Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Proqnozlaşdırılan mədaxili 2219321,5 milyon manat məbləğində əsas götürülməklə, Azərbaycan Respublikasının 1995-ci il üçün respublika büdcəsi məxaric üzrə 2681243,5 milyon manat məbləğində təsdiq edilsin.
Respublika büdcəsi kəsirinin yuxarı həddi 461922 milyon manat məbləğində müəyyən olunsun.
Maddə 2. Müəyyən edilsin ki, 1995-ci ildə respublika büdcəsinin mədaxili aşağıdakı mənbələr hesabına və normativlər üzrə formalaşır:
-
əlavə dəyər vergisi məbləğindən: şəhərlər üzrə Bakı—80,5 faiz, Gəncə—46,9 faiz, Əli Bayramlı—90,0 faiz, Yevlax—52,1 faiz, Mingəçevir—90,0 faiz, Naftalan—36,7 faiz; Abşeron rayonu—70,9 faiz;
-
müəssisələrin, birliklərin və təsərrüfat təşkilatlarının mənfəət vergisi məbləğindən—şəhərlər üzrə Bakı—70,0 faiz, Əli Bayramlı—19,9 faiz, Mingəçevir—30,9 faiz.
-
bankların və sığorta təşkilatlarının mənfəət vergisi məbləğindən—50 faiz;
-
aksizlər— 100 faiz;
-
gömrük rüsumu—100 faiz;
-
ixracat vergisi—100 faiz;
-
royalti—100 faiz;
-
torpaq vergisi—100 faiz;
-
xarici iqtisadi fəaliyyətdən gəlirlər—100 faiz;
-
əmtəə-material sərvətlərinin yenidən qiymətləndirilməsindən daxil olan vəsait—100 faiz;
-
respublika tabeliyində olan müəssisələrin, birliklərin və təşkilatların fəaliyyətindən daxil olan digər qeyri-vergi ödənişləri—100 faiz.
Maddə 3. Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsinin mədaxili aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:
(milyon manat)
əlavə dəyər vergisi
|
349622,4
|
aksizlər
|
390970,0
|
mənfəət vergisi
|
309103,1
|
ixracat vergisi
|
524521,0
|
gömrük rüsumu
|
143487,0
|
torpaq vergisi
|
30800,0
|
royalti
|
80000,0
|
xarici iqtisadi fəaliyyətdən gəlirlər
|
165352,0
|
əmtəə-material sərvətlərinin yeni qiymətlərlə satışından daxil olan vəsait
|
220826,0
|
səhmlərinin nəzarət paketi dövlətə məxsus olan bankların gəlirindən dividendlər
|
1540,0
|
rüsumlar, müxtəlif qeyri-vergi ödənişləri və sair gəlirlər
|
3100,0
|
Maddə 4. Naxçıvan Muxtar Respublikası büdcəsinin, respublika tabeli şəhərlərin və rayonların büdcələrinin mədaxilinə aşağıdakılar verilsin:
-
əlavə dəyər vergisi məbləğindən: şəhərlər üzrə Bakı—19,5 faiz, Əli Bayramlı—10 faiz, Yevlax—-47,9 faiz, Mingəçevir—10 faiz, Gəncə—53,1 faiz, Naftalan—63,3 faiz; Abşeron rayonu—29,1 faiz, Naxçıvan Muxtar Respublikası, respublika tabeli digər şəhərlər və rayonlar üzrə—100 faiz;
-
müəssisələrin, birliklərin və təsərrüfat təşkilatlarının mənfəət vergisi məbləğindən: şəhərlər üzrə Bakı—30 faiz, Əli Bayramlı—80,1 faiz, Mingəçevir—69,1 faiz; Naxçıvan Muxtar Respublikası, respublika tabeli digər şəhərlər və rayonlar üzrə—100 faiz;
-
bankların və sığorta təşkilatlarının mənfəət vergisi məbləğindən—50 faiz.
Maddə 5. Müəyyən edilsin ki, kooperativ və ictimai təşkilatların mənfəət vergisi, fiziki şəxslərdən tutulan gəlir vergisi, tikinti sahiblərindən tutulan vergi, lisenziya alınması şəklində ödənilən vergi, meşədən istifadəyə görə haqq, dövlət rüsumu, digər rüsumlar və qeyri-vergi ödənişləri məbləğləri bütünlüklə Naxçıvan Muxtar Respublikası büdcəsinə, respublika tabeli şəhərlərin və rayonların büdcələrinə köçürülür.
Maddə 6. Azərbaycan Respublikasının respublika büdcəsinin vəsaiti 1995-ci ildə aşağıdakı məqsədlərə yönəldilsin:
(milyon manat)
1. Xalq təsərrüfatının maliyyələşdirilməsi
|
207248,5
|
o cümlədən:
|
|
Azsaylı xalqların inkişafına ayrılan vəsait
|
200,0
|
Sahibkarlığa kömək fondu
|
300,0
|
bu məbləğdən:
|
|
fermer təsərrüfatlarının inkişafına
|
120,0
|
Büdcədən maliyyələşdirilən nazirliklərin, komitələrin, şirkətlərin və baş idarələrin əməliyyat xərcləri
|
184279,4
|
bu məbləğdən:
|
|
geoloji-kəşfiyyat işlərinin maliyyələşdirilməsi
|
6363,4
|
o cümlədən:
|
|
Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsi
|
4770,5
|
«Azərqızıl» Dövlət Şirkəti
|
1518,2
|
«Azərminsugeokaptaj» respublika ekspedisiyası
|
74,7
|
topoqrafiya və geodeziya işlərinin maliyyələşdirilməsi
|
1044,0
|
hidrometeorologiya işlərinin maliyyələşdirilməsi
|
2504,2
|
meliorasiya və su təsərrüfatı sahəsində tədbirlərin maliyyələşdirilməsi
|
167106,2
|
meşələrin mühafizəsi və bərpası üzrə tədbirlərin maliyyələşdirilməsi
|
1855,4
|
kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərinin qarşısının alınması üzrə tədbirlərin maliyyələşdirilməsi, Baytarlıq Komitəsinin stansiyaları, laboratoriyaları və digər müəssisələrin saxlanması
|
1047,5
|
Kənd Təsərrüfatı Nazirliyinin toxum müfəttişliyi, sort-sınaq dövlət komissiyası, bitki mühafizə stansiyaları, elit pambıqçılıq təsərrüfatları və toxum nəzarəti laboratoriyaları, digər müəssisələrinin saxlanması
|
1935,0
|
Dövlət Torpaq Komitəsinin apardığı torpaqların inventarizasiyası işlərinin maliyyələşdirilməsi
|
962,5
|
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin gördüyü tədbirlərin maliyyələşdirilməsi
|
904,1
|
dövlət standartlaşdırma və metrologiya işlərinin maliyyələşdirilməsi
|
557,1
|
Xalq təsərrüfatının digər xərclərinin maliyyələşdirilməsi
|
22469,1
|
2. Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi
|
704734,4
|
o cümlədən:
|
|
Təhsil və kadrların peşə hazırlığı
|
130561,1
|
bu məbləğdən:
|
|
Təhsil Nazirliyi
|
108170,4
|
Səhiyyə Nazirliyi
|
9420,2
|
Mədəniyyət Nazirliyi
|
444,4
|
Ədliyyə Nazirliyi
|
105,2
|
Gənclər və İdman Nazirliyi
|
1499,6
|
Nazirlər Kabineti yanında İdarəetmə İnstitutu
|
311,3
|
digər nazirliklər, komitələr və təşkilatlar
|
10610,0
|
Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri
|
33460,4
|
bu məbləğdən:
|
|
Mədəniyyət Nazirliyi
|
5897,4
|
Təhsil Nazirliyi
|
215,5
|
Dövlət Televiziya və Radio Verilişləri Şirkəti
|
23893,2
|
Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi
|
2050,0
|
Dövlət Elm və Texnika Komitəsi
|
210,2
|
digər nazirliklər
|
1194,1
|
Səhiyyə
|
32553,1
|
bu məbləğdən:
|
|
Səhiyyə Nazirliyi
|
29661,8
|
Dəmir Yolu İdarəsi
|
2891,3
|
İdman və bədən tərbiyəsi (Gənclər və İdman Nazirliyi)
|
2480,5
|
bu məbləğdən:
|
|
gənclər siyasəti üzrə tədbirlərin maliyyələşdirilməsinə
|
500,0
|
Sosial müdafiə və təminat
|
505679,3
|
bu məbləğdən:
|
|
Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait
|
492000,0
|
3. Elmin maliyyələşdirilməsi
|
24166,4
|
o cümlədən:
|
|
Elmlər Akademiyası
|
16859,2
|
Səhiyyə Nazirliyi
|
1063,7
|
Təhsil Nazirliyi
|
1009,4
|
İqtisadiyyat Nazirliyi
|
129,2
|
Dövlət Elm və Texnika Komitəsi
|
337,4
|
Baş Arxiv İdarəsi
|
461,4
|
digər nazirliklər, komitələr və təşkilatlar
|
4306,1
|
4. Dövlət investisiyalarının maliyyəşdirilməsi
|
161776,0
|
5. Qaçqınların məskunlaşması və yemək xərcləri
|
81800,0
|
6. Müdafiə xərcləri
|
445470,8
|
o cümlədən:
|
|
hərbi sənaye kompleksinin maliyyələşdirilməsi
|
8025,0
|
Mülki Müdafiə Qərargahı xərclərinin maliyyələşdirilməsi
|
4980,0
|
7. Şəhid olmuş hərbi qulluqçuların və onlara bərabər tutulan şəxslərin ailələrinə verilən birdəfəlik yardım
|
58,1
|
8. Ali qanunvericilik və icra hakimiyyəti, mərkəzi dövlət idarəetmə orqanlarının və Azərbaycan Respublikası səfirliklərinin, konsulluqlarının və nümayəndəliklərinin saxlanması
|
78568,3
|
9. Məhkəmələrin və hüquq mühafizə orqanlarının saxlanması
|
240605,4
|
10. Xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi
|
424660,9
|
o cümlədən:
|
|
Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına və Beynəlxalq Valyuta Fonduna üzvlük haqları
|
8378,1
|
Beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqları
|
71017,1
|
bu məbləğdən:
|
|
Birləşmiş Millətlər Təşkilatına
|
39339,0
|
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına
|
6845,1
|
Ümumdünya Səhiyyə Təşkilatına
|
8328,8
|
Beynəlxalq Əmək Təşkilatına
|
8096,5
|
MDB İcra Katibliyinə
|
1143,6
|
MDB dövlətlərinin Parlamentlərarası Məclisinə
|
684,3
|
digər beynəlxalq təşkilatlara
|
6579,8
|
11. Dövlət xarici borcuna xidmət edilməsi üçün xərclərin maliyyələşdirilməsi (xarici dövlətlərdən alınmış kreditlərə görə ödənişlər)
|
52511,1
|
o cümlədən:
|
|
Rusiya Federasiyasına
|
49061,8
|
Özbəkistan Respublikasına
|
3449,3
|
12. Dövlət daxili borcuna xidmət edilməsi üçün xərclərin maliyyələşdirilməsi
|
1121,5
|
o cümlədən:
|
|
ötən illərin büdcə kəsirinin yenidən doldurulması üçün Milli Bankdan alınmış kreditlərə görə faizlərin ödənilməsi
|
407,3
|
Azərbaycan Respublikasının 1993-cü il dövlət daxili uduşlu istiqrazları üzrə xərclər
|
636,2
|
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyat fondu
|
56814,8
|
14. Naxçıvan Respublikasının, respublika tabeli şəhərlərin və rayonların büdcələrinə verilən subsidiyalar
|
193797,8
|
15. Sair tədbirlərin maliyyələşdirilməsi
|
8009,5
|
Maddə 7. Ali qanunvericilik və icra hakimiyyəti, məhkəmə, prokurorluq və vergi xidməti orqanlarının saxlanılması üçün Azərbaycan Respublikasının respublika büdcəsində nəzərdə tutulmuş təxsisatın ümumi məbləği hüdudlarında aşağıdakı xərclər təsdiq edilsin:
(milyon manat)
Azərbaycan Respublikasının Ali Soveti
|
5443,5
|
Azərbaycan Respublikası Prezidenti Aparatı
|
6607,0
|
Azərbaycan Respublikası Nazirlər Kabineti
|
1791,4
|
Azərbaycan Respublikasının Ali Məhkəməsi (hərbi kollegiyasından başqa)
|
393,0
|
Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi
|
220,6
|
Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası
|
1005,5
|
Digər məhkəmələr
|
1760,0
|
Azərbaycan Respublikasının prokurorluq orqanları (hərbi kollegiyasından başqa)
|
5884,8
|
Azərbaycan Respublikasının Hərbi prokurorluğu
|
1675,4
|
Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi
|
4272,5
|
Maddə 8. Xərclərini öz gəlirləri ilə təmin etməyən Naxçıvan Muxtar Respublikasının, respublika tabeli şəhər və rayonların büdcələrinə Azərbaycan Respublikasının respublika büdcəsindən 1995-ci ildə aşağıdakı məbləğlərdə subsidiya verilsin:
(milyon manat)
Naxçıvan Muxtar Respublikası
|
16500,0
|
Şəhərlər:
|
|
Lənkəran
|
5490,5
|
Sumqayıt
|
2763,7
|
Şəki
|
6375,4
|
Rayonlar:
|
|
Ağdam
|
7068,3
|
Ağdaş
|
7962,5
|
Ağstafa
|
2276,9
|
Ağsu
|
1751,8
|
Ağcabədi
|
1718,7
|
Astara
|
2181,7
|
Balakən
|
3174,5
|
Beyləqan
|
632,9
|
Bərdə
|
3930,1
|
Biləsuvar
|
969,0
|
Qazax
|
2081,7
|
Qax
|
1826,5
|
Qəbələ
|
5418,0
|
Qobustan
|
2317,6
|
Quba
|
6777,6
|
Qubadlı
|
2085,1
|
Qusar
|
4840,2
|
Daşkəsən
|
2264,8
|
Dəvəçi
|
2288,7
|
Zaqatala
|
2299,5
|
Zəngilan
|
2617,8
|
Zərdab
|
1918,3
|
İmişli
|
981,4
|
İsmayıllı
|
4045,1
|
Yardımlı
|
3452,1
|
Kəlbəcər
|
3107,4
|
Kürdəmir
|
1263,3
|
Gədəbəy
|
5002,6
|
Goranboy
|
2798,2
|
Göyçay
|
2390,3
|
Laçin
|
4892,1
|
Lerik
|
5397,4
|
Masallı
|
3286,9
|
Neftçala
|
2499,0
|
Oğuz
|
2224,8
|
Saatlı
|
153,3
|
Sabirabad
|
2476,8
|
Salyan
|
347,3
|
Samux
|
913,3
|
Siyəzən
|
724,5
|
Tərtər
|
2173,8
|
Tovuz
|
5439,7
|
Ucar
|
2036,8
|
Füzuli
|
3919,7
|
Xanlar
|
2809,6
|
Xaçmaz
|
3664,3
|
Xocavənd
|
1333,9
|
Xocalı
|
701,2
|
Xızı
|
1378,2
|
Hacıqabul
|
1579,3
|
Cəbrayıl
|
3012,1
|
Cəlilabad
|
7426,5
|
Şamaxı
|
7319,5
|
Şəmkir
|
4101,0
|
Şuşa
|
1413,8
|
Maddə 9. Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsinin müdafiə olunmuş sosial sığortaya və məşğulluq fonduna ayırmalar nəzərə alınmaqla əmək haqqı, pensiyalar və təqaüdlər, dövlət müavinətləri, əhaliyə verilən digər sosial ödənclər və kompensasiya ödəncləri, yeyinti (ərzaq təminatı), dava-dərman vo sarğı vasitələrinin alınması xərcləri ixtisar edilmir.
Maddə 10. Zərurət olduqda, Dövlət Yol Fondu vəsaitinin 30 faizə qədəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə 1995-ci il respublika büdcəsi kəsirinin ödənilməsinə yönəldilə bilər.
Bu və digər büdcədənkənar fondlar, eləcə də nazirliklərin və baş idarələrin xüsusi vəsaitləri haqqında rüblük hesabatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
Maddə 11. Azərbaycan Respublikasının daxili dövlət borcu limiti 200052,2 milyon manat, xarici dövlət borcu limiti isə 4172400,0 milyon manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 24 fevral 1995-ci il
№ 980
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 aprel 1995-ci il, № 7, maddə 124) («VES Consultancy» LLC).
© VES Consultancy LLC
Dostları ilə paylaş: |