Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti




Yüklə 0.76 Mb.
səhifə9/10
tarix27.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Əsas addım. (t0) normal üzrə iki eyni və qonşu profillər arasındakı məsafəyə deyilir. Əsas addım dişli çarxın dəqiqliyini müəyyən edən əsas ünsürlərdən biridir. Silindir çarxların bu ölçüsü addımölçən vasitəsilə yoxlanılır. Addımölçən iki qonşu və eyni profilin toxunanlıarı arasındakı məsafəni ölçür (şəkil 1).

Addım 1 və 2 barmaqlarının arasında ölçülür. 1 barmağı (ucluq) cihazın gövdəsində bağlanmışdır. 2 barmağı isə onun mexanizmləri (4) ilə əlaqədardır. Ölçmə zamanı cihaz dayağa (5) söykənir. Dayağın vəziyyəti 6 vinti, 2 barmağınınki isə 7 vinti vasitəsilə tənzim olunur. Mexanizmlər 8 tavasına, o da vintlərə (10) gövdəyə (9) bağlanmışdır.

Barmaqlar (dodaqlar) arasındakı məsafə xüsusi tərtibat (11) vasitəsilə müəyyən edilir. Tərtibatın içində xüsusi ayaqlar (12) yerləşdirərək, onların arasına lazımi ölçüdə tavacıqlar yiğırlar və onları vintlə sıxırlar. Sonra tərtibatdan istifadə edərək 2 barmaqları arasındakı məsafəni tənzim edirlər (v). Bundan sonra çarxın

addımlarını yoxlayırlar. Yoxlama zamanı cihazın indikatoru (3) addımın nominal qiymətə nisbətən fərqini göstərir.



Şəkil 1. Əsas addımın (t0) ölçülmə sxemi (a) və onu ölçən cihaz (b):

1 və 2 – ölçən barmalar; 3 – indikator; 4 – intiqal mexanizmləri; 5 – dayaq; 6 və 7 – tənzim vintləri; 8 – tava; 9 – gövdə; 10 – bağlama vinti; 11 – tərtibat; 12 – xüsusi ayaqlar.

Çəpdişli silindr çarxların addımını dişə normal müstəvidə normal modul (mn) üzrə yoxlayırlar. Belə çarxlar üçün t0 = πmn; α = 200 olan halda t0 = 2,9521 mn.

Cihazın mexanizmləri ölçünü 5 dəfə böyüdür. Ona görə də indikator 0,002 mm dəqiqliklə yoxlaya bilir.

Çevrə addımını (t) yoxlayarkən ölçən barmaqların ikisi də bölmə çevrəsinin üzərində olmalıdır. Ona görə də bu yoxlamada ölçmə bazasının böyük əhəmiyyəti vardır. Çevrə addımı üçün əsasən üç növ bazadan istifadə edilir. (şəkil 2): – dişlərin dibindən (a və в); – dişlərin başlarından (v); – çarxın deşiyindən və ya çarx taxılmış sağanağın boynundan (q).

5368 – 50 nömrəli DST-ə əsasən xırda çarxların dişlərini sakin (dəzgah şəkilli) cihazlar vasitəsilə, iri (m=3-25 mm) çarxlarınkını isə əl cihazları ilə yoxlayırlar.

Şəkil 1. Çevrə addımının ölçüləri – dişlərinin dibinin (a və b), dişlərinin başlarını (v) və çarxın deşiyini (q) baza qəbul edərək ölçmənin sxemləri:

1 və 2 – ölçən barmaqlar; 3 – çivi; 4 – indikator; 5 və 6 – baza ayaqları; 7 – dişli çarx.
Şəkil 2 a-da dişlərin dibi baza qəbul edilmiş halda çevrə addımının əl cihazı vasitəsilə ölçülməsi göstərilmişdir. Cihazın ayaqları (5 və 6) çarxın (7) dişləri arasın­dakı yuvaların dibinə söykənir. Addım 1 və 2 barmaqları vasitəsilə ölçülür (bunlar qonşu dişlərin eyni adlı prifillərinə toxunurlar). 1 barmağı qabaqcadan bölgü şkalası və nonius üzrə (dişlərin moduluna əsasən) müəyyən vəziyyətdə qoyulur. 2 barma­ğı­nın bir başı dişə, o biri başı isə indokatorun (4) çivisinə (3) söykənir. Yoxlama zamanı indikator bölmə çevrəsi üzrə addımın nominal qiymətə nisbətən fərqini göstərir.

Əl cihazları çevrə addımını 0,005 mm dəqiqliklə ölçür.



Dişin profili xüsusi evolventölçən cihaz vasitəsi ilə yoxlanılır. Sənayedə başlıca olaraq evolventölçənin iki əsas növündən : – dəyişən fərdi dairə ilə işləyən; – sabit (universal) dairə və ya yumruq ilə işləyən evolvent ölçənlərdən istifadə ediliur.

Dəyişilən dairələri evolventölçən (şəkil 3a) ölçmə vəziyyətində verilmişdir. Dəyişilən dairə (2) yoxlanılan dişli çarx (1) ilə bir oxun üstündə və ona bağlanmışdır.



Şəkil 3. Evolventölçənlər:

a – dəyişilən dairəli evolventölçən (1 – dişli çarx; 2 – dəyişilən dairə; 3 – sürüngəc; 4 – ling; 5 -indikator); b – sabit dairəli evolventölçən (1 – srqment; 2 – səttarə; 3 – ling; 4 – ox; 5 – diyircək; 6 – karetka; 7 – minimetr; 8 – barmaq; 9 – yoxlanılan çarx; 10 – okulyar; 11 – profilin əyrisini yazan cihaz).

Dairənin diametri çarxın çevrəsinin diametrinə bərabərdir. Cihazın sürüngəci (3) yayın köməyi ilə dairənin (2) çevrəsinə qısılır. Yoxlama zamanı öz-özünə paralel hərəkət edərək (sürtünmə köməyi ilə) dairəni, o da çarxı döndərir. Cihazın üstündəki, lingin (4) bir başı sürüngəcin toxunma xəttinin üzərində dişin prifilinə toxunur, o biri başı isə indikatora (5) söykənir.

Yoxlanılan dişin profili nəzəri evolvent kimidirsə, yoxlama zamanı indikatorun əqrəbi tərpənmir. Əgər hərəkət edirsə, deməli çarxın evolventi nəzəri evolventdən fərqlənir. Bu halda indikatorun göstərdiyi fərq müsaidənin həddini keçməməlidir.

Sabit dairəli hərəkət edən səttarə (2) radiusu R olan seqmenti (1)göndərir. Bu hərəkət 3 linginə verilir, o da 4 oxu üzərində dönür, 6 karetkası 5 diyircəyi vasitəsi ilə 3 linginə qısılmış haldadır. Karetkanını üzərində cihazın göstərici hissəsi-minimetr (7) yerləşir. Göstəricisinin barmağı (8) isə əsas bölmə çevrəsinin üzərində yoxlanılan çarxın (9) dişinin profilinə toxunur (barmağın toxunduğu nöqtə ilə 5 diyircəyinin oxundan keçən xətt 2 səttarəsinin yan üzünə paralel olmalıdır).

Yoxlamanın əvvəlində cihazı lazım olan əsas çevrə radiusuna (r0) düzəltmək üçün xüsusi şkaladan və mikroskopdan istifadə edilir.

Yoxlanılan profilin nəzəri evolventdən fərqini ölçü cihazı (7) göstərir. Bundan başqa yoxlamanın nəticəsini xüsusi cihaz (11) əyri şəklində yazır.

Göstərilən iki tipdən başqa, evolvent ölçənlərin bir sıra başqa növləri və konstruksiyaları vardır.

5368-50 nömrəli DST-ə əsasən evolvent ölçənlər vasitəsi ilə diametri 40..300, modulu m ≥1 mm və ya dişlərinin meyli 450-ə qədər olan çarxları yoxlamaq olar. Evolventölçənlərin yoxlama dəqiqliyi 0,004 mm-dir.

Çevrə addımlarının toplanmış xətası (δtΣ) çarxın ayrı-ayrı addımları xətalarının cəmidir. Bu xətanın qiyməti yoxlama zamanı çarxın dönmə bucağından asılıdır. Toplanmış xətanı müəyyən etmək üçün xüsusi limbdən (şəkil 4a) bölməli

dairədən (şəkil 4в) üzərinə mikroskop qoyulmuş optikalı bölgü başlığından və s. istifadə edilir.

Bölgü başlığından istifadə edərkən mikroskopun ekranında çarpazlaşmış xətlərin görüşdüyü nöqtə (təxminən əsas çevrənin üstündə) dişlərdən birinin profili üzərinə gətirilir. Sonra bölgü başlığının vasitəsilə həm çarxı döndərir, həm də dönmə bucağının hesabatını aparırlar.

Çevrə addımlarının toplanmış xətasının bucaq addımı vasitəsilə də müəyyən etmək olar. Bunun üçün 3600-ə qədər çevirərək, eyni adlı profillər arasındakı məsafələri çevrə üzrə ölçürlər. Bucaq addımı vasitəsilə diametri 40...500 mm olan çarxların toplanmış addım xətalarını yoxlamaq olur.



Şəkil 4. Çevrə addımlarının toplanmış xətasını yoxlayan

limba (a) və bölməli dairə (b)
Dişlərin başa-baş görüşməsini təmin etmək üçün onların işlək üzərindəki toxunan xəttunu də yoxlayırlar. Bunun üçün toxunmaölçən cihazlardan istifadə edirlər.

5368–53 nömrəli DST üzrə üç növ toxunmaölçəndən istifadə etmək məsləhət görülür:–dişlərin düzxətliliyini (oxa paralelliyini və ya müəyyən bucaq altında spirallılığını) yoxlayan;–hər ikisini yoxlayan; universal toxunmaölçən.

Dişlərin ibtidai kontrunun (əsas çevrənin) vəziyyətini müəyyən etmək üçün çarxın əsas çevrəsinin radial vurmasını yoxlayırlar. Bunun üçün vurmaölçən deyilən xüsusi cihazdan istifadə edilir.

Vurmaölçən ilə yoxlarkən cihazın konus ucluqlu barmağı növbə ilə çarxın dişlərinin arasına girir. Barmaq ilə əlaqədar olan indikator, barmağın vəziyyətindən asılı olaraq, çarxın əsas çevrəsi radiusunun əvvəlincəyə nisbətən fərqini göstərir.

Başlanğıc kontrun vəziyyətini dişlərin başlarına (xarici çevrəsinə) nisbətən də yoxlamaq olar. Bunun üçün tangensial dişölçəndən və ya dişölçən ştangendən istifadə edilir.

Tangensial dişölçənlər 4446–48 nömrəli DST-ə əsasən m = 2,5...10 və 8...36 mm olan çarxları yoxlamaq üçün iki tip buraxılır. Hər ikisinin yanında cihazı müəyyən modula sazlamaq (şəkil 5a-da 1 və 2 dodaqları arasındakı məsafəni müəyyən etmək) üçün dəqiq diametrli xüsusi diyircəklər olur.

Dodaqlardan biri (2) tərpənməz gövdəyə bağlanıb, biri (1) isə mikrovint (5) vasitəsi ilə, ölçülən dişin qalınlığından asılı olaraq müəyyən vəziyyətə qoyulur və xüsusi vint (6) köməyi ilə yerində bərkidilir.

Ölçmə zamanı 4 çivisi dişin başına söykənir, indikator (3) isə dişin başına nisbətən başlanğıc kontrun əvvəlki vəziyyətini müəyyən edir.

Dişölçən ştangen (şəkil 5b) çarxın dişlərinin (başının yüksəkliyi müəyyən ikən) qalınlığını yaxud (qalınlığı məlum ikən) başının yüksəkliyini ölçmək üçündür.

Bu alətin bir-biri ilə 900 bucaq təşkil edən iki səttarəsi vardır (şəkil 1 və 2). Səttarələrin üzərində (ştangenpərgarda olduğu kimi) sürüşən çərçivə və mikrometrik vint mexanizmi yerləşir.. 2 səttarəsi və 4 noniusu vasitəsi ilə dişin başının qalınlığı alətin üstündə götürülür. 1 səttarəsi 3 noniusu və 7 vinti vasitəsi ilə, bölmə çevrəsi üzrə dişin qalınlığını ölçür.



Şəkil 5. Dişölçənlər:

a – tangensial deşikölçən (1 və 2 – ölçən dodaqlar; 4 – çivi; 5 – mikrovint; 6 – bağlama vinti);

b –ştangen tipli dişölçən (1 və 2 - əsas səttarələr; 3 və 4 – nonius; 5 – hərəkət edən ayaq; 6 və 7 –mikrovint; 8 və 9 – dişin qalınlığını ölçən ayaqlar; 10 – dişin təpəsinin yüksəkliyini ölçən səttarə).


Dişin qalınlığı 8 və 9 ayaqları arasındakı məsafəyə, dişli başının yüksəkliyi isə ayaqların baş üzü ilə 10 səttarəsi arasındakı məsafəyə bərabər olur.

Dişin qalınlığını ölçdükdə həm dişlərin yanlarında əmələ gələn boşluğu məhdudlaşdırmaq olur, həm də hesablama yolu ilə başlanğıc konturun vəziyyətini müəyyən etmək olur. İlişmə bucağı 200 olan evolvent profilli dişlər üçün


h 1,35 ∆s,

burada ∆s, – dişin qalınlığının fərqi

h – başlanğıc konturun yerdəyişməsidir.

Dişölçən ştangendən istifadə edərək, birbaşa ilkin konturun vəziyyətində yoxlamaq olur. Bunun üçün üfüqi ştangenin dodaqlarını qabaqcadan müəyyən edilmiş ölçüyə (dişlərin qalınlığına) görə lazımi vəziyyətə qoyduqdan sonra, şaquli ştangen vasitəsi ilə dişin başının yüksəkliyini ölçürlər (sabit xordanın vəziyyətini müəyyən edirlər.

Konus çarxların dişlərini yoxlamaq üçün silindr çarxlara tətbiq olunan üsullardan istifadə edilir.

Konus çarxlar üçün olan ölçü cihazları silindr çarxlarınınkından, başlıca olaraq ölçü supportunun vəziyyətinə görə fərqlənir.



Mühazirə 15
Mövzu: Emal edilmiş üzlərin kələ-kötürlüyünün

(təmizliyinin) ölçülməsi
Ədəbiyyat:
1. Асланов З.И. Юлчмя просесляри вя юлчц техникасы. Дярс вясаити. Бакы, Тящсил НПМ. 2003. -230 с.

2. Фарзане Н Г. и др. Технологические измерения и приборы. «Высшая школа» -М. 1989

3. Эюзялов С.М. вя б. Метролоэийанын вя квалиметрийанын ясаслары., Дярс vəsaiti. Gəncə, 2008., - 210 s.

4. Гафаров А.М. Гаршылыглы явязолунма, стандартлашдырма və texniki юлчмя. Дярслик. Бакы. Чашыоьлу, 2003s.

5. Гафаров А.М. Ölçmə prosesləri və onların avtomatlaşdırılması Çaşoğlu. Bakı. 2003, -204s.

6. Иванов А.И. Технические измерение. –М. Колос. 1970, -480 c.


Plan:

1. Emal edilmiş üzün təmizliyinə nəzarət üsulları.

2. Profilometrlərdən istifadə qaydaları.

3. Profiloqrafların istifadə qaydaları.

XX əsrin 30-cu illərinə qədər maşın və cihaz hissələrinin keyfiyyəti, onların hazırlanma dəqiqliyi ilə müəyyən edilirdi.

Emal edilmiş üzlərin təmizliyinə ancaq dəqiqlik ilə əlaqədar olaraq fikir verilirdi. Yüksək dəqiqliklə emal edilən üzlərdən yüksək təmizlik tələb olunurdu. Eyni zamanda təmizliyin nə dərəcə yüksək olmasını göstərən və ya onu ölçən heç bir vasitə yox idi, emal edilmiş üzün nə dərəcə təmiz olduğu ancaq gözəyarı müəyyən edilirdi.

1945-ci ildən başlayaraq SSRİ-də (keçmiş) dəqiqliklə paralel olaraq emal edilmiş (hətta emal edilməmiş) üzlərin təmizliyinə nəzarət etmək məcburi forma almışdır. Hal-hazırda maşın və cihazqayıran zavodlarda emal edilmiş üzün təmizliyinə nəzarət etmək üçün bir sıra üsullardan istifadə edilir ki, bunları üç qrup ayırmaq olar:

– kəmiyyətə əsaslanan metodlar;


  • yekuni qiymət metodları;

  • müqayisə metodları.

1-ci cədvəldə emal edilmiş üzün kələ-kötürlüyünü (təmizliyini) və dalğalığını təyin etmə üsulları və istifadə olunan cihazlar verilmişdir.

Kəmiyyətə əsaslanan (kələ-kötürlüyün ölçülərinə görə onu qiymətləndirən) metodlar əsasən üç növdür:






Metodlar

Ölşmə üsulları

İfadə olunan cihazlar

Mikroprofilin böyüdülməsi

Tətbıq sahəsi, (təmizlik sinifləri)

Kələ-kötürlük (təmizlik)

1.Kəmiyyətə əsaslanan metodlar(kələ-kötürlüyün ölçülərinə əsasən qiymətləndirmə)

1. İynə vasitəsi ilə yoxlama

Kiselyovprofilometri

Çaman profilometri

Pyezokrofilometr

Ammon profiloqrafı

Levin profilometri
Brejzinski profilometri
“Kalibr VEİ”


-

-

-



v-400-2500

v-500-16000

h-25-500

v-4000


h-400

v-100-120000



5-12

-

7-12



4-11

3-12
-


5-14







2. Optiki cihazlar vasitəsi ilə yoxlama

İki tubuslu mikroskop

İnterferensiya mikroskopu

Mikroiterferometr IZK-46 və İZK-50


30-350

-

-



3-9

10-14


10-12







3. Əyyar vasitəsi ilə yoxlama

Alət mikroskopu

Adi mikroskop



-

-


-

-





II.Yekuni qiymət metodları

1.Əks edən işığın miqdarı ilə ölçmə

2.Havanın təzyiqi ilə ölçmə

3.Elektrik tutumu ilə ölçmə


Xüsusi cihaz

Reflektometr

(hava üfləyən cihaz)

Xüsusi elektrik cihazı



-

-
-


110-14

4 -9
8-12






III.Müqaytisə metodları

1.Gözəyarı mikroskopsuz

2.Gözəyarı mikroskopla



Nümunə (və lupa)

Nümunələr və müqayisə mikroskopu



-

15-200


3-9

12-ciyə qədər



Dalğalılıq




1.Koordinat metodu

2.Yazma metodu

3.Ölçmə metodu


Lingli və optika universal cihazlar

Dalğayazan (volnoqraf)

Dalğaölçən (volnometr)


-
-

-


-
-

-

İynə vasitəsi ilə yoxlama müxtəlif cihazlar vasitəsilə əmələ gətirilir. Bu cihaz­ları iki əsas qrupa ayırmaq olar: profilometrlər və profiloqraflar.

Profilometrlərdən istifadə edərkən cihaz yoxlanılan üzün çıxıntılarının yüksəkliyini qalvonometr vasitəsilə göstərir. Emal edilmiş üzün kələ-kötür­lü­yü­nü müəyyən edən cihazların bu qrupuna V.M.Kiselyov, V.S.Çaman və Abbot profilometrləri, pyezoprofilometr və s. daxildir.

Bu cihazların çoxunda ölçmə elektrodinamik başlıq vasitəsilə əmələ gətirilir. Profilo yoxlanılan üzün çıxıntılarının (dişlərinin), profilin orta xəttinə nis­bətən, orta kvadrat yüksəkliyinin (hor-ni) verir. Bunun üçün cihazın başlığı içində yeerləşən almas, sapfir və ya polad iynə, müəyyən sürətlə, yoxlanılan səth üzrə, mexaniki olaraq və ya əl ilə hərəkət etdirilir.



Şəkil 1. Profilometr (a) və onun başlığı (b):

1 – iynə; 2 – gövdə; 3 – yay; 4 – sarğı; 5 – cərəyan xətti.
Elektrodinamik başlığın sxemi (şəkil 2) verilmişdir. İynə, başlığın gövdəsinə (2)bağlanmış yastı və nazik yaylara (3) söykənir. İynənin burnunun dairələnmə radiusu 12 mk-dur. İynənin quyruğunda (iynə taxılan çubuğun üzərində) sarğı (4)vardır.

İynə məmulun üzü ilə irəlilədikdə dik və çökəklərə rast gəldikcə aşağı və yuxarı hərəkət edir. İynənin sarğılı hissəsi sabit maqnit sahəsində olduğu üçün iynə tərəddüd etdikdə sarğıda zəif elektrik cərəyanı törəyir. Cərəyanın gərgin­liyi iynənin öz oxu istiqamətində hərəkət sürətindən asılıdır. Cərəyan sarğının üsullarından (5) cihazın (inteqrallaşdıran lampa konturu olan) güclən­dirici hissə­sinə gedir. Gücləndiricidən çıxan cərəyan iynənin tərəddü­dü­nün orta kvadrat qiymətinə mütənasib olur. Ona görə də cihaz qalvonometri yoxlanılan üzün çıxıntılarının (profilin orta xəttinə nisbətən) orta kvadrat yüksəkliyini (hor-ni) verir.

Prifilometrin ölçmə dəqiqliyi yüksək düyildir. V.M.Kiselyov profilo­met­rinin ölçmə xətası ± 15%, V.S.Çaman profilometrininki isə 25 % -ə qədər ola bilər. Üzünün kələ-kötürlüyü 5-lə 12-ci sinif arasında olan hissələri iş şəraitində və laboratoriyada yoxlamaq olar. Yoxlama zamanı iynənin məmulun üzü ilə hər dəfə getdiyi yol (tras) 2-dən 30 mm-ə qədər ola bilər. Cihazın qalva­no­metrinin şkalası isə 0,005 mk-na qədər göstərirə.

Profilometrin, başqa cihazlara nisbətən üstünlüyü bundan ibarətdir:



  • yoxlama az vaxt tələb edir;

  • cihazı zavod və sex daxilində hər yerə aparmaq olur;

  • xarici üzlərdən başqa daxili üzləri də yoxlamaq olur.

(VK–7 profilometrin əlavə başlığı diametri 6 mm ən böyük və üzünün təmizliyi 6...9-cu siniflər üzrə olan deşiklərin içini yoxlaya bilir və s).

Profilometrlərin nöqsanları da vardır ki, bunlar aşağıdakılardır:



  • kobud (R q › 12 mk olan) üzləri yoxlarkən profilometrin iynəsi qırılır;

  • başlığı yoxlanılan müstəvi üzrə əl ilə apararkən hərəkətin sürəti alınan nəticəyə təsir edir (sürət 25 mm/san-dən az olmamalıdır).

Profiloqraflar (profilometr kimi) məmulun üzünün kələ-kötürlüyünü iynə vasitəsilə yoxlayır və mikrofilini kağız üzərində çəkir. Bu qrup cihazlara K.A. Ammon və V.M.Levin profiloqrafları “Kilibr VEİ” profiloqraf profilometri və s. daxildir.

Şəkil 2-də profiloqraflardan birinin (işıq şüası ilə yazan profiloqrafın) sxemi verilmişdir. Məmul (1) cihazın hərəkət edən stolunun (2) üstündə yerləşdirilir.



Şəkil 2.

a – profiloqrafın sxemi (1 – yoxlanılan üz; 2 – stol;3 – güzgü; 4 – iynə; 5–oynaq; 6–tutqac;7 –işıq; 8–dar deşik; 9–linza;10–baraban;11–yoxlanılan üzün çəkilmiş profili);b və v–böyüdülmüş profillər (1,2,3,...10–ölçülən nöqtələr).
Stol məmul ilə birlikdə hərəkət edərkən almas və ya sapfir iynə (4)yoxlanılan səth üzrə, kişik (0,2...4 q) təzyiq altında sürüşür. İynənin burnunun dairələnmə radiusu 110...15 mk olur. İynə və güzgü (3) bir bucağının üstündə bərkidilmişdir. İşığın (7) şüası, dar deşikdən (8) və linzadan (9) keçərək güzgünün üstünə və oradan da əks edərək (üstünə işığıa həssas olan kağız sarınmış) barabanın (10)üzərinə düşür. Baraban çox kiçik sürətlə fırlanır.

Yoxlama zamanı iynə aşağı və yuxarı hərəkət etdikdə bucaqlıq oymağın (5) üstündə dönür və özü ilə birlikdə güzgünü (3) çeviri. Bunun nəticəsi olaraq əks-şüa barabanın üstündə yoxlanılan üzün profilini (11) çəkir. Çəkilmiş profiloqramda məmulun üzünün profili şaquli istiqamətdə bir neçə min dəfə (Ammon profiloqramında 2500, Levin profiloqramında 16 000 dəfəyə qədər, üfiqi istiqamətdə isə 50...500 dəfəyə qədər böyüdülmüş halda alınır. Bu profiloqrama əsasən yoxlanılan üzün kələ-kötürlük dərəcəsini təyin etmək olar).

Profiloqramından istifadə edərək Rz (sıxıntıların profolin orta xəttinə nisbətən, orta arifmetrik yüksəkliyini ) Ra (sıxıntıların orta arifmetrik yüksək­li­yini) R q və R max –ni təyin etmək olur.

Rz-i təyin etmək üçün əvvəl mikrofrofilin üzərində gözəyarı xətti (a-a)çəkir (şəkil 2в), sonra planimetrdən və ya millimetr kağızından istifadə edərək orta xətadan üstdə və altda olan F və S sahələrini müəyyən edirlər və a-a xəttini sürüşdürərək F və S-i bərabərləşdirirlər və nəhayət, aşağıdakı ifadədən istifadə edərək, Rz-ni təyin edirlər.

Rz = ,

Rz – təyin etmək üçün sahələri (F) hesablamaq əvəzinə mikroprofilin üzərində bir-birindən eyni məsafədə (v qədər) aralı olan nöqtələrin orta xəttə (a-a) nisbətən yüksəkliyini və ya alçaqlığını ölçmək və bu ölçülərə əsasən Rz –i tapmaq olar:

Rz = ,

Burada γpmi , γvmi,... γpmn, γ vmn – orta xəttdən və altda götürülmüş 1, 2, 3... nöqtələri ilə orta xətt arasında olan məsafələr;

n – hesabata girən nöqtələrin ümumi sayıdır.

Ra – nı təyin etmək üçün mikroprofilin çıxıntılarının qonşu çökəyin dibinə nisbətən yüksəkliyini (Hi) ölçmək (şəkil 2-yə bax) və onların orta arifmetrik qiymətini hesablamaq lazımdır.

7

Ra = ,



Burada γ1, γ2, γ3,... γ n mikroprofil üzrə çıxıntıların yüksəkliyidir.

Bunları təyin edərkən ölçünü iki qonşu çökəkdən ən dərininə nisbətən götürmək lazımdır.

n – hesabatda iştirak edən çıxıntıların ümumi sayıdır.

Rq – ni təyin etmək üçün yenə də mikroprofilin üzərində götürülmüş nöqtələrin orta xəttə nisbətən məsafələrini ölçmək və onlara əsasən Rq –nin qiymətini hesablamaq lazımdır.

Rq =

Rmax təyin etmək üçün mikroprofildə təkrar olunan ən böyük çıxıntıların orta arifmetrik qiymətini götürmək lazımdır (təkrar olunmayan təsadüfi 1...2 yüksək çıxıntı hesaba alınmalıdır).

Bütün təmizlik sinifləri üçün :
K = = 2...5

olur (1...14-cü sinfə doğru getdikcə bi nisbət böyüyür. Məsələn: 1-ci sinif üçün K= 2; 13 və 14 sinifləri üçün K= 5).

Rq və Rz – in qiymətləri bir-birinə çox yaxındır.

Məs. sinisoidal profil üçün



= 1,11

Profiloqraflar çox kiçik (yüksəkliyi 0,025 mk olan) çıxıntıları mikroprofildə aydın görməyə imkan verir.

Profiloqrafın ölçmə dəqiqliyi profilometrlərə nisbətən bir qədər yüksəkdir. (Levin profiloqrafının ölçmə dəqiqliyi = 10% , Ammon profiloqrafınınkı isə = 15%-dir). Profiloqraflar vasitəsi ilə kələ-kötürlüyü 3-lə 12 arasında olan üzlərin təmizliyini yoxlamaq olar.

Məmulların üzünün kələ-kötürlüyünü profiloqraf vasitəsilə təyin etmək çox vaxt = alır. Ona görə də bu üsullardan başlıca olaraq laboratoriyalarda istifadə edilir.



Mühazirə 15
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə