AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ




Yüklə 1.82 Mb.
səhifə5/29
tarix23.02.2016
ölçüsü1.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

DƏYİŞƏN ƏSASLARI


1-İCMAYİ-ÜMMƏT
İcmayi-ümmət, böyük islam alimlərinin bir mövzuda ittifaq etmələridir ki, İslam hüququnun (əsas) ünsürləri arasında yer alır.36 Dövlətin özünün və ya fərdlərlə dövlət arasında baş verən hadisələrin həll edilməsi və ya qərara alınması üçün, ilk dörd xəlifə tərəfindən və istişarə yolu ilə təşkil edilən toplantılara da icmayi-ümmət deyilir. Bu müəssisənin yaranmasında Hz. Ömərin (ra) rolu böyükdür. Hz. Əbu Bəkir (ra) özünün xilafət dövründə, çox az davam edən yalnız üstü örtülü məsələlərdə deyil, məlum məsələlərdə də təfsir və hədis elmlərini yaxşı bilən əshabələrlə istişarə edər və müvafiq qərara görə dövləti idarə edərdi.

Hz. Ömər (ra), bu “İcmayi-ümmət” toplantılarında davamlı olaraq iştirak edər, ən çətin məsələlərin həllində böyük rol oynayardı. Həmin müzakirə və mişavirələr, hüquqi bir qanunverici xarakter daşıyır və İslam hüququnda bir çox həqiqətlərin müəyyənləşməsinə səbəb olurdu.

Çiynindəki əbasından başqa mülkü olmayan Hz. Ömər (ra), on illik xilafəti dövründə İslam hakimiyyətini Çindən Cəbəlüt-Tariqə kimi genişləndirmiş, bu səbəblə, yeni vəziyyətlər yaranmağa başlamışdı. Bütün qarşılaşdığı problemləri Hz. Ömər (ra), “İcmayi-ümmət” məclisində prinsip qərarlarına bağlayardı. Həmin qərarların alınmasında, Peyğəmbərimizin (səs), münaqişə edilən mövzu barədə nə buyurduğu, yaxud necə hərəkət etdiyi və ya iqrar edib-etmədiyi, ətraflı şəkildə müzakirə olunur, nəticə etibarilə Qur’an və Peyğəmbərin sünnəsi rəhbər olaraq mütaliə edilirdi. “İcmayi-ümmət” müəssisəsi “təşri” (qanun qoyma) vasitəsi olaraq Peyğəmbərimizin (səs) dünyasını dəyişməsindən etibarən üç nəsil boyunca davam etmişdir. (Yəni Hz. Peyğəmbəri görməklə şərəflənən əshabələr, onlarla tanış olan tabiun və tabiunu tanıyan təbətabiun müddətincə...)37

Qısaca olaraq: Dörd Xəlifənin təşkil edib işlətdikləri “İcmayi-ümmət” müəssisəsini, həmin dövrün tam demokratik bir qanunvericilik məclisi, daha doğrusu ali məclisi olaraq qəbul və mütaliə etmək mümkün deyildir. Çünki, həmin məclis, bəzən qüvvədə olan bir qisim hökmlərini zamanın ehtiyacını nəzərə alaraq dəyişdirir və ya ləğv edirdi. Bu mövzuda bir misal verək:

Hz. Peyğəmbər (səs) Qur’andakı “Zina felini işlədən kişi və qadına, cəza olaraq yüz dəyənək vurun.” 38 əmrinə tabe olaraq yüz dəyənək vurma cəzasını tətbiq etməklə bərabər bir də sürgün cəzasını da əlavə edirdi.

Hz. Ömər (ra) dövründə; Ömər İbn Saara zina etdiyi üçün, həm yüz dəyənək vurulmuş və həm də, sürgün cəzası tətbiq edilmişdi. Məhkum, sürgün edildiyi yerdən küfristana firar etmiş və üstəlik İslam dinini də tərk etmişdi. Bu hadisəni nəzərə alan Hz.Ömər (ra) zina cəzalarına sünnə olaraq əlavə edilmiş olan sürgün cəzasını “İcmayı-ümmət” yolu ilə ləğv etmişdi. Çünki, genişlənmiş olan dövlət torpaqları orada yaşayan insanlar arasında, adi bir hal olaraq qəbul edilən zina günahını işləyənlərin artma ehtimalı var idi. Günahkarların küfür məmləkətlərinə getmələri və İslam dinini tərk etmələri səbəbilə sürgün cəzasının zamanın tələblərini nəzərə alaraq ləğv edilməsi,yerinə düşən bir qərar olmuşdur.39



2-QİYASI-FÜQAHA
Səhabələr, “qiyası-füqaha”, yəni hüquq alimlərinin hüquq məsələllərini qiyas yol ilə həll etmə müəssisəsini də təsis etmişdilər. Qiyas, bir qanunvericilik vasitəsidir. Bu səbəblə qiyas, İslam hüququnun bir mənbəyi olmuşdur. Müctəhid İmamlara görə qiyas, hələ də hüquqi cəhətdən haqqında bir qanun və ya hökm qoyulmamış bir məsələni, qanuni və hüquqi bir vəsfi müəyyən olan digər bir məsələyə bənzədilərək hökmə bağlanması deməkdir. Beləcə iki hadisə arasında bir qiyası-qanuni təsis olunduğu təqdirdə, əvvəlcədən bilinən və haqqında hökm müəyyən olan hadisəyə tətbiq olunan hökm, həmin yeni hadisəyə də tətbiq olunur.40 Məsələn; narkotik maddələr, o zaman məlum olmadığı üçün istər Qur’an istər hədis yoluyla qadağan edilməsinə dair bir ifadə yox idi. İslam müctəhidləri, narkotik maddələrdə də eyni haram olan spirtli içki kimi sərxoş etmə xüsusiyyətinin olduğunu, spirtli içkinin haram qılınmasında da sərxoşluğun səbəb olduğuna qiyaslanaraq narkotik maddənin də işlədilməsinin haram (qadağan) olacağı hökmündə müvafiqdirlər.

Peyğəmbərimiz (səs), tam səlahiyyətlə Yəmənə göndərdiyi Muaz İbn Cəbələ aşağıdakı sualları vermiş və razı qaldığı bu cavabları almışdır:



- Ya Muaz! Məhkəmə ərz edən davalara necə hökm verəcəksən?

- Allahın kəlamındakı (Qur’andakı) hökümləri tətbiq edərəm.

- Əgər Allah kəlamında bir işarə tapa bilməsən onda nə edəcəksən?

- Allah Rəsulünün (səs) sünnəsinə tabe olaram.

- Mənim sünnətimdə də axtardığın hökmü tapa bilməsən bəs onda nə edəcəksən?

- Məsələni öz ictihadım ilə həll edəcəyəm, cavabını verəndə Peyğəmbərimiz (səs) belə buyurdu:

- İslamiyyəti qəbul etmiş ölkələrdə həqiqi dinin mənfəətlərinə xidmət etməyə layiq insanları ehsan etdiyi üçün Allaha şükürlər olsun.41

Necə ki Muaz İbn Cəbəl, Yəməndə olduğu müddət ərzində orada ola-ola Hicazda olmayan bir çox məsələləri qiyas yolu ilə ictihad edərək qərar vermişdi.42


3- Ö R F
Hənəfi və Maliki məzhəblərinə görə, nass olmayan yerdə əsl olaraq qəbul edilən örf, insanların müaməlat baxımından davamlı bir şəkildə etdikləri işlərin düzgün olmasını təmin edən şeylərdir. Adət, ənənə Fiqh üsuluna daxil edilir və Peyğəmbərin (səs) “Müsəlmanların gözəl gördüyü şey, Allah yanında da gözəldir.”43 hədisi buna işarə edir. İnsanların gözəl gördüyü örfə zidd hərəkət etmək, çətinlik və sıxıntıya səbəb olar. Qur’anda isə, “Allah, sizin üçün dində bir çətinlik qılmadı.”44buyrulur.

Bu etibarla Hənəfi və Maliki alimləri, “səhih örf ilə sabit olan şey, şər’i bir dəlil ilə sabit olmuş kimidir”-deyərlər. Ona görə də ehtimal olunurdu ki bu sözün mənası, örf ilə sabit olan şey, nəss (qəti sübut və dəlil) olmayan yerdə etimada layiq bir dəlil ilə sabit olmuş olar. Örfü, hökm istinbadı üçün bir dəlil olaraq alan alimlər.onun Kitab və Sünnə olmayan yerlərdə keçərli olduğunu qəbul edirlər. Örf , Kitab və Sünnəyə zidd düşərsə mötəbər olmaz. Məsələn sələmçilik bəzən insanlar tərəfindən adət halına gətirilə bilir. Ancaq nəsləri ehmal etmək olan belə halları örf saymaq doğru olmaz. Əksinə, həmin adətlərə qarşı durmaq lazımdır. Bu baxımdan örfü iki yerə ayırmaq olar:



  1. Səhih örf: Bu, Şər’i bir əsl olaraq qəbul edilir.

  2. Fasid örf: Bu isə, qət’i bir nassa zidd düşdüyü üçün mötəbər sayılmır.45


IV F Ə S İ L
1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə