Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту



Yüklə 4.24 Mb.
səhifə19/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

Açar sözlər: Kür çayı, Araz çayı, beynəlxalq çay, sərhəd çayı, transsərhəd çay, su bəndi, çayların hüquqi statusu.
İstifadə olunmuş ədəbiyyat
1. Гуреев С.А., Тарасова И.М. Международное речное право. М., 2004.

2. Клименко Б.М. Международные реки. М.,1969.

3. Т.Юзефович. Договоры России с Востоком: политические и торговые. СПб,1869.

4. Mahmudov Y., Şükürov K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi 1639-1828. 1 cild. Bakı, 2009.

5. Сборник действующих договоров, соглашений и конвенций, заключенных с иностранными государствами. Вып. I-II. M.,1928.

6. Сборник действующих договоров, соглашений и конвенций, заключенных с иностранными государствами. Вып. V. М., 1930.

7. http://az.wikipedia.org

8. Сборник действующих договоров, соглашений и конвенций, заключенных с иностранными государствами. Вып. XXII. M.,1958.

9. Сборник действующих договоров, соглашений и конвенций, заключенных с иностранными государствами. Вып. XXIII. M.,1970.

10. Сборник действующих договоров, соглашений и конвенций, заключенных с иностран­ными государствами. Вып. XXVII. M.,1973.

11. Сборник действующих договоров, соглашений и конвенций, заключенных с иностран­ными государствами. Вып. XXX. M.,1975.

12. Сборник действующих договоров, соглашений и конвенций, заключенных с иностран­ными государствами. Вып. XXXI. M.,1977.


Азер Сафаров
международный правовой статус рек кура и

араз: исторический и правовой аспекты
Резюме
Реки, проходящие через территории нескольких государств, считаются международными. Международные реки Кура и Араз имеют статус трансграничных рек. Кура проходит по территории трех стран (Турция, Грузия и Азербайджан), а Араз   по территории четырех стран (Турция, Армения, Иран и Азербайджан). Международный правовой статус этих рек разрабаты­вался в течение нескольких столетий, что получило отражение в договорах и соглашениях, заключенных между империями – Российской и Османской, Османской и Сефевидов, России и Сефевидов, России и Ирана, а также между Советским Союзом и Ираном.

Тем не менее, для обеспечения сотрудничества между прибрежными государствами необ­хо­димо определить правовой режим рек Кура и Араз и основные направления их использования; также должны быть разработаны и заключены двусторонние и многосторонние соглашения между этими странами.


Ключевые слова: река Кура, река Араз, международные реки, пограничные реки, транспог­раничные реки, пункт водоснабжения, правовой статус рек.

Azer Safarov
international legal status of the kur and

araz rivers: historical and legal aspects
Summary
The rivers passing across the territory of several states are considered to be the international rivers. The international rivers, Kur and Araz have the status of transboundary rivers. The Kur passes through the territory of three countries (Turkey, Georgia and Azerbaijan), and the Araz passes through the territory of four countries (Turkey, Armenia, Iran and Azerbaijan). International legal status of these rivers has been developed during several centuries. This formation was reflected in the contracts and agreements concluded between the empires of Russia and Ottoman, Ottoman and Safavi, Russia and Safavi, Russia and Iran, and between the Soviet Union and Iran. However, the definition of the legal regime of the Kur and Araz rivers and essential directions of their use should be developed, and bilateral and multilateral agreements should be concluded to ensure cooperation between the littoral states.
Keywords: Kur river, Araz river, international rivers, the river border, trans-border rivers, the legal status of rivers.

UOT 32
Təyyibə İbrahİmİ

AMEA FSHİ, dissertant,

İİR Fərhəngian Universiteti, müəllim
Beynəlxalq sənədlərdə əməyиn dиskrиmиnasиyasına

yol verиlməməsи prиnsиplərи
Müasir dövrdə qadınların işlə məşğulluğu artıq heç kimdə təəccüb doğurmur. Qadınlar siyasi, iqtisadi, sosial və mədəni fəaliyyətlərdə iştirak edir və onların ictimai həyatda fəaliyyət göstərməsini hamı qəbul edir. Qadınlar peşə məsuliyyətini qəbul etmək şərti ilə istənilən ictimai sahədə fəaliyyət göstərə bilərlər. Burada mübahisə doğuran məsələ yalnız qadın məşğulluğunun əhatə dairəsidir. Yəni, qadınlar bütün sahələrdə işləyib rəhbərlik edə bilərlərmi? Qərb dünyasında nəzəri cəhətdən qadının potensial gücü bütün peşə sahələrində qəbul olunsa da, əməli cəhətdən bu həmişə mümkün olmur. Adətən qadınlar da öz növbəsində onlar üçün iş növünün seçilməsində, əmək prosesində, əmək haqqı məsələsində və əmək bazarında kişilər tərəfindən diskriminasiyaya məruz qaldıqlarına görə narazıdırlar. Qadınların fəaliyyət­lərini davam etdirmək üçün cəmiyyətdə diskriminasiyanın bütün formalarını aradan qaldırmaq lazımdır.

Öncə “diskriminasiya” sözünün terminoloji və leksiki mənasına diqqət yetirək. Diskriminasiyanın leksiki mənası belədir: “ İki və ya üç bərabərhüquqlu fərd arasında birinə və ya digərinə üstünlük vermək. [3 , s.1024 ]

Diskriminasiyanın terminoloji baxımdan qarşılığı “bərabər” terminidir ki, burada da iki şeyin bərabər, eyni, oxşar olması nəzərdə tutulur (1,s.262)

Diskriminasiya sözündə olan bu «bərabərlik» termininin terminoloji mənasını nəzərə alsaq, diskriminasiyanın hüquqi izahını belə vermək olar: «Heç bir əsas olmadan şəxsin və ya şəxslərin hüquqi üstünlüyə malik olması. Məsələn, heç bir üstünlüyü olmayan iki nəfər arasında birinə hüquqi cəhətdən üstünlük və imtiyazlar vermək və o birini isə bunlardan məhrum etmək».

Diskriminasiyanın yuxarıda göstərilən hüquqi izahına əsaslanaraq hüquqda “bərabərlik” anlayışının aşağıdakılardan ibarət olduğunu deyə bilərik: «Bir–birindən heç bir üstünlüyü olmayan fərdlər üçün bərabər hüquq və imtiyazların nəzərdə tutulması. Buna görə də bərabər şəraitdə olan fərdlərin hüquq bərabərliyi ədalətin göstəricisi ola bilər ki, bu da hüquqi qaydalar üçün əsas prinsipdir. Fərdlərin hüquq bərabərliyi qeyri–bərabər şəraitdə diskriminasiyanın göstəricisidir» (5, s.148).

Qadınlara münasibətdə diskriminasiyanın bütün formalarının ləğvi haqqında Konvensiya maddə­sində qadınlara qarşı diskriminasiya cinsiyyətə görə hər cür üstünlüyü, istisnanı (məhdudiyyəti) nəzərdə tutur, bu da nəticədə qadınların siyasi, iqtisadi, ictimai, mədəni, mülki və başqa sahələrdə əsas azadlıq və hüquqlarının pozulmasına gətirib çıxarır. Əməyinin diskriminasiyasına yol verilməməsi prinsipi bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.

Qadınlara münasibətdə diskriminasiyanın bütün formalarının ləğvi haqqında Konvensiyanın 11-ci maddəsində diqqət qadın əməyində diskriminasiyaya yol verilməməsi prinsipinə yönəldilmiş və bu məsələ geniş şərh olunmuşdur.

1. Üzv dövlətlər qadınlar əleyhinə diskriminasiyanı aradan qaldırmaq üçün lazımi tədbirlər həyata keçirməli, qadınlarla kişilərin bərabərliyi əsasında qadınlar üçün aşağıdakı halları təmin etməlidirlər:

a) əmək və məşğuliyyət hüququ insan hüquqlarının ayrılmaz tərkib hissəsi olması;

b) bərabər əmək imkanlarına malik olmaq hüququ, o cümlədən əməyin seçimində bərabər icra prinsiplərinin seçilməsi;

c) azad əmək və peşə seçimi hüququ, vəzifə artımı hüququ, peşə təhlükəsizliyinin və hər cür imtiyaz və xidməti şəraitin təmin edilməsi hüququ, peşə tədrisi və ixtisasartırma kurslarından istifadə hüququ;

d) bərabər əməkhaqqı almaq hüququ, bərabər dəyərə malik əmək müqabilində bərabər imtiyazlardan istifadə hüququ, həmçinin işin keyfiyyətinin dəyərləndirilməsində eyni münasibətin göstərilməsi;

h) sosial təminat, o cümlədən pensiya, işsizlik, xəstəlik, iş qabiliyyətinin itirilməsi (qocalıq və digər bu kimi hallar), əməkhaqqı ödənilməklə məzuniyyətə çıxma halları ilə bağlı hüquqlardan istifadə ;

v) səhiyyə və əmək təhlükəsizliyinn təmin edilməsi hüququ.

2. Ailə təşkil etmək və ya həmiləlik, qadınların işlə təmin olunması ilə bağlı məsələlərlə əlaqədar onlara qarşı hər hansı diskriminasiyanın qarşısını almaq üçün üzv dövlətlər aşağıdakı münasib tədbirləri həyata keçirməlidirlər:

a) hamiləliklə və ya doğuşla bağlı məzuniyyətə görə işdən kənaretmənin qadağan edilməsi, ər-arvad münasibətlərinə görə diskriminasiya hallarının tətbiq edilməsinin qarşısının alınması;

b) əməyin növü, vəzifəsi saxlanılmaq şərtilə hamiləliyə görə ödənişli məzuniyyətin verilməsi;

c) valideynlərin ailə vəzifələrinin peşə vəzifələri ilə uyğunlaşdırılması və onların ümumi yaşayışda lazımi səviyyədə iştirakına kömək edən sosial xidmətlərin təşviqi və himayə edilməsi. Bu maddədə həmçinin uşaqlara qayğı göstərmək üçün vasitələrin yaradılması və inkişafı nəzərdə tutulur.

d) hamilə qadınların hamiləlik dövründə əmək fəaliyyətinin davam etdirilməsi. Əməyin diskrimina­siyasının qarşısının alınması prinsipinin Beynəlxalq Əmək Hüququnda əks olunması.[6, http://hog­hoogh.online]

Əməyin diskriminasiyasının qarşısının alınması prinsipi Beynəlxalq Əmək Təşkilatının məqsəd­lərindən biridir. Bu prinsip Beynəlxalq Əmək Təşkilatının birinci Əsasnaməsinin 41-ci maddəsinin 2-ci bəndində təsdiq edilmişdir. Bundan əlavə Beynəlxalq Əmək Konfransı bu təşkilatın məqsəd və hədəflərini özündə əks etdirən “Filadelfiya bəyannaməsi”ndə yenidən həmin prinsipə əsaslanmışdır . İkinci bəndin “a “ hissəsində göstərilmişdir:

«Bütün insanlar irqindən, əqidəsindən və ya cinsindən asılı olmayaraq azad şəkildə iqtisadi təhlükəsizlik və bərabər əmək imkanları şəraitində özünün maddi və mənəvi rifahının yüksəldilməsi üçün səy göstərmək hüququna malikdir. Filadelfiya Bəyannaməsində dərc olunmuş prinsiplər Beynəlxalq Əmək Təşkilatının Əsasnaməsinə əlavədə öz əksini tapmış və onun icrasına təkid olunmuşdur. Beynəlxalq Əmək Konfransı göstərilən təşkilatın səlahiyyətləri çərçivəsində əməklə və işə qəbulla bağlı məsələlərdə diskriminasiyanın qarşısını almaqla əlaqədar bir sıra protokolları təsdiq etmişdir» .[2 , s.101]

Beynəlxalq Əmək Təşkilatının ümumi Konfransının 1958-ci ildə qəbul etdiyi «Əməyin bərabərliyinə dair» 111 saylı protokolun 1-ci maddəsinin 1-ci bəndində diskriminasiyanın tərifi aşağıdakı kimi verilmişdir:

a) məşğuliyyət və ya peşə sahəsindəki bərabərliyin aradan qaldırılmasına səbəb olan irqə, rəngə, cinsiyyətə, dinə, siyasi əqidəyə, milliyyətə və ya cəmiyyətdə tutduğu mövqeyə görə hər cür məhrumiyyət və ya imtiyaz halları;

b) dövlətlərin üzv olduğu işçi və sahibkar təşkilatları və digər əlaqədar təşkilatlar tərəfindən təyin olunan əməyin və peşə bərabərliyi ilə əlaqədar müddəaların pozulmasına səbəb olan hər hansı istisnalar, məhrumiyyət və ya imtiyaz halları.

Yuxarıda göstərilən maddəni araşdırarkən belə nəticəyə gəlmək olar ki, kişi və qadının siyasi, iqtisadi, ictimai, mədəni və digər sahələrdəki bərabərliyini məhdudlaşdıran və qarşısını alan hər hansı bir qanun, qərar, praktiki metodlar və mövcud adət-ənənələr diskriminasiya sayılır.

Beynəlxalq Əmək Təşkilatının ümumi Konfransının qadın və kişi işçilərə eyni dəyərli iş müqa­bilində bərabər əməkhaqqının ödənilməsi barədə 100 saylı protokoluna əsasən (1951–ci ildə təsdiq edilmişdir) üzv dövlətlərdən hər biri az dəyərli iş müqabilində qadın və kişi işçilərə bərabər şəkildə əmək haqqının ödənilməsini təşviq etməli və bu prinsipin bütün sahibkarlar tərəfindən icra olunmasını təmin etməlidirlər. Bu prinsipin icrası daxili qanunların hazırlanması və ya sahibkarlarla işçilər arasında imza­lanmış kollektiv müqavilələr əsasında həyata keçirilərək mümkündür. Bərabər əmək haqqının miqdarının təyin edillməsi haqqında qərar səlahiyyətli şəxslər tərəfindən həyata keçirilir (1-ci maddənin 1-ci və 2-ci bəndi). Lakin üzv dövlətlər münasib bildikləri halda maraqlı sahibkar və işçi təşkilatlarla protokolun həyata keçirilməsində əməkdaşlıq etməlidirlər (4- cü maddə). [4,s.564]

Beynəlxalq Əmək Təşkilatının ümumi konfransının 1958 –ci ildə qəbul etdiyi “Əməyin bəra­bərliyinə dair” 111 saylı protokolunu məşğuliyyət diskriminasiyasına qarşı mübarizəyə aid xüsusi və mühüm beynəlxalq sənəd adlandırmaq olar. Bu sənəd məşğuliyyət və işə qəbul sahəsində irqi , rəng, dəri, cinsi və digər hər hansı fərq, məhrumiyyət və ya üstünlüyü diskriminasiya sayır . [4,s.666]

Beləliklə nəticədə qeyd etmək lazımdır ki, həmin prinsipə əsasən qadınlar kişilərlə yanaşı bütün əmək sahələrində müxtəlif peşələrə yiyələnmək hüququna da malikdirlər və onlara qarşı bu sahədə heç bir qanuni qadağa yoxdur.

Digər tərəfdən bir çox ölkələrdə qadınların bəzi geniş yayılmış peşələrdə işləməsinin qarşısının alınması, vəzifə yüksəlişində kişilərə üstünlük verilməsi, bərabər dəyərə malik iş müqabilində bərabər əmək haqqının ödənilməməsi, cinsi zəmində sıxışdırmalar da diskriminasiya hallarından hesab edilir. Bunların qarşısını almaq isə, bir o qədər də asan deyil. Qadınlar mövcud maneələrə baxmayaraq hal-hazırda hüquqlarının həyata keçirilməsi, təhsillərinin artırılması yolu ilə bu sahədə bir çox irəliləyişlərə nail ola bilmişlər. Mövcud qanun və qaydalar da bu prosesdə mühüm rol oynamışdır. Bu, xüsusilə eyni dəyərli əmək müqabilində bərabər əmək haqqının ödənilməsi məsələsində özünü büruzə verir. Bununla belə, görülən tədbirlərin daha dəqiq icra olunması vacibdir. Həmçinin qadınların bilik səviyyələrinin davamlı artırılması yolu ilə də onların öz hüquqlarını təmin etmələrinə nail olmaq mümkündür.
Açar sözlər: inteqrasiya, qloballaşma, diskriminasiya, əmək.
İstifadə olunmuş ədəbiyyat
1. Dəbiri Məhəmmədrza və əməkdaşları. Beynəlxalq təşkilatların insan hüquqları barədə baxışları. Bur.1, Xarici İşlər Nazirliyinin nəşriyyatı, Tehran, 1372.

2. Ələviyyun Seyyid Məhəmmədrza. Qadın əməyi İran hüququnda və Beynəlxalq hüquqda. Tehran, Ziyalılar və qadın məsələlərinin araşdırılması mərkəzi, Bur.2, 1384.

3. Moin, Məhəmməd. Fars dili lüğəti. C.1. Tehran, Əmir Kəbir, 1360.

4. Sepehri Məhəmmədrza və əməkdaşları. Beynəlxalq Əmək müqavilələri. Əmək və sosial təminat müəssisəsi, Bur.1, 1383.

5. Səccadməneş Lütfüllah. Qadınlar əleyhinə diskriminasiyaların aradan qaldırılması üzrə konvensiyaya qoşulmanın təhlili. Bur.1, Sədəf, 1382.

6. Qadınlara münasibətdə diskriminasiyanın bütün formalarının ləğvi haqqında Konvensiyası mərkəzi, 1370.

http://hoghoogh.online
Тайиба Ибрахими
Основные принципы устранения трудовой

дискриминация в международных документах
Резюме
В настоящее время женщины принимают деятельное участие в политической, экономической и социальной жизни общества. Для продолжения этой деятельности необходимо устранить все формы дискриминации в обществе.

В статье анализируется необходимость устранения дискриминации в области занятости женщин на основе международных прав. Прежде всего с новых позиций путем аналитических методов раскрывается роль МОТ и ООН в деле устранения дискриминации.


Ключевые слова : интеграция, глобализация, дискриминация, труд.
Tayyiba Ibrahimi
The main principles for removing labour

discrimination in international documents
Summary
Nowadays women are involved in all political, economic, social and cultural activities. To persist their activities all kinds of discrimination would have to be demolished.

The article analyzes the necessity of removing discrimination in womens employment on the basis of international law. First, the problems of discrimination are considered within the framework of ILO and UN from the new positions. The role of the ILO and the UN in abolition of job discrimination is examined by the analytical methods.


Keywords: intergration, globalization, discrimination, labour.


UOT 297(560/ 566)
Leyli Həmиdova

AR Prezidenti yanında DİA, dissertant
Türkиyə və Avropa İttиfaqı münasиbətlərиndə иslam amиlи
Türkiyənin Avropa İttifaqı ilə əməkdaşlığı 1959-cu ildən başlamışdır. Bu yolda bir sıra çətinliklərlə qarşılaşmış, ədalətli olmayan əngəlləri dəf etmişdir. Avropa ailəsinə daxil olmaq, Avropa dəyərlərinin qəbul olunması əslində müsəlman bir ölkə üçün heç də asan olmamışdır. Çünki İslam ölkəsi üçün tamamilə xristian ölkələrindən təşkil olunmuş birliyə daxil olmaq öz-özlüyündə ciddi cəsarət tələb edən addımdır. Din amili Türkiyənin Aİ-yə inteqrasiya siyasətinin yeganə problemi olmasa da, bu faktorun ikitərəfli münasibətlərin qurulmasında böyük əhəmiyyətə malik olması danılmazdır. Çağdaş dövrdə dinlərarası qarşıdurma ideyasının (İslam və xristian) aktuallaşması bu problemin Türkiyənin Aİ-yə inteqrasiyasına təsirinin öyrənilməsini zəruri edir.

Avropada öndə gələn siyasətçilərin böyük bir hissəsi Avropa İttifaqının təməlində «xristian bir kimliyin olduğunu» həmişə vurğulamağa çalışmışlar. Bu fikirlər bəzən acıq, bəzən gizli şəkildə dilə gətirilmişdir. Almaniyanın keçmiş baş naziri Helmut Kol Avropa İttifaqının «hər şeydən qabaq ortaq dəyərlər, xüsusilə xristianlıq və intibah çağının məhsulu olan mədəni birlik» adlandırması əslində xristian olmayan ölkələrin bu birlikdə yer almasının mümkünsüzlüyünə işarə edirdi. (4, s.112) Almaniya Federal hökumətinin Türkiyə üzrə müşaviri işləmiş Udo Staynbaxa görə «Qərb dünyası Türkiyəni özünün bir parçası olaraq görmür. Mühavizəkarlar türkləri islam mədəniyyətində yetişmiş, xristianlığa dayalı əxlaqi və mədəni dəyərlərdən yaranan Qərb mədəniyyətinə yad bir xalq olaraq görür. Din faktorunu açıqca söyləmirlər, lakin əslində düşüncələrində yatan həqiqət bu... Sosialistlər və radikallar da eyni fikirləri «Türkiyədə insan haqları, demokratiyanın yetərli olmaması bəhanəsilə ört-basdır etməyə çalışırlar. Türkiyə­nin NATO-dakı rolunu qüvvətlə müdafiə etdikləri halda, bir islam ölkəsi ilə inteqrasiyanı içərilərinə sindirə bilmirlər. Bütövlükdə, xristian Avropanın sərhədlərinin müsəlman bir ölkəyə qədər uzanmasına razı deyillər» (4, s.113).

Xristian və müsəlmanlar arasında ilk qarşılaşma 636-cı ildə Yərmuq çayı sahilində (İordaniya yaxınlığında) baş vermişdir. Döyüşdə qalib gələn müsəlmanlar Yerusəlimi ələ keçirmişdilər. 1099-cu ildə xristianlar ilk xaçlı səfəri zamanı bu məğlubiyyətin əvəzini çıxa bilsələr də, 1187-ci ildə Misir sultanı Səlahəddin Yerusəlimi təkrar xristianlardan geri almışdı. Lakin növbəti xaçlı səfərlərində xristianlar qələbə çalmışdılar (10, s.135).

XI-XIII əsrlərdə Avropa mədəniyyətinin tənəzzül keçirməsi İslam və Bizans sivilizasiyalarını qüvvətləndirmişdi. Bu dövrdə Avropa mədəniyyəti daha çox Macarıstan, Polşa, Skandinaviya və Baltik yarımadasında inkişafını davam etdirirdi. XII-XIII əsrlərdə avropalılar öz təsir dairələrini İspaniyaya doğru genişləndirərək, Aralıq dənizi bölgəsində möhkəmlənməyə çalışırdılar. Lakin osmanlıların siyasi səhnəyə daxil olaraq həm Balkan yarımadasında möhkəmlənməsi, həm də Şimali Afrikanı ələ keçirməsi «Birinci Qərbi Avropa Dəniz İttifaqını» çökdürdü. 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulması isə bütün xristian aləmini yasa boğdu (11, s.328). 1492-ci ildə müsəlmanlar Cəbəllütarixə gələrək burada ilk birliklərini yaratmağa başladılar (9, s.51). Osmanlıların Vyana qapılarına qədər irəliləməsi (1529) Avropada müsəlman qorxusunun yaranmasına səbəb oldu.

XVI əsrdə Avropa mədəniyyətinin yüksəlişi, sosial plüralizm, ticarətin genişlənməsi və texniki nailiyyətlər yeni siyasi qlobal eranın başlanğıcını qoydu. Artıq Afrika və Asiyanın böyük bir hissəsi avropalıların əlinə keçmişdi. Osmanlıların zəifləməsi fonunda Qərb müstəmləkəçiliyinin güclənməsi xristianlığın hakim qüvvəyə çevrilməsini şərtləndirirdi. XIX əsrdə Avropa imperalizmi bütün Afrikanı, Asiyanı, Hindistanı, XX əsrdə isə Yaxın Şərqi (Türkiyə istisna olmaqla) nəzarət altına almışdı. Xüsusilə I Dünya müharibəsində İngiltərə, Fransa və İtaliya Osmanlı imperiyasına ciddi zərbə vurdu. 1920-ci ildə Osmanlı imperiyasının süqutundan sonra Britaniya, Fransa və İtaliyanın potensialı daha da artdı. Qərbin qüvvətlənməsi islam və xristian dünyası arasında mövcud olan ziddiyyətlərin daha qabarıq şəkildə meydana çıxmasına səbəb oldu (11). Bu proses Sovet sisteminin çökməsindən sonra daha da dərinləşdi. Qərb sovetlərin ardından yeni bir «düşmən» yaratmış və bunu «islam fundamentalizmi» adlandırmışdı. Yeri gəlmişkən, fundamentalizm ABŞ-da yaranmışdır. Mənası dinin köklərinə qayıdışın zəruriliyini, onun ilkin təmizliyinin qorunmasını təbliğ edir. Belə ki, 1919-cu ildə presviterian, batris və metodist dünya görüşlərinin daşıyıcıları olan qruplar Ümumdünya xristian Fundamental Assosiasiyasını yaratdılar. Məqsədləri – inamlarının fundamental əsasları saydıqları məsələlərin qoruyub saxlanılması olmuşdur. İslam fundamentalizmində də əsas məqsəd (ərəbcə “əs-sələfayi”-“ulular”) dinin köklərinə qayıdışdan ibarətdir (2, s.46-47).

90-cı illərdə sivilisaziya anlamında “Qərb”, “İslam” və “Avropa İttifaqı” terminləri mühüm əhəmiyyət kəsb etməyə başladı. Avropa formalaşdırdığı yeni beynəlxalq sistemdə “universal dinin” əhəmiyyətini anlayırdi. Samuel Hantinqtona görə sivilizasiya üçün vahid dil və din mühüm şərtdir. Bu baxımdan xristianlıq dəyərləri daha da qabardılmağa başladı. Avropa hər şeydən əvvəl Qərb mənəviyyatı, həyat tərzi, dəyərləri və ideyalarının geniş şəkildə yayılmasına ciddi cəhd göstərirdi. Müsəlman aləmində də Qərbin apardığı bu siyasətə qarşı “islam” şüarı altında mübarizə şiddətləndi. Qərbpərəstlik, Qərb həyat tərzinə kor-koranə itaət ən qorxulu təhlükə kimi qavranılır və çıxış yolu kimi «Əl islam hua əl hal» – «islam – nicat yolu budur» şüarı irəli sürülürdü (2, s.50).

Ümumiyyətlə, 60-cı illərdən başlayaraq dünyada dinin rolu artmışdı. Hindistanda buddizmin tərəfdarlarının çoxalması, Çində daosizmə marağın artması, İsraildə yəhudiliyin dəstəklənməsi diqqəti cəlb edirdi. Avropada, Şimali və Cənubi Amerikada xristianlıq dəyərlərinin möhkəmlənməsi istiqamətində fəaliyyətlər gücləndirilmişdi. İslam aləmində də canlanma hiss edilirdi (4, s.204). Hudson Universitetinin Türkiyə şöbəsinin rəhbəri Zeyno Baran dünyada islamın yüksəlişini 1979-cu ildə İranda İslam inqilabından sonra baş verdiyini qeyd edir. Onun sözlərinə görə, Əfqanıstanın SSRİ tərəfindən işğalına başlandıqdan sonra kommunizmə qarşı islamın genişlənməsinə dəstək verən Qərbin siyasəti də bu prosesə müsbət təsir etmişdir (3). Bu gün İrandan Mərakeşə, İndoneziyadan Bosniyaya qədər geniş bir coğrafiyada islam dininin siyasi təsiri və önəmi artmaqdadır. Əgər 1980-ci ildə dünyada xristianların sayı dünya əhalisinin 30 %-ni təşkil edirdisə, müsəlmanların sayı 18% həddində idi. Keçən dövr ərzində xristianların sayının azalması, müsəlmanların sayının isə əksinə artması müşahidə olunmaqdadır. 2025-ci ildə xristianların dünya əhalisinin 25%-ni təşkil edəcəyi, müsəlmanların isə 30 % həcmində artacağı proqnozlaşdırılır (11,s. 65).

Məşhur Britaniya şərqşünası və islamşünası Bernard Luis Avropada islamın müasir vəziyyətini üçüncü müsəlman müdaxiləsi (ərəb və türklərdən sonra) hesab edir. Bu gün Fransada 5, 98 mln, Böyük Britaniyada 2 mln, Hollandiyada 870 min, Belçikada 370 min, Avstriyada 180 min, Yunanıstanda 170 min, Danimarkada 160 min, Portuqaliya və Norveçdə 50 min, Polşada 40 min, Sloveniyada 30 min, Çexiyada 20 min müsəlman yaşayır. Almaniyada isə 82 mln əhalinin 4 mln müsəlmanlar təşkil edir.(9, s.51). Son dövrlərdə Avstriyada, Hollandiyada, Danimarkada, Norveçdə və İsveçrədə müsəlmanların sayının artması tendensiyası mövcuddur.

Avropaya müsəlman miqrasiyasının güclənməsi xristian dövlətlərini ciddi narahat etməkdədir. Bu narahatçılıq müsəlman əhalisinin yaşadıqları ölkələrdə siyasi partiyalarda fəallıqlarının artması ilə daha da genişlənir. Bu təşkilatlar Belçikada, Bolqarıstanda, Almaniyada, İngiltərədə, İtaliyada, Rumıniyada, Fransada və digər Avropa ölkələrində genişlənməkdədir. B.Britaniyada belə islam təşkilatlarının mərkəzləri fəaliyyət göstərir. «Al Racid Trust», «İslam gənclərinin ümumdünya ittifaqı», «İslam təbliğatının mərkəzi», «Şəriət tərəfdarları» kimi təşkilatların əsas məqsədi dünyanın müxtəlif regionlarında radikal islam təşki­latlarına kömək etməklə idarəetmənin şəriət formasına üstünlük verən dövlətlərin yaranmasını təmin etməkdən ibarətdir. Almaniyada 24 radikal islam təşkilatında 30 mindən çox müsəlman fəaliyyət göstərir (9, s.52).

Bütövlükdə, Qərb və İslam dünyası arasında baş verən qarşıdurmaların səbəbini Hantinqton aşağıdakı kimi izah edir: 1) Avropada müsəlmanların sayının artımı və onların radikal islam təşkilatlarında təmsil olunması; 2) İslam intibahı müsəlmanlarda özünə inamı formalaşdırır, Qərb sivilizasiyasını üstələyir; 3) İslam intibahı ilə üzləşən Qərb (hərbi və iqtisadi) öz gücünü qorumağa çalışır, hətta islam ölkələrində münaqişələrə təsir edir və bu da müsəlmanları daha da qıcıqlandırır; 4) Sovetlərin dağılması Qərb və İslam dünyasını düşməndən azad edərək, onları bir-birinin düşməni mövqeyinə gətirmişdir; 5) İslam və Qərb arasında fundamental şəkildə hakimiyyət və mədəniyyət məsələlərində Kim? Kimi? Kim idarə edir ? sualı daha çox əhəmiyyət kəsb edir (11, s.330).

Qərb və islam dünyası arasında ziddiyyətlərin dərinləşməsi Türkiyədə «biz müsəlman olduğumuz üçün Avropa İttifaqı tərəfindən qəbul olunmuruq» kimi fikirlərin meydana çıxmasına səbəb olmuşdu. Xüsusilə Avropadakı kilsələr Türkiyənin Aİ-yə daxil olmasına etiraz edir: «Müsəlman Türkiyənin Aİ-yə daxil olması kimliyimizə kölgə salır. Bu paralel böyüyən, xristian ənənələri ilə formalaşan Avropa mədəniyyətinin təməlindəki ittifaqı sarsıdar... Ayrı dünyaların insanlarını içimizə almayalım» deyə kilsə sanki Avropa dövlətlərinə ismarıc verir (8, s.102).

Avropalılar Avropa İttifaqını “mədəniyyət layihəsi” adlandırırlar. Avropa mədəniyyətinin təməlində yunan və Roma qaynaqlı ənənələr dayanır. Avropa öz idarəetmə və hüquqi funksiyalarını Romadan götürdüyünü iddia edir. Xristianlıq isə bu mədəniyyətin dominant məziyyətlərindən biridir. Əlbəttə, burada yəhudi dini düşüncə və görüşlərinin əhəmiyyəti böyükdür. Fransız inqilabı ilə yüksələn Avropa, sərbəst bazar iqtisadiyyatına söykənən dəyərləri ilə yeni dünya formalaşdırmağa başladı. Xüsusilə Qərbi Avropa regionu bu dəyərlərin əsas təzahür etdiyi məkana çevrildi. Şərqi Avropa və Balkanların tarixi inkişaf xüsusiyyətləri və mədəni fərqlilikləri onları Qərbi Avropadan nisbətən ayırmışdı. Bu kontekstdə Osmanlı dövlətinin varisi olan və ərazisinin yalnız 3%-i Avropa qitəsində yerləşən Türkiyənin ikişaf etmiş islam mədəniyyəti onun Avropa mədəniyyət çərçivəsinə daxil olmasını çətinləşdirən önəmli səbəblərdəndir (4, s.172).

Lakin Avropa İttifaqı dini bir ittifaq kimi yaranmamışdır. Avropa İttifaqının təməlində demokratik cəmiyyət, yüksək inkişaf etmiş iqtisadiyyat, Avropa ideyasına əsaslanan ümumi ideologiya anlayışları ön plandadır. Bundan əlavə, Avropa dövlətlərinin din məsələsində heç də həmişə vahid mövqedən çıxış etmədiyi müəyyən edilmişdir. Məsələn, xristian demokratlar, liberallar, sosial demokratlar və yaşıllar müxtəlif məsələlərdə uzlaşa bilmir və bundan narahat olan kilsə Avropada dinin ortaq «tənzimləyici (requlativ)» rol oynamasına çalışır. Hələ XX əsrin 80-ci illərdə Avropa İttifaqında «Təməl Haqlar Şərti» adlı sənədin imzalanması ilə bağlı müzakirələr keçirilmişdi. Sənədin girişində «Avropanın dini mirasına» sahib çıxılırdı. Lakin sənəd Aİ üzvlərinin arasındakı fikir ayrılıqları ilə əlaqədar olaraq təsdiq olunmamışdı. 1982-ci ilin noyabr ayında Papa məsələ ilə bağlı öz fikrini belə ifadə edirdi: “Avropa kimliyi xristianlıq olmadan anlaşılmaz. Avropa mədəniyyətini formalaşdıran dəyərlərin kökləri xristianlıqdadır. Xristianlıq Avropa mədəni kimliyinin önəmli bir ünsürüdür” (4, s.147).

Avropada protestant kilsələr Avropa İttifaqına yaxın münasibət nümayiş etdirməsələr də, 90-cı illərdə protestantların da bəzi məsələlərdə Aİ-ni dəstəklədikləri müşahidə olunurdu. 1992-ci ildə Praqada keçirilən Avropa protestant Assambleyası bu isti münasibətin göstəricisi idi. 1994-cü ildə ortodoks kilsəsi olan Fənər Rum Patrikhanəsi də Aİ nəzdində bir təmsilçilik açdı. Fənər patrikhanəsinin patriki 1994-cü ildə Avropa parlamentində çıxış edərək bildirirdi ki: «Aİ-nin qurumları ilə əməkdaşlıq ortodoks dünyası ücün çox faydalı və mühümdür” (8, s.98).

Türkiyədə din və dövlət arasındakı münasibətlər digər müsəlman ölkələrindən fərqlənir. Osmanlı dövləti ilk parlamentini 1876-cı ildə yaratmışdır (6). Türkiyənin qərbləşmə, modernləşmə istəyinin yaranması da Osmanlı imperiyasının son dövrlərinə təsadüf edir. Osmanlı dövləti o dövrdə “avropalaşma” adı altında daha üstün mövqedə olan mədəniyyətə yaxınlaşma, onunla bütünləşməni hədəfləyirdi.

Türkiyədə Cümhuriyyət rejimi dövründə dində və siyasətdə islahatlar aparılaraq çağdaş, Avropa normaları çərçivəsində hüquqi, demokratik dövlətin prinsipləri formalaşdırılmışdır. Bu prinsiplər içərisində dünyəvilik böyük əhəmiyyət kəsb edirdi. Dünyəviliyin səciyyəvi cəhətləri olan dövlət idarəsinə dini görüşlərin müdaxilə etməməsi, cəmiyyətdə din və vicdan azadlığının təmini, dini və məzhəbi nə olursa-olsun vətəndaşlara eyni hüquq verilməsi, dövlətin heç bir rəsmi dinə malik olmaması, maarifin dünyəvi və çağdaş əsaslara görə nizamlanması bu prinsipin başlıca ünsürlərini təşkil edir (1, s.76). Türkiyədə dünyəviliyin yolunda atılan ilk addım 1922-ci ildə noyabr ayında padşahlığın ləğv edilməsi oldu. 1924-cü il martın 3-də isə xəlifəliyin fəaliyyəti rəsmi şəkildə dayandırıldı. Konstitusiyadan «Türkiyə dövləti dini islam dinidir» maddəsi çıxarıldı. Bundan əlavə, dördüncü maddədə yer alan «Türkiyə Böyük Millət Məclisi dini hökümləri yerinə yetirir” cümləsi də götürüldü (5, s.84). Nəhayət, 1937-ci ildə dünyəvilik Türkiyə Respublikasının təməl prinsiplərindən biri kimi Konstitusiyada yer aldı.

Atatürk çağdaş sivilizasiya səviyyəsinə çatmağı və hətta bu səviyyəni keçməyi türk milləti qarşısında bir məqsəd qoyurdu: «Ölkəmizi çağdaşlaşdırmaq istəyirik. Əsas məqsədimiz Türkiyədə çağdaş, Qərbdəki kimi bir dövlət qurmaqdır. Sivilizasiyaya daxil olmağı arzu edib, lakin Qərbə yönəlməyən millət hansıdır? Biz Qərb sivilizasiyasını bir təqlidçilik etmək naminə qəbul etmirik. Onda müsbət olaraq gördüklərimizi, öz dünyamıza uyğun hesab etdiyimiz üçün dünya sivilizasiya səviyyəsi içində mənimsəyirik” (1, s.88).

Həqiqətən, XX əsr boyunca Türkiyənin Qərbə inteqrasiya siyasəti gücləndi. Türkiyə 1949-cu ildə Avropa Şurasına daxil olaraq Avropa təşkilatları ilə əməkdaşlığı intensivləşdirdi. 1952-ci ildə NATO-ya üzv qəbul olunması isə onun beynəlxalq sferada nüfuzunun artmasına şərait yaratdı. NATO-ya üzvlülüyü ilə öz hərbi təhlükəsizliyinin təmin olunmasına nail olan Türkiyə iqtisadi siysətini sürətləndirmək məqsədilə Avropa Birliyinə daxil olmağı xarici siyasətinin əsas strategiyasına çevirdi. Lakin Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişafı mürəkkəb mərhələdən keçdi. Avropalılar Türkiyənin NATO üzvlülüyü ilə Aİ-yə inteqrasiyanı eyni hesab etmirlər. Fransanın keçmiş xarici işlər naziri Claude Cheyson avropalıların münasibətini bu şəkildə dilə gətirir: «NATO hərbi bir ittifaqdır. Aİ isə siyasi bir inteqrasiyadır. Bunlar fərqli şeylərdir. Türkiyə İran və ərəb ölkələri ilə sərhəddə yerləşir. Avropanı qorxudan türklərin müsəlman olmalarından çox, onların din dövlətləri və din ünsürünün geniş yayıldığı bir coğrafiyada yerləşmələridir. Türk dəyərlərinin içərisində islam kimliyi mühüm əhəmiyyətə malikdir. Xristian Qərb dini fərqliliyi olan bir ölkə ilə inteqrasiyanın necə baş verəcəyindən ehtiyatlanır” (4, s.90).

Türkiyə Qərblə iqtisadi, siyasi və sosial münasibətlər saxlasa da, öz coğrafi yeri , dəyərləri, tarixi keçmişi, mədəniyyəti ilə islam dünyasının bir parçasıdır.

Əsrlər boyu islam dünyası içərisində önəmli yer tutan, hətta müəyyən tarixi dövrdə mərkəzi rol oynayan bir ölkənin Avropanın bir parçası olması yolunda atdığı addımlar həm Türkiyədə, həm Avropada müqavimətlə qarşılaşmışdır. Türkiyənin Aİ-yə üzvlük müraciətindən (1987) sonra Milliyyətci Hərəkat Partiyasının (MHP) qurucusu Alparslan Türkeş etirazını aşağıdakı kimi ifadə edirdi: «Biz qəti şəkildə AİB-yə qarşıyiq. AİB milli hakimiyyət həqiqətini və milli dəyərlərimizi ortadan qaldıracaq bir xristian ittifaqla birləşməyi düzgün saymırıq”. Hətta, MHP Aİ üzvlüyü üçün referendumun keçirilməsini də məsləhət görürdü (4, s.148).

1999-cu il Helsinki Zirvə görüşündə Türkiyə Birliyin namizəd ölkələri sırasına daxil olsa da, Avropada Türkiyənin üzvülüyünə qarşı etirazlar davam edirdi. 2000-ci ilin oktyabr ayında Brüsseldə Alman Hans Seidel Vəqfi tərəfindən təşkil olunan «Türkiyə-Aİ əlaqələri” adlı seminarda çıxış edən Xristian Demokrat Birlik və Xristian sosialist partiyaları məclisinin qrup rəhbəri Michel Gloes aşağıdakı fikirləri səsləndirirdi: “Türklər fərqlidir, Türkiyənin Aİ-də bir gələcəyi ola bilməz. Türkiyəyə ancaq xüsusi bir status verilə bilər”. Türkiyənin Baş Naziri Məsud Yılmaz isə avropalı diplomata belə cavab vermişdi: “Süni gündəm çıxartmayın. Türkiyənin üzvülüyündə sizə görə tək əngəl var. Türkiyənin xristian olmaması. Dinimizi dəyişdirmək istəyirsinizsə, bu mümkün deyildir” (4, s.175).

Türkiyənin Aİ-yə inteqrasiyasında Avropa dövlətlərini narahat edən digər mühüm bir amil də Türkiyənin əhalisinin sayının çox olması, üstəlik sürətlə artmasıdır. 2025-ci ildə Aİ-nin əhalisi 481 milyon olacağı proqnozlaşdırılır. Bu konteksdə Türkiyənin əhalisinin sayı 82 milyona yüksələcəkdir. Yəni, Türkiyənin əhalisi Aİ əhalisinin 5,6 %-ni təşkil edəcəkdir. Proqnozlara əsasən 2050-ci ildə Aİ əhalisinin sayı getdikcə azalaraq 419 milyon, Türkiyədə isə əksinə, əhalinin sayı 105 milyona yüksələcəkdir. Bu Aİ üçün demoqrafiq təhlükə hesab olunur (7, s.5). Bundan əlavə, Türkiyə Avropa İttifaqına daxil olacağı təqdirdə Avropa əhalisinin ümumi həcmində müsəlmanların payı 20%-ə yaxınlaşacaqdır (9, s.52).

2000-ci ilin may ayında Ankarada Diyanət İşləri Nazirliyinin təşəbbüsü ilə keçirilən iclasda Türkiyənin Aİ–yə üzvlüyü baş verəcəyi təqdirdə bunun “İslam dünyasına təsirləri” mövzusunda müzakirələr keçirildi. Müzakirələrdə Türkiyədə din-dövlət münasibətləri geniş şəkildə müzakirə obyekti oldu. Xüsusilə “din və vicdan azadlığı” ilə bağlı məsələlərin Aİ normaları ilə necə tənzimlənməsi müzakirələrin əsas mövzusunu təşkil edirdi. Həm Vatekan, həm Aİ Dindarları Şurası Baş Katibi Noel Treanor açıqlamasında bildirirdi ki, “Aİ ölkələrində din-dövlət münasibətləri təməl sazişlərlə deyil, ikinci dərəcəli sənədlərlə tənzimlənir. Bu sənədlər Avropa İnsan Haqları Sazişi, Ümumdünya İnsan Haqları bəyannaməsi, Avropa Birliyi Ədalət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinin aldığı qərarlardır (4, s.148) Aİ Komissiyasının Ankara təmsilçisi Nail Leonard məsələni aşağıdakı kimi izah edir: “ Din və dövlət arasındakı əlaqələrin tənzimlənməsinə hər bir üzv dövlətin özü qərar verməlidir. Aİ hər bir üzv tərəfindən seçilən modelə qarışmır”(4, s.148) Avropada xristianlar üçün dini məsələlərin tənzimlənməsində problemlər olmasa da, Türkiyə Birliyə daxil olduqdan sonra müsəlman ölkə kimi bir sıra məsələlərdə xristian dəyərləri ilə ziddiyyətlərin meydana çıxması qaçılmazdır. (Bu problemlər artıq özünü göstərməkdədir. Məsələn, bu gün Avropada hicablı qadınlar bir sıra qadağalarla qarşılaşırlar və s.).

Bu gün Ədalət və İnkişaf Partiyasının apardığı daxili və xarici siyasət Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirilir. Aİ Türkiyəyə təqdim etdiyi son məruzələrdə də, AKP hökumətinin Aİ normalarına inteqrasiya siyasəti çərçivəsində həyata keçirdiyi islahatlar proqramlarını qənaətbəxş hesab edir. Lakin son dövrlərdə Türkiyədə islam dininin siyasiləşməsi tendensiyası diqqəti cəlb edir. Xüsusilə Türkiyənin Baş naziri Rəcəb Taib Ərdoğanın açıq şəkildə dilə gətirdiyi: “Mən Türkiyədə dindar bir nəsil yetişdirməyə çalışacağam” ifadəsi Aİ ilə münasibətlərə mənfi təsir göstərə bilər.

Beləliklə,Türkiyənin Aİ-yə inteqrasiya siyasətində “din faktorunun” böyük önəm daşıması reallıqdır. Din amili ikitərəfli münasibətlərin qurulmasında həlledici rol oynamasa da, münasibətlərin inkişaf tempinə ciddi təsir etməkdədir. Avropa müsəlman dünyasının önəmli dövlətlərindən biri olan Türkiyəni üzvülüyə qəbul etməkdən çəkinir. Lakin Türkiyə Aİ-yə inteqrasiyanı Kopenhagen kriteriyaları və Aİ normaları çərçivəsində aparır. Türkiyənin Avropa İttifaqı naziri və Baş müzakirəçi Eğemen Bağışın sözləri ilə desək: “Din Türkiyə üçün kriteriya deyil”. Əgər Avropa İttifaqı Türkiyənin islam kimliyi ilə barışaraq onunla münasibətləri hüquqi və Aİ normaları çərçivəsində apararsa, bu hər iki tərəf üçün faydalı olacaqdır. Çünki Türkiyənin Birliyə qəbul olunması Qərb və müsəlman dünyası arasında mədəniyyətlərarası körpünün qurulmasına böyük töhfə ola bilər. Həmçinin müsəlman bir ölkənin Avropa ailəsinə qoşulması dünyada Avropanın irəli sürdüyü - demokratiya, insan haqları kimi ümumbəşəri dəyərlərə inamı gücləndirər və sivilizasiyalararası toqquşmaların qarşısının alınmasında da uğurlu addım ola bilər.



Yüklə 4.24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin