AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ




Yüklə 1.82 Mb.
səhifə24/29
tarix23.02.2016
ölçüsü1.82 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   29

3-DİNİ - SİYASİ

XRONOLOGİYA





571

Hz. Mühəmmədin (səs) doğulması.

622

Hz. Mühəmmədin (səs) Hz. Əbu Bəkir (ra) ilə birgə Məkkədən Mədinəyə hicrəti.

622

Mədinədə “Mədinə Şəhər Dövləti”nin quruluşu. (H. 1)

624

Bədr döyüşü.

625

Ühüd döyüşü.

627

Xəndək döyüşü.

628

Məkkəli müşriklərlə Hudeybiyə sülhü. Mədinədə müsəlmançılığın rəsmi olaraq tanınması. Hz. Mühəmmədin qonşu ölkə başçılarını İslama dəvət etməsi.

629

Bizans ilə müsəlmanlar arasında ilk döyüş. Mutə muharibəsi.

630

Müsəlmanlar tərəfindən Məkkənin fəth edilməsi. Hüneyn və Təbük döyüşləri.

630-631

Bütün Ərəbistan yarımadasının İslam peyğəmbərinə tabe edilməsi.

632

Hz. Mühəmmədin (səs) “Vida Həcci”ndə bütün insanlığa danışdığı Vida Xütbəsini deməsi. Vəfat etməsi və “Hücrəyi-Səadət” deyilən yerə dəfn edilməsi.

632

Hz. Əbu Bəkirin xəlifə səçilməsi ilə “Rəşidi Xəlifələr” dövrünün başlaması.

633

İraqın cənubunun fəth edilməsi. Müsəlmanlar və Bizanslılar arasında döyüş və müsəlmanların Əcnadeyndə qələbə çalması.

635

Müsəlmanlar tərəfindən Şamın fəth edilməsi.

636

Yərmuk döyüşü. Suriyanın fəthi. İranlılar ilə Qadisiyyə döyüşü.

637

Cəlulada Sasani padşahlarının məğlubiyyəti.

638

Tarixdə böyük İslam İnqılabı olan Hicrətin xəlifə Hz. Ömər dövründə ilbaşı olaraq qəbul edilməsi.

638

Antakiya, Hələb və Fələstinin fəthi.

639

Üqbə ibn Fərqədin başçılığı altında müsəlmanların Rey və Qəzvini tutmaqla Azərbay canın cənubunu fəth etmələri. Ərdəbil yaxınlığında Azərbaycan mərzbanı İsfəndiyarla sülh bağlanması.

639-642

Müsəlmanlar tərəfindən Misirin fəth edilməsi və İsgəndəriyyənin ələ keçirilmməsi.

641

Müsəlmanlar tərəfindən Urfa, Hərran və Mosolun fəthi.

642

Müsəlmanlar ilə İranlılar arasında Nəhavənd döyüşü. Sasanilər dövlətinin süqutu.

643

Qərbi Tripolinin müsəlmanların əlinə keçməsi.

646

Müsəlmanların İran və Türküstanı ələ keçirərək Anadolunu fəth etmləri (Əskişehərə qədər). Vəlid İbn Uqbənin sərkərdəliyi ilə müsəlmanların Təbriz, Talış və Muğana döyüş edərək, buranın əhalisi ilə sülh bağlaması. Salman İbn Rəbiənin Bərdə və Beylaqan əhalisi ilə sülh imzalaması.

647

Müsəlmanlar tərəfindən Şimali Afrika ölkələrinin fəthinə başlanması.

649

Müaviyə tərəfindən Kipr adasının ələ kəçirilməsi.

651

Müsəlmanlar tərəfindən İranın tamamilə fəth edilməsi.

651-652

Hərat və Bəlxin müsəlmanlar tərəfindən fəth edilməsi.

653

Ankaranın fəthi.

654

Muaviyə tərəfindən Rodos adasının ələ keçirilməsi.

655

Likiya sahillərində Bizans donanmasının müsəlmanlar tərəfindən məhv edilməsi.

660

Xəlifə Hz. Əli ilə Şam Valisi Muaviyə arasında meydana gələn Sıffin (36/657) və Hakəm (37/657) hadisələrindən sonra, iki tərəf arasında anlaşma aktı başlanaraq qanlı daxili müharibəyə son qoyulması, xəlifəliyin, Kufə və Şam xəlifəliyi olaraq ikiyə bölünməsi.

661-667

Müsəlmanların Hindistana ilk yürüşlərinin başlanması.

661

Şamda “Əməvi xəlifəliyi”nin başlaması. (H. 41)

668

Müsəlmanların Türkiyəyə yürüşləri Konstantinaopolun (indiki İstanbul şəhərinin) ələ keçirilməsi.

696-698

Müsəlmanlar tərəfindən Məğribin (Şimali Afrika) fəthinin başa çatdırılması.

702

Quteybənin sərkərdəliyi altında müsəlmanların Qərbi Türküstanı ələ keçirmələri.

706

Türküstanı xılas etməyə gəlmiş Çin ordusunun Xorasan valisi Quteybə tərəfindən məğlub edilməsi. Müsəlmanların Dərbənd və Azərbaycanı ələ keçirmələri.

707

Orta Asiyada müsəlmanlığın yayılmağa başlaması.

707

İspaniyanın (Pirenelerə qədər) fəthi.

708-715

Müsəlamnların Sind və Pəncab düzənliklərinə yiyələnmələri.

709

Müsəlmanların Atlantik okeanı sahillərinə qədər bütün Şimali Afrikanı, həmçinin Buxaranı fəth etmələri.

710-711

Kilikiyanın fəthi.

711

Tariq İbn Ziyadın sərkərdəliyi altında müsəlmanların Afrikadan İspaniyaya keçmələri. İspaniyanın (Pirenelerə qədər) fəthi.

712

Müsəlmanların Səmərgəndi fəth etmələri. Hindistan üzərinə yürüşün başlaması. İspaniyada Sideniya, Kormona, Seviliya və Merid şəhərlərinin tutulması.

713

Musa İbn Nasirin sərkərdəliyi altında müsəlmanların Preney dağlarını aşaraq Fransanı hədələmələri. Müsəlmanların Kaşqara yaxınlaşmaları və Çin sərhəddinə çatmaları.

715

Müsəlmanların Qərbi Anadoluda (Əskişəhər ətrafı), Bərqamə və Sard bölgələrində irəliləyişləri.

716-717

Müsəlamnlar tərəfindən Balear adasının tutulması. Müsəlmanlar tərəfindən İstanbulun üçüncü dəfə fəth edilməsi.

720

Müsəlamnların Cənubi Qalliyaya yürüşü.

721

Müsəlmanlar tərəfindən Tuluzun fəth edilməsi.

722

Müsəlamnlar tərəfindən İstanbulun yenidən fəth edilməsi.

723

Kiçik Asiyadakı Konya və Kəmax şəhərinin müsəlmanların əlinə keçməsi.

723-724

Hişam qoşunları tərəfindən Xəzərlərin məğlub edilməsi. Müsəlmanlar terəfindən Gürcüstanın fəth edilməsi.

726

Xəlifə Abdurrəhman Qafiqi tərəfindən Kordovanın ələ keçirilməsi

732

İslpaniya valisi Abdurrahman Qafiqi tərəfindən Fransanın Tur şəhərinin işğal edilməsi. Puatye döyüşü gedişində Abdurrəhman Qafiqinin ölümü və müsəlmanların Şarl-Marte ordusuna məğlub olub geri çəkilmələri.

740

Müsəlmanların Şərqi Afrikadakı Zəngibar (Tanzaniya) ölkəsini qonşuluğundakı Kilvada yerləşmələri.

750

Şamda “Əməvi Xəlifəliyi”nin sona yetməsi. (H. 132)

750

Bağdadda “Abbasi Xəlifəliyi”nin qurulması.

756

Əməvilərin digər qolu tərəfindən İspanyada (Kordova) “Əndəlüs Əməvi” səltənətinin yaradılması ilə bütün İspaniyanın vahid hakimiy yət altında birləşdirilməsi.

758

Müsəlman donanmasının Çin sahillərində yerləşən Konton şəhərini fəth etməsi. İslamın Çinə nüfuzunun başlanması. Müsəlmanların Cənubi Anadolunun yenidən ələ keçirmələri və Malatya şəhəri ətrafında Bizans əleyhinə istehkamlar yaradılması.

759

Müsəlmanların Fransadan qovulması

765

İlk fransız səfirinin Bağdada keçməsi

778-780

Əndəlus xəlifəsi I Abdurrahman tərəfindən Saraqossa adasının Kordova xilafətinə birləşdirilməsi

782

Dəniz yolu ilə Qalatiyanın (Kiçik Asiyanın Şimal hissəsi) işğalı. Müsəlmanların Üsküdara qədər irəliləyişi. Bizans imperatorunun xərac verməyə məcbur edilməsi.

786

Məşhur Abbasi xəlifəsi Harun ər-Reşidin hakimiyyətə gəlməsi. (Hakimiyyətdən getməsi: 809)

795

Əndəlusun II Əməvi əmiri I Hüşamın hökmdarlığı zamanı ərəb dilinin ispaniyanın rəsmi dilinə çevrilməsi.

801

Frank kralı Şarlman üçün Harun ər-Rəşid tərəfindən zəngli saat, Qüdsdəki kəmamə kilsəsinin açarı kimi hədiyyələrin səfirlik vasitəsi ilə Romaya göndərilməsi.

805

Müsəlmanların Korsika adasına hücumu

807

Müsəlmanlar tərəfindən Rodos adasının işğal olunması. Harun ər-Rəşid tərəfindən Şarlmanın sarayına ikinci səfirin göndərilməsi və Franklara Qüdsdəki müqəddəs yerlərlə əlaqədar bəzi imtiyazlar verilməsi.

809-810

Müsəlmanların Korsika və Sardina adası uğrunda mübarizələri

813

Abbasi Xəlifəsi Əl-Mə’mun hakimiyyətə gəlməsi. (Hakimiyyətdən getməsi: 833)

815

Əndəlus əmiri ilə Frank kralı Şarlman arasında saziş bağlanması

822

Əndəlusun Əməvi xəlifəsi II Abdurrahman tərəfindən Barselonun fəthi

823

Krit adalarının tutulması

825

Əməvilərin İspaniyadan Misirə qovduqları müsəlmanlar tərəfindən Korsika adasının fəthi.

830

Məmun tərəfindən Ankaranın və ətraf bölgələrinin fəth edilməsi

831

Müsəlmanlar tərəfindən Palermonun fəthi.

837-842

Bizanslıların müsəlmanlara həmlə etmələri və məğlub olaraq geri çəkilmələri

840

Cənubi İtalyanın fəthi.

842

Müsəlmanlar tərəfindən İtaliyanın Mesina və Toronto şəhərinin işğalı

844

Əndəlus Əməvi dövlətində poçt idarəsinin yaradılması

845

Müsəlman yürüşlərinin qarşısını almaq üçün İtaliyanın cənub şəhərlərinin birləşməsi.

846

Müsəlmanlar İtaliya yarımadasına hücuma başlayıb Roma şəhərinin darvazalarına qədər irəlilədilər.

848

Aralıq dənizində “Ağləbi”lərin İtalya sahillərinə yayılması və İslam mədəniyyətinin cənubdan Avropaya keçməsi.

849-850

Müsəlmanların Cənubi Fransadakı Pərvansa hücumu

853

Malta adalarını müsəlmanlar tərəfindən fəthi

869

Sicilyada yerləşmiş müsəlmanların Malta adasını tutmaları

878

Sicilya adasının ələ keçirilməsi

902-904

Müsəlmanların İtaliya üzərinə yürüşə keçmələri

909

Misirdə “Fatimi Xəlifəliyi”nin yaranması.

912

Kordovada “Əndəlus Əməvi Dövləti”nin ən məşhur Xəlifəsi III Abdurrəhmanın hökmdarlığa başlaması. (Hökmdarlığın qurtarması: 961)

931

İslam mədəniyyətinin genişlənməsi və Avropaya keçməsi.

1010

Mahmud Qəznəvinin Hindistana hərbi səfəri, İslam dininin Hindistana yayılmağa başlaması.

1031

Əməvilərin digər qolu tərəfindən İspanyada (Kordova) “Əndəlüs Əməvi” səltənətinin yaradılması.

1031

Kordova Xəlifəliyinin münfərid (müstəqil) sultanlıqlara ayrılmağa başlaması.

1040

İranda “Böyük Selcuq Türk Dövləti”nin qurulması.

1069

Sultan Əl Mö’təmədin hakimiyyəti. (Hakimiyyətdən getməsi:1095)

1071

Selcuqların Qüdsü fəth etməsi.

1071

Böyük Səlcuq Padşahı Alpaslanın, Bizans İmperatoru Romen Diyojenə “Mələzgird”muharibəsində qalib gəlməsilə Anadolunun İslamlaşmağa başlaması.

1076

Anadoluda “Konya Selcuqi Səltənəti”nin başlaması.

1095

İslam aləminə xaçlı müharibələrinin başlaması və İslam mədəniyyətinin şərqdən Avropaya keçməsi.

1157

İrandaki Böyük Səlcuq Türk dövlətinin dağılması.

1235

Əndülüsdə 400 ildən çox müsəlmanların paytaxtı olan “Kordova”nın xristianlar tərəfindən zəbti və Qərbdə İslam mədəniyyətinin İspanyollar tərəfindən yox edilməsi.

1258

Abbasi xəlifəliyinin paytaxtı Bağdadın Monqol hökmdarı Hülaqu tərəfindən zəbti, son xəlifə “Mötəsim”in dəhşətli şəkildə öldürülməsi, əlyazma kitabların Declə çayına tullanması. (Şərqdə İslam mədəniyyətinin dağılması)

1261

Misirdə “Abbasi Xəlifəliyi”nin təkrar başlaması. (Türk Köləmənlərinin hökmdarı, böyük diplomat “Məlik Zahir Baybars”ın himayəsində)

1270

İslam dünyasına hücum edən Xaçlı səfərlərinin sona çatması.

1299

Konyada Anadolu Səlcuq sultanlığına Monqollar tərəfindən son qoyulması.

1299

Osman Bəyin müstəqilliyini elan etməsi, “Osmanlı (Türk) Səltənəti”nin başlaması.

1308

Anadoluda Konya Selcuqi səltənətinin dağılması.

1453

Fateh Sultan Məhəmməd dövründə İstanbulun fəthi

1453-1459

Serbiyanın fəthi

1456-1470

Egey adalarının fəth olunması

1460

Yunanistanın fəthi

1463

Bosniya-Hersoqovina və Şimali Rumıniyanın fəthi

1463-79

Albaniyanın fəth olunması

1484

Boğdanın (Cənubi Rumıniya) fəthi

1491

İspanyada 262 il davam edən “Bəni Əhmər”İslam dövlətinin dağılması.

1492

Qırnatayı Xristianların işqali ilə İspaniyada Müsəlaman hakimyyətinin sona yetməsi.

1517

Misirdə “Abbasi xəlifəliyi”nin süqutu. Osmanlıların Suriya və Misiri fəth etməsi. Yavuz Sultan Səlimin Misirdəki son Abbasi xəlifəsi “III Mütəvəkkil”dən xilafəti alması. Beləliklə xilafət, Ərəblərdən Türklərə keçmişdir.

1521

Sultan Süleyman Qanuni dövründə Belqradın fəthi

1522

Rodos adasının ələ keçirilməsi

1529

Vyananın I dəfə mühasirəyə alınması

1533

Avstriyanın Osmanlılara xərac verməyə məcbur edilməsi

1540

Şimali Macarıstanın fəthi

1541

Transilvaniyanın fəthi

1558

Balear adalarının tutulması

1566

Ziqetvarın (Macarıstan) fəthi

1570

Sultan II Səlimin hakimiyyəti dövründə Kiprin fəth olunması

1585

Kanar adalarının fəthi

1625-1633

Osmanlıların Şimali Avropa Dəniz limanlarında hakimiyyəti ələ almaları

1672

Polşanın xərac verməyə məcbur edilməsi

1683

Vyananın II dəfə mühasirəyə alınması

1918

Mondros sazişi ilə Osmanlı İmperyasının süqutu.

1922

Osmanlı səltənətinin süqutu.

1924

Xilafətin sona çatması.

1   ...   21   22   23   24   25   26   27   28   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə