AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə2/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

MƏRUZƏLƏR
Abid TAHİRLİ
MÜHACİRLƏR MART QIRĞINI HAQQINDA,

yaxud susmayan bir səs
Özət

Məqalədə müəllif tarixi sənədlərə, etibarlı mənbələrə, xüsusi ilə Azərbaycan mühacirət mətbuatına istinad edərək ermənilərin 1918-ci ilin mart ayında Bakıda və Azərbaycanın digər bölgələrində soydaş­la­rımıza qarşı törətdikləri tarixi cinayətlərdən bəhs edir, erməni vəhşi­liyini məxəzlərdə göstərilən faktlara əsasən açıb göstərir.

Məqalədə tarixi faktları təhrif edən , hadisələri ermənilərə xas saxtakarlıqla təqdim edən bəzi erməni müəlliflər də tənqid edilir.

Erməni vəhşiliyini və saxtakarlığını ifşa edən mühacirət mətbuatı nümunələrinin araşdırılması bu gün də aktualdır və böyük əhəmiyyət kəsb edir.



Acar sözlər: Mühacirət mətbuatı, mart qığını, Məmməd Əmin Rə­sulzadə, Mirzə Bala Məmmədzadə.
Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxta­laş­dırılmışdır. Tarix elmləri namizədi Ataxan Paşayev bu barədə haqlı olaraq yazır: "Bakıdakı qanlı Mart hadisələri Sovet dövrü tarixçiləri tərəfindən tarixı faktların və sənədlərin əksinə olaraq, bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində hə­yata keçirdiyi soyqırımı siyasəti deyil, Ümumrusiya vətəndaş müharibəsinin tərkib his-səsi, Sovet hakimiyyəti uğrunda bolşe­viklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir" (1, 225). Bununla belə, əlavə etmək yerinə düşərdi ki, "sovet dövrü tarixçiləri" xorunda erməni ah-zarı, naləsi ilə pərdələnmiş özünəməxsus bir saxtakarlıq da diq­qəti cəlb edir. Yalnız üzdəniraq "partiya və dövlət xadimi, alim və pedaqoq, kommunist və vətəndaş" (Henri Azatyan) Con Kirakos­yanın "Gənc türklər tarixin məhkəməsi qarşısında" kitabını və­rəqləmək kifayətdir ki, tarixin nə qədər təhrif edildiyinin, qərəzlə qələmə alındığının şahidi olasan.

Sovet rejiminin və xəstə erməni təxəyyülünün məhsulu olan bu cızma-qarada əslində mənfur rus-ingilis siyasətinin alətinə çevrilənlərə – ermənilərə qarşı regionda, guya, ardıcıl şəkildə ge­nosid həyata keçirildiyi qələmə alınır, erməni terrorçular, qatillər, başkəsənlər, qaniçənlər isə, "xalq qisasçıları" adı ilə oxuculara təqdim edilir, guya, Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərə divan tutulduğu həyasızcasına qeyd olunur ( 2).

Mart qırğını ilə bağlı həqiqət yalnız son illərdə söylənilməyə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ildə imzaladığı Fərmana uyğun olaraq, həmin vaxtdan hər il 31 Mart Azərbaycan xalqının soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir. Azər­baycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar mühüm sənədlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya öl­kələrinin parlamentlərindən və hökumətlərindən ermənilər tərə­fın­dən azər­baycanlılara qarşı törədilən soyqırımı cinayətlərini tanıma­sını, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməsini xahiş etmişdir. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfındən 1919 və 1920-ci illərdə martın 31-i milli matəm günü kimi qeyd olunmuşdur.

Mart qırğını haqqında illər boyu susmayan və susdurula bil­məyən tək səs mühacir səsi olmuşdur. "Yeni Qafqasya", "Azəri-türk", "Odlu yurd", "Bildiriş", "İstiqlal", "Qurtuluş", "Azər­bay­can" (Ankara) və başqa mətbu orqanlar, mühacirətin digər nəşrlə­ri bu mövzunu daim diqqət mərkəzində saxlamış, soy­qırımı qur­banlarının xatirəsini yad etmiş, cəllad S.Şaumyan başda ol­maq­la erməni qatillərin əməllərini lənətləmişlər.

M.Ə.Rəsulzadə 1922-ci ildə İstanbulda nəşr etdirdiyi "Azər­baycan Cümhuriyyəti: keyfiyyəti - təşəkkülü və indiki vəziyyəti" adlı əsərinin "Qardaş Türkiyənin yardımı" adlı hissəsində Mart faciəsinin törədilməsi səbəbləri və bu dəhşətli cinayətin miqyası barədə ətraflı bəhs edir. Müəllif, bolşeviklərin Azərbaycan türklə­rinin azadlıq uğrundakı mücadiləsini qanlar və xarabalıqlar içində boğmağa çalışdığını, məqsədinə çatmaq üçün ermənilərdən istifadə etdiyini yazır. M.Ə.Rəsulzadənin adı çəkilən əsərindən yalnız bir neçə sitat gətirməklə mövcud mənzərə haqqında geniş təəssürat yaratmaq olar: "Qətledilənlər arasın-da... minlərcə qadın, cocuq və ixtiyarlar vardı" (3, 38). "Müsəlman məhəlləsinin başına od yağdı­rılır, cəhənnəm püskürdülürdü" (3, 9). "Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Salyan, Quba, Nəvahi, Kürdəmir kimi qəza və qəsəbələr də məruz qaldı. Bu təcavüzlər əsnasmda dağıdılan evlərin, qıyılan irz və namusların doğranan ər və arvadların, talan edilən mal və dövlətin təsviri bir faciə təsəvvürü yaradır" (3, 44).

M.B.Məmmədzadənin 1937-ci ildə qələmə aldığı və 1938-ci ildə Berlində "Qurtuluş" jurnalının mətbəəsində çap etdirdiyi "Mil­li Azərbaycan herekatı" adlı əsərində deyilir: "Şaumyanın Tiflisdə inqilab təşəbbüsü nəticə verməmiş, gürcü əsgərini Seym əleyhinə qaldıra bilməmişdi. Bundan sonra Şaumyan öz qərarga­hını Bakıya köçürmüşdü. Burada şərait əlverişli idi. Şəhərdə cəbhələrdən qayıtmış 20-25 minlik silahlı erməni və rus əsgəri vardı. Bundan başqa, Xəzər dənizində rus hərbi donanması, Bakının neft mədənlərində rus və erməni fəhlələri vardı. Şaum­yan bu qüvvələrə arxalanaraq martın 31-də qırğına başladı və üç gecə davam edən, 15 min silahsız və günahsız türkün ölümü ilə nəticələnən bu qırğın zamanı Bakı havadan, dənizdən və qurudan bombardman edildi, məscidlər dağıdıldı, maarif və mədəniyyət müəssisələri, mətbəə, teatr, məktəb, kitabxana və s. od vurularaq yandırıldı" (4, 129).

Azərbaycan mühacirlərinin 1932-ci ildən Berlində nəşr etdirdikləri "İstiqlal" qəzeti də Mart faciəsi ilə bağlı materiallar dərc edirdi. Qəzetin 1933-cü il aprel ayının 1-də buraxılan 31-ci nömrəsində mövzu ilə əlaqədar iki material verilmişdir: "Bir qırğının on beş illiyi" və "31 Mart".

Mirzə Bala Məmmədzadənin qələmə aldığı "Bir qırğının on beş illiyi" adlı irihəcmli yazıda 1918-ci ildə Bakıda və Azər­baycanın digər bölgələrində bolşeviklərin təhriki və yardımı ilə ermənilərin törətdiyi faciə bütün çılpaqlığı ilə işıqlandınlır. Digər tərəfdən isə, regionda mövcud ictimai – siyasi şərait dəyər-ləndi­rilir, bu tarixi cinayətin yaranması səbəbləri göstərilir. Məqalədə deyilir: "Qafqaz millətlərinin əl-ələ verərək milli istiqlal və milli hakimiyyətə doğru irəliləmələrinə mane olmaq üçün Moskva ən şeytani tədbirlərə əl atırdı"(5 ).

Leninin Cənubi qafqaz üzrə fövqəladə komissar təyin etdiyi S. Şaumyanın çirkin niyyətləri Tiflisdə baş tutmadıqda, o, Bakıya gəlir. Moskva nökərinin burada geniş fəaliyyət göstəmıəsi üçün şərait nisbətən qənaətbəxş idi. 1918-ci ilin əvvəllərində V.İ.Le­ninin və İ.V.Stalinin imzaladıqları bədnam 13 nömrəli dekretlə Moskva Türkiyənin 6 vilayəti hesabına Qafqazda Ermənistan hökuməti yaratmaq niyyətini güdürdü.

"Bu oyunla Moskva ermənilərə istinadən Qafqazda yerləş­mək istəyirdi. Eyni zamanda Şaumyan, Arakelyan, Ter-Mikael­yan, Saak­yan Astraxan, Petrovsk, Krasnovodsk və İran yolu ilə cəb­hədən dönən erməni alaylarmı Bakıda toplayır, onlarla rus­lar­dan ibarət "Qızıl Ordu" təşkil edirdi. Bu surətlə sırf ermənilərdən ibarət mütəşəkkil Qızıl Ordunun başına cəllad Avakyan keçmişdi."(5)

Məhz bu qüvvə ilə 31 Mart qırğını törədilmişdi. "Bu qət­liam­la 3 gün içərisində 15 min günahsız azərbaycanlını qanı axıdıl­mış, mülklər, xanimanlar yerlə yeksan edilmiş, hər tərəf qana qərq olmuşdu. Tam 3 gün 3 gecə yerdən, göydən və dənizdən Ba­kı­ya bomba və qumbaralar yağmışdır. Bu qətliam Bakı ilə məh­dudlaşmamış, Şaumyan, Avakyan, Arakelyan, Amazaps və Lala­yanın "qızıl qəhrəmanları", öz təbirləri ilə desək "Türkiyənin Bakı cəbhəsini yardıqdan" sonra üzü şimala - Qubaya, qərbə - Şirvana və cənuba - Muğan və Lənkərana keçərək on minlərlə azərbaycanlını qılıncdan keçirmişlər. Şərqi Azərbaycan Respubli­kası başdan-başa od içində yanırdı" (5). Şamaxıda Əmirov, Sal­yan, Muğan, Lənkəran və Astarada Lalayev və onların çətələri "ev-ev dolaşaraq olmazın həyasızlıqlar edir, əhalini qılıncdan keçirir, qadın və qızlara işgəncələr verirdilər"(5).

"İstiqlal"ın həmin nömrəsində "V.Nuh oğlu" imzası ilə təqdim edilən "31 Mart" adlı məqalə bəşər tarixində görünməyən erməni vəhşiliyini təsəvvür etmək üçün dəyərli mənbədir. Müəllif "mart günlərini fotolarla təsbit etmiş" bir çox iranlı, polyak, gürcü və s. əcnəbiləri tanıyır və yazdıqlarında da daha çox onlara istinad edir.

Yazı isə belə başlayır: "1918-ci il 22 martda Bakının "İs­mailiyyə" binasını möhtəşəm salonunu milli musiqi, rəqs, qəh-qəhə, sevinc və gülüş səsi titrədirdi....Millət Novruz bayramını qarşılamaqda idi.

Bir həftə sonra, 31 martda isə, o tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatlarının, kitabxana, qiraətxana, yetimlər evinin yerləşmiş olduğu bu qoca saray quru bir vücud halında matəm içindeydi. Yandınlmışdı. Yandırılan bir tək "İsmailiyyə" deyildi: türklərə məx­sus bütün mətbəələr, mətbuat idarələri, milli teatr binalan, məktəblər, xəstəxanalar, məscidlər, milli-mədəni müəssisələr yer­lə yeksan edilmişdi"( 6).

Müəllif bir həftə içərisində Bakının simasının tanınmaz dərəcədə dəyişdiyini, 15 min günahsız türkün qanı axıdıldığını kədərlə qeyd edir, sonra qəzəblə yazır: "Günün qəhrəmanları Şaum­yan, Avakyan, Arakelyan, Ter-Mikosyan, Saakyan, Lala­yan, Amazaps, Əmiryan və b. idi"( 6).

Müəllif daha sonra Bakı faciəsini gözləri ilə görmüş M.Kulka adlı əcnəbinin dediklərini qələmə alır: "Erməni əsgərlər müsəl­man məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, sün­gü­lərlə dəlik-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, üç-dörd günlük südəmər körpələri isə süngülərinə taxırdılar" (6).

Erməni vəhşiliyini gözləri ilə görən şahid nəql edir ki, öldür­mədikləri qadınların saçlarını bir birinə bağlayaraq çılpaq bir şəkildə küçələrə sürüyür, bədənlərinə tüfəngin qundağı ilə zərbə endirirdilər. Heç kimə rəhm etmirdilər: uşaqlar kimi ixtiyarlara da aman yox idi.

Məqalə müəllifi fotolarda əksini tapmış dəhşətli mənzərələri isə belə təsvir edir: "Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlanmışdır. Mıx körpənin düz ürəyinin üstündən vurulmuşdur; bir yığın qızlı-oğlanlı uşaq ölüləri, üzərin­də qocaman çoban köpəkləri, onlardan biri məsum bir körpəni gəmirir...; çılpaq bir qadın ölü vəziyyətdə yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir"(6 ).

Müəllif bütün bunlardan sonra yazır ki, mən minlərlə qız və qadınların əsir götürüldüyünü, "Rekord" teatrının o gün məhşəri andıran mənzərələrini və s. qeyd etmirəm. Çünki 31 Martı xatır­lamaq və canlandırmaq üçün bunlar da kifayətdir...

Azərbaycan Kültür Dərnəyinin 1952-ci ildə Ankarada nəşr etdirdiyi "Azərbaycan" jurnalı 31 Mart faciəsi mövzusuna dəfə­lərlə toxunmuş, bu tarixi cinayətin əsl mahiyyətini açıb göstərmiş, bol­şeviklərin fitvası ilə ermənilərin törətdiyi vəhşilikləri lənətləmişlər.

Bu mənada M.B.Məmmədzadənin jurnalın 1958-ci il may-iyun ayında nəşr edilən 2-3-cü nömrələrində dərc olunmuş "Qaf­qaz məmləkətləri istiqlal elanının 40-cı ildönümü münasibətilə" adlı iri tədqiqat əsəri xüsusi əhəmiyyət kəsb edir. Müəllif Rusi­yada 1917-ci il fevral inqilabından sonra Qafqazdakı vəziyyət, Müvvəqəti Qafqaz Hökuməti, Cənubi Qafqaz Seymi, Qafqaz istiqlalının elan edilməsi və s. haqqmda dolğun tarixi faktlara, eti­barlı mənbələrə əsaslanaraq, sanballı elmi əsər qələmə almışdır. Əsərin bir hissəsi "Qanlı bir qətliamdan sonra Bakıda qurulan Sovet hökuməti" adlanır.

M.B. Məmmədzadə yazır ki, azərbaycanlılar çarlıq dövründə əsgəri mükəlləfiyyətdən azad olunduqlan üçün onların silahlı qüvvələri yox idi. Bu vəziyyətdən bolşeviklər və ermənilər istifa­də edərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətdilər.

Məqalədə deyilir: "Silahlı çətələr silah və ərzaq axtarmaq bə­hanəsilə ev-ev dolaşaraq kişiləri öldürür, qız-gəlinləri əsir götü­rür, hamilə qadınların qarnını süngüləyir, məscidləri, məktəbləri, mətbəələri, kitabxanaları, xəstəxanaları, teatrları və tarixi binaları, evləri yandırırlar. Hadisədə sinif mücadiləsi və yaxud proletar inqilabı adı veriləcək heç bir nöqtə yoxdur. Mücadilə milli idi"( 7). M.B. Məmmədzadə yazır ki, 30 və 31 mart, 1 apreldə üç gün üç gecə sürən və sinif, zümrə, partiya, siyasi əqidə, yaş və cins fərqi gözləmədən yalnız türklər hədəfə alınmışdı.

Bütün bunlar haqqında xarici konsullar tərəfindən təsbit edil­miş fotolar, raportlar, xatirə və digər materiallar vaxtilə toplanmış və qismən də nəşr edilmişdir. M.B. Məmmədzadə göstərir ki, on minlərlə türkün şəhadəti ilə nəticələnən bu qətliam, təxribat və talandan sonra 25 apreldə təşkil olunan 11 nəfərlik Bakı Soveti hökumətində 5 erməni, 3 rus, 1 gürcü və yalnız birisi bolşevik ol­maq üzrə 2 nəfər azərbaycanlı vardı. Müəllif daha sonra hadi­sələri tarixi mənbələr vasitəsilə izləyir və yuxarıda adı çəkilən his­sənin sonunda yazır: "Qafqaz konfederasiyasının dağılmasın­dan sonra azərbaycanlılar 4 iyun 1918-ci il tarixdə Türkiyə ilə bir saziş imzalamış və bu müqavilənin 4-cü maddəsinə uyğun aldıq­ları əskəri yardım sayəsində Gəncə qapılarına qədər irəliləyən düşməni geriyə püskürtmüş və apreldən 15 sentyabra qədər da­vam edən qanlı savaşı zəfərlə nəticələndirməyə müvəffəq olmuş­lar. Azərbaycanlıların bu zəfəri bütün Qafqazı sovet vəhşətinə məruz qalmaqdan qurtarmışdı"( 7).

Heç şübhəsiz, müəllif burada "sovet vəhşəti" ifadəsini azər­bay­canlılarm bir millət kimi məhv edilməsi anlamında təqdim etmişdir. Doğrudan da, erməni quldurlarının Bakıdan başlanan qət­liamı bir neçə istiqamətdə – Şamaxı, Göyçay, Salyan, Kürdə­mir, Quba, Dəvəçi və başqa bölgələrdə amansızcasına davam etdirilir və dinc əhalinin qanına susamış erməni silahlıları istiqlal şəhəri Gəncəyə səmt götürürdülər. Digər tərəfdən Zəngəzuru işğal edib Qarabağa hücuma başlayan vəhşiliyi təsvirəgəlməz An­dranikin də hədəfı ulu Gəncə idi. Tarixin bu amansız sınağından azərbaycanlıları qardaş türk əsgərinin süngüsü xilas etdi.

"Azərbaycan" jurnalı sonralar da 31 Mart faciəsinə aid ma­raqlı materiallar dərc etmişdir. Səlcuq Alkının "Azərbaycan tari­xində 15 sentyabr, 1918" adlı məqaləsi ("Azərbaycan" jurnalı, 311-ci nömrə, sentyabr-oktyabr 1996-cı il) türk əsgərlərinin yar­dımı ilə Bakının azad olunmasına həsr edilmişdi. Müəllif əvvəlcə həmin dövr Qafqazda, o cümlədən Azərbaycanda ictimai-siyasi, tarixi mənzərəni işıqlandırır, daha sonra şanlı türk əsgərlərinin şücaətindən, Bakının azad olunmasından ətraflı bəhs edir.

Səlcuq Alkın yazır ki, 1918-ci ildə ermənilər bir neçə il əvvəl, xüsusilə 1905-1907-ci illərdə həyata keçirdikləri qətliamı təkrar etmişlər. Müəllif mənbələrə istinad edərək bildirir ki, erməni çətələri adı çəkilən illərdə 40 min türkü qətl etmişlər (8).

Hüseyn Baykara da özünün" Azərbaycan istiqlal mücadiləsi tarixi" kitabında ( 9) Mart qırğını haqqında ətraflı yazmışdır. Müəllif, Mir Cəfər Pişəvərinin xatirələrinə istinadən qeyd edir ki, o, daşnakların vəhşüiklərini, saysız günahsız adamların öldürül­məsini, yandırılmasını, onlara işgəncələr verilməsini öz gözləri ilə görmüşdür(9, 251).

Son dövr mühacir nəşrlərində də Mart faciəsi ilə bağlı ma­teriallara təsadüf edilir. Bu mənada "Dağ yeli" nəşriyyatının (Al­maniya) nəşr etdiyi "Qarabağın tarixi və ona dair sənədlər" əsəri, xüsusilə təqdirəlayiqdir. Həmin kitabın müəllifı Strasburq­da (Fransa) yaşayan həmvətənimiz Əhməd Təbrizlidir. Fransız dilin­də buraxılan bu əsərdə onlarca mötəbər mənbəyə istinadən ermə­nilərin Azərbaycanda törətdiyi qırğınlardan, o cümlədən Mart faciəsindən ətraflı bəhs olunur.

Mart qırğınından bizi bu gün 97 il ayırır. Yara hələ də qaysaq bağlamamışdır, əksinə, daha da böyümüşdür, on minlərlə azər­bay­canlı erməni gülləsinə tuş gəlmiş, on minlərlə kvadrat-metr torpaqlarımız işğal olunmuşdur, ermənilər vəhşilikdən, biz isə, biganəlikdən əl çəkməmişik.

Artıq vaxtdır. 7-dən 70-ə hər bir azərbaycanlı papağını və Azərbaycanın xəritəsini qarşısına qoyub fıkirləşməlidir: son 200 ildə verdiyimiz qurbanların, itirdiyimiz ərazilərin hesabını sorma­malıyıqmı? Yaxud, bu şəkildə itirə-itirə getsək, daha 200 il-dən sonra bu məmləkətdən nə qalacaq?! Mart faciəsindən nəticə çı­xar­maq, ibrət dərsi almaq vaxtı çatmamışdırmı? Bu qırğın üçün axıdılan göz yaşları içərisində itib-batmaq yox, acı göz yaşları içərisindən dikəlmək, səfərbər olmaq, hər an düşməndən intiqam almağa hazır olmaq hissini tərbiyələndirmək lazımdır!
Qaynaqlar:


  1. Ataxan Paşayev, Açılmamış səhifələrin izi ilə. Bakı, "Azər­baycan" nəşriyyatı, 2001.

  2. Con Kirakosyan. Gənc türklər tarixin məhkəməsi qarşısında. Yerevan, "Ayastan" nəşriyyatı, 1986.

  3. M.Ə.Resulzadə. Azerbaycan Cümhuriyeti: keyfiyyeti - teşekkülü və şimdiki veziyyeti. İstanbul,1990.

  4. M.B.Mehmetzade. Milli Azərbaycan herekatı. Berlin, 1938.

  5. Mirzə Bala Mehmetzade. Bir qırğının on beş illiyi. “İstiklal” qəzeti, №31, 1 aprel, Berlin, 1933.

  6. Mirzə Bala Mehmetzade. 31 Mart. “İstiklal” qəzeti, №31, 1 aprel, Berlin, 1933.

  7. Mirze Bala Mehmetzade. Qafqaz memleketleri istiqlal elanının 40-cı yıldönümü münasibetile. “ Azerbaycan” dergisi, №2-3, Ankara ,1958

  8. Selcuq Alkın. Azerbaycan tarihinde 15 sentyabr, 1918. “ Azerbaycan” dergisi, №311, Ankara, 1996.

  9. Hüseyn Baykara. Azerbaycan istiklal mücadilesi tarihi". İstan­bul, 1975.



Immigrants about the March massacre or relentless sound

Summary

The author refers to the historical documents, reliable sources, especially, to the emigration press of Azerbaijan in the article called “Immigrants about the March Massacre or relentless sound” and speaks about the historical crimes sustained to our compatriots by the Armenians in Baku and in other regions of Azerbaijan in March 1918 and discloses the savageries of Armenians relying on the facts stated in the sources.

Some Armenian authors distorting the historical facts and presenting the histories falsely inherent to the Armenians are criticized in the article.

Investigation of the samples of the emigration press unmasking the savageries and fraud of the Armenians is very actual and is of great importance today too.



Key words: Emigration press, March massacre, Mammad Amin Rasulzade, Mirze Bala Mammadzade.
Резюме

В статье под названием «Эмигранты о мартовской резне или голос истины», основываясь на исторические документы, досто­верные источники, в частности на Азербайджанскую прессу, нахо­дящуюся в эмиграции, рассказывается об исторических преступ­лениях армян против наших соплеменников в Баку и в различных регионах Азербайджана в марте 1918-го года, раскрывается ар­мянское зверство на основании фактов указанных в литературных источниках.

В статье также критикуются некоторые армянские авторы, искажающие исторические факты и фальсифицируя события, свойственным их природе.

Изучение миграционной прессы, разоблачающей зверство и фальсификацию армян, и сегодня является актуальной темой и имеет огромное значение.



Ключевые слова: Миграционная пресса, мартовская резня, Мамед Эмин Расулзаде, Мирза Бала Мамедзаде

Aqil ƏHMƏDOV
XOCALI SOYQIRIMINA SİYASİ-HÜQUQİ ƏDALƏT
Özət

 Azərbaycan Respublikasının son on bir il ərzində keçdiyi inkişaf yolu heç şübhəsiz ki, xarici siyasətinin də genişlənməsində böyük rol oynamışdır. Bu səbəbdən qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasəti qarşısında duran bir nömrəli məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Münaqişənin davam etməsində maraqlı olan və qeyri-konstruktiv mövqe nümayiş etdirən erməni tərəfi 1992-ci ildə azərbaycanlılara qarşı törətmiş olduğu Xocalı soyqırımını siyasiləşdirərək beynəlxalq ictimaiyyəti məsələnin mahiy­yə­tindən yayındırmağa cəhd göstərir. Buna baxmayaraq Azərbaycan diplomatiyası son on bir il ərzində Xocalı həqiqətlərini dünyanın dörd bir tərəfində təbliğ etmiş və iş bu gün də davam etdirilməkdədir. Mə­sələnin hüquqi tərəfinə baxdığımızda Xocalı soyqırımını törədən indiki Ermənistan iqtidarının nümayəndələri beynəlxalq hüquq qarşı­sında cinayət məsuliyyətinə cəlb olunmamış qalmaqdadır.

Məqalədə Xocalı soyqırımının təbliği və tanınması istiqamətində Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət, bu istiqamətdə bey­nəlxalq təşkilatlarla münasibətlərin dinamik şəkildə inkişaf etdirilməsi və əldə olunan nəticələrə siyasi- hüquqi yanaşma əsas götürülmüşdür.

Açar sözlər: münaqişə, cinayət, beynəlxalq hüquq, soyqırım, beynəlxalq təşkilatlar, xarici siyasət, Cənubi Qafqaz
Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərli­yin­də təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Giriş

Ötən əsrin sonunda dövlət müstəqilliyini bərpa edən Azər­bay­can Respublikası daxildə olduğu kimi xarici siyasətinin də inkişaf perspektivlərni müəyyən edə bilmişdir. Bu gün isə Azərbaycanın dünya birliyi ilə sıx əlaqələri mövcuddur. Ölkənin gün keçdikcə inkişaf edən sosial-iqtisadi və mədəni münasibətləri bu baxımdan Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması və təbliğində mühüm amillərdəndir. Biz Azərbaycan Respublikasının xarici siyasət kursundan danışarkən qeyd etməliyik ki, son illər diplomatik missiyamızın genişlənməsi ölkənin ən ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və bu münaqişənin acı nəticələrindən biri kimi Xocalı soyqırımının tanınması istiqamətində mühüm dəyişikliklərə səbəb olmuşdur.

Deyə bilərik ki, hazırda işğalçı dövlətə qarşı informasiya müharibəsində, erməni tərəfi Azərbaycana uduzmaqda davam edir. Belə olduğu təqdirdə biz hər birimiz “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyasına ciddi əhəmiyyət verərək Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətin inkişafı və rifahına yönəlmiş siyasi kursunu dəstəkləməyə davam etməliyik. Bu baxımdan elmi ictimaiyyət olaraq biz Xocalı soyqırımının siyasi, elmi və hüquqi baxımdan təbliğ olunması və tanınması işinə yeni əsərlər ərsəyə gətirməklə dəstək verə bilərik.

Unutmamaq lazımdır ki, müasir dövrdə Qərb və Avropa dövlətlərində kök salmış erməni quldur dəstələri həm Şərqi Ana­doluda (1915) türklərə qarşı həyata keçirdikləri spyqırımı siyasəti, həm də 1992-ci ildə azərbaycanlılara qarşı törətmiş olduqları soyqırımı cinayətlərini, yəni tarixi hadisələri saxtalaşdırmaqda davam edirlər. Belə demək mümkündürsə erməni lobbisi və diaspora təşkilatlarının nümayəndələri türk-müsəlman əhaliyə qarşı daşnak əcdadlarının işlətmiş olduqları hər iki cinayət hadisələrini siyasiləşdirmək yolu ilə özlərinə haqq qazandırmağa cəhd edirlər. Qondarma və tarixə məlum olmayan 1915-ci il hadisələrinə görə Türkiyə Respublikasından təzminat tələb edən ermənilər Xocalı soyqırımına da adekvat olaraq, Qriqoryanların əli ilə 1988-ci ilin 28 fevralında törətmiş olduqları Sumqayıt hadisələrini siyasiləş­dirmək yolunu tutmuşlar. Bir ziyalı kimi qeyd edə bilərəm ki, mən şəxsən beynəlxalq konfransların birində erməni məruzəçinin möv­zuya aidiyyatı olmadığı halda Sumqayıt hadisələri ilə bağlı bey­nəlxalq ictimai rəyi mahiyyətindən uzaqlaşdırmağa yönəlik çıxışlar etmək istədiyinin şahidi olmuşam. Düşünürəm ki, Xocalı soyqırı­mına bu müstəvidən baxılması, yəni ermənilərin siyasiləşdirməyə cəhd etdikləri cinayət əməllərnə beynəlxalq münasibətlər tərəfin­dən siyasi və hüquqi qiymətin verilməsinə nail olmaq üçün işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə adekvat olaraq, siyasi mübarizədə real yanaşmanın vacibliyini önə çəkmək faydalı olardı. Bu baxımdan “Soyqırımlar xalq yaddaşında” mövzusunda baş tutan beynəlxalq elmi konfransda qoyulan problem və dinlənilən məruzələrin elmi, siyasi və hüquqi baxımdan, Xocalı soyqırımının daha dinamik şəkildə tanınmasına nail olmaq istiqamətində səs­ləndirilən dəyərli fikirlərin əhəmiyyətli olcağına inanıram. İnfor­masiya müharibəsində ermənilərə ən layiqli cavablardan biri heç şübhəsiz ki, Azərbaycan və Türkiyə elmi ictimaiyyətinin belə mü­hüm tədbirlərin keçirilməsinə diqqət yetirməsidir.

Heç şübhəsiz ki, XX əsrin misli görülməmiş Xocalı soyqı­rı­mına Azərbaycanın daxilində ilk siyasi və hüquqi qiymət xalqı­mızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir.

Sivil dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırı­mının əsl mahiyyəti yalnız Heydər Əliyev 1993-cü ildə siyasi ha­ki­miyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soy­qı­rımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbay­canlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 2002-ci il fevralın 25-də Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildö­nümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycan­lılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir [6]. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında düşünürəm ki, görkəmli dövlət xadimi Heydər Əliyevin göstərmiş olduğu siyasi iradə bu məsələdə ciddi əhəmiyyət daşımış və Xocalı hərbi cinayətinin soyqırım kimi bu gün dünyanın dördbir tərəfində tanınması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Hazırda bu düşünülmüş siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.


Xocalıya ədalət – Qarabağ azadlıq” kampaniyası:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə