Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası




Yüklə 1.9 Mb.
səhifə4/16
tarix23.02.2016
ölçüsü1.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

88.

67(5Aze)

M-34


Mehdiyev, Ramiz. Vətəndaş cəmiyyətinə yol açan ideyalar. / Ramiz Mehdiyev. - Bakı : CBS, 2006. - 583 s.; 25sm.

Аnnotasiya: Vətəndaş cəmiyyətinə yol açan ideyalar" kitabı fəlsəfə elimləri doktoru, professor Ramiz Mehdiyevin 2002- 2006 -cı illərdə " Azərbaycan" qəzetində çap edilən əsərlərinin və onlara həsr olunan rəylərin məcmusudur. Azərbaycanın müstəqillik dövrünün fundamental salnaməsi olan bu əsərlərdə ölkəmizdəki sosial-iqtisadi inkişaf, baş verən mütərəqqi siyasi dəyişikliklər, aparılan hüquqi, demokratik islahatlar konseptual şərh edilmiş, Heydər Əliyev irsinin milli inkişaf strategiyasına çevrilməsi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi əsaslandırılmışdır. Görkəmli elm xadimlərinin, ziyalıların, mütəxəsislərin rəylərində isə Azərbaycanın son 13 illik dövrünü əhatə edən intibah mərhələsi məhz bu araşdırmaların kontekstində təhlil olunmuşdur. "Azərbaycan" qəzetinin "Azərbaycanın özü qədər əbədi" silsiləsindən nəşr etdirdiyi bu növbəti kitab elmi ictimaiyyət, geniş oxucu kütləsi və Heydər Əliyev irsinin tədqiqatçıları üçün dəyərli töhfədir.

89.

70(5Aze)

M-34


Mehdizadə, İntiqam. Karvanın sarvanı. / İntiqam Mehdizadə. - Bakı : Qarabağ, 2008. - 664 s.; 20sm.

Аnnotasiya: "Karvanın sarvanı" kitabında istedadlı Azərbaycan jurnalisti İmran Mehdizadənin 35 ildən cox bir zaman çərçivəsində mədəniyyətimizin ayrı -ayrı sahələrindən bəhs edən yazıları toplanıb. Respublikanın öncül mədəniyyət, elm, incəsənət xadimləri barədə jurnalistin yaradıcı məninə xas olan bir incəliklə qələmə aldığı portret - oçerklər, müsahibələr, məqalələr çox güman ki, oxucular tərəfindən duyğuyla qarşılanacaq. Müxtəlif illərin dövrü mətbuatında dərc olunmuş , Azərbaycan Radiosunun məşhur proqramlarında səslənmiş bu matterialların bir kitabda toplanıb işıq üzü görməsi ölkəmizin mədəniyyət salnaməsinə yazıcı - publisist İ. Mehdizadənin kiçik də olsa dəyərli töhfəsidir.



90.

71

M-51


Məmmədov, F. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi : təriflər, düsturlar, mədəniyyət müddaaları, ayrı-ayrı məqalə, məruzə və çıxışlar. / Fuad Məmmədov. - Bakı : Çıraq, 2008. - 400 s.; 20sm.

Аnnotasiya: Bu kitab orta məktəb, gimnaziya və litsey şagirdləri, ali məktəb tələbələri, müəllimlər, alimlər, siyasətçilər, dövlət idarəçiliyi sahəsində işləyənlər, mədəniyyət menecerləri, qeyri dövlət təşkilatlarının rəhbərləri, qadın və gənclər təşkilatları, bələdiyyə, həmkarlar, sahibkarlar və eləcə də eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


91.

66.1(0)

M-51


Məmmədov , İ. Siyasi tarix XX əsr: dərslik. / İsaq Məmmədov. - Bakı : Çıraq, 2006. - 352 s.; 20sm.

Аnnotasiya: Dərslikdə XX əsrdə baş verən ümumdünya ictimai - siyasi proseslər : XX əsirin əvvəllərində dünyada cərəyan edən hadisələr, demokratik və milli - azadlıq hərəkatları, XX əsirin dünya müharibələri, sovet cəmiyyətinin bərqərar olması və süqutu, faşizmin meydana gəlməsi və iflası, " soyuq müharibə" və onun sona yetməsi, müstəmləkə sisteminin dagılması, dünya sosializm sisteminin yaranması və iflası, XX əsirdə iri iqtisadi böhranlar, XX əsrin ikinci yarısında dünyanın inkişafında başlıca meyllər və onların nəticələri : zamanəmizin qlobal problemləri və s. kimi məsələlər şərh olunmuşdur. Dərslikdə Azərbaycanın XX əsr tarixinə aid də müvafiq materiallar verilmişdir. Dərslik XX əsrin siyasi tarixini öyrədənlər və öyrənənlər üçün nəzərdə tutulmuşdur.


92.

26(5Aze)

M-51


Məmmədov, Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. / Q.Ş.Məmmədov. - Bakı : Elm, 2007. - 856 s. : şək.; 25sm.

Аnnotasiya: Azərbaycan Respublikası Prezidentinin "Torpaq ehtiyatlarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti" (28 noyabr 2000 -ci il) və "Azərbaycan Respublikası regionlarının sosial -iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008- ci ill'r)" (11fevral 2004 -cü il ) haqqında fərmanları və 28 sentyabr 2006 -cı il tarixli sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 2010- cu illər üçün Kopleks Tədbirlər Planı " müəllifin yeni kitabının siyasi və elmi konsepsiyasını təşkil edir. Monoqrafiya torpaq ehtiyalarının davamlı və dayanıqlı, səmərəli istifadəsini təmin etmək məqsədilə ölkədə həyata keçirilən aqrar islahatlarla bağlı torpaq istifadəçiliyində yeni təsərrüfatçılıq formalarının yaradılması, bu xüsusda torpaq üzərində mülkiyyət növlərinin təsbit edilməsi, habelə torpaq ehtiyatlarından istifadəyənəzarətin artırılması, ictimai təsərrüfatçılıq dönəmində münbitliyi itirilmiş, tənəzzülə uğramış torpaqların təbii münbitliyinin bərpası, artırılması, onun mühafizəsi və s. bu kimi bir çox məsələlər tədqiq olunur. Monoqrafiya tələbə, aspirant və mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulmuşdur.


93.

26

M-51


Məmmədov ,Q. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları : ali məktəblər üçün dərclik. / Qərib Məmmədov. - Bakı : Elm, 2007. - 664 s.; 25sm.

Аnnotasiya: "Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları" kitabı yeddi hissədən, 43 fəsildən, 120 paraqrafdan ibarətdir. Kitabın giriş hissəsində torpaqşünaslıq elminin predmeti, elmi-nəzəri əsasları, tədqiqat metodları, dünyada və həmçinin Azərbaycanda inkişaf tarixi vəayrı -ayrı görkəmli torpaqşünasların müxtəlif dövrlərdə apardıqları tədqiqatlar haqqında ətraflı məlumat verilir. Dərslik Bakı Dövlət Universitetinin biologiya fakultəsinin " Torpaqşünaslıq" , " Yerquruluşu və torpaq müfəttişliyi " və " Torpaq kadastrı " ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin aspirantlar üçün dərslik kimi nəzərdə tutulmuşdur.


94.

63(5Aze)

M-51


Məmmədov ,S. Azərbaycan tarixi : XV-XIX əsrin birinci otuzilliyi. / Süleyman Məmmədov. - Bakı : Çaşıoğlu, 2004. - 292 s.; 20sm.

Аnnotasiya: Kitabda ilk qaynaqlar və mövcud ədəbiyyat əsasında Azərbaycanın feodal dövlətləri - Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin sosial strukturu, siyasi həyatı, keşməkeşli və ziddiyyətli məqamları, dövlət quruluşu, ordu quruculuğu məsələləri işıqlandırılır, Ağqoyunlu və Şəfəvilər dövlətlərinin Qərbi Avropa dövlətləri ilə diplomatik əlaqələrinin yaranması və inkişafı tarixi izlənilir.


95.

83(5Aze)

M-51


Məmmədli , N. 80 budağın hərəsindən bir yarpaq. / Nüşabə Məmmədli . - Bakı : Çıraq, 2001. - 198 s. : şək.; 20sm.

Аnnotasiya: Müəllif bu kitab vasitəsilə sevimli yazıçımız, görkəmli alimimiz Əzizə Cəfərzadənin həyatından söz açmaq , onun dünyaya göz açdığı gündən keçdiyi həyat yolunun hər ilindən bir anı Əzizə xanımın pərəstişkarlarına çatdırmaqdır.


96.

63(5Aze)

M-51


Məmmədov, S. Azərbaycan tarixi : XV-XIX əsrin birinci otuzilliyi. / Süleyman Məmmədov. - Bakı : Çaşıoğlu, 2004. - 292 s.; 20sm.

Аnnotasiya: Kitabda ilk qaynaqlar və mövcud ədəbiyyat əsasında Azərbaycanın feodal dövlətləri - Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin sosial strukturu, siyasi həyatı, keşməkeşli və ziddiyyətli məqamları, dövlət quruluşu, ordu quruculuğu məsələləri işıqlandırılır, Ağqoyunlu və Şəfəvilər dövlətlərinin Qərbi Avropa dövlətləri ilə diplomatik əlaqələrinin yaranması və inkişafı tarixi izlənilir. Dərslikdə, həmçinin Azərbaycan xanlıqlarının yaranmasının ilkin şərtləri, Şimali - Şərqi Azərbaycan Quba xanlığı ətrafında birləşdirilməsi, Fətəli xanın diplomatiyasının xüsusiyyətləri şərh edilir.


97.

63.3(5Aze)

M-51


Məmmədova, H. Azərbaycan xalq cümhuriyyəti dövründə yuxarı qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920). / Həvva Məmmədova. - Bakı : Nağıl Evi, 2006. - 150 s.; 20sm.

Annotasiya: Oxculara təqdim olunan bu kitabda zəngin arxiv materiallarından istifadə olunaraq 1918-1920-ci illərdə Yuxarı Qarabağda siyasi vəziyyət, Zəngəzurda erməni terroru haqqında ətraflı məlumat verilir. Kitabda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təhlil edilir. Bu dövürdə Azərbaycan hökümətinin atdığı qətiyyətli addım , General- qubernatorluğun yaradılması və fəaliyyəti geniş işıqlandırılır. Kitab erməni terrorizminin köklərini araşdırmaq və bəzi məqamlara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

98.

94.8(5Aze)

M-65


Mir, Cəfər. Düşüncələr. / Cəfər Mir. - Bakı : Sabah, 2008. - 112 s.; 15sm.

Аnnotasiya: Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı tarixi, dini, milli - mənəvi dəyərlər haqqında düşüncələri toplanmışdı.


99.

83(5Aze)

M-67


Mirzə İbrahimov müasirlərinin xatirələrində. - Bakı : Elm, 2008. - 560 s.; 20sm.

Аnnotasiya: Kitab gorkəmli ictimai xadim,Xalq yazıçısı və ədəbiyyatşünas alim Mirzə İbrahimovun həyat və yaradıcılıgından bəhs edir. Burada verilmiş çoxsaylı şəkillər və onu yaxından tanıyanların xatirələri XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olan Mirzə İbrahimovun keçdiyi çətin və şərəfli ömür yolunu dolğun əks etdirir. Sanballı toplu geniş oxucu auditoriyası-ədəbiyyatsevərlər, ali məktəb tələbələri, tədqiqatçılar üçün zəngin məlumat mənbəyidir.


100.

88.6

M-67


Mirzəyev, İ. Postravmatik streslərin sosial-psixoloji təhlili. / İlham Mirzəyev. - Bakı : Adiloğlu, 2007. - 280 s.; 20sm.

Аnnotasiya: Bu kitab Azərbaycanda "Posttravmatik stresslərin sosial -psixoloji təhlili" nə həsr olunmuş ilk monoqrafik tədqiqat işidir. Əsərin məzmunu müvafiq namizədlik dissertasiyasının genişləndirilmiş strukturunu əhatə edir. Burada possttravmatik stresslərin mahiyyəti, onların sosial -psixoloji reablıtasiyası məsələləri sistemli şəkildə araşdırılmış, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadların, stresslərin sosial- psixolji təhlilinə xüsusi diqqət yetirilmişdir. Əsərdən geniş oxucu kütləsi, psixoloqlar, sosioloqlar, magistrlər, aspirantlar, müəllimlər, elmi işçilərnistifadə edə bilərlər.


101.

65(5Aze)

N-14


Nadirov, A. Azərbaycan iqtisadiyyatı. / A. Nadirov.- Bakı : Elm, 2003. - 344 s.; 21sm.

Аnnotasiya: Kitabda Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, potensial imkanları haqqında dolğun məlumat verilmiş, onun yüksəlişini şərtləndirən əsas istiqamət və prinsiplərə toxunulmuşdur.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



102.

92(5Aze)

N-17


Naxcıvan ensiklopediyası ; red. C. B. Quliyev. - [s. l.] : AMEA, 2002. - 594 s. : xəritə., şək.; 26sm.

Аnnotasiya: Naxçıvan ensiklopediyası muxtar respublikanın təbiətindən , tarixindən, ictimai - siyasi, sosial - iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşrdir. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən diyarın bütün inzibati rayonları, fiziki -cografi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu , yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilmişdir.



103.

63.3(5Aze)

N-17


Naxcıvan sancağının müfəssəl dəftəri ; tərc.ed.: Z. Bünyadov, H. Məmmədov. - Bakı : Elm, 2001. - 376 s.; 20sm.

Аnnotasiya: Bu nəşirdə Naxçıvan sancağının tarixi daha geniş xronoloji çərçivədə, təqribən 150 illik dövrün hadisələr kontekstində tədqiq edilmiş, tərcümənin mətnində isə cüzi dəyişikliklər edilmişdir. Bundan əlavə II nəşrə mətinlə bağlı qeyd və terminoloji şərhlər də əlavə edilmişdir.



104.

28.57

N 49


Nəbatat terminləri (azərbaycanca - rusca) və bitki adları (azərbaycanca - latınca - rusca - ingiliscə ), (latınca - azərbaycanca - rusca - ingiliscə ) lüğəti. C.1. ; red.: O. V. İbadlı, V. S. Fərzəliyev. - Bakı : Elm, 2008. - 320 s.; 20sm.

Аnnotasiya: Oxuculara təqdim olunan 2 hissəli lüğət latın qrafikası ilə müasir tələblərə uyğun olaraq hazırlanmışdır. Lüğət 7385 nəbatat terminləri və 1295- dən artıq bitki adlarından ibarətdir. Lüğət elmi işçilər, ali və orta məktəb müəllimləri, şagirdlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


105.

28.57

N 49


Nəbatat terminləri (azərbaycanca - rusca) və bitki adları (azərbaycanca- latınca- rusca - ingiliscə), (latınca-azərbaycanca-rusca- ingiliscə) lüğəti.

C.2. ; red.: O. V. İbadlı, V. S. Fərzəliyev. - Bakı : Elm, 2008. - 352 s.; 20sm.

Аnnotasiya: Oxuculara təqdim olunan 2 hissəli ilk dəfə olaraq latın qrafikası ilə müasir tələblərə uyğun olaraq hazırlanmışdır. Lüğət 7250 nəbatat terminləri və 1240 - dan artıq bitki adlarından ibarətdir. Lüğət elmi işçilər, ali və orta məktəb müəllimləri, şagirdlər, tələbələr və geniş oxuçu kütləsi üçün nəzərdə tutulmuşdur.

106.

83(5Aze)

N 49


Nəbiyev, B. Xəzan vurmasın : toplu ; Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur. / Bəkir Nəbiyev. - Bakı : Elm, 2006. - 452 s.; 20sm.

Аnnotasiya: "Xəzan vurmasın" kitabına akademik Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatşünaslığının aktual problemlərinə , ayrı - ayrı ədəbi simaların yaradıcılığına dair əsasən son illərdə qələmə aldığı məqalələri, məruzələri, müxtəlif əsərlər haqqında rəyləri, dünyasını dəyişmiş bəzi dostları, həmkarları haqqında xatirələri, habelə yol qeydləri daxil edilmişdir.



107.

84(5Aze)

N 62


Nəzirli, Ş. Güllələnmiş Azərbaycan generalları : hekayələr, portretlər, oçerklər, məqalələr. /Ş.Nəzirlı. - Bakı : OKA Ofset, 2006. - 655 s. : портр.; 23sm.

Аnnotasiya: Uzun illər Azərbaycan hərb tarixinin tədqiqatı ilə məşğul olan Müdafiə Nazirliyi Hərbi- Elmi Mərkəzin Baş Elmi əməkdaşı polkovnik-leytenant Şəmistan Nəzirli samballı kitabların müəllifidir. Onun "Azərbaycan generalları" , "Qəribə talelər" , "Arxivlərin sirri açılır, "Cümhiriyyət generalları" , "Tam artilleriya generalı Səməd bəy Mehmandarov" ,"General Yadigarov qardaşları" , "General Əliağa Şıxlinski ömrü" , "İlk hərbi təyyarəçi Fərrux ağa Qayıbov" , və başqa əsərlərini oxucular maraqla qarşılamışlar. Tədqiqatçı - publisist Şəmistan Nəzirli gərgin elmi axtarışlardan sonra "Güllələnmiş Azerbaycan generalları" adlı yeni kitabını bitirmişdir. Arxiv sənədləri əsasında yazılmış kitabda totalitar Sovet rejimi illərində Azərbaycanın on doqquz generalının, onlarla ali rütbəli polkovnik və podpolkovnikin faciəli həyatı araşdırılır.


108.

82(5Aze)

N 78


Novruz bayramı ensiklopediyası. - Bakı : Єərq -Qərb, 2008. - 208 s. : şək.; 25sm. - (Lüğət və Ensiklopediyalar)


109.

84(5Aze)

N 87


Nur, Məqsəd. Tərs kimi. / Məqsəd Nur. - Bakı : Adiloğlu, 2006. - 240 s.; 18sm.

Аnnotasiya: Yazıçının ilk kitabına 1988 - 2001 - ci illərdə qələmə aldığı proza - hekayə və silsilələr daxildir.



110.

74.00

O 28


Oxu! : yaşamaq ücün.. - Bakı : Kövsər, 2007. - 128 s. : şək.; 21sm

Аnnotasiya: Bu kitab oxumağın həyatımızdakı əhəmiyyətindən, oxuma üsullarından, oxumağımıza mane olan faktorların müəyyən edilməsindən və onları aradan qaldırma metodlarından bəhs edir.Kitab məktəb şagirdi, tələbə və valideynlərə ünvanlanmışdır.

111.

63.3(5Aze)

O-58


Oruclu, M. Azərbaycanda və mühacirətdə müsavat partiyasının fəaliyyəti : (1911-1992). / Məryəm Oruclu- Bakı : Azərnəşr, 2001. - 271 s.; 20sm.

Аnnotasiya: Əsərin tədqiqat obyekti Müsavat Partiyasının fəaliyyətinin əsas istiqamətləridir. Əsərdə əsrin əvvəllərində Müsavat Partiyasının yaranmasıni zəruri edən amillər araşdırılır, partiyanın müxtəlif dövürlərdə qəbul etdiyi proqramları geniş təhlil edilir. Burada Azərbaycan Demokratik Respublikasının yaranmasında və idarə edilməsində partiyanın yeri və rolu araşdırılır, onun ölkə daxilində və mühacirətdə fəaliyyəti diqqət mərkəzinə gətirilir. Müsavat Partiyasının Azərbaycanda bərpasını zəruri edən amillərin təhlilinə əsərdə xüsusi yer verilir. Əsərə Müsavat Partiyasının bütün proqramlarından və qurultay materiallarından ibarət olan əlavələr edilmişdir.


112.

83(5Aze)

O-63


Osmanlı , V. Məhəmməd Hadinin romantizmi ; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnctitutu. / Vəli Osmanlı. - Bakı : Elm, 2006. - 204 s.; 20sm.

Аnnotasiya: XX əsr Azərbaycan romantiki Məhəmməd Hadinin yaradıcılığından indiyədək əsasən ümumi ədəbi tarixi istiqamətdə yazılıb. Bu tədqiqatda mütəfəkkir şairin romantik irsi romantizmin öz yaradıcılıq prinsipləri və təhlil ilə məxsusi qaydada araşdırılır. Belə məxsusi araşdırma şairin yaradıcılığında yeni obrazların, ideyaların, romantizmin poetikasına məxsus rəmzlərin aşkarlanmasına imkan vermişdir. Nəticədə Hürriyyət və Bəşər obrazları, Millət və Vətən ideyaları, Həqiqət, Xəyal, Şüur, İsmət kimi rəmz tipologiyaları müəyyənləşdirilir. İnqilabla intibahın dialektikası açıqlanır.


113.

84(5Aze)

P 19


Parcalanmış millətin harayı. I : Həsrət şeirləri və bayatıları. - [s. l.] : Nurlar, 2007. - 656 s. : портр.; 22sm.

Аnnotasiya: "Parçalanmış millətin harayı" adlı bu toplu 180 ilə yaxınlaşan bir müddətdə zorla ikiyə parçalanmış Azərbaycan xalqının şeir və bayatılar dili ilə bu haqsızlığa və ədalətsizliyə qarşı çıxış və etiraz səsidir.Kitabda o taylı-bu taylı 100-dən şairlərimizin həsrət, hicran nisgili və vüsal arzusu ilə bağlı şeirlərindən və bu mövzuda deyilmiş bayatılardan nümunələr oxuculara təqdim olunur.Parçalanmış vətənin ağrısını köksündə gəzdirən hər bir azərbaycanlı türk üçün, bu ağır tarixi faciəyə biganə qalmayan insanlardan ötrü kitabın oxunaqlı və cazibəli olacağına şübhə etmirik.Bu səpgidə kitabın hazırlanması ilk təşəbbüs olduğundan onun nöqsan və qüsurlardan tam xali olacağı mümkünsüzdür.Bununla bağlı öz təklif və rəylərini göndərəcək oxuculara əvvəldən minnətdarlığımızı bildiririk.Həsrət poeziyasından və bayatılardan seçmələr olan bu kitabın vüsal həsrəti ilə yaşayan hər bir türkün stolüstü kitabı olacağına inanırıq.


114.

88.3

P 82


Psixologiya : ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün dərslik. - [s. l.] : Nurlan, 2007. - 700 s.; 20sm.

Аnnotasiya: Dərslikdə "Psixologiya" proqramına (2005) müvafiq olaraq psixologiyanın predmeti və metodları, fəaliyyət və ünsiyyət, şəxsiyyət və qrupların psixologiyası, psixi proseslər və hallar, şəxsiyyətin fərdi psixi xassələri, yaş və pedoqoji psixologiyanın predmeti və vəzifələri, məktəbə daxil olanadək, kiçik məktəb yaşı, yeniyetməlik və ilk gənclik yaşı dövlərində psixi inkişafın əsasları, tərbiyə, təlim, pedoqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası, məktəbə psixoloji xidmətin əsasları psixologiya elminin müasir nailiyyətlərinə uyğun şəkildə öz əksini tapmışdır.Dərslik ali pedoqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün hazırlamışdır.Ondan magistrlər, müəllimlər və valideynlər də istifadə edə bilərlər.



115.

85.33(5Aze)

R 52


Rəhimli ,İ. Barat Şəkinskaya : xalq artisti Bahar Xanım Şəkinskayanın həyatı və yaradıcılıq yolu. / Rəhimli İlham.- Bakı : Tutu, 2005. - 149 s. ; 20sm.

Annotasiya: Kitabda İlham Rəhimlinin şəxsi arxivində olan şəkillərdən və Azərbaycan Dövlət Teatr Muzeyinin foto - neqativ şöbənin nadir nüsxələrindən istifadə olunub.


116.

83(5Aze)

R 99


Xəlil, Rza Ulutürk. Gəl, ey səhər ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. / Rza Xəlil Ulutürk. - Bakı : Nağıl evi, 2004. - 420 s. : şəkiı.; 20sm.

Annotasiya: Kitabda görkəmli şair, filosof, mütəfəkkir şəxsiyyət, istiqlal mücahidi və ictimai-siyasi xadim Xəlil Rza Ulutürkün milli mədəniyyətimizə dair, əsasən, elmi-publisistik və elmi-tarixi memuar məqalələri toplanmışdır. Həmin məqalələrin əksəriyyəti sənətkarın arxivindən ilk dəfə götürülərək nəşr olunur. Kitab milli mədəniyyətimizin inkişaf məsələlərinin öyrənilməsində əhəmiyyətli mənbədir. "Gəl ey səhər" toplusu inəsənət nümayəndələri, Ulutürkşünaslığımız üçün qiymətli töhfə , xalqımız üçün milli mənəvi sərvətdir.


1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə