Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə20/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

Açar sözlər: Avropa İttifaqının əsasları, inteqrasiya prosesində xristianlığın rolu, Türkiyədə İslamın rolu, inteqrasiya prosesini əngəlləyən amillər, Avropa mədəniyyəti.
İstifadə olunmuş ədəbiyyat
1. Qocatürk Utkan. Atatürk. B., 1991,s. 209.

2. Nəsirov E. ABŞ və dünya 11 sentyabrdan sonra. B., 2003.

3. Baran Zeyno. Batı, İslam və İslamçılar arasında farkı bilmiyor...

/anspress. com / index. Pha ?a = 2& ing = az &nid = 133157

4. Bulaç Əli. Avropa Birliyi və Türkiyə. İstanbul, 1999.

5. Köklügiller Ahmet. Atatürk (Kişiliği, ilkeleri, düşünceleri) İstanbul, 2006, s. 224.

6. Laçiner Sedat. Türkiyənin AB – İslam Dünyası ilişkilerinde olası etkileri.

www. cu.edu. tr/ …/Türkiyenin % 20 üyeliyinin % 20 islam % 20 dünyasına % 20 etkileri. doc

7.Özdağ Ümid. AB və Türk dünyası ilişkileri 21. yüzyılında Türkiyenin jeopalitiği. (SAD) İstanbul, 2002.

8. Özdemir Mehmet. Türkiyenin Avropa Birliyine girişi konusunda olumlu və olumsuz görüşler. /Türkiye-Avropa Birliyi ilişkileri 16-17 mart 2001tarihlerinde düzenlenmiş olan sempozyumun bildirileri, soruları ve cevabları. Ankara, 2001.

9. Доваев И. Исламизация Европы: Миф или реальная угроза. Мировая экономика и международные отношения, № 4, 2008.

10. Олбрайт М. Религия и мировая политика. М., 2007.

11. Хантингтон С. Столкновение цивилизаций. М., 2003.
Лейли Гамидова
Исламский фактор в отношениях Турции

с Европейским Союзом
Резюме
Начиная с 80-х годов, Турция пытается стать членом Европейского Союза. С этой целью она выполнила ряд возложенных на нее Евросоюзом обязательств. Однако несмотря на это, вступление Турции в ЕС сопровождается различными проблемами. Многие турецкие исследователи исходят из того, что принадлежность Турции к исламской религии является основным препятствием на пути вступления ее в ЕС.

В статье автор исследует также причины, препятствующие развитию отношений Турции с Евросоюзом, и их влияние на двусторонние отношения.


Ключевые слова: основы Европейского Союза, роль христианства в процессе интеграции, роль ислама в Турции, факторы препятствующие интеграционным процессам, европейская культура.
Leyli Hamidova
Islamic factor in relations of Turkey

with the european union
Summary
Turkey has tried to be a member of the European Union since the 80-es. For this purpose, Turkey fulfilled a number of obligations imposed by EU. However, despite this an entry of Turkey into ES is accompanied by different problems. Most Turkish researchers proceed from that Turkey’s belonging to Islamic religion is the main obstacle to its entering EU.

In the article author studies also the reasons hindering the development of Turkey-EU relations, in particular the religious factor and their influence on bilateral relations.


Keywords: the bases of the European Union, role of Christianity in the integration proсess, role of Islam in Turkey, the factors preventing integration process, European culture.

İLAHİYYAT və dİnşünaslıq BÖLMƏSİ
UOT 1:2; 141.45
Şölət Zeynalov

AMEA FSHİ, doktorant
SİVİLİZASİYALARARASI DİALOQ MÜASİR QƏRB

FƏLSƏFƏSİ KONTEKSTİNDƏ
Şərq sivilizasiyası və ona münasibət, həm də sivilizasiyalararası dialoq və əməkdaşlığa maraq Qərb filosoflarının böyük bir hissəsini həmişə düşündürən məsələlərdən olmuşdur. Bu prosesdə fasilələr, anlaşılmazlıqlar təbii olsa da bu maraq heç vaxt sönməmişdir. Əslinə baxılsa heç sönə də bilməzdi, çünki Qərb özünün dünyagörüşündə, dünyaya münasibət modelində Şərqi nəzərə almasaydı heç özünü tapa, öz varlığını dərk edə də bilməzdi. Bu da məntiqidir, ona görə ki, Qərbin əsaslandırdığı prinsipə görə həqiqət müqayisədə dərk oluna bilər. Bu fakt deməyə əsas verir ki, Qərb Şərqin bütün başqa problemlərinə diqqət yetirərkən sivilizasiyalararası dialoq və əməkdaşlıq kimi həyatı əhəmiyyət daşıyan problemə arxa çevirə bilməzdi. Bu problemə maraq XVIII əsrin axırlarında daha çox aktuallıq kəsb edir. Təkcə Volterin «Məhəm­məd» pyesi, alman filosoflarının hind fəlsəfəsinə münasibəti, Şopenhauer, Nitsşe və s. kimi filosofların bilavasitə Şərqə, onun fəlsə­fəsinə münasibəti bu sahədə çox şey deyir. F.Nitsşenin «Zərdüşt belə demişdir» əsəri, XIX əsrin 70-80-ci illərindən Qərb fəlsəfəsində Qərb fəlsəfəsinin həyata və insana doğru dönüşü üçün təkan kimi bir şey olmuşdur və bu heç kimdə şübhə doğurmur. Müasir Qərbdə «gələcəyin fəlsəfəsi» kimi dəyərləndirilən ekzisten­sializmin öz köklərilə Şərqə bağlılığı heç də diskussiya predmeti deyildir. Bu məsələ ilə əlaqədar çox misallar gətirmək olar. Konkret olaraq dialoq və əməkdaşlıq məsələləri ilə əlaqədar müasir Qərbin bir çox filosoflarına müraciət etmək olar. Lakin konkretlik naminə biz bir neçə misallar əsasında nümayiş etdirməyə çalışacağıq ki, sivilizasiyaların dialoq və əməkdaşlığı problemi Qərb filosoflarını da maraqlandıran məsələlərdir və onların baxışlarının öyrənilməsi prosesin uğurlu gedişinə ancaq müsbət təsir edə bilər. Bu sahədə O.Şpenqler, A.Toynbi, K.Yaspers və b. xeyli maraqlı mülahizələr söyləmişlər.

XX əsr fəlsəfəsində O.Şpenqlerin (1880-1936) xüsusi xidməti vardır. Onun mədəniyyət fəlsəfəsi tarixində xüsusi yeri var. Mütəfəkkirin «Avropanın qürubu» əsəri 1918-1921-ci illər ərzində əlli üç dəfə nəşr edilməsi bu sahədə çox şey deyir. Mədəniyyət və sivilizasiya, onların əlaqə və münasibətinə onun xüsusi baxışı var ki, bu da öz orijinallığı və novatorluğu ilə seçilir. Şpenqlerin fikrincə, bəşəriyyət vahid mədəni sistem çərçivəsində mövcud olur, ancaq sonralar ayrı-ayrı xalqların mədəni varlığında irəliləmələr, geriləmələr, sıçrayışlar və ya tənəzzül baş verə bilər. Mədəni varlığın səkkiz mərhələyə bölünməsi kimi orijinal ideyalar irəli sürərkən o Şərqi Qərbdən, Qərbi Şərqdən ayırmırdı. Bu mənada o müxtəlif sivilizasiyaların əlaqə və münasibəti, dialoq və əməkdaşlığına ciddi fəlsəfi məsələ kimi baxırdı.

O.Şpenqlerin konsepsiyasında bəşər tarixində lokal sivilizasiyalar kimi hind, Çin, Babil, Misir, Amerika və İran, yunan-Roma, Qərbi Avropa göstərilir. Lakin o bunlardan aşağıdakı üçünü – (antik mədəniyyəti, ərəb-müsəlman mə­dəniyyətini və müasir Avropa mədəniyyəti) əsas götürmüşdür. Şpenqlerə görə bu mədəniyyətlərdən hər biri özünəməxsus ruha malik olub hətta dünyaya mü­nasibətdə spesifik fəlsəfi rəmzləri ilə seçilirlər. Belə ki, o, Аntik dövr mədəniyyətini rəmzi olaraq "Apollon ruhu", Qərbi Avropa mədəniyyətini "Faust ruhu" adlandırmışdır. O.Şpenqlerin müasir Qərb sivilizasiyasını "Faust ruhu" kimi səciyyələndirməsi məhz Faustun alim kimi çoxlu biliyə can atması, sonsuzluğu, həqiqəti tam dərk etməyə çalışmaq arzusu ilə izah olunur.

O.Şpenqlerin başlıca əsəri olan "Avropanın qürubu" əsərindən görünür ki, o, möhtəşəm mədəniy­yətlərin müəyyən bir dövrdən sonra məhv olmasını məhz "Avropanın ölümü" timsalında sivilizasiya problemi kimi ifadə etmişdir (1, s.143). Buna görə də o, hər bir mədəniyyətin təxminən min illik bir müddət ərzində möv­cud olması ideyasını dəstəkləyərək, tarixi inkişaf prosesini də bu sxemə uyğun dövrlərə bölmüşdür. O.Şpenqler bəşər tarixindəki eyni bir zaman kəsiyini təxminən üç hissəyə ayırırdı. O belə hesab edirdi ki, mədəniyyətin 300-400 ildən sonra davam edən qürub çağı sivilizasiya adlandırılmalıdır. Onun irəli sürdüyü konsep­siyada Avropa mədəniyyəti özünün qürub dövrünü yaşadığı təsvir edilmişdir. O.Şpenqlerin fikrincə, sivilizasiya istənilən bir mədəniyyətin inkişafında son mərhələ olaraq, hər bir "mədəniyyətin "qaçılmaz taleyidir" (1, s.143).

O.Şpenqlerin baxışlarına diqqət yetirərkən, burada başqa mədəniyyətlərin dərk edilməsi üçün maraqlı bir metodun irəli sürüldüyünün şahidi oluruq. O, bu metodu heç də özünün ilkin mənasını verməyən "həmdövrlülük", "müasiri olmaq" adlandır­mışdır. Yəni, O.Şpenqlerə görə müxtəlif mədəniy­yət­lərin eyni inkişaf mərhələsində yaşayan insanlarını bir-birlərinin müasirləri hesab etmək olar. Bu mənada yuxarıda adı çəkilən əsərinin başlanğıcında Plotinlə Danteni, Budda ilə antik Yunanıstanda stoitsizmin banisi olmuş Zenonu və Marksı müasirlər adlandırmışdır.

O.Şpenqler əsərlərində sivilizasiya dövrünü əqli fəaliyyətlə və daxilə yönəlməklə səciyyələn­dir­mişdir. O hesab edirdi ki, sivilizasiyanı "mədəniyyətin qaçılmaz taleyi" hesab etdiyi kimi sivilizasiyaların inkişaf tarixini də bəşəriyyətin dörd mədəniyyətinin (hind, Antik, Ərəb və Qərb) inkişafı ilə müəyyən edirdi. Onun mövqeyinə görə "Bu mədəniyyət­lərin hamısı müxtəlif zaman koordinat­larında bir-birinə paralel olan eyni mərhə­lələrdən keçirlər" (2, s.31). O.Şpenqler bu mərhələləri rəmzi olaraq təbiətdəki dörd fəsil kimi (yaz, yay, payız və qış) adlandırmışdır. Yaz mərhələsi mədəniyyətlərin inkişafında yatmış ruhun oyanışı, yaradıcılıq hisslərinin baş qaldırdığı, fövqəlruhi birlik və tamlığın meydana gəldiyi dövrdür. O.Şpenqler yay adlandırdığı mərhələni isə mədəniyyətlərin inkişafında şüurluluğun artması dövrü kimi səciyyələndirmişdir. Məhz bu mərhələdə ona görə müxtəlif mədəniyyətlərdə vətəndaş cəmiyyətlərinin ilk pöhrələri və tənqidi hərəkatlar meydana gəlmişdir. Müxtəlif mədəniyyətlərdəki payız dövrü isə, böyük şəhərlərin intellektual inkişafı və ciddi əqli yaradıcılığın zirvəyə çatdığı mərhələdir. Alman filosofunun fikrincə, müxtəlif mədəniyyətlərin inkişafında elə bir mərhələ də vardır ki, bu qış adlanıb kosmopolit sivilizasiyaların yaran­ması ilə səciyyəvidir. Bu mərhələdə mənəvi yaradıcı qüvvənin tükənməsi nəticəsində həyatın özü də daha çox problemli olur. Bütün bunları O.Şpenqler kosmopolitliyin dinsizlik və qeyri-metafiziklik tendensiyalarından irəli gələn hal hesab etmişdir (2, s.31-32).

Şpenqler müxtəlif sivilizasiyaların inkişaf tarixlərindəki oxşar cəhətləri müəyyən edirdi. Məsələn, hind mədəniyyətindəki Budda ilə antik mədəniyyətdən ellinizm, Epikur və Zenon, müsəlman mədəniyyətindəki müxtəlif dini cərəyanlar, Qərb mədəniyyətinin nümayəndələrindən Şopenhauer, Nitsşe, Gebbel, Vaqner, İbsen, hətta sosialist və anarxist təmayüllü fikirlər arasında analogiyanın olduğunu irəli sürürdü. Çünki, "qış dövrü" adlandırılan bu mərhələnin etik-ictimai həyat idealını O.Şpenqler "riyaziyyatsız fəlsəfə"' və ya "skepsis dövrü" kimi xarakterizə etmişdir (2, s.32). Beləliklə O.Şpenqler öz baxışlarında əsasən mədəniyyətlərin morfologi­ya­sına arxalanmış və daha çox müxtəlif mədəniyyətlərin yalnız formal oxşarlığından çıxış etmişdir. Onun müxtəlif sivilizasiyalarla əlaqədar baxışlarını müasir dönəmdə də aktual edən ən başlıca cəhət, rus tədqiqatçısı S.Q.Kiselyovun qeyd etdiyi kimi, bundan ibarətdir ki, N.Danilevs­kinin ardınca O.Şpenqler də hər bir mədəniyyətin sonunda, yəni sivilizasiya mərhələsində onlara üzvi olaraq ekspansiya (işğal, təcavüz) səylərinin xas olduğunu iddia etmişdir" (1, s.148). O, sivilizasiyaya­məxsus olan bu "təbii meyil"i "ekspansiya prinsipi" yaxud "ekspan­siya instinkti" adlan­dırmışdır. Geniş­lənmə meylinin əhatə etdiyini söyləyən O.Şpenqlerə görə hər bir yetişmiş, kamilləşmiş sivilizasiyada bu tendensiya olmalıdır. Məhz bunun nəticəsidir ki, müasir Qərb sivilizasiyasını O.Şpenqler "ekspansiyaçı sivilizasiya" adlandırmışdır. Lakin o bu ekspansiyaçılıqda heç də Qərb sivilizasi­yasını günahkar hesab etmir­di. O.Şpenqlerə görə vaxtı ilə tarixdə bu cür kamilləşmiş yunan, Roma, Çin, İslam və b. sivilizasiyalar da ekspansionist sivili­za­siyalar olmuşlar. Odur ki, sivilizasiyaya xas olan bu meyil, insanların onu istəyib-istəməməsindən asılı olma­yaraq taleyin qərarı kimi özünü göstərir. Bu tale isə, sivilizasiyaya mənsub insanları özünə xidmət etməyə məcbur edir. O almanları buna nümunə gətirərək göstərirdi ki, I Dünya müharibəsi illərində "Müasir almanlar öz istək və arzularından asılı olmayaraq ekspansionist olmuş xalqa ən gözəl nümunədir".

Qərb sivilizasiyasına mənsub bir şəxs kimi O.Şpenqler, uğurlu alınmış si­yasət dedikdə, yalnız ərazi və maliyyə baxımından nailiyyət əldə edilməsini nəzərdə tutur­du. Xüsusən də, o, Qərb sivilizasiyasını xarakterizə edən "pulların əzəmətli­liyi"nə böyük və demək olar ki, müəyyənedici rol verirdi. O.Şpenqler pulun bütün dövrlərdə əzəmətli olduğunu vurğulasa da, açıq-aşkar yazırdı: "Avropa sivilizasiyası üçün pul sivilizasiyanın qüdrətini təkrar istehsal edən bir abstraksiyadır" (1, s.149). Onun mövqeyincə həm pul, həm də ərazi sivilizasiyaya, xüsusən də Qərb sivilizasiyasına xas olan daxili anlayışlardır. Sivilizasiyaların xarici təzahürlərinə gəldikdə isə, Şpenqler bunları da iki qrupa bölməyi təklif edirdi. Birinci qrupa aid olanları O.Şpenqler sivilizasiyaların fəaliyyət formaları kimi səciyyələndirir, buraya siyasəti, iqtisadiyyatı, dini və s. kimi sahələri aid edirdi. Bununla da filosof bildirmək istəyirdi ki, gerçəklikdəki hər bir şeyin özünəməxsus formada təzahür etdiyi kimi, ayrı-ayrı mədəniyyətlər, o cümlədən də bu mədəniyyətlərin son nöqtəsi olan sivilizasiyalar da müxtəlif dini, siyasi, hətta təsərrüfat həyatı baxımından fərqli quruluşlarda mövcud olurlar.

Sivilizasiyaların xarici təzahürlərinə aid olan ikinci qrup məsələlər, məhz sivilizasiyaların məqsədi ilə əlaqəlidir. Belə ki, O.Şpenqlerə görə, hər bir siviliza­siyaya xas olan müəyyən vasitələr vardır ki, ayrı-ayrı sivilizasiyalar onların köməyilə öz məqsədlərini gerçəkləşdirirlər. Bu vasitələr sırasında O.Şpenqler müharibəni, diplomatik aksiyaları, nəqliyyat sistemini, sindikatları, ordunu, sivilizasiya ilə əlaqə­dar yüksək idealları və s. sadalayırdı. Xüsusən də, sivilizasiyanın məqsədini gerçəkləşdirmək vasitəsi olan mühari­bədən bəhs edərkən, "Filosof əmin idi ki, müharibə istənilən mədəniyyətin, istənilən sivilizasiyanın ayrıl­maz atributudur" (1, s.150). Buradan da O.Şpenqler belə bir qənaətə gəlirdi ki, əslində dünya tarixi və ya onun təbirincə desək, sivilizasiyaların mövcudluq tarixi dünyada hökmranlıq uğrunda gerçəkləşdirilən sonsuz müharibələr silsiləsindən ibarətdir.

Göründüyü kimi, həqiqətən də "O.Şpenqlerin irəli sürdüyü konsepsiyada qüsurların olmasına baxmayaraq, komparativ (müqayisəli) yanaşmanın mümkün olduğunun dərk edilməsi zərurəti, məhz onun tərəfindən fəhm edildiyini qeyd etmək" olduqca vacibdir" (2, s.32). Xüsusən də, O.Şpenqler tərəfindən özünün tarix fəlsəfə­sində bizim tədqiqat mövzumuz olan sivilizasiyaların dialoqu və əməkdaşlığı baxı­mından mühüm əhəmiyyət kəsb edən aşağıdakı məqamın vurğulanması təqdirəlayiq hallardan biridir. Belə ki, filosof "Ən ali bəşəriyyət tarixinin mənası və məzmunu barədə məlumat verən "böyük mədəniyyətlər fenomeni"nin olması üçün, mədəniy­yətlərin müxtəliflikdə mövcudluğuna haqq qazandırmışdır" (3, s.153). Lakin O.Şpenqler bəşəriyyətin ən azı yaxın perspektivdə inkişafını müəyyən edəcək sivili­zasiya kimi məhz Qərb sivilizasiyasını irəli sürürdü. Çünki, o, bəşər tarixinin inkişaf üfüqündə hələlik Qərb sivilizasiyası qüdrətində olan başqa bir sivilizasiya görmürdü. Bununla belə o sivilizasiyaların dialoq və əməkdaşlığına mədəniyyətin inkişafının məntiqi əsası kimi baxırdı. Onun bu sahədə xüsusi konsepsiyası vardı; bu konsepsiya «genişlənmə konsepsiyası» adlanırdı. Həmin konsepsiyaya görə mədəniyyət canlı orqanizm kimi genişlənməyə bilməz, bunun üçün isə hökmən müxtəlif mədəniyyətlər, sivilizasiyalar arasında əməkdaşlığa aparan dialoq olmalıdır.

O.Şpenqlerdən fərqli olaraq müasir ingilis tarixçisi və sosioloqu A.C.Toynbi (1889-1975) ictimai tərəqqi anlayışını "tsiklik nəzəriyyə" ilə əvəz etməyin tərəfdarı olmuşdur. A.Toynbi "ümumdünya tarixini eyni fazalar (doğum, böyümə, sarsılma, parçalanma və həlak olma) əhatə edən "sivilizasiyaların" məcmusu" kimi nəzərdən keçirmişdir". Rus tədqiqatçısı S.Kiselyova görə A.Toynbinin konsepsiyası heç də doğulma, gənclik, yetkinlik və qocalıq mənasında tsiklik olmayıb, əslində daha çox sivilizasiyalara xas olan mənşə, böyümə, parçalanma və dağılma, eniş və yoxuş və s. prosesləri analiz etmişdir" (3, s.155).

Müxtəlif sivilizasiyaların eyni inkişaf fazalarından keçdiyini qeyd edən A.Toynbinin baxışlarının ana xəttini hər bir sivilizasiyada "Analogiya və paralellər aparmaq imkanı kimi bəşəriyyətin Tanrı loqosunun çağırışına-səsinə cavab vermək dialektikası" təşkil edir. Onun fikrincə, "sivilizasiya ona qarşı atılmış çağırışa cavab olaraq meydana gəlib inkişaf mərhələlərindən keçərək yaradıcı elita vasitəsilə ətraf aləm üzərində nəzarəti gücləndirir, sonra isə nizamsızlıq, konfliktlər dövrü başlayır, ümumi dövlət yaranır, daha sonra isə (sivilizasiya – Ş.Z.) məhv olur" (5, s.51).



A.Toynbi bu çağırış-cavab ideyası əsasında müxtəlif sivilizasiyaların müqa­yisəli təhlilini aparmışdır. Buradan çıxış edərək o, sivilizasiyaları müxtəlif dünya dinləri (buddizm, iudaizm, xristianlıq və İslam) ilə birlikdə təqdim etmişdir. Çünki A.Toynbiyə görə "Dünya dinlərinin dəyərləri ən ali dəyərlər olduğundan, dünya dinlərinin inkişafı elə tarixi prosesin inkişaf istiqamətləridir" (1, s.155). Lakin o, Şpenqlerdən fərqli olaraq sivilizasiyanı cəmiyyətin bir növü hesab edirdi. Onun əsərlərində bu iki anlayış hətta sinonim kimi də istifadə olunmuşdur. Dövlətə gəldikdə isə, A.Toynbiyə görə o, sivilizasiyanın xüsusi bir təzahür formasıdır. Amma o, dövlətin konkret bir siyasi sərhədə malik olduğu halda sivilizasiyanın belə bir xüsusiyyətinin olmadığını da vurğulayırdı. Onun baxışlarında sivilizasiyanın sərhədləri məsələsi iki ölçü ilə qeyd olunur. Bunlar hər bir sivilizasiyaya xas olan məkan və müxtəlif sivilizasiyaların zaman ölçüləridir. A.Toynbi yer üzündə "vahid sivilizasiya" konsepsiyasına qarşı çıxaraq hər bir sivilizasiyanın özünəməxsus xüsusiyyətlərinin olduğunu iddia etmişdir. Bu mahiyyətdən irəli gələn xüsusiyyətlər isə, ona görə hər bir sivilizasiyanın inkişafına təsir edir. Məsələn, "Mexanika ilə məşğul olmaq Qərb sivilizasiyasının, estetika ilə məşğul olmaq ellinin səciyyəsidirsə, din hind və induist sivilizasiyanın xüsusiyyətidir" (1, s.156). A.Toynbi sivilizasiya­ların fərqliliyi barədə ona qədər O.Şpenqlerin də bəhs etmiş olduğunu vurğulamaqla yanaşı, dünyanın müxtəlifliyinin məhz bundan irəli gəldiyini əsaslandırmağa çalışmışdır. Odur ki, A.Toynbi "ümumvəhdət" konsepsiyasından irəli gələn "vahid dövlət", "dünya hökuməti" və s. bu kimi ideyalara inamsız yanaşdığını gizlətmirdi. Əksinə, o, əmin idi ki, "...tarix keçmişdə olduğu kimi, gələcəkdə də bəşəriyyətin üzvi tərkib hissəsi olan lokal sivilizasiyaların müxtəlifliyi ilə öz inkişafını davam etdirəcəkdir" (1, s.159-160). Bu lokal sivilizasiyaları A.Toynbi müxtəlif meyarlar əsasında bir neçə qrupa bölürdü. O, "canlı", "inkişaf edən", "yetkin" xassələrinə beş sivilizasiyanın (Qərb, provaslav, İslam, Uzaq Şərq və induist) malik olduğunu göstərirdi. Sonralar buraya Rusiyadakı provaslavlığı, Koreyanı və Yaponiyadakı Uzaq Şərq sivilizasiyalarını da əlavə etmişdi. A.Toynbiyə görə artıq "ölərək" relikt sivilizasiyalar sinfinə aid edilə biləcək bir sıra lokal sivilizasiyalardan da bəhs etmək olar. Bununla əlaqədar olaraq onun "doğulmamış" və meydana çıxmalarının "qarşısı alınmış" lokal sivilizasiyalar barədə söylə­dikləri daha çox maraq doğurur. Belə ki, Toynbi iddia edirdi ki, "Uzaq Qərb və Uzaq Şərq xristianlığı, Skandinaviya və Suriya sivilizasiyaları doğulmamış sivilizasiyalar, ellin sivilizasiyasındakı spartaçılar, poline­ziyalılar, xristian provaslav sivilizasiyasında osmanlılar, köçərilər və eskimoslar doğulmalarına (meydana çıxmalarına – Ş.Z.) baxmayaraq öz inkişaf­larında "qarşıları alınmış" sivilizasiyalar hesab etmək olar" (1, s. 162). Öz təsnifatında tarixə istinad etmiş A.Toynbi yazırdı ki, Qərb-xristian və provaslav-xristian sivilizasiyaları, onlar üçün "ata sivilizasiya" hesab edilə biləcək ellin sivilizasiyadan törəmişlər. O eynilə də İran və ərəb sivilizasiyalarının qədim Suriya sivilizasiyasından törəndiyini və onların isə İslam sivilizasiyasını meydana gətirdiyini iddia etmişdir. Onun fikrincə, məhz müsəlman aləmində müşahidə edilən dini məzhəb fərqlilikləri, yəni ərəblərin sünni, iranlıların isə şiə olmalarının səbəbini də bu etnik müxtəlifliklə əlaqələndirmək daha doğru olardı. Bəzi başqa müəlliflər kimi Toynbinin də Rusiyanı gah provaslav – xristian sivilizasiyası, gah da müstəqil bir sivilizasiya hesab etməsi qiymətləndirilmir. Əksər tədqiqatçılar Rusiyanın nəhəng bir dövlət olaraq müxtəlif lokal sivilizasiyalar arasında bufer rolu oynadığını qəbul etməkdədirlər.

O.Şpenqler kimi A.Toynbi də sivilizasiyalarası münasibətlərdə ekspansiya­çılığı başlıca əlaqə formalarından biri hesab edirdi. Müasir rus filosofu S.Kiselyov yazır: "Sivilizasiyaların başqa cəmiyyətləri tabe etmək və assimilyasiyaya uğratmaq yolu ilə yayılmaq tendensiyasına malik olması, A.Toynbinin başlıca postulatıdır" (1, s.164). A.Toynbi lokal sivilizasiyaların münasibətlərində baş verən bu işğalçılığı zəruri və təbii bir hal hesab etməklə yanaşı, Qərb sivilizasiyasının ekspansiyalarına məmnun­luğunu da gizlətməmişdir. Bununla belə o Qərbin işğalçılığı nəticəsində qeyri-Qərb sivilizasi­yalarının böyük iztirablar yaşadıqlarını inkar edə bilməmişdir. Əksinə, özünün çoxcildlik "Tarixin dərki" əsərində A.Toynbi Qərb sivilizasiyasının ekspansionist mahiyyətini açıqlayaraq, onun daim digər siviliza­siyaları təhdid etdiyini vurğulamışdır. O Qərb sivilizasiyasının tarixi mənşəyinə diqqət çəkərək qeyd edirdi ki, bu cür təhdidlər öz başlanğıcını hələ Аntik dövrdən götürmüşdür. Belə ki, Makedoniyalı İsgəndər və onun davamçılarının fəthləri demək olar ki, Suriya, Misir və Babilistan, o cümlədən də, Hind sivilizasiyasının böyük bir hissəsini sanki uda bilmişdi. A.Toynbi Qərb sivilizasiyasının inkişaf tarixində Оrta əsrlər dövründə dini bayraq altında Böyük Karl tərəfindən öz ərazisini genişlən­dirmək naminə gerçəkləşdirmiş olduğu ekspansiyaları da qeyd etmişdir. O göstərirdi ki, məhz səlib yürüşləri sayəsində Qərb Aralıq dənizi və Baltikyanı hövzəyə öz nüfuzunu yaya bilmişdir. Bununla yanaşı, həmin nüfuzun daha da genişlən­məsinin qarşısını almış ən ciddi faktor kimi məhz Qərbin bu aqressiyalarına qarşı əks təsir rolunu oynamış moskovitləri və osmanlıları da qeyd etmişdir. Bütövlükdə isə, A.Toynbi günümüzə qədər davam etməkdə olan Qərb ekspansionizminin XV əsrin sonlarından başlandığını irəli sürmüşdür. Bunun nəticəsində Yeni Dünyanın yarandığını qeyd edən A.Toynbi, Qərb ekspansiyasının özü ilə yanaşı vesterni­zasiya gətirməkdə çox uzağa getdiyini vurğulamışdır. Başqa bir tərəfdən buna sevincini gizlətməyən A.Toynbi qeyd edirdi ki, "1683-cü ildə sonuncu nəhəng osmanlı mü­daxiləsi iflasa uğradıqdan sonra Homo Occidentalis (Avropa insanı – Ş.Z.) xarici qüvvələr tərəfindən ciddi təhlükələr qarşısında qalmağın nə olduğunu unuda bildi" (3, s.167). Lakin A.Toynbi unudurdu ki, Qərb dünyası XX əsrdə başda SSRİ olmaqla sosialist düşərgəsindən, müasir dövrdə isə İslam, Çin sivilizasiyalarından çəkindiyi kimi, Rusiya da Qərb üçün ciddi təhlükə mənbəyi hesab olunmalıdır.

Fikrimizcə, A.Toynbinin irəli sürüb əsaslandırmağa çalışdığı guya İslam dininin Qərb siviliza­siyasının geniş ekspansiyası və güclü təzyiqi nəticəsində meydana gəldiyi barədə fikri heç bir tarixi fakta əsaslanmır. İslam dininin meydana gəldiyi tarixlə, müsəlman sivilizasiyasının sonrakı inkişaf dövrünü qarışdırmış A.Toynbi, monqol yürüşlərini də İslami hərəkat hesab etməklə növbəti bir yanlışlığa yol vermişdir. Amma onun qeyd etdiyi kimi, bütün bu toqquşmalar nəticəsində müxtəlif dini mənsubiyyətli əhalinin öz doğma yurdlarından kənara düşmələri danılmaz fakt və bəşər tarixinin reallıqlarındandır. Bütövlükdə A.Toynbiyə görə, cəmiyyətin insanı əhatə edən ətraf mühitə təsiri formaları kimi, müharibələr və başqa sosial vasitələr qaçılmazdır. Xüsusilə də, o, sivilizasiyaların genişlənməsinin ən başlıca vasitəsinin məhz müharibələr olduğunu dəfələrlə qeyd etmişdir. Tarixə müraciət etmiş A.Toynbi Qərb sivilizasiyasının daima "müharibələr yolu ilə", "dəniz və qurudakı hərbi manevrlərlə", "qanlı dini müharibələrlə" genişləndiyini vurğulamışdır (3, s.173). Maraq doğuran cəhət A.Toynbinin provaslav sivilizasiya­sının Qərb sivilizasiyasına nisbətdə daha az qan tökmüş və amansız olmayan bir sivili­zasiya kimi təsvir etməsidir. Ümumiyyətlə, A.Toynbi sivilizasiyaların ekspansioniz­mini ifadə edən müharibəni siyasi hakimiyyətin dini məqsədlər naminə istifadə edilməsi adlandırmışdır. O, "mənəvi-əxlaqi baxımdan müharibəni ittiham edərək müharibə institutunun qədim və qeyri-insani hadisə olduğunu söyləsə də, tarixi-mədəni anlamda müharibəyə bəraət qazandırıb, sivilizasiyaların mövcud olmalarında müharibələrin böyük və hətta həlledici rolundan bəhs etmişdir". Bəşəriyyəti müharibələrsiz təsəvvür etməyən A.Toynbiyə görə sivilizasiyaların xilaskarları da çox zaman əldə silah (qılınc) meydana çıxırlar. Sanki insan qanını dadmış bir pələng dayanmaq bilmədiyi kimi, qana bulaşmış qılınc da qınında çox qala bilmir. O, iddia edirdi ki, cəmiyyətlərin başçıları nə qədər qan tökməməyə söz verib qılınclarını qınlarında saxlasalar da, bir müddətdən sonra gec-tez onların vədləri heçə dönəcəkdir. Sivilizasiyaların mövcudluğunda müharibənin qaçılmaz olduğunu əsaslandırmağa çalışmış A.Toynbinin bəzi fikirləri, müasiri olduğumuz beynəlxalq münasibətlər sistemində baş verməkdə olan hadisələri səciyyələndirmək imkanı verir. O göstərirdi ki, ayrı-ayrı sivilizasiyalar arasında potensial fərqlər mövcud olduqca, onların toqquşması və ya başqa sözlə desək, sivilizasiyalararası müharibələr labüddür. Lakin A.Toynbiyə görə bu konfliktlər siyasi münaqişələrdir. Axı müxtəlif lokal sivilizasiyalar özlərini dövlət, ordu, müharibələr kimi siyasi instrumentlərdə təzahür etdirir. Tarix isə bu vasitələri qüdrətli olan sivilizasiyaların hökmranlı­ğından başqa bir şey deyildir. Buna misal kimi, A.Toynbi uzun əsrlər boyu ellin sivilizasiyasının qeyriləri, Qərb sivilizasiyasının qeyri-Qərb olan sivilizasiyalar üzərindəki qələbələrini göstərirdi.

A.Toynbinin sivilizasiyalr tarixində "çağırış-cavab" prinsipinə gəldikdə isə qeyd olunmalıdır ki, o məhz bununla sivilizasiyaların artmasını daha ümumi bir şəkildə ifadə etməyə çalışmışdır. Əslində hər bir sivilizasiyaya xas olan iqtisadi və ya demoqrafik məsələlər elə həmin dövrün "çağırışları"dır. Bu çağırışlara cavabın olmaması isə, artım və inkişaf üçün stimulun olmaması deməkdir. Ayrı-ayrı sivi­liza­siyaların dövrün tələblərini cavablandırmasında iqlim-coğrafi amillərə toxun­muş A.Toynbi qeyd edirdi ki, məsələn, Afrikanın zəif inkişaf etməsinə səbəb elə bu amildir. Onu təbii stimulundan məhrum etmişdir (1, s.178). Onun fikrincə, ətraf aləmin və başqa sivilizasiyaların (cəmiyyətlərin) təhdidləri (zərbələri) sivilizasi­yanın inkişafına təkan verən amillərdir. Məhz bu münasibətlərdə qalib çıxan sivilizasiyalar güclü və ya özündən qüdrətli sivilizasiyalar üçün fortpost rolunu oynaya bilir. Yaxud da, müasir Şərqdə baş vermiş Yapon və Çin möcüzə­lərini A.Toynbinin "çağırış-cavab" konsepsiyası ilə izah etmək heç də çətin de­yildir. Buna görə də çoxlarının fikrincə, A.Toynbinin tarixi öyrənməyə, daha doğ­rusu tarixin dərk edilməsinə yönəlmiş sivilizasiyalı yanaşması mühüm nəticələr ve­rərək daha dərin və funda­mental məsələlərin öyrənilməsinə imkan verməkdədir. Sö­zügedən sahə ilə əlaqədar K.Yaspersin (1885-1969) mülahizələri daha orijinaldır.

K.Yaspers tarixi prosesə vahid «ox» kimi baxır və onun üçün Şərq, Qərb deyil, «oxun» irəliyə doğru fırlanması şərtdir. Yaspersin «zaman oxu» konsep­siyasında ümumdünya tarixində bəşəri tarixin əsasını qoymuş müxtəlif, ayrı-ayrı mədəniyyətlərin fövqəltarixi kommunikasiyasını mümkün hesab etmişdir. "Tarixin mənası və məqsədi" əsərində qeyd edirdi ki, "Tarixi inkişafın Çin, Hindistan və Qərb kimi üç xətləri arasında paralellər apararaq biz Avropanın ənənəvi olaraq iddia etdiyi üstün olmaq fikrindən tamamilə imtina etdik" (6, s.89). Yaspers avropa­lıların şüuruna xas olan səciyyəvi xüsusiyyətləri izah etməklə yanaşı, heç bir avropalının bundan azad ola bilmədiyini də vurğulamışdır. Əlbəttə, obyektiv olmağa çalışaraq filosof, "çin­lilərin və hindlilərin də avropalılardan heç də az olmayaraq özlərini əsl insanlar hesab edib, özlərinin üstün olduqları hüququnu nəsə ağıllı bir şey zənn etdikləri" hallarının" da tarixi reallıq olduğunu istisna etməmişdir. Amma Qərb aləminin yunanlardan başlayaraq daxilən Qərb və Şərq polyarlığı çərçivəsində inkişaf etdiyini xatırladan K.Yaspers Qərb və Şərq arasındakı ziddiyyətlərin Herodotun dövründən əbədi və əzəli ziddiyyət kimi dərk edildiyi qənaətində olmuşdur. Əsasını yunanların qoyduq­ları Qərb dünyası K.Yaspersə görə "həmişə diqqətini Şərqə yönəldərək Şərq dünyası ilə düşmənçilik edib, onu dərk edərək ondan kənarda qalıb, ondan (Şərqdən – Ş.Z.) müəyyən cizgiləri əxz edib dəyişdirərək bunlarla mübarizə apardığı kimi, elə bu mü­barizə nəticəsində hakimiyyət dövri olaraq bir tərəfdən digərinə keçmişdir" (6, s.89).

K.Yaspersə görə Şərq və Qərb ziddiyyətini bütövlükdə mənəvi aləmin oyanışı kimi də nəzərdən keçirmək olar. Belə ki, filosof müxtəlif mədəniyyətlərə məxsus olan ruhun yalnız özünü ziddiyyət və mübarizədə dərk etdiyi zaman yaşadığına, hərəkət etdiyinə, məhsuldar olub çiçəkləndiyinə inanırdı. O ziddiyyət deyərkən, bunun tarixi səciyyə daşıdığını vurğulayır və bunu tarixə xas olan obyektiv bir hadisə kimi nəzərdən keçirirdi. Filosofa görə məhz bu ziddiyyətlər çərçivəsində "mədəniyyətlər və xalqlar bir-birinə yaxınlaşır və bir-birindən uzaqlaşırlar". Yaspers də böyük humanist kimi mədəniyyət və sivilizasiyaların dialoq və əməkdaşlığına müsbət yanaşır və bir insan filosofu kimi inanır ki, bu əməkdaşlığa aparan dialoqsuz insan və bəşəriyyət xoşbəxt ola bilməz.

1   ...   16   17   18   19   20   21   22   23   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə