AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə13/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

2.2. Ermənilərin ədəbiyyat vasitəsilə süni tarix yaratma cəhdləri

Ədəbiyyat, bədii əsər tarixdən fərqli olaraq dəlil və sənədlərə istinad etmək məcburiyyəti daşımır. Ədəbiyyat gerçək tarixi hadisə­lərdən faydalana bilər, müəyyən tarixi xronikanın bədiiləşdirməklə, gözəl bir sənət əsərinə çevirə bilər. Lakin bədii əsər tarixin funksi­yasını daşıya bilməz. Hiss və duyğularla mayası yoğrulan gerçək ədə­biyyat heç zaman tarixin taxtına göz dikməz. Lakin yuxarıda da, qeyd etdiyimiz kimi, ermənilər üçün bədii ədəbiyyat ən uğurlu təb­liğat vasitələrindən biridir. Bədii əsər – qurmaca ədəbiyyat vasitə­silə süni şəkildə belə tarix yaratmağa cəhd göstərirlər. Buna necə nail olur­lar? Bunun üçün ermənilər vizual effekt və yönləndirici ki­tab annotasiyalarından yararlanırlar. İstənilən bədii əsərin öz oxu­cusu ilə ilk görüşü həmin əsərin üz qabığı vasitəsilə olur. Oxunma­mış, açıl­mamış səhifələrdən öncə üz qabığı ilə tanışlıq istər-istəməz oxucunu əsərin mətni ilə bağlı ön informasiya ilə yükləyə bilir. Oxu­cu mətni oxumağa müəyyən mənada “hazırlanmış” şəkildə baş­layır. Məsələn, yəhudi əsilli Frans Verfelin “Musa dağında 40 gün” əsərinin arxa üzün­də “Saturday Review”dən bir sitat verilir. “1915 …ermənilər üçün qaranlıq bir il. Böyük Müharibə Avropanı savu­rurkən, Xəzər dənizinin qərbində qədim. Dağlıq bölgədə Müsəlman Türklər Xrsi­tian təbəələrini bir şəkildə yox etməyə başladı. Yaşan­mış tarixi və yaşanmış tarixi hadisələrə əsaslanan bu həyəcan verici roman Qab­riel Baqradyanın hekayəsini anladır”. Bu informasiyanın verilməsinə yalnız bir məqsəd var. Oxucunu bədiilik adı ilə “yalan­çı tarix”ə inan­dırmaq. Mişelin Markomun “The Day Dreaming Boy” kitabının iç üzündə əsər “türkürpərdən tarixi gerçəklər” şək­lin­də təqdim olu­nur. “Black Dog of Fate” adlı əsərin cild qabığında iki fotoşəkil öz əksini tapıb: Amerikalı erməni əsilli uşaqların beyz­bol formaları ilə çəkdirdiyi şəkil və ermənilərin sürgünə göndə­ril­məsi ilə bağlı başqa birşəkil. Şəkillərə belə bir cümlə də əlavə olu­nub:Amerikalı bir gənc erməni keçmişini kəşf edir. Elə həmin kita­bın iç üzündə sözdə e.ə 500-cü ilə aid, və ermənilərin arzusunda olduğu şərqi Anadolu tor­paqlarını da əhatə edən xəritə təsvir olu­nub. Ümumiyyətlə, bədii əsərlərin üz qabığından və annotasi­ya­sında süni tarix yaratmaq məq­sədi ilə istifadə edən ermənilərin bu ənənəsi, həmin əsərlərin daxi­lində də müşahidə olunur. Tez-tez, yerli-yersiz ətək yazılarından istifadə, bu yazılarda süni erməni tarixinə aid məlumatların yerləş­di­ril­məsi həmin əsərlərin səciyyəvi cəhətlərindəndir. Gerçək effekti oyat­maq məqsədilə, fotoşəkil və xəritələrə müraciət edilməsi, məsə­lənin mahiyyətindən bixəbər oxucunu qondarma erməni soyqırımını inandırmaq üçün atılmış, çox təəsüf ki, düşünülmüş addımdır.


Nəticə

Təbii ki, tarixi hadisələrin düzgün işıqlandırılması problemi bu gün bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. Azərbaycan xalqının həyatında isə elə böyük tarixi faciələr var ki, onlar haqqında hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazı­mi səviyyədə məlumatlanmasına ehtiyac var. XIX əsrin ikinci ya­rısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmışdır. Azərbaycan, Türkiyə və Gür­cüstan ərazisində «Böyük Ermənistan» dövləti qurmağa niyyətlə­nən ermənilər «Daşnakstyun» (1880, Tiflis), «Erməni vətənpər­vərləri ittifaqı» (1885, Nyu-York), «Qncaq» (1887, Cenevrə) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdirlər. Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Bunun nəticəsində ermənilər ötən illər ərzində özlərinin saxta iddialarını ictimailəşdirməyə, «erməni soyqırımı» adlı avantüranı geosiyasi amilə çevirməyə cidd-cəhdlə çalışmışlar. Lakin tarixi faktlar onu göstərir ki, öz havadarlarına arxalanan ermənilər bu faktları dünya ictimaiyyətindən gizlətsələr də, tarix bu faktları çağdaş zəmanə­mizə qədər qoruyub saxlamışdır.Bugün ermənilərin gerçək kimli­yini dünya ictimaiyyətinə çatdırmaq, “erməni soyqırımı” iddiasının yalan olduğunu mövcud mənbələr əsasında sübuta yetirmək vacib­dir. Məqalədə vurğulanır ki, ermənilərin türklərə qarşı soyqırım siyasətinin kökləri onların olmayan “keçmişində” gizlidir. Eyni zamanda ermənilərin etno-milli şüur və təhtəl-şüur səviyyəsində türklərə qarşı bu qədər qərəzli mövqe tutmasının kökündə paxıl və aciz qul psixologiyası dayanır. Müasir erməni ədəbiyyatı da bunun əyani sübutudur. Ermənilər tarixdə itirdiklərini, ədəbiyyatda bərpa etməyə çalışırlar. Tarixi həqiqətləri təhrif edərək, süni şəkildə ye­nidən erməni tarixi yazarkən, əslində bir şeyi unudurlar: ədəbiy­yatın tarix fənninin yerində olmaq kimi bir iddiası yoxdur.




Qaynaqlar

  1. Adnalı Zamin Qafar. (2015) Haylar kimdir?16 tipdən və 72 xalqdan törəyən əcdadsız xalq. http://multi.az/16-tirden-ve-72-halqdan-toreyen-esdadsiz-halq-arasdirma.html#.VSX37emJjIU

  2. Balakian Peter (1997)Black Dog of Fate. New-York. Basic books, 289 p

  3. Hartunian Abraham H., (1968) Neither to Laugh nor to Weep: A Memoir of the Armenian Genocide, Translated from the Original Ar­menian Manuscripts by Vartan Hartunian. Boston, Beacon press, 206 p.

  4. Gəldim, gördüm,...mənimsədim (2009) (Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında) Azərbaycan Respublikasi Müəllif hüquqlari agentliyi, Bakı,

  5. İsmayılov Hüseyn (2010) Tariximizin oğruları - ermənilər "Ağrıdağ tarixən türk dağı olub, bu gün də belədir" Xalq Cəbhəsi, 27 oktyabr.- S.14.

  6. Mehdiyev Ramiz (2014) Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində. Azərbaycan, 24 sentyabr.- S.6-8.

  7. Micheline A.Marcom (2001) .Three apples fell from heaven. New-York, Riverhead books,288p

  8. Micheline A.Marcom (2004) The Day Dreaming Boy New-York, Riverhead books

  9. Qafarov R. O. (2010) Azərbaycan türklərinin mifologiyası (qay­naqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası). Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı.. 60 s

  10. Sezgin Mahmut Niyazi (2015) Anadolu Türklüğünün Kayıp Halkası:Gregoryen Türkler. http://www.2023.gen.tr/kasim05/8.htm

  11. Tuncay Bəxtiyar. (2010) Qafqaz albanlarinin dili və ədəbiyyati Bakı, Qanun nəşriyyatı, 2010, 368 səh.

  12. Tuncay Bəxtiyar. (2012) Mif və etnogenez. https://bextiyartuncay.wordpress.com/2012/03/09/mif-v%C9%99-etnogenez/

  13. Werfel Franz .(2002)The Forty Days of Musa Dagh. Da Capo Press, 824 p.


ETHNIC-PSYCHOLOGICAL ROOTS OF GENOCIDE POLICY, CONDUCTED BY ARMENIANS AGAINST TURKS

Summary

In this paper the reasons of tragedies and sufferings,lived by Azerbaijani people area analysed. All these tragedies became the result of ethnic cleansing and genocide policy, conducted by Armenians last two centuries in Caucasus. All these reasons are analysed in ethnic-psychological aspect. The author underlines, that if we want to expose the genocide policy of Armenians all over the world, we cannot limit by historical documents publishing, it will not be enough. It’s necessary to clear up the matter of genocide psychology. As a mater of fact, the genocide fact cannot be considered as any unexpected action, created of themselves. These actions are acted with special cruelty and are incompatible with humanity. Really, the genocide is phenomenon, based on mass fears, and include superstitions, elements of mythic and ethnical mentality , which are put into conscious and subconscious artificially. So, the main aim of this article is detecting of armenians’ turk phobia roots, which is basis of their wish to consolidate their position in international scene by means of fictional “ genocide of armenians” . It is displayed in modern armenian literature in different forms, and analyses of those forms is also presented in the article.



Keywords: genocide, turk-phobia, national identity, mass psychology, ethnic-mythic mentality, literature
ЭТНО-ПСИХОЛОГИЧЕСКИЕ КОРНИ ПОЛИТИКИ ГЕНОЦИДА, ПРОВОДИМОЙ АРМЯНАМИ ПРОТИВ ТУРОК

Резюме

В статье разбираются причины тяжелых лишений, страданий и трагедий, пережитых азербайджанским народом в результате поли­тики геноцида и «этнической» чистки, целенаправленно проводимой армянами на протяжении двух последних столетий на Кавказе. Ука­занные причины анализируются в этно-психологической плоскости. Для раскрытия перед мировой общественностью политики геноцида, проводимой армянами по отношению ко всем тюркам, опубликова­ния исторических фактов недостаточно. Наряду с раскрытием ар­хивных данных также необходимо раскрыть суть психологии гено­цида. В статье подчеркивается, что неожиданное, непредсказуемое совершение факта геноцида - понятия, несовмес­тимого с человеч­ностью, и совершаемого с особой жестокостью- не представляется убедительным. На самом деле это есть длительный, этно-психо­логический процесс, охватывающий массовые страхи, поверья, искусственно впитываемые в сознание и подсознание, элементы мифо-этнического мышления. Основной целью доклада является выявление корней армянской тюркофобии, лежащей в основе их желания упрочить свое место на международной арене посредством несуществующего «геноцида армян», определение форм, в которых эта политика проявляется в современной армянской литературе.



Ключевые слова: геноцид, тюркофобия, национальное «я», психология массы, этно-мифическое мышление, литература



Mehman HƏSƏNOV
REPRESSİYA BƏDİİ ƏDƏBİYYATDA

(Çingiz Aytmatovun“Çingiz xanın ağ buludu” əsəri əsasinda)
Özət

Çingiz Aytmatov “Gün var əsrə bərabər” romanının davamı olan “Çingiz xanın ağ buludu” povestində XIII əsrdə Çingiz xanın imperiyası ilə XX əsrdə qurulmuş SSRİ-ni müqayisə edir, Stalini 1937-1938-ci illər repressiyasına görə ittihaam edir. O, əsrlər öncə Çingiz xanın apardığı imperialist müharibələrlə Stalinin işğal siyasətinin eyni olduğunu bildirir. Obrazlar vasitəsilə povestdə insanların arzu və istəklərinin imperiya tərəfindən məhv olunduğu təsvir olunur.



Açar sözlər: Çingiz Aytmatov, SSRİ, Çingiz xan
Giriş

Ötən əsrin 20-ci illərində Orta Asiya və Qafqazda işğalı başa çatdıran SSRİ get-gedə daha sərt addımlar ataraq sürgünlər, qətllər, həbslərə və milli əhəmiyyət kəsb edən hər kəsə və hər şeyə qarşı mübarizəyə başladı. Bu amansız vəhşiliyin zirvəsi 1937-1938-ci illərdə edilən qətliamlar oldu. Doğrudur, bu qətliamlarda sovet ideoloji sisteminə zidd düşüncəyə sahib olduqları üçün yerli ruslar da öldürülüblər. Amma SSRİ-nin yerli ruslara qarşı törətdiyi bu kimi hadisələr sırf ideoloji mahiyyət kəsb edirdi. Digər xalqlara, xüsusən də, türklərə qarşı törədilənlər həm ideoloji, həm də milli xarakter daşıyırdı. Çünki sovet ideologiyasına xidmət edən, müxtəlif vəzifə daşıyan insanlar da bu repressiyanın qurbanı oldu. Yəni səbəb təkcə ideologiya deyildi. Öldürülən türklərə qarşı pantürkist damğası vurulurdu. Çar Rusiyası dövründə başlayan və böyük sürətlə inkişaf edən milli-maarifçi hərəkat və bu hərəkatın öncülləri, rəhbərləri öldürüldülər. Beləliklə bir nəsil türk ziyalısı amansızcasına məhv edildi. 50-ci illərə qədər bu mövzuda nəinki yazmaq, qurbanların ailələrinə salam vermək belə təhlükəli hesab olunurdu. Yalnız 1953-cü ildə Stalinin ölümündən sonra onların bir qismi bəraət ala bildi.

Ç. Aytmatov “Gün var əsrə bərabər” romanında başladığı repressiya mövzusunu “Çingiz xanın ağ buludu” povestində davam etdirmişdir. Onun bu mövzuya müraciət etməsi heç də təsadüfi deyildi. 1938-ci ildə 10 yaşlı Çingizin atası Torequl Aytmatov da bir gecədə aparılıb güllələnmiş və o, həyatında bu itkinin acı nəticələrini yaşamağa məhkum olmuşdur.

Repressiya illərində Qırğızıstanda 137 nəfər güllələnmişdir. 1991-ci ildə toplu qəbir açılanda yalnız onlardan yalnız bir nəfərin, Torequl Aytmatovun şəxsiyyətini müəyyən etmək müm­kün oldu. Aytmatov “Ana tarla” əsərinin epiqrafında atası ilə bağlı Çingiz Aytmatov yazırdı: “Ata, bilmirəm harada dəfn olun­musan. Bunu sənə, Torequl Aytmatova ithaf edirəm”(1,7).

“Çingiz xanın ağ buludu” povestində Ç. Aytmatov əsas qa­yəni iki müxtəlif tarixi məkan və zaman kontekstində təsvir et­miş­dir. İki hissədən olan əsərin birinci hissəsində yazıçı “Gün var əsrə bərabər” romanında Abutalıb Kutubbayevlə başladığı hadi­sələri povestdə davam etdirmişdir. Sarı-Özəkdə xalq əfsanə və rəvayətlərini toplayan Abutalıb axtarış zamanı tapılan “Manqurd” və “Sarı özək qurbanları” adlı əfsanələrə görə ittiham olunur. Onu əfsanələri yazmaq, ata dilini canlandırmaq, millətin assimili­ya­siya olmasını qarşısını almağa çalışmaq, hakimiyyəti pisləmək və fərdlərin maraqlarını dövlətin maraqlarından üstün tutduğuna görə günahlandırırlar. Çingiz Aytmatov Abutalıbın timsalında günahsız yerə güllələnən minlərlə türk ziyalısının ümumiləşmiş obrazını yaratmışdır. O, təsvir etdiyi hadisələrin fonunda dünyaya millətinin başına gətirilən faciələri göstərməyə çalışdı və bunu bacardı: “Yerüstünün Sarı-Özəyindəki insanların iztirab və duy­ğu­larına az qala yüz ildir biganə qalan dünya türkün faciəsinə yalnız Ç.Aytmatovun qələminin hesabına əhəmiyyət verməyə başladı. Ç.Aytmatov XX yüzillikdə sovet ideoloji qiyamətində yaşayan türklərin çəkdiyi zülmü ümumbəsinin ortaq faciəsi kimi tanımağa müvəffəq oldu” (4,60).

Abutalıb tutularkən Yedigeyə övladlarına Aral haqqında danış­mağı vəsiyyət edir. Onun topladığı əfsanə və rəvayətlər xalqının keç­mişi, yaddaşı idi. Rejim Abutalıbı məhv etməklə millətin keç­mişini silməyə, Çingiz Aytmatovun təbiri ilə onu manqurda çevi­rməyə çalışırdı. “Manqurd” əfsanəsində juanjuanlar XX əsrdə elə Stalin rejiminin özü idi, Tansıkbayev isə əfsanədə manqurda çevr­ilən Jolamanın müasir formasıdır. Sovet dövründəki ideoloji yasa­qlar həqiqətləri ifadə etməyi qadağan etmişdi. Buna görə də əs­ər­lərdə hadisələri müəyyən kodlarla təsvir etmək, hadisələri tarixi za­man və məkanda əks etdirmək yazıçılar üçün bir üsul idi. Abutalıb öz övladlarının timsalında xalqının gələcəyi milli dəyərləri uğrunda mübarizə aparırdı. Onun xalq təmsillərini və əfsanələrini toplama­sını iqtidar əleyhinə fəaliyyət olaraq qiymətləndirilmiş və ingilis-yuqoslav birlikləri ilə əməkdaşlıqla günahlandırılaraq həbs edil­miş­dir. İttiham irəli sürən Tansıkbayev o dövrdə Azərbaycanda Hü­seyn Cavidə, Mikayıl Müşviqə, Özbəkistanda Abdurrauf Fit­rətə, Çolpana və başqa ziyalılara böhtan atan, onların günahsız yerə ölümünə bais olan tipik obrazdır. Tanksıkbayev gecə-gündüz Abu­talıba qarşı “ittihamlar” haqqında düşünür. Abutalıb onun üçün və­zifədə bir pillə yüksəlmək üçün vasitədir. Bir insanın taleyi, onun fiziki məhvi üzərində öz vəzifəsində yüksəlmə arzuları həyata keçirən Tansıkbayev sovetizmin mahiyyətinin göstərcisidir. Əsərdə Tansıkbayev sovet dövlətinin mahiyyətini olduğu kimi açıqlayır: “Dövlət belə bir sobadır ki, onun odunu yalnız insandır. Yandı­rılacaq insan olmasa soba sönər. Sönən yanmayan bir sobanın heç bir faydası yoxdur. Amma bir tərəfdən də insanlar dövlət olmadan yaşaya bilməzlər. Sobanı alovlandıran və yandıran onlardır Ocaq­çının peşəsi oda odun atmaqdır. Hər şey məhz bunun üzərində qurulmuşdur”(2, 36).

Çingiz Aytmatov roman içində roman yaratmaqda mahir usta­dır. Abutalıbın başına gələn hadisələrlə bərabər Çingiz xanla bağlı müdhiş əfsanədən bəhs edir. Çingiz xanın Qərb səfəri zamanı kahinin ona Göy Tanrı tərəfindən buludun verildiyini deməsi, Çin­giz xanın minbaşı və onun yoldaşının qətlinə fərman verməkdə bu­ludun onu tərk etməsi təsvir olunur. Digər əsərlərində olduğu kimi Ç Aytmatov bu povestində də buludun timsalında türk mifologiya­sın­dan uğurla yararlanmışdır. Çingiz Aytmatov əsərlərində mifo­logiya ilə əlaqədar olaraq belə yazmışdır: “... Mifiologiya, nağıllar, əfsanələr, qədim insanların yaşadığı hadisələr, qulaqdan-qulağa gələn zənginliyimizdir. Qədimdən bizə qalan mədəni zənginlik­lər­dir. Onlarla bu günki texnologiya arasında bir əlaqə qurmaqda fayda görürəm. Onun üçün mən və mənim kimi yazıçılarda tarixdə başımıza gələn, xalqın təcrübələrini və tarixini izah edən bu cür zənginlikləri kitablarımızda istifadə edirik.” (5,425).

Çingiz Aytmatov qəddarlığına görə Çingiz xanla Stalini müqayisə edir. Çingiz xanın orta əsrlərdə apardığı imperialist müharibələrlə Stalinin XX əsrdə etdiklərini eyniliyini vurğulayır. Yazıçı bir müsahibəsində bu mövzuyla bağlı belə demişdir: “Totalitarizm hər dövrdə eynidir. Bu baxımdan Çingiz Xanla Stalin arasında heç bir fərq yoxdur. Diqqət etsəniz, “Çingiz xanın ağ buludu” povesti özündə universal bir ölçü daşıyır” (3).


Nəticə

1950-60-cı illərdə ədəbiyyata gələn Çingiz Aytmatov sovet ideologiyasının mahiyyətindən, onun digər imperiyalar kimi tarixə gömüləcəyindən yazmağa başlayır. O, İkinci Dünya müharibəsini müharibəni vətən uğrunda savaş kimi deyil, iki xəstə təfəkkürlü insanın, Hitler və Stalinin, onların bolşevizm və nasizm adı altında dizyn olunan ideologiyalarının savaşı kimi qiymətləndirir. Müharibədən yazarkən daha çox arxa cəbhədə yoxsulluğun, “qara kağız”la gələn fiziki itkinin insanların mənəvi dünyasında yaratdığı uçurumu təsvir edir. Abutalıb obrazının timsalında repressiyanın ümumi mənzərəsi aydınlaşır. Dünya bu faciəninin mahiyyətini Çingiz Aytmatov əsərləri ilə daha aydın şəkildə görmək imkanı qazanır.


Qaynaqlar

  1. Aytmatov Çingiz. Seçilmiş əsərləri. İki cilddə birinci cild. Bakı, Öndər, 2004

  2. Aytmatov Çingiz. Seçilmiş əsərləri. İki cilddə ikinci cild. Bakı, Öndər, 2004

  3. Aytmatov Çingiz. "Bulut Cengiz Hana Niçin küstü?" (Mülakat: Beşir Ayvazoğlu), Türkiye Gzt. 13 Mayıs 1992

  4. Azər Turan. Çingiz Aytmatovun ağ buludu. Çingiz Aytmatov Çingiz Türk ruhunun qələbəsi, Bakı: 2013, s. 58-65

  5. Gülsine Uzun. Cengiz Aytmatov un eserlerinde falcılık. Keha­net ve rüya motifi, Uluslararası Sosyal Araştırmalar Dergisi, s. 424 434


REPRESSION IN LITERATURE

(based on the work “Genghis Khan’s White cloud" by Ch.Aitmatov)

Summary

Chinghiz Aitmatov, in the story “Genghis Khan’s White cloud" which is a sequel to his novel “The Day Lasts More than a Hundred Years", compares Genghis Khan's empire built in the XIII century with the USSR established in the XX century, furthermore, accuses Stalin of the repression in 1937-1938 years. He indicates the sameness of Genghis Khan’s imperialistic wars happened centuries ago and Stalin’s occupant policy. Death of dreams and desires of people by the empires is described in the story through the characters.

Key words: Genghis Khan, Chinghiz Aitmatov, USSR


РЕПРЕССИЯ В ХУДОЖЕСТВЕННOЙ ЛИТЕРАТУРЕ

(на основе повесте "Белое облако Чингисхана" Ч.Айтматова)

Резюме

Чингиз Айтматов, в повести "Белое облако Чингисхана", кото­рая является продолжением романа "И дольше века длится день", сравнил империю Чингисхана, созданную в XIII веке с СССР-ом, созданным в XX веке, обвинил Сталина в репрессиях в 1937-1938 годах. Он сравнил империалистические битвы Чингисхана, кото­рые состоялись несколько веков назад, с действиями Сталина в двадцатые века. Уничтожение желаний и мечты людей империями изображается в повести с помощью образов.



Ключевые слова: Чингисхан, Чингиз Айтматов, СССР

Məhsəti İSMAYIL
FOLKLOR YADDAŞINDA

ERMƏNİ QƏDDARLIĞININ TƏCƏSSÜMÜ
Özət

Xalq son yüzilliklərdə yaşadığı erməni vəhşətindən psixoloji trav­matik yaralar almış, bu hiss və duyğularını sözlü ədəbiyyatda ifadə etmişlər. Bölgədə apardığımız araşdırmalar sırasında insanların rəvayət xarakterli sohbətlərini dinlədikdən sonra bu qənaətə vardıq; faciənin böyüklüyünə baxmayaraq xalqımızın mənəvi əzmi daha da qüdrətlidir. Toplamalar və xalqı müşahidə tipli çalışmalar sözlü ədəbiyyatımızda ayrıca bir bölümün yarandığını göstərməktədir. Şifahi xalq ədəbiy­yatımızın ağı, bayatı janrında ayrıca bir də qaçqın və köçkün mövzulu nümunələr yaranmışdır ki, bu nümunələr etnik düşüncədə baş verən faciənin ağır ruhunu sərgiləməkdədir. Nümunələr yaşanmış tarixin- müharibənin dəhşətlərini, itkilərini göstərməklə yanaşı insani duyğuların, psixoloji gərginliyin xalqa nə kimi zərərlər verdiyini göstərmiş olur. Savaş insanları tək fiziki cəhəttən öldürmür, şikəst etmir. Gələcək nəsillərə də ötürüləcək psixoloji, mənəvi sarsıntıları formalaşdırır.

Məqalədə şifahi ədəbiyyatın erməni zülmünü ifadə edən örnəklə­rində fiziki və mənəvi zərbə almasına rəğmən azərbaycan türklərinin daxili aləmindəki gücünə diqqət çəkilir.

Açar sözlər: əfsanə, foklor, faciə, bayatı, ədəbiyyat
a) Şifahi yaddaşdakı nümunələr

Xalq, duyğularını ifadə etdiyi nümunələrdə bütöv obrazlı ha­disələrlə dolu canlı tarix yaradır. Onun psixoloji duyumu, arzu­su, istəyi epik və lirik növ nümunələrdə sərgilənməklə gələcək nəsillə­rin söz yaradıcılığına da təkan verir. Məlum olduğu kimi şifahi xalq ədəbiyyatı nümunələrində bir cığır-iz də yaranmışdır ki, bu xalqın son yüzilliklərdə yaşadığı ağır hadisələri və aldığı travmatik yaraları ifadə etməkdədir. Ermənilərin bitməyən torpaq istəkləri Azərbaycan türklərinin zaman-zaman sıxışdırılaraq torpaqlarından qovulması, vətəndən vətənə mühacirət, olmazın işgəncələrinə mə­ruz qalan insanların can və ürək ağrı-acılarını sözə- bayatıya, ağı­ya, əfsanəyə, rəvayətə nağıla çevrilməsinə səbəb olmuşdur. Bu söz­lü mətnlər xalqın son iki əsrdə yaşadığı psixoloji gərginliyi ilə yanaşı onun yurda bağlılığını, mübarizliyini, qəhrəmanlığını da ifadə edir.



Dərə olsun, dağ olsun,

Ömrün bağça bağ olsun,

Qoy şəhidi biz olaq,

Təki Vətən sağ olsun! (Bünyadov, Həkimov, 2005: 157).

Ağılar insanların kədər, qəm, qüssə, nisgilini bildirməklə yanaşı hadisənin törəmə səbəbləri, zaman, məkan haqqında da dolğun məlumat verir. Tarix və yaşananlar insanları kədər notları üstə kökləyən bayatılar yaratmağa sövq edir. Ermənilərin 1918-ci ildə Şamaxıda törətdikləri dəhşətli hadisələr şahidlərin dilindən belə ifadə olunur: “Şəhərdən çıxa bilməyən qocaları, qadınları uşaqları bir yerə yığan ermənlər müqəddəs kitabı-Quranı yandır­mağı əmr edirlər. Amma heç kəs bu işi görməyə cürət etmir. Bun­dan qəzəblənən ermənilər qaynar samovarı qadın və qocaların kürəyinə sarıyırlar. İnsanların kürəyi yandıqca tab gətirməyərək atılıb düşürlər qaynar su onların bütün bədənini bişirir. Quranı yandırmayan digər insanları isə süngüdən keçirir, güllələyir sonra birlikdə odda yandırırlar” (Qəniyev, 2003: 44).



Laçın getdi,

Əllərdə saçım getdi,

Gavur yurdu taladı,

Qardaşım, bacım getdi (Bünyadov, Həkimov, 2005:155).

Tarixi Azərbaycan elimiz, yurdumuzun bir parçası Zəngəzur, Göyçəmiz ağır bir nisgillə, ağılarla yad edilir. Hətta şahidlərin söylədiklərinə görə qaçqın, köçkün həyatı yaşayan, elindən-oba­sında qovrulmuş insanlarımız bu ağır itki ilə yurd yerində ölməyi arzulamışlar.



Göllərin başı Göyçə,

Dağların başı Göyçə.

Sənsiz ölsəm, qan ağlar,

Qəbrimin başı Göyçə (Bünyadov, Həkimov, 2005:155)

Naxçıvan Muxtar Respublikası ərazisində folklor nümunələ­rinin toplanılması zamanı insanlar ermənilərin hücum planların­da­kı iyrənc taktiki gedişlərini də üzüntü ilə danışırdılar. Ötən əs­rin 90-cı illərinin əvvəllərindən Naxçıvana hər tərəfdən hücum edən erməni quldurla­rına qarşı xalq primitiv də olsa “quş silahı” ilə silahlanıb vətənin mü­dafiəsinə qalxmışdı. Ermənilər yerli əhalini tanıdıqlarından onları ad­larla çağırırmışlar. Erməni mək­rin­dən xəbərsiz sadəlövh insanlarımız səngərdən qalxan kimi na­mərd gülləsinə tuş gəlirmişlər. Sonralar yerli ziyalıların təbliğatı ilə məhz erməniyə xas “döyüş üsulu” kənd qoruyucularına başa salınmışdı. Bu üsuldan istifadə olunması faktlarına ermənilərin 1918-ci il qırğınlarında da rast gəlinmişdir.

Şifahi xalq ədəbiyyatımızın ağı, bayatı janrında ayrıca bir də qaçqın və köçkün mövzulu nümunələr yaranmışdır ki, bu nümu­nələr etnik düşüncədə baş verən faciənin ağır ruhunu sərgiləməkdədir.

Qaçqınam, mən biçarə,

Biçarəyə nə çarə?

Qapımı fələk bağladı,

Kimə gedim açara (Bünyadov, Həkimov, 2005: 155)

Belə nümunələr yaşanmış tarixin- müharibənin dəhşətlərini, itkilərini göstərməklə yanaşı insani duyğuların, psixoloji gərgin­liyin xalqa nə kimi zərərlər verdiyini göstərmiş olur. Savaş insan­ları tək fiziki cəhəttən öldürmür, şikəst etmir. Gələcək nəsillərə də ötürüləcək psixoloji, milli-mənəvi sarsıntıları formalaşdırır.



Eləmi, Vətən dərdi,

El dərdi Vətən dərdi.

Qaçqını, didərgini,

Öldürər Vətən dərdi.
Obası talan canım,

Min yara alan canım,

Yurdsuza yurd verərdim?

Yuvasız qalan canım (Bünyadov, Həkimov, 2005: 154)

Bir çox nümunələr yer adlarının ifadəsi, ruhi sarsılmalar milli simvollarımız əlavə edilməklə verilmişdir:


Şuşam ağlar,

Şur üstə Şuşam ağlar.

Qarabağ köç-köç oldu,

Dil deyib Şuşam ağlar (Bünyadov, Həkimov, 2005: 156)

Xalq düşməninin qəddarlığından onun inam və imanına da inanmır. Yaşlı insanlarla söhbətlərimizin əksəriyyətində erməni­lər “gavur” adlandırılmışdır. Bu adlandırma bizi çox düşündürdü. Bildiyimiz kimi ermənilər dini kitabı olanlardan sayılmalıdır. Lakin türklərin sığınacaq verdiyi ermənilərin birinci dünya savaşı sırasında zəif düşmüş Osmanlının torpaqlarına göz dikməsiylə Anadoluda törətmiş olduğu saysız qırğınlar, istərsə də XIX-XX yüzilliklərdə Azərbaycanın bütün bölgələrində həyata keçirdiyi soyqırımlar milli yaddaşımızda unudulmayacaq izlər buraxmışdır. İnsanlığa sığmayacaq və bəşər tarixində ən ağır cəza növləri dü­şü­nüb həyata keçirən ermənilərin dini inancı xalqımız tərəfindən şübhəylə qarşılanmış və onları “gavur” adlandırmışlar. Allah ina­mı, mərhəməti, şəfqəti qədim keçmişə sahib türk xalqının ruhuna hakimdir. Bu səbəblə də düşməni olsa belə silahsız insanlara- yaşlılara, qadınlara, körpələrə zülm etməmişlər:



Eləmi, Qarabağı,

Günümün qara bağı.

Gorbagor olsun gavur,

Kor qoydu Qarabağı.
Yad əli,

Vətənimdə yad əli.

Çağır, gəlsin imdada,

Ya Məhəmməd, ya Əli.
Anam ağlar,

Yaş tökər, anam ağlar.

Başım gavur əlində,

Hu çəkər, anam ağlar (Bünyadov, Həkimov, 2005: 151-156)

Erməni əsirliyində ağır işgəncələrə məruz qalan igidlərimizin dilindən səslənən bayatılar da vardır:


Əzizim, gülüm hanı,

Şeyda bülbülüm hanı?

Vətən yağı əlində,

Hu çəkən dilim hanı?
Qor olar,

Ocaq yanar, qor olar.

Gavurdan öc almasa,

Qoç igidlər xar olar (Bünyadov, Həkimov, 2005: 152).

Belə nümunələrin sayını çox artırmaq olar. Demək, insanlar kədərlərini bayatı, ağı janrı ilə daha yaxşı ifadə edə bilirlər. Tari­xin bir zamanı da vardı-itirdiyimiz zaman. Zəngəzur, Göyçə, Də­rə­ləyəz, Vedibasarı ermənilərə güzəştli topraq olaraq verdilər. Qə­dim-qayım ellərimiz Ermənistan torpaqları adlandırıldı. Belə­lik­lə, Naxçıvan yurdumuz əzəli torpaqlarından qopdu. Tənha adanı xatırladacaq görüntü həsrətiylə böyük yurduna qovuşacağı günü gözləyir. Savaş, torpaq itkisi vətəndə vətənsizlik acısı ilə xalq dərin mənəvi yaralar aldığını ifadə edir. Naxçıvandan top­lan­­mış şifahi nümunələrdə bu mənəvi ağrı qabarıq görünməkdədir.



Əzizim baxar gedər,

Bu yol Naxçıvana axar gedər,

Sağ yanımdan yaralı oldum,

Solumdan qan axar gedər (Xalq yaddaşının izləri, 2005: 87)
Ərzurumda çıхdı düzə,

Qan içində üzə-üzə,

Ordum gəldi bizim düzə.

Хudam bizə köməh еylə,

Yavrumuza köməh еylə.

Еrməni zülüm еlədi,

Zülmü yaman еlədi.

Töhdü qızıl qanımı,

Tоrpağı şum еlədi.

Kеşdi çırağım, haray,

Yandı еllərim, haray.

Еrməni qan еlədi,

Aman еllərim, haray.
Оbama оd vurdular,

Yurdumda köş saldılar.

Məni aciz sandılar?

Gеdərəm düşmən üstünə

Yaşamaram sinə-sinə (El sözü, yurd yaddaşı, 2010: 122)
1   ...   9   10   11   12   13   14   15   16   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə