AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azerbaycan döVLƏt neft akademiyasi




Yüklə 147.76 Kb.
tarix27.02.2016
ölçüsü147.76 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZERBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI


FAKÜLTƏ:”İqtisadiyyat,Beynəlxalq İqtisadi Münasibətlər və Menecment”

KAFEDRA:”Neft emalı,neft-kimya sahələrinin iqtisadiyyatı və menecment”

QRUP: 707-8

İXTİSAS:”Mühəndis iqtisadiyyatı və idarəetmə”

R E F E R A T

FƏNN:”Dünya iqtisadiyyatı”

MÖVZU:”İnkişaf etmiş ölkələrin beynəlxalq iqtisadi münasibətləri”

TƏLƏBƏ:Əmmayev Təbriz

RƏHBƏR:

KAFEDRA MÜDİRİ:Əliyev Təbriz


BAKI-2010
PLAN

Giriş


1.İnkişaf etmiş ölkələr.Ümumi oxşar əlamətlər

2.İEÖ-in beynəlxalq iqtisadi münasibətlərində birbaşa xarici kapital investisiyalarının rolu

3.İnkişaf etmiş ölkələr və TMK-lar.Beynəlxalq iqtisadi münasibətlərdə TMK-ların yeri

4.İEÖ-in daxil olduğu iqtisadi təşkilatlar və onların fəaliyyət istiqamətləri

Nəticə

Ədəbiyyat siyahısı



Giriş

Beynəlxalq iqtisadi münasibətlərdəki yeri baxımından hər bir ölkə hər şeydən əvvəl iqtisadiyyatının açıqlığı,sahibkar kapitalının hərəkətinin genişliyi,geridə qalmış ölkələrə köməklik göstərməsində fəal iştirakı,kənardan çoxlu işçi qüvvəsi qəbul etməsi,beynəlxalq valyuta hesablaşmalarındakı üstünlüklərinə görə xarakterizə olunur.Sadaladığımız xarakteristikalara görə beynəlxalq iqtisadi münasibətlərdə əsas yerlər İnkişaf Etmiş ölkələrin payına düşür.İqtisadi inteqrasiyanın daha da sürətlənməsində,beynəlxalq ticarətin həcminin daha da artmasında,elmi-texniki yeniliklərin yaradılmasında və onların tətbiqində,sənayenin inkişafında,ətraf müitin mühafizəsində,səmərəli kapitalın ixrac və idxalında bu ölkələr əsas rola malikdirlər.Bu ölkələr uzun bir tarixi inkişaf mərhələsindən sonra iqtisadiyyatlarının belə yüksək səviyyəsinə nail olmuşlar.Beləliklə,bu ölkələrin beynəlxalq iqtisadi münasibətlərini və fəaliyyət istiqamətlərini dərindən bilməklə hal-hazırda keçid iqtisadiyyatının artıq son dövrlərini yaşayan ölkəmizin inkişafını daha da sürətləndirmək,iqtisadiyyatımızı gücləndirmək üçün həmin ölkələrin təcrübəsindən istifadə etmək olar və bu olduqca əhəmiyyətli məsələdir.




1.İnkişaf etmiş ölkələr.Ümumi oxşar əlamətlər

Ticarətin inkişafı beynəlxalq iqtisadi münasibətlərin bir sistem olaraq bərqərar olmasında ilkin və əsas amil olmuşdur.Sonradan ölkələr arasında məzmunca və for-maca yeni təsərrüfat əlaqələri yaranmış və bunun da nəticəsində ölkələrin arasında qarşılıqlı iqtisadi asılılıq güclənmiş,müasir dünya iqtisadiyyatı formalaşmışdır.

Beləliklə,beynəlxalq iqtisadi əlaqələr sistemi dövlətlərarası iqtisadi əməkdaş-lıqda öz əksini tapır.Bu əməkdaşlığın müxtəlif formaları mövcuddur:

●beynəlxalq ticarət

●xarici sərmayənin dövlətlərarası hərəkəti

●beynəlxalq maliyyə-kredit və valyuta münasibətləri

●əhalinin və işçi qüvvəsinin beynəlxalq miqrasiyası

●beynəlxalq elmi-texniki əməkdaşlıq

Beynəlxalq iqtisadi əlaqələr sisteminin xüsusiyyətlərindən biri ondan ibarətdir ki,bu əlaqələr açıq bazar sisteminə xas olan tələb və təklif qanunlarının təsiri altinda formalaşır.Bu zaman açıq bazarın rəqabət mühitində beynəlxalq iqtisadi mübadilə prosesində minlərcə firma və təşkilat,həmçinin dövlət strukturları və beynəlxalq iq-tisadi qurumlar dünya iqtisadiyyatının subyektləri kimi iştirak edir.Müasir şəraitdə dünyada baş verən iqtisadi proseslərdə hər bir ölkənin rolu və yeri onun iqtisadi qüdrəti ilə müəyyən edilir.Bu baxımdan dünya dövlətlərini iqtisadi imkanları,iqtisadi inkişaf xüsusiyyətləri və bazar münasibətlərinin inkişaf səviyyələrinə görə 3 qrup üzrə təsnifləşdirmək olar:

-sənayecə inkişaf etmiş ölkələr

-inkişaf etməkdə olan ölkələr

-keçid dövrünü yaşayan ölkələr

Ümumiyyətlə,beynəlxalq iqtisadi münasibətlər bir çox amillərin təsiri altında formalaşır ki,bunlardan da elmi-texniki tərəqqini,ekoloji problemlərin kəskinləşmə-sini,dünya əhalisinin artımı və miqrasiyasını,inhisarçılığın güclənməsi,iqtisadi asılılıq və inteqrasiyanı,beynəlxalq iqtisadi təşkilatların dünya miqyaslı iqtisadi proseslərin tənzimlənməsində rolunun artmasını və s. bu kimi amilləri qeyd etmək olar. Beləliklə,beynəlxalq iqtisadi münasibətlər formaca zəngin olan dövlətlərarası iqtisadi mübadilə sistemidir.Hal-hazırda beynəlxalq iqtisadi münasibətlərin daha da dərinləşməsində inkişaf etmiş ölkələr (İEÖ) böyük rol oynayır.

İEÖ-ə Avropa İttiaqına daxil olan 27 ölkə,Qərbi Avropanın digər 3 ölkəsi (İsveçrə,Norveç,İslandiya),ABŞ,Kanada,Yaponiya,Avstraliya və Yeni Zenlandiya da-xildir. 1997-ci ildə cənubi Koreya,Sinqapur,Honkonq,İsrail və Cənubi Afrika Res-publikası(CAR) da inkişaf etmiş sənaye ölkələri sırasına aid edilir .Polşa,Macarıstan, Çexiya,Kipr,Malta,Sloveniya,Latviya,Litva və Estoniya 2004-cü ilin may ayından , Rumıniya və Bolqarıstan isə 2007-ci ilin yanvar ayından rəsmən Avropa İttifaqına daxil olmuşdur.Odur ki,Aİ dedikdə əvvəlki kimi 15 deyil, 27 ölkə nəzərdə tutulur. Beləliklə,bir çox ədəbiyyatlarda göstərildiyi kimi inkişaf etmiş ölkələr 30 deyil,40-a qədərdir.”Böyük yeddiliklər”adlanan qabaqcıl ölkələr bu yarımsistemin əsasını təşkil edir.



2003-cü ildə İEÖ-in ərazisi və əhalisi

Ölkə qrupları

Sayı

Ərazisi mln.km2

Əhalisi mln.nəfər

Dünya ÜDM-da payı,%-lə

Bütün İEÖ

27

32.8

975

55.2

Qərbi Avropa ölkələri

18

3.8

390

21.0

Şimali Amerika ölkələri

2

19.3

325

22.4

Asiya ölkələri

4

0.5

184

10.0

Avstralia və Okeaniya ölkələri

2

8.0

32

1.2

CAR

1

1.2

44

0.6

Bu qrup ölkələrdə planetimizin əhalisinin 18,4%-in yaşamasına baxmaya-raq,dünya sənaye məhsullarının təxminən 57%-i və kənd təsərrüfatı məhsullarının 40%-i burada istehsal edilir.Dünyanın mineral və yanacaq ehtiyatlarının,xüsusilə kö-mür,dəmir filizi,uran və boksit ehtiyatlarının 40%-i İEÖ-in payına düşür.Həm də bu ehtiyatların əksər hissəsini dörd ölkə-ABŞ,Kanada,Avstraliya İttifaqı və CAR verir . Bu qrup ölkələr elmi-texniki potensiala,ixtira və kəşflərə görə dünya ölkələri sıralamasında ön sıraları tutmaları ilə fərqlənirlər.



Onu da qeyd etməliyik ki,həmin ölkələrin iqtisadi və sosial inkişaf problemlə-rinin həlli üçün “iqtisadi əməkdaşlıq və iqtisadi inkişaf təşkilatı”nın (İƏ və İT) 150-dən çox işçi qrupu və ekspert komissiyası fəaliyyət göstərir.Bu yarımsistemdə “yed-dilər” adlanan ABŞ,Kanada,Almaniya,Fransa,İtaliya,Böyük Britaniya və Yaponiya daha böyük xüsusi çəkiyə malikdirlər.Bu ölkələr təkcə bütün sənaye ölkələrinin deyil, bütün dünyanın iqtisadi inkişaf istiqamətini müəyyən edir.Onu qeyd etmək kifayətdir ki,dünya üzrə elmtutumlu məhsul bazarının 39%-i ABŞ-a,30%-i Yaponiyaya,16%-i Almaniyaya məxsusdur.Bu sahədə elmi-tədqiqat təcrübə-kontruksiya işlərinə (ETTKİ) çəkilən xərclərin nümayiş etdirilməsi böyük əhəmiyyətə malikdir.

ÜDM-də ETTKİ-yə çəkilən xərclərin xüsusi Çəkisi%-lə

(2002)




Ölkələr

Xərclərin xüsusi Çəkisi

ETTKİ-nin maliyyələşdirilməsində sənayenin payı




İsveç

4.27

71.9

2

Finlandiya

3.46

69.5

3

Yaponiya

3.12

73.9

4

ABŞ

2.80

68.9

5

Almaniya

2.55

69.8

6

Fransa

2.20

54.2

7

Niderland

1.89

51.8

8

Böyük Britaniya

1.88

46.7

9

Çin

1.22

61.3

10

İtaliya

1.11

-




Aİ-15

1.93

56.0

Bütövlükdə İEÖ olduqca güclü iqtisadiyyata malikdirlər və dünya təsərrüfa-tında onların rolu böyükdür.Belə iqtisadi üstünlük dünya təsərrüfatı sistemində onla-rın hakim mövqeyini təmin etmişdir.İEÖ bütün qitələrdə yerləşir,lakin əksəriyyəti ka-pitalizmin vətəni Avropadadır.

Beynəlxalq iqtisadi münasibətlərdəki yeri baxımından həmin ölkələr hər şeydən əvvəl iqtisadiyyatın açıqlığı,sahibkar kapitalının hərəkətinin genişliyi,geridə qalmış ölkələrə köməklik göstərməsində fəal iştirakı,kənardan çoxlu işçi qüvvəsi qə-bul etməsi,beynəlxalq valyuta hesablaşmalarındakı üstünlüklərinə görə xarakterizə olunurlar.Dünya təsərrüfatının iqtisadi və elmi-texniki potensialının çoxu,əsas ma-liyyə mərkəzləri və kommunikasiya qovşaqları bu yarımsistemdə cəmlənib.

Sosial –iqtisadi səviyyəsinə görə İEÖ-i iki qrupa- yüksək və orta inkişaf et-miş ölkələrə ayırırlar.İspaniya,Portuqaliya,Yunanıstan və İrlandiya orta,qalanları isə yüksək İEÖ-ə aid edilir.Orta inkişaf etmiş ölkələrdə adam başına düşən milli gəlir

5-10min,yüksək İEÖ-də isə 17-30min dollar təşkil edir.

İEÖ içərisində feodalizm ictimai-iqtisadi formasiyasını keçməyən,Avropadan gələn mühacirlərin və kapitalın hesabına sürətlə inkişaf edən ABŞ,Kanada,Avstraliya İttifaqı,Yeni Zenlandiya,İsrail və qismən CAR kimi ölkələr də var.Bunları “köçürül-mə ölkələr”adlandırırlar.

Dünya iqtisadiyyatının “modeli”tədricən mürəkkəbləşmişdir.XIX əsrin axı-rına qədər bütün sosial-iqtisadi göstəricilərə görə bir mərkəz –Qərbi Avropa üstünlük təşkil edirdi.Sonra birinciliyi ələ keçirən ikinci mərkəz-ABŞ yaranmışdır.İkinci Dün-ya müharibəsindən sonra iqtisadiyyatını sürətlə inkişaf etdirən Yaponiya üçüncü mər-kəzə çevrilmişdir.Beləliklə,bu qrup ölkələr arasında rəqabətin üç başlıca mərkəzi tə-şəkkül tapmışdır:ABŞ,Qərbi Avropa və Yaponiya

Dünya təsərrüfatında payının azalmasına baxmayaraq,ABŞ əvvəllər olduğu ki-mi yenə də planetimizin “bir nömrəli” iqtisadi mərkəzidir.ABŞ bir çox sahələrdə, xü-susilə ETİ-nin həyata keçirilməsində,elektrik enerjisi,elektron avadanlığı, hərbi səna-ye,aviaraketkosmik istehsalına,AES-in gücünə,Kosmos və Dünya okeanının mənim-sənilməsinə və bir sıra ənənəvi sənaye və kənd təsərrüfatı sahələrinə,həm də qeyri-maddi istehsal sahəsinə görə dünyada öz “çempion” yerini saxlayır.

İqtisadi rəqabətin ikinci mərkəzi-Qərbi Avropadır(QA).QA-da ABŞ-a nisbətən daha çox metalkəsən dəzgahlar,dəqiq və optik cihazlar,traktor,kimyəvi lif,plastik küt-lə,yüngül sənaye məhsulları istehsal edilir.Onun ixracatı ABŞ-dan 3 dəfə çoxdur. Dünyanın mühüm maliyyə mərkəzidir.Bununla belə,bu region ən yeni elmtutumlu sa-hələrə görə,xüsusilə robot,yeni materiallar istehsalına,biotexnologiyaya və s.görə ABŞ və Yaponiyadan geri qalır.

Üçüncü mərkəz olan Yaponiya iqtisadi gücünə görə ABŞ və QA-dan təxminən iki dəfə geri qalır.Lakin son on ildə Yaponiya dünyanın “iki nömrəli dövlətinə” çev-rilmişdir.Bu gün ölkə dünyada sənaye istehsalına və xarici ticarətinə görə müvafiq olaraq 3-cü və 4-cü yerə çıxmışdır.Yaponiya bir sıra ən mühüm məhsul növlərinin is-tehsalına görə ABŞ-ı ötüb keçmiş və dünyada birinci yerə çıxmışdır.



Dünyanın sənaye istehsalında Yaponiyanın yeri

(2000-ci ilə görə)

Göstəricilər



YER

1

2

3

Kömür

Çin

ABŞ

Rusiya

Elektrik enerjisi istehsalı

ABŞ

Çin

Yaponiya

Polad

Çin

Yaponiya

ABŞ

Avtomobil

ABŞ

Yaponiya

AFR

Dəniz gəmiləri

Yaponiya

KR

AFR

Sənaye robotları

ABŞ

Yaponiya

AFR

Televizor

Çin

ABŞ

Yaponiya

Plastik kütlə

ABŞ

Yaponiya

AFR

Süni lif

Yaponiya

ABŞ

Çin

Elmə sərf olunan vəsait

ABŞ

Yaponiya

AFR

İEÖ-in ümumi oxşar əlamətləri.Təbii mühitin və əhalinin etnik tərkibinin müxtəlifliyinə,ərazisinin ölçüsünə və əhalinin sayına görə böyük fərqlərə baxmaya-raq,İEÖ ümumi tipoloji əlamətlərə malikdir.Bunların arasında aşağıdakı əlamətlər nəzərə çarpır:

1.Kanada,Avstraliya İttifaqı,CAR və qismən də ABŞ istisna olmaqla,bu qrup ölkə-lərin heç biri sənayenin tələbatını öz mineral resurslarının hesabına təmin etmir.

2.CAR və KR-dan başqa,bu qrup ölkələrin hamısında demoqrafik vəziyyət yaxşı-dır,yəni əhalinin təkrar artımının müasir tipi xarakterikdir.

3.Bu qrup ölkələr üçün urbanizasiyanın yüksək səviyyəsi xarakterikdir.İndi İEÖ-də şəhər əhalisinin payı 75%-i ötmüşdür.

4.İEÖ-in hamısı üçün təsərrüfatın sosial-iqtisadi amilləri oxşardır,yəni istehsal və maliyyənin TMK və TMB-da təmərküzləşmasi və dövlətin rolunun yüksəlmasi xa-rakterikdir.Xüsusilə ABŞ və Yaponiya TMB-i güclüdür.Məsələn,ABŞ-ın TMB-ləri tərəfindən yaradılan müəssisələrdə 35 mln fəhlə və qulluqçu çalışır.

5.Dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi güclənmişdir.Xüsusilə Avropa ölkə-ləri bu cəhətdən başlıca rol oynayırlar.Çünki Avropa ölkələri İkinci Dünya müharibə-sinə hazırlıq və müharibədən sonra bərpa işləri,elm tutumlu sahələrin inkişafı, sosial proqramın təmin olunması,nəhayət,tənəzzülə uğrayan istehsalın qorunub saxlanılması məqsədilə dövlət mövqeyi güclənmişdir.Sonralar bu ölkələrdə dövlət müəssisələrini özəlləşdirilməsi prosesi başlamış,sosial dairədə yalnız səhiyyə,təhsil,pensiya təminatı dövlətin əlində qalmışdır.

6.Təsərrüfatın makro- və mezostrukturu oxşardır.Onların ümumi daxili məhsulunda sənayenin payı təxminən 35%-ə yaxındır.Qeyri-istehsal sahəsi sürətlə artır,kənd tə-sərrüfatının xüsusi çəkisi isə azalır,2002-ci ildə bu göstərici 4%-ə enmişdir.Lakin kənd təsərrüfatı məhsulları istehsalının mütləq həcmi artmış və əsasən intensiv hey-vandarlıq üstünlük təşkil edir.

7.Təsərüfatın ərazi strukturu üçün əsasən üç dərəcə 1) yüksək inkişaf etmiş 2) tənəz-zülə uğramış 3) zəif inkişaf etmiş bölgələrin formalaşması səciyyəvidir.İqtisadiyyatın nizama salınmasının mühüm tərkib hissəsi olan regional siyasətin əsas məqsədi isteh-salın və əhalinin yüksək təmərküzləşməsinin qarşısını almaqdır.Bu əsasən dörd istiqamətdə həyata keçirilir:1) geri qalmış bölgələrin inkişaf etdirilməsi (Cənubi İtaliya , Şimal-Qərbi Fransa ,Yaponiyada Xokkaydo) 2) Tənəzzülə uğramış köhnə sənaye bölgələrinə köməklik və bura müasir elmtutumlu istesalın yerləşdirilməsi (ABŞ-da Appalaç,Fransada Lotaringiya) 3)əvvəllər istifadə olunmayan ərazilərin təsərrüfat dövriyyəsinə cəlb edilməsi (Alyaska,Qrelandiya Və Kanadanın şimalı) 4) ekoloji problemlərin qarşısını almaq məqsədi ilə yüksək inkişaf etmiş iri şəhər və aqlomerasiyalarında(ABŞ-da Çikaqo,Avropada London,Paris,Yaponiyada Tokio və Osaka şəhər-lərində) istehsalın artımının məhdudlaşdırılması.

8.İqtisadiyyatın hərbiləşdirilməsi maliyyə və maddi istehsal məhsullarının getdikcə

böyük hissəni bu məqsədlə istifadə edilməsini təşkil edir.

9.Ekoloji vəziyyət nisbətən yaxşılaşdırılmışdır.İEÖ-də iqtisadiyyatın strukturunun ye-nidən qurulması,yəni postindustrial mərhələyə keçməsi,ətraf mühitin mühafizəsinə sərf olunan vəsaitin artırılması əsrimizin ilk illərində bir çox ənənəvi ekoloji problem-lərin nəzərə çarpacaq dərəcədə həll olunmasına səbəb olmuşdur.

10.Həyat səviyyəsi yüksəkdir.ABŞ,Qərbi Avropa ölkələrində və Yaponiyada işçiləri vaxtından əvvəl təqaüdə göndərirlər.İEÖ-də iqtisadi faydalılığa zərər yetirmədən zəh-mətkeşlərin həyat səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilən qayğılar azad ba-zar rəqabətli cəmiyyətdən əsaslı surətdə fərqlənən sistem yaranmışdır.



2.İEÖ-in beynəlxalq iqtisadi münasibətlərində birbaşa xarici kapital investisiyalarının rolu

Günümüzdə yaşanan qloballaşma fenomeni və beynəlxalq iqtisadi inteqra-siyanın yüksək səviyyələrə varmasında birbaşa xarici kapital investisiyaları inkar edilməz bir funksiyanı yerinə yetirməkdədir. Dünya iqtisadiyyatında gedərək önəmli bir güc təşkil etməyə başlayan transmilli şirkətlərin birbaşa xarici investisiya şəklində olan qlobal miqyaslı istehsalı ən çox müzakirə edilən mövzuların başında gəlməkdə-dir. 1492‐ci ildə “Yeni Dünya” Amerika qitəsinin kəşf edilməsi ilə aktuallıq qaza-nan birbaşa xarici kapital investisiyaları tarixən inkişaf etmiş ölkələrdən geri qalmış ölkələrə doğru tək yönlü bir istiqamətdə axmışdır. Bu investisiyaların o zamankı baş-lıca məqsədi, geri qalmış ölkələrin yeraltı və yerüstü təbii sərvətlərini və ucuz əməyi-ni istismar etmək olmuşdur. Bu dönəmdə tətbiq edilən istismarçı siyasətlər doğrul-tusunda, bir tərəfdən müstəmləkə ölkələrindən xam maddə təmin edən, digər tərəfdən də yenə bu ölkələrə ticarət malı satan şirkətlər fəaliyyət göstərməkdə idi. Qısacası, xarici investisiya başlanğıcda yoxsul ölkələrin müstəmləkələşdirilməsində önəmli bir vasitə olmuşdur. Özlərinin istismarçı bir tarixə sahib olmaları səbəbindən inkişaf etmiş ölkələrdə xarici investisiyaya qarşı neqativ münasibətin olmaması və ya az ol-ması, sənayeləşmələrini tamamladıqlarından artıq proteksionist siyasətlərə ehtiyac duyulmaması,getdikcə yayğınlaşan əsnək istehsal paradiqması, azmiqdarda ‐ hətta sıfır ‐ ehtiyatla çalışma texnikasını ifadə edən tam zamanında (just in time) istehsal tərzi, yüksək keyfiyyətli iş gücü ilə irəli texnologiyalı istehsalın daha səmərəli olması kimi amillər birbaşa xarici investisiya giriş və çıxışlarında inkişaf etmiş ölkələri ön plana çıxarmışdır. Bu gün müxtəlif ölkələr arasındakı iqtisadi münasibətlərin bir çox elementi kimi xarici kapital investisiyaları da, daha çox İngiltərədə başlayıb Qərbi Avropa ölkələrində davam edən Sənaye İnqilabı əsnasında ortaya çıxmışdır. Birinci Dünya Müharibəsindən öncəki dönəmdə təqribən üç əsr boyunca kapital və təbii qaynaqlar yoğun olduğu bölgələrdən daha az yoğun olduğu bölgələrə axmışdır. Belə ki, XVII və XVIII əsrlərdə tətbiq edilən istismarçı siyasətlər istiqamətində, bir yandan müstəmləkə ölkələrdən xam maddə təmin edən, digər tərəfdən də yenə bu ölkələrə ticarət malı satan şirkətlər vardı. Bu axım XIX əsrdə ən yayğın hala gəlmiş-dir. 1800‐cü illərin ilk yarısında İngiltərənin ehtiyac duyduğu xam maddə, mədənlər və neftin çıxarılması üçün müstəmləkələrdə gerçəkləşdirdiyi investisiyalar,xarici ka-pital investisiyalarının başlanğıcını təmsil etmişdir. Çünki sənaye inqilabının bir nəti-cəsi olaraq XIX əsrin ikinci yarısında, xüsusilə, Qərbin sənayeləşən ölkələrindəki sürətli kapital yığımı, böyük şirkətləri bu kapitaldan maksimum mənfəət gətirəcək investisiya sahələrini axtarmaya yönəltmişdir. Bu investisiya sahələri isə, Avropa xalqlarının və sənayesinin ehtiyacı olan gündəlik tələbat malları və xam maddələri təmin edəcək, bol təbii sərvət və ucuz iş gücünə sahib dönəmin müstəmləkələri və müstəqil az inkişaf etmiş ölkələri olmuşdur. Seylonda çay və Şərqi Afrika ölkələrin-dəki banan plantasiyaları ilə mədənçilik sektoruna yönəlik fəaliyyətlər bu cür invest-tisiyaların nəticəsidir.Həm inkişaf etmiş ölkələr,həm da beynəlxalq rəsmi qurumlar təşviq edilən beynəlxalq xarici investisiyalar,1990-cı illərin əvvəllərindən sürətlə art-maya başlamışdır.Bu sayədə birbaşa xarici investisiyalar 1990-cı illərin başlanğıcın-dakı 100 milyard $-lı səviyyələrdən(1991-ci ildə 156 milyard dollar),1995-ci ildə 331 miyard dollara çatmışdır.Bİrbaşa xarici investisiyaların dünya toplamı 1996-cı ildə 385,1999-cu ildə 1.087,2000-ci ildə 1.338,2001-ci ildə 818 və nəhayət 2003-cü ildə 560 milyard dollara çatmışdır.

Burada maraqlı olan 1997‐ci ilin iyul‐avqust aylarında baş göstərən regi-onal finansal böhran, birbaşa xarici investisiyalar baxımından növbəti il üçün daha çox neqativ proqnozların səslənməsinə səbəb olmuşdur. Fəqət bu proqroz özünü doğ-rultmamışdır. Ayrıca 2000‐ci illə müqayisədə, birbaşa xarici kapital daxilolmala-rında 2001, 2002 və2003‐cü illərdə kəskin bir azalma müşahidə edilmişdir. Burada ABŞ‐da baş verən 11 sentyabr terror aksiyalarının (2001‐ci il) təsirli olduğu söylənə bilər. Bu hadisə birbaşa xarici kapitalın çox önəm verdiyi stabilizasiya prob-lemini qlobal miqyasda aktuallaşdırırkən, digər tərəfdən neft və hərb (xüsusilə, avia-siya və silah sənayeləri) sənayesinə BXKİ girişlərinin artması bilgi və kommunika-siya sektorundakı investisiyalara neqativ yöndə təsir göstərmişdir. Qeyd edilməlidir ki, 1999 və 2000‐ci illərdə BXKİ‐nın 1 trilyon $‐ı aşmasında ən böyük pay, birbaşa və dolaylı olaraq, məhz bu sektora aiddir



2003‐cü ildə dünyada ən çox BXKİ

idxal və ixrac edən 10 ölkə (milyon $)




Ölkələr (idxallar)

Miqdar

Ölkələr (ixraclar)

Miqdar

1

Lüksemburq

87.557

ABŞ

151.884

2

Çin

53.505

Lüksemburq

95.991

3

Fransa

46.981

Fransa

57.279

4

ABŞ

29.772

Birləşmiş Krallıq

55.093

5

Belçika

29.484

Belçika

36.646

6

İspaniya

25.625

Hollandiya

36.092

7

İrlandiya

25.497

Yaponiya

28.800

8

Hollandiya

19.674

İspaniya

23.373

9

İtaliya

16.421

Kanada

21.542

10

Birləşmiş Krallıq

14.515

İsveç

17.375

Mənbə: Tablo World Investment Report 2004, The Shift Towards Services,

UNCTAD, New York and Geneva məlumatları əsasında hazırlanmışdır

Yuxarıdakı tablodan göründüyü kimi, ABŞ dünyanın ən böyük birbaşa xarici kapital investorudur. Daxilolma və çıxışlar birlikdə dəyərləndirildiyində, bu ölkənin xalis birbaşa xarici kapital hesabının neqativ olduğu görünməkdədir. Öz ölkəsini tərk edib bir başqa ölkəyə gedən birbaşa xarici investisiyalar içərisində ABŞ‐a 152, Lük-semburqa 96, Fransaya 57 milyard $ pay düşməkdədir. Tabloda maraqlı olan iki kiçik ölkənin‐ Belçika və Lüksemburq ‐ hər iki sahədə də ilk beşə girməyi bacarmasıdır.

Qeyd edək ki, 2001‐2003‐cü illəri əhatə edən BXKİ girişləri performans indek-sində ilk 10 sırada Belçika və Lüksemburq, Bruney‐Darussalam, Azərbaycan, İrlan-diya, Anqola, Sinqapur, Qambiya, Qazaxıstan, Honq‐Konq (Çin) və Estoniya yer almışdır.Buradakı ölkələrin əksəriyyəti (Azərbaycan, Anqola,Qambiya və s.), yüksək miqdarda birbaşa xarici investisiya çəkdiyi üçün deyil, çox kiçik ÜDM həcminə və az əhali sayına sahib olduqları üçün sıralamada yer almışlardır. Digərləri isə (Belçika və Lüksemburq, İrlandiya, Sinqapur və Honq‐Konq), ilk 10‐a girməsini, nisbətən böyük ÜDM həcminə baxmayaraq, az əhali sayına və yüksək miqdarda birbaşa xarici investisiya girişinə sahib olmasına borcludurlar.

İnkişaf etmiş ölkələrin 1990-1997-ci illərdə birbaşa xarici kapital investisiyaları bu cür formalaşmışdır:1990-ci ildə 164,1991-ci ildə 109,1992-ci ildə 105,1993-cü ildə 133,1994-cü ildə 145,1995-ci ildə 203,1996-cı ildə 220,1997-ci ildə 271 milyard dollar birbaşa xarici investisiyalar inkişaf etmiş ölkələrin payına düşür.

Dünyada 1990‐2003‐cü illər arasında birbaşa xarici

kapital daxilolmaları (bölgü, %)

İllər

İnkişaf etmiş ölkələr

Digər ölkələr

1990

81

19

1991

70

30

1992

62

38

1993

60

40

1994

56

44

1995

61

39

1996

57

43

1997

57

43

1998

68

32

1999

76

24

2000

80

20

2001

70

30

2002

72

28

2003

66

34

Mənbə: World Investment Report 2004

İnkişaf etmiş ölkələr üçün seçilmiş illər etibarilə BXKİ daxilolmalari ehtiyati bu cür formalaşmışdır.1980-cı ildə 390.7,1985-ci ildə 569.7,1990-cı ildə 1399.5,1995-ci ildə 2035.8,2000-ci ildə 4011.7,2002-ci ildə 5049.8,2003-cü ildə 5701.6 milyard $ təşkil etmişdir.2003-cü ildə dünya üzrə birbaşa kapital daxilolma-ları 8245.1milyard dollar təşkil etmiş, onun da 5701.6 milyard dollari İEÖ-lərin payı-na düşür.İEÖ-in seçilmiş illər üzrə birbaşa kapital çıxışları belə formalaşmışdır:1980-cı ildə 499.4,1985-cı ildə 664.9,1990-cı ildə 1629,1995-cı ildə 2582.8,2000-ci ildə 5163.8,2002-ci ildə 6355.1,2003-cü ildə 7272.1 milyard dollar.2003-cü ildə dünya üzrə kapital çıxışlarının 7.2 trilyon dolları İEÖ-in payına düşür.Ölkə bazasında ən böyük xarici investor ölkələr ABŞ,Birləşmiş Krallıq,Almaniya və Fransadır.

Xidmərlər sektorunun önündəki əngəllərin aradan qaldırılması nəticəsində (Av-ropa Tək Bazarı yaratma təşəbbüsləri) Avropa Birliyi 1980-ci illərin ikinci yarısında xidmətlər sahəsində ən çox birbaşa xarici investisiya yatırılan bölgə olmuşdur.

Aşagıdakı cədvəldə birbaşa xarici kapital investisiyaların əsasən hansı məqsədlərə yəni hansı sektorların inkişafına yönəldiyini və bu sektorların inkişafında İEÖ-in rolunu bir daha qeyd etmək olar.



Seçilmiş illər etibarilə BXKİ daxilolmalarının sektorlar üzrə bölgüsü%lə




Xidmətlər sektoru

Emalat sektru

Kənd təsərrüfatı və mədənçilik

1975

30

45

25

1989-1991(Dünya)

54

39

7

İEÖ

58

36

6

İEOÖ

35

53

12

2001-2002(Dünya)

67

24

9

İEÖ

73

18

9

İEOÖ

50

40

10

Mərkəzi və şərqi Avropa ölkələri

72

25

3

Mənbə:Natiq Sabiroğlu”Qloballaşma və xarici investisiyalar”

İnkişaf etmiş ölkələrdə (İEÖ) xidmətlər ehtiyacı ön plana çxmaqdadır. İsteh-salın daxili bazara yönəlik olduğu və toxunulmaz və həmən istifadə ediləcək keyfiy-yətdə olmasından qaynaqlanan xüsusiyyətindən dolayı istehsalçı ilə istehlakçı arasın-da birbaşa əlaqənin məcburi olduğu xidmətlər sektorundakı investisiyalar gedərək artan nisbətdə bu ölkələrə doğru axmaqdadırlar. Emalat sektorundakı investisiyalarda isə, istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqəyə ehtiyac yoxdur.


3.İnkişaf etmiş ölkələr və TMK-lar.Beynəlxalq iqtisadi münasibətlərdə TMK-ların yeri
BMT-nin hesablamalarına görə indiki dünyada 65 min transmilli korpora-siya fəaliyyət göstərir. Bu 65 min transmilli korporasiyanın ümumilikdə 850 min xarici filialları mövcuddur və bu transmilli korporasiyalar 75 milyona yaxın insanı işlə təmin etmişdir. Transmilli korporasiyaların filiallarının və ana kampaniyalarının ölkələr üzrə yerləşməsinə diqqət yetirsək görə bilərik ki, ana kampaniyaların əksəriyyəti, yəni 80% sənayecə İEÖ-də yerləşmişdir. Yalnız 19,5% ana kampaniyanın yerləşdiyi ərazi İEOÖ-dir. 0,5% ana kampaniya isə post-sovet məkanında yerləşmişdir. Qız kampaniyaların (yəni xarici filialların) 33%-i İEÖ-də yerləşmişdir. 50% qiz kampaniya iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrin (yəni İEOÖ-in) payına düşmüşdür. Yerdə qalan 17% qiz kampaniya isə post-sovet məkanında yerləşmişdir. 2002 Dünya İnvestisiya Raportuna görə, 2000‐ci il varlıqlarına görə ən böyük 100 TNC‐nin 90%‐i ABŞ, Yaponiya və Aİ ölkərindən idarə edilməkdədir. 100 TNC(trans national corporations) kökənləri baxımında dəyərləndirildiyində, bunların 28‐i ABŞ, 17‐si Yapon, 12‐si Fransız, 10‐u da İngilis kökənlidir. İlk əlli şirkətin isə, 12‐si ABŞ , 9‐u Yapon, 7‐si Fransız və 5‐i də İngilis əsillidir. İlk 100 şirkətin 67‐si (67%), ilk 50 şirkətin isə 33 ədədi (66%) bu dörd ölkə kökənlidir. Nəticələr əslində həqiqi mənada hansı ölkələrin qloballaşma prosesində həlledici rola sahib olduğunu ortaya qoymaqdadır.

Dünyadakı ən böyük transmilli firmalar içərisində neft firmalarının sayı bizə dünyadakı dəyişmələrlə bağlı işarə verəcəkdir. 1990‐cı ildə dünyanın finans sektoru xaricində 10 ən böyük TNC‐sinin 4‐ü, 1993‐də 2‐si, 1994‐də 3‐ü, 1995‐

də 2‐si, 1996‐da 3‐ü, 1997‐də 2‐si, 1998‐də 3‐ü, 1999‐da 4‐ü, 2000‐də 3‐ü, 2001‐də 4‐ü, 2002 və 2003‐də də 3‐ü neft firmasıdır 2002‐ci ildə finans sektoru xaricindəki ən böyük TNC‐nin 31‐i xidmətlər, 56‐sı emalat, 10‐u ibtidai və nəhayət 3‐ü də qarışıq sektorlarda fəaliyyət göstərməkdədir. 1995‐ci ildən 2002‐ci ilə qədərki zaman dilimində sadəcə xidmətlər sektorunda fəaliyyət göstərən şirkət sayında artış müşahidə edilmişdir. Finans kəsiminin də xid-mətlər sektorunda yer aldığını düşünsək, o zaman ən nəhəng 100 TNC içərisində xid-mət sektorunda fəalliyət göstərən şirkət sayının daha çox olduğu qənaətinə gələ bilə-rik.

Digər bütün inkişaf etmiş ölkələrdə olduğu limi ABŞ-Da da TNC-lər ticarətdə önəmli paya malikdirlər.1993-cü ildə ABŞ ticarətinin 80%-ə yaxını TNC-lər tərəfin-dən idarə edilməkdə idi.Amerikanın “FORTUNE” jurnalının hər il ənənəvi olaraq apardığı ABŞ ilk 500 araşdırmasına görə,2003-cü ildə “ÜAL-MART STORES”(illik satışı 259 milyard dollar,illik mənfəət 9.05 milyard dollar,çalışan sayı 1.4 milyon nə-fər) son 3 ildi əlində turduğu birinciliyi qorumaqdadır.Sıralamada onu neft şirkəti “EXXON-MOBİL”(illik satış 213 milyard dollar,İllik mənfəət 21.5 milyar dollar) və “GENERAL MOTORS”(iilik satış 196 milyard dollar)şirkətləri təqib etməkdədir.

ABŞ-a məxsus olan “carsdirect.com” firması 1999-cu ilin iyulunda 20 ən iri ABŞ avtomobil dilerlərindən biri olmuşdur. Bu şirkətin tanınmasına və şöhrət tapma-sına səbəb heç də onun ucuz qiymətlərlə işləməsi olmamışdır. Səbəb isə vardır: bu da “carsdirect.com”-da unikal çatdırılma sisteminin qurulmasıdır. Bütün ölkə üzrə fəaliyyət göstərən 1100 diler ilə çoxsaylı müqavilələr imzalanmışdır. Bu kontraktlar-da satılmış avtomobillərin zəmanətli çatdırılması və yerindəcə keyfiyyətinin yoxlanıl-ması nəzərdə tutulur.

Hazırda dünya sənaye məhsulunun 50%-ə qədəri,xarici ticarətin isə 60%- qədə-ri TMK-ların payına düşür.TMK-lar yeni ixtiralara,yeni texnologiyalara,”nou-xau”lara patent və lisenziyaların 80%-ə qədərinə nəzarət edirlər.Bir çox məhsulların bazarları TMK-ların nəzarəti altındadır.Qloballaşma prosesinin kəskinləşməsi ayrı-ayrı İEÖ-də maliyyə-sənaye qrupları yaradılmış və onlar hal-hazırda beynəlxalq iqti-sadi münasibətlərdə aparıcı rol oynayırlar.ABŞ və Yaponiyada maliyyə-sənaye qrup-larının iqtisadiyyatda rolunun nə qədər önəmli olduğunu aşağıdakı statistik göstərici-lər təsdiq edir:

1.ABŞ-in maliyyə-sənaye qrupları-ABŞ sənayesinin əsas simasını demək olar ki,100 çoxsahəli korporasiya müəyyən edir. Rəsmi məlumatlara görə hazırda ABŞ-da ÜDM-in 55-66 %-i həmin koorporasiyaların payına düşür. Cəmi işçilərin 45 %-i , investisiya qoyuluşlarının 60 %-i bu maliyə-sənaye qruplarında cəmləşdirilmişdir. Bu 100 kompaniyanın hər biri özündə orta hesabla 25 sahə üzrə ixtisaslaşmış müəssisələri birləşdirir. 35 müəssisənin hər biri 32 sənaye sahəsi üzrə, 10 müəssisənin hər biri 50 sahə üzrə təsərrüfatçılıq edir.

ABŞ-da əsas ”Çeyz”, “Morqan”, “Melon”, Limen-qoldmen”, “Saks”, “General Motors”, “Ford Motor-Credit Corp” fəaliyyət göstərir.

2. Yaponiyanin maliyyə -sənaye qrupları.

Yaponiyada bu sənaye birlikləri 6 iqtisadi kompleks şəkildə mövcudurlar-“Mitsubishi”, “Misui”, “Sumito-mo”, “Dançi Kanqin”, “Fute”, “Sanba”.

Yaponiyanın cəmi ÜDM-in 14-15 % bu 6 qrupa daxil olan birliklərin payına düşür. Bu sənaye-maliyyə qrupları üzrə sənayedəki cəmi aktiv 50-75 %-nə nəzarət edirlər. Onların kommersiya trast bank qrupları ölkənin bütün bank sistemi kapitalının 40 %-nə, siğorta kompaniyaları isə cəmi sığorta kapitalının 55 %-nə nəzarət edirlər.

Bu birliklər (syudanlar) çoxsahəli universal iqtisadi komplekslərdən ibarətdir.

4.İEÖ-in daxil olduğu iqtisadi təşkilatlar və onların fəaliyyət istiqamətləri

Hal-hazırda İEÖ-lərin daxil olduğu əsas təşkilatlar bunlardır: Avropa İttifaqı , ABŞ və Kanadanın daxil olduğu Şimali Amerika azad ticarət zonası(NAFTA),Asiya-Sakit okean iqtisadi əməkdaşlığı(ATEC).Bu birliklər arasında dünya bazarına hakim mövqe qazanmaq məqsədilə həm iqtisadi, həm siyasi həm də hakim olmağa yol verəcək digər sahələrdə qızğın rəqabət gedir.

AVROPA İTTİFAQI.Bu günkü Avropa İttifaqı məlum Avropa dövlətləri arasında yaradılmış iqtisadi inteqrasiya birliyidir.Lakin bu birliyin ozünü bu gün iqtisadi inteq-rasiya adlandırmaq o qədər də düzgün deyildir.Çünki bu birlik həm valyuta,həm siya-si,həm də mədəni birlikdir.Hazırda Aİ-nin rəsmi sənədlərində açıq yazılır ki,Aİ üzv olan ölkələrdə sabit,balanslaşdırılmış iqtisadi və siyasi tərəqqiyə nail olmağa kömək edir.Bu ölkələr arasında heç bir daxili sərhəd olmayan məkan yaranır.Burada əsas məqsəd ümumi xarici siyasət yeritmək,təhlükəsizliyə nail olmaq,bütün bələdiyyə sahəsində və daxili işlərdə əməkdaşlıq etməkdən ibarətdir.Doğrudan da söhbət yeni Avropa ,sərhədsiz Avropa yaratmaqdan gedir.

İkinci Dünya müharibəsi qurtardıqdan sonra Avropa ölkələrinin mövqeyi hərbi vəziyyəti əsasən SSRİ ilə ABŞ-ın baxışlarından asılı idi.Burada müxtəlif fikirlər mövcud idi.Odur ki,Avropanın gələcək taleyi mütərəqqi ictimaiyyəti çox narahat edirdi.Onlar elə Avropa yaratmaq istəyirdilər ki,burada SSRİ və ABŞ-ın maraqları deyil,Avropanın maraqları təmin edilmiş olsun.

Bu günkü Avropa İttifaqının əsası 1950-ci il may ayının 9-dan Avropa ölkələri arasında iqtisadi inteqrasiya birliyinin yaradılması barədəki ilk razılıq ilə qoyulmuş-dur.Avropa Birliyinin əsas məqsədində aşağıdakılar nəzərdə tutulmuşdur:

-üzv olan ölkələr arasındakı ticarətdə bütün məhdudiyyətlərin tədricən ləğv edilməsi

-üçüncü ölkələrlə ümumi gömrük dərəcələri müəyyən edilməsi

-kapitalın,insanların və xidmətlərin ölkələrarasındakı sərbəst hərəkətindəki məh-dudiyyətlərin ləğv edilməsi

-kənd təsərrüfatı və nəqliyyat sahəsində ümumi siyasət yeridilməsi

-vergi sisteminin eyniləşdirilməsi

-“Avropa Birliyi”çərçivəsində ümumi rəqabət qaydalarının müəyyənləşdirilməsi

-üzv olan ölkələrin iqtisadi qanunvericiliklərinin yaxınlaşdırılması(unifikasiyası)

-iqtisadi siyasət sahəsindəki razılaşdırmaların prinsiplərinin işlənib hazırlanması və s.

Roma müqaviləsində bu yeni birliyin yaranması ilə bağlı olaraq bəzi sahələrdə milli dövlət hüquqlarının həmin birliyin ali orqanlarına verilməsi də nəzərdə tutul-muşdur.Lakin Böyük Britaniya nümayəndələri bu kimi müddəalarla razılaşmadıq-larını bildirmişlər.Odur ki,1986-cı ilin oktyabr ayında Birləşmiş Krallıq azad iqtisadi zona yaradılmasına üstünlük verdiyini bildirmişdir.Avropanın 7 ölkəsi-Böyük Brita-niya,Avstriya,danimarka,Norveç,Portuqaliya,İsveç və İsveçrə öz aralarında Avropa Azad Ticarət Birliyi yaratmışdır.

1968-ci ilin iyul ayının 1-də AİB ölkələri arasında Gömrük İttifaqı yaradılmış-dır.Gömrük İttifaqının müddəalarına əsasən sənaye məhsulları üzrə olan qarşılıqlı ti-carətdə məhdudiyyətlər aradan qaldırılmış və digər ölkələr üçün vahid gömrük dərə-cələri müəyyən edilmişdir.Standartlaşma və texniki normalar üzrə müəyyən razılaş-malar,təsərrüfatçılıq qaydalarının əlaqələndirilməsi həyata keçirilmişdir.

1957-ci il Roma müqaviləsi “Vahid kənd təsərrüfatı siyasəti”ni həyata keçiril-məsinin prinsiplərini,məqsəd və vəzifələrini,maliyyələşdirilməsi yollarını çox dəqiq-liklə işləyib hazırlamışdır.

1.Vahid bazarın olması.Hazırda bütün kənd təsərrüfatı məhsullarının 98%-i vahid aqrar siyasətin norma və tələblərinə tabe edilmişdir.

2.Aİ çərçivəsində istehsal edilən əmtəələrə üstünlük verilməsi prinsipi.Bu prinsip kənd təsərrüfatı məhsullarının ümumi bazarını ucuz idxaldan qoruyur və fermerlərə təminat yaradır.

3.Maliyyə həmrəyliyi.1962-ci ildə Kənd təsərrüfatı inkişafının istiqamətləndirilməsi və təminatı üzrə Avropa fondu yaradılmışdır.

1994-cü ilin yanvar ayının 1-dən AİB Avropa İttifaqı adlandırılmağa başlamış-dır.Aİ öz fəalliyətində ilk növbədə üç problemi ön plana çəkmişdir:

1.1993-cü ildən Aİ-də vahid vətəndaşlığın qəbul edilməsi

2.Siyasi İttifaqın formalaşdırılması

3.İqtisadi vəValyuta İttifaqının formalaşdırılması

Aİ-nin təşkilatı quruluşuna daxildir: Avropa Parlamenti,Nazirlər Soveti,Avropa Komissiyası,Avropa məhkəməsi,Avropa İnvestisiya Bankı,Avropa Sosial Fondu, Avropa Regional inkişaf Fondu,FEOQA(kənd təsərrüfatı ilə bağlı problemləri həll edir)

Şimali Amerika azad Ticarət Zonası(NAFTA) .Şimali Amerika Azad Ticarət Bir-liyi 1992-ci ilin dekabr ayında ABŞ,Kanada və Meksika arasında Şimali Amerika azad Ticarət zonası haqqında sazişlə yaranmışdır.Şimali Amerikada inteqrasiya pro-sesinin güclənməsində 1947-ci ildə “Ebbota planı” deyilən plan böyük rol oyna-mışdır.Bu plana əsasən Kanadanın aparıcı sahələrinə ABŞ çoxlu investisiya qoymaq imkanı qazanmışdır.1980-ci illərin axırlarında dünyada beş verən müəyyən siyasi və iqtisadi dəyişiklər,Avropada və Sakit okean regionunda inteqrasiya proseslərinin art-ması,Yaponiya ilə rəqabət,Latın Amerikası ölkələrində sosial-iqtisadi islahatlar və s. kimi proseslər bir daha ABŞ,Kanada və Meksika arasındakı qarşılıqlı iqtisadi əlaqə-lərin təzələnməsini tələb edirdi.Yaranan bu birliyin əsas fərqli cəhəti ondan ibarətdir ki,iki inkişaf etmiş ölkə bir çox iqtisadi göstəricilərinə ozündən qat-qat geri qalan bir ölkə ilə birliyə daxil olubdur.(Aİ-də bütün ölkələr üçün az fərqli eyni standardlar mövcuddur) Aydındır ki,ABŞ,Kanada və Meksikanın bu birliyə olan baxışları müxtəlifdir.

ABŞ üçün burada məqsəd ancaq iqtisadi deyil,geosiyasi cəhətdən də öz gücünü artırmaq idi.Amerika məhsulunun azad hərəkəti,sərbəst investisiya yeritmək, intellek-tual mülkiyyət hüququnun müdafiəsi,rəqabət qabiliyyətinin artırılması,regional miq-yasda müqayisəli üstünlüklərdən istifadə edilməsi.

Kanadanın marağı nəinki birliyin üstünlüklərini saxlamaq,hətta bəzi müddəa-ları dəyişdirmək,təkmilləşdirmək,Meksika bazarına girişi əldə etmək,gələcəkdə isə Latın Amerikası ölkələrinin bazarına yol açmaqdan ibarət olmuşdur.

Meksika bu birliyə daxil olmaqla iqtisadi islahatların həyata keçirilməsini və iqtisadiyyatın modernləşdirilməsini sürətləndirə bilir.

Azad ticarət üzrə komissiya bu birliyin daha mərkəzi qurumu hesab edilir.Bu Komissiya bütün komitələrin fəaliyyətinə nəzarət edir.

NAFTA ölkələrinin bəzi göstəriciləri

ÖLkələr

Əhalisi,mln.nəfər

ÜDM,mlrd.dollar

1992-ci il

2005-ci il

1992-ci il

2005-ci il

ABŞ

255.0

298.0

2920.2

12455.8

Kanada

27.4

32.8

493.6

1132.4

Meksika

89.5

107

329.0

768.4

CƏMİ

371.9

437.8

6742.8

143556

Cədvəldəki göstəricilərdən aydın olur ki,bu üç ölkə üzrə cəmi ÜDM-in hər iki dövrdə 87%-i ABŞ-ın payına düşür.

Asiya-Sakit okean iqtisadi əməkdaşlığı(ATEC).Bu birlik Asiya-Sakit okean ərazisində yaradılmış ikinci,daha böyük inteqrasiya qurumudur.Bu birlik Avstra-liyanın təşəbbüsü ilə yaranışdır.Əsas məqsəd Sakit okean hövzəsində iqtisadi əmək-daşlığln inkişafından ibarət olmuşdur.Əvvəlcə bura daxil olan ölkələrin sayı 12,sonra 18 və daha sonra 21 olmuşdur.Əvvəlcə ATEC nazirlərin görüşü səviyyəsində fəaliy-yət göstərmişdir.1993-cü ildən isə dövlət başçılarının müntəzəm görüşləri həyata ke-çirilir.

Bu birlik bütün digər birliklərdən köklü sürətdə fərqlənir.Beləki,bu ölkələr bir çox cəhətlərinə görə biri-birindən kəskin fərqlənirlər.Ona görə də müəyyən problem-lərin həllində o qədər də qarşılıqlı razılaşmalar yarana bilmir.Birliyin əsas cəhətləri aşağıdakılardan ibarətdir:

1.Bu birlikdə inteqrasiya prosesləri əsasən TMK-ın aparıcı rolu ilə həyata keçirilir.

2.İnteqrasiya prosesləri iqtisadi,mədəni,sosial-siyasi cəhətdən fərqlənən ölkələrara-sında aparılır.

Bu birlikdə iki daha böyük dövlət-ABŞ və Yaponiya,eləcə də Çin iştirak edir. Bu birlik yeganə beynəlxalq inteqrasiya birliyidir ki,Yaponiya orada iştirak edir.



Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq təşkilatının bəzi ölkələrinin

iqtisadi göstəriciləri(2005)




Dövlətlərin adı

Ərazisi min kv.km

Əhalisi

Mln.nəfər



ÜDM

Mlrd.dollar



1

ABŞ

9364

296

12455.8

2

Yaponiya

372

127.4

4567.4

3

Avstraliya

7741.0

20.1

708

4

İndoneziya

1905

242

281.3

5

Çin

9597

1306.5

2234.1

6

Kanada

9971

33

1132.4

7

Meksika

1958

106

768.4

8

Rusiya

17075

143.6

763.3

9

Çili

758

16.0

115.3

Hazırda inteqrasiya proseslərinin nəticəsidir ki,bu qruplaşmaya daxil olan bəzi ölkələrdə xüsusən Asiya ölkələrində iqtisadi artım daha dinamik olmuşdur.Odur ki, dünya üzrə ÜDM-də onların payı xeyli artmışdır.

Nəticə

Beləliklə, İnkişaf Etmiş Ölkələrin təcrübəsinin öyrənilməsi,o cümlədən həmin bu ölkələrin iqtisadi inkişafa necə nail olduqlarını özümüz üçün aydınlaşdırılması SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş dövlətimizin iqtisadi strukturu yenidən qurmasında,xarici iqtisadi əlaqələrin tənzimlənməsində,xarici iqtisadi əlaqələrin düzgün təşkilində və bu zaman meydana çıxacaq hər hansı bir problemlərin düzgün həll edilməsində çox böyük əhəmiyyət daşımalıdır.Müstəqillik əldə etdikdən sonra 1994-cü il 20 sentyabr tarixində imzalanmış “Əsrin müqaviləsi” anlaşmasında ölkəmizin neft yataqlarının hasilatın pay bölgüsü sazişi ilə xarici transmilli kompaniyalarla birgə işlənməsi nəzərdə tutulub.Xatırladaq ki,həmin kompaniyaların bəziləri inkişaf etmiş ölkərə və yaxud həmin ölkənin vətəndaşlarına məxsus özəl kompaniyalardır.Bu onu göstəririk ki dövlətimiz inkişaf etmiş ölkələrlə əlverişli iqtisadi əlaqələr qurmuş və bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu hər dəfə bildirmişdir.



Ədəbiyyat siyahısı:

1.Cəlil Kərimov,Ayaz Orucov və Həsən İsrafilov “Dünya İqtisadiyyatı” BAKI-2009

2.Gənc iqtisadçılar birliyi “İqtisadi biliklərin əsasları” BAKI-2000

3.Tofiq Gərayzadə “Dünyanın iqtisadi və sosial coğrafiyası” BAKI-2004

4.Natiq Sabiroğlu “Qloballaşma və xarici investisiyalar” BAKI-2006

İnternet saytları:



1.Kitab.az 2. Google.az



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə