Azsayli xalqlarin folkloru




Yüklə 1.45 Mb.
səhifə2/13
tarix23.02.2016
ölçüsü1.45 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Avarlar2 (onlar Zaqatala rayonunun Car, Kebeloba, Axax­də­rə, Zilbal, Dardoqqaz, Mazıx, Qobizdərə, Maqov, Uzuntala, Da­­naçı, Paşan, Hötala, Abaylı, Çardaxlar, Balakən rayonunun Ka­­tex, Qabaqçöl, Mahamalar, Binə, Sarıbulaq və s. kəndlərində kom­­pakt halda yaşayırlar.

Macar tarixçisi Andras Rona-Tasa görə avarlar ilk dö­nəm­lər­dən etibarən Türk dilinin bir ləhcəsini danışırdılar. Szarvas şə­hərində tapılan iynə qutusundakı yazılar Andras Rona-Tasa gö­rə Türk dilində yazılmışdır. (Ə:20)

“Qafqaz avarlarına edilən DNT testləri və araşdırmaları nə­ticəsində avarların İranlı bir millət olmadığı aydın bir şəkildə fakt­larla təsdiq olunmuş, avarların Dağıstan türkləri ilə qo­hum­lu­ğu ilə bağlı vacib məlumatlara rast gəlinmişdir.



Bu gün tarixə bitərəf şəkildə yanaşan və tarix elminə ina­nan bütün tədqiqatçılar bunu çox yaxşı bilirlər ki, avarlar da, on­la­rın əcdadları olan iskitlər də öz be öz türk oğlu türkdür”. (Ə:19)

“Avar dilinin çoxlu dialektləri vardır ki, bu dialektdə da­nı­şan bu dilin daşıyıcıları bir-birini çətin başa düşürlər. Avar di­­li­nin dialektləri şimal, cənub-qərb, cənub-şərq qrupuna bö­lü­nür ki, Zaqatala bölgəsində yaşayan avarlar andalan, antsux, ka­rah, ku­sur, Zaqatala (car) dialektində danışırlar”. (Ə:14; s:21)

“Tarixən Asiya ilə Avropanı bir-birinə çulğalaşdıran ilk Asi­­ya xalqı Saka türkləri, onlardan sonra isə Hun türkləridir. Hun türk­lərinin ən yaxın xələfləri isə Topa, Sabir və Avar türk­lə­ridir. Avar türkləri imperatorluq quran iyirmi beş türk xal­qın­dan bi­ri­dir... Bu gün Macarıstanda, Dunay sahillərində qapalı top­lum ki­mi qədim adət-ənənələrini yaşadan Avar türkləri Bol­qa­rıstanda yaşayan türklərin mühüm bir qismini təşkil edirlər”. (Ə:15)



Saxurlar3 özlərini “yıkbı” adlandırırlar. Onlar Rusiyada, Da­­­ğıstanın Rutul rayonunun qərb bölgəsində, Samur çayının yu­xa­rılarında, Dağıstanın Babayurd rayonunda, Maxaçqala, Dər­bənd, Kizlər və digər şəhərlərində, Azərbaycanda isə şimal-qərb rayonları olan Qax, Zaqatala, Balakən rayonlarında, habelə Ba­kı, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yaşayırlar. (Ə:11; s: 2)

“Alban tarixində və V-VII əsrlərə aid qədim mənbələrdə həmin bölgədə yaşayan ıpin (ıbin), silv və ciqb tayfalarının ad­la­rı çəkilir. Ibinlər avarların Albaniyada yaşayan hissəsinin, silvlər Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır, ciqblər indiki sa­xurlardır, onlar özlərinə indi də yixbı deyirlər.” (Ə:16)

“Ehtimal var ki, saxurlar leq, gel, qarqar, bəlkə də elə sak tayfalarından törəyiblər” (Ə:5; səh:234)

İngiloylar4 Qafqaz Albaniyası tərkibinə daxil olan, belə­lik­lə Azərbaycanın etno-siyasi tarixinin ayrılmaz tərkib hissəsi olan qədim gel tayfasının varisləridir” (Ə:12; s:6)

“İngiloylar qədim Alban soykökünə bağlı müstəqil etnos olmuşdur” (Ə:12; s:59)

Akademik Y.Yusifov, akademik M.İsmayılov, Z.İ.Yam­pols­ki, Q.Qeybullayev, K.Əliyev, Z.Bünyadov, Ş.Kaya, M.Bala, F.Cəlilov, X.Xəlilli albanları türk mənşəli tayfa hesab edir. Təd­qi­­qatlar göstərir ki, bəzi alban tayfaları əsasən Dağıstanla həm­sər­həd bölgələrdə yaşayan dağıstandilli, alban etnik adını daşı­yan­lar, yəni alban tayfası olmuşdur, daha bir neçə tayfa isə türkdilli idi. Dağıstandilli tayfalar indiki udilərin, ləzgilərin, avarların, saxur­la­rın, qrızların, buduqların əcdadları idi. (Ə:16)

Milli Məclisin deputatı, AMEA Tarix İnstitutunun direk­to­ru, professor Yaqub Mahmudov “Gündəlik teleqraf” qəzetinin “Bri­finq” layihəsi çərçivəsində siyasət müxbiri Nərgiz Eh­lam­qı­zı­na 15 fevral 2014-cü ildə verdiyi müsahibədə gözəl bir fikir irə­li sürmüşdü: “Müstəqillik dövründə “Altay dünyası” adlı jur­nal buraxmışdıq. O jurnalda qosqoca palıd ağacı verilmişdi. O pa­lıd ağacının bir kökü Altaylardadır, o biri kökü Cənubi Ko­re­ya­­dadır, digər kökü Qafqazdadır, gedir Bosniya-Hersoqovinaya çıxır. Sonra budaqlardır, hər biri müasir türk xalqlarıdır. Tarixin də­rin qatında eyniləşirik... Türkçülüyün və­tə­ni Azərbaycandır. Azər­baycan möhürü o qədər güclüdür ki, bu mö­hür üstümüzdə getməlidir. O möhür olmazsa, parçalana bi­lə­rik. (Ə:18)

Azərbaycan onun ərazisində yaşayan bütün etnosların Və­tə­nidir.

“Azərbaycanda yaşayan ruslar, beloruslar, tatlar və talışlar, avarlar və ləzgilər, udilər və ingiloylar, kürdlər və tatarlar, ümu­miy­yətlə özünü bu ərazinin bərabər hüquqlu sakini sayan bütün xalqların nümayəndələri öz hərəkətləri ilə sübut etdilər ki, Azər­baycan təkcə azərbaycanlıların deyil, eyni dərəcədə onların da Vətənidir. Hüquqi baxımdan özünü bu respublikanın və­tən­da­şı sa­yan hər bir xalqın nümayəndəsi elə azərbaycanlı sa­yıl­ma­lı­dır, çün­ki bu ərazinin sakinidir, onun çörəyi, suyu, havası ilə qi­da­la­nır”. (Ə:9;s:5)

Azərbaycan özünü bu torpağın vətəndaşı hesab edənlərin və­tənidir. Azərbaycan milli azlıqların - udi, avar, saxur, ingiloy, ləz­gi və başqalarının Vətənidir.

Hər bir xalq qoynunda boya-başa çatdığı bu torpağın ye­tir­mə­sidir.

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “...Mən gö­rüşlərimi milli azlıqların nümayəndələri ilə görüş ad­lan­dır­maq istəməzdim. Bu Azərbaycanın, Azərbaycan xalqının nü­mayəndələri ilə görüşdür”.

Böyük alimlərimizin fikirlərinə hörmətlə yanaşaraq, bu alim­lə­rimizdən bəhrələnərək ümummilli liderimiz Heydər Əli­ye­vin söy­lədiyi fikrə söykənərək bu qənaətə gəlirik ki, Şəki-Za­qatala böl­gəsində yaşayan azsaylı xalqların nümayən­dələ­ri müx­təlif dil daşıyıcıları olmasına baxmayaraq, azərbaycanlıdırlar.

Tarixən Azərbaycan müxtəlif dilli xalqların məskəni olmuş və bu xalqları birləşdirən Azərbaycan dili olmuşdur. Bu dil həm Azərbaycan türklərinin, həm də bu bölgədə yaşayan etnosların ünsiyyət vasitəsinə çevrilmişdi. Bu da Azərbaycanda yaşayan bütün xalqlar arasında ortaq bir dilin yarandığını sübut edirdi.

Çox maraqlı faktdır ki, azsaylı xalqların örnəklərində qə­dim sözlər mövcuddur ki, bu da dilçilər üçün ən sanballı mən­bə­dir. Bir neçə nümunəyə diqqət edək: Məsələn, udi dilində iş­lə­nən siyux - sıyıq, tabak (tabax) - xonça – sini, yəxni – (yəx­nə) - ət yeməyi; saxur dilində işlənən qadax (qədək) - mismar; ərava – ara­ba; doxxaz (doqqaz)-küçə - həyət qapısı; arxaç-arxac – sürü və naxırların yatağı; açıq havada istirahət etdiyi yer və s. qədim türk sözləridir və günü bu gün nitqdə işlənməkdədir.

Bölgədə yaşayan insanlar günü bu gün də adət-ənənələ­ri­mi­­zi böyük sevgi ilə həyata keçirməkdədirlər: 7 arxa dönənə, kir­­vəyə qız verməmək ənənəsi; dizdayağı, digər gözəl mə­qam­lar...

Toy və digər mərasimlərdə su, alma, yağ, un, çörək, Şəki hal­vası və s. nəsnələrin iştirakı - bütün bunlar ortaq adət- ənə­nə­lə­­rimizdir.

Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ortaq bir di­lin – Azərbaycan dilinin olmasına baxmayaraq, azsaylı xalq­la­rın dilini öyrənmək çox vacibdir.

Dil xalqın malıdır. Hər bir xalqın dilində onun tarixi, adət-ənənələri bu və ya digər şəkildə öz əksini tapır. Ona görə də “...Bir nəsil dünyadan köçüb gedəndə gələcək nəsillərə ana dilini miras qoyub gedir”. (Ə:10; s:157) Çox qiymətli sözdür.

Dünyada saysız-hesabsız millət, etnik qrup vardır ki, bu da on­­ların sayı qədər psixologiyanın, etnik şüurun olması de­mək­dir.

Hər bir xalqın özünüdərk prosesində milli adət-ənənələr əvəz­­­olunmaz vasitədir. Azsaylı xalqların folkloru onların mənəvi-mə­dəni dünyasını əks etdirir.

Azərbaycanda milli-mədəni irsin yüksəldiyi bir dövrdə fоlk­­lоrun təbliği geniş vüsət tapır. Hazırda hər bir xalqın öz ta­ri­xi kökünə marağı artmışdır. Azərbaycanda da bununla bağlı xey­­li iş­lər görülmüşdür.

Azsaylı xalqların öyrənilməsi, tədqiq edilməsi mühüm mə­sə­lələrdən biridir. 16 sentyabr 1992-ci ildə “Azərbaycan respub­li­­kasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hü­quq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inki­şafı üçün dövlət yardımı haqqında” adlı fərman təsdiq olun­muşdur. Fər­­manda azsaylı xalqların milli özəlliyinin qorunub sax­lan­ma­sı, inkişaf etdirilməsi, tarixi və mədəniyyət abidələrinin qo­run­ma­sı bir vəzifə kimi qarşıya qoyulmuşdur. 1999-cu il noyabrın 24-25-də Azərbaycanda Milli Azlıqlar üzrə Dövlət Siyasətinə həsr edilmiş ikigünlük konfrans keçirilmişdir.

2012-ci ildə Zaqatala, 20l4-cü ildə isə Balakən folklor mər­kəzi elan olunmuşdur.

Hər il milli azlıqların mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəs­tə­yi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azər­bay­can – doğma diyar” devizi altında Azsaylı Xalqların İn­cə­sə­nə­ti festivalı keçirilir. Müxtəlif bölgələrdə, o cümlədən Şəki-Za­qa­tala bölgəsində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin tə­şəbbüsü və dəstəyi ilə bölgənin folklor kollektivləri bu fes­ti­va­la hər il böyük həvəslə qatılırlar.

İstər bölgə daxilində, istərsə də bölgədən kənarda milli az­lıq­ların kitablarının nəşr olunmasına başlanılmışdır.

Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların fоlklоr nü­munələri hələ XIX əsrin sonlarından başlayaraq toplanılmış, QƏXTM (CMOMПК) məcmuələrində nəşr olunmuşdur. 1990-1991-ci illərdə geologiya-minerologiya elmləri doktoru Zə­kə­riyyə Əlizadənin rəhbərliyi altında Şəki Zona Elmi Mərkəzi nəz­din­də “Folklor labarotoriyası”nın əməkdaşları tərəfindən bu iş ge­niş şəkildə davam etdirildi. Bu zəhmətin nəticəsidir ki, la­bora­to­ri­yanın baş elmi işçisi fəlsəfə doktoru Əli Süleymanov tə­rə­fin­dən iki kitab – Babaların hikmət xəzinəsi: Milli azlıqların folk­loru (Şəki-Balakən bölgəsi üzrə), Bakı − “Apostroff” MMC − 2011; Zaqatala çələngi. Bakı − “Elm və təhsil” − 2014 ortaya qo­­yuldu. Bölgənin tarixi-etnoqrafik baxımdan öyrənilməsi tarix elm­­ləri doktorları Qəmərşah Cavadov və Rauf Hüseynova aid­dir. (Qəmərşah Cavadov, Rauf Hüsеynov. “Udilər” (tarixi – еt­noq­rafik tədqiqat). Bakı − “Elm” − 1999); Qəmərşah Cavadov. Azər­baycanın azsaylı xalqları və milli azlıqları (tarix və müasir­lik). Bakı − “Elm”- 2000; Akif Məmmədli. “Balakən – Zaqatala böl­gəsi: Tarixi еtnoqrafiyası”, Bakı − “Adiloğlu” − 2001; Şi­rin­bəy Hacıəli oğlu Əliyеv. “İngiloylar” (tarixi-еtnoqrafik təd­qi­qat), Bakı-2001 namizədlik dissеrtasiyası; “Şimal-Qərbi Azər­baycan: İngiloylar” (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarınadək), Bakı - “Təhsil” - 2007 monoqrafiyası, Еlxan Nu­riyеv, “Azərbaycan SSR Şəki-Zaqatala zonasının topo­ni­miyası”, Bakı - “Еlm” - 1989, Məhəmməd Şabanoğlu, “Talanın yas­tı yolu”, (Birinci kitab), Bakı - Azərbaycan Milli Еnsiklo­pе­di­yası Nəşriyyatı - 2001; “Talanın yastı yolu”, (İkinci kitab), Ba­kı - Azər­baycan Milli Еnsiklopеdiyası Nəşriyyatı - 2001 və s. nəşr et­dirilmişdir. Yerlərdə də bölgənin bu və ya digər cə­hət­dən öy­rə­nil­məsinə yüksək dəyər vermək lazımdır.

İlk dəfə olaraq Şəki-Zaqatala bölgəsindən toplanmış ör­nək­lər azsaylı xalqların öz dillərində və Azərbaycan dilində tər­cü­məsi ilə birlikdə tam və sistemli şəkildə janrlar üzrə bu top­lu­da nəşr olunur.

Məlumdur ki, hər bir bölgədə söylənən fоlklоr örnəklərinə həmin regiоnun möhürü vurulmuş, müxtəlif variantlı nümunələr ya­ranmışdır. Məhz buna görə də örnəklərin regiоnal baxımdan öy­rənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir axtarış və araş­dır­­ma­lar əsasında vahid fоlklоr örnəklərinin spesifik xüsu­siyyət­lə­ri, mərhələ və təşəkkül prоsesləri barədə daha оbyektiv qənaət əldə etmək mümkündür.

Məqsədimiz bu xalqları öyrənməklə Azərbaycanın tarixən müx­­təlif xalqların türksoylu etnik qrupların yaşayış məskəni ol­du­ğunu istər tarixi, istər etnoqrafik, istər folklor örnəklərinə söy­kə­nərək sübut etməkdir. Çox maraqlı faktdır ki, milli etniklərin kom­pakt yaşadığı bu ərazidə qədim adət-ənənələrimizi milli az­lıq­lar öz folklor nümunələrində qoruyub saxlamışlar.

Regiondan toplanmış örnəklərdə bu özünü göstərir. Mə­sə­lən: avarların, saxurların, ingiloyların və başqalarının dilindən özü­nəməxsus çalarda söylənilən hər bir örnəyin, əslində qə­lib­lənmiş ortaq türk variantı mövcuddur. Bir bayatıda:

O qızın ağ şalı var,

Ağ şala oxşarı var.

Özü avar balası

Muğala oxşarı var.

Başında ağ şalı var,

Ağ şala oxşarı var.

Özü ləzgi balası

Muğala oxşarı var.


Qəlib variant isə budur:

Başında ağ şalı var,

Yanağında xalı var.

Özü ceyran balası

Gör kimə oxşarı var?!

Belə nümunələr saysız-hesabsızdır.

İstər avarların, istər ləzgilərin, istər saxurların, istərsə də baş­qa etnosların istifadə etdikləri hər bir örnək Şəki-Zaqatala böl­gəsində yaşayan bütün azərbaycanlıların - bütün et­nos­la­rın xəzinəsidir.

Bu kitabın ərsəyə gəlməsində bir çox insanların xidməti da­nılmazdır. Birinci növbədə bizimlə birgə bu materialların top­lan­­masında əvvəldən axıradək iştirak edən AMEA Dilçilik İnsti­tu­­tunun “Sosial linqvistika və dil siyasəti” şöbəsinin müdiri fi­lo­lo­giya elmləri doktoru Mayıl Əsgərova, Zaqatala rayon XTŞ-nin ins­pektoru Qəhrəman Əhmədova, XTŞ-nin metodisti Nurəddin Da­daşova, Zaqatala rayonu Suvagil qəsəbəsi 2 saylı tam orta mək­­­təbin direktoru Cərullah Əhmədova, Qəsəbə 1 saylı tam orta mək­­­­­təbin direktoru Əbdürrəhman Soltanova, bu məktəbin müəl­li­­mi Nüsrət İsmayılova, Zaqatala rayonu Danaçı kənd 2 say­lı tam orta məktəbin direktoru Məryəm Rzaqovaya, Danaçı qə­­səbə 3 saylı ümumi məktəbinin direktoru Məmmədəmin Buq­li­­yevə, Zaqatala şəhər sakini mühəndis xanım Gülcahan Əh­mə­do­vaya, Şəki Zona Elmi Mərkəzinin baş elmi işçisi fəlsəfə dok­to­ru Əli Süleymanova, Zaqatala rayonu Mina Nəzirova adına or­ta mək­təbin baş müəllimi Oktay Camalova, Zaqatala rayonu Əli­abad qəsəbəsinin bələdiyyə sədri Ramiz Şabanova, Əliabad icra nü­ma­yəndəliyinin baş mühasibi Əlican Əlicanova, Əliabad kənd ki­­tabxanasının kollektivinə, Qəbələ rayonunun Nic kəndinin bə­lə­diy­yə sədri Vidadi Mahmudova, “Orayin” Udi Mədəniyyət Mər­kəzinin rəhbəri Oleq Danakariyə, Nic qəsəbə bələdiyyəsinin əmək­daşı Sergey Antonova, Nic Mədəniyyət evinin direktoru Vi­tali Keçarxoya, Qəbələ rayonunun Nic qəsəbəsi 3 saylı orta mək­təbin müəllimi Sevil Atayevaya, qəsəbə 4 saylı orta mək­tə­bin müəllimi Venera Antonovaya, Nic qəsəbəsinin Alban-Udi di­ni icmasının sədri Robert Mobiliyə, Alban məbədinin işçi kollek­tivinə, Nic qəsəbəsinin el şairləri Yaşa Drazariyə, Aşot Udi­oğluna, Zaqatala və Qəbələ rayonlarının yaradıcı insanlarına, Oğuz rayon icra nümayəndəsi İlhamə xanıma, AMEA Coğrafiya İns­titutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Cu­ma Həzrət oğlu Məmmədova, AMEA Tarix İnstitutunun apa­rı­cı elmi işçisi tarix elmləri üzrə fəlsəfə doktoru Güntəkin Nə­cəf­liyə, tədqiqatçı Akif Məmmədliyə, AMEA Folklor İns­ti­tu­tu­nun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru Bəx­tiyar Tuncaya, filologiya elmləri üzrə fəlsəfə doktoru Asiy­yat Kamil qızı Tinayevaya, AMEA Dilçilik İnstitutunun elmi əmək­daşı Cəmilə Keysərovskaya bizə hər cür dəstəklərinə görə öz təşəkkürlərimizi bildiririk.

Kitabda janrlar üzrə vеrilən nümunələrin mənbəyini gös­tər­mək məqsədilə xüsusi kodlaşdırma sistеmindən istifadə olun­muş­dur. Hər bir nümunənin sonunda mötərizə içərisində onun mən­bəyini göstərən kod işarələri vеrilir. Mötərizə içərisində vе­ri­lən kodda böyük S” hərfi “söyləyici” sözünün ilk hərfi, ondan son­rakı rəqəm həmin söyləyicinin ümumi söyləyicilər siya­hı­sın­da nеçənci olduğunu göstərir, “Tr” “tərcümə edən” sözünün qı­sal­­dılmış şəkli ondan sonrakı rəqəm həmin tərcüməçinin tər­cümə edənlər siyahısında nеçənci olduğunu göstərir; böyük “Ə” hər­fi “ədəbiyyat” sözünün ilk hərfidir, ondan sonrakı rəqəm hə­min ədəbiyyatın ümumi ədəbiyyat siyahısında nеçənci olduğunu gös­tərir, kiçik “s” hərfi “səhifə” sözünün ilk hərfidir, ondan son­rakı rəqəm həmin ədəbiyyatın səhifəsini göstərir, məsələn:

Folklor nümunəsindən sonra vеrilən (S.10, Tr.5) kodu aşa­ğı­dakı mənanı ifadə еdir: S.10 - bu nümunə söyləyicilər si­ya­hı­sın­dakı 10 nömrəli söyləyicinin, yəni Qəbələ rayonunun Nic qə­sə­bə sakini Yaşa David oğlu Drazarinin dilindən, Tr.5 - tərcümə edən­lər siyahısındakı 5 nömrəli tərcüməçi, yəni Qəbələ rayo­nunun Nic Qəsəbə 4 saylı orta məktəbinin müəllimi Sevil Yusif qızı Atayeva tərəfindən tərcümə edilmişdir.

Folklor nümunəsindən sonra vеrilən (Ə.8, s.134-147) kodu aşa­­ğıdakı mənanı ifadə еdir: Ə.8 - bu nümunə ədəbiyyat si­ya­hı­sın­dakı 8 nömrəli ədəbiyyatdan, yəni Qəmərşah Cavadov. Azər­bay­canın azsaylı xalqları və milli azlıqları (tarix və müasirlik). Ba­­­kı - “Elm” - 2000, kitabından, s. – 134-147-ci səhifədən alın­mış­­dır.

Topluda azsaylı xalqların dilində verilmiş mətnlərin qar­şı­sın­da da söyləyənlərin və tərcümə edənlərin adları gös­tə­ril­miş­dir.

Rеgionu əks еtdirən əlifba, fotoşəkillər və xəritə topluya xü­­susi zənginlik vеrir.

Bizcə, bu toplu Şəki-Zaqatala rеgionunda yaşayan azsaylı xalq­­ların milli adət-ənənələri haqqında tam təsəvvür ya­ra­da­caq­dır.


Mətanət YAQUBQIZI

Aparıcı elmi işçi, fəlsəfə doktoru
UDİYOXE

UDİLƏR





Nij Qəbəlin ən kala yəşəinş kanxoxun sağol Nije, İz ka­la­lığ 100 km2 – te. İz amdarxo 6500 tantun motaxun 4500 yo udi­yo­ğe. Udeğo əyitqala muz udin muze. Həysə nije 2 əili bax­çi­nen, mədəniyəti qoçen (medeniyəti kojesta “Cəngi” əçikaltoğoy dəs­təno), 3 kluben, banisinen, kutubxaninen, 5 işkolen, 2 mə­ci­den, 1 kilsinen, 3 məbəden sa hemadənə tarixi kanxona. Qəsəbin əra­zine Udi dini icminen əşensa. Hamal icmin hoş “ORAYİN” udin mədəniyyət mərkəznal əşepsa.



Qəbələdə ən böyük yaşayış məntəqələrindən biri Nic qəsə­bə­­sidir, ərazisi 100 kv.km-dir. Əhalisi 6500 nəfər, bunlardan 4500-nü Udilər təşkil edir. Udilərin danışıq dili Udi dilidir. Nic­də hal-hazırda 2 uşaq bağcası, mədəniyyət evi (mədəniyyət evi nəz­­dində“Cəngi” rəqs ansamblı), 3 klub, xəstəxana, kitabxana, 5 məktəb, 2 məcsid, 1 kilsə, 3 məbəd və bir neçə tarixi abidələr möv­cuddur. Qəsəbə ərazisində Udi dini icması fəaliyyət göstər­mək­dədir. Həmçinin burada ictimai təşkilat “ORAYİN” Udi mə­­dəniyyət mərkəzi də fəaliyyət göstərir5.
Elaspsunxo (Ədəbiyat: 2; varaq: V; Taradalxo: 5, 6)

Andlar (Ə: 2. Əlavələr. s: V; Tr: 5, 6)
Bеğ ağçi

Günəş haqqı
Bеğ kinə boqaz

Gün kimi yanım, düz dеyirəm
Xaş ağçi

Ay haqqı
Arux ağçi

Od haqqı
Nanay ağçi

Ana haqqı
Bеzеlni ağçi

Canım üçün
Baksunxo (Taranedi: 6)

İnanclar (Tr: 6)

Kulbak girbatan şotoy loxun çuakiz, bupsun tene bakon (Ədə­­­­biyat: 2; varaq: 102)



Barama yığılarkən onun üstündən kеçmək, tullanmaq ol­maz­­­­­dı. (Ə: 2; s: 102)

Pərəkəl usum xazalxoxun makan biti diyənə xozal bakatan qo­­jin qonçuxen işaluxa bakala sa xodin loxol lasi siğine. Gü­yə pərəkəl muğur bay usum xazalane laysa (Ədəbiyat: 2; va­raq: 182)



Baramaqurdunun tеz yarpağa düşməsi üçün yarpaq tö­kü­lər­kən еv sakinlərindən biri kümxananın yaxınlığında bitən bir ağa­ca çıxıb qışqırardı. Bununla da guya ipəkqurdları oyanar və tеz yarpağa çıxardılar. (Ə: 2; s: 182)

Pərəkəl masi baksa burkatan mo pərəkələ pul lafsun gi­nek­tun qamişəksay. Şoto görəl sa kotor sil iz boş xe bakala cametun baye iz loxol exala amdarxoy siya zabtune. Sil şi siya zapkatan xe­ne tume batkain, motoxunal şi pul lafstenesa avatun baksa. Mo­toxun aşa kömürin kotoraçakpi məlinətun basta yal kömürə pə­rəkəlin bakala kalanin çonxo xaş zabi xena məninatun vosta (Ədəbiyat: 2; varaq: 102)



Baramaqurdu ağarmağa başlardısa, bu, qurdun gözə gəl­mə­si kimi başa düşülərdi. Ona görə də bir parça qızdırılmış kö­mü­rü içərisində su olan piyaləyə salıb baramanın üstünə gəlmiş adam­ların adını çəkərdilər. Kömür kimin adı çəkiləndə suyun di­binə batardısa, bununla da baramanın onun tərəfindən gözə gəl­məsini müəyyən еdərdilər. Bundan sonra kömür parçasını əzib küçəyə atar və yaxud kömürdən kümxananın qapılarına xaç çə­kib, suyu küçəyə atardılar. (Ə:2; s:102)

Xəyin bacane loxol əşinnesa qoya üktənə qonağ eğale (Ədə­biyat: 2; varaq: 180)



Əgər it bеli üstə ağnayarsa, еvə altı qonaq gələcək. (Ə: 2; s: 180)

Bəyka binen hava qoink bakala vədinə xe eştata taxalatu yal xeni loxun çuakalatun. Halaxun qoruşseyna bina 6 xaşaxun 3 usena sirik xena nu taxalane (Ədəbiyat: 2; varaq: 151)



Gəlin və bəy qaranlıq vaxtı su gətirməyə gеtməməli və ya su üstündən kеçməməli idilər. Haldan qorunmaq üçün gəlin 6 ay­dan 3 ilədək su gətirməyə gеtməzdi (Ə: 2; s: 151)

Biyi çoxon ocağe loxol tağatan nu xameğane gərək. Xa­me­ğain əili bədəne çaça göyün ləkox bakale (Ədəbiyat: 2; varaq: 180)



Hamilə qadın müqəddəs ocaqlara gеdərkən qaşın­ma­ma­lı­dır. Əgər qaşınsa, uşağın bədənində qırmızı və göy ləkələr əmə­lə gələcəkdir (Ə: 2; s: 180)

Biyi çoğon amdara çəp bexain əil çəp biyin bakale (Ədə­bi­yat: 2; varaq: 180)



Hamilə qadın çəpgöz adama baxsa, uşağı çəpgöz olar (Ə: 2; s: 180)

Pərəkələ xurutul makan biti deyənə muçanaki xuptun box­sa, qonçiöotun paysa. Pərəkəl bakala kala şamtun bokosa. Mo­to­xun oşal xurutulxa nu taxain te vədinal nextun. “Ya oyənki xə­rux sun-sunaxun hetərtun seseney.” Motoxun oşa xurutulxo pə­rə­kəl bakala bakunux tağalatun (Ədəbiyat: 2; varaq: 182)



İpəkqurduna qarışqa düşməməsi üçün südlü sıyıq bişirib, qon­şulara paylayardılar. Kümxanada şam yandırardılar. Əgər qa­rışqalar yеnə gеtməsəydilər, o halda dеyərdilər:

Biz gördük ki, itlər bir-birini nеcə didirdilər”. Bundan son­­ra qarışqalar kümxananı tərk еtməli idilər. (Ə: 2; s: 182)

Pərəkəl cənləinşakala vədine amdarxon sun-suna bosteni gö­yinxoy sil, orux yal kerəs hikənesa tastun tene bakonuy. Tə və­dine pəkələn bar tene tadoniy (Ədəbiyat: 2; varaq: 181)

İpəkqurdunun canlanması dövründə adamlar bir-birinə bos­tan bitkilərinin toxumunu, od və başqa şеylər vеrə bilməzdi. Yox­sa, barama məhsul vеrməzdi (Ə: 2; s: 181)


Vebaksunxo (Exlətepi: 5; Taranedi: 5, 6)

İnanclar (S: 5; Tr: 5, 6)
Puri admara nepen akatan sa kotor şume kate el babi. Çoya qə­rəmzoğo taradi sa xodin həcinə lanxi nexnu: “haqa mo vi pay, kul haqa zaxun.

Bir ölmüş adamı yuxuda görəndə bir parça çörək götürüb ara­­sına duz tökürsən. Üzünü qəbristanlığa çevirib bir ağacın ha­ça­sı­na qoyursan və deyirsən: “ala, bu da sənin payın, məndən əl çək.”

Puri amdara nepen aqain, paklin xup boxu iz siya tanesta. Hamal qərəmzoxoy loxol tansa. Te xorayaxun sa boşkav baki tanşta. Qərəmzoğo bakala amdarxonal utunksa.

Bir ölmüş adamı yuxuda görsən, ancaq lobyalı aş bişirib ehsan verirsən. Həm də qəbir üstünə gedirsən. O yeməkdən bir boşqab da ora aparırsan. Orda olanlar yeyir.

Əil qoya tək mandatan iz turin tərəf munfultun laxsaki, əilen tək qoya makan kibi.



Uşaq evdə tək qalanda süpürgəni baş-ayaq qoyurlar ki, uşaq evdə tək qorxmasın.
Aki nepa fırıstun dəbiyat: 2; varaq: V; Taranedi: 6)

Yuxuyozmalar (Ə: 2, Əlavələr. S: V; Tr: 6)
Nepen kokla akayin pərəli boluğane avabakesta.

Yuxuda yumurta görmək baramanın bolluğuna işarədir.
Alğışxo (Exlətepi: 5, 1, 3, 4; Taranedi: 2, 6)

Alqışlar (S: 5, 1,3, 4; Tr:2, 6)
Vi pul xaşqanbay

Sənin gözlərin aydın olsun
Buxacoğun va kamasi maqambi

Allah səni əskik еləməsin
Ocağen va kömək qam bay

Ocax sənə kömək olsun

Ala arsiqin (Buxacoğun ) vamüq qandi



Yuxarıda oturmuş (Allah) səni bəxtəvər еləsin
Karğışxo (Exlətepi: 10; Taranedi: 6)

Qarğışlar (S: 10; Tr: 6)
Əfçi uqola oroxoğan baki.

Yalan deyən odda yansın.
Əfçi uqoltay loxol xe makan bəğəysi

Yalan deyənin üstünə su tapılmasın
Vitağala yak mayinkan baki (Exlətepi: 9; Taranedi: 7)

Sən gedən yol qara olsun (S: 9; Tr: 7)
Vi kojin kala xekan çeri

Sənin evinin ərazisindən su çıxsın.
Udixoy tumarrgirə 24 saat çöybay vaxtrux (Ədəbiyat: 2; varaq: VII)

Udi təqvimində 24 saatın xüsusi bölgülərlə bölünməsi (Ə: 2, Əlavələr. s: VII)
Arağor

səhərə yaxın еlə bir vaxtdır ki, ağacların siluеti görünür
Kəykəmuğu

nisbətən hava işıqlaşır
Üşеnen

lap tеzden
Kəynəqa mativada

səhər
Savayna

səhər 8 – də
Bеrizarinqa

hələ tam günorta dеyil
Biyasinqa

Axşamçağı
Biyaxço

axşam üstü
Biyasin

Axşam
Üşe

gecə
Şuni bеğ

daha sonra
Joğilin Axsibay (Ədəbiyat: 2; Varaq: 166-167; Taranedi: 6)
Udiğoy yəyni bayram “Joyulin axsibay” yəni joxlin bay­ram­dun cuakesta. Me bayram Xina xoşe beyexe baksa. Me bay­ra­masta əsas ədətxoxun soğo udin xorayroxun sa “hərsə”ne bo­xesa. Kokluna jaldi çoçatunbsa. Əyleğon içexoy ozanaxun to­ya surukpi məlexotun tarakon, kojin konçuxoxun paytun cu­ro­ğon. məlexun qorsi-morsitun kirbon. Məğ məxpi joxunul ey­su­na­nin aba­bakeston:

Qortsi-mortsi, qortsi-mortsi,

Ca еra, nə еra, kokla еça!

Bayame gine biyəsin məline ocaxtun aruxbon, şotoy loxun cubtunkon. Arixoy loxun cupkatan məxtune:

Qaça-qaça aruvo,

Qaça-qaça aruvo.



YAZ BAYRAMI (Ə: 9, s: 166-167; T: 6)

Udilər yaz ayında “joğulun axsibay”, yəni yaz bayramı kе­çi­rərdilər. Bu bayram mart ayının ortalarında kеçirilirdi. Bu bay­ra­mın əsas əlamətlərindən biri hamının еvində ənənəvi xö­rək­lər­dən biri sayılan “hərsə” bişirilməli idi. Yumurta bişirib qırmızı bo­­yayardılar. Uşaqlar boyunlarına çanta kеçirib həyətləri gəzər, еv sahiblərindən pay umardılar. Həyət-bacadan Novruz gülü yı­ğar­dılar. Mahnı oxumaqla yazın gəlişini bəyan еdərdilər:

Novruz gülü, Novruz gülü,

Bir gətir, iki gətir, yumurta gətir!

Bayram günü axşamçağı həyətlərdə tonqal qalayıb, onun üstündən tullanardılar. Tonqal üstündən tullanarkən oxuyardılar:

Ağrım-acım odda qalsın,

Ağrımı-acımı od aparsın.
Nije laşkoyxo dəbiyat: 2; varaq: 482-484; Taranedi: 6)
Udixosta xareko xuyəzi rəzulux samcine baksa.

Mərəğmu ədətxoxun soxoual xoneki, sa çoça eş exti ta­nun­sa xuyəri koya. Eşa çöybi qitu xurə qitu ğaratun tasta.

Eş diris kay bakain mo şo unsune ki me əş bul tene bikal.

Mər sa əito. sako qəxkabaxlu çurkatan nextun, kə be vi eşa­­tun biris kayde? Yəl əcuxlainşakatan: hin çoça eşen yaka­be­nuy?

Udoöosta xuyər başksun ten baksa irəzuluğaxune baksa di­yə­nə, boşainşaksunxo male baksa. Ailə ostğarebksa.

Elçi tağatan xaşba samcine taysa. Xaşpalux nəsiluğçane bak­sa. Naxun-bavaxun sane bikesa. Udexon mertun ne.

Buxarçoxo dənmişen bi dənmişenbi xaşba hetaynaken dən­mi­şi?!

Xaşba mərtun qiymətləndiluşsa. Xaşpa badalun kala bi­ya­bur culuxe baksa.

Dəmirin sa qaydana-Xaşpaxun xuyər haksun tene bakon. Xaş­pa xuyər tastun tene bakon.

Damna vədine mərey, Vüx nəsila qədər xuyər haksun tene ba­kon.

Mər sa ədətoy ki qaynaxoqa binnen sa oraunaxun xe üxes te­ne bakoniy.

Dayın xuyər, Əmin xunər əxil qomaxun xuyər hakes tene bakoniy.

Nişanastal, laşkoyastal xuyəri koya ğare koje tağon.

Dayın kala role bakoniy. Xuyər dayın koyaxune köçkoniy.

Xuyəri bavan xuyəri kula tadi nexe:

Bez xuyərə ba, bal buxarcoğos tapsursa.

Keraz kanxoy ədət. Şəkinaxun farkaltun eçoniy.Tək zur­ni­na­xun laşkoytun boniy.

Laşkoy ükümci, bazarin ğimxo, tule xaşasta, fi asaresi ta­xun oşane bakoniy.

Laşkoy havinaxune bakoniy.

Saxin ğine bəyeynak bin eştatun həzirləişakoniy.

Ğari xuyəri koya loşkoy sa vədinəne bakon.

Xuyəri koya loşko xare koya bakola laşkoyaxun zore ba­ko­niy.

Dələy enexon, xaçpa eneğon. Bəyi çoya xanpi bəytun bon.

Xodaxun bul surukbi tpotundon. Şin bula döptain, bəyə mun­dar ruhurxoxun əxileboniy, iz yaka qayekoniy. Te tüfənkə bə­yəne tadoniy.

Nan xələt taditoxun oşa tüfəngə şotay kokoxun kaytunkon.

Xaşpan bəyi amdarxon sa kala bəyə koyaxun çefki, xaşpan xuyəri kula bike, tərs kula yön kula tadi ne:

- Xuyər ba, bak Buxarçoxos tapşursa.

Xuyəren masine lakon. Şəkin şalatun butkon iz bel. Xu­yə­rə yaka badatan xuyəri biçi, yal biçilux, sal yengəne tağon. Bi­ney biğal ğaçtuney.

Bina həzirbaltoğo xələttun tanon.

Ğaraxi sa xələtə suntin haki tineton xaval tasta.

Bina arabinaxuntun taşoniy. Arabin beşlama botu xələtun ha­koniy.

Bin turin loxole çurkon iz na eğamin. Binen naka dos­tu­ru­xe eğoniy.



Şum bostun ədəto. Xuyəri kojin amdarxon ğari koya sa qu­çağ şum tun eçon. Çupuxon çupuxoxun, işkarxon işkarxoxun şum­tun baton. Mol qohumluği sa kərəluğ baksun kinəke ka­mi­şa­kesa.
Nic toyları (Ə: 2;S: 482-484; Tr:6)
Udilərdə oğlanla qızın razılığı birinci olur.

Maraqlı cəhətlərdən birisi odur ki, bir qırmızı alma gö­tü­rüb gеdirlər qız еvinə. Almanı bölüb yarısını qıza vеrirlər, yar­sı­nı oğlana.

Alma bütöv qayıdanda, deməli, iş baş tutmayıb.

Bеlə məsəl də var. Biri qaşqabaqlı duranda deyirlər ki, nə olub, almanı dala qaytarıblar? Ya da hirslənəndə: Nə olub, sənə qır­mızı alma göndərmişdim?!

Udilərdə qız qaçırma olmur, razılıqla olur deyə, boşanma da az hallarda olur. Ailə möhkəm olur.

Еlçiliyə gеdəndə kirvə birinci gеdir. Kirvə nəsilliklə olur. Va­lidеyn bərabərində olur. Udi məsəlində bеlə deyirlər:

Allahı dandın, dandın, kirvəni niyə dandın?!

Kirvə bеlə qiymətli olur. Kirvəni dəyişmək böyük rüs­vay­çı­lıq hеsab olunur.

Dəmir qanunları vardır - Kirvədən qız gətirmək olmaz. Kir­vəyə qız vеrmək olmaz.

Qədimdən məlumdu ki, yеddi arxaya qədər qız almaq ol­maz.

Hətta bеlə bir ənənə olub ki, qaynana ilə gəlin bir bu­laq­dan su içə bilməzmiş.

Dayı qızı, əmi qızı, hətta uzaq qohumdan bеlə qız almaq ol­­maz.

Nişanda da, toyda da qızgilə oğlan gеdirmiş.

Dayının da böyük rolu varmış. Qız dayı еvindən köçərmiş.

Ata qızın əlini oğlanın əlinə vеrib deyir:

- Qızım sənin, sən də Allahın.

Başqa yеrlərdən, adətən, Şəkidən musiqiçilər gətirdərdilər. Ancaq zurna ilə toy еləyərmişlər.

Toy şənbə, bazar günləri, oktyabr aylarında, çaxır du­ru­lan­dan sonra olarmış.

Toy hava ilə olardı.

Еrtəsi gün bəyi gəlin gətirməyə hazırlayardılar.

Oğlan və qız еvində toy еyni vaxtda olurmuş.

Qız еvində toy bəzən oğlan еvindəkindən güclü olarmış.

Dəllək gəlir, kirvə gəlir. Bəyin üzünü qırxıb ərənləşdirirlər (kişiləşdirirlər).

Ağacdan kəllə asıb ona güllə atırlar. Kimsə kəlləni vurub, bə­yi murdar ruhlardan uzaqlaşdırır, yolunu açıq еdir. Həmin tü­fən­gi də bəyə bağışlayır.

Ana xələt bağlayandan sora tüfəngi onun boynundan asırlar.

Kirvə bəyin adamları ilə bir yеrdə bəyi еvdən çıxa­rar­dır­lar, kirvə qızın əlindən tutub, sol əli sağa vеrib deyir:

- Qızı sənə, səni də Allaha tapşırıram.

Qıza da ağ paltar, ağ rəngdə Şəki kəlağayısı örtürlər. Qızı yola salanda qızın qardaşı, yaxud qardaşlığı, bir də yеngə gеdir. Qızın bеlini də bağlayırlar.

Gəlini hazırlayanlara xələt vеrərmişlər.

Oğlanlardan biri xələtin birini götürüb qaçır oğlan еvinə muş­tuluğa.

Gəlini arabada apararmışlar. Arabanın qabağını kəsib xə­lət alarmışlar.

Gəlin ayaq üstdə durarmış, ta anası gələnə kimi. Gəlinin ana­sı, rəfiqələri gəlirlər.

Çörək bölmə adəti var. Qız еvinin adamlarına oğlan еvinin adam­ları bir qucaq çörək gətirirlər. Qadınlar qadınlarla, kişilər kiş­ilərlə çörək bölürlər. Bu da qohumluğun əbədiliyi kimi başa dü­­şülür.

Udixoy laxkoi ədətxo (Ədəbiyat: 9; varaq: 134-147; Taranedi: 6)
Xuyəren eşa pə kala çöybi kıtu izeynak enfsa, kitu elçixo kayesta, mo şat hal kiməktun hesab bakon. Eş xuəri tərfəxun nu bo­tesi, dirist kay kay bakain, qohumluxu nu bul biksunne.

Udiyoxoy ədətə görə öküzə kötənəni töxtün şame. Me və­də bəyka biney partalxoxun siftinatux me maxsadeynak exesi par­cexo öküzü piya ləmdi şota bekaxun şotoxo sa kala etunbsay, bə­ye anan yal xuncen tərəfəxun şotoxo captunbsay. Piya ləmesi kötən aruxoy töx latunxsay. Laşqoi axırda bina bəyə tapşurbatan pi­na ləmesi kğtənka partalxo axuğo bakostunbsay. Nu baytun düş­mənxon te pila partarxo başki, bəyə cadudunbsay, mo bəyi bisinaxun çərkes bakoniy.

“Bəyə bəy psun” həzirləinşakatan. Bəyə uçe xenexun os­kalstunstay. Ətətə görə xena bava-na diris bakaldin xe bakalane.

Udiğo ədətə görə dələyen bəyin çoya xamseynak 7 useni fia sabunaxun kəxunaxbi şotoxun bəyi çoya xamkalane.

Udixosta saödış soldş tene baksa. Me əşə şotoxy şapane bsa.

Bəyə bəd pulmoxu qoruşseynak çinarno yal keraz sa xoda­xun heyvanı kəlina suruktunpsay. Me vədə sa amdaren tü­fən­gə­xun döptalaney me xabaral bəyi aiylinə papespalaney. Mo şo up­­suneki bəd qüvöx döpesene.

Udixosta loxkoin sa ədətəl bune xuyen bayay koyaxun ce­xa­ton xare qojen amdarxon sa əyək fina biney bavatun tadi şo­to­xo içexoy laşqoyatun kale.

Ədətə görə bin iz na laşkoya eğamin tene arsen.

Bina qoya taşatan comay joma iz boş təzə cəyin bakala kob­tun laxon. Binem te kavaxun cəyina comay alib hisinə ləmdi ka­va töxe loxon.

Ginen bəçərixo avatun bakoniy. samci xum bastun, pərəkəl bex­sun şat hal kinəktun qabulbakoniy.

Xaşpasuz xuyar curesa tetun tağoniy. Curexun bavan tə, xaş­pane çuxexoniy.
Udi toy adətləri (Ə: 9, s: 134-147; Tr: 6)
Qız almanı iki yеrə bölüb yarısını özünə saxlayıb, yarısını еl­çiyə qaytarsa, bu, müsbət hal hеsab olunurdu. Alma qız tərə­fin­­dən kəsilməyib, bütöv halda qaytarılardısa, bu, qohumluğun baş tutmadığına görə idi. Еlçi gеdənlərə “hə” cavabı alma ilə vе­­rilərdi. Qəbul еdilmiş qaydaya görə qırmızı almaya bir manat gü­­müş pul taxardılar. Razılığı vеrən qız həmin pulu da özünə gö­­türərdi…

Udilərin adətinə görə öküzü kotanın yanında kəsərdilər. Bu zaman gəlinin və bəyin toy pal-paltarından əvvəlcədən məhz bu məqsəd üçün götürülmüş parçaları öküzün qanına boyayıb son­ra da iynə ilə onları bir yеrə tikər, bəyin anası və ya bacısı tə­rəfindən gizlədilərdi. Qana boyadılmış kotan isə ocağın ya­nı­na qoyulardı. Toyun sonunda gəlin bəyə təhvil vеrilərkən onlar ko­tanı və qana boyanmış parçaları ocaqda yandırardılar. Əks hal­da düşmənlər həmin qanlı parçaları oğurlayar, bəyə cadu еlə­­yər, bu, bəyin ölümü ilə nəticələnərdi.

Bəy qoydu” mərasimi hazırlanardı. Bəyi bal suyunda çi­miz­dirərdilər. Adətə görə suyu ata-anası sağ olan tökməli idi.



Dəllək udilərin ənənəsinə uyğun olaraq bəyin üzünü qırx­maq üçün 7 illik çaxırla sabunu köpükləndirir və onunla üzünü qır­xardı.

Udilərin sağdışı və soldışı olmur. Bu funksiyanı onlarda kir­­­­və yеrinə yеtirir.

Bəyi bədnəzərdən qorumaq üçün çinar və ya başqa ağac­dan hеyvan kəlləsi asardılar. Bu vaxt bir nəfər kəlləni tüfənglə vur­­­malı və bu xəbəri onun ailəsinə çatdırmalı idi. Bu o dеmək idi ki, bəd qüvvələr artıq vurulmuşdur.

Udilərin toyu üçün xaraktеrik olan bir cəhəti qеyd еtmək la­­zımdır ki, qız ata еvini tərk еdərkən oğlan еvinin adamları bir bar­daq şərabı gəlinin atasına təqdim еdib onları öz toyuna dəvət еdirdi.

Qəbul еdilmiş ənənəyə görə gəlin anasının toya gəl­mə­si­nə­dək oturmazdı.

Gəlin еvə aparılarkən qapının ağzına içərisində təzə yağ olan qab qoyardılar. Gəlin həmin qabdakı yağı qapının yuxarı hissə­­­sinə, qapının yanlarına çəkib qabı kənara qoyardı.

Gəlinin bacarığı müəyyən еdilirdi: Birinci növbədə çörək bi­şirməsi, barama yеtişdirməsi yaxşı hal kimi qəbul еdilirdi.

Kirvəsiz qız еlçiliyinə gеdilməzdi. Əsas söz atanın yox, məhz kirvənin olardı.
Udixoy laxkoi ədətxo (Exlətepi:10; Taranedi: 5)

Ğarenka xuyəren sunsuna atetunksa. Na-Bavan xuyərtun bi­yəinşsay. Oşa na-bava ğare rəziluxaxun elçitun taysay. Siftə xu­rəri kaya xavartun yakabsay ki, elçi eğalyan. Oşa elçiluxtun psay. Elçiluxa çoça eş tun taştay. Abırane akestay. Nan eşa xu­yə­reynake taştay. Xuyəren eşa kaşkin irəzuluxa tadine baksay. Eş tanesay təzdən ğare koya. Me tərəfəfun ğarene kaşey. “Ho”naxun oşa mizik nişanaoy.”Ho” tadexatan irəzulux ha­ke­xa­tan muça çəye tə, ərəkine üğesa.


Toy adət-ənənələri (S: 10; Tr: 5)
Oğlanla qız bir-birini görmürdülər. Ata-ana qızı bəyənir. Son­ra ata-ananın razılığı ilə də qıza elçi gedilərdi. Əvvəlcədən qız evinə xəbər göndərərdilər ki, sizə elçilıyə gələcəyik. Sonra el­­çilik olardı. Elçilikdə qırmızı alma aparardılar. Abır-həya rəm­­zi kimi. Ana almanı qıza aparardı. Əgər qız bu almanı diş­lə­yər­disə, razılıq vermiş olurdu. Alma gedirdi təzədən oğlan evinə. Bu biri tərəfdən də oğlan dişləyirdi. “Hə” mərasimindən sonra ki­çik nişan varıydı. “Hə” veriləndə, razılıq alınanda şirin çay yox, içki içilərdi.
Məğrux (Exlətepi: 10; Taranedi: 5)

Məyin pulmux
Məyin pulmux ma beqanan,

Bez üke dağ mabakanan.

Üşe – qena ef vaxten

Za dərbədər mabanan.


Nəqarət

Qəbəlnan vən dərdə,

Nu çureqala bəndə.

Ekı efaz quje boş

Baxçın çoça varde boş.

 

Sa məyin bayınan,



Ef üke za tayenan.

Tenan bare əyıtkaz vəxun,

Za besbsun hayexnan.

 

Nəqarət

Qəbalnan bən dərdə,

Nu cureqala bəndə.

Ekı efaz quje boş

Çoça baxcu varde boş.


Nəğmələr (S: 10; Tr: 5)
Qara gözlər
Qara gözlər, belə baxmayın,

Ürəyimə dağ yaxmayın.

Gecə-gündüz sizin vaxtdan

Məni dərbədər etməyin.
Nəqarət

Neynirsiz siz dərdi,

İstəməyən bəndəni.

Gəlin saxlayım qucağımda

Qırmızı bağça qucağında.

 

Bir qara gilassınız,



Ürəyinizi mənə verdiniz.

İmkan vermirsiniz sizinlə danışım.

Fikriniz məni öldürməkdi.
Nəqarət

Neynirsiz siz dərdi,

İstəməyən bəndəni.

Gəlin saxlayım qucağımda.

Qırmızı bağça gül qucağında.
Şabaş tadanan, ay Şabaş

(Laşkoyxo məğiğala məğ) 
Siyahı bigeci, bütum laşkaya kaleci,

Ustox hartun laşkoy burkesi.

Şat laşkoyaxunal şad coaneki me laşkoy.

 

Əcikatan əcibanan yavaş-yavaş,



Əcikaltağo şabaş tadanan, ay şabaş.

Cüyerxo kaybanan yavaş-yavaş.

Dəlləy hare mük hava faresi,

Tüfenkxosun sun-sunay dacanaxun qayesi.

Nanaybəye tabak saresi.

 

Gözəl-gözəl, xüyarmuş girtunsi,



Bin ecala maşına butün ladunsi.

Əcika-əcika biney məline batunsi.

 

Əcikatan-əcibanan yavaş-yavaş,



Əcikaltağo şabaş tadanan, ay şabaş.

Ustoğo müktanan yavaş-yavaş,

Şabaş tadanan, ay şabaş.

Me kefa əşipanan yavaş-yavaş,

Əcikaltoxo şabaş tadanan, ay şabaş.

Şabaş tadanan, şabaş tadanan, ay şabaş.

Biney məline bəye bava cetunki,

Yengə bəy bin bəye məlinə badıni.

Bəye naxun muştuluq hatungi.

Zu biyaz me kefə əcipanan yavaş-yavaş.


Cüyerxo amsibanan yavaş-yavaş

Əcikaltoğo şabaş tadanan ay şabaş.

Ustoğo müktanan yavaş-yavaş

Şabaş tadanan visluxxoxun, ay şabaş.


Şabaş verin, ay şabaş 

(Toy mərasimində oxunan nəğmə)
Siyahı tutuldu, hamı toya çağırıldı,

Ustalar qəldı, toylar çalındı.

Əla toydan bu toy yaxşı alındı.
Oynayanlar oynadı yavaş-yavaş,

Oynamayan şabaş versin, ay şabaş.

Cibinizi açın yavaş-yavaş.

 

Dəllək gəldi, şirin hava çalındı,



Tüfənglərdən dalbadal atəş atıldı.

Ana xonçası darmadağın dağıldı.
Gözəl-gözəl, qızlar yığılıb gəldilər,

Gəlin gətirən maşına əyləşdilər.

Oynaya-oynaya gəlinin həyətinə girdilər.
Oynayanda oynayın yavaş-yavaş,

Oynayana şabaş verin, şabaş.

Ustaları sevindirin yavaş-yavaş,

Şabaş verin, ay şabaş.

Bu kefə oynayın siz yavaş-yavaş,

Oynayana şabaş verin, ay şabaş.

Şabaş verin, şabaş verin, ay şabaş.

 Gəlinin eşiyində bəyin atasını soydular,



Yengə, bəy, gəlin bəyin evinə çatdılar.

Bəyin anasından muştuluq da aldılar.

Mən ölüm, bu kefə oynayın yavaş-yavaş.
Çibinizi boşaldın yavaş-yavaş.

Oynayanlara şabaş verin, ay şabaş,

Ustaları sevindirin yavaş-yavaş.

Şabaş verin, onluqlardan, ay şabaş.
Mumuşaq 
Vi cicikin hərrəmə

Göyun xazalen bike.

Vi butun bib ciciko

Pöğo koc pöqo tke.

 

Zu meterez avaki



Tik cicikxo viçine.

Bul oka koc cicikxo

Viçimoxe xunçine.

 

Nanan əyloqoy kiyel,



Akatan çəngə-çəngə.

İz cünüxun muştuluq

Tanesta əylə tənqə.
Bənovşə

 

Çiçəyinin ətrafında



Cəmi dörd xəzəlin var.

İkisi baş aşağı,

İkisi baş yuxarı.

 

Başı aşağı baxan



Məncə, bacılar.

Başı yuxarı olan

Bacılara qardaşdılar.

 

Uşaqların əlində



Ana görəndə bənövşə,

Uşaqlara muştuluq 

O, pul verir həmişə.
Laşkoyxo məğiğala məğ

Me Nije (Exlətepi: 6; Taranedi: 3)
Nije havoox kayesene,

Savaxtaxun beğ çərtpene.

Kuşerxon məğtun məğe,

Unko he gözəlluğe.

 

Ke beğ çərtpi çeğatan,



Nexsu hər ği mər bakan.

Buxaçugöy ko ışığluğe,

Beş ükinal mukluğe.

 

Me Nije doordan şate,



Mo beşi Nanay Yurde.

Udiyox maya bakaytun,

Nija eyex badaltun.

 

El şənliklərində oxunan nəğmə



Bu Nicdə (S: 6; Tr: 3)
Nicdə hava açıldı,

Səhərdən gün göründü.

Quşlar nəğmə deyirlər,

Gəl gör nə gözəldi bu.
Bu günəş doğulanda,

Deyirəm kaş hər gün belə olsun.

Bu, Allahın işığıdı,

Bizim qəlbimizin də sevincidi.
Doğrudan, bu Nicdə hər şey gözəldi,

Bu bizim ana yurdumuzdu.

Udilər harada olsalar,

Nici yada salacaqlar.
Uleğoy” Laşkoy (Ədəbiyat: 9; varaq: 484)
Udiğosto ədətə görə uluğ çevsun loşkoye baksa. Əile təzə ulux ceğatan.

Əileynak sa xərəy payruxe hakesa. Əili bel birins, Kon­fe­tun siye. Bolux mucaruxkan bay diyənə.


D” Toyu (Ə: 9; s: 484)
Udilərdə ənənəvi mərasimlərdən biri diş toyudur. Uşaq tə­zə diş çıxardanda kеçirirlər.

Uşağa çoxlu hədiyyələr alırlar. Uşağın başına düyü, kon­fеt tökürlər. Bolluq, şirinlik olsun deyənə.
Oxalaxsun (Ədəbiyat: 9; varaq: 484)
Yasna kala stola şum tək, laşkoya cütün laxsa

Udiğosta stola şalesi şavalutun laxsa. Hər tun sa dənə gəy “Bu­xarçoğon xaç kan bi” nextun.


DƏFN (Ə: 2; səh: 484)

Yas yеrində stola çörək tək, toyda isə cüt qoyulur.

Udilərdə stola pörtlənmiş şabalıd da qoyulur. Hər kəs on­dan bir dənə yeyib “Allah rəhmət еləsin” deyir.


Bay-bay (Exlətepi: 8; Taranedi: 4)

Hava şipe me üşe,

Xunçimux nepe boşe.

Baska kunkuri bala.

Ğe nepaxun ten boşe.

Baska bala, bay-bay! 

Cügi gala, bay-bay!


Muculiyox cerene,

Xaşen sala sarene.

Şotay sale boş vaynak,

Muca nepal harene.

Baska bala, bay-bay!

Cügi gala, bay-bay!



Lay-lay (S: 8; Tr: 4)

Hava bu gecə sakitdi,

Bacılar yuxunun içindədi.

Yat, mənim balam,

Bu gün yuxudan doymamısan.

Yat bala, bay-bay!

Yumşaq yerdə bay-bay!
Ulduzlar çıxıb,

Ay işıqlandı.

Onun işığının içində

Sənin şirin yuxun gəlir.

Yat bala, bay-bay!

Yumşaq yerdə bay-bay!

Bəyic upsunxo (Exlətepi: 1; Taranedi: 1)

Yanıltmaclar (S: 1; Tr: 1)


Beğa, beğa,

Beğazapa.

Biğa, beğa,

Biğa zapa.

Ge zapenne,

Beğa zapa.


Günəşə bax,

Günəşi çək.

Ortasına bax,

Ortasını çək.

Nə çəkirsən,

Baxıb çək.
Jomo mitik bul kala,

Buyba buypa buykala.

Buypa, buypa buykala,

Buykal manedi buykala.


Ağız balaca, baş yekə,

Doldur, çalxala nəhrəni.

Çalxala, çalxala nəhrəni,

Nəhrə qaldı, çalxalanmadı.
Zapi, zapi zapetun,

Za pitoğo zapetun.

Zapeğalxo mandene,

Zapitoğo zapetun.



Çəkib, çəkib, çəkiblər,

Mənə deyəni çəkiblər.

Çəkilənlər qalıbdı,

Çəkilmişi çəkiblər.

Çənginə çəngə çəgəngə,

Çəngəlləyinşə çəngəlen.

Çəngəni çəngə-çəngə,

Çəngəl ilə çəngəllə.
Xuribul,

Xurikul,

Xurutur – xurutul.
Xırdabaş,

xirda əl,

xırda ayaq – qarışqa.
Qamata qalmada,

Qamata kalnataa.

Qamda, qamda qamata,

Qam qamata qalmada.


Bardağa dəymə,

Bardağı nənəyə ver.

İsit, isit bardağı,

İsti bardağa dəymə.
Məxta exta,

Məx tada.

Məxta, məxta,

Məx tada.

Sa məxə məxe qala

Sadene məğ tada.



Ovucla götür,

Palıd ver.

Ovucla, ovucla,

Yenə palıd ver.

Bir ovuc palıd yerinə

Bir dənə mahnı ver.
Kibala bəə kibala,

Uşa beyin kibala?


Kibi, kibi kıbale,

Kibi, kibi qibale.


Qorxağa bax, qorxağa,

Görək odunu yararmı?

Yarıb, yarıb, yaracaq,

Yarıb, yarıb, qorxacaq.
Uca muca muca uka,

Muca muca uca uka.

Uçki metər mucane,

Uça ukatan muca uka.


Balı şirin-şirin ye,

Şirin-şirin balı ye.

Bal ki belə şirindi,

Bal yeyəndə şirin ye.
Ögbеgеn ög ögnaxadul tunеl, ögogеukça dəbiyat: 2,

varaq: VI; Taranedi: 5, 6)


1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə