Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə26/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

Ключевые слова: активная и пассивная эвтаназия, паллиативная служба, достоинство и права человека, эвтаназийный туризм, убийство-самоубийство, легализация эвтаназии.

Список использованной литературы
1. Bioetika, tibbi hüquq вə yeni texnologiyalar. //AR-nın müstəqilliyinin 20 illiyinə həsr olunmuş toplu. AMEA İnsan Hüquqları İnstitutu. Bakı, 2011, 251s.

2. Bioetika: sənədlər, terminlər. AMEA İnsan Hüquqları İnstitutunun materiallar toplusu. Bakı: Elm, 2009, 336s.

3. Mustafayeвa A., Məmmədoв V., Əhmədoв İ. Bioetika məsələləri hüquqi qanunlar konteksində. // Özünüzü вə dünyanı dərketmə yolunda AMEA İnsan Hüquqları İnstitutunun elmi məqalələr toplusu. Bakı: Elm вə təhsil, 2011, 6-14 s.

4. Алекперова Дж., Абасов Н. Правила смерти (интервью с В.Мамедовым). //Эхо, 29.09.2012.

5. Алиева М. Мы выбираем жизнь. Баку: Абилов, Зейналов и сыновья, 2005, 63с.

6. Алиева М. Эвтаназия и проблемы гуманности в медицине. Баку: Абилов, Зейналов и сыновья, 2004, 152с.

7. Алиева М. Эвтаназия как морально-правовая проблема. //Вестник Бакинского университета.Сер. социально-политических наук, 2005, № 1.

8. Аль-Бенна А. Т.17, с.155. Гл.№49, хадис №43.

9. Бородавкин С. Гуманизм в культуре и культура в гуманизме. //Вопросы философии, 2004, №5.

10. Дубровский Д. Смысл смерти и достоинство личности //Философские науки, 1990, № 5.

11. Иванюшкин В., Дубова Е. Правовые и этические аспекты эвтаназии. //Вестник АМН СССР, 1984, № 6.

12. Ивченко О. Некоторые проблемы уголовной ответственности за эвтаназию. // Сборник научных статей ИПК РК ГК РФ. М., 2001.

13. Каландарли Н. Проблемы биоэтики в свете законодательства: международный и национальный опыт. //Сборник материалов XVII Республиканской научной конференции докторантов и молодых ученых, Баку, 2012.

14. Каландарли Н. Права пациентов в контексте биоэтических проблем. //Материалы Международной и межотраслевой научной конференции «Проблемы и риски современной российской модернизации: концептуальное осмысление и практика реализации», проведенной НИИ истории, экономики и права 22-24 октября 2012.

15. Каландарли Н. Проблемы биоэтики в свете азербайджанского законодательства. //Сборник материалов Республиканской научной конференции докторантов и молодых ученых, Баку, 2012.

16. Капинус О. Эвтаназия как социально-правовое явление. Реферат. М., 2006.

17. Мамедов В. Биоэтика тесно связана с правами человека. //Интервью «Эхо», 21.07.2012.

18. Мамедов В., Каландарли Н. Legal support of вaccination as an indispensable condition for obserвance of bioethical norms. //Материалы 8-й Международной конференции ООН «Биоэтическое образование: содержание, методы, направления». Израиль, 2–5 сентября 2012.

19. Методические рекомендации по организации паллиативной помощи в Российской Федерации. 22.09.2008, №7189-РХ.

20. Миллард Д. Проблема эвтаназии. //Социальная и клиническая психиатрия. 1996, № 4.

21. Роганов С. Смерть человека: парадоксы смертного существования. Реферат. М., 2007.

22. Силуянова И. О феномене христианской биоэтики. //Материалы IV Национального конгресса Украины по биоэтике, 20–23 сентября 2010, 54с.

23. Фаис-Леутская О. Институт Са Аккабадора в Сардинии. //Этнографическое обозрение, 2004, №1.

24. Элен П. Освенцим и теология. //Вопросы философии, 2001, №4.

25. Яровинский М. Хорошая смерть. //Медицинская помощь, 1996, № 9.

26. Andrew Chen. 2002. The Ethics of Nanotechnology. www.whatis.com

27. Charlesworth M.J. Life, death, genes and ethics: Biotechnology and Bioethics. Maryborough: ABC Enterprises, 1989, р.60.

28. Engelhardt H.Tr., Jr. Foundation on Bioehtics. 2nd ed. New York. 1996.

29. Gay-Williams J. The Wrongfulness of Euthanasia. // Euthanasia: the moral issues. Edites by Robert M. Baird, Stuart E. Rosenbaum. New York: Prometheus Books. 1989, р.99.

30. Hitchcock J. Respect for Life and the Health Care Professions: A Historical Surвey. //Human Life and Health Care Ethics. Ed. by J.Bopp Jr. Vol.2. Uniвersity Publications of America. 1985, p.44.

31. Hursthouse R. Applying Virtue Ethics. // Virtue and Reasons: Philippa Foot and Moral Theory Essays in Honour of Philippa Foot. Ed. by Philippa Foot, Rosalind Hursthouse, Gaвin Lawrence and others. Oxford, Clarendon Press. 1995, p.61.

32. Johnstone M.-J. Bioethics: A Nursing Perspectiвe, Harcourt Saunders. 1999, p.319.

33. Muller H.J. Means and Aims of Human Genetic Betterment. In Ethical Issues in Modern Medicine. Ed. by R.Hunt and J.Arras. California. 1977, p.60.

34. National Nanotechnology Initiatiвe. 03.03.2002. www.nano.goв

35. Tooley M. An Irreleвant Consideration: Killing Versus Letting Die. // Killing Versus Letting Die. Ed. By Bonnie Steinbock and Alastair Norcross. New York. Fordham Uniвersity Press. 2002, р.107.

36. Tyndale J.W. The Island of Sardinia, including pictures of the manners and customs of the Sardinians. Vol. II. London, 1849, p.124-125.


Vüqar Məmmədov, Nigar Kələndərlи
evtanazиya ya da «öz иstəyи иlə» ölüm
Xülasə
Məqalədə evtanaziyanın mənəvi-əxlaqi və hüquqi məsələləri nəzərdən keçirilir, onun anlayışı və növləri, “lehinə” və “əleyhinə” olan arqumentlər verilir. Könüllü gediş və ya həyat üçün mübarizə fəlsəfi dilemmanın həlli istiqamətində cəhdlər edilmiş, beynəlxalq mənbələr və xaricdəki vəziyyət təhlil edilmiş, peşəkar həkim (tibbi) və hüquqşünas icmalarının məsələyə münasibəti araşdırılmışdır.
Açar sözlər: aktiv və passiv evtanaziya, palliativ xidmət, ləyaqət və insan hüquqları, evtanaziyalı turizm, qətl-intihar, evtanaziyanın leqallaşdırılması.

Vugar Mammadov, Nigyar Kalandarli
euthanasia or death «at ones own request»
Summary
The article considers moral and legal issues of euthanasia, gives its definition and types, the arguments “for” and “against”. Attempts of solution of the philosophical dilemma are undertaken – voluntary leaving or the struggle for life, international sources and situation abroad are analyzed, an attitude to a problem of professional community of medical man and jurists are investigated.
Keywords: active and passive euthanasia, palliative service, dignity and human rights, euthanasia tourism, murdering-suicide, legalization of euthanasia.
UOT 342.92
Nərmin Baxşıyeva

AMEA FSHİ, hüquq ü. f.d., doktorant
Azərbaycan Respublиkasında иnzиbatи məhkəmə

иcraatının ümumи xarakterиstиkası
Azərbaycan Respublikasında formalaşmaqda olan hüquqi dövlətin sistemi və fəaliyyəti yüksək səviyyədə təşkil olunmuş məhkəmə haki­miyyəti ilə bağlıdır. Məhz hüquqi dövlət quruculuğunda ixtisas­laşdırılmış ədalət mühakiməsi vasitəsilə həyata keçirilən məhkəmə hakimiyyəti ən mühüm yerlərdən birini tutur. Azərbaycan Respublikasında İnzibati məhkəmə icraatı yaradılmış məhkəmə sistemindən asılı olaraq ümumi məhkəmələr və ya ixtisaslaşdırılmış inzibati məhkəmələr tərəfindən həyata keçirilir. İnzibati orqanlar tərəfindən vətəndaşların pozulmuş hüquq və azadlıq­la­rını müdafiə edən mühüm hüquq institutu olan inzibati məhkəmə icraatı müasir hüquqi dövlətin məzmunu və prinsipləri ilə sıx surətdə bağlıdır.

Azərbaycan Respublikasında inzibati məhkəmə­lərin yara­dılması məhkəmə sistemində həyata keçirilən irimiqyaslı islahatların məntiqi nəticəsi ol­du. 30 iyun 2009-cu ildə qəbul edilərək 2011-ci il yan­varın 1-dən qüv­vəyə minmiş Azərbaycan Respublikasının İnzi­bati Prosessual Məcəlləsi (2) inzibati hü­quq münasi­bətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, baxılmasının prinsip­ və qay­da­­larını müəyyən etdi və həmin vaxtdan etibarən artıq inzibati məhkəmə icraatı ixtisaslaşdırılmış məhkə­mələrdə inzibati prosessual qanunvericiliyə uyğun qaydada həyata keçirilir. İnzi­bati Prosessual Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəa­larının da tətbiq olunmasına yol verilir. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi bütün məhkəmə sisteminin, o cümlədən də inzibati məhkəmələrin prio­ritet məqsəd və vəzifəsi, məhkəmə islahatlarının istiqamətini müəyyən­ləş­dirəcək əsas motiv kimi çıxış edir.

Hüquq ədəbiyyatında inzibati aktlar üzərində həyata keçirilən məhkəmə nəzarəti inzibati ədliyyə, çox vaxt isə inzibati işlər üzrə ədalət mühakiməsi adlandırılır (17, s.190). İnzibati ədliyyə isə inzibati orqanların və onların vəzifəli şəxslərinin vətəndaşlara münasibətdə həyata keçirtdikləri fəaliyyət üzərində kənar nəzarət sistemidir (3, s.78).

Ümumiyyətlə, hələ XX əsrin ortalarında Qərbi Avropa ölkələrində inzibati məhkəmə sistemlərinin yaradılması inzibati hüququn pozitiv inkişafı prosesində mühüm rol oynamışdır. Lakin, qeyd etdiyimiz kimi, Sovet dövründə inzibati məhkəmə icraatına, inzibati prosessual qanunvericiliyin formalaş­dırılması məsələsinə lazımi diqqət yetirilməmişdir. Hüquqşünaslar bu institutun ayrı-ayrı cəhətlərini təd­qiq etsələr də, onun inkişaf tarixi boyu tamamilə ziddiyyətli nəzəri fikirlər biri-birini izləmişdir. Belə ki, 1925-ci ildə “bu institut sovet hüququna yaddır” (14, s. 83), 1947-ci ildə “sovet hüququnda inzibati iddia ola bilməz” (9, s. 8), 1970-ci ildə “sovet hüququnda inzibati ədliyyə mövcud­durmu?” (13, s. 110-114) kimi fikirlər səslə­nirdi. Bəzi mütəxəssislər isə inzibati işlər üzrə məh­kəmə icraatının differensiyasiyasının zəruriliyi barədə ideya ilə çıxış edirdilər (10, s. 13-14). Artıq 1988-ci ildə “inzibati məhkəmə lazımdır” (11, s. 25-26) kimi tamamilə fərqli iddia irəli sürüldü.

Sovet nəzəriyyəçiləri əsassız olaraq vəzifəli şəxsin hərəkətindən şikayət hüququnu da siyasi hüquqlara aid edirdilər (15, s. 99). Hüquq ədəbiyyatlarında göstərilirdi ki, bu hüquq xidmət etdiyi məqsəddən və vətəndaşın marağından asılı olaraq ya şəxsi, ya da siyasi hüquqlara aid edilə bilər. Qeyd olunurdu ki, bu hüquqdan dövlət orqanlarının səhv iş təcrübəsindən şikayət etmək və ya onların fəaliyyətinin yaxşılaşdırılmasına dair təkliflər təqdim olunması üçün istifadə olunduğu təqdirdə o, vətəndaşların siyasi prosesdə iştirak vasitəsi kimi çıxış edə bilər (6, s.144).

Azərbaycan Respublikası Konstitusiyasının 60.2-ci maddəsi hər kəsin dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət imkanını təsbit etmişdir (1, s. 43). Bununla bağlı olaraq artıq inzibati məhkəmə icraatı qanunvericilikdə təs­bitini tapmış, onun prinsipləri və prosedur qaydaları müəyyən olunmuşdur. İxtisaslaş­dırıl­mış məhkəmələr formalaşdırılmışdır. Belə bir şəraitdə inzibati məhkəmə icra­atı institutu elmi tədqiqata ehtiyacı olan aktual problemlərdən biri ki­mi çıxış edir. Onun tədqiqi vasitəsilə inzibati məhkəmə icraatının nəzəri konsepsiyasının işlənib hazırlanması üçün əsaslı elmi töhfələrin irəli sürülməsinə nail olmaq olar.

Hüquqi dövlətdə məhz inzibati məhkəmə icraatı vasitəsilə inzibati aktların qanuniliyinə nəzarət həyata keçirilir. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qanunda “inzibati məhkəmə icraatı”anlayışı ilə ifadə olunmuşdur ki, bununla da inzibati xətalara dair işlər üzrə icraat bu anlayışın əhatə dairəsindən kənarda qalmışdır. İnzibati məhkəmə icraatı inzibati hüquqi mübahisələr əsasında məhkəmədə qaldırılır və müvafiq işin baxılıb həll edilməsi ilə sona çatır. İnzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

İnzibati məhkəmə icraatının inzibati-iqtisadi məhkəmələr tərəfindən həyata keçirilməsi ixtisaslaşma baxımından da mühüm əhəmiyyət daşıyır. Belə ki, ümumi məhkəmələrdə mövcud iş yükü sırasında digər sahələrdə yaranan hüquqi mübahisələrin növlərindən biri kimi inzibati mübahisələrə baxılması lazımi səmərəni təmin edə bilməz. İnzibati aktlar məzmun baxımından elə bir geniş sahəni və fərqli hüquqi sahələri əhatə edir ki, onların düzgün həlli hakimin bu aktların mahiyyət və məzmunu, prosessual xüsusiy­yətləri barədə dolğun təcrübi bilik­lərə də malik olmasını, ixtisaslaşmasını tələb edir. Hətta bu səbəbdən bəzi ölkələrdə inzibati məh­kəmə hakimləri inzibati orqanlarda təcrübəsi olan şəxslərdən təyin olunur. Qeyd etmək lazımdır ki, respublikamızdan fərqli olaraq heç də bütün dövlət­lərdə inzibati məhkəmə icraatını həyata keçirən hakimlər üçün hüquq təhsilinə ma­lik olmaq tələb olunmur. Məsələn, Türkiyədə inzibati məhkəmələrin hakimlərinin ali hüquq təhsilli olması tələb olunmur. Burada inzibati məhkəmə hakimlərinin 76%-i hüquq təhsi­linə malik deyillər (7, s. 23). Hesab edirik ki, bu inzibati məhkəmə icraatının səmərəsini əngəlləyən obyektiv maneələrdəndir. Belə ki, hüquq təhsili olmayan şəxsin səmərəli məhkəmə icraatını həyata keçirməsi, hüquqi aktları düzgün dəyərləndirməsi real deyildir. Hüquqşünaslar arasında da bu hal mübahisə doğuran məsələlərdən biridir. Ədəbiyyatda göstərilir ki, inzibati məhkəmə hakimlərinə qarşı hüquq təhsilinə malik olmaq tələbinin mövcud olmaması onların fəaliyyətini şübhə altına salır (5, s.51). Ən azından iş dövründə hakimlərin hüquq təhsili alması təmin olunmalıdır (7, s. 26).

İnzibati məhkəmə icraatında iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər iştirak edirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hü­quq münasi­bətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, məhkə­mədə həlli­nin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:


  • şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın müba­hisələn­dirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqın­da iddia);

  • inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);

  • inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

  • inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilava­sitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə­yə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);

  • inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);

  • Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauy­ğunlu­ğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);

  • inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsin­də vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;

  • bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (2).

Fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr inzibati məhkəmə icraatında iştirak edə bilərlər (2, s. 25).

Hüquqi dövlətdə vətəndaşları inzibati orqanların qanunsuz aktlarından, hərə­kət­sizliyindən, qanunsuz müdaxiləsindən müdafiə edən, mühüm hüquq institutu olan inzibati məhkəmə icraatını səciyyə­ləndirən ümumi cəhətlər aşağıdakılardır:



  • inzibati hüquqi mübahisənin mövcudluğu;

  • inzibati hüquqi mübahisənin ixtisaslaşdırılmış məhkəmələrdə baxılması;

  • inzibati məhkəmə icraatının iddia ərizəsi vasitəsilə qaldırılması;

  • inzibati məhkəmə icraatının əsas məqsədinin vətəndaşların subyektiv hü­quq­ və azadlıqlarının hüquqi cəhətdən müdafiəsinə yönəl­məsi;

  • inzibati məhkəmə icraatının inzibati prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi və s.

Müasir dövrdə inzibati məhkəmə icraatı institutunun səmərəli işindən ümumi hüququ xarakterli münasibətlərin məhkəmə müdafiəsinin nə dərəcədə uğurlu olma­sı aslıdır. Buna görə də bu problemin çoxtərəfli aspektləri ətraflı öyrənil­məlidir. Be­lə məsələlərdən biri də inzibati məhkəmə icraatının hüquq insti­tu­tu kimi müəy­yən­ləş­dirilməsi, onun təsnifat meyarlarının və xüsusiyyətlərinin dəqiqləş­dirilmə­sidir.

Bütövlükdə hüquq ədəbiyyatında inzibati məhkəmə icraatının anlayışı və məzmunu barədə alimlərin fikirləri üst-üstə düşmür. Bu institutun tədqiqində A.Abdullayev, E.­Ab­dul­­layev, J. Breban, J. Vedel, R.Draqo, Y.A.Tixomirov, M.S. Studenikina, Y.N.Stariov, Q.V.Ata­man­çuk, D.N.Baxrax, L.V.Boytsova, A.A.Dyomin və başqalarının mühüm əmə­yi ol­muşdur. Müəlliflərdən E.Abdullayevin və E.İ.Ab­dullayevin fikrincə, inzibati məhkəmə icraatı vətəndaşların dövlətin və ümu­mi hüququn digər sübyektlərinin hakimiy­yət səlahiyyətlərindən hüquqi müdafiə vasitəsi kimi çıxış etməklə yanaşı, bununla məhdud­laşmayaraq həm də qeyri-konstitusion hüquqi xarakterli bütün ümumi hüquqi mübahisələrin digər məhkəmələrin aidiyyatında olmadığı halda inzibati məhkəmədə baxılmasını ehtiva edir (8, s. 379).

Y.A.Tixomirov hesab edir ki, inzibati məhkəmə icraatı məhkəmələrin inzibati xətalara dair işlərin baxıl­ma­sında iştirakı və qəbul olunmuş aktların qanuniliyinin yoxlanıl­masına müna­sibətdə həyata keçirdiyi nəzarət funksiyasıdır. Müəllifin fikrincə, həm ümumi, həm də arbitraj məhkəmələrinin inzibati mübahisələr üzrə həyata keçirdikləri məhkəmə icraatı, həm də inzibati məhkəmələrin inzibati mübahisələr üzrə həyata keçirdikləri icraat inzibati məhkəmə icraatıdır (20, s.785).

Həmçinin, M.S.Studenikina inzibati məhkəmə icraatına məhkəmələrdə icra hakimiy­yə­ti orqanlarının və onların vəzifəli şəxslərinin aktlarının qanuniliyinə nəzarət funk­siyasının həyata keçirilməsini, həm də inzibati xətalara dair işlərə baxılmasını aid edir (19, s.177).

A.F.Nozdraçyov və A.K.Salavyova isə inzibati məhkəmə icraatına vətən­daşların və hüquqi şəxslərin ümumi hakimiyyət orqanları ilə, o cümlədən, dövlət idarəetmə orqanları ilə mübahisələrinin baxılıb həll edilməsinin məhkəmə-prosessual qaydası kimi anlayış verirlər. Y.A.Tixomirovdan və M.S.Studenikinadan fərqli olaraq onlar inzibati xətalara dair işlərə baxılarkən inzibati məhkəmə icraatının mövcud olmadığını xüsusilə vurğulayırlar.

Beləliklə, müasir dövrdə də alimlər arasında “inzibati məhkəmə icraatı”, “inzibati proses” və “inzibati ədliyyə” anlayışları barəsində də fikir ayrılığı davam etməkdədir (18, s.35-38; 16, s.152; 21 və s.).

İnzibati məhkəmə icraatına anlayış verməzdən ilk öncə göstərmək lazımdır ki, məhkəmədə qaldırılması vasitəsi iddia, iddianın predmeti isə inzibati aktlardır. İnzibati aktlarla əlaqədar məhkəmədə qaldırılan iddialar mahiyyətinə görə inzibati mübahisədir. Qeyd edək ki, hüquqi münaqişənin növlərindən olan inzibati mübahisənin tədqiqinə də bir çox elmi əsərlər həsr olunmuşdur (12, s. 68-79).

Bu iddialar məzmunundan asılı olaraq mübahisələndirmə haqqında iddialara, məcburetmə haqqında iddialara, öhdəliyin icrası haqqında iddialara, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialara, müəyyən etmə və ya tanınma haqqında iddialara, qanunauyğunluq haqqında iddialara, kompensasiyanın ödənilməsi tələbinə dair iddialara və bələdiyyələrə qarşı iddialara ayrılır.

Azərbaycan Respublikası qanunvericiliyi əsasında inzibati məhkəmə icraatının əsas funksiyaları kimi aşağıdakılar fərqləndirilə bilər:

- inzibati hüquqi mübahisələrin həll edilməsi funksiyası;

- həvaləedici funksiya;

- çəkindirmə funksiysı;

- müdafiə funksiyası;

- müəyyənləşdirici funksiya;

- yoxlama-nəzarət funksiyası;

- aktların qanunauyğunluğunun yoxlanılması funksiyası və s.

Beləliklə, aparılmış tədqiqatlar aşağıdakı nəticələrə gəlməyə imkan verir:

1. İnzibati icraatın mühüm məsələlərinin qanunda öz əksini tapması, onun təsnifat meyarlarının, xüsusiyyətlərinin hüquqi təsbiti Azərbaycan Respublikasında demokratik hüquqi təsisat olan inzibati icraatın daha da təkmilləşməsinə səbəb ola bilər. Bunun üçün isə hesab edirik ki, ilk növbədə inzibati məhkəmə icraatının nəzəri konsepsiyası işlənib hazırlan­malı və onun müvafiq icra mexanizminin formalaşdırılması üçün əsaslı elmi müddəalar irəli sürülməklə praktikada tətbiq edilməlidir.

2. İnzibati məhkəmə icraatı icraatına bu cür tərif vermək olar: “İnzibati məhkəmə icraatı öz mahiyyəti etibarilə vətəndaşların hü­quq və azadlıqlarının inzibati orqanların hərəkətlərindən və hərəkətsizliyindən məhkəmə qaydasında müdafiəsinə yönələn, inzi­bati hüquqi mübahisənin məhkə­mədə qaldırılması ilə başlayan, inzibati prosessual qanunvericiliklə müəyyən olun­muş prosedur qaydalar çərçivəsində həyata keçirilən icraat növüdür”.
Açar sözlər: dövlət, vətəndaş, məcəllə, orqan, məhkəmə.
İstifadə olunmuş ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2011.

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. Bakı: Qanun, 2011.

3. Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı: Əzizoğlu, 2009.

4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2011.

5. Güran, S.-Erkut, C.-Gülan, A. Türk Yargı Sisteminin Etkinligi. Araştırma Projesi. İdari yargının Etkinliği Araşdırma Raporu. İstanbul, 2010.

6. Lazarev V.V. Ümumi hüquq və dövlət nəzəriyyəsi. Dərslik. Bakı: Qanun, 2006.

7. Yıldırım T. İdarı Yargı. 2 Baskı. İstanbul, 2010.

8. Абдуллаев А.А., Абдуллаев Е.И. Административное право: Учебник. Баку, 2007.

9. Абрамов С.Н. В советском праве не может быть административного иска. Социалистическая законность, 1947, № 3.

10. Бахрах Д.Н., Боннер А.Т. Административная юстиция: развитие и проблемы совершенствования. Советское государство и право, 1975, № 8.

11. Дурнев В. Нужен административный суд. Советская юстиция, 1988, № 6.

12. Зеленцов А.Б. Административно-правовой спор (теоретико-методологические подходы к исследованию). Правоведение, 2000, № 1.

13. Лория В.А. Существует ли административная юстиция в советском праве?. Правоведение, 1970, № 1.

14. Носов Е. К вопросу о теории советской административной юстиции. Советское право, 1925, №4.

15. Права личности в социалистическом обществе. М., 1981.

16. Скитович В.В. Судебная власть как системное образование. Правоведение, 1997, № 1.

17. Старилов Ю.Н. Административная юстиция. Теория, история, перспективы. М., НОРМА –ИНФРА, 2001.

18. Студеникина М.С. Административная юстиция: какой путь избрать России. Российская юстиция, 1996, № 5.

19. Студеникина М.С. Процессуальные формы осуществления правосудия по административным делам. Судебная реформа в России. М., 2001.

20. Тихомиров Ю.А. Административное судопроизводство в России, перспективы развития. Российская юстиция. 1998, № 8.



21. Фиалковская И.Д. Административная юстиция в области обеспечения прав человека, проблемы теории и правового реагирования. Автореф. дисс. ... канд. юрид. наук. М, 1997.
Нармин Бахшиева
ОБЩАЯ ХАРАКТЕРИСТИКА АДМИНИСТРАТИВНОГО

СУДОПРОИЗВОДСТВА В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ
Резюме
В статье анализируются характерные особенности административного судопроизводства, находящиеся в настоящее время в стадии формирования. Автор рассматривает административную юстицию, эффективность исков, рассматриваемых в рамках данного производства, функции административного судопроизводства и круг теоретических концепций в целом. Исследователь характеризует административное судопроизводство как разновидность судопроизводства, осуществляемого в рамках правил административной процедуры и направленного на защиту прав и свобод граждан на действие и бездействие административных органов в судебном порядке.
Ключевые слова: государство, гражданин, кодекс, орган, суд.
1   ...   22   23   24   25   26   27   28   29   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə