Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 22.36 Kb.
tarix20.04.2016
ölçüsü22.36 Kb.


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Sənaye İqtisadiyyatı və Menecment Kafedrası

Təbiətdən İstifadənin İqtisadiyyatı Fənnindən


Sərbəst iş

İcraçı Samir Qədirov

Fakultə MBM

Qrup 908a2

Kurs II kurs

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Layihə və Partnyorlar
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(ARDNŞ) ölkənin ən böyük şirkətidir. Bu şirkət artıq 15 ildən artıq bir dövrdə bir çox beynəlxalq layihələr həyata keçirmişdir.

Sözsüz ki, bu layihələrin ən böyüsü və ən səsküylüsü Bakı-Tbilisi-Ceyhan(BTC) beynəlxalq layihəsidir. Dəyəri $4 mlrd-dan artıq olan bu kəmərin uzunluğu 1769 km, məhsuldarlığı ildə 50mln. ton təşkil edir. Kəmər üç dövlətin – Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçərək AÇG-dən çıxarılan nefti Aralıq dənizinə çıxarmaq üçün nəzərdə tutulmuşdur. Layihə üzrə işlərin yerinə yetirilməsinə 10 min nəfərə yaxın işçi cəlb olunmuşdur. 25.05.05-ci ildə kəmərə ilk neft vurulmuş və 28.05.06-cı ildə ilk neft Ceyhan limanına çatmışdır. Hər iki hadisə beynəlxalq səviyyədə layihəyə cəlb olunmuş dövlətlərin başçılarının iştirakı ilə təntənəli surətdə qeyd olunmuşdur.


BTC açıq dənizlərə çıxışı asanlaşdırmışdır, Orta Asiyanın neft hasil edən dövlətləri üçün bu kəmər Rusiya ərazisindən keçməklə Qara dənizə çıxan neft kəmərlərinə alternativ marşrut yaratmışdır. BTC-nin əhəmiyyəti həm regionun neft istehsalçı-dövlətləri, həm də Avropanın neft istehlakçı-dövlətləri üçün ildən-ilə artır. Hazırda Qazaxıstan neftinin bir hissəsinin bu kəmər vasitəsi ilə nəql olunması üzrə ikitərəfli danışıqlar daha da intensivləşmişdir.
Layihədə “BP England”-in payı 30.1%, ARDNŞ-ın payı isə 25%-dir. İndiyədək BTC kəməri vasitəsilə 13 mln. tondan çox neft nəql olunmuşdur.
Daha bir böyük layihələrdən biri Azəri-Çıraq-Günəşli(AÇG) neft yataqlarının tapılması və istifadə edilməsi ilə bağlıdır. Lokal layihə olmaqla bərabər BTC-in əsas hissələrindən birinə çevrilmişdir. Saziş sahəsi təxminən 432,4 km2-dir. Hazırda Saziş sahəsindəki yataqlarda ehtiyatlar 1,0 mlrd. ton şərti yanacaq vahidi həcmində qiymətləndirilir. Kapital qoyuluşunun həcmi $15 mlrd-dan artıq həcmdə gözlənilir. AÇG Azərbaycanda işlənən ən böyük yataqlardandır. Bu Sazişin imzalandığı gün – 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur.

Layihə üzrə nəzərdə tutulmuş 5 hasilat platformasından 4-ü artıq istismara verilmiş, 5-ci – «Dərinsulu Günəşli» platformasının tikinti işləri başa çatmaq üzrədir. İşlənmə layihəsi üzrə AÇG layihəsi çərçivəsində 400-ə yaxın quyunun qazılması nəzərdə tutulmuşdur. İndiyədək yataqlardan 74 mln. tondan çox neft, 16 mlrd. m3-dən çox qaz hasil edilmişdir. 2006-cı ildə Saziş sahəsindən 23,3 mln. ton neft, 4,6 mlrd. m3 qaz hasil edilmişdir. 2010-cu ildə neft hasilatını 58 mln. tona, qaz hasilatını 15 mlrd. m3-ə çatdırmaq nəzərdə tutulmuşdur.


«ŞAH-DƏNIZ» dünyada ən iri qaz yataqlarından biridir. Saziş sahəsi təxminən 859,8 km2-dir. Layihəni həyata keçirmək üçün $4,0-5,0 mlrd. məbləğində əsaslı xərclər tələb olunur. Bütün layihələrdə olduğu kimi bu layihənin də əsas havadarları “BP-England”-dır. Layihənin 25% dən artıq hissəsi bu şirkətin payına düşür. ARDNŞ-ın payı isə 10%-dir. Qalan 65%-i isə STATOİL, NİKO, TPAO=Türkiyə və başqa şirkətlərin payındadır.

Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan vermişdir.

2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Hazırda platformada 4 istismar quyusu qazılmış və onlardan biri fəaliyyət göstərir. İndiyədək yataqdan 280 mln. m3-ə yaxın qaz hasil edilmişdir.
Cənubi Qafqaz Boru Kəməri (CQBK) «Şah-dəniz» yatağından hasil edilən qazın bir hissəsinin (7,7 mlrd. m3) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql edilmək üçün tikilmişdir. scpUzunluğu 970 km olan, məhsuldarlığı ildə 30 mlrd. m3 olan kəmər BTC ƏİBK-ə paralel çəkilmişdir. Kəmərin tikintisi 2004-cü ildə başlamış və 2006-cı ilin sonunda başa çatmışdır. Türkiyə ilə bağlanmış müqaviləyə müvafiq olaraq Türkiyə 15 il ərzində 91,0 mlrd. m3 qaz alacaq. Ərzurum şəhərindən CQBK Türkiyənin daxili qaz kəmərləri şəbəkəsinə qoşulacaq ki, bu da Azərbaycan qazının Türkiyənin qərbinə nəql olunaraq Cənubi Avropa ölkələrinə çıxmasına imkan yaradacaq. 2002-ci ilin mart ayında Yunanıstan və Türkiyə Ankaradan Komotiniyə qədər boru kəməri çəkmək haqqında saziş imzaladılar. Beləliklə, Azərbaycan qazını nəinki Türkiyəyə, həm də Yunanıstana (bu ölkədə enerji ehtiyatlarına tələbat ildə 5% artır), həmçinin İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək mümkün olacaq. Gələcəkdə Qazaxıstan da bu kəmərə qoşulmaqla, öz qazını Avropa bazarlarına nəql etmək niyyətindədir.

13.03.07-ci il tarixində ilk Şahdəniz qazı bu kəmərə vurulmuşdur. Buna baxmayaraq hələ də bu yataq həm daxili tələbatı ödəyir, həm də xaricə ixrac olunur.


Bu layihələrdə ARDNŞ bir çox beynəlxalq neft və qaz şirkətləri, müəssələri ilə əməkdaşlıq edir, partnyor layihələrdə iştirak edir. Bu partnyorlardan ən böyüyü göründüyü kimi “BP-England”-ın ölkədəki filialı olan “BP-Azərbaycan” müəssisəsidir. Bir çox layihələrin əsas pay sahibi, əsas partnyoru bu şirkətdir.
Bundan əlavə daha bir meqa partnyorlardan biri “LukOil Russia” şirkətidir. Rusiyanın ən böyük şirkətlərindən biri olan “LukOil” Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının ən böyük simalarından biridir. Bir çox layihələrin partnyorlarından biridir. Bakıda böyük filialı var, Nizami küçəsində yerləşir.
Daha bir beynəlxalq partnyorlardan biri “Exxon Azerbaijan Operating Company LLC”. O da öz növbəsində dövlət neft şirkəti ilə sız əməkdaşlığa məlikdir. Bakı şəhərində, Nizami küçəsi 96, Landmark otelinin 300-cü Suite-də ofisi yerləşir. Bir neçə biznes və social-ictimai layihələrin partnyorudur.
“STATOİL-Azərbaycan” layihələrin icrasında böyük pay sahibdir. Norveç nəhəngi bütün dünya bazarında öz sözünü demiş şirkətlərdəndir. Həm “Bakı-Tbilisi-Ceyhan”, həm də “Şahdəniz” layihələrinin əsas pay sahiblərindən biri də elə “STATOİL” kompaniyasıdır.
Bütün bunlardan əlavə ARDNŞ Türkiyənin nəhəng neft şirkəti TPAO-Türkiyə ilə, “Unocal Khazar Ltd” və “Ramco Khazar Energy Ltd.”şirkətləri ilə, məhşur “McDermott” şirkəti ilə, “ITOCHU Oil Exploration Co., Ltd.” Kompaniyası ilə əməkdaşlıq edir. Bundan başqa “Elf Petroleum”, “Amerada Hess”, “Devon” və “Conoco-Phillips, Inc” nüfuzlu şirkətlərinin Azərbaycanda filiallarının açılmasına da nail olmuşdur. Onlarla bir çox sahələrdə, bir çox layihələrdə birbaşa əməkdaşlıq edir.
Bu layihələr, bu patnyorlar ölkədəki ən böyük neft şirkətinin uğurlarıdır. Elə məhz bu uğurlardır ki, ölkənin sürətli inkişafına, qısa zamanda çiçəklənməsinə və yüksəlməsinə səbəb olmuşdur. Ölkənin neft strategiyası düzgün qurulmuşdur və yüksək səviyyədə inkişaf etməkdədir.

Bakı 2009


Yüklə 22.36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin