AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ




Yüklə 1.82 Mb.
səhifə12/29
tarix23.02.2016
ölçüsü1.82 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

3-HAMAMLAR

Vəqflərə bağlı sivil memarımızın mühüm müəssisələrindən biri də hamamdır. Məlum olduğu kimi təmizlik İslamın əhəmiyyət verdiyi başlıca prinsiplərdən biridir. Bu səbəblə istər Qurani-Kərim, istərsə də Hz. Peyğəmbərin (səs) hədislərində bu məsələ üzərində əhəmiyyətlə durur, elə ki, təmizlik olmadan bir çox ibadətin edilə bilməyəcəyi əmri hər müsəlmanın həm bədənini, həm paltarını həm də yaşadığı yeri təmiz saxlamaq məcburiyyətində olmasını tələb edir. Bunun üçündür ki, daha ilk gündən etibarən müsəlmanlar təmizliyə riayəti mühüm bir vəzifə olaraq qəbul etdilər. Çünki, təmizlik olmadan Allahın hüzuruna çıxmaq sayılan “namaz” qılına bilməz, Onun kitabı olan Qurani-Kərim oxuna bilməz və camaat içinə çıxıla bilməz. Bu və buna oxşar bir çox vəzifənin yerinə yetirilə bilməsi, təmizlik şərtinə bağlanmışdır. Bu anlayışın nəticəsi idi ki, ibadət məhəlli olan məscid tikilmədən əvvəl onun inşaatında işləyənlərin təmizliyi üçün ilk əvvəl hamam tikilərdi. Çünki, bu inşaatda işləyən adamların təmiz olması lazımdır. Bütün bu səbəblərdən ötrü müsəlmanlar, təmizliyin hər növünü həyata keçirə biləcək olan vasitələrdən istifadə etmək məcburiyyətində idilər.

Bununla yanaşı müsəlmanlar, sadəcə hamam inşa etməklə qurtarmırdılar, bunların işləməsi üçün də lazımi tədbirlər görürdülər. Həmin tədbirlərin başında da onların davamlılığını təmin edəcək olan vəqflər təsis edilirdi. Bütün bunları da savab qazanmaq məqsədilə edirdilər. Həmin məqsədin gerçəkləşməsi üçün ən uyğun çarə də şübhəsiz ki özündən sonra davam edəcək olan vəqf idi. Beləliklə müsəlmanlar başqasının içində təmizləndiyi, ibadət və digər əmrləri yerinə yetirə biləcəyindən ötrü maddi və mənəvi hüzur tapa biləcəyi bir müəssisə təsis etməyi böyük vəzifə olaraq qəbul edirdilər, beləliklə də başqalarına yardım etmiş olurdular. Bu da “xeyrə səbəb olan onu işləyən kimidir.” hədisi-şərifin dəlalət etdiyi məqsədə nail olmaq deməkdir.

Hamamlar, müsəlman cəmiyyətin ictimai həyatında varlıqlarını davam etdirən müəssisələr olaraq yaşadılar.

Məscid, mədrəsə, məktəb, kitabxana, xəstəxana, karvansaray və s. kimi müəssisələri daxilində cəm edən külliyyənin (kompleks) bir də hamamı olardı. Beləliklə, səhhət, tərbiyə, iaşə-ibatə, dincəlmə və təmizlik kimi insanın əsas ehtiyaclarını ödəməyə yönələn müvəffəq fəaliyyətlər üçün təsis edilən külliyənin hamamsız olması düşünülməyə bilməzdi. Bunun üçün hər bir külliyənin mütləq bir hamamı da olardı.

Məhəllələrin qaçırılmaz sosial müəssisələrindən biri də hamam idi. Bunun üçün hər məhəllədə bir və ya bir neçə hamam olardı. Belə bir təsis əcnəbilərin də diqqətini cəlb etdiyi üçün islam şəhərlərini görün onlara aid xatirələrini yazan əcnəbilər hamamlardan da söz edirdilər. Necə ki, İstanbulun gündəlik həyatında bəhs edən bir əcnəbi, 259 məhəllədəki hamamdan belə danışmışdı:

Məhəllənin dinlə əlaqəsi olmayan ən populyar binası böyük bir qübbənin yanında kiçik qübbələrdən meydana gələn, memarlıq baxımından məscidi xatırladan bina hamamdır.

Böyük hamamların hələ sanatoriyaların üstünə tikilənlərin kişilərə və qadınlara məxsus olmaqla iki qismi vardır. Bəziləri isə yalnız bunlardan birinə məxsus olurdu. Ancaq ümumiyyətlə həftənin bir neçə günləri qadınlar üçün, digər günləri isə kişilər üçün olurdu.”
4-BULAQLAR
Canlıların həyatını davam etdirə bilmələri üçün nəzərdən qaçırılması mümkün olmayan bir ünsür olan su, İslam dünyasında mühüm bir yer tutur. Bir şeyin dəyəri onun ifa etdiyi xidməti ilə ölçüldüyünə görə, islam dünyasında suya verilən bu əhəmiyyət, normal qarşılanmalıdır. Çünki, su, sadəcə həyati əhəmiyyət kəsb edən bir maddə olmadığı kimi yalnız təmizlik üçün də deyildir. İslamda bir çox ibadətin yerinə yetirilə bilməsi suya bağlnamışdır. Bu baxımdan digər din və toplumlara görə islamın suya verdiyi əhəmiyyət daha böyükdür. Çünki, hər şeyin yaradılmasında onun payı vardır.260

Bundan başqa həyatın inkişaf etməsi bütünüklə suya bağlanmışdır. Bunun üçün Qurani Kərimin 63 ayəsində zikr edilən və həyati əhəmiyyət kəsb edilən Həzrəti “su”, Peyğəmbərin hədislərində də çoxlu zikr edilir.

İstər Quranda və istərsə də hədislərdə su və ya suya verilən əhəmiyyət göz qabağında olduğu üçün müsəlmanlar, su ilə əlaqədar xeyriyyə təsisləri qurmaq məqsədinə düşdülər. Bunun üçün edilən hər xeyir təsisinin yanında bulaq və ya hamam tikdirmək bir adət halını aldı. Xüsusilə texnoloji imkanların məhdud olduğu müasir dövrümüzdən əvvəlki dövrlərdə belə bir hərəkətin nə qədər yerində olduğu inkar edilə bilməz. Belə bir xeyirxah işin Allah qatında nə qədər böyük olduğunu bilən müsəlmanlar imkan və fürsət tapdıqca su təsisi, və bulaq salma fəaliyyətinə girişdilər. İmkan sahibi bir müsəlman getdiyi hər yerdə bir xeyir müəssisəsi qurmağa çalışardı. Hələ gedilən yerdə su baxımından bir çətinlik varsa, orada dərhal bir su təsisi (bulaq, quyu, ambar, bənd...) qururdu.

Memari quruluş olaraq ən bəsitlərindən ən mütərəqqisinə qədər bir abidə halında olan müxtəlif növdə bulaqlar vardır. Çeşmə tikdirmək məqsədilə qurulan xeyir təsisləri ənənəsi, türk memarlığı üçün çox şahanə əsərlərin özlərini büruzə verməsinə səbəb olmuşdur. Bu həmin abidələrə nümunə olaraq İstanbuldakı III Əhməd bulağını misal verə bilərik.261


5-KARVANSARAYLAR
Əsrlər boyunca, vəqflərin mədəniyyət tariximizə qazandırmış olduğu, dövrünün memari incəliyi və sosial səviyyəsini göstərən möhtəşəm abidələr arasında karvansarayların xüsusi bir yeri vardır. Həqiqətən, müsəlman cəmiyyətlərin meydana gətirdiyi xeyriyyə və sosial qurumların başda gələn müəssisələrindən biri də karvansaraylardır. Din, dil, irq, rəng və məzhəb fərqi qoymadan hər kəsə xidmət etməyi vəzifə bilən bu müəssisələr, tarix boyunca mühüm bir funksiyanı yerinə yetirmişlər. Uzaqdan baxılanda bir qalanı xatırladan karvansaraylar, İslam dünyasında qurulan “Ribat”ların davamıdır.

Bu səbəblə Səlcuq dövrünə aid vəqfiyyə, kitabə və xroniki kimi qaynaqlarda bunlara ribat da deyilmişdir.262

Karvan günümüzdəki nəqliyyat vasitələrinin təmin etdiyi imkanlardan məhrum olduğu bir dövrdə, at, qatır və dəvələrlə bir ölkədən digərinə ticarət əşyası daşıyan qafilələrə deyilir. Belə qafilələr və ya səyahət edən yolçular, hər gün axşam heyvanları istirahət etdirmək, yemləyib sulamaq və ertəsi günkü yola hazırlanmaq üçün “mənzil”lərdə gecələmək məcburiyyətində idilər.Təqribən 40 km. məsafələrlə və yuxarıda bildirilən xidmətləri yerinə yetirmək üçün inşa edilən binalara karvansaray deyilir.263

İslami yardımlaşma anlayışının bir nəticəsi olaraq ortaya çıxan və vəqflərə aid olan karvansaraylar, iki mühüm məqsəd üçün inşa edilirdilər.

1-İstər düşmən , quldur, istərsə də digər basqınlardan qorunmaq üçün müstəhkəm yerlər inşa etmək. Bu məqsədin həyata keçməsi üçün onların ətrafına qalın hasarlar çəkilirdi. Hasarların üstündə qüllə tikildiyi kimi, qapıları da dəmirdən olurdu. Beləliklə karvansaraylar hər cür təhlükəyə qarşı bir müdafiə şəraitinə malik olurdular.

2-Yolçuların istirahət etdikləri və gecələdikləri yerlərdə, onların hər cür təlabatını ödəmək idi. Həqiqətən bu məqsədlə karvansaraylarda qurulan təsislər diqqətə layiq idi.

İçlərində yataqxanaları, yeməkxanaları, ərzaq ambarları, əşya ambarları, yolçuların heyvanlarını saxlayacaq axurları, samanlıqları, məscidləri, hamamları, hövuzları, xəstəxanaları, əczaxanaları, yolçuların ayaqqabılarını təmir və kasıb yolçulara təzəsini tikmək üçün çəkməçiləri, nalbəndləri və bütün bunların gəlir və məsrəflərini idarə edəcək divan (büro) işçiləri var idi. Bu müəzzəm tikintilər və xidmətlər, tamamilə vəqfə aid idi. Karvansaraya gələn yolçu istər varlı, istərsə də kasıb olsun bütün ehtiyacları pulsuz olaraq ödənilərdi.264 Karvansaraylarda xidmət edən şəxslərin, yolçulara qarşı münasibətlərini də vəqfiyyələrdən öyrənmək mümkündür. Buna görə xidmətçilər, şirin dilli və gülər üzlü olacaq, gələnlərə yorğunluqlarını unutduracaq dərəcədə xoş və nəzakətli davranacaqlar, onlara qarşı elə hərəkət edəcək adamlar olmalı idilər ki, yolçular özlərini evlərindəki kimi hiss etsinlər.
Hərbi məqsədlər xaricində, sadəcə yolçuların yemək, yatmaq və istirahət etmək üçün karvansaray (ribat) inşa etmə ənənəsi İslam aləmində ən çox Türkistanda inkişaf etmişdir. Səlcuqlar, bir çox ənənə ilə yanaşı bunu da Türkistandan gətirmişdilər. Bu səbəblə, Anadoludaki ilk karvansaraylara Sultan II Kılınc Arslan (1115 - 1192) dövründə rast gəlmək olar. Bu başlanğıcdan sonra xüsusilə, Konya-Kayseri yolu üstündə bir çox karvansaray inşa edildi. 265 Beləliklə karvansaray inşa ənənəsi, Orta Asiyada yaranmış, İranda inkişaf etmiş və Anadolu Səlcuqları dövründə zirvəyə çatmışdır.

Karvansaraylar, daha başlanğıcdan etibarən sultan və hökmdarların himayəsi altına alınmışdı.

Anadolunu abidələr ölkəsi halına gətirən bu karvansaraylar, son əsrlərdə kiçilməyə və sənət dəyərini itirməyə başladılar. O görkəmli daş binaların əvəzinə suvanmış kərpicdən xanalar tikilməyə başladı. Yollar təhlükəsizləşib, şəhərlər böyüdükcə demək olar ki, onlar da öz dəyərlərini itirdilər.266


1   ...   8   9   10   11   12   13   14   15   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə