AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ




Yüklə 1.82 Mb.
səhifə2/29
tarix23.02.2016
ölçüsü1.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

G İ R İ Ş




KÜLTÜR VƏ MƏDƏNİYYƏT
“Kültür” sözü Latın dilindəki “işləyib əmələ gətirmə”, “hazır şəklə salma” mənasını verən “cultura” (kultura) sözündən olub Türk mənşəli dillərin qrammatikasına uyğunlaşdırılaraq “kültür” kimi işlədilir. 1

İslam ölkələrində bəzi araşdırıcılar bunun ərəb dilindəki qarşılığı olan “hars” sözünü işlətmişlər.

“Kültür” bir termin olaraq millətin maddi və mənəvi varlığı, yaşayış və davranış tərzini ifadə edir.2

“Mədəniyyət” sözü isə “şəhərləşmə, şəhər həyatını mənimsəmə” mənasını verən və ərəb dilində “şəhər” adlanan “Mədinə” sözündən götürülmüşdür.

Əvvəllər maddi-mənəvi baxımdan dünyanın yüksək rifah dövrlərini anlatmaq üçün “mədəniyyət” mənasında “imar, umar, məmur” kimi işlədilməsinə təsadüf edilən sözlərin yerinə XIX əsrdən başlayaraq Türk dünyasında Qərb dillərindən alınmış “civilisation” (əsli latınca civilis-vətəndaş) işlədilməyə başlanmışdır.3

Termin olaraq mədəniyyət, bir topluluğun, həyat tərzi, bilik səviyyəsi, sənət gücü, maddi və mənəvi varlığı ilə əlaqədar vəsflərin cəminə deyilir.4

Bizcə Mədəniyyət məlum ünvanda tarixən meydana gəlmiş məfhumlar, fəaliyyət və münasibət qaydalarından ibarət olan mənəvi, ictimai-sosial nizamdır.

“Kültür” və “mədəniyyət” sözlərini izah etdikdən sonra onların mahiyyətləri haqqında qısaca yazmaq yerinə düşər:



  1. Mədəniyyət beynəlmiləl olduğu halda kültür millidir.

  2. Mədəniyyət bir millətdən başqa bir millətə keçe bilər,

kültür isə keçə bilməz.

  1. Mədəniyyət dəyişər, kültür isə dəyişməz.

  2. Mədəniyyət ağıl və üsul vasitələri ilə, kültür isə ilham

yolu ilə meydana gəlir.

  1. Mədəniyyət, iqtisadi, dini, hüquqi fikirlərin, kültür isə,

dini, əxlaqi, bədii duyğuların cəm halıdır.

  1. Mədəniyyət, tarixən meydana gəlmiş məfhumlardan,

qaydalardan ibarət halda formalaşmış sistemdir. Kültürü təşkil edən duyğular isə səmimidir; tədqiq və təsbit edilmələri çox çətindir.5


MÜSƏLMANLARDA MƏDƏNİYYƏT

Keçmiş əsrlərə aid həyat tərzi ilə hadisələr haqqındakı mə’lumat və xəbərlər daima insanları maraqlandırmışdır. Çünki bunlar, bəzən bilik və təcrübə qazandırır, bəzən ibrət dərsi verir, bəzən də insanları düşünməyə sövq edir.

Yer üzündəki insanlar, fikri inkişaflarını tərəqqi etdirdikdən sonra keçmişdəki hadisələri və yaşayış tərzini öyrənmə arzusuna düşərdilər. Çünki tarix yaddaş qabiliyyətlərini hərəkətə keçirən bir güc mərkəzi olaraq bəşəri və təbii hadisələrin nəticələrinə söykənməklə, mə’nəvi qabiliyyətləri rəhbər tutan tənzimləyici elm sahəsidir.

Söz yox ki, tarixini bilməyən bir millət, yaddaşını itirmiş insan kimidir. Əski bir Romalı fikir adamının dediyi kimi, “Keçmişindən xəbərsiz bir toplumun uşaqlardan heç bir fərqi yoxdur.” Çünki ikisinin də keçmişi mövcud deyildir. Keçmişini pisləyən də gələcəyindən əmin ola bilməz. Bu həqiqəti sevimli xalq şairimiz Bəxtiyar Vahabzadə nə gözəl söyləmişdir: “Keçmişini söyən gələcəyinə güllə atır.”


İnsan həyatında onun bildiklərinin və həyat təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyi inkar edilə bilməz. Bu baxımdan keçmişə aid məlumatları yaxşı bilib, tarixdən dərs alanlar, çox zəngin bir təcrübə xəzinəsinə malik olurlar. Kahkaşandi (öl.821/1418) tarixi, sahili olmayan bir dəryaya oxşadıb onunla tanış olan insanları həmin dəryanın müxtəlif ne’mətlərindən istifadə edən kimsələr kimi qəbul etmişdir.6

Onu da qeyd edək ki, keçmiş hadisələrin yalnız bir hissəsi olmayan tarixin əsas mövzusu insandır. Əsas mövzusu insan olan tarixin məqsədi də, onu Allahın rızasına uyğun olaraq yetişdirməkdir. Bu səbəbdəndir ki, tarixin ilk təzahürlərinə bilavasitə Qur’ani-Kərimdə şahid oluruq. Çünki Qur’ani-Kərim insan həyatının sadəcə mə’nəvi cəhətini deyil, sosial həyatını da əhatə edir ki, bunlar tarixlə çox əlaqəlidir.

Bundan ötrü Qur’anda, tarixin başlanğıcı olaraq ilk

yaradılışın düşünülməsi əmr edilmişdir. Həqiqətən də bu günü anlamaq və gələcəyə hazırlaşmaq üçün tarixin mühüm hadisələrini dəyərləndirib ondan ibrət dərsi almaq lazımdır.

Tarixin bir hissəsi olan “Mədəniyyət Tarixi” də yer üzünün hər hansı bir bölgəsində olan cəmiyyətin keçmişdə özünə məxsus yaşayışını, dini inanclarını, adət-ənənələrini, dil və ədəbiyyatını, incəsənət fəaliyyətini, fikir, fəlsəfə və digər elmləri, dövlət idarə biçimi və təşkilatlanmasını geniş şəkildə mənimsəyən, bütün ünsürlərin mənbəyini, inkişafını, dəyişməsini, və zəifləməsini araşdırıb incələyən bir elm sahəsidir.

İslam mədəniyyəti isə, müsəlman cəmiyyətinin sahib olduğu mədəniyyət üçün işlədilən bir ifadədir. Hz. Peyğəmbərdən bəri Müsəlman olan bütün xalqaların birgə meydana gətirdikləri bir mədəniyyətdir. Fikir nöqteyi-nəzərindən mədəniyyətlərin yaranması, inkişafı və dağılması fərqlilik göstərməklə bərabər, ümumiyyətlə iki ünsürdən meydana gəlir. Bunlar maddi və mə’nəvi ünsürlərdir.

İslam mədəniyyəti əsas mənbələri, maddi və mə’nəvi ünsürləri öz daxilində yaşadan Qur’an və sünnə dediyimiz ilahi bir mədəniyyət – ilahi bir nizamdır. Bu səbəblə müsəlmanlar, ilahi vəhyin tədricən inkişafına çalışdığı mədəni anlayışı, bir həyat nizamı olaraq qəbul edirlər. Bununla bərabər İslam mədəniyyətini layiqincə tanıyıb onun, insanlığın xidmətinə təqdim etdiyi imkanları tədqiq edib gün işığına çıxarmaq güman edildiyi qədər asan deyildir. Çünki bu, başqa-başqa diyarların müxtəlif və rəngarəng çiçəklərindən bir dəstə gül meydana gətirmək deməkdir.7

Bizim dünyanın üç qitəsini fəth edib dördüncüsünə keçən və milli şəxsiyyətimizi təmsil edən bir mədəniyyət yaradıb düşmənlərimizin belə bizə qibtə etdiyi dövrlərdə sarsılmaz bir üstünlüyə malik şüurumuz olmuşdur. Bizi tarixin taxtına çıxarıb əsrlərlə dünyaya hakim vəziyyətdə tutan ən mühüm qüvvəmiz, sözsüz ki, İslama könül verən o dini ruhumuz idi.

İncəsənətdə, ədəbiyyatda, me’marlıqda, hətta bir çox adət-ənənəmizdə belə o müqəddəs ruhun sonsuz təzahürləri gözləri qamaşdırırdı.

Ancaq bu üstünlük şüurumuzun sarsılıb zəifləməyə başlaması ilə varlığımızın əzəmətli binası daxildən və xaricdən mütəmadi olaraq dağılmağa başladı. Əsrlərlə bütün dünyanın diqqətini özümüzə yönəldə bildiksə də, sonda ən kiçik düşmənlərimizi belə gözümüzdə böyütməyə, bütün əcnəbi millətlərə hörmətlə baxıb heyran olmağa və bizdən olmayan hər şeyi özümüzdən daha üstün tutmağa başladıq. Nəhayət mədəniyyəti əcnəbilik zənn edəcək qədər rüsvayçılığa düçar olduq. Millət üçün şəxsiyyət dəyişdirməyin, fərd üçün cinsiyyət dəyişdirməklə eyni olduğunu yaddan çıxardıq.

Əgər milli və dini mənliyimizi yox olmaqdan tamamilə qurtarmaq istəyiriksə, bunu yaxşı dərk etməliyik ki, “Qərb mədəniyyəti” demək, əslində Qərb dünyasının adət-ən’ənələri deyil, elm və sənətə malik bir mədəniyyət məcmüəsi olduğu başa düşülməlidir ki, onun da Qərblə və Qərbçiliklə heç bir əlaqəsi yoxdur. Çünki o hər şeydən əvvəl bir İslam əsəridir. Hind alimi Asəf Feyzi bu həqiqəti nə gözəl izah edir:

...Bu günkü Qərbin bütün elmləri, fərqində belə olmadığımız İslam mədəniyyətinin məhsuludur. Bu nöqtə, xüsusilə on doqquzuncu əsrdən bəri Qərb alimlərinin bütün təfərrüatıyla təsbit və etiraf etdikləri bir həqiqətdir. Əgər bugünkü Qərb mədəniyyətindən İslam elmləri götürüləcək olsa, fabriklər işləməz, banklar dərhal bağlanar və xəstəxanalar qəbristanlığa çevrilər...”8

1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə