AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə5/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

Nəticə


Sözügedən mövzu ilə bağlı sadalanan misallar əsasında nəticə olaraq onu demək olar ki, ermənilər artıq üç əsrə təsadüf edən müddətdə türk adına patoloji nifrətlə yanaşır, onu yer üzündən silmək üçün ağlagəlməz vəhşiliklərə əl atırlar. Ancaq faciələr türk etnosunu sarsıtmır, əksinə, onun yaşam potensialını daha da güc­ləndirir. ibtidai-kosmoloji düşüncədə inkişaf, irəliləmə, yenidən doğuluş mərasimi ölümdən keçir. Bu cəhətdən ölüb-dirilmə bəşər tarixinin normal etnoslarından olan türklərin də etnik düşüncə­sinin genetik strukturunu təşkil edir. Ermənilər tarixin mutasiyası kimi, daim şər, xaos, ölüm daşıyıcılarıdır. Azərbaycanın əfsanə və rəvayətlərində soyqırım və milli yaradılış məsələsinin araşdı­rılması bu mənada bir ilk sayıla bilər.
Qaynaqlar

1. Qaliboğlu E. (İmaməliyevin) şəxsi arxivi.

2. Qarabağ: folklor da bir tarixdir, III kitab. (Ağdam, Füzuli, Cəb­rayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2012. 468 səh.

3. Qarabağ: folklor da bir tarixdir, IV kitab (Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2013. 459 səh.

4. Qəniyev S. 1918-ci il Şamaxı soyqırımı. Bakı-Nurlan, 2003, 229 s.

5. Nəbiyev A. Azərbaycan şifahi xalq ədəbiyatı, Bakı, Elm, 2006, II hissə. 648 səh.

6. Pirsultanlı S.P. Azərbaycan Türklərinin xalq əfsanələri. Bakı, Azərnəşr, 2009, 427 səh.
The Attitude To The “Genoside” Concept In The Frame Of Cosmogonical Creation (on the basis of Azerbaijan legends and fables)

Summary

During all history there were a lot of Armenian genosides against the Turkish nationality. For nearly 3 centuries the Armenians` attitude to Turkish nationality has been full of hatred, and they have tried a lot of ways to destroy it. But Turkish nationality could overcome any genoside, restore itself and become stronger. Tragedies couldn`t shake turkish power, on the contrary made its life potential. To become stronger in death, to survive dying is a formula of primary-cosmological way of thinking.

Dying and surviving is genetic structure of Turkish nationality. But as amutation of history the armenianshave always been an example of slander, chaos and death.They can not understand the way how the turkish could get the strength from the genoside the underwent. It`s connected with the highest level of mutation of the armenians.

In the article the attitude to genoside consept is in the frame of cosmogonical creation ( on the basis of Azerbaijan legends and fables).



Key words: genoside, legend, fable, cosmogonical creation, dying and surviving.
Отношение к концепту «геноцида» в рамках

космогонического создания

Резюме

В разные периоды происходили армянские геноциды против тюрскского народа. В течение 3 веков армяне относились к тюркам с ненавистью, применяли разные дикости, чтобы уничтожить етот народ. Но тюрский народ мог встать на ноги после каждого геноцида, возрадиться и усилить свой жизненный потенциал. Становиться силнее в смерти, уметь выживать, умирая – ето формула основного космоногического мышления. Умирать и выживать составляет генетическую структуру етнического мышления тюркского народа. Но армяне, как мутация истории, всегда были носителями клеветы, хаоса и смерты. Они никак не понимают как тюрский народ может становиться сильные после каждого геноцида. Ето связано с высший точкой мутации армянские мышления. В статье концепт «геноцида» рассматривается в рамках космогонического создания.



Ключевые слова: геноцид, легенда, космогоническое созда­-ния, умирать и выживать.

Elmira MƏMMƏDOVA-KEKEÇ
SOYQIRIMI VƏ DEPORTASİYA DƏSTƏGERD (ZƏNGƏZUR) QAÇQINLARININ XATİRƏLƏRİNDƏ
Özət

Zəngəzurda 1905-1906, 1918-1919-cu illərdə ermənilər tərəfindən müsəlmanlara soyqırım və etnik təmizləmə siyasəti başladılmış, bu bölgədəki kəndlərdən biri olan Dəstəgerddə də azərbaycanlılar kənd­lərini tərk etməyə məcbur olmuşdur. Qaçıb canını qurtara bilməyənlər isə ermənilər tərəfindən vəhşicəsinə qətl edilmişdir. 1988-ci ildə isə eyni hadisələr yenə təkrarlanmış və kəndin bütün azərbaycanlı sakinləri qo­vul­muşdur. Məqalədə XX əsrdə baş verən bu faciə və tarixi hadi­sələr, er­məni terrorizmi kənd sakinlərinin xatirələrinə əsasən qələmə alınmışdır.



Açar sözlər: Zəngəzur, Sisyan, İrəvan, Dəstəgerd, soyqırım, qaç­qın, deportasiya, erməni, azərbaycanlı, türk
Giriş: Dəstəgerd kəndi haqqında ilk tarixi məlumata Matena­daran sənədlərində (geniş məlumat üçün bax: Musa Urud. Zən­gəzur. (Elmi-publisistik nəşr). Bakı, "Nurlar" Nəşriyyat-Poliqra­fiya Mərkəzi, 2005, s. 95) və 1590-cı ilə aid “İrəvan vilayətinin müfəssəl dəftəri”ndə, 1595-ci ildə tərtib edilmiş “İrəvan əyalə­tinin icmal dəftəri”ndə rast gəlirik. Osmanlı-Səfəvi müharibəsin­dən sonra İrəvan əyaləti Osmanlı dövlətinin tərkibinə qatılmış və burada siyahıyaalma aparılmış, vergilər müəyyən edilmişdir, adlarını çəkdiyimiz dəftərlər tərtib edilmişdir. Bu dəftərlər mö­təbər tarixi mənbələr kimi diqqəti cəlb edir və həmin dövrə aid siyahıyaalınmalardan demoqrafik göstəriciləri görməklə yanaşı, müsəlman və xristian əhali barədə də məlumat əldə edirik.

1727-ci ildə isə “Naxçıvan sancağının müfəssəl dəftəri”, 1728-ci ildə “İrəvan əyalətinin icmal dəftəri” tərtib edilmişdir. Bu dəftər­lərdə Dəstəgerd kəndi Sisyan nahiyəsinə tabe olan kəndlər­dən biri kimi qeyd edilmişdir. 1590-cı ilin inzibati bölgüsünə görə Sisyan nahiyəsində 32 kənd mövcud olmuşdur. 1727-ci ilin inzibati bölgü­sündə isə kəndlərin sayı 37-dir. Hər iki tarixə aid dəftərdə Dəstəgerd kəndinin adı çəkilir. 1727-ci ilin dəftərinə görə adı çəkilən kənddən 3640 ağça vergi toplanırmış. Qeyd edək ki, ümumiyyətlə, Dəstəgerd kəndindən aşağıdakı vergilər toplanılmış­dır: İspəncə vergisi, buğda vergisi, arpa vergisi, kərdiyer vergisi, pərinc, yonca üşrü, paxla, kərəsnə, sumax, mərcimək, kəlül vergi­ləri, bal üşrü, meyvə üşrü, dönüm vergisi, dəştibani vergisi və əkin yeri üçün tapu, qoyun vergisi, axil vergisi, bakirə qız və dul qadın üçün gəlinlik vergisi, badi-hava vergisi. (Naxçıvan, 2001: 152) Diqqət yetirsək, ispəncə vergisinin 25 ağça olduğunu görürük. İs­pən­cə Osmanlılarda qeyri-müsəlmanlardan alınan vergi növü idi və məbləği ən az 20, ən çox 30 ağça idi. Bu məbləğ göstərir ki, Dəstə­gerd kəndində qeyri-müsəlman əhalinin sayı bir nəfər olmuş, qalan əhali isə müsəl­manlardan ibarət olmuşdur. Ümumiyyətlə, XX əsrin ortalarına qədər kəndin əhalisi, əsasən, azərbaycanlılardan təşkil olunmuşdur.

Tarixən Sisyan qəzasına tabe olan bu kənddə XX əsrin son­larına qədər bir çox türk tayfaları yaşamışdır: Əmiraslanlı, Usub­lu, Həşimli, Ağabəyim övladı, Ağası, Baxşallar, Mətəli, İskən­dərli, Fərzalı, Tabatalı, Nazarlı, Əhmədli və s.

“1947-ci il Dəstəgerddə mis-molibden mədəninin işə salın­ma­sı kəndin həyatında mühüm tarixi əhəmiyyətli hadisə oldu. 1950-ci ildən başlayaraq, mis-molibden kombinatının tikintisinə başlanıldı”. (İbrahimov, Məmmədov, Mahmudov, 2006: 5) Bu kombinat 1969-cu ilə qədər fəaliyyət göstərir və Dəstəgerd qəsə­bə statusunu alır. Kombinatda işləmək üçün ermənilər gəlib burda məskunlaşır, həm də yerli sakinlərə – azərbaycanlılara qarşı soy­qı­rım ve deportasiya siyasəti yürütməyə başlayırlar. Xalq yadda­şından topladığımız materiallardan da göründüyü kimi, körpə­likdən erməni uşaqlarına aşılanan türklərə qarşı nifrət hissi (Sima Müsülova və Ziya Əlisoyun söylədiklərində bununla bağlı daha geniş məlumat əldə edirik) ermənilərdə digər millətlərə qarşı kü­du­rətin artmasına və etnik təmizliyə gətirib çıxarır. Xüsusilə həkim Rəşid İbrahimovun müşahidələri, xatirələri və söylədikləri bir daha sübut edir ki, sovet dövründə belə ermənilər gizli şəkildə hər yerdə türklərə qarşı təbliğat aparmış, maddi və ideoloji baxımdan hazırlıq görürmüşlər.

Ümumiyyətlə, XX əsrin əvvəllərindən – 1905-ci ildən başla­yaraq, bütün Zəngəzur qəzasında ermənilərin türklərə qarşı zülmü və soyqırım siyasəti bu kənddə də özünü göstərmiş və bu kəndin sakinləri də dəfərlərlə erməni vəhşiliyinə məruz qalmışdır. Ermə­nilərin türklərə qarşı soyqırım siyasətinin tərkib hissəsi olan “Türksüz Ermənistan” planının son mərhələsi 1988-ci ildə baş vermişdir. Kənddə yaşayan Azərbaycan türkləri son nəfərinə qədər bu torpaqlardan deportasiya edilmişdir.

Ümumiyyətlə, Dəstəgerddə yaşayan türklərin XX əsrdə statistik göstəricilərinə baxdıqda aşağıdakı mənzərənin şahidi oluruq: 1905-ci ildə 510 nəfər, 1914-cü ildə 450 nəfər , 1931-ci ildə 484 nəfər, 1986-cı ildə 700 nəfər, 1990-cı ildə o nəfər yaşa­mışdır. (Urud, 2005: 338) Bu say nisbətindən bəlli olur ki, 1905-ci ildən 1914-cü ilə kimi kənddə yaşayan türklərin sayında xeyli azalma olmuş və bunun səbəbi isə tarixi sənədlərdə və bölgədən qaçqın düşən insanların xatirəsində yaşamaqdadır. Türklərə qarşı erməni komitələrinin təşkilatçılığı ilə başlayan təzyiq və kütləvi qətliamlar nəticəsində 1905, 1918 və 1988-ci ildə dəfələrlə Dəs­təgerd kəndinin sakinləri öz doğma yurdlarından qaçaraq Qu­bad­lı, Füzuli, Cəbrayıl ərazilərinə və eləcə də Naxçıvanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmaq məcburiyyətində qalmış­lar. 1988-ci il qaçqınlığı zamanı isə kənd sakinləri daha çox Bakı və Sumqayıt şəhərlərində məskunlaşırlar.



Erməni soyqırımına məruz qalmış kənd sakinlərinin ifadə­lərindən və söylədiklərindən müxtəlif nəsillərin eyni əsrdə erməni məkrinin qurbanı olmasını və türklərə qarşı nifrəti, şovinist münasibəti və günahsız insanların faciəli həyatlarını öyrənirik.


  1. 1905-1906-cı il erməni-müsəlman davası haqqında:

Kənd sakinləri ilə görüşlərimizdə 1905-ci il hadisələri haqqında o qədər də geniş məlumata malik olmadıqlarını gördük. Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərində “Vağadü davası” (1993: 5-96) başlığı altında verilən tarixi oçerk o dövrdə Zəngəzurda ermənilərin apardıqları soyqırım siyasətindən mühüm məlumatları əxz edir. Həmin davada erməni quldur dəstəsinə Stepan Stepanyans adlı bir şəxs başçılıq etmiş və yaxşı silahlanaraq, ətrafdakı müsəlman kəndlərinə hücum etmişlər. Onların müsəlmanlara qarşı qətliamlarına qarşı çıxıb, hücumlarını dəf edənlərdən birisi də əslən Dəstəgerddən olan Şahsuvar bəy olmuşdur. “1905-06-cı il erməni-müsəlman davasın­da erməni quldurları qonşu Ağdü kəndinə hücum etmiş və iki dəstə arasında döyüşdə əslən Dəstəgerddən olan Şahsuvar bəy Stepanın dəstəsinin qarşısını almışdır. Lakin bu davadan sonra Dəstəgerd kəndindən 40-50 ailə Qarabağa köçmüş, indiki Yevlax rayonunun Malbinəsi və Qoyunbinəsi kəndində məskunlaşmışlar. Xalq şairi Qasım Qasımzadənin ailəsi də həmin illərdə köçmüşdür.” (İbra­himov, Məmmədov, Mahmudov, 2006: 5)


  1. 1918-1919-cu illərdə Ermənilərin müsəlmanlara qarşı silahlı hücumları mətbuatda

1918-ci il hadisələri hələ də kənd sakinlərinin hafizəsində can­lılığını qorumaqdadır. Qeyd edək ki, baş verən qətliamlar və kənd əhalisinin başına gələnlər barədə söyləyicilər 1905-1906-cı il hadi­sələrinə görə daha çox məlumat verdilər. 1918-ci ildə Andro­nikin quldur dəstəsi kəndə gələrək, burada qırğın törətmiş, insanlar öz yurdlarından qaçmış, bəziləri isə vəhşicəsinə öldürülmüşdür. Kənd əhalisi dağ yolu ilə Murxuz kəndindən keçərək Dəmirçi yaylağını aşıb, Culfa rayonunun Ləkətağ kəndinə qaçmışlar. Son­radan kənd camaatının bir hissəsi Naxçıvanın Xaçaparaq kəndinə, bir hissəsi Qubadlı rayonunun Xocamsaxlı kəndinə, bir hissəsi də Füzuli ra­yo­nunun Mollaməhərrəmli kəndinə köçmüşdür. 1921-22-ci illərdə geri döndükləri zaman kəndin talan edildiyini və dağı­dıldığını görmüşlər. (İbrahimov, Məmmədov, Mahmudov, 2006: 5) Burada həmin dövrdə nəşr olunan bəzi qəzetlərin səhifələrində də ümumən Zəngəzurda və Dəstəgerddə baş vermiş fəlakətlərin də əks olundu­ğunu qeyd etmək istəyirik. Andronikin silahlı dəstəsinin hücumları və kəndə dəyən ziyan barədə elə həmin dövrdə məlumat verilmiş­dir. Bu baxımdan Tiflisdə çıxan rusca «Qruziya" qəzeti 9 noyabr 1918-ci il tarixli sayında yazır: "Dəstəgird kəndi 1918-ci ilin apre­lində darmadağın edilmişdir. Zərər və ziyanın dəyəri 1100 rubla bərabərdir”. (Urud, 2005: 80) Qafqazda ermənilərin başlat­dığı bu qanlı cinayət “Azərbaycan” qəzetində də əksini tapmış və bu barə­də qeyd edilmişdir: “Naxçıvan və Dərələyəzdə qanlı qırğın­lar törə­dən Andronik Ərikli dağını aşa­raq 1918-ci ilin yayında Sisyanın qərbində yerləşən azər­baycan­lı kəndlərini Comərdli, Ərəf­sə, Mur­xuz, Şıxlar, Dəstəgird, Şələk, Pulkənd, Şəki, Qarakilsə, Almalıq, Ağyol, Armudlu, Arıqlı, Sofulu, Qıvraq, Əlişar, Zaba­hadur, Mə­liklər, Püsək, Şükar kəndlərini dağıdıb yandırdı”. (Urud, 2005: 79)


  1. Dəstəgeddə ermənilərin müsəlmanlara qarşı hərəkət­ləri və siyasətləri xalq yaddaşında

Burada biz müxtəlif kənd sakinlərinin eşidib-gördüklərini təqdim edəcəyik. Həmin şəxslər aşağıdakılardır:


    1. Gözəl Məhəmməd qızı Əliyevanın (1925) söylədikləri:

1919-cu ilin Novruz bayramına az qalmış ermənilər kəndə hücum ediblər. Mənim dörd gənc əmimi Alışarda (Sofluda) ermə­nilər öldürüblər: Şərif, Yusif, Məhəmməd və Eldar adlı gənc­lər olub. Anaları Nərgiz mamam daima şükür edərdi. Deyərdi ki, nə yaxşı ki, oğullarımı öldürdükdən sonra əllərini, qollarını, ayaq­larını kəsməyiblər. Torpağa bütöv gediblər. Dəstəgerddə isə Əziz qarının oğlu Nofəllə, Əhmədi öldürüblər. 1988-ci ildə Dəstəgerd­dən ən çox çıxanlardan biri mənim oğlum Adil olub. Bir də qəsə­bə sovetinin sədri Təhməz müəllim, yaşlı anası Sədət arvad. Er­mənilər onlara xüsusi amansızlıq ediblər. Hətta maşın yoluynan Azərbaycana gəlməyə imkan verməyiblər. Dağnan aşıblar Nax­çıvana, qışın qarında zülmlər çəkiblər.

Ermənilər Sovet dövründə də ziyalı, vəzifədə işləyən azər­bay­canlılara qarşı mənfi münasibət göstəriblər. Çoxunu məhv etməyə çalışıblar və Sovet dövründə öldürdükləri şəxslər bun­lardı:

Sisyan rayon komitəsinin üçüncü katibi: Nurəddin Əliyev – xəstəxanada erməni həkimlər tərəfindən öldürülüb.

Quliyev Qabil Məhəmməd oğlu – 1977-ci ildə Şıxlar kəndin­də ermənilər tərəfindən maşın qəzasında öldürülüb.



Budaq Fərzalıyev Cəbrayıl oğlu- anbar qarovulçusu işləyi­rmiş, ermənilər gecə boğub öldürüblər.


    1. Rəşid Niftalı oğlu İbrahimovun (1958) söylədikləri:

Qaçqınlıq, məncə, 1918-ci ildə yox, 1919-cu ilin mart ayının əvvəli olub. Kənddən, demək olar ki, hamı qaçıb. Bir nəfər qoca kişi getməkdən imtina edib (Bəxtiyar kişigillərdən olub, məncə) və bir xəstəni apara bilməyiblər. Ermənilər hər iki nəfəri xüsusi qəddarlıqla öldürüblr. Qoca kişiyə ağır əzab verərək, zor gücünə bəzi məlumatlar əldə edirlər (buğda quyularının yeri və s.) sonra öldürürlər. Qaçan vaxt itkin düşənlər də olub. Onlardan 2 gənc qız Sirnuxu meşəsində itkin düşüb. Həmin qızlar bacı olublar, təxminən 12-14 yaşlarında imişlər.

Dəstəgerddə 1918-ci ilin hadisələri zamanı ermənilər tərəfin­dən qətlə yetirilən insanlardan Hüseyn və Əmirxan adlı gənclərin adlarını qeyd edə bilərik. Hüseyn Qədimalı və Nurəddin müəl­limin əmisi, Niftalı müəllimin dayısı olub. Bunlar Qapana gedər­kən hava dumanlı-çiskinli olduğundan yolu azıb Şinətağın (ermə­ni kəndi) fermasına gedib çıxırlar.

Sonra bunlar haqda heç bir xəbər ala bilmirlər. Hər gün kəndin bütün adamları səhərdən durub axşama kimi gedib bunları axtarırlarmış. Bu axtarış aydan artıq davam edir. Bir gün bu erməni kəndinden bizim kəndə (səhv etmirəmsə, Ədalət Məhər­rəmovun babasıgilə) Galis adlı erməni gəlir və Hüseynlə Əmirxa­nın ermənilər tərəfindən öldürüldüynü bildirir. Kəndə ermənilərin hücum edəcəyini də bu erməni xəbər verib.

Hüseyn və Əmirxani oldürənlərdən biri də Hamparsumyan adlı erməni idi. Həmin erməni 1960-70-ci illərdə Dəstəgerd mək­təbinin təsərrüfat müdiri işləyirdi. O hadisəni uşaq vaxtı (14-15 yaşlarında) anlamadan törətdiyini deyirdi.

Ümumiyyətlə, 1918-ci illərdə Dəstəgerdə hücum edənlər Şinətağ və Darabas kəndinin erməniləri olub. Əslində həmin ha­disələrə qədər Darabas kəndində də əsasən türklər yaşayıblar.

Bir də, qaçqınlıq zamani bizim insanlar infeksion xəstəlik­lər­dən də (vəba) ölüblər. Bizim ailə 9 nəfər olub. Naxçıvana Xaça­paraq kəndinə gediblər. Geri 2 nəfər sağ qalıb və qayıdıb. 7 nəfər 6 aya ölüb.

(Rəşid İbrahimov 1918-ci il hadisəlri haqqında məlumatları babası, nənəsi və Ramazan kişidən 1970-80-ci illərdə eşitdiyini deyir-E.M.K.)

1985-ci ilin mart ayında Dəstəgerddə işləyirdim. Sisyan maa­rif şöbəsinin inspektoru Şahinyan atamdan (Niftali müəllim­dən) xahiş etmişdi ki, gedib Şinatağda (erməni kəndi idi) anasına ba­xım. Şahinyan altmışıncı illərdə Dəstəgerd orta məktəbində müəl­lim işləmişdi və atamla münasibəti yaxşı idi... Anası ağır xəstə idi. Evlərində yatırdı, onlara getdim. Müayinədən sonra qonaq otağına keçdik çay içməyə. Otağa daxil olanda divarda gözəl bir xalça diqqətimi çəkdi. Diqqətlə baxanda xalçanın üzərindəki bir defekti və onun üzərində əslində bir portretin olduğunu gördüm. Xalçaya daha da yaxınlaşanda onun üzərində əski əlifba ilə yazı gördüm. Bu yazını, çox güman ki, pozmağa çalışmış və xalçanı korlamış­dılar. Defekti ya örtmək, ya da başqa səbəbdən üzərinə Koroğ­lunun portretinə bənzər bir portret asılmışdı! Ev sahibləri mənim xalçaya diqqət yetirdiyimi görüb, özlərini itirdilər və hörmətlə bu xalçanın onlara musurman kirvələri tərəfindən hədiyyə verildiyini bildirdilər. Soruşdum ki, bəs belə gözəl xalça niyə kəsilmişdir? Cavabında dedilər ki, bu qədimdə olub. Koroğlunun portretini bəs niyə asmısınız deyə soruşdum. “Bu bizim qəhrəman Andronikin şəklidir”, dedilər. Amma mən evimizdə eşitmişdim ki, 1918 ildə bizim kəndin sakinləri Novruz bayramına 2 həftə qalmış dağ yolu ilə canlarını götürüb qaçmış­dılar. Deməli, kənd sakinləri qaçdıqdan sonra evlər ermənilər tərəfindən qarət edilmiş və kimin nəyi varsa, o cümlədən xalçalar da ermənilər tərəfindən qarət edilmişdi!

1964-cü ildə ermənilər ilk dəfə Dəstəgerddə klubda aprelin 24-ü gizli iclas (konfrans) keçiriblər. Ümumerməni konfrans imiş. Bunu görən Ənvər kişi olub və bizimkilərə deyib ki, erməni məhəlləsinə getməsinlər.

Hər gun məktəbdə ermənilərlə dava olurdu. Avtobusda Ax­latyan kəndi ilə həmişə dava düşürdü.

Bundan başqa, ermənilərin yardım fondu da olub. Hətta mə­nim də maaşımdan pul çıxırdılar. Şoruşanda deyirdilər ki, tarixi abidələrin bərpasına görədir. Dəstəgerddə bu məsələ Ovagimyan Volodya adlı erməniyə təhkim edilmişdi. O, zavodun həmkarlar təşkilatının sədri idi.

Onlar (ermənilər –E.M.K) həmişə fəal idilər. 1976-cı ildən sonra daha da fəallaşmışdılar. 1985-ci ildə isə bu fəallıq pik həddə çatdı. 1986-cı ildə mən Yerevanda konfransda idim (tibbi). Konfransdan sonra restorana getdik, 15-17 nəfər idik. Aralarında bir tək mən azərbaycanli idim. Bunu isə Sisiandan olan 3 erməni həkim bilirdi… Restoranda türklərə qarşı söhbətə başladılar və əzabkeş ermənilər haqda danışdılar. Seyran adli (Sisianli) həkim mənim yaxınımda oturmuşdu. Durub dedi ki, burda başqa xalqın nümayəndəsi də var. Tez söhbəti dəyişib gizli tərzdə davam etdirdilər və başladılar yalandan məni tərifləməyə. O restoranda onlar daha çox Şuşa haqda danışırdılar və deyirdilər ki, türklər (Osmanlı) körpə uşaqları öldürüblər. Onların qəbrinin, bir də bir keşisin qəbrinin fotosunu da göstərdilər. Hətta mən də baxdım. Guya vaxtı ilə türklər tərəfindən öldürülən ermənilər idi.

1986-cı ildə Sisianın xəstəxanasının baş həkimi Parsadanyan Brudikin atası ölmüşdü. Ağalar dayı ilə yasa - Kafanın Bexi kən­dinə getdik. Bir də gördüm hamı bir qoca kişinin ətrafina yığışır. Kişini görünüşündən azərbaycanlıya oxşadıb, mən də getdim. Erməni olduğunu gördüm. Onun danışığını eşidib dəhşətə gəldim. Kişinin 100-ə yaxın yaşı var idi. Başında qara dəridən yunnu papaq, ayaqlarında çarıq, dizinə qədər uzanan güllü yun corab. Kişi danışır, ətrafındakı ermənilər də gülərək əylənirdilər. Danış­dıqlarından nə qədər əsəbiləşdimsə, rəhmətlik Ağalar dayı qayıtdı ki, ağıllı ol, sən nə edirsən, hamısı ermənidi, bir qoca kişiyə bas qoşursan?

Orada onların oxuduğu mahnını eşitdim və başa düşdüm ki, bu nə deməkdi: meqç yerqu yereq cors (1, 2, 3, 4). Bizim əsir düşən qadınların, cavan oğlanların başına açılan dəhşətli hadisələr haqqında idi. O mahnının mənası “bir, iki, üç, mənim nömrəm on dörd” idi. Bizim qadınları sıra ilə düzürmüşlər, onların əsgərləri mahnı oxuya-oxuya on dördüncünü götürürmüş….

Sisiandan Vilson adlı (xəstəxananın zavxozu) və xirurq Tate­vosyan məni sakitləşdirmək istədilər ki qocadı, ağlı gedib. Mən də onlara dedim ki, qocanın yox, bu həkimlərin (erməni) ağlı gedib ki, bunun söhbətinə yığışıb insan əzabından həzz alırlar…


    1. Sima Rövşən qızı Müsülovanın (1960) söylədikləri:

Leyli nənəm (1908-1985) deyirdi ki, 1918-ci il hadisələri zamanı kənddə ermənilər böyük qırğın törətdilər. Başımızı götürüb hərəmiz dağlarla bir tərəfə qaçdıq. Biz də Qubadlıya getdik. Amma orada istiyə dözmədik, sonradan geri qayıtdıq. Ermənilər o dövrdə duzsuz qalıblarmış. İy verib iylənirmişlər. Naxçıvandan dava səbəbilə duz gəlmirmiş. Ermənilər yalvarıblarmış ki, geri dönün.

1988-ci ildə Fikrət dayımla rayon mərkəzinə getmişdik. Geri dönərkən kəndə artıq avtobuslar işləmədiyi üçün taksi ilə geri dönməli olduq. Dayım zavodun sex rəisi idi və ermənicə çox yaxşı bilirdi. Biz sürücüylə ermənicə danışdıq və türk olduğu­muzu başa düşmədi. O, yolboyu türklərə olan nifrətini büruzə verir və «Bütün türklərin qanını içmək lazımdır! Uşaqlarımız da həqiqətləri bilməlidir!» kimi sözlər işlədirdi.

1988-ci ilin sentyabr ayında zavoda sahə müvəkkili gəlmişdi. Kəndin əhalisinin müəyyən qismi artıq çıxıb getmişdi və işlədi­yim anbarda türk olaraq sadəcə mən qalmışdım. Digərləri hamısı erməniydi. Sahə müvəkkili soruşdu ki, aranızda türk varmı? Mənim orada olmağımı başa düşmədi. Sonra isə təbliğat aparma­ğa başladı. Türklər çox qaniçəndirlər, vaxtı ilə bizi öldürüblər, onları incitmək lazımdır, kimi sözlər deyirdi.

1988-ci ilin sentyabr ayının axırları idi. Səhər-səhər qapımız döyüldü. Jek rəsisi idi. «Çıxın gedin burdan, yoxsa pis olacaq», - deyib bizi təhdid etdi. Yanında da bir erməni gətirmişdi. Guya Sumqayıtdan gəlmiş erməni idi. Bundan sonra da dəfələrlə gəlib bizi təhdid edirdilər.

1988-ci ilin oktyabr ayının 11-i səhər saat beşdə kəndi tərk etməli olduq. Füzuli rayonuna gəldik, 1993-cü ildə isə ordan məcburi köçkün kimi Bakı şəhərinə köçdük.
3.4. Əhlimə Məhəmməd qızı (1950) Məmmədovanın söy­lə­dikləri

1988-ci ildə kənddə xəstənaya, doğum evinə qonşu kənddən bir hamilə qadın gətirirlər. Erməni mamaça Yeranik onu qəbul eləmir ki, get, səni Sumqayıtda azad etsinlər! Ermənilərin bütün məkri açılmışdı.

O vaxt mərkəzə, Sisyana avtobus işləyirdi. Həmişə bu avtobuslarda dava düşərdi. Ermənilər bizim gəncləri durğuzub yerində oturmaq istəyirdilər. Dava düşürdü. Həmişə bizim paxıllığımızı çəkirdilər.

Zeynəb Xanlarova rayon mərkəzinə konsert verməyə gəlib­miş. Bütün kəndlərdən hamı həvəslə tamaşaya gedib. Ermənilər bu zaman da təxribat törədiblər. İşığı söndürərək mane olublar.
3.5. İlhamə Urfullah qızı Nəzərlinin (1976) söylədikləri:

1988-ci ilin iyun ayının əvvəli idi. Ermənilər hər gün təzyiq edir, təhdid edirdilər. Atam evimizin əşyalarını və bacılarımın cehizlərini rəhmətlik Nazir dayının maşınına yığıb Isaxlıya, nənəmgilə aparmaq istəyirdi. Kənddə ermənilər köçməyimizdən xəbər tutub, milisnən bizə gəldilər ki, əşyaları niyə çıxarırsınız? Atam dedi ki, qızımın cehizidir. Sonra çıxıb getdilər. Nazir dayı dedi ki, gecəynən çıxaq ki, heç kim bizə dəyməsin. Ən maraqlısı o idi ki, onlar o vaxtlar Heydər Əliyevdən qorxurdular. Ona görə də maşının qabağına Nazir dayı H.Əliyevin şəklini qoymuşdu. Neçə dəfə postlarda saxlayırdılar, amma şəkli görən kimi bizi buraxırdılar. Atam mənə deyirdi ki, səni danışdırsalar, danışma, guya lal-karsan. Biz də onlarin dilini bilirik, bir təhər gedərik. Atam mən maşında olduğuma görə çox narahat idi. Allahin köməyi ilə gedib İsaxlıya çıxdıq, məni orada qoyub qayıtdılar. Amma sonrakı səfərdə çox əzab-əziyyət çəkiblər. Bizim salamat gəlməyimizə o şəkil kömək oldu.

3.6. Ziya Süleyman oğlu Əlisoyun (1983) söylədikləri:

Kənddə rəhmətlik atam Süleyman (Süleyman Xanzadə oğlu Əliyev 1992-ci ildə Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalmışdır – E.M.K.) məni çox gəzməyə çıxardardı evdən.. Yadımdadı biz binanın 3-cü mərtəbəsində yaşayırdıq. Bir gün yenə atamla qapıdan çıxanda qapıbir qonşumuz erməni Maro arvad vardı, onun oğlu ya Samveliydi, ya da Aşot. O da uşağı ilə çıxırdı, qapıda qarşılaşdıq... Onda o uşaq gözlərini bərəldərək atasının arxasına gizlənib ağlaya-ağlaya "turki yeğqan" deyirdi.. Mən anlamırdım onu, ancaq sonradan öyrəndim ki, o nə deyir­miş.. Ancaq biz həmyaşıd olsaq da, mən hələ onda erməni nədir, türk kimdir qanmırdım..O erməni uşağı isə qanırdı....
3.7. Elşən Tariyel oğlu Məmmədovun (1975) söylədikləri:

1964-cü ildə atamın dediklərinə görə, ermənilər yığışıb təbliğat aparırlarmış ki, burdan çıxın, bura sizin yeriniz deyil. Bu hadisələr 3-4 ay çəkib. Vərəqələr də paylayıblar ki, çıxın burdan. Amma iğtişaş olmayıb. Deyilənə görə, o vaxt Xruşov məsələyə qarışıb və sakitləşiblər.
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə