AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ




Yüklə 1.82 Mb.
səhifə4/29
tarix23.02.2016
ölçüsü1.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

3-İSLAM MƏDƏNİYYƏTİNİN İNKİŞAFI

Müsəlmanlar, ölkələri fəth edərək İslamiyyəti yaydıqdan sonra elm və irfana da eynı sürətlə davam etmişlər. Doktor Lukyen Leklerk deyir ki: “Müsəlmanların IX əsrdə yaşadıqları möhtəşəm nümunəni dünya bir daha görməyəcəkdir. Vaxtilə bir köçəri millət olan ərəblər, din uğrunda dünyanın yarısına hakim olduqdan sonra dövlətlərini qurmuş və elm baxımından öz nöqsanlarını görərək onu təhsilə yönəltmişdilər. Roma İmperiyasının qalıqlarını ələ keçirmək üçün yalnız və yalnız müsəlmanlar, elm və tərəqqi dalınca getmişlər. Daşürəklilik və cəhalətlərilə iftixar edən əcnəbilər, ordularını, dağınıq xalqlarını birləşdirmək üçün min il çalışdıqları halda, müsəlmanlar həmin işi bir əsr ərzində uğurla başa çatdırmışdılar.

XIII əsrin sonlarında müsəlmanların əlindəki elm xəzinəsi, bir tibb risaləsinin (kitabça) tərcüməsi ilə Kimya haqqında neçə-neçə risalənin (kitabçanın) tərcüməsindən ibarət idi. IX əsrin sonlarında yunanlıların bütün biliyi müsəlmanlara keçmişdi. Müsəlmanlar arasında görkəmli elm adamları yetişmiş, bunlar dünyəvi elmlərə ən böyük dəyəri vermiş və beləcə yeni yetişənlər öz uğurlarını ilə hətta ustadlarını belə keçmişdilər.

İslam mədəniyyətinin həqiqi inkişafı Abbasilərin səltənət və xilafətə keçmələrilə başlamışdır. Paytaxtın Bağdada nəql olunması ilə liberal təmayüllər özünü göstərmiş və bunun nəticəsi olaraq iqtisadi və fikri həyatla bərabər fəaliyyətlər də daha üstün bir vəziyyət almışdı. Mesopotamiya torpağında və Orta şərq ticarət yollarının birləşdiyi bir yerdə qurulan Bağdad, saraylarının göz qamaşdıran ehtişamıyla bütün insanları və dünya sərvətini özünə cəlb edən böyük və gözəl bir dünya şəhəri idi.

Təbiət xəzinələrini aşkar edən və sənaye həyatını yeni işlərlə təmin edən qüdrətli irəliləyişlər burada qurulur, nəqliyyat vasitələrinin düzgünlüyü və çoxluğu, ticarət mübadilələrini asanlaşdırırdı. Dünya müqəddəratına hakim bir dövlətin baş şəhəri olan Bağdad, çox hərəkətli bir ticarət və sənaye mərkəzi, sonsuz bir əyləncə və sərvət səhnəsi, eyni zamanda möhtəşəm bir elm akademiyası idi. Geniş fikirli və uzaq görüşlü xəlifələrin rəsmi himayəsi altında, böyük bir tərcümə fəaliyyəti başlamış və yavaş-yavaş bəşər biliyinin hər vadisini tutmuşdu. Xəlifələrin özləri, yunan dilindəki əsərlərin əsl nüsxələrini əldə etməyə əhəmiyyət vermirdilər. Çünki bəzən həmin əsərləri ələ keçirmək bir diplomatiya işi idi. Tərcümə işləri ilə məşğul olmaq üçün elmi heyətlər təşkil edilmiş və bunlar gecə-gündüz durmadan çalışırdılar.

Elm və sənətin böyük hamisi olan Xəlifə Mə’mun tərcümə işləri üçün xüsusi bir müəssisə təsis etmiş və bunun idarəsini ən görkəmli elm adamlarına tapşırmışdı. Onun hakimiyyəti dövründə (813-833) tərcümə işi, ən böyük uğur qazanmışdı.

Tərcümə edilən yunan əlyazmaları həddindən artıq olmaqla bərabər Fars və Hind ədəbiyyatı da ehmal olunmamışdı. Birinci olaraq, riyaziyyat və astronomiya sahəsindəki əsərlərə əhəmiyyət verilmiş, yunan müəlliflərinin Suriya dilinə tərcümə olunan əsərləri Ərəb dilinə çevrilmiş isə də, daha sonra bunlar yunanca əslindən təkrar tərcümə olunmuşdu. Kalen, Hippokrat, Əflatun, Batlamyus, Evklid, Arximed, Appoleon, Egineli Paul, Oribasius və daha bir çoxlarının əsərləri ərəb dilinə çevrilmişdi... Yohanna, Masaveyh, Huneyn ibn İshaq, Sabit ibn Qurrə və Kuska ibn Luka ən məşhur mütərcimlər arasında idilər. IX əsrin sonlarında tərcümə dövrü başa çatmış və əsərlərin tərtib etmək dövrü başlamış, İslam alimləri və müəllifləri yetişmiş və bunlar çoxlu əsərlər yazmışdılar.

Müsəlmanların ən çox əhəmiyyət verdikləri işlərdən biri təhsil imkanını əldən gəldiyi qədər yaymaqdı. Oxumaq istəyənlər dünyanın hər tərəfindən bu böyük mərkəzə gəlirdilər. Burada ən yeni əsərlərlə tanış olmaq imkanı tapır və ən son uğurları incələməyə müvəffəq olurdular. Elm dalınca qaçan üstün zəka və geniş təfəkkür sahibi insanlar çox idi. Saraylar elm adamlarını, ədibləri, şairləri, həkimləri və filosofları saxlamağı ən böyük bir iş hesab edər və müxtəlif fikir ayrılıqları iltifat və sayğı ilə qarşılanardı. Mədrəsələr və kitabxanalar təşkil etmək, müsəlmanların ən çox ləzzət aldıqları işlərdi. Sərvət və rifahın mütəmadi inkişaf etməsi zövqlərin incəlməsinə yardım etmişdi. Yaxşı yolların, körpülərin, karvansarayların inşası, hər yerdə su quyularının qazılması, səyahətləri asanlaşdırır və insanların bir-biri ilə tanışmalarına imkan verirdi. Bütün quru yolları durmadan ticarət mallarını daşıyır, fəqət dəniz yolları da əsla ehmal olunmurdu. Aralıq dənizi, tam üç əsr bir İslam gölü kimi qorunmuş və müsəlmanların ticarət fəaliyyətləri ilə canlanmışdı. Aralıq dənizi, şərq İslam aləmi ilə qərb İslam aləmini bir-birinə bağlayır, lakin siyasi baxımdan fərqliliyə mane olmurdu. İslam ölkələrinin geniş olması səyahət arzularına müsbət təsir etmiş, İslam səyyahları hər tərəfi gəzmiş və geniş araşdırmalar aparmışdılar. Bu səyahətlər sadəcə dini və ya ticari səbəbli olmamış, xüsusən elm susuzluğunu aradan götürmək üçün olmuşdur.18 Çünki, Hz. Peyğəmbər (səs) buyurur ki:

Elm və hikmət axtarmaq üçün evindən çıxan kimsə, geri qayıdana kimi Allah yolunda getmiş olar.”

Tarixi dövrlər içində Xüləfayi-Raşidin (Rəşid xəlifələr) dövründən daha mükəmməl, daha gözəl və daha parlaq bir dövrə şahid deyilik. Xüləfayi-Raşidin dövrü, ruh, əxlaq, din, elm baxımından səmərəli, kamil insan yetişdirmək və parlaq bir mədəniyyət yaratmaq üçün bütün müsəlmanların əl-ələ verib çalışdıqları bir dövrdür. Həmin dövrdə İslam imperiyası dünyanın ən böyük imperiyası idi. Həm maddi, həm də siyasi gücü ilə öz dövrünün bütün qüvvələrinə meydan oxuyurdu. Hər tərəf əxlaq timsalı, görkəmli şəxsiyyətlərlə dolub daşırdı. Çünki insanların həyatına, idarəsinə böyük əxlaq ölçüləri hökm edirdi. Bu dövrdə əxlaq və fəzilət, ticarət və sənət hər şey birgə inkişaf edirdi.

Ölkənin genişliyi, əhalinin sıxlığı və müxtəlif amillərə baxmayaraq cinayətlər və sosial problemləri yox deyiləcək qədər az idi. İnsanların bir-biri ilə və cəmiyyətlə olan ünsiyyətləri mükəmməl idi. Bu isə ancaq, iradəyə hakim olanların və mədəniyyətin yaradılmasında səy göstənlərin həyatları, əqidələri, tərbiyələri, idari və siyasi sahədəki uğurlarıyla mümkün olmuşdu. Çünki onlar harada olmalarından asılı olmayaraq dindar və əxlaq baxımından üstün kimsələr idi. İstər idarəçi, istər adi bir vətəndaş; istər zabit, istər əskər-hamısı da düzgün, güvənilən, təvazökar və gözəl əxlaq sahibi insanlar idilər.19

Rum dövlət adamlarından biri müsəlman əskərlərindən danışanda belə demişdir:

Onlar gecələrini ibadətlə, gündüzlərini orucla keçirərlər. Verdikləri sözü mütləq yerinə yetirərlər. Yaxşılığı əmr edər, pisliyi qadağan edərlər. Bir-birlərinə qarşı çox insaflı və mərhəmətlidirlər.”20

Bir başqası da belə demişdir:

Müsəlmanlar gündüzləri at üstündə, gecələri ibadətdədirlər. Qarşılığını vermədən öz himayələri altında olanlardan heç nə almazdılar. Salamsız heç yerə daxil olmazlar. Müharibəyə girdikləri millətlərə qarşı qalib gələnə kimi vuruşarlar.”21
Daha bir başqası da belə demişdir:“Müsəlmanlar gündüzləri at üstündə, gecələri ibadətdə olduqlarından, həmişə oxlarını yonub mızraqlarını düzəltməklə məşğul olarlar. Yanınızda oturan bir kəsə bir şey desəniz, Qur’an və zikr səslərindən sözünüzü anlaya bilməz.”22 Müsəlmanlar Mədaində Kisranın yüz min dinar qıymətindəki tac və təxtini qənimət olaraq ələ keçirdiklərində, ona heç toxunulmadan, doğrudan doğruya komandirə təslim edilmiş, komandir də dərhal müsəlmanların xəlifəsinə göndərmişdir. Heyrətini gizlədə bilməyən xəlifə: “Bu hərəkəti edənlər, şübhəsiz ki əmin kəslərdir.”-deməkdən özünü saxlaya bilməmişdi.23

4-İSLAM MƏDƏNİYYƏTİNİN

İNKİŞAFINI TƏMİN EDƏN AMİLLƏR
Məlum olduğu kimi, dinlər, cəmiyyətin fikir, anlayış, hərəkət və davranışlarının nizamlanmasında böyük rol oynamışdır. Ona görə də İslam mədəniyyətinin yaranmasını, inkişafını və genişlənməsini təmin edən ən böyük amil, İslam dininin elmə verdiyi dəyərlərdir.

İslam mədəniyyətinin inkişafına təsir edən daha başqa amillər olmaqla bərabər ən böyük amilin elm olduğunu rahatlıqla deyə bilərik. Çünki, elm olmadan tərəqqidən danışmaq qeyri-mümkündür.

Qur’ani-Kərim ilk ayəsi ilə təlim və tərbiyəni əmr edən bir din kitabıdır. Bu kitabın göndərildiyi Peyğəmbər də ümmətinə bu sahədə təlimat verirdi. Ona görə də müsəlmanlar daha İslamın ilk illərindən etibarən öyrənmək üçün bütün imkanlarını səfərbər edirdilər. Başlanğıcda həmin imkanlar, daha çox dini sahədə aparılardı. Çünki bu məlumatların bir qismi gündəlik, bir qismi həftəlik, bir qismi aylıq, bir qismi də illik ibadətlər üçün vacib idi. Bu məlumatlara sahib olmadan ibadət edilə bilməzdi.

Bununla bərabər ibadətlərə aid biliklərin sadəcə dini elmlər olmadığını da bilmək lazımdır. Çünki, namaz qılmaq və ya oruc tutmaq istəyən bir müsəlman, başını yerdən qaldırıb göyləri araşdırmaq və ay ilə günəşin hərəkətlərini təqib etmək məcburiyyətindədir. Beləcə bəsit bir şəkildə də olsa bir Astronomiya məlumatına; Zəkat vermək istəyən bir başqası, riyaziyyat məlumatına; Həccə getmək və ya namaz qılmaq üçün qiblə yönünü təyin etmək istəyən bir digəri də ən azı coğrafiyadan məlumata sahib olma zərurəti hiss edirdi.

Bütün bunlar, vaxt keçdikcə Müsəlmanların müxtəlif sahələrdəki elmlərlə məşğul olmalarına səbəb olurdu. Nəhayət bəzi hədislərin ümumi mənada elmə həvəsləndirməsi, Müsəlmanların əsrlər boyu hər cür elmi fəaliyyətdə olmalarına səbəb oldular. İslam aləmində, Astronomiya və riyaziyyat kimi elmlərin inkişafı üçün ən böyük təşviq, ibadətlərin yerinə yetirilmə vaxtları ilə əlaqədardır.

Bu baxımdan riyaziyyat, astronomiya və xüsusilə həndəsəyə ehtiyac vardı. Necəki, Ramazan ayının başlanması və bayramların gəlişini qeyd etmək üçün Hilalın (Ayın) görünməsi, Müsəlman riyaziyyatcı və astronomlarının ən mühüm işlərindən biri olmuşdu. Bundan başqa bu cür problemləri həll etmək üçün daha geniş şəkildə fəza həndəsəsinin tədbiqi lazım idi.

Bunlardan biri, dünyanın hər hansı bir yerindən Məkkənin olduğu (qibləni təyin etmək üçün) cəhətin müəyyənləşdirilməsi digəri də gündə beş dəfə qılınan namazın, vaxtlarının günəşin hərəkətinə görə təsbit edilməsiydi. Bu mövzularda dəqiq hesablamalar edə bilmək üçün göy sferi üzərindəki üçbucaqların bilinən bucaq və kənarlarından hərəkətlə, bilinməyənlərini tapmaq lazım idi. Batlamyus metodunun tətbiqinin uyğun olmamasından ötrü, müsəlman riyaziyyatcı və astronomlar, daha bəsit trigonometrik metodlara ehtiyac hiss edirdilər.
Bunun bir nəticəsi olaraq IX əsrdə bugün də işlədilən altı trigonometrik funksiya tərtib edilmişdi. Bunlar, sinus, kosinus, tangens, kotangens, sekans və kosekans funksiyaları idi, lakin Batlamyus dövründə bunların heç biri bilinmirdi. Bu altı funksiyadan beşi qətiyyətlə İslam mənşəli olub, sadəcə sinus funksiyasının hindlilərdən alındığı ehtimal olunur.24
II F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNİN



DƏYİŞMƏYƏN ƏSASLARI

1-QUR’ANİ-KƏRİM
Qur’ani-Kərim, (Məkkə və Mədinə şəhərlərində) Hz. Peyğəmbərə (səs) tədricən (23 il ərzində) nazil olmuşdur. Peyğəmbərimiz (səs), nazil olan bu ayə və surələri oxuduqca, katiblər onları, davamlı olaraq o zaman yazı üçün işlədilən müxtəlif materiallara yazırdılar. Hz. Mühəmməd (səs) XI hicri ildə dünyasını dəyişdiyi zaman, Qur’ani-Kərimin bir qismi səhifələr üzərində yazılmış, digər bir qismi də hafizlər tərəfindən əzbərlənmişdi.25

Hz. Əbu Bəkirin (ra) xəlifəliyi dövründə Yəmamə muharibəsi baş vermiş və əshabələrdən bir çox nəfər şəhid omuşdu. O cümlədən onlar arasında Qur’anı əzbər bilən 70 hafiz də şəhid olmuşdu. Hz. Ömər (ra) hafizlərin şəhid olmasından çəkinərək Qur’andan heç bir şeyin itməməsi üçün Qur’ani-Kərimin bir yerə cəm edilməsi barəsində xəlifə Hz. Əbu Bəkirə (ra) təklif irəli sürdü. Hz. Əbu Bəkir də vəhy katiblərindən Zeyd İbn Sabiti çağıraraq səhabələrin yanında olan surələri toplatdırdı.26

Zeyd İbn Sabit, Qur’ani-Kərimi əldə etdiyi yazılı hissələrdən və biri digərini təyid və təsdiq edən hafizlərdən dəqiq yoxladıqdan sonra toplayıp xəlifəyə təhvil verdi. Həmin səhifələr (Qur’an) vəfatına qədər xəlifənin muhafizəsində qaldı. Hz. Ömər xəlifə olanda həmin səhifələri öz muhafizəsinə götürmüş və vəfatına qədər saxlamışdır.

Hz. Osman xəlifə olanda həmin səhifələri, öz qızı eyni zamanda Peyğəmbərimizin (səs) möhtərəm zövcəsi (Hz. Ömərin qızı) Hafsa anamıza (r.anha) təslim etdi.27

Bununla bərabər, dövlətin ərazisi genişləndikcə hər tərəfdə çoxalan hafizlər və müsəlmanlar arasında Qur’ani-Kərimin oxunması haqda bəzi ixtilaflar baş verdi. Bunun üzərinə Huzeyfə əl-Yəmani, Xəlifə Osmana (ra) miraciətlə, bu ixtilafın aradan götürülməsini təklif etdi, əks halda mənfi nəticələr ola biləciyini bildirdi.

Hz.Osman, Hz. Hafsadakı (r.anha) Qur’anı istədi və bu səhifələrin çoxaldılması üçün əshabə böyüklərindən Zeyd İbn Sabit, Abdullah ibn Zübeyr və Abdurrahman ibn əl-Haris ibn Hişamı (r.Anhum) dəvət etdi və onlara belə dedi: “Aranızda ixtilafa düşərsəniz, Qur’anı Qüreyş lisanı üzərə yazın, çünki Qur’an Qüreyş lisanı üzərə nazil oldu.” Bu möhtərəm əshabələr də eyni təlimat dairəsində altı müshəf (Qur’an) yazdılar. Hz. Osman, bunlardan dördünü (hər şəhərə bir adəd olmaqla) Məkkə, Bəsrə, Kufə və Şama göndərdi.28 Biri əhaliyə, digəri də özünə məxsus olmaq üzrə iki müshəfı da öz nəzarətinə götürdü. Bu tarixdən sonra müsəlmanlar, Hz. Osmanın müshəfini nüsxə edərək çoxaltdılar.

Qurani Kərim, İslam mədəniyyət və müəssisələrinin ən mühüm və dada çatan mənbəyidir. Cəmiyyətin tabe olması lazım gələn qanun-qaydalar ilə, toplum fərdlərinin həm dövlətə qarşı, həm də öz aralarındakı münasibətlərin tənzimlənməsi kimi mövzular ilahi vəhyə dayanan, bu kitabda mövcuddur. Bu, Müsəlman cəmiyyətlərdə dini, siyasi, ictimai, iqtisadi, əxlaqi və əskəri müəssisələrin yaranıb inkişaf etməsinə təkan verdi. Çünki Müsəlmanlar, axtardıqları hər şeyi Qur’anda tapa bilirlər. Çünki onda nöqsan buraxılan heç nə yoxdur.29 İnsanları düz yola dəvət edən bu kitab, ağla böyük əhəmiyyət verirdi. Müsəlmanlar, hələ vəhyin ilk parıltıları ilə, ağla verilən dəyərin fərqinə varmışdılar. Beləcə də onun, sağlam, məntiqli və sərbəst düşüncəni nə qədər dəstəklədiyini anladılar.

Bu səbəbdəndir ki, İslam dünyasının hər rəng və irqdən olan alimləri, Qur’anın bu işarətlərinə əsaslanaraq fikir, siyasət,

ədəbiyyat , əxlaq, fəlsəfə, sosiologiya, incəsənət, hüquq və metodologiya kimi sahələrində böyük bir istəklə çalışmağa başladılar. Bu çalışmaların, bəhrəsini elm, ağıl və məntiqlərinin əmr etdiyi tərzdə sistemləşdirdilər. Bu istək, müsəlman cəmiyyətlərdə hələ işin əvvəlində bir çox müəssisənin əsasının qoyulmasına səbəb oldu.

Həqiqətən Qur’an, başqa sözlə desək, İslam insanların həm öz aralarında, həm dövlətlə olan münasibətlərdə və həm də digər bütün varlıqlara davranış prinsiplərini təsbit etmişdir. Bundan ötrü, münasibətlərin nizamlaşdırılması demək olan müəssisələrin binövrəsi bu şəkildə qoyulmuş oldu.

Qur’an əmirləri Müsəlmanların siyasət, idarə və təşkilatlarının yaranmasında onlara rəhbər oldu. İslam sərhədlərinin genişlənməsinə paralel olaraq bu prinsiplər Ərəb yarımadasının xaricində də işlədilməyə başlandı. İlahi vəhy ilə göndərilən Qur’ana əsaslanan İslam mədəniyyəti və buna bağlı olaraq yaradılan müəssisələr, özlərinə aid bir xüsusiyyət daşıyırdılar. Bu baxımdan onları, dünyanın digər müəsssələri ilə qarışdırmamaq lazımdır.30
2-SÜNNƏTİ-NƏBİ
İnsanların anlamaqda çətinlik çəkdiyi bəzi ilahi əmrlərin izah və tətbiq edilməsi surətilə Müsəlmanlara öyrədilməsi, Hz. Peyğəmbər (səs) vasitəsilə olurdı. Bu baxımdan o, bəyan və izah edən bir kimsə olaraq, Qur’an prinsiplərinin daha yaxşı anlaşılmasına yardımçı olurdı. Beləlikli, onun söz, fel və təqrirlərindən yaranan sünnəsi İslam müəssisəsinin ən mühüm mənbələrindən biri idi.

Həqiqətən, İslam cəmiyyəti üçün, dövlət başcısı, rəhbər, hakim, müəllim və tərbiyəçi olma xüsusiyyətlərinə malik olan Mühəmməd (səs) hər şeydən əvvəl bir peyğəmbər idi. Onun sünnəsi isə istər fərd olaraq bir Müsəlman, istərsə də bütün bir İslam cəmiyyəti üçün, dinin və Qur’anın təfsir edilməsi idi. Onun

təlimi həm dünya, həm də axirət işləri ilə əlaqəli idi. O, fel və hərəkətlərinin İslamın həyata tətbiq edilməsində ən böyük rolu olan bir rəhbər idi.31 Çünki Peyğəmbərimizi (səs), Rəbbi tərbiyə etmişdi. Bu səbəbdəndir ki, onun ifadə və davranışları özündən asılı deyil, vəhyə isnad olunurdu.32

Müsəlmanlar onun ən bəsit və kiçik kimi görünən hərəkətləri ilə sözlərini, tətbiq edilməsi lazım gələn bir əmr hesab edirdilər. Hətta bununla da kifayətlənməyib ona tabe olmağı bir ibadət olaraq qəbul edirdilər. Bu səbəbdən onu, hər mövzuda özlərinə nümunə götürürdülər. Həmin anlayış, Müsəlmanlar arasında nəsildən nəslə keçib davam etdi.

Onun Mədinədəki məscidi, Müsəlmanların din, siyasət, təlim, tərbiyə, iqtisad, müamələ, sosial həyat, müharibə, sülh və İslam sənətlərinin öyrədildiyi bir məktəb vəzifəsi görürdü.33

Qur’anın, “Peyğəmbərin sizə gətirdiyini alın, sizə qadağan etdiyi şeydən də çəkinin.” 34 mənasındakı əmri, Müsəlmanların, Hz. Peyğəmbərin (səs) əmrinə və onun həyat düsturlarına daha möhkəm sarılmalarına səbəb oldu. Bütün bunlar, sünnənin, Müsəlman hüquqşünaslar tərəfindən İslam hüququnun; tarixçilər tərəfindən də İslam mədəniyyət və müəssisələrinin əsas mənbələrindən biri sayılmasına səbəb olmuşdur.35


III F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNİN


1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə