Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


REYSMUS. Bu alətlə hündürlüyə nişan qoyduqda və ölçməkdə reysmusdan is­ti­fadə olunur (şəkil 3



Yüklə 0.76 Mb.
səhifə6/10
tarix27.02.2016
ölçüsü0.76 Mb.
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10

REYSMUS. Bu alətlə hündürlüyə nişan qoyduqda və ölçməkdə reysmusdan is­ti­fadə olunur (şəkil 3).

Şəkil 3. Reysmus

a–hərəkət edən mufta ilə; б – mikrometrik vintlə; в – universal mikrometrik vint ilə;

1 - əsası; 2 – dayaq; 3 – hərəkət edən mufta; 4 – çertilka; 5 – bərkidici vint; 6 – qulaqcıqlı qayka; 7 - əlavə mufta; 8 və 9 - mikrovint


Hər üç reysmus ibarətdir əsasdan (1) hansı ki, bu əsasın mərkəzində dayaq (2) bərkidilmişdir. Dayağın üzərində hərəkət mufta 3, geydirilmişdir, hansı ki, bunun üzərinə xətt cızan (çertilka) 4 bərkidilmişdir. Bu mufta dayağın üzərinə vintlə 5 bərkidilir.

Şəkil 3 a göstərilən reysmusda çertilka əlavə muftanın 7, köməyi ilə bərkidilir, hansı ki, bu əsas muftanin mikrovinti ilə (9) əlaqəlidir. Qulaqcıqlı qaykanı (6) boşalt­maqla (şəkil 3a, v) çertilkanı öz oxu ətrafında döndərmək olar. Bu çür quruluş iti çer­til­kanın hər hansı buçaq altında plitədən şauquli üzrə istənilən məsafədə qurmağa imkan verir. 3b göstərilən reysmusda çertilka vint (5) köməyi ilə qurulur, tələb olunan vəziyyətdən dəqiq qurmaq üçün mikrovintdən (8) istifadə edilir. Bunun funksiyası mikrovint (9) köməyi ilə yerinə yetirilir hansı ki, bu şəkil 3 də göstərilir.



Hesablayıcısız qurğulu şkalalı (ştrixlənmiş) alətlər. Bu alətlərlə yüksək dəqiqliyi olmayan məmulatları ölçmək olur. Bu alət şkalalıdır lakin, şkalada hesab­la­yıcı yoxdur, buna aiddir kronsirkul şkala ilə birlikdə, ölçü xətkeşi, yığılan metr, ruletka.

Şkalalı kronsirkul (şəkil 4). Bu kronsirkulun ayağının birinin ucunda qövs şəkilli şkalalı xətkeş, o biri ayağında isə hesablayıcı nöqtəsi var (şəkil 4a).

Şəkil 4. Şkalalı kronsirkulla ölçmə üsulu.

a – diametri ölçmə; в – divarın qalınlığını ölçmə;
Bu növ kronsirkuldan ola bilsin ki, şkalasıza nisbətəb geniş istifadə olunsun bu alətlə səthin ölçülən yerlərini plçmək olur (şəkil 4b). Şkalalı kronsirkulla hissənin daxilini və xaricini ölçmək olar.

Ölçü xətkeşi (şəkil 5). Ölçü xətkeşi bir (şəkil5a) və iki (şəkil5b) şkalalı olmaqla sərt və elastik olur bunları ölçü hüdudu 150, 300, 500 və 1000mm olur.

Şəkil 5. Ölçü xətkeşləri.

a – bir şkalalı; б – ikişkalalı; в – yığılan metr; г – ölçmə üsulu; d – ştrixdən ölçmə üsulu.
Elastik xətkeş bükülən olur, odur ki, bu növ xətkeşlə əyrinin (qövsin) uzunluğunu ölçmək olur. Xətkeşin bölgü şkalası 0,5 yaxut 1mm olur. Xətkeşin tətbiq üsulu (şəkil5q,d) göstərilir. Xətkeşlə ölçmənin xətası 0,25...0.5mm hüdudunda ola bilər. Xətkeşlə dəqiq ölçməyə xətkeşin ölçülən hissəyə görə tutulma vəziyyəti təsir edir. Qatlanan metr (şəkil 5v) bir neçə polad xətkeşlərdən ibarət olmaqla bir-biri ilə oynaq birləşir. Bu cür metrlərdə ştrix 1mm-dən bir olur, say işaələri isə 1 sm bir olur. Maşın­qayırmada bu cür xətkeşlərdən tək-tək hallarda istifadə olunur, ona görə ki, bunun səhvliyi çox olur. Bu xətkeşin səhvlik diapazonu ± 1mm olur.

Ruletka. (şəkil 6). Ruletka polad yaxud material lentdən ibarət olub uzunluğu 1...50 m qədər olur, hansı ki, şkala bunun üzərində olur. Lent dəri və yaxud futlyarın işində olur.

Şəkil 6. Ruletka

a – sadə; b – dəmirşəkilli;
Lent şəkilli ruletkadan ağac və ağac emalı işlərində istifadə olunur, polad lentlərdən isə maşınqayırmada istifadə olunur.

Lent-ruletka futlyarın oxuna yayın təsiri ilə dolanır (öz-özünə dolanan ruletka), sadə ruletkalar isə əl ilə dolanır.

Düymıli öz-özünə dolanan və novlu ruletka 1 və 2m uzunluğunda hazırlanır. Sadə ruletkanın uzunluğu 2, 5, 10, 20, 30 və 50m uzunluğunda olur.

Millimetr və beşmillimetrlik bölgü polad ruletkanın şkalasının bütün uzunu boyu göstərilir. Materialdan olan ruletka isə hərf ilə say işarəsi yazılır m.

Böyük diametrli hissələri ölçmək üçün aşağıdakı düsturdan istifadə olunur.

Burada v-ruletka üzrə hesablama, h-lentin qalınlığını göstərir.

Ştangen alətləri. Ştangen alətlər ilə yüksək dəqiqlik tələb edməyən xətti ölçülərdə tətbiq olunur. Bu alətlər qrupuna daxildir: ştangenpərgar, ştangendərinlik ölçən və ştangenreysmuslar. Bunlarda hesablayıcı tərtibat xətti nunius hesab olur. Nunius xətkeşin üstündə əlavə şkala olur ki, buda ölçməni hesablayırıq. əlavə şkala (köməkçi şkala) nunius əsas şkala bölgüsünün hissələrini hesablamağa imkan verir. Nuniusun quruluşu əsas şkala və nunius şkalasının bölgülərinin intervalları fərqinə əsaslanır. Intervalların bu fərqi nunius bölgüsünün qiymətinə bərabərdir nuniusun bölgülərini qiymətinə bərabərdir, nuniusun bölgülərinin sayı ilə bölgünün qiymətin­dən asılıdır.

Məsələn, əsas şkalanın bölgü intervalı 1mm, nunius bölgülərinin intervalı isə 0,9mm olarsa, onda nunius bölgüsünün qiyməti 1,0-0,9=0,1mm bərabər olaçaqdır.

Əgər nuniusun sıfır bölgüsünün (cizgisini) əsas şkalanın sıfır bölgüsü (cizgisi) üstünə qoyaraq onda nuniusun birinci bölgüsü əsas şkalanın (ştanqın) birinci bölgü­sün­dən şkalaların intervalları fərqi qədər, yəni 0,1mm: ikinci bölgüsü 0,2mm-ə qədər və.s aralanacaqdır. Nuniusun 1mm-ə qədər kənara çıxan onuncu bölgüsü isə əsas şkalanın-ştangın 9-cu bölgüsü ilə üst-üstə düşəcəkdir. Nuniusun bundan çox hərəkət etdirilməsi (artırılması) mənasızdır, çünki bu əsas şkala bölgülərinə nisbətən, nunius bölgülərinin yerləşdirilməsinin təkrar olunmasına səbəb olacaqdır.

Nunius bölgüsünün qiymətini, əsas şkalanın intervalını nunius bölgülərinin sayına bölməklə də almaq olar: bu bölgünün qiyməti 1mm/10=0,1mm.

Daxili və xarici ölçülərin ölçülməsi üçün çox yayılan universal vasitələrə müxtəlif ştangen alətlər, yəni xarici və daxili ölçülərin ölçülməsi üçün olan ştan­gen­pərgarlar (şəkil 7),

Şəkil 7. Ştangenpərgar və onunla ölçmə üsulları

dərinlik üçün (şəkil 8), ştangendərinlik ölçənlər və hissənin hün­dürlük ölçülərini ölçülməsi və nişanlanması üçün ştangenreysmusalar aiddir (şəkil 9).

Şəkil 9. Ştangendərinlikölçən və Şəkil 9. Ştangenreysmuslar və onlarla

onlarla ölçmə üsulları. ölçmə üsulları.
Nunius quruluşu ilə ölçmə zamanı hesablanma əsas şkalaya görə bölgülərinin qiymətlərini təyin etmakdən ibarətdir.

Burada nunius burada sıfır cizgisi göstərici vəzifəsini göstərir, bölgünün hissələrin isə nunius cizgilərindən birinin əsas şkala cizgisi üzərinə düşməsi ilə təyin edilir.



Hesablamaya aid misallar. Nunius sıfır cizgisi xətkeşdəki hansı cizgiyə uyğun gələrsə, bu bölgü tam millimetrlər ilə məmulun ölçüsünü göstərəcəkdir

Şəkil 10. Ştangenpərgar şkalalarının göstərişləri.


Əgər nuniusun sıfır cizgisi əsas şkaladakı cizgininüzərinə düşməssə, bu halda xətrkeşdə solda ən yaxın bölgü millimetrlərin tam sayını göstərir onda bi cizgi xətkeşdəki cizgilərdən birinə uyğun gələrsə (sıfır cizgisindən başqa) onda o qədər də millimetrlərin ondabir hissələri millimetrlərin tam sayına əlavə edilir şəkil 10b-də 7mm hesablama göstərilmişdir. Şəkil 10v isə 7, 6mm-in hesablaması göstərilmişdir, bu zaman nuniusun 7-ci cizgisi əsas şkalanın cizgilərindən birinə uyğun gəlir.

Ştangerpərgar (şəkil 7). Kənarları (2 və 3) olan əsas xətkeş-ştanq (1) üzərində kənarları (5 və 6) olan çərçivə (4) yerini dəyişdirir. Əsas xətkeş-ştanq üzərində mm-li bölgülər qeyd olunmuşdur, tərpənən çərçivəyə köməkci şkala-nunius (7) bərki­dil­miş­dir. Nuniusun bölgülərinin intervalı və bölgülərinin sayı bölgü qiymətindən asılıdır. Əgər əsas şkalanın bölgülərinin intervalı 2mm-ə bərabərdirsə, onda nunius böl­gülərini qiyməti 0,1 mm olduqda, əsas şkalanın 10 bölgüsü olacaq, nunius bölülərinin qiyməti 0,04mm olduqda, onun 20 bölgüsü olacaq, nuniusun bölgülərinin qiyməti 0,02mm olduqda əsas şkalanın 50 bölgüsü (nuniusun bölgülərini intervalı 0,98 olduqda) olacaqdır. Kənarları (5 və 6) olan tərpənən çərçivənin yerini yavaş dəyiş­di­r­məsi və dəqiq qoyulması üçün mikrometrik ötürmədən ötrü quruluş nəzərdə tutul­muş­dur. Bu quruluş-yavaş (mikrometrik) ötürmə üçün sıxıcı vinti (8) və qaykalı vinti (9) olan köməkci çərçivədən ibarətdir.

Daxili ölçüləri adi ştangerpərgar vasitəsi ilə ölçərkən kobud səhvə yol vermə­mək üçün mütləq alətin kənarlarının ölçüsünün ştangerpərgarı göstədiyi ölçünün üstünə gəlmək lazımdır; ştangerpərgarlar çox işlədikdə yeyilir odur ki, onun yeyilmə­sini ölçmə zamanı nəzərə almaq lazımdır. Bu nöqsan dərəcəsi 0,05 mm olan yeni konstruk­siyalı ştangenpərgar vasitəsi ilə aradan qaldırılır. Belə ştangenpərgarların iki şkalası və bir-birindən asılı olmayan iki nuniusu var (bunlardan biri xarici ölçüləri ölçmək üçün, ikincisi isə yarıq deşiklərinin və s. ölçərkən istifadə edilir).

Ştangenreysmus və ştangendərinlik ölçənlə aparılan ölçmələr zamanı onların düzgün qoyulmasına fikir verilməlidir. Şəkil 7, 8, 9-alətin düzgün və qeyri düzgün tutulması göstərilmişdir.

Mühazirə 10
Mövzu: Avtomatiki nəzarət, pnevmatik və elekrtikləşdirilmiş cihazlar.
Ədəbiyyat:
1. Асланов З.И. Юлчмя просесляри вя юлчц техникасы. Дярс вясаити. Бакы, Тящсил НПМ. 2003. -230 с.

2. Фарзане Н Г. и др. Технологические измерения и приборы. «Высшая школа» -М. 1989

3. Эюзялов С.М. вя б. Метролоэийанын вя квалиметрийанын ясаслары., Дярс vəsaiti. Gəncə, 2008., - 210 s.

4. Гафаров А.М. Гаршылыглы явязолунма, стандартлашдырма və texniki юлчмя. Дярслик. Бакы. Чашыоьлу, 2003s.

5. Гафаров А.М. Ölçmə prosesləri və onların avtomatlaşdırılması Çaşoğlu. Bakı. 2003, -204s.

6. Иванов А.И. Технические измерение. –М. Колос. 1970, -480 c.


Plan:


  1. Elektriklə ölçmələrin və onlara nəzarətin üstünlükləri.

  2. Elektrik kontaktlı başlıqların kalibrlərə nəzarətdə tətbiqi.

  3. Elektrokontaktlı başlıqların ( datçiklərin ) işləmə prinsipi.

4. Elektrokontaktlı başlıqlı cihazlarda nizamlamalar.
Elektrikləşdirilmiş (elektrik üsulu ilə işləyən) ölçmə və nəzarət cihazları getdikcə daha geniş tətbiq edilməyə başlamışdır. Buna səbəb kimi onların daha yüksək dəqiqliklə işləməsini, quruluşlarının sadəliyini, üzunömürlülüyünü göstərmək olar.

Elektrikləşdirilmiş üsulla işləyən cihazların ən çox tətbiq olunanlardan kalibirləri ölçmək üçün istifadə olunanlarıdır. Bu cihazlarla kalibirlər ölçmək və yaxud onların ölçülərinə nəzarət etmək olduqca sərfəlidir. Belə ki, bu zaman ölçmə prosesi olduqca asanlaşır və ölçmə prossini avtomatlaşdırmaq mümkün olur.

Elektrikləşdirilmiş üsulla kalibirlərin ölçülməsində əsasən elektrik kontaktlı və induktiv konstruksiyalı başlıqlardan (datçiklərdən) istifadə olunur. Bütün bu işlər mərkəzi Elmi –Tədqiqat Qarşılıqlıəvəzolunma Bürosu ( ETQB) institutunda işlənib hazırlanmışdır.
Elektrik kontaktlı başlıqlarla (datçiklərlə) işləyən cihazlar
Bu kontaktlı başlıqların (datçiklərin) bir çox müxtəlif konstruksiyaları mövcuddur. Elektriki kalibrləraə isə şkalasız iki hüdudlu elektrokontaklı datçiklər tətbiq olunur. Bu halda başlıqlar nisbi şkala ilə təchiz olunmuşlar. Bunları indiqatorlu svetaforlar əvəz edir. Bu svetaforlar ya başlıqla birləşdirilir, ya da ki, müstəqil formada işləlyirlər.

Şəkil 1. Elektrokontaktlı başlıqlı cihaz

a) svetaforlu b) ştativə quraşdırılmış başlıqlı

1 –vtulka , 2- nizamlayıcı vintlər, 3 –düz yaylı prujin, 4 –kontakt qolu,

5 –ling, 6 –başlığın gövdəsi, 7 –prujin (yay), 8 –ölçmə ucluğunun vtulkası,

9 –ölçmə ucluğu, 10 –ucluq, 11 –xomut (boyuncuq), 12 –hüdudlayıcı,

13 –prujina (yay), 14 –kronşteyni bərkidən vint.

Şəkil 1 a –da iki hədli elektro kontaktlı –svetaforlu başlığın prinsipial sxemi göstərilmişdir. Şəkildən göründüyü kimi bu başlığın hissələri dördkünc gövdənin içərisində yerləşdirilmişdir. Bu korpusun aşağı hissəsində ölçü uclığı -9, yuxarı hissəsindən isə iki ədəd nizamlayıcı vint -2 yerləşir. Sxemadan göründüyü kimi, tok (elektrik) A klemmasından b kontaktı vasitəsilə -5 linginə gəlib çıxır. Daha sonra –a kontaktı və - 3 prujini vasitəs ilə minus işarəli CL lampasına gəlib çıxır. Lampadan sonra tok -B klemması vasitəsi ilə cetə qayıdır. Əgər -9 ucluğu yuxarı qalxarsa, onda onunla bərabər -11 xamutu da yuxarı qalxacaqdır. Xomutun hərəkəti isə öz növbəsində -5 linginin O oxu ətrafında fırlanmasına səbəb olur və beləliklə, əlaqə kəsilir və minus işarəli CL lapasının işığı keçir.

Ölçü ucluğunun -9 sonrakı yuxarıya doğru irəliləməsi ona gətirib çıxarır ki, -5 linginin kontaktı -3 prujinin -a kontaktı ilə birləşir. Nəticədə müsbət CL lampası işə düşür və işıqlanır.

Adətən, siqnal lampaları müxtəlif rənglərlə rənglənirlər. Məs. qırmızı rənglə minus, yaşıl rənglə isə müsbət işıqlanmanı əks etdirirlər.

Ölçmə başlığını əvvəlki vəziyyətinə qayıtması -13 prujini vasitəsiilə yerinə yetirilir.

Əgər elektromaqnit başlığı ştativdə yerləşdirilərsə ( şəkil 1 b ) və həmçinin minus (qırmızı) işıqlı siqnal lampasını ölçülən hissənin min. ölçüsünə (Bmin. ) nixamlanarsa, hissənin ən böyük ölçüsü isə ( Bmax. ) lapanın müsbət (yaşıl) qütbünə nizamlanarsa, onda bu cihaz vasitəsi ilə hissələri yararlı və yararsız növlərə ayırmaq olar. Belə ki, əgər hissənin ölçüsü yoxlanarkən onun ölçüsü Bmin.- dan az olarsa qırmızı işıq, Bmax.- dan artıq olarsa yaşıl işıq yanacaqdır. 1 –ci halda nöq-sanlı hissə -düzəlməyən (çıxdaş), 2 –ci halda isə düzələ bilən kateqoriyalara aid hesab olunurlar. Bununla yanaşı, hissənin ölçüsü bunun üçün buraxıla bilən hüdudun daxilində yerləşərsə, onda rıçaq (ling) -5 hardasa -3 prujinin (yayının) arasında yerləşdiyindən, lampaların heç biri yanmayacaqdır.

Şəkildən göründüyü kimi, başlığın nizamlanması nəticəsində müxtəlif hüdudlu ölçmələr aparmaq mümkündür. Bunu a kontaktının arasındakı məsafənin dəyişməsi ilə yerinə yetirmək mümkündür ki, bu da nizamlayıcı -2 vintlərinin vasitəsi ilə mümkün olur. Bu nizamlama proseslərini müşahidə etmək məqsədi ilə başlığın müvafiq gövdə hissəsində şəffaf şüşədən pəncərə qoyulur.

Cihazın ölçmə imkanlarını artırmaq üçün - 9 ucluğunun yerdəyişmə məsafəsini artırmaq lazımdır. Bunu üçün -13 prujini (yayı) daha güclüsü ilə əvəz olunmalıdır. Ona görə də, -5 linginin sağ tərəfə yerdəyişməsi ilə başlıq -9 yuxarı istiqamətdə 1...6 mm irəliləyə bilir. Bu zaman, həmçinin hissənin diametrinin max. ölçüsü Bmax. –dan böyük olduğu hallarda başlığın hissələrinin qırılmasının qarşısı da alınır.

Yuxarıda şərh olunan iş prinsipi bütün iki hüdudlu elektrokantaktlı başlıqlı kalibr ölçənlər üçün xarakterikdir.

Elektrokalibrlərdə istifadə olunan başlıqlı datçiklərdən БВ -779, БВ -1075, И -7, 2И -20, АН -762 və KD -10 göstərmək olar (cədvələ bax).


Göstəricilər



Başlığın ( datçikin ) tipi

БВ -779

БВ -1075

И- 7

И 30

2И -20

AH -762

KD - 10

Ölçmə hüdudu , mm

Ölçü ucluğunun sər-bəst xodu, mm –


Hüdud xətası, mk
Ölçmə gücü, qr.
Çəkisi, qr.

0 – 1,0

4
1

250-300
450


0 – 0,2

2
0,5

150-200
340


0 - 0,3

5
0,5

150-250
260


0- 0,4

3
0,5

150- 250

260


0- 3,0

5
1

150 -250
160


0 – 1,0

4
1

300
180


0 – 2,5

7
2

300- 400
85




Elektro kontaktlı başlıqların (datçiklərin) nizamlanması
Elektrokontaktlı datçiklər ştativlərdə bərkidilib otuzdurulandan sonra onlar aşağıdakı ardıcıllıqla nizamlamaq olar.

  1. Ştativin üzərinə qoyulan plitə hisssənin ən az ölçüsünə uyğun gələn Bmin

ölçüsünə uyğun quraşdırmaq.

  1. Elektrokontakt başlığı aşağı istiqamətdə o qədər buraxmaq lazımdır ki,

öıçmə başlığının ucu -9, plitəyə elə toxunmalıdır ki, qırmızı lampanın işığı keçsin. Bu vəziyyətdə başlığı bərkitməli.

  1. Nizamlama vintlərini lampanın qırmızı işığına quraşdırmalı.Nizamlama

vinti 2a (şəkil 1 -ə görə) sağ tərəfə yavaşca fırlamaqla qırmızı işığın yanmasını təmin etməli. Vintin belə vəziyyətini bərkitməli.

  1. Ölçmə başlığının ucluğunu -9 plitəyə nəzərən Bmax qiymətinə görə

nizamlamalı.

  1. Nizamlama vinti 2b- ni yaşıl işığa nəzərən nizamlamalı. Bunun üçün

həmin vint yenə də sağ tərəfə doğru yavaşca, yaşıl işıq yananadək fırla-

dılmalıdır. Bu vəziyyətdə vint bərkidilməlidir.


Onu da qeyd etmək lazımdır ki, yuxarıda şərh olunmuş nizamlama qaydaları butun bu qəbildən olan elektrokontaktlı başlıqlı cihazlara aid deyildir. Bunun üçün hər bir belə cihazın özünün ayrıca instruksiyası ( qaydalar kitabçası ) vardır.
Pnevmatiki cihazlar.
Ümuumi məlumatlar.

Pnevmatiki cihazlar nisbi ölçmə metodu prinsipi ilə işləyən ölçmə cihazları qrupuna daxildir. Bu cihazlar böyük ötürmə ədədinə malik olmaqla əsasən yağ nasoslarının plunjer cütlərinin, hidravlik sistemin bəzi hissələrinin, kiçik ölçülü deşiklərin və zazorların, nəzik plastinkaların qalınlığının və s. ölçülməsində istifadə olunurlar.

Pnevmatiki üsulla işləyən cihazlar havanın təzyiqinin dəyişiıməsinin ölçülməsi prinsipinə əsaslanmışdır. Bu zaman hava ya sıxılır. ya da ki, seyrəkləşir.

Pnevmatiki cihazlardan k-t -nın müxtəlif sahələrində, məsələn, müxtəlif k-t maşınlarının işinə nəzarətdə, heyvandarlıq fermalarının avadanlıqlarında təzyiqin nizamlanmasında, ölçülməsində və nəzarətində, k-t texnikasmm təmirində və sınağında istifadə olunurlar.

Təzyiqin əsas ölçü vahidi Beynəlxalq vahidlər sistemində ( Sİ ) QOST 8. 417-81 -ə görə H/nr = Па (paskal) qəbul edilmişdir. Bu ölçü vahidi nisbətən təzyiqin aşağı qiymətlərini ölçmak üçün istifadə etmək olar. Daha yüksək təzyiqi

ölçmək üçün kilopaskal ( 1 к Па = 1000 Па ) və meqapaskal ( 1 М Па = 106 Па ) -dan istifadə ediıiər.
Pnevmatiki cihazların xarakteristikaları

Pnevmatiki cihazlar müxtəlif əlamətlərinə görə aşağıdakı kimi qruplaşdırılır:

1. Görünüşü və tətbiq sahəsinə görə pnevmatiki cihazlar öz növbəsində
aşağıdakı qruplara bölünürlər.


  1. Manometrlər. - Bu cihazlar təzyiqin artıb -azalma fərqindən istifadə prinsipinə əsaslanaraq işləyir. Buraya mütləq təzyiq (absolyutnoye) - Pa də daxildir.

  2. Vakuummetrlər. - Bu cihazlar havanın seyrəkləşdirilməsi prinsipinə əsaslanaraq işləyirlər.

v) Manovakuummetrlər və barometrlər. -çox seyrək hava şəraitində (vaakuum) işləyən cihazlar. ( 40 к Па -a qədər) Pm = Pa – Рb

Burada, Pm - manometrik təzyiq,

Pa - tam təzyiq,

Рb - barometrik təzyiq (atmosfer təzyiqi)

Az və dəqiq təzyiqləri ölçmək üçün mikromanometrbrdən istifadə olunıır

( 2,5 к Па -a qədər).

2. İşləmə prinsiplərinə görə pnevmatiki cihazlar olurlar:

  • mayeli;

  • yaylı;

  • elektriki (yaylı- porşenli).

Mayeli təzyiq ölçənlərdə istifadə olunan maye təzyiqinin stabilləşmə prinsipi ilə işləyirlər.

Yaylı pnevmatiki cihazlarda ölçülən təzyiq həssas yaylı elementlərin yerdəişməbrinə əsaslanaraq hesablanır. Burada yaranmış güc təzyiqə ekvivalent olaraq götürülür.

Elektriki və yaxud yüklü porşenli . Burada ölçübn təzyiq porşenə təsir edən yükün ekvivalenti kimi qiymətbndirilərək, elektrik siqnallarına çevrilməsi ilə (işığın müqaviməti, həcmi , induktivliyi və s.) yekunlaşır.

3. Tətbiq sahələrinə görə pnevmatik cihazların növləri olurlar:



  • nəzarət,

  • nümunəvi,

  • etalon.

Dəqiqlik dərəcəsinə görə nümunəvi pnevmatiki cihazlar olurlar: 0,02 1 -ci dərəcəli; 0,05 2 -ci dərəcəli; 0,15 və 0,25 3 -cü dərəcəli; 0,4 4- cü dərəcəli və texniki (işləyək ) xarakterinə görə isə, -0,4; 0,6; 1,0; 1,5; 2,5; və 4 kimi qəbul edilmişdir.

Quruluşuna görə pnevmatiki ölçü cihazları üç qrupa bölünürlər:



  1. Aşağı təzyiqdə işləyən ( 0,5 kqs1 sm2 -ə qədər), məs. ,,Soleksv cihazı.

  2. Yuxarı təzyiqb işbyən (0,5 kqs/sm2 - dən çox ) , Məs. Rotametrli cihaz.

  3. Yaylı manometrik cihazlar.

Bu göstəribn qrup pnevmatik ölçü cihazlarından birinci iki qrupa aid olanı praktiki olaraq texniki ölçməbrdə әп çox tətbiq olunanlarıdır.

Mühazirə 11.
Yüklə 0.76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin