Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə21/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

Açar sözlər: dialoq, əməkdaşlıq, sivilizasiya, konsensus, mədəniyyət.
İstifadə olunmuş ədəbiyyat
1. Киселев С.Г. Основной инстинкт цивилизаций и геополитические вызовы России. М., Известия, 2002.

2. История современной зарубежной философии: компаративистский подход. СПб,1997.

3. Кваша Г., Курдлянский В. Рождение и гибель цивилизаций. М., 2004.

4. İsmayılov F. Seçilmiş əsərləri. VI cilddə. II c. (II kitab).

5. Хантингтон С. Столкновение цивилизаций. М., 2006.

6. Ясперс К. Смысл и назначение времени. М., 1991.


Шолет Зейналов
Современная западная философия и проблема

Диалога и сотрудничества цивилизаций
Резюме
Статья посвящена одной из актуальных проблем современной социальной мысли. В ходе исследования автором данной проблемы выявлен огромный фактический материал, который ждет разработки. В статье подвергнуты анализу взгляды О.Шпенглера, А.Тойнби, К.Ясперса и других ученых, которые считали необходимым решение проблем путем диалога и сотрудничества между представителями различных цивилизаций. Они были убеждены в том, что решение соответствующих проблем в любом случае имеет положительный смысл, отказ же от него имел бы катастрофический характер.
Ключевые слова: диалог, сотрудничество, цивилизация, консенсус, культура.
Sholat Zeynalov
Modern Western Philosophy and the problem of

dialogue and cooperation of civilizations
Summary
The article is devoted to one of the most actual problems of the modern social thought. In the process of studying this problem the author has exposed the huge factual material, which waits for elaboration. In the article there are analyzed O.Spengler, Toynbee, Karl Jaspers and others` views who considered essential solving the problem concerning the dialogue and cooperation among the different civilizations. They were convinced that the solution of the problems involved has a positive meaning, in any case, but its abandonment would have been catastrophic due to the author.
Keywords: dialogue, collaboration, civilization, consensus, culture.

HÜQUQ BÖLMƏSİ
UOT 34.001
Habil Qurbanov

AMEA FSHİ, şöbə müdiri,

hüquq ü.e.d., professor
Azərbaycanda hüquq elmиnиn və tədrиsиnиn

иnkиşafı üzrə bəzи mülahиzələr
Respublikamızda elmi araşdırmaların həyata keçirilməsinin zəngin ənənələri vardır. Dünya elm tarixinə tanınmış şəxsiyyətlər bəxş etmiş Azərbaycanda bütün dövrlərdə elm özünün yüksək səviyyəsi ilə seçilmişdir.

XX əsrin birinci yarısında ölkəmizdə təhsilin və elmin inkişafının məntiqi yekunu kimi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunmuş və digər elm sahələrində olduğu kimi hüquq elmi sahə­sində də araşdırmalar sistemli xarakter almışdır.

Hal-hazırda ölkəmiz inkişaf tempinin surətinə görə dünyada liderdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elmin və təhsilin inkişafına xüsusi diqqət göstərir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 4 may 2009-cu il tarixli 255 saylı sərəncamı bunun bariz nümunəsidir (1). Bu sərəncamın icrası məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 25 avqust 2009-cu il tarixli 147 saylı sərəncamı ilə hüquqşünas alimlərdən ibarət işçi qrupu yaradılmışdır (3).

AMEA-nın Rəyasət Heyətinin sərəncamında işçi qrupunun qarşısında çoxsaylı və konkret vəzifələr qoyulmuşdur. Onlar aşağıdakılardan ibarətdir:

1. Ölkədə yeni inkişaf yoluna qədəm qoymuş hüquq elmlərinin müxtəlif sahələrinin problem məsələlərinin elmi-nəzəri cəhətdən öyrənilməsi.

2. Mövcud problemlərin hüquqi vasitələrlə aradan qaldırılmasını təmin etmək üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi.

3. Ölkə həyatında və dövlət idarəçiliyində hüquqşünasların və hüquq elminin rolunun artırılması.

4. Mövcud olan qanunların beynəlxalq hüquq normalarına uyğunlaşdırılması.

5. Cəmiyyətdə gedən social, siyasi, iqtisadi və hüquqi proseslərin tənzimlənməsinin mükəmməl həyata keçirilməsini təmin etmək.

Yuxarıda sadalanan vəzifələr ilk öncə Respublika Prezidentinin təsdiq etdiyi “Elmin inkişafı üzrə milli strategiya” və onun əsasında hazırlanmış “Dövlət Proqramı”ndan irəli gəlir.

Bütün bunlar sübut edir ki, müasir dövrdə ölkəmizdə elmin inkişafı dövlət siyasətinin ən vacib prioritetlərindən birinə çevrilərək, hazırda bu sahədə əldə olunan nəticələr beynəlxalq münasibətlərdə mühüm rol oynayır.

Hüquq elmi üzrə tədqiqatların aparılması, onun tədrisi ilə qırılmaz surətdə bağlıdır. Müasir dövrdə hüququn tədrisinin əsas ideyası belə ifadə olunur: hüquqşünas hazırlıqlı, geniş düşüncəli, yaşadığı cəmiyyəti tam mənada başa düşən, həmin cəmiyyəti, onun qaydalarını və problemlərini bilən mütəxəssis olmalıdır. Belə bir mütəxəssis təhsilini başa vurduqdan sonra ixtisası üzrə nəzərdə tutulan istənilən işə başlamağa hazır olmaqla yanaşı, həm də kollektivdə işləmək bacarığı, başqaları ilə qarşılıqlı ünsiyyətə girmək, o cümlədən müxtəlif fikirlər və baxışlarla hesablaşmaq kimi keyfiyyətləri ilə seçilməlidir. Çünki hüquqşünas özünün konkret peşə meyillərindən və seçdiyi tədqiqat sahəsindən asılı olmayaraq müəyyən problemlərin daha tam və dərin dərk etməyə nail olmaq üçün müxtəlif peşə sahibi olan insanlarla bir yerdə işləməyi tələb edən vəziyyətlərə düşür.

Azərbaycanın Boloniya prosesinə qoşulması ilə əlaqədar hüquqi təhsil sisteminin dəyişdirilməsi, tədris planının təkmilləşdirilməsi və hüquqi tədris metodlarına qarşı yeni tələblər yaranır. Fikrimizcə, hüquqi tədqiqatların və hüquq təhsilinin təkmilləşdirilməsi üçün aşağıda göstərilən məsələlərin həyata keçirilməsi məqsədəuyğun olardı:

1. Təşkilati-hüquqi məsələlər

- Azərbaycan Milli Elmlər Akademiyası tərkibində müstəqil Dövlət və Hüquq İnstitutu yaratmaq;

- ölkənin tanınmış hüquqşünas-alimlərindən ibarət dövlət səviyyəsində komissiya yaradaraq onların iştirakı ilə Azərbaycanda hüquq elminin inkişafı və tədrisi üzrə Dövlət Proqramının əsas istiqamətlərini hazırlamaq;

- Azərbaycanda hüquq elminin gələcək inkişafı və Azərbaycan hüquq elminin dünya elmi mühitində layiqincə təmsil edilməsinin təmin edilməsi problemlərinə həsr olunmuş ümumrespublika elmi-təcrübi konfransını təşkil etmək;

- 56.06.01 «Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi» ixtisasının formul tərkibinə «Qədim Şərq hüququ» fənnini əlavə etmək və bu fənnin araşdırma sahəsini işləyib hazırlamaq;

- 56.11.01; 56.12.01; və 56.13.01 ixtisasları üzrə doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurasını yaratmaq.



2. Fundamental və tətbiqi hüquq elmi sahəsində

Hüquq elminin təkmilləşdirilməsi prosesində Azərbaycanda hüququn yaranması və inkişafı tarixi təcrübəsinin öyrənilməsi əsas amillərdən biri olmalıdır. Əsasən dövlət və hüquq tarixi sahəsində araşdırmaları prioritet təşkil edən, həmçinin aşağıda qeyd edilən həll edilməmiş problemləri müstəqil araşdırmağa böyük ehtiyac var:

a) Uzaq Şərqin hüquq mədəniyyəti abidələrinə əsasən hüquqşünaslıq sahəsində «Qədim Şərq Hüququ» yeni elm fənninin işlənib hazırlanması;

b) Manna krallğı, Midiya, Əhmənidlər və Parfiya dövlətinin qanunvericiliyi Azərbaycanın müasir hüququnun əsası kimi;

c) Qədim Azərbaycan hüququnun mənbələrindən biri kimi Avesta (e.ə. X-XIX əsr);

d) Qədim dövrlər və ilkin Orta əsrlər dövründə Azərbaycanda mülki, ailə, cinayət hüququ və prosesinin yaranması;

e) Aquen Kilsəsinin (493 il) qərarları və Azərbaycanda məhkəmə, cinayət və cinayət-prossesual hüququn yaranmasında onun rolu;

f) Sasani məhkəmə toplusu (Min məhkəmə qərarları kitabı - 620 il) və Orta əsrlərin əvvəllərində Azərbaycan hüquq elminin yaranmasında onun rolu;

g) mülki, ailə, cinayət və cinayət-prossesual hüququn Quran kökləri. Quran, sünnə, İcma, Qıyas və onların Orta əsrlərdə Azərbaycanda hüququn yaranması və təkmilləşdirilməsində rolu;

h) Mxitar Qoşun məhkəmə qanunları toplusu, Çingizxanın Böyük Yasası, Qazan-xanın yarlık və fərmanları (XI-XII əsr), Mehmet və Fatihin Qanun-naməsi, Amfis haqqında qanun müddəası, Sultan Səlimin Qanunnaməsi, Şah İsmayıl, Şah Təhmasibin qanun və əmrləri və s., Azərbaycanda Orta əsrlərin çiçəklənmə və son dövrlərində hüquq və hüquqi fıkir yaranmasında onların rolu;

i) Azərbaycanın Sasani imperiyası, Ərəb xilafəti, Səlcuk imperiyası, Atabəylər və Hülakilər dövləti, Cəlairilər, Qaraqoyunlu və Ağqoyunlu dövləti, Səfəvi imperiyası və Çar Rusiyasına daxil olduğu dövrlərdə Atropatena və Qafqaz Albaniyasında hüququn xüsusiyyətləri;

j) Azərbaycanda prokurorluq institutunun yaranmasının əsası kimi Çingizxan qanunvericiliyi və Qazan xanın islahatları;

k) Şirvanşahlar, Səccadilər, Şəddadilər, Salarilər, Rəvvadilər dövlətləri və Şəki dövləti; Bakı, Şamaxı, Quba, Şəki, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Talış, Ərdəbil, Təbriz, Urmiya, Xoy, Maquy, Marağa, Qaradağ, Sarab xanlığı, həmçinin Qazax, Şəmşədil, Areş, İlisu sultanlığının qanunvericiliyi və onların Azərbaycanın gələcək qanunyaradıcılığında rolu;

l) 1864-cü il Çar Rusiyasında məhkəmə islahatı və Azərbaycanda hüquq və ədliyyənin gələcək inkişafında onun rolu;

Bu araşdırmalar nəticəsində alınmış nəticələr aşağıdakıları yerinə yetirməyə imkan verər:

- Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2009-ci il tarixli «Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişafı fondunun yaradılması haqqında» Sərəncamının «ölkənin mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi zərurəti, elmin müxtəlif sahələrində həyata keçirilən araşdırmaların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya elmi səviyyəsində layiqincə təmsil edilməsinin təmin edilməsi haqqında» hissəsini həyata keçirmək;

- Müasir hüququn əcdadı kimi Qədim Yunanıstan və qədim Roma haqqında fikirləri rədd etmək, çünki Azərbaycan alimlərinin ayrı-ayrı araşdırmaları göstərir ki, 20-ci əsrin əvvəllərinə kimi orijinal hesab olunan Qədim Yunan (xüsusən Solon islahatları) və Qədim Roma (Məsələn, 12-ci Cədvəl qanunları, Yustinianm Digestləri) hüququ əslində Qədim Şərq hüquq mədəniyyətinə aiddir və əksər hallarda onlara məxsus hüquq paradiqmalarının yaradıcı resepsiyasıdır;

- Təkamül yolu ilə, tədricən Azərbaycan hüquq elmini yüzilliklər boyu hüququn bir sıra sahələrində hökmranlıq edən xristian ideologiyasından azad etmək, onu mənəvi dəyərlərlə, hüquq mədəniyyəti, ölkəmizin, mentaliteti və dini ilə uyğunlaşdırmaq;

- dünya elmi, o cümlədən hüquq elmi sahəsində yeni tədris fənninin yaradıcısı kimi yer tutmaq.

3. Qanunyaradıcılığı sahəsində

- qanunvericilik elmi tədqiqat İnstitutunu yaratmaq;

- «Normativ hüquqi aktlar haqqında» Qanunun icrasıni təmin etmək məqsədilə, qanun layihələrinin mütləq ilkin elmi ekspertizası hissəsində təşkilati və hüquqi mexanizmləri işləyib hazırlamaq;

- qanun layihələrinin ilkin elmi ekspertizasının keçirilməsi üçün Milli Məclis aparatında alim-ekspertlərin müstəqil qrupunu yaratmaq.



4. Elmi kadrların hazırlığı sahəsində

- Azərbycanda hüquq elminin inkişafı üzrə koordinasiya mərkəzini yaradaraq, onun tərkibində hüququn ayrı-ayrı sahələri üzrə ekspert qruplarını formalaşdırmaq. Həmçinin hüququn bu və ya digər sahələri üzrə inkişaf konsepsiyası və müvafiq elmi ixtisaslar üzrə dissertasiyalar çərçivəsində müstəqil araşdırmalar tələb edən aktual mövzuların nümunəvi siyahısının əsas istiqamətlərinin işlənib hazırlanması üzrə funksiyaları bu qrupun üzərinə qoymaq;

- hüququn müxtəlif sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının mövzusu qismində tövsiyə edilə bilən mövcud mövzuların siyahısını nəzərdən keçirmək;

- hüquq üzrə fəlsəfə doktorları sırasından elmi rəhbərliyə aparıcı mütəxəssislərin təyin edilməsi yolunda təşkilati baryerləri aradan qaldırmaq;

- ildə bir dəfədən az olmayaraq hüquq elminin müxtəlif sahələri üzrə respublika elmi-praktiki seminarları keçirmək.

5. Hüquq təhsili sahəsində

- Təhsil Nazirliyinin ali hüquq təhsili sahəsində tədris fənnlərinin siyahısını yeniləşdirməklə, həmçinin məhkəmə hakimiyyəti, prokuror nəzarəti, hüquq-mühafizə orqanları, vəkillik və s. kimi nümunəvi tədris planını yenidən nəzərdən keçirmək;

- ölkədə hüquqi təhsilin təkmilləşdirilməsi prosesinin koordinasiyası, hüququn müxtəlif sahələri üzrə tədris proqramlarının unifikasiyası, təcrübə mübadiləsi məqsədilə, respublikanın hüquq tədris müəssisələri rəhbərlərinin şurasını yaratmaq;

- tədris prosesinin ilkin mərhələsində tələbələrin (dinləyicilərin) daha dərin ixtisaslaşmasını ke­çirmək. Məsələn, beynəlxalq və diplomatik hüquq, sivil və fiskal hüquq, məhkəmə və ədliyyə, vəkillik və hüquq-mühafizə orqanları, prokurorluq və ilkin araşdırma, notariat və qeydiyyat, penitensiar fəaliyyət və s.;

- müəllimlərə və elmi yaradıcılıqla məşğul olanlara mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdən, təşkilatlardan və şirkətlərdən informasiya almaq imkanı yaradılmalıdır;

- istedadlı tələbə-hüquqşünasların aşkar edilməsi və elmi araşdırmalara cəlb edilməsi məqsədilə hüququn müxtəlif sahələri üzrə müxtəlif ali məktəblərin tələbələri (dinləyiciləri) arasında hər il olimpiyadaların, müsabiqələrin və s. tədbirlərin keçirilməsi.

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında nitq söyləyən Prezident cənab İlham Əliyev humanitar elmlərlə bağlı bir sıra məsələləri diqqət mərkəzinə çəkərək bu sahədə aparılan bir sıra işlərin uğurlu və təqdirəlayiq cəhətlərini qeyd etmişdir.

Prezident cənab İlham Əliyevin qayğısı nəticəsində Elmlər Akademiyasının əsas binasında yüksək səviyyədə təmir işləri aparılmışdır. Qısa müddət ərzində çox gözəl işlər görülmüşdür və Akademiyanın digər binalarında da təmir işləri aparılır. Burada yaradılan şərait artıq ən yüksək səviyyəyə cavab verir. Bütövlükdə Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işində konkret addımlar atılır. Prezident cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası üçün müasir kitabxananın tikintisi ilə bağlı Sərəncam vermişdir və hal-hazırda inşa edilir.

Elmlər Akademiyasının əməkdaşlarının maddi vəziyyətinin gücləndirilməsi daim Prezidentin diqqət mərkəzindədir.

Prezident cənab İlham Əliyev haqlı olaraq çıxışında göstərdi ki, 1992-ci ildə Akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, Akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir. Təsadüfi deyil ki, hakimiyyətə qayıdandan sonra onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz Akademiyada olmuşdur (7).

Biz elə etməliyik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin etimadını doğruldaraq Azərbaycanda hüquq elmini inkişaf etdirək.
Açar sözlər: hüquq elminin təkmilləşdirilməsi, hüquq təhsili, elmi kadrların hazırlığı.

İstifadə olunmuş ədəbiyyat
1. «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya»nın və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli Sərəncamı. Bakı: “Azərbaycan” qəzeti, 5 may 2009-cu il.

2. «Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2008-ci il tarixli Sərəncamı. Bakı: “Azərbaycan” qəzeti, 11 aprel 2008-ci il.

3. «Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar hüquqşünas-alimlərdən ibarət işçi qrupunun yaradılması haqqında» Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 25 avqust 2009-cu il tarixli 147 №-li Sərəncamı. Bakı: “Elm” qəseti, sentyabr 2009-cu il.

4. «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 №-li Sərəncamı. Bakı: “Azərbaycan” qəzeti, 23 may 2009-cu il.

5. Mehdiyev R.Ə. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı: “Azərbaycan” qəzeti, 30 dekabr 2009-cu il.

6. «Təhsil haqqında» 19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2010.

7. Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin giriş nitqi (26 aprel 2011-ci il). «Azərbaycan» qəzeti, 27 aprel 2011-ci il.


Габиль ГУРБАНОВ
Некоторые вопросы развития правовой науки

и образования в Азербайджане
Резюме
Автор отмечает, что в Азербайджане Академия наук была учреждена в 1945 году. В настоящее время Азербайджанская Республика демонстрирует устойчивый экономический рост. Автор обусловливает необходимость особого внимания к исследованию теории права. Предлагается провести специализацию между студентами и ввести на юридических факультетах вузов преподавание таких дисциплин, как международное и дипломатическое право, суд и юстиция, адвокатура и правоохранительные органы, нотариат и регистрация, пенитенциарная деятельность и др.
Ключевые слова: усовершенствование науки права, правовое обучение, подготовка научных кадров.

Habil Gurbanov
some considerations on development of

law science and education in azerbaijan
Summary
The author notes that the Academy of Sciences was founded in Azerbaijan in 1945. At present the Azerbaijan Republic demonstrates the steady economic growth. This makes for the necessity of a particular attention to the study of the law theory. It is offered to carry out specialization between the students and to introduce teaching in the law departments of Higher Educational Institutions such disciplines like international and diplomatic law, court of justice, the bar and right security bodies, notary and registry office, penitentiary activities and so on.
Keywords: development of law science, law education, training of scientific personnel.

UOT 342.9
Ziyafət Əsgərov

hüquq üzrə f.d., professor, BDU
MƏHKƏMƏLƏRİN MÜSTƏQİLLİYİ HÜQUQİ DÖVLƏTİN

TƏMƏL PRİNSİPLƏRİNDƏN BİRİ KİMİ
Hüquqi dövlətdə ədalət mühakiməsinin təminatçısı kimi məhkəmə hakimiyyətinin rolu və əhəmiyyəti şübhəsizdir. Hakimiyyətlər bölgüsü sistemində məhkəmənin öz funksiyalarını müvafiq qaydada yerinə yetirməsi üçün onun müstəqil olması prinsipial əhəmiyyət daşıyır. Məhkəmələrin müstəqilliyi fundamental demokratik prinsip olan hakimiyyətlərin bölünməsi prinsipinin ayrılmaz tərkib hissəsidir.

Müstəqillik məhkəmənin mahiyyətini və təyinatını səciyyələndirən əsas amildir. Müstəqil və yalnız qanuna tabe olan məhkəmə sisteminin yaradılması hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən biridir.

Təsadüfi deyildir ki, məhkəmələrin müstəqilliyi prinsipi həm beynəlxalq səviyyədə, həm də milli səviyyədə, ilk növbədə konstitusiya qanunvericiliyində təsbit olunmuşdur. Bundan əlavə, insan hüquq­larının müdafiəsi sahəsində beynəlxalq nəzarət orqanları, xüsusən İnsan hüquqları üzrə Avropa Məhkəməsi sözügedən prinsipə dəfələrlə istinad etmiş, çoxsaylı qərarlarında məhkəmə müstəqilliyinin müxtəlif aspektlərini şərh etmişdir.

Məhkəmələrin müstəqilliyi prinsipi ilə bağlı BMT sistemində qəbul olunmuş sənədlərdən aşağıdakı­ların adını çəkmək olar: BMT Baş Məclisi tərəfindən 1985-ci ildə qəbul edilmiş “Məhkəmə müstəqilliyinə dair əsas prinsiplər”; 2002-ci ildə qəbul olunmuş Hakimlərin davranışına dair Banqalor prinsipləri.

Avropa Şurası çərçivəsində məhkəmələrin müstəqilliyinə dair bir sıra mühüm sənədlər qəbul olunmuşdur. Bunların sırasında aşağıdakılar xüsusilə qeyd edilməlidir: Hakimlərin müstəqilliyinə, peşəkar səviyyəsinə və vəzifələrinə dair Avropa Şurası Nazirlər Komitəsinin CM/Rec(2010)12 nömrəli Tövsiyəsi; Avropa Hakimlərinin Məsləhətçi Şurasının (CCJE) bir sıra rəyləri (məsələn, Məhkəmələrin müstəqilliyinə və hakimlərin dəyişilməzliyinə aid standartlar haqqında 1 nömrəli Rəy; Ağlabatan müddət ərzində ədalətli məhkəmə araşdırması haqqında 6 nömrəli Rəy; Məhkəmə qərarlarının keyfiyyəti haqqında 11 nömrəli Rəy və b.); Hakimlərin statusu haqqında Avropa Xartiyası və b.

Bir məqamı da vurğulayaq ki, hər kəsin işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququ əsas insan hüquqlarından biridir [1]. Bu hüquq həm universal, həm də regional sazişlərdə təsbit olunmuşdur (bax, məsələn: Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci hissəsi; İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi). Məhkəmələrin müstəqilliyi hər bir şəxsin ədalətli məhkəmə araşdırması hüququnu təmin edir və buna görə də o, hakimlər üçün imtiyaz deyil, insan hüquq və azadlıqlarına əməl edilməsi üçün mühüm təminatdır və hər kəsdə ədalət mühakiməsi sisteminə inamın olmasına əsas yaradır.

Bu məqalədə başlıca məqsəd müvafiq beynəlxalq standartların və Azərbaycan Respublikası qanunvericiliyinin təhlili əsasında məhkəmələrin (hakimlərin) müstəqilliyi prinsipinin məzmununu şərh etmək­dən ibarətdir.

Məhkəmələrin müstəqilliyi prinsipindən irəli gələn ilk tələb ondan ibarətdir ki, bu prinsipə aid əsas təminatlar konstitusiya səviyyəsində bəyan olunmalı, ölkə konstitusiyasına və bu sahədə mövcud olan beynəlxalq standartlara müvafiq surətdə qanunvericilikdə konkret təsbit edilməlidir. Göstərilən təminatlar sırasında aşağıdakıların adını çəkmək olar: məhkəmələrin hakimiyyətin digər qollarından asılı olmaması; hakimlərin yalnız qanuna tabe olması; hakimlərin dəyişilməzliyi; hakimlərin toxunulmazlığı və s.

Diqqətəlayiq haldır ki, məhkəmələrin müstəqilliyi prinsipi Azərbaycan Respublikası Konstitu­siya­sının bir neçə maddəsində öz əksini tapmışdır. İlk olaraq hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunduğu 7-ci maddəni qeyd etmək lazımdır. Həmin maddənin IV hissəsində bəyan edilir ki, qanun­vericilik, icra və məhkəmə hakimiyyətləri öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Bundan əlavə, 8-ci maddənin IV hissəsində göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Bu maddəyə əsasən məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi Prezident hakimləri icra hakimiyyəti orqanlarının (və onların vəzifəli şəxslərinin) onların fəaliyyətinə müdaxilə etməsindən qorumalı, hakimlərin müstəqilliyinə xələl gətirən qanunların və digər aktların qəbul edilməsinə yol verməməli, hakimlərin müstəqilliyinin maddi təminat­larını (yüksək maaşların təyin olunması və məhkəmələrin müvafiq maddi-texniki təchizatı vasitəsilə) möhkəm­ləndirməlidir [2, s. 32].

Nəhayət, məhkəmələrin (hakimlərin) müstəqilliyinin bir sıra aspektləri Konstitusiyanın 127-ci və 128-ci maddələrində öz əksini tapmışdır. Həmin aspektlərə aşağıda müvafiq məsələlərin şərhi ilə bağlı müraciət edəcəyik, indi isə 127-ci maddənin I hissəsində bəyan edilmiş bu müddəanı xatırlatmaqla kifayət­lənək: “Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe­dirlər…”.

Məhkəmələrin (hakimlərin) müstəqilliyi ilə bilavasitə bağlı olan mühüm məsələlərdən biri hakimlərin təyin edilməsi (seçilməsi) prosedurudur. Başqa sözlə, hakimlərin kim tərəfindən və necə təyin edilməsi məhkəmələrin (hakimlərin) müstəqilliyinə birbaşa təsir edən amillərdən biridir.

İlk öncə vurğulamaq istərdik ki, beynəlxalq standartlara əsasən hakimlərin dövlət başçısı və ya hökumət tərəfindən təyin olunması özü-özlüyündə onların müstəqilliyinə xələl gətirmir. Lakin aşağı instansiya məhkəmələrində çalışan hakimlərin parlament tərəfindən təyin edilməsi məqsədəuyğun hesab edilmir. Yanaşma isə bundan ibarətdir ki, bu halda siyasi mülahizələr hakimliyə namizədin obyektiv qiymətləndirilməsini arxa plana keçirə bilər.

Onu da qeyd edək ki, Avropada hakimlərin təyin olunması ilə bağlı müxtəlif sistemlər mövcuddur və bütün ölkələrə tətbiq oluna biləcək vahid model yoxdur. Qərb dövlətlərində icra hakimiyyəti bəzən hakimlərin təyin olunmasında həlledici rol oynayır. Lakin həmin dövlətlərdə hüquq mədəniyyəti və demokratik ənənələr güclü olduğu üçün göstərilən təyinat proseduru ayrı-ayrı hakimlərin və bütövlükdə məhkəmə sisteminin müstəqil fəaliyyətinə qətiyyən xələl gətirmir. Mümkün sui-istifadələrin qarşısını ala biləcək demokratik ənənələrin hələ tam inkişaf etmədiyi ölkələrdə isə hakim korpusunun formalaşması ilə bağlı birmənalı və aydın ifadə olunmuş konstitusiyalı təminatların mövcud olması olduqca vacibdir [3].

Əgər milli qanunvericilik hakimlərin hökumət tərəfindən təyin edilməsini nəzərdə tutursa, bu halda hakimliyə namizədlərin seçilməsi prosedurlarının şəffaf və müstəqil olması, təyinat haqqında qərarların yalnız obyektiv meyarlar əsasında qəbul olunması təmin edilməlidir.

Konstitusiyamızın 109-cu maddəsinin 9-cu bəndinə görə, yuxarı instansiya məhkəmələrinin hakim­ləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilir. Digər məhkəmələrin hakimləri isə vəzifəyə Prezident tərəfindən təyin edilir.

Beynəlxalq standartlara əsasən, hakimlərin təyinatı ilə bağlı məsələdə məhkəmələrin müstəqilliyini təmin etməyin adekvat yolu məhkəmə şurasının yaradılmasıdır. Belə bir orqan hakimlərin təyin olunmasında, vəzifədə irəli çəkilməsində və habelə onlara qarşı intizam tədbirlərinin tətbiq edilməsində mühüm rol oynamalıdır.

Məhkəmə şurasının tərkibinin, səlahiyyətlərinin və müstəqilliyinin konstitusiya səviyyəsində təsbit olunması daha məqsədəuyğun hesab olunur. Məhkəmə şurası üzvlərinin əhəmiyyətli hissəsi və ya əksəriyyəti hakim korpusu tərəfindən seçilməlidir. Bu qurumun tərkibində təmsilçilik mümkün qədər geniş təmin olunmalıdır. Onun fəaliyyəti şəffaf və qərarları əsaslandırılmış olmalıdır. Bu qərarlarda məhkəmə orqanına şikayət vermək hüququ nəzərdə tutulmalıdır. Öz funksiyalarını həyata keçirərkən məhkəmə şurası hakimlərin müstəqilliyinə müdaxilə etməməlidir.

Avropa Şurası çərçivəsində qəbul olunmuş müvafiq standartlara uyğun olaraq, Azərbaycan Respublikasında da belə bir qurum – Məhkəmə-Hüquq Şurası yaradılmışdır. “Məhkəmələr və hakimlər haqqında” 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikası Qanununun 93-1-ci maddəsinə əsasən, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Məhkəmə-Hüquq Şurasının təşkili və fəaliyyətinin hüquqi əsasları ayrıca qanunla – “Məhkəmə-Hüquq Şurası haqqında” 2004-cü il 28 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanuna əsasən, “Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir” (4.1-ci maddə).

Məhkəmə-Hüquq Şurasının mühüm səlahiyyətlərindən biri tutulmamış hakim vəzifəsinə seçilmiş namizədlərin hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verməkdir (16-cı maddə).

Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Bu üzvlərin əksəriyyətini hakimlər təşkil edir. Qanunda nəzərdə tutulmuşdur ki, Məhkəmə-Hüquq Şurasının üzvləri müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Şuranın üzvü Şuradakı fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz (9.1-ci maddə).

Məhkəmələrin (hakimlərin) müstəqilliyini şərtləndirən digər bir məsələ onların hansı səlahiyyət müddətinə malik olmalarıdır. Yuxarıda adları çəkilən beynəlxalq sənədlərdə tövsiyə edilmişdir ki, hakim qanunla müəyyənləşdirilmiş pensiya yaşına qədər səlahiyyət müddətinə malik olmalıdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin hakimləri istisna olmaqla, bütün digər hakimlərin vəzifəyə ömürlük təyin edilməsi daha məqsədəuyğun hesab olunur.

Bəzi ölkələrdə hakimlər üçün sınaq müddətlərinin müəyyən edilməsi təcrübəsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyası qeyd etmişdir ki, bu prosedur hakimlərin müstəqilliyinə xələl gətirə bilər, belə ki, həmin hakimlər işlərə baxarkən məhz bu və ya digər qərar qəbul etmək üçün özlərini təzyiq altında hiss edə bilərlər [3].

Sınaq müddətinin hakimlərin müstəqilliyinə mənfi təsirinin qarşısını almaq üçün bir sıra ölkələrdə, məsələn, Avstriyada belə bir mexanizm müəyyən olunmuşdur ki, hakimliyə namizədlər sınaq dövrundə müəyyən qiymətləndirmədən keçməli olurlar və bu zaman onlara yalnız məhkəmə qərarlarının hazırlan­masına kömək etmək hüququ verilir; qərarların qəbulu isə yalnız daimi hakimlərin səlahiyyətinə aid edilmişdir.

İstənilən halda əgər ölkədə bu cür qayda mövcuddursa, o halda təmin edilməlidir ki, hakimin vəzifə­yə təsdiq olunmasından imtina yalnız obyektiv meyarlara əsaslansın və hakimin vəzifədən kənarlaş­dırılması ilə bağlı tətbiq olunan prosesual təminatlara uyğun həyata keçirilsin [3].

Hesab edirik ki, Azərbaycanda hakimlərin səlahiyyət müddəti ilə bağlı məsələ beynəlxalq standartlara uyğun həll olunmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən, hakim vəzifəsinə hakimlər ilk dəfə 5 il müddətinə təyin olunurlar. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymət­ləndirilir. Qiymətləndirmə nəticəsində hakiminin işində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə – 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. Əlavə edək ki, hakimin fəaliyyətinin qiymətləndirilməsi əvvəlcədən müəyyən olunmuş obyektiv meyarlar əsasında həyata keçirilir.

Məhkəmə müstəqilliyinin ən vacib elementlərindən biri də hakimlərin dəyişilməzliyidir. Hakimlik fəaliyyətinə yalnız ciddi intizam pozuntusu və ya cinayət əməli törədildikdə və ya hakim öz funksiyalarını daha yerinə yetirə bilmədikdə xitam verilə bilər. İntizam sanksiyaları tətbiq olunduğu və ya məhkəmə sistemində struktur dəyişikliklər baş verdiyi hallardan başqa, hakim onun razılığı olmadan yeni təyinat almamalıdır və ya o, digər hakim vəzifəsinə keçirilə bilməz.

Hakimlərin dəyişilməzliyi prinsipi ölkəmizdə konstitusiya səviyyəsində təsbit olunmuşdur (127-ci maddənin I hissəsi). Bundan əlavə, “Məhkəmələr və hakimlər haqqında” Qanunda nəzərdə tutulmuşdur ki, hakimlərin öz razılığı olmadan onlar başqa vəzifəyə dəyişdirilə bilməz. Hakimin vəzifədən kənarlaşdırıl­ması və onun səlahiyyətlərinə xitam verilməsi yalnız qanunla müəyyən olunmuş əsaslarla mümkündür (97-ci maddə).

Qeyd etmək lazımdır ki, hakimlərə qarşı intizam tədbirlərinin tətbiqi zamanı səmərəli müdafiə vasitə­lərinin mövcud olması prinsipial əhəmiyyətə malik məsələdir. Bu baxımdan, nəinki hakimin vəzifədən kənarlaşdırılması ilə nəticələnə bilən, habelə hər hansı intizam tədbirinin tətbiqinə gətirib çıxara bilən və ya onun mövcud vəziyyətini dəyişdirə bilən, məsələn, hakimin başqa bir rayona, yaxud məhkəmə orqanına köçürülməsini şərtləndirə bilən hərəkət və ya hərəkətsizliklər qanunvericilikdə aydın və birmənalı şəkildə müəyyən olunmalı, hakimin bu cür qərarlardan şikayət vermək hüququ tanınmalıdır.

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası müfəssəl şərh edilmiş, intizam məsuliyyətinə cəlb edilən hakimin hüquqları, o cümlədən şikayət yazmaq hüququ aydın ifadə olunmuşdur.

Məhkəmələrin (hakimlərin) müstəqilliyinin digər mühüm şərti hakimlərin maddi və sosial təminatı­dır. Adekvat maddi və sosial təminat hakimi qanunsuz kənar müdaxilədən qorumaq üçün zəruridir.

Hakimə verilən maaşın məbləği hər bir ölkədəki iqtisadi və maliyyə şəraitinə uyğun müəyyən­ləşdirilməlidir və digər ali dövlət orqanlarının vəzifəli şəxslərinin maaşlarına bərabər olmalıdır. Vəzifə maaşı hakimin fərdi işinin qiymətləndirilməsinə deyil, əvvəlcədən müəyyən olunmuş ümumi standarta əsaslanmalıdır [4].

Məhkəmə sistemini adekvat maliyyə resursları və maddi-texniki baza ilə təmin etmək hər bir döv­lətin vəzifəsidir. Hətta böhran dövründə belə məhkəmə hakimiyyətinin normal fəaliyyətinə və müstəqil­liyinə təhlükə olmamalıdır. Məhkəmələr yuxarı orqanların mülahizəsinə görə deyil, obyektiv və şəffaf meyarlar əsasında maliyyələşməlidir və bununla bağlı qərarlar qəbul olunarkən məhkəmələrin müstəqilliyi prinsipinə ciddi əməl olunmalıdır. Məhkəmə sistemi üçün büdcə müəyyənləşdirilərkən məhkəmə orqan­larının rəyini nəzərə almağa imkan verən mexanizmlər mövcud olmalıdır. Venesiya Komissiyasının fikrincə, belə bir rəy parlamentə məhkəmə şurası tərəfindən təqdim oluna bilər [4].

Milli qanunvericilikdə nəzərdə tutulmalıdır ki, hakimlərin maddi və sosial təminatı üçün ayrılan vəsaitin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.

Eyni zamanda, hakimlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçiril­məlidir. Bu tədbirlərə məhkəmələrin və zorakı əməllərə məruz qala bilən hakimlərin mühafizəsi daxildir.

Azərbaycan Respublikasında hakimlərin maddi və sosial təminatı ilə bağlı müddəalar “Məhkəmələr və hakimlər haqqında” qanunda öz əksini tapmışdır (Qanunun XIX fəsli). Qanunun 102-ci maddəsində nəzərdə tutulmuşdur ki, hakimlərin təhlükəsizliyini təmin etmək məqsədilə onlara xidməti silah verilə bilər və bundan əlavə, zəruri hallarda onların təhlükəsizliyi təmin edilməlidir.

Məhkəmələrin (hakimlərin) müstəqilliyi iki aspektdə: xarici və daxili aspektdə başa düşülür.

Xarici aspektlə bağlı ilk öncə qeyd edilməlidir ki, hakimlərin xarici müstəqilliyi onların öz maraqları baxımından deyil, hüquqin aliliyi və qərəzsiz ədalət mühakiməsinin olmasını istəyən şəxslərin maraqları baxımından verilən müstəsna hüquq və ya imtiyazdır. Hakimlərin müstəqilliyi azadlığın, insan hüquqlarına hörmətin və qanunların qərəzsiz tətbiqinin təminatı kimi nəzərdən keçirilməlidir. Hakimlərin qərəzsizliyi və müstəqilliyi məhkəmələr qarşısında tərəflərin bərabərliyini təmin etmək üçün prinsipial əhəmiyyət kəsb edir.

Hakimlərin müstəqilliyi prinsipi onu ifadə edir ki, hakimlər hər hansı yuxarı göstərişlə bağlı deyil, icraatında olan işi yalnız konstitusiya və qanun əsasında həll edirlər. İşin həlli zamanı qanunun tələbindən irəli gələn faktorlar istisna olmaqla, heç bir şey iş üçün əhəmiyyətə malik hal kimi nəzərə alına bilməz və işə digər maraqların, mənafelərin təsir etməsinə hakim imkan verməməlidir. Həll olunan hər bir işdə hakim ancaq qanunun iradəsini əsas götürməli və qanunun tələbini yerinə yetirməlidir. Hakimə hər hansı şəkildə işlə bağlı təzyiq edilməsi, onun ələ alınması qəti yolverilməzdir [5, s. 441-442; 6, s. 12].

Məhkəmələrin fəaliyyətinə dolayı və ya düzünə yolla işin məqsədyönlü şəkildə həll edilməsi üçün təsir göstərilməsi qadağandır. Bu prinsipi əslində hakimlərin müstəqilliyik prinsipinin neqativ tərəfinin əks olunması kimi də qəbul etmək olar, çünki hakimlərin müstəqilliyi onlara hər hansı bir təsirin istisna olunmasını tələb edir. Konstitusiyada bunun neqativ tərəfinin də əks olunmasını prinsipin əhəmiyyəti ilə izah etmək olar. Hakimlər işlərə baxarkən onlara qeyri-qanuni üsullarla təzyiq edilməsi və onların ələ alınması qadağandır. Bunun qarşısını almaq üçün hakimlərin işə maraqları olarkən kənarlaşdırılması institutu və digər mexanizmlər müəyyən edilir. Nəzərə almaq lazımdır ki, bu prinsip hakimlərə vəkillərin təsirini nəzərdə tutmur. Vəkillər yalnız sübutlar əsasında hakimə təsir edərək onda işlə bağlı daxili inamın formalaşmasını müəyyən edirlər ki, bu da heç bir məntiqə əsaslanmayan, qorxu, aldatma yolu ilə hakimə təzyiqdən fərqli bir anlayışdır. Bundan başqa, vəkilin bu təsirdə məqsədi insan hüququnu qorumaqdırsa, əksinə, qeyri-qanuni təzyiqdə məqsəd kiminsə marağının ödənilməsidir ki, bu da çox zaman digər tərəfin hüququnun tapdalanması deməkdir. Təsadüfi deyildir ki, Konstitusiyanın 127-ci maddəsinin III hissəsində qanuna zidd təsirdən söhbət gedir [5, s. 443].

Hakimlərin müstəqilliyi və qərəzsizliyi üçün olduqca vacib olan bir müddəa Konstitusiyanın 126-cı maddəsinin II hissəsində öz əksini tapmışdır. Həmin maddədə deyilir: “Hakimlər heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə həmçinin də siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Onlar siyasi partiyalara üzv də ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər”.

“Məhkəmələr və hakimlər haqqında” Qanunda hakim vəzifəsinə təyin olunmuş şəxslərin siyasi partiyanın və ya başqa siyasi təşkilatın üzvlüyündən çıxmadan hakim vəzifəsinin icrasına buraxılmamaları müəyyən olunmuşdur (105-ci maddənin 2-ci hissəsi).

Azərbaycan Respublikasının cinayət qanunvericiliyində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə məhkəmə fəlaiyyətinə hər hansı formada müdaxilə etməyə görə, habelə ədalət mühakiməsini həyata keçirən şəxsin həyatına qəsd etməyə və ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar hədələməyə və ya zor tətbiq etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur (bax: Cinayət Məcəlləsinin müvafiq olaraq 286-cı, 287-ci və 288-ci maddələri).

Məhkəmələrin müstəqilliyi yalnız onların hakimiyyətin digər qolları ilə münasibətdə müstəqilliyi demək deyildir. Məhkəmələrin müstəqilliyinin daxili aspekti də vardır. Məhkəmə sistemində yerindən asılı olmayaraq hər bir hakim eyni funksiyanı – ədalət mühakiməsini həyata keçirir. Ona görə də hakim digər hakimlərdən, işlədiyi məhkəmə orqanının sədrindən və ya yuxarı məhkəmələrdən asılı olmamalıdır. Bir sözlə, məhkəmələrin müstəqilliyi prinsipi hər bir fərdi hakimin müstəqilliyi deməkdir və məhkəmə sisteminin iyerarxik təşkili bu prinsiplə bir araya sığmır.

Heç bir yuxarı məhkəmə aşağı məhkəmənin işinə müdaxilə edə bilməz və konkret işin mahiyyətinin həlli üçün göstəriş verə bilməz. Yalnız aşağı məhkəmə qərarı qəbul etdikdən sonra yuxarı məhkəmə yuxarı instansiya kimi bu işin qanuni və əsaslı olmasını yoxlaya və yalnız prosessual əsaslar olarsa, işi birinci instansiyaya qaytara bilər. Lakin heç bir halda işin necə həll olunması ilə bağlı göstəriş verə bilməz, ona aid olmayan işi alıb başqa məhkəməyə verə bilməz.

Hakimin müstəqilliyini və qərəzsizliyini təmin etmək məqsədilə məhkəmə daxilində işlərin bölüşdü­rülməsi məhkəmə sədrlərinin mülahizəsinə görə deyil, əvvəlcədən müəyyən olunmuş obyektiv və şəffaf meyarlar əsasında, məsələn, kompüterləşdirilmiş sistem vasitəsilə, əlifba qaydasında avtomatik bölüşdürmə yolu ilə və digər bu kimi üsullarla aparılmalıdır. İşin tərəflərinin və ya işin nəticəsində marağı olan hər hansı digər şəxsin istəyi işlərin hakimlər arasında bölüşdürülməsinə qətiyyən təsir edə bilməz. Konkret olaraq hakimdən iş yalnız o ağır xəstə olduğu zaman və ya maraqlar münaqişəsi olduqda alına bilər.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 92-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər.

Məhkəmələrin (hakimlərin) müstəqilliyinin digər bir mühüm elementi hakimlərin toxunulmazlıq hüququna malik olmasıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb edilə bilər. Hakimlərin səlahiyyətinə yalnız qanunda nəzərdə tutulmuş əsas­lara və qaydalara müvafiq surətdə xitam verilə bilər (128-ci maddənin II və III hissələri). Hakimlər cinayət törətdikdə onların vəzifədən kənarlaşdırılması məsələsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəmənin rəyi əsasında Milli Məclisin qarşısında qaldırıla bilər. Ali Məhkəmə bununla bağlı rəyini 30 gün müddətində təqdim etməlidir. Buradan göründüyü kimi, hakimin vəzifədən kənarlaşdırılmasında hər üç hakimiyyət budağı iştirak edir. Qeyd etmək lazımdır ki, vəzifədən kənarlaşdırmada yuxarı instansiya məhkəmələrinin hakimləri üçün bir qədər fərqli mexanizm nəzərdə tutulub ki, bu da onların vəzifədən kənarlaşdırılması üçün tələb olunan səs çoxluğunda təzahür edir. Belə ki, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin vəzifədən kənarlaşdırılması üçün Milli Məclisin deputatlarının 83 səs çoxluğu, bütün digər hakimlərin vəzifədən kənarlaşdırılması üçün isə 63 səs çoxluğu tələb olunur [5, s. 459-460].

Bir məqam da vurğulanmalıdır ki, məhkəmənin müstəqilliyini və qərəzsizliyini təmin etmək üçün məhkəmə araşdırması ədalətli və açıq olmalı, işə ağlabatan müddətdə baxılmalıdır. Prinsipial məsələlərdən biri ondan ibarətdir ki, ölkədə müvafiq səviyyədə hüquqi xidmətlər göstərmək iqtidarında müstəqil olan vəkillik sistemi mövcud olmalıdır [7, s. 16].

Hakimlərin məqsədi onların müstəqilliyinə təminat vermək, onların maraqlarını qorumaq və hüququn aliliyini təşviq etmək olan hər hansı təşkilata sərbəst daxil ola bilməkdədir. “Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimlərin könüllülük əsasında öz ictimai birliklərini təsis etmək hüququ təsbit olunmuşdur. Qanunun 105-1-ci maddəsinin 2-ci hissəsinə əsasən, həmin ictimai birliklərin fəaliyyətinin əsas məqsədləri hakimləri birləşdirməkdən, onların müstəqilliyinin möhkəmləndirilməsindən, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə kömək etməkdən ibarətdir.

Sonda qeyd etmək istərdik ki, hər hansı bir cəmiyyətdə hakimlərin müstəqilliyi və bunun nəticəsi olaraq məhkəmənin nüfuzu bir çox amillərdən asılıdır. Bu müstəqilliyə təminat verən təşkilati-hüquqi normalardan əlavə, konkret işə baxan hakimin şəxsiyyəti və peşəkar keyfiyyətləri də mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətdə mövcud olan hüquq mədəniyyəti də mütləq nəzərə alınmalıdır.

1   ...   17   18   19   20   21   22   23   24   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə