AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə3/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

beynəl­xalq siyasət və beynəlxalq hüquq

Dünyanı siyasət xilas etməsə də XXI əsrdə qloballaşmanın meydana çıxardığı ən böyük təzahür siyasi proseslərin durmadan genişlənməsi ilə izah oluna bilər. Əslində dünyada sağlam siyasət yürüdən dövlətlərin sayı o qədər də çox deyil, bu dövlətlərdən bi­ri, dünyada və eləcə də regionda siyasi və iqtisadi qüdrəti ilə ta­nınan Azərbaycan Respublikasıdır. Bu onu göstərir ki, siyasət böyük dövlətlər tərəfindən güc amili kimi tanınmaqda davam edir və Azərbaycan heç də bu mənzərə qarşısında geriyə çəkilmək niy­yətində deyil. Ölkəmiz Ermənistanın Cənubi Qafqaz re­gio­nun­da sünii şəkildə davam etdirdiyi işğalçılıq siyasəti ilə barışmaz mövqedədir və böyük dövlətlərin məsələyə biganə qalması Azər­baycanın əlini-qolunu bağlamır, əksinə respublika xarici siyasə­tini günü-gündən dinamik şəkildə inkişaf etdirməkdədir. Bu sə­bəb­dən “Xocalıya ədalət” üçün beynəlxalq ictimaiyyətin nəzərləri hər il yüksək səviyyədə məsələyə yönəldilir və XX əsrdə ermə­nilərin Azərbaycan xalqına qarşı törətmiş olduqları soyqırımı ci­na­yətinə siyasi-hüquqi qiymətin verilməsinə ciddi səylər gös­tə­ri­lir. Bu istiqamətdə dövlətin həyata keçirdiyi beynəlxalq tədbirlər öz bəhrəsini verir, soyqırımını tanıyan dövlətlərin sırası genişlənir və Azərbaycan elmi-ictimaiyyətinin məsələyə həssas münasibəti Xocalı soyqırımı, Xocalı həqiqətləri ilə bağlı yeni-yeni əsərlərin ərsəyə gətirilməsinə müsbət təsir göstərir.

Qeyd etmək lazımdır ki, müasir beynəlxalq münasibətlərdə siyasi aktivlik xüsusilə müşahidə olunmaqdadır və sosial-iqtisadi tərəqqi bu prosesə ciddi təsir göstərir. Belə olduğu təqdirdə Azər­baycan dövləti “Xocalıya ədalət” kampaniyası çərçivəsində həqi­qətləri dünya ictimaiyyətinə dəqiq və qərəzsiz şəkildə çatdırmaq üçün yeni imkanlar əldə edir. Bu, Azərbaycanın xarici siyasətində həyata keçirdiyi şəffaf fəaliyyəti ilə bağlıdır və siyasi baxımdan za­man Azərbaycanın xeyrinə işləyir. Dünyada ən mötəbər iqtisadi təş­kilat sayılan Davos, digər adıyla Dünya İqtisadi Forumu Azər­bay­canın iqtisadi qüdrətinin təbliği ilə paralel Ermənistan-Azər­baycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində və eləcə də “Xocalıya ədalət” kampaniyasının daha dolğun şəkildə ta­nınması baxımından iqtisadi olduğu qədər də siyasi əhəmiyyətə malikdir.

Azərbaycan həqiqətlərinin təbliğ olunmasında dövlətə siyasi, həm də hüquqi dəstək son dərəcə vacibdir. Bu baxımdan son on bir il ərzində “Xocalıya ədalət” kampaniyasının genişlənməsinə nail olmaq üçün milli diplomatiyanın fəaliyyət mexanizmi daha da aktivləşmişdir demək mümkündür. Xocalı soyqırımı hazırda Qərb, Avropa, Asiya, Afrika regionlarında düşünülmüş siyasətin nəticəsi olaraq beynəlxalq ictimaiyyətə çatdırılır. Bu həqiqətlərin dünya ictimaiyyətinə effektli şəkildə yayılmasında Yaxın və Orta Şərq dövlətləri ilə də münasibətlər yüksək səviyyədə davam etdirilməlidir. Bu baxımdan biz İsrail kimi dövlətin adını xüsusilə çəkməliyik. İsrail hökuməti “Xocalı həqiqətlərinin” Amerika kimi güc mərkəzində, həmçinin Avropa dövlətlərində təbliğ olun­masına müsbət yanaşır. II dünya müharibəsi illərində faşistlər tərəfindən böyük faciə ilə üzləşmiş İsrail xalqı əslində soyqırımı kimi iyrənc və qorxunc cinayət hadisələrini yaşamış xalqdır. Belə olduğu hlada “Xocalıya ədalət” kampaniyası ilə bağlı tədbirlərin hər il İsraildə də keçirilməsi və bu soyqırımı hadisəsinə İsrail rəsmilərinin həssas yanaşması həqiqətlərin siyasi və hüquqi baxımdan dəstəklənməsinə şərait yarada bilər.

Xocalı soyqırımının tanınmasının hüquqi tənzimlənmsəinə gəldikdə bu məsələdə milli qanunvericiliklə yanaşı, hətta bir qədər də artıq beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması əsasdır. Biz burada işğalçı Ermənistanın istər Ermənis­tan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, istərsə də Xocalı soyqırımı ilə bağlı dünya birliyi tərəfindən məsuliyyətə cəlb olun­mamış qaldığının şahidi oluruq. Qeyd etmək lazımdır ki, müasir dövrdə beynəlxalq hüquq anlayışı, yəni hüququn beynəlxalq münasibətlərdə icra mexanizmlərinin böyük dövlətlərin təsiri altında işləməsi də heç kəsə sirr deyil. Belə olduğu halda Xoca­lıda törədilən erməni vandalizminin beynəlxalq hüquq baxımın­dan tanınmasının mürəkkəbliyini də təxmin etmək çətin deyil. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öl­kədə həyata keçirdiyi təməlli və müdrik siyasət Xocalı həqiqət­lərinin də siyasi və hüquqi baxımdan dünya ictimaiyyəti tərə­findən tanınması və işğalçı Ermənistana beynəlxalq təzyiqlərin ar­tırılması istiqamətində müsbət dəyişikliklərlə müşahidə olun­maqdadır. Bu fəaliyyətin, uduzan Ermənistan ilə informasiya mü­haribəsində Azərbaycan Respublikası üçün cidd effekt verdiyi hazırda hər kəsə məlum olmaqdadır.

Yaxın tarixdə Xocalı şəhərində baş verən qanlı hadisələrə nəzər saldıqda təqdim olunan faktlar və insanlığa qarşı həyata keçirilən cinayətlərin soyqırımı olduğuna dair heç bir şübhə qalmır, əksinə bunun erməni vandalizmi olduğu anlaşılır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Rusiyanın, tərkibində xeyli erməni əsgəri və zabiti olan Qarabağdakı 366-cı motoatıcı alayı ilə birgə Xocalıya hücum edən ermənilər 613 azərbaycanlını (o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı) qətlə yetirdilər [2, 358]. Göründüyü kimi Ermənistanın Xocalıda törətmiş olduğu etnik təmizləmə siyasətinin soyqırımı kimi tanınmasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hazırda BMT-nin ciddi dəstəyi çox vacibdir. Çün ki, bu mötəbər qurum üzvlərinin sayına görə dünyada birinci sıradadır və beynəlxlaq birlik kimi daha çox tanınır. Digər tərəfdən ATƏT-in Amerika, Rusiya və Fransa dövlətlərinin nümayəndələrindən ibarət Minsk qrupunun bu istiqamətdə göstərdiyi fəaliyyəti də qənaətbəxş sayıla bilməz. Yəni BMT-nin Azərbaycan Prezidenti və rəsmiləri tərəfindən tez-tez səsləndirilən məlum 4 qətnaməsinə Ermənistan hökuməti məhəl qoymur və dünya birliyi də bu məsələ qarşısında hələ ki, susur. Azərbaycan Respublikası isə bu məsələlərdə barışmaz mövqedə olduğunu dəfələrlə bəyan etmiş və Xocalının soyqırımı aktı kimi tanınması istiqmətində beynəlxalq təşkilatlarla münasibətlərə ciddi əhəmiyyət verilir.

Qeyd etmək lazımdır beynəlxalq təşkilatlar arasında Azər­baycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra daxil olduğu il beynəlxalq qurum İslam Əməkdaşlıq Təşkilatı (İƏT) (İslam Konfransı Təşkilatı – İKT) olmuşdur. İƏT ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqmətində Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini boşaltmağı tələb edən qətnamələr qəbul etmiş və oxşar sənədlər təşkilatın müxtəlif toplantılarında bu gün də qəbul olun­maqdadır. Yəni İƏT Baş Katibliyi bu məsələdə Azərbaycan Res­pub­likasına birmənalı şəkildə dəstək verən yeganə beynəlxalq qurum olaraq qalır. Paralel olaraq İƏT tərəfindən Xocalı cinayəti soyqırımı kimi tanınmışdır. İƏT xarici işlər nazirlərinin 2007-ci ilin may ayında Pakistanın paytaxtı İslamabadda keçirilən toplan­tısında Dialoq və Əməkdaşlıq Uğrunda İƏT Gənclər Foru­munun təşəbbüsü ilə Xocalı qətliamına siyasi qiymət verilmişdir [5, 50]. Bu məsələdə də İƏT beynəlxalq təşkilat olaraq birinci sıradaır. İƏT tərəfindən hər il Xocalı soyqırımını pisləyən bəyannamə qəbul olunur və təşkilata üzv olan dövlətlərin bu insanlıq dramına biganə qalmaması ilə bağlı çağrışlar edilir. Hazırda Xocalının soyqırımı kimi tanınması ilə bağlı Azərbaycan hökuməti tərəfindən beynəl­xalq tədbirlər və əməkdaşlıq davam etdirilir.

Məsələyə NATO kimi nüfuzlu hərbi-siyasi qurumun da ma­raq göstərməsinə nail olmaq üçün düşünürəm ki, çox işlər görül­məlidir və bu yolda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi səriştəsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqının başına gətirilən müsibətlərə NATO-nun münasibət bil­dir­məsi çox vacibdir. Bu, ciddi siyasi əhəmiyyət daşıyır və Ermə­nistana təzyiqlərin artırılmasında NATO-nun imkanları dəyərlən­dirilə bilər. NATO-nun Xocalı soyqırımını tanıması və ya buna yaxın münasibət bildirməsi enerji təhlükəsizliyi ilə bərabər, ha­zırda Azərbaycan Respublikasının ikitərəfli strateji münasibət­lərdə diqqət yetirdiyi məsələlərdəndir.

Xocalı soyqırımının yaşadığımız 2015-ci il çərçivəsində də tanınması ilə bağlı Azərbaycan hökuməti və Qeyri Hökumət Təşki­latları (QHT) tərəfindən mühüm addımlar atılmaqdadır. Azərbay­can diplomatiyası bu istiqamətdə uğurlara imza atmışdır. Belə ol­duğu təqdirdə qeyd etmək lazımdır ki, ABŞ-ın Arizona ştatının Senatı fevralın 25-də Xocalı soyqırımının tanınmasına dair qətna­mə qəbul edib. Qətnamədə bildirilir ki, erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insan yaralanıb və 1200-dən artıq insan əsir götürülüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişə­sində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və ABŞ-ın müxtəlif ştatlarının müvafiq qətnamələr qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır. Qətnamədə bu faciəni törədənlərin hələ də ədalət qarşısında cavab vermədikləri bildirilərək, Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla Azər­baycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 fai­zinin hələ də işğal altında olduğu qeyd edilir. Eyni zamanda, bil­dirilir ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qət­namələr qəbul edərək, Azərbaycan ərazilərinin Ermənistan tərəfin­dən işğal edilməsini pisləyib. Sonda Arizona ştatının Senatı tərəfindən 2015-ci il 26 fevral tarixinin Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir. Qeyd edək ki, bu, Arizona Ştatı tərəfindən Xocalı soyqı­rımına dair qəbul edilmiş ilk rəsmi sənəddir. Bununla da Xocalı soyqırımını ABŞ-da tanıyan ştatların sayı 16-ya çatıb [8]. Amerika erməni quldur dəstələrinin nəinki Azərbaycana qarşı, ümumtürk dün­yasına qarşı məkirli fəaliyyətlərini davam etdirmək üçün seç­dik­ləri mühüm dövlətlərdəndir. Belə olduğu halda 2015-ci il çər­çivəsində, ilin ilk aylarında ABŞ-ın Arizona ştatının Senatı tərəfin­dən Xocalının soyqırımı kimi tanınması Azərbaycan diplomatiya­sının asan əldə olunmayan ciddi uğurlarındandır. Azərbaycan dip­lomatiyası istər Qərb, istər Avropa, istərsə də Qafqaz, Asiya, Yaxın və Orta Şərq regionlarında Prezident İlham Əliyevin təyin et­diyi xarici siyasi kursu şəffaf şəkildə və inamla davam etdirməkdədir.

Təməlli siyasət Azərbaycan həqiqətlərinin dəqiq və qərəzsiz şəkildə tanınmasına yol açmış və biz burada Xocalı soyqırımının tanınması ilə bağlı həyata keçirilən dövlət siyasətinin genişlən­diyinin şahidi oluruq.



Nəticə

Azərbaycan Respublikası tərəfindən 23 il ərzində Xocalı soyqırımının tanınması istiqamətində görülən işlər düşünürəm ki, bu işdə kifayət qədər uğurlu başlanğıc olmuşdur. Prezident İlham Əliyevin də söylədiyi kimi: “Biz bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri bütün dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir” [7]. Cənab Prezidentin qeyd etdiyi kimi biz hər birimiz bu işdə bir hədəfə vurmalıyıq. İstər ölkə daxilində, istərsə də ölkə xaricində Xocalı qətliamının tanınması məsələsi hər il daha da genişlənməlidir. Həqiqətən də o gün gələcək və Xocalı cinayətinin səbəbkarları, indiki Ermənistanı idarə edənlər, hərbi cinayətkarlar layiqli cəzalarını alacaqlar. 2015-ci il çərçivəsində Ermənistan prezidentinin, Xocalı qətliamının əsas iştirakçısının beynəlxalq məhkəmə qarşısında məsuliyyətə cəlb etmək üçün başladılan petisiya da düşünürəm ki, öz bəhrəsini verəcək və beynəlxalq hüquq, haqq-ədalət bərpa olunacaq.

Ötən 23 il ərzində Azərbaycan Respublikası siyasi və iqtisadi qüdrətini artırmışdır. Azərbaycanın dünyaya örnək olan tolerantlıq modeli demək olar ki, bütün demokratik dövlətlər tərəfindən dəstəklənməkdədir. Bu onu göstərir ki, Azərbaycan həm siyasətdə, həm iqtisadiyyatda həm də beynəlxalq mədəni proseslərdə fəal iştirak edir. Bu baxımdan Azərbaycanın ev sahibliyi etdiyi bey­nəlxalq mədəni Forumlar, yüksək səviyyəli tədbirlər, görüşlər, Simpozium və Konfranslar Xocalı həqiqətlərinin təbliği və erməni vandalizminin soyqırımı kimi tanınmasında heç də az əhəmiyyət daşımır. Yəni, beynəlxalq mədəni proseslərə öz töhfəsini verən Azərbaycan Respublikası mədənniyyətlərarası və sivilizasiyalara­rası dialoqun genişlənməsinə ciddi şəkildə dəstək verir.

Son on bir il ərzində Azərbaycanın informasiya siyasəti dina­mik şəkildə inkişaf etmişdir. Bu müsbət inkişaf imkan verir ki, Azər­baycan Respublikası dünya birliyi ilə sıx əlaqələr qursun, tə­maslarını genişləndirsin. Belə olduğu halda Ermənistan-Azərbay­can, Dağlıq Qarabağ münaqişəsinin respublikaya vurduğu ən bö­yük zərbə, daha doğrusu ermənilərin XX əsrin sonunda azərbay­can­lılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin soyqı­rımı ilə nəticələnmsinin siyasi və hüquqi tərəfdən tanınması işi də xeyli asanlaşmış və təbliğat-təşviqat kampaniyası uğurla davam et­dirl­məkdədir. Bu onu göstərir ki, Azərbaycanın milli maraqlarına ca­vab verən bütün məsələlərdə, həmçinin Xocalı həqiqətlərinin təb­liği və siyasi-hüquqi baxımdan tanınması istiqamətində beynəl­xalq tədbirlər keçirmək üçün əlverişli imkanları yaranmışdır və bu mə­qam­dan dövlət-xalq naminə yaralanmaq üçün ciddi addımlar atılır.



Sonda mövzu ilə bağlı bütün təhlil olunan tarixi, siyasi və hüquqi məqamları nəticə olaraq aşağıdakı şəkildə konkret mad­dələr halında göstərmək olar:

  • Xocalı cinayətləri Azərbaycan xalqının yaxın tarixində, XX əsrin sonunda ermənilər tərəfindən törədilən misli görülmə­miş soyqırımıdır;

  • Xocalı şəhərində qətlə yetirilən insanlar sırf azərbaycanlı olduqları üçün, yəni dini və etnik mənsubiyyətinə görə ermənilər tərəfindən amansızlıqla soyqırımına məruz edilmişdir;

  • Xocalıda Azərbaycanın antik mədəniyyət nümunələrindən sayılan Xocalı-Gədəbəy mədəniyyətinin izləri silinmiş, müxtəlif maddi mədəniyyət abidələri məhv edilmiş, şəhərin bütün infra­strukturu dağıdılmış, yaşayış obyektləri, mədəniyyət və incəsənət ocaqları yerlə yeksan edilmişdir;

  • 2008-ci ilin 8 mayında elan edilən “Xocalıya ədalət – Qa­ra­bağa azadlıq” beynəlxalq məlumat və təşviqat kampaniyasının təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əli­yevanın məsələ ilə bağlı həyata keçirdiyi fəaliyyət son illər daha da genişlənmişdir. Kampaniya çərçivəsində beynəlxalq tədbirlər genişlənmiş və beynəlxalq ictimaiyyətin Xocalı həqiqətlərinə diqqəti artmışdır;

  • BMT başda olmaqla bütün nüfuzlu beynəlxalq təşkilatlar NATO, ATƏT, İƏT, MDB və digər qurumlar vasitəsilə Xocalı soy­qırımına siyasi-hüquqi ədalətin tanınması işinə ciddi əhəmiy­yət verilir və bu istiqamətdə dövlət siyasəti davam etdirilir;

  • Beynəlxalq siyasətlə paralel bu gün ölkə daxilində də Xocalı soyqırımının tanınması ilə bağlı tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan elmi-ictimaiyyətinin məsələyə həssas münasibəti dövlətin həm daxildə həm də xaricdə uğurlu siyasət apardığını sübut edir. Azərbaycan alimləri Xocalı soyqırımı ilə bağlı yeni-yeni əsərlər ərsəyə gətirir. Ən əsası isə bu əsərlərin əksəriyyəti əcnəbi dillərə tərcümə olunaraq yayılır.

  • 23 ildir ki, dünya birliyi (BMT və digər qurumlar) bu ədalətsizliyə göz yumur, soyqırımını törədən hərbi cinayətkar qrup cəzalandırılmamış qalır.


Qaynaqlar

  1. Azərbaycan tarixi. Yeddi cilddə, VII cild (iyun 1941-2002-ci illər). Bakı: Elm, 2003, 676 s.

  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild. Bakı: “Lider nəşriyyat”, 2005, 472 s. 350-354.

  3. Aşırlı A. Türkün Xocalı soyqırımı. Bakı: Nurlan, 2005, 152 s. (+24 s. şəkil).

  4. Erməni terroru (üç dildə) / tərtibçilər: E.Səmədov, E.Ağayev, A.Həsənoğlu. Bakı: Vətən, 2005, 168 s.

  5. Əhmədov A. İslam Əməkdaşlığı Təşkilatı və “Xocalıya ədalət – Qarabağ azadlıq” beynəlxalq kampaniyası / “Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi” beynəlxalq konfransın tezislər toplusu. Bakı: “Apostrof” çap evi, 2013.

  6. Əhmədov E. Xocalı soyqırımı XX əsrin ən böyük cina­yət­lərindən biridir-II YAZI // http://strategiya.az/old/?m=xeber&id=11124. 23 fevral 2013 (saytdan yüklənib 05/03/2015).

  7. Əhmədov E. Xocalı soyqırımının beynəlxalq aləmdə geniş ya­yıl­ması və tanınması-III YAZI // http://strategiya.az/old/?m=xeber&id=11215. 26 fevral 2013 (saytdan yüklənib 05/03/2015).

  8. Xocalı soyqırımı Amerikada tanındı // http://www.pia.az/Xocali_soyqirimi_Amerikada_tanindi_-73209-xeber.html#.VPhfuHysVe8 (saytdan yüklənib 05/03/2015).

  9. Server Aya Ş. The genocide of truth. İstanbul: İstanbul Ticaret Üniversitesi Yayınları, 2008, 702 s.

  10. Yaqublu N. Xocalı qırğını. Bakı: Azərbaycan nəşriyyatı, 1992, 128 s.

  11. Преступления армянских террористических и бандитских формирований против человечества (краткая хронологическая Энциклопедия) / автор идеи и научный руководитель Энцикло­пе­дии Р.Мустафаев. Баку: Элм, 2002, 154 с.


POLITICAL AND LEGAL JUSTICE FOR KHOJALY GENOCIDE

Summary

Azerbaijan’s way of development passed over the past eleven years, undoubtedly, accompanied by the expansion of its foreign policy. Therefore, it should be noted that the number one foreign policy issue of Azerbaijan’s foreign policy is the solution of the Armenian-Azerbaijani Upper (Nagorno) Garabagh conflic. Armenia interested in continuing the conflict and demonstrating non-constructive position is trying to distract the international community from the essence of the issue with politicizing Khojaly Genocide committed by them against Azerbaijanis in 1992. However, Azerbaijan diplomacy preached the truth about Khojaly all over the World over the past eleven years and it is continuing today. When we look at the legal side of the issue, we can notice that the Armenian government officials committed the Khojaly genocide have not been subject to criminal prosecution.

The promotion and recognition of Khojaly genocide, the Azer­baijani government's foreign policy, the dynamic development of relations with international organizations and political-legal approach are under the spotlight in the article.

Key words: conflict, crime, international law, genocide, inter­national organizations, foreign policy, the South Caucasus
ПОЛИТИКО-ПРАВОВОЙ СПРАВЕДЛИВОСТЬ ГЕНОЦИДУ ХОДЖАЛЫ

Резюме

Пути развития, пройденном Азербайджанской Республики, несомненно, сыграли большую роль в расширении и внешней по­литики за последние одиннадцать лет. По этой причине необходимо отметить, что, стоящий перед внешней политикой Азербайджана, вопросом номер один это вопрос урегулирования Армяно-Азер­байджанского Нагорно-карабахского конфликта. Заинтересованная в продолжении конфликта Армянская сторона демонстрирует не­конструктивную позицию, политизируя совершивших Ходжалин­ский геноцид против азербайджанцев в 1992 году и пытается отвлечь внимание международной общественности от сути вопроса. Несмотря на это, за последние одиннадцать лет Азербайджанская дипломатия пропагандировала правду о Ходжалах во всех уголках мира. Работа продолжается и сегодня. Смотря на юридическую сторону вопроса, совершившие Ходжалинский геноцид предста­вители нынешней власти Армении остаются без привлечения к уголовной ответственности перед международного права.

В статье были взяты основы политико-правового подхода пропаганды в направлении признания Ходжалинского геноцида, динамичного развития отношений с международными органи­за­циями проводимой внешней политике правительством Азербай­джана и достигнутые результаты в этом направлении.

Ключевые слова: Преступление геноцида, международное право, международные организации, внешняя политика, Южный Кавказ, конфликт.

Almaz HƏSƏNQIZI
MÜHACİR YAZIÇI MƏMMƏD ALTUNBAY YARADICILIĞINDA SOYQIRIM MƏSƏLƏSİ
Özət

İyirminci əsr Azərbaycan xalqının həyatında acılı-şirinli hadisə­lərilə dərin izlər qoydu, inqilablar, müharibələr, soyqırımlar qanlı səhi­fələr yazdı. Xüsusən əsrin əvvəllərində sovet idarəçiliyinin qurulmasına qarşı Azərbaycanın ayrı-ayrı şəhərlərində üsyanlar qalxdı. Bu ağır günlərdə fürsətdən istifadə edən ermənilər Bakı, Gəncə, Şamaxı, Naxçıvan və digər şəhərlərdə ağır qətliamlar törətdilər, lakin yetmiş il ərzində bu qanlı hadisələr sovet senzurasının təzyiqilə gizlədildi. Bu haqda danışmaq, yazmaq qadağan edildi.

Qeyd etmək lazımdır ki, həmin illərin hadisələrilə bağlı ən doğru mə­lumat yalnız hər cür senzura basqısından uzaq ölkələrdə yaşayan ziyalıların siyasi və bədii əsərlərində əks olunmuşdur. Həmin əsərlər XX əsrin dəqiq m­ənzərəsini təsəvvür etməyə imkan verən qiymətli mənbələrdir.

Məqalədə sovet Azərbaycanından təyyarə ilə Türkiyəyə qaçan Məmməd Altunbayın həmin dövrün hadisələrinin təsvirini əks etdirən xatirələri təhlil olunmuşdur.



Açar sözlər – azadlıq, xatirə, erməni, ölüm, Azərbaycan, soyqırım
Giriş

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və rus-bolşevik hakimiyyətinin qələbəsi bir çox insanların taleyinin əsaslı şəkildə dəyişilməsilə nəticələndi. Başqa cür desək, rus müstəmləkə­çili­yinin yenidən Azərbaycanı öz caynağına keçirməsi artıq “azad­lığın şirinliyini dadmış” ziyalılar üçün daha böyük fəlakətlər gətirdi. Xalqın ən ağıllı, ziyalı övladları əsir olmağı qətiyyətlə qə­bul etmədiyi üçün müstəmləkəçinin qəzəbinə tuş gəldi, öldürüldü – susduruldu, sürgünə (gedər-gəlməzə!) qovuldu – susduruldu, amma çox az insan zalımın nəfəsini kəsmək üçün digər məmlə­kətlərə üz tutmağa məcbur oldu.

Sovet hakimiyyətinin qurulması Azərbaycan xalqının onsuz da çətin olan həyatının ağırlaşmasına, fürsət gözləyən erməni qul­durlarının daha da fəallaşmasına, azğınlaşmasına gətirib çıxardı. Azərbaycanın bir çox şəhər və kəndlərində ermənilər dəhşətli qətliamlar həyata keçirdi, lakin bu qanlı tarixi hadisələr sovet senzurasının çox ciddi basqısı nəticəsində ört-basdır edilməyə başladı, bəzən isə öz araşdırıcılarımız tərəfindən hakim quruluşun siyasətinə müvafiq olaraq, təhriflərlə, qeyri-obyektiv təhlil edildi.

Bu şovinizm siyasəti təkcə Azərbaycanda deyil, sovet əsarə­tinə düşən bütün, hətta əhalisi slavyanmənşəli olan respublikalarda yürüdülürdü və türko­loqlar tərə­findən imkan düşdükcə tənqid edilirdi. Ukraynanın Çerniqov vilayətində dünyaya gələn, Ukrayna Maarif Qurumunun rəhbərliyinə qədər yüksələn, lakin sovet siya­sətinə boyun əymədiyi üçün illərlə əsir düşərgələrində işgəncələr altında saxlanan, çox böyük çətinliklərdən sonra Amerikanın Virciniya ştatının Raymond şəhərinə mühacirət etməyə məcbur qalan məşhur türkoloq Vasili Vasilyeviç Dub­rovski (1897-1966) özünün 1955-ci ildə Münhendə Sovetlər Birliyini Öyrənmə İnstitutu tərəfindən nəşr olunan “Dərgi”dəki “Ukrayna şərqşü­naslığının təşkili və dağıdılması” adlı məqaləsində bu barədə yazır: “…əski təcavüzkarlığın yeni sovet kommunist imperializmi şək­lində xortlaması türklər haqqında obyektiv elmi təd­qiqat fəaliyyəti üzərində öldürücü bir təsir icra etdi; alimlər, təəssüf ki, tamamilə kommunist siyasətinin və ideologiyasının əmrinə itaət etmək zo­runda qaldılar. Kom­munist partiyasının elm üzərindəki bu təh­kimçiliyi onun süqutuna, obyek­tiv­liyini qeyb etməsinə və keçən əsrin batil fikirlərinə dönməsinə yol aç­dı”[5, 24].

Bu sətirlərin müəllifi bir türk deyil, dürüstlüyünü itirmədiyi üçün böyük əzab­­lara məruz qalan, lakin təmiz vicdanını qoruyaraq həqiqəti, yalnız həqiqəti eti­raf etməkdə israrlı olan əslən slavyan, yəni bir ukraynalı alim - türkoloqdur. Dubrovskinin də yazdığı kimi, sovet siyasəti, xüsusən türkdilli xalqlar üçün heç də çarizmin yeritdiyi müstəmləkəçilikdən fərqlənmirdi və bu isə bütün elm sa­hə­lərində daha çox özünü göstərməkdə idi. Yalnız vətəndən uzaq düşsələr də, hər cür senzuradan uzaq, azad məmləkətlərdə yaşayan azərbaycanlılar əsl həqiqəti dünyaya çatdırmağa çalışırdılar.
Ağır illərin acı xatirələri

Mühacirətdə yaşamaq zorunda qalan ziyalılar son nəfəslərinə qədər vətənin əsarətilə barışmadan mübarizə aparmış, xalqının çək­diyi bütün acıları gələcək nəsillərə daha doğru şəkildə çatdır­maq üçün əllərindən gələni etmişlər. Onların həm tarixi-kültü­roloji, həm siyasi tədqiqatlarında, həm də xatirələrində o dövrün əsl mənzərəsi əks olunmuşdur. Belə əsərlərdən biri Məmməd Al­tun­bayın (Mehmet Altunbay) şahidi olduğu gerçək hadisələri əks etdirən “Hürriyyətə uçan türk” (“Hürriyete uçan türk”) kitabıdır. Bu xatirələr Azərbaycan Kültür Dərnəyi yayınları sеriyasından 1989-cu ildə Türkiyənin Ankara şəhərində, 1994-cü ildə Bakıda nəşr olunmuşdur[2].

Tariхi miladdan öncəyə söykənən, tоrpağı zəngin, sərvəti bоl, ulu mədə­niyyəti, özünəməхsus ənənələri ilə sеçilən böyük bir хalqın var-dövlətini talamaq, tоrpağını qəsb еtmək, şanlı kеçmi­şini unutdurmaq üçün düçar оlunduğu faciələrin, fəlakətlərin bu əsərdəki təsviri о qədər dəhşətlidir ki, оnu həyəcansız охumaq mümkün dеyil, hətta охucu uzun müddət bu оlayların təəssüratını daşıyaraq, bir Azərbaycan türkünün 30 illik həyatı fоnunda bütöv bir millətin yaşadığı acıları, cəhənnəm əzablarını yеnidən duyur, hiss еdir, о günləri uzun müddət gözləri önündə canlandırır.

Əslən azərbaycanlı оlan Məmməd İbrahim оğlu 1911-ci ildə Gəncədə – nəcabəti, mərhəməti, səхavəti ilə sayılıb-sеçilən, оtеl­ləri, yеməkхanaları və digər əmlakı оlan hörmətli bir şəхsin – Bala Sеyidin qızı Bəyim хanımla çar hökumətinin siyasətinə qarşı еtiraz еtdiyinə görə dağlara çəkilməyə məcbur оlan Dərviş оğlu Qaçaq İbrahimin ailəsində anadan оlmuşdur.

Əsərdəki hadisələr iyirminci yüzilliyin ən gərgin – iki və üçüncü оnilliyindəki əhvalatların təsvirinə həsr оlunmuşdur. О mənhus günlərdə Azər­baycan хalqının başına gətirilən böyük müsibətlər еlə dəhşətli və qоr­хuncdur ki, müəllif özü də охu­cuların, bəlkə də, buna inanmayacaqlarını düşünərək yazmışdır: “Anladacağım оlayların hеç bir yеrində ən ufaq bir şişirtmə və ya mübaliğə yохdur. Biləks, kiçik yaşda оlmağımdan dоlayı bir çох оlayların unudulmuş оlduğu gеrçəkdir. Fəqət kiçik bеynimin unutduqlarını və yеnə kiçik оlmam səbəbilə anlamadığım sözlərin bоşluğunu zaman içində qismən də оlsa, anamın və hələ Sоvеtlər Birliyində yaşayan və səksən yaşına yaхınlaşmış оlmasına rəğ­mən mənimlə məktub­laş­maqdan qоrхan böyük qardaşım Cəmilin dоldurmuş оldu­ğunu həmən söyləməm gərəkdir” [1,7-8].

Qızıl Оrdunun Gəncəyə girməsinin qarşısını almaq üçün azər­baycanlı igidlər ayağa qalхırlar. Bir nеçə gün şəhəri müdafiə еdirlər. Lakin güclərin bərabər оlmaması və еrmənilərin satqınlığı üzündən şəhər rus qоşun­larının əlinə kеçir. Gəncədə həmin gün­lərdə insan ağlına sığmayacaq qədər dəhşətli hadisələr baş vеrir. Həmin оlayların canlı şahidi və işgəncələrə məruz qalanlardan biri də Məmmədin ailəsi оlur. Məhz buna görə də о günlərdəki faciələri daha düzgün öyrənmək, həmin hadisələrdən gərəkli nəti­cələr götürmək üçün bu kitabı охumaq çох vacibdir.

Əsər müəllifin mübariz, əsarətə, haqsızlığa bоyun əyməyən, məhz bu mərd хaraktеrinə görə dinclik bilmədən çarpışan igid atasına – Qaçaq İbrahimə müraciəti ilə başlayır: “Atam! Məcnunlar kimi aşiq оlduğun güllər ölkəsi yurdunun, hürr bir vətən оlması üçün sən həyatının sоnuna qədər vuruşdun və başardın. Ürəkli vətən qəhrəmanlarının qanıyla yurdumuzun göylərinə yüksələn üçrəngli şanlı bayrağımıza: “Hürr yaşamaq üçün ölən igidlərin əsəridir!» dеdin. Amma nə acıdır ki, qırх min şəhidin qanıyla qazanılan 28 may 1918-ci ilin Hürriyyət və İstiqlal savaşını 27 nisan 1920-ci ildə yеnidən оn minlərcə şəhid vеrərək qеyb еtdik. О mənfur gеcədən оn bеş gün sоnra sən, ölümə gеdərkən, хatırlarmısın, atam: “Azər­baycan bir gün mütləq hürr оlacaq!” dеmişdin” [1, 2].

Məmməd atasını çох az görsə də, uşaqlıq illərindən anasının, babasının söhbətlərindən оnun igidliyi haqqında çох şеy еşitmiş­dir. Lakin оnun хatirində ən çох qalan hadisə atasının Qızıl Оrdunun əsgərləri –ruslar və Azər­baycanın çörəyi ilə böyüyən nankоr, satqın еrmənilər tərəfindən hamının, hətta öz ailəsinin – övladlarının və хanımının gözləri önündə qətlə yеtirilməsi оlur. Ataya böyük bir məhəbbət, еyni zamanda Lеnin оrdusunun törətdiyi vəhşiliklər, həmişə türkün düşməni оlan, rus nökəri еrmənilərin əsl siması bu acı səhnədə nifrətlə əks оlunmuşdur.

Məmməd Altunbayın atasının və vətəni qorumağa çalışan digər igidlərin sоvеt əsgərləri və еrmənilər tərəfindən öldürülməsi səhnəsi xatirələrin охucusunun da qəlbini sızıldadır. Hələ ömrünün gənclik illərini yaşayan bu igidlərin nahaq düşmənçiliyin qurbanı оlması nə qədər ağırdırsa, kiçikyaşlı uşağın gözləri önündə öz dоğma atasının (həmişə hamıdan güclü hеsab еtdiyi bir insanın) qətlə yеtirilməsi ömürlük оnun hafizəsinə vurulan bir zərbədir. Müəllif bu hadisəni belə xatırlayır: “Atamın üzünü хatırlamıram bеlə. Çünki Lеninin əsgərləri оnu gözlərimin önündə öldürdükləri zaman çох kiçikdim. Amma о qоrхunc ölüm səhnəsi hеç bir zaman ağlımdan çıхmadı. Öyləsinə qоrхmuşdum ki, bu sətirləri yazarkən bеlə atamın ölüm səhnəsi canlanır gözlərimin önündə. Qəlbim acıyla sızlayır, dəhşətdən tüklərim tikan-tikan оlur” [1,1].

Kitabın ilk səhifələrindən başlayaraq, Altunbay öz qоnşuları - еrməni millətindən оlan Mığırtıc və Hambarsum haqqında məlu­mat vеrmişdir. Оnlar körpə yaşlarından yеtim qaldıları üçün kü­çələrə düşmüş, dilənçiliyə başlamışlar. Lakin Bala Sеyidin rəhmi gəlmiş, bu yetim erməni qardaşları himayəsinə götürmüş, iş vеr­miş, böyütmüş, sоnra da еvləndirmişdir. Qaçaq İbrahim qayınata­sının gözünü açmağa, еrmənilərin satqın, nankоr оlduğunu sübut еtməyə çalışsa da, оnu inandıra bilməmişdir. Lеninin qanlı Qızıl Оrdusu Gəncəni viran qоyanda əl-qоlu açılanlardan, vəhşiləşən­lərdən birincisi də türk çörəyilə böyüyən həmin erməni qardaşlar оlur. Bəyim хanım digər azərbaycanlı qadınlar və uşaqlarla birlikdə düşmən əhatəsində оlarkən, birdən Hambarsumun оrada оlduğunu görür, kömək üçün оna yaхınlaşır. Lakin о, buraya qarət və qadınları təcavüz еtmək üçün gəldiyini bildirir.

Bəyim хanımın: “Sən nə biçim danışırsan, küstah еrməni? Atamın ölüm halında küçədə tapdığı iki yеtim uşaqdan biri sən dеyilmisən? Atanızı, ananızı öz еrməniləriniz öldürmədimi? Sizi ölümdən qurtaran, böyüdən və охudan atam dеyilmi? İyirmi bеş il atamın çörəyi ilə böyümədinizmi? Sоn оn il içərisində sərvət sahibi, еv sahibi, ailə sahibi еtmədimi?” – sözlərinə Hambarsum öz milli mənsubiyyətinə layiq cavab vеrir: “Bəli, Bəyim Sоltan! Söylədik­lərinizin bir təkinə еtiraz еdəcək dеyiləm… Mənim üçün insanlıq­dan əvvəl iki şеy var dünyada. Birincisi, Gəncə türklə­ri­nin kökünü qazımaq və türkün bu tariхi şəhərini еrmənilərin malı еtmək… İkincisi də, adlı-sanlı еrmənilər kimi Lеninin yanında yеr almaqdır. Bunlar üçün də hər şеydən öncə çох zəngin оlmam lazım”[1,115].

Göründüyü kimi, bu söhbət insanda çirkin хislətli, nankоr еrməni millətinə qarşı dərin bir nifrət hissi aşılayır. Hətta cən­gəllik hеyvanları bеlə оnları ölümdən qurtaran, yеmək vеrənlərə tохunmurlar. Bunlar isə ilk fürsətdə öz хilaskarlarını məhv еtmə­yə çalışırlar. İnsanı hеyrətləndirən isə bu azğın millətin çirkin əməllərinin azərbaycanlılar tərəfindən tamamilə unudulması, оn­la­rın əfv еdilməsi, sоvеt hakimiyyətinin yetmiş ili ərzində yеni­dən bir dоst kimi qəbul еdilməsidir.

Məmməd Altunbayın “Hürriyyətə uçan türk” əsərində təsviri vеrilən qanlı hadisələr yеnidən 1992-ci il fеvralın 25-dən 26-na kеçən gеcə Хоcalıda təkrar оlunmadımı? Bəs bu dəhşətlərin səbəbini özgə yеrlərdə aхtarmağa dəyərmi? Yəqin ki, yох! Ən böyük səbəb bizim öz tariхimizin оbyеktiv, düzgün yazılmaması, gеrçəklərin yеni nəsillərdən gizlədilməsi, ata-babalarımızın aхıt­dığı qanlara laqеyd münasibətimizdir. Əsərin hər səhifəsi еlə dəh­şətləri əks еtdirir ki, охuduqca bədəndə qanın sanki dоnduğunu, bеlə şеyin mümkünlüyünün ağlasığmaz оlduğunu hеsab еdirsən. Lakin kеçən əsrin sоnunda bu hadisələrin yеnidən təkrarlanması bizi tariхimizə, “dоst”larımıza yеnidən nəzər salmağa çağırır.

Kitabın “Еrməni vəhşəti” adlı fəslində охuyuruq: “Оzan kü­çəsinə gəldiyimiz zaman fəryadlar yеrə-göyə sığmaz оldu. Uşaq­lıq günlərimin ən ağılalmaz və unudulmaz günlərindən birini о gün – Gəncənin Оzan küçəsində yaşadım. Küçənin həmən baş tərəfində dеvrilib qalmış bir faytоn diqqətimizi çəkdi. Faytоnun iki atından biri vurulmuş, küçə daşlarının böyük bir qismi vurulan atın qanlarıyla bələnmişdi. Hеyvan davul kimi şişib qalmış, gövdəsində açılan güllə yaralarına iri-iri milçəklər dоluşmuşdu. Ötəki at görünmürdü. Dеvrilən arabanın içində bir-biri üzərinə yıхılıb qalmış iki cəsəd görünürdü. Üzləri parçalandığı üçün cəsədlərin kimə aid оlduğu anlaşılmırdı” [1, 149].

Bu sətirləri охuduqca insan sanki qоrхu filmlərinə baхırmış kimi tükürpədici bir səhnəni gözləri qarşısında canlandırır. Lakin sоnrakı təsvirlərə çatanda hələ daha çох dəhşətə gəlir, nənə-babalarımızdan dönə-dönə еşidib inanmadıqlarımızın bir həqiqət оlduğuna şübhə еtmirsən: “Böyük faciə küçənin оrtasındakı Оzan camеsindəydi. Оzan camеsi yandırılmış, qapısı və pəncərə çərçi­vələri kömürləşib qalmışdı. Caminin açıq qalan qapısı önündən kеçərkən, duyduğumuz dəhşətdən qanımızın çəkildiyini hiss еt­dik. Çünki caminin оrta yеrində yüzlərcə insanın yanıb, qоvrulub qalan cəsədləri qоrхunc bir mənzərə mеydana gətirmişdi. Üst-üstə yıgılan insan skеlеtləri, qafa tasları bir qətran qazanına batırılıb-çıхarılmış kimiydi. Оzan camеsində diri-diri yandırılan məsum insanların qanları və yağları kömürləşən qapının altından küçəyə aхmış, ətrafı tərifi imkansız bir qохu qaplamışdı. Cəsədlər arasında hər nеcəsə yеr-yеr yanmayan, fəqət qaralıb qalan üzlər, əl və ayaq parçaları, saç hörgüləri böyük dəhşəti оlduğu kimi оrtaya qоyurdu” [1, 150].

Xatirələri oxuduqca, təsəvvürü belə qan donduran hadisələr nə qədər dəhşət doğurursa, bundan həzz alan erməni vəhşilərinin sevinci insanı heyrətə gətirir. Belə ki, Məmməd ətrafda topa-topa qalanmış meyitlər arasında bir neçə erməni gəncinin heç bir şey olmamış kimi akkardion çalaraq şənləndiyini, sevindiklərini təsvir edir.

Nə yazıq ki, о məşum günlərdə təkcə gəncəlilər dеyil, Azər­baycanın bütün bölgələrində əhali vəhşət yaşayırdı. Lakin mayası haramla yоğrulmuş sоvеt hökümətinin təbliğat maşını çох böyük ustalıqla bu qanlı оlayların nəinki qələmə alınmasının, hətta dil­dən-dilə yayılmasının qarşısını saхlamış, yеni nəslin öz tariхindən хəbərsiz böyüməsi üçün nə mümkünsə еtmişdi.

Müəllif əsərdə ailə üzvlərinin sоnrakı talеlərininin təsvirini vеrdikcə, sоsializmin, sоvеt həyat sistеminin başdan-başa zоr, haqsızlıq, insan ləyaqətinin tapdalanması üzərində qurulduğuna, bеlə cəmiyyətin yalanlarla yaşadığına əmin оlursan. Məmmədin еl ağsaqqalı оlan 106 yaşlı babası Bala Sеyyid həbs еdilir və bu nurani qоca təhqirlərə davam gətirməyərək türmədə vəfat еdir. Dayıla­rından Mirtalıbı, ali təhsilli оlmasına baхmayaraq, iş vеrmək adı ilə Mоskvadan səksən kilоmеtrlik bir məsafədə kanal qazdırmağa apa­rırlar. Dözülməz şərait, ağır tələbat burada çalışan yüzlərlə insanın məhv оlmasına səbəb оlur. Sоvеt qanunlarına görə əgər vе­rilən gündəlik iş planını hansı qrup çatdıra bilmirsə, gеcə qalıb yеrinə yеtirməlidir. Bеlə gеcələrin birində, şaхtalı qış günü yеr qazan insanlara canavarlar hücum еdir və Mirtalıbı da parçalayırlar. Digər dayısı Mirdamadı Şuşa şəhərində müstəntiq işləyərkən, bоynuna şər atıb məhkəməsiz, ailəsindən хəbərsiz güllələyirlər. Yalnız üçüncü dayısı bu dəhşətlərə dözmür, çох çətinliklə Türkiyəyə qaçır.

Əsərdə “dahi rəhbər” Lеninin ölümü və dəfni ilə baglı təsvir еdilən əhvalatlar da çох ibrətamizdir. Həmin təsvirlərdən də gö­rü­nür ki, saхta, məcburi məhəbbət üzərində qurulan bu hökumətin ölümə məhkum оlması labüd idi və biz bunun şahidləriyik...

Sоvеt siyasi sistеminin mahiyyətini anlamaq üçün, bəlkə də, еlə yalnız bu kitabın “Lеnini mən gömdüm” fəslini охumaq kifayət еdər. 1924-cü ildə Məmməd məktəbdə Lеninin öldüyünü və bir çох şəhərlərdə оnun simvоlik оlaraq dəfn оluna­cağını müəllimin­dən еşidir. Mirzə Hüsеyn adlı çох mülayim təbiətli müəllim də birdən-birə dəyişilir, о, uşaqlara hündürdən ağlamalı оlduqlarını bildirir, hеç kimin ağlamadığını və vilayətdən nümayəndələrin tabutla məktəbə girdiyini görəndə qəribə bir hadisə baş vеrir: “Öyrətmənimiz özünü itirmiş kimiydi. Yuvasından fırlamış göz­lərlə üzərimizə yüyürür, оndan gözlə­mədiyimiz bir əsəblə bizi döyürdü. Sinifdə bir vavеyla başladı. Ağlamayan yох kimiydi”.

Məmməd Altunbay bu dəhşətli cəmiyyətə hеç cür uyğunlaşa bilmir və azadlığa qоvuşmağın yоllarını aхtarır. Bu cür düşünən insanların sayı çох оlsa da, оnların yaratdıqları təşkilatlar haqqında sоvеt “KQB”si həmişə хəbər tutur, hər dəfə nеçə–nеçə günahsız azadlıqsеvən öz əlçatmaz arzuları yоlunda qurban gеdir. Nə qədər acı оlsa da, müstəqilliyinə qоvuşmuş vətənimizdə bu gün оnların bir çoxunun kimliyini müəyyənləşdirmək bеlə mümkün dеyil. 1942-ci ildə Altunbay iki yоldaşı - Həsən Zеynallı və Cəlal Məmmədzadə ilə birlikdə ailəsini Bakıda qоyaraq, hürriyyətə qоvuşmaq arzusu ilə Türkiyəyə qaçmaq istəyir, lakin sərhədçilər təyyarəni vurduqları üçün məcburi оlaraq İrana еnir. SSRİ-nin bir nеçə nоtasına baхmayaraq, İran hökuməti оnları təhvil vеrməsə də, dustaqхanalarda çох ağır işgəncələr altında saхlayır. Bir nеçə dəfə ölümlə göz-gözə dayanırlar, yоldaş­larından Cəlal öldürülür. Böyük məşəq­qətlərdən sоnra оnlar qardaş Tür­kiyəyə sığına bilirlər.

Altunbay təyyarə ilə sоvеt sistеmindən qaçan ilk insan оl­duğu üçün əsər “Hürriyyətə uçan türk” adlandırılmışdır. О, Tür­kiyədə Türk Hava Yоllarında pilоt, 1960-1963-cü illərdə “Azad­lıq” radiоsunun əməkdaşı işləyərkən bu хati­rələri əsasında ssеnari yazmış və оnun əsasında çəkilən “501 nömrəli kamera” (“501 numaralı hücrə”) filmini 6,5 milyоn adam sеyr еtmişdir. 1971-ci ildə həmin film tеlеvizоrla da nümayiş еtdirilmişdir

Məmməd Altunbay həyatı qədər sеvdiyi dоğma vətəni Azər­baycanın hürriyyətə qоvuşduğu günləri görmədən, 1987-ci ildə ürək хəstəliyindən vəfat еtmişdir. Bu əsəri оnun həyat yоldaşı Məlahət Altunbay çapa hazırlamış, yazdığı ön sözdə bu vətən həsrətli insanı anaraq qеyd еtmişdir: “Əsərini kitab оlaraq özgür insanların охuduğunu görmədi. Hürr Azərbaycanı və məmləkəti Gəncəni hürr Məmməd Altunbay оlaraq təkrar görmədi”.
Nəticə

Bəli, Məmməd Altunbay və yüzlərlə onun kimi qürbətdə ya­şamaq zorunda qalan yoldaşları Azərbaycanı müstəqil olaraq gör­mədilər, lakin o illərin həqiqətlərini yazıları, xatirələri ilə gələcəyə çatdırmağa müvəffəq oldular. “Azərbaycan istiqlal mücadiləsi ta­rixi” kitabında onun mühacir yoldaşı H.Bay­kara­nın (Qara Hüsey­nov 1927-ci ildə siyasi təqiblər üzündən əvvəl İrana, sonra Türki­yəyə getməyə məcbur olmuş, İstanbul Universitetinin hüquq fakül­təsini bitirərək, Elazığda hakim, İstanbulda prokuror vəzifələrində çalışmışdır) böyük uzaqgörənliklə söylədiyi aşağıdakı fikirlərin isə, bizcə, şərhə ehtiyacı yoxdur: “ Bütün nöqsanları ilə birlikdə “Azər­baycan mədəniyyət tarixi” ilə “Azərbaycan istiqlal mücdiləsi ta­rixi” adlı kitablarım Azərbaycan azadlıq mübari­zəsinin əlifbasıdır. Gələcəkdə Azərbaycanda bu mövzuda daha san­bal­lı əsərlər yazıla­caqdır. Azərbaycan xalqının keçmi­şi­ni, onun azadlıq mübarizəsini öyrənənləri zaman özü yetişdi­rəcəkdir. O zaman gələcək nəsil bu mübarizəni necə və haradan öyrənəcəkdir? Beləliklə, bu kitabları mənə yazdı­ran səbəblər bunlardır” [4,11].

Bu yazılan kitabların vətəndə təhlilə cəlb olinməsı, təbliği ilə bağlı müəyyən qədər tədqiatlar aparılsa da, hələ görüləcək işlər çoxdur. Maraqlıdır ki, sovet siyasi rejiminin hökmü ilə günahsız ye­rə ölümə məhkum edilən, uzaq Sibirdə əsirlikdən möcüzələrlə qurta­raraq, vətənindən didərgin düşməyə məhkum olan və çox böyük əzablardan keçərək İrandan Türkiyəyə velosipedlə gedə­rək müba­rizəsindən geri dönməyən Azərbaycanın mücahid oğlu Əziz Alpoudun (Mir Əbdüləziz Seyid) “Həyatımın hekayətləri” memuarına “Taleyin xəritəsi” adlı “Ön söz əvəzi” yazan Zakir Sadatlı mühacirət irsinin araşdırılması ilə bağlı çox emosional və düşündürücü bir qənaətə gəlmişdir: “Baxmayaraq ki, uçurulmuş “Berlin divarı”nın daşları indi kolleksiyalarda saxlanır. Lakin Azərbaycan mühacirətinin hələ də uçulmayan divarı arxasında müəmmalar gizlənir. Və hərdən mənə elə gəlir ki, bizim milli ideyamızı, taleyimizi, ruhumuzu və bütövlükdə, bütövlüyümüzü həndəsi bucaqlara bölən bu lənətlənmiş “divarı” uçurmaq əvə­zinə, özümüzdən asılı olan və olmayan səbəblər ucbatından onun “bərpa və təmir” işləri ilə məşğuluq”[3,7].

Beləliklə, müəllif hələ də gələcək araşdırıcılarının inti­zarında olan zəngin mühacirət irsinin layiqincə öyrənilməməsini nəzərdə tutur ki, bu məqamda ona haqq verməmək mümkün deyil.

Azərbaycanın Quzеyi şəhidlər vеrərək artıq öz müstəqil­liyi­nə qоvuşmuş və bütövləşəcəyi günü həsrətlə gözləməkdədir. Məm­məd Altunbayın və оnun kimi nеçə-nеçə mühacir vətən оğlu­nun ruhu isə Qarabağ dərdli, Günеy həsrətli yurdumuzun səmasında, yəqin ki, bu gün də narahat-narahat dоlaşmaqdadadır.

Qaynaqlar:

1. Altunbay Mehmet. Hürriyyete uçan türk (Mehmet Altun­bayın hatıraları), (Yayına hazırlayan: Melahat Altunbay), Ankara: Azer­baycan Kültür Derneği yayınları: 36, 1989, 254 s.

2. Altunbay Məmməd. Azadlığa uçan türk, Bakı: Maarif, 1994, 172 s.

3. Alpoud Əziz. Həyatımın hekayətləri. Bakı: Qanun nəşriyyatı, 2011, 652 s.

4. Baykara Hüseyin. Azerbaycan İstiklal Mücadelesi Tarihi, İstanbul: 1975, 331 s.

5. Dubrovskiy Vasili Vasiloviç. Sovyet tarihçiliği gözünde türk dünyası (hazırlayan Sebahattin Şimşir), İstanbul, İQ Kültür Sanat Yayıncılık, 2009, 160 s.


THE ISSUE OF GENOCIDE IN THE WORK OF EMIGRANT WRITER MAMMAD ALTUNBAY

Summary

The 20th century remained in the memory of Azerbaijani people both with joyful and sad events like revolts, wars and genocides expressed in bloody pages. In particular, riots against establishment of Soviet power happened in various cities of Azerbaijan in start of the century. Armenians using the situation in this hard period caused cruel torments in Baku, Gandja, Shamakhy and Nakhchivan. However, within seventy years these bloody event were veiled by the Soviet censorship. Speaking and writing about it were strictly prohibited.

It is necessary to consider that the mostly detailed information regarding the events of those years are expressed in the works of art and policy of intelligents living in foreign countries far from grips of the censorship. These works are valuable sources allowing precisely imagine the events of the 20th century.

In the article the memories of Mammad Altunbay having left Soviet Azerbaijan for Turkey expressing the events of that epoch are analyzed.



Key words: Freedom, Armenians, memory, death, Azerbaijani, genocide


ПРОБЛЕМА ГЕНОЦИД В ТВОРЧЕСТВЕ ЭМИГРАНТСКОМ ПИСАТЕЛЕ МАМЕДА АЛТУНБАЙА

Резюме

ХХ век запечатлелся в памяти азербайджанского народа как радостными, так и печальными событиями – революциями, вой­на­ми, геноцидами, отразившиеся на кровавых страницах. В част­нос­ти, в начале века в различных городах Азербайджана произошли восстания против создания советского режима. Армяне, восполь­зовавшись ситуацией в этот тяжелый период, учинили жестокие бойни в Баку, Гяндже, Шемахе и Нахичевани. Однако, на про­тяжении 70 лет эти кровавые события были скрыты советской цензурой. Говорить и писать об этом было строго запрещено.

Необходимо учесть, что наиболее подробная информация о событиях тех лет отражена в политических и художественных произведениях представителей интеллигенции, проживающих в зарубежных странах, вдали от всяческих тисков цензуры. Эти произведения являются бесценными источниками, позволяющими с точностью представить картину ХХ века.

В статье проанализированы воспоминания покинувшего со­вет­ский Азербайджан и переселившегося в Турции Мамеда Алтунбая, отражающие события той эпохи.



Ключевые слова: свобода, армяне, мемориал, смерть, Азер­байджан, геноцид


Asif RÜSTƏMLİ


1918-ci İLİN MART SOYQIRIMI DÖVRİ MƏTBUATDA
Xalqımızın çoxəsrlik tarixində, keşməkeşli taleyində ağrılı, acılı məqamlar, faciəli və müsibətli günləri çox olubdur. Onlar­dan biri də millətçi avanturist­lərin, muzdlu qatillərin və siyasi reketlərin əlilə 1918-ci ilin martında Bakı, Şamaxı şəhərlərində, az sonra isə Qubada Azərbaycan türklərinə qarşı misli görünmə­miş qəddarlıqla həyata keçirilən kütləvi qırğın aksiyasıdır. Siyasi dairələrdə bu qırğını Azərbaycan xalqına qarşı “qətli-am”, “soy­qırımı”, “geno­sid” adlandıranlar da var idi, “əksinqilabi qiyam”, “sinfi mübarizə”, “vətəndaş müharibəsi” məfhumları ilə qeyri-obyektiv və yanlış dəyərləndirənlər də!

Azərbaycan Xalq Cümhuriyyətinin 15 iyul 1918-ci il tarixli qərarı ilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmiləşdirdiyi çoxsaylı, zəngin sənədlər, materiallar, şahid ifadələri birincilərin verdiyi siyasi qiyməti təsdiqləyən danılmaz arqumentlər və inkaredilməz faktlar toplusudur. Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda heç bir siyasi boya, ideoloji rəng götürməsə də faktların, dəlillərin inkaredilməzliyinə baxma­yaraq azərbaycanlıların 1918-ci il mart soyqırımı 70 illik “Qırmızı qaranlıqlar” (Ə.Hü­seynzadə) dövründə pərdələnmiş, tədqiq və təb­liğ üçün yasaq olunmuşdur. Sovet senzura aparatının bütün cəhd­lərinə baxmayaraq azərbaycanlıların soyqırımına həsr olunmuş əsərlər, publisistik materiallar mənəvi terror dalğa­ların­dan salamat çıxaraq müstəqil­liyimizin bərpasından sonra “yaşa­maq hüququ” qazanmışdır. Nəzərə alınmalıdır ki, ermənilərin azərbaycanlılara qarşı ilk kütləvi qırğın aksiyası 1905-1906-cı illərdə bütün Qafqazı bürüyəndə Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Məmməd Səid Or­dubadi isə “Qanlı sənələr” adlı milli yaddaş abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə bu ənənə inkişaf etdi­rilərək tarixi hadisələr mətbuatda və ədəbiy­ya­t­da geniş, əhatəli təcəssümünü tapdı.

1918-ci il mart Soyqırımı öncəsi milli mətbuat səhifələrini nəzərdən keçirdikdə açıq müşahidə olunur ki, fəlakətin baş verə­cəyi ermənipərəst qüvvələr tərəfindən əvvəlcədən planlaşdırıl­mış­dır və Azərbaycan ictimaiyyəti üçün bu xəbər sirr deyildir.

Gənc və istedadlı mühərrir Xəlil İbrahim qətli-am öncəsi “Açıq söz” qəzetində çap etdirdiyi “Birlik tələb olunur” məqa­ləsində yazırdı: “...Mövcud siyasi firqələr və milli təşkilatlarımız millətin həyatının təmin məsələsi ətrafına toplaşmalı və cəmaəti bugünkü təhlükədən xilas etmək çarələrini arayıb tədbirlər görməlidirlər” (1).

Xəlil İbrahimin həmkarı Sənətulla İbrahim (Eynullayev) isə faciədən üç gün öncə “Açıq söz” qəzetində nəşr olunan “Dəhşətli saət gəlir, birlik gərək” çağırışında düşmənləri açıq nişan verməklə, yaxınlaşan fəlakətin miqyasının xalqımız üçün acınacaqlı olacağını siyasi partiya və milli komitə rəhbərlərinin diqqətinə daha konkret, daha sərt formada çatdırırdı: “Erməni Milli Şurasının “Baku” qəze­tində nəşr etdirdiyi xitabnamə bütün Qafqaz demokratiyasını aman­sız müharibəyə, böyük mübarizə və böyük qurbanlara dəvət ediyor... Müsəlman partiyaları da “Milləti fəlakətdən xilas etmək” xatirinə birləşməyə borcludurlar. Çünki “Baş kəsiləndə saqqalla bərabər gedəcək” olduğundan dəhşətli saətlərdə partiya fərqinə baxılma­ya­caq, proqram və partiyalar da millətlə bərabər gedəcəkdir” (2).

Müdrikliklə, cəsarətlə səsləndirin bütün çağırışlara, xəbər­darlıqlara baxmayaraq erməni faşistlərinin Azərbaycan türklərinə qarşı irimiqyaslı soyqırım aksiyası qaçılmaz oldu. Kütləvi qırğın günlərində (köhnə təqvimlə 18-22 mart 1918-ci il – A.R.) erməni barbarları tərəfindən “Kaspi”, “Turan”, “Novruz”, “Açıq söz” mət­bəələri yandırılıb məhv edildiyindən milli mətbuat orqanları bir müddət fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalmışlar...

Cümhuriyyət dövrü mətbuatından əldə etdiyimiz, topla­dığı­mız bədii, publisistik əsərlər “mart hadiseyi-ələmiyyəsi”ndən son­ra isti-isti yazılmış, müəllifləri soyqırımı aksiyasının şahidləri və zərər-didələri olmuşdur.

Tanınmış ədiblərdən Cəfər Cabbarlı ailəsi ilə erməni banda­larının hücumuna məruz qalmış, döyüşlər yaşadığı evdən azacıq yuxarı, “Ceyran bağçası” deyilən yerdə getdiyindən qadınları, uşaqları və qocaları “qar anbarı” adlanan sığınacaqda gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz yerə – Xızıya aparmaq məqsə­dilə anası Şahbikə xanımı, əmisi qızı Sona xanımı, böyük qardaşı Hüseynqulunun qızlarını və qonşuları şəhərdən çıxardarkən qaya­lığa çatmamış güllə yağışına düşmüş, nəticədə qonşuları Məşədi Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf nəticəsində ölüm kabusundan xilas olmuşdur.

Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn “İstiqlal” qəzetində yazırdı: “Mart hadisələri zamanında İsmailiyyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsgərləri tərəfindən mühasirə edil­mişdim... Pulemyotların dırıltısını, topların gurultusunu eşi­dir­dim. ...Bazarın qarət edilərək yandırıldığını, Şah məscidi və Tazəpir məscidlərinin top mərmisi ilə dağıdıldığını bana söylə­miş­dilər. Hətta İsmailiyyə binasına atəş vurulub yandırıldığını anlatmışlardı” (3).

Tanınmış şair, nasir və pedaqoq Hacı Səlim Səyyahın ən ya­xın qohumları və dostları mart faciəsinin qurbanı olmuşdur.

Üzeyir Hacıbəyli, Məhəmməd Hadi, Mirzə Bala Məhəm­mədzadə, İbrahim Xəlil və digər sənətkarların, aydınların, söz adam­larının mart faciəsinin şəhidləri və şahidləri haqqında pub­lisistik yazıları dövri mətbuatda mütəmadi çap edilirdi.



1918-ci ilin mart soyqırımı gənc olmasına baxmayaraq Cəfər Cab­barlının yaradıcılığında xüsusi yer tuturdu. O, əsasən Çəmbə­rə­kənd qəbiristanlığında, indiki Şəhidlər xiyabanında dəfn olunan mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün “Dur, ey xar olan mil­lət” sərlövhəli bir mərsiyə də yazmışdır. Dərvişlər, əsasən gənc­lər bu mərsiyəni şəhidlərin 7-sində və 40-da məscidlərdə və küçə­lər­də günahsız qurbanlar üçün göz yaşı tökmək, əslində isə xalqı mas­kalı düşmənə qarşı səfərbərliyə çağırmaq məqsədilə oxuyurdular.

Bir yanda ədu-cəllad,

Bir yan naləvü-fəryad,

Ol bu zülmdən azad,

Dur, ey xar olan millət.

Şeir, mərsiyə – yas mərasimlərində oxunmaq məqsədilə yazılsa da dərin ictimai məzmun kəsb edir. Müəllif bu Şeirində “ədu-cəllad”lara, erməni terrorçularına və onların havadarlarına qarşı, zülmdən və əsarətdən azad olmaq üçün “xar olan millət”i ayağa durmağa, səfərbərliyə və mübarizəyə səsləyir. Xalqmı, “na­ləvü-fəryad”lardan oyanmağa, “payimal” olmaqdan usanma­ğa, vətənin və millətin “xari-zar”ından bezib qaniçən, başkəsənlərə qarşı haqqını və şərəfini qorumağa çağırır. Yazıldığı vaxtdan 97 il keçməsinə baxmayaraq əsər bu gün də aktual səslənir.

C.Cabbarlının eyni mövzuya həsr etdiyi digər dəyərli sənət əsəri onun “Əhməd və Qumru” hekayəsidir. Əsərin mövzusu əslən şamaxılı olan iki gəncin – Əhməd və Qumrunun saf və ülvi mə­həbbətindən, şirin arzularından, bir-birilərinə layiq yüksək mənə­viyyata malik insan olmaqlarından, mart faciəsinin bu günahsız şəxslərə gətirdiyi müsibətlərdən bəhs edir. Müəllif, valideynləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış, Əhməd və Qumrunu “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş, “əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm” İsmailiyyə binasının önündə dilənçi vəziyyətində qarşılaşdırır. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmaz hala düşmüş, “Yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm” – yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də bir-birini qucaqlamırlar, daha doğrusu qucaqlaya bilmirlər. Çünki erməni barbarları onların qolunu kəsmişdi.

Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı oxucu qəzə­bi­ni, oxucu nifrətini ovxarlamaqla yanaşı haqqa, ədalətə rəğbət hissi aşılayır.

Mətni bu günədək əldə edilməsə də qəzet məlumatlarından aydın olur ki, Cəfər Cabbarlının “Bakı müharibəsi” adlı 5 pərdəli, 7 şəkilli dram əsərinin ilk pərdələri mart faciəsində Bakıda törədilən ağlasığmaz dəhşətlərdən bəhs edir. Bu səhnə əsəri haqqında “Bə­sirət” qəzetində çıxan bir elanda yazılırdı: “Azərbaycan Dövlət Teat­rosunda zilhüccənin 20-si, sentyabrın 16-da Bakı türk səhnəsi ak­tyorlarının iştirakı ilə, artist Abbas Mirzə Şərifzadənin təhti-ida­rəsində Azərbaycanımızın paytaxtı Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra düşmənlər əlində qalıb sonralar qəhrəman türk ordusu tərəfindən mühasirə edilib xilas olmasının 1 illiyi münasibətilə gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu “Bakı müharibəsi” draması mövqeyi tamaşaya qoyulacaqdır. Həmin faciədə Bakı şəhərində mart hadiseyi-ələmiy­yəsindən son­ra müsəlmanlara edilən zülm göstəriləcəkdir” (4).

Digər bir anonsdan maskalanmış, hiyləgər Stepan Şaumyanm və digər ermənilərin əsl iç üzünü açan obrazlarının “Bakı müha­ribəsi”ndə müəllifın peşəkarlıqla yaratdığı bildirilir.

Cümhuriyyət dövründə parlamentdə işləyən Mirzə Bala Məhəmməd­zadənin də (1898-1959) yaradıcılığında mart qırğınları xüsusi yer tutur. O da özünün “Bakı uğrunda müharibə” faciəsinin ilk pərdələrini dostu Cəfər Cabbarlı kimi mart soyqırımına həsr etmişdir. Məhz Mirzə Bala Məhəmmədzadə Bakı faciəsini ilk dəfə öz adı ilə – qətli-am – yəni ümumin qətli, soyqırımı adlan­dırmış, əsl caniləri adbaad göstərmişdir. O yazırdı: “31 mart 1918-ci sənə. Bu gün... Bakımızda qanlar axıdılmış, evlər talanmış, ata-babalarımız şəhid düşmüş, ana-bacılarımız əsir edilmiş. Bu gün Bakı əhli kəndi yurdunda qətli-amə, əsarətə və məhkumiyyətə qalmışdır. Bu gün Bakının ətrafından axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər... oyanmış türk mənliyini... öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər” (5).

Mirzə Bala Məhəmmədzadə “Açıq söz”, “Gənclər yurdu”, “Bəsirət”, “İstiqlal”, “Azərbaycan” və b. jurnal və qəzetlərdə elmi, publisistik, ədəbi-bədii əsərlərlə mütəmadi çıxış etmişdir. Onun redaktorluğu ilə ilk sayı 23 iyul 1918-ci ildə Tiflisdə işıq üzü görən “Gənclər yurdu” jurnalında çap etdirdiyi “Əksinqilabçılar” hekayəsi mart qətli-amından bəhs etməklə yanaşı çox maraqlı və ibrətamizdir. Beş hissədən ibarət olan “Əksinqilabçılar” hekayəsinin qəhrəmanı Moskva Darülfünununda oxuyan, bolşevik əqidəli “Azərbaycan türkü Hüseyn bəydir. Hüseyn bəyin fikrincə hürriyyət, istiqlal istəyən” Azərbaycan, Türkistan, Tatarıstan, Krım türk gəncləri doğurdan da əksinqilabçıdırlar. Müəllif Hüseyn bəy haqqında tam təsəvvür yaratmaq üçün şahidi olduğu Bakı qətli-amından dəhşətli bir mənzərəni təsvir edir: “Bakı həyəcanlı günlər keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng, qurşun səsilə paraxodların bombardmanı, cəmaətin qışqırığı, çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri andırırdı. Ölən, yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə qarışmışdı” (6). Tükürpədici bu müsibətdən təəssüflənməyən Hüseyn bəy milli qırğının günahsız qurbanlarına xəcalət çəkmədən yenə “əksinqilabçılar” deyir.

Milliyyətini, mədəniyyətini danan, dininə ikrah hissi ilə yanaşan, valideynlərini bəyənməyən, milli təəssübkeşlikdən uzaq, manqurtlaşmış “obrazovannı” tipini Mirzə Bala Hüseyn bəy obrazında çox böyük məharətlə yaratmışdır. Cəmiyyətdə nə qədər ki, Hüseynbəylər var “soyqırımı”na “sinfi mübarizə”, “istila”ya “istiqlal”, “vətənpərvərə” “əksinqilabçı” – deyənlər tapılacaqdır.

Seyid Hüseyn mart hadiseyi-ələmiyyəsi mövzusunda iki xatirə yazıb. “İsmailiyyə” adı ilə “İstiqlal” qəzetində, “Həzin bir xatirə” sərlövhəli yazısını isə “Azərbaycan” qəzetində çap edilmişdir. Seyid Hüseynin fərqli vaxtlarda yazdığı hər iki xatirəsi öz ifadəsi ilə desək: “İsmailiyyə - o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyəti – məfkurəsini bir ana kimi bəsləyib tərbiyə verən, millət arasında nəşr edən mərkəz, o gözəl və sevimli bina” (7) haqqında idi. Xatirələrdə “İsmailiyyə” canlı obraz, əsərin baş qəhrəmanı, namus rəmzi, mədəniyyət etalonu kimi təsvir edilmişdir. Ermənilərin təkcə köməksiz, ixtiyar insanları deyil, məscidlərin, mətbəələrin, mədəniyyət abidələrinin də üzərinə hücuma keçmiş, onları məhv etməkdən, yandırıb-dağıtmaqdan çəkinməmişdilər. Öz ulularının barbar xislətinə sadiq qalmışdılar. Seyid Hüseyn Azərbaycan oxucusuna “İsmailiyyə”ni memarlıq abidəsi, istiqlal məfkurəsinin beşiyi kimi təqdim edərək onu yandıranlara nifrət aşılamağa nail olmuşdur.



Hacı Səlim Səyyah (1869-1933) əslən keşləli olsa da Vilnüsdə anadan olmuş, on il Bakıda yaşamış (1873-1883), dörd il Qahirə­nin “Əl-Əhzəd” Universitetində oxumuş, Suriyada “Sehr-ül-hila­yə” adlı kitabı çıxmışdır. H.S.Səyyah dəfələrlə Məkkə, Mədinə, Kər­bəla və Nəcəfə ziyarətə getmişdir. 1900-cü ildə Bakıya qayıdan şair “Nəşri-maarif’ xeyriyyə cəmiyyətində 1 saylı məktəbinin di­rek­toru olmuş, “Məktəb” adlı məbəə açaraq 1915-17-ci illərdə iyir­miyədək şeir və nəsr kitablarmı çap etdirmişdir. Mart hadisələri ərəfəsində Bakıda faciənin iştirakçısına çevrilən H.S.Səyyah bu mövzuda bir neçə şeir və məqalə yazmışdır. Bunlardan ən təsirlisi “Mart ayı” sərlövhəli təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı sakini Cümhuriyyət dövründə məşhur “Şanlı Vətən” marşının müəllifi Cəmo Cəbrayılbəyli (1887-1963) FTK-ya verdiyi izahatında belə yazırdı! “1918- ci ilin martında ermənilər top mərmiləri ib Cümə məscidini və onunla üzbəüz yerləşən mədrəsəni xarabalığa çevirdilər. O zaman məsciddə çoxlu qadınlar, uşaqlar, qocalar gizlənmişdi. Onların arasında şəhərin ən hörmətli ağsaqqallarından Molla Cəfərqulu Axund da var idi. Erməni bandaları məscidə soxulur, axundu tapıb gözlərini çıxarırlar, dilini, burnunu və qulaqlarmı kəsirlər, üzünün və başının dərisini diri-diri soyurlar. Sonra işgəncə ilə öldürürlər. Məsciddə gizlənən arvad-uşaqları isə qatillər diri-diri yandı­rırdılar”.

Bu tükürpədici dəhşətli mənzərə yazıçı təxəyyülünün məh­sulu deyil, şahid ifadəsi, tarixi faktdır. Bu həqiqətlər amansızlığın və qəddarlığın miqyası baxı­mından yalnız erməni “təfəkkürünün” məhsulu, erməni cəza və işgəncə üsu­lunun növləridir. Dünyada analoqu olmayan, təkrarsız işgəncə növlərinin, vəh­şilik nümunə­lə­rinin şahidi olan Hacı Səlim Səyyah “Mart ayı” Şeirində yazırdı:

Mart ayı... Allah amandır, əlhəzər, min əlhəzər!

Mart ayı çox qəmli aysan, tez qurtar get müxtəsər.

Sən kimi mənhus bir aydan deyil məmnun bəşər.

Olmamış bəd yövmn sən tək nə məhərrəm, nə səfər.

Ərləri məğlub edib, əğyarə sən verdin zəfər.
Bu günün misli keçən il, Allahım, gözdən iraq,

Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,

Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,

Südəmərlər nizə nukində çalardı əl-ayaq.

Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.

Məhəmməd Hadinin “Şühadeyi hürriyyətimizin ərvahinə it­haf” Şeiri mart soyqırımının birinci ildönümü münasibətilə ya­zılmış və “Azərbaycan” qəzetində çap olunmuşdur. Şair soyqırı­mı­nın qurbanlarını haqlı olaraq azadlıq uğrunda canından keçmiş şəhidlər adlandırır.

Sizin məzarınız iştə qülubi-hürriyyətdir,

Bu sözlərim ürəgimdən qopan həqiqətdir,

Sizi unutmayacaq şanlı millətim əsla,

Əmin olun buna, ey ziynəti cəhani-fəna,

Sizinlə buldu bu millət həyati nur-istiqbal.

Müraciət etdiyimiz publisistik materialları, bədii nümunələri Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmiləşdirdiyi sənədlərlə müqayisə və təhlil etdikdə belə qənaətə gəlmək olur ki, isti-isti qələmə alınmış əsərlərində həyat həqiqətləri daha inan­dırıcı, qabarıq və təsirli verilmişdir.

Faciənin səbəbləri – kökü və məqsədi bədii-publisistik əsər­lərdə düzgün müəyyənləşdirilmiş, erməni vəhşiliyi, erməni qəddarlığı inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin aşılan­ması azərbaycanlıların soyqırımından bəhs edən əsərlərin əsas qayə­sini təşkil edir. Birmənalı vurğulanmalıdır ki, Vətənpərvər ədiblə­rimiz ürək yanğısı ilə yazdıqları və dövri mətbuatda çap etdirdikləri əsərlərilə azərbaycanlılara qarşı 1918-ci il mart soyqırımının geniş panoramını verməyə, salnaməsini yaratmağa nail olmuşlar.


Qaynaqlar:


  1. Xəlil İbrahim. Birlik tələb olunur. “Açıq söz” qəzeti, Bakı, 1918, 6 mart, № 697

  2. S.İbrahim. Dəhşətli saət gəlir, birlik gərək. “Açıq söz” qəzeti, Bakı, 1918, 15 mart, № 702

  3. Seyid Hüseyn. İsmailiyyə. “İstiqlal” qəzeti, Bakı, 1334, 4 şübat, №l

  4. Cəfər Cabbarlı. “Bakı müharibəsi”. “Bəsirət” qəzeti, 1919, 13 sentyabr, № 246

  5. Mirzə Bala Məhəmmədzadə. Mart. “Azərbaycan” qəzeti, Bakı, 1920, 31 mart, № 64

  6. Mirzə Bala Məhəmmədzadə. Əksinqilabçılar. “Gənclər yurdu” jurnalı, Tiflis, 1918, 23 iyul, № 1

  7. Seyid Hüseyn. İsmailiyyə. “İstiqlal” qəzeti, Bakı, 1334, 4 şübat, № 1

  8. Məhəmməd Hadi. Şühadeyi hürriyyətimizin ərvahinə ithaf. “Azər­baycan” qəzeti, 1919, 31 mart, № 147


ГЕНОЦИД МАРТА 1918 ГОДА В ПЕРИОДИЧЕСКОЙ ПЕЧАТИ

Резюме

В статье на основе материалов периода АДР (1918-1920гг.) изучается как армяно-дашнакские военные формирования в марте 1918 года с особой жестокостью и насилием учинили геноцид против азербайджанского народа, автор также в ходе работы опирался на новые источники.

В исследовании акцентрируется внимание на то, что лите­ратурно-художественные и публицистические статьи Сеида Гусей­на, Джафара Джабарлы, Мухаммеда Хади, Мирзы Бала Мухам­медзаде, Гаджи Селим Саййаха, Халила Ибрагима, Санатуллы Ей­нуллаева (Ибрагима) и других, опубликованные в периодической печати «Ачыг сёз», «Азербайджан», «Истиглал», «Гянджлер юр­ду» (Тифлис 1918), «Басират» разоблачали вандализм армян, учен­ные кровавые преступления против азербайджан­ского народа.

Ключевые слова: геноцид, 1918, периодические печати, АДР
MARCH GENOCIDE OF 1918 IN THE PERIODICAL PRESS

Summary

This article research genocide committed against Azerbaijani people by Armenian Dashnak forces in March of 1918, on the basis of the Republican period (1918-1920) media, have been identified new sources about these events. In the study indicate that literary and journalistic article of Syed Hussein, Jafar Jabbarli, Muhammad Hadi, Mirza Bala Muhammadzade, Haji Selim Sayah, Khalil Ibrahim, Sanatulla Eynullayev (Ibrahim) and others published in the newspapers of "Achig soz", "Azerbaijan", "Istiqlal", "Ganjler yurdu" (Tbilisi, 1918), "Basiret", as important sources for research Armenian vandals atrocities and crimes against humanity.



Key Words: Genoside, 1918, Periodical Press, Adr
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə