AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə12/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Erməni millətçilərinin qafqazda etnik təmizləmə siyasəti

Özət

Rusiya 1828-ci il Qafqazda zəfər yürüşünü başa çatdıran kimi bölgədə möhkəmlənmək üçün Ermənilərdən istifadə etməyə başladı. Rusiya yaxşı bilirdi ki, Erməniləri «Böyük Ermənistan» ideologiyasına inandırsalar, Türklərlə aralarında dərin nifaq yarana bilər və bununla da Türklərə qarşı Ermənilərdən istifadə edə bilər. Beləliklə də, Rusiya impreiyası bu siyasəti yeridərək Qafqaza İrandan və Osmanlı dövlətin­dən onminlərlə Erməninin köçürülməsinə nail oldular. Köçürülən Erməni alilələrini yerləşdirmək bəhanəsi ilə də çox sayda türk ailəsi evindən-eşiyindən, kəndindən didərgin salındı – yəni qovuldu. Xaric­dən gətirilən Erməni ailəsinin çoxu İrəvan xanlığında yerləşdirildi.

İşğalçı imperyanın yeritdiyi siyasət nəticəsində 19-cu yüzilliyin ortalarında Erməni millətçi təşkilatlari formalaşmağa başladı. 1860-1890-cı illərdə artıq Erməni nasionalistləri bir güc kimi ortaya çıxmağa başladı.

Məruzəmizdə Ermənilərin Qafqazda etnik təmizləmə siyasətinin tarixini, sosioloji və siyasi səbəblərini araşdıracağıq.



Açar sözlər : Türklər, Ermənilər, etnik təmizləmə, «Böyük Ermə­nistan» ideologiyası, Rusiya, nasionalizm
Армянская политика: этнические чистки в Кавказе

Резюме

Россия начала использовать Армяне для укрепления позиций в Кавкации, как только закончил оккупацию в 1828 году. Российская государство, пропагандировал идеологию «Великая Армения», для углублений смута и геноцида между Армянами и Турками. И таким методам Россия успел перемещать десятки тысячи Армяне с Ирана и Оттомана в Ереванскую ханству. А в замене многие туркские семьи были изгнаны из своего дома.  

В результате агрессивной политике колониальной империй начали формироваться Армянские националистические органи­зации в 19-м веке. В точнее Армянские националисты начали появляться в 1860-1890-х годах.

Мы будем исследовать причины этнических чистки Армяне в Закавказии в историческом, политическом аспекте.



Ключевые слова: Турки, Армяне, этнических чистки, «Вели­кая Армения», Россия, национализм
Maral YAQUBOVA
ERMƏNİLƏRIN TÜRKLƏRƏ QARŞI SOYQIRIM SİYASƏTİNİN ETNO-PSİXOLOJİ KÖKLƏRİ
Özət

Məqalədə ermənilərin son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmasının səbəbləri etno-psixoloji müstəvidə araşdırılır. Ermənilərin bütövlükdə türklərə qarşı soyqırım siyasətini bütün dünyaya tanıtmaq üçün tarixi faktları üzə çıxarmaqla yanaşı, kütləvi soyqırım psixologiyasının mahiyyətini də aşkarlamaq vacibdir. Məruzədə vurğulanır ki, insan xislətinə uyğun olmayan, qəddar və amansızca törədilmiş istənilən soyqırımın birdən-birə ortaya çıxması inandırıcı görsənmir, çünki, bu uzunmüddətli, içində kütləvi qorxuları, şüura və şüaraltına süni şəkildə hopdurulmuş inancları, mifo-etno təfəkkür elementlərini əhatə edən etno-psixoloji prosesdir. Dünya siyasi arenasında yalançı “erməni soyqırımı” ilə milli-siyasi kimlik qazanmağa çalışan ermənilərin türkfobiyasının altında yatan məqamların köklərini vurğulamaq, soyqırıma hazırlıq prosesində kütlə psixologiyasının rolunu göstərmək, bütün bunların müasir erməni ədəbiyyatındakı təzahür şəkillərini müəyyənləşdirmək təqdim olunan məruzənin əsas məqsədidir.



Açar sözlər: Soyqırımı, türkfobiya, milli kimlik, kütlə psixolo­gi­yası, etno-mifik təfəkkür, ədəbiyyat
Giriş

Ermənilərin son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məq­sədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soy­qırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçək­ləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar öz ərazilərindən - öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mə­dəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Erməni­lərin bütövlükdə türklərə qarşı soyqırım siyasətini bütün dünyaya tanıtmaq üçün tarixi faktları üzə çıxarmaqla yanaşı, kütləvi soyqırım psixologiyasının mahiyyətini də aşkarlamaq vacibdir. İnsan xislətinə uyğun olmayan, qəddar və amansızca törədilmiş istənilən soyqırımın birdən-birə ortaya çıxması inandırıcı görsənmir, çünki, bu uzunmüd­dətli, içində kütləvi qorxuları, şüura və şüaraltına süni şəkildə hop­durulmuş inancları, mifo-etno təfəkkür elementlərini barındıran et­no-psixoloji prosesdir. Müvafiq məxəzlərlə tanışlıq zamanı erməni­lərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə məlumatları oxuduqca, insanlıq əleyhinə yönəlmiş vəhşi xislətli həmin əməl sa­hiblərinə qarşı nifrət hissi daha da artır. Bir tərəfdən də bu soyqırım siyasətinin altyapısını, türklərin yer üzündən kökünü kəsməyə yönəlmiş erməni “mübarizəsinin” ideoloji hal almasının köklərini bu mübarizəni aparanların etnik strukturunda və psixogenezisində axtarmağın labüdlüyü ortaya çıxır .Dünya siyasi arenasında yalançı “erməni soyqırımı” ilə milli-siyasi kimlik qazanmağa çalışan ermə­nilərin türkfobiyasının altında yatan məqamların qaynaqlarını müəy­yənləşdirmək, soyqırıma hazırlıq prosesində kütlə psixologiyasının rolunu göstərmək təqdim olunan məruzənin əsas məqsədidir. Bu məqsədə çatmaq üçün isə təbii olaraq predmet seçilməlidir. Erməni­lərin türklərə qarşı soyqırım siyasətinin etno-psixoloji köklərini müəy­yən etmək üçün predmet olaraq erməni ədəbiyyatını seçdik. Məruzədə daha çox erməni ədəbiyyatında və bədii düşüncəsi kon­tekstində, mətnin ötürə bildiyi informasiyalar zəminində məsələyə yanaşmağa çalışacağıq. Məlum olduğu kimi, idrakın xüsusi forması olan bədii idrak şüurun və şüuraltının kombinə edilmiş modelinə uyğun düşüncə sistemininin təzahür formasıdır. Bədii ədəbiyyat is­tənilən fakta yanaşmada, elm və fəlsəfədən fərqli olaraq, bu elm sa­hələrininin ideoloji mühitdə imtina etdikləri məqamları istər-istəməz büruzə verir. Sanki, ədəbiyyat əsəri bu əsəri hazırlayan düşüncənin gizlətmək istədikləri məqamları belə açıq-aşkar şəkildə, müəllifin ruhu belə incimədən ortaya çıxara bilir. Bu təbii prosesdir. Bu ba­xım­dan yanaşdıqda məlum olur ki, ədəbiyyat ermənilərin “yalançı erməni soyqırımı” iddiasının təbliğat aparatı olmaqla yanaşı, eyni zamanda ermənilərin türklərə qarşı soyqırım siyasətinin daha dərin qatlarının üzə çıxartmaq üçün əsl vasitədir. Türk-erməni məsləsində əsl gerçəklərin, dünya siyasi arenasında sindrom kimi gəzən erməni iddiasının boş mahiyyətinin və onların türklərə qarşı çoxplanlı və tək məqsədli siyasətinin gün üzünə çıxması vacib məsələdir.
1. Milli kimlik arayışı və ya “Öz”ü olmayan “Özünütəsdiq”

1.1.Ermənilərin süni mif yaradıcılığı

Mifologiya dinin, tarixin, fəlsəfənin, ədəbyyatın mərkəzində dayanır, onların ilk şəkli kimi təzahür edir. Mifyaratma qədim insanların əslində yaradıcılıq aktıdır. Konkret zaman və məkan koordinatları olmayan mif və əfsanələr xüsusi gücə malikdir, onlar bəşəriyyətin ilkin dövrünü, bugünə qədər keçdiyi yolu, insan xislətinin formalaşma prosesini, bütövlükdə bəşər tarixini anla­mağa kömək etməyə qadirdirlər. Mif və əsatirlərin ümumbəşəri səciyyəsi, ortaq yaddaşda yer alması kimi xüsusiyyətləri ilə yanaşı, hər bir xalqın, etnosun özünəməxsus mifik başlanğıcı vardır. Türk folklorunun tərkib hissəsi olan mif, rəvayət və əfsanələr, eləcə də qəhrəmanlıq eposları ayrı-ayrı türk soy, boy və xalqlarının etnoge­nezinin və etnomədəni əlaqələrinin öyrənilməsi baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. “Bu və ya digər türk xalqının özünün etnik mənşəyi, ilkin ata yurdu, ata yurdunu tərk edərək müəyyən bir etnik-tarixi ərazidə məskunlaşması və fəaliyyəti barə­də nəsillərdən-nəsillərə ötürülərək əfsanələşən və zamanla mifik çalarlar qazanan etnik yaddaşı məhz bu rəvayət və eposlarda əbədi­ləşdirilmişdir. Həmin folklor nümunələrində söylənilənlərin müx­təlif tarixi mənbələrdə əksini tapmış bilgilərilə, arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallarla, eləcə də dil materialı ilə tutuş­durulması bəzən inanılmaz nəticələrə gətirib çıxara bilir”. (Bəxti­yar Tuncay 2012). Etnik yaddaşın müasir tarixi gerçəkliklərlə nə qədər üst-üstə düşməsi sualına münasibət və cavab birmənalı olmasa da, mifdən tarixə keçidlər danılmazdır. R. Qafarov bildirir ki, mifin müasir müəyyənləşməsi, anlam dairəsi o qədər genişdir ki, izahını başa çatdırmaq, cəmiyyətin formalaşmasındakı və inki­şafındakı rolunu dəqiq üzə çıxarmaq üçün hələ də axtarışlar apa­rı­lır. “Qədim yunanların qənaətində mif dünya tarixinin başlanğıcını özündə əks etdirən ən dolğun mənbə sayılırdı. Bu günədək tarix­çilər Troya müharibəsi haqqında həqiqətləri öyrənmək üçün antik miflərə (yeganə mötəbər mənbə kimi) müraciət edirlər. Sonralar dənizin dərinliklərində aparılan arxeoloji axtarışların nəticəsində miflərdə göstərilən şəhər, saray və qalaların qalıqları üzə çıxdı, mi­foloji təsvirlərin çoxunun gerçəkliyi təsdiqləndi” (Qafarov, 2010, s. 14). Bütün bunlar göstərir ki, istənilən etnosun formalaşması və özünütəsdiq prosesində mifik başlanğıca istinad olunur. Türklərə qarşı dəhşətli soyqırım aktlarına imza atmış ermənilərin bu mənfur siyasətinin etno-psixoloji köklərini müəyyənləşdirmək üçün, ilk növbədə diqqətimizi məhz mifoloji şüura yönəltmək istədik. Bu həm də, tədqiqat predmetimizə sadiq qalmağımız üçün vacibdir. Mifi ilkin bədii idrak forması kimi müşahidə etmək mütləqdir. Er­mənilərin mifo-poetik irsinin var olub-olmamasının təsbiti, qərəzli və kinli bir xalq kimi tanınmasının alt qatındakı məqamları üzə çıxarmaq və bu davranışın təhtəl-şüur şəkildə daima yaşar mif və əsatirlərlə bağlantısını müəyyənləşdirmək üçün lazımdır. Mifin rasional izahı göstərir ki, həmin mifoloji dünyayabaxış sistem məx­sus olduğu etnosun sosial-siyası, mədəni-tarixi və etno-psi­xoloji davranışına dair bir çox işarələrlə doludur. İnternet şəbəklə­rində “erməni mifologiyası” adı altında axtarışların nəticəsində ki­fayət qədər geniş məlumatlar əldə edə bilərik. Təbii ki, bu məlu­matların gerçəkliyini şübhə altına almadan məsələyə yanaşmaq olmaz. Düynamiqyaslı təbliğat aparatına malik ermənilərin mifdən faydalanmaq məqsədilə istifadə etmək iqtidarında olmalarını bir an belə unutmaq olmaz. “Miflər heç vaxt ölməyib, əksinə, bütün dövr­lərdə kütlələrin səfərbər edilməsi işində ideoloji baza olub. Siyasi təşkilatlar və hakimiyyət qurumları mifoloji obrazlardan çox vaxt kütləvi şüurun məqsədyönlü şəkildə proqramlaşdırılması, cəmiy­yət­də radikal-aqressiv əhval-ruhiyyə formalaşdırılması üçün isti­fadə edirlər” (Mehdiyev 2014, s.7). Mifdən “mif” yaratmaq, ermə­nilərin öz etnik başlanğıcını “müəyyənləşdirmək” vasitəsi olmaqla yanaşı, eyni zamanda geo-siyasi məqsədlərini gerçəkləşdirmək fəa­liyyətinin aparıcı xəttini təşkil edir. Kütləvi şüurun mifolojiləş­dirilməsi prosesi təəssüf ki, bu proses tarix kimi ciddi elmdən də yan keçməyib və yalançı erməni alimlərinin “böyük Ermənistan”, “əzabkeş Ermənistan” haqqında, “ermənilərin birinci xristian mil­lət” olması barədə miflər şəklində öz təzahürünü tapa bilib. “Er­mənilərin mif yaradıcılığına nəzər salsaq, asanlıqla yəqin etmək olar ki, onlar miflərdən öz tarixlərini qədimləşdirmək məqsədilə istifadə etməkdə bütün bəşəriyyəti qabaqlayırlar. Bu, onların öz etnogenezini və milli dinlərini qədimləşdirmələrində daha əyani şəkildə görünür. Onlar “şey” ideyasını “şeyin özündən ayırmağa” başlayanda öz miflərinin fetişləşdirilməsini animizm dərəcəsinə çatdırıblar”. (Mehdiyev 2014, s.7) Ermənilər süni mifyaratma prosesində eyniməqsədli, təkyönlü davranış sərgiləyir, gözlənilən nəticəni qabacadan müəyyənləşdirərək, buna nail olmaq üçün dün­ya miqyasında kütləvi şüur və təhtəl-şüura təsir etmək qabliyyətinə malik həssas etnogenezlə bağlı süjet və motivlərə müraciət edirlər. Müasir dünya siyasi arenasında büründükləri cildin nə dərəcədə “gerçək” olduğunu nümayiş etdirmək məqsədilə, süni mifyaratma­da bəşəriyyətin mifoloji yaddaşı ilə kifayət qədər sərbəst davranan ermənilərin özlərinə məxsus təbliğat aparatının formalaşması da­nıl­mazdır. Erməni apostol kilsəsi (Eçmiədzin), erməni diasporunun rəhbərliyi, siyasi elita, ideoloqlar və “tarixçilər” ilə birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Ermənilərin “ilk olmaq, birinci olmaq” iddiası seçib mənimsədikləri miflərdə də özünü göstərir. Dünyaya əsrlər boyu özünü “İlk xristian dövlət” kimi təlqin edən ermənilərin məqsədini Ramiz Mehdiyev bu cür müəyyənləşdirir: “Ola bilsin ki, erməni müəlliflər “xristianlıq” de­dikdə, “sivilizasiya”, “maarif”, “mədəniyyət” və ya başqa ali anla­yışları nəzərdə tutur və bununla da erməniləri dünyaya hansısa “yolgöstərən”, “xilaskar” və digər qiyafələrdə təqdim etməyə çalı­şırlar”. Müəllif ardınca, ermənilərin nə qədər “sivilizasiyalı” olma­sı ilə onların Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlarla müqayisə edir. Ümumiyyətlə, tarixi araşdırmalar göstərir ki, ermə­nilərin xristianlığı ilk qəbul edən dövlət olması statusu da saxta səciyyə daşıyır. (Mehdiyev 2014, s6-8). Özlərini dünya “sivilizasi­yasının” başlanğıcı kimi görən ermənilərin alt-üst olan ideyalarını yenidən bərpa etmək cəhdləri bitib tükənmir. Əslində bu gün erməni adlanan millət, tarixdə özünü Hay və yaşadığı bölgəyə də Hayıstan adlandırır. Ermənistan adının coğrafi bölgə adı olduğu bir çox mənbələrdə yer alır, ancaq adı 'yuxarı ölkə / yüksək ölkə / yuxarı ellər mənasını verən bu ərazi, adını üzərində yaşayan insan­lardan almamışdır. Bu adın tarixi mənşəyi naməlumdur, Ermənis­tan sözünün Hayıstan, erməni sözünün Hay sözü ilə əlaqəsi olma­dığı bilinir. Hay qövmünün mənşəyi haqqında erməni tarixçiləri də daxil olmaqla tarixçilər arasında vahid bir fikrə rast gəlinmir. Hay­ların öz etnik başlanğıcını dünya tarixində iz salmış ən böyük si­vilizasiyalara bağlamaq iddiaları məlumdur. Urartu, Hitit, Frikiya, Trakya adlarını öz başlanğıcı kimi təqdim etmək cəhdləri erməni­ləri əfsanə və rəvayətlərdən hörülmüş bir tarix yaratmasına səbəb olmuşdur. Ermənilərin etnik kimliyi ilə bağlı ziddiyyətli və fərqli tezisləri Nuh peyğəmbər və Böyük Tufana qədər gedib çıxır. Er­mə­ni iddiasına görə, onlar Nuhun nəvəsi Haykın törəmələridir. Özlərini “seçilmiş xalq” kimi xaraterizə edən ermənilər, Nuhun gəmisinin Ağrıdağda quruya çıxmasını əsas səbəb göstərirlər. Eyni zamanda, İncildə qeyd edilən “cənnəti sulayan dörd irmağın” – Kür, Araz, Dəclə və Fərat çaylarının keçdiyi torpaqları onlara Tan­rı tərəfində ərməğan edildiyini iddia edirlər. Xilaskar, yolgöstərən, seçilmiş xalq kimi özünü təsdiq etməyə çalışan ermənilərin etno-milli kimliyi barədə kifayət qədər araşdırmalar aparılsa da, erməni təbliğat sistemi öz tezislərini bütün vasitələrlə dünyaya çatdırmağa çalışmaqdadır. Yəhudi əsilli, ermənilərin iddialarını mənimsəmiş yazar Franz Verfel, 1915-ci il hadisələrini, ermənilərin mənafeyinə uyğun şəkildə nəql edən “Forty Days of Musa Dagh”(Musa da­ğında 40 gün) romanında türk-ermeni məsələsini bir haqq-batil mücadiləsi kimi təqdim edir. Qırx gün məsələsinə gəlincə, yazar Nuhun Tufanın qırx gün sürməsi və Musa peyğəmbərin Sina dağında qırx gün qalmasına bağlamaqla ermənilərin öz etnik başlanğıcını müəəyyən etdikləri məqamlara toxunur. Bədii əsərin oxucuya təsiretmə gücündən kifayət qədər yararlanmış olur.
1.2. Ermənilərin etno-milli kimlik axtarışı

Ermənilərin kimlik axtarışı heç bir tarixi mərhələdə müsbət nə­ticə vermir. Məlum olur ki, ermənilik etnik mənşə deyil, vahid bir dini çətir altında toplanmış müxtəlif etnik birliklərin süni şəkildə homogenləşdirilərək mənimsənilməsi nəticəsində millət adını almasıdır. Milli mənşə məsələsində ermənilərin dolaşıq rəva­yətlər ortaya amasının səbəbi məhz Qriqoryan dini məzhəbi daya­nır. Belə ki, onlar bu məzhəbi qəbul etmiş bütün etnik qrupları assimilyasiya etməklə bugünkü erməni millətini formalaşdırmağa nail olmuşlar. Tədqiqatçılar Ermənistan ərazisində yaşayan “Hay” olmayan, Qriqoryan məzhəbini qəbul etmiş fars mənşəli tatların, rumların, qaraçıların, albanların, türkdilli etnik qrupların varlığını, erməni adlarındakı türkmənşəli sözlərin və s. erməni milləti anlayışının saxta mahiyyətinin sübutu kimi göstərir (Mahmut Niyazi Sezgin 2015) Mahmud Niyazi Sezginə görə, hay qövmü “mifi”, “yüksək ölkə” mənasını Ermənistan çoğrafi adının siyasi­ləş­dirilməsi və xristianlığın dini məzhəbi olan Qriqoryanlığın mo­no millliyətçi siyasətlə sintezi nəticəsində erməni milləti formalaş­dırılmışdır. Fərqli irq və dil sahibi olan xalqları, tədricən əridərək tarix səh­nəsindən silən və ya müxtəlif yollarla hay kimliyinə qarış­masını təmin etmiş ermənilər hələ də bu mübarizəni aparmaqdadırlar.



Bugünkü ermənilərin tarixdə adı keçən Ermənistan çoğrafiyası və erməni adı ilə heç bir bağlantısının olmadığı da məlumdur. Er­mənilərin əcdad axtarışının mifologiyada belə vahid nəticəyə var­mamasının kökündə dayanan səbəblərdən biri də, onların antro­pogenetik quruluşu ilə bağlıdır. Antropoloqların rəyinə görə, ermə­nilərin antropoloji quruluşu 16 antropoloji tipin və ya 72 dən artıq xalqın qarışmasından meydana gəlmişdir. Bu rəylə razılaş­mamaq mümkün deyil. Belə ki, ermənilərin vaxtilə qul olması bu mülahi­zəni doğruldur. “Qədimdən Asur və Urartu dövlətlərinin qul koloni­yaları olan Hayasa və Arme şəhər-vilayətlərində saxlanılan, qul iş­lə­rində işlədilən, vaxtaşırı isə bu şəhər-vilayətlərin qul bazar­larında dünyanın hər tərəfindən gələn tacirlərə işçi qüvvəsi kimi satılan, beləcə dünyanın hər yerinə yayılan, sənətkar millət – ix­ti­saslaşmış qullar kimi tanınan hay-ermənilər qul psixologiyala­rın­dan, qul əxlaqlarından heç vaxt qurtula bilməyiblər və gürünür, bundan sonra da qurtula bilməyəcəklər”. "Ermənilər ağ dərililər arasında ən pis qullardır" - Adam Metsin bu fikri də təsadüfən deyilməyib. O, fikrinə davam edərək yazır: "Əgər kölə ermənini bircə saatlığa nə­zarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yal­nız kötək və qorxu altında yaxşı işləyirlər. Əgər görsən ki, tənbəllik edirlər, bil ki, bunun səbəbi zəiflikdə yox, tən­bəllikdən həzz alma­larındadır. Bu zaman onları yaxşıca kötəklə­mək və lazım olan işi görməyə məcbur etmək gərəkdir". Gürcü xalq məsəlində deyil­diyi kimi: "Erməni gəldi, özü ilə bəla gətirdi". (İsmayılov 2014, s.14) Ermənilərin tarixdə ən böyük “mücadiləsi” ərazisində və hima­yə­sində yaşadıqları xalqların, ilk növbədə türk­lərin tarixini, mədəniy­yətini, adət-ənənəsini, incəsənətini, mətbəxi­ni, bütöv maddi-mənəvi irsimizi ən müxtəlif üsullarla mənimsə­mək­dən ibarətdir. Erməni tarixini nəzər yetirmək kifayətdir ki, onun qədim dövrünün bütövlükdə türk mifik mətnləri, tarixi rəvayət və əfsanələri, orta əsrlər dövrünün isə qismən yenə də türk rəvayət və əfsanələri, qismən də yazılı tarixlər əsasında quraş­dı­rıldığı aydın olsun. Ermənilərin türklərə qarşı soyqırım siyasətinin kökündə dayanan məqamlardan biri də məhz budur: türkfobiya və qul psixologiyası
2. Erməni psixologiyası və erməni ədəbiyyatı

2.1. Türkfobiya, “qurban” imajı və qul psixologiyasının yaratdığı erməni ədəbiyyatı

Ermənilərin daim özünü “ən birinci”, “ən yaxşı”, “ən gözəl”, “ən ağıllı” və digər “ən”li sifətlərlə təqdim və təsdiq etmək niyyə­ti­nin altında, əslində olmayanı olan kimi göstərmək məqsədi yatır. Er­mənilərin tarixin ən qədimlərində, müasir dünya coğrafiyasında, bəşərin yaddaşında daima özünə yer tapmaq ehtiyacını görməmək mümkün deyil. Bu ehtiyacını ödəmək üçün, hər cür addımı atmağa hazır olan ermənilərin davranışları heç bir etik-əxlaqi çərçivəyə sığ­mır. Tarixi saxtalaşdırmaq, qonşu torpaqlar hesabına coğrafi arena­da özünə yer etmək, bu torpaqların sahiblərinin soyunu tükə­dəcək qədər qəddar olmaq, ermənilərin əsl sifətidir. Hayların V əsrdən baş­layan “böyük və qədim” tarixi axtarışı nəticəsində xeyli saqa, ma­da, ərsaq, pers və sair millətdən olan satraplar “hay çarla­rı” kimi təqdim olunmuşdur. Hayların özlərindən bütün səviyyə­lərdə böyük olan qonşu dövlətlərin sa­ray­larında əyanlarla qohum­luq əlaqəsi qura bilmək bacarığı vardır ki, bunun sayəsində XX əsrə qədər tarix boyu müstəqil dövləti olmayan haylar iri dövlət­lərə sığına bilmək üçün orada hay xanımlarından doğulmuş şahza­dələrdən satrap və dövlət məmuru yetişdirmək siyasətini həmişə gerçəkləşdirə bilmiş­lər. Bu siyasət Sasani və Ərsaq, Roma və Bizans im­periyaları döv­rün­də olduğu kimi, sonralar Osmanlı və Rus imperiyaları dönə­min­də də davam etdirilmişdir. Ermən ölkə­sində IV əsrdə yayılan xris­tianlaşma dönəmində müstəqil dini mər­kəz yaratmağa çalışan ermə­nilərin həmin dövrdə kiçik qruplarla Araz boyunca Azərbaycana sızması, Qars, Göycə gölü və Ağrı da­ğı ətrafına yerləşməsi və digər belə kiçik miqrasiyalar nəticəsində Azərbaycan yurdlarında bəzi erməni kəndlərinin və şəhərlərdə erməni məhəllələrinin, icmalarının ortaya çıxması baş tutmuşdu. Tarixçilərə görə, Ermən ölkəsindən çıxan hayların “erməni” kimi tanınması və əsl “erməniləşmə” pro­se­si bu dönəmlərdə vüsət almışdı. Əslində, ermənilər özlərini çox yaxşı tanıyırlar və başa düşürlər ki, öz gerçəkliklərinin onlara heç bir faydası yoxdur. Yuxarıda qeyd etdiyimiz kimi, olmayanı olan şəklində göstərmək cəhdi, bir sıra antitezaları istər-istəməz aktual­laşdırır. Ermənilər öz işğalçı, qatil, tamahkar, aciz simalarını və da­vanışlarını pərdələ­mək, gizlətmək üçün kütlə psixologiyası ilə sərt və tərs oyun oy­nayır. Ermənilər bugün özlərini “Məzlum”, “Əzab­keş”, “Qurban” statuslu xalq kimi dünyada tanıtmağa çalışırlar. Bu adlar altında onlar iki vacib məqamı gizlətməyə çalışırlar: utancve­rici qul psixo­logiyasını və heç vaxt nail ola bilməyəcəkləri qədər şərəfli tarix yazmış Türklərə qarşı olan həsəd və paxıllıq hisslərini. Çünki, er­mənilər, yuxarıda da qeyd etdiyimiz kimi müasir kimlik­lərini məhz türk mədəniyyəti və tarixini saxtalaşdırmqala mənim­səyərək qura bilmişlər. Türkün böyüklüyünü və özünün acizliyini kifayət qədər yaxşı tanıyan ermənilər dünyaya bunun əksini, özlə­rinin nə qədər böyük və türklərin nə qədər aciz olduğunu göstərmək üçün dəri­dən-qabıqdan çıxırlar. Bədii ədəbiyyatın insani hiss və duy­ğulara birbaşa təsir edəcək potensialından yararlanan erməni yazarların ya­ratdıqları türk obrazları bunun əyani sübutudur. Mi­che­line A.Mar­comun “Three apples fell from heaven” (Göydən üç alma düşdü) adlı əsərində yazar, qorxunc, işğəncə verməkdən zövq alan, yaşlı və gənc demədən ermənilərə işgəncə verən Türk qövmü­nü təsvir etmişdir. Ermənilər yenə də, özlərinin xristian kimliyinə qarşı türklərin müsəlman kimliyini bu işgəncənin səbəbi kimi gös­tərirlər. Həmin əsərdə, ermənilərə qarşı qeyri-insanı davranış sərgi­ləyən türklərin dinar olması xüsusi vurğulanır. Əsərin ümumi ab-havasından belə çıxır ki, erməni-türk məsələsi təkcə iki millətin mə­sələsi deyil, bu qərbin barbarlıqla,xristianlığın İslamla mücadi­lə­sidir. Həmin əsər Amerikada 11 sentyabr hadisələrindən sonra çap olunmuş və həmin dövrdə az qala müsəlmançılıqla terrorizmi eyni ad altında birləşdirməyə çalışan maralı təbəqələr arasında diq­qət cəlb etməyə bilməzdi. Bu növbəti erməni məqsədinin gerçək­ləşmə­si idi. Ermənilər Qərb psixologiyasının zəif məqamlarına toxunmaq məqsədlərinə əslində türklərə süni şəkildə geydirdikləri “qəddar”, “əzazil”, “zalım”, “qaniçən” libaslarını ilə dini mən­su­biyyət arasın­da bir bağlantı olduğunu vurğulamaqla nail olurlar. Türklərin ermə­nilərə qarşı sözdə qərəzli münasibətinin kökündə məhz dinin dayan­dığını vurğulayan əsərlərdən biri də, Abraham Hartunyanın “ Nei­t­her to Laugh Nor to Weep” (Nə gülmək, nə də ağlamaq üçün) əsə­ri­dir. Bu əsərdə də “gerçək” tarixi hadisələrin nəql olunduğunu iddia edən yazar Sivərək və ətrafında otuz minə qədər müsəlmanın oldu­ğu­nu, onların qana susamış və tərkibcə vəhşi türklərdən, ərəblərdən, çərkəzlərdən, çeçenlərdən və zazalar­dan ibarət olmasını, erməni­lə­rin isə yeddi minlik kiçik bir azğınlıq olub, adı çəkilən, təpədən dır­nağa silahlanmış birləşmənin ölüm əmrini gözlədiklərindən bəhs edir. Sivereklilərin kilsəni, İncili yan­dırması və qələbə işarəsi kimi La ilahə illallah deməsi vurğu­lanır. Yenə də, “Three Apples Fell From Heaven” əsərində türk əsgər­lə­rin süngü ilə uşaq öldürmə işini zövqlü bir oyuna çevirmələrindən bəhs olunur. 1992-ci il Xocalı faciəsində ermənilər tərəfindən min bir əziyyətlə öldürülmüş Azər­baycan uşaqlarının başına gələnləri­nin bədii təsvirindən başqa bir şey deyil bu. Sadəcə olaraq, rollar süni şəkildə dəyişdirilib. Türklə­rin öldürdükləri insanların qulaqla­rını kəsməsi, ölmüş ermənilərin qanlı paltarlarını şərəfli günlərin xatirəsi kimi götürüb saxlaması və s. kimi hadisələrin bədii tədima­tının altında ermənilərin öz aciz kimliklərini pərdələmək niyyəti yatır. M.Markomun “The Daydrea­ming Boy” (Xəyal quran oğlan uşağı) əsərində işgəncələrə məruz qal­mış erməni əsilli professorun türk toplumunda mənəvi işğəncəyə məruz qalması, Peter Balakya­nın “Black Dog of Fate” (Taleyin qa­ra köpəyi) əsərində isə, guya türk məmurlarının işgəncə üsulu seç­mək məqsədilə orta əsrlər inkvizisiya məhkəməsi ilə bağlı sənədləri araşdırmasından bəhs olunur. Türk əsilli yazar, türk mühacir ədə­biy­yatının nümayəndəsi Doğan Akhanlının “Kayıb denizler” trilo­gi­yasının üçüncü kitabı olan “Kiyamet gününün yargıçları” əsərin­də yenə də öz dini inancları yolunda, dini rəhbərllərinin təkid və israrları ilə, “sarıklı” və “kürahlı” müsəlmanların, “günahsız” ermə­niləri qətl etməkdən zövq almaları, bu işi savab əməl kimi yerinə yetirmələrindən bəhs olunur. Bir türk mənşəli müəllifin ermənilərin yalançı iddialarını gerçək qəbul etməsi təəccüb hissi oyadır. “Black Dog of Fate” (Taleyin qara köpəyi) əsərinin müəllifi Peter Balak­yan, türkləri, “xəstə xalq” kimi qələmə alır, və ermənilərin türklərə qarşı döyüş­düklərini anladaraq, bunu Davud peyğəmbərin Calutla olan müba­rizəsinə bənzədir. Yəhudi inanclarında Davutla Calutun mübarizəsi dinlə bütpərəstliyin mücadiləsidir. Xristianlar isə bunu kilsə və şeytanın mübarizəsi modelində qəbul edirlər. Yenə də din vasitə­silə oxucu ilə təhrikedici oyundan başqa bir şeyin şahidi ol­muruq. “Three Apples Fell From Heaven” əsərində həmin bənzət­mə­nin bir başqa variantına rast gəlmək mümkündür. Bütün dinlərdə xüsusi yeri olan “Habil və Qabil” modelininin bu əsərdə tətbiqi nəti­cəsin­də ermənilər Habil, türklər isə qatil Qabil kimi xarakterizə olunur. İngilis dilində yazılan və bu baxımdan daha böyük kütlələrə ünvanlanan müasir erməni ədəbiyyatında “uca və ali” erməni obra­zı yaratmaq ən böyük məqsədə çevrilib. Qondarma “üç min illik ta­rix”ə sahib olan bu xalqın yüksək savadlı, bilikli, qabiliyyətli, sənət­kar ruhlu, incə duyğulu, mənəviyyatca zəngin təqdimatı bu əsərlərin xarakterik cəhətidir. Bu cür təqdimat vasitəsilə ermənilər özlərinin “nə qədər sakit, savaş və müharibələri istəməyən, öz işi ilə məşğul olan yüksək və ən ali təbəə” olduqlarını dünyaya çatdır­mağa çalışır­lar. Müasir erməni ədəbiyyatı erməni-terk məsələsinin gerçək tari­xi­ni bilməyən oxucunun mövqe seçimində ermənilər deməsi üçün kifayətdir. Həmin əsərlərdə süni şəkildə öz xarakter­lərini türk kim­liyi ilə birləşdirmək cəhdlərini biz görə bilərik. Dün­ya ictimaiy­yə­tinə türklərin ermənilər tərəfindən “barbar” kimi təq­dim olunma­sı­nın müqabilində biz ədəbiyyat vasitəsilə nəyə nail oluruq, sualını özümüzə mütləq verməliyik. Ermənilərin tərs psi­xoloji təsir vasi­tə­silə, qurban imajı altında, özlərinin qul keçmi­şin­dən doğan, özlə­rindən xeyli yüksəkdə duran xalqa qarşı kin-küdu­rə­tini və nifrətinin nəticəsi kimi, həmin xalqı “təhqir etmək”lə ya­rat­dıqları bədii ədə­biyyata qarşı biz gerçəkləri, əsl gerçəkləri dün­ya­ya tanıtmaq üçün nə edirik?! Azərbaycan, türk ədəbiyyatında ta­rix boyu ermənilərin təhqir olunması faktlarına rast gəlinməyib. Dö­zümlülük türk, Azər­baycan ədəbiyyatının səciyyəvi cəhətlərin­dəndir. Xaqanidən, Niza­midən tutmuş M.F.Axundzadəyə qədər bü­­­tün yazarların əsərlərində erməni obrazı var. Bu obrazların heç bi­ri ermənilərin yaratdığı ob­razlarla müqayisə edilə biləcək qədər mə­nfi təsvir olunmayıblar. Lakin bugün şərtlər başqa cürdür. Bir əsr ərzində dəfələlərlə Azər­baycan türklərinə qarşı soyqırım aktları tö­rətmiş ermənilərin gerçək üzünü bütün vasitələrlə dünyaya tanıt­ma­lıyıq. Erməni-türk məsələ­sinin bədii dərkində və təqdimində yum­­şaq davranmaq və ya kom­promisə getmək ermənilərin öz bö­yük məqsədlərinə çatmasına kömək etməkdən başqa heç nəyə yaramaz.
1   ...   8   9   10   11   12   13   14   15   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə