AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti «tariX» Fənni üzrə Kafedra




Yüklə 28.92 Kb.
tarix22.02.2016
ölçüsü28.92 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ

« TARİX»

Fənni üzrə


Kafedra: «Humanitar fənlər»

İxtisas: Mühasibat uçotu

Fakultə: «İqtisadiyyat və Hüquq»

Qrup: 322b

Fənn: Tarix

Kurs: III
«AZƏRBAYCAN TARİXİNDƏ HÜRUFİLİK HƏRAKATI VƏ

ONUN MAHİYYƏTİ»
mövzusunda

REFERAT
Elmi rəhbər: H. İbrahimov
Tələbə: N. Şahvərdiyev


BAKI-2008

XVI-XVII əsrlərdə Azərbaycan mədəniyyəti.

Maarif. Elm: XVI əsrin başlanğıcında Azərbaycan-Səfəvi dövlətinin yaranması, habelə mərkəzləşmi. Siyasi qurumun qüvvətlənməsi ilə əlaqədar xalqın mədəniyyəti də xeyli inkişaf etdi.

Gəncə, Təbriz, Şamaxı, Marağa, Ərdəbil şəhərləri bu dövrün mühüm mədəniyyət mərkəzləri kimi tanınmışdı.

Rəsmi din olan şiyə təriqətinə əsaslanan hakim dairələr cəmiyyətin bütün təbəqələri arasında bu iddeyaları geniş yayırdılar. Belə bir şəraitdə dünyəvi elmləri öyrənmək yalnız islam dini və şəriət normaları əsasında mümkün idi. Bu dövrdə yaşamış bir çox alimlər əsasən dini təlimin nümayəndəsi kimi çıxış edirdilər. Lakin, onların dünyəvi elmlər sahəsində də geniş biliyə malik idilər. Alimlərin əksəriyyəti məntiqin, fəlsəfənin, ədəbiyyatın, təbabətin, riyaziyyatın, astronomiyanın bir çox məsələləri ilə məşğul olurdular. O zamanlar yalnız bir çox elm sahələrinin bilicisi olan şəxslər alim hesab edilirdilər.Bu dövrdə astronomiya elminin inkişafına müəyyən maraq var idi. XVI əsrin əvvəllərində I Şah İsmayıl Marağa rəssədxanasını bərpa etdirmək üçün məşhur riyaziyyatçı və astronom, şirazlı Qiyasəddin Mənsur obn Əmir sədrəddin Məhəmmədi( 1463-1542 )Marağaya göndərdi. Alim rəssədxananın xarabaqlıqlarının müşahidə edərək, onun bərpası üçün 30 il vaxt lazım olduğu bildirilirdi. Şah bərpa işlərinə bşlamaq haqqında əmr verdi. Lakin, Şah İamayılın ölümündən sonra həmin iş yarımçıq qaldı.

1611-ci ildə I Şah Abbasın əmri ilə tarixçi Cəlaləddin Məhəmməd Münəccim Jəzdi, məşhur riyaziyyatçı və astranom Şeyx Bəhaəddin Amili, Mövlanə Əlirza Təbrizi Marağa rəssədxanasının bərpası üçün lahiyə hazırlayıb onu onu hökumdara təqdim etdilər. Lakin, bu sahədə əməli işlər görülməlidir.

Bu dövrdə riyaziyyat sahəsində də müəyyən inkişaf nəzərə çarpırdı. Şeyx Mahmud Şəbustərinin ardıcıllarından olan Şeyx Abdulla Şəbustərizadə riyaziyyata aid bir neçə əsərlərin, o cümlədən «Məaric dər heyət», «Riyazi rizvan», «Kitabi meyar», «Risaleyi-cami cahannuma», «Risaleyiqövsi-quzey» kitabxanalarının müəllifi idi.

Dövrünün məşhur münəccimi Mövlana Məhəmməd Ərdəbilinin, əslən şirazlı olan, lakin şəxsiyyət və alim kimi Təbrizdə formalaşmış Mahmud bəy Fucuninin riyaziyyat, astronomiya sahəsində nəzərəçarpacaq xidmətləri vardır.

XVI əsrin sonu-XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri xalqın mədəni inkişafı prosesinə sarsırdıcı zərbə vurmuşdu. Bir çox məşhur Azərbaycan alimi əsir alınmış, İstanbula aparılmış, bəziləri isə Qəzbinə və İsfahana köçürülmüşdür. Yalnız XVII əsrin ortalarında Azərbaycanda elm və maarifin inkişafında müəyyən canlanma nəzərə çarpırdı. Bu dövrdə Mirzə Məhəmməd, Məczub Təbrizi, Molla Mömin İman, Əliqulu Xalxali, Molla Vaqif Xalxali, Nəcibəddin Rza Təbrizi uzun müddət ərzində Təbrizin şəriət məhkəməsinə başçılıq etmiş Mövlana Rəcəbəli Vahid Təbrizi, Yusif Məhəmmədcan oğlu Qarabaği, Hüseyn Xələf oğlu Təbrizi, Sadiq bəy Əfşar, Əlirza Təbrizi Səfəvi imperiyası ərazisində müxtəlif elm sahələrinin inkişafında mühüm rol oynamışlar. Azərbaycan filosofu Yusif Məhəmmədcan oğlu Qarabaği ölkə Osmanlılar tərəfindən zəbt olunarkən Orta Asiyaya köçmüş, Səmərqənddə və Buxarada yaşamışdır. O, ərəb, fars dillərində fəlsəfə və hüquq məsələlərinə həsr olunmuş bir sıra əsərlərin müəllifidir. Qarabağinin aəsərlərindən uzun müddət ərzində Orta Asiyanın mədrəsələrində tədris vəsaiti kimi istifadə olunmuşdur.

Mövlana Mirzə adlandırılmış Mövlana Mirzə Məhəmmədin oğıu Şirvaninin şəxsiyyəti və əsərlərinin dövrünün elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. Alimin Şirvanda çox böyük nüfuzu vardı. O, Şirvanı tərk edərək İsfahana köçmüş, orada bir neçə il biliklərin təbliği işində fəal iştirak etmiş və Həcəfə (İraq) getmiş, lakin bir müddət orada qaldıqdan sonra Şah Süleymanın xahişi ilə İsfahana qayıtmışdı.

Mövlana Mirzə 1687-ci ildə Məşhəddə vəfat etmişdi. XIII-XV əsrlərə nisbətən XVI-XVII əsrlərdə tarix elmi daha çox inkişaf etmişdi. Bu dövrün bir sıra tarixçiləri (Həsən bəy Rumlu, Fəzli İsfahani, İsgəndər bəy Munşi) tarixi hadisələri təsvir etməklə kifayətlənmir., zəruri hallarda hadisələrə fərdi münüsibətlərini də bildirirdilər. Bir qayda olaraq bu dövrün tarixçiləri hadisələri bir qədər ziddiyyətli şərh etmiş, lakin, faktları təfərrüatı ilə qələmə almışlar. Sarayda vəqiənəvis olmuş tarixçilər isə həm də şah fərmanlarının, diplomatik sənədlərin sürətlərini öz əsərlərində əks etdirmişlər. XVI əsrin məşhur Azərbaycan tarixçisi Həsən bəy Rumlu I şah Təhmasibin sarayında qulluq etmiş, onun yürüşlərinin iştirakçısı olmuşdur. Onun «Əhsən ət-təvarix»( «Tarixçilərin ən yaxşısı») əsərlərinin dövrümüzə qədər gəlib çatmış, IX-X cildləri (IX cilddə 1405-1493, X cilddə isə 1494-1578-ci illərin hadisələri öz əksini tapmışdır)Azərbaycanın və qonşu ölkələrin XV-XVI əsrlər tarixinə həsr olunmuşdur. Saray salnavilər dövlətinin tarixinə aid xeyli məlumat vermiş, əsas diqqətini şahların, hərbi başçıların fəaliyyətinə yönəltmişdir.

Həyatının çox hissəsini Gəncədə və Qarabağda keçirmiş, əslən isfahanlı olan Fəzli Zeynalabdin oğlu xeyli müddət ərzində Bərdə və Arran hakimi Peykər xanın xidmətində olmuş, erkən yaşlarından tarixə böyük maraq göstərmişdir. Onun Səfəvilər tarixinə aid yazdığı «Əfzəl əl-təvarix» kitabı üç cilddən ibarətdir. Lakin, əsrin yalnız 1524-cü ildən sonrakı hadisələri əhatə edən I cildi və I Şah Təhmasibin, II Şah İsmayılın, Sultan Məhəmmədin dövrünü əhatə edən II cildi dövrümüzə qədər gəlib çatmışdır. I Şah Abbasın hakimiyyəti dövründən bəhs edən III cild isə hələlik aşkar olunmamışdır. Azərbaycanın və ona qonşu olan ölkələrin tarixini əks etdirən bu cildlərdə şah fərmanları və bəzi rəsmi sənədlərin surəti də verilmişdir.

Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Munşi (1560-1633) gəncliyində Sultan Məhəmməd Xudabəndənin sarayında divan katiblərindən biri olmuşdur. Sonralar Şah Abbasın tarixçisi olmuş Munşi «Tarix-i aləm arayıi Abbasi» əsərini yazmış, burada dövrün siyasi, ictimai, iqtisadi və mədəni həyatı barədə maraqlı məlumat verilmişdir. Müqəddimə hissəsi istisna olmaqla bütün əsər XVI əsrin sonu-XVII əsrin əvvəllərində Səfəvilər dövləti tarixinin ən qiymətli ilkin məxəzi hesab olunurdu.

XVI-XVII əsrlərdə maarif və məktəb işləri ruhanilərin ixtiyarında idi. Azərbaycanda uşaqların təhsili məscidlərin nəzdində, şəxsi evlərdə təşkil edilmiş məktəb və mədrəsələrdə aparılırdı. İlkin mərhələdə uşaqlar ana dilində dərs vəsaiti olmadığı üçün fars və ərəb dilində yazılmış dərsliklərdən istifadə edirdilər. Məktəblərdə şagirdlər əvvəlcə əlifbanı öyrənir, sonraisə Quranıəzbərləyirdilər. Ərəb dilində olan Quranı şagirdlər başa düşə bilmir və onu mexaniki əzbərləmə yolu ilə mənimsəyirdilər. Sonra kiçik kitabçalar, o cümlədən Ubeyd Zakaninin «siçan və pişik», Fəriəddin Əttarın «Nəsihətnaməsi» əsərlərindən, Sədinin «Gülüstan»ından, Hafizin «Divan»ından parçalar öyrədilirdi.

Mədrəsələrdə ilahiyyət dərsinin əsas yer tutmasına baxmayaraq, ictimai və təbiyyət elmlərinin tədrisinə də geniş yer verilirdi. Aristotelin fəlsəfi əsərləri, Mircondun, Nizaminin, Xaqaninin, Şəms Təbrizinin, Əvhədi Marağayinin, Hafizin yaradıcılığı, Füzulinin «Leyli və Məcnunu», Caminin qəsidələridə tədris obyekti idi. Azərbaycanda bir sıra mədrəsələri müşahidə etmiş Adam Oleari ölkədə astronomiyanın, fəlsəfənin və cəbrin tədrisinin Avropa tədrisinə uyğun gəldiyini qeyd edirdi.

Azərbaycan şəhərində xeyli məktəb və mədrəsə var idi. 1647-ci ildə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə fəaliyyət göstərirdi. Mədrəsələrdə şagirdlərin sayı 50 nəfərdən artıq olmurdu. Ərdəbilin Şeyx Səfəvi məqbərəsi nəzdindəki mədrəsədə də xeyli şagird təhsil alırdı. XVII əsrin ortalarındı Şamaxıda 40 məktəb və 7 mədrəsə var idi. Mədrəsələrdə dərs deyən müdərrislər arasında dövrün tanınmış alimləri, o cümlədən Mirzə Məhəmməd Məczub Təbrizi, Molla Mömin, Mövlana Əbdülsəməd, Qazi Şıxəmi, Təbrizli Mirzə Baqi, Mövlana Rəcəbəli Vahid, Mövlana Nəsrulla Xalxali də olmuşdur. Bir sıra görkəmli Azərbaycan aliminin öz məhəri var idi. Məsələn: Mir Ələiənnəqi Ərdəbili doğma şəhərindən Məşhədə köçürülmüş və 1723-cü ilə qədər orada elmin müxtəlif sahələrində dərs demişdir. Mövlana Ələkbər Şirvani bütün ölkədə birliyi ilə tanınmışdır. Molla Əliqulu Xalxali İsfahanda geniş miqyaslı maarif işi aparırdı. Ordubadlı Mirzə İbrahim elmin müxtəlif sahələrini tədris edirdi. Bəzi müddərislər o qədər şöhrət qazanmışdılar ki, hətta uzaq yerlərdən tələbələr gəlir, onların mühazirələrini dinləyirdilər. Dinləyicilərin sayı çox olduqda müdərrisin sağ və sol tərəfində əyləşən iki nəfər şəxs onun sözlərini tələbələr üçün uca səslə təkrar edirdi. Bu dövrdə Azərbaycanda maarif əsasən şəhər əhalisi arasında yayılırdı. Kəndlilərin əksəriyyəti isə savadsız almaqda idi. Şəhərin hər məlləsində bir neçə məktəb olduğu halda kənd yerlərində, adətən, bir məktəb bir neçə kəndə xidət edirdi.



XVII əsrdə Azərbaycanda kitablar, adətən, xəttatlar tərəfindən üzü köçürülməklə artırılırdı. Məhz buna görə də xəttatlara böyük ehtiyac vardı. Bəzən yoxsul tələbələr təhsillərini uğurla davam etdirmək naminə əsərlərin üzünü köçürür və günde yarım bisti qazanmaqla dolanırdılar.

Azərbaycanda kitabxanaçılıq işi də tərəqqi etmişdi. Təbrizin, Ərdəbilin, Şamaxının, Bakının, Gəncənin, Marağanın kitabxanalarında min nüsxələrlə kitab mövcud idi. I Şah İsmayıl Xəttainin əsası Ağqoyunlu hökmdarı Sultan Yaqub dövründə qoyulmuş Təbriz saray kitabxanasına rəssam Kəmaləddin Behzadın rəis təyin edilməsi barədə 1522-ci ildə verdiyi fərmanda deyilirdi: «Əsrimizin yeganə, rəssamların ən görkəmlisi və müzəhhiblərin ən yüksək nümayəndəsi olan ustad Kəmaləddin Behzada şah kitabxanasının işçilərinə, mühərrirlərə, rəngsazlara, nəqqaşlara, lacivardyuyanlara və başqa bu kimi işlərə mənsub olan adamlara başçılıq etmək vəzifəsi tapşırılsın»


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə