AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti




Yüklə 458.66 Kb.
səhifə3/7
tarix23.02.2016
ölçüsü458.66 Kb.
1   2   3   4   5   6   7

KOSIA-SMEDA. Kiçik və orta sahibkarlığın inkişaf agentliyi (Small & Middle Enterrrises Develorment Agency) - Avropa İttifaqının TACIS proqramı çərçivəsində maliyyələşdirilən xeyriyyə cəmiyyətidir, onun məqsədi Azərbaycanda kiçik və orta biznesin inkişafına yardımdır. Agentlikdə mə`lumat almaq üçün sərfəli olan bir sıra qruplar vardır: mə`lumat qrupu (BBC), məsləhət qrupu, biznes-planların hazırlanması və tədris qrupu. Avropanın müxtəlif ölkələrindən olan yüksək səviyyəli ekspertlərlə görüşlər də mümkündür. Agentlik Azərbaycanda bizneslə məşğul olmağa maraqlı olan şirkətlərdən mə`lumat alır. Bundan əlavə, SMEDA bir sıra ölkələrdə biznes-direktoriyalara malikdir və bir çox Avropa dövlətlərindən poçt, elektron poçt və faks vasitəsilə mə`lumat ala bilir.

Məsləhət qrupları. Çox güman ki, Price Waterhouse, Ernst & Üoung, AYG Investment, Deloitte & Touche konsaltinqləri ilə danışıqlar əlavə mə`lumat gətirməyəcək. Buna görə dğnyada məşhur olan bu konsaltinq nəhənglərini günahlandırmaq lazım deyil. Onların hər biri Azərbaycanda öz dar sahələrində çalışırlar və müəyyən vaxta qədər həmin sahəni genişləndirməkdə maraqlı deyil. Çoxları dövlət sifarişlərini yerinə yetirir. Bununla belə, əgər sizə ixtisaslı işçilər lazımdırsa Price Waterhouse müraciət edə bilərsiniz. Burada pulunu üdəməklə sizə müvafiq işçilər seçə bilərlər.

Kiçik sahibkarlıq subyektlərinə dövlət tərəfindən xüsusi münasibət göstərilir, yəni onun inkişafına dövlət büdcəsindən, Sahibkarlığa Kömək Dövlət Fondundan və Dövlət Neft Fondundan vəsait ayrılır. Respublika səviyyəsində kiçik sahibkarlığa dövlət istehsalat-texniki himayədarlığının aşağıdakı istiqamətlərdə davam etdirilməsi planlaşdırılır:



  • Kiçik müəssisələrin müasir avadanlıq və texnikalarla silahlandırılması;

  • Yerlərdə və regionlarda subpodrat işləri bazarının inkişafına yönəldilən informasiya banklarının yaradılması;

  • Maşın və avadanlıqların lizinq sisteminin təşkili;

  • Kiçik müəssisələrə yeni txnologiyaların, “nou-hau” verilməsinin təşkili;

  • Kiçik sahibkarlığa himayədarlıq tədbirləri sistemində texniki məsləhətlər institutunun yaradılması;

  • Sahibkarlıq fəaliyyəti üçün kadrların hazırlanması sistemində istehsal proseslərinin idarə olunmasının əsaslarının öyrənilməsi.

Kiçik saibkarlığa himayədarlıq infrastruktur elementləri yaradılıb. “Kiçik biznesə himayədarlıq regional agentlik şəbəkəsi” yaradılmışdır ki, bu, ölkə iqtisadiyyatına xarici investisiyaların fəallığı ilə bağlıdır. Kiçik sahibkarlığa himayədarlıqda ticarət-sənaye palatası əhmiyyətli rol oynayır. Infrasturkturların yaradılması kiçik sahibkarlıq subyektlərinə aşağıdakı xidmətləri göstərməlidir: maariflənmə, konsaltinq, sığorta marketinq, informasiya, texniki- texnoloji, maliyyə və s. Bununla əlaqədar infrastruktur obyektlərinin yaradılması prosesi davam etdirilməli, yəni sahibkarlığa kömək mərkəzləri və agentlikləri, diller mərkəzləri, informasiya, məsləhət və tədris mərkəzləri, lizinq şirkətləri yaradılamsı istiqamətində işlər görülməlidir.

Kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın bu sferasında məşğul olanların sosial müdafiəsi problemləri ilə əlaqədardır. Iri müəssisələrdən fərqli olaraq kiçik biznesin subyektlərinin əksəriyyətində, xüsusilə fəaliyyətə başladıqları ilk dövrlərdə lazımı maliyyə vəsaiti və xüsusi sosial infrastrukturu olmur, istehsal-texniki silahlanma səviyyəsi aşağı olur, əməyin mühafizəsi və texniki təhlükəsizliyi məsələsi həll edilmir. Dövlət proqramında kiçik müəssisələrin işçilərinin dövlət pensiya, sosial, tibbi sığorta sisteminin islahatı nəzərdə tutulur. Sahibkarların təhlükəsizliyini və kiçik müəssisələrdə işıəyənlərin sosial müdafiəsini möhkəmləndirmək üçün müvafiq qanunvericilik bazasının formalaşdırılması, kiçik sahibkarlıq obyektlərinin qorunun saxlanmasını təmin edən firma şəbəkəsinin genişləndirilməsi üzrə işi davam etdirmək lazımdır. Hazırkı vaxtda kiçik sahibkarlıq subyektlərinin maliyyə dəstəyi mexanizmi əsasən formalaşıb. Mövcud qanunvericiliyə uyğun olaraq kiçik müəssisələr müəyyən vergi güzəştlərindən isteifadə edirlər, onlar üçün sadələşdirilmiş vergi güzəşti tətbiq olunur. Kiçik müəssisələrin vergi qanunvericiliyində nəzərdə tutulan aşağıdakı güzəştlərdən istifadə etmək imkanı vardır:



    • Vergilərdən azad olunma və ya vergi dərəcələrinin aşağı salınması;

    • Vergilərin ödənilməsində möhlət;

    • Sürətli amortizasiyadan istifadə etmək imkanı.

Hazırkı vaxtda kiçik sahibkarlığa dövlət dəstəyi ilə yanaşı qeyri-dövlət infrastrukturları da formalaşmışdır. Sahibkarlığın inkişafı dövründə ölkədə kiçik biznesə yardım edən, dəstəkləyən qeyri-dövlət strukturları yaradılıb, hansı ki, kiçik sahibkarlığın formalaşmasına daha əhəmiyyətli təsir göstərirlər. Onlardan əsasları aşağıdakılardır:

  1. Kiçik və orta biznesə kömək agentliyi. Agentlik geniş aspektli xidmətlər, o cümlədən iqtisadi, maliyyə, vergi, investisiya, xarici iqtisadi əlaqələr, gömrük siyasəti məsələləri üzrə fəaliyyət göstərir.

  2. Texniki Park Assosiasiyası kiçik sahibkarlığa innovasiya fəaliyyətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, elmtutumlu yüksək texnoloji islahatların yaradılması və sair məsələlərdə yaxından kömək edir.

Bütün qeyri-kommersiya təşkilatlarının fəaliyyəti kiçik sahibkarlığın uğurlu inkişafına və ölkə iqtisadiyyatındakı müvcud problemlərin həllinə yönəlmişdir.
2. Maliyyə resurslarının kiçik biznesə yönəldilməsi.

Kiçik biznesin maliyyələşdirilməsi mənbələrinə dövlət vəsaitləri, bankların, investisiya fondlarının və maliyyə bazarının digər iştirakçılarının vəsaitləri aid edilir. Kreditlərin alınmasında kiçik müəssisələr çox böyük çətinliklərlə qarşılaşdıqları üçün kiçik biznesə dövlət dəstəyi proqramı hazırlanmışdır.

Kiçik bizneslə böyük biznesin fərqli cəhətlərindən biri onların maliyyələşmə üsullarındadır. Belə ki, kiçik biznes əsasən daxili mənbələr hesabına, o cümlədən, müəssisənin gəlirləri, sahibkarın şəxsi vəsaiti, qohumların, dostların vəsaiti hesabına maliyyələşdirilir. Inkişaf etmiş bazar münasibətləri şəraitində kiçik biznes subyektləri üçün digər bir mənbə rolunu bank kreditləri oynayır. Bu kreditlərin alınması onların xüsusi ixtisaslaşdırılmış proqramları və dövlətin dəstəyi ilə mümkündür.

Keçirilmiş sorğuların nəticələri göstərir ki, müasir dövrdə Azərbaycan reallığında kiçik müəssisələrin daxili mənbələr hesbına maliyyələşməsi olduqca çətindir. Belə ki, sahibkarların fikrincə müəssisənin vəziyyəti pisləşdikcə onun maliyyələşməsində baş verən problelər özünü daha qabarıq biruzə verməyə başlayır. Hazırda kiçik sahibkarlığın kreditləşməsində krizis vəziyyəti yaşanmaqdadı. Kiçik biznesə ayrılan bank kreditləri minumum səviyyədədir. Biznesinə qısa və orta müddətli kreditlər cəlb etmək istəyən sahibkarların sayı azalmaqdadır. Bankları isə kiçik məbləğdə kreditlərə olan tələblər və onların geri qaytarılmasına zəmanət qane etmir. Sahibkarları böyük faiz stavkaları, kredit müddətinin qısa olması və girov tələb edilməsi kreditlərdən çəkindirir. Bununla belə sahibkarlıq hələ banklar üçün riskli sahə sayılır. Bu hər şeydən əvvəl az likvid olması baxımından istehsal sferasına aid edilir.


2.1. Kiçik biznes fəaliyyəinin maliyyələşdirilməsinin əsasları.

Kiçik biznesin xüsusiyyətlərindən danışarkən, daxili mənbələr hesabına maliyyələşmənin ayrı-ayrılıqda firmalra üçün olduğu kimi həm də ümumulikdə kiçik biznes sferasına ciddi zərər vurduğunu unutmaq olmaz. Bu, yaradılma dövründə bankrot olmaq riskinin ehtimalını, istehsalın genişlənməsində üzləşilən çətinlikləri, və nəhayət hətta ən uğurlu kiçik müəssisələrin orta və iri müəssisələr sırasına çıxması baryerini daha da artırır. Şəxsi kapitalın çatışmazlığı, prinsipial olaraq yarıca kiçik biznes subyekti üçün qeyri-adi hal deyil. Daxili maliyyələşmə mənbələrinin çatışmazlığı halı biznesin perspektiv inkişafının qarşısını alır. Xarakterik bir misala baxaq. Müəssisə bazara kapitaltutumlu bir məhsulla çıxır, bazarda bu məhsula tələbat yüksəkdir, ama bazar qiymətlərinin səviyyəsi müəssisəyə bu şərtlərlə rentabelli çalışmağa imkan vermir. Bu olduqca tipik bir haldır. Bir çox kiçik müəssisələr bazarda iştiraklarını məhz bu səbəbdən dayandırmışlar. Bu cür qeyri-rentabelli fəaliyyətlə kiçik biznes subyektləri nəinki öz fəaliyyətlərini dayandırmış olurlar, eyni zamanda onlar bazarda bir boşluq yaradırlar və bu boşluğu yalnız orta sahibkarlıq doldurmağa qadirdir. Bildiyimiz kimi orta sahibkarlıq ya iri biznesin maliyyə çatışmazlığı üzündən, ya da kiçik müəssisənin iqtisadi inkişafı yolu ilə meydana gəlir. 1ci hal daha tez-tez baş verir. Kiçik müəssisənin orta və iri müəssisəyə çevrilməsi üçün başlıca şərt yenə də maliyyələşmə mənbələridir. Bazar iqtisadiyyatına keçid şəraitində sahibkarlar daha çox ikinci yola üstünlük versələr də, heç də hamısı uğur qazana bilmirlər.

Digər bir misal, kiçik müəssisə qarşısına daxili və xarici bazarda daima texniki yenilənməni tələb edən məhsul istehsalı məqsədini qoyur. Firmada texniki vəziyyət rəqabətə dözməyə və daimi inkişaf edən, potensialda kiçik müəssisə sərhədlərini aşa biləcək biznes yaratmağa imkan verir. Amma bunun üçün birmənalı olaraq, gələcəkdə qarşılaşacaq xərclərin hamsını ödəyə biləcək ciddi daimi maliyyə dəstəyi tələb olunur. Növbəti bir hala baxaq. Bu hal daha çox innovasiya biznesi üçün tipikdir. Bir qayda olaraq, əgər firma öz işini elmi tədqiqata yönəldirsə, onun fəaliyyəti “hazırlıq – istehsalın təşkili – reallaşma” zənciri yarandığı halda gəlirli olur. Belə biznesi saxlamaq üçün ilkin maliyyələşmə lazımdır. Ilkin maliyyənin(kapitalın) sahibkarların şəxsi vəsitləri hesabına formalaşdırıldığı halda kiçik müəssisənin etibarlı fundamenti ola bilməz. Bu problemlər texnoparklar səviyyəsində öz həllini tapır. Burda innovasiya biznesinin kiçik subyektləri öz istehsallarını təcrübi olaraq həyat keçirilər, təcrübə müvəffəqiyyətli alındıqda isə bu sitehsalın reallaşması ilə böyük müəssisələr məşğul olurlar, ya da kiçik müəssisə özü vençur kapitalı cəlb etməklə öz istehsalını davam etdirir.

Sahibkarlar əldə olunan gəliri əmək haqqı ödənişi və investisyalaşdırma arasında bölüşdürməklə firmadaxili maliyyələşmə sərhədlərini aradan qaldırçağa çalışırlar. Kiçik müəssisələrin əksəriyyətində mənfəət birbaşa firma rəhbərinə çatdığından, bu proses daha sadə şəkil almış olur. Digər variant qeyri-istehsal kiçik müəssisələri üçün mümkün olan pul vəsaitlərinin dövriyyə sürətinin artırılmasıdır. Istehsal müəssisələrinin sahibləri öz fəaliyyət profillərini ticarət və vasitəçiliklə məşğul olmaqla genişləndirirlər. Ama müəssisənin maliyyə vəziyyətinin yaxşılaşması əsas məhsul bazarında rəqabətmübarizəsində vaxt itkisi hesabına başa gəlir. Bu səbəbdən də, istehsal sahəsində uğurlu biznes qurmaq istəyən sahibkarlar öz fəaliyyətlərini bu istiqamətə yönəldirlər.

Kiçik müəssisələr üçün maliyyələşmə çətinliyini azaltmaq və aradan qaldırmaq dövlət müdaxiləsi olmadan qeyri-mümkündür. Söhbət heç də büdcə vəsaitini hər istəyən sahibkara paylamaqdan getmir. Digər tərəfdən heç də hər bir mikrofirmanın kiçik, orta və iri müəssisəyə çevrilməsi vacib deyil. Ama iqtisadi inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, ilkin maliyyə kapitalı – kiçik müəssisənin ölçülərinin genişləndirilməsinin ən yaxşı şərtlərindən biridir. Daxili kapitalın perspektiv biznesə cəlb edilməsi – iqtisadioyyatın optimal strukturunun, kiçik orta və iri müəssisələrin effektiv nisbətinin təminatçısıdır. Bu məsələ dövlətin birbaşa maliyyə dəstəyi yolu ilə yanaşı, həm də sərbəst kapitalın kiçik biznesə yönəldilməsinin mexanizminin işlənib hazırlanması yolu ilə öz həllini dövlət səviyyəsində tapmış olur.

Kiçik biznesin banklar tərəfindən kreditləşməsi. Bu gün kiçik müəssisələrin, eyni zamnada hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin kreditləşməsində yeganə əsas Avropa Yenidənqurma və İnkişaf Bankının proqramıdır. Azərbaycanda bu proqram “kiçik biznesə yardım fondu” şəklində öz təzahürünü tapmışdır. Bu fond çərçivəsində kreditlərin verilmə mexanizmi belədir: AYİB Fondun timsalında Azərbaycanın kommersiya bankalrına uzunmüddətli kreditlər təqdim edir və kredit müqaviləsində bu kreditin yalnız kiçik biznes subyektlərinin kreditlə təmin olunmasına sərf edilməsi şərti ilk olaraq irəli çəkilir. Hazırda adı çəkilən bank Azərbaycanın bir neçə kommersiya bankı ilə əməkdaşlıq edir. Sahibkarlıq fəaliyyətinin yalnız bir-neçə sahəsinin kreditləşməsinə məhdudiyyət qoyulur(əsasən tütün məhsulları və spirtli içkilər istehsalı, qiymətli kağız alqı-satqısı ilə məşğul olan müəssisələr bura aid edilir). Bank kreditlərinin girovla təmin olunma şərti vençur sahibkarlığını bilərəkdən kreditdən uzaqlaşdırır. Vençur sahibkarlığı ilə məşğul olanların bir qayda olaraq istehsal sahələri, avadanlığı, şəxsi mülkiyyəti olmadığından onlar bank kreditləri ala bilmirlər. Amma əslində bu sahibkarlar digərlərindən daha çox kreditə ehtiyac duyurlar. Burda artıq kiçik biznesi kreditləşdirən qeyri-bank institutlarının fəaliyyəti başlayır.

Bank kreditlərinin alınması elə də asan bir məsələ deyildir. Bunun üçün ilk növbədə müəssisənin kreditödəmə qabiliyyəti yüksək olmalıdır. Nəinki bank kreditlərinin alınmasında, həmçinin yeni tərəfdaşların cəlb edilməsində də bu göstəricinin yüksək olamsına üstünlük verilir. Müəssisənin kreditödəmə qabiliyyətini anlaiz edərkən onun öz öhdəliklərini vaxtında yerinə yetirə bildiyi və buna hazır olub-olmadığı araşdırılır. Kreditödəmə qabiliyyətinin göstəriciləri kimi aşağıdakıları qəbul etmək olar:


  • müəssisənin iş bacarığı;

  • onun işgüzar reputasiyası;

  • gəlir əldə etmək bacarığı;

  • aktivlərə sahiblik dərəcəsi;

  • iqtisadi koyuktur vəziyyəti.

Bizdən fərqli olaraq iqtisadiyyatı güclü inkişaf etmiş qərb ölkələri kreditödəmə qabiliyyətini qiymətləndirərkən çoxlu sayda göstəricilərdən istifadə edirlər. Məsələn, Fransa bu cür qiymətləndirmədə 3 blokda birləşən göstəricilər istifadə edilir:

    1. müəssisənin balansının qiymətləndirilməsi;

    2. metodik hesablamalarla müəssisənin kredit bacarığının qiymətləndirilməsi;

    3. mərkəzi bankın məlumat katotekasında olan qiymətləndirmələrdən istifadə.

Müəssisənin qiymətləndirilməsində Fransa bankları aşağıdakılarla maraqlanırlar:

  • müəssisənin fəaliyyətinin xarakteri və onun funksionallaşdırılamsı müddəti;

  • istehsal faktorları:

    1. əmək resursları,

    2. istehsal resursları,

    3. maliyyə resursları,

    4. iqtisadi mühit.

Analiz zamanı balansın aktivində 3 bölmə fərqləndirilir:

  • nağd pul,

  • cəlb olunmuş vəsaitlər,

  • dönərli vəsaitlər.

Balansın passivi isə daimi resurslara, kreditor borclarına, nağd pul vəsaitlərinə bölünür. Müəssisənin fəaliyyətinin nəticələri aşağıdakı göstəricilərlə müəyyən edilir:

    1. ümumu kommersiya gəliri(Ükg = G - Qhm)

    2. əlavə dəyər(ƏD = Ükg - Xi)

    3. ümumi istismardan gəlir(Üig = ƏD – Əx – Əv - Mö)

    4. özünü maliyyələşdirməyə sərf oluna biləcək mənfəət(Möm = Üig – Mb - Vm)

    5. xalis mənfəət(Mx = Möm ± Tg,x – Aə)

yuxarıda G-satışdan gəlir, Qhm-hazır məhsulun qiyməti, Xi-istismar xərcləri, Əx-əməyin ödənilməsi xərcləri, Əv-əməyin ödənilməsindən vergilər, Mö-məzuniyyət ödənişləri, Mb-bölüşdürülən mənfəət, Vm-mənfəətdən vergi, Tg,x-təsadüfi gəlir(xərc), Aə-əmlakın amartizasiyası.

Fransa banklarının ən geniş istifadə etdiyi metodika “Credit Lione” adlanan 5 koofisentli metodikadır:

Üig

К1 = -------

ƏD
Maliyyə xərcləri

K2 = ----------------------

ƏD

Illik kapital qoyuluşları



К3 = ------------------------------

ƏD
Uzunmüddətli öhdəliklər

К4 = -------------------------------

ƏD
Nağd pulun xalis saldosu

К5 = --------------------------------

Dövriyyə
Hər bir koofisent 4 ballıq sistemdə qiymətləndirilir. Ümumi nəticə ballara əsasən qəbul edilir. Balların cəmi müəssisənin kreditödəmə qabiliyyətinin səviyyəsini müəyyən edir. Hər bir koofisent üzrə müəssisənin reytinqi formalaşdırılır. Bundan sonra ümumi bala görə ödəmə qabiliyyəiə uyöun müştəri sinfi seçilir.



B = Ri Si ,burda B - balların cəmi,

Ri - i göstəricisinin reytinqi,

Si – i göstəricisinin sinfi.

Kiçik biznes müəssisələrini müqavilələr əsasında maliyyələşdirən müəssisələr üçün, onların partnyorları üçün müəssisənin bir sıra göstəriciləri ilə tanışlıq maraqlı olur. Əslində onları da banklar kimi müəssisənin ödəmə qabiliyyəti maraqlandırır. Amma partnyorlar üçün müəssisənin borc vəsaitini qaytara bilməsi ilə yanaşı, onun maliyyə dayanıqlığı, maliyyə sərbəstliyi, xüsusi vəsaitləri hesabına manevretmə bacarığı, da maraqlandırır. Müəssisənin maliyyə dayanıqlığı müəssisənin aktivlərinin vəziyyəti və tərkibi ilə, onların apssivlərlə örtülmə mənbələri ilə xarakterizə edilir. Müəssisənin maliyyə dayanıqlığı göstəriciləri iki qrupa bölünür:



  1. dövriyyə vəsaitinin vəziyyəti göstəriciləri:

  • material ehtiyatlarının xüsusi dövriyyə vəsaitləri ilə örtülməsi,

  • xüsusi vəsaitlərin manevretmə dərəcəsi.

  1. əsas vəsaitlərin vəziyyəti göstəriciləri:

  • daimi aktiv indeksi,

  • uzunmüddətli borc vəsaitlərinin daxil edilməsi dərəcəsi,

  • köhnəlmələrin yığılma dərəcəsi,

  • mülkiyyətin real dəyəri dərəcəsi.

Bunlardan başqa müəssisənin maliyyə müstəqilliyini xarakterizə edən digər bir göstərici, borc və xüsusi vəsaitlərin qarşılıqlı əlaqə dərəcəsi göstərcisindən də istifadə edilir.

Material ehtiyatlarının xüsusi dövriyyə vəsaitləri ilə örtülməsi göstəricisi xüsusi dövriyyə vəsaitinin material ehtiyatlarına nisbəti kimi hesablanır. Bu göstərici daha çox material ehtiyatlarının səviyyəsindən asılıdır. O, lazımi miqdardan çox olarsa, xüsusi döriyyə vəsaitləri onun yalnız bir hissəni qarşılaya bilər. Göstəricinin vahiddən aşağı olması müəssisənin maliyyə dayanıqlığının zəif,1-dən böyük olması isə əksinə yaxşı olmasını göstərir.

Xüsusi vəsaitlərin manevretmə dərəcəsi göstəricisi müəssisənin xüsusi dövriyyə vəsaitlərinin onun cəmi xüsusi vəsaitlərinə nisbəti kimi hesablanır, müəssisənin fəaliyyətinin xarakterindən asılıdır. Müəssisənin xüsusi dövriyyə vəsitinin cəmi xüsusi vəsaitdə payının yüksək olması, onun ümumi dövriyyə vəsaitlərinin tərkibində də xüsusi vəsaitlərin yüksək paya malik olması ilə nəticələnir ki, bu da müəssisənin maliyyə dayanıqlığını artırmış olur.

Daimi aktiv indeksi müəssisənin xüsusi vəsaitlərində əsas vəsaitlərin və qeyri-dövriyyə aktivlərinin payını göstərən bir göstəricidir. əgər müəssisə uzunmüddətli borclardan və kreditlərdən istifadə etmirsə, onda son iki göstəricinin cəmi 1-ə bərabər olar. Ümumiyyətlə isə bu göstəricilərin cəmi bərabərdir:

Km + Ka = 1+ (Uzunmüddətli Kreditlər/Xüsusi Vəsait)



Uzunmüddətli kreditlərin xüsusi vəsaitlərə olan nisbəti uzunmüddətli borc vəsaitlərinin cəlb edilməsi indeksidir. Bu göstərici xüsusi vəsaitlərin manevretmə indeksini artırmaqla bərabər, istehsalın genişləndirilməsinə də təsir edir.

Borc vəsaitlərinin və xüsusi vəsaitlərin nisbtəri göstəricisi adından da göründüyü kimi, borc vəsaitlərinin xüsusi vəsaitlərə olan nisbətini əks etdirir. Gəstərici müəssisənin borc vəsaitlərindən asılılığını əks etdirir. O, müəssisədə hansı vəsaitlərin(xüsusi yaxud borc vəsaitlərinin) daha çox olamsını göstərir. Göstərici 1-dən çox olduqda müəssisənin borc vəsaitlərindən asılılığı artır, bu isə müəssisənin maliyyə dayanıqlığının zəif olamsını göstərir. Fərz edək ki, asılılıq dərəcəsi hər bir müəssisəsnin fəaliyyətindən və ilk növbədə dövriyyə vəsaitlərinin sürətindən asılıdır. Bu zaman material dövriyyə resurslarının sürətini və cari müddətdə debitor borclarını da nəzərə almaq lazımdır. Əgər debitor borcları dövriyyə material resurslarından sürətli hərəkət edirsə, bu, müəssisənin hesabına yüksək məbləğdə pul vəsaitinin daxil olmasını göstərir, və nəticədə müəssisənin xüsusi vəsaiti artmış olur. Material dövriyyə vəsitlərinin dövretmə sürəti və debitor borclarının sürətinin artması öz növbəsindən borc vəsaitlərinin xüsusi vəsaitlərə nisbəti göstəricisinin 1-dən yuxarı qalxmasına gətirir. Bu östəricinin müəssisə üçün normal qiymətini hesablamaq üçün onu müəssisənin ehtiyatlarının xüsusi dövriyyə vəsiti ilə örtülməsi göstəricisi ilə müqayisə etmək lazımdır. Əgər sonuncu göstərici yüksəkdirsə, onda demək ehtiyatlar əsasən xüsusi vəsaitlər hesabına örtülür, borc vəsaitləri isə debitor borclarının bağlanmasına yönəlmişdir.

Kiçik sahibkarlığa yardım fondları. Bu fondlar qeyri-kommersiya təşkilatları olub kiçik biznesə dəstək ola biləcək və onun inkişafını təmin edə biləcək proyekt, proqram və tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılır. Kiçik sahibkarlığa yardım fondaları hüquqi şəxslərdir. Bu fondların əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

  • Dövlətin dəstəyi ilə bazar rəqabəti şəraitində kiçik biznesin inkişafına yönəldilən məqsədli proqram və layihələri reallaşdırmaq üçün vəsaitlər cəlb edir və onalrın effektiv istifadəsini təmin edir;

  • Dövlət, regional, sahələrarası və munisipial biznes inkişaf və dəstək proqramlarının reallaşdırılmasında, iqtisadiyyatın monopoliyalaşmasınnı qarşısının alınmasında, bazar rəqabətinin yaranması və güclənməsində, məhsul bazarının təmin edilməsində, ekspertiza və konkursların işlənməsində və həyata keçirilməsində iştirak edir;

  • Kiçik sahibkarlığa xidmət edən və onun inkişafını təmin edən bazar infrastrukturunun yaradılmasında iştirak edir;

  • Sahibkarlıq strukturlarının innovasiyon fəaliyyətinin dəstəklənməsini, prinsipcə yeni növ və çeşiddə məhsul istehsalını, yeni texnika və texnologiyaların tətbiqinin stimullaşdırılmasını təmin edir;

  • Yaranmış rəqabət mühitində prioritet istiqamətdə fəaliyyət göstərmək və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək məqsədilə milli və xarici investisiyaların cəlb edilməsini təmin edir;

  • Qanunvericilik aktlarının tətbiqi və vergilərlə bağlı olan suaalların cavablandırılması məqsədilə konsultasiyalar təşkil edir.

Hazırda fəaliyyət göstərən az sayda kiçik sahibkarlığa yardım fondları qanunda olan boşluqdan dolayı bir növ kredit təşkilatı funksiyasını yerini yetirir. Kiçik biznesə dəstək fondalrı bu baxımdan güzəştli kreditlər verir, faizsiz borclar təqdim edir, lazım gəldikdə rəqabət mühitini gücləndirmək üçün vergi orqanı, zamin, qarant rolunda da çıxış edə bilirlər.
2.2. Lizinq kiçik biznesin kreditləşməsinin bir forması kimi.

Həm maşın, avadanlıq və digər malların idxalı, həm də hazır məhsulun ixracı kimi müxtəlif xarici iqtisadi əməliyyatların maliyyələşdirilməsi alətlərindən biri də lizinqdir. Lizinqdən istifadənini öz üstünlükləri vardır. Çünki müasir texnologiya bazasında istehsalın yenidən qurulması və beynəlxalq bazarın ən ciddi tələblərinə cavab verən məhsulun istehsal edilməsi üçün əməkdaşlığın bu formasında xarici valyutada iri vəsaitlərin əvvəlcədən ayrılması tələb olunmur. Ilk mərhələdəki bütün xərcləri lizinq şirkəti özü ödəyir. Lizinq götürülmüş avadanlıqda istehsal olunana məhsulun ixracından sonrakı ödəmə formalarından biri kimi istifadə oluna bilər. Lizinq əməliyyatları kommersiya banklarının apardığı vasitəçilik əməliyyatlarının bir formasıdır. Lizinq bəzi əlamətlərinə görə bank kreditləşməsinə oxşayır. Lizinqə kreditləşmənin spesifik bir forması kimi də baxmaq olar. Məhz elə lizinqin kreditləşmə ilə oxşar olmasına görə, o, kommersiya banklarının maraq dairəsindədir.

Lizinq ideyası yeni bir ideya deyil. Bəzi tarixçilər hətta sübut etməyə çalışırlar ki, eramiızdan əvvəl qədim Şumer dövlətində lizinq sövdələşmələri bağlanırdı. Venesiyada XI əsrdə lizinq sövdələşmələri həyata keçirilirdi: venesiyalaılar tacirlərə və ticarət gəmilərinin sahiblərinə o vaxtlarçox baha olan lövhələri icarəyə verirdilər. Dəniz səyahətinin sonunda lövhələr sahiblərinə qaytarılırdı ki, yenidən icarəyə verilsin. Hesab edilir ki, lizinq sözü XIX əsrin son rübündə istifadəyə başlanıb və o vaxt telefon istehsal edən BELL şirkəti istehsal etdiyi telefonları satmaq əvəzinə icarəyə verməyi qərara alır.

Lizinq ideysaının nə vaxt formalaşmasından asılı olamayaraq onun formalaşması üçün güclü impuls ilk lizinq cəmiyyətinin yaradılması və lizinqin həmin cəmiyyət üçün əsas fəaliyyət obyektinə çevrilməsi olub. Həmin cəmiyyəti 1952-ci ildə San-Fransiskoda Amerika şirkəti “United States Leasing Corporation” təsis edib. Bundan sonra lizinq az bir vaxtda iqtisadi fəaliyyətin əsas alətlərindən birinə çevrildi. Öz xidmələrini təqdim edən yeni çirkətlər bir-birinin ardınca meydana gəlirdilər. Lizinq sazişləri şərtlərinin modifikasiyası sayəsində investisiya vəsaitlərinin alınmasının ən müxtəlif variantları mümkün olurdu. Həmin cəmiyyətlər sonralar “maliyyə-lizinq cəmiyyəti” adını aldılar. Bu cəmiyyətlər istehsalçılar üçün məhsulun icarəyə verilməsi vasitəsilə çəhsulların satış yollarının tapılması vəzifəsini, eləcə də sazişlərin maliyyələşdirilməsi və bunlarla bağlı risləri öz üzərlərinə götürmüş oldular.

Avropa bazarlarında ilk maliyyə-lizinq cəmiyyəti XX əsrin 60-cı illərində meydana gəlmişdir. Əvvəllər iş çox çətin irəliləyirdi. Mülki, ticarət və vergi qanunvericiliyi baxımından lizinq əməliyyatlarının qeyri-müəyyən statusu onların sürətlə artmasına səbəb olurdu. 70-ci illərin əvvəllərində alman dilli ölkələrin qanunvericiliyndə lizinq sazişlərinin hüquqi statusunun təsbit olunması öz əksini tapdıqdan sonra Avropa iqtisadiyyatında investisiyaların planlaşdırılması və maliyyələşdirmə sahəsində bu amilin əhəmiyyəti kəskin artdı.

Liziq üçün səciyyəvi olan əsas xüsusiyyətlər aşağıdakılardır:



  1. əmlak və onun istehsalçısının seçelməsi kimi müstəsna hüquq istifadəçiyə məxsusdur;

  2. əmlak satıcısı xüsusi olaraq əmlakın lizinqə verilmək üçün alındığını bilir;

  3. əmlak mülkiyyətçinin yanından ötərək birbaşa istifadəçiyə verilir və istifadəçinin istismarına götürülür;

  4. əmlak istifadəçisi nöqsan aşkar etdikdə öz iradlarını müliyyətçiyə yox, heç bir əlaqəsinin olmadığı satıcıya birbaşa yönəldir;

  5. lizinq verən əmlakı şəxsi istifadə üçün yox, xüsusi olaraq onu müvəqqəti istifadəyə vermək üçün əldə edir;

  6. lizinq müqaviləsinin bütün müddəti ərzində əmlak lizinq verənin mülkiyyəti olaraq qalır;

  7. əmlak mülkiyyətçisi onu müvəqqəti istifadəyə verdiyi üçün mükafat alır;

  8. əmlak istifadəçisisn vaxtından əvvəl və ya müqavilə bitdikdən sonra onu öz mülkiyyətinə almaq hüququ var.

Bazarda azad dövriyyəsi qadağan olunan əmlakdan başqa mövcud təsnifata görə əsas vəsaitlərə aid edilən daşınar və ya daşınmaz əmlak lizinq obyekti ola bilər. Lizinq obyektindən asılı olaraq avadanlıq və daşınmaz əmlak lizinqi fərqləndirilir. Yüksək qiymətinə, gerçəkləşmə orosesinin mürəkkəbliyinə, hazırlığın uzunmüddətli olmasına görə daşınmaz əmlak lizinqi ölkəmizdə çox az inkişaf edib. Bunu xarici təcrübədə də az-az görmək mümkündür. Ölkəmizdə və xarici ölkələrdə avadanlıq lizinqinin payına bütün lizinq ödənişlərinin əsas hissəsi düşür. Xüsusi olaraq müvəqqəti istifadəyə vermək üçün əmlak əldə edən şəxs - əmlak mülkiyyətçisi(lizinq verən), əmlakı müvəqqəti istifadəyə alan şəxs - əmlak istifadəçisi(lizinq alan), lizinq obyekti olan əmlakı satan şəxs - əmlak satıcısı lizinqin subyektləridir. Lizinq fəaliyyətini, yəni xüsusi olaraq lizinq üçün alınmış əmlakın müqavilə üzrə lizinqə verilməsini gerçəkləşdirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan və fərdi sahibkar kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaş lizinq verən ola bilər. Hüquqi şəxs qismində nizamnaməsində lizinq fəaliyyəti nəzərdə tutulmuş banklar və digər kredit müəssisələri; lizinq şirkətləri – yalnız sazişin maliyyələşməsi üzrə ixtisaslaşan maliyyə və ya maliyyə xidmətlərindən başqa həm də lizinq əməliyyatlarının gerçəkləşdirilməsi ilə bağlı başqa növ xidmətlər göstərən universal şirkətlər; təsis sənədlərində yetərincə maliyyə vəsaiti olan lizinq fəaliyyəti nəzərdə tutulmuş istənilən firma çıxış edə bilər.

Dünyanın bir çox ölkələrində lizinq istifadə olunur və sahibkarlıq fəaliyyətinin təşkilinin ən məqsədyönlü üsulu sayılır. Azərbaycan Respubliksaında isə lizinqin müəyyən aktivliyinə baxmayaraq hələlik yalnız onun inkişafının yolu və formaları müəyyən edilir. Çoxlu sayda müəssələrin istehsalın texniki silahlanmasına və intensivəşdirilməsinə iri həcmdə maliyyə vəsaitləri yönəltməyə imkanı olmadığı bir şəraitdə böyük vəsait cəlb etməyə imkan verən lizinqin rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsini zəruri edir. Lizinq sahibkarlığının istənilən sahədə müvəffəqiyyəti onun məzmununu və spesifik xüsusiyyətlərini düzgün başa düşməkdən, xüsusən bu mexanizmdən düzgün istifadə etməkdən çox asılıdır. Bununla əlaqədar olaraq lizinqin mahiyyətini, onun təbiəti və potensialı, prinsipləri və təşkilati formaları açıqlanmalıdır. Yalnız lizinq sistemində qurulmuş iqtisadi mexanizm və üstünlüklərin öyrənilməsi praktiki sahibkarlıq fəaliyyətində ondan geniş istifadəyə geniş imkan verə bilər. Lizinqdə təcəssüm edən münasibətlərin mürəkkəbliyi onun mahiyyəti və mənşəyini müəyyən edir.

Lizinq əməliyyatları özünün hüquqi əsasını Mülki Məcəllə, Vergi Məcəlləsi və digər qanunvericilik aktlarında tapmışdır. Azərbaycan Respublikası MDB dövlətləri arasında lizinq haqqında qanun qəbul etmiş ilk dövlətdir. Qanun qəbul edildiyi zaman liznq münasibətləri hələ formalaşmamışdı, işgüzar dairələrin lizinqin nə olması barədə kifayət qədər təsəvvürü yox idi. Lakın hamı başa düşürdü ki, qüvvədə olan “lizinq xidməti haqqında” qanun daha çox nəzəri xarakter daşıyır. Mülki Məcəllənin qəbul edilməsi ilə lizinq qanununun bir sıra müddəalarının qüvvədən düşməsi ölkə prezidentinin yeni qanun layihəsi hazırlanması barədə göstəriş verməsinə gətirmişdir, ama yeni hazırlanmış layihə Milli Məclisə müzakirəyə çıxarılmamaışdır. 2003-cü ilin avqustunda sözü gedən qanun qüvvədən düşmüş, Mülki Məcəllənin lizinqi tənzimləyən 38-ci fəslinə isə yeni 18-ci maddə əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, qanunvericiliyə edilən əlavə dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır və müsbət xarakter daşıyır. Lakin bəzi ziddiyyət və çatışmazlıqlar hələ də mövcuddur. Hazırda Azərbaycan Respublikasında lizinq yalnız Azərbaycan Respublikasının Mülik Məcəlləsi ilə tənzimlənir. Lizinq Mülki Məcəllənin “lizinq” adlandırılan 38-ci fəasli, bu fəasillə tənzimlənməmiş hissəsində isə 33 – “əmlak kirayəsi” və 34-cü - “icarə” fəsilləri ilə tənzimlənir. 2001-ci il yanvar ayının 1-də qüvvəyə minmiş Vergi Məcəlləsində “maliyyə lizinqi” adlı 140-cı maddə vardır.

Qeyd etdiyimiz kimi Mülki Məcəlləyə edilən dəyişikliklər yalnız müsbət xarakterli dəyişikliklərdir. Burada lizinq sahəsində daha çox təcrübəyə malik olan ölkələrin(əsasən Rusaiya Federasiyasının) praktikasından istifadə edilmişdir. Lakin bununla yanaşı hələ də bəzi normaların təkmilləşdirilməsinə ehtiyac qalır. Məsələn, lizinq Mülki Məcəllənin 38-ci maddəsi ilə tənzimlənməsinə baxmayaraq burada onun özünün izahı verilməmişdir. Hazırda ölkəmizdə lizinqin xidmət və ya fəaliyyət növü olması məlum deyil.

Mülki Məcəllənin müddəalarına görə, lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilədə şərtləşdirilmiş müddətə lizinq alanın istifadəsinə verməyə borcludur. Bundan əlavə Mülki Məcəllədə lizinq müqaviləsi, onun mahiyyəti, müqavilənin forması, müqavilədə göstərilməli olan məcburi rekvizitlər, tərəflərin məsuliyyəti öz əksini tapmışdır. Lizinq müqaviləsi yazılı formada bağlanaraq orada əmlakın tam qiyməti, lizinq haqqının məbləği və ödənilməsi müddətləri, son haqq-hesab məbləği və ya müqavilə vaxtından əvvəl bitərsə, haqq-hesab məbləğinin hesablanması qaydası göstərilir.

Ümumuiyyətlə götürdükdə lizinq 2 əsas formada mövcuddur:



  • qısamüddətli liznq(cari lizinq);

  • uzunmüddətli lizinq(maliyyə lizinqi).

Qısamüddətli liznq zamanı lizinq müddəti başa çatdıqdan sonra əmlak liznq verən tərəfin mülkiyyətinə qaytarılır. Maliyyə lizinqində isə müqavilə müddəti başa çatdıqdan sonra əmlak müəyyən şərtlər daxilində liznq alanın mülkiyyətinə keçir. Mülki Məcəllədə göstərilir ki, lizinq müqaviləsi başa çatdıqdan sonra lizinq alan tərəfə əmlakı əldə etmək hüququ verilə bilər.

Bütün dünyada qəbul edilmiş əsas liznq növləri – maliyyə lizinqi və operativ lizinqdir, belə bölünmə üçün meyar isə avadanlığın istismar müddəti və lizinq verənin vəzifələrinin həcmidir. Operativ lizinq lizinq müddətinin əmlakın normativ xidmət müddətindən qısa olması və lizinq ödənişlərinin əmlakın tam dəyərini ödəməməsi ilə səciyyələnir. ona görə də liznq verən bir əmlakı bir neçə dəfə müvəqqəti istifadəyə verməli olur. Onun üçün lizinq obyektinin qalıq dəyərinin ödənilməsi riski artır. Maliyyə lizinqi əmlakın dəyərinin tam ödənilməsi şərti onun istifadəyə verilməsini nəzərdə tutur. Bu halda əmlakın müvəqqəti istifadə müddəti davamlığına görə istismar müddətinə və əmlakın dəyərinin bütün və ya çox hissəsisnin amortizasiya müddətinə yaxınlaşır. Müqavilə müddətində liznq verən lizinq ödənişləri hesabına əmlakın bütün dəyərini özünə qaytarır və lizinq sazişindən mənfəət əldə edir. Maliyyə lizinqində, bir qayda olaraq, texniki xidmət və sığorta üzrə öhdəlik lizinq alanın üzərinə düşür.

Verilən əmlakın xidmət həcminə görə lizinq “təmiz” və “yaş” lizinqə bölünür. Təmiz lizinqdə əmlaka bütün xidmətlərin göstərilməsini icarəçi öz üzərinə götürür. Ona görə də bu halda avadanlığa xidmət göstərmə xərcləri liznq ödənişlərinə daxil edilmir. Bu lizinq növü maliyyə liznqinə daxildir. Yaç lizinqdə avadanlığa məcburi texniki xidmətin göstərilməsi, onun təmiri, sığortası və lizinqə verənin üzərinə düşən başqa əməliyyatlar nəzərdə tutulur. Demək olar ki, yaş lizinq operativ liznq üçün səciyyəvidir.

Bizim ölkədə liznq xidmətləri bazarı hələ yarnmayıb, lizinq obyektlərinə keyfiyyətli texniki xidmət göstərən lizinq şirkətləri əməli olaraq yoxdur. Bununla əlaqədar olaraq lizinqin ən çox yayılmış növü təmiz liznqdir.

Lizinqin aşağıdakı növləri də mövcuddur:

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə