AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 458.66 Kb.
səhifə6/7
tarix23.02.2016
ölçüsü458.66 Kb.
1   2   3   4   5   6   7

Kredit xətti əsasında kreditləşmədə müəssisənin dövriyyə vəsaitinin dövretmə sürəti əsas amil kimi götürülür. Bu cür kreditləşmə aşağıdakılara imkan verir:



  • Müəssisənin əlavə vəsaitə ehtiyacı olduqda onun hesablaşma hesabında mümkün olan kredit məbləğinin operativ hesablanması;

  • Kreditin maksimal və minimal həddinin müəyyən edilməsi və onun müddətdən asılı olaraq dəyişdirilə bilmə imkanı;

  • Müştəri ilə kredit limitinin tək onun istəyi nəzərə alınaraq deyil, ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə də razılaşdırılması;

  • Bir və ya bir neçə valyutada kreditin verilə bilməsi;

  • Kreditin ödənilmə formasının azad seçilə bilməsi, hə rmüştərinin individual ödəmə rejiminin olması;

  • Kredit müqaviləsində kreditin qaytarılmasına bank nəzarətinin xüsusi şərtlərinin əks etdirilməsi.

Xarici təcrübədə kredit xətti qeyri-şərtsiz bir hadisə sayılır və bir növ kredit müqaviləsini əvəz edir. Kredit xətti açılması yplu ilə kreditləşmənin aşağıdakı üstünlükləri vardır:

    1. daha uğurlu kommersiya perspektivi, vaxt və əlavə vəsait itkisinə yol verilməməsi;

    2. yetərincə uzun istifadə müddətinin olması;

    3. hesablaşmaların operativliyi;

    4. kredit xəttinin dəyişdirilə bilən olması;

    5. adi kredit sənədləşməsindən fərqlənməməsi;

    6. istifadəçinin eyni zamanda bütün növ kredit xəttlərindən istifadə edə bilməsi;

    7. faiz stavkasının hər bir müəssisə üçün individual olaraq onun kredit xəttinin müddətinə, hesab dövriyyəsinə uyğun olaraq hesablanması.

Iqtisadi ədəbiyyatlarda kredit xəttinin(KX) maksimal uzunluğu aşağıdakı formula ilə müəyyən edilir:

KX = (İE + Bİ + HM + DB +YM) – (KB + XV)

Burda İE – istehsal ehtiyatı,

Bİ – bitməmiş istehsal

HM – hazır məhsul qalığı

DB – debitor borcları

YM – yolda olan məhsul

KB – kreditor borcları

XV – xüsusi vəsait

Kredit xəttindən danışarkən kredit riski limiti nalayışını da unutmaq olmaz. Kredit riski limiti aşağıdakı ardıcıllıqla araşdırılmalıdır:



  1. bankın tətbiq etdiyi ən effektiv metodlarla müştərinin kreditödəmə qabiliyyəti qiymətləndirilməli,

  2. müştərinin aktivlərinin likvidliyi yoxlanılmalı, diskont edilməli və buna uyğun onun kreditödəmə sinfi(koteqoriyası) müəyyən edilməli,

  3. diskont edilmiş aktivlərin məbləğinin müəssisənin qısamüddətli öhdəliklərinə qədər azladılması yolu ilə kredit riski limiti hesablanmalı,

  4. mərkəzi bank tərəfindən müəyyən edilmiş risk limiti ilə verilmiş kreditin risk limiti uyğunlaşdırılmalı.

Hazırda üdnya praktikasında bir neçə kredit xətti formasından istifadə edilir. Bunlardan bir neçəsinə baxaq.

Yeniləşdirilə bilməyən(birdəfəlik) kredit xətti aşağıdakıları həyata keçirmək məqsədilə açılır:

  • bir və ya bir neçə müqavilə və məhsul partiyası ilə bağlı ödənişlər;

  • davamlı maliyyə-təsərrüfat əməliyyatları;

  • müəssisənin hesablaşma dövriyyəsində periodik baş verən müddətli dayanmaları(kəsilmələri) qarşılamaq.

Bu cür kredit xəttinin obyekti məhsul və xidmət istehsalı, istehsal xərcləri, əməyin ödənilməsi xərcləri və s. ola bilər. Bu halda kreditlər müəəyən qəbul edilmiş məbləğ və müddət çərçivəsində təqdim edilir.

Çərçivə kredit xətti müəyyən edilmiş müddət ərzində reallaşdırılmalı olan müqavilələr əsasında məhsul çatdırılması ödənişləri, məqsədli proqramların həyata keçirilməsi üçün ödənişlərin qarşılanması məqsədilə açılan kredit xəttidir. Bu halda hər bir hadisə üçün əsas müqavilənin tərkib hissəsi kimi ayrıca kredit müqaviləsi bağlanır.

Daimi kredit xətti(evergreen) üzrə kredit müqavilələri hər bir kredit müəssissəsində özünəməxsusuluğu ilə seçelir. Amma onalrın hər biri üçündəyişilməz olan əsas qalır – bu müqavilələrdə kreditin bağlanacağı tarix göstərilmir. Əgər bank öz vəsaitini geri almaq istəsə, kredit alan şəxsə uyğun xəbər göndərməlidir. Əks halda kredit xətti kredit alanın istifadəsində onun istədiyi qədər qalır. Xəbərdarlıqda sonra vəsaitin qaytarılma müddəti müştəri üçün məqsədəuyğun olamlıdır. Daimi kredit xətti istifadəçisinə xüsusi elastiklik verir. Banklar adətən müştəriyə vəsaiti qaytarması barədə xəbəri onun maliyyə vəziyyəti pisləşdiyi və bazarda mövqeyinin zəiflədiyi halda gödərirlər.

Bunlardan başqa praktikada silahlı kredit xətti, opsion və multi opsion kredit xəttləri və s kreditləri xəttlərindən istifadə edilir. Praktika göstərir ki, kredit xəttinin hansı formasının seçilməsini bank müəyyən etmir. Bank üçün kredit xəttinin seçilməsi yox, onun funksiyalaşdırılması daha maraqlıdr. Ölkəmizdə banklar əsasən kredit xəttlərinin funsiyalaşdırıllmasının aşağıdakı dünya təcrübəsindən istifadə edirlər:



  • kreditin açılmasının xüsusi prosesini,

  • birinci dərəcəli müştərilərlə münasibətlər, bu cür müştərilərin banka əvvəlcədən müraciət etmədən istədikləri andan kredit əldə edə bilməsi,

  • maksimal elastik daimi kredit xəttlərindən istifadə,

  • ümumi müştərilər qrupuna aid olan şəxslərə sublimitlər çərçivisndə əlverişli şərtlərin tətbiqi.

Qeyd etdiyimiz kimi dünya praktikasında kiçik biznesin banklar tərəfindən kreditləşməsində ən genişyayılmış formalardan biri də “məqsədli kredit” formasıdır. Məqsədli kreditlərin dəqiq izahı iqtisadi ədəbiyyatlarda rast gəlinmir, bu da onun hələ yeni forma kimi formalaşmasından irəli gəlir. Amma ümumi götürsək məqsədli kreditləri belə xarakterizə etmək olar ki, məqsədli kreditlər - subyektlərə onların konkret və şəxsi iqtisadi fəaliyyətlə bağlı məqsədli ehtiyaclarının ödənməsi üçün təqdim edilən kreditdir. Bir obyekt üçün müştəri bir neçə dəfə kredit ala bilər, kreditin alınma tezliyi yaranan ehtiyacdan asılıdır.

Məqsədli kreditləri digər kreditlərdən ayırmaq olduqca asandır. Onun özünəməxsus xüsusiyyətləri aşağıdakılardır:



  • müştərilərin individual tələblərinə uyğun olaraq bir neçə dəfəlik xarakter daşıyır,

  • kreditləşmə obyektinin bu və ya digər çərçivədə xüsusi ehtiyacını xarakterizə edir,

  • ayrıca ssuda hesabında əks etdirilir, hər bir kreditləşmə obyekti üçün xüsusi hesab açılır,

  • hər bir növbəti məqsədli kredit könə kreditin ödənilib qurtarmasından, müddətin bitmısindən sonra yeni açılan ssuda hesabında qeydə alınır.

Məqsədli kreditlər də digər kreditlər kimi müxtəlifliyi ilə seçilir. Buna görə də iqtisadi ədəbiyyatlarda məqsədli kreditlərin aşağıdakı qaydada təsnifləşdirilməsi aparılır:

  1. iqtisadi subyektlərin hesablaşma ehtiyacını ödəməyə yönəldilmiş kreditlər:

  • əmək haqqı ödənişləri

  • büdcə ödənişləri

  • borc öhdəliklərinin ödənməsi

  • akkreditiv və çeklərin ödənməsi

  • veksel hesablaşmaları

  1. istehsal və satış tsikllərində subyektin yaranmış ehtiyacını ödəməyə yönəldilmiş kreditlər:

  • mal-material qiymətlilərinin saxlanmasına kreditlər

  • istehsalat xərclərinin ödənməsinə kreditlər

  • qiymətli metal xammalının emalına kreditlər

  • qızıl çıxarılması xərclərinin ödənməsinə kreditlər

  • kənd təsərrüfat müəssisələrinin cari ehtiyacları üçün kreditlər

  • fövqəladə ehtiyaclar üçün kreditlər

  1. kapitalın artırılması baxımından yaranan ehtiyacın ödənilməsinə yönəldilən kreditlər:

  • cari ildə dövriyyə vəsaitinin tamalanmasına ayrılan kreditlər və s.

Kommersiya bankları üçün dünya praktikasında məqsədli kreditlərin müddəti aşağıdakı kimi müəyyən edilir:

  1. mal-material qiymətlilərinin saxlanmasına kreditlər – 30 gün;

  2. əməyin ödənilməsinə və büdcə ödənişlərinə kreditlər – 30 gün;

  3. xammalın təkrar istehsalı müəssisələri üçün kreditlər – 125 gün;

  4. cari sənaye müddətində qızıl çıxarılmasına kreditlər – 1 il;

  5. import və eksport ticarət müqavilələrinin ödənməsinə kreditlər – 180 gün;

  6. fövqəladə kreditlər – 90-120 gün.


2.4. Kiçik biznes kreditlərinin risklərinin qiymətləndirilməsi.

Kiçik biznesə yönəldilmiş bank kreditlərinin risklərinin ölçülməsinin ümumi müddəaları Azərbaycan Respublikası Milli Bankının “risklərin iadrə edilməsi standartı” adlı normativ aktına əsaslanır. Bu standartın məqsədi mövcud qanunvericiliyə və mükəmməl beynəlxalq təcrübəyə uyğun olaraq, banklarda risklərin idarə edilməsinin təşkilinə köməklik etməkdən, funksiya və prosedurlarını müəyyənləşdirməkdən ibarətdir. Hər bir bank bu Standartın müddəalarını fəaliyyəti nəticəsində üzləşdiyi risklərin növlərinə, xüsusiyyətlərinə və həcminə, həmçinin sağlam nəzarət mühitinə uyğun olaraq tətbiq etməlidir. Standartın tətbiqi əsasları aşağıdakılardır:



  • “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu;

  • Azərbaycan Respublikası Milli Bankının normativ xarakterli aktları;

  • Bank Nəzarəti üzrə Bazel Komitəsinin banklarda müxtəlif risklərin idarəedilməsi barədə sənədləri;

  • Azərbaycan Respublikasının digər Qanunları.

    Kiçik biznes kreditləri risklərinin idarə edilməsi bu standartın 2.2. nömrəli “kredit riski” bəndində öz əksini tapmışdır. Standartda kredit riskinə aşağıdakı kimi tərif verilmişdir: “Kredit riski, aktivin dəyərini itirməsinə və yaxud dəyərsiz hala düşməsinə səbəb olan, borcalanın maliyyə vəziyyətinin pisləşməsi kimi hadisəsindən (balansdankənar hadisələr daxil olmaqla) yaranan zərər ehtimalıdır”. Kredit risklərinin idarə edilməsində məqsəd, belə kredit hadisələrini aradan qaldırmaq, kredit riski təhlükəsini məqbul olan parametrlər daxilində saxlamaq, bank aktivlərinin sağlamlığını qorumaq və onlardan əldə olunacaq gəlirlərin itkilərin örtəcəyini təmin etməkdən ibarətdir. Banklar, bütün kredit portfelinin riskini, eləcə də ayrı-ayrı kreditlərdə və ya əməliyyatlarda mövcud olan riskləri idarə etməlidir. Bankın kredit siyasəti, bankın korporativ prinsiplərinə və davranış qaydalarına uyğun aydın müəyyən edilmiş, hərtərəfli düşünülmüş əməliyyat anlayışlarından, qaydalarından və kredit əməliyyatları üzrə standartlardan ibarət olmalıdır.

Kredit riskinin idarə edilməsi qaydaları başa düşülən formada aşağıdakılara aydınlıq gətirməlidir:

  • Kredit ərizələrinin qiymətləndirilməsi qaydalarına;

  • Bank tərəfindən ayrı-ayrı kreditlərinin müntəzəm olaraq təhlili, aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması üzrə qaydalara;

  • Problemli kreditləri müzakirə etmək üçün ümumi struktur və spesifik qaydalara;

  • Balansdankənar risk təhlükəsinə baxılmasına;

  • Kredit zərəri üzrə ehtiyatların yaradılmasının, kreditlərin balansdan silinmələrinin və gözlənilən həqiqi ödəmə məbləğlərinin əks etdirməsini təmin edən prosedurlara;

  • Problemli kreditlərə gündəlik nəzarət və vaxtı ötmüş kreditlərin yığılması üçün prosedurlara və təşkilati resurslara;

  • Kreditlərin, aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması ilə əlaqədar Müşahidə Şurasına təqdim olunan müntəzəm hesabatların strukturuna;

  • Zəmanətlərin davamlılığının ardıcıl surətdə giymətləndirilməsi və girovun dəyərinin qiymətləndirilməsi üçün mexanizmlərə;

  • Borc məbləğlərinin bir hissəsinin və ya hamısının (əsas və faiz məbləği) kredit müqaviləsinin şərtlərinə əsasən yığılmaması zamanı, borcun qiymətdən düşmüş kimi müəyyən edilməsi prosedurlarına;

  • Xalis satış dəyərini əks etdirmək üçün girovun qiymətləndirilməsi prosedurlarına.

Risklərin İdarə Edilməsi Komitəsi mümkün qədər ayrıca bir Kredit Komitəsi vasitəsilə müştərinin və əks-tərəfin kredit etimadının qiymətləndirilməsində, ayrı-ayrı kredit limitlərinin müəyyən edilməsində maraqlı olmalıdır. Kredit risklərinin səmərəli idarə edilməsinə nail olmaq üçün, idarə edilmənin bütün səviyyələrində aydın olan kredit risklərinin qiymətləndirilməsi və hesabat vermə üçün aydın təyin olunmuş metodologiya yaradılmalıdır.

Kreditlər təsdiqləndikdən sonra, Risklərin İdarə Edilməsi Departamenti kredit riskinə nəzarət etmək üçün məsuliyyəti üzərinə götürür. Yaxşı olardı ki, bu prosedur iki cür olsun: ənənəvi kredit risklərinin idarə edilməsi və riyazi baxımdan.

“Ənənəvi” strukturda Risklərin İdarə Edilməsi Departamenti kredit risklərinin idarə edilməsində aşağıdakı funksiyaları yerinə yetirməlidir:


  • Əks tərəfin kredit sazişinin şərtlərinə riayət etməsinə nəzarət etmək;

  • Mütəmadi olaraq müştərinin fəaliyyətindəki dəyişiklikləri qiymətləndirmək üçün onunla görüşlər təşkil etmək;

  • Davamlı olaraq kreditin yalnız kredit sazişində göstərilən məqsədlər üçün istifadə olunmasını yoxlamaq;

  • Mövcud olan bütün məlumatlar (kütləvi informasiya vasitələrinin nəşrləri daxil olmaqla) vasitəsilə müştərinin, eləcə də onun zəmanətçilərinin maliyyə vəziyyətinə nəzarət etmək;

  • Lazım gəldikdə vaxtı ötmüş kreditlərlə əlaqədar müvafiq prosedurlardan istifadə etmək.

Daha təkmilləşdirilmiş səviyyədə kredit risklərinin idarə edilməsi üçün “ənənəvi” metodla yanaşı daxili və xarici kredit dərəcəsi (reytinq) sistemlərinə, kreditin ödənilməməsi ehtimalına və yığılma dərəcəsinə əsaslanan “riyazi” metodlardan istifadə etmək olar. Bu metod fəaliyyət nəticələrinin və kapital bölgüsünün hesablanması üçün imkan yaradır.

Kredit risklərinin kəmiyyətinin təyin olunması sadəcə olaraq ayrı-ayrı müştəri üçün kreditin ödənilməməsi ehtimalının hesablanması deyildir. O, həmçinin risklərin spesifik müştəriyə və ya sənayeyə doğru konsentrasiyasını və girovun dəyərindəki dəyişiklikləri əks etdirməlidir. Bu cür məlumatlar bütün kredit portfeli və yaxud ayrı-ayrı kreditlər üzrə risklərin hesablanması məqsədi ilə təhlil edilməlıdır.



Kredit risklərini müəyyən etmək üçün aşağıdakı ölçülər hesablana bilər:

  • Qabaqcadan ödənilmə riski: bu risk müştərinin və ya əks tərəfin krediti ödəyə bilməməsi nəticəsində yaranan zərər riskidir. Bu zaman zərərin ölçüsü qüvvədə olan bazar dərəcələrindən asılı olur. Qabaqcadan ödənilmə riski, kredit ekvivalentliyi prinsipinə görə ölçülməlidir və riskin vəziyyətinin cari bərpa dəyərinin bazardakı dəyişikliklərin nəticəsi kimi müəssisənin gələcək potensial risk təhlükəsinin bəzi çoxsaylı təxminlərinin cəmini əks etdirməlidir.

  • Cari təhlükə: bu əks tərəfin bu gün krediti ödəyə bilmədiyi və vəziyyətin cari bazar şəraitində yenidənqiymətləndirilməsinə ekvivalent olduqda yaranan zərər növüdür.

  • Potensial risk təhlükəsi: əks tərəf gələcəkdə müəyyən olunmuş müddət ərzində krediti ödəyə bilmədikdə nəyin itiriləcəyini əks etdirən əməliyyatın, gələcək cari bərpa dəyərinin qiymətləndirilməsidir. Mükəmməl təcrübəyə əsasən, bu dəyər simulyasiya vasitəsilə əldə olunmalıdır və bazarın dəyişkənliyi, portfelin təsiri, əvəzləşdirmə müqavilələri, girov və digər kredit vasitələrini (zəmanətlər, akkreditivlər və s.) nəzərə almaqla, Riskə məruz Dəyərə görə bazar riski simulyasiyasına analoji olmalıdır. Nisbətən mürəkkəbləşdirilmiş alternativ təcrübəyə görə, potensial risk təhlükəsini hesablamaq üçün qiymətləndirmələrdən etibarlı istifadə oluna bilər.

  • Gözlənilən zərər, mövcud məlumata əsasən bankın üzləşəcəyi ehtimal edilən zərərlərin səviyyəsini əks etdirir.Bu, gələcək potensial təhlükənin əks tərəfin krediti ödəyə bilməməsi ehtimalı və nəzərə alınmış yığılma dərəcələri ilə riyazi ehtimaldır. Gəlirlərə tətbiq edilən kredit riski dəyəri kimi istifadə edilən gözlənilən kredit itkisi ölçüləri, bankı uzun müddətli istifadə olunan kredit zərərlərindən qorumaq üçün bir vasitədir.

  • Gözlənilməyən zərər, faktiki zərərin gözlənilən zərərdən yuxarı və ya aşağı olacağı ehtimalını əks etdirir. Gözlənilməyən zərərin səviyyəsi, müəyyən edilmiş etibarlılıq səviyyəsi çərçivəsində ən pis kredit zərərini ölçməklə qiymətləndirilir. Müəyyən edilmiş etibarlılıq səviyyəsi çərçivəsində gözlənilməyən zərərləri hasil etmək üçün kifayət risk kapitalının bölüşdürülməsi ilə gözlənilməyən zərər ölçüləri, bankı gözlənilən kredit zərərindən xeyli yüksək olan qısamüddətli zərərlərdən qoruyan vasitədir.

  • Hesablaşma riski: əks tərəfdən gözlənilən ödənilməmiş məbləğlərdir ki, burada dəyər artıq bank tərəfindən əks tərəfə göndərilmişdir. Məsələn, hesablaşma riski xarici valyuta əməliyyatları ilə və ya qiymətli kağızların sərbəst təchiz edilməsı zamanı (ödəniş qəbul edilməzdən əvvəlki təchizat) yarana bilər. Spot xarici valyuta əməliyyatları baş verdiyi halda, bu riskin saat qurşağındakı fərqlər, valyutanın ödənilməsi və onun benefisiarının hesabına göndərilməsi zamanı yaranan vaxt fərqlərinə görə meydana çıxması ehtimal edilir.

Risklərin İdarə Edilməsi Departamenti, yuxarıda qeyd olunan bütün risk ölçülərinə ayrı-ayrılıqda və ya ümumilikdə nəzarət etməli və müntəzəm olaraq müvafiq qarşı tərəf limitləri ilə müqayisə etməlidir.

Əlavə olaraq, Risklərin İdarə Edilməsi Departamenti bankın kredit riski təhlükəsi olan sənaye sahələri üzrə daima tədqiqat aparmalı, eləcə də gələcəkdə kredit problemlərinin yaranmasına gətirib çıxara bilən problemlərin ilkin əlamətlərini aşkar etmək məqsədi ilə, borc alan müəssisələrin fəaliyət vəziyyətini tədqiq etməlidir. Bu səbəbdən, həmin sənaye sahələri və ya borcalanlar üzrə mövcud və gələcək kredit riski təhlükəsinin yenidənqiymətləndirməsi tələb olunur.

Kredit risklərinin proqnozlaşdırılması kreditin daxili və xarici qiymətləndirilməsi baxımından son vaxtlar bankların idarə edilməsində mühüm əhəmiyyətə malikdir. Bu sahədə SME(small medium enterprize) kreditlərinin risklərinin ölçülməsi xüsusilə maraqlıdır. SME kreditlərin risklərinin ölçülməsində bir sıra üsullardan istifadə edlir. Tarix boyu bir sıra iqtisadçı alimlər bu sahədə müxtəlif modellər işləyib hazırlamışlar, lakin müəyyən müddət keçdikcə bu modellər öz aktuallığını itirmiş və yerini özündən sonrakı modelə vermişdir. Hazırda dünya praktikasında istifadə edilən müasir model RSF(random survival forests) modelidir. Onun tərkib hissəsi olan “Empirik Analiz” 1996-2004-cü illərdə Almaniyanın 1003 firmasının illik hesabatları əsasında bu ölkənin ən məhşur SME agentliyi sayılan “Creditform” tərəfindən hazırlanmışdır.

Almaniyada SME-lər “Bazel II”-nin şərtlərini qarşılamaq üçün müxtəlif maliyyələşmə üsullarına əl atmışlar. İndiyə qədər banklar Alamniyada SME-lərin xarici maliyyələşməsində xüsusi rol oynayırlar. Diskriminasiya modelinin kredit riskini sınamaq faydası burada düşünülməyib, çünki bu metodun istifadəsi zamanı bir sıra problemlər baş verə bilər.

Bankrotluq yaşandıqda bu təbii haldır ki, kateqoriyalardan biri faydalı və ya default kimi işarələnir və onlara uyğun olaraq 0 və 1 qiyməti verilir. Bizim məlumat bazamız ikili variantdan dəyişənləri özündə əks etdirir, bunlar Yi X1,i , X2,i ,X3,i ,X4,i ...Xp,i dəyişənləridir. Ümumiyyətlə bu ikili qruplaşdırmanın əsas məqsədi inport qiymətlərini(X) özündə birləşdirən eksport qiymətini(0<Y<1) qiymətləndirməkdir. Burada

Pr(y=1׀X)=1-Pr(y=0׀X)=f(X) (1)

qruplaşdırma prosesinin rolu proqnoz göstəricisi olan 0<ŷ<1 dəyişəninin X-in hər bir qiymətində y-in düzgün qiymət alması üçün qoyduğu qaydaya əməl etməkdir. Məqsəd X-in elə qiymətinin seçilməsidir ki, ŷ(X) minimum qiymət alsın, yəni minimum risk yaşansın:

γ(X) =L1f(X)1(y(X) = 0) + L0 (1 - f(X))1(y(X) = 1) (2)

burada L1 və L0 uyğun qruplaşdırmalar zamanı yaşana biləcək itkilərdir, f(X) (1)-dən alınana funksiyadır.

Qruplaşdırmalar zamanı yaranan riski aşağıdakı qaydada minimuma endirmək mümkündür:

yb(X)=1[f(X)≥ L0/( L0+L1)] (3)

hansı ən kiçik mümkün risk yaradır,

γb(X)=min{L1f(X), L0 [1-f(X)]} (4)

başqa qaydalarda da minimum (4) riskini almaq mümkündür. Xüsusi halda L0=L1=1 olarsa, (3) ən çox mümkün olan qruplaşmanı proqnozlaşdırmaq şansını azldır və (4) özündə saxta proqnozların müəyyən hissəsinin gözlənilə bilən olmamasını əks etdirmiş olur.

Adətən f(X) funksiyası tanış olmayan xüsusi informasiyaları yaradan proses kimi nəzərdə tutulur. Bu cür yaranan informasiya əvvəlcədən baxılan və həm daxilolma, həm də xaricolma halları nəzərə alınaan hadisələrdə olan informasiyaların birliyi formasında mövcud olur. Bu hazırlıq informasiyası riyazi ifadəsini aşağıdakı kimi tapır:

T= {yi,Xi} (5)

Bu göstərici ŷ(X׀T) risk proqnozunu hesablamaq üçün istifadə olunur. Bunu yerinə yetirən ən çox istifadə olunan misal (5)-in f(X׀T)-in (1)-ə yaxınlaşmasını formalaşdırıması və bunun (3)-də nəzərə alınmasıdır:

y(X׀T)=1{f (X׀T)≥ L0/( L0+L1)} (6)

f (X׀T)≠f(X) olarsa, onda (6) (3)-dən fərqlənir və bu özündə (4) minimum riskini əks etdirə bilmir. Adətən Y və X arasındakı funksional asılılıq aşağıdakı kimi verilir:

y = f(X) + ε { burda ε ~ L(ε׀X) } (7)

Qeyri-dəqiqlik adətən proqnoz səhvlərinin RMS(root-mean-squared əsas-orta-kvadrat) keyfiyyət göstəricisində əks olunur:

RMS(X) = √Eε{ [y - f (X׀T)]2  } (8)

E[f(X)] = ∫ f p(f׀X)df (9)

var[f(X)] = ∫[f-Ef(X)]2p(f׀X)df (10)

Burda konkretlik üçün (3)-də L0=L1=1 götürək, onda (6) başlanğıc üçün ½ qiymətini alır. (2) isə Pr(y(X)≠y) göstəricisinə qədər enmiş olur. T-ə verilmiş xüsusi qiymətdə Pr(y(X׀T)=y) (X-in proqnozlaşdırılmış ən yüksək göstəricisində) (6)-da alınmış nəticədən ya asılı olur, ya da ki yox. Asılı olduqda

Pr(y(X׀T)≠y) = Pr(yb(X)≠y) = min[f(x),1 – f(x)] (11)

Asılı olmadıqda

Pr(y(X׀T)≠y) = max[f(X),1-f(X)] = ׀2f(X) - 1׀ + Pr(yb(X)≠y) =

= ׀2f(X) - 1׀∙1[y(X׀T)≠ yb(X)] + Pr(yb(X)≠y) (12)

Ümumiləşdirsək alrıq,

Pr(y≠y) = ׀2f(X) - 1׀ ∙ Pr(y≠yb) + Pr(yb≠y) (13)

(13)-dən görünür ki, Pr(y≠y) (qruplaşdırma səhvi norması) xətti olaraq Pr(y≠yb) –dən asılıdır. Bu göstərici yol verilə bilən xətanın son həddi kimi qiymətləndirilə bilər. Gələcəkdə reallaşdırmaq üçün son həddin(Pr) f,p(f) və T göstəricilərinə necə təsir göstərdiyini hesablamaq vacibdir:

Pr(y≠yb) = 1(f<1/2)∫p(f)df + 1(f≥1/2)∫p(f)df (14)

Pr(y≠yb) = 1 – F(sign(f-1/2)∙(E(f) – 1/2)/√varf) (15)

b(f,E(f)) = sign(1/2 - f)(E(f) – 1/2) (16)

var(f) sıfırdan böyük qiymətlər aldıqda Pr (riskin son hədd norması) b(f,E(f)) aralığında artır. (16)-nın qrafik görünüşü son hədd əyrisi adlanır. Pozitiv son hədd əyrisi üçün Pr 1/2 və E(f) arasında artır. Pozitiv əyridə 0 variantı zamanı ən yüksək risk halı alınır.

Kiçik və orta biznes subyektlərinin inkişaf etmiş ölkələrin iqtisadiyyatındakı oynadıqları böyük rolu nəzərə alsaq, onlara ayrılan kreditlərin risk dərəcələrinin ölçülməsinin nə dərəcədə vacib olduöunu görmək olar. Bu baxımdan yeni “Basel Capital Accord”-da (beynəlxalq razılaşma) kiçik biznesə ayrılan kreditlərin əhəmiyyəti ilə yanaşı, onun risklərinin ölçülməsi və onalrın mümkün qədər azaldılması da ölkələr arasında qarşılıqlı razılaşdırılmışdır.

Kredit risklərinin parametrik və qeyri-parametrik xüsusiyyətlərindən bəhs edərkən onların hansı növ kreditlərin alınmasına üstünlük verilməsi baxımından araşdırılmasının da məqsədə uyğun olması diqqətdən yayınmamalıdır. Müəssisələr hər bir kredit növünə müraciət etməzdən əvvəl özləri də həmin kreditin fəaliyyət istiqaməti baxımından riskini qiymətləndirməlidirlər.

Qeyd etdiyimiz kimi kredit riskinin ölçülməsinin bir sıra modelləri işlənib hazırlanmışdır. Bu sahədə xüsusilə XX əsrin son onilliyində və XXI əsrdə Qərbi Avropanın qabaqcıl inkişaf etmiş ölkələrinin iqtisadçı alimləri və ən çox ABŞ iqtisadçılarının apardığı araşdırmalar, təklif etdikləri modellər daha maraqlıdır. Hansı modelin seçilməsi ilə kredit riskinin qiymətləndirilməsi daha məqsədəuyğun olması isə konkret iqtisadi şəraitdən asılıdır. Funksional baxımdan bu modellər bir-birindən fərqlənsələr də onların böyük əksəriyyəti eyni iqtisadi mahiyyətə malikdir.
3. Kiçik biznesin kreditləşməsində ABŞ bank təcrübəsi.

ABŞ banklarını kiçik biznesin kreditləşməsində dünyanın ən aparıcı bankalrı olduğunu söyləsək heç də yanılmarıq. Təsadüfi deyildir ki, hazırda bütün dünyada kommersiya banklarında termin kimi qəbul edilmiş “SME loans” ABŞ banklarının məhsuludur(SME loans – small and medium enterprises loans – kiçik və orta müəssisələrə kreditlər). ABŞ-da bank kreditləri dedikdə ilk olaraq SME kreditlər başa düşülür.

ABŞ banka sistemi “BAZEL II”-nin təklif etdiyi məhşur A-IRB(advanced internal rating-based) yaxımlaşması əsasında fəaliyyət göstərirlər.

ABŞ-da kommersiya bankları kreditləşmənin müxtəlif texnologiyalarından istifadə edirlər. Onlardan üçünü xüsusilə qeyd etmək lazımdır:



  1. maliyyə hesabatlarının kreditləşməsi texnologiyası,

  2. texnika-avadanlıq kreditləşməsi texnologiyası,

  3. kiçik biznes kredit təminatı texnologiyası(credit scoring technology).

Adından da göründüyü kimi maliyyə hesabatlarının kreditləşməsi texnologiyası müəssisənin maliyyə öhdəliklərinin ödənilməsi məqsədilə banklardan kreditlərin əldə edilməsidir. Texnika və avadanlıqların kreditləşməsi texnologiyası yuxarıda qeyd etdiyimiz lizinq əməliyyatları, yəni kommersiya banklarının vasitəçilik əməliyyatlarının bir forması olan lzinq xidmətini əhatə edir. Kiçik biznes kredit təmintaı texnologiyası isə bütünlükdə kiçik bizneslə məşğul olan sahibkarın üzləşdiyi hər növ maliyyə çətinliyinin aradan qaldırılması məqsədilə həyata keçirilən bank kreditləşməsi texnologiysaıdır.

Bu texnologiyalar istifadə etdikləri informasiya və resurslar baxımından fərqlənirlər. Maliyyə göstəricilərindən birinci növ texnologiyada, kəmiyyət və keyfiyyət göstəricilərindən ikinci növ texnologiyada, maliyyə vəziyyəti, tarixi və hər cür başqa informasiyalardan üçüncü növ texnolgiyada istifadə edilir.

Istifadə etdikləri informasiya və resurs baxımından bu texnologiyalar fərqlənsələr də, onlar arasında ümumi oxşarlılar da mövcuddur.

Emprik yaxınlaşmalar baxımından ölkənin banklarının təklif etdiyi SME kreditlərin çoxlu sayda fərqlərini müəyyən etmək olar. Bu fərqlər iri bankalrın daha çox sürətlə inkişaf edən, parlaq SMElərlə, kiçik banklar isə daha çox zəif SMElərlə kredit münasibətlərinə girməsində özünü göstərir.

ABŞ-ın kommersiya bankları kiçik biznes kreditləri sahəsində “Credit Scoring Models”(CS model) adlandırdıqları modellərdən daha çox istifadə edirlər. Kiçik biznes bütün bazar iqtisadiyyatlı öıkələrin iqtisadiyyatında aparıcı rola malikdir. Amma Amerika iqtisadiyyatında kiçik biznesin rolu xüsusilə əhəmiyyətilidir. ABŞ-da Kiçik Biznes Adminstrasiyasının verdiyi məulamatlara görə özəl sektorun və qeyri-kənd təsərrüfat ümumi daxili məhsulun yarısı kiçik biznesin payına düşür.

Yuxarıda adı çəkilən Credit Scoring Model bu baxımdan nəinki kommersiya bankları üçün, həm də qeyri bank maliyyə-kredit institutları üçün maraqlıdır. Bu model daha çox mikro kreditlərin verilməsini nəzərdə tutur. Belə ki, son onillikdə ABŞ-da kiçik biznesə maksimum 250 000 ABŞ dolları həcmində kredit verilmişdir ki, bu da mikro kreditlərə aid edilir.

Amerikada kiçik biznes çox-çox əvvəllər yaranmasına baxmayaraq, kiçik biznes kreditləri sahəsində tədqiqatların aparılmasına yalnız 1990-cı illərin ortalarından başlanmışdır. Bu dövrdən başlayaraq maliyyə-kredit institutları istifadəçi və biznes məlumatları toplamağa başlamış və kiçik biznes kreditlərinin qiymətləndirilməsini aparmışlar.

Kreditin qiymətləndirilməsi modeli bir növ statistik xarakterlidir və əvvəlcədən kreditə tələbin əvvəlki kimi qalacağını və ya dəyişəcəyini qimətləndirməyə kömək edir. Digər tərəfdən bu metod son onillikdə kiçik kommersiya banklarında daha geniş istifadəsini tapmışdır.

ABŞ kommersiya banklarının CS modeldən nə dərəcədə istifadə etməsi barədə məlumat toplamaq üçün hələ 1998-ci ildə “Federal Reserve Bank of Atalanta” telefonla banklar arasında sorğu keçirmişdir. Sorğuda ABŞ-ın 200-ə yaxın maliyyə institutu iştirak etmişdir ki, bunlardan 71,3%-i bank holdinqləri olmuşdur. Onlar bütün kommersiya kreditlərinin 53,2%-nin 1milyon ABŞ dollarından aşağı olduğunu qey etmişlər. Sonradan 10 bankın nəticəsi ləğv edilmiş, qalan 190 təşkilatdan 99-unun kiçik biznes kreditləri ayırdığı qeydə alınmışdır ki, bu da 52,1% deməkdir. Bu 99 təşkilatdan 62-si CS Modeldən istifadə etdiyini bildirmişdir. Kiçik biznes kreditləri ayıran təşkilatların hamısının 100 000 dollardan aşağı, 72,1%-nin 250 000 dollardan aşağı, və yalnız 21%-nin 1 milyon dollara qədər kiçik biznes kreditləri ayıra biləcəyi qeydə alınmışdır. Göründüyü kimi ABŞ-da kiçik biznes kreditlərinə olan tələbatın çox olması ilə yanaşı, onun təklifi də olduqca müxtəlif və yetərincədir. Bu da kiçik biznes kreditlərinin ilkin bazarının olduğu kimi, ikinci dərəcəli bazarının da mövcud olması ilə əlaqədardır. Kiçik biznes kreditlərinin ikinci bazarı bu ölkədə uzun müddət mövcud olmasına baxmayaraq onun inkişafı hələ tam səviyyədə deyildir. Bu, ikinci bazarda həm bank likvidliyinin zəif olması, həm də zəmanətlərin standartlaşdırılmasının çatışmazlığı ilə əlaqədardır. Bəzi kredit növlərinin məhdud ikinci bazarı Kiçik Biznes Administrasiyasının 7 nömrəli proqramı ilə təminatlanmış formada mövcuddur.

Kiçik biznes CS modelinin əhəmiyyəti onun gələcək inkişafı üçün zəmin yaradır. Gələcək inkişafı iki yolla qurmaq mümkündür:



  1. ABŞ-da bankların bu modeldən istifadəsinin artmasına şərait yaratmaq,

  2. Bu modeli təkmilləşdirə biləcək yeni innovasiyalar həyata keçirmək.

Qeyd olunanlardan görünür ki, kiçik biznes kreditlərinin qiymətləndirilməsi modelinin ABŞ bank sistemi üçün əhəmiyyəti yüksəkdir. Bu yeni 250 000 dollara qədər mikro kreditin əldə edilməsinə əsaslanan kreditləşmə texnologiyası həm kommersiya banklarına, həm də kiçik biznes subyektlərinə sərfəli bir texnologiyadır.

ABŞ banklarında müştərinin kreditödəmə qabiliyyətnin qiymətləndirilməsi metodları olduqca tez-tez dəyişir. Bu da ölkədə banka sisteminin yüksək sürətlə inkişaf etməsi ilə bağlı olan bir amildir. Amerika bankları kreditödəmə qabiliyyətinin qiymətləndirilməsində saldolu göstəricilər sistemindən istifadə edirlər. Bu göstəriclərdən, əsasən aşağıdakı dörd qrupun hesablanması daha maraqlıdır:



  1. firmanın likvidliyi;

  2. kapitalın dönərliliyi;

  3. vəsaiti cəlb edilməsi;

  4. gəlirlilik göstəriciləri.

Birinci qrupa əsasən likvidlik indeksi(İl) və örtülmə indeksi(İö) göstəriciləri aid edilir.

Likvidlik inedksi daha likvid olan vəsaitlərin uzunmüddətli borc öhdəliklərinə olan nisbəti kimi hesablanır. Likvid vəsaitlər dedidə, pul vəsaitləri və qısamüddətli debitor borcları başa düşülür. Borc öhdəliklərinə ssuda borcları, veksellər üzrə borclar, ödənilməmiş müqavilələr və s. aid edilir. Likvidlik indeksi müəssisənin yaxın gələvcəkdə banka olan borcunu operativ ödəyə biləcəyini xarakterizə edir. Bu indeks yüksəldikcə müəssisənin kreditödəmə qabiliyyəti də yüksəlir.

Örtülmə indeksi dövriyyə kapitalının qısamüddətli borc öhdəliklərinə nisbəti kimi hesablanır. Bu indeks kreditləşmənin sərhəddini, borcun örtülməsi üçün müştərinin hər növ vəsaitinin yetərliyini müəyyən edir. Əgər örtülmə indeksi 1-dən kiçik olarsa, deməli kreditləşmə sərhəddi pozulub, bu müştəriyə daha kredit vermək olmaz, o, kreditödəmə qabiliyyətinə malik deyildir.

Kapitalın dönərliliyi göstəricisi ikinci qrup göstəricilərə aid edilir. Bu göstərici dönərli aktivlərin keyfiyyətini xarakterizə edir və müəssisənin örtülmə indeksinin yüksəldilməsində istifadə edilir. Məsələn bu göstəricini ehtiyatların artırılması yolu ilə artırmış olsaq və eyni zamanda onların dönərlilik sürətini azaltsaq, müəssisənin kreditödəmə qabiliyyətinin artması barədə danışmaq olmaz.

Vəsait cəlbetmə indeksi üçüncü qrup göstəricilərdəndir. Bu göstərici müəssisənin bütün borc öhdəliklərinin aktivlərin cəminə və ya əsas kapitala nisbəti kimi hesablanır, müəssisənin borc vəsaitlərindən asılılıq dərəcəsini müəyyən edir. Vəsait cəlb edilməsi indeksi nə qədər yüksək olarsa, müəssisənin kreditödəmə qabiliyyəti bir o qədər aşağı olacaq.

Üçüncü və dördüncü qrup göstəricilər bir-birilə qarşılıqlı əlaqədədirlər. Dördüncü qrup göstəricilər müəssisənin mənfəətlə işləmə səviyyəsini xarakterizə edirlər. Bu göstəricilərə xalis mənfəətin ümumi gəlirə olan nisbəti göstəricisi, aktivlərdən mənfəət norması göstəricisi, səhmlərdən mənfəət norması göstəricisi və s. göstəricilər aid edilir. Müəssisənin borc vəsaitlərindən asılılığı artarsa, vəsait cəlbedtmə indeksi üzrə kreditödəmə qabiliyyətinin azalması mənfəətliliyin artırılması hesabına kompensasiya edilə bilər.




Nəticə.

Göründüyü kimi kiçik biznes bazar iqtisadiyyatına keçid şəraitində bütün ölkələrin iqtisadiyyatının ayrılmaz hissəsidir. Kiçik biznes olmadan bazar iqtisadi sisteminin normal təşəkkülü və inkişafı mümkün olmazdı. Dünya praktikasında olduğu kimi Azərbaycanda da kiçik biznes özəl sektorda oynadığı rol baxımından maraqlıdır.

Bu buraxılış işindən belə bir nəticəyə gəlmək olar ki, dövlətin himayəsi, dəstəyi olmadan kiçik biznesin inkişafından danışmaq olmaz. Kiçik biznesin inkişafında özəl sektor olduğu qədər də dövlət maraqlıdır. ən azından işsizliyin aradan qaldırılması baxımından dövlət kiçik biznesin fəaliyyəti və inkişafı üçün normal iqtisadi mühitin yaradılmasına borcludur.

Kiçik biznes subyektləri ilk fəaliyyət dövrlərində yetərincə maliyyə vəsaitinə malik olmadıqlarından onların maliyyələşdirilməsinin - dövlət borcları, investisiya proqramları, bank kreditləri şəklində həyata keçirilməsi məqsədəuyğundur. Belə bir nəticə ortaya çıxır ki, kiçik müəssisələrin maliyyələşdirilməsinin ən fəal iştirakçısı məhz kommersiya banklarıdır. Onların kiçik biznesin kreditləşməsində həm maliyyə vəsaitləri vasitəsilə və vasitəçilik əməliyyatı sayəsində oynadıqları rol danılmazdır.

Kreditləşmə sahəsində aparılan tədbirlərdən müəssisənin kredit ödəmə qabiliyyətinin və kredit risklərinin qiymətləndirilməsi metod və üsulları təkmilləşdirilməlidir. Azərbaycan kommersiya banklarının biznes kreditlər sahəsində təcrübəsinin yetərincə olmaması ölkəmizdə kiçik biznesin inkişafında bank kreditlərinin əhəmiyyətini yetərincə duymağa imkan vermir. Buna görə də bu sahədə dünya praktikasından istifadə edilməsi qaçılmaz hal almışdır. Hazırda ölkəmizdə daha çox alman kommersiya banklarının təcrübəsindən istifadə olunmasına üstünlük verilir. Amma dünyada daha çox ABŞ bankları bu sahədə təcrübə baxımından digər ölkələrdən irəlidədir. Bu baxımdan da ölkəmizdə ABŞ bank təcrübəsindən yararlanılması məqsədəuyğun olardı.

Əlavələr.

Əlavə N1. Kreditin verilməsi və təhlili cədvəli.


  1. Borcalan:________________________________________________________________________________________________________________________

  2. Ünvan:__________________________________________________________________________________________________________________________

3. Telefon/faks N-si:__________________________________________________

4. Banka aidiyyatı olan şəxs ( hə, ya yox. Bu şəxsin bankla əlaqəsi göstərilməli):

____________________________________________________________________________________________________________________________________

5. Müəssisənin mülkiyyət forması: _____________________________________

__________________________________________________________________

6. Fəaliyyət növü: ___________________________________________________

__________________________________________________________________

7. Təminatçı barədə məlumat (təminatçı olmadıqda «yoxdur»): _______________

__________________________________________________________________

8. Kredit barədə məlumat:

(AZN-lə)




Kreditin

Növü


Kreditin/öhdəliyin (balansarxası) məbləği

Kreditin,yaxud öhdəliyin verilmə-si tarixi

Kredi-

tin müd


dəti

Kreditin ödənməsi, yaxud balans-arxası öhdəliyin

qüvvədə


olması tarixi

Faiz

dərə-


cəsi

Milli valyuta

Xarici

valyuta





Yeni kreditlər

1.






















2.






















.






















n.

























Yeni kreditlərin cəmi






















Mövcud kreditlər

1.






















2.



















.



















n.





















Mövcud kre-

ditlərin cəmi






















Cəmi




















Yüklə 458.66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin