Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası




Yüklə 1.9 Mb.
səhifə5/16
tarix23.02.2016
ölçüsü1.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

117.

83(5Aze)

R 99


Xəlil, Rza Ulutürk. Lefortovo zindanında. / Rza Xəlil Ulutürk. - Bakı : ÇİNAR -ÇAP, 2006. - 482 s.; 21 sm.

Annotasiya: Bu əsər ədəbiyyatımızda elmi-tarixi memuar janrının ilk nümunələrindəndir. İndiyədək analoqu olmayan ədəbi yaradıcılıq tipidir. Belə nümunələrə dünya ədəbiyyatında az təsadüf edilir. Kitabda istiqlal şairi, milli azadlıq mücahidi Xəlil Rza Ulutürkün azadlıq mübarizəsindəki iştirakının bəzi səhifələri, habelə, onun Lefortovo zindan həyatının mühüm tarixçəsi ifadə olunmuşdur. Əsər gənclərimizin hərbi vətənpərvərlik və dövlətçilik tərbiyəsi, vətənə , xalqa, torpağa əqidəcə, məsləkcə bağlanmaq sahəsində qiymətli salnamədir.


118.

72(5Aze)

R 99


Rzayev, Ağababa. Nəsirəddin Tusi : (həyatı, elmi, dünyagörüşü) ; Azərbaycan Milli Elmlər Akademiyası İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutu. / Ağabala Rzayev. - : Elm, 2001. - 352 s. : şək.; 20sm.
Annotasiya: Monoqrafiya XII əsr Azərbaycan elminin ən görkəmli alimi Nəsirəddin Tusinin həyatına və dünyagörüşünə həsr olunub.Əsərdə onun Şərqin və dünyanın ən əzəmətli Marağa rəsədxanasının yaradılmasındakı, riyaziyyat, həndəsə, fəlsəfə, hüquq elmlərinin inkişafındakı rolu işıqlandırılır; əxlaq, təhsil, cinayət və cəza problemlərinə münasibəti açıqlanır.


119.

91(5Aze)

S 16


Sadıqova, Solmaz. Abuzər Xələfov : biblioqrafik məlumat kitabı ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Milli Kitabxana. / Solmaz Sadıqova. - Bakı : Nağıl Evi, 2006. - 142 s.; 15sm.

Annotasiya: Biblioqrafik məlumat kitabı əməkdar elm xadimi , BİA- nın akademiki, Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universiteti kitabxanaçılıq - informasiya fakültəsi kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri dokoru, professor Abuzər Alı oğlu Xələfovun həyat və yaradıcılığı, elmi - pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuşdur. Biblioqrafik məlumat kitabı Abuzər Xələfovun yaradıcılığı və kitabxanaşünaslıq elmi ilə maraqlanan mütəxəssislər, mədəniyyət işçiləri, kitabxanaçılar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuşdur.


120.

92

S 21


Salahov, Mustafa. İzahlı fəzavi kimya terminləri . Kitab 1. / Mustafa Salahov. - Bakı : Elm, 2006. - 164 s.; 21sm.

Annotasiya: Kitabda ilk dəfə olaraq Azərbaycan dilində mühüm fəzavi kimya terminlərinin geniş şərhi verilmiş, onların rus və ingilis dilində sinonimləri göstərilmişdir.Bununla yanaşı kitabda bəzi fiziki-kimyəvi terminlərin qısa izahı verilməklə, onların Azərbaycan(izahlı)-rus-ingilis; rus-Azərbaycan(izahlı)-ingilis və ingilis-Azərbaycan(izahlı)-rus dillərində sinonimləri göstərilir.Daha sonra fəzavi kimya sahəsində geniş işlənən bir sıra fiziki-kimyəvi terminlərin Azərbaycan-rus-ingilis; rus-Azərbaycan-ingilis və ingilis-Azərbaycan-rus lüğəti verilmişdir


121.

83(5Aze)

S 12


Sasani, Ç. Orta əsrlər Azərbaycan poeziyasinda naturalist ədəbi-fəlsəfi fikir. ; Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu / Çingiz Sasani. - Bakı : Elm, 2007. - 432 s.; 20sm.

Annotasiya: Monoqrafiyada antik Azərbaycan və Yunan naturalist ədəbi- fəlsəfi poeziyasının tarixi təşəkkül və təkanül məsələləri, onun bir ədəbi janr və fəlsəfi nəzəriyyə kimi formalaşmasında şair və alim Zərdüşt və muğların təbiətin həyati və nüfuzu ilkin qaynaqlar əsasında tədqiq edilmişdir. Əsərdə ilk orta əsirlərdən başlayaraq öncə Yaxın və Orta Şərqdə (V, VIII -X əsirlərdə) və sonra Avropada (XI -XIII və XV - XVI əsirlərdə) təsis edilən ədəbi - fəlsəfi məktəb və akademiyaların yetişdirmiş olduğu intibah hərəkatlarında antik naturalizmin dərin istihalə yolu keçərək yeni bədii - fəlsəfi üslub və məzmunlarda orta əsirlər klassik Şərq və Avropa ədəbiyyatlarına nəqli məsələsi elmi - nəzəri şərhini tapmışdır. Kitabda ilk dəfə olaraq naturalizm həm də ədəbi bir fikir axını kimi öyrənilir, naturalist poeziyanın bədii mətnində təmsil janrının poetikası , simvolizmi , dil - üslub xüsusiyyətləri, naturalizmin panteist şerə təsiri kimi bir sıra ədəbi - fəlsəfi və irfani məsələlər İran və Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkir və şairləri Rüdəki, Nasir Xosrov, Şeyx Əli Babakuhi Bakuri, Ömər Xəyyam, Məshəti, Nizami, Sührəvədi, Əttar Nişaburi, Zülfüqar Şirvani, Humam Təbrizi, Mövlana Rumi, Əhvədi, Mahmud Şəbüstəri, Qasım Ənvar, Nəsimi, Qazi Bürhanəddin, Qövsi , Xətayi, Füzuli, Məshəti və Saib və Cuyanin yaradıcılığında ətraflı tədqiq edilmişdir.



122.

84(4Fr)

S 31


Sent- Ekzüperi, Antuan Düi. Gecə uçuşu. / Sent-Ekzüperi Antuan Düi. - Bakı : Şərq -Qərb, 2007. - 120 s.; 14sm. - (Dünya Ədəbiyyatı)

Annotasiya: Əbədi aləmdə həyati və yaradıcılığı Sent - Ekzüperində olduğutək bir- biriylə qırılmaz və üzvi şəkildə bu qədər bağlı ikinci yazıçı adı çəkmək çox çətindir. "Bəşəriyyət səmanın ənginliyini , təyyarəçilik sənətinin romantikasını Sent - Ekzüperinin romanları ilə mənimsəmiş , səmadan yer kürəsinə ilk dəfə fransız yazıçısının gözü ilə baxış , planetimizin gözəlliyini , zərifliyini Sent - Ekzüperi ilə duymuşdur". Filosof - yazıçıya ilk ədəbi şöhrəti 1931 -ci ildə Femina mükafatına layiq görülən "Gecə uçuşu " əsəri qazandırmışdır. "Gecə uçuşu" Sent - Ekzüperinin yalnız ədəbiyyatda deyil, həm də həyatda başlıca devizinin bəşəriyyət qarşısında insanlıq naminə məsuliyyət hissinin aliliyini göstərir . Sent -Ekzüperi etiraf edirdi ki, təyyarəçilərə qulaq asmağı çox sevir ; onların danışıqları da raportları kimi aydın və lakonikdir. Həmin aydınlıq, lakonizm və yığcamlıq Sent - Ekzüperi yaradıcılığının, eləcə də "Gecə uçuşu" nun səciyyəvi cəhətlərindəndir.


123.

84(5Aze)

S 37


Seyidov , M. C. Peyğəmbər. / Mir Cəfər Seyidov.- Bakı : Sabah, 2008. - 178 s.; 20sm.

Annotasiya: Müəllifin bu əsəri İslam peyğənbəri həzrət Məhəmmədin həyatından və yeni din uğrunda apardığı mübarizədən bəhs edir.


124.

84(5Aze)

S 37


Seyidəliyev ,S. Qisas baş tutmadı. / S.Seyidəliyev - Bakı : Çıraq, 2009. - 152 s.; 20sm.

Annotasiya: Povestdəki hadisələr ötən əsrin 70 - ci illərindən bəhs edir. O vaxtki sovetlər hakimiyyəti dövründə rayon partiya komitələrinin birinci katiblərinin əksəriyyəti özlərini ağa kimi aparır, heç kəslə hesablaşmır , əhalidə qorxu xofu yaradırdılar. Onlar kimi istəsə həbs etdirir, vəzifədə olan kommunistlərə partiya cəzası verirdilər. Lakin o dövürdə təmiz işləyən , vicdanlı, qürurlu , qorxmaz, mübariz kommunist rəhbər işçilər də az deyildi. Onlar haqsızlıqlara dözmür, belə katiblərlə mübarizə aparırdılar. Əsərdə təsvir olan hadisələri hazırki yaşlılar və orta nəslin nümayəndələri görmüş , şahidi olmuşlar.


125.

51

S-42


Səfərov, M. Gözəlliyin və sağlamlığın yaşıl ensiklopediyası ; Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. / M. Səfərov - Bakı : Səda, 2005. - 448 s.; 20sm.

Annotasiya: "Gözəlliyin və sağlamlığın yaşıl ensiklopediyası" kitabında Mikayıl Səfərov xalq təbabəində işlədilən bir çox dərman bitkiləri , dəmləmələr, bişirmələr, tinkturalar, şirələr və s. haqda çox geniş məlumat verməklə bərabər, dərman bitkilərinin yığılması vaxtı, qurudulması, saxlanması, onların işlədilməsinə göstriş və əks göstərişləri geniş qaydada açıqlamış, xalqın başa düşəcəyibir şəkildə izahlar verilmişdir. Kitabda gözəlləşmə, ürək-qan damar sistemi, ağciyər, həzm sistemi, böyrək-sidik sistemi, endokrin, onkoloji, qadın, qan xəstəlikləri, şirələr, arı məhsulları, burun-qulaq-boğaz xəstəlikləri və s. haqda da geniş məlumat verilmişdir.


126.

65.01

S 47


Səmədzadə, Z. İqtisadi tərəqqiyə həsr edilən ömürlər. / Ziyad Səmədzadə - Bakı : Gənclik, 2002. - 400 s.; 20sm.

Annotasiya: İqtisadiyyatın ən müxtəlif sahələrində aktual nəzəri- metodoloji və praktiki problemlərin həllində aparıcı rol oynamış görkəmli iqtisadçılar, iqtisad elimləri doktorları Azərbaycan ziyalılarının avanqard dəstəsidir. Milli iqtisadiyyatın tərəqqisi naminə öz bilik, bacarıq və əməklərini sərf etmiş bu insanların həyat və yaradıcılığı, zənnimizcə, oxucular üçün maraqlı olacaq.

127.

83(5Aze)

S 98


Süleymanlı, Şamil. Azərbaycan ədəbiyyatı ensiklopediyası : ən qədim dövürlərdən 1920-ci ilədək / Ş. Süleymanlı C.1.. - Bakı : Nağıl Evi, 2008. - 414 s.; 20sm.

Annotasiya: "Azərbaycan ədəbiyyatı ensiklopediyası" nda ən qədim və orta əsrlərin ədəbiyyat nümunələrindən, VII əsirdən 1920 ci ilədək Azərbaycanda və dünyanın müxtəlif ölkələrində anadan oluş, yaşamış, yazıb- yaratmış 209 azərbaycanlı şairin, yazıcının, ədibin həyat və yaradıcılığından, eyni zamanda bəzi dastan, epos və aşıq ədəbiyyatı nümunələrindən ətraflı, nizamlı məlumat verilmişdir.


128.

74(2Рос)

Ş 70


Şoloxov, M.A. Povest və hekayələr. / M.A.Şoloxov - Bakı : Avrasiya press, 2007. - 360 s.; 20sm. - (Dünya Ədəbiyyatı)

Annotasiya: Bu kitaba XX əsr rus nəsrinin ən görkəmli nümayəndələrindən olan Mixail Şoloxovun " Yol " povesti, Don kazaklarının sinfi mübarizəsindən, acınacaqlı həyatından, habelə İkinci Cahan müharibəsində əsirlik həyatı yaşayan rus əsgərinin əzablı günlərindən,yenilməz iradəsindən bəhs edən "İnsanın taleyi" hekayələri daxil edilmişdir.


129.

87

Ş 95


Şükürov, A. Fəlsəfə.: ali məktəblər üçün dərslik / Ağayar Şükürov ; Azərbaycan Milli Elmlər Akademiyası Azerbaycan Respublikası Təhsil Nazirliyi. - Bakı : Çıraq, 2008. - 492 s.; 20sm.


130.

81(5Tу)

T 38


Təkləli, M.A. Türk imzası : rus yazıçı və alimlərinin, ictimai xadimlərinin daşıdığı türk təxəllüslərinin lüğəti. / M.A.Təkləli - Bakı : NURLAN, 2006. - 192 s.; 23sm.

Annotasiya: Kitabda türk təxəllüsləri daşıyan şəxsiyyətlərin tərcümeyi-hallarını və yaradıcılığını əhatə edən yığcam məqalə , istifadə etdikləri türk mənşəli təxəllüslərinin tarixi - etimoloji təhlili verilmişdir.

131,

51

T 52


Tibb bacısının məlumat kitabı. - Bakı : Çıraq, 2008. - 528 s.; 20sm.

Annotasiya: Bu kitabda tibb bacısının mənəvi və peşə keyfiyyətləri ; xəstələrə ümumi qulluq və müalicə - diaqnostika əməliyyatları ; dərmanlar, onların aptekdən yazıb alınması , saxlanması və paylanması ; xəstələrin müalicə qidası ; terapevtik , vərəmli, infeksion , cərrahi və yaman şişləri olan xəstələrə ; hamilə və zahı qadınlara , ginekoloji xəstələrə ; yeni doğulmuş sağlam və xəstə uşaqlara ; nevroloji və psixi xəstələrə ; qulaq, boğaz və burun, göz xəstəliklərində, dəri və zöhrəvi xəstəliklərdə qulluğa aid məlumatlar ; rentgen - radioloji şöbələrdə və kabinetlərdə tibb bacısının işinin xüsusiyyətləri ; təxirəsalınmaz və həkiməqədər yardım, reanimasiya məsələlərinə dair məlumatlar verilir.



132.

84(2Рос)

T 71


Tolstoy, L. N. Dirilmə. / L.N.Tolstoy- təkrar nəşr. - Bakı : Şərq -Qərb, 2007. - 480 s.; 20sm. - (Dünya Ədəbiyyatı)

Annotasiya: Dünya ədəbiyyatında misilsiz əsərlərilə özünəməxsus mövqeyi olan Lev Nikolayeviç Tolstoy "Dirilmə" romanında çar Rusiyasıdövründə məhkəmələrdəki ədalətsizlikləri, həbsxanalardakı qanunsuzluqları, özbaşınalıqları, katorqa və sürgünləri, məşəqqətli Sibir həyatını öz kəskinliyi və ifşaedici qüdrətilə təsvir edir. O cümlədən romanda ictimai mühitin, tərbiyənin insan əxlaqına təsiri məsələlərindən və əsərin əsas qəhrəmanları Nexlyudovla Katyuça Maslovanın taleyindən bəhs olunur.

133.

73

U 75


Uşaqlar ücün ensiklopediya. : informatika. - Bakı : Şərq -Qərb, 2008. - 616 s. : şək.; 26 sm. - (Lüğət və Ensiklopediyalar)


134.

24

U 75


Uşaqlar üçün ensiklopediya. : Kimya. - Bakı : Şərq -Qərb, 2008. - 640 s. : şək.; 26 sm. - (Lüğət və Ensiklopediyalar) .

135.

84(4Fr)

V 40


Vern, Jül. Sirli ada. - təkrar nəşr. / Iül Vern - Bakı : Şərq -Qərb, 2007. - 528 s.; 20sm. - (Dünya Ədəbiyyatı)

Annotasiya: Dünya ədəbiyyatı tarixində elmi-fantastik romanın yaradıcısı sayılan Jül Vernin "Sirli ada" romanı XIX əsrin romantik üslubuna uyğun olaraq gərgin dramatik süjetə və Sarus Smit, Gedeon Spilet, Penqrof, Herbert, Nab və başqaları kimi yaddaqalan obrazlara malik, qeyri- adi şəraitlərdə baş verən hadisələrin təsvirinə həsr olunmuş bir əsərdir.



136.

84(5Aze)

Y 12


Yaqub, Z. Mən bir dağ çayıyam... / Zəlimxan Yaqub - Bakı : Pedaqogika, 2006. - 336s.; 20sm.


137.

83(5Aze)

Y-12


Yaqub ,Z. Hüseyn Saraçlı dastanı : (dastan-roman). /Zəlimxan Yaqub - Bakı : Pedaqogika, 2007. - 256 s.; 20sm.

Annotasiya: Bu orijinal əsər yalnız Borçalı aşıq məktəbinin deyil , ümumiyyətlə, Azərbaycan aşıq sənətinin ən böyük simalarından biri - Aşıq Hüseyn Saraçlının maraqlı həyatından, zəngin yaradıcılığından , sahib olduğu yüksək dəyərlərdən və digər sənətkarlarımızla səmimi əlaqələrindən bəhs edir.



138.

83(5Aze)

Y 94


Yusifli, V. Bu nə sehrdir belə : Elçin haqqında əlli altı söz. / V.Yusifli - Bakı : Elm, 1999. - 260 s.; 20sm.

Annotasiya: Filologiya elmləri namizədləri Vaqif və Cavanşir Yusifli qardaşlarının "Bu nə sehrdir belə" ("Elçin haqqında əlli altı söz") kitabı xalq yazıçısı, görkəmli nasir, dramaturq və ictimai xadim Elçinin həyat və sənət yoluna həsr olunmuşdur.Müəlliflər bu kitabda Elçini- müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, dramaturq, tənqidçi-ədəbiyyatşünas-publisist kimi təqdim edir, onun əsərlərinin ədəbiyyatımız üçün bədii-estetik dəyərindən söz açırlar.


139.

84(5Aze)

Z 78


Zührabi ,N. Fateh : poema. / N.Zöhrabi - Bakı : Mütərcim, 2006. - 148 s.; 20sm.

Annotasiya: Oxucuların ixtiyarına verilən "Fateh" poeması müəllifin ikinci əsəridir. Bu poema Türk xalqlarının ədəbiyyatında Fateh II Sultan Mehmrt haqqında yazılmış ilk iri həcimli əsərdir.


140.

86.38

Z 78


Məkkədən doğan günəş : xatəmül-ənbiya. - təkrar nəşr. - Bakı : Adiloğlu, 2006. - 371 s.; 20sm.

Annotasiya: "Məkkədən doğan Ğünəş" kitabı bütün yaranmışların əşrəfi, Allahın Həbibi, Xatəmül -Ənbiya, həzrəti Mühəmməd (s) Peyğəmbərə Azərbaycan dilində, nəzmlə həsr edilmiş ilk monumental əsərdid. Kitab Rəsuli-Əkrəmin anadan olandan hicrət edənə qədərki bir dövrü əhatə edir.Kitab yüksək bədii ustalıqla, təmiz və sadə Azərbaycan türkcəsində yazılmış Peyğəmbərimizə (s) layiq bir töhfədir.
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə