Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə15/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

İstifadə olunmuş ədəbiyyat
1. Beynəlxalq Sağlamlıq Təşkilatı. Yaşamaq bacarıqlarının tədrisi proqramı. 1994, 342 s. (fars d.)

2. Ədib. Yaşamaq bacarığı. (diplom işi). 1382, 122 s. (fars d.)

3. Fərdaneş. Təhsilin rəftar, yaradıcılıq baxımından təşkili. 1377, 356 s. (fars d.)

4. Sələbi. Yaşayış bacarıqlarının tədrisi proqramı. 2000, 119 s.(f.dilində)

5. Şəriətmədari. Cəmiyyət və təhsil. 1362, 321 s.(f.dilində)

6. Əsrari. Dərs proqramlarının planlaşdırılması. 1371, 233 s.(f.dilində)

7. Miller. Fənn proqramları nəzəriyyəsi. 1379, 305 s.(f.dilində)
Касум Ширази
умение жить в образовательном процессе
Резюме
В статье исследуются проблемы изучения жизнедеятельности в ходе учебного процесса. С этой целью проводится сравнительный анализ теоретических идей, разработанных разными авторами. Считается при этом целесообразным учитывать прежде всего интеллектуальные, этические и социально-психологические факторы.
Ключевые слова: умение жить, мораль, психологические факторы, интеллект.

Gasim Shirazi
ability to live in the educational process
Summary
The learning problems of the live ability in the educational process are investigated in the article. For this purpose the theories used by some researchers are analyzed comparatively. With this, it is considered that taking into regard the intellectual, moral and socio-psychological factors to the front plan is expedient.
Keywords: life skills, moral, psychological factors, intelligence.

UOT 316.334:7
Puribadi Xütbəsəra İnayətullah

AMEA FSHİ, dissertant
TƏHSİL SOSİAL SİSTEM KİMİ
Məlum olduğu kimi təhsilin sosiologiyası dedikdə, biz təhsilə sosial sistem tərifini verir, onun cəmiyyətdə bir müasir elm kimi öyrənilməsi üsullarını, metodologiyasını, inkişaf istiqamətlərini və s. nəzərdə tuturuq [6. 120]. Bir elm sahəsi kimi həm pedaqogika, həm də sosiologiyanın qovuşmasında dayanan bu istiqamətin tərkibində çox mürəkkəb ictimai inkişaf prosesləri cərəyan etməkdədir. Olduqca yeni bir inkişaf təmayülü olan təhsilin sosiologiyası XX əsrin ilk onilliyindən başlayaraq araşdırılmağa, tədqiq olunmağa başlanmış və zaman keçdikcə ən aktual sahələrdən birinə çevrilmişdir. Aparılan tədqiqatlar nəticəsində təhsilin sosiologiyasının tədqiq etdiyi problematik məsələlərə aşağıdakı müddəalarla aydınlıq gətirmək mümkündür.

1. Təhsil sosial sistemdir.

2. Təhsil inkişaf edən müasir texnologiyadan kənarda qalmır.

3. Təhsil almaq hamının haqqıdır. Dövlət təhsilə nəzarət edir.

4. Təhsil müəssisələri bir-birilə qarşılıqlı əlaqədədir (6, s. 118).

Təhsilin sosiologiyasından danışdığımız zaman ümumiyyətlə bu sahəyə aid olan bütün tələbə, şagird və müəllim heyəti, məktəbdə çalışan başqa tərbiyəçilər, rəhbər heyət, eləcə də Universitet kollektivi və demək olar ki təhsil ilə bu və ya digər formada əlaqəsi olan hər kəs nəzərdə tutulur. Çox böyük bir sosial təbəqəni əhatə edən, ictimaiyyətin daima nəzəri-diqqətində olan və olduqca vacib sahələrdən biri olan təhsilin sosiologiyası haqqında istər Qərbdə, istərsə də Şərqdə xeyli çalışmalar, araşdırmalar mövcuddur. Bu sahədə aparılan tədqiqatların mövzusu əsasən müəllim, tələbə və şagird arasındakı qarşılıqlı münasibətlər və onların xarakteri, uşaqların düzgün tərbiyə tədris metodologiyasının, onların yetişməsinin ortaya çıxardığı ehtiyaclar, tərbiyəvi münasibətlərin inkişaf etdirilməsi, o cümlədən insanın tərbiyəsinə təsir edən faktorlar, tərbiyəçinin pedaqoji üslubları, metodları və s. məsələlərdir (6, s. 119).

Unutmaq olmaz ki, təhsil sosial mühitin bir parçasıdır və bu səbəbdən təhsili cəmiyyətin əsaslı bir təşkilatı ünsürü kimi düşünmək lazımdır. Cəmiyyətin hər bir fərdi bu sosial təşkilatdan kənarda deyil. İnsan doğulduğu ailədə bu və ya digər formada tərbiyə olunur, yetişir, sonra isə aid olduğu cəmiyyətə qədəm qoyur. Təhsil və təbiyə insanın həyatında iç-içə olan iki anlamdır və onun dünyagörüşünü formalaşdırır, insanı bir ali varlıq kimi hazırlayır. Bu çoxpilləli sosial sistem insanı yetkinlik yaşına çatana qədər müntəzəm olaraq nəzarət altına almalıdır. İnsan böyüyüb boya başa çatdıqca və özünə nəzarəti təmin etdikcə digərlərinin onun tərbiyəsinə müdaxiləsini məhdudlaşdırır, lakin insanın bütün yaşlarda təhsilə olan ehtiyacı onu bu sahəyə olan tələbatını ödəməyə məcbur edir. İnsanın onu xaricdən əhatə edən sosial mühit, uşaq və gənclərin həyatı məqsədi, prinsipləri və digər mövqeləri, vəziyyəti, bütün düşüncə və davranış yönlərinə təsir edir. Burada müxtəsər olaraq qeyd olunan cəmiyyət ilə tərbiyəvi yetişdirmə arasındakı qarşılıqlı əlaqə, münasibət və təsirləri araşdıran elm sahəsi təhsilin sosiologiyası adlanır. Sosioloji baxımdan təhsil fərdin mənsub olduğu cəmiyyətdə öz qabiliyyətini, mövqeini və pozitiv olaraq digər davranış hallarını inkişaf etdirdiyi bir prosesdir. İnsan cəmiyyətdən təcrid vəziyyətdə yaşamır, ona görə də o sosial bir varlıqdır.

Təhsili sosioloji baxımdan ilk araşdıran alimlərdən biri qərbli sosioloq Emile Dürkheym olmuşdur. O, belə hesab edirdi ki, ümumiyyətlə sosial cəmiyyətlər insanların xaricində təzahür edir və insanın bu cəmiyyətə müdaxilə edib, onu köklərindən qoparmağa imkanı yoxdur. Sadəcə sosial həqiqətlər mövcuddur və bu sosial həqiqətlər hər hansı bir fərqli onları qəbul etməyə, bir sözlə boyun əyməyə vadar edir (5, s.88). Dürkheymin insanın yetişməsində, onun dünyagörüşünün formalaşmasında müasir cəmiyyətlərin forma və tipinə istiqamətlənmiş əhəmiyyətli bir fikri mövcuddur. Ona görə qədim cəmiyyətlərin öz fərdləri üzərində çox təzyiqedici bir nəzarəti mövcud idi, lakin müasir cəmiyyətlərdə bu getdikcə azalmağa üz tutmuşdur. Yeni sosial təşkilatlar insanlardan çox az şey tələb edirlər. İnsanın başına gələn müsibətlər və sosial məhdudiyyətlər yalnız ona aid olmuş olur. O öz problemləri ilə cəmiyyəti “məşğul etməmək üçün” onları özü həll etməli olur. Lakin bununla bahəm hər bir cəmiyyətə xas ümumi dəyərlər sistemi vardır və sosial fərdlər bu dəyərlərə istəyərək və yaxud istəməyərək əməl etməyə məcbur olurlar. Dürkyemin nəzərində təhsil də belə bir dəyərlər sisteminə aiddir və o cəmiyyətin nəzdində bir təşkilatlanmış qurumdur. Dürkheymin fikirlərini müəyyən dərəcədə onunla kəsişsə də TardeZiya Göyalp da davam etdirmişdir (5, s.50).

Müasir sosioloq alimlərdən Maks Veber də təhsilin sosiologiyası ilə məşğul olmuşdur. Alim təhsilə fərqli qiymət verərək deyirdi ki, o insanın yetişməsində ancaq bir vasitə ola bilər. Təhsilin missiyası sosial mühitdə insanı mükəmməl yetişdirmək, dünyagörüşünü formalaşdırmaq və nəzərdə tutduğu məqsədə, amala çatdırmaqdır. Təhsilin sosiologiyası, nəzəri və praktiki təhsil ilə əlaqədar L.F.Vard, A.V.Smol, G. Ratzenhofer və başqalarının da mühüm fikirləri olmuşdur.

Məktəblərdə müəllim – tələbə münasibətlərinə böyük əhəmiyyət verən və eləcə də uşaqların öz aralarındakı əlaqələri ilkin fərdi sosial münasibətlər kimi dəyərləndirən amerikalı alimlər ParsonsMerton məktəbləri fərdlərin ilk sosiallaşdığı mühitlərdən biri kimi göstərir. Məktəblərin insanın yetiş­məsində və tərbiyələnməsində əhəmiyyəti böyükdür (2, s. 40). Fərdin sosiallaşması ictimai mühit, mövcud mədəniyyətlə ünsiyyətdə baş verən prosesdir ki, fərdi sosial sistemin iştirakçısı halına gətirir, içində yaşadığı topluma onun uyğunlaşmasını mümkün edir. Sosiallaşma prosesinin cəmiyyətin norma, dəyər və inancları fərdlərlə nəql edilir, sosial institutlar daxilində onların üzərinə müxtəlif vəzifələr qoyulur, lazım bilinən vərdiş və streotiplər aşılanır. Sosiallaşma nəticəsində insan ailəsinin, qohum-əqrəbasının, qonşuluq və dostluq institutlarının, nəhayət millətinin bir parçası olduğunu öyrənir. Ən yaxın sosial əhatənin mürəkkəb və rəngarəng “mikroşəraiti” fərd tərəfindən sosial təcrübənin mənimsənil­məsini müxtəlif şəkildə özündə əks etdirməklə onun sosiallaşmasının məzmununa və səviyyəsinə təsir göstərir. Onlar azyaşlı uşaqlara ilkin sosial münasibətləri aşılayır, cəmiyyətdə mövcud olan maddi, mədəni – mənəvi məsələlərdən onları xəbərdar edir. Uşaqlar tədricən üzvü olduğu cəmiyyət mədəniyyətinin daşıyıcılarına çevrilirlər. Merton sosiologiyada özünün funksional görüşü ilə məşhur idi. Ona görə cəmiyyət mədəniyyəti bəzən insanları öz təzyiqinə məruz qoyur və onlara pozitiv elementlərlə birgə neqativ cəhətləri də aşılayır.

Amerika sosioloqları təhsilin sosiologiyasına öz münasibətlərini bildirərkən onu bir elm sahəsi kimi deyil, texniki metod olaraq görürdülər. Xüsusilə bu görüşü müdafiə edənlər M.Smith, Kulp və L.Zeleni olmuşlar. G.Payne isə iddia edirdi ki, təhsil ancaq məktəblərdə deyil, insanı bütün həyatı boyunca sosiallaşdırır və bu çoxpilləli metodologiyadır. O insana davranışlar qazandırır və bu mənada o davranışların bütünüdür. Ümumiy­yətlə isə təhsilin sosiologiyası təhsil ilə digər qurum və təşkilatlar arasındakı bütün funksional əlaqələri araşdırır. Lakin sosiallaşma bir dəfə yaranmış vəziyyət və münasibət deyil, daimi dəyişən, hərəkətdə olan vəziyyət və münasibətdir (3, s.56). Ayrı-ayrılıqda hər bir fərd özündən əvvəlki dövrlərdə yaşamış insanlar kimi, bütün ömrü boyu sosial mühitə daxil olur və ona uyğunlaşır. Sosiallaşma prosesində üç mühüm amil müşahidə edilir:

1) fərd mövcud sosial normaları, dəyərləri, mədəniyyəti əks etdirir;

2) fərd öz baxışlarını, dəyərlər sistemini, sosial tələbatlarını formalaşdırır;

3) fərd mənimsənilən dəyərlər, formalaşan baxışlar və tələbatlar əsasında ictimai həyata qovuşur.

Müşahidələr göstərir ki, uşaqlar müxtəlif səviyyəli sosial normalara yiyələnirlər.Yüksək səviyyə onda ifadə olunur ki,sosial norma ona müvafiq olan qiymətləndirici etalonlara uyğun gəlir (1, s.50). Belə olduqda sosial norma fəaliyyətin idarə olunmasının real amilinə çevrilir.Sosial normaların mənimsə­nilməsinin aşağı səviyyəsi onda ifadə olunur ki,uşaq şifahi-sözlü planda normanı bilir,lakin belə norma qiymətləndirici etalonlarla, o cümlədən müvafiq emosiyalarla təmin olunmur.Hər iki tip obraz etik etalonlar funksiyasını yerinə yetirir. Nəticədə uşaq fəaliyyətinin idarə olunması ilə sosial hisslər arasında funksianal asılılıq və əlaqə mövcuddur. Sosial emosiyaların təsiri altında reallaşdırılan fəaliyyət və ünsiyyət prosesi uşaqlar arasında müxtəlif tipli psixoemosional münasibətlərin formalaşdırılmasını şərtləndirir. Sonuncu amil uşaq şəxsiyyətinin ümumi inkişafına,o cümlədən onun emosianal sferasının formalaşmasına əsaslı təsir göstərir.

Azərbaycanda və İranda ictimai inkişaf prosesləri təhsilin qarşısında müəyyən problemlərin olmasını daha da qabardır. Belə ki, qloballaşmanın təhsil üzərindəki təsiri və nəticələri, bu çərçivədə təhsildə önə çıxan yeni yanaşma və anlayışlar, paradiqma və qaydalar, yeni ictimai və qlobal faktların təhsil təşkilatlarını, təhsilə mövzu tərəfdaşlarının (şagird, müəllim və digər ictimai komponentləri) necə təsir etdiyini müzakirə etməkdən məsələsi olduqca aktualdır. Eyni zamanda ictimai inkişafı daha da gücləndirən texniki imkanlardan, o cümlədən artan elektronik ünsiyyət növlərindən və vizual-öyrədici üsullarından istifadə etmək lazımdır (4. s.87).

Bu sahədə beynəlxalq arenada da müəyyən işlər görülmüşdür (BMT, UNESCO, UNICEF, ISESCO). Misal üçün, bəzi beynəlxalq təşkilatlar təhsilə ciddi maraq göstərir, onun inkişaf strategiyasını öyrənmək üçün xüsusi qrantlar təsis etməkdədir. Sosioloji tədqiqatlara geniş yer verən Beynəlxalq Sosiologiya Assosiasiyasında bu məqsədlə 1970-ci ildə «Təhsilin sosiologiyası» adlı tədqiqat komitəsi fəaliyyət göstərir. Artıq inkişaf etmiş və etməkdə olan bütün ölkələrdə təhsil ictimai həyatın ən aparıcı sahələrindən biri hesab olunur. Təhsilin tədqiqat obyektləri də günü gündən genişlənir. Cəmiyyət həyatının bütün sahələrinə daxil olan təhsil demək olar ki, insanla birgə yaşayır və onun yetişməsində böyük rol oynayır. “Təhsilin müxtəlif pillələrinin əhaliyə müyəssərliyi, təhsil alan gənclərin həyat tərzi, pedaqoji heyətlə qarşılıqlı münasibətləri, ictimai münasibətlər, maraqlar və gözləmələr sistemində vəziyyət və s. məsələlər əhatəli tədqiqat obyektinə çevrildilər” (5, s.47). Təhsilin sosiologiyasının öyrənilməsi bizə bu sahədə dövlət və xalq qarşısında duran xeyli zəruri vəzifələrin təyin edilməsində də imkanlar yaradır. Təhsilin cəmiyyətdə üzərinə götürdüyü mühim vəzifələr istər dialektik, istərsə də funksional anlamda dəyərləndirilməlidir. Çünki təhsil yetişdirdiyi cəmiyyətin sakinlərini, xüsusilə də uşaqları və gəncləri bu sosial mühitin maddi və mənəvi dəyərləri istiqamətində tərbiyələndirir, həm də bu özünün xarakterik cəhətlərini dəyişdirməyə onlara imkan verir. Lakin bu dəyişikliklərə olan cəhdlər daima nəzarətdə saxlanılmalıdır. Bu baxımdan Təhsil Nazirliyinin, o cümlədən təhsillə bağlı bütün qurumların üzərinə ağır vəzifələr düşür. Uşaqlara verilən təhsil, həm də onları dünya ilə tanış edir. Dünyanı tanıyan uşaq və ya gənc öyrəndiyi bilikləri eksperimental aspektdə tətbiq etməyə niyyətlidir. Bu təbii ki, müsbət qəbul edilməlidir, lakin bəzi hallarda bu niyyətlər neqativ yönlərə istiqamətlənir. Bu səbəbdən əvvəlcədən tərbiyənin düzgün qurulması və ailədaxili münasibətlərin səviyyəsi vacibdir. Bəzən isə ümumiyyətlə alınan təhsilin nəzəriyyədə qalması və fərd tərəfindən tətbiq edilməməsi yaxud tətbiq edilmək istənilməməsi problemi də təhsilin qarşısında duran mühüm məsələlərdəndir.
Açar sözlər: təhsilin sosiologiyası, sosioloqlar, təhsilin strukturu.
İstifadə olunmuş ədəbiyat
1. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsaslari. İkinci nəşr. Bakı, Adiloğlu,2003.

2. Otoway, A.K.C. Education and Society. An Introduction to the Sociology of Education, New York, 1966.

3. Puribadi Xətəbsəra İnayətullah. Fəaliyyət qiymətləndirməsinin təhsil nazirliyinin mərkəzi şöbəsinin işçilərinin fəaliyyətinə təsirinin öyrənilməsi (dissertasiya işi). Tehran Azad Universiteti, 2002.

4. Əlaqəbənd Əli. Təlim və təhsil rəhbərliyinə giriş. Tehran, 1994, Besət nəşriyyatı.

5. Dürkheim, E. Terbiye ve Sosioloji. İstanbul, 1950.

6. Vahidov F.Q., Ağayev T.B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, «Təknur», 2008, 334 s.


Пурибади Хутбасара Инайатуллах
Образование как социальная система
Резюме
В статье анализируются современная система образования и процесс социализации индивидов. Автор приходит к выводу, что хотя первичное знакомство детей-индивидов с социальными отношениями начинается в средней школе, однако образование в жизни человека не заканчивается лишь школой и университетом. Это объясняется тем, что процесс образования является многоступенчатой социологической системой, которую человек проходит на протяжении жизни.
Ключевые слова: социология образования, социологи, структура образования.

Puribadi Khutbasara Inayatullah
education as the social system
Summary
In the article the modern system of education and the process of socialization of the individuals are analysed. The author draws a condusion that though an initial acquaintance of the children-individuals with social relations begins in a secondary school, however education in life of a man does not end by school and university only. Because the process of education is a many-step sociological system which a man passes lifelong.
Keywords: sociology of the education, sociologists, structure of education.


PSİXOLOGİYA BÖLMƏSİ

UOT 159.95


İlham Mİrzəyev

AMEA FSHİ, a.e.i., psixologiya ü.f.d., dosent
Qarabağ müharİbəsİ İştİrakçılarının sosİal

mühİtə аdaptasİyasının eksperİmental təhlİlİ
Hərbi əməliyyatlar iştirakçılarının şəxsi müşahidələri və sosial-psixoloji xüsusiyyətlərinin təhlili bu şəxslərin cəmiyyətə uyğunlaşmasının dörd əsas tipini ayırd etməyə imkan vermişdir:

Aktiv - pozitiv tip - neqativ həyat vəziyyətlərindən müstəqil çıxışın axtarışı üçün təşəbbüs ilə xarak­terizə olunur. Bu tipə aid olan hərbi əməliyyatlar iştirakçılarında gözəl daxili əhval - ruhiyə, kifayət qədər yüksək öz-özünə qiymətvermə, digərlərinə keçən optimizm, fəallıq, fikir və hərəkətlərin müstəqilliyi müşahidə olunur.

Passiv - pozitiv tip hərbi əməliyyatlar iştirakçılarında aşağı öz-özünə qiymət vermənin olması ilə xarakterizə olunur. Passiv - pozitiv uyğunlaşma tipi zamanı hərbi əməliyyatlar iştirakçısının olduğu və hal-hazırda mövcud olan vəziyyət (məsələn, yaxın insanların daimi qayğısı) onu təmin edir, buna görə də dəyişikliyə qarşı təşəbbüsün olmaması müşahidə olunur.

Passiv - neqativ tip. Hərbi əməliyyatlar iştirakçılarında öz mövqeyi ilə təmin olunmamaq mövcuddur və bununla yanaşı onu müstəqil surətdə dəyişdirmək arzusu yoxdur. Bunların hamısı özündən narazılıq özünü qiymətləndirməmək, psixoloji diskomfort, ətrafdakı insanlara qarşı ehtiyatlı münasibət, hətta ən əhəmiyyətsiz məişət nizamsızlığından qlobal faciəli nəticələrin gözlənilməsi müşayiət olunur.

Aktiv - neqativ tip. Burada mövcud olan psixoloji diskomfort və şəxsi həyatı ilə təmin olunmamaq vəziyyəti daha yaxşı tərəfə dəyişmək arzusunu inkar etmir, lakin müxtəlif obyektiv və subyektiv amillərin təsiri səbəbindən bunun real praktiki nəticələri olmur.

İnfeksiyalar, psixosomatik xəstəliklər, ruhi sarsıntılar, hərbidə yaralanmalar, hərbi əməliyyatlar iştirakçıların psixoloji vəziyyətini uzun müddətə pisləşdirir və sosial-psixoloji uyğunlaşmalarına, onların mülki həyata daxil olmalarına mənfi təsir göstərir. Yuxarıda qeyd olunduğu kimi, “şəfqətin ən böyük hissəsini” qaynar nöqtələrdən keçmiş, hərbi əməliyyat zonalarından uşaqlaşdırılmış iştirakçılar təşkil edir. Onlarla işdə toxunan məsələlərin dairəsi müxtəlifdir, lakin onları bir amil birləşdirir - müharibə və Vətən sərhədlərinin qorunması (1, s.44).

Sosial uyğunlaşma

Diaqram 5.1


Xarici ədəbiyyatda son illər ərzində ilk növbədə, keçmiş döyüşçülərdə psixoloji problemlərə həsr olunmuş işlər meydana çıxmışdır. Göstəricisi rəftarın bütöv davranış strategiyası olan, veteranlarda ruhi dezadaptasiya tipləri aşkar olunmuşdur (2, s. 189).

Birinci tip - aktiv - müdafiə tipi (əsasən uyğunlaşma). Ya xəstəlik üzündən ağırlığının adekvat qiyməti və ya onun nəzərə alınmamasına qarşı tendensiya qeyd olunur. Nevroloji pozulmalar müşahidə olu­nur. Veteranların bir hissəsində müayinə olunmaq və ambulator qaydada müalicə almaq təşəbbüsü izlənilir.

İkinci tip - passiv - müdafiə tipi (intеrruhi istiqaməti olan dezadaptasiya). Onun əsasında - geri çəkil­mə, xəstəlik ilə barışıq yer alır. Həyəcan - depressiv və ipoxon­drik tendensiyalar səciyyəvidir. Xəstəlik ilə mübarizə aparmaq istəyi azalır, ondan “uduş”-a istiqamətlənmə tez-tez baş verir. Ruhi diskomfort - somatik xarakterli şikayətlərdə ifadə olunur.

Üçüncü tip - destruktiv (interruhi istiqaməti olan dezadaptasiya). Sosial fəaliyyətin pozulması səciyyəvidir. Daxili gərginlik, disforiya müşahidə olunur. Çox zaman münaqişələr, gərğin davranış halları qeyd olunur. Pasiyentlərin mənfi emosiyalardan azad olmaq üçün alkoqol, narkotiklər, aqressiv hərəkətlərə və suisid təşəbbüslərə əl atırlar. Veteranlarda müşahidə olunan müxtəlif simptomlarda psixopatoloji simptom kompleksləri müşahidə olunur.

Astenik simptom kompleksi üçün yüksək yorğunluq və zəiflik fonunda kəskin ifadə olunmuş qıcıq­lanma və əsəbilik, emosional zəiflik, pis əhval-ruhiyə, tez küsmə səciyyəvidir. “Obessiv - fobik simptom kompleksi əsaslandırılmamış, səbəbsiz həyəcan və qorxu hissələri, psixikaya travma vuran hadisənin beyindən çıxmayan xatirələri ilə ifadə olunur” (3, с. 116). İsterik simptom kompleksi zamanı yüksək təsirlənmə qabiliyyəti və özünü inandırma, özünə diqqəti cəlb etmə, davranışın nümayişkaranə xarakteri müşahidə olunur. Depressiv simptom kompleksi üçün aşağı, pis əhval - ruhiyə, pessimizm hissi səciy­yəvidir. Eksploziv (partlayan) simptom kompleksi üçün yüksək əsəbilik, özündən tez çıxma, əsəbilik və aqressivlik müşahidə olunur. Psixo - orqanik simptom kompleksi, bir qayda olaraq, kəllə - beyin travması keçirmiş zə­rərçəkmiş şəxslərdə inkişaf edir (asteniya, disforiya, yaddaşın pozulması, emosional pozul­malar, yuxunun pozulması). Qısa müddətli derealizasiya və delirioz – oneyroid pozulmalara gətirib çıxarır.
Sosial uyğunlaşma

Diaqram 5.2


Hərbi əməliyyatlar iştirakçılarında psixo - somatik patologiyanın etioloji faktoru - hərbi stress əlamətidir. “Hərbi əməliyyatlarda iştirak, demək olar ki, istənilən insan üçün travmatik olan stressor kimi qiymətləndirilir” (4, s. 55).

Müharibədə iştirak edənlər bir sıra amillərin kompleks təsiri ilə müşayiət olunur: 1) ölüm, yaralanma, ağrı, əlil olmanın bioloji qorxusu adlandırılan, açıq - aydın dərk edilən həyat üçün təhlükə hissi; 2) bilavasitə hərbi əməliyyatda iştirak etmiş insanda əmələ gələn, heç nə ilə müqayisə olunmayan stress; bununla yanaşı gözləri qarşısında silah yoldaşlarının ölümü və ya düşmən də olsa - insanı öldürmək zərurəti ilə bağlı psixo - emosional stress yaranır; 3) hərbi şəraitin spesifik faktorlarının təsiri (zaman defisiti, azlığı, hərəkət templərinin sürətləndirilməsi, anilik, qeyri-müəyyənlik, yenilik); 4) bədbəxtlik və məhrumiyətlər (çox zaman yuxunun olmaması, su rejimi və qidalanma xüsusiyyətləri);

Müasir təsəvvürlər nöqteyi-nəzərindən “stress - ekstremal faktorların təsiri altında orqanizmin stereotip, filogenetik olaraq proqramlaşdırılmış reaksiyaların cəmidir” (5, s. 53).

Orqanizmdə yaranan reaksiyalar özünün ilkin mahiyyətinə görə uyğunlaş­dı­rıl­mışdır. Onlar sistem, orqan, hüceyrə səviyyələrində; psixoloq, patofizioloq, bio­kim­yaçı mövqeyindən, müxtəlif nöqteyi-nəzərdən qiymətləndirilə bilər. Ümumi qəbul olun­muşdur ki, “ekstremal faktorların təsiri altında əmələ gələn uyğunlaşma reak­siyaları hər zaman artıqdır, buna görə də stress - reaksiya yalnız uyğunlaşdırma deyil, həm də patoloji dəyişikliklərlə müşayiət olunur. Bir qayda olaraq, ekstremal faktor yenə də məhdud zaman ərzində təsir edir” (6, s. 204).

İki növ uyğunlaşma mexanizmi ayırd edilir: qəzalı və uzun müddətli. Qəzalı (təcili) uyğunlaşmanın məğzi - orqanizmdə mövcud olan funksional sistemlərin aktivləşməsindən ibarətdir. Stressin uzunmüddətli təsiri zamanı orqanizmdə dəyişmiş yaşama şəraitində uyğunlaşma reaksiyalarını təmin edən yeni funksional sistemlə əmələ gəlir (uzunmüddətli uyğunlaşma).

Zaman keçdikcə yeni funksional sistemlər elementləri arasındakı əlaqə onların daimi aktivliyi nəticəsində sabitləşir və plastik proseslər ilə möhkəmlənir. Əmələ gələn yeni ekstremal şərtlər üçün - funksional və adi yaşama şərtləri üçün - patoloji sistemlər qeyri-müəyyən uzun müddətdə qorunub saxlanıla bilər. Bundan başqa, artıq uyğunlaşma reaksiyaları orqanizmdə polisistemli zədələnmələrə səbəb olur.

Hal-hazırda müəyyən olunmuşdur ki, toplanan stress təsirlər baş beyin hüceyrələri, xüsusən də limbik sistemin neyronlarının zədələnməsi şəklində çoxsaylı dəyişikliklərinə səbəb olur. Eksperimental işlərdə göstərilmişdir ki, 21 gün ərzində altı saatlıq gündəlik stress limbik kompleksi hüceyrələrinin apikal dendrit şaxələrinin uzunluğunun qısalmasına və sayının azalmasına səbəb olur. Müzakirə olunan problemə uyğun olaraq bu ekstremal şəraitdə 21 gün yox, 12 - 24 ay müharibədə olan iştirakçılarda patogenetik dəyişikliklərin mühüm rolunu ehtimal etməyə imkan verir.

“Uzun müddətli və kəskin ifadə olunmuş stress - reaksiya limbik - retikulyar kom­pleksi neyronlarının sabit və böyük depolyarizasiyası ilə müşayiət olunur” (7, s. 167). Bu mexanizm limbik - retikulyar sistemdə patoloji gücləndirilmiş həyəcan generatorunun (PGHG) əmələ gəlməsinə gətirib çıxarır. PGHG əmələ gəlməsi və fəaliyyətinin vacib şərtlərindən biri - onun neyronlarının populyasiyasında uzun müddətli həddən artıq gərginliyi və bunun nəticəsində peptidergik sistemlərin nisbi defisitin inkişafı ilə bağlı olan tormoz mexanizmlərinin qıtlığıdır.

PGHG formalaşması patoloji sistemlərin əmələ gəlməsi vasitəsilə reallaşan, sinir sistemində patoloji prosesin universal patogenetik inkişaf mexanizmi əhəmiyyətini kəsb edir. “Patoloji sistemin klinik əlamətləri MSS strukturları arxitektonikasına cəlb olunma dərəcəsi ilə müəyyən olunur və müxtəlif psixo - vegetativ simptomlar ilə ifadə olunur”(8, s. 74).

Müharibə veteranlarında TSSR etiologiya və patogenezi davranış, koqnitiv, psixo-sosial, psixo-fizioloji və psixo-bioloji yanaşmalar əsasında müxtəlif mövqelər­dən qiymətləndirilir. Son zamanlar TSSR patogenezinin izah olunması üçün müxtəlif konseptual modellər işlənib hazırlanmışdır.

Horovitz tərəfindən təklif olunmuş information - psocessing model (informasiya işlənmə modeli) böyük əks-səda doğurmuşdur. O iddia edir ki, ekstremal hadisələr zamanı ekstero və interoreseptorlardan çox böyük informasiya meydana gəlir. Nəticədə informasiya yüklənməsi yaranır. İnsan özü ilə inteqrasiya oluna bilməyən affektlər, surətlər və fikirləri yaşayır, hiss edir. Ekstremal travmatizasiyanın təsirini hiss edən şəxs artıq informasiyanın öhdəsindən gələ bilmədiyindən, o, “şüurdan silinir” və işlənməmiş formada qalır. Çəkinmə və emosional cəhətdən yoxsullaşma təhtəlşüurda travma vuran informasiyanı saxlamaq üçün qoruyucu mexanizmlər rolunda çıxış edir. Beyindən çıxmayan ruhi material travmatik informasiya tam olaraq işləməyənə qədər şüura təsir edir (9, s. 8).

B.İ.Green, M.G.Grac, D.J.Lindi, A.K.Leonard TSSR-in psixo - sosial modelini təklif etmişdir. Onlar, stressorun, ona qarşı normal reaksiyanın, fərdi xarakteris­ti­kanın, travmanın yaşandığı sosial mühitin qarşılıqlı təsirini gözdən keçirərək, infor­masiya modeli üzərində əsaslanır və izah etməyə çalışır ki, stressorun təsiri altında nə üçün bir sıra şəxslərdə TSSR inkişaf edir, bir sıra şəxslərdə isə inkişaf etmir (10, s. 231).

B.İ.Green fikrincə, travma müvəffəqiyyətli şəkildə inteqrasiya etməyənə (birləş­məyənə) qədər şəxs ruhi gərginliyi hiss etməyə davam edəcəkdir. Ruhi gərginlik travmatik təcrübənin mahiyyəti, intensivliyi və əhəmiyyəti mövcud olan konseptual reallıq sxemi terminlərində başa düşülə bilməyən vəziyyət kimi müəyyən olunur. Səbəb - stressor qarşısında EQO - qoruyucu, uyğunlaşma mexanizmlərinin qıtlığıdır, bu da yaranan təcrübəni düzəltmək, yaşamaq bacarıqsızlığına gətirib çıxarır. Əgər insan yaxşı şəraitdədirsə, travmanın öhdəsindən gəlmək ehtimalı artır və yaxud əksinə azala bilər.

Travmadan sonrakı koqnitiv işlənməyə təsir edən fərdilik xüsusiyyətləri aşağıdakılardır: EQO gücü, uyğunlaşma mexanizmlərin effektivliyi, travmadan əvvəl gələn ruhi patologiyanın mövcud olması, dav­ranış xüsusiyyətləri, psixososial status, travmadan qabaq olan təcrübə, demoqrafik amillər (yaş, təhsil). İctimai mühit amillərinə aşağıdakılar aiddir: ictimai yardım, ailə tərəfindən yardım, dəstək, cəmiyyətin müharibəyə qarşı münasibəti, mədəniyyət xüsusiyyətləri, əlavə stressorlar.

Nəticənin iki növü mümkündür: artan resabitləşmə və TSSR və ya digər patologiya şəklində psixozlar, xarakter patologiyası, patoloji nəticə. Bu zaman Vilson qeyd edir ki, hətta sabitləşmə zamanı travma ilə əlaqəli olan simptomlar müşahidə olunur (hipersayıqlıq, gecə qarabasmaları, xarakterdə olan dəyişikliklər).

Bu modelin səlahiyyətlərini bir çox tədqiqatçılar təsdiq edir. Travma dərəcəsi və TSSR ağırlığı, sosial yardımın olmaması və TSSR dərəcəsi arasında korrelyasiyalar aşkar edilmişdir, bununla yanaşı premorbid şəxsi amillər və TSSR inkişafı arasında kəskin ifadə olunmuş əlaqənin olmaması qeyd olunmuşdur. Buna görə də TSSR-in əsas meyil oyadan amilləri - stressin ağırlığı və readaptasiya zamanı psixo - sosial təcrid etmənin dərəcəsidir.

M.G.Grac və ortaq müəlliflər TSSR anlayışının daha müasir biheviorist redaksiyasını təqdim etmişlər (bihavioral formulation). Müəlliflərin fikrinə görə, TSSR-nın əmələ gəlməsi və saxlanılması üçün iki faktor gərəklidir: 1) qorxuya qarşı reaksiya assosiasiyalar vasitəsilə qavranıldığı klassik şərti refleksin yetişdirilməsi; 2) həyəcana səbəb olan vəziyyətdən çəkindiyi davranışın möhkəmləndirilməsi şəklində instrumental şərti refleksin yetişdirilməsi.

Şərti qıcıqlandırıcılar işə salma mexanizmidir. Stimul nə qədər çox şərtiyə oxşayarsa, cavab reak­siyası bir o qədər güclü olacaqdır. Travmatik təcrübə xoşa gəl­məzdir. Neqativ əsaslandırma prinsiplərinə müvafiq olaraq xoşagəlməz hissin səviyyəsinin azalmasına gətirən davranış möhkəmlənir. Qəzəb, aqres­siya, alkoqolizm kimi davranış pozuntuları - biheviorist patternlərdir, hansılar ki, özlərinin xoşagəlməz hisslərin azaltmaq qabiliyyəti sayəsində möhkəmlənirlər.

Cognitive appraisal model (koqnitiv qiymət modeli) müəllifləri bizim hər birimizin dünya haqqında irəli sürdüyümüz fərziyyələrin əhəmiyyətinə xüsusi diqqət ayırırlar. Travmatik hadisə - insanın özü və dünya haqqında təsəvvürləri pozan təsirdir. Bu konsepsiya çərçivəsində TSSR əsas baza anlayışlarının pozulmasına qarşı dezadaptiv cavab kimi qiymətləndirilir.

M.Sherifə görə, əsas anlayışlar (təsəvvürlər) aşağıdakılardır: 1) şəxsi dişbat­mazlıq, möhkəmlik haqqında anlayışlar; 2) dünyanın anlaşılan (dərk edilə bilən) kimi qavraması; 3) pozitiv nöqteyi-nəzərindən özü haqqında təsəvvürlər (11, s. 65).

Eynşteyndə oxşar məqamlara rast gəlmək olur: 1) dünya - xeyirxahdır, sevinc mənbəyidir; 2) dünya - idarə olunandır; 3) özü haqqında - hörmətli insan kimi təsəvvür.

Beləliklə, koqnitiv qiymət modeli şəxsiyyətin dünya haqqında və özü haqqında təsəvvürlərin əhəmiyyətini qeyd edir. Adətən travma, əsas təsəvvürləri pozur. Və əgər travmadan sonrakı cavabın bəzi formaları normal kimi qiymətləndirilirsə, TSSR - əsas, təməl təsəvvürlərin pozulması zaman dazadaptiv cavabdır.

J.Tiffinin psixo - fizioloji model (psychophysiological model) təklif etmişdir. Ona müvafiq olaraq, TSSR əsasında - MSS-də informasiya axınının aşağı səviyyələri ilə xarakterizə olunan şəxslərdə beyin tərəfindən modulyasiya edilmiş, kompensator, informasiya səviyyəsini artıran cavab yer alır (12, s.218). Müəllif iddia edir ki, parasimpatotoniklər daha yüksək TSSR inkişaf riskinə malikdirlər. Həmin şəxslər adətən simpatotoniklər ilə müqayisədə MSS-də informasiya axınının aşağı səviy­yələrini hiss edirlər. Ehtimal ki, parasimpatotoniklər sensor informasiyasına daha tez öyrəşirlər. Nəticə - qavrama və davranış fəaliyyətin gücləndirilməsi üçün beyinin öz şəxsi informasiya axınını artırmaq cəhdidir. Hərbi vəziyyətdə parasim­patotoniklər qeyri - müəyyənlik və informasiya axınının artırılmasına müqavimət göstərməyə daha bacarıq­lıdırlar. Sıxıntı hissi, yəni informasiyanın yarımçıq təmin edilməsi əvəzinə onlar psixo - fizioloji fəaliyyətin optimal səviyyəsini hiss edirlər. Hərbi şərait olmadıqda isə MSS-də informasiya axını aşağı səviyyəyə qədər azalır. Deməli, adi şəraitdə parasimpatotoniklər sensor deprivasiyası, ağır sıxıntı və depressiya hiss edirlər. Əgər MSS-də informasiya axınının kompensator artması təhkim olunursa, onda bu TSSR-nın bir çox simptomlarına: qarabasma, yuxusuzluq, həddən artıq sayıqlıq, impulsiv, qeyri - iradi hərəkətlərə gətirib çıxarır.

D.Kold ortaq müəlliflərlə birgə öz tədqiqatlarında opioidlərin ləğv edil­məsi və TSSR mənzərələri arasında bənzərliyi müşahidə edərək TSSR pato­ge­ne­zində opioid sisteminin mühüm rolunu qeyd edirlər (13, s. 21). Opioid peptidləri onların psi­xo­ak­tiv xassələri ilə (trankvilizasiya təsiri, aqressiyanın azalması, qeyri - adekvatlıq his­sinin azalması, depressiya əleyhinə təsir) stressin ifadə olunma dərəcəsini mo­dul­yasiya edirlər. Travmanın təkrar yaşanması opioid peptidlərin hasilatının artmasına gə­tirib çıxarır və nəzarət hissini verir. Təssurat bitdikdən sonra insan ekzogen opioidlərin ləğv edilməsi mənzərəsindən keçirlər.


1   ...   11   12   13   14   15   16   17   18   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə