Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti




Yüklə 0.76 Mb.
səhifə4/10
tarix27.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Mövzu: Xətti və bucaq ölçülərinə nəzarət üçün kalibirlər
Ədəbiyyat:
1. Асланов З.И. Юлчмя просесляри вя юлчц техникасы. Дярс вясаити. Бакы, Тящсил НПМ. 2003. -230 с.

2. Фарзане Н Г. и др. Технологические измерения и приборы. «Высшая школа» -М. 1989

3. Эюзялов С.М. вя б. Метролоэийанын вя квалиметрийанын ясаслары., Дярс vəsaiti. Gəncə, 2008., - 210 s.

4. Гафаров А.М. Гаршылыглы явязолунма, стандартлашдырма və texniki юлчмя. Дярслик. Бакы. Чашыоьлу, 2003s.

5. Гафаров А.М. Ölçmə prosesləri və onların avtomatlaşdırılması Çaşoğlu. Bakı. 2003, -204s.

6. Иванов А.И. Технические измерение. –М. Колос. 1970, -480 c.

Plan:

  1. Deşiklərə nəzarət üçün kalibirlər.

  2. Normal kalibirlər.

  3. Hüdud kalibirləri.

  4. Sığallı silindirik məmulatlara nəzarət üçün kalibirlər.

Kalibirlər şkalasız alət olduğundan onunla yalnız ölçülərə nəzarət etmək üçün istifadə olunur. Hissələrin yararlı olmasını təyin etmək üçün kalibirlər iki yerə bölünür normal və hüdud.

Məmulların kütləvi buraxılışı zamanı fəhlələr və nəzarətçilər eyni nömrəli və eyni adlı çoxlu hissələrin ölçülərinin düzgün yerinə yetirilməsini hər gün yoxlamağa məcbur olurlar; bu zaman universal ölçü alətləri əvəzinə deşikləri yoxlamaq üçün tıxaclardan valları yoxlamaq üçün isə bəndlər kimi həddi kalibirlərdən istifadə olunur. Ölçüləri təyin etmək üçün kalibirlərin şkalası yoxdur, bu kalibirlər vasitəsi ilə yalnız hissələrin həqiqi ölçüsünün yolverilən hədlərdə yerinə yetirilib yetirilmədiyi müəyyən edilir. Bunun üçün kalibirlər, yoxlanılan hissənin həddi ölçülərinə görə hazırlanır, yəni kalibrin bir tərəfinin ölçüsü hissənin ən böyük ölçüsünə, o biri tərəfinin ölçüsü isə hissənin ən kiçik ölçüsünə uyğun gəlir; ona görə də kalibrin bir tərəfi, keçən o biri tərəfi isə, keçməyən adlanır. Məmulların yoxlanma prosesi, hissə­lərin iki həddi kalibr vasitəsi ilə üç qrupa görə çeşidlənir: yol verilən (пр-keçir və ya HЕ-keçmir) hədlərdə olan yararlı hissələr; balın ölçüsü (Пр-keçir) yolverilən həddi ölçüdən böyük, deşiyin ölçüsü isə yolverilən həddi ölçüdən kiçik olduqda düzəldi­lə­bilən çıxdaş hissələr: valın ölçüsü kiçik və deşiyin ölçüsü böyük olduqda (HE keçmir) düzəldiləbilməyən çıxdaş hissələr.

Hissələri yoxlamaq üçün fəhlələrin və nəzarətçilərin istifadə etdikləri kalibrlər, işlək kalibrlər adlanır.



Normal kalibrlər. İstehsalatda kütləvi şəkildə olan hissələri və yaxud birləşmə­ləri bir-birinə yığmaq üçün uyğunlaşdırma üsulundan (padqonka) istifadə olunur. Bəzən bu uyğunlaşdırma təcrübəli çilingərlər tərəfindən aparılır. Hissələrin bu cür uyğunlaşdırılması hissələrin qarşılıqlı əvəzolunmasına imkan vermir.

XVIII əsrin axırlarında birinci dəfə olaraq hissələrin, yerinə uydurulması ilə yox, kalibrlər vasitəsi ilə olmalıdır. Bu üsulla bir-birinə uydurulan birləşmələrə sonradan uyğunlaşdırılmaya ehtiyac olmur. Bu üsulla hissələrin bir-birinə uyğunlaşdırılması qarşılıqlı əvəzolunma üsulunu ödəyir.

Kalibr məmulatın həqiqi ölçülərinin sürətini və formasını çıxarır və beləliklə normal ölçü alınır..

Normal kalibrlərin köməyi ilə birləşən hissələrin bir-birinə uyğunlaşması məmulatın yararlı olmasını təyin edir.

Uyğunlaşdırma dərəcəsi işi yerinə yetirən işçi tərəfindən əl ilə hiss etməklə yoxlanılır.

Bu hisələrin qarşılıqlı əvəzolunmasında, hisələrin normal kalibrlə uyğunlaş­dırıl­ma­sına nisbətən primitiv üsul hesab olunur.



Hüdud kalibrləri. Hüdud kalibrləri məmulatın forma və ölçüsünü çıxartmır, o yalnız məmulatın həqiqi ölçüsünə nəzarət edir. Ona görə məmulatın bir ölçüsünə nəzarət etmək üçün iki kalibrdən istifadə edilir.

Deşiklərə (şəkil 1a) və vallara (şəkil 1b) nəzarət etmək üçün kalibrin sxemi şəkil 1-də verilir.



Şəkil 1. Deşiyə nəzarət etmək üçün kalibrlər

a-deşik üçün, b-val üçün
Deşiyin həqiqi ölçüsünə nəzarət etmək üçün iki kalibrdən istifadə edilir, kalibrlərdən biri ölçüsündə o biri isə DA(max) (şəkil 1a) ölçüsündə hazırlanır. Vala nəzarət etmək üçün deşikdə olduğu kimi iki kalibr hazırlanır, kalibrlərdən biri Db(min), ikincisi isə Db(max) ölçüdə hazırlanır (şəkil 1b). Əgər bir partiya deşiklərin həqiqi ölçüləri buraxıla bilən hüdudda olarsa onda kalibr-tıxac DA(min) ölçüsündə hazırlanır ki, bu da deşiklərin hər hansından rahat keçə bilir və yaxud əksinə DA(max) ölçüsündə hazırlanmış tıxac (probka) deşiyin heç birindın keçmir.

DA(min) ölçüdə olan tıxac işçi keçən kalibr adlanır, o qısa olaraq (P–Пр formada qısaldılmış şəkildə yazılır), DA(max) ölçüdə olan tıxac keçməyən işçi kalibr adlanır və qısaldılmış şəkildə (P–HE) yazılır.

Valları yoxlamaq üçün hüdud kalibr-bəndlərindən (skoba) istifadə olunur.

Db(max) ölçüdə olan skobalar keçən kalibr Db(min) ölçüdə olan skoba keçməyən kalibr adlanır. Əgər keçməyən tıxac nəzarət olunan deşikdən keçərsə və yaxud keçməyən skoba (bənd) vala girərsə, onda bu hər iki halda biz düzəlməyən hissə almış oluruq. Əksinə əgər keçən kalibr deşikdən keçmirsə və ya vala keçmirsə onda biz düzələ bilən çıxdaş hissə almış oluruq.

Yığılan hissələrin etibarlılığını və qarşılıqlı əvəzolunmasını təmin etmək üçün kalibrlərin layihəsini vermək üçün keçən kalibr birləşən hissəyə uyğun olsun, keçməyən kalibrlərdə hər hansı ölçüdə olan hissəni ayrıca yoxlamaq olar.

Sığallı silindrik deşikli hissələri yoxlamaq üçün keçən kalibr tıxac işini yerinə yetirməlidir.

Bu işçi kalibrlərdən başqa aşağıdakı kalibrlər də mövcuddur:

–çıxdaş edicisinin kalibri (nəzarətçinin OTK);

–məmulatı qəbul edənin kalibri;

–nəzarət kalibrləri, yəni yoxlayan kalibrin özünü yoxlamaq üçün kalibr.

Çıxdaş edici və qəbuledicinin kalibrləri xüsusi olaraq hazırlanmır, o yeyilmiş işçi kalibirdən seçilir. İşçiyə təzə (yeyilməmiş) və müəyyən qədər dəqiq kalibirlər verilir, qismən yeyilmiş (buraxıla bilən yeyilmənin 2/3 qədər) olan kalibrlərdən.

Yeyilməyə hüdud buraxılışı qurtarmış kalibrləri isə qəbul ediciyə verilir.

Kalibrlərin vasitəsilə standart markirovka vuvurlar.

Markirovka hissənin nominal ölçüsündən və oturtmadan ibarətdir.

Sığallı kalibrlərdə aşağıdakı şərti işarələr olur:

Р– ПР – işçi keçən kalibr (рабочий проходной калибр)

Р– НЕ – işçi keçməyən;

П–ПР – qəbuledici keçən kalibr;

П–НЕ – qəbuledici keçməyən kalibr;

К– РП– işçi kalibrin keçən tərəfinə nəzarət etmək üçün əks kalibr. Bu kalibr keçməlidir.



Sığallı silindrik məmulatlara nəzarət edən kalibrlər.

Deşiklərə nəzarət etmək üçün kalibrlər əvəzinə tıxacdan istifadə edirlər.

Konstruktiv qurluşuna görə tıxaclar müxtəlif olur. Tıxaclar tam və natamam profildə bir tərəfli və ikitərəfli; məqsədli və bütöv olur.

Adətən tıxac ikitərəfli işi yerinə yetirir. Tıxac bəzən ayrıca kalibr şəklində hazırlanır. Burada əsas məqsəd böyük diametrli hissələri ölçərkən azaltmaqdır. Bu məqsəd üçün yarım profilli tıxaclardan istifadə olunur.

Tam tıxaclarla diametri 100 mm-dən çox olmayan hissələri yoxlayırlar. Yoxlanılan məmulatın diametri böyüdükdə, onda yarım profilli tıxac istifadə edilir.

Diametri 250 mm-dən çox olan məmulatların yoxlanmasında ştixmaslardan və yaxud sferik nutromerlərdən istifadə olunur. Əksər hallarda keçməyən tıxac keçən tıxacın işçi uzunluğundan az fərqlənir.

Tıxac əlavəsi ilə ruçka şəklinə olub ucuna kalibr qələmi bərkidillir (şəkil 2a)

Şəkil 2. Tıxac kalibrləri

a-kalibr; b-vstavka-kalibr.
Sağ vstavka keçməyən kalibrdir, bir qədər uzun olan kalibr isə keçən kalibr adlanır. Şəkil 2в-də ucluq ilə birlikdə vstavka ayrıca göstərilmişdir. Vstavkanın ruçkada durması sürtünmənin hesabına olur. Kalibrlər vstavka ilə birlikdə iki tərəfli olur (şəkil 2a,) və iki ədəd ayrıca kalibr hesab olunur (şəkil 2a və 2в).

Kalibrin dəstəyinin üstündə nominal, yaxud nominaldan olan meyillik göstərilir.

Bu növ kalibrlər geniş yayılmışdır. Bu kalibrlərdən diametri 1...50 mm qədər olan hissələrə nəzarət etməkdə istifadə edirlər. Nadir hallarda bu kalibr ayrıca (vstavka dan)hazırlanır. Diametri böyük olmayan (1...3 mm) hissələrə nəzarət etmək üçün vstavkalar silindirik məftil şəklində olur və ruçkaya bərkidilir (şəkil 3a)


Şəkil 3. Konuslu tıxac

a-ikitərəfli silindrik vstavka ilə D‹3 mm; б-ikitərəfli son vstavkalı D›3 mm; в-birtərəfli keçən;

г-birtərəfli keçməyən; d-birtərəfli keçən və keçməyən.
Silindirik ucluqlar yeyildikdə onu çevirməklə yenidən istifadə edirlər. Bəzən iki hüdudlu bir tərəfli ucluqlara da rast gəlmək olur (şəkil 3d). Birinci ucluq (uzun ucluq) keçən kalibr oxun dalınca gələn gödək kalibr isə keçməyən kalibr adlanır.

Taxmalı tıxac öz-özlüyündə silindrik oymaqdan ibarətdir. Dəstəyin silindrik ucuna yiv vasitəsi ilə bərkidilir (şəkil 4 a). Taxmanın çönməməsi üçün dəstəyın ucuna stift preslənir. Bu cür tıxaclar iki tərəfli (şəkil 4 a) və bir tərəfli olur (şəkil 4 в və 4 v).



Şəkil 4. Oturtma ilə tıxac

a-ikitərəfli; b-birtərəfli keçən; v-birtərəfli keçməyən
Bu növ tıxaclar möhkəm olmaqla uzun ömürlü olur. Onları əks tərəf düzəlt­mək­lə istyifadə onların istismar müddətini artırır .

İkitərəfli tıxaclar 30...100 mm diametrində, bir tərəfli tıxaclar isə 1...100 mm diametrində hazırlanır.

Bəzi müəssisələrdə diametri 16 mm-dən başlayan iki tərəfli tıxaclar buraxılır.

Tam olmayan tıxaclar. Tam profilli tıxaclar birləşən deşiyi kopirovka edir və imkan daxilində nəinki onun diametrini yoxlayır, eyni zamanda onun formasında yoxlayır.

Diametri 50 mm-dən çox olan deşiklərin yoxlanmasında tam tıxaclardan istifadə məqbul edilməzdir. Ona görə ki, onun kütləsi çpxdur. Tam olmayan tıxac­la­rın ölçmə səthi yalnız silindirik səthidir (şəkil 5).



Şəkil 5. Bütöv olmayan tıxac

Bu cəhətdən tıxacdan istifadə asanlaşır, lakin buna baxmayaraq onun başqa çatışmayan cəhəti vardır. Bu ibarətdir keçən tərəfi yoxlayarkən oxşarlıq qanunu pozulur.

Kalibrin ölçən hissəsi vintin köməyi ilə dəstəyin üstündə olan yarığa bərkidilir. Alətin bu hissəsi ikitavrolu prifilli olduğundan onun çəkisi azalır.

Bütöv olmayan tıxaclara aiddir iki tərəfli tıxac üstlük ilə (şəkil 6).

Şəkil 6. Nakladka ilə tamolmayan tıxac

Bu tıxacın köməyi ilə diametri 150...360 mm qədər olan deşikləri yoxlamaq olur.

Vərəq tıxaclar (şəkil 7) vərəq tıxac qalınlığı 6...12 mm-ə qədər olan vərəq poladdan hazırlanır. Bu kalibrlərin digər kalibrlərdən olan fərqi kütləsinin az olmasıdır. Bundan başqa bu növ kalibrlərin sadəliyi və ucuz olması onu digərlərindən fərqləndirir.

Şəkil 7. Vərəq şəkilli tıxac

a-ikitərəfli; b-birtərəfli

Bu növ kalibrlərin catışmayan cəhəti oxşar keçən kalibrlərə xələl gətirməsi və nazik divarlı oymaqları nəzarətin yaxşı olmaması.

İki tərəfli vərəq poladdan hazırlanmış tıxacla ölçüsü 18...100 mm-ə qədər olan hissələrə nəzarət etmək olur.

Ştixmaslar və nutramerlər bu alətlərdən böyük diametrli deşiklərin ölçül­mə­sində istifadə edilir (şəkil 8) ştixmasın nutromerdən fərqləndirən cəhəti onun ölçülən səthin ölçmə radiusunun əhatəsidir.

Şəkil 8. Ştixmas və nutromer

Nutromerdə ölçmə radiusu R= , ştixmasda isə R‹ .

Buna görə də nutromerlə deşiyi yoxlayan zaman xətti kontakt olmalıdır (şəkil 21a), ştixmasla yoxladıqda isə nöqtəli kontakt olmalıdır (şəkil 8в). Deşiyi keçən ştixmas və nutramerlə yoxladıqda onda oxşarlıq (bənzəmə) qanununa xələl gəlir. Bu növ kalibirlərə diametri 250 mm az olan deşiklərin yoxlamnası təklif olunur. Oxşarlıq qanununa cavab verən keçməyən ştixmas və nutromerlə yalnız 75 mm-dən az olmayan deşikləri ölçmək olar. Bu və ya digər kalibrlərlə maksimum ölçü 1000 mm təşkil edir.



Nizamlanan hüdud tıxacları (şəkil 9). Bu tixaclara müxtəlif ölçüdə olan deşiklər ölçülə bilər. Lazım olan ölçüyə görə kalibrin ölçüsünü onun ölçü səthləri yeyildikdən sonra nizamlamaq olar. Təmir müəssisələrində nizamlanan tıxaclardan geniş istifadə olunur. Bunun köməyi ilə hətta ölçülərini də nizamlamaq olar.

Nizamlanan kalibrlər diametri 37...100 mm-ə qədər şəklində buraxılır.



Şəkil 9. Nizamlanan hüdud tıxacı

1-vstavka; 2-çəkici vint; 3-son kəsikli oymaq
Lazım olan ölçüyə tıxacın nizamlanması aşağıdakı qayda ilə olur. Əvvəlcə kalibrin keçən tərəfini verilmiş ölçüyə qurmaq (bu ola bilər DA(min)1 Р–ПР bərabər olamalıdır). Bunun üçün aşağıdakı əməliyyatlar yerinə yetirilməlidir:


  • verilmiş ölçüyə blokun plitəsini qurmaq;

  • tıxacı stolun üstünə qoymaq, bu şərtlə onun dartıcı vintinin başı yuxarı dursun; otvyorkanın köməyi ilə dartıcı vintlərdən birini boçaltmaq o qədər ki, sıxmadan sonra onun üzərinə dartılmış oymaq 3 ucluq ilə birlikdə aşağı düşsün. Bunun nəticəsində taxma 1 azad olur. Aşağı düşən oymaq 3 asanlıqla yarığı tutur.

  • Keçən kalibri strubcinaya (tərtibata) qoyub sağ və sol qoymaları dartıb çıxartmaq, bunların çıxması bir böyüklükdə olmalıdır ki, onlar strubsinanın böyrünə toxunsun (şəkil 10).



Şəkil 10.Verilmiş ölçüyə nizamlanan nizamlayıcı qurğu

Bundan sonra kalibri strubsinadan çıxarmamaq şərti ilə vintlərdən birini 2 çəkmək.


  • azad qoyma 1 toxunana qədər hərəkət etdirmək və vinti yüngülvari çəkmək. Bundan sonra kalibrin keçməyən tərəfini lazım olan ölçüyə qurmaq (bu ola bilər DA (max)) ölçüdə, yəni Р–НЕ bərabər olmalıdır. Bunun üçün yuxarıda göstərilən bütün əməliyyatları yerinə yetirmək lazımdır.


Mühazirə 7
Mövzu: Vala nəzarət etmək üçün kalibrlər
Ədəbiyyat:
1. Асланов З.И. Юлчмя просесляри вя юлчц техникасы. Дярс вясаити. Бакы, Тящсил НПМ. 2003. -230 с.

2. Фарзане Н Г. и др. Технологические измерения и приборы. «Высшая школа» -М. 1989

3. Эюзялов С.М. вя б. Метролоэийанын вя квалиметрийанын ясаслары., Дярс vəsaiti. Gəncə, 2008., - 210 s.

4. Гафаров А.М. Гаршылыглы явязолунма, стандартлашдырма və texniki юлчмя. Дярслик. Бакы. Чашыоьлу, 2003s.

5. Гафаров А.М. Ölçmə prosesləri və onların avtomatlaşdırılması Çaşoğlu. Bakı. 2003, -204s.

6. Иванов А.И. Технические измерение. –М. Колос. 1970, -480 c.

Plan:

  1. Vala nəzarət üçün kalibrlər.

  2. Vərəq kalibrlər.

  3. Ştamplanmış skobalar.

  4. Tökmə skobalar.

Vala nəzarət üçün kalibrlər.

Vala nəzarət etmək üçün kalibr olaraq skobalardan və üzüklərdən isdtifadə edilir. Üzüklərdən demək olar ki, nadir hallarda istifadə edilir. Belə ki, skoba olmadıqda bunaoxşar olan üzüklərdən istifadə edilir.

Məsələn üzüklə dirsəkli valın şatun boyunlarını prizmatik hissələrin ölçülərini, hissənin diametrini və s. yoxlamaq olmaz.

Təcrübədə vallara nəzarət üçün yalnızskobalardan istifadə edilir. Xüsusilə bir tərəfli skobalardan istifadə geniş yayılmışdır. Bu növ skobalardan istifadə etməklə hissələrlə nəzarət etmək asan və təlabata uyğun olmnaqla ölçməyə az vaxt sərf olunur.

Skobaların hazırlanması ola bilər vərəqdən, ştampovkadan, tökmə və nizamlanan ola bilər.

Vərəq şəkilli skobalar maşınqayırma zavodlarının alət sexində hazırlanır. Ştampovka, tökmə və nizamlanan kalibrlər ixtisaslaşdırılmış zavodlarda hazırlanır.

Vərəq şəkilli skobalar qalınlığı 3...10 mm-ə qədər olan sementləşmiş polad vərəqlərdən hazırlanır. Bu növ skobalarla az məsul hissələrin yoxlanmasında və yaxud hissəni emal edərkən ona nəzarət etməkdə istifadə olunur.

Iki tərəfli skoba (şəkil 1a) diametri 1...50 mm-ə qədər olan hissələrlə nəzarət etməkdə, bir tərəfli düzbucaqlı skobalar isə (şəkil 1 b) diametri 1...70 mm-ə və bir tərəfli dairəvi (şəkil 1v) diametri 1...180 mm-ə qədər olan hissələrin yoxlan­ma­sında istifadə olunur.


Şəkiı 1. Vərəq skoba

a-ikitərəfli; б-düzbucaqlı kənar; в-birtərəfli dairəvi;

г-birtərəfli yeyilmə; 7, 8 və 9 sinif dərəcəsi
Keçməyən ölçülü bir tərəfli skobanın dodağının birində olan çıxıntının hesabına əmələ gəlir. Bu çıxıntı keçən hissəni bölüşdürücü yarıqdan ayrır. 5-ci dəqiqlik sinifində olan vala nəzarət edən skobanın keçməyən tərəfi hər iki dodaqda simmetrik çıxıntı əmələ gətirir (şəkil 1 q).

Vərəq skobaların üstün cəhəti ondan ibarətdir ki, bu alətlə enisiz boyunlara nəzarət etmək olar.

Ştamplanmış skobalar (şəkil 2) yüksək sərtlioyə malik olmaqla onun istis­ma­rının asan və rahat olmasıdır. Bu cür skobalar az yeyilir, belə ki, onun enli dodaqları var, dodaqların eni 12...15 mm-ə qədər olur. İki tərəfli ştampovka olunmuş skobalar skobalar (şəkil 2a) diametri 3...100 mm-ə qədər olan hissələr, bir tərəfli skobalar isə (şəkil 2b) diametri 3...50 mm-ə qədər olan hissələrə nəzarət etmək üçün hazırlabır.

Müəyyən edilmişdir ki, ölçüsü 90 mm-dən çox olan bir tərəfli skobaları 5 dəqiqə müddətində əl ilə qızdırmaqla onun ölçüsünü 0,004 mm artırmaq olur. Buna görə də diametri 5...170 mm-ə qədər olan hissələrə nəzarət etmək üçün onun dəstəyi istidən mühafizə olunan hazırlanır, yəni ağac və ya plastmasdan (şəkil 2v).


Şəkil 2. Ştampovkalı skoba

a-ikitərəfli; b-birtərəfli; v-dəstəkli birtərəfli; q-vstavka ilə tökmə.
Tökmə skobalar (şəkil 2q) tökmə skobanın ştampovkalı skobadan fərqi, taxılmış polad dodaqları ilə fərqlənməsidir, hansıki polad dodaqlar gövdəyə vintin köməyi ilə bərkidilir. Skobanın dodaqları yeyildikdə onu yoxlanmış ölçü səthləri müstəvi paralelliyə yoxlanmış dodaqlarla əvəz olunur. Tökmə skobalar 100...325 mm ölçüsündə bir tərəfli hazırlanır.

Nizamlanan skobalar (şəkil3). 330 mm ölçüyə qədər olan hissələrin ölçül­məsində sənayedə nizamlanan skobalar geniş yayılmışdır. Skobanını gövdəsi sərt ikitavrolu enkəsikli gövdədən, skoba isə kəsin deşiyin hesabına ölçüsü 105 mm-dən çox olan hissələrə nəzarət etmək olar.

Toxma 4 köməyi ilə lazım olan ölçüləri nizamlamaq olar. Toxma bərkimə üsuluna və konstruktiv aformut olunmasına görə dörd növə bölünür. Birinci növ skoba (şəkil 3a), birinci dodaq öz-özlüyündə ibarətdir sığallı taxmadan (5) hansıki bu

vintin köməyi ilə gövdəyə bərkidilir. Nizamlanma sol silindirik taxmanın köməyi ilə yerinə yetirilir, hansıki skobanın gövdəsində deşik açılmışdır. İkinci növ (tip) skobada (şəkil 3b)hərəkət etməyən taxmanını əvvəlində iki yuvaya silindirik taxma preslənmişdir (6). Bi skoba da sol taxmanın hesabına nizamlanır. Üçüncü və dördüncü növ (tip) skobalar (şəkil 3 v və q) sol və sağ taxmaların köməyi ilə nizamlanır. Sağ taxma ilə səth ölçən skobalar ilə qurulur ki, onlar səthdə otursunlar. Hüdud ölçmələri sol taxmaların köməyi ilə ölçülür.

Şəkil 3. Nizamlanan skobanın növləri

a-hərəkət etməyən yastı dodaq; в—preslənmiş (sağ tərəfdən) slindrik vstavka; v-slindrik vstavka; v-s-ikitərəfli nizamlanma; l-c-sferik başlıqlı vstavka; 1-nizamlayıcı vint; 2-dartıcı vint; 3-çəkici oymaq; 4-vstavka; 5-yastı vstavka; 6-silindrik vstavka.


Hər hansı skoba o vaxt normal işləyir ki, taxmanın sol və sağ tərəfləri müstəviləri öz aralarında paralel olsunlar. Ölçü səthlərinin paralelliyinin təmin olunmasının çətinliyinin səbəbi skobada sferik taxmanın baş verməsidir (şəkil 3 q). Bu skoba ilə ölçmə zamanı deformasiyanın qiymətinin böyük olmasıdır. Bundan başqa təmasda olduğu müddətdə sferik taxma məmulatla birlikdə skobanın keçid hissəsini yoxlayan zaman, ölçmə dəqiqliyinə ola bilsin ki, qeyri hamarlıq təsir etsin.

Məmulatın düzgün olmayan ölçüsünün qəbulunda tez-tez bundan istifadə olunur. Buradan aydın olur ki, sferik taxma ilə tətbiq olunan taxma skoba nisbətən az məqsəd yönlüdür.



Şəkil 4. Vstafkanı verən uzel

1-düzəldici vint; 2-çəkici vint; 3-dartıcı oymaq; 4-vstavka.

Ölçünün azalmasına doğru (sağda tərəf) taxma 4 yerini dəyişmək, nizam­layıcı vintin 1 (şəkil 3 və 4) köməyi ilə yerinə yetirilir. Taxmanın yerini əks dəyişdirmək üçün taxmanı başlıq və yaxud sferik səthə doğru sıxmaq lazımdır.Taxmanın yerdəyişməsini asanlaşdırmaq üçün vint 2-ni boşaltmaq lazımdır. Taxmanı lazım olan ölçüyə qurmaq üçün taxma xüsusi oymaq 3-ü 2-si vinti çəkmək yolu ilə fiksasiya etmək lazımdır. Oymaq 3 əyilmiş liska ilə şəkil 5 likanın üzərində taxma 4 paz kimi hərəkət edir və vintin artan ox qüvvəsi ilə sıxır.



Şəkil 5. Skobanın özünün və işçi ölçüsü.


Taxmanını nizamlanma hüdudu 3 və 8 mm hüdudunda olur.

Skobalar keçən və keçməyən ölçülərinə görə qurulduqdan sonra yuvanın azad hissəsi b-yə surquç və yaxud mastik tökülür, markirovka olunmuş şayba (şəkil 3a) üzərinə nominal oturmanın dəqiqlik sinfi və qurulan ölçü yazılır.

Nizamlanan skobanın aşağıdakı üstün səhətləri var:


  • taxma yeyildikdə düzəldilən ölçüləri nizamlama yolu ilə bərpa etmək olar

  • bir skoba ilə müxtəlif diametrdə olan valları ölçmək olar,bu şərtlə ki, taxma nizamlanan hüdudda olsun.

Əyilmiş və deformasiya olmuş skoba nəzarət zamanı müəyyən miqdarda səhvliyə yol verir, ona görə skoba həqiqi və işçi ölçülərinə görə iki yerə bölünür.

Həqiqi ölçü dedikdə skobanın sərbəst haldakı nəzərdə tutulur. Skobanın işçi ölçüsü öloçülən hissənin (val, yaxud hissə və s.) ölçüsü nəzərdə tutulur. Hansı ki, bu halda skoba göstərilən yük altında, yaxud özünün həqiqi çəkisiskobanın işçi ölçüsü onun məmulat üzərindəki hərəkətindən asılıdır.

Elastik deformasiyanın təsirindən skobanın səhvliyinin azalması üçün skoba hansı vəziyyətdə qurulmuşdursa, həmin vəziyyətdə onu məmulatın üzərində hərə­kət etdirmək lazımdır. İşçik ölçü həmişə həqiqi ölçüdən δL qədər çox olur (şəkil 5).

Məsələn, 300 mm-ə nizamlanmış skoba δL fərqi 46 mkm, sərt hal üçün bu ölçü– 31 mkm-ə bərabər olur. Tədqiqatlarla müəyyən edilmişdir ki, nizamlanan skobadan ölçüsü 180 mm-dən çox olmayan hissələrin ölçülməsində istifadə oluna bilər.

1-ci dəqiqlik sinfi ilə hazırlanmış hər hansı məmulat, eləcə də qalan dəqiqlik sinfi ilə hazırlanmış 180 mm-dən çox olan məmulatlara nəzarət indikatorun köməyi ilə, yaxud lingli skoba və yaxud elektrokalibirlə nəzarət oluna bilər.

Kalibiri istismar edərkən yadda saxlamaq lazımdır ki, keçən kalibirlər nəzarət olunan hissənin (val və yaxud deşiyin) güc tətbiq etmədən üzərində öz həqiqi çəkisiilə olmalıdır.

Keçməyən kalibir də özünün həqiqi çəkisi ilə valın və yaxud deşiyin üzərində olmalıdır.

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə