquqi və ya vəzifəli şəxsin ünvanına cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərir. Bir çox müəlliflər bu halı tənqid edərək hesab edirlər ki, müstəntiq tərəfindən cinayətin törədilməsinə imkan yaradan hallar müəyyənləşdirildiyi halda müvafiq fiziki və hüquqi şəxsə onların aradan qaldırılması tədbirləri haqqında təqdimatın yerinə yetirilməsi məcburi olan vəzifə kimi həyata keçirilməlidir. Fikrimizcə, təcrübədə elə hal və şərait ola bilər ki, bu vəziyyətdə cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılmasını təmin edə biləcək şəxs olmasın. Eyni zamanda hüquqda başqa bir məsələ ondan ibarətdir ki, hər hansı bir hal vəzifəli şəxs üçün səlahiyyət kimi müəyyənləşdirildikdə onun icra olunub-olunmaması heç də onun asanlıqla bunu istədiyi kimi həyata keçirməsi kimi başa düşülmür. Konkret olaraq bu halda əgər maddədə qeyd olunduğu kimi bu zəruri olursa və müstəntiq bunu icra etmirsə onda o, müvafiq qanunvericiliklə məsuliyyət daşıyır.

Fikrimizcə, AR CPM-ində çatışmamazlıqlardan biri də cinayətin törədilməsinə imkan yaradan halları aşkar edərək onların aradan qaldırılması üçün müəyyən tədbirlər barədə qərar qəbul edən müstəntiqin yeganə subyekt kimi tanınmasıdır. Lakin AR CPM-nə görə elə cinayətlər vardır ki, onların ibtidai araşdırılması yalnız təhqiqat formasında həyata keçirilir. Belə ki, CPM-nin 214.4-cü maddəsinə görə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-132, 174-176, 177.1, 186.1, 187.1, 187.2, 196.1, 197.1 və 201.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. 215.1-ci maddəyə görə isə böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə ibtidai istintaq aparılmır. CPM-in 214.2-ci maddəsinə görə cinayət işləri üzrə təhqiqatı təhqiqat orqanları aparır. Beləliklə, deyilənləri ümumiləşdirib belə bir məntiqi nəticə çıxarmaq olar ki, məhkəməyədək sadələşdirilmiş icraat formasında aparılan cinayət işləri üzrə cinayətin törədilməsinə imkan yaradan halların müəyyənləşdirilməsi vəzifəsi nəzərə alınmamışdır. Çünki, 221-ci maddədə söhbət yalnız müstəntiqin vəzifəsindən və səlahiyyətindən gedir. Halbuki cinayətin törədilməsinə imkan yaradan halların müəyyənləşdirilməsi bütün cinayət işlərinə aid olunmalıdır. Ona görə də biz belə bir təklif irəli sürürük ki, AR CPM-nin 221-ci maddəsinin subyektləri sırasına təhqiqatçı da daxil edilməli və bu maddə aşağıdakı redaksiyada verilməlidir:

221.1. İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayətin törədilməsinə imkan yaradan halları (səbəb və şəraiti) müəyyən etməlidir. Bu halları müəyyən etdikdə müstəntiq və ya təhqiqatçı zərurət olduqda müvafiq hüquqi və ya vəzifəli şəxsin ünvanına cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərir.

221.2. Cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi haqqında müstəntiqin və ya təhqiqatçının təqdimatına baxılması məcburidir və onun nəticəsi barədə onu göndərən şəxsə bir ay müddətində yazılı məlumat verilməlidir.

Təqdimat prosessual sənəd formasında mövcud olan və yerinə yetirilməsi məcburi olan hakimiyyət xarakterli qərardır. Lakin qeyd etmək lazımdır ki, indiyə qədər təqdimatın qanunvericilik tərəfindən müəyyən edilən forma və məzmunu aydınlaşdırılmamışdır. Fikrimizcə, təqdimatın forma və məzmunu ilə bağlı maddənin AR CPM-nə əlavə edilməsi ibtidai araşdırma orqanlarının cinayətlərin profilaktikasındakı rolunu daha da effektli edərdi.

Müstəntiqin təqdimatı öz mahiyyətinə görə prokurorun təqdimatına və məhkəmənin xüsusi qərarına yaxın olan institutdur. Onları birləşdirməkdə yeganə məqsəd - cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılmasıdır. Lakin müstəntiqin təqdimatından fərqli olaraq prokurorun təqdimatı və hakimin xüsusi qərarı daha geniş reaksiya tədbirlərini əhatə etmək imkanına malikdir. Onları fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, müstəntiq yalnız özünün icraatında olan cinayət işi üzrə təqdimat qəbul edə bilər. Məsələn, müstəntiq ibtidai istintaqı aparan şəxsin cəzası barədə təqdimat qəbul edə bilməz. Lakin ola bilər ki, hakim cinayətin törədilməsinə imkan yaradan hallar barədə çıxartdığı xüsusi qərarla müstəntiqin göndərdiyi təqdimat arasında ziddiyyət yaransın. Bu halda hansı qərarın üstünlüyü qanunvericilikdə müəyyənləşdirilməmişdir. Eyni zamanda müstəntiqin müəyyənləşdirərək barəsində təqdimat göndərdiyi cinayətin törədilməsinə imkan yaradan halların məhkəmə istintaqı zamanı tam əksi müəyyənləşdirildiyi halda necə davranılması məsələsi həll edilməmiş suallardandır.
Açar sözlər: ibtidai araşdırma, ümumi şərt, cinayətin səbəbi, cinayətin şəraiti, problemlərin həlli.

İstifadə olunmuş ədəbiyyat
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi. Bakı, “Hüquq ədəbiyyatı”, 1 sentyabr 2000-ci il.

2. Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsi. Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1988.

3. Cəfərquliyev M.Ə. Azərbaycan Respublikasının Cinayət prosesi. Dərslik. Bakı, Qanun, 2008.

4. Арсеньеv В.Д. О фактах, не подлежащих доказыvанию v процессе уголоvного судопроизvодстvа. Праvоvедение, 1965, № 1.

5. Рыжакоv А.П. Уголоvно-процессуальное доказыvание: понятие и средстvа. М., 1997.

Рафаэль ЭЙВАЗОВ
Об устаноvлении и устранении причин и услоvий,

способстvующих соvершению преступления
Резюме
Устаноvление причин и услоvий, способстvующих соvершению преступлений, яvляется одной из vажнейших процессуальных обязанностей следоvателя и суда. Весьма vажно четко определить цели, для достижения которых vыяvляются причины и услоvия, содейстvующие соvершению преступлений. В УПК АР регулируются отношения, сvязанные с устаноvлением причин и услоvий, способстvующих соvершению преступления. Вместе с тем на практике vозникали и такие vопросы, которые еще не получили отражения v нашей науке.
Ключеvые слоvа: предvарительное расследоvание, общие услоvия, причина преступления, услоvия преступления, разрешение проблем.
Rafael EYVAZOV
About establishment and elimination of reasons and

conditions, promoting the commitment of a crime
Summary
The establishment of reasons and conditions, promoting the commitment of crimes, is one of the most important processual responsibilities of inspector and court. It is very important to clearly determine the purposes for achievement of which the reasons and conditions, providing the perpetration of crimes are revealed. In СPC AR the relations connected with the establishment of reasons and conditions, which facilitate the accomplishment of crimes are regulated. At the same time in the practice there are also arisen such questions which have not been reflected yet in our science.
Keywords: preliminary investigation, common conditions, reason of crime, conditions of crime, solving problems.

UOT 343.1
İlqar Eyyubov

AMEA FSHİ, dissertant
AR CPM-İN 95-Cİ MADDƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

HAQQINDA MÜLAHİZƏLƏR
Tərəfimizdən AR CPM-in 95-ci maddəsinin öyrənilməsi şahidin prosessual statusunun hüquqi tənzimlənməsinə xidmət edən bu maddənin bir sıra qüsur və boşluqlarını müəyyən etməyə zəmin yaratmışdır. Onları nəzərdən keçirməyi və mümkün həll yolunu təklif etməyi məqsədəuyğun hesab edirik:

1. Hesab edirik ki, AR CPM-in 95.1-ci maddəsində şahidə verilmiş anlayışda dəqiqləşdirmə aparılmalıdır. Həmin maddəyə əsasən, iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxslər ittiham tərəfindən (tünd rənglə qeyd etmə – bizimdir) ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Məsələ burasındadır ki, şahidin normativ anlayışında istifadə edilmiş «ittiham tərəfi» kateqoriyası kifayət qədər geniş anlayışdır və onun məzmunu AR CPM-in 7.0.21-ci maddəsində aşağıdakı kimi açıqlanır: «ittiham tərəfi – birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır». Bu təqdirdə şahidə verilmiş anlayışdan belə çıxır ki, ibtidai araşdırma mərhələsində təhqiqatçı, müstəntiq və prokurorla yanaşı, zərər çəkmiş şəxs, xüsusi ittihamçı və mülki iddiaçı da şahidi çağırıb dindirə bilər, bu isə öz növbəsində cinayət mühakimə icraatının hazırkı konsepsiyası ilə uyğun gəlmir, çünki hazırda ibtidai araşdırma mərhələsində zərər çəkmiş şəxs, xüsusi ittihamçı, və mülki iddiaçı öz təşəbbüsu ilə müstəqil şəkildə hər hansı bir şəxsi çağırıb şahid kimi dindirə bilməz. Adları çəkilən subyektlər ibtidai araşdırmada ümumi əsaslarla bu və ya digər şəxsin səlahiyyətli subyektlər tərəfindən dindirilməsi barədə vəsatət verə bilərlər (1, s. 15). Tamamilə aydındır ki, qanunverici bu normada ibtidai araşdırma zamanı yalnız cinayət təqibini həyata keçirən orqanın şəxsi şahid kimi çağırmaq səlahiyyətini nəzərdə tutmalı idi. Odur ki, həmin maddənin təkmilləşdirilərək aşağıdakı redaksiyada verilməsini təklif edirik: «95.1. İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxslər ibtidai araşdırma zamanı təhqiqatçı, müstəntiq və ya prokuror, məhkəmə baxışı zamanı ittiham və müdafiə tərəflərindən çağırılıb şahid qismində dindirilə bilər»;



2. Fikrimizcə, AR CPM-in 95.2.3-cü maddəsində bəzi təkmilləşdirilmə işləri aparılmalıdır. Həmin maddənin təyinatı şahid qismində çağırılmasına və dindirilməsinə yol verilməyən şəxslərin dairəsinə daxil olan müəyyən kateqoriyalı şəxslərin qruplaşdırılmasıdır. Belə ki, baxılan maddəyə əsasən, «cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər» şahid qismində çağırıla və dindirilə bilməzlər. Göründüyü kimi, maddənin bu hissəsi cinayət prosesində hüquqların və qanuni maraqların təmsil edilməsi institutunun təminatı qismində çıxış edir və digər şəxslərin hüquq və qanuni maraqlarını təmsil edən şəxslərə şahidlik immuniteti verir. Lakin bu zaman sual yaranır: Həmin siyahı qanunvericilikdə həqiqətən müfəssəl şəkildə müəyyən edilmişdirmi? Tərəfimizdən aparılmış kiçik təhlil göstərir ki, yox. Belə ki, əgər həmin maddə işdə nümayəndə kimi çıxış edən şəxsləri şahidlik immuniteti ilə təmin edirsə, cinayət prosesində bütün nümayəndələrə bu immuniteti verməlidir. Çünki cinayət prosesində bir subyektin hüquqlarının təminatı digərindən nə az, nə də əsassız şəkildə çox olmamalıdır (bəzən cinayət prosesinin differensiasiyası müəyyən əlavə təminatlar nəzərdə tuta bilər – məsələn yetkinlik yaşına çatmayanların işləri üzrə). Deməli, şahidlik immuniteti maddədə göstərilmiş şəxslərlə yanaşı işdə iştirak edən şahidin və xüsusi ittihamçının da nümayəndəsinə verilməlidir. Hesab edirik ki, xüsusi ittihamçının nümayəndəsinin bu immunitetdən istifadə etməsinin məqsədəuyğunluğunu əlavə olaraq əsaslandırmağa ehtiyac yoxdur, lakin şahidin nümayəndəsinin belə immunitetə malik olmasının nə kimi faydasının olması sual yarada bilər. Qeyd etmək istərdik ki, təklif etdiyimiz qayda aşağıdakı halda xüsusi daha və yaxud xüsusən əhəmiyyətlidir. Məlumdur ki, istintaq təcrübəsində bəzi hallarda təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs əvvəlcə şahid qismində dindirilir. Bu taktiki mülahizələrlə də bağlı ola bilər (məsələn, şəxs şahid kimi dəvət ediləndə ona ifadə verməkdən imtina etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilə bilər və bu da şəxsi istər-istəməz danışmağa vadar edir), sırf prosessual mülahizələrlə də əlaqəli ola bilər (məsələn, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün tələb olunan ilkin sübutların məcmusunda həmin şəxsin öz ifadəsinin zəruri olması). Bəzən isə heç gözlənilmədən əvvəllər işdə şahid kimi ifadə vermiş şəxsin daha sonradan cinayət təqibinə zərurət yaranır. Eyni zamanda xatırlatmaq istərdik ki, AR CPM-in 19.3-cü maddəsi şahidə nümayəndəyə malik olmaq hüququ verir. Tamamilə aşkardır ki, şahidin dindirilməsi zamanı onun nümayəndəsinə iş üzrə konkret faktlar – xüsusilə şahidin özünü ifşa etməsi ilə aləqədar faktlar məlum ola bilər və o anda həmin nümayəndə müdafiəçi statusuna malik olmadığı üçün AR CPM-in 95.2.2-ci maddəsinin təsiri altına düşmür, AR CPM-in 95.2.3-cü maddəsində isə şahidin nümayəndəsinin adı nəzərdə tutulmadığı üçün, şahidin nümayəndəsi bu maddənin təsirindən də kənarda qalır. Nəticədə şahidin hüquqlarının təminatı üçün işdə iştirak edən nümayəndə daha sonra həmin şəxsin cinayət təqibi zərurəti yarandığı halda təmsil etdiyi şəxsin əleyhinə ifadə verməkdən boyun qaçıra bilmir (3, s. 33; 4, s. 18; 5, s. 17-18).

Əlbəttə, bununla qətiyyən razılaşmaq olmaz, şübhəsiz bu prosessual təminatların məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, AR CPM-in 95.2.3-cü maddəsinin təkmilləşdirilərək aşağıdakı redaksiyada verilməsini təklif edirik: «cinayət prosesində zərər çəkmiş şəxsin, xüsusi ittihamçının, mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər». Qeyd edək ki, tərəfimizdən keçirilmiş rəy sorğusunda iştirak etmiş respondentlərdən əksəriyyəti – hakimlərin 70 %-i, müstəntiqlərin 55 %-i, vəkillərin 85 %-i irəli sürdüyümüz fikri dəstəkləmişdir;

3. Hesab edirik ki, AR CPM-in 95-ci maddəsində şahidlik immuniteti ilə aləqədar məsələ öz həllini tam şəkildə tapmamışdır. Belə ki, həm cinayət-prosessual hüquq doktrinasından (2, s. 132), həm də qüvvədə olan qanunvericiliklən məlumdur ki, cinayət mühakimə icraatında bəzi şəxslərin şahid qismində dindirilməsinə yalnız onların razılığı ilə yol verilir və belə razılığın olmadığı hallarda həmin şəxslərin şahid kimi çağırılması və dindirilməsi yolverilməzdir. Belə ki, AR CPM-in 440-cı maddəsinə əsasən CPM-in 437.0.1-437.0.4, 437.0.6-437.0.8-ci maddələrində sadalanmış şəxslər şahid və zərərçəkmiş şəxs qismində ifadə verməyə bilərlər, belə ifadələri verməyə razı olduqları hallarda isə bundan ötrü müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yanına və məhkəməyə gəlməyərək yazılı şəkildə təqdim edə bilərlər. Eləcə də, «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 17 may 1996-cı il tarixli AR Qanununun 13-cü maddəsinə əsasən, Milli Məclisin deputatı deputatlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olmuş hallar haqqında şahid qismində ifadə verməkdən imtina edə bilər. Fikrimizcə, bu halların AR CPM-in 95-ci maddəsində öz əksini tapması həmin maddənin daha da tamamlanmasına xidmət edərdi, odur ki, AR CPM-in 95-ci maddəsinə aşağıdakı redaksiyada yeni bəndin əlavə edilməsini təklif edirik: «95.2.5. Bu Məcəllənin 440-cı maddəsində nəzərdə tutulmuş şəxslər iş üzrə xəbərdar olduqları hallar barədə, Azərbaycan Respublikası Milli Məclisinin deputatları deputatlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı onlara məlum olmuş hallar barədə ifadə verməyə razılıq vermədikdə»;

4. Şahidin hüquqları ilə əlaqədar AR CPM-in 95-ci maddəsinin öyrənilməsi zamanı tərəfimizdən daha bir normanın natamamlığı aşkar edilmişdir. Belə ki, AR CPM-in 95.6.1-ci maddəsinə əsasən, şahidə hansı cinayət işi (tünd rənglə qeyd etmə – bizimdir) üzrə çağırıldığını bilmək hüququ verilmişdir. Məlumdur ki, AR CPM-də «cinayət işi» kateqoriyası izah edilmişdir və 7.0.6-cı maddəyə əsasən, cinayət işi – törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur. Göründüyü kimi, məcəllə «cinayət işi» anlayışını bütünlükdə cinayət-prosessual icraatla eyniləşdirmir, ondan daha dar və maddi mənada – materialların məcmusu kimi istifadə edir, onu 7.0.7-ci maddədə «məhkəməyədək sadələşdirilmiş icraat materiallarından», «xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarından» və «xüsusi icraat üzrə cinayət təqibinin həyata keçirilməsi üzrə toplanan materillardan» fərqləndirir. Son üç material növü «cinayət təqibi ilə bağlı digər materiallar» kimi ümumiləşdirilmiş kateqoriya ilə ifadə edilir. Bu zaman AR CPM-in 95.6.1-ci maddəsinin şərhi zamanı sual yaranır: Şahid yalnız cinayət işləri üzrə icraat zamanı hansı iş üzrə çağırıldığını bilməkdə haqlıdır, yoxsa o, cinayət təqibi üzrə digər icraat növləri zamanı da şahid kimi çağırılarkən hansı iş üzrə ifadə verdiyini bilməlidir. Şübhəsiz ki, şahid hər bir icraat növündə geniş mənada hansı iş üzrə (yəni həm cinayət işi, həm də digər materiallar) ifadə verdiyini bilməlidir. Bundan başqa, «hansı iş üzrə çağırıldığını bilmək» formasında norma quruluşu hüququ tətbiq edən subyekt tərəfindən həm dar, həm də geniş mənada şərh edilə bilər. Məsələn, məlumdur ki, cinayət işlərinə nömrələr verilir və əgər müstəntiq şahidə yalnız cinayət işinin nömrəsini bildirirsə, formal olaraq şahidin hansı cinayət işi üzrə çağırıldığını ona bildirmiş olur, lakin faktiki olaraq isə, şahidə heç bir məlumat vermir, eləcə də, normanın bu cür quruluşunda müstəntiq şahidə yalnız cinayət işinin kimin barəsində başlandığını, CM-in müvafiq maddələrini göstərmədən və ya işin hansı fakt üzrə başlandığını, kimin barəsində başlanmasını bildirmədən şahidə deyərsə, yenə də formal olaraq şahidə hansı iş üzrə çağırıldığını bildirmiş olur. Hesab edirik ki, şahidin konkret olaraq kimin və hansı əmələ görə təqib edilməsi üzrə ifadə verdiyini bilməyə mənəvi haqqı vardır. Əgər artıq iş üzrə şübhəli və ya təqsirləndirilən şəxs məlumdursa, yəni iş üzrə icraat fakt üzrə deyil, şəxs barəsində aparılırsa, şahidin bunu bilməyə haqqı var. Odur ki, AR CPM-in 95.6.1-ci maddəsinin aşağıdakı redaksiyada verilməsini daha məqsədəuyğun hesab edirik: «95.6.1. hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı material üzrə, hansı hadisə ilə əlaqədar və kimin təbiq edilməsi ilə bağlı çağırıldığını bilmək».

Qeyd edək ki, tərəfimizdən irəli sürülmüş bu təklifin məqsədəuyğunluğu təcrübi işçilər arasında keçirilmiş sorğu nəticələrindən də bəlli olur, belə ki, respondentlərin böyük hissəsi – hakimlərin 95 %-i, müstəntiqlərin 60 %-i , vəkillərin 90 %-i ifadə vermək üçün çağırılmış şahidə tam həcmdə – şübhənin və ya ittihamın tam məzmunu daxil olmaqla, hansı hadisə və kimin təqib edilməsi ilə əlaqədar çağırılmaları barədə məlumat verilməsini məqsədəuyğun hesab etmişlər.

1   ...   28   29   30   31   32   33   34   35   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə