AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə14/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

b). Anadoludan Qafqazlara erməni zülmü Osmanlı-Rus hərbi nəticəsində Qars-Ardahan-Batum bölgəsi ruslara verilir. Çar Rusiyası burada öz hərbi hissələrini yerləşdirir. Erməni daşnak Komitəsi iradə gücünü də məhz çarlıq idarəsindən- ruslardan alırdı. Böyük Ermənistan qurma xəyalı ilə silahlanırdı. Diyarbəkir, Bitlis, Van, Muşdan gələn silahlı çətələr buradakı erməniləri də təşkilatlarına alaraq “Can-Fəda” adlı fədai çətələri qururlar. Kənd yolları şəhər ve qəsəbələrdə tək yaxaladıqları Türkləri öldürür­müşlər (Gürsoy, 1995: 4). Demək ki, Çar Rusiyası və sovet Ru­siyası erməniləri türklərə qarşı hər zaman tətikdə saxlamışlar. Böl­gədəki dəhşətli savaş şahidlərin rəvayət şəklindəki danışıqlarından və insanların yanğı ilə söylədiyi xalq şeirlərindən də görmək mümkündür. Əslən Sarıqamış Boyalı kəndindən olan Sarıqamışın Təpə məhəlləsində yaşayan İstiqlal hərbi qazilərindən Xıdır Cahangirin dilindən mənzərəni ifadə edən şeir toplanmışdır:

Sabah namazında çanta dürüldü

Paldın, Gədiyindən Fırka yeridi

Qarsın ovasını düşmən bürüdü

Aman Allah aman sən imdad eylə (Görüryılmaz, 2008: 35)

Ermənilərin tarixi düşmənçiliyi xalqın yaddaşında özünün ağır izlərini qoymaqla yanaşı bu haqda rəvayətlər də söylənməkdədir. Eyni vəhşiliyi ermənilər Şərqi Anadolu türklərinə də etmişdirlər: “Boyalı kəndindən; Qərib oğlu İsmixandan olma 1326 (1910) tə­vəllüdlü Hüseyn İpinin ifadəsi: Sarıqamış fəlakətində ruslar babam daxil 80 adamı əsir götürmüşlər. Kənddə 60 qadın dul qaldı. Bizi rus­lar dama dolduraraq ermənilərlə birlik olub yaylım atəşinə tut­dular. Sağ qalanları Divik (Yayıqlı) üzərindən Qarahəmzə kən­dinə apardılar. Burada Kazan şəhərindən müsəlman Rus əsgərlə­rinin üzü­suyu hörmətinə sağ qaldıq. Buradan qaçarkən əllidən çox qundaq­dakı uşaq götürülməyərək sağ-sağ yollarda tərk etdik. Bu civarda 20 para kənd ermənilər qana boğdular. Ermənilər, öz aralarında kəsici, üzücü, hızarcı, baltacı, yaxıcı diyə iş bölgüsü etmişlərdi...( Gürsoy, 1995: 45). Gülüzardan doğma Abbas oğlu 1328 (1912) doğumlu Sarıqamışın Qarapınar kəndində yaşayan Hacı Rıza Qaraqurdun ifadəsi: Mən balaca idim. O zaman kəndimiz Yoğul Həsəndi. Kən­di­mizdə bir neçə erməni ailesi vardı. Yaxında Muşdan gələcək əqrə­baları ilə bizə günümüzü gös­tərəcəklərini söylədilər. Bunun üzərinə əhali yemək və bol-bol çörək bişirmiş bir gün gecə ikən kəndimizi tərk etmişdik. Ertəsi gün ermənilərin kəndimizi yandırdığını gördük. Yerləşdiyimiz yer yüksək və dağlıq idi. Sonra eşitdik ki, geridə qalan kəndlilərimizi tutub öldürmüşlər (Gürsoy, 1995: 93).

Tarixin ən dəhşətli soyqırımı elə həmin illərdə ermənilər tə­rəfindən törədilmişdir. Naxçıvanda yaşlı nəsil “Osmanlının qırx­düymə topu atılmasıyla ermənilər pərən pərən olub qaçmağa başladı” deyərək gözlərində Kazım Qarabəkir Paşanın ordusu ilə gəlməsini və baş verənləri danışırlar. Bu söhbətlərin tarixi arxivi ilə yanaşı əsrin sonunda bir də yaşaması inasanları dərindən sarsır və sözlü ədəbiyyatda yeni nümunələr yaranmasına səbəb olur.



Eləmi, Qara bağdan,

Yol keçir Qarabağdan.

El-oba viran qaldı,

Köçəndə Qarabağdan (Bünyadov, Həkimov, 2005: 153)
Arpa çayı axmam deyir

Ətrafımı yıkmam deyir

Naxçıvanın igidləri

Şu Dəhnədən çıkmam deyir
Araz çayı axdı getdi,

Ətrafını yıxdı getdi.

Kor olasan Muxtar paşa.

İrəvandan çıxdı getdi (Şamil, 2001: 79)

Savaş mövzulu əfsanələr isə öz mübarizə ruhu ilə daha əhə­miyyətlidir. İnsanları döyüşə ruhlandıran bu nümunələr xalqımı­zın minillik yaddaşına inam və iman hissinə dayanır. Naxçıvanda Culfa rayonunda Göy dağın piri ilə bağlı əfsanədə deyilir ki, elimizə-obamıza hücum edən yağı düşmən qat-qat çox olur. İgidlərimiz var qüvvələri ilə döyüşsələr də artıq düşmənin çox olduğunu görüb dua edirlər. Elə bu zaman Göy dağın arxasından göy atlı peyda olur və yel kimi gələrək düşməni məhv edir. Bu mifoloji obrazla digər folklor nümunələrində də rastlaşırıq. Milli-mənəvi dəyərlərimizdən olan əski inanc sistemində göy atlı obrazı mövcuddur. Maraqlıdır ki xalq yaddaşının şüuraltısında iman və inam hissini ən çətin anlarında sözə çevirərək fikrini ifadə edir. Minillik adətlərimizdən olan yas ənənəçiliyinin bir mərhələsi olan ağıçılıq Qarabağ faciəsinin başlıca ifa və ifadəsini daşıdığı kimi, mübarizə yolunu qorxmazlıq nümunə­ləri ilə ərənlərinin göy Tanrının elçisi adlandıra biləcəyimiz mifik obraz Göy atlı ilə gerçəkləşdirməyi bacarır.

1918-19-cu ildə Vətənin qorxmaz oğullarının milli ruhla dö­yüşkənliyi erməni quldurlarının qırğınlarının qarşısını ala bimiş­di. Vedibasarda Abbasqulu bəy Şadlinski özünümüdafiə dəstələri yaratmış Naxçıvanın müəyyən hissəsini qoruya bilmişlər. Naxçı­vanda Kalbalıxan Naxçıvanski, Hacı Xəlil ağa İmanov silahlı dəstələr yaratmış mərdliklə döyüşmüşdürlər. Amma yenə də böl­gə­də erməni qırğınlarının qarşısı tam şəkildə alına biməmişdir. Ar­tıq Andronikin qoşununun vəhşiliyi nəsilbənəsil söylənmək­dədir. Tarixin bu dəhşətlərini yaşayan, şahidi olmuş yaşlı insan­ların xatirələrindən övladları, nəvələri söyləməkdədir. Azərbay­can türkləri bir əsrdə baba-ata-oğul-nəvə soy ardıcıllığı ilə Vətənində yerdəyişmə, köçkünlük, qaçqınlıq, şəhidlik yaşamış, ruhən psijoloji yaralar almışlar. Tarixçi İ.Hacıyev bildirir ki, regionda hegomon­luğunu qazanmaq naminə Rusiya I Pyoturun dövründən başlayaraq Osmanlı və Səfəvi dövlətlərini daxildən zəiflətmək üçün erməni kartından məharətlə istifadə etmişdir (Hacıyev, 2011: 11). 1918-ci il fevral ayında Ərzincanı erməni quldur dəstələrindən təmizləyən Kazım Qarabəkir Paşana görüb yaşadıqlarını qeydə almışdır. “Ərzincanda erməni zülmünü gördük. Binaların içinə insanlar doldurularaq yandırılmış, içi cəsəd dolu quyuların sayı isə çox idi. Bu mənzərələr Ərzurum və ətrafında nə kimi faciələr yaşandığına sübut idi (Buyruk, 2008: 34). İnsanların quyulara toplanılması faktlarını Ordubad rayonunun yaşlı insanları da söyləyirdilər. Ermənilərin türklərə etdiyi zülmlərə, soyqırımlara söylənən bayatı, ağı rəvayətlər Anadoludan ta Qafqazlara uzanmaqdadır.

Ey ağalar nasıl diyem derdimiz:

Vardı zulüm sonu Arşa dayandı.

Ermeni, İslam”ı kırdı, taladı,

Mazlumlar, amanı, Arşa dayandı
Kalo`nun- Köyünü bastı, ceng açtı

Mitralyoz tüfekle od, ataş saçtı

Ana: Evlat attı, dağ-taşa kaçtı

Sabiler şivanı, Arşa dayandı.



Bir yiğidi: Vurmuş yolda koymuşlar,

Can teslim etmeden, deri soymuşlar,

Cep-cep etmiş, yanlarını oymuşlar,

El cepte, figanı Arşa dayandı.

Bir gelini gördüm: Ayağa kalkmış,

Sandım ki, canı var, yüzüme bakmış,

Kafir mismar ile direğe çakmış,

Mismar, civi ünü, Arşa dayandı (Gürsoy, 1995: 23-24)

Ruslar bütün silahlarını ermənilərə təhvil verməkdə məqsəd­ləri bölgədə türkləri yox etmək idi. Qars, Ərzurum, Sarıqamış, İğdir türk­lərdən təmizlənəcək və buraya ermənilər yerləşməsi ha­lında erməni bəyliyi qurulacaqdı. Məhz bu istəklərinin gözlərində qal­ması səbəbilə xalq arasında şeirlər qoşulmuşdu. Şeir 1983-cü ildə Sarıqamış Xandərə kəndindən Abbas Gülün ağzından toplanmışdır:



Aşağıdan gəlir bir bölük uşaq,

Belinə bağlamış qayıştan qurşaq.

Haşadoran gəlini gəlsin konuşak

Bəylik aldınız mı Ermənilər?

Eşşək oldunuz mu Ermənilər?

Aqop da deyir ki, minbaşıyam, minbaşı,

Çöplüklər üstünə sərildi leşi,

Fışkıyı yedi Sarkiz onbaşı,

Bəylik aldınız mı Ermənilər?

Eşşək oldunuz mu Ermənilər (Gürsoy, 1995: 52-53)

Bu gün müharibə və savaşın yaşatdığı ağrı-acıları xalq, rəvayət kimi danışır. Araşdırmacı Ə.Şamil Naxçıvandakı publisistik fəaliy­yə­ti dönəmində xalqın yaddaşında qalmış xeyli savaş nümunəsi qeydə almış nəşr etdirmişdir. O, “Hayıf ki, əməyi zay Abbasqulu” məqaləsi ilə Abbasqulu bəyi - qeyrətli Qafqaz kişisini, qəhrəman azərbaycan türkünü kövrək şifahi xatirələr işığında əbədiləşdir­mişdir. Onun tarixi-publisistik məzmunlu “Dastanlaşmış ömürlər” kitabında təqdim etdiyi şifahi nümunələr çox əhəmiyyətlidir.



Bizim əsgər maşın yolunu aldı.

Davanın gücünü Vediyə saldı.

Bir hücumla on iki pulemyot aldı.

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf ki, əməyi zay, Abbasqulu.
Müsəlmanlar bürc başına toplaşdı.

Toplar açılanda gözdər qamaşdı.

Ana-bacılar saç yolub ağlaşdı

Onnar sənə qurban, bəy Abbasqulu.

Hayıf ki, əməyi zay, Abbasqulu.
Gavur meydan açıb, atıb oynadır,

Vedinin dağların qana boyadır,

Qəlbimdə düşmənə nifrət oyadır,

Onnar sənə qurban, bəy Abbasqulu (Şamil, 2001: 81)

Şifahi məlumata görə şeir 1921-ci ildə Əfruz adlı qadının dilindən deyilib:



Qırıldı qanadım, qolum yox.

Dörd yanımda düşmənim çox, zalım çox.

Səndən başqa kimsənəm yox, kimim yox.

Məni də qoş, Abbasqulu, dəstənə,

Adım düşsün nəğmələrə, dastana.

At minərəm, ər oğlu ər kimi,

Döyüşlərə girişərəm nər kimi,

Qoruyaram Sədərəyi, Kərkini,

Məni də qoş, Abbasqulu, dəstənə (Şamil, 2001: 82-83)
Nəticə

Naxçıvanda topladığımız çox söhbətlərin başlığı “qaça-qaç” vaxtı, “erməni-müsəlman davası” şəklindədir: “İrəhmətdih qəyna­nam dеr qaça- qaş vaхtıymış. Biz Biləv kəndinnən gеtdih Dizədə bənd aldıх. Əmə Ağacannının başında qadın uşaq arхasında daş оlub” (El sözü, yurd yaddaşı, 2010: 30). Bu səpkili şifahi nümu­nələrin sayını artırmaq olar. Qarsda sözlü ədəbiyyat nümunələri toplayan folklorçu, dosent Kürşat Öncüldən aldığımız şifahi məlumata əsasən bölgə insanları ermənilərin qırğın törətməsini “qaça-qaç dönəmi” deyə adlandırırmışlar. Söyləyicilərin “qaça-qaç” vaxtı deyəndə erməni silahlı dəstələrinin torpaqlarımıza hücumlarını nəzərdə tutur. Yaşlı nəsil ən çox məhz bu ifadəni işlədir. Evlərini tərk edən əhali ya dağlara, ya da qonşu kəndlərə sığınarmışlar. Baş vermiş hadisələrlə bağlı xeyli sayda tarixi faktlar yaşlı nəslin dilindən audio lentə yazılmışdır. Gələcəkdə bu kimi nümunələrin yer, bölgə, tarix, adlar göstərilməklə nəşri çox əhəmiyyət daşıyır.


Qaynaqlar

  1. Bünyadov T., Həkimov M. Qara günün ağı var //Dədə Qorqud elmi-ədəbi toplu, 2005, № I, s. 154-156.

  2. Buyruk H. İğdır ve Yöresinde Ermeni Mezalimi-Erzurum. Ankara: Güneş, 2008, 158 s.

  3. El sözü, yurd yaddaşı. (Toplayıb nəşrə hazırlayan M.İsmayıl). Bakı: Elm, 2010

  4. Görüryılmaz M. Türk Qafqaz İslam Ordusu və ermənilər (1918) Bakı: Qismət, 2008, 408 s.

  5. Gürsoy S. Yaşayanların dilinden Erzurum, Sarıkamış, Kars”ta Ermeni Zulmü (1918-1920) Van 100 Yıl Universitesi Fen-Edebiyat Fakültesi. Yayın No:15, 1995.

  6. Hacıyev İ. Qondarma yolla yaradılan müvəqqəti inzibati-idarəetmə vahidi: “Erməni vilayəti” // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2011, №1, s.11-17

  7. Xalq yaddaşının izləri (Toplayan və nəşrə hazırlayan Məhsəti İsmayıl) Bakı: Elm, 2005, 144 s.

  8. Qəniyev S. 1918-ci il Şamaxı soyqırımı. Bakı: Nurlan, 2003, 203 s.

  9. Şamil Əli. Dastanlaşmış ömürlər. Bakı: Səda, 2001.


EMBODIMENT OF ARMENIANS' CRUELTY

IN FOLKLORE MEMORY

Summary

During the last centuries our people have been psychologically inquired by the horrors of war with Armenia, these feelings and emotions are expressed in the spoken folk literature. In the course of research carried out by us in the region, we have listened to spoken histories of people in the form of legends and then have drawn the conclusion that, despite the enormous tragedy, the spirit of our people are still powerful. Observations people made by us in the process of collection of folklore materials show that a separate subject has been created in our spoken literature. Examples devoted to the theme of refugees and internally displaced persons are created in the genres of our folk-lore such as agy, bayati; these examples are an expression of the spirit of great tragedy occurred in the ethnic consciousness. Samples along with the reflection of the experienced history – the horrors of war, losses, show also how irreparable harm was inflicted by the psychological stress to our people, to their sense of humanity. War not only kills people or makes them physically disabled. It also forms the psychological, spiritual shocks which destroy future generations too.

In the paper is attracted attention to the power of the inner world of Azerbaijani Turks, surviving, despite the physical and moral damage suffered, that is reflected in the examples of spoken literature devoted to the Armenian aggression.

Keywords: legends, folklore, tragedy, bayati, literature

ВОПЛОЩЕНИЕ ЖЕСТОКОСТИ АРМЯН В ФОЛЬКЛОРНОЙ ПАМЯТИ

Резюме

За последние столетия народ получил психологические травмы в результате пережитых ужасов войны с Арменией, эти чувства и эмоции выражены в устной народной литературе. В ходе иссле­дований, проведенных нами в регионе, мы заслушивали устные рассказы людей в форме преданий и пришли к такому выводу, что, несмотря на огромность трагедии, дух нашего народа все еще могуч. Наблюдения за людьми, сделанные нами в ходе сбора фольклорных материалов показывают, что в нашей устной литературе создана отдельная тема. В жанре агы, баяты нашего устного народного творчества созданы образцы, посвященные теме беженцев и вынужденных переселенцев, эти образцы представляют собой выражение духа произошедшей великой трагедии в этническом сознании. Образцы наряду с отражением пережитой истории - ужасов войны, потерь, также показывают, насколько непоправимый вред был нанесен психологическим напряжением народу, его чувству человечности. Война не только убивает людей физически или делает их инвалидами. Она также формирует психологические, духовные потрясения, уничтожающие и будущие поколения.

В статье привлечено внимание к силе внутреннего мира азер­байджанских тюрков, сохранившейся, несмотря на полученный физический и моральный ущерб, что отражено в образцах устной литературы, посвященных армянской агрессии.

Ключевые слова: легенда, фольклор, трагедия, баяты , лите­ратура

Nizami ADIŞİRİNOV
ERMƏNİ - OSMANLI MÜNASİBƏTLƏRİ

VƏ SOYQIRIM MƏSƏLƏLƏRİ
Özət

Ermeniler her zaman türk ulusuna yönelik soyquncu ve hain mua­melerde bulunmuşlar. “Ermeni soykırımı” XIX yüzyılın sonlarına doğru süni olarak ortaya atılan, imperyalist devletlerin çıkarlarına hizmet amac­lı tetiklenen aslı olmayan, tamamen yanlış bir kavramdır. Tarhi olaylar açık şekilde isbat ediyor ki, türklere ve azerilere yönelik en büyük soy­kırımları gerçekleştirenler her zaman ermenilerin kendileri olmuşlar.



Açar sözler: Ermeni, soykırım, sahtekar, işgalcı
Giriş
“Erməni məsələsi” XIX əsrin sonlarından etibarən süni şəkildə meydana çıxarılan, imperialist dövlətlərin məkrli planlarının real­laşmasına şərait yaradan amil qismində istifadə olunur. Ermənilər isə hər zamankı kimi bu məsələdə könüllü şəkildə vasitə rolunu oynamaqla öz məkrli niyyətlərinin gerçəkləşməsinə can atırdılar. Bu “xəstə ideya” uğrunda çarpışmalardan Yaxın Şərqdə, Anado­luda və Qafqazda insanlar əsrlərlə əziyyət çəkmiş və hələ də yeni-yeni zülmlərə düçar olmaqdadırlar. Beləliklə, “Erməni məsələsi”­nin əsas komponentləri olaraq bunları götürmək olar: terrorçuluq, soyqırım və deportasiya, qonşu xalqların mədəniyyət və nailiy­yət­lərini özününküləşdirmək, qonşuların torpaqlarını zəbt edib əhalisini isə qırğına məruz qoymaq, paxıllıq və məkr­lilik, saxta­karlıq, yalançılıq, talançılıq, qərəzçilik və oğurluq, eqoizm”. La­kin ermənilər özlərini dünyaya “əzilən xalq” kimi göstərməyə ça­lışaraq “Anadoluya hökmranlıq haqlarının türklər tərəfindən qəsb olunduğu” fikrini yayırlar [3, 37].

1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra Rusiya və bir sıra Avropa dövlətlərinin iştirakı ilə Berlində imza­lanan müqavilənin şərtlərindən biri Şərqi Anadoluda ermənilərə muxtariyyətin verilməsi idi. Bu, təbii ki, türklərə qarşı olan nifrət və qərəzin nəticəsi idi. I Dünya müharibəsi illərində Osmanlı döv­lətini parçalayaraq aralarında bölüşdürmək məqsədi güdən impe­rialist güclər prosesi sürətləndirmək məqsədilə erməniləri onlar üçün dövlət qurulacağı vədi ilə şirnikləndirdilər. Osmanlı ordusu bir tərəfdən cəbhədə Rusiya ordusu və ona qoşulan erməni xəya­nətkarlarına qarşı savaşarkən, digər tərəfdən bir çox türk kəndlərini yerlə-yeksan edən, əhalisini qətlə yetirən, orduya ləvazi­mat aparan karvanlara hücum edən erməni silahlı quldur dəstələri ilə mübarizə aparmalı idi. Dövlətin cinayətkarlara qarşı gördüyü tədbirlər isə beynəlxalq aləmə “ermənilərin qətlə yetirilməsi”, “təzyiqlərə mə­ruz qalması” kimi təqdim olunur, bununla da “ermə­ni məsələsi” sü­ni olaraq qabardılırdı. Bu işdə erməni kilsələri xüsusi fəallıq nü­mayiş etdirərək, həm ideoloji təbliğat mərkəzi, həm də cəbbəxana rolunu icra edirdi [4, 124]. 1880-ci illərdən başlayaraq, Şərqi Ana­doluda erməni komitələri qurulmağa başla­yır. Osmanlı sərhəd­lərin­dən kənarda erməni terrorçu təşkilatları quruldu. Belə ki, 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-cı ildə Tiflisdə daşnak komitələri yaradıldı. Bu terrorçu təşkilatlar “Anadolu torpaqlarının və Osman­lı ermənilərinin xilas edilməsi” vəzifəsini qarşılarına məqsəd qoy­muşdular. Ermənilərin ilk üsyanı 1890-cı ildə Ərzurumda ger­çək­ləşdi. Bunun ardınca, həmin il Qumqapı nümayişi, 1892-93-cü illərdə Kayseri, Yozqat, Çorum və Merzifon hadisələri, 1894-cü ildə Sasum üsyanı, Zeytun üsyanı, 1896-cı ildə Van üsyanı, 1903-cü ildə ikinci Samsun üsyanı, 1909-cu ildə Adana üsyanı sıralandı. Təkcə 1895-ci il ərzində Osmanlı imperiyasının Anadolu bölgə­si­nin 24 mühüm şəhərində mütəşəkkil olaraq eyni vaxtda və bəzən bir-birinin ardınca “Hnçak” və digər erməni komitələri üsyanlar və iğtişaşlar həyata keçirdilər. 1895-ci ilin iyulunda İstanbulda hnçak­çılar müsəlman uşaqların oxuduğu məktəbi, 30 evi, 20 dükanı, avqust ayında Amasiyada 58 evi, 165 dükanı yandırdılar. Mənbə­lərə görə, təkcə 1895-ci ildə öldürülən­lərin sayı 10617 nəfər olub. Üsyan adlandırılmasına baxmayaraq, er­mənilərin türklərə qarşı törətdikləri əməllər faktiki olaraq soy­qırımı idi. 1895-1896-cı illərin Zeytun qırğınında iştirak edən bir erməni gündəliyində qeyd edir: “Üsyan ərzində türklər 13 min əs­gər, onlarla bərabər 20 min dinc insan itirdilər, biz isə 125 nəfəri itirdik”.

Ermənilərin özbaşınalığı o səviyyəyə çatmışdı ki, hətta 1905-ci ildə Sultan Əbdülhəmidə qarşı da sui-qəsd törətmişdilər. Erməni komitələri bəzi hallarda erməni əhalinin özünə zülm edərək, yaxud onların qaniçən əməllərinə qarşı çıxan erməniləri qətlə yetirərək, daha sonra günahı türklərin üzərinə atmağa çalışırdılar. I Dünya müharibəsi illərində, “Böyük Ermənistan” xülyası ilə Osmanlı döv­lətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərin özba­şınalığı daha da artdı. 1915-ci ildə rus orduları Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ər­zin­can, Qars və bir çox başqa vilayətlərdə amansız qırğınlar törət­dilər. Ermənilərin həmin dövrdə Anadoluda bir milyondan artıq türkü qətlə yetirməsinə baxmayaraq, Osmanlı rəhbərliyi xəyanət­kar quldurlara qarşı sərt cəzalandırma üsullarına əl atmadı. Əvvəl­cə, 1915-ci il aprelin 24-də ölkədə qarışıqlıq yaradan, erməniləri silahlandıraraq, türklərin yaşadığı kəndləri məhv etməyə yönəldən erməni komitələrinin fəaliyyəti dayandırıldı. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunan komitələrin 2345 nəfər rəhbəri və fəal üzvü həbs olundu. Göründüyü kimi, ermənilərin bütün dünyaya car çəkərək qondarma “erməni soyqırımı”nı anma günü kimi qeyd etdikləri 24 aprel tarixi, əslində, dövlətə xəyanət edən, dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədən erməni komitələrinin aparıcı şəxslərinin həbs olunduğu gündür. Bu tarixin, hətta ermənilərin “soyqırımı” kimi təbliğ etdiyi köçürülmə tədbiri ilə də birbaşa əlaqəsi yoxdur. [3, 110].

Osmanlı hökuməti 27 may 1915-ci ildə onların müharibə zona­sından uzaq ərazilərə - Anadolunun içərilərinə, eləcə də, Su­ri­ya­ya köçürülməsini nəzərdə tutan qərar qəbul etdi. Qanunda qo­yulan şərtlər və tələblər Osmanlı dövlətinin xəyanətkar topluma münasi­bətdə humanist mövqeyini gözlər önünə sərir. 27 may 1915-ci il tarixli “Təhcir” (“Köç”) qanunu ilə nəzərdə tutul­muşdu: 1) Köçürül­məsi lazım bilinənlər gedəcəkləri yerlərə qədər təhlükəsiz şəkildə aparılacaqdır; 2) Yollarda onların rahatlıqları, can və mal təhlükəsiz­likləri təmin olunacaqdır; 3) Getdikləri yer­lərdə tam yerləşdirilmə­lərinə qədər özlərini köçkün ödənişindən, güzəranlarını və yeyib-içməklərini təmin etmək üçün hər cür yardım ediləcəkdir; 4) Maddi vəziyyətlərinə uyğun olaraq onlar mal və ərazi ilə təmin olunacaqlar; 5) Hökumət tərəfindən ev tikiləcəkdir; və s. Qərarın Osmanlı dövlətinin olduqca çətin vəziyyətdə olduğu bir vaxtda qəbul edilməsinə baxmayaraq, hökumət böyük miqdarda xərc tələb edən bu tədbirləri sistemli şəkildə həyata keçirdi. Lakin ermənilər həmin dövrdən bu hadisəni “soyqırımı” kimi qələmə verməyə başladılar.

Tarixi faktlar onu göstərir ki, əsl soyqırımını məhz ermə­nilər törədiblər. Bəlli olduğu kimi, ermənilər 1905-1907-ci illərin kütləvi qətliamlarından sonra 1918-ci ildə böyük miqyasda qır­ğınlar həyata keçiriblər. 1917-ci il dekabrın 18-də imzalanmış Ər­zincan müqaviləsinə görə, Anadoludan qayıdan rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələrinin 5000 əsgəri Bakıya gəlib. Tarixçilərin qənaətinə görə, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng də məhz Bakıya yerləşdirilən erməni hərbçilərinə verilib.

Bu hərbi qüvvələr məhz azərbaycanlıların soyqırıma məruz qalmasına yönəlmişdi [1,98] Beləliklə, 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib. Erməni daşnak-bolşevik hərbi birləş­mə­ləri Şamaxını işğal etdikdən sonra Quba qəzasında da azərbaycan­lıların soyqırımına başlayıb. Yeri gəlmişkən, Qubada baş vermiş soyqırımını təsdiq edən ən tutarlı faktlardan biri də rayonda aşkarlanmış kütləvi məzarlıqdır. Faktlar sübut edir ki, 1918-ci ilin ilk aylarından Quba qəzasında müsəlman əhalisinə qarşı həyata keçirilən qırğınları faciə adlandırmaq vəhşiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qo­caların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz bir hadisə idi. Tarixçilərin də qeyd etdikləri kimi, 1918-ci ildə mart soyqırımının həyata keçirilməsi sırf siyasi məqsədlərə xidmət edirdi. Bu qırğınların əsas məqsədi Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaqdan ibarət idi. Bolşevik rejiminə rəhbərlik edən Şaumyan Cənubi Qafqazda “Böyük Ermənistan” dövləti yaratmaq üçün bütün imkanlarını işə salmışdı. Erməni daşnak qüvvələri bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törədiblər. Təbii ki, bu qırğınlar təkcə Şamaxı və Quba ilə tamamlanmayıb. Soyqırımı Azərbaycanın bütün bölgələrini əhatə edib. Hətta Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilib. Ermənilər həmin dövrdə Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı təkcə Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin 25-30 min olduğu qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, azərbaycanlıların ermənilər və onların havadarları tərəfindən qətlə yetirilməsi, soyqı­rı­mına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. Qeyd edək ki, xalqımıza qarşı soyqırımlar törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbay­cana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu öndər Heydər Əliyev buna imkan verməyib [2, 145].

1988-ci ildən isə mənfur qonşularımız yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib və bu gün həmin təcavüzün nəticələri davam etməkdədir. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağda Xocalı şəhərində XX əsrin ən dəhşətli Soyqı­rımlarından birini törədiblər. Ermənistanın silahlı qüvvələri Xan­kəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirib, 8 ailə tamamilə məhv edib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Bütün bu faktlar onu göstərir ki, əsl soyqırımı məhz ermənilər tərəfindən törədilib.

1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə