Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası




Yüklə 1.9 Mb.
səhifə2/16
tarix23.02.2016
ölçüsü1.9 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

32.

65.26

B16


Bağırov, M.M. Banklar və bank əməliyyatları : ali məktəblər üçün dərslik. /M..M.Bağırov.- Bakı : Nurlan, 2003. - 512 s.; 20sm.

Аnnotasiya: Kitabda bankların meydana gəlməsi , bank sisteminin formalaşması, bu sistemin idarə olunması özünün geniş şərhini tapmışdır. Mərkəzi və kommersiya bankların rolu, funksiyaları, vəzifələri yeni iqtisadi şəraitə uyğun olaraq təhlil olunmuş, bankların aktiv və passiv əməliyyatları ətraflı nəzərdən keçirilmişdir. Bankların likvidliyi, bank auditinin təşkili və bank uçotunun həyata keçirilməsinin ən mühüm problemlərinin konkret yolları göstərilmişdir. Dərslik aspirantlar, magistrantlar, bakalavrlar, həmçinin bank və iqtisad orqanlarının işçiləri, müəssisə və təşkilatların iqtisadşıları üçün nəzərdə tutulmuşdur.


33.

67.0

B 28


Bastiat , Frederik. Hüquq. /F.Basitat. - Bakı : ÇİNAR - ЗAP, 2007. - 137 s.; 16sm.

Аnnotasiya: Bu kitabçanın ana mövzusu və ideyası fərdin azadlığı və sosial ədalət problemidir. Hüququ zülmün , istismarın, ədalətsizliyin vəsaitinə çevirmək insanlığa ən böyük xəyanətdir. Hüquq - sadə insana duyulan məhəbbətin ifadəsi, zora, özbaşınalığa qarşı etirazdı. F.Bastiat dərin fikirlərini sadə şəkildə ifadə etməyi bacarmışdır.



34.

88.5

B 32



Bayramov, Ə.S. Sosial psixologiya : ali məktəblər üçün dərslik. /Ə.S.Bayramov.- Bakı : Qapp-Poliqraf, 2003. - 356 s.; 20sm.

Аnnotasiya: Dərslik beş hissədən ibarətdir. I hissədə sosial psixologiyanın ümumi məsələləri, II hissədə şəxsiyyətin sosial psixologiyası, III hissədə sosial psixologiyada qrup nəzəriyyəsi, IV hissədə ünsiyyətin sosial-psixoloji məsələləri, V hissədə sosial psixologiyanın tətbiqi problemləri açıqlanır.Dərslik bakalavr-psixoloqlar üçün nəzərdə tutulsa da, sosial psixoloji məsələləri ilə maraqlanan magistrlar, psixoloq və pedoqoq-aspirantlar, məktəb rəhbərləri, müəllimlər və tərbiyəçilər, praktik psixoloqlar, eləcə də geniş oxucu kütləsi üçün faydalı ola bilər.



35.

84(5Aze)

B 33


Bayramoğlu, Alxan. Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat. /A.Bayramoğlu.- Bakı : Elm, 2003. - 276 s.; 20sm.

Аnnotasiya: Filologiya elimləri doktoru Alxan Bayramoğlunun bu kitabında Cümhuriyyət dövründə ədəbi - ictimai fikri düşündürən taleyüklü problemlərin ideya - estedik dərki dövrün poeziya və nəsr ( qismən də publisistika) nümunələri əsasında təhlil olunur. Tənqid və ədəbiyyatşünaslığa isə xülasə şəkilndə diqqət yetirilir. Bu zaman ayrı -ayrı ədəbi şəxsiyyətlərin - A. Şaiq, M. Hadi, Ə. Cavad, Y. V. Çəmənzəminli, S. Hüseyin, M. Şahtaxtlı, Um Gülsüm, C. Cabbarlı və b. fərdi yaradıcılıq keyfiyyətlərinə, habelə onların münasibətlərinin işığında dövrün ictimai - tarixi hadisələrinə nəzər salınır. Əsər Cümhuriyyət dövrü ədəbiyyatımıza dair ilk monoqrafik təşəbbüs kimi 1989 -cu ildə yazılmış və onun əsas müddəaları məqalələr şəklində elmi ictimaiyyətə 1990 - cı ildən çatdırılmağa başlanmışdır. Müəllif monoqrafiyanı 1998 -ci ildə yenidən işləmişdir. Kitabın "Bədii nümunələr" bölməsində dövrün poeziya, nəsr və publisistikasından müəllifin toplayıb ərəb qrafikasından transliterasiya etdiyi nümunələr, həmçinin onlara izah və qeyidlər verilir.



36.

87.4

B 73


Boqomolova , O. B. Məntiq məsələləri. - 2-ci nəşr. /O.V.Boqolomova. - Bakı : Çıraq, 2007. - 240 s. : qraf., cədv.; 21sm.

Аnnotasiya: Müxtəlif yaşlı məktəblilər üçün məntiqi məsələlər sistemi təklif edilir.Məsələlər məna tərkibinə və həll üsullarınagörə strukturlaşdırılmışdır.Fərqli tipli məsələlərin müfəssəl həll sxemləri verilmişdir.Kitab məntiqi təfəkkürün inkişafına təkan verir, təhlilləri düzgün qurmağı, fərziyyələr irəli sürməyi və onları araşdırmağı, müstəqil qərar qəbul etməyi öyrədir.Məktəblilər, müəllimlər və metodistlər üçündür.



37.

84(5Aze)

B 47


Borsunlu, F. T. Borsunlu ermənilərə göz dağı oldu. /F. T.Borsunlu - Bakı : Nərgiz, 2008. - 136 s.; 20sm .

Аnnotasiya: Kitab Qarabağ döyüşündə analoqu olmayan igidliklər göstərmiş, öz dəstəsi ilədüşmənin dəfələrlə burnunu əzmiş, Çopur Məhəmmədin davamçısı, el qəhrəmanı Məmmədov İlham Bayram oğlunun şərəfinə həsr edilib.



38.

71.0

B 97


Bünyadova, Şirin. Azərbaycan qonaqpərvərliyi ; Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. /Ş.Bünyadova.- Bakı : Elm, 2005. - 152 s. : şəkil.; 20sm.
Аnnotasiya: Tarix elmləri namizədi Ş. Bünyadovanın bu monoqrafiyasında ilk dəfə olaraq Azərbaycan xalqının zəngin və çoxçalarlı qonaqpərvərlik mədəniyyəti tarixi mənbə və tədqiqatlar, etnoqrafik materiallar, xalq yaradıcılıq nümunələri əsasında geniş şərh edilmişdir. Burada qonaqpərvərliyin təşəkülü, tarixi inkişaf mərhələləri izlənilməklə onun məna və məzmunu , icra qaydaları, səciyyəvi cəhətləri öz əksini tapmışdır.


39.

84(5)

C 51


Cəfərov, Nizami. Türk xalqları ədəbiyyatı : qədim dövr . / N. Cəfərov. C.1.. - Bakı : Çaşıoğlu - Azərbaycanda Atatürk Mərkəzi, 2006. - 320 s.; 29sm.


40.

84(5)

C 51


Cəfərov, Nizami. Türk xalqları ədəbiyyatı : orta dövr . / N. Cəfərov .C.2. - Bakı : Çaşıoğlu - Azərbaycanda Atatürk Mərkəzi, 2006.-320s.



41.

84(5)

C 51


Cəfərov, Nizami. Türk xalqları ədəbiyyatı : yeni dövr . / N. Cəfərov. C.3. - Bakı : Çaşıoğlu - Azərbaycanda Atatürk Mərkəzi, 2007. - 320 s.; 29sm.



42.

84(5)

C 51


Cəfərov, Nizami. Türk xalqları ədəbiyyatı : ən yeni dövr . / N. Cəfərov C.4. - Bakı : Çaşıoğlu - Azərbaycanda Atatürk Mərkəzi, 2007. - 320 s.; 29sm .



43.

83(5Aze)

C 59


Cəmşidov, Şamil. -Dədəm Qorqud " : tarixi, coğrafi, tekstoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni ; Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu./Ş.Cəmşidov. - Bakı : Elm, 1999. - 680 s.; 20sm.

Аnnotasiya: "Kitabi - Dədəm Qorqud" Azərbaycan şifahi ədəbiyyatının qədim abidəsidir. Dastanın Drezden (tam) və Vatikan əlyazmalarında, onların nəşrlərində çoxlu təhrifə yol verilmişdir ki, bu da əksər hallarda nəşrlərin səhv düzəlişləri, yaxud da üzü köçürülərək anlaşılmazlığa yol verilməsi ilə əlaqədardır. Monoqrafiyanın müəllifi abidənin əlyazması və onun müxtəlif nəşrlərində 800 - dən çox söz, söz birləşməsi və cümləyə düzəliş etmiş, əsərin tam , düzgün elmi mətnini hazırlamışdır. Kitabda Drezden mətninin fotosurəti, həmçinin dastanın Azərbaycan əlifbası ilə dürüstləşdirilmiş mətni və elmi şərhlər verilmişdir.Əsərr ədəbiyyatşünaslar, şərqşünaslar, ali məktəbllərin filoloji və şərqşünaslıq fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulur.


44.

67.408

C 68


Cəza-icra hüququ : dərs vəsaiti / Bakı Dövlət Universiteti ; Azərbaycan Respublikası Din Polis Akademiyası. - Bakı : Hüquq ədəbiyyatı, 2007. - 360 s.; 20sm.

Аnnotasiya: Təqdim olunan bu dərs vəsaiti hüquq sahəsi barədə ətraflı məlumat almağa qulluq edir. Vəsaitdə qüvvədə olan cəza-icra qanunvericiliyinə istinadən cəza - icra hüquq nəzəriyyəsinin əsas müddəaları yığcam şəkildə işıqlandırılmış və ali təhsil müəssisələrində cəza- icra hüququnu daha yaxşı dərk etməyə yönəlmişdir. Eyni zamanda vəsait cəza - icra hüququ üzrə imtahan və ya məqbullara hazırlaşanlar üçün qiymətli vasitəçi rolunu oynaya bilər. Dərs vəsaitindən hüquqşünaslar, cəzanı icra edən müəssisə və orqanların işçi heyəti, cəza- icra hüquq sahəsi və penitensiar sahənin fəaliyyəti ilə maraqlanan şəxslər, habelə hüquq müdafiəçiləri də faydalana bilər.



45.

81(5Aze)

З 67


Çobanzadə, Bəkir. Seçilmiş əsərləri ;/ B. Çobanzadə. 5 cilddə. C.1. - təkrar nəşr. - Bakı : Şərq -Qərb, 2007. - 336 s.; 20sm. - (Müasir Azərbaycan Ədəbiyyatı)

Annotasiya: Müasir türk dünyasının ən böyük türkoloq - alimi adını daşımağa layiq olan professor Bəkir Çobanzadə qısa həyat yaşamış, ancaq özündən sonra zəngin elmi və bəddi irs qoyub getmişdir. Stalin repressiyasının qurbanı olmuş alimin vəfatından sonra onun həyat və yaradıcılığı haqqında çoxsaylı əsərlər yazılmasına baxmayaraq , elmi işlərinin böyük əksəriyyəti yalnız öz dövründə - keçən əsrin 20 -30 -cu illərində ərəb və ovaxtı latın qrafikası ilə nəşr olunmuş, sonralar, demək olar ki, əsərlərinin heç biri yenidən işıq üzü görməmişdir. Bəkir Çobanzadənin "Seçilmiş əsərləri" nin I cildinə 1920 -ci illərdə Bakıda ərəb qrafikası ilə nəşr edilmiş "Türk - tatar lisaniyyatına mədxəl" və "Türk- tatar dialektolojisi" , eləcə də arxivdə makina latın çapı və əski əlyazması halında qalmaqda olan "Xətainin dili və bədii yaradıcılığı haqqında" əsərləri daxil edilmişdir.


46.

81(5Aze)

З 67


Çobanzadə, Bəkir. Seçilmiş əsərləri ; /B. Çobanzadə.5cilddə C.2. - təkrar nəşr. - Bakı : Şərq -Qərb, 2007. - 368 s.; 20sm. - (Müasir Azərbaycan Ədəbiyyatı)

Annotasiya: Şərq dünyasının XX əsrin 20 - 30- cu illərində yazıb - yaratmış ən böyük alimlərdən Bəkir Çobanzadənin "Seçilmiş əsərləri" nin II cildinə onun 1928 - ci ildə Ağməsciddə əski əlifbada nəşr etdirdiyi "Son dövr Krım -tatar ədəbiyyatı tənqid təcrübələri" , arxivdə makina latın çapı və əski əlyazması halında qalmış "İbn Mühənna və onun lüğəti" kitabları, eləcə də elmi dövri mətbuatda Azərbaycan və rus dillərində nəşr edilmiş 27 məqalə və çıxışı daxil edilmişdir.


47.

81(5Aze)

З 67


Çobanzadə, Bəkir. Seçilmiş əsərləri ; / B. Çobanzadə. 5cilddə. C.3. - Bakı : Şərq -Qərb, 2007. - 344 s.; 20sm. - (Müasir Azərbaycan Ədəbiyyatı)

Annotasiya: Görkəmli türkoloq Bəkir Çobanzadənin "Seçilmiş əsərləri" nin üçüncü cildinə daxil edilmiş "Türk dili və ədəbiyyatının tədris üsulu" adlı ikicilidliyi türk dillərinin və ədəbiyyatlarının tədrisi və tədqiqi metodlarının öyrənilməsinə həsr olunmuşdur. Kitab Azərbaycanda ali təhsil tarixinin öyrənilməsinə zəngin material verir və müasir tədris və elmi araşdırmalar üçün aktuallığını hələ də saxlamaqdadır.



48.

81(5Aze)

З 67


Çobanzadə, Bəkir. Seçilmiş əsərləri. /B.Cobanzadə. 5 cilddə. C.4. - Bakı : Şərq -Qərb, 2007. - 200 s.; 22sm. - (Müasir Azərbaycan Ədəbiyyatı)

Annotasiya: Oxucuların diqqətinə təqdim olunan bu kitab 1928-ci ildə “Evdə pedaqoji texnikomu" seriyasindan türk dilini müstəqil öyrənənlərə kömək üçün nəzərdə tutulsa da, əslində türk dilinin tədrisində müəllimlərə metodiki kömək vəsaiti sayıla bilər.

49.

86.38

D13


Dadaşov, Aydın. Demokratiya və islam. /A.Dadaşov ; Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu. -Bakı : Elm, 2007. - 280 s.; 20sm.

Аnnotasiya: Amerika demokratiyasının ixracının son həddi ola biləcək bir qütblü dünyanın yaranmasının çətinliyi, qloballaşma prosesinin mürəkkəb strukturunda mövcud olan əsas qüvvələrin münasibətlər sisteminin öyrənilməsini tələb edir. Məhz dünyamızın əmin - amanlığı naminə əsas qüvvələri qane edəcək çıxış yolunun tapılması, demokratiya və islamın qarşılıqlı əlaqələrinin də, tarixin müəyyən mərhələlərində nəzərdən keçirilməsini, inkişaf istiqamətinin proqnozlaşdırılmasını diqtə edir. Demokratiya və islam dəyərlərinin Azərbaycanın yenidən istiqlalını qazanmasına qədər müxtəlif tarixi dövrlərdə, akademik mənbələrə söykənməklə, nəzəri metodoloji prinsiplər əsasında, mütərəqqi dəyərləri önə çəkməklə izlənilməsi təqdirəlayiqdir. İrqindən , dinindən, millətindən, cinsindən asılı olmayaraq hər kəsin yaşam haqqına malik olduğu Azərbaycanda get-gedə formalaşan vətəndaş cəmiyyətinin idarə olunmasında demokratiyanin imkanlarını önə çəkməklə , insanın axirət dünyasını belə əhatələndirən islam faktorunun unudulmaması, müqəddəs dövlətçiliyimizin üzərinə kölgə salan, ərazilərimizin bütövlüyünün təminatında xristian təəssübkeşliyinin önə keçməsini neytrallaşdıra bilir. Tarixin ibrət dərslərinin informasiya gerçəkliyi zəminində nəzərdən keçrilməsində strateji məqsəd , Azərbaycanın bu qlobal problemini daim gündəmdə saxlamaqdır. Dərs vəsaitlərinin, dərslik və monoqrafiyaların müəllifi , dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, f. e. d., professor Aydın Dadaşovun bu məqsədə xidmət edən "Demokratiya və islam" kitabı mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.



50.

66.5

D 20


Daşdəmirov, Ə. F. Millət və cəmiyyət tarixin sərt dönəmlərində /Ə.Daşdəmirov ; Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu - Bakı : Elm, 2008. - 344 s.; 20sm.

Аnnotasiya: Ötən iyirmi il Azərbaycanın çoxəsrlik tarixində qısa bir andır.Lakin ictimai- siyasi dəyişikliklərin miqyasına və əhəmiyyətinə görə bu dövr Azərbaycan cəmiyyəti və millətinin ən yeni tarixində görkəmli yer tutmuşdur.Oxucuların diqqətinə təqdim olunan "Millət və cəmiyyət tarixin sərt dönəmlərində" kitabında müəllifin- Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Əfrand Daşdəmirovun bu dövr haqqında ötən əsrin 80-ci illərinin sonunda və 90-cı illərində, eləcə də indiki əsrin əvvəlində müxtəlif Azərbaycan və rus nəşrlərində dərc olunmuş müşahidə və mülahizələri yer almışdır.Bu yazılarda SSRİ-də yenidənqurma prosesi gedişində başlanmış və dərin siyasi və sosial- iqtisadi böhran, sonda isə Sovet İttifaqının süqutu ilə nəticələnmiş köklü islahatlar və struktur dəyişiklikləri şəraitində cəmiyyət və millətin nələrlə üzləşdiyi müzakirə olunur.Kitabda Azərbaycanda dövlət müstəqilliyi quruculuğunun problemləri, xalqın milli özünüdərkinin yeniləşməsi, onun milli identikliyi məsələləri, ölkənin sərbəst inkişafının daxili və xarici imkanları işıqlandırılır.Əsərin aparıcı mövzusu- Azərbaycan Respublikasının demokratik inkişafının problemləri, çətinlikləri və qazancları, ictimai elmlərin Azərbaycan cəmiyyətinin demokratik seçiminin əsaslandırılmasında rolu və əhəmiyyətidir.



51.

82(5Aze)

D-47


Dəmirçizadə, Ə.M. " Kitabi - Dədə Qorqud " dastanlarının dili ; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. - təkrar nəşr. - Bakı : Elm, 1999. - 140 s.; 20sm.

Аnnotasiya: Təqdim edilən kitabda dastanın Azərbaycan dilinin ilk təşəkkül dövrünü aydınlaşdıran zəngin və dolğun mənbə olduğu açıqlanır. Bu kitabda xüsusən ali məktəblərimizin filoloji fakültələrində oxuyan tələbələrə həm Azərbaycan dilinin tarixi , həm də Azərbaycan ədəbiyyatı fənlərini öyrənməkdə faydalı vəsait olacağına əminik .


52.

84(0)

D-97


Dünya fantastika antologiyası. - Bakı : Şərq -Qərb, 2007. - 464 s.; 20sm. - (Dünya Ədəbiyyatı)

Аnnotasiya: Kitabda fantastika janrında yazılan dünya yazıçılarından Pyer Bul, Artur Klark, Ayzek Əzimov , Rey Bredberi, Fred Tomas Saberhagen, Con Kristofer, Vatslav Kaydoş, Kişiştof Borun, Siniti Xosi və Namiq Abdullayevin hekayələri, eləcə də Aleksandr Belyayevin "Professor Douelin başı" povesti və Herbert Uellsin " Görünməz adam" romanı daxil edilmişdir.



53.

83(5Aze)

Ə-36


Əhmədov, Teymur. Nəriman Nərimanovun dramaturgiyası. - Bakı : Nurlar, 2005. - 384 s.; 20sm .

Annotasiya: Monoqrafiya görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun dram yaradıcılığı, onun Azərbaycan milli teatrının yaranması və inkişafında rolu, eləcə də aktyorların sənət məktəbi olan səhnə əsərlərinin Krımda, Zaqafqaziyada, Tatarıstanda və Orta Asiyada tamaşaya qoyulması ilk dəfə tarixi sənədlər, arxiv materialları və şəkillər əsasında geniş araşdırılmışdır. Bu elmi əsər 1971- ci ildə " Elm" nəşriyyatında bütövlükdə kiril əlifbası ilə kütləvi tirajla buraxılmışdır. Monoqrafiya Azərbaycanın dramaturgiya və teatr tarixi ilə maraqlanan oxucular, müəllim və tələbələr , tədqiqatçılar üçün dəyərli hədiyyədir.


54.

83(5Aze)

Ə-36


Əhmədov ,T. Nəriman Nərimanovun yaradıcılıq yolu. /N.M.Əhmədov ; Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnctitutu. - Bakı : Nurlar, 2005. - 384 s.; 20sm.

Annotasiya: Monoqrafiyada Nəriman Nərimanovun keçdiyi mürəkkəb və çətin yol onun ictimai - siyasi və ədəbi fəaliyyəti fonunda zənzin arxiv sənədləri əsasında şərh olunur. Azərbaycanın ictimai fikri tarixində, maarifçi- realist dramaturgiyanın, bədii nəsrin, siyasi publisistikanın və ədəbi tənqidin yaranması və inkişafı tarixində Nəriman Nərimanovun mövqeyi obyektiv qiymətləndirilir.



55.

81(5Aze)

Ə-51


Əlibəyzadə, Elməddin. Azərbaycan dilinin tarixi ./ E. Əlibəyzadə

C.2. - Bakı : Azərbaycan Dövlət Nəşriyyatı, 2008. - 640 s.; 20sm.

Annotasiya: "Azərbaycan dili tarixi " nin II cildində söz ustalarının, böyük sənətkarların dili üzərində tədqiqat aparılıb bu kitab yazılıb.



56.

84(5Aze)

Ə-50


Əlioglu , Ç. Atlantlar. /Ç.Əlioğlu. - Bakı : Aspoliqraf, 2006. - 664 s.; 25 sm.

Annotasiya: Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlu həm də Azərbaycan Yazıçılar Birliyinin Poeziya seksiyasının sədridir. Moskvada keçirilən Beynəlxalq " Kitab sənəti " müsabiqəsinin Təşkilat komitəsinin və Münsiflər Heyətinin üzvü, 30 ildən yuxarı naşirlik təcrübəsi olan Ç.Əlioğlu bu gün də Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, MDB İcra Komitəsinin " Dövrü mətbuat, kitab nəşri,kitab yayımı və poliqrafiya məsələləri " üzrə Dövlətlərarası Şurasında respublikamızın təmsilçisidir. Orijinal kitablarıyla yanaşı dünya ədəbiyyatının İ.Bunin, A.Kuprin, V.Korolenko, A.Axmatova, M.Svetayeva, S.Marşak,A.Barto və s.kimi klassik yaradıcılarından, Y.Yevtuşenko, İ. Sklyarevski, B.Kupriyanov, A.Soutoll, B.Burıç kimi çağdaş müəlliflərindən - ümumilikdə 250-dən çox ad- tərcümə etdiyi əsərlərdən tərtib edilmiş 60-dan yuxarı kitabın müəllifidir. Çin və ərəb dilləri də daxil olmaqla şeirləri dünyanın bütün aparıcı dillərinə tərcümə edilmiş, müxtəlif ölkələrdə kitabları nəşr edilmiş şairin hörmətli oxucuların diqqətinə təqdim edilən bu kitabına həmin şeirlərdən də bir sıra nümunələr daxil edilmişdir. Ayrı-ayrı illərin yaradıcılıq bəhrəsindən tərtib edilmiş " Atlantlar "həm də müxtəlif ölkə xalqlarının oxucaları üçün nəzərdə tutulmuşdur.

57.

75

Ə-60


Əlirzayev, Ə. Turizmin inkişafının sosial-iqtisadi problemləri. /Ə.Əlirzayev.- Bakı : Adiloğlu, 2006. - 164 s.; 20sm.

Annotasiya: Kitabda turizmin inkişafının sosial - iqtisadi rolu və onun Azərbaycan iqtisadi və sosial inkişafında yeri müəyyənləşir. Turizmin inkişafının əsas iqtisadi, maliyyə aspektləri qiymətləndirilir. Turizmin modeli , onun əsas parametrləri və sosial - iqtisadi nəticələri proqnozlaşdırılır. Turizmin sahə kimi şəraiti və onun təşkilində resurs potensialın iqtisadi dövriyyəyə cəlb edilməsi yolları əsaslandırılır. Kitab turizmin iqtisadi idarəetmə orqanları, ali məktəb tələbələri , elmi tədqiqat işçiləri üçün əhəmiyyətlidir.



58.

87.3(0)

Ə-64


Əliyev , E. Məktəbli fəlsəfəsi. / E.Əliyev. - Bakı : Adiloglu, 2008. - 264 s.; 20sm.

Annotasiya: Kitabda fəlsəfə tarixi, fəlsəfi cərəyanlar, fəlsəfənin əsas anlayışları və prinsipləri şərh ediıib, dünya fikir tarixinin ardıcıl inkişafına xüsusi diqqət yetirilib. Orta məktəbin yuxarı sinif şagirdləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



59.

63.3(5Aze)

Ə-64


Əliyev, F. Naxçıvan xanlığı. / F.Əliyev. - Bakı : Şərq -Qərb, 2007. - 120 s.; 20sm. - (Azərbaycan dili və taxixi)

Annotasiya: Kitabda Naxçıvan xanlığının yaranması , onun sosial - iqtisadi vəziyyəti, o cümlədən xanlığın siyasi tarixində xan hakimiyyətinin təbiəti , öanların şəxsi keyfiyyətləri , xanlıqlararası münasibətlər dolğun tarixi faktlarla göstərilmişdir. Bundan əlavə, kitabda son on ildən artıq müddətdə Naöçıvanın qədim tarixi, bu diyarın zəngin arxeoloji irsinin öyrənilməsi ilə əlaqədar aparılmış araşdırmalar, elmi dövriyyəyə gətirilmiş yeni faktlar da öz əksini tapmışdır.


1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə