AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti




Yüklə 458.66 Kb.
səhifə2/7
tarix23.02.2016
ölçüsü458.66 Kb.
1   2   3   4   5   6   7

1.2. Kiçik biznesin subyekti.

Kiçik biznesin subyektləri həm fiziki şəxslər və həm də hüquqi şəxslər ola bilər. Fiziki şəxslər həm ayrılıqda kiçik biznesin 1 hissəsi kimi, hım də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərərək kiçik biznesin subyektinə çevrilir. Fiziki şəxslərin sahibkarlıq faliyyəti ilə məşğul olmaq hüququ Azərbaycan Respublikasının Konstitusuyasında öz əksini tapmışdır. Vətəndaşların hüquq və vəzifələri hər şeydən əvvəl qanunlar və başqa hüquqi aktlarla nəzərdə tutulmuş əsasların nəticəsidir.

Insan hüquqları fərdi sahibkarın imkanlarının genişlənməsinə imkan verir. Ama hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların fəaliyyəti də hüquqi şəxslərin fəaliyyətini tənzimləmək məqsədi ilə qəbul edilən qanunlar və qanunvericilik aktları ilə tənzimlənir. Bu onu göstərir ki,hüquqi şəxslərin hüquq və vəzifələri eyni zamanada hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlara da aid edilir. Məsələn, o əmək müqaviləsi ilə işə işçi qəbul edə bilər, sahibkarlıq fəaliyyətinin bütün növləri ilə məşğul ola bilər, eyni zamanda əldə etdiyi fəaliyyət lisenziyasına uyğun olaraq “Azərbaycan Respublikasının kiçik biznesə dövlət yardımı haqqında” qanununa əsasən bütün növ yardım və dəstəklərdən istifadə edə bilər və s. Fiziki şəxs fərdi sahibkar statusu almaq üçün qeydiyyatdan keçməli və bu barədə şəhadətnamə almalıdır. Hüquqi və normativ aktlara uyğun olaraq fərdi sahibkar hüquqi ünvanına uyğun vergi orqanında qeydiyyatdan keçməlidir. O, eyni zamanda pensiya fondunda, məcburi tibbi sığorta fondunda, səsial sığorta fondunda, işə işçi qəbul edəcəyi təqdirdə onların qeydiyyatdan keçməsi üçün məşğulluq fondunda da qeydiyyatdan keçməlidir. Öz sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək üçün fərdi sahibkar istənilən bankda özünə hesablaşma hesabı, cari hesab, kredit hesabı, depozit hesabı, valyuta hesabı aça bilər. Fərdi sahibkar aşağıdakı məcburi rekvizitləri olan gəlir və xərclər kitabını vergi orqanına registrasiya üçün təqdim etməlidir:


  • Fərdi sahibkarın soyadı, adı, ata adı;

  • Həyata keçiriləcək fəaliyyətin növü;

  • Ünavnı (daimi yaşayış);

  • Sahibkarın bankda açdırdığı hesablaşma hesabı və başqa hesabların nömrəsi.

Kommersiya təşkilatları hüquqi şəxslərdir. Onların fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək və onu get-gede artırmaqdır. Ümumiyyətlə, kiçik biznesin bütün subyektlərinin baçlıca məqsədi, fəaliyyətinin stimulu, motivi sistemli gəlir əldə etməkdir. Kommersiya təşkilatları formasında hüquqi şəxs aşağıdakı formalarda yaradıla bilər:

    1. təsərrüfat birlikləri;

    2. istehsal kooperativləri;

    3. dövlət və bələdiyyə unitar müəssisələri.

Sadalanan təşkilati-hüquqi formalardan iqtisadiyyatın bütün sahələrində daha geniş yayılanı təsərrüfat birlikləridir. Bu birliklə özləri də müxtəlif formalarda qurula bilər:

  • açıq və qapalı tipli səhmdar cəmiyyətləri;

  • məhdud məsuliyyətli cəmiyyətlər;

  • tam məsuliyyətli cəmiyyətlər;

  • komandit birliklər.

Aşağıda biznes fəaliyyətinin subyektərinin ayrı-ayrılıqda qısa xarakteristikası veriləcək.

Tam məsuliyyətli cəmiyyətlərdə onları yaradanlar arasında gəlir və məsuliyyət bölgüsü onların müəssisənin yaradılmsaındakı iştirak payına uyğun əlaraq bölüşdürülür. Onlar öz fəaliyyətləri zamanı birliyin(müəssisənin) adından çıxış edirlər. Bu cür tam yoldaşlıqların yaradıcıları fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxslər və ya kommersiya təşkilatları şəklində hüquqi şəxslər ola bilərlər. Bir şəxs yalnız və yalnız bir tam yəldaşlığın yaradılmasında iştirak edə bilər. Müəssisənin idarə edilməsi onun iştirakçılarının hər birinin razılığı əsaında həyata keçirilir. Hər bir iştirakçı bir tam səs hüququna malikdir. Birliyə sonradan qoşulan şəxs ondan əvvəl birliyin yaranmış bütün məsuliyyətinə görə digər iştirakçılarla bərabər məsuliiyət daşıyır. Birliyin əldə etdiyi gəlir və zərər onun iştirakçıları arasında onların nizamnamə kapitalında olan iştirak paylarına uyğun bölünür. əgər heç bir müqavilədə nəzərdə tutlmayıbsa birliyin heş bir iştirakçısı bu bölgüdən kənarlaşdırıla bilməz.

Komandit birliklərdə 2 cür iştirakçı mövcud olur. Birinci qrup iştirakçılar birliyin fəaliyyəti ilə bağlı hər şeyə tam mülki məsuliyyət daşıyırlar. Birliyin sahibkarlıq fəaliyyətini məhz bu qrup iştirakçılar təmin edirlər və onlar birliyin idarə edilməsində tam səs hüququna malikdirlər. Ikinci qrup iştirakçılar(komanditlər) isə birliyin fəaliyyətinə yalnız etdikləri yatırım nisbıtindı məsuliyyət daşıyırlar. Birliyin gəlir və zərəri isə onlara iştirak paylarına uyğun bölüşdürülür. Onlar heç bir səs hüququna malik deyillər və birliyin adından müstəqil fəaliyyət göstərə bilməzlər. Komanditlərin sayı məhdud olur və bu say birinci qrup iştirakçılat tərəfindən müəyyən edilir. Komandit birliklərin birinci qrup iştirakçıları kimi fərdi sahibkarlar və kommersiya təşkilatları, komanditlər qismində isə bütün fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Dövlət və yerli özünü idarəetmə orqanları komandit birliyinin iştirakçısı olmaq hüququqna malik deyillər.

Məhdud məsuliyyətli cəmiyyətlər bir və ya bir neçə şəxs tərəfindən yaradıla bilər. Nizamnamə kapitalında iştirakçıların payı sənədlərlə təsdiqlənir. Yatırımçılar kapitaldakı payları nisbətində müəssisənin zərərinin bölgüsündə iştirak etsələrdə, müəssisənin fəaliyyətinə görə cavabdehlik daşımırlar. Məhdud məsuliyyətli cəmiyyətlərin iştirakçıları hüquqi və fiziki şəxslər ola bilər. Əgər qanunvericilikdə nəzərdə tutulmayıbsa, dövlət orqanları və yerli özünü idarəetmə orqanları nə məhdud məsuliyyətli cəmiyyəti yarada, nə də onda iştirak edə bilməzlər. Məhdud məsuliyyətli cəmiyyətlərdə iştirakı təsdiqləyən sənədlər iştirakçılar tərəfindən imzalanan iştirak müqaviləsi və onlar tərəfindən təsdiqlənən nizamnamədir. Məhdud məsuliyyətli cəmiyyətlərin müvəffəqiyyətli funksionallaşdırılmasının əsasında nizamnamə kapitalının düzgün formalaşdırılması durur. Nizamnamə kapitalı yatırımçıların etdikləri yatırımlar əsasında formalaşır. Nizamnamə kapitalı cəmiyyətin mülkiyyətinin minimum həddini göstərir və kreditorların maraqlarının təminatçısıdır. Nizamnamə kapitalının minimum həddi qanunvericiliklə təsdiqlənmiş məbləğdən az olmamalıdır.

Səhmdar cəmiyyətləri də kommersiya təşkilatı olub, onların nizamnamə kapitalı müəyyən sayda səhm arasında bərabər bölüşdürülmüş şəkildə formalaşdırılır. Bu səhmlər sahibləri ilə səhmdar cəmiyyəti arasında əlaqə yaradır. Səhmdar cəmiyyətləri müəssisələrin yenidən qurulması və ya bir neşə müəssiənin birləşməsi, bir müəssisənin digərlərinin özünə birləşdirməsi yolu ilə yaradıla bilər.

Səhmdar cəmiyyətlərin səhmdarları həm fiziki həm də hüquqi şəxslər ola bilər. Səhmdarların sayı baxımından açıq və qapalı tipli səhdar cəmiyyətləri fərqləndirilir. Cəmiyyətin açıq və ya qapalı tipli olması onun nizamnaməsində və hüquqi adında qeyd əks etdirilməlidir. Açıq tipli səhmdar cəmiyyətlərdə səhmlərin sayı və səhmdarların sayı qeyri məhduddur. Bu tip cəmiyyətlərin səhmləri həm cəmiyyət daxilində hə də kənar şəxslərə satıla bilər. yəni istənilən bir şəxs açıq tipli səhmdar cəmiyyətin səhmini almaqla onun səhmdarına çevrilə bilər. səhmdar öz səhmini satarkən digər səhmdarların icazəsini almağa məcbur deyil. Qapalı tipli səhmdar cəmiyyətlərdə isə səhmlərin və səhmdarların sayı məhdud olur. Səhmlər yalnız və yalnız cəmiyyətin səmdarları arasında satılıb alına bilər. səhmdar cəmiyyətlərin idarə edilməsi barədə qərarlar səhmdarların səs birliyi ilə qəbul olunur. Dövlət və yerli özünüidarə orqanları səhmdar qismində çıxış edə bilməzlər.

Səhmdar cəmiyətləri həm adi həm də imtiyazlı səhmlər buraxmaq hüququna malikdirlər. İmtiyazlı səhmlərin ümumi məbləği nizamnamə kapitalının 25%-indən çox olmamalıdır. Səhmdar cəmiyyət yaradılarkən səhmlər onun ilkin yaradıcıları arasında bölüşdürülür. Cəmiyyətin bütün səhmləri adlı səhmlərdir. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi anda nizamnamə kapitalının 50%-i artıq ödənmiş olmalıdır. Qanunvericiliyə əsasən səhmdar cəmiyyətləri istiqrazlar və digər qiymətli kağızlar da buraxmaq hüququna malikdirlər. Buraxılan istiqrazların ümumi dəyəri cəmiyyətin ümumi kapitalını aşmamalıdır. Buraxılan istiqrazlar adlı və təyinatlı ola bilər.

Səhmdar cəmiyyətin yüksək idarəedici orqanı səhmdarların ümumi yığıncağıdır. Səhmdarların ümümui yığıncağı ən azı ildə bir dəfə keçirilməlidir.



Cədvəl 2. Kiçik biznesin əsas təşkilati formaları.

Ölkə

Müəssisələrin təşkilati-hüquqi formaları

Böyük Britaniya

Məhdud məsuliyyətli cəmiyyətlər; fərdi müəssisələr; asossasiyalar və s.

Fransa

Fərdi saibkarların asossasiyaları; məhdud məsuliyyətli yoldaşlıqlar və s.

ABŞ

Korporasiyalar; fərdi sahibkarlıq müəssisələri.

Almaniya

Fərdi əmək fəaliyyəti müəssisələri; kiçik səhmdar ortaqlıqları və s.

Cədvəldən də göründüyü kimi kiçik biznesin subyektlərindən ən geniş yayılmış təşkilati-hüquqi forma fərdi müəssisələrdir. Praktika göstərir ki bu tip müəssisələrin aşağıdakı üstünlükləri vardır:



  • tam özünü idarəetmə, operativ və müstəqil fəaliyyət, qərar qəbul edliməsində kiminsə rəyinin alınmaması;

  • maksimum hərəkətverici motiv. Bütün gəlirin fərdi sahibkarın öz əlində cəmləşməsi ona qəbul etdiyi qərarlarla, çox güc srf etməklə, iş üzərində şəxsi nəzrəti ilə istehsal və satışı daha da çoxaltmağa və nəticədə daha çox gəlir əldə etməyə imkan verir;

  • fəaliyyətin məxfiliyi, bele ki biznesin bir çox sahələrində istehsal texnologiyalrı müəssisələrin əsas sirri olur, odur ki fərdi sahibkar ona təkbaşına rəhbərlik etdiyindən bu sirri qorumaq asanlaşır.

Bu cür üstünlüklərlə yanaşı fərdi müəssisələrin bəzi çatımazlıqları da mövcuddur:

  • əsas maliyyə vəsaitlərinin cəlb olunmasında məhdudiyyət;

  • müəssisənin borcları və müflisləşməsi zamanı tam mülki məsuliyyət;

  • dövlət orqanları və böyük çirkətlər tərəfindən etibarsızlıq;

  • idarəetmənin zəifliyi;

  • kredit alınma çətinliyi;

  • müflisləşməyə böyük ehtimalın olması(ABŞda hər gün orta hesabla yeni qurulmuş müəssisələrin 50%-i müflisləşir).


1.3. Kiçik biznesin təşkili və idarə edilməsinin hüquqi bazası. Kiçik biznes və dövlət.

Ölkədə kiçik biznesin inkişafı normativ-hüquqi və maliyyə şəraitinin yaradılması ilə bağlıdır. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə əlaqədər əsas məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və onun əsas müddəalarını konkretləşdirən qanunvericilik aktlarında əks olunmuşdur. Son vaxtlar kiçik sahibkarlığın inkişafı sahəsindəki siyasət əhəmiyyətli dərəcədə dəyişilmişdir. Cəmiyyətin iqtisadi həyatının xüsusi sferası kimi kiçik sahibkarlığın təşəkkülü və inkişafı problemlərinin həllinə ayrı-ayrı, pərakəndə tədbirlər kompleks yanaşmalarla əvəz olunmuşdur.

Azərbaycanda kiçik sahibkarlığa dövlət səviyyəsində nəzarət əsasən İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixlifərmanı ilə təsdiq edilmmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Haqqında Əsasnamə”yə uyğun həyata keçirir. əsasnamədə göstərilir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

Nazirliyin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

- Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı sahəsində, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının, digər təsisatların iştirakı ilə təmin edir;

- Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf proqnozlarını işləyib hazırlayır;

- makroiqtisadi proqnozlaşdırılmasını həyata keçirir, dövlət büdcəsinin xərclərinin iqtisadi əsaslandırılmasında iştirak edir;

- ölkə iqtisadiyyatında struktur və innovasiya siyasətini işləyib hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirir;

- Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və sahibkarlığa kömək sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

- ölkədə rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

- ölkədə regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirləri aidiyyəti dövlət

orqanlarını cəlb etməklə hazırlayır və həyata keçirilməsini təmin edir;

- Azərbaycan Respublikasının investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi,

qoyulması və təşviqi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanlarının iştirakı ilə

işləyib hazırlayır və səlahiyyətləri daxilində həyata keçirir;

- Nazirliyin fəaliyyət istiqamətləri üzrə dövlət nəzarətini həyata keçirir;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər

Nazirliyin mərkəzi aparatı və Nazirliyin tabeliyində olan Antiinhisar Dövlət Xidməti, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli Fondu, regional bölmələri və digər qurumları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və onun tabeliyində olan qurumlar vasitəsilə həyata keçirir.



Kiçik biznes subyektlərinin fəaliyyətinin hüquqi bazasını aşağıdakı qanunlar toplusu müəyyən edir:

  1. Azərbaycan Respubliksaının Konstitusiyası;

  2. Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu;

  3. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasınını Qanunu;

  4. Azərbaycan Respublikasının Vergi Məcəlləsi;

  5. Azərabaycan Respubliksaının Mülki Məcəlləsi;

  6. Səhmdar cəmiyyəti haqqında Azərbaycan Respubliksaının Qanunu;

  7. Milli Məcləsin normativ-hüquqi aktları və s.

Müəssisələr haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisələrin təşkilati-hüquqi formalarının, onların yaradılması, idarə edilməsi və fəaliyyəti prinsiplərini əhatə edir. Qanun 1994-cü il 1 iyulda Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən təsdiqlənmişdir, 8 fəsil və 42 maddədən ibarətdir. Qanunun 3-cü fəsli(13-21-ci maddələr) müəssisələrin yaradılması, ləğvi və yenidən təşkil edilməsinin yollarını özündə əks etdirir.müəssisə yaradılarkən ilk olaraq onun təsisçisi müəyyən edilir. Müəssisələr yardılarkən təsisçilər, habelə təsisçi ilə müəssisə arasındakı qarşılıqlı münasibətləri tənzimləmək üçün təsis müqaviləsi tərtib olunur. Sonra müəssisənin nizamnaməsi formalaşdırılır. Maddə 16-da göstərildiyi kimi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hər bir müəssisə nizamnamə əsasında fəaliyyət göstərir. Bundan sonra müəssisələr dövlət qeydiyyatından keçirlər. Maddə 18-də göstərilir ki, dövlət qeydiyyatından keçməyən müəssisələrin fəaliyyəti qadağandır. Eyni maddədə müəssisənin dövlət qeydiyyatından keçməsi üçün təsisçinin aşağıdakı sənədləri təqdim etməli olduğu göstərilir:

    • Təsisçinin ərizəsi,

    • Müəssisənin nizamnaməsi,

    • Müəssisənin yaradılması haqda qərar və ya təsis müqaviləsi,

    • Qeydiyyat rösumunun ödənilməsi haqda sənəd.

Müəssisələrin dövlət qeydiyyatını həyata keçirən dövlət orqanına bu sənədlər təqdim edildikdən ən geci 15 gün müddətində müəssisə dövlət qeydiyyatına alınmalıdır. Qəbul edilmiş qərar haqqında ərizəçiyə ən gec 5 gün müddətində yazılı məlumat verilir.müəssisənin nizamnaməsində dəyişikliklər edildikdə və ya onun təşkilati-hüquqi forması dəyişdirildikdə müəssisə yenidən dövlət qeydiyyatından keşməlidir. Müəssisənin dövlət qeydiyyatına görə təsisçidən Azərbaycan respubliksaının qanunvericiliyi ilə müəyyən olunan məbləğdə dövlət büdcəsinə köçürülən rüsum tutulur. Maddə 19-a əsasən müəssisə aşağıdakı hallarda ləğv olunur:

    1. Iflas elan olunduqda,

    2. Qanunvericilikdə nəzərdə tutlmuş tələblərə riayət edilməməsinə görə müəssisənin fəliyyəti qadağan olunduqda və qərarla müəyyən edilmiş müddətdə həmin tələblərə riayət olunması təmin edilmədikdə və ya fəaliyyət növü dəyişdirildikdə,

    3. Müəssisə yaratmaq barəsində təsis aktları arbitraj məhkəməsinin qəraraı ilə qanunsuz sayıldıqda,

    4. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulan digər hallarda.

4-cü fəsildə müəssisə və dövlət arasındakı münasibətlər əks etdirlib. Bundan başqa adı çəkilən qanunda müəssisələrin növləri və yəşkilati-hüquqi formaları, müəssisənin əmlakı, müəssisənin idarə edilməsi, müəssisənin təsərrüfat, iqtisadi və sosial fəaliyyəti, müəssisənin məsuliyyəti və onun fəaliyyətinə nəzarət və s. müddəalar da öz əksini tapmışdır.

Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasınını Qanunu Azərbaycan Respubliksaında sahibkarlıq fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərinin müəyyənləşdirir. Qanun 1992-ci il 15 dekabrda qəbul olunmuşdur, 4 bölmə və 17 maddədən ibarətdir. Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsiplərinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir. Qanunun 3-cü bülməsi(maddə 9-15) bütövlükdə sahibkarlığın dövlət tərəfindən tənzimlənməsinə həsr edilmişdir.

Maddə 10 – sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyatını onların yaşadıqları və ya fəaliyyət göstərdikləri yerin vergi orqanı həyata keçirir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu Azərbaycan respublikası üzrə onların mövcudluğu və fəaliyyəti haqqında məlumatların toplanması və sistemləşdirilməasindən ibarətdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınamsı üçün onlar notarial qaydada təsdiq edilmiş ərizələrində soyadını, adını, ata adını, anadan olduğu vaxtı və yeri, şəxsiyyətinin təsdiq edən sənəd haqqında məlumatları, yaşadığı yeri, ümumi şəkildə sahibkarlıq fəaliyyətinin növünü göstərməlidirlər. Sənədlər təqdim edildikdən sonra müvafiq dövlət orqanı 5 gün müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınmaları haqda müvafiq sənəd verir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu zamanı dövlət rüsumu alınmır.

4-cü bölmədə isə sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi öz əksini tapmışdır.

Maddə 16 – sahibkarlıq fəaliyyətinin dayandırılması haqda qərarısahibkarın özü qəbul edə bilər.antiinhisar fəaliyyəti, vergi, lisenziya verilməsi, ekologiya, sanitariya, arxitektura, texniki təhlükəsizlik və yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırılması barədə təqdimat vermək hüququna malikdirlər. Bu məsələlər üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur.

Maddə 17 – sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə qərarı müliyyətçi(sahibkar) özü və ya məhkəmə qəbul edə bilər. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Sahibkar vəfat etdikdə onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.

Kiçik və orta sahibkarlığın inlişaf proqramında dövlət himayəsinin aşağıdakı istiqamətləri göstərilmişdir:



    • Kiçik sahibkarlığın inkişafının və himayəsinin normativ-hüquqi bazasının formalaşdırılması;

    • Maliyyə kredit və investisiya dəstəyi;

    • Istehsalat və innovasiya dəstəyi. Yeni iş yerlərinin yaradılması;

    • Kiçik sahibkarlığın inkişafı və dəstəyi infrastrukturunun formalaşdırılması;

    • Informasiya təminatı;

    • Elmi-metodik və kadr təminatı;

    • Kiçik sahibkarlıqda sosial mühafizə və təhlükəsizlik;

    • Dövlət və ictimai himayədarlıq sisteminin yaradılması.

Kiçik sahibkarlığın normativ-hüquqi bazasının yaradılması kiçik sahibkarlıq subyektlərinin iqtisadi azadlığını, təminatını və hüququnu təmin edən, təsərrüfat subyektləri, tərəfdaşlar istehlakçılar, büdcə təşkilatları qarşısında onların vəzifə və məsuliyyətlərini müəyyənləşdirən məcburi və vacib şərti sayılır. Hüquqi mühit kiçik sahibkarlığın inkişafı üzrə iqtisadi, maliyyə, material və başqa stimullar formalaşdirir, sahibkarlıq subyektlərinin axrici ətraf mühitdən, o cümlədən müxtəlif səviyyələrdə icra orqanlarının qeuri-qanuni hərəkətlərindən mühafizə tədbirlərini müəyyənləşdirir. Normativ hüquqi bazanın formalaşması kiçik sahibkarlıq qarşısında duran çoxlu probləmləri sahibkarlıq subyekti qeydiyyata alındığı andan başlayaraq fəaliyyət növünün lisenziyalaşdırılması, ləğv və iflas prosedurası qurtarana qədər həll etməyə imkan verir.

Azərbaycanda uğurlu fəaliyyət göstərmək istəyən firma və təşkilatlar aşağıda adları çəkilən qurumlarla sıx əaqədə olmalı, onların vasitəsilə Azərbaycan iqtisadi mühiti barədə dolğun məlumatlanmalıdırlar:



Ticarət-Sənaye Palatası (TSP) - Azərbaycanda biznesin bütün növlərinin inkişafına yardım məqsədi gğdən, qanunvericilik təşəbbüsü hüququna malik olan qeyri-kommersiya ictimai təşkilatdır. Palatadakı bir sıra şö’bələr mə`lumatın alınması üçün faydalı ola bilər: məsləhət, təşkilati-metodik, tərcümə şöbələri, patent və əmtəə işarələrinin müdafiəsi qrupu. Palataya müraciət edərək müntəzəm mə`lumat almaq üçün şirkət onun üzvü olmalıdır. Palatanın şö’bələri digər dövlətlərin palatalarından, Azərbaycanda biznes etməyə maraqlı olan assosiasiya və şirkətlərdən mə`lumat alır. Bundan əlavə, TSP sıx əlaqələri olduğu bir sıra ölkələrdə biznes-direktoriyalara malikdir. Palatanın üzvü olduqda siz poçtla, elektron poçtla və faksla mə`lumat ala bilərsiniz. Daim yadda saxlamaq lazımdır ki, Ticarət Sənaye Palatasının digər ölkələrdəki hörməti ən’ənəvi olaraq çox yüksəkdir və Azərbaycan TSP-ə müraciətiniz sizin sorğunuza yüksək nüfuz gətirə bilər.

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu - qeyri-kommersiya ictimai təşkilatıdır. O, sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı üçün əlverişli olan hüquqi bazanın yaradılmasına yardım edir. Fond yeni başlayan biznesmenlər üçün məsləhət mərkəzinə malikdir, perspektiv investisiya layihələrinin hazırlanmasına yardım edir, biznesin bir sıra məsələləri üzrə tədris aparır, yeni başlayan biznesmenlərə kömək üçün ədəbiyyat nəşr edir.
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə