AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti




Yüklə 458.66 Kb.
səhifə1/7
tarix23.02.2016
ölçüsü458.66 Kb.
  1   2   3   4   5   6   7
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Məzun:

Fakultə: Kredit-iqtisad

Ixtisas: Maliyyə-kredit

Şöbə: Əyani



DİPLOM İŞİ

Mövzu: “Kiçik biznesin kreditləşməsi”.

Rəhbər:

Kafedra müdiri:

SUMQAYIT - 2008

Mündəricat:

Giriş.

1. Kiçik biznes. Təşkili və inkişaf etdirilməsi problemləri.

1.1. Kiçik biznesin mahiyyəti və funksiyaları.

1.2. Kiçik biznesin subyekti.

1.3. Kiçik biznesin təşkili və idarə edilməsinin hüquqi bazası. Kiçik biznes və dövlət.

2. Maliyyə resurslarının kiçik biznesə yönəldilməsi.

2.1. Kiçik biznes fəaliyyəinin maliyyələşdirilməsinin əsasları.

2.2. Lizinq kiçik biznesin kreditləşməsinin bir forması kimi.

2.3. Kiçik biznesin kreditləşməsində bankların yeri və rolu.

2.4. Kiçik biznes kreditlərinin risklərinin qiymətləndirilməsi.

3. Kiçik biznesin kreditləşməsində ABŞ bank təcrübəsi.

Nəticə.

Əlavələr.

Ədəbiyyat siyahısı.

Giriş.

Müstəqilliyin ilk illərində Azərbaycanda baş verən dərin böhran hər şeydən əvvəl çoxlu sayda müəssisə və təşkilatların öz fəaliyyətini dayandırması və ya müəyyən dərəcədə məhdudlaşdırılması ilə əlaqədar olaraq çoxlu əmək qabiliyyətli işçi qüvvəsinin azad olunması ilə müşaiyət olunmuşdur. Milli iqtisadiyyatın yenidən qurulması yeni müəssisələrin yaradılması və köhnə qeyri-rentabelli müəssisələrin ləğv edilməsi işsizlərin sayının daha da artması ilə nəticələnmişdir. Eyni zamanda , bu problemlərin mövcud olduğu şəraitdə daxili bazarda həm gündəlik tələbat mallarının, həm də xüsusi malların çatışmazlığı tam hiss olunurdu. Elə indi də bazarda ölkənin öz istehsalı olan mallar çox az bir faiz təşkil edir. Son nəticədə bu malların istehsal olunaraq milli istehsal məhsulları kimi ortaya çıxması üçün dövlət tərəfindən xüsusi təşkilati tədbirlər həyata keçirilməlidir. Bu vəziyyət yeni müəssisələrin, yeni biznesin meydana gəlməsi üçün zərurət yaratmışdır. Yeni müəssisələr yaratmaq və onların səmərəli fəaliyyətini təşkil etmək üçün ən azı ilkin şərtlər olan konstruktiv biznes – ideya, səmərəli rəhbərlik planı(menecment) və biznesin digər tərkib hissələrindən ayrılmayan, onun əsasını təşkil edən maliyyə bazası lazımdır.

Bəs keçid dövründə belə baza, mənbə rolunu nə oynaya bilər? Keçid döründə kiçik biznesin yaranması, inkişafı və formalaşması hansı prinsiplər əsasında həyata keçirilir? Bu suallara cavab tapmaq üçün aşağıdakılar nəzərdən keçirilməlidir.

Maliyyə bazasının təşkil edilməsinin ən sadə və etibarlı variantı biznes mülikyyətçisinin öz vəsaitlərini və cəlb edilmiş vəsaitləri bu və ya digər formada yeni müəssisələrə yönəltməsidir. Keçid dövründə Azərbaycan iqtisadiyyatında bu məsələ ilə bağlı problem ondadır ki, yeni fəaliyyətə başlayan biznesmenlər kifayət qədər kapitala malik olmurlar. Dünya praktikasında bu problem müxtəlif yollarla həll olunur. Iqtisadi nəticə isə eynidir. Kifayət dərəcədə kapitala malik olan dövlət, bank, investisiya fondları və s. böyük risk hesabına olsa da, yeni fəaliyyətə başlayan sahibkarlara yardımçı olmalıdırlar. Bu məsələlərin həllində ayrı-ayrı sərmayəçilər üçün maraqlı amil yüksək dərəcədə mənfəət əldə etmək, dövlət strukturları üçün isə məşğulluq problemininhəll olunması və belə layihələrin sosial səmərəsidir.

Fəaliyyət dairəsindən asılı olmayaraq kiçik bizneslə məşğul olan firma cəmiyyətə nə dərəcədə xeyir və zərər verdiyini, ətraf mühiti qorumalı olduğunu, firmanın fəaliyyətindən hansı iqtisadi səmərəni əldə etdiyinin cavabdehliyini duymalı və onları öz işləində meyar kimi saxlamalıdır. Kiçik bizneslə məşğul olan müəssisələrin inkişafı müxtəlif mərhələlərdə həyata keçirilir. Amerika iqtisadçıları N. Çerçill və V. Luis həmin inkişafı 5 mərhələyə bölmüşlər:


  1. ideya formalaşır, o, nəzəri, əməli cətdən əsaslandırılır, kiçik bizneslə məşğul olacaq müəssisənin vəzifələri müəyyənləşdirlir;

  2. müəssisənin fəaliyyət dairəsi dəqiqləşdirilir, taktikası və strategiyası formalaşdırılır, gəlir və xərclər arsındakı nibət müəyyən edilir;

  3. müəssisənin iqtisadi cəhətdən sabitliyinə nail olunur;

  4. istehsal tələbatını ödəmək üçün müəssisədə məhsul istehsalının artım tempinə nail olunur;

  5. müəssisənin daxili və xarici bazarların mühitinə tam uyğunlaşması xarakterizə edilir.

Bu mərhələlərin hər birinin həyata keçirilməsi müəssisə rəhbərliyindən səmərəli fəaliyyət və maliyyə vəsaiti tələb edir. Bazar iqtisadiyyatına keçid şəraitində yeni yaradılmış kiçik biznes müəssisələrinin sahiblərinin yetərincə maliyyə vəsaitinə malik olmaması çox zaman yeni yaranmış müəssisənin tezliklə fəaliiyətini dayandırması ilə nəticələnir. Yeni yaranan müəssisələr daha çox cəlb olunmuş vəsaitlərin hesabına fəaliyyət göstərirlər.

Bu diplom işinin yazılmasında başlıca məqsəd kiçik biznesin keçid iqtisadiyyatı şəraitində ölkə iqtisadiyyatında oynadığı rolu, kiçik biznesin kreditləşməsinin yollarını, cəlb olunmuş vəsaitlərin risk dərəcəsini, bu vəsaitləin müəssisə üçün nə dərəcədə səmərəli olmasını və nəhayət bu sahədə yerli və dünya təcrübəsinin müqayisəli araşdırılmasını aparmaqdır.




  1. Kiçik biznes. Təşkili və inkişaf etdirilməsi problemləri.

Bazar iqtisadiyyatında kiçik biznesin rolu çox böyükdür. Kiçik biznes olmadan bazar iqtisadiyyatı fəaliyyət göstərə və inkişaf edə bilməz. Onun yaradılması və inkişafı mərkəzləşdirilmiş idarəetmə sistemindən açıq bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi siyasətin əsas problemlərindən biridir. Kiçik biznes bazar iqtisadi sitemində aparıcı sektordur. Iqtisadi inkişafın tempini, ümumi milli məhsulun tərkibi və keyfiyyətini kiçik biznes müəyyən edir. Bütün bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələrdə ümumi milli məhsulun 60-70%-i kiçik biznesin payına düşür. Buna görə də bütün mümkün yollarla inkişaf etmiş dövlətlərin böyük əksəriyyəti kiçik biznesin fəaliyyətini həvəsləndirir. Dünya iqtisadiyyatında kiçik müəssisələrin sayı olduqca böyükdür. Məsələn, Hindistanda kiçik müəssisələrin sayı 12 milyondan çox, Yaponiyada 9 milyondan çoxdur və s. Bu kiçik biznes təkcə ABŞ-da milli məhsulun artmasında 50%, yeni iş yerlərinin açılmasında isə 2/3 nisbətində iştirak edir. Amma məsələ tək bunda deyil... Kiçik meəssisələr bazarın dəyişkən konyukturasına tez reaksiya göstərərək bazar iqtisadi sisteminə lazımi elastiklik verir. Rəqabət dairəsinin böyüməsi zamanı kiçik biznesə əhəmiyyətli kapital qoyuluşları edilir. Bu bizim ölkə üçün çox vacib bir şərtdir. Unutmaq olmaz ki, kiçik müəssisələr ekologiyaya az təsir göstərir. Kiçik biznesin elmi texniki tərəqqinin bir çox sahələrinin, xüsusilə, elektronika, kibernetika və informatikanın inkişafında da rolu böyükdür. Bizim ölkədə kiçik biznesin bu rolundan danışmaq oduqca çətindir. Bütün sadalananlar və başqa bu kimi xüsusiyyətlər iqtisadiyyatın reformasiyası baxımından kiçik biznesin inkişafını bizim ölkə üçün qaçılmaz şərt edir.
1.1. Kiçik biznesin mahiyyəti və funksiyaları.

Iqtisadi ədəbiyyatlarda kiçik biznesin mahiyyəti və məzmunu barədə müxtəlif fikirlərə rast gəlmək mümkündür. Almaniyada kiçik və orta müəssisələrin tərifi belədir: “ maliyyələşdirilməsi kapital bazarından olmayan, istehsalatda bilavasitə iştirak edərək, sahibkarlıq riskini öz üzərinə göütrüb, hüquqi şəxslər tərəfindən sərbəst idarə edilən, sənətkarlıq istehsalında, sənayedə, ticarətdə fəaliyyət göstərən sahibkarlıq vahididir”. Fransada kiçik və orta müəssisələrin ümumi konfederasiyasının nizamnaməsində yazılmışdır: “başçısı onun sahibkarı olmaqla, ona şəxsi rəhbərlik edərək, maliyyə işləri də daxil olmaqla müəssisənin fəaliyyəti barədə məsuliyyət daşımaq şərtilə yaradılan müəssisələr kiçik və orta müəssisələr adlanır”. ABŞ-da kiçik biznes haqda qanunda göstərilir ki, “əmlak və idarəetmədə müstəqil olan, öz fəaliyyət dairəsində hökmranlıq etməyən müəssisələr kiçik biznes müəssisələrinə aid edilir”.

Horvard kiçik məktəbinin professoru Frank El. Taker Luis L. Allenin “Kçik biznesdə necə uğur qazanmaq olar” kitabında yazmışdır: “kiçik biznes küçədə meyvə satandan tutmuş kosmis proqramlar üçün nəzərdə tutulan mürəkkəb və ya yüksək texnologiyaya malik məhsulların istehsalçılarına qədər son dərəcə müxtəlif fəaliyyət sahələrində çalışanları özündə birləşdirir”.

Kiçik biznesin müxtəlif ölkələrin iqtisadiyyatında əhəmiyyətli rolu tədqiqatçıları vadar edir ki, ona kəmiyyət və keyfiyyət nöqteyi nəzərdən yanaşsınlar. Kiçik sahibkarlığın dəqiq müəyyənləşdirilməsi birincisi, iqtisadiyyatın bu sahısində təsərrüfat fəaliyyətinin statistik uçotunu aparmağa, ikincisi, kiçik müəssisəyə dövlət köməyi, vergi, kredit-maliyyə proqramlarını işləyib hazırlamağa imkan verir. Kiçik biznesin kəmiyyət meyarlarına aiddir: məşğul işçilərin sayı, satışın(dövriyyənin) həcmi, aktivlərin dəyəri. Kiçik biznesin keyfiyyət meyarlarına aiddir:



  • istehsal olunana məhsulun nisbətən az miqdarda olması;

  • müqayisəli məhdud resurslar və mərkəzləşdirilmiş maliyyə mənbələrindən üstün sitifadə;

  • yüksək təşkilati-funksional çeviklik;

  • idarəetmə sisteminin az inkişaf etməsi;

  • qeyri-müntəzəm menecment, “sağlam fikir idarəetmənin” üstünlüyü;

  • yalnız məhdud bazar seqmentlərinə malik olmaq qabiliyyəti;

  • bazara, azad ticarətə, özünü təkrar istehsalın rəqabət mexanizminə dəqiq səmtlənmə, istiqamətlənmə;

  • əksər səhmlərin, uyğun idarəetmə postlarının müəssisənin təsisçisinin əlində təmərküzləşməsi.

Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçid şəraitində kiçik, orta və iri müəssisə qruplarının differensiallaşdırılması hələ də tam həllini tapmayıb. Çünki müəssisələrin differrensiallaşdırılmasının vahid beynəlxalq standartı mövcud deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qəraraı ilə iqtisadi fəaliyyət növləri üzrə kiçik biznes subyektlərinin müəyyənləşdirilməsi hədləri təsdiq edilmişdir.(Cədvəl 1.)
CƏDVƏL 1. İqtisadi fəaliyyət növləri üzrə kiçik biznes subyektlərinin müəyyənləşdirilməsi meyralarının hədləri.

Iqtisadi fəaliyyət növləri

Işçilərin sayı

(nəfərlə)



Illik dövriyyə

(AZN-lə)


Sənaye və tikinti

< 40

< 200 000

Elmit-exniki və konsaltinq xidməti

< 20

< 150 000

Kənd təsərrüfatı

< 15

< 100 000

Topdan satış ticarət

< 10

< 300 000

Pərakəndə satış ticarət

< 5

< 100 000

Kiçik biznesin vacibliyini daha derindən və dəqiq başa düşmək üçün xarici ölkələrin kiçik biznesin inkişafı təcrübələrinə nəzər salaq. Bütün normal inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə kiçik biznesə böyük dövlət dəstəyi mövcuddur. Məsələn, Almaniyada dövlət kiçik müəssisələr üçün hər gün orta hesabla 4 milyard marka subsidiya ayırır. ABŞ konqresində kiçik bizneslə iki komitet məşğul olur, başda kiçik biznesin inkişafı idarəsi durur, hər bir ştatda regional bölmə mövcuddur və hər bir bölmədə təxminən 30-40 mütəxəsis çalışır. Idarənin məqsədi kiçik biznesə dövlət səviyyəsində dəstək göstərilməsidir. Kiçik müəssisələrin həm kəmiyyətinin, həm də keyfiyyətinin yüksək olduğu Yaponiyada bazar iqtisadiyyatı sistemində dövlət dəstəyi olmadan inkişaf edə bilməyən kiçik müəssisələr qrupu ayrılmışdır. Kiçik biznesin inkişafını stimullaşdıran faktor dövlətin vergi siyasətidir.

Yaponiyada dövlətin vergi siyasətinin əsas məğzi vergi dərəcələrinin pillə-pillə azaldılmasındadır. Belə ki müəssisə böyüdükcə, onun imkanları fəaliyyət dairəsi genişləndikcə nəticədə daha çox vergi obyekti olacaq fəaliyyəti həyata keçirməsi dövlətə bu müəssisə üçün həm vergi dərəcələrini azltmağa, həm də bəzi sahələrdə ona verhi güzəştlərini tətbiq etməyə imkan verir. Vergi dərəcələrinin müəssisənin fəaliyyət həcmindən asılı olaraq pillə-pillə azaldılması dünya praktikasında kiçik biznesə dövlət dəstəyinin ən geniş yayılmış formasıdır. Məsələn, ABŞ-da 16 min dollara qədər gəliri olan müəssisələrə güzəştli vergi tətbiq olunur. Bundan başqa birinci 50 min dollar gəlir üçün 15%-li, növbət 25 min dollar üçün 25%-li vergi dərəcəsi tətbiq olunur. Bu məbləğdən yuxarı gəlir üçün maksimal, yəni 34%-li vergi dərəcəsi uyğulanır.

Kiçik müəssisələr kapitalist iqtisadiyyatında müxtəlif funksiyalar oynayır. Bir qayda olaraq kiçik müəssisələr müxtəlif detal və hissələrin istehsalı üzrə, böyük müəssisələr isə bu hissələrin yığılması üzrə ixtisaslaşmışdır. Amma hərdən kiçik firmalar da hazır məhsul yığımı ilə məşğul olurlar. Kiçik müəssisələrin orta ömür müddəti 6 ildir. Amma yeni yaradılan müəssisələrin sayı bağlananların sayını üstələyir.

Kiçik müəssisələr bazarda yeni yaranan məhsula tələbata uyğun olaraq öz fəaliyyətlərini quraraq bazarın daxili dəyişikliklərinə tez reaksiya göstərirlər. Bu müəssisələr bazarda tələbat geniş olan məhsulu qısa müddətdə özününküləşdirməyi bacarırlar. Məsələn, Yaponiyada kiçik müəssisələr təcrübə istehsalını həftə ərzində təşkil edib həyata keçirə bilirlər. Halbuki bunu böyük müəssisələrdə etmək çox böyek vaxt itkisinə səbəb olardı. Kiçik müəssisələr həm də yerli istehlak bazarlarında geniş tələbat olan son məhsul istehsalı üzrə ixtisaslaşdırılmış olurlar. Bura əsasən tez xarab olan yeyinti məhsulları, zərgərlik məhsulları, geyim, ayaqqabı və s. daxil edilir.

Kiçik biznesin qurulmasında informasiya əsas amildir. Yetərincə dolğun informasiyanın olmaması kiçik biznes subyektlərinə bazarda lazımınca çıxış etməyə imkan vermir. Şirkətin mə`lumat tə’minatı dedikdə, şirkətin fəaliyyəti üçün zəruri olan mə`lumatın bütün mənbələrinin külliyyatı və onun alınması nəzərdə tutulur.



Mə`lumatın toplanmasında şirkət hansı məqsədləri güdür ?

Kifayət qədər mə`lumatın əldə edilməsi hər hansı qərarın qəbulu üçün əsasdır. Məqsədlər mə`lumatın toplanmasını və təhlilini müəyyənləşdirirlər. Müxtəlif mərhələlərdə şirkət öz fəaliyyəti ilə sıx əlaqədar olan çoxlu müxtəlif məqsədlər güdə bilər.

Şirkət tə’sis etdikdə onun qeydiyyatına və fəaliyyətinə dair qanunvericiliyin əsas maddələrini dəqiqləşdirmək tələb olunur. Texnologiyanın, avadanlığın, istehsalçının seçilməsi planında düzgün istiqamətin götürülməsi zəruridir. Xammal və istifadə ediləcək materiallar, satış bazarı və onun xüsusiyyətləri məsələləri qırılmaz şəkildə bağlıdır. Bütün bunların təhlilinin aparılmasına ehtiyac vardır, onun da nəticələri şirkətin açılması, şirkətin fəaliyyət növünün, avadanlıq və texnologiyanın seçilməsi üzrə yekun qərarların qəbul olunmasını əsaslandıracaq.

Əgər şirkət artıq fəaliyyətdədirsə, məsələlərin sayı heç də azalmır. İstehsal proseslərini, xammalın və istifadə olunan materialların tə’minatını daim monitorinqləşdirmək (izləmək) lazım gəlir. Şirkətin fəaliyyət dairəsində olan bazarı dərindən öyrənmək, onun inkişafının ehtimal olunan tendensiyalarını tədqiq etmək, onun rəqiblərinin fəaliyyətini izləmək lazımdır. Əsas məsələlərdən biri də şirkətin və şirkət əməkdaşlarının idarə edilməsidir. Burada isə ən əsas fəaliyyət - malın və xidmətlərin reallaşdırılması problemidir. Bundan əlavə, öz gücünün, bazarda yerinin üstün və əskik cəhətlərinin daim dərk edilməsi tələb olunur. Aşağıda mə`lumatın toplanması və təhlili əsasında şirkətin dövri idarə sxemi verilir.

Şirkət öz gələcəyini daim müəyyənləşdirməli və onun nəyə yaxınlaşdığını, necə inkişaf edəcəyini bilməlidir. Bu düzülüş müxtəlif elm sahələrinə aid mə`lumatların kifayət qədər böyük massivlərinin dəqiq təhlili nəticəsində mümkün ola bilər. Yadda saxlamaq lazımdır ki, proqnozlaşdırma hər bir şirkət sahibinin və müdirinin fəaliyyətinin mühüm və ayrılmaz hissəsidir - "gələcəksiz indiki zaman mümkün deyil".

Mə`lumatın toplanması və təhlili əsasında şirkətin dövri idarə edilməsi sxemi belədir:

ŞƏRAİTİN TƏHLİLİ

1. Şirkətin indiki vəziyyəti.

2. İndiki vəziyyətdə юнъяэюрмя.

3. Xarici amillərin tə’siri.

MARKETİNQ SİNTEZİ

1. Məqsədlərin təklifi (vəziyyəti düzəltmək üçün nə lazımdır).

2. Məqsədlərin qiymətləndirilməsi (niyə başqa cür yox, məhz belə etmək lazımdır).

3. Qərarın qəbulu ( strateji planlaşdırma üçün məsələlərin iyerarxiyası).

STRATEJİ PLANLAŞDIRMA

1. Strategiyaların təklifi ( məqsədə nail olmaq üçün nə etmək lazımdır).

2. Strategiyanın seçilməsi (hansı strategiya və məhz nəyə görə yaxşıdır).

3. Taktikanın hazırlanması barədə qərar.

TAKTİKİ PLANLAŞDIRMA

1. Taktikanın müəyyənləşdirilməsi (hansı əməlləri və nə üçün görmək lazımdır).

2. Operativ planın hazırlanması (kim, nəyi, harada və nə vaxt etməlidir).

3. Operativ planın həyata keçirilməsi.

MARKETİNQ NƏZARƏTİ

1. Mə`lumatın toplanması (fəaliyyətin nəticələri necədir).

2. Mə`lumatın qiymətləndirilməsi (son məqsədə çatmağın dərəcəsi).

3. Şəraitin təhlilinin aparılması barədə qərar.
Mə`lumatın toplanması və analizi üçün şirkət hansı aşağıdakı avadanlıqlara malik olmalıdır:

Yerli şirkətlərin əksəriyyətinin artıq maliyyə vəsaitinə malik olmadığını nəzərə alaraq, indiki zaman üçün təşkilati texnikanın minimum dəstini məsləhət görülür (bununla yanaşı nəzərə alınmalıdır ki, kompüter texnikası hər bir və yarım ildə qocalır).

• PC Pentium Intel 133 MHz (və ya bundan da yüksək), 256 cache, 16 Mb-dan az olmayan RAM, 1.5 Gb-dən az olmayan HDD, FDD 3.5", 4 və ya 8 sürətli CD ROM, SVGA-card 1 Mb, SVGA LR NI 14" 1024x800 dr

• Fax-modem US Robotics 36600, V42V42bisV32bis voice MNP2-5

• Scanner ScanYet 4C

• Printer LasrYet 6L

• Printer DeskYet 870Si

Proqram təminatı

• ORS2 (Microsoft Windows 95)

• Microsoft Office (WinWord - mətnlərin redaktoru, Exel - elektron cədvəllər, PowerPoint - mə`lumatın inikası sistemi, QuickAccess - verilənlər bazası)

• CorelDrow (vektor qrafiki üzrə proqram)

• Stylus 3.0, Socrat 2.0, Context (kompüter tərcüməçiləri və lüğətləri)

• FineReader 3.0, Cuneiform 2.0 (mətnlərin daxil olunması prqramları)

Faks və elektron poçtla işləmək üçün proqramlar

Rabitə

E-mail və Internet-ə qoşulmaq

Bu avadanlıq və proqram təminatı aşağıdakı funksiyaları yerinə yetirirlər:

• Mətnli mə`lumatın hazırlanması.

• Hesablamaların aparılması, qrafiklər və diaqramların tərtib edilməsi.

• Verilənlər bazalarının hazırlanması.

• Sxemlərin çəkilməsi və qrafik mə`lumatın tərtib edilməsi.

• Mətli və qrafik mə`lumatın daxil edilməsi.

• Mə`lumatın tərcümə edilməsi.

• Mə`lumatın faksla göndərilməsi və alınması.

• Mə`lumatın E-mail üzrə göndərilməsi və alınması.

• Digər şirkətlərlə məsafəli işin aparılması.

• Mə`lumatın nüsxələşdirilməsi.

Kiçik biznesdən danışarkən sahibkarların xüsusiyyətləri və kiçik müəssisələrin funksiyalarından danışmamaq qeyri-mümkündür. Kiçik bizneslə məşğul olan sahibkarların aşağıdakı xüsusiyyətləri mövcuddur:



  1. vahid mülkiyyət hüququ və asılı olmayan idarəçilik;

  2. müəssisənin araşdırıla bilən olması;

  3. müəssisə və müştəri arasında şəxsləndirilmiş münasibət olması;

  4. çoxda böyük olmayan resurs və satış bazarı, qiymətlərə az təsir edə bilməsi;

  5. müəssisə həyatında sahibkarın mühüm rol oynaması;

  6. işlərin nəsildən-nəsilə ötürülməsi;

  7. maliyyələşdirmə və gəlirdən böyük hissəyə sahiblik.

Kiçik müəssisələrin funksiyalarından ilk olaraq iqtisadi funksiyaları maraqlıdır. Bunlara aşağıdakıları aid etmək olar:

    • işlə təmin etmə funksiyası;

    • məhsul və xidmət istehsalı funksiyası;

    • elmi-texniki inkişafı sürətləndirmək funksiyası;

    • vergi ödəyicisi funksiyası.

Kiçik müəssisələrin sosial funksiyaları iqtisadi funksiyalarından heç də az əhəmiyyəli deyildir. Kiçik müəssisələrin sosial funksiyaları bunlardır.

  • Kiçik bizneslə məşğul olmaqla bir çox insanlar öz yaradıcılıq imkanlarını da nümayiş etdirirlər;

  • Sosial qrupların (qadınlar, qaçqın və məcburi köçkünlər, müharbə iştirakçıları, əlillər, təqaüdçülər və s) əməyindən də istifadə edilir;

  • Kiçik müəssisələr gənc kadrların hazırlanmasının və istehsal təcrübəsinin artırılmasının ən əsas yeridir.

Kiçik müəssisələrin ekoloji funksiyası bu gün olduğu kimi həmişə maraqli olmaqda davam edəcək. Iqtisadi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın qarşısında duran başlıca məsələ orta və iri müəssisələrin tullantıları ilə çalışan kiçik müəssisələrin yaradılmasıdır. Məhz bu ekolojitəmiz bir istehsal mühitinin yaranmasını şərtləndirə bilər.

Yenilik sahəsində kiçik biznesdən danışarkən yada ilk öncə vençur kompaniyaları düşür. Onlar elmi-texniki inkişafs sürətlə qatılaraq böyük kompaniyalarla rəqabət aparmaq iqtidarındadırlar. Kiçik tədqiqatçı firmalar aktiv tədqiqat işləri apararaq öz üzərlərinə daha artıq risk götürür, tədqiqat fondunu və materialları, ixtisaslaşdırılmış kadrları daha aktiv istifadə edərək istehsal proseslərini texniki yeniləşdirir və innovasiya işinə yüklü yatırımlar edirlər. Kiçik innovasion firmalar öz mobillikləri ilə bazar faktorunun istehsal olunan məhsulun çeşidinin sürətlə yenilənməsi olmasından sonra təsərrüfat sistemində öz yerlərini tapmışlar. Onlar innovasiyanın başlanğıc mərhələsi ilə məşğul olurlar və və böyük kompaniyaları sonrakı maliyyə tutumlu mərhələlərlə məşğul olmağa vadar edirlər. Elmi-texniki nailiyyətlər onlara elm tutumlu sahələrə böyük kapital yatırımı olmadan tez qoşulmağa imkan verir.

Kiçik firmalar kəskin bazar rəqabəti şəraitində fəaliyyət göstərirlər və çox zaman onlar bu rəqabətə dözmürlər. Bu səbəbdən də çoxlu sayda yeni kiçik firmaların yaranması eyni zamanda çox sayda kiçik müəssisələrin süqutu ilə müşahidə olunur. Çox zaman (təxminən 90%) kiçik müəssisələr kapital çatışmazlığından və ya qeyri-effektiv texnologiya ilə işləməsindən deyil, idarəetmə qabiliyyətinin, biliyinin olamamasından iflasla üzləşirlər. ABŞ-da davamlı olaraq kiçik müəssisələrin uğursuzluğunun səbələrinin nədə olması barədə sorğu keçirilir. Ən çox səslənən cavablar bunlardır:


  1. satış həcminin az olması;

  2. rəqabət;

  3. həddindən artıq istismar xərclərinin olması.

Bir çox böyük və kiçik kompaniyaların yaradılmasında iştirak edən Tom Neli qeyd edirdi ki, bankrot olmağın başlıca səbəbi fəaliyyət vəziyyətinə nəzrətin itirilməsi və istehsala uyğun olmayan idarəetmə sisteminin olmasıdır.

Bir qayda olaraq kiçik müəssisələr böyük olmayan partiyalarla tez-tez dəyişən nomenklaturada və çeşiddə məhsul buraxılışı məqsədilə meydana gəlir. Kiçik biznes müəssisələri çox böyük əhəmiyyət kəsb etməyən xammal və material mənbələrindən istifadə etməklə çox da böyük olmayan tələbatı qarşılamağa çalışırlar. Kiçik müəssisələr böyük müəssisələrin tullantılarını yenidən istehsala cəlb edir və yığıcı müəssisələr üçün tamamlayıcı hissələr hazırlayır. Kiçik müəssisələr iqtisadiyyatın bütün sahələrində risk dərəcəsinin böyük olmasına görə liderlik edir.

Kiçik müəssisələrdən fərqli funksiyalara və müvafiq nəticələrə malik olan iki böyük qrupa xüsusi diqqət yetirmək istərdim. Bunlar fəaliyyətləri iqtisadiyyatın intensiv və ekstensiv istiqamətdə inkişafına yönələn müəssisələrdir. Intensiv istiqamətin kiçik müəssisələri böyük müəssisələsin inkişafına sürətli təkan verməyə xidmət edirlər, məhz burda qlobal struktur dəyişikliklərinin əsası qoyulur. Kiçik innovasionmüəssisələrin prioritet sferada həvəsləndirilməsi bu sahədə elmi-texniki tərəqqinin sürətlənməsi, satış bazarının yeni çeşiddə məhsullarla təmin edilməsi, böyük müəssisələr üçün kadrların yenidən hazırlanmasının əsas məsələlərinin işlənib hazırlanması kimi məsələlərlə bağlı dövlətin başlıca siyasətlərindən biridir. Intensiv kiçik iqtisadiyyat elmi-texniki siyasətin bütün aspektlərinin işlənmib hazırlanması üçün bir poliqondur. Iqtisadiyyatda qlobal dəyişikliklər edərkən hər şeyi dəqiqliklə nəzərə almağa nə imkan var, nə də ki ehtiyac. Böyük müəssisələrin bu işini kiçik müəssisələr, amma ekstensiv istiqamətin müəssisələri həyata keçirməlidirlər. Az məskunlaşmış və ucqar rayonların bazarlarının yeni məhsullarla təminatını da bu istiqamətin kiçik müəssisələri həyata keçirirlər.

Iqtisadiyyatda baş verən hər bir struktur dəyişikliyi işçilərin kütləvi şəkildə bağlanmış iş yerlərindən sonra işsiz qalması, onların yenidən hazırlanması və yeni iş yerlərinə cəlb olunması ilə müşahidə olunur. Belə hallarda sosial münaqişələrin aradan qaldırılması, müvəqqəti işlə təminat məsələlərində əsaə yük kiçik biznesin üzərinə düşür. Yəni kiçik biznes kütləvi inkişafın stabilləşdirilməsi funksiyasını həyata keçirir.

Kiçik müəssisələr adətən böyük kompaniyaların məşğul olmaq istədəkiləri sahələrdə fəaliiyət göstərir, bu sahədə ixtisaslaşırlar. Buna görə də böyük və kiçik müəssisələrin qarşıdurması çox nadir hallarda baş verir. Məhz bu kiçik biznesin uöurla inkişafına şərait yaradır. Inkişaf etmiş ölkələrdə kiçik və böyük müəssisələrin bir yerdə kooperativləşməsi konsepsiyası işlənib hazırlanır. Bu zaman böyük firma kiçik müəssisəni sıxışdırmır, əksinə onlar bir-birlərini qarşılıqlı tamamlayıarlar. Bu, ayrı-ayrı istehsal sahələri üzrə ixtisaslaşmada və innovasiyon sahələrdə daha tez-tez baş verir. Məsələn, ABŞ-da hər yeni yaranan 10 texnologiyadan 9-u kiçik müəssisələrdə yaranır. Həqiqətən də kiçik əv böyük müəssiələrin paralel mövcud olması mümkün olamqdıqda iqtisadiyyatın daimi inkişafından danışmaq olaz. Kiçik və böyük biznesin qarşılıqlı əlaqəsi 2 mərhələ keçib:


  • 1-ci mərhələ - yenidənqurma mərhələsidir, başqa sözlə özəlləşdirməyə giriş mərhələsi, belə ki bu dövrdə kiçik müəssisələr 1 məqsədlə yaradılırdı-resursları əldə cəmləşdirməklə və saxtalıqlarla ilkin kapitalın yaradılması üçün;

  • 2-ci mərhələ- bu özəlləşdirmə mərhələsidir ki , burda kiçik müəssisələrlə böyük firmalar eyni cərgədə yaradılırdı. Sonradan məlum oldu ki, bu dövrdə yaradılan kiçik müəssisələrin çoxu öz fəaliyyətlərini 2-ci ildə dayandırmışlar.

Kiçik və böyük biznesin kooperativləməsini yalnız və yalnız ağıllı iqtisadi siyasətlə həyata keçirmək olar. Kiçik müəssisələrin mövcud olması böyük müəssisələri yüksəldir və zaman onların qarşılıqlı fəaliyyəti öz-özünə yaranmış olur. Sonra artıq onların hansı sahələrdən soyudulması barədə danışmaq olar. Qeyd edək ki, bu cür qarşılıqlı əlaqələrin qurulması ancaq inkişaf etmiş bazar münasibətləri şəraitində məqsədəuyğundur.

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə