«Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 403.82 Kb.
tarix26.02.2016
ölçüsü403.82 Kb.
«Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə mədaxilini təmin etmək üçün aşağıdakı minimum tapşırıqlar müəyyən edilsin:

(mlrd. manatla)


Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə

4062.0

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə

1020.0

2. İri vergi ödəyiciləri olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Rabitə Nazirliyi, «Azərenerji» Səhmdar Cəmiyyəti, Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azəriqaz» Səhmdar Cəmiyyəti, «Azərkimya» Dövlət Şirkəti, «Azərbaycan Hava Yolları» Dövlət Konserni qanunvericiliklə müəyyən olunmuş vergilərin vaxtında dövlət büdcəsinə ödənilməsini təmin etsinlər və növbəti ayın 15-dək əvvəlki ay ərzində hesablarına və kassalarına daxil olmuş pul vəsaitinin məbləği və onun istifadə istiqamətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu orqanların hazırladığı forma üzrə hesabat təqdim etsinlər.

3. «Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin əsas xərcləri aşağıdakı kimi bölüşdürülsün:



(milyon manatla)




Xərclərin istiqaməti

Dövlət büdcəsi

o cümlədən:

Mərkəzləşdirilmiş xərclər

Yerli xərclər

1

2

3

4

5

1.

Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri

899281,5

789513,5

109768,0




o cümlədən:













Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

34646,8

34646,8







Azərbaycan Respublikasının Nazirlər Kabineti

9405,3

9405,3







Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

188438,8

188438,8







Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

6434,4

6434,4







Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

12231,9

12231,9







Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

4977,9

4811,7

166,2




Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

4578,5

1430,1

3148,4




Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

7869,5

7869,5







Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

9974,9

9860,4

114,5




Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

5388,7

5388,7







Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

16636,8

16636,8







ondan:













idarəetmə xərcləri

15636,815

636,8







aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, məhkəmənin qərarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı xərclər

900,0

900,0







məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi ilə bağlı xərclər

100,0

100,0







Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

2378,9

1483,8

895,1




Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

46836,7

46836,7







Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

2024,6

2024,6







Azərbaycan Respublikasının Rabitə Nazirliyi

850,4

850,4







Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

1401,0

1012,9

388,1




Azərbaycan Respublikasının Təhsil Nazirliyi

7499,0

3032,0

4467,0




Azərbaycan Respublikasının Vergilər Nazirliyi

28026,0

28026,0







Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi

2854,6

2854,6







Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri

75258,2

75258,2







Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

9321,39

321,3







Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

722,7

722,7







Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi

3442,9

3442,9







Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi

1194,0

1194,0







Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi

534,2

534,2







Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

1389,5

1389,5







Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

1424,5

1424,5







Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi

1640,7

1640,7







Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

13102,0

13102,0







Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

1567,1

1567,1







Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

3468,3

3468,3







Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsi

2409,3

2409,3







Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi

1065,2

1065,2







Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası

553,2

553,2







Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

782,2

782,2







Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu

209,5

209,5







Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu

508,9

508,9







Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

117,0

117,0







Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

254,8

254,8







Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi

59516,9

59516,9







Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi

27481,9

27481,9







Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi

76107,1

76107,1







Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti

42019,0

42019,0







Azərbaycan Respublikasının Dövlət Sularda Xilasetmə Xidməti

1213,7

1213,7







Azərbaycan Respublikasının Dövlət Feldyeger Xidməti

2528,9

2528,9







Azərbaycan Milli Elmlər Akademiyası (Azərbaycan Milli Aerokosmik Agentliyi aparatının saxlanılması xərcləri)

498,8

498,8







Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

64162,7

64162,7







Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

571,7

571,7







Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

5135,2

5135,2







Avropa Birliyinin Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosu

94,1

94,1







Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası

183,7

183,7







Digər şəhər və rayon icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri

71832,6

71832,6







Azərbaycan Respublikasının Hesablama Palatası

3532,7

3532,7







Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyi (ombudsman)

1924,7

1924,7







Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

2301,5

2301,5







Naxçıvan Muxtar Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri

28756,1

28756,1




2.

Elm xərcləri

89546,0

87636,9

1909,1




o cümlədən:













Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

333,6

333,6







Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1463,3

1463,3







Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

390,1

390,1







Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

517,9

517,9







Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

5327,5

5327,5







Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

3346,6

3346,6







Azərbaycan Respublikasının Təhsil Nazirliyi

3393,0

3393,0







Azərbaycan Milli Elmlər Akademiyası

        60180,1

         60180,1







Azərbaycan Elmi-Tədqiqat Elmi Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutu

299,4

299,4







Gəncə Elm və Texnika Mərkəzi

24,6

24,6







Lənkəran Elm və Texnika Mərkəzi

24,6

24,6







Azərbaycan Respublikasının Xüsusi Maşınqayırma və Konversiya Komitəsi

2675,6

2675,6







Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

405,0

405,0







Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi

1422,1

1422,1







Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

3443,6

2537,6

906,0




Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

187,5

187,5







Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi

5642,6

5642,6







Dövlət Kənd Təsərrüfatı Akademiyası

79,4

79,4







Azərbaycan Dövlət Neft Akademiyası

596,2

596,2







Bakı Dövlət Universiteti

1010,7

1010,7







Azərbaycan Dövlət İqtisad Universiteti

78,7

78,7







Azərbaycan Dövlət Tibb Universiteti

376,4

376,4







Naxçıvan Muxtar Respublikasının elm müəssisə və təşkilatları

1003,1

1003,1




3.

Müdafiə xərcləri

683399,6

683399,6







o cümlədən:













Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

674299,6

674299,6







Hərbi-Sənaye Kompleksi

9000,0

9000,0







ondan:













«İntergeo-Tetis» Beynəlxalq Elmi Texniki Kompleksi

4500,0

4500,0







Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi

4500,0

4500,0







Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Balakən Aviasiya İdman Klubu

100,0

100,0




4.

Təhsil xərcləri

1216265,8

180751,7

1035514,1




o cümlədən:













Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

76,8

76,8







Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

795,8

795,8







Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

4726,7

4726,7







Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

265,9

265,9







Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

48006,5

1216,9

46789,6




Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

5850,3

5850,3







Azərbaycan Respublikasının Təhsil Nazirliyi

1056942,3

133822,1

923120,2




Azərbaycan Respublikasının Vergilər Nazirliyi

368,4

368,4







Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

1750,0

1750,0







Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

1925,8

1925,8







Dövlət Kənd Təsərrüfatı Akademiyası

3406,3

3406,3







Azərbaycan Dövlət Neft Akademiyası

5289,9

5289,9







Bakı Dövlət Universiteti

8377,7

8377,7







Azərbaycan Dövlət İqtisad Universiteti

5719,3

5719,3







Azərbaycan Dövlət Tibb Universiteti

7159,8

7159,8







Naxçıvan Dövlət Universiteti

1834,2

1834,2







Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri

63770,1

63770,1




5.

Səhiyyə xərcləri

300923,3

64812,4

236110,9




o cümlədən:













Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

158,9

158,9







Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

284129,8

59918,9

224210,9




Azərbaycan Dövlət Dəmir Yolu

4734,6

4734,6







Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələri

11900,0

11900,0




6.

Sosial müdafiə xərcləri

768000,0

768000,0







o cümlədən:













Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu

768000,0

768000,0







ondan:













kommunal və digər xidmətlər üzrə güzəştlərin ləğvi ilə əlaqədar vətəndaşlara ödəniləcək kompensasiya

107000,0

107000,0




7.

Sosial təminat xərcləri

308348,9

285696,5

22652,4




o cümlədən:













Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

40134,6

18916,5

21218,1




Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (qaçqınların və məcburi köçkünlərin yemək və məskunlaşdırılması xərcləri)

266780,0

266780,0







Naxçıvan Muxtar Respublikası üzrə sosial təminat xərcləri

1434,3

1434,3




8.

Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri

150380,2

92917,2

57463,0




o cümlədən:













Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin kitabxanası

1613,9

1613,9







Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

247,2

247,2







Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

70784,8

22388,4

48396,4




Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

220,0

218,8

1,2




Azərbaycan Respublikasının Təhsil Nazirliyi

378,8

378,8







Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

1286,0

1286,0







ondan:













incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatı

1266,0

1266,0







kütləvi informasiya vasitələri məhsullarının illik satışından əldə etdikləri mənfəətdən ödədikləri verginin (reklam gəliri istisna olmaqla) dövlət büdcəsindən redaksiyalara geri qaytarılması

20,0

20,0







Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

369,2

369,2







Azərbaycan Dövlət Teleqraf Agentliyi «Azərtac»

4513,0

4513,0







Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi

245,0

245,0







Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yanında İnformasiya Mərkəzi

862,7

862,7







Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkəti

57344,1

57218,1

126,0




«MİR» Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli filialı

432,3

432,3







Bakı Dövlət Universiteti

80,0

80,0







Milli Televiziya və Radio Şurası

430,3

430,3







Azərbaycan Atatürk Mərkəzi

621,9

621,9







«Azərbaycan Dünyası» Beynəlxalq Əlaqələr Mərkəzi

144,1

144,1







Yazıçılar Birliyi

309,5

218,9

90,6




Bəstəkarlar İttifaqı

158,5

158,5







«Ədəbiyyat» qəzeti

290,0

290,0







«Savalan» qəzeti

110,0

110,0







«Azərbaycan» jurnalı

250,0

250,0







«Göyərçin» jurnalı

60,0

60,0







«Günəş» jurnalı

63,0

63,0







«Qobustan» jurnalı

55,0

55,0







«Literaturnıy Azerbaydjan» jurnalı

122,0

122,0







«Ulduz» jurnalı

111,0

111,0







Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi («Xatirə kitabı» redaksiyası)

329,1

329,1







Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Beynəlxalq Mükafat Komissiyası (Füzuli adına mükafat)

100,0

100,0







Naxçıvan Muxtar Respublikasının müəssisə və təşkilatları

8848,8

8848,8




9.

Bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri

16062,6

7300,0

8762,6




o cümlədən:













Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

15725,1

7300,0

8425,1




ondan:













bədən tərbiyəsi və idman tədbirləri üçün

12363,1

6000,0

6363,1




gənclər siyasəti tədbirləri üçün

3362,0

1300,0

2062,0




Naxçıvan Muxtar Respublikasının müəssisə və təşkilatları

337,5

337,5




10.

Mənzil-kommunal təsərrüfatı xərcləri

125879,7

5340,5

120539,2




o cümlədən:













Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

120886,7

5340,5

115546,2




Naxçıvan Muxtar Respublikası üzrə mənzil-kommunal təsərrüfatı xərcləri

4993,0

4993,0




11.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri

278964,9

251554,9

27410,0




o cümlədən:













Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

21014,8

21014,8







Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

27652,2

27652,2







Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

17500,0

17500,0







Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi

185387,9

185387,9







Naxçıvan Muxtar Respublikası üzrə xərclər

27410,0

27410,0




12.

Sənaye və tikinti xərcləri

81980,0

81980,0







o cümlədən:













Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

12000,0

12000,0







Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

280,0

280,0







Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

7700,0

7700,0







«Azərkimya» Dövlət Şirkəti (Dövlət Neft Şirkətindən alınmış benzinin (Nafta) qiymət fərqinə görə yaranmış zərərin ödənilməsi 4 ilə qaytarılmaq şərti ilə)

62000,0

62000,0




13.

Nəqliyyat və rabitə xərcləri

223166,2

216666,2

6500,0




o cümlədən:













«Azərbaycan Hava Yolları» Dövlət Konserni (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi)

43604,4

43604,4







Avtomobil yolları təsərrüfatı

93500,0

87000,0

6500,0




ondan:













«Azəravtoyol» Dövlət Şirkəti

70000,0

70000,0







Bakı Şəhər İcra Hakimiyyəti

17000,0

17000,0







«Naxavtoyol» Dövlət Şirkəti

6500,0

6500,0







Bakı Metropoliteni

70070,0

70070,0







ondan:













metroda vaqon parkının və avadanlığın təzələnməsi üçün vəsait

40040,0

40040,0







metronun fəaliyyətini tənzimləmək üçün dövlət yardımı

30030,0

30030,0







Azəravtonəqliyyat Dövlət Konserni (avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi ilə bağlı xərclər)

991,8

991,8







Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin və qaz ixrac kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclər)

15000,0

15000,0




14.

İqtisadi fəaliyyətlə bağlı sair xərclər

64488,4

64488,4







o cümlədən:













Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

6100,0

6100,0







ondan:













iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər

1100,0

1100,0







dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması xərcləri

5000,0

5000,0







Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi (turizm xərcləri)

1200,0

1200,0







Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi

188,4

188,4







Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu

57000,0

57000,0







ondan:













sahibkarlığın inkişafı ilə bağlı xərclər

50000,0

50000,0







məşğulluq tədbirlərinin maliyyələşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması ilə bağlı xərclər

7000,0

7000,0




15.

Banklarla hesablaşma xərcləri

4601,6

4601,6







o cümlədən:













Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

4601,6

4601,6







ondan:













valyuta konvertasiyası üzrə xərclər

3000,0

3000,0







Azərbaycan Beynəlxalq Bankı Səhmdar Kommersiya Bankının nizamnamə kapitalında dövlət payının ödənilməsi xərcləri

1601,6

1601,6




16.

Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri

23000,1

23000,1







o cümlədən:













Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

22500,1

22500,1







ondan:













Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə bağlı xərclər

22000,1

22000,1







Seçkilərin keçirilməsi ilə bağlı digər xərclər

500,0

500,0







Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (dövlət statistika sistemində islahatların aparılması xərcləri)

500,0

500,0




17.

Əsas bölmələrə aid edilməyən sair xərclər

333019,6

297143,7

35875,9




o cümlədən:













Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (aksiz markalarının və birdəfəlik rüsum qəbzlərinin çap edilməsi ilə bağlı xərclər)

7240,0

7240,0







Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (lisenziya blanklarının çap edilməsi ilə bağlı xərclər)

60,0

60,0







Fövqəladə halların nəticələrinin aradan qaldırılması və maşın və avadanlıq alınması ilə bağlı xərclər

20000,0

20000,0







Şimali Atlantika Birliyinin «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər

1262,5

1262,5







Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri

301350,0

268581,2

32768,8




o cümlədən:













əmək haqqının ödənilməsinə

80113,4

73520,8

6592,6




əmək haqqına üstəliyin ödənilməsinə

22477,4

20563,1

1914,3




kommunal xidmətlər haqqının ödənilməsinə

23290,0

22672,6

617,4




əsaslı tikinti və təmir işlərinin aparılmasına

29762,4

29437,0

325,4




ərzaq məhsullarının alınmasına

5936,6

5551,1

385,5




dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və material alınmasına

24731,1

23634,8

1096,3




dərman və sarğı materiallarının alınmasına

4477,6

3461,0

1016,6




ezamiyyə və xidməti səfərlər üzrə ödənişlərə

4077,9

3868,1

209,8




inventar və avadanlığın alınmasına və onların təmiri xərclərinə

30882,2

29312,1

1570,1




digər xərclər üçün

75601,4

56560,6

19040,8




Naxçıvan Muxtar Respublikası üzrə xərclər

208,2

208,2







Digər şəhər və rayonların xərcləri

2898,9

2898,9




4. 2003-cü ildən başlayaraq dövlət büdcəsinin Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının saxlanması xərcləri köməkçi bölməsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Elm xərcləri köməkçi bölməsi üzrə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Səhiyyə xərcləri köməkçi bölməsi üzrə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin, Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri köməkçi bölməsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin, «Mir» Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli filialının büdcədənkənar vəsaitləri üzrə gəlirlər dövlət büdcəsinin sair gəlirlərinə daxil edilsin, xərclər isə 2003-cü il dövlət büdcəsində həmin tədbirlər üçün nəzərdə tutulmuş vəsait daxilində həyata keçirilsin.

5. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, ikinci halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yerinə yetirir.



6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    • Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 18-ci bəndində (Beynəlxalq təşkilatlara üzvlük haqqı), 19-cu bəndində (Dövlətin xarici borcları üzrə xərclər), 22-ci bəndində (Ehtiyat fondunun xərcləri), 27-ci bəndində (Yerli büdcələrə ayrılan dotasiya) və bu Fərmanın 3-cü bəndinin 1-ci yarımbəndində (Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri) nəzərdə tutulmuş xərclərin bölgüsünü həyata keçirsin;

    • Bu Fərmanın 3-cü bəndinin 17-ci yarımbəndində Fövqəladə halların nəticələrinin aradan qaldırılması, maşın və avadanlıq alınması ilə bağlı xərclər və Şimali Atlantika Birliyinin Sülh naminə tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər üzrə nəzərdə tutulmuş vəsaitin qanunvericiliyə uyğun istifadə olunmasını təmin etsin;

    • Azərbaycan Respublikasının 2003-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 15-ci bəndində nəzərdə tutulan Dövlət investisiya xərclərinin konkret obyektlər üzrə bölgüsünü 1 ay ərzində müəyyənləşdirilib Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin. Bu vəsaitin bölgüsü zamanı onun ilk növbədə 2003-cü ildə tikintisi başa çatması nəzərdə tutulan obyektlərin maliyyələşdirilməsinə yönəldilməsini təmin etsin;

    • iqtisadiyyatın inkişafına investisiya qoyuluşunu artırmaq məqsədilə 2003-2005-ci illər Azərbaycan Respublikasının İnvestisiya Proqramının layihəsini hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • ölkədə aparılan pensiya islahatını sürətləndirsin, pensiya təminatının sosial sığorta prinsiplərinə uyğun olaraq təkmilləşdirilməsi barədə müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • müvafiq dövlət orqanları ilə birlikdə qanunvericiliyə uyğun olaraq müəssisə və təşkilatlarda işləyən vətəndaşların fərdi uçotunun aparılması üçün zəruri tədbirlər həyata keçirsin;

    • sosial yardım sisteminin, o cümlədən müavinətlərin təyinatı və ödənilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə müəssisə və təşkilatların yaranmış borclarının ödənilməsi barədə təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və müharibə veteranı statusu qazanmış vətəndaşların sayını dəqiqləşdirsin və onların sosial müdafiəsinin gücləndirilməsi barədə müvafiq təkliflər versin;

    • əlillərin, iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

    • iqtisadiyyatın ali təhsilli mütəxəssisələrə tələbatını müəyyən etməklə müvafiq ixtisaslar üzrə dövlət hesabına tələbə qəbulunun həddini hər il may ayının 1-dən gec olmayaraq təsdiq etsin;

    • büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, tipinin dəyişdirilməsi və ləğv edilməsi qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etsin;

    • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə ştat cədvəllərinin vahid fomasının müəyyən edilməsi, təsdiq edilməsi, eləcə də ştatların hərəkəti haqqında hesabatın verilməsi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və tətbiqi üçün müvafiq tədbirlər həyata keçirsin;

    • müvafiq dövlət orqanları ilə birlikdə ölkədə mənzil tikintisini sürətləndirmək məqsədilə ipoteka kreditləşməsi sahəsində müvafiq qanun layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

    • 2003-cü ilin dövlət büdcəsinə daxilolmaların aylıq və rüblük bölgüsünü Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla təsdiq etsin;

    • Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun 9-14-cü maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini, həmin Qanunun 6-cı maddəsinin 21-ci bəndində (dövlətin daxili borcunun ödənilməsi ilə bağlı xərclər) nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin və bu Fərmanın 3-cü bəndinin 17-ci yarımbəndində (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) nəzərdə tutulan vəsaitin təşkilatlar üzrə bölgüsünə dair xərc smetalarını təsdiq etsin;

    • 2003-cü il dövlət büdcəsində Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;

    • dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda, habelə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanlarının qərarlarına əsasən qeyri-büdcə təşkilatlarında aparılan təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş məbləğlərin bərpası hesabına əldə olunan vəsaitin sonrakı təyinatını, istifadəsini, habelə bərpa edilmiş məbləğin növbəti maliyyələşmələr zamanı nəzərə alınması qaydalarını 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşklitlarda diplomatik nümayəndəliklərinin işçilərinin icbari sığortası haqqında Azərbaycan Respublikası Qanununun layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • dövlətin xarici borclarının vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə arayış təqdim etsin.

8. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

    • 2 ay müddətində qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların (xidmətlərin, işlərin) dövlət reyestrini təsdiq etsin.

    • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Dövlət Dəmir Yoluna, Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinə və digər nazirliklərə və dövlət orqanlarına tapşırılsın ki, məhsulların (xidmətlərin, işlərin) qiymətlərinin (tariflərinin) dövlət tənzimlənməsi ilə bağlı iqtisadi cəhətdən əsaslandırılmış təkliflərini 3 ay müddətində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına təqdim etsinlər;

    • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövət Statistika Komitəsi və digər aidiyyatı təşkilatlarla birlikdə elektrik enerjisinin, qazın və suyun istifadəsi ilə əlaqədar əsas istehlakçı təşkilatlar üzrə monitorinqin keçirilməsini təmin etsin və göstərilən xidmətlərə görə yığımın artırılması ilə bağlı hər rübün sonunda müvafiq təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Milli Bankı və digər aidiyyatı təşkilatlarla birlikdə kommunal xidmətlərə görə ödənişlərin uçotunun düzgün aparılmasını, vətəndaşların rahatlığını təmin etmək məqsədilə kart sisteminə keçidlə bağlı beynəlxalq maliyyə institutları, nüfuzlu xarici şirkətlərlə danışıqlar aparsın və bu sistemin 2003-cü ildə mərhələlərlə tətbiqini təmin etsin;

    • kommunal xidmətlər göstərən müəssisə və təşkilatların (qaz, su, istilik təchizatı, kanalizasiya xidməti, lift təsərrüfatı və s.) restrukturizasiyası, onların özəlləşdirilməsi və uzunmüddətli idarəetməyə verilməsi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • dövlət sifarişlərinin yerinə yetirilməsində və dövlət investisiya proqramlarında kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı mexanizminə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin, regionlara investisiyaların cəlb olunması ilə bağlı ardıcıl tədbirlər həyata keçirsin;

    • inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması məqsədilə bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri tərəfindən xidmət şərtlərinin sahibkarlığın və istehlakçıların mənafelərinə uyğun müəyyən edilməsinə nəzarəti gücləndirsin, bu sahədə qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsini təmin etsin;

    • iqtisadiyyatın inkişafının sürətləndirilməsi və ölkəyə investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə özəlləşdirilməsi məqsədəuyğun hesab olunan yeni sahələrin, o cümlədən səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin özəlləşdirməyə açılması ilə bağlı təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara, qiymətləri (tarifləri) tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranan borcların tənzimlənməsi ilə əlaqədar təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə iqtisadi inkişafın tələblərinə uyğun olaraq ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbulu barədə, habelə təhsil sisteminin və tədris proqramlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə ictimai təşkilatları cəlb etməklə Azərbaycan Respublikasında minimum yaşayış səviyyəsinin müəyyən edilməsinə dair normativ hüquqi sənədləri və şərti maliyyə vahidinin   mərhələlərlə minimum yaşayış səviyyəsinə uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Milli Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə ölkə iqtisadiyyatının tədiyyə qabiliyyəti haqqında dolğun məlumatın əldə edilməsi məqsədilə hesabat və proqnoz tədiyyə balanslarının tərtib edilməsi mexanizmini təkmilləşdirsin, 2003-cü ildən başlayaraq onların ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks etdirilməsini təmin etsin.

9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

    • dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların strukturunun təkmilləşdirilməsi, idarəetmədə təkrarçılığın və paralelçiliyinin aradan qaldırılması məqsədilə müvafiq təkliflər hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • kənd təsərrüfatında elmi-tədqiqat işlərinin və yeni texnologiyaların tətbiqinin səmərəliliyini artırmaq məqsədilə onların gələcək istiqamətləri barədə təkliflərini hazırlayıb 3 ay müddətinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

10. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

    • vergi qanunvericiliyinin tələblərinə riayət etməklə vergilərin tam yığılmasına nəzarəti gücləndirsin, vergilərdən yayınmanın qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirsin və onların nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

    • vergi qanunvericiliyinə əməl olunması sahəsində qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsinin aparılması məqsədilə iri vergi ödəyiciləri ilə partnyorluq sazişləri bağlanması və onların vergi daxilolmalarına operativ nəzarətinin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirsin;

    • hüquqi şəxslərin mənfəət vergisinin regional differensiasiyasının səmərəliliyini müəyyənləşdirmək məqsədilə bu vergi növü üzrə ödənişlərin monitorinqini keçirsin və hər rübün nəticəsinə görə vergi ödənişlərinin regionlar üzrə vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ətraflı arayış təqdim etsin;

    • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə vergi təbliğatı işlərinin daha da təkmilləşdirilməsi məqsədilə dərsliklərin və digər tədris vəsaitlərinin nəşri ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

11. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə idxal-ixrac əməliyyatları qaydalarını pozan şəxslər haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə mütəmadi olaraq məlumat versin.

12. Azərbaycan Respublikasının Milli Bankı Milli Bank haqqında Qanun layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

13. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Milli Bankına və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, dövlət büdcəsinə əlavə vəsaitin cəlb edilməsi məqsədilə dövlət qısamüddətli istiqrazlarının ilkin yerləşdirilməsində hüquqi və fiziki şəxslərin iştirakına bərabər şəraitin yaradılmasını təmin etsinlər.

14. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu bu Fərmanın 3-cü bəndinin 14-cü yarımbəndində (sahibkarlığın inkişafı ilə bağlı xərclər və məşğulluq tədbirlərinin maliyyələşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması ilə bağlı xərclər) nəzərdə tutulan vəsaitin istifadəsini həyata keçirsin.

15. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, bu Fərmanın 3-cü bəndinin 17-ci yarımbəndində nəzərdə tutulan Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə 15 gün müddətində xərc smetalarını gəlirlər, funksional, iqtisadi və təşkilatlar üzrə təsnifata uyğun olaraq hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və onun yerli orqanlarına təqdim etsinlər, büdcədənkənar vəsaitləri yalnız dövlət xəzinədarlığının müəyyən etdiyi müvəkkil banklar vasitəsilə nağdsız qaydada xəzinə hesablarına köçürülməsini təmin etsinlər. Büdcədənkənar vəsaitlərin yığılmasına görə təşkilatların rəhbərləri şəxsən məsuliyyət daşıyırlar.

16. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidiyanın limitinə ciddi riayət etməklə həmin subsidiyanın verilməsi mexanizmini 1 ay müddətinə hazırlayıb təsdiq etsinlər.

17. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və «Azəriqaz» Səhmdar Cəmiyyətinə tapşırılsın ki, «Azərkimya» Dövlət Şirkətinin müəssisələrinin dayanmasının qarşısının alınması və alınmış kreditlərin vaxtında qaytarılması məqsədilə «Etilen-Polietilen» zavoduna 2003-cü ildə 300 min ton kimya sənayesi üçün birbaşa qovulmuş benzinin və 300 mln. kub metr təbii qazın verilməsini təmin etsinlər.

18. «Azərbaycan Hava Yolları» Dövlət Konserninə, «Azərkimya» Dövlət Şirkətinə, «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə və Abşeron Regional Səhmdar Su Cəmiyyətinə tapşırılsın ki, dövlət zəmanəti ilə alınmış kreditlərin qrafik üzrə qaytarılmasını təmin etsinlər və öz maliyyə-təsərrüfat fəaliyyətində qənaət rejimini gücləndirməklə artıq xərclərə yol verməsinlər.

19. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, dövlət büdcəsi hesabına aparılan ekoloji, hidrometeoroloji, meşəsalma, geoloji-kəşfiyyat və digər işlərin iqtisadi səmərəliliyini araşdırsın və 3 ay müddətinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

20. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş limitlərə ciddi riayət etsinlər.

21. Şəhər (rayon) icra hakimiyyətlərinə tapşırılsın:


    • dövlət büdcəsində mənzil-kommunal təsərrüfatı sahələrinin saxlanılması üçün nəzərdə tutulmuş büdcə vəsaitinin səmərəli və öz təyinatı üzrə xərclənməsini təmin etsinlər;

    • mənzil-kommunal təsərrüfatı müəssisələri tərəfindən göstərilən xidmət haqlarının tam və vaxtında yığılması ilə bağlı təsirli tədbirlər görsünlər;

    • ərazilərində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən vergi borclarının vaxtında ödənilməsi, habelə vergi ödənişləri sahəsində təbliğatın daha fəal aparılması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli orqanlarına hərtərəfli kömək etsinlər.

22. Hökumət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 496 nömrəli Fərmanının 2-ci bəndinin 2-ci abzası, 3-cü bəndi və 5-ci bəndinin 2-ci abzası qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 26 dekabr 2002-ci il

827.



«Azərbaycan» qəzetində dərc edilmişdir (27 dekabr 2002-ci il, № 298) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 722) («VES Consultancy» LLC).

14 aprel 2003-cü il tarixli, 864 nömrəli Fərmana əsasən dəyişikliklərlə («VES Consultancy» LLC).

© VES Consultancy LLC
Kataloq: upload -> files
files -> Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında
files -> "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə
files -> "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2011-ci ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə
files -> Valyuta tənzimi haqqında azərbaycan respublikasinin qanunu
files -> Ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
files -> Dövlət büdcəsindən dərsliklərin çapı üçün ayrılan vəsaitləri tenderlərdə kimlər və necə “yandırır”?
files -> «Azərbaycan Respublikasının 1999-cu il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
files -> Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy
files -> 1. melléklet a mezei őrszolgálat létesítéséről és működéséről szóló 31/2015. (XII. ) önkormányzati rendelethez

Yüklə 403.82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin