AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti




Yüklə 458.66 Kb.
səhifə5/7
tarix23.02.2016
ölçüsü458.66 Kb.
1   2   3   4   5   6   7

4. Digər sənədlər:

  • Borcun tutulmasına dair sənədlər (borcalanlara və onlarla əlaqədar şəxslərə ünvanlanmış məktublar, borcun tutulması tədbirlərinin nəticələri və s.).

  • Tikinti layihələrinə dair sənədlər, o cümlədən layihələrin həyata keçirilməsi haqqında hesabatlar, smetalar, faktiki xərclər, layihələrin və onun mərhələlərinin başa çatdırılmasına dair sənədlər və tikintidə aparılmış yoxlamalar haqqında hesabatlar.

  • Digər hüquqi sənədlər (məsələn, borcalana qarşı həllini gözləyən hər hansı bir iddia, yaxud borcalan tərəfindən banka qarşı qaldırılmış iddia).

  • Borcalanla yazışma.

  • Borcalanlarla telefon danışıqları haqqında (danışığın kiminlə aparılması, qısa məzmunu , tarixi və s. ) məlumat,

Bunlarla yanaşı bankdaxili qaydalarda “kreditin verilməsi və təhlili cədvəli”(əlavə N1) və “kreditin yoxlanması cədvəli”(əlavə N2) öz əksini tapmışdır.

Bankdaxili kredit qaydalarına bankın hansı İqtisadi və coğrafi məkanda fəaliyyət göstərdiyi, fəaliyyət sahələrinin təsviri, istisnalar, kreditlərin müddətinin dəyişdirilməsi, sənədləşdirməsi qarşısında digər tələblər, borcalanın fəaliyyətinə nəzarət məqsədi ilə onun iş yeri ilə tanışlıq, mübahisələrin həlli, girovun qiymətləndirilməsi, yerlərdə yoxlanması, tələb olunarsa onun sığortalanması, dəyişdirilməsi və əlavə girovun alınması, habelə müvafiq qanunlara və normativ aktlara əsaslanmalar və kreditlərlə əlaqədar digər məsələlər daxil edilə bilər.

Müasir dövrdə hamı tərəfindən qəbul edilən və praktiki həyatda özünü doğruldan maliyyə vəsaitlərinin yaranma mənbələrindən birinin də vasitəçisi kommersiya banklarıdır. Bunun üçün bank yeni sahibkarlıq fəaliyyətinə başlayan şəxslərlə təmasda maraqlı olmalı, o, k ifayət dərəcədə maliyyə ehtiyatlarına malik olmalı və eyni zamanda bu vəsaitləri uzunmüddətli kreditlər şəklində vermək qabiliyyətinə malik olmalıdırlar. Bu halda sərmayəçilər tərəfindən banka yüksək mənfəət əldə etməyin mümkünlüyünü təsdiq edən layihələr təqdim edilməlidir. Belə hal eyni zamanda banklarda yeni müştərilərin cəlb edilməsi və onların dayanıqlı maliyyə vəziyyətinə malik olması marağını oyadır. Müştərilər isə getdikcə belə əlaqələrdən yararlanaraq daha geniş çeşidli bank xidmətlərindən istifadə edə bilirlər. Bu şəraitdə banklar arasında onların inkişafını şərtləndirən rəqabət güclənir.

Yuxarıda qeyd etdiyimiz kmi kiçik biznesin kreditləşməsinin əsas mənbələrindən biri də bank kreditləridir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq müəssisələrin kreditləşmə formalarında müxtəlif dəyişikliklər baş vermişdir. Artıq “mövsümi və qeyri-mövsümi istehsalın kreditləşməsi”, “mal dövriyyəsinə görə kreditləşmə”, “hissəvi kreditləşdirmə” kimi anlayışlar öz məntiqi mövcudluğunu dayandırmışdır. Indi biznes kreditləri sahəsində yeni terminlərdən istifadə edilir. Bunlardan biri və ən geniş yayılanı – “kredit xətti qaydasında kreditləşmə” anlayışıdır.

Kredit xəttinin açılması ilə bank müştərisinin müəyyən bir razılaşdırılmış müddətdə nə qədər vəsaiti kredit şəklində istifadə edə bilməsinə uyğun olaraq ona bir növ ssuda hesabı açmış olur. Kredit xətti bankla müştəri arasında bankın müəyyən dövr ərzində müştəriyə razılaşdırılmış məbləğ limitində kredit vermə öhdəliyinin hüquqi təsdiqidir. Göründüyü kimi əsas məsələ maksimal kredit məbləğinin, yəni kredit limitinin müəyyən edilməsidir.

Ilk baxışda bu cür kreditləşmənin digərlərindən nə ilə fərqləndiyi aydın olmur. Adından bu kreditləşmə forması başqa formalardan fərqlənmir, əksinə geridə qalmış bir forma təsəvvürü yaradır. Beynəlxalq təcrübədə kreditləşmənin bu adı qəbul edilmir. Məsələn, Böyük Britaniya və Fransada bu forma overdraft, Almaniyada kontokorrent adlandırılır. Son dövrlərdə dünya praktikasında ən çox istifadə edilən kreditləşmə formaları da məhz kredit xətti əsasında kreditləşmə forması və məqsədli kreditləşmədir. Bunlar hər ikisi qısamüddətli kreditləşmə formalarıdır.



Overdraft və kontokorrent əslində kredit xətti açılması ilə kreditləşmə forması olsalar da ayrı-ayrı iqtisadi koteqoriyalardır. Onların oxşar və fərqli cəhətləri möcuddur. Oxşar cəhətlər kimi aşağıdakıları göstərmək olar:

  • Birinci səviyyəli müştərilərə təqdim edilir;

  • Formal olaraq tələbli kreditdirlər, amma praktikada yalnız daimi müştərilərə tətbiq edilir;

  • Göstərilən limitdən artıq olmayan həcmdə təqdim edilir;

  • Girov, qarantiya, zamin, material qiymətlilərlə təmin edilir;

  • Kredit müqaviləsi ilə həyata keçirilir.


Overdraft və kontokorrentin fərqli cəhətləri

Overdraft

Kontokorrent

Kreditləşmə obyektinə görə

Cari istehsal ehtiyacı

Cari istehsal ehtiyacı və kapital xərcləri

Hesablaşma hesabı ilə əməliyyatlara görə

Hesablaşma hesabı saxlanır

Hesablaşma hesabı bağlanır, vahid aktiv-passiv hesab açılır

Kreditləşmə müddətinə görə

30 günə qədər

Müddət qoyulmur

Hesablaşmaların təşkilinə görə

Hesablaşmalar hesablaşma hesabı ilə aparılır

Bütün hesablaşmalar vahid kontokorrent hesabı ilə aparılır

Müqvilə bağlanma mexanizminə görə

Müqvilə hər dəfə yenidən bağlanır, və bir kredit verilmə prosesini əhatə edir

Bağlanmış müqavilə kontokorrent müddətində bütün kreditl razılaşmalarını əhatə edir

Məqsədli kreditlərə görə

Məqsədli kreditlər təqdim edilir

Məqsədli kreditlər təqdim edilmir

Verilmə məqsədinə görə

əməyin ödənilməsi, başqa banklardan alınmış kreditlərin bağlanması üçün istifadə edilə bilməz

Göstərilən hallarda istifadə edilə bilər

Kreditin bağlanmasına görə

Hesablaşma hesabında yaradılan kredit saldosu kreditin bağlanması üçün istifadə edilir

Kredit məhsulun reallaşmasından alınan mənfəət və kontokorrent hesaba qoyulmuş vəsait hesabına bağlanır
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə