AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə16/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

Salatın Xurşid qızının (1935) dediklərindən:

Nazar babam deyirdi ki, ağır duruma düşmüşdük, evimizi yandırmışdılar, əlimzdə olub qalan bir neçə baş xırda buynuzlu heyvan, bir də yaylaqda qurduğumuz alaçıqdı. Həmən alaçığı gətirib Əylis düzündə qurub, bütün qışı həmən alaçıqda keçirməli olduq. Dədə-babadan Ordubadda dostumuz vardı. Seyid Mir Hadi ağa ilə babam Əsgər ağanın dostluğu olmuşdu. Ordubadlı Mir Hadi ağa bizi öz evinə aparıb bir müddət saxladı. Lakin mal- heyvanın saxlanması üçün Ordubadda şərait olmadığından Araz qırağına getdik, burada da qala bilməyib Əylisə gəldik.



Qafandan xəbərlər gəlirdi. Qafanın türklər yaşayan kəndlərin­də qətliyamlar baş alıb gedirdi. Oxçu, Şabadın kəndlərində türkləri məscidə yığıb güllələdilər. Pirdavdanlılardan bir hissəsi, o cümlə­dən biz gecəynən kəndi tərk etmək məcburiyyətində qalmışdıq. Əgər həmən gecə kəndi tərk etməsəydik, sabah açılar-açılmaz Nij­dehin quldurlarının hücumuna məruz qalacaqdıq. Necə ki, özünə arxayın olub həmən gecə kənddən çıxmayanlar səhərisi günü ucdan tutma Nijdehin qoşunu tərəfindən güllə-baran edildi, bir nəfər də olsun salamat qurtara bilmədi. Pirdavdana sabah hücum ola­cağı xəbərini eyni zamanda Cəlil paşaya qonşu erməni kəndin­dən olan dostlarından Yaqub adlı biri də gizlicə çatdırmışdı. Əslində yerli erməni əhalisi içərisində türkləri sevən, onlarla oturub duran, türklərin xeyir-şərində yaxından iştirak edənlər də çoxdu. Amma nə yazıq ki, onlar özləri də erməni milli komitəsi, daşnaklar və qaniçən Andranikin başkəsəni Nijdehin qarşısında aciz idilər. Hətta bir müddətdən sonra bizi Nijdehin hücumundan məlumatlandıran erməninin – Məşədi Məkkərənin oğlu ilə birlikdə yol qırağında Niydeh tərəfindən güllələndiyi xəbərini aldıq. Onları türklərə satqınçılıq etməkdə günahlandırmışdılar, lənətləyərək yolun kənarında da dəfn etmişdilər, ümumi qəbirstanlığa buraxma­mışdılar. Bu, Andranikin və onun baş kəsəni Nijdehin sadə erməni xalqına ismarıclarından biriydi.

Zəngəzur mahalında baş verən qətliamlar, qaçqınlar ordusu­nun Naxçıvan, Ordubad ərazilərinə axişması onsuz da ağır olan vəziyyəti bir az da ağırlaşdırırdı. Əylisdə böyük bir nigarançılıq hökm sürürdü. Deyilənlərə görə, Ədif bəy Əylisin dağılmasını istəmirdi. Bundan istifadə edən ermənilər isə Əylisi tərk etməyə tələsmir, hətta gizlində müharibə hazırlığı da görürdülər.

Oxçu, Şabadın, Pirdavudan kəndlərindən gələn yaralı, didər­gin adamların əhvalı, yazıq görkəmi, söylədikləri tükürpədiçi ha­di­sələr Əylis türklərini narahat edir, onları qəzəbləndirirdi. Nəha­yət, bu qəzəb bir gülləyə dönüb Fərhad adlı bir igidin tüfəngindən açıldı. Bir erməni dığası məhv edildi. Çoxdan qana susamış beşa­çılanlar şaqqıldadı, güllələr vıyıldadı, ah-nalə göylərə yüksəldi. Güllələr hər tərəfdən yağış kimi yağırdı. Evlər yanır, uşaqlar ağ­la­yır, qadınlar nalə çəkir, yaralılar inildəyirdi.

O gün çox böyük qırğın oldu. Hər iki tərəfdən yaralananlar və ölənlər olsa da, hiss olunurdu ki, ermənilər daha çox tələfat ver­mişdilər. Ədif bəy nə qədər səy etsə də bu qırğının qarşısını ala bilmədi. Əylisdə olan türk əsgərlərindən ibarət olan məhdud (on nəfərlik) kontingent də azərbayçanlıların tərəfində vuruşurdu. Ox­çu, Pirdavudan, Sabadın kəndlərinin günahsız əhalisinin ermə­nilər tərəfindən amansızcasına qətl edilmələri xəbəri Əylisdəki türk əsgəri birliyində sonu görünməyən hiddət yaratmışdı.

Varlı, imkanlı ermənilərin əksəriyyəti o geçə Əylisi tərk etdi. Görünür, onlar bunun nə vaxtsa baş verəçəyindən əvvəldən xə­bərdar imişlər. Buna görə də imkanlılar əvvəldən qadın və uşaq­ları, vəzndə yüngül, qiymətdə baha malları aradan çıxarmışdılar, özləri də həmin gecə Arazın o biri tayına keçib yox oldular, sakit, sadə erməni ailələri Əylisdə son dövrlərə qədər əmin-amanlıq şəraitində yaşadılar.

Əylis dağıldı. Ançaq yenə də ən ağır zərbə Əylis türklərinə dəydi. Ölənlər dəfn edildi. Yaralananların müaliçəsi uzun sürdü. Əylisin dağılması xəbərini eşidən ətraf kəndlərdən talana gələnlərin qarşısını almaq olmurdu. Talana gələnlər ağına-bozuna baxmadan bütün evlərə soxulur, ələ keçəni aparmaq istəyirdilər.


Əy­lis­də ta­lan оl­du,

Ya­ra­la­nan, ölən оl­du,

Nə ya­ra­mı sa­rıyan,

Nə кö­məyə gə­lən оl­du…

1919-çu ildə Naxçıvan daha ağır günlərini yaşayırdı. Bir tərəfdən ingilislər Naxçıvanı işğal etmiş, digər tərəfdən Naxçı­van­da Amerika general-qubernatorluğu yaradılmışdı. İstər ingilis­lər, istərsə də Amerika general-qubernatorluğu ermənilərin tərəfin­də dayanır, Naxçıvanın ermənilərə verilməsi üçün çanfəşanlıq edirdilər.

O dövrün hadisələri təfsilatı ilə tarix elmləri doktoru, aka­demik İ.Haçıyevin "Naxçıvan Muxtar Respublikasının yaranması tarixi və müasirlik" əsərində verilmişdir. Müəllif yazır:

"1919-cu il mayın 3-də Naxçıvan bölgəsinin Ermənistan Res­publikasının müvəqqəti "idarəçiliyinə" verilməsi barədə ingilis generalı Devi və İrəvan hərbi dəstəsinin rəisi Dro tərəfindən birgə əmr imzalandı" (2,3).

Eynilə buna bənzər təkliflər Amerika Birləşmiş Ştatlarının "Yaxın Şərqdə Amerika yardım komitəsinin" sədri polkovnik V.Haskel tərəfIndən də səsləndirildi.

Bütün bu ikiüzlü siyasətə etiraz edən Naxçıvan əhalisi ayağa qalxdı, Naxçıvan Müsəlman Milli Şurasının təşkilatçılığı və Kəlbalı xanın rəhbərliyi ilə ermənilərə sarsıdıcı zərbə vuruldu və 1919-cu il avqustun 30-da Naxçıvan şəhəri ermənilərdən tama­milə təmizləndi.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hökumətinin qurulması ilə Naxçıvan ərazisində erməni daşnakları bir qədər fəallaşsalar da, tezliklə məğlubiyyətə məruz qaldılar.

Həmin ilin dekabr ayının 2-də Türkiyə dövləti ilə ermənilər arasında bağlanan Gümrü anlaşmasına uyğun olaraq Naxçıvan bölgəsi türklərin himayəsi altına alındı. Yalnız Naxçıvan çamaa­tının arzusuna uyğun olaraq Türkiyə dövləti Naxçıvanın muxta­riyyət qazanmasına və Azərbaycanın himayəsinə verilməsinə razılıq verdi.

Bu məqsədlə 1921-ci ilin əvvələrində burada Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü və Türkiyə dövlət nümayəndələrinin iştirakı ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizindən çoxu Azərbaycanın tərkibində muxtariyyət statusunun qazanılmasına səs verdilər.

Naxçıvan diyarının tarixi və əbədi taleyini, Azərbaycanın tər­kibində Muxtar Respublika kimi bir qurum olmaq etibari ilə qalmaq imkanlarını 1921-ci il martın 16-da Moskva və 1921-ci il oktyabrın 13-də Qars şəhərlərində imzalanmış müqavilələr təsbit etdi.

Moskva anlaşmasının 3-çü maddəsinə uyğun olaraq hər iki tərəf (Ankara və Moskva) Naxçıvan ərazisinin Azərbaycanın hi­ma­yəsində üçünçü bir dövlətə verilməməsi şərti ilə muxtariy­yatını qəbul etdilər.
Qaynaqlar

1. Əliyev Əli, Əlinçə yaddaşı. Bakı, 2004.

2. Hacıyev İ, Naxçıvan Muxtar Respublikasının yaranması: tarixi və müasirlik. "Şərq qapısı" qəzeti, 2004.

3. Məmmədov N, Vətən dərdi, Bakı, Nurlar, 2005, 240 s.



4. Musayev İ, Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xariçi dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1996.

5. Ordubadi M.S., Qanlı illər. Bakı, 1991.
ARMENIAN AGGRESSION IN THE MEMORY OF THE PEOPLE IN NAKHCHIVAN

Summary

In the article it is said about the Armenian aggression, happening terrible events in the region Nakhchivan,especially in Ordubad during 1906-1919 years, which have remained in the memory of the people.The events and places told by the children of the witnesses have attention of the readers. As hundreds years passed from these events the Armenian oppression hasn't been forgotten, its aching of wounds are being still continued.



Keywords: Nakhchivan, Eylis, Turk, Refugee, Armenian, aggres­sion, martyr, blood.

АРМЯНСКОЕ НАСИЛИЕ НАХИЧЕВАНИ

В НАРОДНОЙ ПАМЯТИ

Резюме

В статье описываются события, происходившие в 1906-1919 гг. в Нахи­чевани, особенно в Ордубадской области, о следах ар­мянского насилия ос­тавшихся в памяти народа. Автор старается довести до сведения читателей события рассказанные, непосред­ственно потомками убитых и сохранить местопребывания этих событий в точности. Как известно, несмотря на то, что прошли столетия с того времени, затянулись раны, но не забылись армян­ские зверства и боль этих дней за эти годы.



Ключевые слова: Нахичевань, Айлис, турки, беженцы, ар­мяне, насилие, жертва, кровь.

Seyfəddin QƏNİYEV
1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ

AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ
Özət

1918-ci ildə erməni cəlladları Şamaxı şəhəri və onun 58 kənd və obalarında dünyada analoqu olmayan qırğın törətmiş, on mindən artıq əhali qətlə yetirilmişdir. On üç məhəllə məscidi və məşhur Cümə məscidi darmadağın edilmiş, minlərlə kitab, əlyazma, məktəb, qiraətxana məhv edilmişdir. Uzun illər 1980-ci ildən apardığımız araşdırmalar nəticəsində müəyyənləşdirmişik ki, ölən insanlar arasında 50 nəfərdən artıq şair, el şairi, aşıq, xanəndə, dərviş, alim, ruhani olmuşdur. Həmin illərdə 80-90 yaşlı insanların yaddaşından o istedadların əsərlərindən bir çox nümunələr əldə etmişik. Hansı ki, o müəlliflərin həmin şeirləri ilk dəfə işıq üzü görür.



Açar sözlər: soyqırım, Şamaxı, el şairi, Cümə məscidi, şəhid
Giriş

Məlum olduğu kimi, 1918-ci ilin mart ayının 18-də erməni cəlladları tərəfindən qədim və möhtəşəm tarixə malik, poeziya, aşıq, muğam, sənət beşiyi kimi bütün Şərq dünyasında tanınan Şa­maxı şəhəri və onun əllidən çox kəndində dəhşətli soyqırımı törə­dilmişdir. Cəlladlar minlərlə günahsız insanları – uşaq, qoca, qadın­ları min bir işgəncələrlə qətlə yetirmişlər, qədim şəhəri odlara qala­mışlar. Tarixlər şahidi, bütün Qafqazda yeganə olan Cümə məsci­di­ni (IX əsr) top atəşinə tutmuşlar, 13-dən artıq məhəllə məscidlərini yandırmışlar. Nəticədə, bütün bu məscidlərdə olan qədim “Quran”­lar, mollaxana və mədrəsələrin dərs kitabları, müx­təlif əlyaz­malar, Şamaxıda təzə ərsəyə gətirilən qiraətxanalarda olan kitablar məhv edilmiş, yandırılmışdır. Şamaxıda yaşayan zi­ya­lıların yandırılan, talan edilən – A.Səhhət, M.Mahmudbəyov, Qa­fur Rəşad, Vahab bəy Rəhimbəyov, Veyisovlar, Salamovlar, Ağa­bəyovlar, Fəttah­bə­yovların, Məmmədtağı Əlizadə­nin, Camo Cəbrayılbəyovun, Molla Pərinin və b. evlərində olan kitab, əl­yazmaları həmişəlik məhv etdilər, tariximizdən bir çox səhifələri pozdular. Məhv edilən həmin kitabxanalarda neçə-neçə şairin, el şairinin, aşığın, eləcə də neçə-neçə alimin, din bilicilərinin yadi­garları – əsərləri də yox oldu.

Düzdür, qırğından bir az sonra Azərbaycan Demokratik Cüm­­huriyyəti faciənin nəticələrini öyrənmək üçün xüsusi İstintaq Komissiyası yaratmışdır. Komissiya yerlərdə olmuş, şəhərdə, kəndlərdə bir çox vəzifəli şəxslərdən, şahid­lərdən maddi ziyanları müəyyənləşdirməyə çalışmışlar. Həmin dindirmələrdə ermənilə­rin talanları, öldürülmüş insanların sayı müəyyənləşdirilmişdir.

Amma vaxtilə Şamaxıda xüsusi zövqlə tikilmiş bəy, bəyzadə evləri, mülk­ləri, karvansaralar, neçə-neçə ziyalının təşkil etdiyi şəxsi məktəblər, qız məktəbləri, insanı heyrətə gətirən şüşəli çar­hovuzlu, qızılı hamamlar, on altı məhəllədə dağıdılan məscidlər, yuxarıda qeyd etdiyimiz kimi, minlərlə yandırılan kitablar, əlyaz­maların, realnı-məktəbin dəyərini isə müəyyən etmək, maddi zi­yanları qiymətləndirmək müəyyən olmamışdır.

Bununla yanaşı, tarixlər şahidi qədim Şamaxı və onun əllidən artıq kəndlərində olan tarixi abidələr, qalalar, türbələr, körpülər, pirlər üstündəki kitabələrlə birlikdə yox edilmişdir. Kələxana türbələri, Pirsaat xanəgahı, Göylər kəndində olan Pirmərdəkan xanəgahı da məhv edilən abidələr sırasındadır.

Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart Fərmanına qədər ermənilərin 1918-ci ildə Azərbaycanda törətdik­ləri soyqırımla bağlı samballı tədqiqat aparılmamış və samballı əsər yazılmamışdır. Ümummilli liderimiz Heydər Əliyev “Azər­bay­canlıların soyqırımı” haqqında imzaladığı Fərmanda yazır: “Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qa­rabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbay­ca­nın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir”. Bu fərmandan sonra alimlər, tədqiqatçılar tarixin qaranlıq qalmış bu sahəsi ilə ciddi məşğul olmağa başladılar. Neçə-neçə məqa­lələr, əsərlər yazılmağa başlandı, arxivlərə müraciət olundu.

Mən də təxminən, 90-cı illərdən başladığım işə – Şamaxı soy­qırımını öyrən­məyə yenidən başladım. Düzdür, bu faciə ilə bağlı bildiklərimi, öyrəndik­lərimi 1994-cü ildə çap etdirdiyim “Şamaxı” kitabında oxuculara xülasə halında çatdırmışdım. Onu da qeyd edim ki, o zamanlar 1918-ci il qırğınının canlı şahidi olan 80-85 yaş­lı insanlar hələ həyatda idilər. Beləliklə, “1918-ci il Şamaxı soy­qırımı” monoqrafiyamı yenidən hazırlayıb 2003-cü ildə oxucu­la­ra təqdim etdim. Yuxarıda qeyd etdiyim kimi, həmin vaxta kimi Azərbaycanın bir çox görkəmli alimləri bu faciəyə aid bir çox əsər­lər yazmışlar. Amma bölgələrdə də – Quba, Bakı, Lənkəran, Nax­çı­van, Qarabağ və s. törədilən qırğınlarla bağlı ayrıca kitab yazıl­ma­mışdır. Bu baxımdan mənim yazdığım “1918-ci il Şamaxı soy­qırımı” əsəri deyərdim ki, bölgələrdə törədilən faciələrlə bağlı qə­lə­mə alınmış ilk əsərlərdəndir. Uzun illər bu günə qədər apardığım tədqiqatlar nəticəsində Şamaxı rayonunda faciəyə məruz qalmış insan arasında 50 nəfərdən artıq aşıq, el şairi, şair, dərviş, şəxsi mək­təb sahibi, mirzə, axund, alimin olduğunu da dəqiq­ləşdirə bilmiş, bir çoxunun da şəxsi arxiv, uzaq qohumlarının, doğma­larının yaddaşından, əsər­lərindən nümunələr, şəkillərini əldə edə bilmişik. Kimlər olmuşdur, erməni cəlladlarının qətlə yetirdiyi o istedad sahibləri?! Haqqında məlumat, əsərlərindən nümunələr əldə etdiyimiz Şamaxının istedadlı və qətlə yetirilən şəhid övladları – soyqırımın qurbanları
AŞIQ MURAD MƏHƏMMƏD OĞLU(1866-1918)

O, 1866-cı ildə Şamaxının İmamlı məhəlləsində anadan ol­muş­dur. O, mollaxana və mədrəsədə dərs almışdır. Dövrünün ziya­lı övladları – M.Mahmud­bəyov, M.Ə.Sabir, S.M.Qənizadə, Ağaəli bəy Nuseh, A.Səhhət və b. ilə yaxın dost olmuşlar. Gözəl səsi, avazı olan Murad aşıq sənətinin sirlərini əvvəl Əngəxaranlı Aşıq İbrahim, sonra isə Aşıq Mirzə Bilaldan (1872-1937) öyrənmiş, Şa­maxı bölgəsinin məclislərinin bəzəyi olmuşdur. Erməni cəllad­la­rının vəhşilik törətdiyi məhəllələrindən biri də İmamlı olmuşdur. Aşıq Murad da başqa həmyerliləri kimi İmamlı məscidinə pənah gə­tirmişdir. Ermənilər məscidin qapısını bağlayıb od vurmuşlar. Yüzlərlə həmyerliləri kimi aşıq ailəsi ilə birlikdə həmin məsciddə yanıb kül olmuşdur. Sonralar hökümət həmin məsciddə həlak olan­ların yanmış cəsəd­lərini elə məscidin həyətində dəfn etmiş, mə­za­rın üstünə sinə daşı da qoymuşlar. Sinə daşının üstünə Cümhu­riy­yətin gerbini həkk etmişlər. Keçən illər ərzində daşın üstü torpaqla örtülmüş və xatirə abidəsi Sovetlər dönəmində torpaq altında yaşamışdır. 1994-cü ildə məsciddə abadlıq işləri aparılarkən sinə daşı aşkar olunmuşdur. Sinə daşı 1918-ci il qırğınından soraqçı kimi bu gün də yaşayır. Yaxşı olardı ki, aidiyyatı təşkilatlar tarix şahidi olan həmin abidənin ətrafını yenidən qursunlar.

Vaxtilə Aşıq Muradın bir neçə şeirini Cəyirli Aşıq Abbasın (1902-1968) qohumu Aşıq Baratın (1916-1996) yaddaşından yazıya almışam. Həmin şeirlərdən birini – “Arasında” rədifli qoşmasını ilk dəfə oxuculara təqdim edirik.
Arasında

İstəsən hörmətin, üzün ağ olsun,

Şirin dilin ola bal arasında.

Aşiqinə zövqü-səfa bəxş edir,

O qələm qaşların xal arasında.
Cəfakeşsən məşəqqətə sinə gər,

Mətləbi qan, hər söhbətə qulaq ver.

Sənətkarın qiymətini el verər,

Qədir-qiymət lazım el arasında.
Puçdur nəyə lazım dövlətin, varın,

Qulluğunda yoxsa vəfalı yarın.

Varsa ağ sinədə cüt qoşa narın,

Murad, səhərəcən öl arasında.
AŞIQ MÜSLÜM (1869-1918)

Aşıq Müslüm Mirzə Məsim oğlu təxminən, 1869-cu ildə Şa­ma­xının Sarı­torpaq məhəlləsində anadan olmuşdur. O, məhəllədə Molla Tağının məktə­bində oxumuşdur. Gənc yaşlarından aşıq sə­nətinə meylini görən atası onu yaxın qonşuları Aşıq Salmanın ya­nı­na aparır. Həmin gündən Müslüm ustad sənətkara şagird durur, sə­nətin, sazın sirlərini əməlli-başlı öyrənir. Ondan “ustad silləsi” alır və el məclislərinə ayaq açır. Bəyənilir, seçilir və Şamaxı məc­lsinin sevimlisinə çev­rilir. Erməni qırğını zamanı ailəsi ilə birlikdə həlak olur. Evləri yandırılanda şeirləri də yanıb kül olur. Nay ça­lan, ustad aşıqlarla yoldaşlıq edən Sənəmin oğlu bu gün də yaşayan xanəndə Muradın yaddaşından aşığın bir neçə qoşma və gəray­lısını toplaya bilmişik. Həmin qoşmalardan birini oxuculara təqdim edirik.



Olur

Tərəqqi, tənəzzül əkiz doğulub,

Onun qollarında boran, qar olur.

Sən kamala güvən, əyrilik etmə,

Qışın arxasınca xoşbahar olur.
Səbr edən həyatında bal dadar,

Kimi enər, kimi qalxar qayda var.

Hicrana dözənlər vüsala çatar,

Arzuya gül açar, artular olur.
Müslüm, haqq yatan heç demə xeyir,

Hesab təqdirdəndir kim necə deyir,

Kimi zəhər yeyir, kimi yağ yeyir.

Bəy kefdə, yük çəkən kasıblar olur.
AŞIQ ŞIXMİRHÜSEYN (1876-1918)

Aşıq Şıxmirhüseyn (Hüseyn) Əlihüseyn oğlu 1876-cı ildə Şamaxı qəzasının Ağdərə kəndində anadan olmuşdur. O, atasının məsləhəti ilə Şamaxıda molla­xanada təhsil almışdır. Onun gənclik illəri Şamaxıda keçir. Oğlunun saza meylini görən atası oğlunu yaxın dostu Aşıq Sədrəddinlə tanış edir. Aşıq Sədrəddin onu özünə şagird götürür. Şıxmirhüseyn sənətin sirlərini, Şirvan dastanlarını ondan öyrənir. Şamaxı, Quba bölgələrində sərbəst şəkildə məclis­lər yola verir, məşhur­laşır. Deyilənə görə, Şıxmirhüseyn təzəcə sənətə gəldikdə Xaçmaz kəndlərinin birində bir gözələ aşiq olur. Sevdiyi Turacın varlı atası qızını kasıb aşığa verməyir. Aşıq Şıx­mir­hüseyinin eşq macərası bütün Xaçmaza yayılır. Çarəsiz qalan aşıq sevgi macəraları əsasında “Aşıq Hüseyn və Turac” adlı bir dastan bağlayır. Dastan aşıqların dilində məşhurlaşır. 1918-ci il qırğını zamanı o, Bakıda yaşayan qarda­şının yanına gəlir. O, gecə­lərin birində ermənilərin Bakıda “Şamaxı yolu” deyilən ərazidə törətdiyi faciənin qurbanı olur. Ustad Aşıq Barat Şirvanlının (1916-1996) yaddaşından Aşıq Hüseynin bir neçə şeirini əldə etmişik.



Çağırram ürəkdən “lam” bir, “cim” iki,

Şövqlə gələndə, adı Məhəmməd.

Salavatlar gül camala, ya Rəsul,

Din islamın ilk ustadı Məhəmməd.
Sidqini bağladı Şahlar şahına,

Ona görə yetdi öz məqamına,

Səcdə qıldı o, otuz cüz “Quran”a,

Seçmədi doğmadan yadı Məhəmməd.
Dayaq durdu o, zəlilə, möhtaca,

Rəf-rəf” ilə qanad açdı Meraca,



Hünər ilə yetdi o taxtı-taca,

Hümmətinə yola aradı Məhəmməd.
Aşıq Hüseynin qəlbi ataşlı,

Ürəyi qubarlı, gözləri yaşlı,

Çox cəfalar çəkdim mən başı daşlı,

Bilirəm ki, var imdadı Məhəmməd.
AŞIQ İSMİ (1860-1918)

Aşıq İsmi Məmmədnəbi oğlu 1860-cı ildə Şamaxının Sündü kəndində anadan olmuşdur. O, Şamaxıda mollaxanada, sonra Mirzə Rzanın şəxsi məktə­bində oxumuşdur. Sənətin sirlərini Şamaxı şəhərində Əngəxaranlı Aşıq İbra­himdən öyrənmişdir. Tez bir zamanda Şamaxının bir çox kəndlərində sevilmiş və ad-san sahibi olmuşdur.

Məlum olduğu kimi, ermənilərin ən dəhşətli qırğın törətdiyi kəndlərdən biri də Sündü kəndi olmuşdur. Mənbələrin qeyd etdiyi kimi, erməni cəlladları tərəfindən bu kənddə 198 ev yandırılmış, 295 nəfər insan öldürülmüşdür” (ARDA, f 1061, s.1, iş 6, vər.48).

Aşıq İsmi Şirvanın bir çox ustad sənətkarları ilə – Aşıq Daş­dəmir, Aşıq Nurəddin və Aşıq Bilalla yaxın olmuşdur. O, yaradıcı sənətkar olmuşdur. Aşığın şeirlərinin bir qismi yaşlı insanların yaddaşında qalmışdır. Sündü kənd sakini, dostum, mərhum dilçi alim İzayəddin Nəzərovun vasitəsilə ötən əsrin 90-cı illərində hə­min şeirlərdən nümunələr əldə etmişik. Onlardan birini oxuculara təqdim edirik.



Gəl mənə

Həsrətindən oldum dəli,

Gözəl, gəl mənə, gəl mənə.

Ətəyindən üzmə əlim,

Gözəl, gəl mənə, gəl mənə.
Zülfün siyah, belin incə,

Heç kim sevməz səni məncə.

Baxma bir qocaya, gəncə,

Gözəl, gəl mənə, gəl mənə.
Qadanı-balanı alım,

Desən, gəl qulum ol, ollam.

Dərdindən saralıb-sollam,

Gözəl, gəl mənə, gəl mənə.
Aşıq İsmi sənə qurban,

Gözüm yaşdır, ürəyim qan.

Sənsən dərdlərimə dərman,

Gözəl, gəl mənə, gəl mənə.
AŞIQ XƏLİL (XIX əsr – 1918)

Aşıq Xəlil Süleyman oğlu XIX əsrin 30-cu illərində Əngəxaran kəndində anadan olmuşdur. Onun haqqında məlumatı vaxtilə Aşıq Şakirdən (Məlhəmli) öyrənmişik. O, Əngəxaranlı Aşıq İbrahimin ustadı olmuşdur. Özünün də zil səsi olmuşdur. Xəlil həm “Beytüs-Səfa” ədəbi və Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi məcli­si­nin daimi iştirakçısı olmuşdur. Məlum olduğu kimi, Şamaxının Ən­gəxaran kəndi də erməni qırğınına ən çox məruz qalan kəndlərindən olmuşdur. Artıq təsdiq olunmuşdur ki, ermənilər bu kənddə 169 nə­fər insanı qətlə yetirmiş, 186 evin 180-ni yandırmışlar. Öldürülən in­sanların adı siyahıda yaşı ilə göstəril­mişdir. Həmin siyahıda 3-5 yaş­lı uşaqlarla 70-85 yaşlı insanların da adı veril­mişdir. Kənd mollası Molla Həmzə Əhməd Əfəndi ilə başqa beş nəfərin imzaladığı bu siyahıda o da qeyd olunur ki, kəndə dəyən ümumi ziyan 4.969.200 manatdır. Aşığın rəhmətli Aşıq Şakirin (Məlhəmli) yaddaşından bir neçə şeirini əldə etmişik. Onlardan birini oxuculara təqdim edirik.



Olar

Əyər baxmasan şeytan sözünə,

Heç vaxt peşmançılıq düşməz izinə.

Darı cənnət açıq olar üzünə,

Nicat qapıları taybatay olar.
Hər kim ki, pirana dönüb baş əyməz,

Onun şəxsiyyəti şahıya dəyməz.

Yüz çalışsa həyatda xoş gün görməz,

Bir şagird ki, ustadına lay olar.
Halalın kamalı başdan əskilməz,

Bədəsil boy atıb, mənzilə yetməz,

Zay toxumdan torpağ məhsul bitirməz,

Zinadan törəyən övlad zay olar.
Qənaət gözəldir bacarsan əyər,

O da bir qazancdır öyməyə dəyər.

Onu bacarmasan dərya tükənməz,

İstəyir gəlirin axar çay olar.
Atanın, ananın qədrini bilsən,

Yerində ağlayıb, yerində gülsən,

Haqqın dərgahına daim baş əysən,

Xoşbəxtlik Xudadan sənə pay olar.
Aşıq Xəlil, çox öyünmə qəmin kəm,

Əzəldən möcüzə yaranır aləm,

Kimisi kef çəkər, kimisi udar qəm,

Kimi bəd əməldən rüsvay olar.
EL ŞAİRİ MOLLA TUBUNİSƏ (XIX əsr)

Molla Tubunisə Molla Talıb qızı XIX əsrin son rübündə Şamaxının İmamlı məhəlləsində anadan olmuşdur. Tubunisəyə atası Molla Talıb ibtidai təhsil vermişdir. Tubunisənin gözəl səsi olduğu kimi, yaxşı da təbi olmuşdur. On altı yaşı olanda yaxın qohumu Səlim adlı bir nəfərlə ailə qurur. Onların beş övladı olanda, iyirmi üç yaşında Səlim qazanc dalınca İrana gedir, itkin düşür. Ərinin ayrılığı onu şair edir. Onun həsrəti ilə şeirlər düzür, beş övladını çətinliklə dolandırır.



Qırmacın ucu yaşıl,

Gün dəycək parıldaşır.

Sən öldün, mən də öldüm,

Qəbir mənə yaraşır.

Molla Tubunisə atasının və qonşuları Molla Simnazın məs­lə­həti ilə qız məktəbi açır. Beləliklə, o, məktəbdarlıqla məşğul olur. Qırğın zamanı Tubunisə xəstə atasını evdə qoyub, övladlarını şə­hərdən çıxara bilər. Axund Cəfərqulunun rəhbəri olduğu İmamlı məscidinə pənah gətirir. Erməni cəlladları məscidə od vururlar. Yüzlərlə əhali faciəli şəkildə qətlə yetirilir.

Ötən əsrin 80-ci illərində köhnə şamaxılılardan Molla Tu­bunisənin bir neçə şeirini yazıya almışıq. El şairinin həmin şeir­lərindən birini – əri Səlimin həsrətinə həsr etdiyi qoşmasını oxu­culara təqdim edirik.

1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə