Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti




Yüklə 0.76 Mb.
səhifə5/10
tarix27.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Nizamlanan skobanın qurulması.

Nizamlanan kalibirlər 2 üsulla qurulur. Birinci üsul ilə nizamlama o halda tətbiq olunur ki, nə vaxt ki, nizamlanan skobalar sərt skoba ilə birgə istifadə olunsujn, ikinci üsulda nə vaxt ki, nizamlanan skobalar, universal ölçü vasitəsilə birgə istifadə olunur.

Birinci üsul ilə skobaları ölçüyə görə qurduqda onun keçid ölçüsü keçid kalibirlərin orta ölçüsünə görə (k– рп), qurulur, keçməyən kalibirn orta ölçüsünə (k– НЕ) görə qurulur. Əgər skobanın ölçüsü ikinci üsul ilə qurulursa onda onun keçid ölçüsü maksimum diametrə Dв(max) bərabər olmalıdır, keçməyəndə isə valın minimum diametrinə Dв(min) bərabər olmalıdır.

Baxılan üsulun məğzini aydınlaşdırmaq üçün kalibrin buraxıla bilən buraxış sxemasına və əkskalibrin məmulatın sərhəd buraxıla biləninə nəzər salaq hansı ki, bu 110X3=110–0,140–0,050mm ölçüdə hazırlanır.

Nizamlanan skoba aşağıdakı ardıcıllıqla qurulur:

Skobanı lazım olan ölçüyə qurmaq üçün hər şeydən əvvəl keçən ölçüdən başlamaq lazımdır. Bu aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

1. Skobanı stolun üstünə elə vəziyyətdə qoymaq lazımdır ki,başlığın çəkisi vint 2 (şəkil 3) yuxarı vəziyyəydə dursun.

2. Dartıcı vintləri otvyorka ilə boşaltmaq lazımdır o vaxta qədər ki, sıxmadan sonra onların yuxarısında olan dartıcı oymaq 3 (şəkil 4) aşağı buraxılsın və taxma 4 azad olsun. Bundan sonra taxma 4 asanlıqla yuva boyunca asanlıqla yerini hər hansı istiqamətdə dəyişir o vaxta qədəır ki, o nizamlayıcı vintə söykənsin. Dartıcı oymaq 3 isə azad olmasın, bu zaman nizamlayıcı vintdən istifadə etməyə ehtiyac olmur. Əks halda taxma olsun ki, güclü dartılsın, sonradan onu azad etmək çətin olur. Bu halda yiv xarab olar.

3. Skobanı iki tərəfli nizamlamaq üçün onu bazis taxmasına bərkitmək lazımdır. Taxmanın bazisini iki üsulla qurmaq olar.

Ölçüsü 50 mm-dən az olan skobalarda sağ taxma lekal xətkeşin və yaxud axır ölçünün köməyi ilə elə qurulur ki, onun ölçüsü səthi bir müstəvidə olsun. Bununla lekal xətkeşin sərhəddində işığın gəlməsi müəyyənləşdirilir.

Ölçüsü 50 mm-dən çox olan skobalarda bazis taxması ilə qurulmalıdır ki, taxmanın keçməyən ölçülən səthi taxmanın keçməyən səthindən ayrılsın.


  1. Uyğun pilitə bloku üzrə keçən tərəfin ölçüsünü (P-ПP) qurmaq. Bunun üçün skobanı başqa tərəfə elə çöndərmək lazımdır ki, taxmanın bazisi sol tərəfdə olsun (şəkil 6).

Şəkil 6. Keçid ölçüsünü ölçmək üçün skobanın vəziyyəti


Skobanı şəkildə göstərilən kimi götürmək və keçid ölçüsünün vintini 41 yavaşcadan açmaq lazımdır ki, skoba öz çəkisinin hesabına taxmanın başının müstəvi sət5hi boyunca aşağı düşsün. Bundan sonra dartıcı vinti bərkitmək lazımdır. Skobanı aşağı saldıqda plitə bloku ola bilsin ki, taxmanın başlığının keçməyən tərəfinə söykənsin, bu olmasın deyə skobanı müəyyən qədər özünə tərəf əymək lazımdır.

Bu ardıcıllıqla keçməyən skobanı da qurmaq olar.



Mühazirə 8
Mövzu: Nisbi ölçü vasitələri

Ədəbiyyat:
1. Асланов З.И. Юлчмя просесляри вя юлчц техникасы. Дярс вясаити. Бакы, Тящсил НПМ. 2003. -230 с.

2. Фарзане Н Г. и др. Технологические измерения и приборы. «Высшая школа» -М. 1989

3. Эюзялов С.М. вя б. Метролоэийанын вя квалиметрийанын ясаслары., Дярс vəsaiti. Gəncə, 2008., - 210 s.

4. Гафаров А.М. Гаршылыглы явязолунма, стандартлашдырма və texniki юлчмя. Дярслик. Бакы. Чашыоьлу, 2003s.

5. Гафаров А.М. Ölçmə prosesləri və onların avtomatlaşdırılması Çaşoğlu. Bakı. 2003, -204s.

6. Иванов А.И. Технические измерение. –М. Колос. 1970, -480 c.

Plan:

  1. Nisbi ölçmələr üçün ölçü vasitələri.

  2. Dəqiqliyi mikronla ifadə olunan ölçü vasitələri.

  3. Lingli-dişli və yaylı başlıqlı ölçü vasitələri.

  4. Linkli mikrometrlər və linkli bənlər.




  1. Nisbi ölçü vasitələri. Nisbi ölçmə üsulunda ölçən alət ölçülən hissənin tam qiymətini göstərmir (məsələn, balın diametrini) ancaq ölçü alətinin sıfırda qoyulan ölçüsündən meyllənmiş göstərir. Istehsalatda, nisbi ölçmələr üçün çox işlədilən ölçü vasitələrindən biri də, dişli, linkli-dişli və yaylı ölçü başlıqlarıdır.

Saat tipli indikatorlar. İndikatorların iş prinsipi dişli ötürməyə əsaslanır (şəkil 1).

Şəkil 1. indikatorun dişli çarx ötürməsinin sxemi

Ölçü çubuğunun (1) orta hissəsində dişli çarxla (2) ilişməyə daxil olan dişlər vardır.

Ölçü çubuğunun hərəkəti çarx (2) vasitəsi ilə dişli çarxlardan (4 və 5) keçib cihazın əqrəbinə (3) ötürülür.

Cihazda hərəkətsizliyin qarşısı spiral yaya (7) bərkidilmiş dişli çarx (6) vasitəsi ilə alınır; bu yayın o biri ucu cihazın gövdəsinə bərkidilmişdir. Cihazın iki

şkalası: millimetrin hissələrini hesablamaq üçün böyük və tam millimetrləri hesablamaq üçün kiçik şkalaları vardır. Ölçü çubuğu 1 mm yerini dəyişdirdikdə böyük şkaladakı əqrəb bir dəfə dövr eləyir, şkalada 100 bölgü olduqda, bu zaman cihazın bölgüsünün qiyməti 0.01 mm-ə bərabər olur.

Əgər konstruksiyaya əlavə bir cüt dişıli çarx daxil edilərsə, onda bölgünün qiymətini 0,002 mm-ə və 0,001 mm-ə çatdırmaq olar, lakin bununla indikatorun dəqiqliyi artmayacaqdır. Dəqiqliyin artması ansaq dişli çarxların və bütün ötürmənin hazırlanmasının dəqiqliyini artırmaqla əldə edilir. Ayrı ölçü başlıqları şəklində olan dişli ötürməli saat tipli indikatorlar universal indikatorlardır; bu indikatorlar da xüsusi ölçmələr üçün əlavə quruluşla buraxılır. Zavodlar tərə­findən buraxılan indikator ölçü vasiələrinin növləri və xarakteristikaları 1-ci cədvəldə verilir.

Son zamanlar saat tipli indikatolar konstruksiyası, yeyilməyə dayanaqlığının yüksəlməsi, göstəricisinin stabilləşdirilməsi və işləmə müddətinin uzadılması məqsədi ilə təkmilləşdirilmişdir.

İndikator tipli ölçü vasitələrinin xarakteristikası Cədvəl 1

Ölçü başlıqlarının adı

Bölgü qiyməti

Ölçmə hədləri,

mm-lə

Yolverilən xətalar, mk-ilə

Saat tipli indikatorlar çənbərinin diametri 42 mm olduqda

0,01

0–2; 0–3

12–15

Şkalası perpendikulyar yerləşdirildikdə və diametri 42 mm olduqda

0–2; 0–3

12–15

diametri 60 mm olduqda

0–5; 0–10

18; 22

yüngülləşdirici mexanizm və diametri 58 mm olduda

0–5

18

diametri 75 mm olduqda

0–5; 0–10

18; 22

diametri 100 mm olduqda

0–25; 0–50



İndikator içölçənləri (şəkil 2)

0,01

50-yə qədər, 50-dən 250-yə qədər, 250-dən 1000-ə qədər

15

20

25



Indikator bəndləri

0,01

50–100

200


300; 400

500–600


600–1000

10

12

15



20

25


Indikator dərinlikölçənləri

Indikator qalınlıqölçənləri



0,01

0,01


0–100

Indikator attestatına görə

Müxtəlif nöblü indikator divarölçənləri

0,01

0–2 və 0–10

Indikator attestatına görə

Konstruksiyaya sürüşən tomasanın (reykanın) əlavə edilməsi, indikator mexa­nizmində ölçü çubuğuna oxboyu zərbələrdən əmələ gələn yükü azaltmağa və çubuq boyunca olan zərbəli və təkanlı təsir zamanı indikatorların dayanıqlığını 8...10 dəfə artırmağa imkan vermişdir.

Cihazın göstərişlərinin stabilliyini artırmaq üçün dişli çarxların oxu altına daş yataqdan dayaqlar qoyulmuş, mexanizmi toz və rütubətdən mühafizə etmək üçün isə mexanizmin hermatikliyi yaxşılaşdırılmışdır.

İndikatorlar şkalaları müxtəlif vəziyyətdə yerləşdirilən və oynaqlı sağanaq­lar­la təchiz edilən növlərdə buraxılır ki, onların vasitəsi ilə əl çətin çatan yerlərdə ki, ölçüləri də ölçmək mümkün olsun.

Belə əl çətin çatan yerlərdə ki, deşiklərin diametlərini ölçmək üçün şəşil 2-də göstərildiyi kimi, xüsusi oynalı kənarları olan indikator başlığından istifadə edirlər.

Şəkil 2. Xüsusi təyinatlı indikator içölçəni



Şəkil 3. Universal indikator içölçəni

Şəkil 4. İndikator bəndi, indikator divarölçəni


2.Dəqiqliyi mikronla ifadə olunan ölçü vasitələri.

Maşınların və cihazların təkmilləşdirilməsi ilə əlaqədar olaraq, hissələrin ölçü və formasının dəqiqliyinə aid tələblər də artır. İstehsalatda dəqiq ölçmələr zamanı və hissələrin verilən formasından kənara çıxan meyillənmələrin təyin edilməsi zamanı, çox vaxt, dəqiqliyi mikron və mikronun həssələrinə çatan ölçü vasitələrinə ehtiyac hiss olunur. Alət sənayesi bölgüsünün qiyməti 2 mikron, 1 mikron və 1 mikrondan az olan bir neçə növ ölçü vasitələri, yəni linkli-dişli ölçü başlıqları, yaya ölçü başlıqları, lingli mikrometrlər və bəndlər, mikron dəqiqlikli ölçü başlıqları olan ölçənlər buraxılır. (şəkil 5).



Şəkil 5. Lingli dişli ölçü başlığı
Lingli-dişli ötürmə, ling sistemi əlavə edilmiş bildiyimiz adi dişli ötürmə əsaslanmışdır. Bu sistem, ölçü çubuğunun yalnız 1 mm qədər yerini dəyişdirməsi zamanı əqrəbin bir dəfə dövr etməsinə imkan verir. Ona görə də bölgünün, qiyməti, belə ling sisteminin hərəkəti zamanı nisbətən asanlıqla 0,001 mm-ə qədər çatdırılır. Bu prinsip, nəinki, cihazın bölgü qiymətini 0,001 mm-ə qədər azaltmaq məqsədi ilə, eləcədə bölgüsünün qiyməti 0,01 mm olan kiçik ölçülü indikatorların yaradılması üçün də işlədilir ki, (şəkil 6) bu da hissələrin çətin əl çatan yerlərindəki, meyllən­mə­lə­­rinin təyin edilməsi üçün əlverişlidir.

Şəkil 6. Kiçik ölçülü lingli-dişli indikator


Lingli-dişli ölçü başlıqlarının buraxilan növləri 2-ci cədvəldə verilmişdir.

Lingli-dişli ölçü başlıqlarıın xarakteristikaları Cədvəl 2



Adı və növü

Bölgünün qiyməti

Ölçmə həddləri

mm-lə


Göstəriş xətası

Ölçü başlıqları MKM

0,001

0,050

Bölgü qiyməti 5-dən 1-ə qədər

Lingli-dişli 1 ГРЗ

2 ГРЗ


MM-3

MM-4


Yan şkalası olan ИРТ

0,002

0,001


0,01

0,001


0,01

0,100

0,050


0,25

0,030


0,04




Şkalası yuxarıda yerləşdirilən ИРВ

0,02

0,01


0,08

0,04




Çoxdövrlü indikator -ИМ

0,001

0,1


Bölgüsünün qiyməti 0,001 mm olan ölçü cihazları, onların mühüm nöqsan­la­rının olmasına baxmayaraq, saat tipli indikatorlara nisbətən, ölçmələrin (ölçmənin müvafiq şərtlərini gözlədikdə) daha yüksək dəqiqliyini təmin edir. Buna görə də onlardan az istifadə olunur. Başlıqlar, konstruksiya cəhətdən mürəkkəb və texniki cəhətdən çox zəhmət tələbedəndir, ona görə də, onların dəyəri saat tipli indikator­lar­dan bir neçə dəfə yuxarıdır. Sexlərdə işləyərkən, onlar öz dəqiqliyini, bölgüsünün qiyməti 0,01 mm olan indikatorlara nisbətən tez itirir və onlarla işləmək də çətindir. Lingli-dişli ölçü başlıqlarının gələcəyi yoxdur, çünki, hazırda sənaye tərəfindən yeni növ yaylı ölçü başlıqlarının buraxılışını mənimsəmişdir.



Yaylı ölçü başlıqları. Bu növ ölçü başlıqları yay ötürməsinə əsaslanır (şəkil7).

Başlıqların həssas elementi tunc lentdən (1) ibarətdir ki, bu da spiral yay şəkilinə salınmışdır.



Şəkil 7. Yaylı ölçü başlığının sxemi

Həssas lentin bir ucu yay üçbucağı (3) vasitəsilə ölçü çubuğuna (2) bağlan­mışdır. Lentin o biri ucu başlıq gövdəsinin kronşteyninə bərkidilən tunc bucaqlığa (4) lehimlənmişdir. Qalınlığı 5...10 MK və eni 70...150 MK olan xüsusi tuncdan hazırlanan lent yaxşı elastik xassələrə malikdir. Əgər ölçü çubuğu (2) yuxarı və ya aşağı doğru dəyişdirərsə, onda sərt çubuq yay üçbucağının yerinmi dəyişdirir, spiral lenti (1) dartır və spiral burularaq, lentin ortasına bərkidilən əqrəbin (5) dönməsinə səbəb olur. Əqrəb (5), xarici diametri 0,06...0,07 və daxili diametri 0,01...0,02 mm olan boruşəkilli şüşə teldən hazırlanır. Əqrəbin yuxarı ucuna, metal falqadan zərif göstərici yapışdırılmış, aşağı hissəsinə isə, şellak daması şəklində əks yük (pərsənk) bərkidilmişdir. Əqrəbin sakitləşmə vaxtını azaltmaqdan ötrü, burulmuş yaylı lent (10içərisinə xüsusi maye doldurulmuş alümiinium borucuqdan ibarət olan dempferdən (6) keçirilir.

Yaylı ölçü başlıqlarının xarakteristikası Cədvəl 3



Adı

Bölgü qiyməti,

mm-lə


Ölçmə hədləri,

± mm-lə


Yol verilən xəta, mm-lə

ИГП tipli yaylı ölçü başlıqları (mikrokatorlar)

Kiçik ölçülü yaylı ölçü baçlığı (mikator)



0,0001

0,0002


0,0005

0,001


0,002

0,005
0,001



0,003

0,006


0,015

0,030


0,060

0,150


0,20

0,050


0,1

0,2


0,3

0,5


1

2,5


0,5


ИРП tipli lingli-yaylı Indikator (minikator)

0,002

0,002


0,040

0,08


0,5

1


П tipli yaylı-optik ölçü başlıqları (optikatorlar)

0,0001

0,0002


0,0005

0,001


0,002

0,005


0,012

0,025


0,050

0,030


0,060

0,150


Bölgü qiymətinin yarısı

Cədvəl 3-dən göründüyü kimi, yaylı başlıqlar mikronun hissələri və mikronla hesablayan ölçü vasitə­lə­rindən ibarət olub, konstruksiya cəhətdən nisbətən sadə və dəqiqdir. Başlıqların bu keyfiyyətləri, onların müxtəlif nəzarət tərtibatlarında, cihaz­larda, yarımaftomatlarda və aftomatlarda gələcəkdə daha geniş tətbiqini təmin edəcəkdir.

Yaylı öıçü başlıqları birləşdirilən diametrlərinin ölçülərinə görə iki növə bölünür: standart birləşdiricisinin ölçüsü 8 mm-ə bərabər olan kiçik ölçülü başlıqlara və birləşdiricisinin ölçüsü 28 mm olan normal başlıqları (şəkil 8).

Şəkil 8. Lingli-yaylı indikator


Kiçik ölçülü başlıqları müxtəlif tərtibatlarda adi indikatorları əvəz etmək üçün buraxırlar; onlar müsaidə sahəsinin dəyişdirilən göstəriciləri ilə və daxili arretizlə təchiz edilmişdir. Başlığın ölçüyə görə sazlanması şkalanın döndərilməsi ilə təmin edilir. Yaylı başlıqların xüsusi növü, çətin əl çatan yerlərdə məmulun düzgün həndəsi formasından kənara çıxan meyillənmələri təyin etmək üçün müəyyən edilən lingli-dişli yayılı indikatordur (şəkil 8). Bu indikator, iki tutqacla təchiz edilmişdir ki, binlardan birinin sıfra görə sazlanmaq üçün mikro ötürməsi vardır. Bölgüsünün qiyməti 0,001 mm olan indikatorun uzunluğu 32 mm, bölgüsünün qiyməti 0,002 mm olan indikatorun uzadılmış ucluğunun uzunluğu isə 71 mm-dir ki, bu da dəzgahdan hissələri çıxarmadan onları ölçməyə və eləcə də bu ucluğu dərində yerləşən deşiklərə, pillələrə salmağa imkan verir.

Yaylı başlıqlar yeyilməyə davamlıdır, göstərmə dəqiqliyini itirmədən onları vasitəsi ilə 1,5 milyondan artıq ölçmə aparmaq olar. Zərbələrdən mühafizə olunmaq üçün başlıqlar ölçü çubuğunun hərəkətini məhdudlaşdıran qurğu ilə təchiz edilmişdir və bir yerdən başqa yerə aparıldıqda həmin qurğu ölçü çubuğunu dayandırır. Başlıqların istismarı zamanı güclü silkələnmələrə, ölçü çubuğuna zərbələrin dəyməsinə, quru parça və ya pambıqla pəncərənin silinməsinə (şüşə elektrikləşə bilər və yüngül əqrəbi özünə tərəf çəkə bilər) yol verilməməlidir, mexanizm soyuducu emusiya yaxınlığında olduqda isə onu əlavə olaraq izolə etmək (başlıqdakı birləşmə yerinə mum sürtməklə) məsləhət görülür.



Lingli mikrometrlər və lingli bəndlər.

DÜİST 4381-61 standartına görə lingli mikrometrlərdən 0...1000 mm-ə qədər ölçmə hədləri, o cümlədən bölgü qiyməti 0,002 mm olanlar 50 mm ölçülər üçün (şəkil 9), bölgü qiyməti 0,01 mm olanlar 300...1000 mm-ə qədər ölçülər üçün nəzərdə tutulmuşdur.



Şəkil 9. Lingli mikrometr


Ölçmə hədləri 0...25 mm olan lingli mikrometrlər uzunluqların mütləq üsulla ölçülməsi üçün, ölçmə hədləri 25 mm – dən çox olanlar isə uc ölçüləri üçün müəyyən edilmişdir. Ölçmə hədləri 0...150 mm-ə qədər olan lingli bəndlər (şəkil 10) üçün texniki tələblər DÜİST 4731-53-də nəzərdə tutulmuşdur.

Daha çox işlənən ölçülər (0...150mm) üçün hazırlanan lingli mikrometrlərin və lingli bəndlərin texniki xarakteristikası ədəbiyyatlarda verilmişdir.

Dəqiq deşikləri ölçmək üçün cihazlar.

Dəqiq deşikləri ölçmək üçün, iş prinsipi lingli-dişli ötürmə əsasında qurulan içölçənlər buraxılır. Bölgüsünün qiyməti 0,001 mm olan içölçənlər, ölçüləri 3...18 mm-ə qədər olan deşikləri öolçmək üçün, bölgüsünün qiyməti 0,002 mm olan içölçənlər isə ölçüləri 18...50 mm-ə qədər olan deşikləri ölçmək üçündür; bu zaman ölçmə xətaları uyğun olaraq ± 0,002 və 0,005 mm-dən çox olmur. Ölçüləri 18...50 mm-ə qədər olan deşikləri ölçmək üçün olan içölçənlər vasitəsilə kənarlardan 140 mm məsafədə olan ölçüləri ölçmək olar. Cihaz sıfır vəziyyətində qoymaq üçün həm işarələnmiş halqalardan, həm də uc ölçüləri blokundan istifadə olunur. 5...195 mm hədlərində olan dəqiq deşiklərin ölçülərini xüsusi İZO-1 tərtibatı vasitəsilə UİM-21 universal mikriskopunda ölçmək olar; bu zaman xətası ± (1,5 + ) MK-dan çox olmur, burada L – ölçülən ölçüdür, mm-lə.



Mühazirə 9

Mövzu: Universal təyinatlı ölçü alətləri

Ədəbiyyat:
1. Асланов З.И. Юлчмя просесляри вя юлчц техникасы. Дярс вясаити. Бакы, Тящсил НПМ. 2003. -230 с.

2. Фарзане Н Г. и др. Технологические измерения и приборы. «Высшая школа» -М. 1989

3. Эюзялов С.М. вя б. Метролоэийанын вя квалиметрийанын ясаслары., Дярс vəsaiti. Gəncə, 2008., - 210 s.

4. Гафаров А.М. Гаршылыглы явязолунма, стандартлашдырма və texniki юлчмя. Дярслик. Бакы. Чашыоьлу, 2003s.

5. Гафаров А.М. Ölçmə prosesləri və onların avtomatlaşdırılması Çaşoğlu. Bakı. 2003, -204s.

6. Иванов А.И. Технические измерение. –М. Колос. 1970, -480 c.
Plan:

  1. Sadə ölçü vasitələri

  2. Köçürülən şkalasız ölçü vasitələri

  3. Hesabat quruluşu olmayan şkalalı alətlər


Sadə ölçü alətləri

Sadə ölçü alətləri iki qrupa bölünür: bunlardan birinə tam şkalasız köçürülə bilən ölçü vasitələri, digərinə isə hesablayıcısız quruluşlu. Bu alətlərin hamısı kobud ölçü alətləri sinfinə aiddir. Bunlardan tökmə və döyülmüş metal hissələrin və eləcə də dəqiq emal tələb etməyən hissələrin ölçülməsində istifadə edilir.

Şkalasız köçürülə bilən ölçü vasitələri. Bu alətdən ölçülməsi çətin olan mürəkkəb görünüşlü hissələrin ölçülməsində və yaxud əks halda istifadə olunur.

Şkalasız köçürülən ölçü vasitələri ölçü alətlərinə aiddir: pərgar (sirkul), kransirkul (hissələri daxildən və xaricdən ölçmək üçün) və reysmus.



Sirkul (şəkil 1). Sirkul vasitəsi ilə müstəvi səthlərdən və yaxud uzun hissələr boyunca ölçünü çıxartmaqdır.

Şəkil 1. Pərgarlar

a, c – oynaqlı başlıq; b – yaylı başlıq; 1 – qövs paz ilə;

2 – vint; 3 – nizamlayıcı qayka.

Sirkul (pərgar) ilə dəqiq ölçmə hansı ki, pərgarın ayağı ilə əmələ gəlir, bucağın ölçüsündən hansı ki, bu pərgarın ayağının köməyi ilə alınır, iynənin ucunun və sirkulun başındakı yaydan və oynaqdan asılıdır. Bucaq yaxşı olar ki, 400-dən çox olmasın.

Şəkil 2. Kronsirkul

a, b, v və q – xarici ölçmək üçün; d, e, ж və з – daxili ölçmə
Kronsirkul ilə hissələrin xarici (şəkil 2a,b) və daxilini (şəkil 2d və y) ölçmək olur. Bunun sirkuldan ölçmə fərqi ibarətdir: burada kronsikulun birinci ayağının azad ucu bir-biri ilə görüşmək üçün daxilə tərəf əyridir. İkincisi isə xaricə tərəf.

Kronsirkul vasitəsi ilə hissənin diametrini, uzununu, burtikin və divarın qalınlığını, qapalı yerləri və s. ölçmək olar.

Şəkil 2 v-də kronsirkulun köməyi ilə bağlı ölçünün xaricdən aparılması göstə­rilmişdir. Təbiidir ki, bu cür bağlı yerdən ölçmə o vaxt ola bilər ki, aləti hissədən çıxartmaq mümkün olsun (aləti hissə boyu hərəkərt etdirməklə) oynaqlı başlıqlı kron­­sirkula nisbətən yay başlıqlı kronsirkuldan geniş istifadə olunur.

Məsələn, hissənin diametrinin yonulmuş hissəsini (şəkil 2y) yay başlıqlı kron­sirkul vasitəsi ilə ölçmək olmaz.

Şarnir başlıqlı kronsirkulla hissəni ölçmək çox asandır, bunun üçün kron­sir­ku­lun bir ayağını bərk hissəsinin üzərinə bərkidərək (staninanın, salın yaxud məmulatın) o biri ayağını açaraq istənilən ölçünü ölçmək olar. Bu əməliyyat müəy­yən qədər vərdiş tələb edir. Kronsirkul xarici başlıqla pərgarın ayağını möhkəm asan və dəqiq qurmaq lazımdır. Bu cür kronsirkullar güclü yayın təsirindən həmişə çalışır ki, dağılsın.

Lazım olan ölçü nizamlayıcı qaykanın köməyi ilə aparılır, hansı ki, sərbəst olaraq ayağın dağılmasına əngəl törədir. Ölçmə zamanı kronsirkulun ayağının birini yox­lanılan məmulatın üstünə sıxmaq, o biri ayağı isə yırğalayaraq əks divara toxu­nana qədər hərəkət etdirməklə yaxınlaşdırmaq lazımdır.

Kronsirkuldan hissələrin emalı zamanı onun ölçüsünə nəzarət etməkdə də istifadə olununr. Bu hal üçün kronsirkul xətkeş ölçüsü üztə qurulmalı, sonra isə onun hazırlanan məmulatın ölçüsünə yaxınlaşdırmaq lazımdır.

Ölçünü xətkeş üzrə köçürən zaman kronsirkulun ayaqlarından birini yaxud xətkeşin kəsilmiş qırağına diqqətlə birləşdirmək (şəkil 2q) yaxud hər hansı bir divara söykəmək, hansı ki, bu xəxtkeşin başında göstərilir (şəkil 2j).

Daxili ölçünü ölçmək üçün xarici ölçən kronsirkuldan istifadə etməklə ölçmək olar. (şəkil 2z). İstismar zamanı kronsirkul möhkəm deformasiyaya uğrayır. Ölçmə zamanı səhvliyi azaltmaq üçün o hissənin ölçüsünün xətkeş üzərinə köçürmək lazımdır yaxud əksinə kronsirkulun bu və digər vəziyyətində. Məmulatın ölçüsünü şaquli vəziyyətdə kronsirkulla ölçdükdə onun ölçüsü üfüqi vəziyyətdə olan ölçüdən fərqlənir. Kronsirkul ilə ölçmənin dəqiqliyi o dərəcədə çox deyil (± 0,2... ± 0,5 mm) hüdudundadır bu əsasən işçinin təcrübəsindən asılıdır. Bunu bir qədər də artırmaq olar. Əgər kronsirkul ölçüyə ştangensirkul üzrə qurulmuş olarsa.

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə