Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası




Yüklə 1.9 Mb.
səhifə3/16
tarix23.02.2016
ölçüsü1.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

60.

63.3(5Aze)

Ə-64


Əliyev, Fuad. İrəvan xanlığı. /F.Əliyev. - Bakı : Şərq -Qərb, 2007. - 144 s.; 20sm. - (Azərbaycan dili və taxixi)

Annotasiya: Tarixən qədim Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı həm siyasi , həm də iqtisadi baxımdan az öyrənilmiş xanlıqlardan biridir. Kitabda müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranması, ictimai - iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir. Bu kitabda 1747- 1828 -ci illəri əhatə edən dövürdə ermənilərin Azərbaycan ərazisində , Rusiya imperiyasının tərkibində " erməni dövləti" yaratmaq üçün müxtəlif məktublarla dönə -dönə Rusiya dövlətinə müraciət etmələri barədə də maraqlı məlumatlar vardır.


61.

83(5Aze)

Ə-64


Əliyev , K. Hüseyn Cavid: həyatı və yaradıcılığı. / Kamran Əliyev ; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu. - Bakı : Elm, 2008. - 324 s.; 20sm.

Annotasiya: Kitabda böyük şair və dramaturq Hüseyin Cavidin həyatı və şəxsiyyəti, ədəbiyyata baxışı, poeziyası və dramaturgiyası, bədii yaradıcılığının poetikası, folklorla əlaqəsi və sənətkarlıq məziyyətləri araşdırılmışdır.



62.

87.8

Ə-65


Əlizadə, H. Estetika. /H.Əlizadə. ; Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. - [s. l.] : Elm, 2007. - 380 s.; 21sm.


Annotasiya: Monoqrafiya gözəllik problemi ətrafında qurulmuş, gözəllikdən başqa, estetikanın digər kateqoriyaları da gözəllik problemi ilə sıx əlaqədə yazılmışdır.Monoqrafiyada estetika elmində ilk dəfə olaraq gözəlliyin qrasiya, zəriflik və füsunkarlıq kimi modifikasiyalarını öyrənməyə cəhd göstərilmişdir.Bundan başqa, kitabda estetik şüur problemi geniş şərh olunmuşdur, ilk dəfə olaraq "katarsis" mövzusuna diqqət yetirilmiş, həmçinin incəsənətdəki gözəlliyə də xüsusi yer ayrılmışdır.Kitab estetika ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur, bununla yanaşı, uyğun ali məktəblər üçün dərs vəsaiti kimi də istifadə oluna bilər.



63.

83(5Aze)

Ə-62


Əlişanoğlu, Tehran. XX əsr Azərbaycan nəsrinin poetikası. T.Əlişanoğlu ; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu . - Bakı : Elm, 2006. - 312 s.; 20sm.

Annotasiya: Tehran Əlişanoğlunu "XX əsr Azərbaycan nəsrinin poetikası" əsərində Azərbaycan nəsrinin təşəkkülü, yaranması və inkişafından bəhs edilir. Janrın XX əsrdə Azərbaycan ədəbiyyatında tutduğu yer, üslub və növ zənginliyi, əsr səciyyəsi, tipoloji müxtəlifliyi geniş tədqiqat materialları əsasında təhlil olunur, poetikası nəzəri analizə cəlb olunur. Monoqrafiya XX əsr nəşrinə bütövlükdə nəzər salır, bu nəsrin tarixini, inkişaf meyllərini, çağdaş milli və dünya ədəbiyyatı konteksində mövqeyini , əhəmiyyətini öyrənmək baxımından gərəkli vəsaitdir.



64.

81.2Az-4

F-25


Farsca-Azərbaycanca lüğət. - Bakı : Şərq -Qərb, 2007. - 640 s.; 22 sm.

Аnnotasiya: Hazırki lüğət ilk növbədə özümlülüyü ilə, daha doğrusu, yığcamlığı və praktik keyfiyyətləri ilə seçilir. Lüğətin tərtibi zamanı əsas götürülən bu amilləri nəzərə alaraq, çağdaş fars ədəbi dilinin rəngarəng və zəngin lüğət tərkibindəki mövcud sözlər üzərində bir növ seçmə əməliyyatı aparılmışdır. Bu işdə başlıca diqqət seçilən sözlərin müasir fars ədəbi dilində ümumişləkliyinə, işlənmə dərəcəsinə yönəldilmişdir. Əsasən klassik fars ədəbi dili üçün səciyyəvi olan bir sıra sözlərə və danışıq dilində çox işlənən ayrı-ayrı söz və ifadələri də lüğətə daxil etmək məqsədəuyğun sayılmışdır. Bundan əlavə çağdaş fars ədəbi dilində işlənən bir sıra yeni sölər də, əsasən, internet səhifələrindən bəhrələnməklə ilk dəfə lüğətə daxil edilmişdir.


65.

83(5Aze)

F-55


Fətəliqızı ,G. Məmməd Arazlı günlərim : Xatirələr. /Ğ.Fətəliqızı - Bakı : Zəkioğlu, 2008. - 216 s. : rəngli.şək.; 20sm.

Аnnotasiya: Azərbaycanın "bütün zamanlar üçün" böyük olan şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəli qızının "Məmməd Arazlı günlərim" adlı xatirələr kitabında şairin taleyində rol oynamış yaxşı adamlar, yaxşı hadisələr təsvir olunur.Sonda müasirlərinin Məmməd Araz haqqındakı fikirləri verilmişdir.


66.

84(4Fr)

F-82


Fransız ədəbiyyatı antologiyası. III cild. - Bakı : Şərq -Qərb, 2007. - 408 s.; 20sm. - (Dünya Ədəbiyyatı)

Аnnotasiya: Bu cildə XVII -XX əsrlər Fransız ədəbiyyatının görkəmli nümayəndələrindən Bualo, Onore dö Balzak, Prosper Merime, Şarl Bodler, Emil Zolya, Lui Araqon, Antuan dö Sent - Ekzüperi, Klod Avlin, Semyuel Bekket, Pyer Bul, Bernar Klavel, Lui Navir və başqalarının əsərləri daxil edilmişdir.


67.

76(5Aze)

F-98


Füyuzat : (1906-1907). - Bakı : Çaşıoğlu, 2006. - 672 s. : şək.; 29sm.

Аnnotasiya: Ə. Hüseynzadənin baş mühərrirliyi və H. Z. Tağıyevin maddi vəsaitilə 1906-1907-ci illərdə nəşr olunan "Füyuzat" məcmuəsinin 32 sayı bu kitabda toplanmış, çağdaş latın əlifbasında, yenidən nəşr olunmuşdur. Bu məcmuə , XX əsrin əvvəllərində Azəri və türk xalqlarının siyasi və ədəbi fikrinin ən möhtəşəm abidəsidir. O bu mövqeyini yeni əsr ücün də qoruyub saxlamışdır.

68.

84(5Aze)

H-47


Heydər, Nizami. Övliya Mir Möhsün ağa. /Nizami Heydər - Bakı : Adiloğlu, 2009. - 328 s.; 21sm.

Аnnotasiya: Nəşrə madii-mənəvi dayaq duran, amma bu nəcib əməlinin gizli qalmasını istəyən tibb elmləri namizədi, kübar insan, Səadət xanım Yunis qızı Mahmudovaya dərin təşəkkürümüzü yetiririk.Hörmətli adının çəkilməsinə gələndə isə üzrxahlıqla bildiririk ki, bu zərurətdə "yaxşılığı öymək yaxşılığı artırır" hikmətinə daha üstünlük verdik. Allah razı olsun. Amin!


69.

86.38

H-58


Həmidullah, Məhəmməd. Türk-İslam dünyası : islama giriş / M. Həmidullah .- Bakı : Nurlan, 2007. - 129 s.; 20sm.

Аnnotasiya: Bu əsər daha öncə mərhum yazıçı Kamal Quşçu tərəfindən türk dilinə tərcümə edilmişdir. Lakin o tərcümədə olunan dilin bu gün gənclər tərəfindən çox çətinliklə anlaşıldığı və müəllif Məhəmməd Həmidullahın sonradan əlavələr etdiyini diqqətə alaraq, kitabın təkrar tərcüməsi uyğun və zəruri görülmüşdür.


70.

66.4(O)

H-63


Həsənov, A. Beynəlxalq terrorizm. ; I hissə. / A. Həsənov . - Bakı : Əbilov, Zeynalov və oğulları, 2003. - 588 s.; 20sm.

Аnnotasiya: Kitabda müasir dövrümüzün ən təhlükəli problemlərindən biri olan beynəlxalq terrorizmin tarixi , onun yaranması, növləri, 1990-cı illərdən başlayaraq həyata keçirilən terror aktları, terrorizmin dövlətlərarası münasibətlərə təsiri , beynəlxalq terrorizmə kömək edən dövlətlər haqqında məlumatlar öz əksini tapmışdır. Kitabda həmçinin beynəlxalq təşkilatların və böyük dövlətlərin antiterrorizm siyasətindən, erməni terrorizmindən və Azərbaycan Respublikasının beynəlxalq terrorizmə qarşı mübarizəsindən, terror təşkillatları və məşhur terrorçuların həyatından danışılır. Kitabda hüquq -mühafizə orqanlarının əməkdaşları, ali məktəb müəllimləri və tələbələri, diplomatlar və problemlə maraqlananlar üçün nəzərdə tutulmuşdur.



71.

83(5Aze)

H-97


Hüseynzadə ,Əli bəy. Seçilmiş əsərləri. /Ə.Hüseynzadə - Bakı : Şərq -Qərb, 2007. - 480 s.; 21sm. - (Müasir Azərbaycan Ədəbiyyatı)

Аnnotasiya: Böyük fikir adamı, publisist, filosof, şair, həkim, rəssam...Əli bəy Hüseynzadənin "Seçilmiş əsərləri"nə müxtəlif illərdə yazdığı bəddi-publisistik irsindən nümunələr daxil edilmişdir.XX yüzildə Türk dünyası üçün misilsiz əhəmiyyət kəsb edən türkləşmək, islamlaşmaq, avropalaşmaq təliminin yaradıcısı olmuş bu dahi şəxsiyyətinəsərləri istər elmi-ədəbi, istərsə də milli məfkurə tariximizin öyrənilməsi baxımından əsas qaynaqlardan hesab olunmaqdadır.


72.

84(5Aze)

İ-32


İlyasoğlu, R. Xatirəyə dönmüş anlar. /Rauf İlyasoğlu. - Bakı : Çənlibel, 2008. - 264 s.; 20sm.

Annotasiya: Bir çox kitabların redaktoru, tərtibçisi , " QƏLƏM" və "SÖZÜN SEHRİ" almanax kitablarında şeirləri çap olunan , AJB -nin üzvü Rauf İlyas oğlu "Xatirəyə dönmüş anlar" kitabı ilə oxucularının görüşünə gəlmişdir. 2008 -ci ildə Çənlibel nəşriyyatı tərəfindən çap olunmuş "Qara göl" romanının ( İlyas Qəmgin) tərtibçi- redaktoru olan Rauf İlyasoğlu eyni zamanda mənbələrə istinad edərək erməni saxtakarlığından, xəyanətkarlığından və erməni məkrindən bəhs edən təhlili yazılarını da həmin kitaba əlavə edərək oxucularına çatdırmışdır. Bu kitabı vərəqləyərkən yer üzünün əşrəfi sayılan insanların qurub yaratmaq eşqi ilə yaşaması , yaylağa və arana köç edən elat karvanları, erməni təcavüzündən qaçqın - köçkün düşmüş insanların qəm - kədər, həsrət dolu baxışları , duyğuları , uca dağların zirvəsindən, dərələrin dərinliyindən süzülüb keçən şeh ətirli dumanlar, çənlər, sədaqətli dostların bir - birini çətin anda araması , insanlığı puldan, var - dövlətdən üstün tutanları qamçılamaqla yanaşı, baməzə kişilərin duzlu , məzəli surətlərini canlandırmaqla, Allahın vahiliyini , dahiliyini, yeri -göyü, asimanı, bütün canlı və cansız aləmi yaradanı hər an qəlbimizdə yaşadaraq, dünyanı dərk etməyimiz daha aydın hiss olunur, kövrək xatirələr yaddaş süzgəcindən , göz önündən gəlib keçir.



73.

83(5Aze)

İ-84


İsrafil , H. "Füyuzat" və milli dramaturgiya problemləri. / Hüseyn İsrafil. - Bakı : Elm, 2007. - 156 s.; 20sm.

Annotasiya: Monoqrafiyada füyuzatçılar ədəbi hərəkatının və jurnalın ədəbi mövqeyi janr, ədəbi və orta dil, yaradıcılıq metodu, klassik ədəbi irsə münasibəti, çağdaşlıq və s. işıqlandırıləır. Əsərdə "Füyuzat" ın milli dramaturgiyanın inkişafı və təkamülü sahəsində görüşləri və mövqeyi şərh edilir. Füyuzatçıların "Türkləşmək, islamlaşmaq və müasirləşmək" məramnaməsinə uyğun olaraq məcmuədə nümunə kimi çap edilən "Nədən bu hala qaldıq" (A.S.Ayvazov) pyesi müfəssəl təhlil olunur. Kitabda həmçinin M.M.Axundov və Axund Yusif Ziya Talıbzadənin dramaturgiyası təhlil olunur. İslam Fütuhatı dövrünü əhatə edən "Səd Vəqqas", "Ərmənisə"," Əmir Xalid ibn Vəlid" pyeslərində islam dəyərləri (əqidə, mənəviyyat, əxlaq, hüquq, müharibə və s.) geniş və əhatəli şəkildə şərh edilir. Təhlil olunan əsərlərin janr və bədii xüsusiyyətləri, ideya-məfkurə məsələləri də şərh olunur.



74.

87.4

İ-84


İsrafilov, Mahir. Məntiq terminlərinin izahlı lüğəti. / Mahir İsrafilov. ; Azərbaycan Respublikası Təhsil Nazirliyi. - Bakı : MBM, 2007. - 352 s.; 19 sm.

Annotasiya: Kitabda dünya məntiq elmində işlədilən məntiqi anlayışların, cərəyanların, istiqamətlərin, müxtəlif ölkələrdə yaranan məntiqi məktəblərin konkret izahı verilməklə, burada ayrı-ayrı alimlərin də elm sahəsində xidmətləri ön plana çəkilmişdir. Yuxusuz gecelərin və gərgin əməyin məhsulu olan bu kitabı oxuyan hər bir vətəndaş özü üçün müəyyən nəticələr çıxaracaq, təfəkkürünün cilalanmasını hiss edəcək, məntiqi mədəniyyətini artırmaqla, şübhə etmirik ki, hər yerdə elmi və məntiqi mühitin hərtərəfli inkişafına ürəkdən yardım göstərəcəkdir.


75.

84(2Poc)

З-82


Çukovski , K.İ. Seçilmiş əsərləri. /K.İ.Çukovski - Bakı : Şərq -Qərb, 2007. - 160 s.; 20sm. - (Dünya Ədəbiyyatı)

Annotasiya: Kitabda Korney Çukovskinin insanlarda yüksək mənəvi və əxlaqi hisslər aşılayan "Gümüş gerb" povesti və azyaşlı oxucuların dillər əzbəri olan " Milçək - vizilcək" , "Qorxunc tarakan" , "Moydadır" , " Aybolit" şeirləri daxil edilmişdir


76.

81.2

K.-56


Kəngərli, A. "Turanın bir eli var və yalnız bir dili var ! ". /A.Kənğərli - Bakı : Mütərcim, 2006. - 152 s.; 20sm.
Аnnotasiya: Filologiya elmləri doktoru Aybəniz Kəngərlinin bu kitabında ortaq türkcə cərəyanının türk dünyasında keçdiyi inkişaf yolu ilk dəfə olaraq sistemli elmi şəkildə izlənir. Kitabda eyni zamanda XX yüzilin ilk onilliklərində ortaq türkcə haqqında Azərbaycan mətbuatında yayınlanmış məqalələrin mühüm qismi ilk dəfə olaraq bir kitab halında oxucuya təqdim edilir. Türk birliyi, dildə birlik hərəkatının öncülü İsmayıl bəy Qaspıralıya Azərbaycanda həsr olunmuş şeirlər də məsələyə münasibəti anlamağa yardımçı olduğu üçün kitaba daxil edilmişdir. Kitab ədəbiyyatşünaslar, dilçilər, tarixçilər, bütövlükdə ümumi oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



77.

85.33(5Aze)

K-58


Kərimov, İ. Şuşa-Ağdam teatrı. / İ.Kərimov - Bakı : Elm, 2001. - 140 s.; 20sm.

Аnnotasiya: Monoqrafiyada Şuşa və Ağdam teatrlarının yaranması, inkişaf mərhələləri nəzərdən keçirilir . Bu iki qonşu şəhərin teatr həyatında baş verən hadisələr tarixi fonda təsvir edilir. Azərbaycanın milli teatrımız tarixində özünəməxsus yeri olan Şuşa -Ağdam teatrının yaradıcılıq yolu müasir teatrşünaslıq elmi-nöqteyi nəzərindən təhlil edilir . Öz taleyini bu teatrlarla bağlayan bir çox görkəmli rejissor və aktyorlarların yaradıçılığı səciyyələndirilir. Kitabda mətni müşayiət edən şəkillər də verilmişdir.



78.


81

K-76



" Kitabi - Dədə Qorqud" dilinin izahlı lüğəti. - Bakı : Elm, 1999. - 204 s.; 20sm

Аnnotasiya: Oxuculara təqdim edilən bu lüğət abidənin söz xəzinəsi barəsində ilk leksikoqrafik əsərdir. Lüğətin yazılmasından məqsəd işlənmə intensivliyindən və mənşəyindən asılı olmayaraq, bütün sözləri qeydə almaq, sözlərin dastanın dilindəki semantik və qrammatik mənalarını əyani göstərməkdir. Kitabda sabit söz birləşmələri, sözlərin məcazi mənaları da verilmişdir. Lüğətdə 2400-ə yaxın sözün izahı verilir.



79.

81.2

K-85


Kononov , A.N. Rusiyada Türk dillərinin öyrənilməsi tarixi (1917-ci ilə qədər). SSRİ -də Türk filologiyası (1917 -1967) / A. N. Kononov. - Bakı : ÇİNAR -ÇAP, 2006. - 352 s. : şək.; 25sm.

80.

84(5Aze)

K-98


Kürdoğlu, H.. Yurduma qurbandır sözüm. / Hüseyn Kürdoğlu. - Bakı : Sabah , 2005. - 516 s.; 20sm

Аnnotasiya: Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Hüseyn Kürdoğlunun poetik irsi zəngin və çoxşaxəlidir. Oxuculara təqdim olunan bu kitabda yarım əsrdən artıq yaradıcılıq yolu keçən mərhum şairin 1990-2003 -cü illər arasında yazılan və böyük əksəri ilk dəfə çap olunan şeirləri toplanıb. Kövrək qəlbində Qarabağ dərdini, Vətən nisgilini daşıyan , gözəlliyə, sevgiyə , haqqa - ədalətə tapınan şairin vətəndaş amalı, bədii - fəlsəfi düşüncələri bənzərsiz bir söz ustalığı ilə təsirli poetik lövhələrə, odlu - alovlu misralara, zərif və heyrətamiz obrazlara dönüb bu nəğmələrin hər birində. "Yurduma qurbandır sözüm" kitabı doğma yurd - yuva həsrəti ilə dünyadan köçən , 70 yaşını bizimlə birlikdə qeyd edə bilməyən ustad şairin nigaran ruhuna və qədirbilən oxucularına bir töhfə və təsəllidir.


81.

63.3

Q.-24


Qaraoğlu , F. Ermənilər və həqiqətlər : rəsmi sənədlərdə ./ F. Qaraoğlu. C.1. - Bakı : Nurlar, 2007. - 400 s.; 20 sm.

Аnnotasiya: Professor F.Qaraoğlu bu kitabında zəngin arxiv sənədləri və ilkin mənbələr əsasında ermənilər tarixindən, sosial- iqtisadi həyatından, mədəniyyətindən, dinindən, yaşadiqları bölgələrdə ətrafa olan münasibətlərindən və türklərə qarşı törətdikləri məzalimlərdən bəhs edilir. Bu kitabda xalqımızın bilmək məcburiyyətində olduğu tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir.


82.

86.38

Q-24


Qaraoğlu, Fazil. Peyğəmbbərimiz Hz Məhəmmədin həyatı. /Fazil Qaraoğlu. - Bakı : CBS, 2006. - 333 s.; 20sm.

Аnnotasiya: Təqdir edərsiniz ki, min dörd yüz il boyunca müqəddəs sədası bütün dünyanı bürüyən Peyğəmbər əfəndimizin həyatını qələmə almaq olduqca məsuliyyətli bir işdir. Bu baxımdan, əlinizdəki bu əsər o uca insanın həyatını, misilsiz əxlaq və fəzilətlərini qeyri - ciddi rəvayətlərə yer vermədən , tarixi həqiqətləri olduğu kimi və sadə oxunaqlı bir dildə anladan əsərlərdən biri olduğunu söyləyə bilərik.


83.

84(2Рос)

Q-23


Qarin , N. M. Seçilmiş əsərləri. /N.M.Qarin.- Bakı : Şərq -Qərb, 2007. - 192 s.; 20s.; 20sm.

Аnnotasiya: Bu kitaba rus klassik ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçısı Nikolay Qarin - Mixaylovskinin "Dimin sarayı", "Adoçka" , "Canavar", " Dahi " hekayələri və " Tyomanın uşaqlığı" povesti daxil edilmişdir. Yazıçı bu əsərlərdə , əsasən uşaqların , gənc nəslin ailə xronikasından və həyatından bəhs edərək, onların şəxsiyyətinin müdafiəçisi kimi çıxış etmişdir. Nikolay Qarin - Mixaylovski müəyyən məqamlarda böyüklərin uşaqlara və gənc nəslə qarşı laqedliyini , öz qəhramanlarının düşüncələrini və sarsıntılarını , eyni zamanda povest və hekayələrdə təsvir olunan hadisələrin psixoloji çalarlarını zəngin bədii lövhələrlə qələmə almış


84.

54.15

Q-25


Qasımov, M. Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz. / M.Qasımov. - Bakı : Qismət, 2004. - 120 s. : şək.; 20sm.

Annotasiya: Artıq bədən çəkisi və piylənmə xəstəliyi ilə yanaşı gedən ürək qan - damar sistemi , şəkərli diabet, eləcə də qalxanvari vəzinin hipofunksiyası patologiyalarında xəstələrin dietik qidalanmasının korreksiyası. Bu vəsait həkim - dietoloqların, ümumi praktik həkimlərin, qidalanma ilə əlaqədar pozulmaların müalicəsi və xəstəliklərin profilaktikası ilə məşğul olan həkimlərin gündəlik işində olan tibb profilli bütün universitetlərin, texnikumların, kolleclərin, özəl tibb müəssisələrin tələbələri üçün dərs ləvazimatıdır. Bunlardan başqa , ictimai iaşə müəssisələriində Dövlət sanitariya maarifi aparan tibb işcilərinin gündəlik fəaliyyətində çox lazım olan vəsaitdir. İndiki dövürdə bu kitabın hazırlanması əhalinin bir sıra xəstəliklərinin, xüsusən artıq bədən çəkisi və piylənmə xəstəliyi ilə yanaşı gedən ürək qan - damar sistemi , şəkərli diabet, eləcə də qalxanvari vəzinin hipofunksiyası patologiyalarında dieta ilə müalicə aparılmasının əhəmiyyəti olduqca böyükdür. Bununla bərabər yuxarıda adları çəkilən xəstəliklərin nəinki müalicəsində , eləcə də profilaktikasında insanların səmərəli qidalanmasının əsaslandırılması və təşkilində də əhəmiyyəti çoxdur. Bu kitabda 1-ci və 2 - ci tip şəkərli diabetdə pəhriz , şəkərli diabetin bəzi agırlaşmaları barədə qiymətli , gündəlik praktikada çox əhəmiyyətli olan məsləhətlər verilir. Şübhəsiz ki, xəstələr öz xəstəliklərində pəhriz haqqında geniş məlumatı bu kitab vasitəsilə əldə edə biləcəklər.


85.

53.51(5Aze)

Q-25


Qasımov ,M.S. Azərbaycan mətbəxində pəhriz. / M.S.Qasımov. - Bakı : Qismət, 2004. - 392 s. : şək.; 21sm.

Аnnotasiya: Məlumat kitabı xəstə və sağlam insanlar üçün pəhrizləri və onların variantlarını seçməkdən ibarət olan müalicə profilaktika və sanator-kurort müəüssisələrində terapevt və digər ixtisaslı həkimlər, həkim-dietoloqlar və pəhriz üzrə tibb bacıları, pəhriz yeməkxanalarının və şöbələrinin müdirləri, pəhriz yeməkləri hazırlayan aşpazlar, ictimai-iaşə üzrə texnoloqlar, ticarət şəbəkəsində dietik ərzaq mallarının realizasiyası sistemində çalışanlar, eləcə də pəhriz qidalanmasından istifadə edən və buna ehtiyacı olan xəstələrə qulluq edən bütün şəxslər üçün nəzərdə tutulmuşdur.Bununla belə kitab klinik ordinatorlar, aspirantlar, tibbi profilaktika və müalicə fakultələrinin tələbələri üçün praktiki dərs ləvazimatıdır, eləcə də texnoloji, iqtisadi. özəl ali təhsil universitetlərinin və texnikumların, o cümlədən tibbi kolleclərin tələbələri üçün, ictimai-iaşə müəssisələrində yeyinti məhsullarının texnologiyasına aid dərslik vəsaiti kimi də istifadə edilə bilər.


86.

86.38

Q-89


Qurani-Kərim və açıqlamalı məali. - Bakı : Nurlar, 2007. - 604 s.; 24sm.


Annotasiya: Qurani - Kərimin bu məaldəki mətni məşhur Qayışzadə Hafiz Osman xətti orta boy əlyazmaları filmlərdən götürülmüşdür. Təqva sahibi olan hər kəs mütərcimə sormadan müqəddəs Kitabımız "QURANİ - KƏRİM VƏ AÇIQLAMALI MƏALİ" ni gözəl bir şəkildə nəşr etdirib Uca Allahın Kəlamını təbliğ etmək şərəfinə nail ola bilər.


87.

84(4Ис)

L-77


Lope De Veqa. Seçilmiş əsərləri. / Lope De Veqa. - təkrar nəşr- Bakı : Şərq -Qərb, 2007. - 384 s.; 21sm. - (Dünya Ədəbiyyatı)
Аnnotasiya: Kitaba ispan milli dramaturgiyasının banisi Lope de Veqanın "Seviliya ulduzu", "Valensiya divanələri" və "Fuente Ovexuna" pyesləri daxil edilmişdir.Bu əsərlərdə İntibah dramının başlıca prinsipləri ifadə olunmuş, o dövrün qabaqcıl, humanist ideyaları əks edilmişdir.
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə