AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə10/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Sonuc. Ermənilərin törətdikləri qanlı soyqırım hadisələri bu gün həmin bölgədən olan istənilən söyləyicinin repertuarına bu və ya digər şəkildə təsir etməkdədir. Qarabağ və işğal altında olan ətraf rayonlarının sakinlərinin bayatısı da, laylası da, nəğməsi də vətən həsrətlidir. Bu bölgələrin sakinlərindən toplanmış nağıl­lar­da, rəvayətlərdə və demək olar ki, bütün folklor mətnlərdə erməni vəhşiliyinin, yer-yurd həsrətinin hansısa formada ifadəsinə rast gəlirik. Bir məqamı da qeyd edək ki, torpaqlarımızın erməni işğalında olması yalnız işğal altında olan rayonların sakinlərinin deyil, bütünlükdə Azərbaycan folklor söyləyicisinin repertuarına təsir edib. Bu da onu göstərir ki, folklor xalq həyatına dair məsələlərin bir nömrəli ifadəçisidir.

Qaynaqlar:

1. Qarabağ: folklor da bir tarixdir. VI kitab. (Cəbrayıl, Kəlbəcər və Tər­tər rayonlarından toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: fil.ü.f.d., dos. L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2013

2. Qarabağ: folklor da bir tarixdir. VII kitab. (Xocavənd rayo­nundan toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: fil.ü.f.d., dos. L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2014

3. Qarabağ: folklor da bir tarixdir. IX kitab. (Beyləqan, İmişli, Tərtər, Bərdə və Cəbrayıl rayonlarından toplanmış folklor örnəkləri). (Toplayıb tərtib edən: fil.ü.f.d.İ.Rüstəmzadə). Bakı, “Zərdabi LTD” MMC, 2014

4. Ağayeva Gültəkin İldırım qızı. 1965-ci ildə Xocavənd rayo­nu­nun Salakətin kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

5. Alıyeva Telli Mehralı qızı. 1959-cu ildə Xocavənd rayonunun Qa­radağlı kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

6. Aslanov Nofəl Novruz oğlu. 1948-ci ildə Xocavənd rayonunun Xocavənd kəndində doğulub. Hazırda Ağcabədi rayonunda tikilən 556 ailəlik hündürmərtəbəli yaşayış massivində məskunlaşıb.

7. Balakişiyev Ramiz (Paşa) Xanalı oğlu. 1952-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində doğulub. Hazırda Beyləqan şəhərində məskunlaşıb.

8. Balakişiyev Gəray Xanalı oğlu. 1972-ci ildə Xocavənd rayonu­nun Əmirallar kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində mə­s­kunlaşıb.

9. Cəfərov Məhyəddin Xanqulam oğlu. 1938-ci ildə Xocavənd ra­yonunun Əmirallar kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

10. Göyüşov Ramiz Sərdar oğlu. 1957-ci ildə Xocavənd rayonunun Tuğ kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

11. Hüseynov Məyiş Sevdik oğlu. 1928-ci ildə Xocavənd rayo­nu­nun Axullu kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

12. Hüseynov Namiq Məyiş oğlu. 1962-ci ildə Xocavənd rayonu­nun Axullu kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

13. Hüseynov Veysəl Fərrux oğlu. 1941-ci ildə Xocavənd rayo­nu­nun Salakətin kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

14. İbrahimov İltifat Köçəri oğlu. 1958-ci ildə Xocavənd rayo­nunun Xocavənd kəndində doğulub. Hazırda Ağcabədi rayonunda ti­kilən 556 ailəlik hündürmərtəbəli yaşayış massivində məskunlaşıb.

15. İbrahimova Paket Surxay qızı. 1938-ci ildə Xocavənd rayo­nu­nun Bəhrəmli kəndində doğulub. Hazırda Yeni Xocavənd qəsəbəsində məskunlaşıb.

16. Qaraşova Küşvər Bəylər qızı. 1939-cu ildə Xocavənd rayo­nu­nun Tuğ kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

17. Qarayev Adışirin Zilfi oğlu. 1940-cı ildə Xocavənd rayonunun Axullu kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

18. Mehdiyev Həsən Baloğlan oğlu. 1933-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

19. Mustafayeva Rasta Şavağat qızı. 1921-ci ildə Xocavənd rayonunun Axullu kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

20. Mövlamverdiyev İrvaham Alış oğlu. 1930-cu ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində doğulub. Hazırda Tərtər rayonu­nun Evoba kəndində məskunlaşıb.

21. Nəsirov Məhərrəm Heydər oğlu. 1934-ci ildə Xocavənd rayo­nunun Muğanlı kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

22. Sərdarov Rəxşan Həbil oğlu. 1939-cu ildə Xocavənd rayo­nunun Xocavənd kəndində doğulub. Hazırda Ağcabədi rayonunda ti­kilən 556 ailəlik hündürmərtəbəli yaşayış massivində məskunlaşıb.

23. Şirinova Köysübəyim Hümbət qızı. 1937-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulub. Hazırda Yeni Xocavənd qəsəbəsində məskunlaşıb.

24. Tahirov Həsrət İbrahim oğlu. 1935-ci ildə Xocavənd rayonu­nun Muğanlı kəndində doğulub. Hazırda Bakı şəhəri Yasamal rayo­nunda məskunlaşıb.

25. Tanrıverdiyev Raquf Tanrıverdi oğlu. 1957-ci ildə İmişli rayo­nu­nun Əliqulular kəndində doğulub. Hazırda Beyləqan şəhərində yaşayır.

26. Tanrıverdiyeva Zemfira Tanrıverdi qızı. 1949-cu ildə İmişli ra­yo­nunun Əliqulular kəndində doğulub. 1966-cı ildə Xocavənd rayo­nu­nun Tuğ kəndinə gəlin gedib. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.

27. Verdiyev Məlik Qaraş oğlu. 1929-cu ildə Kəlbəcər rayonunun Əsrik kəndində doğulub. Hazırda Şamaxı rayonunun Çuxuryurd qəsə­bəsində məskunlaşıb.

28. Verdiyeva Simsar Məhəmməd qızı. 1934-cü ildə Kəlbəcər ra­yonunun Əsrik kəndində doğulub. Hazırda Şamaxı rayonunun Çuxur­yurd qəsəbəsində məskunlaşıb.

29. Zeynalov Cavanşir Xasay oğlu. 1938-ci ildə Xocavənd rayo­nunun Salakətin kəndində doğulub. Hazırda Xocavənd qəsəbəsində məskunlaşıb.


OCCUPATION OF THE KHOJAVAND REGION AND GARADAGHLI GENOCIDE

(On the basis of materials which have gathered

from Khojavand people)

Summary

Khojavand people were giving information about occupation of the Garabagh, terrible memories of the people which have been in the Armenian captivity induring of processes of the gathering folklore. They were speaking about wildnesses of the Armenian robber groups.

Garadaghli genocide is one of the most terrible genocides aganist Turks. Garadaghli village of Khojavand district has been occupated by Armenian rubber groups on the 17th of Febrary in 1992. 118 persons have been taken prisoner in the time of occupation and ten of them were women. 66 persons youngs shoots in the way. Wounded are planted with dead together about some captives still. 3-4 members of the some family have been killed in the Garadaghli tragedy.

Key words: Garabagh, Khojavand, genocide, martyr, captive
ОККУПАЦИЯ ХОДЖАВЕНДСКОГО РАЙОНА И О ПАМЯТИ ГЕНОЦИДА В КАРАДАГЛЫ

(На основе материалов собранных у населения Ходжавенда)

Резюме

Собирая фольклорные образцы у населения Ходжавенда, мы часто сталкивались с такими моментами как: оккупация Ходжа­венда и Нагорного Карабаха, события происходящие накануне оккупации, ужасные воспоминания людей побывавших в плену у армян, воспоминания об ужасах нанесённых армянами в начале XIX в. В связи с этим одна из часто обращаемых сказителями проблем – это оккупация деревни Карадаглы, в ходе которой было совершено невиданное зверство.

Геноцид в Карадаглы один из самых ужасных преступлений, совершённых против Азербайджанских тюрков в конце XX века. Де­ревня Карадаглы Ходжавендского района была оккупирована ар­мянскими, бандитскими формированиями в 1992-ом году 17 февраля.

Во время оккупации были взяты в плен 118 человек, 10 из которых женщины. По дороге были выбраны 66 молодых, которых расстреляли, затем их заживо погребли.

Некоторую часть пленных удалось спасти, судьба остальных до сих пор неизвестна. В трагических событиях Карадаглы иногда становились шехидами 3-4 члена одной семьи.

Ключевые слова: Карабах, Ходжавенд, Карадаглы, геноцид, шехид, пленный

Mahir QƏRİBOV
AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRİ BEHBUD XAN CAVANŞİRİN İSTANBULDA ERMƏNİ TERRORÇULARI TƏRƏFİNDƏN QƏTLİ
1920-ci ildə Azərbaycanda Sovet höküməti qurulduqdan sonra ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarına qarşı terror aktları həyata keçirdilər. 1920-ci ilin may ayında Nəsib bəy Yusifbəyli, iyun ayında Fətəli Xan Xoyski, iyul ayında isə Həsən bəy Ağayev Tiflis şəhərində erməni terrorçuları tərəfindən qətlə yetirildilər. Belə acınacaqlı tale yaşayan insanlardan biri də Qarabağda Cavanşirlər nəslinin nümayəndəsi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşir idi.

Behbud Xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. O, 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində anadan olub. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1902-ci ildə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına daxil olan Behbud xan bu­rada neft sahəsi üzrə mükəmməl təhsil alıb və mühəndis ixti­sasına yiyələnib. O, bu ölkədə Akademiyanı fərqlənmə diplo­mu ilə bitirən ilk azərbaycanlı idi.

1906 ilin qışı, yazı və yayında daşnaklar Şuşada və bütün Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər. Avqustun ilk günlərində Şuşaya gələn Behbud xan, Əhməd bəy Ağayevlə birgə burada Qafqaz ümummüsəlman müdafiə komitəsini -"Difai" partiyasını yaratdılar.

Alman dilini mükəmməl bilən, fransız, rus, gürcü dillərində sər­bəst danışan Behbud xan İngilis dilini də öyrənmək üçün bir il müd­dətində İngiltərəyə gedir. Londonda kurs keçir. Qərbi Avropadakı həyatı və təhsili onun ictimai- siyasi xadim kimi formalaşmasına böyük təsir gös­tərir. 1907-ci ildə vətənə qayıdan Behbud xan Bakıda Şibayevin neft mədənində baş mühəndis vəzifəsində çalışır.

O zamanlar neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin əmək haqları neftdən gələn gəlirin 3 faizi hesabına ödənilirdi. Behbud xan Cavanşir vaxtilə Almaniyadan gətirərək Qarabağda torpaq sahələrində əkdirdiyi buğda növləri və xüsusi damazlıq mal qaranı, uşaqlıq dostu Əlfinin fermer təsərrü­fat­ın­a gətirilməsinə nail olur. Qa­ra­bağda “Behbudun çörəyi”, “Əlfinin qatığı” sözləri məhz bu səbəblə yaranmış və xalq arasında bir deyim kimi istifadə edilmişdir. O vaxt Qarabağda yolların abad­laşdırılması, buraya ilk av­to­mobilin gətirilməsi də məhz Behbud Xan Cavanşirin adı ilə bağlıdır. (Nəsibzadə Nəsib, 1990:44)

Behbud xan “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlə­rindən biri olmaqla yanaşı həm də xalqın maariflənməsi üçün xidmət göstərən ”Nicat” Cə­miy­yə­ti­nin üzvü idi. Bu xeyriyyə cəmiyyətləri Azərbaycanda və Türkiyə ərazisində baş verən hadi­sələrə, erməni vandalizminə biganə qalmır, erməni zülmündən əziyyət çəkən xalqa yardım əlini uzadırdı.

Azərbaycan milli burjuaziyası, Hacı Zeynalabidin Tağıyev başda olmaqla Ərzurum, Kars, Van, Ərdahan bölgəsində ermə­nilərin müsəlman əhaliyə qarşı təxribat və qətllərinin qarşısını almaq üçün həm öz nümayəndələri vasitəsiylə maddi yardım, ərzaq göndərir, həmdə Ərzurumda Azərbaycan Müsəlman Xey­riy­yə cəmiyyətlərinin şöbəsini yaradırdılar. Ermənilərin Anado­luda müsəlman əhaliyə qarşı qətllərini görən Yalpurluzadə Mələk xanımın boxçasında belə bir ağıya rast gəlinir.

Meydan qazanı qurdular

Bəbəkləri qaynatdılar,

Gün görmədik xanımları

Süngü ilə oynatdılar.
Qapı-qapı gəziyorlar

İfadəyi yazıyorlar,

Düşman başına vermesin

Oğlak gibi üzüyorlar.
Kelle, dudu, kelle dudu

Kanlı gömlək yu diyorlar,

Bəbəkləri kaynatmışlar

Quzu əti ye diyorlar.

Bu təkcə bir ağı yox həm də soyqırıma məruz qalan Türk xalqının vətən fəryadnaməsi idi. Bütün bunları görən, istər Ana­doluda, istərsə də Azərbaycanda baş verən milli qırğınların qar­şısını almağa səy göstərən Behbud Xan 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin Baş nazir olduğu Azərbaycan Xalq Cümhu­riyyətinin ikinci hökümət kabinəsində Daxili İşlər naziri vəzi­fəsini tutur. Behbud xan Cavanşirin Daxili İşlər nazirliyinə rəh­bərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanun­ve­riciliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsə­dilə bir sıra əməli işlər görülür. Yeni yaradılan nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycanda müstəqil dövlətin formalaşması, milli maraqların qorunmasında mühüm rol oynayır.

Behbud Xan polis əməkdaşlarının fəaliyyətinə və qayğılarına yaxından bələd idi. Onun təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Milli Şurada Gən­cə quberniyasının 9 qəzasında polis orqanlarının təsis edilməsi haqqında qərar qəbul etdi. Hazır­da qüvvədə olan “2 iyul- Polis Günü” də məhz həmin qərar əsasında təsis edilib və Ulu öndər Heydər Əliyevin haki­miyyətə qayıdışından sonra yenidən rəsmi status qazanıb. (Əli­yarlı İltifat, Behbudov Tahir, 2008: 107)

Behbud Xan Cavanşirin 1918-ci ilin iyulun 17-dən de­kabrın7-dək Daxili İşlər naziri olduğu dövrdə Bakı erməni-daş­nak quvvələrindən təmizləndi və Azərbaycan Xalq Cumhuriy­yətinin paytaxtı Gəncədən Bakıya köçdü. Daxili İşlər nazirliyi “Metropol” mehmanxanasının binasında (indiki Nizami adına Ədəbiyyat muzeyinin yerləşdiyi binada) fəaliyyət göstərir və ölkənin asayişi buradan təmin olunurdu.

Behbud xan Daxili İşlər naziri işlədiyi dövrdə, Bakıda İçəri Şəhərdə polis müdavimləri hazırlayan mək­təb açılır. Mək­təbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulurdu.

1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərkibində kabinədaxili dəyişikliklərdən sonra Behbud xan Cavanşir, Daxili İşlər naziri olmaqla yanaşı həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirir. O, bu və­zifədə yerli səna­yenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cüm­huriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərir. (Nə­cəfov Bəxtiyar, 1992:45)

1918 il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi haqqında müqa­vilə imzalanır. Azərbaycan tərəfindən bu müqaviləni Behbud xan Cavanşir imzalayır. Bu sənədlərə görə, tərəflər arasında dəmir yo­lu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, gömrük rüsumu alınmamasına razılıq verilir. (Балаев Айдын, 1990:125)

Partiya mənsubiyyəti sarıdan bitərəf olan Behbud xan Ca­van­şir 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinə üzv se­çi­lir. O, parlamentdə fəaliyyət göstərən bitərəflər fraksiyasının üzvü olur.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşe­vik­lər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud xana toxun­mur­lar. Azərbaycanda Müvəqqəti İnqilab Ko­mitəsinin sədri Nəriman Nərimanov Behbud xanı neft-mədən ava­danlığı almaq üçün Almaniyaya göndərir. Beləcə 1921-ci ilin iyulunda həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə Behbud xan Cavanşir İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sü­rəy­ya xanım sonralar öz xatirələrində yazır: "Atam Maltadan qa­yıtdıqdan sonra erməni tanışlarından bir professor bizə gələrək ata­mın adının ermənilərin qara siyahısında olduğunu və onu xə­bərdar etməyi özünə borc bildiyini söylədi. Azərbaycanın Daxili İşlər naziri ol­muş Behbud xan Cavanşirin də adının ermənilərin “qara siyahı”­sında olması xəbərini ondan aldıq.” (Ağaoğlu Süreyya, 1939:34)

1921-ci il iyulun 17-ndə Behbud xan həyat yoldaşı Tamara xanım və qardaşları Cümşüd və Surxayla birgə axşam saat 23 radələrində “Təpəbaşı” Ailə restoranından çıxıb “Pere Palas” ote­linə yönəldikləri zaman, arxadan qaçaraq gələn, şapkasını gözünün üstünə basmış cılız, kəsik bığlı, əyri burunlu erməninin “Mauzer” markalı tapançadan bir neçə dəfə açdığı atəş nəticəsində ağır yaralanır. Behbud Xanın kiçik qardaşı Cümşüdün də üzünü güllə mərmisi sıyırıb keçir. Bu zaman Qalatasaray karakolunun polis məmuru erməni terrorçu Mişaq Torlakyanı yaxalayır. Behbud xan xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmur. Ölüm ayağında onun son sözləri belə olur: "Mənim şəxsi düşmənim yoxdur. Məni vursa-vursa ancaq ermənilər vurar". Çox keçmədən Behbud xan xəstəxanada dünyasını dəyişir.

1921-ci ilin iyulun 20-ndə Behbud xanın ölümündən üç gün sonra dəfn mərasimi kütləvi nümayişə çevrilir. O, İstanbulda Be­şik­taşda Yəhya Əfəndi dərgahı qəbristanlığında dəfn olunur. Məzar­da­şı­na dövrünün böyük şairlərindən Cəlal Sahir Erozanın bu şeiri yazılır.

Qaranlıktan cürət aldı bir sırtlan

Onun pəncəsində can vedi bir şir

Bir yığın kemiktir torpakta kalan

Cənnətə yüksəldi behbud xan cavanşir
Yolçu bu gördüyün bir makber deyil

Zülmə zəbun olan haqqın heykəli

Keçmə, dur önündə, hörmətlə əyil

Lənətlə an haqqa saldıran əli
Əsla uyumasın beynində kinin

Müqəddəs borcundur intiqam almaq

İstərsən yaşasın millətin, dinin

Nur ol zülməti boğ, nar ol zülməti yak!

1921-ci ilin iyulun 18-ndə Behbud xanın ölümündən sonar onun dəfn mərasimi kütləvi nümayişə çevrilir. Həmin vaxt ter­ror­çu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi “Kroker” otelində saxlanılırdı. Mişaq Torlakyan “Daşnaksütyun” partiyasının üzvü idi və Azərbaycanda “1918-ci il mart qırğın­ları”nda xüsusi fəallıq göstərmişdi. 

İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisə­sindən 20 gün sonra ingilis hərbi tribunalı tərəfindən mühakimə edildi. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfər­bər olundular. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüf doğuracaq qədər az idi – cəmi 6 nəfər. Şahidlərin sayı ara­sındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail oldular. Məhkəmədə ittiham şahidi qismində ifadə verən "Azər­bay­can" qəzetinin müxbiri, ixtisasca hüquqşünas olan Şəfi bəy Rüs­təmbəyli prokuror Qribbonun, məhkəmənin sədri Freezin sual­larını inandırıcı dəlillərlə cavablandırdı və Azərbaycan nümayən­də­lə­rinin gərgin səyi nəticəsində prokuror daşnak terrorçu Mişak Tor­lokyan üçün ölüm hökmü tələb etdi. Lakin səhərisi gün göz­lənilmədən prokuror işdən uzaqlaşdırıldı. Məhkəmədə iştirak edən hüquq fakültəsinin tələbəsi Sürəyyə xanım Ağaoğlu sonralar bu məhkəmə prosesi haqda bunları yazır: “Kiçik, zəif adam olan qatil tir-tir titrə­yirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Doğrusu biz proku­rordan belə qərarı gözləmirdik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşdırıldı. Onun yerinə gətirilən yeni pro­kuror isə müttəhimin bəraətini istədi.” (Ağaoğlu Süreyya, 1939:56)

Behbud Xan Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi təssüf ki, erməni terrorçunun bəraət alması ilə nəticələndi. Məhkəmə prosesində terrorçunu az qala ”milli qəhrəman” kimi qələmə verən ermənilər onu İngilislərin köməyi ilə vəkili Hasur­yanla birlikdə Amerikaya qaçırdılar. Behbud xanın həyat yoldaşı Tamara xanım isə Behbud xanın ölümündən sonra Moskvaya getdi və repressiya illərində Sibirə sürgün edildi. 

XX əsrin məhkəməsi” adlanan Azərbaycanın sabiq Daxili İşlər naziri Behbud xan Cavanşirin məhkəmə prosesi erməni havadarlarının təzyiqi nəticəsində ört-basdır edildi. Cinayət cəza­sız qaldı. Bu, insan haq və hüquqlarını əldə rəhbər tutan Avropa hüquq məhkəməsi tarixində “qara ləkə” olaraq yaddaşlarda qaldı. Bəlkə elə bu cəzasızlığın nəticəsidir ki, XX əsrin əvvəllərində terrorun miqyası daha da genişləndi. 

Zaman ötür, illər dəyişir ancaq erməni şovinistlərin xisləti dəyişmir. Erməni terror təşkilatları bu gün də təhdid, soyqırım cinayətlərindən əl çəkmirlər. Dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımında ermənilər 613 nəfər dinc azərbaycanlını, 63 uşağı, 106 qadını, 70 yaşlı insanı bir neçə saatın içində amansız­lıqla qətlə yetirməklə, vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyaraq dünyanın ən qəddar milləti olduqlarını təsdiq etdilər. Dünya birliyi buna biganə qalmamalıdır. Çünki, terror bir bəladır. Buna göz yummaq isə onun yayılmasına şərait yaratmaq deməkdir. Terror təkcə ayrı ayrı millətlər üçün deyil, bütövlükdə insanlıq əleyhinə yönəlmiş əməllərdən olub bəşəriyyət üçün böyük təhlükədir.



Qaynaqlar:

  1. Ağaoğlu Süreyya “Anılar” İstanbul, 1939.

  2. Балаев Айдын. Азербайджанское национально-демокра­ти­ческое движение. 1917-1920 гг. Баку, 1990.

3.Əliyarlı İltifat, Behbudov Tahir, “Azərbaycanın Daxili İşlər Na­zirləri” Bakı 2008

4.Nəcəfov Bəxtiyar. Azərbaycan Demokratik Respublikası. Xarici siyasət. Bakı, 1992.

5.Nəsibzadə Nəsib. Azərbaycan Demokratik Respublikası. Bakı, 1990.
ASSOSSINATION OF INTERIOR MINISTER OF THE THEN AZERBAIJAN DEMOCRATIC REPUBLIC BEHBUD KHAN JAVANSHIR BY ARMENIAN TERRORISTS IN ISTANBUL

Summary

Behbud Khan Javanshir belonged to family of Penahali khan, the founder of Garabagh khanate. In 1920- in the beginning of the Soviet period in Azerbaijan, Armenians started committing teraror acts against prominent figures of the then Azerbaijan Democratic Republic. Interior Minister of the then Azerbaijan Democratic Republic Behbud Khan Javanshir was one of those who became the victim of Armenian terrorism. Behbud Khan Javanshir knew German perfectly and spoke French, Russian and Georgian fluently. He was one of the leaders of "Muslim Charity" and the member of "Nijat" Society which helped raise awareness among the people. These charitable societies did not remain indifferent to vandalism acts committed by Armenians in Azer­baijan and Turkey and helped people suffered from the Armenian aggression.



Key words: Terror, Behbud Khan Javanshir, Armenian Terrorists, Istanbul
УБИЙСТВО АРМЯНСКИМИ ТЕРРОРИСТАМИ БЕХБУД ХАН ДЖАВАНШИРА В ИСТАНБУЛЕ, КОТОРЫЙ БЫЛ МИНИСТРОМ ВНУТРЕННИХ ДЕЛ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ

Резюме

Бехбуд Хан Джаваншир был из рода Панахали Хана, который основал Карабахское ханство. В 1920-ом году, когда в Азербай­джане была установлена Советская власть, армяне начали осущес­твлять террористические акты против выдающихся личностей Азербайджанской Народной Республики. Одним из них, которого постигла такая же прискорбная участь, был Бехбуд Хан Джаван­шир, занимающий в 1918-ом году пост министра Внутренних Дел Азербайджанской Народной Республики. Знающий в совершен­стве немецкий язык, чисто говорящий по-французски, по-русски, по-грузински, Бехбуд Хан был одним из руководителей “Мусуль­ман­ского Благотворительного Общества”, а также членом «Общес­тва Ниджат», которая служила для просвещения народа. Эти бла­готворительные общества не остают­ся равнодушными к проис­хо­дящим событиям на территории Азербайджана и Турции и к ар­мянскому вандализму. Они оказывают помощь народу, страдаю­щему от армянской тирании.



Ключевые слова: Убийство, Армянские террористи, Бехбуд Хан Джаваншир, Истанбул

Maxim GAUIN
A “RELIGION OF RACE”: THE IMPLEMENTATION OF ETHNIC CLEANSING BY ARMENİAN NATIONALISTS IN THE CAUCASUS, FROM THE ORIGINS TO OUR DAYS
Summary

Russia began use Armenias for strengthen the position in Caucasus after explantation of this area in 1828. Therefore Russia makes Armenians to believe the idea of “Great Armenia” and by this way the discord between Turkic and Armenian people will be deeper. Thus Russia achieved emigration of tens of thousands Armenians from Iran and Ottoman empires to Caucasus. As a result of this many Turks were driven from their house, village under the pretense of settlement of Armenians. Most of emigration families settled in Erevan khanate.

As a result of planation politic began taking a shape in the middle of 19th century. Armenian nationalists began arise as a power in 1860-1890 years.

We will research the historical, sociological and political reason of ethnic cleansing by Armeninas in Cacuasus.


1   ...   6   7   8   9   10   11   12   13   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə