Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası




Yüklə 1.9 Mb.
səhifə1/16
tarix23.02.2016
ölçüsü1.9 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

C.Cabbarlı adına Respublika Gənclər kitabxanası


YENİ KİTABLARIN
BİBLİOQRAFİK – İNFORMASİYA
GÖSTƏRİCİSİ
2010
Buraxılış 1

BAKI -2010

KBT 91

Y53

Tərtibçi: T.K.Sadıqov


Redaktor: Y.Z.Sadıqlı


Yeni kitablar: annotasiyalı cari biblioqrafik –informasiya göstəricisi. 2010, №1./ tərt.ed.:T.K.Sadıqov, red.:Y.Z.Sadıqlı; Azərbaycan Respublıkası C.Cabbarlı ad.Gənclər Kitabxanası; -Bakı,2010.-112s.

Yeni kitabların biblioqrafik – informasiya göstəricisi oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədi ilə nəşr olunmuşdur. Təqdim edilən ədəbiyyatlar əlifba sırası ilə və dillər üzrə düzülmüşdür. Sonda köməkçi aparat kimi müəlliflərin əlifba göstəricisi, sərlövhə göstəricisi və kitabları cap edən nəşriyyatların siyahısı verilmişdir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası,2010
TƏRTİBÇİDƏN
Hal-hazırkı yeni texnologiyalar dövründə kitabxanalar öz fondlarında müxtəlif sənədlər saxlamaqla yanaşı, həmçinin öz yeni biblioqrafik resurslarını da yaradırlar. Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar və İRBİS sistemi vasitəsilə kitabların elektron kataloqa daxil edilməsi kitabxananın həyatında mühüm rol oynamışdır. Bunun nəticəsidir ki, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2010-cu ildən kitabxanaya daxil olan yeni nəşrlərin cari biblioqrafik informasiya göstəricisini nəşr etməyə başlamışdır.

Göstərmək lazımdır ki, kitabxanada biblioqrafik fəaliyyət gənc oxuculara informasiya təlabatını ödəməyə yönəldilmişdir. Kitabxana təcrübəsində məlumdur ki, informasiya təlabatı insan fəaliyyətinin simvoludur və bu fəaliyyət lazım olan informasiyanın axtarışına yönəlmişdir. Bununla əlaqədar kitabxana öz oxucularının informasiya təlabatının öyrənilməsinə böyük diqqət göstərir. Sənədlərin analizi, müxtəlif sorğular, müsahibələr, oxucu kartockaları ilə iş, gənclərin profesional maraqları, onların öz aralarında informasiya mübadiləsi bacarıqlarını öyrənmək “Yeni kitabların informasiya – biblioqrafik göstəricisi” ni çap etməyi ön plana çəkmişdir. Nəticə olaraq bu biblioqrafik resurs meydana gəlmişdir.

Vəsait oxucular arasında ədəbiyyatı təbliğ etmək, biblioqrafik vəsaitlərdən istifadə etməyi aşılamaq üçün həm oxucular, həm də kitabxanaçılar üçün ən operativ bir mənbədir. Vəsait həmçinin gənc oxucular arasında yeni ədəbiyyatın seçilməsi, mütaliə mədəniyyəinin inkişafına müstəsna kömək göstərmək məqsədi daşayır.

Göstərici özündə Azərbaycan dilində olan bədii, elmi, tarixi, tərcümə ədəbiyyatlarını toplayır. Xüsusilə rus dilində olan ədəbiyyat gənclərimizi rus ədəbiyyatı ilə tanış edir, rus ədəbiyyatı vasitəsilə xarici müəlliflərin əsərlərini oxuculara çatdırır.

3

Göstəricidə ədəbiyyatlar DÜST 7.1-2003 standartlarına əsasən təsvir edilmişdir.



Əlavə olaraq həm oxucular, həm də kitabxanaçıların təlabatını nəzərə alaraq rəsmi sənəd – “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” öz əksini tapmışdır. Bu proqram göstərir ki, artıq kitab və kitabxana işi dövlət siyasətinin prioritetlərindən biridir və dövlətimizin daim diqqət mərkəzindədir.

Vəsaitdə olan çatışmamazlıqlar haqqında mütəxəssislərdən məsləhət almaq bizi sevindirərdi.

Göstəricidəki informasiyanı əldə etmək üçün bu ünvana müraciət edə bilərsiniz: Az 1065 Azərbaycan Respublikası Bakı şəhəri, N.Nərimanov küçəsi, 203. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası.

Email: ryl.az@mail.ru

www.ryl.az


4
От составителя

Настоящий указатель является первым библиографическим источником библиографии новых поступлений Республиканской Юношеской Библиотек и им. Джафара Джабарлы.

В данном указателе представлены библиографические записи и аннотации новых книг.

Библиография расположена в алфавитном порядке.

В конце библиографии дан указатели авторов, заглавий произведений и издателъств.

Указатель издается с целью ознакомления читателей с новой ин- формацией и повышения уровня чтения.



Интересующую литературу можно получитъ по адресу: Азербайд-жанская Республика, г. Баку, ул. Н.Нариманова, 203. Республиканская Юношеская Библиотека им. Дж. Джабарлы.


5


Azərbaycan dilində

1.

82(5Aze)

A 14


Abdulla, Bəhlul. Folklorda say simvolikası . /B.Abdulla. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnctitutu. - Bakı : Elm, 2006. - 148 s.; 20sm.

Аnnotasya: Folklorda say-rəqəm hesablama əməliyyatı vasitəsi olmaqla bərabər, həmçinin əski təsəvvürlərlə bağlı "sevimli", "uğurlu", "müqəddəs" də bilinməklə simvolik səciyyə daşıyıb.Xalq yaradıcılığı örnəklərində sıx-sıx işlənən belə sakramental sayların bəziləri həmçinin makro və mikro kosmos modelinin şaquli (3, 9), üfüqi (4-8) durum göstəricisi tək də baxışı çəkir.Sayların mifoloji görüşlərlə də bağlılığı danılmazdır.Araşdırmada, əsasən, türk folklor örnəkləri işığında bu deyilənlərdən, eləcə də sayların məişətdə, insan taleyində oynadığı funksiyasından, semantik simvolikasından söz açılır.Kitab mütəxəssislər və ümumi şəkildə oxucular üçündür.



2.


83(5Aze)

A 14



Abdulla, Bəhlul."Kitabi-Dədə Qorqud"un poetikası ; Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu. / B.Abdulla. - Bakı : Elm, 1999. - 224 s.; 20sm.

Аnnotasiya: Dünya xalqlarının məşhur folklor örnəkləri sırasında duran " Kitabi - Dədə Qorqud " un poetikasına həsr olunmuş bu kitabda Qorqudşünaslıqda indiyə qədər toxunulmamış məsələlər araşdırılır. Kitabda abidədəki istər mifoloji qatlı təbiət varlıqlarının - daglar - dərələr, sular, agacların, istərsə də zooloji mühitin Oguz cəmiyyətindəki rolu və mövqeyi ilk dəfə tədqiq, təhlil olunur. Eposun boyalarından çıxış etməklə xalq mənəviyyatının tərkib hissələrindən olan adət - ənənə, mərasimlərin təkamül yolu monoqrafiyada ayrıca izlənilir. Yuxugörmə - yuxuyozma, alqış - qargış , dua-and, müqəddəs saylar, eləcə islami ünsürlərin "Kitabi -Dədə Qorqud " da poetik fiqur kimi mühüm funksiya daşıması da araşdırmada ilk dəfə elmi - nəzəri istiqamətdə öyrənilir. Kitab elmi - ədəbi ictimaiyyət, eləcə də geniş oxucu auditoriyası üçün yazılıb.


3.


82(5Aze)

A 14



Abdulla, K. Sirr icində dastan və yaxud gizli Dədə Qorqud – 2. /K.Abdulla - Bakı : Yeni nəşrlər evi : Elm, 1999. - 288 s.; 20sm .


4.


84(2Poc)

A 14



Abdullayev, Çingiz. Etiraflar vadisi. /Ç.Abdullayev.- Bakı : Çıraq, 2009. - 280 s.; 20sm. - (Müasir Azərbaycan Detektivi)

Аnnotasiya: İlk baxışdan onlara elə gəlirdi ki, hər şey nəzarət altındadır. Qəfləti heç nə baş verə bilməz. İndoneziyanın Kalimantan adasındakı cəngəlliklərə səyahətə yollanmış bir neçə varlı adam , özlərini hər bir təhlükədən sığortalanmış hesab edirdilər ; - peşəkar bələdçilər, marşrutu yoxlamış təcrübəli ovçular və istənilən qədər silah - sursat. Amma həmişə olduğu kimi, şər şeyi insan faktoru həll edir. Dəstədə qatil peyda olur. Nəticədə isə , dəstənin bir üzvü bıçaqla öldürülür, digəri zəhərlə qətlə yetirilir, o birisi isə güllələnir. Dəstənin üzvlərindən biri olan Roman Lampa -dovun bəxti gətirir və o sağ qalır. Bütün hadisələrin mahiyyətini başa düşən Lampadov sarsılır...

5.

84(2Poc)

A 14


Abdullayev, Cingiz. QisasIn ölcüsü. /C.Abdullayev. – Bakı : Cıraq, 2008. - 320 s.; 20sm. - (Müasir Azərbaycan Detektivi)

Аnnotasiya: Orta Asiyadan Moskvanın gecə kulublarına böyük pullar çay kimi axır. Heroin pulları. Bu pullarla minlərlə gənc özlərinə uzunsürən ölümü satın alırlar. Bu pullardan ötəri kriminal qruplaşmalardakı " qardaşlar" bir -birlərinin boğazını üzməyə hazırdırlar və rəqiblərin aradan götürülməsini təşkil edirlər. Bu dəhşətli çayın qarşısını kim kəsəcək? Bəlkə həyatını narkomafiya ilə mübarizəyə həsr etmiş xüsusi xidmət orqanlarının təcrübəli polkovniki ? Yoxsa qəflətən öz "sahiblərinin" əleyhinə qalxaraq həqiqət naminə ölümə gedən bir insan ?




6.


84(5Aze)

A 50



Allahverdiyev, İ. Qara göl. /İ.Allahverdiyev. - Bakı : Çənlibel, 2008. - 204 s.; 20sm.
Аnnotasiya: Kitabda zəmanəsinin tanınmış şairi, gözəl publisist, zəkalı qələm sahibi, istedadlı insan, mərhum İlyas Niyaz oğlu Allahverdiyevin Qara Göl romanı tərtibçi Rauf Allahverdiyev tərəfindən toplanaraq ərsəyə gətirilmişdir. Kitabda eyni zamanda müəllifin XX əsrin ortalarında qələmə aldığı bir sıra poemaları, satirik hekayələri, publisist yazıları, habelə görkəmli ziyalıların, tanınmış yazıçı və şairlərin xatirələri toplanmışdır. İlyas Qəmginin Qara Göl romanı ilə bağlı Rauf İlyasoğlunun mənbələrə istinad edərək erməni saxtakarlığı , riyakarlığı və erməni məkrindən bəhs edən təhlili yazıları bu əsərə əlavə olunaraq oxucularına çatdırılmışdır. İnanırıq ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu cür dəyərli kitabları dünya içtimaiyyətinə çatdırmaqla erməni saxtakarlığının iç üzünü açmış olarıq.


7.

81.2Az-4

A 58


Almanca-Azərbaycanca lüğət : A-Z. - Bakı : Şərq -Qərb, 2007. - 648 s.; 22 sm.

Аnnotasiya: Azərbaycan Dillər Universitetinin alman dili və fonetika kafedralarının müəllimlərinin birgə əməyi nəticəsində yaranan bu lüğət təxminən 40000-ə yaxın söz və ifadəni əhatə edir.Lüğət əsasən alman dilini öyrənənlərə, alman bədii ədəbiyyatını, ictimai-siyasi, elmi-kütləvi ədəbiyyatı, qəzet və jurnalları oxuyub tərcümə etməyə kömək məqsədini güdür.Lüğətdə həyatın ən müxtəlif sahələrini (texnika,təbiyyət elmləri, incəsənət,ədəbiyyat,ictimai elmlər və s.) ifadə edən sözlər toplanmışdır.Lüğətin birinci nəşri sovet dönəmində hazırlanıb çapdan çıdığına görə, təbiidir ki, o dövrün siyasi tələblərini özündə əks etdirir.İkinci nəşrdə lüğət həmin siyasi " pərsəngdən " təmizlənmiş, müstəqil Azərbaycanın reallıqları daxil edilmişdir. Bundan əlavə, lüğətin ikinci nəşrində köhnəlmiş söz və ifadələr daha çağdaş və işləkli söz və ifadələrlə əvəz edilmişdir.Lügətin tərtib olunmasında Babayeva Rəfiqə, Dadaşova Qəribə, Əliyeva Əminə,Əsgərova Bikəxanım, Muradova Elmira, Paşayev Heybət, Pepinova Sevda, Sadıxova Ədilə və Cəfərov Cəfər iştirak etmişlər.


9.

63.4(5Aze)

A-99


Azərbaycan arxeologiyası. : orta əsrlər : 6 cilddə. C.6. ; Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. - Bakı : Şərq -Qərb, 2008. - 632 s.; 20 sm. - (Azərbaycan dili və taxixi)

10.

63.4(5Aze)

A 99


Azərbaycan arxeologiyası : daş dövrü : 6cild .C.1 ; baş red. M. Rəhimova. - Bakı : Şərq -Qərb, 2008. - 448 s.; 24sm. - (Azərbaycan Dili və Taxixi)

Аnnotasiya: Çoxcildlik " Azərbaycan arxeologiyası" kitabının I cildi respublikamızın ərazisində Daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamani tapılmış maddi məddəniyyət qalıqlarının elmi şərhinə həsr olunmuşdur. Əsərdə Azərbaycan ərazisində qeydə alınmış dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrindən aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilmişdir. Respublikamızın ərazisində müəyyən edilmiş quruçay, aşel, mustye, üst Paleolit, Mezolit və Neolit arxeoloji mədəniyyətlərinin inkişaf xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq təsərrüfatı, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, qayaüstü təsvirlərin meydana gəlməsi , ibtidai insanların mənəvi aləmi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh edilmişdir. Kitab arxeoloqlar, etnoqraflar, tarixçilər, paleontoloqlar, paleoantropoloqlar, tələbələr və digər oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


11.

63.3(5Aze)

A 99


Azərbaycan Cümhuriyyəti : 1918-1920 ; baş red. T. Kərimli. - Bakı : Elm, 1998. - 336 s.; 20sm.

Аnnotasiya: Kitab Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli sərancamı ilə yaradılmış Azərbaycan Cümhuriyyətinin 80 illiyini keçirmək üzrə Dövlət Komissiyasının qərarı ilə çap olunur. Kitabda XX əsr Azərbaycan Respublikasının milli hərəkatının təşəkkülünün əsas mərhələləri və bunun məntiqi nəticəsi kimi yaranmış milli dövlət nəzərdən keçirilir. Gənc Azərbaycan Cümhuriyyətinin müxtəlif sahələrdə apardığı fəaliyyət, onun süqutunun səbəbləri , tarixi əhəmiyyəti elmi şəkildə araşdırılır.


12.

84(5Aze)

A-99


Azərbaycan dramaturgiyası antologiyası. C.5. - Bakı : Şərq -Qərb, 2007. - 304 s.; 20sm. - (Müasir Azərbaycan Ədəbiyyatı) .

Аnnotasiya: Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Mir Mehdi Seyidzadə, Xalidə Hasilova, İslam Səfərli, Adil Babayev, Söhrab Tahir Azər Azərin əsərləri daxil edilmişdir.


13.

63.5(5Aze)

A 99


Azərbaycan etnoqrafiyası : 3 cilddə. C.1. ; baş red. T. Bünyadov. - Bakı : Şərq -Qərb, 2007. - 544 s. : şək.; 20sm. - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: "Azərbaycan etnoqrafiyası" nın birinci cildində Azərbaycanın təbii- coğrafya şəraiti, çoxəsirlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, onun əhalinin sosial - iqtisadi həyatında rolu, həmçinin xalqımızın qədim məşğuliyyət sahələrindən olan ovçuluq, balıqçılıq və arıçılığın keçdiyi inkişaf mərhələləri öyrənilir. Kitabda Azərbaycan xalqının qədim sənət sahələrindən olan dulusçuluq, daşişləmə , ağacişləmə , misgərlik, zərgərlik , dabbağlıq, xalçaçılıq və s. geniş tədqiq olunmuşdur.


14.

63.5(5Aze)

A 99


Azərbaycan etnoqrafiyası :3cilddə. C.3. ; baş red. T. Bünyadov. - Bakı : Şərq -Qərb, 2007. - 568 s. : şək.; 20sm. - (Lüğət və Ensiklopediyalar)

Annotasiya: Bu kitab Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan mənəvi mədəniyyət məsələlərinə həsir edilmişdir. Cilddə xalqımızın çoxəsrlik tarixinə malik xalq bayramları, qarşılıqlı yardım formaları, ağsaqqallıq və ağbirçəklik adətləri, qonaqpərvərlik məsələləri şərh olunur. Eyni zamanda , əsərdə çoxsahəli musiqi dünyası, elm və təhsil, ədəbiyyat, xalq təqvimi və xalq təbabəti , oyun və əyləncələr, inamlar, dini görüşlər və digər sahələr işıqlandırılır.


15.

81.2(5Aze)

A 99


Azərbaycan ədəbi dili tarixi : XIII-XVI əsrlər : 4cilddə. C.1. - Bakı : Şərq -Qərb, 2007. - 480 s.; 21 sm. - (Lüğət və Ensiklopediyalar)



16.

81.2(5Aze)

A 99


Azərbaycan ədəbi dili tarixi : XVII-XVIII əsrlər :4 cilddə. C.2. - Bakı : Şərq -Qərb, 2007. - 328 s.; 21 sm. - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: XVII əsrin əvvəllərinədək əsasən Füzuli ədəbi məktəbindən qaynaqlanan Azərbaycan ədəbi dili XIII-XVIII yüzilliklərdə üstünlüyü daha çox xalq dili üslubuna verərək, Vaqif ədəbi məktəbinin yaranmasına münbit zəmin olmuşdur. XVII əsrin sonu XVIII əsrin inkişafı boyu Azərbaycan ədəbi dili ənənəvi klassik üslubdan uzaqlaşaraq, xalq ədəbi dili üslub xəttinin üstünlük kəsb etməsi ilə səciyyələnir. Bu kitab dövrün ədəbi dilinin əsas istiqamətlərini əks etdirən dahi söz ustadları Q.Təbrizi, S.Təbrizi (XVII əsr), habelə M.P.Vaqif, M.V.Vidadi və XVIII əsrdə yazıya alınmış dövrün ədəbi dilinin milli zəmində inkişaf xəttini işıqlandıran " Şəhriyar" dastanının dil materialı əsasında Azərbaycan ədəbi dilinin tarixi - diaxronik istiqamətdə elmi-nəzəri tədqiqinə həsr edilmişdir.


17.

81.2(5Aze)

A 99


Azərbaycan ədəbi dili tarixi : XIX əsr :4cilddə. C.3. ; Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu . - Bakı : Şərq -Qərb, 2007. - 336 s.; 20 sm. - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: "Azərbaycan ədəbi dili tarixi" kitabının III cildi Azərbaycan ədəbi dilinin XIX əsr mərhələsində inkişaf tarixinin elmi tədqiqinə həsr edilir. Məlumdur ki, Azərbaycan xalqının ümummədəni tarixində, eləcə də ədəbi dilinin tarixində XIX əsr xüsusi mərhələ kimi - ədəbi dildə ümumxalq demokratik istiqamətli inkişaf xəttinin qüvvətlənməsi iləsəciyyələnir. XVII - XVIII əsrlərdə təməli qoyulan ədəbi dilin xalq dili zəminində inkişaf prosesi XIX yüzillikdə yüksək səviyyəyə qalxaraq ədəbi dilin bütün təbəqələrini (yaruslarını) əhatə edir. Bu cilddə Azərbaycan ədəbi dili, əsasən bədii üslub üzrə ədəbi dilin leksik, frazeoloji, habelə qrammatik mənzərəsi dövrün ədəbi simaları M.F.Axundzadə, Q.Zakir, S.Ə.Şirvani əsərlərinin, qismən də " Əkinçi " qəzetinin dil materialı əsasında araşdırılır, yeri gəldikcə , mətbuat, elmi, dini üslublarla müqayisələr də aparılır.



18.

81.2(5Aze)

A 99


Azərbaycan ədəbi dili tarixi : XX əsr :4 cilddə. C.4. - Bakı : Şərq -Qərb, 2007. - 424 s.; 21 sm. - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: XX əsrin əvvəllərində respublikada gedən elmi-texniki tərəqqi ilə əlaqədar olaraq Azərbaycan ədəbi dilində özünü göstərən irəliləyişlər milli dilin xəlqi əsasda inkişafı üçün dil sahəsində aparılan islahatlar- məktəblərin, ümummaarifçilik işinin yenidən qurulması, XIX əsrdən təşəkkül tapan mətbuat dilinin formaşlaması və inkişafı izlənilir, dövrün ədəbi dili mövcud üslublar - bədii üslub,publisist üslub,elmi üslub, dini (şəriət) üslub, rəsmi-epistolyar üslub üzrə tədqiq edilir.



19.

83(5Aze)

A 99


Azərbaycan ədəbiyyatı tarixi : 6 cilddə.C.1. ; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu . - Bakı : Elm, 2004. - 760 s.; 20sm.

Аnnotasiya: Çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi" oxuculara təqdim olunan birinci cildi mənəvi mədəniyyətimizin mühüm bir qolunu təşkil edən şifahi xalq ədəbiyyatının tarixi - semantik səciyyəsini, strukturunu, janr təkamülünü, folklor mətinlərinin ideya - estetik məziyyətlərini əks etdirir. Azərbaycan folklorşünaslığının çoxillik elmi təcrübəsi və yekun qənaətləri əsasında hazırlanmış bu kitab fundamental səciyyə daşıyır. Mifologiya və arxaik folklor, şifahi ədəbiyyatın ənənəvi janrları , ozan -aşıq sənəti , epos yaradıcılığı cildin əsas tədqiqat istiqamətini əhatə edir. Şifahi bədii düşüncənin tarixi inkişafı cilddə həm folklor yaradıcılığının ümumi mənzərəsi, həm də ayrı ayrı janrların mətndaxili təkamülü kontekstində öyrənilmişdir.



20.

83(5Aze)

A 99


Azərbaycan ədəbiyyatı tarixi : 6 cilddə .C.6. ; baş red. T. Kərimli. - Bakı : Elm, 2007. - 632 s.; 20sm.

Аnnotasiya: Altıcildliyin bu cildi ən qədim zamanlardan XIII yüziliyə qədər olan dövrün ədəbiyyatını əhatə edir. İlk qaynaqları e.ə. altıncı əsrə gedib çıxan və ədəbi-mədəni fikirinə "Avesta" kimi ölməz abidə bəxş edən Azərbaycan xalqının ədəbiyyatı sonralar ümumtürk kontekstində davam etmiş, Orxon -Yenisey abidələrində (VI yüzillik) dövrümüzə qədər gəlib çıxmışdır. Cilddə həmçinin qədim alban yazılı abidələri və Azərbaycan islamlaşdıqdan sonra VIII - XII əsirlərdə ərəb dilində yazıb yaratmış azərbaycanlı şairlərin yaradıcılığı və bu ədəbi - mədəni prosesin zirvəsini təşkil edən Xətib Təbrizinin elmi- ədəbi irsi araşdırma predmetinə çevrilmişdir. Ancaq cildin əsas məzmununu XI - XII əsrlər Azərbaycan poeziya məktəbi və onun Qətran Təbrizi, Xaqani Şirvani, Fələk Şirvani, Mücirəddin Beyləqani kimi görkəmli nümayəndələrinin yaradıçılıq özəlliklərinin müəyyən edilməsi kontekstində dünya ədəbiyyatının ən böyük şəxsiyyətlərindən biri olan Nizami Gəncəvinin ədəbi irsi, ədəbiyyatşünaslıq elminin nailiyyətləri səviyyəsində araşdırılır, ana dilli ədəbiyyata keçid dövrünün ərəfəsi nəzərdən keçirilir.



21.

81.2Az-4

A 99


Azərbaycanca Fransızca lüğət : A-Z. - təkrar nəşr. - Bakı : Şərq -Qərb, 2007. - 624 s.; 20sm. - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: 25000-dən artıq baş sözü olan bu lüğətdə 70000- qədər söz birləşməsi, frazeoloji və sabit söz birləşmələri, atalar sözləri, zərbi-məsəllər və əlbəttə ki, nümunə cümlələr verilmişdir.


22.

28 A 99


Azərbaycanın heyvanlar aləmi : buğumayaqlılar:II cild. - Bakı : Elm, 2004. - 388 s. : рис.; 25sm.

Аnnotasiya: Azərbaycanın quru ərazilərində və müxtəlif su hövzələrində yaşayan xərçəngkimilərin , cücülərin (həşaratın) , hörümçəkkimilərin, bütün dəstələrinin növ tərkibi , biologiyası, miqdarı və əhəmiyyəti haqqında məlumat verilir. Ölkənin kənd təsərrüfatında mühüm rol oynayan faydalı və zərərli cücülərə xüsusi diqqət ayrılmışdır. Azərbaycan heyvanlar aləmi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab eləcə də zooloqlar, entomoloqlar, universitet və texnikomların bioloji fakültələrinin və orta məktəblərin biologiya müəllimləri üçün faydalıdır.


23.

28.69

A 99


Azərbaycanın heyvanlar aləmi : onyrğalılar. C.3. ; Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu. - Bakı : Elm, 2004. - 620 s. +3 yap. vərəqi : şək.; 25sm.

Аnnotasiya: Cilddə Azərbaycan Respublikası zooloqlarının - dəyirmiağızlılar, balıqlar, suda - quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifinə aid olan 623 onurğalı növün təşəkkül tarixinə, sistematik vəziyyətinə, yayılmasına və sayına , ekologiyasına və təsərrüfat əhəmiyyətinə dair çoxillik tədqiqatlarıın nəticələri ümumiləşdirilmişdir. Kitabda əsas yer tutan növ oçerklərində heyvanların taksonomik statusu, ərazi və landşaftlar üzrə yerləşməsi, biotopik uyğunlaşması məskunlaşma dinamikası, həyat fəaliyyətinin müxtəlif yönləri işıqlandırılmışdır. Kitab, Azərbaycan heyvanlar aləmi ilə maraqlanan geniş oxucu kütləsinə ünvanlanır. Zooloqlar, kənd , meşə, ovçuluq və balıqçılıq təsərüfatlarının mütəxəssisləri, həkimlər, eləcə də ali və orta təhsil müəssisələrinin biologiya fakültələrinin müəllim və tələbələri üçün xüsusən faydalı olacağına ümüdümüz var.


24.

36.99(5Aze)

A-99


Azərbaycan kulinariyası ensiklopediyası. - Bakı : Şərq -Qərb, 2007. - 168 s. : şək.; 25sm.

Аnnotasiya: Özünəməxsusluğu ilə ta qədimdən məşhur olan Azərbaycan mətbəx mədəniyyəti Vətənimizin coğrafi mövqeyi, xalqımızın milli ənənələri, həyat tərzi və s. bağlı tarixən formalaşan xüsusiyyətlərə malikdir. Fotaşəkillərlə zəngin ensiklopediyada Azərbaycan mətbəxinin xalq arasında geniş yayılmış 200 - ə yaxin sulu və quru xörək reseptləri, eyni zamanda qəlyanaltılar, turşular , mürəbbələr və digər kulinariya məmulatları haqqında məlumat verilir.


25.

26.0

A 99


Azərbaycan Respublikası Torpaq Atlası ; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Milli Elmlər Akademiyası Torrpaqşünaslıq və Aqrokimya İnstitutu. - Bakı : Bakı Kartoqrafiya Fabriki, 2007. - 127 s.

Аnnotasiya: "Torpaq atlası" ilk dəfə olaraq vahid xəritəçilik əsəri kimi nəşr olunur. Atlasdakı xəritələr 1 : 1 500 000 miqyasında tərtib olunub, bu da müxtəlif məzmunlu xəritələrin istifadəsi zamanı onların müqayisəsini asanlaşdırır. Atlasdakı xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəni asanlaşdırmaq üçün izahedici mətinlərdən, cədvəllərdən, qrafik və diaqramlardan istifadə olunmuşdur.


26.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi. : III-XII əsrin I rübü : 7 cilddə. C.2. ; məsul red. N. Vəlixanlı. - təkrar nəşr. - Bakı : Elm, 2007. - 608 +24 s. : şək.; 20 sm. - (Azərbaycan dili və taxixi)



27.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi. : XIII-XVIII əsrlər :7 cilddə. C.3. ; məsul red. O. Əfəndiyev. - təkrar nəşr. - Bakı : Elm, 2007. - 592 + 56 s. : şək.; 20 sm. - (Azərbaycan dili və taxixi)


28.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi. : XIX əsr : 7cilddə. C.4. ; Azərbaycan Respublikası Milli Elmlər Akademiyası A. Bakıxanov adına Tarix İnstitutu. - təkrar nəşr. - Bakı : Elm, 2007. - 504 + 48 s. : şək.; 20 sm. - (Azərbaycan dili və taxixi)


29.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi. : 1900-1920- ci illər: 7 cilddə.c.5. ; məsul red. M. İsmayılov. - təkrar nəşr. - Bakı : Elm, 2008. - 696 +40 s. : şək.; 20 sm. - (Azərbaycan dili və taxixi


30.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi. : aprel 1920-iyun 1941 :7 cilddə. C .6. ; məsul red. C. Quliyev. - təkrar nəşr. - Bakı : Elm, 2008. - 568 + 48 s. : şək.; 20 sm. - (Azərbaycan dili və taxixi)


31.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi. : 1941-2002-ci illər: 7 cilddə. C.7. ; məsul red. T. Qafarov. - təkrar nəşr. - Bakı : Elm, 2008. - 608 + 80 s. : şək.; 20 sm. - (Azərbaycan dili və tarixi)

  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə