AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti




Yüklə 458.66 Kb.
səhifə4/7
tarix23.02.2016
ölçüsü458.66 Kb.
1   2   3   4   5   6   7

Birbaşa lizinq. Bu halda avadanlıq istehsalçısı özü onu liznqə verir. Bununla da tədarükçü və liznq verən qismində eyni şəxs çıxış edir. Ikitərəfli saziş baş verir. Lizinq əməliyyatlarının sayı artdığı halda istehsalçı özü liznq şirkəti yarada bilir.

Qaytarma lizinqi. Ikitərəfli liznq sazişinin bir növü olaraq qaytarma lizinqi daha geniş yayılmışdır. Onun mahiyyətibelədir: müəssisənin “gələcək liznq alan” avadanlığı var. Lakin onun istehsal fəaliyyəti üçün vəsaiti çatmır. Onda bu müəssisə liznq şirkəti tapır və öz əmlakını ona satır.lizinq şirkəti isə öz növbəsində bu avadanlığı elə həmin müəssisəyə lizinqə verir. Həm də müqavilə elə tərtib edilir ki, müqavilə müddəti bitdikdən sonra müəssisə həmin avadanlığı geri almaq şansı qalsın. Bu lizinq növü ilk növbədə maliyyə çətinlikləri ilə üzləşən müəssisələri maraqlandırır.

Ayrıca lizinq və ya əlavə maliyyə vəsaitinin cəlb edilməsi vasitəsilə lizinq. Bu, liznqin ən mürəkkəb növüdür. Belə ki, o, çoxkanallı maliyyələşdirmə ilə bağlıdır və bir qayda olaraq bahalı layihələrin reallaşdırılmasında tətbiq edilir. Onun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, lizinq verən avadanlıq alarkən onun dəyərini tam deyil bir qismini ödəyir. Qalan hissəni, o, bir və ya bir neçə kreditordan borc götürür. Bu halda liznq verən əmlakın tam dəyəri əsasında hesablanan bütün vergi imtiyazlarından istifadə etmiş olur. Daha bir xüsusiyyəti ondadır ki, lizinqə verən yerli maliyyə-kredit münasibətləri üçün çox da səciyyəvi olmayan şərtlər əsasında borc götürür. Borc alan – liznq verən kreditorlar qarşısında məsuliyyət daşımır, borc lizinq ödənişləri hesabına qaytarılır. Beləliklə, saziş üzrə əsas risk kreditorların – banklar, sığorta şirkətləri, investisya fondları və ya başqa maliyyə müəssisələrinin üzərinə düşür, borcun qaytarılmasına təminat isə lizinq ödənişləri və lizinqə verilən əmlak olur. Qərb ölkələrində lizinq sazişlərinin 85%-indən çoxu ayrıca lizinq əsasında qurulub.

Azərbaycan respublikasında da lizinq xidmətinin formaları müəyyən edilmişdir. Bu formaları aşağıdakı kimi qruplaşdırmaq olar:



  1. lizinq xidmətinin həyata keçirilməsinə yönəldilən vəsaitin mənbəyinə görə:

  • lizinq müəssisəsinin öz vəsaiti hesabına həyata keçirilən xidmət,

  • lizinq müəssisəsinin öz vəsaiti və digər mənbələrdən cəlb olunmuş vəsaitlər hesabına həyata keçirilən xidmət;

  1. lizinq haqqının tərkibinə görə:

  • əmlakın satınalma dəyəri, digər xidmət xərcləri, habelə liznq müəssisəsinin mənfəəti daxil edilməklə lizinq haqqı ödənilən xidmət,

  • əmlakın satınalma dəyəri və lizinq şirkətinin mənfəəti nəzərə alınmaqla lizinq haqqı ödənilən xidmət;

  1. lizinq müqaviləsi subyektlərinin iştirakına görə:

  • üç müxtəlif tərəfin iştirakı ilə həyata keçirilən xidmət

  • iki tərəfin iştirakı ilə həyata keçirilən xidmət.

Lizinq bir neçə funksiyanı yerinə yetirir:

  1. lizinq əsas fondlara vəsait qoyuluşunun bir formsıdır.

  2. Lizinq istehsalın maddi-texniki təminatının proqressiv metodu rolunu oynayır.

  3. Iqtisadiyyatın kənd təsərrüfatı və emal sənayesi müəssisələrində istehsal vasitələrinə mösümi tələbatın ödənməsi və məhsulların daşınmasının təşkili.

Lizinq əməliyyatlarının əsasən 3 iştirakçısı olur. Bunlar lizinqverən, lizinqalan və lizinq əmlakının göndərən(qoyan) şəxslərdir.

Lizinqverən - liznq əmlakının mülkiyyətçisidir. O, öz əmlakını digər şəxsə razılaşdırılmış şərtlərlə müvəqqəti istifadəyə verir.

Lizinqalan – bu, fərdi sahibkar kimi qeydiyyatdan keçmiş istənilən təşkilati hüquqi formada fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsdir. Onlar müqavilə ilə lizinq əmlakını məhsuldar istifadəyə alırlar.

Lizinq əmlakını göndərən – bu, maşın və avadanlıqları hazırlayan müəssisə və ya lziinq əmlakını satandigər bir hüquqi və ya fizki şəxsdir.

Dünya təcrübəsində üç qrup lizinqverən fərqləndirlir:

Birinci qrup lizinqverənlər – kommersiya bankları, onların xüsusi bölmələri və ya digər maliyyə-kredit müəssisələrindən ibarətdir. Qeyd olunanlar lizinq əməliyyatları ilə yalnız o vaxt məşğul ola bilərlər ki, bu, onların nizamnamələrində nəzərdə tutulmuş olsun.

İkinci qrup lizinqverənlərə - səhmdar cəmiyyəti və ya digər təşkilati-hüquqi formada təşkil olunan, kommersiya təşkilatı kimi fəaliyyət göstərən, özünün təsis sənədlərinə və lisenziyasına görə lizinqverən funksiyalarını yerinə yetirən lizinq şirkətləri daxildir. Lizinq şirkətlərinin təsisçiləri həm fiziki, həm də hüquqi şəxslər ola bilərlər. Lizinq şirkətlərinin aşağıdakı formaları mövcuddur:


    1. maliyyə lizinq şirkətləri,

    2. ixtisaslaşmış lizinq şirkətləri,

    3. broker lizinq şirkətləri.

Üçüncü qrup lizinqverənlər – lizinq əməliyyatlarını maliyyələşdirmək mənblərinə malik olan istənilən firma, şirkət, müəssisə və təşkilatların bölmələri, şöbələri, idarələrini əhatə edir. Belə bölmələr öz əsas fəaliyyətləri ilə yanaşı həm də lizinq əməliyyatları ilə məşğul olurlar. Çox vaxt belə bölmələr satışı stimullaşdırmaq üçün avadanlıq istehsal edən iri istehsalçılar tərəfindən yaradılır.

Banklar tərəfindən lizinq əməliyyatlarının maliyyələşdirilməsi aşağıdakı iki istiqamət üzrə aparılır:



  1. Bir lizinq əməliyyatının və ya çoxsaylı lizinq əməliyyatları toplusunun, müqavilələrin kreditləşməsi. Belə halda kreditin məbləği lizinqverənin kredit qabiliyyətindən və onun bir müştəri kimi bankla münasibətlərindən asılı olur.

  2. Öhdəliklərin əldə edilməsi. Bu, etibarlı, dayanıqlı lizinqalanların iştirakı ilə həyata keçirilən iri sövdələşmələrdə istifadə edilir. Bu halda banka lizinqverəndən onun icarədarlarının öhdəliklərini reqress üsulu olmadan alır. Burada nəzərə alınan əsas göstəricilərdən biri həyata keçiriləcək lizinq layihəsinin kredit qabiliyyətidir.

Qeyd olunan hallarda bank təminatını liznq obyekti və lizinq ödənişləri təşkil edir.

Lizinq əməliyyatlarının tətbiqinə və onun genişləndirilməsinə əsaslı şəkildə şərait yaradan onun iştirakçıları üçün müəyyən edilmiş vergi güzəştləri sitemidir. Dünya təcrübəsində liznqverənlər maliyyə lizinqi üzrə, icra müddəti üç ildən çox olmayan müqavilələr əsasında əldə etdikləri mənfəət vergisindən azad olunurlar. Eyni zamanda lizinqverənlər alınmış liznq obyektini lizinq xidməti göstərmək üçün istifadə etdikdə əlavə dəyər vergisindən və gömrük rüsumlarının bir hissəsindən və ölkəyə müvəqqəti gətirilmiş lizinq obyektindən istifadədən əldə edilən mənfəətdən vergidən azad olunurlar. Vergi güzəştləri sistemində lizinqalanlar üçün də müəyyən vergi güzəştləri nəzərdə tutulur.

Lizinqalanlar üçün lizinq əməliyyatlarının müəyyən üstünlükləri vardır:


  • xüsusi vəsaitlər yayındırmamaqla əldə olunmuş əmlakın bütölükdə kreditləşdirilməsi,

  • bu əməliyyatlarda vergiqoyma və amortizasiya ayırmaları üzrə güzəştlərin tətbiqi,

  • avadanlıqların köhnəlməsi və digər risklərin lizinqverənin üzərinə düşməsi,

  • daha çevik razılaşmanın mümkün olması,

  • çox cüzi cari məsrəflər hesabına daha çox avadanlıq, nəqliyyat və digər əmlak əldə etməyin mümkün olması,

  • girov tələb edilməməsi.

Bu üstünlüklərlə yanaşı lizinqin lizinqalanlar üçün çatışmayan cəhətləri də vardır:

  • daha yüksək dəyərə malik olması,

  • inflyasiya nəticəsində lizinq ödəmələrinin artması ilə bağlı itkilərin çoxalması,

  • əmlakın mənəvi köhnəlməsinə baxmayaraq lizinq ödəmələri həcminin müqavilə müddətinin sonuna qədər dəyişməz saxlanması.

Tərəflər arasında bağlanan lizinq müqaviləsi tərəflərin hüquq və vəzifələrini, öhdəliklərini əks etdirən hüquqi sənəddir. Hər bir tərəf müqavilədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Lizinq əməliyyatının səmərəliliyitərəflərin müqavilədə nəzərdə tutulmuş şərt və tələbləri nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Lizinq müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər:

  • müqavilə müddəti qurtardıqda,

  • icarəçi müəssisə ləğv edildikdə,

  • icarəçi və lizinq müəssisələrinin qarşılıqlı razılığı olduqda,

  • məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı ilə,

  • qarşısıalınmaz qüvvə nəticəsində əmlak məhv edildikdə,

  • qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş digər hallarda.


2.3. Kiçik biznesin kreditləşməsində bankların yeri və rolu.

Yeni yaranmış və ümumiyyətlə fəaliyyətdə olan müəssisələrin də əsas və dövriyyə fondlarının maliyyələşməsi, yeni biznesin yaradılması problemlərinin həlli mənbələrindən biri və əsası bank kreditidir. Mülkiyyət formasından asılı olamayaraq müəssisələrdə dövriyyə vəsaitlərinin çatışmazlıqlarını aradan qaldırmaq üçünmüəssisə rəhbərləri bank kreditlərinə müraciət edirlər. Bu, mülkiyyətçilər üçün ona görə sərfəlidir ki, bank onlar üçün müqavilə əsasında səmərəli variantlarda, zəmanət və ya girov əsasında, lazım olan müddətə istənilən məbləğdə vəsaitləri ayıra bilir. Beləleklə, mülkiyyətçinin pul vəsaitlərinə olan tələbatı dərhal ödənmiş olur. Buna görə də pul vəsaitlərinə ciddi tələbat olduğu dövrlərdə heç bir mənbə bank krediti kimi sərfəli şəkildə bu tələbatı ödəyə bilmir. əgər mülkiyyətçi digər mənbələrdən vəsait cəlb etmək istəsə, bu onun üçün digər ağır şərtlərin meydana çıxmasına səbəb ola bilər.

Bank kreditlərinin istifadəsi zamanı mülkiyyətçi yalnız öz arzu və istəyi ilə sərbəst hərəkət edir və bank tərəfindən edilən təklifləri müstəqil olaraq ayırd edir. Mülkiyyətçilərlə münasibətdə olarkən bank özü də maraqlı tərəf kimi çıxış edir. Bir tərəfdən bank kredit vasitəsilə maliyyələşmə prosesini apararaq ölkə iqtisadiyyatının inkişafına kömək edir, yaranan sosial problemlərin həllinin yardımçısına çevrilir. Digər tərəfdən isə mülkiyyətçi ilə qarşılıqlı razılaşma əsasında bağladığı müqaviləyə görə sərəncamında olan sərbəst vəsaitləri dövriyyəyə buraxaraq mənfəət əldə etmək üçün kommersiya məqsədlərini reallaşdırmış olur. əldə etdiyi mənfəətdən vergi ödəyərək yenə də sosial instituta çevrilir. Məhz bazar iqtisadiyyatına keçid döründə kreditin əhəmiyyəti bu mexanizm reallaşarkən özünü göstərir.

Müasir dövrdə Azərbaycanda kommersiya banklarının kredit fəliyyəti Milli Bankın müvafiq normativ aktları ilə tənzimlənir. Bunlardan ən əsası Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin 3 aprel 2001-ci il tarixli qəraı ilə təsdiqlənmiş “banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalar”dır. Bu Qaydalar «Azərbaycan Respublikasının Milli Bankı haqqında» və «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, Azərbaycan Respublikası Milli Bankının normativ aktlarına və bank əməliyyatlarının tənzimi sahəsində beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır. Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın bütün banklarında ( Azərbaycan Respublikası Milli Bankı istisna olmaqla) və xarici bank filiallarında kreditlərin verilməsi üzrə bankların daxili prosedurları barədə Azərbaycan Respublikası Milli Bankının minimum tələblərini, metodiki göstərişlərini, habelə kreditlərin mühasibat uçotunu müəyyən edir. Bu Qaydalara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir bank tərəfindən kreditlərin verilməsi üçün daxili qaydalar işlənib hazırlanmalı və bankın Müşahidə şurası tərəfindən təsdiq olunmalıdır. Təsdiq olunmuş Qaydalar bankda kredit işini hərtərəfli tənzimləməli və kredit əməliyyatları aparan zaman rəhbər tutulmalıdır. Qaydalarda kreditlərin sənədləşdirilməsi, verilməsi və nəzarətinə dair Müşahidə şurasının münasibəti, habelə bank əməkdaşlarının öz gündəlik işində rəhbər tutmalı olduqları prinsiplər aydın ifadə edilməlidir. Müstəsna hallarda qaydalardan kənarlaşmaya yol verilə bilər. Lakin bu halda kənarlaşmanın səbəbləri sənədlərlə əsaslandırılmalı və hazırlanmış bankdaxili qaydalara uyğun olaraq bankın səlahiyyətli rəhbəri ilə razılaşdırılaraq təsdiq edilməlidir.

Hər bir bankda kreditlər verilərkən ilk əvvəl səlahiyyət bölgüsü aparılmalıdır. Bankdaxili qaydalarda kreditlərin verilməsi funksiyasını yerinə yetirən bankdaxili strukturda (departament, şöbə və s.) kreditlərin məbləğindən (kredit limitlərindən) asılı olaraq kredit sifarişlərinə rəy vermək səlahiyyəti olan şəxslər (vəzifələr) müəyyən olunmalıdır. Səlahiyyətli şəxslər iş təcrübəsindən və müvafiq ştat cədvəlindən asılı olaraq seçilməlidir. Kredit limitlərindən asılı olaraq kredit sifarişinə baxmaq səlahiyyəti olan şəxslər kredit şöbəsində yüksək təcrübə və ixtisas səviyyəsinə malik əməkdaşlardan başlayaraq nisbətən aşağı səviyyəyədək müəyyən edilməlidir. Qaydalarda təcrübəsi daha az olan əməkdaşlar üçün kiçik və mürəkkəb olmayan kreditlərə rəy verə bilməsi barədə şərhlər verilməlidir. Müşahidə şurası və ya İdarə Heyəti bankın Kredit Komissiyası və ya Kredit şöbəsinin rəhbərləri üçün status və təcrübələrindən asılı olaraq daha yüksək limitlər müəyyən edə bilər. Kreditin alınması üçün banka daxil olan sifarişlərə (ərizələrə) bankdaxili qaydalara və bankın kredit siyasətinə uyğun olaraq rəy verilməli və hazırlanmış rəy əsasında müvafiq qərarın qəbul edilməsi üçün məsul olan şəxslər müəyyən olunmalıdır. Iri kreditlərin verilməsi bankın İdarə Heyətinin rəyi əsasında Müşahidə şurasının qərarı ilə həyata keçirilməlidir. Qaydalarda hesabatın hazırlanması və bankdaxili strukturlarda kreditlərin verilməsi barədə iclasların keçirilməsi və onların müddətləri müəyyən edilməlidir.

Bank kredit siyasətində müştərilərə kommersiya, daşınar və daşınmaz əmlakın alınması, dövriyyə vəsaiti üçün, kənd təsərrüfatı, tikinti, nəqliyyat və sair sahələr və məqsədlər üçün müxtəlif növ kreditlərin verilməsini müəyyən edə bilər. Bankdaxili qaydalarda verilməsi nəzərdə tutulan kredit növləri ilə yanaşı verilməsi məqsədəuyğun sayılmayan və planlaşdırılmayan kreditlər, habelə müxtəlif növ kreditlərin verilməsi üçün şərtlər müəyyənləşdirilə bilər. Bank kredit siyasətində müxtəlif növ kreditlərin verilməsi barədə qərarlar qəbul edən zaman əməkdaşlarının bilik və təcrübəsini nəzərə almalıdır.

Kreditlərin növlərindən asılı olaraq onların qaytarılması üçün maksimum müddət mütərəqqi bank təcrübəsinə uyğun olaraq müəyyən olunur. Qaydalarda kreditlərin növlərindən asılı olaraq qaytarılması üçün müəyyən olunan maksimum müddət aylarla göstərilməlidir. Kredit müqavilələrində isə kreditlərin qaytarılması qaydalarda müəyyən olunmuş müddətlərdən çox olmamaq şərti ilə kreditin məqsədindən, ödəmə mənbəyindən və real pul axınlarının müddətindən asılı olaraq müəyyən edilir. Kreditlərin növlərindən asılı olaraq onların qaytarılma müddətinin uzadılması və ya vaxtından əvvəl ödənilməsi üçün şərtlər və səbəblər müəyyən oluna bilər.

Bank təcrübəsində müddətli kreditlərin əsas və faiz məbləğləri üzrə ödənişlər adətən aylıq nəzərdə tutulur. Lakin maliyyə baxımından sağlam, yaxşı tanınmış, sabit işləyən və əvvəllər banka olan borclarını vaxtlı-vaxtında ödəyən müştərilərə veriləcək 3 aylıq və daha az ödəniş müddəti olan kreditlər, habelə altı ay və daha az ödəniş müddəti ilə tikinti və kənd təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan kreditlər barəsində fərqli şərtlər müəyyən oluna bilər.

Qaydalarda ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə kreditlərin faiz dərəcələrini müəyyənləşdirmək üçün istifadə edilən İqtisadi və bazar şərtləri, habelə müxtəlif amillər nəzərdə tutulmalıdır. Bank rəhbərləri faiz dərəcələrini müəyyən edən zaman resursların dəyərini, kreditlərə xidmət xərclərini, komisyon haqlarını, ümumi inzibati xərcləri, mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatı və yetərli miqdarda mənfəəti nəzərə almalıdırlar.

Bildiyimiz kimi bankalrın kreditvermə təcrübəsində girovdan geniş istifadə olunur. Bu baxımdan bankdaxili qaydalarda girovun götürülməsi qaydaları və girovun qiymətləndirilməsi üçün tələblər nəzərə alınmalıdır. Girovun dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət qədər olmalıdır. Bununla belə qaydalarda qeyd etmək lazımdır ki, kreditlərin qaytarılması üçün götürülən girov yeganə və əsas mənbə deyildir. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır. Qaydalarda girov götürüləcək hər bir əmlak növü üzrə dəyərin veriləcək kreditin məbləğinə olan nisbətinin məqbul əmsalları nəzərdə tutulmalıdır. Müvafiq qaydada müştərinin bankda saxlanmış depozitləri və ya dövlət qiymətli kağızları ilə təmin olunmuş kreditləri istisna olunmalıdır. Qaydalarda daşınmaz əmlakın alınması, tikintisi və istehlak məqsədləri ilə verilən kreditlər üçün borcalan tərəfindən ilkin vəsaitin qoyulması nəzərdə tutula bilər. Yəni bu növ kreditlər verilən zaman kreditləşdirilən layihə üçün borcalan tərəfindən verilən minimum maliyyə vəsaiti müəyyən olunur. Girovun qiymətləndirilməsi mövcud qanunvericiliyə və girovun götürülməsi üçün müəyyən olunmuş qaydalara uyğun aparılmalıdır. Qaydalarda götürülən girovun qiymətləndirilməsinin hansı hallarda bankın mütəxəssisi və ya kənar qiymətləndirici tərəfindən aparılması və qiymətləndirmənin qeyri-obyektiv aparılmasına görə qiymətləndiricinin məsuliyyəti müəyyən olunmalıdır. Girovla təmin olunmuş kreditlərdən dəyən zərərin minimallaşdırılması üçün girovun bazar dəyəri konservativ qiymətləndirmə əsasında müəyyən edilməlidir. Bunun əsas səbəbi verilmiş kreditlər ümidsiz kreditə çevrildikdə girovun əlverişsiz şərtlər əsasında satılması ehtimalıdır. Nəticədə bank girova görə daha az vəsait əldə edə bilər. Girovun növündən və dəyərinin kreditin məbləğinə olan nisbətindən asılı olaraq müxtəlif qiymətləndirmə metodları tətbiq olunmalıdır. Qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmalıdır. Borcalanlardan bunun üçün auditdən keçmiş hesabatların, vergi orqanlarına verilən hesabatların, pul vəsatinin hərəkəti barədə hesabatın və digər hesabatların təqdim edilməsi nəzərdə tutula bilər. Hesabatların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun təqdim olunması vacib şərt kimi müəyyən oluna bilər.

Kreditlərin təsnifləşdirilməsi əsasında kredit portfelinin keyfiyyət reytinqinin bankın iş planında nəzərdə tutulan yoxlamasınadək müəyyən edilməsi və dəyişdirilməsi, habelə kredit şöbəsi tərəfindən nəzarət olunan kreditlərin keyfiyyətinin pisləşməsi barədə bankın rəhbərliyinə hesabat təqdim etməsi məcburi şərtlər kimi müəyyən olunur. Ilkin mərhələdə borcalanların maliyyə vəziyyətinin və ya girovun vəziyyətinin pisləşməsinin müəyyən edilməsi zərərin azaldılması üçün çox mühüm amil sayılmalıdır. Banklar tərəfindən aktivlərin keyfiyyətinin müəyyən edilməsi üçün hazırlanmış reytinq sistemi Azərbaycan Respublikası Milli Bankının qaydalarına uyğun olmalıdır. Qaydalarda kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi üçün hallar və səbəblər müəyyənləşdirilməli, habelə bu qərarlar barədə müvafiq hesabatların İdarə Heyətinin və Müşahidə şurasının müzakirəsinə verilməsi tələbləri müəyyən edilməlidir (məsələn: problemli kreditlər haqqında hesabatda pisləşmənin səbəbləri, mümkün zərərlər və kreditlərin keyfiyyətinin yüksəldilməsi tədbirləri barədə ətraflı məlumat verilməlidir). Qaydalarda borcun tutulmasının icrası, sonrakı ardıcıl və daha ciddi tədbirlərin görülməsi üzrə tələblər nəzərdə tutulmalıdır. Banklarda vaxtı keçmiş kreditlərin əsassız olaraq yeni kreditlərlə əvəz edilməsi praktikası yolverilməz hesab edilməlidir. Bu halda restrukturizasiya olunmuş kreditlər istisna oluna bilər. Müştəriyə əvvəllər verilmiş kreditlər ümidsiz borclar kimi xüsusi ehtiyatlar hesabına balansdan silinmişsə, bu müştəriyə yeni kreditin verilməsi müstəsna hallarda , xüsusi şərtlərlə (məsələn: əvvəlki qaytarılmayan kreditləri tərtib edilmiş qrafik əsasında ödənilməsi şərti ilə ) və qaydada , aparılmış ciddi təhlil əsasında verilə bilməsi nəzərdə tutula bilər. Banklarda Azərbaycan Respublikası Milli Bankının qaydalarına uyğun olaraq kreditlərin təsnifləşdirilməsini və ümidsiz borcların silinməsini təmin edən bankdaxili prosedurlar müəyyən edilməlidir.

Kredit portfelinin keyfiyyətinə nəzarətdə məqsəd kreditlərlə əlaqədar problemləri və kreditin idarə olunması işindəki nöqsanları kredit verilməsi ilə məşğul olmayan əməkdaşlar tərəfindən aşkar etməkdir. Bununla bank potensial zərəri minimuma endirmək üçün kreditin verilməsinə və nəzarətinə məsul olan şəxslərə qarşı vaxtında və təsirli tədbirlər görmək imkanı əldə etmiş olur. Qaydalarda kredit portfelinə müntəzəm nəzarət edilməsi tələbi məcburi şərt kimi müəyyən edilməlidir. Nəzarətin keçirilməsi üçün məsul olan şəxslər təyin olunmalıdır. Kredit portfelinə nəzarət edən şəxslər təkcə kredit portfelinə deyil, həmçinin bütün kredit işinin təşkilinə, o cümlədən kredit sənədlərinin aparılması qaydalarına əməl edilməsinə, aparılan maliyyə təhlillərinə, kredit limitləri üzrə səlahiyyətlərə və s. qiymət verməlidir. Qaydalarda kredit portfelinə nəzarət edən şəxslər tərəfindən Müşahidə şurasına və İdarə Heyətinə aparılmış yoxlamanın nəticələri barədə hesabat verilməsi nəzərdə tutulmalıdır. Qaydalarda kreditin alınması üçün sifarişin , onun verilməsi, uçotu, monitorinqi və tutulması üçün tələb olunan sənədlərin formaları verilməlidir. Kredit dosyelərində kreditlərin verilməsi üçün tələb olunan minimum sənədlər aşağıdakılardır:



  1. Ümumi sənədlər:

  • Kreditin alınması üçün nəzərdə tutulan məqsəd, kreditin məbləği, müddəti, ödənilməsi mənbəyi (mənbələri), təklif olunan girov, borcalanın fəaliyyət növü, təşkilati-hüquqi forması və s. göstərilməklə borcalanın özünün , yaxud onun vəkalətli şəxsinin (şəxslərinin) İmzası ilə kredit sifarişi (Qaydaların 2 N-li əlavəsi).

  • Bank tərəfindən kreditin verilməsi və təhlili barədə bu Qaydaların 3 N-li əlavəsi.

  • Azərbaycan Respublikası Mülki Məcəlləsini və ya müqavilə münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə uyğun tərtib olunan kredit müqaviləsi.

  • Hüquqi şəxs olan təsərrüfat subyektinin mövcudluğunu təsdiq edən hüquqi sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri.

  • Hüquqi şəxslər üçün sonuncu ayın balans hesabatı, habelə son rübün balansı, mənfəət və zərər haqqında hesabatı, son ilin auditor tərəfindən təsdiq olunmuş maliyyə hesabatı.

  • Fiziki şəxslər üçün - aldığı əmək haqqı, tutduğu vəzifə və iş müddəti göstərməklə iş yerindən arayış, habelə əgər əlavə gəlir mənbələri varsa, bu mənbələr haqqında və əmlakı barədə məlumat.

  • Başqa banklardakı hesablarda olan vəsait qalıqları və kredit borcları haqqında məlumat, o cümlədən depozit, akkreditiv və s. hesablar haqqında məlumat. Bu məlumatlar borcalanın banka təqdim etdiyi kredit sifarişindən və ya müəyyən olunmuş digər mənbələrdən əldə edilə bilər.

  • Bank hesablarının açılması üçün Milli Bankın Qaydalarında nəzərdə tutulmuş sənədlər. Sənədlər əvvəllər müştəridən alınıbsa kredit dosyesində onların surətləri saxlanılmalıdır.

  • Vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) göstərmək-lə vergi orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsi-nin surəti (Qanunvericilik aktları ilə müəyyən olunduğu hallarda).

  • Borcalan hüquqi şəxsdirsə, kreditin alınması haqqında müvafiq qərar. Hüquqi şəxsin nizamnaməsi və ya digər daxili prosedurlardan asılı olaraq qərar onun müvafiq idarəetmə orqanı və ya müvəkkil şəxsi (şəxsləri) tərəfindən qəbul olunmalıdır.

  • Borcalan hüquqi şəxsdirsə, kredit sənədlərini İmzalamaq hüququ olan şəxsin səlahiyyətini təsdiq edən sənəd.

  • Bankın müvafiq səlahiyyətli şəxslərinin İmzası ilə kreditin verilməsi haqqında çıxarılmış qərar.

  • Bankın müvafiq bölməsi tərəfindən tərtib olunmuş kreditin yoxlanılması cədvəli (Qaydaların 4 N-li əlavəsi).

  1. Girov barədə sənədlər:

  • «Girov haqqında» Qanunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə müvafiq surətdə bağlanmış girov (ipoteka) müqaviləsi.

  • Girovun növündən asılı olaraq girov (ipoteka) müqaviləsinin dövlət qeydiyyatını təsdiq edən sənəd.

  • Girovu verən hüquqi şəxsdirsə, əmlakın girov verilməsi barədə onun nizamnaməsi ilə hüququ olan şəxsin (şəxslərin) razılığı.

  • Girov predmeti ümumi birgə mülkiyyətdədirsə bütün mülkiyyətçilərin razılığını təsdiq edən sənədlər.

  • Qaimələr, yaxud bank tərəfindən kreditləşdirilməsi nəzərdə tutulan aktivin alış qiymətini təsdiq edən digər sənədlər.

  • Azərbaycan Respublikası Milli Bankının qaydalarına müvafiq surətdə qiymətləndirmənin əsasları göstərilməklə qiymətləndirilmiş əmlakın dəyəri, qiymətləndirmə tarixi və qiymətləndirməni həyata keçirən şəxsin adı.

  • Girovun yoxlanılması haqqında hesabat: yoxlanılan girovun növü, yoxlamanın aparılma yeri və onu aparan şəxsin adı, habelə girovun qiymətləndirilməsinin nəticələri (onun saxlanma vəziyyəti və s. göstəriciləri göstərilməklə).

3. Digər təminatlar barədə sənədlər:

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər formalarında təminat verən şəxslər tərəfindən İmzalanmış müqavilə (sənəd).

  • Təminatçı hüquqi şəxsdirsə, təminatı vermiş hüquqi şəxsin nizamnaməsinin və ədliyyə orqanları tərəfindən verilmiş Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surəti.

  • Təminatçı hüquqi şəxsdirsə, onun maliyyə hesabatları.

  • Təminatçı fiziki şəxsdirsə, onun gəlir mənbəyi (mənbələri) və ödəniş qabiliyyətini təsdiq edən digər məlumatlar.
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə