AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə18/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

Литиратура

  1. Буттино Марко. Революция наоборот. Средняя Азия между падением царской империи и образованием СССР. М., 2007. стр. 276. Цит. по: Хасанов М. Фергана после кокандских событий, февраль 1918г. – март 1919г. Машинописный текст, 1993. Неопуб­ликованное исследо­вание по материалам КГБ Узбекской ССР.

  2. Мусбюро РКП(б) в Туркестане: 1, 2 и 3 Туркестанские крае­вые конференции РКП, 1919-1920 гг. Ташкент, 1919-1920. стр. 10.

  3. Назаров М.Х. Коммунистическая партия Туркестана во главе защиты Октябрьской революции. 1918-1920 гг. Ташкент, 1969. стр. 123.

  4. Наша газета. (Ташкент, 1917-1919). 1918, 22 июня.

  5. Наша газета. (Ташкент, 1917-1919). 1918, 12, 24 и 25 июня.

  6. Рыскулов Т. Революция и коренное население Туркестана. «Что делали дашнаки в Фергане» Ташкент, 1925.

  7. Российский государственный военный архив (РГВА). Ф. 25859. Оп.2. Д. 11. Лл.82-85 об.

  8. Сталин И.В. Сочинения в 13 томах. М., 1946-1951. Т. 4.стр. 24.

  9. «Ўзбекистон миллий энциклопедияси» Давлат илмий наш­риёти, Т. 2008 стр. 120


DAŞNAQSÜTUNUN TÜRKÜSTANDA QANLI İZLƏRİ
Özət

Rusiyanın Qafqazı və türkləri istila etmək siyasətinin təməlində nasionalist erməni ideologizmiyaradıb bundan məharətlə istifadə etməsi dayanır. Belə ki, “Böyük Ermənistan” vədi verdiyi ermənilərdənqırğın və şovinist təxribatlarda məharətlə istifadə edə bilirdi. Bunun nəticəsidir ki, Fərqanə vadisində 1507min, türküstanda isə 5 mln 600 min insanın ölü­münə səbəb bolşeviklər olsa da, bunu Daşnaksütunpartiyasının ayağına yazmağı bacardılar. Daşnaksütun partiyasının Türküstanda birləşmələri üçün isə “Erməni qardaşlığı” adlı formal təşkilatyaradılmasına imkan verildi. Ancaq cəmi bircə il sonra anlaşıldı ki, “Erməni qardaşlığı” təşki­latınınDaşnaksütundan heç nəyi ilə fərqlənmədiyi ortaya çıxdı. Məruzə­mizdə Daşnaksütun partiyasının Türküstandakı qanlı fəaliyyətlərinə tarixi, siyasi və politik aspektdən yanaşılacaq və araşdırılacaq.



Açar sözlər: Türküstan, Daşnaksütun, ermənilər, Fərqanə vadisi, qırğınlar
THE BLOODY TRACES OF DASHNAKTSUTYUN IN TURKISTAN

Summary

On the base of politic of Russia for explanation of Caucasus and Turks there is an ideology of “Great Armenia” suggested by Russia. Thus Russia can use Armenians in genocides and chauvinist diversions. In the result Armenians were responsible in death of 150 thousand Turks in Fargana valley, and 5 mln 600 thousand in Turkistan, despite Russia realized it. In return for this allowed to create the formal organization of “Armenian brotherhood” for unity of Dashnaktsutyun party. But after year it became that, the organization of “Armenian brotherhood” is not differ with Dashnaktsutyun party.

In the article will research the bloody activity of Dashnaktsutyun party and approach in terms of history, social, politic.

Key words: Turkustan, Dashnaktsutyun, Armeians, Fargana volley, genocides

Tahirə MƏMMƏD
NAXÇIVANDA ERMƏNİLƏRIN TÖRƏTDİYİ

SOYQIRIM HADİSƏLƏRİ VƏ FOLKLOR
Özət

Naxçıvanda ermənilərin törətdiyi soyqırımı hadisələri folklor janr­la­rından daha çox xalq yaddaşı və şahidlərin söylədikləri əhvalatlar əsasın­da yaşamaqdadır. Xalq öz münasibətini bildirdikcə erməni xarakterini və psixologiyasını ifadə edən çoxlu deyimlər və atalar sözləri yaranmışdır.

Məruzədə xalq yaddaşı materiallarının, yerli hadisələr də nəzərə alı­naraq, istiqamətləri müəyyənləşdirilir. Bundan başqa, soyqırımı hadi­sələrinin miqyası, ermənilərin insanlığa sığmayan vəhşilikləri və xalq mübarizəsi və s. folklorun uyğun motivləri ilə müqayisəyə cəlb olunur.

Açar sözlər: Naxçıvan, erməni vandalizmi, yaddaş, xalq, türk ordusu
Giriş

Tarixdə mühüm yeri olan hadisələr zaman keçdikcə istər xalq, istərsə də fərdi yaradıcılıq sferasında öz dəyərini tapır və izini qo­yur. Folklor fərdi müəllif mövqeyini yox, xalqın “müəllif möv­qeyinin” ifadəsidir; burada xalqın yaddaş qatları, hadisələr qarşı­sında yaşantıları öz ifadəsini tapır. Bəzən elə burulğanlı hadisələr baş verir ki, o, öz spesifik ifadəsini daha çox fərdi yaradıcılıqda ek­zenstial yanaşma ilə tapa bilir. Müəlliflər onu görmə və əksetdirmə prinsiplərinə uyğun olaraq müxtəlif izmlərlə yaradıcılığa gətirə bilərlər. Erməni vandalizmi sürrealizmin də, xalqın yaratdığı düş­mən obrazının, onun cəza metodlarının da sərhədlərini aşıb keçir. Hadisələrə saf, təmiz, uca, harmonik bir mövqedən yanaşan mil­lətimiz erməni iyrəncliyini istər xalq ədəbiyyatına, istərsə də fərdi yaradıcılığa gətirəndə belə çətinlik çəkir. Ona görə də elə ən yax­şısı hadisələrdən xalq yaddaşında qalanları qoruyub saxlamaq və onu informasiya dövriyyəsinə daxil etməkdir.



A.Naxçıvanda ermənilərin törətdiyi soyqırımının xalq yad­daşında əksinin əsas istiqamətləri

Naxçıvan soyqırımı hadisələri folklor janrlarından daha çox xalq yaddaşı və şahidlərin söyləntiləri əsasında yaşamaqdadır. Bun­lar xalq arasında söylənərək nəsildən nəslə ötürülür. Söylə­nənləri bir neçə istiqamətdə qruplaşdırmaq olar:



  • Erməni zülmünün ağlasığmaz icra metodları haqda söylə­nənlər

  • Xalqın mübarizəsi

  • Andranikin cəzalandırılması haqda rəvayətləşmiş söyləntilər

  • Türk ordusunun Naxçıvana gəlişi və yerli camaatla müna­sibətləri

  • Kazım Qarabəkir Paşanın Naxçıvandakı fəaliyyəti (Bu haq­da görkəmli pedaqoq Lətif Hüseynzadənin xatirələri əvəzsiz mən­bədir (3))

Soyqırımı ilə bağlı xalq yaddaşında qorunanları iki istiqa­mətdə folklorla müqayisə etmək olar:

  • Hadisələrlə onlar haqda yaranan xalq yaradıcılığı nümunələri

  • Faktları folklorda etnos mübarizəsi və xalq qəhrəmanı, düşmən obrazı, cəza üsulu və s. kimi motivlərlə qarşılaşdırmaqla.

Naxçıvanda ermənilər tərəfindən XX əsrin başlanğıcından törədilməyə başlanan soyqırımları öz əksini iri həcmli folklor janr­larında tapmır. Bu, həmin xalqın sonradan ərazimizə yerləş­dirilməsini və folklor yaddaşında yerləşə bilməməsini sübut edir. Lakin erməni etibarsızlığına, nankorluğuna və s. aid çoxlu xalq deyimləri yaranmışdır. Məsələn, “erməni qan gördü, ürəyi keçdi”, “erməni kimi yabası çiynində”, “erməni kimi çörəyi dizinin üstündə”, “erməni kimi dil tökür”, “erməni kimi yalmanır”, “erməni axçiyi kimi əzilib-büzülür”, “erməni evi kimi evi qoxur”, “erməni qorxağı” və s. kimi yüzlərlə deyimlərdə xalq ona qarşı xəyanətkar davranmışların xarakteristikasını açmışdır.

Söylənənlər yaradıcılıqdan daha çox gerçəkləri əks etdirir. Erməni zülmündən əzab çəkən yerli camaat və Qərbi Azərbay­can­dan Naxçıvana köç edən, türk yurdunun bir bölgəsindən di­gərinə sığınan insanların nəvə-nəticələrinin faktlarla söylədikləri hadisə­lər­də təsvir olunanların miqyası əfsanələrdə, nağıl və das­tanlarda söylənənlərdən daha ağlasığmazdır. Bu qarşılaşdırılma­lardan bədii və etnopsixoloji təfəkkür hadisələrinin izahı üçün əhəmiyyətli ola biləcək çox mühüm məqamlarla rastlaşırıq. Türk ruhu bütün dün­yaya sevgi və şəfqət, harmoniya düzəni ilə baxır, ermənilər isə vəhşi və qaniçən kimi. Bunu türkün dünyada qədimdən qoyduğu izlər, daş kitabələrdə ifadəsini tapan fəlsəfə, insansevərliklə dünyaya yayılan sivilizasiya nümunələri təsdiq edir. “Gəmiqaya rəsmləri, Qobustan qayaları üzərindəki rəsmlər, Sibirdəki qəbir daşları və maraldaş mədəniyyəti, Orxon-Yenisey yazıları, Nüvədi daş kitabələri türk xalqlarına məxsus olan və müxtəlif coğrafi ərazilərdə yaranmış paralel mədəniyyətin göstəriciləridir. Bu mədəniyyət təbiətin özü ilə bir harmoniya yaradan mədəniyyətdir. Onun yaradıcısı olan xalqlar isə təbiətin özü qədər qədim olan xalqlardır. Təbiətin əlində aciz olan xalqlar harmonik mədəniy­yətdən uzaq olaraq aciz və itaətkar olmuşlar. Onlar bəlkə də daha sonralar peyda olduqları üçün təbiətin dilini də yaxşı bilmirlər. Təbiətə, elə-obaya, yurda, vətənə də çox şərti baxırlar.” (5)

Harmonik dil, harmonik təbiət və harmonik ədəbiyyat (Niza­mi yaradıcılığı bu mənada möcüzədir) türkün əsas atributların­dan­dır. Özündə bunları görməyənlər onu dağıtmağa, pozmağa çalışırlar.

B. Erməni zülmü və ona qarşı mübarizə haqda söylə­nən­lərdən nümunələr:

O dövrdə Naxçıvan soyqırımı hadisələri Qərbi Azərbaycan, Zəngəzur hadisələri ilə sıx əlaqədə idi. Naxçıvana Qərbi Azər­baycandan qaçqın axını baş vermişdi. Hazırda Naxçıvanda Qərbi Azərbaycan toponimləri ilə bağlı çoxlu tayfa adları və kənd, məhəllə adları var. Bu, toponimlərin bir qismi türk etnosuna məx­sus tarixi coğrafiya ilə bağlı olsa da, digər bir qismi Qərbi Azər­baycandan demoqrafik təmizlənmənin, yeni yurda yerləşmənin nəticəsində meydana gəlmişdir.

Naxçıvanda, eləcə də ondan kənar türk yurdlarında ermənilərin törətdikləri talanlar və qırğınlarda istifadə etdikləri metodlar bir-birinə çox bənzəyir. Başqa bölgələrdə olduğu kimi, burada da in­sanların qollarını arxada bağlayıb kürəyinə qaynar samovar bağ­lamaq, onları diri-diri samanlığa, tövlələrə doldurub yandırmaq və ya diri-diri quyulara doldurub üstünə daş tökmək, hamilə qadın­ların qarınlarını kəsib övladlarını çıxarmaq, körpə uşaqları şikəst etmək, insanların şərəflərinə toxunub, alçaldaraq öldürmək və s. kimi vəhşiliklər onlar üçün səciyyəvi xarakterik keyfiyyətlərdir.

Ana nənəmgil əslən Qarakilsənin Darabas kəndindən olub sonradan Şahbuzun Zırnel kəndinə yerləşmişdilər. Ananmın atası isə ana tərəfdən Qarakilsənin Şəki kəndindən olub. Hər ikisinin qohumlarının zaman-zaman erməni zülmündən necə gəlib Nax­çıvana yerləşməsi haqda nənəmdən, yaşlı qohumlarımızdan çox eşitmişəm. Darabas və Zırnel arasında olan yaxın əlaqələrdən “Aşıq Həsanalı və Gülənbər” rəvayəti yaranmışdır.(8) Mənim uşaq çağlarımda böyük bir kənd olan Zırnelin əhalisi bir-biri ilə qohum olan və əslən Darabasdan gələn ailələrdən ibarət idi. Maraqlıdır ki, Mir Möhsün Nəvvab “1905-1906-cı illər erməni-müsəlman davası” kitabında yanlış olaraq Darabasdan erməni kəndi kimi bəhs edir. ( 1905-) Darabasın azərbaycanlılara mənsubluğunu əslən Qarakilsədən olan Məhərrəm Vəliyev “Bəhrülü yurdum mənim” kitabında da qeyd etmişdir. (6) Yeri gəlmişkən, SSRİ dövründə Darabasla bir sovetlikdə olan Bəhrülüyə xalq arasında “Qurd Bəhrülü” deyilməsinin də təsadüfi olmadığını qeyd etmək lazımdır. Məhərrəm Əliyev Qurd Bəhrülü ifadəsini bəhrülülərin erməni hücumları qarşısındakı igidlikləri, qorxmazlıqları ilə əlaqələndirir. Şübhəsiz, onların şücaəti bu adı əsaslandırır. Ancaq bu ad eti­mologiyasına görə, çox güman ki, Qurd-Börü, qurd-börülü sözlərinin birləşməsindən törəmişdir; börü qədim türk dilində qurd deməkdir. Maraqlıdır ki, Bəhrülü kəndi öz quruluşu, kaha və evlərin bir-birini tamamlaması ilə də assosiativ olaraq qurdun mifoloji funksiyasının xatırlanmasına stimul verir.

Naxçıvan soyqırımlarında çoxlu xalq qəhrəmanları da yetişib – Kəlbalı xan, onun piyada döyüşçülərinə başçılıq edən nehrəmli Hacı Xəlil ağa İmanov xalqın yaddaşında əfsanəvi qəhrəmanlar kimi qalmışlar. Naxçıvan şəhəri erməni birləşmələri tərəfindən mühasirə­yə alınanda, şəhərətrafı kəndlərdə - Tumbulda, Çeşməba­sarda, Əliabadda, Şıxmahmudda talanlar və qırğınlar törənəndə “ Kər­balayı Muxtar, Kərbalayı Kərim, İbrahim Xəlil Axundov və Həsən Şahverdiyevin komandanlığı altında olan Nehrəm, Cəhri, Ordubad və Şərur xalq könüllü taborları mühasirəni yarıb şəhərin yardımına gəlirlər.” (3,135)

Xalqın göstərdiyi qəhrəmanlıq onlar haqda yaranan şeir və mahnılarda da öz əksini tapıb. Nehrəmli Sona xanımın o vaxtlar yazdığı və aşağıda bir parça təqdim etdiyimiz şeirdə olduğu kimi:

Müslüm durub Hacəlinin bağında,

Müseyib sağında, Sadıq solunda,

Qırır-tökür imamzadə yolunda.

Yeri ha, yeri ha, köpək Andri,

Nehrəmlilər quşu göydən endirir.

Ərəzində Səməd, Nehrəmdə Müslüm,

Hücuma keçdilər hamıdan üstün,

Andranik qoşunun etdilər təslim.

Yeri ha, yeri ha, köpək Andri,

Nehrəmlilər quşu göydən endirir. (9)

İndi informasiya müharibəsinin getdiyi bir vaxtda sussaq bir əsr sonra Xocalı da 1918-1919-cu illərdə ondan daha dəhşətli hadisələrin gerçəkləşdiyi Zəngibasar, Vedi, Şərur-Dərələyəz hadisələri kimi unudulacaq. Bu illərdə “Zəngabasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz qalmışdır; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparlmış 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdir. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdır. Şərurda 810 nəfər xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdür. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdir. Bütövlükdə, 1918-21-ci illərdə erməni quldur dəstələri tərəfindən Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilmişdir.” (2)

Naxçıvan soyqırımı hadisələrində A.Ozanyanın xüsusi rolu olması onun ətrafında çoxlu söyləntilərin formalaşmasına yol açmışdır. Andranikə Qərbin və Rusiyanın verdiyi dəstək və dəyər türklərə qarşı avropanın əlbir yürüşünün maraqlarını modelləşdirir. Türk dövləti ona olan xəyanətinə görə cəzalandırdığı Andranikdən Qərb yaxşı bir fiqur kimi istifadə etdi. Bolqarıstan, Fransa, Rusiya özünün ali mükafatları ilə Ozanyanı təltif edir, ona maddi və mənəvi dəstək göstərirdilər. Onun yaradılışdan anormallığı, daha sonra isə qulağının kəsilməsi intiqam hədəfi kimi türkləri seçməsinə yol açırdı. Qərb özünün antihumanist, antitürk siyasətində bu anti­harmonik modifikasiyadan lazımınca istifadə etdi.

Naxçıvanda Ozanyanın rəhbərlik etdiyi dəstələrin törətdiyi qansızlıqlarla bərabər onun özünün uduzmaqları, yalvarışı xüsusən qulağının kəsilməsi ilə bağlı rəvayətləşmiş söyləntilər yayılmışdır. Bir sıra mənbələrdə qeyd olunur ki, onun qulağı hələ XIX əsrin 80-ci illərində Osmanlı dövlətinə xəyanət nəticəsində Səlim adlı türk zabiti tərəfindən kəsilmişdir.(10) Atatürkün qərarı ilə qulağının kəsilməsi haqda da məlumatlar var. Azərbaycanda Zəngəzur və Naxçıvanda törətdiyi kütləvi qırğınlar və ona qarşı olan dirəniş­lərdən qulağının Laçında, Zabux dərəsində Sultan bəy tərəfindən kəsilməsi barədə məlumatlarla da rastlaşırıq. (1) Lakin biz uşaq­lıqdan eşitmişdik ki, Andronikin qulağını Naxçıvanda kəsiblər – Nehrəm kəndində. Bütün bunlar göstərir ki, xalq bədnamlıq saydığı qulaq kəsilməsi ilə özünə təsəlli yeri tapmış və bu hadisəni rəva­yətləşdirmişdir; ona verilən hər dərs bir qulaqkəsmə kimi qiymətlən­dirilmişdir. Ancaq bu təkqulaq, dastanlardakı, dini-mifoloji tək­gözdən – Təpəgözdən, Polifemdən, Şeytandan daha dəhşətli və əcaib, eyni zamanda, alçadılmış bir varlıq kimi qalıb yaddaşlarda . Bəlkə də onun təkqulaqlılığı demonoloji varlığını ifadə etmək üçün Tanrının ona nəsib etdiyi, taleyində əlamətləşdirdiyi bir yazı idi.

Qonşumuzda Fatma xala var idi. O deyirdi ki, bələkdə üç aylıq olanda ermənilər kəndə hücum ediblər, atasıgil uşağı götürməyə macal vermədən anasını kəndin üstündə mağaralıq olan Sulu dərə­yə aparıblar. Sonra dayısının oğlu Heydər gizlənə-gizlənə gəlib uşağı evdən çıxarıb aparıb. Sura xala danışırdı ki, erməni-müsəl­man qırğınında o təzə doğulmuş imiş. Camaat qırğından dağa sığınanda anası yeni zahı olduğu üçün dözməyib ölür. O da qundaq vaxtından yetim qalır. Cəhri, Nehrəm, Sirab, Zeynəddin Babək ra­yonunda əsas qırğınlar olan yerdir. Bizim kəndin camaatı – vayxır­lılar əvvəlcə Sulu dərəyə və Daş qalaya yığşıb. Sonra ətraf kənd ca­maatına xəbər veriblər ki, hamı Cəhriyə toplaşsın, birlikdə mü­dafiə olunsunlar. Vayxırla Cəhrinin arasında Xal-xalda adamları gülləbaran ediblər. Güssün xalanın danışdığına görə, bacısı Xoşqə­dəm Naxçıvan çayından camaatla birlikdə atla keçəndə Arşak adlı erməni onu güllə ilə başından vurub çaya salıb, meyidi götürə bilməyiblər, sel aparıb. Cəhridə toplaşan camaat müdafiəsiz qalıb. “Noyabrın 30-da isə Cəhri kəndi yandırılmışdır. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanma­mış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra - dekabrın 2-də kəndə yollanmış, naxçıvanlıların haqlı şikayətləri ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdır.” (4)

Ətraf kəndlərin camaatı Sirabın üst tərəfinə dağlara sığındıq­ları vaxt mənbələrdə verilən məlumata görə, ermənilərin qəfil hücumu nəticəsində, 10 000- dən çox azərbaycanlı öldürülüb.

C. Erməniləri soyqırımına meylləndirən əsas güclər

Belə bir sual çıxır: nəyə görə ermənilər bizim torpaqlarımızda at oynada, qırğınlar törədə bilirdilər. Erməni-türk problemi yarandığı vaxtdan qlobal səciyyə daşıyır. Bura maraqların görüş yeridir. 1905-1907-ci illərdə daha çox Rusiya bu məsələdə maraqlı idi. Lakin 1918-1919-cu illərdə isə artıq Antanta ermənilərin arxa­sında durmuşdu. Antanta blokunun Naxçıvan, Zəngəzur və Qara­bağda daşnaklara hər cür, o cümlədən hərbi yardım edəcəyi haqda məlumatı ermənilərə Fransanın Yerevandakı nümayəndəliyi bil­dirmişdir. (7,39) Faktlar bu yardımın gerçəkliyini təsdiqləyir. Tür­kiyənin Doğu bölgəsi və Qafqaz, tarixi Azərbaycan torpaqlarının çoxu rus işğalına məruz qaldığından bu qırğına Rusiya birbaşa başçılıq edirdi. Buqələmun ermənilər və onların arxasında duranlar üçün hər hansı bir ictimai-siyasi quruluşun mənası yoxdur. Andranikdən Balkan savaşlarında da türk soyqırımı üçün istifadə olunub, fəhlə-kəndli inqilabları dövründə də. Çar Rusiyası vaxtında da Azərbaycan torpaqlarına ermənilər yerləşdirilib, SSRİ zamanında da, ondan sonra da. Xalqımız erməni ilə yox, dünya güclərinin məkrli planları ilə qarşı-qarşıya durub. Mübarizə əzmimiz sönməyəcək və Xeyir şərə qalib gələcək.



Nəticə: Bu məruzədə ermənilərin törətdiyi soyqırımı hadisə­sinə faktlar və folklor münasibəti istiqamətində bir neçə aspektdən aydınlıq gətirməyə çalışdıq. Araşdırma nəticəsində belə bir qənaət hasil oldu ki, qonşuluğumuzda əzəli yeri olmayan bir xalqı haqsız iddiaları ilə psixoz vəziyyətə salanlar onlardan bizim üçün əbədi düşmən düzəltmək istəyirlər. Əgər düşmən varsa, onunla mübarizə aparıb məğlub etmək lazımdır. Qalibiyyət üçünsə düşməni yaxşı tanımaq vacib şərtdir. Bu tanışlıq üçünsə xalq yaddaşı əvəzolun­maz mənbədir. Müasir dünyanı baş verənlərə qarşı susqunluqdan, laqeydlikdən qurtarmaq üçün bu materialların beynəlxalq səviy­yədə təbliği və yayılması işində də gecikməməliyik.

Qaynaqlar:

  1. Andronikin qulağını kim kəsib? - Bay Media baymedia.az/news.php?id=29601

  2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan ...

dmfa.nakhchivan.az/page.php?page=09...az

  1. Bərabər yürüdük biz bu yollarda. Xatirələr, faktlar, sənədlər. Toplayan və tərtib edən Nazim Əkbərov. “Çağ”, Bakı 2007

  2. Ermənilərin Naxçıvanda törətdikləri soyqırımıları: SİYASƏT ...

news.milli.az/politics/256884.html

5. Əliyev Vilayət. Zəngəzurda qalan izimiz Bakı - «Nurlan» -2004, 295 səh.

6. Məhərrəm Vəliyev. Bəhrülü yurdum mənim. cumhuriyyet.az/.../9013-behrulu-yurdum-meni..

7. Mədətov Qaraş. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili. Azərnəşr, 1958, səh. 39

8. Naxçıvan folkloru, I cild. Naxçıvan, "Əcəmi" nəşriyyatı, 2010

9. Şəmil Sadiq, Müşfiq XAN. Ümidlərin izi ilə. Roman

“XAN” nəşriyyatı. Bakı-2015.

10. Yalançı tarixin saxta qəhrəmanları » Qadin.Net ~ İlk milli ...qadin.net/index.php?newsid=27017

11. 1905-1906-ci illərdə erməni-müsəlman davasi.

azerlit.info/?article=513&page=4
ACCIDENTS OF GENOCIDE COMMITED BY THE ARMENIANS IN NAKHCHIVAN AND FOLKLORE

Summary

Accidents of genocide commited by the Armenians in Nakhchivan are more alive in the people’s memory and in the stories told by witnesses than folklore genres. While the people expressed their attitude concerning those accidents many sayings and proverbs charachtarizing the Armenian’s psychology were created.

The directions of the materials of the people’s memory including the local events are defined. Besides, the amount of genocide accidents, the Armenians’ anti-human barbarism, the people’s struggle and etc. are anal­yzed in comparison with the appropriate motives of folk-lore in the paper.

Key words: Nakhchivan, Armenian barbarism, memory, people, Turkish army
ГЕНОЦИД, УЧИНЕННЫЙ АРМЯНАМИ В НАХЧИВАНЕ

И ФОЛЬКЛОР

Резюме

Геноцид азербайджанцев со стороны армян сохранился в народной памяти преимущественно в виде рассказов свидетелей тех событий, нежели непос­редственно в самих фольклорных образцах. Из рассказов, пере­да­ю­щихся от поколения к поколению, в народной памяти отложились утонченные мысли, поговорки, пословицы, раскрывающие нравстве­н­но – психологические свойства жестокости, присущей армянскому характеру.

В статье освещаются события местного значения, которые сохра­нились в народной памяти и определяются их основные направления. Кроме того, масштабы геноцида, античеловеческая сущность армян и факты из истории самозащиты азербайджанского народа приводятся в сравнении со схожими фольклорными мотивами.

Ключевые слова: Нахчиван, армянский вандализм, память, народ, турецкая армия

Tahir NƏSİB
QARS, ANİ VƏ ÇEVRƏDƏKİ TARİXİ-COĞRAFİ ADLARIN ÖNTÜRK UYQARLIQLARI, ORTA ƏSRLƏR TÜRK-MONQOL MADDI-MƏNƏVI HƏYATI İLƏ ETİMOLOJİ BAĞLILIĞI VƏ BUNLARA ERMƏNİ İDDİASI
Özət

Məqalədə Qərbi Azərbaycan, Qars və Ani ətrafı ərazilərdə yaranmış bəzi toponimlərin, hidronimlərin mənşəyinin öntürklərlə: hurrit, şumer, massaget-skif, etrusk və tqrk, monqol xalqlarıyla əlaqəli olması izah olunur. Müasir dövrdə ermənilərin böyük güclərin əlində oyuncaq vasitə olmasının eyni ilə qədim dövrlərdə də genetik cəhətdən təkrarlanması vurğulanır. Ermənilərin (haylar) Urartu dövlətinin yaradıcıları yox, həmin hurrit dğvlətinin skiflər, midi­ya­lı­lar tərəfindən dağıdılmasında əsas vasitə olmaları göstərilir. Qarabağ məsələsinin başlanğıcı ilə SSRİ-nin də Urartu kimi dağılmasında əsas səbəbin ermənilər olmasında bunların genetik-psixoloji xüsusiyyətlərinin əsas amil olması irəli çəkilir.



Açar sözlər: Qars, Ani, öntürklər, massaget-skif, hurrit, şumer, etrusk, türk, monqol, Urartu, erməni.
Giriş: Problemin ümumi qoyuluşu

XIX-XX yüzilliklərdə qərbli müstəmləkəçi ölkələr iqtisadi mənfəətlər uğrunda öz hegemonluqlarını Şərq üzərində yürüt­məklə bərabər avropalı, amerikalı elm adamları arxeoloji qazıntı­lar nəticəsində aşkarlanmış qədim uyqarlıqların araşdır­ma­sı­na da böyük diqqət yetirirdilər. Həmin qazıntılarla, tədqiatlarla məşğul olan bir çox vicdanlı elm adamlarının tərəfsiz dəyərləndirmələ­rinə baxmayaraq, böyük üstün­lük­lə dünyadakı hakim siyasi-iqtisadi dairələrin maraqlarına uyğun olaraq aşkar­lan­mış məlu­mat­lar birtə­rəfli ya hind-avropalı, ya da semit-hamit mənşəli mə­də­­niy­yət­lərə aid edilirdi. Bu cür köklü tarixi yanlışlıqlara görə də son dövrdə ural-altay mənşəli xalqlarda milli oyanışın artması ilə dünya el­mindəki qədim mədəniyyətlər haqda birtərəfli məlumatların təkrar, daha doğru qiymətlən­diril­mə­sinə ehtiyac yaranıbdır. Artıq şumer, hurrit, elam,etrusk, xett, massaget, sak, kimmer, iskit, skif və s. mədəniy­yət­lərin öntürklərə aid edilməsinə ciddi əsaslar tapılır. Digər mədəniyyətlərdən Uqarit, Ebla, Mari, Mitanna, Şubartu və başqa­la­rı­nın mənşələri haqda elmi mübahisələr də davam edir. Məqalədə adları yuxarıda qeyd edilən öntürk uyqarlıqları ilə bağlı Qars, Ani və çevrədəki toponimlərin mənşəyinin aydınlaşdırıl­masına cəhd edilir. Həmin toponimlərin ermənilər tərəfindən ya səhf yozumu, ya da dəyişdirilərək istifadəsi araşdırılır.



  1. Öntürk uyqarlığı ilə əlaqəli toponim və şəxs adları

İlk öncə qeyd edilməlidir ki, ermənilərin özlərinə əcdad say­dıqları frakiya (trakiya, Balkan yarımadası) hind-avropalı xalqlar­dan, “musklar”ın Ağrı dağı ətrafı ərazilərə yerləşmələri məsələsi tarix elmində hələ öz həllini tapmayıb (1,48-49). Hind-avropalı xalqlar Troya (Truva) müharibələrindən (m.ö. 1260-1194) sonra Bosfor, Dardanel boğazlarını keçərək tədricən Kiçik Asiya yarıma­dasına yayıl­ma­ğa başlayırlar (1, 48-49). Musklar həm də erməni­lərin əcdadları sayılmayan friqiya, frakiya tayfalarına deyilirdi (1, 48-49). Şərqi musklar m.o.VIII əsrdə yeni-yeni Dəclə və Fərat çay­larının mənsəbi ərazilərə yerləşməyə başlayırlar. Həmin yüzilliklər­də bu ərazilərdə eyni zamanda Bosfordan və Şimali Qafqazdan keçən öntürk tayfalarından kimmerlər, trirlər (etrusk soylu), skiflər də yerləşirlər (1,48-49). M.o.780-770-ci illərdə Urartunun hurrit əsilli başçısı Arqişti əsir düşən musqlardan və digər xalqlardan iba­rət 6600 əsgəri müasir İrəvanın yaxınlığında yeni yaradılan Erebuni qalasına sürgün edib yerləşdirir. Urartu qalası kimi yaradılan Erebuni toponimi də hurritcədir. Bun kökü Urartu hökmdarı İşpuni də, etrusk allahı Uno (Yunan), karfagenlərə puni deyilməsində, Şərqi Hun imperi­ya­sı­nın son xaqanı Punun (m.s. 46-cı il) (2,40) adında da özünü qoruyub. İkinci qala da Arqiştixinili adlandırılır (1,56). Təxminən həmin yüzillikdə Araz çayı, Urmiya gölü ətrafı ərazilərdə massaqet-skif tayfaları da yerləşməyə baş­la­yır­lar.

Arqişti və Arqiştixineli (hind-avropalı xalqların tələffüzünə görə) adlarının mənaları da xüsusilə diqqət çəkir. Şumer və onlar­la bir soylu hurrit dillərində, çox yəqin ki, sifətin çoxaltma dərəcəsi eyni mənanın təkrarı ilə yaranırmış. Müasir ural-altay dillərindən türkcədə həmin dərəcə eyni kökün təkrarı vasitəsi ilə yaranır: göy-gömgöy, ağ-ağappaq; monqollarda xara (qara) –xavxara (qapqara), saqan (ağ) – savsağan (ağappaq) və s. Aqlyutinativ (uarl-altay) dillərdə həm də vurğunu güclən­dirmək və ahəngi artırmaq üçün də çox zaman eyni sait, samit təkrarən işlədilir. Fincə: Tallin, Aaavo, Kekkonen, Piikus və s. Monqolca: Aşaabaqat, Masaak, Malaan, Manşuud və s. Türklərdə: ayannabıttarın (yakutca getdilər), saahı (yaz), “Kulun Kullustuur” (olonxo, dastan), duuyindaa (yakutca eşidib dinləyib) və s. Həmin bu qədim dil qanunauyğunluğu aqlyu­tinativ dillərdən olan şumercə, hurritcə də özünü göstərirmiş. Urur­da, Ararat, Urartu və s. hurrit adlarında ur, ar (er, ir kişi mənasında) kökü iki dəfə təkrarlanmaqla daha güclü kişilər; ta, da kökü də dağ kultunu bildirdiyi üçün, güclü dağlı kişilər mənasını yaradır. Şumer mifologiyasında göyün hami ruhları “iqiqlər” (annunakilər) (5,89-90) adında da iq (ok, işıq) kökü təkrar­lan­maqla xüsusiyyəti kəskinləşdirir və daha palaq hala gətirir. Qədim türklərdə “boyla” tanrıya yaxın ruh adı Dunay bolqarlarının Pereyaslav kitabəsində “Boyhaboyae” (ərərən, kişilər kişisi) adında iki dəfə təkrarlanmaq­la keyfiyyəti daha da artırıb (6,9). Mövzunu genişlətmədən qeyd etmək olardı ki, hurritcə Arqişti adında həmin qanuna­uy­ğun­luq özünü qoruyaraq Ar (Ur,er,ir, kişi) və kişi ti, ta (dağ kultu) kök­lərindən ibarət olmaqla dağlı kişilər kişisi (şahənşah) mənası daşıyır. Kiş kökü özünü eyni mənada (ər, kişi) Şumerdə Kiş, Azərbaycanda Kiş, qədim türklərdə ku-kijlər, Komi-Permdə Kiji və s. ural-altay adlarında da qoruyubdur. Arqiştixineli də (təhrif olunmuş şəkildə) Arqişti, xin (xan), il (el) köklə­rin­dən ibarət olmaqla Arqişti xanın eli (oba, yurd, şəhər) mənasında işlədilib. El kökü həmin mənada Elam, Tamil, Karel, Mari-El, Böyük El (Göy Türk xaqan­lı­ğı), Türkmən-El, Qaqauz-El və s. qədim, müasir adlarda da özünü qoruyubdu. Arqişti­xi­neli də “xin” kökünün “xan” (başçı) mənasında işlədilməsini daha qədim tarixi məlumatlar da əsaslandırır. M.o.XVIII-XV əsrlərdə semit-hamit tayfaları tərəfindən işğal olunan Şumer ərazilərini şərqdən gələn hurrit mənşəli giksoslar, kassitlər və s. tayfalar öz nəzarətlərinə alaraq Misirdə də güclənirlər. Onların Nil çayının deltasına yaxın ərazilərdə yaratdıqları yeni başkəndləri Avaris (avar, bar, var türk tayfa adının ən qədim şəkillərindən, bər-bərlər də bu kökdəndir), başçıları “xekan xasut” (xaqan), “Xian” (xan) (7,230-231), din kahinləri Xekanaxta (xaqan) (7,151) adlanırdı. Urartu dövlətinin başçılarından Sarduri adı da (sardlı kişi) hurrit sard (Urmiya ətrafı), etrusk sard tayfa adları ilə eyni mənşəlidir. Naxçıvanda Şərur yaşayış məskəni adı da buradan yaranmışdır. Hurrit urartularda dövləti idarə edən ailənin üzvləri də “ururda” (1,58) adlanırdılar. Burada da iki eyni kökün təkrarlanması ilə “kişilər kişisi” “xanlar xanı” mənası yaranır. Silahlı tayfalara (orduya) “şureli” deyilirdi (1,58). Qədim türksoylu şu tayfası, şumer, şübartu xalq adları ilə eyni mənşəli olan bu ad da Şörə­ye­lin (Şirak-El) sirak (massaget-skif)lardan törənməsinin davamıdır. Kimmerlərin, massaqet-skiflərin (siraklar) Cənubi Qafqazda uzunmüddətli var olmaları nəticəsində yaranan coğrafi adlardan biri də elə Şörəyel (Sirak-El) və burada yerləşən Gümrüdür (kimmerin təhrif olunmuş şəkli). Qars, Şörəyel (Ağbaba) ərazilərinə aid Arpağölünün, Arpa çayının adlanması da böyük ehtimalla, skiflərin, sirakların təsiri nəticə­sində yaranıb. Skiflərin əcdadı Tarqitayın ikinci oğlu Arpoksayla əlaqəlidir. Arpoksay skif mifologiyasında əkinçiliklə su kultunu (çay, say) birləşdirən böyük hami ruhlardandır. Arpoksay “su dünyasının xanı”, sahibi sayılırdı (8,48). Bu fikri əsaslandıran səbəblərdən biri də skif mifolo­gi­ya­sın­da göydən düşmüş cüt motivi ilə ural-altay xalqlarından finlərin “Kalevala” dastanında də­mirçinin düzəltdiyi mifoloji mahiyyətli cütün yaxınlığıdır (8,42-43). Şörəyel, Qarsa yaxın ərazilərdə yerləşən qədim ural-altay toponim­lərindən Dvin, Talin ilə estonlarda Tallin, Dvina (çay) adlarının eyni mənşəli olmaları da həmin səbəblərdəndir.

Tarixdən bilindiyi kimi, massaget skiflərin birinci mərkəzi Tanrı (Tyan-Şan) dağları ətrafında, ikincisi Dnepr və Dnestr çayla­rı arasında yerləşirdi. Kiyevin ya­xın­lığında Perepyatixa kurqanında tapılmış böyük şəxsiyyətin qalıqları skiflərin xanı Partatuanın (Bartatua)dır (8,61). Partatua (Herodotda Prototiy) assiriya hökm­darı Asarxoddonun (m.o.681-668) hərbi müttəfiqi idi. Böyük ehtimalla, Partatua (Prototiy) Alp Er Tonqanın assurca və yunanca tələffüzüdür. Bunu müasir roman dillərindən italyanca, ispancada Alberto adı da əsaslandırır. Parta, Barta kökü eyni ilə özünü Alba­ni­yanın başkəndi Partav (Bartav Bərdə)ın yunanca tələffüzündə də göstərir. Alp Er Tonqa adın da Alp-dan p, Er – Ar şəklində, Ton­qanın da To hissəsi Parta səviyyəsində özünü yunanca qorumuş­dur. Ümumiy­yət­lə, Alp Er Tonqanın Al Ber Tonqa yazılışı, oxu­nuşu daha düzgün olardı. Qədim mifoloji görüşdə börü əcdaddan törəmə inancına görə də belə düzgündür. Al- qızılı-sarı, Ber-börü, şena, Tonqa - günəşin vəsfi halı mənalarından yaranıb. Al qızılı günəş kimi börü bildirir. Etruskların əcdadları Tarxanı, Tirseni də yunan tarixçisi Likofron al qızılı börülər adlandırırdı (9,23). Həm də Alp Er Tonqanın Partatua, Bartatua şəkli də yenə də türkcə per, ber-börü, şenadan doğulan əcdad, ta, tua – dağ kultu inanc-ruh mənalarını birləşdirir, dağlı börü mənası daşıyır. Babilə və Midi­yaya qarşı müharibələrdə skiflər assuriyalıların köməyinə gəlir­dilər. M.ö. VII əsrdə onlar İran, Mesopotomiya ərazilərində daha da güclənirlər. Həmin dövrdə də hurrit tayfalarının yaratdıqları Urartu dövləti zəifləməyə başlayır və Midiyanın təsirinə düşür. Hay adlanan ermənilər də bu ərəfədə formalaşırlar. Dağılan Urartu dövləti bu xalq tərəfindən yaradılmamışdı. Haylar daha çox hurrit-urartuların dövlətinin dağılmasında əvvəl skiflərə, sonra midiyalı­lara, daha sonra da əhəməinlərə (farslara) kömək etmələri ilə öz varlıqlarını göstərirlər; necə ki SSRİ-nin dağılması Qarabağda ilk dəfə ermənilərin başladıqları mitinqlərdən sonra mütəşəkkil hərəkatlara çevrildi, sonda nəhəng imperiyanın birdəfəlik süqutu ilə nəticələndi. Farslardan sonra haylar selevkilərin (yunanlılar) və romalıların təsirində qalırlar. Beləliklə, ermənilər (haylar) müasir dövrdə böyük xalqların əlində oyuncaq olduqları kimi, qədimdən də eyni taleyi daimi yaşayıblar.

Farslardan sonra ermənilər ərəblərin idarəsində, ən nəhayət də min ilə yaxın türklərin təsirində qalırlar. Burada qədim dövrlə əlaqəli Albaniyanın ərazisi Arsax (ər saklar)ın (Qarabağ) hurrit - etrusk əsilli eyniadlı toponimlə uyğun olması da mütləq qeyd edilməlidir. Həmin adla etrusk-sardlar Sardiniya adasında dənizə yaxın əraziləri Arsakena adlandırırdılar (9,58). Arsakenada arz, araz kökü etruskca şir, aslan mənasında işlədilirdi. Yəqin ki, sakların (sak kişilərin) döyüşçülük keyfiy­yə­ti­nə görə belə deyi­lirmiş. Sard tayfalarının Urmiya gölü ətrafında yaşamaları haqda məlumat verilmişdi. Buradan da Arsaxa çox da uzaq deyildi.


  1. Səlcuqlar, hülakülər dövründə tarixi adların yaranması

Mövzu ilə əlaqəli Qars, Ani ətrafında səlcuqlar, hülakilər dövründə yaranan bəzi tarixi-coğrafi adlar da məqalənin həcminə uyğun olaraq müzakirəyə cəlb edi­lir.

Səlcuqlar 1064-cü ildə Anidən, Ərzurumdan öncə Gümrü ya­xın­lığındakı Marmaraşeni alırlar. “Şen” kökü ilə yaranmış topo­nim­ləri yanlış olaraq ermənicə yer, yurd mə­na­­sında izah olunur. Həmin kök ilk başlanğıcda, türkcə əcdadla bağlı yurd deməkdir. Bu, açıqca şenadan (börüdən), qurddan törəmə əcdad əfsanəsinin yaddaş qatının ifadəçisi və daşıyıcısıdır. Şimali Azərbaycanda Qutqaşen (Qəbələ), Vartaşen (Oğuz) yaşayış məskənlərinin adı da hər cəhətdən birbaşa həmin əcdad əfsanəsinin ruh aləmini özündə cəmləşdirib (11,65). Qut kökü göyün kutunu (xeyirxahlığını) almaq mənasını, qa kökü ikinci əfsanədə 4 qardaşdan birinin qu quşuna çevrilməsi inancını, şen kökü də börüdən (şena) törəmə təsəvvürünü Qut­qa­şen­də cəmləş­di­rə­rək birləşdirib. Eyni cəhətdən də Vartaşendə Var-bar (börü), ta dağ kultu, şen-yenə də börüdən (şena) törəmə mənaları birləşib (11,65). Həmin səbəblərdən də Sakaşen, Şenavan toponimləri də qədim türklüyünü qoruyub.

Mar kökü də əsasını urartuca “mari”- hakimiyyəti idarə edən ailə, (1,58) adından alır. Yenə də mar-ın iki dəfə işlənməsi, mar­mar, əvvəlki səhifələrdə incələnən sifətin çoxaltma, keyfiyyət (ur-ur, iq-iq) dərəcəsinin təsiri ilədir. Marmaraşen dedikdə “xanlar xanı boz qurd” mənası düşünülürmüş. Urartu və Ural adlarında ur kökü eyni mənanı daşıdığı kimi, urartuca “mar” anlayışı ilə ural-altay xalqlarından marilərin, mardvinlərin adlarının daşıdıqları ruh qavrayışları da bir mənşəlidir. Bunu urartularda Artvin yaşayış məskəni, Dvin çay adı ilə mardvin xalq adında dvin kökü, eləcə də estonlarda Baltikyanı ərazilərdə qeyd edilən Dvin (Dvina) çay hidronimi də təsdiqləyir. Ümumiyyətlə də “mar” kökü özünün əsas müqəddəs ruh mənasını şumercədən alır. Şu­mer­lərdə göyün qoruyucu (kut) ruhuna “me” deyilirdi. Səhər-döv­lətlər arası siyasi-mənəvi müqavilələrə görə gil lövhəyə yazıl­mış “me” qanununa kim yiyələnirdisə, həmin şəhər və idarə edən başçı göyün təsirilə digərləri üzərində böyük nüfuza sahib olurdu. Yəqin ki, “me”yə yiyələnən başçı ar (ur, kişi) da “mar” olurmuş. Eyni təsəvvür “göyün oğlu”, “göyün qoruması altında olan döv­lət” adı ilə qədim ural-altay xalqlarında və çinlilərdə də mövcud olub. Qeserlə Manas da göyün oğlanları sayılırdılar.

Bu bölgədə Ələyəz dağının adı bir başa eleqes monqol tayfa adından yaranıb. Ələyəzin qərb yamacındakı Bürəkan toponimi birinci halda Toğrul, Gağrı, Buğra bəylərin XI əsrin əvvəllərində, Bağdada yerləşmədən öncə, bu ərazilərdə yağma hərəkətləri zamanı Burğa xana görə yaranıb (Burğa xan - Burakan). İkinci cəhətdən də hunların, Göy türklərin, xəzərlərin IV-XI əsrlərdə həmin ərazilərdə daimi var olmaları ilə əlaqəli inanc səviyyəsində “börü kan”, “kan börü” (günəş üzlü qurd) təsəvvüründən şəkil­ləşib (10, 238). Ələyəzin şimali-qərb ərazisində yerləşən Abaran toponimi də avar, abar türk tayfasının adından törəyib.

Təkcə Gümrü ətrafında 4-5 Bayandur adlı toponim var idi. Bəllidir ki, Bayandur “Dədə Qorqud” dastanında adları gedən tayfalardandır. Bayandurlar qıpçaqların kimak tayfalarına aid idi (3,19). Buraya yaxın Kaltaxçı yaşayış məskəni qədim kaltatay türk (tatar) tayfasının adından yaranmışdı. Bayburt da “Dədə Qorqud”la əlaqəli toponimlərdən idi.

Ağbabada İbiş toponimi ibiş-uyğur tayfasının qaraqoyunluların tərkibində var olmaları ilə bağlıdır (3,38). Təhləli də təkəlilərlə əla­qəlidir (3,36). Qaraxan çayı eyni adlı türk dövlətinin əsasını qoyan tayfanın adının təsirindən yaranıb. Cəbəci – hü­la­­kilərdən Cəbə noyonun adının daşıyıcısıdır. Cələb də yenə monqol tayfa adından yaranıb. Sınıx (Şınıx) – şena (börü, qurd) əcdad təsəvvürünün da­şıyıcısıdır. Mumuxan – bu ada türk əsilli rus yazıçısı İ.S.Turgene­vin “Atalar və oğullar” əsərində də Mumu kimi rastlanır. Altay das­tanı “Maday Kara”da baş qəhrəman Koğudey Merqenin adında Koğıdey göy it mənasını bildirir. (13,19). Bu cür adlanmaya səbəb totem əcdadlara sitayişlə bağlıdır. Turgenevin əsərində Mumu sevimli itə verilən ad olsa da, mifoloji yaddaş qatının ifadəsi kimi belə bir adı insanlar da daşıya bilərdi. Bu mülahizədən çıxış edərək güman edə bilərik ki, Mamay xanın adı ilə eyni mənşəlidir, türk (tatar) köklüdür. Çoros ərazi adı da Çorox çay, yayla adları ilə bərabər (Şimalı-Şərqi Türkiyə) çoros monqol-buryat tayfa adından əks olunub (11, 37-39). Qazançı toponimi də Naxçıvanda yaşayış məskəni, körpü adlarında olmaqla, hülakilərdən Qazan xandan yaranma adlardır. Ardahan – Göy Türk xaqanlığının xanlarının adları ilə yaranıb. Ağbabada ərazi adı kimi bilinən Ciloyxan yaylası birləşməsindəki Ciloyxanın həm toponim, həm də insan adı kimi yayılmasında “Manas” dastanında adı çəkilən kalmık-oyrat xanı Ciloyxanın təsiri əsasdır. Saqalayev bu qəhrəmanın dastan­dakı mövqeyi və funksiyası haqda öz araşdırmasında əsaslı məlu­mat verib. (12,37-39). Ani və Qarsın yaxınlığında, Qərbi Azərbay­canda təbii olaraq türk mənşəli qədim adlar minlərlədir. Ermənilər həmin adları hər hansı bir mifoloji dünyagörüşünə və tarixi prosesə əsaslanmadan özlərinə çıxmağa vəhd edirlər ki, bu da soyqırımı kompleks proqramının əsas strategiyalarından biridir.


Nəticə

Bütün məlum tarixlər boyu böyük xalqların idarəsi altında növ­bə ilə oyuncaq vasitə olmuş ermənilər həmin xalqların yarat­dıq­ları böyük imperiyaların dağılmasında da istifadəçi funksiyasını yerinə yetirmişlər. Kürəyindən bıçaq vurduqları xalqların tarixin­dən də özlərinə saxta tarix düzəldiblər. Müasir dünyanın gözü qarşısında SSRİ-nin dağılmasında başlıca səbəblərdən biri milli məsələ olmaqlaonun giriş nöqtəsinə ermənilərin Qarabağla bağlı ortaya atdıqları haqsız iddialar oldu. Haqsız iddialarla soyqırımının ən alçaq üsullarına əl atan ermənilərin genetik-psixoloji xüsu­siyyətlərini özləri haqda yaratdıqları aforizm də təsdiqləyir: “Urdeğ hay, endeğ vay” – “Harda erməni varsa, orda vay var” .



Qaynaqlar:

  1. История древнего мира. Наука. Москва. 1989.

  2. Рахманалиев Р. Империя тюрков. Великая цивилизация. Тюркские народы в мировой истории. схб.bоокs. Qooqle.az\books? sbh = 5386008471

  3. Əsgər Ə. Oğuznamə yaradıcılığı. Bakı. Elm və Təhsil. 2013.

  4. Həsənov Z. Çar skiflər. Bakı. “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı. 2005.

  5. Мифы народов мира. Энциклопедия. 1991. Стр. 89-90

  6. Donuk A. Eski Türk Devletlerinde İdari-Askeri Ünvan ve Terimler. Türk Dünyası Araşdırmaları Vakfı. İstanbul. 1988.

  7. Авдиев В.И. История древнего востока. Гос. Изд. Полит Литературы. Ленинград. 1953.

  8. Рыбаков Б.А. Язычество Древней Руси. Москва. Наука. 1988.

  9. Немировский А.И. Этруски. От мифа к истории. Москва. Наука. 1983.

  10. Qumilyov L.N. Qədim türklər. Bakı. Gəınclik. 1993.

  11. Nəsibli T. “Koroğlu” dastanı osmanlı – səfəvi münasibətləri çevrə­sin­də. Bakı. Elm və Təhsil. 2013.

  12. Сагалаев А.М. Мифология и верования алтайцев. Цен­трально-азиатские влияния. Новосибирск. Наука. 1984.

  13. Типология народного эпоса. Москва. Наука.1975


FRONT – TURKIC APPROPRIATE OF HISTORICAL-GEOGRAPHICAL NAMES IN GARS, ANI AND AROUND, ETHIMOLOGICAL CONNECTION WITH THE MEDIEVAL TURKIC – MONGOL MATERIAL – SPIRITUAL LIFE AND THE ARMENIANS’ PRETEND FOR THEM

Summary

The paper explains the origin of some toponimes, hydronimes apperaed in the territories of West Azerbaijan, Gars and around Ani according to the connection of front-Turks: Hurrit, Shumer, Massaget – Skif, Etrusk and Turkic, Mongol peoples. It is emphasized that the Armenians were genetic puppet manuals for great powers samely and repeatedly as well as at present and ancient times. It is showen that the Armenians (the hy) were not founders of Urartu state, but they were main manuals in fall of that Hurrit state by the Skif and Midians. It is argued that genetic – pscychological feachers of the Armenians were main roson and factor as well as in fall of the USSR with beginning of Garabagh problem and Urartu samely.



Key words: Gars, Ani, front-Turks, Massaget-Skif, Hurrit, Shumer, Etrusk, Turk, Mongol, Urartu, Armenian
ЭТИМОЛОГИЧЕСКОЕ ЕДИНСТВО ТОПОНИМОВ В ОКРЕСТНОСТЯХ КАРСА, АНИ С ПРОТОТЮРКСКИМИ ЦИВИЛИЗАЦИЯМИ, СРЕДНЕВЕКОВОЙ МАТЕРИАЛЬНО – ДУХОВНОЙ ЖИЗНЬЮ ТЮРКОВ, МОНГОЛОВ И АРМЯНСКИЕ ПРЕТЕНЗИИ НА НИХ

Резюме

Этимология большинства древних топонимов, гидронимов сформиро­вавшихся в Западном Азербайджане, окрестностях Кар­са, Ани в статье связываются с цивилизациями прототюрков: Хур­ритами, шумерцами, массагето – скифами, этрусками и тюрко – монгольской историей. Мари­о­не­тичесная функция армян в руках ведущих политико – эконо­ми­ческих сил современного мира гене­тически также показала себя в древнем периоде. Армяне являются не создателями Урартского государство, а более всего они зна­мениты в истории как разрушители того общества, помогая ски­фам и мудянам. Карабахскими событиями армяне также стали первыми зачинщиками разрушения СССР, как и в древпоети поступили с Урартийс­ким государством. Все эти исторические со­бытия раскрывают и оценивают гнилость нравственно – психо­логической особенности армянского характера.



Ключевые слова: Карс, Ани, прототюрки, массагетоскифы, хурриты, шумерцы, этруски, тюрки, монголы, Урарту, армяне.

Vüqar KƏRİMLİ
XX ƏSRDƏ QAFQAZDA TÜRK XALQLARINA QARŞI SOYQIRIM VƏ DEPORTASİYA AKTLARI
Özət

Bu il erməni millətçilərinin XX əsrdə Qafqazda türk xalqlarına qarşı başladıqları soyqırım və deportasiyalar silsiləsinin başlanmasının 110 illiyi tamam olur. Tarixin müxtəlif dönəmlərindən üzü bəri türk xalqlarına qarşı milli – etnik zəmində qanlı cinayətlər törədilmişdir.

XIX yüzilin 20-ci illərinin sonlarında imzalanmış Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra Cənubi Qafqaza kütləvi şəkildə məskunlaşdırılan ermənilər artıq həmin yüzilliyin sonlarında burada aktiv fəaliyyət göstərdi. XX əsrin başlarında muxtariyyə tələbləri irəli sürür, bir sözlə xülyasın qurduqları “Böyük dövlətin” (paytaxtı Tiflis şəhəri olmaqla) yaradılmasına onlara sığınacaq verən azərbaycan və gürcülərin torpaqları hesabına yeni məskunlaşdıqları ərazilərdən başlanmasını mümkün gördülər (2). Təbii ki, ermənilərə bu münbit şəraiti yaradan çar hakimiyyəti idi və bu hakimiyyət düşünürdü ki, ermənilər Cənubi Qafqazda onlara həmişə sadiq qalacaq və əllərində ən etibarlı oyuncaq ola biləcək bir etnik amildir.



Açar sözlər: Qafqaz, soyqırım,deportasiya, türk xalqları, erməni, cinayətkar, qondarma.
XVIII əsrin I yarısında çar Rusiyasının xarici siyasətində əsas istiqamətlərdən biri Türkiyə və Qafqazı ələ keçirmək idi. Bunun həlli üçün isə Rusiya imperiyasına bu ərazilərdə həm keçmiş, həm də müasir Rusiya hakim dairələri nümayəndələrinin dedikləri kimi, hərbi-siyasi qüvvə lazım idi və bu rolu isə Türkiyə və Qafqazın xristian əhalisi oynaya bilərdi. Lakin qeyd etmək lazımdır ki, hələ XVIII əsrdə İran və Osmanlı Türkiyəsi ərazilə­rində yaşayan və Cənubi Qafqaza heç bir aidiyyətı olmayan er­mənilər bir vasitə kimi bu məqsədlə istifadə edildilər. XIX əsr rus tarixçisi S.M.Solovyov yazır: “I Pyotr Qafqazın işğalı üçün hərbi-strateji planın hazırlanmasına 21 il vaxt sərf etdi. O, işğal olun­muş Cənubi Qafqazda və Xəzəryanı ərazilərin Rusiyanın əlində möhkəmləndirilməsi üçün orada xristian əhalisinin artırılması və müsəlmanların azaldılmasına ən vacib vasitə hesab edir” (3).

Bu baxımdan, ermənilərə verilən tapşırıq “uğurla” icra olu­nurdu. Onlar türk xalqına qarşı soyqırım həyata keçirir və türk­lərsiz Qafqaz siyasəti yürüdürdülər. Hətta II Dünya müharibəsi dövründə Qafqazda qaraçaylar (2 noyabr 1943), kalmıklar (28 dekabr 1943), malkarlar (8 mart 1944), ahıska türklərinin (14 noyabr 1944) öz dədə-baba torpaqlarından qovulması rus impe­riyasının erməni vasitəsilə türk millətinə qarşı həyata keçirdiyi şovinist siyasətinin bariz nümunəsi idi (1). Türk torpaqlarına qəsd edən qüvvələr “dənizdən-dənizə böyük Ermənistan” xülyası­nın gerçəkliyə çevrilməsi üçün iki əsrdən artıqdır ki, türk dünya­sına qarşı açıq və gizli soyqırım siyasəti həyata keçirirlər. “Böyük Ermənistan” adlanan bu xülya, erməni xəyalpərəstləri nəinki Azər­baycana, ümumilikdə türklərə qarşı çevrilmiş məkrli ərazi iddialarıdır. Erməni təcavüskarları 1919-cu ildə böyük dövlətlərin Paris konfransına təqdim etdikləri memorandumda gələcəkdə ya­ra­nacaq erməni dövlətinin tərkibinə aşağıdakı əraziləri daxil et­mişlər: Cənubi Qafqaz respublikalarını (İrəvan quberniyası, Yeli­zavetpol quberniyasının cənub-qərb hissəsi), Türkiyənin yeddi vilayəti (Van, Bəhəş, Diyarbəkir, Harberd, Diyarbəkirin cənubu­nu və Sebastiyanın qərb hissəsini çıxmaqla, Tranurund, Klikiya­nın dörd hissəsi) Mərki, Sil, Cəlal-Bərəkət, Aleksandrata ilə bir­likdə Adana. Bir sözlə, onlar Qara dənizdən tutmuş Aralıq dəni­zinə, Azərbaycanın Qarabağ ərazilərindən düz Səudiyyə Ərəbis­tanının qumsallıqlarına qədər ərazilərə iddialıdırlar. Bu fikirlər indi də ermənilərin beynindədir. Həmin siyahıya günü-gündən yeni ərazilər də əlavə olunurdu. Xəyalpərəst ermənilər hətta bü­tün Şimali Qafqaz xalqlarının torpaqlarınada göz tikmişdilər.



XX yüzilin əvvəllərində ermənilərin soydaşlarımıza qarşı həyata keçirdikləri amansızlıqların miqyası artdı, dəhşətli şəkil aldı. Artıq ermənilər nəinki məskunlaşdıqları ərazilərdə möhkəmlənmək, yeni torpaqlar ələ keçirmək, başlıcası isə yaşadıqları ərazilərdə soydaşlarımızı qırmaq istəklərini gerçəkləşdirmək üçün imkan axtardılar. Danılmaz tarixi faktlar göstərir ki, vaxtilə ermənilərə sığınacaq vermiş Azərbaycan turklərini erməni qruplaşmaları silah gücünə ev-eşiyindən cıxarıb ayağı yer tutunca qovmağa başladılar. Ələ keçəni uşaq, qadın, qoca demədən xüsusi qəddarlıqla qətlə yetirirdilər. Torpaqlarını, yer-yurdlarını isə mənimsəyirdilər.

Türk xalqlarının tarixi torpaqlarında özlərinə dövlət quran ermənilərin ərazi iddiaları yenə də qonşu olan xalqların torpaqlarına yönəlir. Bütün proseslər planlı, məqsədyönlü və düşünülmüş şəkildə həyata keçirilir.1.Cənubi Qafqaz kütləvi şəkildə məskunlaşdırmalar (XIX əsr). 2. İlk etnik inzibati ərazilərini yaradılması. 3. XX əsrin əvvələrində Cənubi Qafqazın mərkəzi şəhəri Tiflisdə əhali üstünlüyünə sahib olmaları. 4. Milli zəmində qarşıdurmaların baş verməsini səbəbkar olmaları, nəticədə etnik sıxışdırma və təmizləmə yolu ilə yalnız ermənilərin yaşadığı vahid etnik tərkibə malik ərazilərin yaradılması (1905-1906 erməni azərbaycan qarşıdurması, 1918-1920 erməni-azərbaycan və erməni-gürcü müharibəsi, 1943-1953 azərbaycanlıların deportasiyası 1988-ci ildən başlayan erməni-azərbaycan və dağlıq Qarabağ münaqişəsi, 1989-cu ildə Gürcüstan ərazisindən azərbaycanlıların deportasiyası) (4).



Bu gün beynəlxalq arenada ifadə olunan qondarma və uydur­ma “erməni soyqırımı” əfsanəsi umumi erməni saxtakarlığının bir hissəsidir.Əslində uydurma “erməni soyqırımı” əfsanəsi yalan uzərində qurulmuş oyun idi. Erməni xalqının təqvimində 24 aprel günü rəmzi məna daşıyır. Bu gün bir erməninin burnu belə qanamayıb. Bəs onda nə üçün qətliam günü olsun?! “24 aprel” gününün özü bu soyqırımın saxtalığına dəlalət edən danılmaz və qaçılmaz bir amildir. 1915-ci ilin 24 aprel günü Türkiyə hökuməti tərəfindən dövləti içindən parçalamağa cəhd edən bir qrup vətən xaininin və satqınının - məqsədyönlü şəkildə türk torpaqlarına təcavüz edən qərb imperialistlərinə və artıq Şərqi Anadolunu işğal etmiş, tərkibində 250 min erməni könüllü silahlısı olan və Türkiyə əleyhinə vuruşan çar Rusiyasına xidmət edən erməni təşkilat və cəmiyyət rəhbərlərinin göz altına alınmasına dair fərman veril­mişdir. Onlar öz cinayətkar fəaliyyətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməli olmuşlar. Vətənin taleyinin həll edildiyi bir vaxtda, ölüm-dirim seçimi qarşısında qaldığı çətin bir zamanda etnik ermənilərin xəyanət və satqınlıqlarının kütləvi hal aldığını nəzərə alan, ölkənin təhlükəsizliyini təmin etmək üçün Türkiyə hökuməti 24 aprel ixtişaşından təxminən bir ay sonra, daha doğrusu, mayın 15-də ermənilərin yerdəyişməsi haqqında qərar qəbul etmək məcburiyyətində qaldı. Müxtəlif dövlət və ölkələrin tarixində bu cür faktlar yuzlərlədir. Osmanlı dövlətçliyinin əleyhi­nə iş aparan, xəyanət yolu tutan bir sıra erməni təşkilatlarının rəh­bərləri qanuna muvafiq qaydada göz altına alınıblar. Bunu xüsusi qeyd etmək lazımdır ki, may ayında yerdəyişmə haqqında qanun qəbul edilməsəydi, ya türk dövləti tam məhv edilərdi, ya da döyüş meydanında bir erməni nəfəsi belə sağ-salamat qalmazdı. Əslində bu yerdəyişmə erməni xalqının xilası kimi dəyərləndirilməli və özünün həqiqi qiymətini almalıdır. Əgər bu tədbir Osmanlı dövləti tərəfindən həyata kecirilməsəydi, indi nə bu qədər gücə malik erməni toplumu meydana gələrdi, nə də erməni özlərində cəsarət tapıb Türk Dünyasına qarşı uydurma “soyqırım” iddiyası ilə çıxış edərdilər. 100 il bundan öncəki hadisələrə nəzər salaraq bu qənaətə gəlmək olur ki, türklərin ermənilərə inam göstərməmək üçün tam əsasları vardı: “Ermənilər döyüş gedən ərazilərdən köçurülməsəy­di, Turkiyə hökuməti öz varlığını saxlamaq imkanını əldən vermiş olardı. Təkcə bir erməni nəfərinin satqınlığı ucbatından 90 min türk əsgərini rus işğalcıları məhv etmişdi. Habelə rus ordusunun Türkiyə sərhədini kecib Şərqi Anadoluya daxil olmasıyla bahəm Türkiyə ordusunda xidmət edən 50 min erməni mənşəli türk əsgəri xəyanət yolu tutaraq rusların tərəfinə kecmiş və türklərə qarşı döyüşmüş­dülər. Ümumiyyətlə, I Dunya müharibəsində ermənilər­dən qat-qat çox türk əhalisi qırılmışdı. Belə ki, N.Sokolskinin 1923-cu ildə yazdığına və statistik məlumatlara görə, 1915-ci illərdə Turkiyədə cəmi 1 mln. 285 min nəfər erməni yaşayıb. Köçürülənləri, qaçqınları, Türkiyədə qalıb yaşayanları bu saydan cıxsaq, aydın olur ki, bu dövrdə ölən ermənilərin sayı 10 minlərlə, ölən türklərin sayı isə 100 minlərlə olmuşdu. Hazırda 24 aprel gününü uydurma “erməni soyqırımı” günü kimi bütün dünya dövlətlərinə tanıtmağa cəhd göstərirlər”.

Ermənilər hər cür saxtakarlığa əl atıllar. Xüsusilə onların məş­hur rus rəssamı Vasili Vereşaginin “Muharibə apofeozu” adlı rəsm əsəri ilə dələduzluq etmələrindən danışmamaq olmur. Hazırda rəs­samın müharibə mövzusunda kətan parça üzərində işlədiyi bu sənət əsəri Moskvada Tretyakov adına rəsm qalereyasında saxlanılır. Rəs­sam bu rəsm əsərini 1871-ci illərdə işləyib, özü isə I Dunya müha­ribəsi başlanmazdan on il əvvəl dünyasını dəyişib. Rəsm əsərinin obyekti hec vaxt ermənilər olmamışdı və ola da bilməzdi. Bu sənət əsərinin I Dunya muharibəsi ilə, ermənilərlə hec bir bağlılığı, əlaqəsi yoxdur. Lakin erməni-saxtakarları dələduzluq yolu ilə bu əsəri mənimsəmişlər. Əsərdə insan kəllələrindən toplanmış qalaq təsvir olunur. Erməni dələduzları bu rəsm əsərinin fotoreproduksiyasını cıxararaq altında “1915-1917-ci illər” yazıb və kağız üzərinə rəs­samın saxta imzasını köçürüblər. Bu kəllələr guya türklər tərəfindən soyqırıma düçar edilən ermənilərə məxsusdur. Uydurma “erməni soyqırımı” ilə hec bir əlaqəsi olmayan bu reproduksiyanı poçt mar­kalarında, təbliğat plakatlarında, reklam vərəqələrində yerləşdiriblər, ayrı-ayrı kitab üzlüklərində bolluca nəşr və cap ediblər”. 

Bu günə qədər dünyanın onlarla ölkəsinin parlamentləri və nü­fuzlu beynəlxalq qurumları səviyyəsində, qondarma “erməni soyqırımını” tanıyan hüquqi sənədlə, o cümlədən də qanun qəbul olunub. Daha dəqiq təsəvvür yaratmaq üçün həmin xronologiyanı xatırlatmaq yerinə düşər: 1965-ci il aprelin 20-də Uruqvay parla­menti “Erməni soyqırımını anma” gününü təsis olunması haqda qərar qəbul edib. 1965-ci il iyulun 15-də Helsinkidə təşkil olun­muş Sülh tərəfdarlarının Konqresində qondarma erməni soyqırımı pislənib. 1975-ci il aprelin 24-də Cənubi Kiprin nümayəndələri Palatası “erməni soyqırımının anma” gününün təsis olunması haq­da qətnamə çıxarıb. 1983-cü il avqustun 10 da Ümumdünya kilsələr Şurası “erməni soyqırımını” pisləyib. 1985 aprelin 23 də Argentina Milli Konqresi “erməni soyqırımı” pisləyən qərarı qə­bul edib. 1985-ci il iyulun 2-də BMT-nin azsaylı xalqların müda­fiəsi ALT komitəsi “erməni qırğını”nı “soyqırım” kimi tanıyıb. 1987-ci il iyunun 18-də Avropa Parlament erməni soyqırımı pislənməsi haqda xüsusi qətnamə qəbul edib. Həmin sənət 2002 və 2004 cü illərdə təkrar qəbul edilib. 1995-ci il aprelin 14-də Rusiyanın Dövlət Duması 1915-1922-ci illərdə baş vermiş “ermə­ni qırğınları”nın təşkilatçılarını pisləyən qətnamə çıxarıb, bu olaydan məyus olduqlarını bildirib və 24 aprel “erməni soyqırımı qurbanları”nın anım günü kimi tanıyıb. 1996-cı il aprelin 23 Kanada Parlamentinin Nümayəndələr Palatası hər il aprelin 20-27 “erməni soyqırımı qurbanlarının anım günü” tanıması haqda qərar çıxarıb. 1996 Yunanıstan Parlamenti “erməni soyqırımı anım günü haqqında” qanun qəbul edib. 1997 Avstralyanın Yeni Cənubi Uels Ştatının Parlamenti “erməni soyqırımını” pisləyən qərar çıxarıb və aprelin 24-nü “erməbi soyqırım” qurbanlarının anım günü kimi tanıyıb. 1998-ci il Belçika senatyı “erməni soy­qırım” tanınması haqqında qətnamə qəbul edib. 1998-ci Avropa Şurasının Parlament Məclisi “erməni soyqırımını” XX əsrin ilk soyqırımı kimi tanıyıb. 2000-ci il İsveç Parlamenti “erməni soy­qırımı” tanıyan qətnamə qəbul edib. 2000 Vatikan “1915-ci il er­məni soyqırımının” XX əsrin digər dəhşətlərinin başlanğıcı ol­ması haqda bəyanət yayıb. 2000 İtaliya Parlamentinin aşağı palatası “erməni soyqırımı” haqda qətnamə çıxarıb. 2001 Fransa Milli Məclis və Senatı birgə olaraq “erməni soyqırımını” tanıması haqqında qətnamə çıxarıb. 2003 İsveçrə Milli Məclisi “erməni soyqırımını” tanıyıb. 2004 Kanada parlamenti “erməni soyqırı­mını” tanımasına qərar verib. 2004 ildə Slovakiya, Hollandiya, Polşa Seymi, Venesuala parlamenti, Almaniya Bundestaqı, Ar­gen­tina, Çili Senatı, ABŞ-n 42 ştatının qanunvericilik orqanları “erməni soyqırımı” tanıyan və pisləyən qərar qəbul edib. 2005-ci ildə Belçika Senatı və bunun ardınca Fransa “erməni soyqırımını” inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutan qanun təsdiqləyib. Göründüyü kimi bir çox ölkələrin və Beynəlxalq təşki­lat­larda qondarma, uydurma “erməni soyqırımı” ilə bağlı qanun hazırlanıb və qəbul edilmişdir. Bəs azərbaycanlılara qarşı Tiflisdə, İrəvanda, Bakıda, Qubada, Şamaxıda, Gəncədə, Sum­qayıtda, Xocalıda amansızcasına törədilən soyqırımlar haqda qanunun qəbul etməsinə mane olan səbəblər nədir?

P.S. Tarixən olduğu kimi, indi də türk xalqı başqa xalqlara qarşı insansevərlik nümayiş etdirir. Türkün insansevərlik xisləti dünyanın milli tolerantlıq qəlibindən ötə, bənzərsiz bir hadisədir. Belə bir alicənab xalqın haqqını tarix əlbəttəki verəcək.
Qaynaqlar

  1. Алиева С.У. Так это было (национальные репресcии в СССР 1919-1952 гг) Нальчик, ООО «Полиграфсервис и Т» 2012.

  2. Valehoğlu F. Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınlar. Bakı «Turxan», 2013.

  3. Соловьёв С.М. История России с древнейших времен. М., «Эксмо», 2006

  4. Керимли В.Г. Тюрки в Грузии. Баку «Текнур», 2011


Genocide and deportation acts against Turkic nations

in the Caucasus during the 20th century

Summary

In this article the author of "Genocide and deportation of Turkic peoples of the Caucasus in the XX century" was prepared on the basis of actual and art materials. The author has recreated a complete picture of genocide and deportation committed by Armenian criminals against the Turkic peoples of the Caucasus in the XX century.



Key words: Caucasus, genocide, deportation, turkic peoples, armenians, fictional, criminals.
Резюме

В данной статье автора «Геноцид и депортация тюркских на­родов Кавказа в XX вв» было подготовлена на основании фак­тических и художественных материалов. Автор воссоздал целост­ную картину геноцида и депортации совершённых армянскими преступниками против тюркских народов Кавказа в XX веке.



Ключевые слова: Кавказ, геноцид, депортация, тюркские народы, армяни, вымышленный, преступники.

BAŞLIQLAR
Giriş nitqləri

Akif Əlizadə. Böyük inkişafda intellekt,

yaxud torpaq iddiasının iflası 5



İsa Həbibbəyli. Soyqırımların tədqiqində

fərqli istimaqət 8



Muxtar Kazımoğlu (İmanov). Keçmişi araşdırmağın

mühüm bir mənbəyi – xatirələr 12


Məruzələr

Abid Tahirli. Mühacirlər mart soyqırımı haqqında,

yaxud susmayan bir səs 17



Aqil Əhmədov. Xocalı soyqırımına siyasi-hüquqi ədalət 27

Almaz Həsənqızı. Mühacir yazıçı Məmməd Altunbay

yaradıcılığında soyqırım məsələsi 40



Asif Rüstəmli. 1918-ci ilin Mart soyqırımı

dövri mətbuatda... 52


1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə