AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə15/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

Qaynaqlar

1.İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqırımı prob­leminin tarixşünaslığı 1918-1920-ci illər. Bakı, 2006.

2.Mahmudov Y, Şükürov K. Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı, 2005

3.Halaçoğlu Y. Ermeni Tehrici. İstanbul, 2011

4.Sertel S. XI-XII Yüzyıllarda Türk-Ermeni ilişkileri. Elazığ, 2006
ARMENIAN-OTTOMAN RELATIONS AND

THE ISSUES OF GENOCIDE

Summary

Armenians against turks were always aggressive and treacherous position. The question of the armenian genocide was excluded from the end of the XIX century, the artificial field. And this event give a chanse that Imperialist states contributed to the realization of insidious plans. Historical evidence suggests that the real genocide committed by armenian aggressors against azerbaijanis and turks is.



Key words: Armenian genocide, aggressive, forgers
Nizami MURADOĞLU
NAXÇIVANDA ERMƏNİ TƏCAVÜZÜ

XALQ YADDAŞINDA
Özət

Məqalədə 1906-1919-cu illərdə Naxçıvanda, xüsusilə Ordubad böl­gəsində baş verən hadisələrdən, erməni təcavüzünün xalqın yaddaşında qalan izlərindən söhbət açılır. Hadisələrin bilavasitə şahidlərinin övladları tərəfindən söylənən əhvalatlar və məkanlar olduğu kimi oxucuların diq­qətinə çatdırılmağa çalışılmışdır. Göründüyü kimi hadisələrin üstündən yüz illik bir zaman keçməsinə baxmayaraq erməni zülmü unudulmamış, yaralar qaysaqlansa da ağrı-acısı hələ də davam etməkdədir.



Açar sözlər: Naxçıvan, Əylis, türk, qaçqın, erməni, təcavüz, şəhid, qan.
Giriş

"Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbayçan xalqının olduqça mürəkkəb bIr siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi… Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Məruzəmə ümummili lider Heydər Əliyevin bu sözləri ilə başlamağım təsadüfü deyildir. Ötən əsrin əvvəllərində Azərbay­canın bütün ərazisində erməni daşnaklarının xarici havadarlarının köməyi ilə yerli müsəlman əhaliyə qarşı apardıqları soyqırımı nəti­cəsində Azərbaycan torpaqlarının böyük bir hissəsini itirdi, Azər­baycanın tarixi ərazilərində bir erməni dövləti quruldu. İrəvan xan­lığının ermənilərə güzəşt edilməsi, onların iştahını artırdı, Zəngə­zurun və Naxçıvanın da istilasını həyata keçirməyə çalışdılar. Bu məqsədlə erməni quldurları xaricdən güclü silah və ərzaq təchizatı alaraq əliyalın yerli türk əhaliyə qarşı tarixdə görünməmiş qətliam­lar törətməklə yer-yurdlarından didərgin salmağa çalışırdılar.



Erməni-türk savaşı zamanı Naxçıvanın müxtəlif bölgələrində er­mə­nilərin törətdikləri vəhşiliklərin izi bu günə qədər xalqın yad­da­şın­da yaşamaqdadır. Ordubad bölgəsində şiddətli savaşlar min­lərlə gü­nahsız insanların məhvinə səbəb olmuşdu. Bir neçə kəndin azər­bay­canlı əhalisi tamamilə güllələnmiş, kəndlər yandırılıb məhv edil­mişdi. Belə kəndlərdən biri Yuxarı Nuhgədiyi (Nügədih) kən­didir. 1906-cı ildə bu kənd bir növü dayaq məntəqəsi rolunu oy­namışdı. Ordubaddan gələn könüllü, silahlı azərbayçanlı dəstə Nuh­gədiyi kən­dinə sığınan Qafandan gələn qaçqınların və bu kən­din əhalisinin xilaskarı olmuşdur. Bu zaman Qafan rayonunda er­məni quldurları­nın əlindən qaçıb qurtula bilən didərginlərin də əksəriyyəti Nuhgə­diyi kəndinə və onun ətrafına səpələnmişdi. M.S.Ordubadinin "Qan­lı illər" kitabında bu haqda ətraflı məlumat verilmişdir. Bu qanlı tarixi faktı möhtərəm oxuçuların diqqətinə ey­ni ilə çatdırmağı vaçib sayıram: "Ordubaddan uça dağa qədər ya­ra­lıların sayı-hesabı yoxdu­sa da, yaraları bağlandıqdan sonra şəhə­rə göndərilirdi. Havanın pis­li­yinə baxmayaraq bir neçə bələdçi gö­türüb ətrafı öyrənmək üçün əzm edildi. Saqqar suyun ətrafında bir qan çalası göründüyündən o tərəfə gedildi. Soyuğun şiddətindən qanın üzü buz bağlamışdı. Bununla belə daşın bir tərəfindən dam­cı-damcı qan sızırdı. Daşın arasında 62 nəfər övrət, uşaq çənazəsi bir-birinin üstə qalaq-qalaq tökülmüşdü…

Ayın 18-də sübh zamanı namazından sonra çamaatın sığınaq etdiyi meşəyə girdik. Bir az getdikdən sonra 25 yaşlarında bir öv­rət, bir də çavan oğlan çənazəsi göründü… Molla Həsən Əfən­di­nin şəhadətgahına yaxınlaşdıq. Bədəni, çanamazı və s. muqəddəs əşyaları yandırılmışdı. Həsən Əfəndinin qətl yerindən bir az şi­mala qarşı bir palas parçası göründüsə də, çamaatı büs-bütün ağ­latdı. Zira, palası kənar etdikdə 15 nəfər üzlərində çiçək, yəni abi­lə əlaməti sönməmiş körpə çoçuqların kəsilmiş başları və bir para bir-birinə qarışmış bədənlər göründü"… (5,133).

Ordubaddan gələn könüllülərin köməyi nətiçəsində 1906-çı ildə Yuxarı Nühgədiyi kəndi xilas edildi. Qafandan qaçqın, didər­gin düşmüş insanlar öz evlərinə, yurdlarına qaytarılıb bərqarar olundusa da, sonrakı hadisələr, xüsusilə də 1918-çi il hadisələri ək­sinə oldu. Nuhgədiyi kəndi tamamilə yandırıldı, əhalisindən sa­la­mat qalanlar ətraf kəndlərə dağıldı.

Ordubad rayonunun digər kəndlərində də böyük qətliamlar oldu. Gənzə kəndində ermənilər azərbayçanlı əhalini qılınçdan ke­çirdilər. Kilit kəndi darma-dağın edildi. Kilit kəndinin yuxarı hissəsində Xorxat deyilən bir yüksəklik var. Bu yüksəklikdə çox böyük bir vuruşma oldu. Andranikin təlim görmüş silahlı quldur dəstələrinə qarşı vuruşan azərbayçanlı könüllülərin demək olar ki, hamısı burada həlak oldu. Külüt kəndi yerlə yeksan edildi. Dinc sakinlərdən salamat qurtaranlar Ordubada tərəf qaçdılar.

Əli Əliyevin "Əlinçə yaddaşı" kitabında Ordubad hadisələri ilə bağlı belə yazılmışdır: "1918-çi ilin yazında özlərini türk-mü­səlman kimi qələmə verən bIr qrup erməni qulduru dolayı yollar, aşırımlarla geçə Ordubad rayonunun Gənzə kəndinə gəlib qaran­lıqda kəndin yollarını bağlayır, görünməmiş vəhşiliklər törədirlər. Körpə uşaqlar nizələrə keçirilib tonqallarda yandırılmış, qarı-qoçalar nizələnmiş, qız-gəlinin namusuna təçavüz edilmiş, evlər yandırılmışdı" (1,61).



Ermənilərin törətdikləri vəhşilikləri təsvir etməklə qurtaran deyil. Bu belə bir zaman idi ki, yeniçə qurulmuş Azərbayçan Xalq Çümhuriyyəti faktiki olaraq Naxçıvana heç bir kömək edə bilmirdi.

Dağılan kəndlərin qanına qəltan edilmiş əhalisinin naləsindən dağlar-daşlar titrəyir, qulaqlar tutulurdu. Evlər yanır, mal-hey­vanlar da insanlar kimi hara gəldI qaçırdı. Erməni vəhşiləri mal-heyvana da rəhm eləmirdilər. Qabaqlarına çıxan nə varsa qırıb tökür, yandırıb məhv edirdilər.

Tivili şaIr, fIlologIya elmləri doktoru Sərdar Zeynalın de­diklərindən:

– Erməni-türk davasında babam Səttar Zeynalovun 13 yaşı olubdur. Babam iki muharibə görmüşdü. Ançaq ermənilərin vəh­şilkklərindən daha çox danışırdı. Babam deyirdi ki, "Andranikin quldur dəstələri Tividən bir qədər aralıda olan Parağa kəndində yerləşmişdilər. Tiviyə gəlIb danışıq aparmaq istədiklərini bildir­di­lər, kəndin mötəbər adamlarını danışığa dəvət etdilər. Sadədil, təmiz qəlbli, təmiz viçdanlı Tivi ağsaqqalları erməni hiyləsini başa düşməyərək 16 nəfərlik nümayəndə heyəti ilə danışığa getdilər. Numayəndə heyətinə ətraf kəndlərdə məşhur olan qaçaq Süleyman rəhbərlik edirdi. Ermənilər qaçaq Süleymanın rəhbərlik etdiyi nümayəndə heyətini aldadıb tərki-silah edərək, samanlığa yığıb yandırdılar. Nümayəndə Heyətindən bir nəfər İbiş adında adam qaçıb çanını qurtara bildi. Tivililəri aldatdılar. Tivi çamaa­tına qarşı qətlin həyata keçirilməsində Parağalı Aşotun xüsusi rolu olmuşdur. (Bu, həmin Aşotdur ki, gələçəkdə onun Əylisə hücumunun və məhvinin şahidi olaçağıq.-N.M.)

Tivinin dörd tərəfi yüksəkliklər olduğundan ermənilər həmin yerlərdə səngər qurmuşdular, hər tərəfdən güllə yağış kimi yağırdı. İgid bir oğlan olan Nəbi damın üstünə çıxıb qışqırmağa başladı: "Güllə atmayın, gəlin danışaq. Mənə Nəbi deyərlər…" Nəbinin sözü ağzında yarımçıq qaldı. Çəviz ağaçının koğuşunda gizlənən düşmən Nəbinin düz ürəyindən vurdu. Nəbi damın üstünə yıxıldı. Elə bil ki, bir dağ uçdu yerindən. Ah-nalə, fəryad səsləri göylərə bülənd oldu. Güllələr ara vermədən şaqqıldayırdı. Çamaat çay aşağı - üzü arana tərəf qaçırdı. Mən də sövq-təbii bu insanların ardınca qaçırdım. Kəndin aşağısında dar bir keçid vardı. Ora çatanda adamlar bir-bir tut kimi düşüb yerdə qalırdı. Bu keçiddə yüzlərlə adam öldü. Erməni gülləsi mənim budumu deşib keçdi. Yıxıldım, yaxşı ki, sümüyümə dəyməmişdi. Sonra qarnı üstə sürünməyə başladım. Neçə olur-olsun, bu dar keçidi keçməyə çalışırdım. Nə qədər süründüyüm yadımda deyil, xeyli qan itirmiş­dim, gözlərim yumulurdu. Özumu bir təhər böyürtkən kollarının arasına saldım. Tikanlar əllərimi cızıb qanatsa da, kolları aralayıb sığınaçaq düzəltdim. Bura təhlükəsiz idi. Nə qədər yatdığımı bil­mirəm. Oyananda geçə yarı olardı. Ayın solğun işığı bəzi yerləri işıqlandırsa da hərəkət etmək üçün münasib vaxt idi. Bir az yetişib şirinləşmiş, qaralmış böyürtkənlərdən yeyib özümə gəldim. Sonra kölgəli yerlərlə hərəkət etməyə başladım. Tividən - o yanan, dağılan evimizdən-eşiyimizdən uzaqlaşırdım…".

Tivi kənd Sakini Babaxan Hüseynovun (1903-1963) xatirələ­rindən: "Bütün Tivi camaatından salamat qalanlar qaçıb ətraf kənd­lərə dağılmışdı, eşitdik ki, türk əsgərləri köməyə gəliblər. Türk topunun səsini eşidən ermənilər təşvişə düşmüşdülər. Biz cavanlar ətraf kəndlərdən Tiviyə qayıtdıq. Şahidi olduğum bir döyüşü xatırlayıram. Ermənilərə qarşı könüllülər ilə birlikdə türk əsgərləri də döyüşürdü. Türk əsgərləri sol böyrü üstə sürünə-sürünə hərəkət edirdilər. Mən də əsgərlərin ardınca sürünür, lazım olanda onlara kömək edirdim. Bu zaman düşmən gülləsi türk əsgərlərindən birinin burnunu parçaladı. Mən ona yaxınlaşıb burnunu sarımaq istədIm. Əli ilə burnunun qanını silib "gavur gülləsi türkə nə edə bilər?" - dedi və sol böyrü üstə sürünərək irəliləməyə başladı. Türk əsgərinin bu şüçaəti və çəsarəini unuda bilmirəm. Türklər Tivini azad etdilər".

1918-ci il qanlı hadisələri ilə yadda qalıbdır. Tarix elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü İ.Haçıyevin "Naxçıvan Muxtar Respublikasının yaranması tarixi və müasirlik" silsilə məqalələrində o dövrün hadisələri geniş təh­lil edilmişdir. İ.Hacıyevin həmin yazısına istinadən qeyd etməyi lazım bilirəm ki, belə bir dövrdə təzəcə qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətindən tam mənada əlaqələri üzülmüş naxçıvanlıların köməyinə qardaş Türkiyə dövlətinin silahlı qüvvələri yetişmişdi. Məhz Kazım Qara Bəkir paşanın rəhbərliyi ilə vilayətə gəlmiş türk qoşun hissələri Naxçıvanı xilas etmişdi.

Hətta rəsmi olaraq, Naxçıvanın müdafiəsini təmin edə bilmə­yən, öz problemləri içərisində çaşqın bir durumda qalan Azər­baycan Demokratik Hökuməti qardaş Türkiyədən kömək istəmiş­di. Əslində erməni-türk davası bütün Azərbaycan ərazisində gedirdi. Ona görə də Türkiyə dövləti Nuru paşanın rəhbərliyi ilə bir diviziya Gəncəyə, Kazım Qarabəkir paşanın rəhbərliyi ilə digər bir diviziya isə Naxçıvana göndərdi.

Bu vaxta qədər Naxçıvanda milli burjuaziya və demokratik ziyalıların təşəbbüsü ilə yaradılmış Müsəlman Milli Şurası Meh­ridən başlamış Uluxanlıya qədər böyük bir ərazidə azərbayçanlıların erməni basqınlarından qorunması işini, qismən də olsa, təmin edirdi. Belə bir durumda Azərbaycan hökümətinin güzəştə gedərək İrəvan şəhərinin Ermənistanın tərkibinə qatılmasına razılıq verməsi ermənilərin iştahını artırırdı. Ermənilər nəyin bahasına olursa-olsun, Naxçıvan torpaqlarını da ələ keçirmək istiqamətində həm hərbi yürüşlər edir, həm də geniş təbliğat kompaniyası aparıb, yalan, uydurma məlumatlar yayır, Naxçıvanın tez bir zamanda Ermə­nistana birləşdiriləcəyi haqqında iddialar irəli sürürdülər.

Bu cür yalançı iftira və iddialara uymayan naxçıvanlılar isə qurtuluş yolları arayırdılar. Məhz belə bir məqamda 1918-ci ilin noyabrın 18-də türk dövlətinin apardığı düzgün siyasətin və Naxçıvan əhalisinin səyləri nəticəsində Naxçıvan Müsəlman Milli Şurasının üzvlərindən ibarət Araz-Türk Respublikası yaradıldı. Bu, böyük Yaradanın Araz camaatına, Naxçıvan əhlinə qarşı mər­həmətinin başlanğıcı, erməni quldurları və onun havadar­larının zülmündən qurtuluşun təməlinin qoyulmasının İlahi təlqinlərlə əsaslandırılmasının göstəricisi idi.

Naxçıvan kəndlərinin dövlət tərəfIndən qorunmaması, başlı-başına buraxılmasının nəticəsi idi ki, Andranikin quldur dəstələri bu kəndlərə soxulur, əhalini qırır, kəndləri yandırıb məhv edirdi.



Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sev­da xanım Məmmədəliyevanin dediklərindən:

"Atam (akademik Y.Məmmədəliyev (1905-1961) - N.M.) o illərdən söhbət düşəndə həmişə kədərlənərdi, fikri məçhul bir nöqtəyə dikilmiş gözlərinin içinə yığılır, uzun müddət beləcə səssiz-səmirsiz dayanırdı. Sonra gözlərinin yaşını silmək üçün dəsmalını axtarırdı. Bu böyük insan niyə ağlayırdı? Nə idi onu belə göynədən? Respublika Elmlər Akademiyasının Prezidenti, dünya şöhrətli bir alimi kövrəldən hadisə bizim üçün çox sonralar məlum oldu".

Sevda xanım bir xeyli fasilə verdi. keçmişə qayitmaq, atasi­nin kədərli halını xatırlamaq, üzünü görmədiyi əmisi İlyas haq­qında danışmaq, əlbəttə ki, Sevda xanım üçün ağır idi. İstər-istə­məz o qanlı illər təsəvvürümüzdə çanlanırdı.

"1918-ci ilin soyuq yaz axşamı idi. Arazın sahilində adamlar sal gözləyirdi. Bura yığışanların əksəriyyəti qadınlar, uşaqlar və əlsiz-ayaqsiz ixtiyar yaşına gəlib çatmış qoçalar idi. Hamının üzündə bir təlaş, bir həyəçan, bir qorxu var idi. Kişilər bir tərəfə çəkilib xısın-xısın danışır, oğlan uşaqları atalarının böyründə durub danışılanları özləri üçün aydınlaşdırmağa çalışırdılar. Qadınlar bir tərəfdə çöməlib oturmuşdular. Bəziləri səssizcə göz yaşlarını silir, bəziləri isə özünü saxlaya bilməyib hönkür-hönkür ağlayırdı. Arxada Ordubad şəhərinin qaraltısı qalmışdı. Qarşıdakı olaçaqlardan isə heç kəsin xəbəri yox idi.

Yusif 6 yaşlı qardaşı Həbib ilə birlikdə anasına sığınmışdı. Soyuqdan titrəyən vüçudunda bir-birinə dəyən dişlərini zorla da olsa, saxlayır, danışılanları yaddaşına həkk edirdi. Böyük qardaş İlyas isə öz yaşıdlarının yanında idi.

Bu dəfəki dava 1905-1906-cı ilin davasından fərqlənirdi. An­dra­nikin ətraf kəndlərdə törətdiyi vəhşilikləri saymaqla qurtaran deyildi. Andranikin təlim görmüş əsgərlərinin qarşısında Ordubadın könüllü silahsız dəstələri tab gətirə bilmir, məğlub olub, geri çəkilirdi.

Şəhərdə bir vahimə yaşanırdı. Düşmən şəhərin lap yaxınlığında toplanır, həllediçi hüçuma keçməyə məqam gözləyirdi. Ordubadın könüllü döyüşçü dəstələri şəhərin kənarında barrikadalar qurur, ələ keçən nə varsa, (bel, yaba, tüfəng, qılınç) onunla silahlanib geçə - gündüz şəhərin keşiyini çəkirdilər. Qərara alınmışdı ki, şəhərdə olan əlsiz-ayaqsiz yaşlıları, uşaqları və qadınları daha təhlükəsiz yerlərə, xüsusən Arazın o biri sahilinə, Güney Azərbaycana köçürsünlər.

Sal gəldi. Hər kəs öz bağlamasini çiyninə atıb sala minməyə tələsdi. 10-15 nəfərlIk balaça sala minib bu bəlalı sahildən uzaqlaşmaq istəyənlər basabas salirdilar. Yaşlı bir kişinin ayağını sala qoymağı ilə aşıb yıxılmağı bir oldu. Kişinin başı daşa dəydI. Orda da çanını tapşırdı. Kimsəsiz qoçanı dəfn etmək üçün sala minə bilməyənlər hazirliq görməyə başladılar.

Qoçanın ölümü heç də yaxşı əlamət deyildi. Balaca yusifin gözləri qarşisinda baş verən bu hadisələr onun qəlbini, nurlu, işiqli gözlərini kədərləndirirdi.

Sal yerindən tərpəndi, sali idarə edən arıq, yaşlı kişi nə qədər çalişsa da, salı istiqamətləndirə bilmirdi. Arazın gur sulari salı ağzına alıb aparırdı. Salın üzərinə tutumundan iki dəfədən çox adam minmişdi. Sal ləngər vurdu, bir tərəfi əyildi. Müvazinətini saxlaya bilməyən bir neçə nəfər suya düşdü. Yusifin böyük qardaşı İlyas da müvazinətini saxlaya bilməyib Arazın sularında qərq oldu.

Yusif ağlayırdı, anasi dizlərinə çırpırdı. Köməksiz qalan ata özü kimi bir neçə kimsəsiz ordubadlı ilə Arazın sahilində o tərəf - bu tərəfə qaçırdı. Geçə səhərə qədər Heydər kişi Arazın sahilini axtardı. Ançaq İlyasi tapa bilmədi. Yusifin ağlamaqdan gözləri şişmişdi. Anasi bihal olub, huşsuz düşmüşdü. Yazıq ata nə edəçəyini kəsdirə bilmədən ora-bura qaçırdı. Ailə o geçəni səhərə qədər Arazın güney sahilində keçirdi. O gecə, Araz ordubadlı binəva mühaçirlərin bir neçəsini öz ağuşuna alıb apardı. Bu, qaniçən Andranikin qırğınından qaçıb yaxa qurtarmağa çalışan ordubadlıların açı taleyi idi.

Sonralar akademik Yusif Heydər oğlu Məmmədəliyev o gün­ləri belə xatırlayırdı: "İlyasın həlakı bütün ailəmizi sarsitdi. Bir neçə il Təbrizdə yaşasaq da, bu yerlərə isinişə bilmirdik. Anam həmişə ağlayırdı. Bir tərəfdən İlyasin həlaki, digər tərəfdən vətən həsrəti anamı gözüyaşlı qoymuşdu.

Anamın bu dərdlərə tab gətirə bilmədiyini görən atam bizi yenidən Ordubada qaytardı. Həmin köhnə evimiz bizim üçün xan sarayından da qiymətli idi. bizim günəşimiz bu balaca şəhərdə, bu balaca evdə doğmuşdu.

Ançaq heyf İlyasdan, o çox istedadlı idi. Əgər yaşasaydı, o, məndən də böyük alim ola bilərdi…"



Əylis kənd sakini Kərbəlayi Ramazan Teymur oğlunun (1932) dediklərindən:

- Nehrəmlilər eşidirlər ki, Andranik öz qoşunu ilə Nehrəmin üstünə gəlir. Nehrəm ağsaqqalları yığışıb məşvərət edirlər. Qərara alırlar ki, kimdə silah varsa, silahını götürsün, silahı olmayanlar da bel, yaba, külüng -- nə tapa bilsə, onunla kəndin dörd tərəfində səngər qursunlar. Yaşlılar, qadınlar, uşaqlar isə kəndin içərilərinə köçürülür. Etibarlı mövqe tutan nehrəmlilər Andranikin qoşu­nun­dan qabağa gələni vurub yerə sərirlər. Andranikin qoşunu bir xey­li itki verərək geri çəkilir və Yaycı kəndinə hüçüm edir.

Yaycıda çox böyük qırğın olur. Yaycı çamaatı silahsiz idi. Təşkilatçiliq işi yox idi. Andranikin təlim görmüş qoşunu qarşı­sında əlacsız qalan Yaycı əhalisi Arazın o biri tayına keçməyə ça­lışsa da, əksəriyyəti Arazın gur sularında qərq olur. Yaycıdan Aza kəndinə keçən Andranikin dəstəsi ətraf kəndləri talan edib Əylisə tərəf irəliləyir və Disər kəndində düşərgə salır.

Bu xəbəri eşidən Əylis ağsaqqalları bir yerə yığışıb məsləhət­ləşirlər. Zəkəriyyə Əylislinin nəslindən olan, dövrünün çox görkəmli ziyalısı və taciri, on iki dil bilən Hacı Nəcəfin rəhbərliyi ilə bir nümayəndə heyəti seçilir. Andranik ilə danışıq aparmaq üçün Disər kəndinə göndərilir. Sülh danışığı rəsmi qaydada aparılaraq sənədləşdirilir. Şərtə görə Əylisin türk əhalisindən xeyli miqdarda ərzaq məhsulları və qızıl pul yığılaraq Andranikin qoşununa verilir. Hacı Nəcəf şəxsi hesabından 20 kisə buğda unu, 2 küpə yağ və digər məhsullar verir. (Sovet höküməti qurulduqdan sonra Hacı Nəcəf Andranik ilə apardığı danışığın rəsmi sənədlərini Ordubad dövlət arxivinə təhvil verir. Həmin sənədlər sonradan Leninqrad, indiki Sank-Peterburq arxivinə aparılır-N.M.). Beləliklə, Andranik Əylisə hüçum etmir və Disərdən keçib Qafan ərazisinə gedir.

Qafanda Andranik ilə yerli ermənilər gizli əlaqəyə girib hiyləyə əl atırlar. 1905-1906-cı illərdə Oxçu, Şabadın, Pirdavudan kəndlərində törətdikləri cinayətlərin əvəzini görən, müsəlman könüllüləri tərəfindən çiddi əks-müqavimətə rast gələn ermənilər bu dəfə çox tədbirli hərəkət edib, müsəlman əhalini aldadırlar. Bu məqsədlə Nuvarsat adlı bir erməni başçisi və keşiş, ətraf ərazi­lərdə böyük nüfuz sahibi olan əziz bəyi də şirnikləşdiriçi təkliflər ilə inandiraraq onun köməyi ilə guya müsəlmanlarla sülh müqa­viləsi bağlamaq istədiklərini bildirib çamaatı məscidə yığırlar.

Şabadın kəndində Ağabala adlı bir çavan var idi. Ağabala Ordubadda "rus-tatar" məktəbində oxumuşdu. Ağabalanı da alda­daraq ona deyirlər ki, sən bu kəndin rəhbəri olaçaqsan, kənd ça­van­larini da yığıb məscidə gəl.

Beləliklə, kəndin minə qədər aldanmış əhalisini məscidə yı­ğır­lar.

Mənim atam Teymur türk əsgəri ilə kəndin girişində səngərdə mövqe tutmuşdu. o vaxt hər kəndə bir türk əsgəri göndərmişdilər ki, müsəlman əhaliyə təlim keçsin. Atam görür ki, keşiş, Nuvarsat və Əziz bəy kəndə sarı gəlirlər. Atam türk əsgərinə təklif edir ki, gəl bunları vuraq. Təlimatçı əsgər razı olmur ki, sülh danışığı başlayıb, belə işə yol vermək olmaz. Bunlar səngərdə qalıb gözləyirlər. Təq­ribən 2-3 saatdan sonra kənddən vay-şivən səsi göylərə bülənd olur. Məscid partladılır, Andranikin pusquda olan qoşunu kəndə girib bütün müsəlman əhalini gülləyə tutur. Vəziyyəti belə görən təlimatçi əsgər atama təklif edir ki, sən məni güllə ilə vur öldür. Əgər ermə­nilərin əlinə keçsəm məni tikə-tikə doğrayaçaqlar. Atam təlimatçı əsgərə toxtaqlıq verib, sonra oradan uzaqlaşdırır. Gecəni kəndin kənarındakı bir samanliqda keçirib, səhər sübh tezdən Ayı çanqıl­lığından Pəzməriyə tərəf aşırlar. Hava həddindən artıq soyuq ol­duğundan, dizə qədər yağmış qar ayaqlarını dondurur. Tamamilə ta­qətdən düşüb dayanırlar. Bu zaman bir yüklü ulaq ilə Qafana get­mək istəyən unusluya rast gəlirlər. Unuslu kişiyə Qafanda baş verən hadisələri nəql edəndən sonra atam onunla unuslu Molla Həsənə xəbər göndərir ki, gəlib bunları aparsınlar.

Molla Həsənin evində atamgilin vəziyyəti daha da ağırlaşır. Ayaqları şişir, tamamilə tərpənməz vəziyyətə düşür. Molla Həsən Əylisdə türk əsgərlərinin komandiri Ədif bəyə xəbər göndərir ki, sənin əsgərin burada - mənim evimdə ağır vəziyyətdədir. Ədif bəy Əylisdən həkim götürüb Unusa gəlir. Həkim qazanda isti su qay­nadıb hər iki xəstənin ayağını isti suda yumşaldaraq dərisini soyur, dərman sürtüb bağlayır. Ədif bəyin tapşırığı ilə sabahı gün xəstələri unusdan Dırnıs kəndinə endirib Kəblə Şükürün evinə gətirirlər. Kəblə Şükür Dırnısda ən hörmətli və imkanlı şəxslərdən biri idi. Allah ona rəhmət eləsin. İki gündən sonra həkim yenidən gəlib hər iki xəstənin sarğılarını açır, məlhəm qoyub yenidən bağlayır. Üç gündən sonra xəstələr ayağa qalxıb axsaya-axsaya hərəkət edirlər. Daha bir neçə gün Kəblə Şükürün evində dinçəldikdən sonra atam təlimatçı türk əsgərini gətirib Əylisdə Ədif bəyə təhvil verir. Ədif bəy türk hökuməti və komandanlıq adından atam Teymur Kərbəlayi Tanrıverdi oğlunu bir türk beşaçılanı ilə mükafatlandırır.

Əylis kənd sakini (1930-2008) Qədirquluyev Rzaqulu Qədir­qulu oğlu xatırlayırdı:

– Mənim Sona nənəm də Şabadın kəndində kütləvi qırğının şahidlərindən biri olmuşdur. Yaralanmış nənəm ölülərin altında qalıb bayılır. Ermənilər qadın, kişi, uşaq, böyük – hamını güllə­ləyib bir-birinin üstünə qalaqlayırlar. Sağ qalan olmasın deyə ölülərin üzərilə hərəkət edərək həm də onları nizələyirlər. Sona nənəmə o qədər nizə dəymişdi ki, bədənində salamat yer qalma­mışdı. Sona nənəm səhərə yaxın özünə gəlib, cəsədlərin altından sürünərək bir təhər çıxır. Ala-toranda özünü dağların ətəyinə çatdırır. Çoxlu qan itirmişdi, açlıq amanını kəsirdi. Yeməyə bir şey yox idi. Bir qədər kəkotu, nanə yığıb yeyir və yavaş-yavaş qan çanağından uzaqlaşır. Uzun sürən müalicədən sonra nənəm sağalsa da, ölənə qədər nizə yaralarının izləri bədənindən getmədi.

Ermənilərdən söhbət düşəndə nənəm həmişə ağlayardı, əzab çəkərdi və titrəyərdi. Gözlərində kədərlə birgə qəribə bir ifadə, qəzəb, kin, nifrət hissi yaranardı. Bu nifrət ermənilərə qarşı idi. Bu hiss onu heç vaxt tərk etmədi.

Ermənilər Şabadın, Oxçu və Pirdavudan kəndlərinin üçündə də eyni qırğını törədirlər. Bu kəndlərin adamlarından salamat qalanlar çanını götürüb qaçır. Əksəriyyəti Ordubada və ətraf kəndlərə səpələnirdi.



Pirdavdanda baş verən hadisələr

Əylis kənd orta məktəbinin direktoru Hüseynov Tofiq Mə­mməd oğlu(1947) babasından və əmisindən eşitdiklərini belə xatırlayır:

Atam Hüseynov Məmməd Xəlil oğlu(1917-2001) Aza kən­din­də müəllim işləyirdi. Mən də orada məktəbə gedirdim. Orada Danağırtdan bir Sosik adlı erməni də müəllimiydi, dərs deyirdi. Onun anası o vaxt Zori Balayanın “Ocaq” kitabını oxuyurdu. Bir dəfə atama dedi ki, “Mamed müəllim, görürsən sizin müsəlman­lar bizim ermənilərə necə zülm ediblər?”

Atam dedi:

- Ay arvad, sən nə danışırsan. Mənim xalamın gözünün qaba­ğında ermənilər qızdırılmış mis tavanı türklərin başına keçirib, qaynar samavarı belinə bağlayıb, boylu qadınların qarnını yırtıb körpəsini süngüyə keçiriblər.

Sosik müəllimin anası dedi:

- Əgər ermənilər belə ediblərsə, bəs sizinkilər niyə yazmırlar?

Erməni qadının sözü heç mənim yadımdan çıxmır. O qadının sö­zündən sonra mən Qafan hadisələri ilə daha çox maraqlanmağa baş­ladım. Nəbi babamdan və Ağalar əmimdən eşitdiklərimi ya­dım­da saxlamağa çalışdım. Babam deyirdi ki, Pirdavdandan Əy­lisə gələn ən böyük tayfa Məcidlilərdi. Dedim ki, qaça bilmə­yənlər kənd­də qalmışdılar. Nijdehin adamları bir-bir evləri axta­rır, gizlə­nənləri tapıb əsir götürür, ya da elə oradaca güllələ­yirdilər. Əsir dü­şən uşaqlardan biri də Fatalı əmim olur. Sonralar Fatalı əmim belə deyirdi:

- Bir neçə oğlan uşağını tutub gətirmişdilər Nijdehin yanına. Nijdehin yanında erməni yaraqlıları oturmuşdu. Nijdeh uşaqları bir-bir qəbul edir, sorğu-suala çəkirdi. Mən erməni dilini bilirdim. Məni təzəcə içəri salmışdılar ki, bir nəfər silahlı təlaşla içəri girib dedi:

- Zəngilan tərəfdən türklər hücuma keçib, bizimkilər davam gətirə bilməyib geri çəkilirlər, bir nəfər də ölübdür.

Nijdeh naqanı çəkib bu sözləri deyəni alnından vurdu, adam yerə yıxılıb öldü. Ara qarışdı, ermənilər deyirdilər ki, bu adam Nij­dehin doğmaca əmisi oğluymuş. Onun belə sözü silahlıların ya­nında deməsi Nijdehi əsəbləşdirmişdi, çünki belə sözlər döyüş­çülərdə ümidsizlik yaradırdı. Gördüm ki, mənə əhəmiyyət verən yoxdu, yavaşca həyətə çıxıb oradan qaçdım. Buxçar yoluyla Ələn­gəzdən aşıb gəlib Nüsnüsə çıxdım.

Fatalı əmim nüsnüslülərin yanında başlayır işləməyə. Bir dəfə Xəlil babam Ordubadda bir nüsnüslüylə rastlaşır. Söhbət əsnasında nüsnüslü deyir ki, Fatalı adında bir Qarabağ uşağı gəlib Nüsnüsə çıxıbdı. Xəlil babam başa düşür ki, bu doğma qardaşı Fatalıdır, gedir onu da Əylisə gətirir.

Pirdavdandan gələnlərdən biri də Cəlil paşaydı. Cəlil paşa çox igid adam olubdu. Cəlil paşa Mustafa bəylə Naxçıvana Osmanlı ordusunun Naxçıvan bölümünün komandanı Xəlil bəylə görüşə getmişdi. Hətta deyirlər ki, Türkiyəyə də kömək istəmək məqsədi ilə gedibdi. O, Məcidli tayfasındandı. Məcidli tayfası da deyilənlərə görə Uzun Həsənin tayfasından olub, hansı səbəbdənsə vaxtı ilə köçüb buralara gəliblər. O, buraya gələndən sonra da ermənilər ilə vuruşubdu. 1920-ci ilin martında erməni daşnakları Naxçıvanı işğal etmək məqsədi ilə hər tərəfdən hücuma keçirlər. Ordubadın Xorxat yüksəkliyində gərcin döyüşlər gedir. Ordubad könüllü dəstələrinin birində cəsarətlə vuruşan Cəlil paşa burada erməni gülləsinə tuş gəlir və qəhrəmancasına həlak olur. Cəlil paşanın cəsədini Ordubadlı dostu Mir Hadı ağa Ordubad şəhərinə gətirdib Malik İbrahim qəbirstanlığında dəfn etdirir.


1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə