AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə7/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Qaynqlar

  1. Azərbaycan folkloru antologiyası, 10-cu kitab, İrəvan çuxuru folkloru, Bakı, Səda, 2004.

  2. Ələkbərli Əziz. Abbasqulu bəy Şadlinski, Bakı, Sabah, 1996.

  3. Ələkbərli Əziz. Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı, Bakı, Ağrıdağ, 2002.

  4. Качазнуни Ов. Дашнакцутюн больше нечего делать, Баку, Элм, 1990.

  5. Kazımoğlu Muxtar. Folklor həm keçmiş, həm də bu gündür, Bakı, Elm və təhsil, 2014.

  6. Kərimzadə Fərman. Vedinin yanı dağlar, Seçilmiş əsərləri, 4-cü cild, Bakı, Ağrıdağ, 2005.

  7. Məmmədov İsrafil. Vedibasar qətliamları, Bakı, Elm və təhsil, 2013.

  8. Пропп В.Я. Фольклор и действительность (избрание статьи), Москва, Наука, 1974.

  9. Şamil Əli. Dastanlaşmış ömürlər, Bakı, Səda, 2001.


ABBASGULU BEY SHADLINSKI AND HIS ASSOCIATES

IN PEOPLE’S MEMORY

Summary

Abbasgulu bey Shadlinski is a legendary hero of Azerbaijan. His struggle for freedom against the Armenian invaders during 1918-1921 years live in people’s memory at present. People wrote poems to their hero, created various legends about him. In the article attention has been paid to these issues and the reasons of Abbasgulu bey Shadlinski being loved by people are explained.



Key words: Abbasgulu bey, Vedibasar, Ashug Jalil, Ashug Khudayar, B.N.Putilov, V.V.Propp
АББАСКУЛУ БЕК ШАДЛИНСКИЙ И ЕГО СОРАТНИКИ

В НАРОДНОЙ ПАМЯТИ

Резюме

Аббаскулу бек Шадлинский является легендарным героем Азер­байджанского народа. Его освободительная борьба с армян­скими оккупантами в 1918-1921 годах как при жизни, так и после смерти живёт в памяти народа. Народ воспел в стихах подвиг своего героя и увековечил его в преданиях. В статье тщательно рассматриваются все эти вопросы и исследуются причины увеко­вечивания подвига Аббаскулу бека Шадлинского и большую любовь к нему.



Ключевые слова: Аббаскулу бек, Ведибасар, Ашуг Джалил, Ашуг Худаяр, Б.Н.Путилов, В.В.Пропп

Fəridə HİCRAN (VƏLİYEVA)
XOCALI SOYQIRIMI QARABAĞ BAYATILARINDA
Özət

Məqalədə, folklorun ən qədim janrlarından olan bayatı­la­rımızın bütün tarixi dövrlərdə xalqın dərdini, sərini, bütövlükdə mənəvi aləmini özündə necə əks etdirməsi açıqlanır. Xocalı faciəsi də bu konteksdə araşdırmaya cəlb olunur. Kətiyin düzlərində, Şelli dağ­la­rında şaxtadan donmuş körpələrin, qocaların yaşadıqları dəhşətli vəziyyətləri əks edən bayatılar qruplaşdırılır.

Toplanan bayatılara ayrı-ayrılıqda nəzər salınır, Xocalı faci­ə­sindən əvvələ aid olan folklor nümunələri ilə bu müdhiş gecənin faciəsindən sonra yaranan poetik nümunələr müqayisəli şəkildə təhlil olunur. İnsanın bütün duyğularını riqqətə gətirən bu folklor qaynağında hiyləgər erməni millətçilərinin iç üzü aydın şəkildə açılır. Xalqımızın yurd həsrəti, vətənə olan məhəbbəti də Qarabağ bayatılarında öz əksini tapır. Məhz daha çox körpələrin qırğınına yönələn bu vəhşiliyin bayatılarda ifadəsi erməni millətçilərinin xalqımızın soyqırımına səy göstərdiklərini bir daha təsdiqləyir.

Açar sözlər: Xocalı, Qarabağ, soyqırımı, qırğın, bayatı
Giriş

Folklorun ən qədim janrlarından olan bayatılarımız bütün tarixi dövrlərdə xalqın dərd-sərini, bütövlükdə mənəvi aləmini əks etdirən ən əlverişli poetik vasitələrdən biri olub. Qəribliyin yanğısı, övlad itkisinin ahu-zarı, vətən həsrəti kimi hisslərin təsirindən qəlb nəğməsi tək oxunan bayatılar insan övladını ovunduran bir yaşantı və eyni zamanda duyğuların əks-sədasıdır. Burada insanın hissləri poetik bir dillə ifadə olunur. Bu janrın özünəməxsus spesifik xüsusiyyətlərindən biri də odur ki, bayatı hər hansı bir hadisənin məğzini çox təsirli semantik çalarlarla əks etdirə bilir və insanın ruhunu riqqətə gətirib, onu təsirləndirir. Bu baxımdan Qarabağ və Xocalı hadisələri ilə bağlı Qarabağda yaranan bayatılar xüsusilə seçilir. Qarabağ hadisələrinin əsasən kiçik həcmli folklor janrla­rında, xüsusən də bayatılarda öz əksini tapması bu janrın poetik mükəmməlliyini və operativliyini gıstərir. Xalq epik lövhələrə hazırlığı lirik yaşantılardan keçərək hazırlayır.




  1. Qarabağ bayatılarının məzmununa tarixi istiqamətdə baxış

Qarabağ bayatılarında əks olunan dərin fəlsəfi duyğuların sədası, incə mətləblərin vurğulanması, ən zərif hisslərin dillənmə­si bu bölgənin həm yaşadığı keşməkeşlərdən, həm də musiqi beşiyi kimi qeyri-adi mistik təbiətindən irəli gəlir. Qarabağ bayatılarının qədim və milli koloriti bu gün də öz mahiyyətini itirməmiş və müasir bayatılarla müqayisədə öz ilkin təsirini sax­layaraq yenilərin yaranmasında ənənəvi gücünü göstərmişdir.

Qarabağ əhli hər sözün, hər kəlmənin ritmini tutmağı bacar­mış ən sadə ifadənin belə semantik çalarını nota kökləməyin usta­sı olmuşdur. Qarabağ təbiətinin ecazkarlığı da bütün bu yaşan­tıların əsas səbəblərindən biridir. Lakin ən başlıca səbəb bu xalqın zaman-zaman sinəsini dələn yurd ağrılı yaraları olmuşdur. Xalq qəlb yaralarının, əzablarının ağrısını könüllərindən axan bayatı­larda əks etdirmişdir. Qarabağ talanlarının hələ başlanğıc tarixi­nin, ona yad caynaqların uzandığı ilk dövrün əks-sədası olan və Qarabağda daim səslənən bir bayatıya diqqət edək:



Qarabağda talan var,

Zülfün suya salan var

Düşüb qürbət ellərə

Gözü yolda qalan var... (1,53-54)

Bu misralarda hələ XIX əsrdən, çarizm istilasından Qarabağı çapıb-talayan yadelli işğalçıların bəd əməllərinə işarə verən qəlb ağrılarının iniltisi duyulur. Mənfur erməni təcavüzkarları Qaraba­ğın qonşuluğuna köçürülüb yerləşdirildiyi zamandan həmişə bu torpağa göz dikmiş, arxalandıqları mənfur qüvvələrdən güc alaraq dəfələrlə yurdumuzu zəbt etməyə təşəbbüs etmişlər. Məhz elə bu­na görə də qarabağlılar dəfələrlə yara almış, içlərində vətən həsrə­tinin kövrək hissləri, iniltili duyğuları hər zaman coşub daşmışdır:



Əziziyəm dağdadı,

Qərib söyüd bağdadı.

Cismim yad ellərdədi

Ruhum Qarabağdadı.( 2-toplama )
Əziziyəm talandı,

Deyilənlər yalandı,

Yurduma od vurdular,

Tonqal kimi qalandı.(3-toplama)

Həm yuxarıda göstərilən, həm də bu bayatılarda əksini tapan “talan var”, “tonqal kimi qalandı” və “ruhum Qarabağdadır” ifadələri nə müharibə, nə də mübarizə məzmununu kəsb edir. Bu güclü ifadələr xalqın iç dünyasından qopan dəhşətli bir ağrının, fəryadın əks-sədasıdır. Bu ifadələr öz məzmunu ilə başqa-başqa bölgələrdən toplanan bayatılardan çox fərqlənir. “Qarabağda talan var” misrası ilə başlayan bayatı Qarabağın nisbətən uzaq keçmişi ilə bağlı olsa da, ayrı-ayrı zamanların nəqarətinə çevrilmişdir. Beləliklə, hadisələrin təkrar və oxşarlığı həmin bayatıda bu günün də ağrısını yaşadır. Sanki həmin bayatıda bir müdrik öncəgörüm var. Bayatının ikinci misrasındakı “zülf” anlamı da təsadüfi verilməyib. Naləsi ərşə çəkilənin zülfü pərişan olar (Məcnunun zülfü kimi). Tanrıdan sonsuz bir israrlı diləyi olanın zülfündən kəsib pirə aparmağı, qardaşı itkin düşən bacıların bir saçını ağ, bir saçını qara hörüb yol gözləmələri, hətta bu gün də belə oğul itirən anaların saçlarını ağ pərişan saxlayıb, dolanmaları və ya əksinə, təzə gəlinə tel kəsilməsi, toyda-bayramda yaşlıların saçına xına qoyulması ənənəsi zülfün kədərdə və sevincdə iştirakı ilə bağlı bir məzmun formalaşdırıb.(4,96) Gözü yollarda qalan qərib, heç də zülfünü təsadüfi olaraq suya salmır. O su kultu ilə zülf, saç inancının sintezini yaratmaqla vətənə qayıtmaq, yurduna qovuşmaq diləyini daha israrla təcəssüm etdirmək istəyir. Təriqət dünyagörüşündə də zülf aşiqi məşuqa birləşdirən bir vasitə, pərişanlıq isə həsrət rəmzidir. O zaman zülf ilə bağlı alqış, yalvarış diləyin gərgin məqamı, ən yüksək zirvəsi və sonuncu vasitəsi kimi vurğulanır və sanki bu insan naləsinin kuliminasiya nöqtəsi olur. Əli hər yerdən üzülən zülfünə əl atar. Təbii ki, bu çox qədim ayinlərin, ənənələrin izləridir və bu qədim motiv indi də Qarabağdan toplanan bayatıların böyük əksəriyyətində öz əksini tapır. Toplanan iki müasir bayatıda isə, birinci bayatıdan fərqli olaraq ruhunu əzəmətli dağlarda arayan insanın özünü bar verməyən, kimsəsiz söyüdə bənzətməyi əks olunur və burada nakam söyüdün öz yerində olmayıb, bağda ona yad gələn bar ağaclarının arasında görməsi də çox təsirlidir. Bunun nə qədər dəhşətli olduğunu bayatının üçüncü və dördüncü misraları təsdiqləyir. Burada cismin candan ayrılması bir tərəfdən məzar qəribliyini göstərsə də, digər tərəfdən özü üçün ən qiymətli olanını itirən insanın tərki-dünyalılığını sərgiləyir; “cismim burda olsa da, ruhum Qarabağdadır” deməklə yurdunu, yuvasını itirən qərib diri-diri öldüyünü izhar edir. Üçüncü bayatıdakı misralarda isə Qara­bağın talanıb daşınmasından sonra od vurulub tonqal kimi qalan­mağından bəhs olunur. Burada yadelli işğalçıların, mənfur erməni cəlladlarının qanlı xisləti daha aydın təcəssüm olunur.




  1. Possovet dövrü Qarabağ talanlarını və Xocalı soy­qırımını əks etdirən bayatılar

Ermənilər hər bir tarixi şəraitdən öz faydaları üçün istifadə edən üzüdönük məxluqlardır. Türk hakimiyyətinin güclü dönəmlərində sadiq təbəə donuna girən, adımızın, soyadımızın kölgəsinə sığınan, lazım gələrsə xeyirləri məqsədilə islamı qəbul edib məzhəb qarda­şına çevrilən ermənilər arxalarında duranın olduğunu hiss etdikləri anda quduzlaşırlar. Bizim nəsil də belə vəziyyətin acınacaqlı ta­rixlərindən birinin şahidi oldu. Birbaşa müasir hadisələrdən doğan yaşantıları əks etdirən bayatı nümunələri də az deyil.

Yer göy çalxalanıbdı,

Qarabağ talanıbdı

Dünya niyə susursan

El-obamız yanıbdı.(5-toplama)

Ağdam rayonunun Çəmənli kəndindən toplanan bu bayatıda kədərini, dərdini, umu-küsüsünü dünya ictimaiyyətinə çatdırıb, haqqının müdafiəsini uman saf və sadə xalqın səsi duyulur.

Neçə illərdən bəri elindən, obasından ayrı düşən, uzaq gəzən nənələrin bu poetik mətndə naləsi ərşə çəkilir. Heç olmazsa ömür­lərinin son günlərini öz yurdlarında keçirə biləcəklərini ar­zu­ladıqca ah çəkib, nalə deyib, bayatını bayatıya calayaraq fəryad edən qocaların tanrıya üz tutub kömək diləmələri daha təsirlidir:

Tanrım bu nə həşərdi?

Vəhşi əhliləşərdi

Körpə başın kəsənlər

Necə vəhşi bəşərdi...(6-toplama)

Heç bir xəbərdarlıq edilmədən, qəflətən dinc xalqa qarşı törə­dilən soyqırımı terroruna üsyanı əks etdirən bayatılarda, qanuna sığmayan orta əsr vəhşiliklərinin tətbiqi təsvir olunur.

Qarabağ talanlarının, xüsusən Xocalı soyqırımının o müdhiş gecəsinin faciəsindən sonra yaranan bayatıların məğzi baş verən hadisələrlə müqayisəli şəkildə təhlil olunduqca hiyləgər erməni millətçilərinin iç üzünün yaddaşlarda qoyduğu izlər açılır. O, qanlı gecənin səhəri yük maşınlarında daş əvəzinə insan cəsədləri daşınırdı. Bu cəsədlərin arasında qaça bilməyən qocalarla bərabər məzlum, günahsız körpələrin cəsədləri də çox idi.

Azərbaycan xalqının, soykökünü kəsməyə cəhd göstərən erməni vəhşilərinin körpələri qırmaqda məqsədi aydın idi. (7,54) Bayatıda göstərildiyi kimi topun-tüfəngin gurultusundan meşədən qaçan vəhşi heyvanlar əhililəşdiyi halda, körpələri qıran ermənilər qan gördükcə qəddarlaşıb, vəhşiləşirdi:



Dağlar baxıb ağlasın

Dünya qara bağlasın

Bu körpə cəsədlərin

Torpaq necə saxlasın?(8-toplama)
Ellər gəlsin yığılsın

Qəddar dünya dağılsın.

Yüzlərlə körpə öldü

Bu yurd kimlərə qalsın?(9-toplama)

Bu naləni çəkən anaların fəryadlarında əzabla öldürülən öv­lad­larının yanğısı ilə bərabər, yiyəsiz qalan yurdun da öz yaşantısı var. Dağları, dərələri, “dünyanı” dilləndirməklə bütün dünya icti­maiy­yə­tinə üz tutan xalq hər kəsi bu faciədən qurtarmaq üçün kömə­yə ça­ğı­rır. Humanist xalq bu görünməmiş qanlı faciənin sülhlə əvəz olun­masını tələb edir, bu dəhşətli basqına, bu qanlı təcavüzə etiraz edir.



Kötəl suyun lilləndi

Körpələr güllələndi

Talananda Qarabağ

Lal dil açıb dilləndi.(10-toplama)

Çox maraqlı incə bir ifadəylə “Kötəl çayının bulanması” təsadüfü söylənmir. Bu deyim ta qədim zamanlardan Qarabağda söylənən bir rəvayətin məzmunundan doğmuşdur.

Deyilənlərə görə Şərif bəy deyilən Qarabağ bəylərindən biri hər səhər həyətinin ətəyindən axan çaya gedər və o çayla dərd­ləşərmiş. Gördüyü yuxuları, gün ərzində rastlaşdığı haqsızlıqları çaya söyləyər, su əyəsindən ən çətin işlərinin həlli üçün uğur di­ləyərmiş, çay nə vaxt bulanıq gələrmişsə, bu zaman o hesab edər­miş ki, həmin gün bir uğursuzluqla qarşılşacaq; belə də olarmış.

O zamandan bir inanc olaraq suyun bulanıq gəlməyi el ara­sında işlərin uğursuz olacağına işarə verən əlamət kimi qətiləşib. (12-toplama) (Bu məzmunda olan rəvayətlər Qarabağda geniş yayılıb, təbii ki, bu, başqa bir araşdırmanın mövzusudur). Bu ha­disənin belə əlamətləşməsinin əsasında, çox güman ki, fəlakətlər törədən sel dayanır.

Xocalıda qırğınların dəhşətliliyini ölçüyəgəlməz hala gətirən hadisə körpələrin vəhşiliklə qətlə yetirilməsidir ki, bu da bayatıda öz ifadəsini tapıb.(13,59) El arasında misal var, deyərlər ki, “aşıq gördüyünü çağırar”. Xocalı soyqırımı xalqın qan yaddaşına uşaqların, qocaların vəhşicəsinə öldürüldüyü səhnələri həkk edib.

Gün dolanar, ay batmaz

Bu qırğına dərd çatmaz

Balası ölən ana

Uzun gecəni yatmaz.(14-toplama)

Cəmi dörd misradan ibarət olan bu bayatıda Xocalı qırğınının heç bir dərdlə müqayisə olunmayan dəhşəti əks olunur, gözünün qarşısında övladı öldürülən anaların ah-naləsi yaşanır, uzun ge­cələri yuxusuz keçirən, son ümidini aya-günəşə bağlayan xoca­lıların iztirabları əks olunur:



Yerimə qor dolubdu,

Yurduma sar dolubdu

Balam qanlar içində

Gül bədəni donubdu.(15-toplama)

Misralarda ananın psixoloji vəziyyəti də əks olunur. Faciədə balasını itirən ana səhərə qədər yata bilmir. Sanki, yerinə köz tö­kü­lüb, onu yandırır. Yerinin içində qıvrılan ana, yurdunda düş­mən gəzdiyini də unutmur və erməni təcavüzkarlarını sar adlanan yırtıcı quşa bənzətməklə, vəhşilərlə müqayisədə onları daha qəddar görür:



Axşamlar ay axşamlar

Gecə yanar ağ şamlar

Yurd-yuvası dağılan

Görən harda axşamlar?(16-toplama)

Dünyada baş verən bütün faciələrin ən dəhşətlisi olan Xocalı soyqırımında hətta beş-altı aylıq körpələrə tutulan divanı unutmaq olmaz. Bunu bayatıların məzmunu da ifadə edir. Lalın dil açıb dillənməyi əslində qeyri-mümkün bir hadisə hesab olunsa da, son­suz həyəcan, qorxu hissindən bəzən lal insanın dilinin açılmasına da təsadüf edilir. Bu tibdə də qəbul olunmuş hadisədir. Bayatının əsas məzmununda da bu dəhşətlərin insan fantaziyasına belə sığ­ma­yan sonsuz həyəcan, qorxu, heyrət hissinin yaratdığı təsvir edilir.



Məni yaralamayın

Yurddan aralamayın

Qol-qıçamı sındırıb

Ağacda tonqallamayın.(16-toplama)

Bu bayatı işgəncə ilə öldürülən, qolu-qıçı doğranan, hətta də­risi soyulub, gözü çıxarılıb ağaca sarınan günahsız soydaş­ları­mızın halını əks etdirən nümunələrdən biridir. Bu cür faktlar Xo­calı faciəsində kifayət qədər çox müşahidə olunduğu kimi baya­tıların məzmununda da tez-tez rast gəlinir.




Nəticə

Bir folklor janrı olaraq bayatılar insanın bütün hiss və həyə­can­larını, əzab və istirablarını çox real şəkildə ifadə edə biləcək təsir gü­cünə malikdir. Hadisələri yığcam və oyatdığı təsirlə vəhdətdə ifadə edə bilən bayatılar xalqımızın yaşantılarını nəsildən-nəslə ötürə bi­ləcək ən qiymətli nümunələrdir. Bayatılarda psixoloji ovqatla bəra­bər tarixi mənzərə də öz ifadəsini tapır. Xocalıdan çəkilən rəsmlər qədər bayatılar da öz yaddaş qatları ilə qiymətli nümunələrdir.


Qaynaqlar

  1. Azərbaycan xalq ədəbiyyatından: Bayatılar “Maarif və mədəniyyət jurnalı”, 1926-cı il № 7 səh 53-54

  2. Bayatılar. Toplayıb tərtib edəni A. Şaiq, Ş Əfəndizadə Bakı, 1926

  3. Hacıyeva Səyalı Məşədi Müseyib qızı 1923 təvəllüdlü Bakı şəhəri Xəzər rayonu 92 yaşlı təqaüdçü müəllimə

  4. Q. Qeybullayev, M. H. Təhmasib Qədim ayin, adət və ənənələr. Bakı 1960

  5. Axundova Şükufə Həsən q. 283 №-li məktəbin müdiri 1942 təvəllüdlü

  6. Həmin mənbə

  7. Fəridə Hicran. ''Qarabağda talan var’’. Bakı. 1992

  8. Axundova Emeliya Həsən qızı 1938 təvəllüdlü təqaüdcü müəllim

  9. Həmin mənbə

  10. Həmin mənbə

  11. Bəhlul Abdullayev. Haqqın səsi. Bakı. 1989

  12. Həmin mənbə

  13. Fəridə Hicran. Qarabğda talan var. Bakı. 1992.

  14. Toplama. Zümrüd Hilalqızı.

  15. Toplama. Zümrüd Hilalqızı.

  16. Toplama. Səyalı Hacıyeva.


REFLECTION OF THE KHOJALY TRAGEDY

IN GARABAGH BAYATY

Summary

The article reveals one of the oldest genres of folklore from all historical periods bayaty (a quatrain), which reflects grief and completely spiritual world of people. In this context, also involved the investigation of Khojaly tragedy. Bayaty that reflect frozen babies from the frost, in the plains Ketik, on the mountains of Shelley, the horror that lived elderly people, have grouped. Weeping of mothers, sisters who beheaded, situation of exhausted war prisoners. Herein described, suddenly committed bloody tragedy that does not fit into any framework law, which is medieval barbarism. Individually analyzed examples of folklore to the Khojaly tragedy and poetic images after the terrible night of the tragedy. Cry of the people yearning for the country, love for the homeland, reflected in the Garabagh bayaty. Genocide, mainly aimed to infanticide, reflection of this barbarity in bayaty, is further evidence of the Armenian genocide of our people.



Keywords: Garabagh, Khojaly, genocide, slaughter, bayaty
ОТРАЖЕНИЕ ХОДЖАЛИНСКОЙ ТРАГЕДИИ В КАРАБАХСКИХ БАЙАТАХ

Резюме

В статье, раскрывается, один из старейших жанров фольклора из всех исторических периодов байаты, который, отражает горе и в целом духовный мир народа. В этом контексте, также участвует расследование трагедии Ходжалы. Байаты в которых отражен, замерзшие младенцы от мороза, на равнинах Кетик, на горах Шелли, ужас, который прожили пожилые люди, сгруппированы. Проанализированы, фольклорные примеры до Ходжалинской трагедии и поэтические образцы после, той страшной ночи трагедии, в отдельности. Плачь народа, тоскующий по стране, любовь к Родине находит свое отражение в Карабахских байатах. Геноцид, в основном направленный на убийство младенцев, отражение этого варварство в байатах, является еще одним свидетельством, армянского геноцида над нашим народом.



Ключевые слова: Карабах, Ходжали, геноцид, резня, баяты

 

Xuraman HÜMMƏTOVA


TARİXİN QAN YADDAŞINDA ERMƏNİ TERRORU

XOCALI SOYQIRIMI
Özət

XIX əsrin əvvəllərindən başlayaraq torpaq hərisliyi və “Böyük Ermənistan” yaratmaq xülyası mənfur qonşularımıza rahatlıq vermirdi. Onlar zaman-zaman bu çirkin niyyətlərini həyata keçirmək üçün fürsət axtarmış,yeri düşəndə irili-xırdalı vəhşiliklər töprətmişlər. Bildiyimiz kimi, keçən əsrin ortalarında onların təşkil etdiyi terror təşkilatı ASALA (Ermənistanın Azadlığı uğrunda Məxfi Erməni Ordusu) adının ingiliscə yazılışının abreviaturasıdır. ASALA terrorçu təşkilatı onlarla yüksək və­zifəli türk diplomatlarının qətlini təşkil etmiş və tarixə özlərini “məzlum xalq” kimi tanıtmağa çalışmışlar. ASALA terror təşkilatının XX əsrdə törətdiyi ən dəhşətli faciə Xocalı soyqrımı oldu. Bu terror təşkilat qrupu Xocalı soyqrımının planını hələ çox-çox əvvəllər işləyib hazırlamışdılar.



Açar sözlər: Xocalı, soyqırım, ASALA, terror, terroristlər
Giriş

XIX əsrin əvvəllərindən başlayaraq torpaq hərisliyi və “Bö­yük Ermənistan” yaratmaq xülyası mənfur qonşularımıza rahatlıq vermirdi. Onlar zaman-zaman bu çirkin niyyətlərini həyata keçir­mək üçün fürsət axtarmış, yeri düşəndə irili-xırdalı vəhşiliklər töprətmişlər. Bildiyimiz kimi əsrin ortalarında onların təşkil et­diyi ASALA (Ermənistanın Azadlığı uğrunda Məxfi Erməni Or­dusu) adının ingiliscə yazılışının abreviaturasıdır. ASALA terror­çu təşkilatı onlarla yüksək vəzifəli türk diplomatlarının qətlini təşkil etmiş və tarixə özlərini “məzlum xalq” kimi tanıtmağa ça­lış­mışlar. Terror məsələsi üzrə mütəxəssis Pol Uilkinson yazır ki, “terrorizm köhnə erməni ənənəsinin bir hissəsidir. Terror, şiddət erməni psixologiyası və ənənələrində dərin köklər qurub. Alimin fikrinə görə, ermənilərin açıq mübarizəsi və erməni etnopsixo­logiyasında kök salmış terror ənənəsi XIX əsrin ikinci yarısında açıq şəkildə həyata keçməyə başladı” [1,111].



ASALA - «Ermənistanın azadlığı uğrunda Məxfi erməni Or­dusu » 1975-ci ildə yaradılıb, qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşirdi. Təşkilatın məqsədi Türkiyə, İran və Azərbaycan əraziləri hesabına «Böyük Ermənistan» dövləti yaratmaq, hədəfləri isə 1915-ci ildəki «soyqırım saxtakarlığını» həqiqət kimi qəbul etdirmək olmuşdur .ASALA yarandığı gündən soyqırıma məruz qalan soydaşlarının qisasını aldığını bəyan edir və əsasən, türk diplomatlarını və Azərbaycan əsilli şəxsləri hədəf seçirdi. “Erməni terror təşkilatları 1915-ci ildə Türkiyədə baş ver­diyi iddiası ilə ortaya atılan soyqırımın qisasını almaq üçün yara­dılıb sualına cavab verməzdən öncə erməni terror təşkilatlarının tarixinə nəzər salmaq lazımdır. Bu, o illər idi ki, türk və erməni millətləri arasında hər hansı qarşıdurmanın mümkünlüyü barədə təsəvvür belə yox idi. Ancaq 1885-ci ildə ermənilərin siyasi par­tiya adı ilə yaratdıqları «Armenakan» terror təşkilatı Osmanlı im­pe­riyası daxilində terror hadisələri törətməyə başlayır. Bu təşki­latın fəaliyyəti nəticəsində Türkiyənin müxtəlif ərazilərində - Van, Muş, Bitlis, Trabzon və İstanbulda törədilən terror aktların­da onlarla türk ziyalısı və dövlət xadimi qətlə yetirildi [ 4 ].

XX əsrin ortalarından başlayaraq, bu tərkilatın gizli şəkildə ara-sıra terrorçu fəaliyyəti baş qaldırmağa başlayır. Get-gedə bu təşkilat üzvlərinin azğınçılıq fəaliyyəti açıq şəkildə öz hücumla­rının həyata keçirməyə başlayır. Terrorçu təşkilat öz fəaliyyət dairəsini genişləndirərək dünyanın hər yerində Türklərə qarşı terrora başlayır. Onlar Viyanada, Kölndə, Fransada, Beyrutda, İsvecdə, Madriddə, Danimarkada, Romada, İranda, Cenevrədə Londonda türk səfirliyinə qarşı saysız-hesabsıq qətillər törədirlər. 1975-ci ildə Türkiyə səfirliyinə daxil olan üç erməni terrorçusu səfir Danış Tunalıgili avtomat silahla qətlə yetirdilər. 1977-ci ildə Türkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi, Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladıldı. 1978-ci ildə Madriddə avtomat silahla silahlanmış üç erməni terrorçusu, türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur, bu zaman səfirin həyat yoldaşı Neqla Küneralp, maşında olan keç­miş səfir Bəşir Balsoğlu həlak olur, milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinir. Gözlərini qan tutmüş ermənilər törətdikləri əməllərdən, tökdükləri qanlar­dan doymayaraq yenidən, 1979-cu ildə Niderlandiyanın Haaqa şəhərində Türkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirirlər. Onların ter­ro­ru səngimək bilmirdi, 1980-ci il Yunanıstanın Afina çəhərində Türkiyə səfirliyinin idarəetmə məsələləri üzrə attaşesi Qalib Öz­man ailəsi ilə birlikdə avtomobildə olarkən, terrorçuların hücu­mu­na məruz qalmış, Qalib və onun 14 yaşlı qızı Nəslihan hadisə yerindəcə həlak odular, həyat yoldaşı Sevil və 16 yaşlı oğlu Kaan isə ağır yaralandılar. Mənə elə gəlir ki, bu siyahını istənilən qədər artırmaq olar. Bütün dünya bu mənfur millətin çirkin əməllərinin şahidi olmuşdur, onların terror hücümlarından təkcə türklər de­yil, həmin ölkələrin də vətəndaşları əziyyət çəkmişlər. Bu hadisə­lərin bilavasitə iştirakçısı olan vətəndaşların verdikləri məlumata görə, o zaman Türkiyədə vəziyyət elə yerə çatmışdı ki, xarici öl­kə­­lərə səfir getmək və ya səfirlikdə işləməkdən insanlar boyün qa­­çırırdılar. Çünki Türkyənin neçə-neçə səfir və nümayəndəliyin işçilərinin terrorla üzləşməsi, onların ailəlikcə qətlə yetirilməsi in­san­larda qorxu yaratmışdı. Odur ki, bir müddətdən sonra Türkiyə dövləti erməni terror təşkilatını zərərsizləşdirmək, azğınlaşan bu mil­lətin qarşısını almaq, onları yerlərində oturtmaq ,dünyada ter­ror­çu millət kimi ifşa etmək üçün fəaliyyətə başlayır. Milli təhlü­kəsizlik xidmətinin sabiq əməkdaşı Ərəstun Oruclu ASALA-nın terror çağırışları ilə bağlı araşdırmalar aparıb, o yazır: “Dünyanın çox mötəbər antiterror qurumlarından və bir sıra etimad doğuran diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, ASALA təşkilat olaraq artıq 26 ildir fəaliyyət göstərmir. Yəni həmin mən­bələrin verdiyi məlumata əsasən bu gün dünyada ASALA adlı ter­ror təş­kilatı demək olar ki, yoxdur. O mənbələrə istinadən de­yirəm ki, bu terror təşkilatının fəaliyyəti 26 il öncə yekunlaşıb. Ey­ni mən­bələr belə ehtimal irəli sürür ki, ASALA-nın adından bu gün kim­sə sadəcə olaraq sui-istifadə edir və vəziyyəti gərginləş­dir­məyə çalışır. Bizdə olan məlumata görə, dünyada bir sıra anti­terror qurumları və bəzi ölkələrin xüsusi xidmət orqanları ümu­miy­yətlə bu terror hədəfinin kim tərəfindən yayıldığını araşdırır. Çünki dediyim kimi, ciddi antiterror mərkəzlərinin məlumatına əsasən ASALA adlı terror təşkilatı bu gün mövcud deyil”. [ 3.]

ASALA terror təşkilatının XX əsrdə törətdiyi ən dəhşətli fa­ciə Xocalı soyqrımı oldu. Bu terror təşkilatı Xocalı soyqrımını planı­nın hələ çox-çox əvvəllər işləyib hazırlamışdı. Azərbaycan xal­qının ərazi bütövlüyü və qədim tarixi köklərə malik olması bu xalqın soy- kökünün dərinliyindən xəbər verir. Əhatəsində olduğu qonşularla dostluq, qardaşlıq şəraitində yaşaması, müxtəlif millət­lərin nüma­yən­dələrinə öz qucağında yer verməsi xalqımın tole­rantlığının gös­təricisidir. Uzun əsrlərdən bəri qonşuluq şəraitində yaşadığımız erməni xalqının mənfur əməlləri XX əsrdə tarixin yaddaşına qanla yazılmış silinməz izlər yazdı. “Azərbaycan türk­lə­rinin Ermənistan­dan qovulması, etnik təmizlənmə siyasəti də uğurla həyata keşirildi, 1918-1920, 1948-1952-ci illərdə başlayan etnik siyasət 10 dekabr 1989-cu il Ambarsumyanın irəli atdığı “Türklərsiz Ermənistan” şüa­rı altında Azəbaycan türkərinin hamı­sı qovuldu. Etnik təmizlənmə planı həyata keçirildi və Ermənis­tan 98% etnik ermənilərin yaşadığı monomillət dövlətinə çevril­di.” [2,19] .Elə bu hadisələrdən sonra azərbaycanlılar erməni vəh­şiliyinin görünməmiş dəhşətləri ilə üzləş­dilər. Bu, ermənilərin törətdiyi əsrin faciəsi olan Xocalı qətliamı idi. Bu izləri tarixin qan yaddaşından sonsuz dənizlərin suyu belə yuya bilməz. 1992-cu il fevralın 25-dən 26-na keçən decə ermənistan silahlı qüvvə­ləri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam səhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat % radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yeti­rildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib ya­ralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakı talan edildi, Xocalı od-alova qərq oldu. 1992-ci il soyuq 26 fevral gecəsində hec kəsə aman verilmədən başlayan döyüşlər yüzlərlə ailəni darmadağın etdi, yüz­lələrlə ailəni yer üzündən sildi. Bu idi mənfur erməni xisləti. Heç kə­sə aman vermədən uşağı, qocanı, qadını süngüyə keçirmək­lə öz məq­sədlərinə nail oldular, onlar tarixin yaddaşına vəhşi bir xalq kimi düşdülər. Zaman gələcək onlar tarix qarşısında bu əməl­lərinə görə cavab verməli olacaqlar. Həmin günlərdə Azərbaycanın döyüşçü qüvvələri Xocalı sakinlə­rinin köməyinə gedə bilmədilər, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu dəhşətli səhnələri lentlərə köçürən jur­nalıstlər tez bir zamanda bütün dünyanı ermə­nilərin mənfur ilə tanış etdilər.

İllər, əsrlər, qərinələr ötəcək, nəsillər bir-birini əvəz edəcək, insanların yaddaşında isə Xocalı faciəsi zaman-zaman qalaraq nəsillərdən-nəsillərə ötürülərək yaşayacaq. Günahsız xocalıların narahat ruhları həmişə öz doğma ocaqlarının üzərində dolanaraq ermənilərə lənət oxuyacaq.

1   2   3   4   5   6   7   8   9   10   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə